Məhkəmə qərarları › İş №1(101)-265/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-265/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-265/2024 11.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Aşağı Avşar Ərazi Dairəsi, Aşağı Avşar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 5,579 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, habelə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da ünvan 2 ünvanında yerləşən “Badam” çay evinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən DİN-in BMCMl-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ümumilikdə 5,579 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah əynindəki göy rəngli şalvarın sol arxa cibindən aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, çay evinin içində dostu Anarla birlikdə olarkən saxlanılmışdır. Çay evinə gəldikdən 5 dəqiqə sonra polislər çay evinə daxil olaraq onları tutmuşlar. O, Anarın maşını ilə iki nəfər əməliyyatçı tərəfindən idarəyə aparılmışdır. İdarədə birinci hamısını koridorda üzü divara tərəf düzmüş, sonra bir-bir hamını əməliyyat otağına aparıb üzərilərnə baxış keçirmişlər. İdarədə otaqların birində üstünə baxış keçirmişlər. İşgəncəni də ona orada vermişlər. Təcridxanaya girəndə üzərində xəsarətdən göyərmiş, qızarmış izlər olmuşdur. Orada bu barədə bildirmiş, həkimlər də görmüşlər. Üzərindən 3 ədəd mobil telefon, 2083 manat pul, elektron saat və bilərzik çıxmışdır. Onun maşınını da aparmışlar, maşında bütöv quzu və yanında bıçaq olmuşdur. O qəssabdır, restoranlara ət verir. Əməliyyatçılar qalxıb yuxarı “Hyundai Santafe” markalı maşınının kimin olmasını soruşduqda o maşının onun olmasını bildirmişdir. Bıçağı nə üçün gəzdirdiyini soruşduqda qəssablıqla məşğul olduğunu bildirmişdir. Ona narkotiklə sənədləşdiriləcəyini bildirdikdə siqaretin dadını bilmədiyini demişdir. Narkotik məsələsində əvvəlcədən o razılaşmamış, daha sonra ona işgəncə verilmiş, yenə razılaşmamışdır. İdmançıdır, professional boksçudur, narkotik, içki, qumar bunlardan uzaq olmuşdur. Sonra mülki geyimdə bir nəfər şəxs içəri girərək nə yerdə olmasını soruşmuş, polislər hazır olmadığını amma az qaldığını bildirmişlər. Ondan pulu olub olmadığı soruşulmuş, nə qədər lazım olduğunu öyrəndikdə ona 50000 manat bildirilmişdir. Dedilər “yarım saat vaxtın var, yarım saata 50 min çatdı səni buraxacayıq, çatmasa səndə narkotikdən gedərsən”. Ona telefon verilmiş, telefonu götürüb ayaqyoluna getmişdir. Orada onunla tutulan uşaqların hamısının siqaret çəkdiyini görmüşdür. Orada 3-4 nəfər adama yığaraq 50.000 manat pul lazım olduğunu, banditizmə çatdırmalı olduqlarını bildirmişdir. Onu əgər narkotiklə tutublarsa o qədər avam insan deyil ki, onda nakotik olduğunu bilə-bilə narkotiki atmasın tualetə, saat 1-ə kimi üzərində saxlasın ki, pul düzəlmədi narkotiki versin bunlara. Sonra zəng etdiyi adamların pul düzəldə bilmədiyini, gəlmədiyini görmüşdür.T əzədən onu çağırmışlar ki, “sən narkotikdən gedirsən, sən də pul məsələsi alınmayıb”. Təzədən bir də onu döyməyə başlamışlar. Ona “elə etmə ki, evindən 10 kq. narkotik çıxaraq, sən götür bir bükümü, səni onsuz da buraxacaqlar. Baxacaqlar istifadə etməmisən, idmançısan, buraxacaqlar səni narahat olma” deyilmişdir. Məcbur olub götürmüşdür. Onları düzmüş, çəkilişi özlərinin apardığını, onların dediyindən artıq söz desələr 10 kiloqramla oradan gedəcəklərini və döyüləcəklərini bildirmişlər. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, evlidir, 03 azyaşlı övladı vardır, əvvəllər məhkum olunmamışdır, fərdi əməklə məşğuldur. Təxminən 15-20 gündür narkotik vasitə olan heroindən burnuna çəkməklə istifadə edir. Bir neçə gün əvvəl yaşadığı binanın həyətində yerdə bir ədəd bükümün olduğunu görmüş, bükümü açdıqda oradan narkotik vasitə heroin olmasının şahidi olmuş, maddəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə tanışları ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Badam” çay evində görüşmək qərarına gəlmişlər. Həmin gün təxminən 18 radələrində o, Emil Həsənov, Yusif Məhərrəmov, Arif Babayev, Tural Hüseynov, Anar Həsənov, Rəşad Ələsgərli, Şahid12, Şahid13, Şahid14 və Şahid15 görüşüb çay içib söhbət etdikdən sonra saat 19:25 radələrində çay evindən çıxmışlar. Bu zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər biri özlərini təqdim etdikdən sonra həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMl-nin əməkdaşları olduqlarını deyib onun, Emil Həsənovun, Yusif Məhərrəmovun, Arif Babayevin, Tural Hüseynovun, Anar Həsənovun və Rəşad Ələsgərlinin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları və həmin maddələri üzərilərində saxlamaları barədə onlarda məlumat olduğunu deyərək onların hər birini Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onlara tutulmalarının səbəbləri izah olunmuş və vəkillərin siyahısı təqdim edilmişdir. Bizlərdə siyahıda olan istənilən vəkillər tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiklərini demişlər, bundan sonra vəkillər dəvət olunmuş və hər birinə təqdim olunaraq onlara etirazların olub-olmaması soruşulmuş, onlar etiraz etmədiklərini demişlər. Bundan sonra üzərilərinə şəxsi axtarış və baxış keçiriləcəyi, bu prosesdə videoçəkilişdən istifadə olunacağı izah edilmiş, onlarda etiraz etməmişlər. Videoçəkiliş başlanılan zaman ilkin olaraq Emil Həsənovun üzərinə şəxsi axtarış aparılmış, bu zaman təhqiqatçı ondan üzərində olan əşyalar barədə məlumat verməyini xahiş etmişdir. Emil Həsənov üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükümü, gödəkçənin sağ yan cibindən bıçağı, mobil telefonunu, pulunu, şəxsiyyət vəsiqəsini və cib dəsmalını təqdim etmişdir. Sorğu zamanı Emil Həsənov aşkar olunan bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, onu yaşadığı evin yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar olunan bıçağı marağı olduğu üçün üzərində gəzdidiyini bildirmiş, büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, lakin digər əşyalar özünə qaytarılmışdır. Bundan sonra Yusif Məhərrəmovun üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək gödəkçəsinin sol iç cibindən bir ədəd bıçağı, gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü, mobil telefonu və pulu təqdim etmişdir. Sorğu zamanı aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi İstifadəsi üçün üzərində saxladığını, bıçağı isə marağı olduğu üçün üzərində saxladığını demişdir. Büküm, bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pullar özünə geri qaytarılmışdır. Bundan sonra Arif Babayevin üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək şalvarının sağ yan cibindən bir ədəd bıçağı, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim edərək, aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul özünə geri qaytarılmışdır. Bundan sonra Tural Hüseynovun üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü, şalvarının sol yan cibindən bir ədəd bıçağı, mobil telefonu, açarı və pulu təqdim edərək, aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul və açar özünə geri qaytarılmışdır. Bundan sonra Anar Həsənovun üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində narkotik vasitə heroin olduğunu deyərək gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim edib aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Büküm qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul özünə geri qaytarılmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək şalvarının sol arxa cibindən bir ədəd bıçağı, həmin cibindən bir ədəd bükümü, mobil telefonlarını və pulunu təqdim edib aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağım olduğu üçün üzərində saxladığını bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul özünə geri qaytarılmışdır. Bundan sonra Rəşad Ələsgərlinin üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək, gödəkçənin sağ yan cibindən bir ədəd bükümü, gödəkçənin sol iç cibindən bir ədəd bıçağı, mobil telefonu, pulu, sürücülük vəsiqəsini və açarı təqdim etmiş, sorğu zamanı aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon və sürücülük vəsiqəsi götürülsə də, pul və açar özünə geri qaytarılmışdır (İİ cild, səh. 17- 20, İİİ cild, səh. 53-56). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və üzərlərində soyuq silah gəzdirmələri ilə bağlı 7 nəfər şəxs barəsində məlumat daxil olmuşdur. Məlumatla bağlı rəhbərliyə məruzə edilmiş, həmin şəxslərin olacağı ünvana 11 nəfər əməkdaş gedərək Xətai rayonu, Neapol küçəsində yerləşən “Badam” çay evinin qarşısında mövqe tutmuşlar. Həmin şəxsləri gördükdə yaxınlaşıb özlərini təqdim edərək , onları baş idarəyə dəvət etmişlər. Onlar da etiraz etməmişlər. Baş idarədə üzərlərinə müdafiəçinin iştirakı ilə baxış keçiriləndə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və bir ədəd bıçaq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sual veriləndə özü bildirmişdir ki, heroini yaşadığı evin yaxınlığında tapmış, istifadə etmək məqsədi ilə saxlamışdır. 6.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə X5, Təqsirləndirilən şəxs, X10, X6, X9, X11 və X4 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3, Şahid1, Şahid4, Şahid5, Şahid11, Şahid6, Şahid10, Şahid7, Şahid8 və Şahid9 daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Həmin şəxslərin ünvan 2 ünvanında yerləşən “Badam” çay evinin qarşısında olmaları barədə məlumat daxil olduqdan sonra həmin gün qeyd olunan ünvana yola düşmüşlər. Oraya çatan zaman saat 19:30-da sözü gedən ünvanın qarşısında xarici görünüşləri Rəşad Ələsgərova, Təqsirləndirilən şəxs, Anar Həsənova, Tural Hüseynova, Arif Babayevə, Emil Həsənova və Yusif Məhərrəmova oxşar şəxslərin və onların yanında daha şəxsiyyətləri sonradan məlum olan Şahid12, Şahid13, Şahid14 və Şahid15 yaxınlaşıb özlərini təqdim edərək DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyib onlardan adlarını və soyadlarını soruşduqda, həmin şəxslər özlərini təqdim etmişlər. X23, Təqsirləndirilən şəxs, Anar Həsənova, Tural Hüseynova, Arif Babayevə, Emil Həsənova və Yusif Məhərrəmova üzərilərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirib yanlarında olan digər şəxslərlə birlikdə Baş İdarəyə gəlmələrini xahiş etmişlər. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə Rəşad Ələsgərovun, Təqsirləndirilən şəxs, Anar Həsənovun, Tural Hüseynovun, Arif Babayevin, Emil Həsənovun və Yusif Məhərrəmovun üzərilərində şəxsi axtarış, digər şəxslərin üzərinə isə baxış keçirilməsi məqsədilə raportla məruzə etmiş, raportun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xmiü baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmişdir. Bundan sonra həmin şəxsləri Baş İdarənin akt zalına dəvət etmişlər. Orada təhqiqatçı Rəşad Ələsgərova, Təqsirləndirilən şəxs, Anar Həsənova, Tural Hüseynova, Arif Babayevə, Emil Həsənova və Yusif Məhərrəmova hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, həmin şəxslərin hər biri siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilmələrinə etiraz etmədiklərini demişlər. Bundan sonra vəkillər dəvət edilərək həmin şəxslərə təqdim olunmaqla onlara etirazlarının olub-olmaması soruşulmuş, Rəşad Ələsgərov, Təqsirləndirilən şəxs, Anar Həsənov, Tural Hüseynov, Arif Babayev, Emil Həsənov və Yusif Məhərrəmov etiraz etmədiklərini bildirmişlər. Bundan sonra həmin şəxslərə hüquq və vəzifələri izah edilib üzərilərinə şəxsi axtarış, həmçinin saxlanılan digər şəxslərin üzərilərinə baxış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı izah olunmuş, onlar etiraz etməmişlər. Bundan sonra video çəkiliş başlanılmış və təhqiqatçı ilkin olaraq Emil Həsənova üzərinə şəxsi axtarış aparmışdır. Bu zaman təhqiqatçı ondan üzərində olan əşyalar barədə məlumat verməyini xahiş etmiş, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükümü, gödəkçənin sağ yan cibindən bıçağı, mobil telefonunu, pulunu, şəxsiyyət vəsiqəsini və cib dəsmalını təqdim eedərək, aşkar olunan bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, onu yaşadığı evin yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar olunan bıçağı marağı olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Yusif Məhərrəmovun üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmişdir. Yusif Məhərrəmov üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyib masaya doğru yaxınlaşıb gödəkçəsinin sol iç cibindən bir ədəd bıçağı, gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü, mobil telefonu və pulu təqdim edərək aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddəni təsadüfən tapdığını, həmin maddəsi şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı isə marağı olduğu üçün üzərində saxladığını demişdir. Bundan sonra Arif Babayevin üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmişdir. Arif Babayev üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyib masaya doğru yaxınlaşaraq şalvarının sağ yan cibindən bir ədəd bıçağı, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim edərək, aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Tural Hüseynovun üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmişdir. Tural Hüseynov üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyib masaya doğru yaxınlaşıb gödəkçənin sağ yan cibindən bir ədəd bükümü və şalvarının sol yan cibindən bir ədəd bıçağı, mobil telefonu, açan və pulunu təqdim etdi. Sorğu zamanı Tural Hüseynov aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Anar Həsənovun üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmişdir. Anar Həsənov üzərində narkotik vasitə heroin olduğunu deyib masaya doğru yaxınlaşıb gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim edərək, aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyib masaya doğru yaxınlaşıb şalvarının sol arxa cibindən bir ədəd bıçağı və həmin cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim edərək, aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Rəşad Ələsgərlinin üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmişdir. Rəşad Ələsgərli üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək masaya doğru yaxınlaşıb gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü, gödəkçənin sol iç cibindən bir ədəd bıçağı, mobil telefonu, pulu, sürücülük vəsiqəsini və açarı təqdim edərək, aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra digər saxlanılan şəxslər Şahid12, Şahid13, Şahid14 və Şahid15 üzərilərinə baxış keçirilmiş, lakin üzərilərindən qanunsuz əşya aşkar edilməmişdir. Sorğu zamanı həmin şəxslər onlarla birlikdə saxlanılan X5, Təqsirləndirilən şəxs, X10, X6, X9, X11 və X4 üzərilərinə narkotik vasitələr olmasından məlumatlarının olmadığını demiş, həmin xüsusat yoxlanılan zaman sonuncular da, Şahid12, Şahid13, Şahid14 və Yusif Süleymaovun onların üzərilərində narkotik vasitə olmasından məlumatlarının olmadıqlarını qeyd etmişlər. Bundan sonra videoçəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır (İV cild, səh. 26-29). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 17 noyabr 2022-ci il tarixdə Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Məlumat daxil olduqdan sonra həmin gün ünvan 2 ünvanında yerləşən “Badam” çay evinin qarşısına getmişlər. Təxminən 19:30 radələrində Xətai rayonunda yerləşən “Badam” çay evinin qarşısında həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər, sonra əməliyyat-axtarış haqqında qərarla tanış etmişlər. Şəxsləri idarəyə gətirərək, vəkilin iştirakı və videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Baxış keçiriləndə Təqsirləndirilən şəxs 1 ədəd bıçaq və 1 ədəd narkotik vasitə heroin aşkar olunmuşdur. On bir nəfər saxlanılmış, yeddi nəfərdən narkotik vasitə aşkar olunmuş, dörd nəfərdən isə aşkar olunmamışdır. Sorğu zamanı bildirmişdir ki, narkotik vasitəni tapıb, bıçağı isə marağı olduğu üçün üzərində gəzdirmişdir. Sonra isə müvafiq sənədləşdirmə aparılmışdır. Şəxsə qarşı hər hansı zor və təzyiq göstərilməmişdir. 8.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İV cild, səh. 40-43). 9.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 2022-ci ilin noyabrında Təqsirləndirilən şəxs daxil olmaqla 7 nəfər şəxs barəsində narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində məşğul olmaları ilə bağlı Şahid2 məlumat daxil olmuşdur. Qeyd olunan şəxslər Xətai rayonu, Neapol dairəsinin yaxınlığında, Badam kafesinin qarşısında saxlanılaraq idarəyə gətirilmişdirlər. Tədbirdə qrupa daxil olan şəxslər iştirak etmişdir. Hər biri müdafiəçi ilə təmin olunmuş və üzərilərinə şəxsi axtarış aparılmışdır. On bir nəfər şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən 1 büküm heroin və 1 ədəd bıçaq aşkar olunmuşdur. Bununla bağlı sənədləşmə aparılıb tərəflərindən imzalanmışdır. Şəxsə qarşı heç bir zor və təzyiq göstərilməmişdir. 10.Məhkəmə iclasında şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İV cild, səh. 48-51). 11.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə Şahid2 daxil olmuş məlumat əsasında 17 noyabr 2022-ci il tarixdə təxmini axşam saatlarında Xətai rayonu, Neapol küçəsində yerləşən “Badam” çay evinin qarşısında şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və onları baş idarəyə dəvət etmişlər. On bir nəfər şəxs saxlanılmışdır. Baş idarədə təhqiqatçının vasitəsilə xidməti otaqda videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsin üzərindən bir büküm narkotik vasitə heroin və bir ədəd bıçaq aşkar olunaraq götürülmüşdü. Aşkar olunmuş maddi sübutlar qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Saxlanılan şəxslərdən narkotik vasitənin təsiri altında olanı görməmişdir. 12.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Şahid2 daxil olmuş əməliyyat məlumatı əsasında 17 noyabr 2022-ci il tarixdə saat 19- 20 radələrində Bakı şəhəri, Xətai rayonu, “Badam” çay evinin qarşısında tədbir keçirilərək ümumi 11 nəfər saxlanılmışdır. Həmin şəxslər baş idarəyə dəvət olunmuş, baş idarədə videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündən narkotik vasitə və bıçaq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bıçağı marağı olduğu üçün və narkotik vasitəni isə istifadəsi üçün gəzdirdiyini bildirmişdir. 13.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 Əlibala oğlu ifadəsində bildirmişdir ki, baş əməliyyat müvəkkili Şahid2 daxil olmuş narkotik vasitələrin qanunsuz dövriyyəsi və soyuq silah ilə bağlı məlumat əsasında 11 nəfərdən ibarət qrup yaradılmışdır. Xətai rayonu, “Badam” çay evinin qarşısında şəxslərə yaxınlaşaraq, özlərini təqdim etmiş və şəxsləri idarəyə dəvət etmişlər. Videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. 7 nəfərin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Cəfərov baş idarədə öz üzərində narkotik vasitə və 1 ədəd bıçaq olduğunu bildirmiş, narkotik vasitə və 1 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. 14.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 məlumat daxil olmuş, məruzə olunaraq qrup yaradılmışdır. Xətai rayonu, Neapol dairəsinin yanında “Badam” çay evinin qarşısında həmin şəxslərə özlərini təqdim etmişlər və baş idarəyə dəvət olunmuşlar. Təhqiqatçının iştirakı ilə baxışda bir büküm heroin və bıçaq aşkar olunmuş, sonra isə qablaşdırılmışdır. Saxlanılan zaman bu şəxsə təzyiq olunmamışdır. 15.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, 17 noyabr 2022-ci il tarixdə Şahid2 əməliyyat məlumatı daxil olduqdan sonra həmin gün ünvan 2 ünvanında yerləşən “Badam” çay evinin qarşısına getmişlər. Ora çatanda şəxslərə DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirib adlarını və soyadlarını soruşmuş, şəxsləri idarəyə gətirmişlər. Vəkilin iştirakı və videoçəkiliş ilə akt zalında şəxsi axtarış keçirilmişdir. Təklif olunmuşdu ki, üzərilərində qanunsuz nə var təqdim olunsun. 7 nəfərin üstündən narkotik aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bıçaq və narkotik vasitə təqdim etmiş və protokollaşdırılmışdır. 16.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi daxil olmuş məlumat əsasında 17 noyabr 2022-ci il tarixdə Xətai rayonu, Neapol küçəsində yerləşən “Badam” çay evinin qarşısında şəxslərə yaxınlaşmış, özlərini təqdim edərək onları baş idarəyə dəvət etmişlər. Təxminən axşam saat 8-də 11 nəfər saxlamışlar. Baş idarədə xidməti otaqda video çəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmişdir. Cəfərovun üzərindən narkotik vasitə və bir ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. 17.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, 17 noyabr 2022-ci il tarixdə 7 nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında şəxslərin yerləri müəyyən olunaraq Neapol küçəsində yerləşən “Badam” çay evinin qarşısına yaxınlaşmışlar. Polis əməkdaşı olduqlarını bildirərək idarəyə dəvət olunmuşlar. Qaçmağa cəhd və tabesizlik olmamışdır. Baş idarədə vəkilin iştirakı və video çəkiliş ilə baxış keçirilmiş, qanunsuz əşya və digər əşyaların könüllü şəkildə təqdim olunması bildirilmişdir. Cəfərov tərəfindən könüllü şəkildə bir ədəd sellefon bükümdə narkotik maddə heroinə bənzər maddə və soyuq silah olan bıçaq təqdim olunmuşdur. 18.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, 17 noyabr 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Şahid2 məlumat daxil olmuş, Xətai rayonu, Neapol dairəsinin yaxınlığında “Badam” restoranın qarşısında bir qrup şəxsin olduğu bildirilmişdir. Onlara yaxınlaşıb özlərini təqdim edərək idarəyə dəvət etmişlər. İdarədə videoçəkiliş və vəkil vasitəsilə baxış olmuşdur. Cəfərovdan bir büküm heroin və bıçaq aşkar olunmuşdu. 19.Məhkəmə iclasında Şahid4 (İV cild, səh. 59-62), Şahid5 (İV cild, səh. 72- 75), Şahid11 Əlibala oğlunun (İV cild, səh. 76-79), Şahid6 (İV cild, səh. 80-83), Şahid10 (İV cild, səh. 85-88), Şahid7( İV cild, səh. 102-105), Şahid8 (İV cild, səh. 89-92), Şahid9 (İV cild, səh. 93-96) ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində onlar Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İV cild, səh. 59-62). 20.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirmişdir ki, “Badam” çay evinə Rusiyada yaşayan tanışı Anarla görüşməyə gəlmişdir. Təqribən 20 nəfər polis əməkdaşları daxil olmuş, “Badam” çay evindən onları aparmışlar. Həm polis geyimində, həm də mülki geyimdə polislər olmuşdur. Tutulan vaxtı onun üstünə baxış keçirmişlər. Demişlər cibində nə var çıxart, o da çıxartmışdır. Üzü divara saxlayıb əlini qandallayaraq aparmışlar. 11 nəfər olmuşlar, 7 nəfər başqa yerdə, 4 nəfər də başqa yerdə qalmışdır. Orda olan şəxslərdən yalnız Anarı və Xəyalı tanımışdır. Baxışda iştirak etmiş, həmin gün həyəcanlı olduğundan Vüsalın cibindən nə çıxdığını bilməmişdir. Ona qarşı heç bir təzyiq olmamışdır, lakin digər şəxslərə olub olmadığını bilmir. Çay evində bir neçə masa olmuş, ancaq onların masasında olan şəxslər aparılmışdır. Polislərin kimisə döydüyünü görməmiş, çünki birlikdə olmamışlar, sadəcə bir yerdə tutulmuşlar. Başqa otaqlarda olmuşlar. İbtidai istintaq dövründə hazır ifadəyə qol çəkmişdir. 21.Məhkəməiclasında Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (İİİ cild, səh. 225-228). 22.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 17 noyabr 2022-ci il tarixdə “Badam” çay evində Rəşad, o, Emil görüşdükdən yarım saat, 40 dəqiqədən sonra BMCMİ-nin işçiləri mülki geyimdə ora daxil olaraq üstlərini yoxlamış, sonra idarəyə aparmışlar. İdarədə koridorda düzüb 2 saat saxlamış, sonra isə bir-bir otaqlara çağırmışlar. Sonra siqaret çəkməyə şərait yaratmışlar. 3 saat sonra akt zalına aparmışlar, vəkillər dəvət olunmüşdur. Üzərində narkotik olmamış, narkotik vasitəni əməkdaşlar ona verərək onun olduğunu bildirmişlər. Bundan əvvəl də həbsdə olunduğundan razılaşmışdır. Ona işgəncə verilməmiş, kiməsə işgəncə verildiyini görməmiş amma səs eşitmişdir. Tutulana kimi Təqsirləndirilən şəxsı tanımamışdır. Vüsalı ayaq yolunda telefonla danışanda görmüşdur. 23.Məhkəmə iclasında şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 27-30). 24.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Rusiyada yaşadığını, tanışları ilə ayın 17-si Xətai rayonu, “Badam” çay evində görüşüb çay içərkən mülki geyimdə olan 30 nəfərə yaxın polislər içəri daxil olaraq əllərini stolun üstünə qoymağı, telefon və avtomobil açarlarını verməyi tələb etmişlər. O, da təqdim etmişdir. İstifadəsində olan telefonla tutulmamışdan qabaq Şahid2la “whatsapp” vasitəsilə danışmışdır. O vaxt qardaşı rəhmətə getmişdi, Bakıya gəlməyə onu qoymamışlar. İdarədə onları ayrı-ayrı otağa salmış, saatı, üzüyü hamısına almışlar. Axşam da narkotiki onlara paylamışlar. 7-8 saat ayaq üstdə qalmışlar. Ona heç bir təzyiq etməmişlər, çünki bundan qabaq da saxlamışlar, ona hörmət etmişlər. Digərlərinin döyülməklərinin səsləri gəlmişdir. Vüsal içəridə otaqda olarkən qapı açıq olduğundan Vüsalın “mənlik deyil” deməsini eşitmişdir. Onun telefon işlətməyə icazəsi olmamış, lakin Vüsal da telefon görmüşdür. Vüsal pul üçün bir neçə yerə zəng vurmuşdur. Həmin pul azad olunmağı müqabilində tələb olunan pul idi. 25.Məhkəmə iclasında şahid X12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 46-49). 26.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, Xətai rayonu, Məmməd Araz küçəsi 13, mənzil 29-da qeydiyyatdadır. 6 mayda azadlığa çıxmışdır. Çay evinə tanışı Anar Həsənovla görüşmək üçün getmişdir. Çay evinə BMCMİnin 30-40 nəfər əməkdaşı daxil olub onları tutmuşlar. Kafedə heç bir təzyiq və işgəncə olmamışdır. Onu Vüsalın avtomobilində gətirmişlər, avtomobildə, BMCMİ-nin əməliyyatçısı ilə Xətai RPİ-nin sahə rəisi olmuşdur. Həmin sahə rəisi yaşadığı ərazidə olduğundan üzdən tanıdığı 34-cü PB-nin əməkdaşıdır. Gözünün qabağında kiməsə işgəncə verilməmiş, amma səslər eşitmişdir. Onu otaqda yumruqla vurmuşlar. Onlara narkotik bükümləri verilmiş, imtina edildikdə rəis gələrək təhqirlə, şərəf ləyaqəti alçaltmaqla məcbur bükümləri vermişlər. Onlara verilən narkotiklər eyni növdə olmuş, bağlamalar da eyni qablaşdırılımışdır. Təqsirləndirilən şəxs dostunun kirvəsidi, Vüsalın BMCMİ-də ayaq yolunda telefonla danışdığnın şahidi olmuşdur. Vüsaldan azad olunmağı müqabilində pul tələb olunmuşdur. İfadəsini polislər özləri yazmış, o isə yalnız imzalamışdır. O işgəncə veriləcəyi ilə təhdid olunmuşdur. 27.Məhkəmə iclasında şahid X11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 235-238). 28.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, turizm işi ilə məşğuldur. Çay evinə Anargillə görüşmək üçün getmişdir. Kafeyə daxil olduqdan 5 dəqiqə sonra on nəfərdən çox polis əməkdaşı içəri girmişdir. Kafenin içində saxlanılan zaman telefon digər əşyalar onlardan təhvil alınmışdır. İdarədə hər birinə narkotik vasitə verilmişdir. İdarədə qışqırıq səsləri eşitmişdir. Cəfərovun səsini də eşitmişdir. Özü onkoloji xəstədir, xəstəliyinə görə ona işgəncə verilməmişdir. Vüsalın ayaq yolunda telefonla danışdığını görmüşdür. 29.Məhkəmə iclasında şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 245-248). 30.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, meyvə tərəvəz ticarəti ilə məşğuldur. Anargillə görüşməyə getmiş, 3-4 nəfər bir masada oturmuşlar. Çay içdikləri zaman içəri polislər daxil olmuşlar. Onlardan biri polis geyimində, digərləri mülki geyimdə olmuşdur. İdarədə onu təpik və yumruqla vurmuşlar. Təqsirləndirilən şəxs həmin gün tanımışdır. Təqsirləndirilən şəxs onların yanında telefonla danışmışdır. Cəfərov ondan 50000 manat pul istədiklərini demişdir. 31.Məhkəmə iclasında şahid X9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 7-10). 32.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, “Badam” çay evində Yusif, Emin, o, Nihad bir stolda oturduğu zaman içəri 20-25 nəfər daxil olmuşdur. Kafenin içərisində olanda telefonlarını götürmüşlər. Kafenin içərisində heç bir işgəncə etməmişlər. Onunla Nihadı bir qandala vuraraq idarəyə aparmışlar. İdarəyə daxil olduqdan sonra bir-bir otağa salmış, həbs olunmalı olduqlarını demişlər. Həmin otaqda bir daha üstünə baxış keçirilmişdir. Birinci onu da, Vüsalı da buraxmaq istəmişlər. Sonra necə oldusa tutmuşlar. Narkotik vasitəni boyunlarına götürməyə razılaşdıqdan sonra çəkiliş olmuşdur. Təqsirləndirilən şəxs telefonla danışdı, gəldi dedi ki, onu buraxırlar. 33.Məhkəmə iclasında şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 36-39). 34.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, Rusiyada yaşayan qohumu Anar ilə görüşmək üçün kafeyə getmişdir. Görüşdükdən 5-10 dəqiqə sonra əməkdaşlar gələrək onları idarəyə aparmışlar. Üstündən ildən artıq vaxt keçdiyindən və o an həyəcanlı olduğundan dəqiq xatırlamır olanları. Ona üstündə olanları çıxarılması deyilmiş, o da üzərində olan vəsiqəsini vermişdir. Cəfərovun üzərindən narkotik çıxdığını görməmişdir, çünki o anda yalnız özünü fikirləşmişdir. İbtidai istintaqda ifadəni çıxanda imzalamasını demişlər, o da imzalamışdır. 35.Məhkəmə iclasında Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (İİİ cild, səh. 229-232). 36.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, Əhmədli tərəfdə çay evində Rusiyadan gələn tanışı Anarla çay içdiyi yerdə əməkdaşlar yaxınlaşmış, onlar da tabesizlik göstərməmiş, hər kəs üstündəkiləri stolun üstünə qoymuşdur. Telefon və digər əşyaları stolun üstünə yığmış, sonra onları aparmışlar. Ora bir nəfərlə getmiş, geriyə qalan 9 nəfərin necə gəldiyindən məlumatı olmamışdır. İdarədə əməkdaşlardan fərdi otaqda ondan üzərində nəsə olması soruşulmuşdur. Kimin üzərindən nə çıxdığını bilməmişdir. İş materiallarında olan ifadəsini sadəcə idarədən çıxmaq üçün imzalamışdır. 37.Məhkəmə iclasında Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (İİİ cild, səh. 199-202). 38.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində bildirmişdir ki, təxminən 15 ildir tanıdığı tanışı Vüsal ona zəng vuraraq ona təcili 50000 manat pul lazım olduğunu, polislər tərəfindən saxlanıldığını, cibinə narkotik qoyulduğunu, onlara pul verməli olduğunu demişdir. O da o qədər pulu tapa bilməyəcəyini bildirmişdir. 39.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsində bildirmişdir ki, bacısı oğlu Vüsal ona zəng edərək 50000 manat pul istəmişdir. Banditizmin onu tutduğunu, 50000 manat pul istədiklərini, verməsə yükləyəcəklərini bildirmişdir. 40.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2022-ci il tarixli 6/6639 nömrəli ekspert rəyindən görünür ki, üzərində “...şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 6 №-li zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 5,579 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (İ cild, səh. 212-218). 41.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2022-ci il tarixli 3/1636 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd /şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş/ bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilir, üzərində əlavə və dəyişikliklər edilməmişdir (İV cild, səh. 228-234). 42.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsin Ambulator X3 barədə 18 noyabr 2022-ci il tarixli, 6964 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksakasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi mübasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (İV cild, səh. 235-236). 43.«Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 18 noyabr 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə əməliyyat müvəkkili Şahid2 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, soyuq silah və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və 01 ədəd bıçaq olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol arxa cibində olan 01 ədəd bıçağa oxşar dəmir predmeti və 01 ədəd şəffaf sellofan bükümü, əynində olan cins şalvarının sağ yan cibində olan 01 ədəd "Samsung” markalı mobil telefonu və əynində olan cins şalvarının sol yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu, əynində olan cins şalvarının sağ arxa cibində olan 15 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. (İ cild, səh. 130-142). 44.«Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında» 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,529 qram qalmış narkotik vasitə heroin və bir ədəd bıçaq sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk sübut kimi qiymətləndirilmiş və cinayət işi materiallarına əlavə edilmişdir (İV cild, səh. 243-262). 45.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində çapıq və zədə aşkar edilməmişdir. Zədə almadığını bildirmişdir. 46.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 105). 47.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli, 4(005)- 1235/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 166-169). 48.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nizami Məhkəməsinin 22 mart 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir.(İİİ cild, səh. 237-238). 49.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il, xx.xx.2016-cı il və xx.xx.2020-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 50.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 51.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 52.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 53.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 54.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 57.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 58.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 59.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 60.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 61.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması, eləcə də qanunsuz olaraq soyuq silah əldə etməsi və gəzdirməsi tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1ci maddələri ilə düzgün tövsif edilmişdir. 62.Məhkəmə, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 63.Belə ki, təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. Həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 64.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 65.Məhkəmə həmçinin dinidirilmiş şahidlər Şahid15, Yusif Məhərrəmov, Şahid12, Anar Həsənov, Emil Həsənov, Tural Hüseynov, Arif Babayev, Rəşad Ələsgərli, Şahid14, Şahid16 və Şahid17 ifadələrinə münasibətdə qeyd edir ki, onların təqsirləndirilən şəxsin xeyrinə müdafiə xarakterli ifadə vermələri istisna olunmur. Həmin ifadələr iş materialarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təkzib olunur. 66.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 67.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 68.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 69.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 70.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 71.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 73.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 75.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər kı şəhəri Nizami Məhkəməsinin 22 mart 2006-cı il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmişdir. 76.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində üç azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 77.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 78.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 79.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 80.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. 81.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 82.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 83.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 84.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 85.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. 86.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 87.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 88.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 89.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,529 qram narkotik vasitə heroinin və bir ədəd bıçağın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 90.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 91.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 92.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 93.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan - aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,529 qram narkotik vasitə heroin və bir ədəd bıçaq məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar