Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-266/2020 21.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər-Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X9 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1980-cı ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olmayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş tarixdə və istintaqla müəyyən edilməmiş mənbədən İran İslam Respublikasının Astara şəhərindən qanunsuz olaraq əldə etdiyi 1 ədəd sellofan bağlamada 30 həb, digər sellofan bağlamada 23 həb və 9 ədəd həb parçası olmaqla, 2 ədəd sellofan bağlamada tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı 2,3 qram təşkil edən üzərində F/M 40 yazısı olan ümumilikdə külli miqdarda 53 ədəd metadon həbi və 9 ədəd metadon həbinin parçasını, həmçinin 3 ədəd bağlamada birində 45,363 qram, digərlərində isə 47,070 və 27,502 qram olmaqla, ümumilikdə külli miqdar təşkil edən, 119,935 qram heroin narkotik vasitəsini üzərində saxlamaqla daşımış və qəsdən qanunsuz olaraq satış məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük xidməti əməkdaşları tərəfindən gömrük nəzarəti yoxlaması zamanı üzərindən içərisində 30 metadon həbi olan sellofan bağlama ayağındakı corabın sol tayından, içərisində 23 metadon həbi və 9 ədəd həb parçası olan sellofan bağlama ayağındakı corabın sağ tayından ümumilikdə külli miqdarda 53 ədəd metadon həbi və 9 ədəd metadon həbinin parçası aşkar edilib götürülmüş, rentgen müayinəsi zamanı daxili orqanıdüz bağırsağından gömrük nəzarətindən gizlətdiyi iki bağlamanın birində 45,363 qram, digərində isə 47,070 qram olmaqla, ümumilikdə külli miqdarda, 92,433 qram heroin narkotik vasitəsi aşkar edilib götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulub Bakı şəhəri Yasamal RPİ-nin MSY-də saxlanılan zaman xx.xx.2019-cu il tarixdə, saat 08:45-də üzərinə baxış keçirilərkən əvvəlcədən daxili orqanı-düz bağırsağında yerləşdirib saxladığı sonradan əynində olan gödəkçəsinin iç sol cibinə qoyduğu bir büküm çəkisi 27,502 qram olan külli miqdarda narkotik vasitə heroin Bakı şəhəri Yasamal RPİ-nin MSY- də səhər yoxlanışı zamanı polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Sabirabad şəhərində yaşayır. Uzun müddətdir ki, narkotik maddələr qəbul etməyə başlamış, əsasən metodon adlı dərman preparatından istifadə etmişdir. Onda narkotik maddələrdən asılılıq yaranmış, onları qəbul etməyəndə bədənində ağrılar baş vermişdir. Hadisə ilə bağlı bildirir ki, 2019-cu ilin ortalarında şəxsi işləri ilə bağlı İran İslam Respublikasının Ərdəbil şəhərində olarkən Şahin adlı şəxslə tanış olmuş, aralarında dostluq münasibətləri yaranmışdır. xx xxxxx 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərinə gedərək Şahin adlı tanışının övladının toyunda iştirak etmişdir. xx xxxxx 2019-cu il tarixdə 800 manat ödəməklə Şahin adlı tanışından öz istifadəsi üçün 60 ədəd metodon həbi, 100 qram “kakos” adlandırdıqları narkotik vasitə heroin almışdır. Metodon həbləri iki ədəd bağlamada, 100 qram “kakos” da iki ədəd bağlamada olmuşlar. Metodon bağlamalarını ayağına geyindiyi corabların alt hissəsində gizlətmiş, içərisində “kakos” olan bağlamaları isə daxili orqanı-düz bağırsağına yerləşdirmişdir. Həmin gün Azərbaycana getmək üçün İran-Azərbaycan sərhədini keçib Astara gömrük keçid məntəqəsinə gəlmişdir. Pasport qeydiyyatından keçdikdən sonra saat 22 radələrində vətəndaşların yoxlama xəttinə daxil olmuş, gömrük əməkdaşı şifahi sorğu-sual apararaq üstündə və ya daxili orqanlarında qanunla dövriyyəsi qadağan olunmuş və gömrük nəzarətindən gizlədilmiş yaxud bəyan olunmamış malların-narkotik maddələrin, silah sursatın, qızıl-zinət əşyalarının, psixotrop və ya güclü təsir edən dərman peraparatlarının olub-olmaması barədə soruşularkən üstündə, daxili orqanlarında heç bir qadağan olunmuş və ya gömrük nəzarətindən gizlədilmiş malların olmadığını bildirmişdir. Gömrük əməkdaşı üzərində yoxlama aparacağını bildirərək dəvət edilmiş iki nəfər şəxsin iştirakları ilə üzərində yoxlama aparmışdır. Yoxlama zamanı sol ayağında olan corabında gizlətdiyi otuz, sağ ayağında olan corabında gizlətdiyi iyirmi üç ədəd həb və doqquz ədəd həb parçası aşkar edilmişdir. Həmin həblərə baxış zamanı ümumilikdə 53 ədəd həbin qəhvəyi rəngli, birxətli, üzərində F/M 40 yazısı olduğu, 9 ədəd qəhvəyi rəngli həb parçasının isə üzərində F/M 40 yazısı olan həblərin parçası olduğu müəyyən edilmişdir. Bundan sonra daxili orqanlarının tibbi müayinədən keçirilməsi üçün Astara rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Xəstəxanada rentgenoloji müayinə zamanı daxili orqanı-düz bağırsağında gizlətdiyi bağlamaları aşkar edərək çıxartmışlar. Həmin bağlamalara baxış zamanı açıq qəhvəyi rəngli narkotik maddə “kakos” olduğu müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş ümumilikdə 53 ədəd qəhvəyi rəngli həb, həb parçaları və düz bağırsağında aşkar edilmiş içərilərində “kakos” olan iki ədəd bağlama gömrük əməkdaşı tərəfindən tərəzidə çəkildikdən sonra qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə gömrük əməkdaşı tərəfindən protokol tərtib edilərək oxunmuş, o protokolda imza etmişdir. Digər bükümü ağrıları olduğuna görə özü istifadə etməkdən ötrü gizlətmişdir. Yasamal RPİ-nin MSY-sinə qəbul edən zaman yoxlanılmış, lakin tapa bilməmişlər. Yasamal Rayon Polis idarəsinin MSY-də yoxlandığı zaman birinci ayaqqabısını çıxarıb göstərmiş və yerə qoymuşdur. Sonra corabını çıxardanda bükümü ayaqqabının içərisinə atmış, polis əməkdaşları bunu görə bilməmişlər. Daha sonra əl yükü yoxlanılmışdır. Ağrılarına görə gecə bir neçə dəfə istifadə etmiş və MSY-nin saxlama otağında kamera olduğunu bilməmişdir. Gecə bükümü yastığın altına qoyub yatmışdır. Sabah tezdən narkotik vasitədən bir az istifadə etmək istəmiş, lakin qəflətən polis əməkdaşları içəri girmişlər. Bükümü atmağa imkanı olmamış və əyninə geydiyi idman şalvarının sol cibinə qoymuşdur. Koridora çıxarılmış və yoxlama aparılmışdır. Yoxlama aparılan zaman həmin büküm aşkar edilib götürülmüş və qablaşdırılaraq sənədlər tərtib edilib imza etmişdir. Bir daha bildirir ki, onun üzərindən və daxili orqanı-düz bağırsağından aşkar olunaraq götürülmüş metadon dərman həblərini və heroini satmaq niyyəti olmamıs, onları şəxsi istifadəsi üçün əldə etmişdir. Odur ki, özünü satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlama və daşımaqda təqsirli bilmir, lakin şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməkdə və onları qaçaqmalçılıqla dövlət sərhədindən keçirməkdə təqsirli bilir. Törətdiyi əməlindən səmimi peşmandır. Odur ki, əməlinin Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.2 və 234.1-ci maddəsi ilə tövsif edilməsi və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oglu ifadəsində göstərdi ki, o, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə hadisə vaxtı, yəni gömrük əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilən zaman görmüşdür. Belə ki, xx xxxxx 2019-cu il tarixdə saat 22 radələrində Astara Gömrük postunda olarkən gömrük əməkdaşı tərəfindən şəxsin üzərində aparılacaq yoxlamada iştirak etmək üçün hal şahidi kimi dəvət edilmişdir. Daha sonra başqa bir nəfərdə hal şahidi kimi dəvət edilmişdir. Onlara hüquq və vəzifələri izah edilmiş, yəni onlara izah etmişlər ki, həmin şəxsin üstündə nə aşkar etsələr bunu protokolda yazıb göstərəcəklər. Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama zamanı onun sol ayağında olan corabında 30 ədəd, sağ ayağında olan corabında 23 ədəd həblər və 9 ədəd həb parçaları aşkar edilmişdir. Həmin həblərə baxış zamanı ümumilikdə 53 ədəd həblərin qəhvəyi rəngli, birxətli üzərində F/M 40 yazısı olduğu 9 ədəd qəhvəyi rəngli həb parçalarının üzərində F/M 40 yazısı olan həblərin parçası olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara rayon Mərkəzi Xəstəxanasına aparılmış, xəstəxanada rentgenoloji müayinə zamanı Təqsirləndirilən şəxs daxili orqanı-düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş iki ədəd bağlamalar aşkar edilərək çıxarılmışdır. Həmin bağlamalara baxış zamanı açıq qəhvəyi rəngli maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş ümumilikdə 53 ədəd qəhvəyi rəngli həb, həb parçaları və düz bağırsağında aşkar edilmiş içərilərində maddələr olan iki ədəd bağlamalar gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bu barədə gömrük əməkdaşı tərəfindən protokol tərtib edilərək oxunmuş, protokol onun özü, digər hal şahidi və Təqsirləndirilən şəxs da imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, ifadəsində xx xxxxx 2019-cu il tarixdə saat 22 radələrində Astara Gömrük postunda olarkən gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində aparılacaq yoxlamada hal şahidi kimi iştirak etdiyi, baxış zamanı Təqsirləndirilən şəxs sol ayağında olan corabında 30 ədəd, sağ ayağında olan corabında 23 ədəd həblər və 9 ədəd həb parçaları aşkar olunduğu, bundan sonra Təqsirləndirilən şəxs daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara rayon Mərkəzi Xəstəxanasına aparıldığını, xəstəxanada rentgenoloji müayinə zamanı Təqsirləndirilən şəxs daxili orqanı-düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş iki ədəd bağlamalar aşkar edilərək çıxarıldığını, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş ümumilikdə 53 ədəd qəhvəyi rəngli həblər, həb parçaları və düz bağırsağında aşkar edilmiş içərilərində maddələr olan iki ədəd bağlamalar gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq götürüldüyünü, bu barədə gömrük əməkdaşı tərəfindən protokol tərtib edilərək oxunduğunu və protokol onun özü, digər hal şahidi və Təqsirləndirilən şəxs da imzalarla təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oglu ifadəsində göstərdi ki, o, Bakı şəhəri Yasamal rayon X4 Saxlama Yerinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir münasibət olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildirir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi İstintaq və Təhqiqat Şöbəsinin icraatında olan cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə saxlanılması üçün Yasamal rayon X4 Saxlama Yerinə təhvil verilmişdir. Həmin vaxt «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi» haqqında qanuna və «Polis orqanlarında müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair» təlimata əsasən Təqsirləndirilən şəxs yoxlanışı zamanı üzərinə baxış keçirilmişdir. xx xxxxx 2019-cu il tarixdə saat 08:45-də təlimata uyğun olaraq səhər yoxlanışı zamanı Təqsirləndirilən şəxs üzərinə təkrar baxış keçirilən zaman əynində olan gödəkçənin iç sol cibindən bir bükümdə narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yoxlama zamanı əynində olan gödəkçənin iç sol cibindən aşkar edilmiş bir bükümdəki maddə narkotik maddə heroindir, müvəqqəti saxlama yerinə təhvil verilərkən həmin maddəni düz bağırsağında gizlətdiyi üçün ilkin baxış zamanı aşkar edilməmişdir. xx xxxxx 2019-cu ildə İran islam Respublikasının Astara şəhərində 1 selofan bağlamada 30 həb, digər selofan bağlamada 23 həb və 9 ədəd həb parçası olmaqla, 2 selofan bağlamada ümumilikdə 53 ədəd metadon həbi və 9 ədəd metadon həbinin parçasını və 3 bağlamada heroin narkotik vasitəsini öz istifadəsi üçün əldə etmişdir. Bundan sonra içərisində 30 metadon həbi olan selofan bağlamanı ayağındakı corabın sol tayında, içərisində 23 metadon həbi və 9 ədəd həb parçası olan sellofan bağlamanı ayağındakı corabın sağ tayında, 3 ədəd içində heroin olan uzunsov bağlamalarını isə daxili orqanı-düz bağırsağında,anal dəliyində yerləşdirməklə həmin gün saat 22 radələrində Astara gömrük postunda Azərbaycan Respublikasmin gömrük sərhədindən gömrük nəzarətindən keçərkən saxlanılmış və qeyd olunan heroin və həblər ondan aşkar edilərək götürülmüşdür. Lakin düz bağırsağında, anal dəliyində yerləşdirdiyi 3 ədəd, içərisində heroin olan uzunsov bağlamadan 2 ədədi aşkar edilmiş, digər 1 ədəd bağlama isə aşkar edilməmişdir. Həmin bağlama düz bağırsağında, anal dəliyində olduğundan Yasamal rayon X4 Saxlama Yerinə qəbul olunarkən ilkin tam baxış zamanı aşkar olunmamışdır. X5 saxlama kamerasına yerləşdirildikdən sonra ayaqyolu sahəsində həmin 1 büküm heroini düz bağırsağından çıxararaq əynində olan gödəkçənin iç sol cibinə qoymuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükum götürülərək qablaşdırılmış, bu barədə X5 əməkdaşlarının və dəvət edilmiş Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakları ilə müvafiq protokol tərtib edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə oxşar maddə tərtib edilmiş sənədlərlə birlikdə Yasamal RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin MSY-nin növbətçisi Şahid6, Yasamal RPİ-nin MSY-nin polis nəfərləri Şahid5 və Şahid7 Şahid4 oglunun ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, ifadələrində Yasamal rayon X4 Saxlama Yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə, saat 08:45-də təlimata uyğun olaraq səhər yoxlanışı zamanı Təqsirləndirilən şəxs üzərinə təkrar baxış keçirilən zaman əynində olan gödəkçənin iç sol cibindən bir bükümdə narkotik vasitəyə oxşar maddə aşkar olunduğu, aşkar olunmuş maddə narkotik maddə heroin olduğunu, həmin maddənin müvəqqəti saxlama yerinə təhvil verilərkən düz bağırsağında gizlətdiyi üçün ilkin baxış zamanı aşkar olunmadığını, Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükum götürülərək qablaşdırıldığını, bu barədə X5 əməkdaşlarının və dəvət edilmiş müdafiəçisinin iştirakları ilə müvafiq protokol tərtib edildiyini, həmçinin Təqsirləndirilən şəxs ifadəsində xx xxxxx 2019-cu ildə İran islam Respublikasının Astara şəhərində 1 selofan bağlamada 30 həb, digər selofan bağlamada 23 həb və 9 ədəd həb parçası olmaqla, 2 selofan bağlamada ümumilikdə 53 ədəd metadon həbi və 9 ədəd metadon həbinin parçasını və 3 bağlamada heroin narkotik vasitəsini öz istifadəsi üçün əldə etdiyini bildirdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Cənub Ərazi Baş Gömrük İdarəsi Astara Gömrük Postunun böyük inspektoru vəzifəsində işləyir. xx xxxxx 2019-cu il tarixdə piyada xəttində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn sərnişinlərə gömrük nəzarətini həyata keçirmişdir.Həmin gün saat 22 radələrində piyada yolla İrandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılaraq üstündə və ya daxili orqanlarmda qanunla dövriyyəsi qadağan olunmuş və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması barədə soruşularkən sonuncu üstündə Ba daxili orqanlarmda heç bir qadağan olunmuş və ya gömrük nəzarətindən gizlədilmiş malların olmadığını bildirmişdir. Dəvət edilmiş iki nəfər hal şahidlərinin və mütəxəssis tibb işçisinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində yoxlama aparan zamanı sonuncunun sol ayağında olan corabında 30 ədəd, sağ ayağında olan corabında 23 ədəd həblər və 9 ədəd həb parçaları aşkar edilmişdir. Həmin həblərə baxış zamanı ümumilikdə 53 ədəd həblərin qəhvəyi rəngli,birxətli üzərində F/M 40 yazısı olduğu,9 ədəd qəhvəyi rəngli həb parçalarının üzərində F/M 40 yazısı olan həblərin parçası olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Xəstəxanada rentgenoloji müayinə zamanı Təqsirləndirilən şəxs daxili orqanı-düz bağırsağından şəffaf rəngli selofana bükülmüş iki ədəd bağlamalar aşkar edilərək çıxarılmışdır.Həmin bağlamalara baxış zamanı açıq qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş ümumilikdə 53 ədəd qəhvəyi rəngli həblər, həb parçaları və düz bağırsağında aşkar edilmiş içərilərində narkotik vasitəyə oxşar maddələr olan iki ədəd bağlamalar Təqsirləndirilən şəxs və hal şahidlərinin yanında tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilərək oxunmuş, protokol Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 01, iş vər. 113-116) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Astara rayon Mərkəzi Xəstəxanasında cərrah vəzifəsində işləyir. xx xxxxx 2019-cu il tarixdə, axşam saatlarında Dövlət Gömrük Komitəsinin əməkdaşı Şahid8 dəvət edilmiş hal şahidləri ilə üzərinə baxış keçirilərkən sağ və sol ayaqlarında olan corablarında üzərində F/M 40 yazısı olan həblər aşkar edilmiş Təqsirləndirilən şəxs daxili orqanlarının tibbi müayinədən keçirilməsi üçün Astara rayon mərkəzi xəstəxanasına gətirmişlər.Tibbi müayinə aparılarkən rentgenoloji müayinə zamanı Təqsirləndirilən şəxs daxili orqanı olan düz bağırsağında şübhəli cizgilər müşahidə edilmiş, tibbi müdaxilə nəticəsində onun daxili orqanı-düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş iki ədəd bağlama aşkar edilərək çıxarılmışdır. Təqsirləndirilən şəxs düz bağırsağında aşkar edilərək çıxarılmış iki ədəd bağlamaya baxış zamanı içərilərində açıq qəhvəyi rəngli narkotik maddəyə oxşar maddələrin olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həblər, maddələr və tibbi müayinə zamanı onun düz bağırsağında aşkar edilərək çıxarılmış iki ədəd bağlama gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə gömrük əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, protokol o və baxış zamanı iştirak etmiş iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 1, iş vər. 170-171). Təqsiləndirilən şəxsTəqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan “Şəxsi yoxlama aparılması haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsi Astara Gömrük Postunun böyük inspektoru tərəfindən dəvət olunmuş hal şahidlərinin və Astara Rayon Mərkəzi Xəstəxanasının həkimi Şahid3 iştirakı ilə vət. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmışdır. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən ayağına geyindiyi qara rəngli corabın sol tayında 30, sağ tayında isə 23 ədəd həb və 9 ədəd həb parçası aşkar olunmuşdur. Həmin həblərə baxışı zamanı ümumilikdə 53 ədəd həbin qəhvəyi rəngli, birxətli üzərində F/M 40 yazısı olduğu, 9 ədəd qəhvəyi rəngli həb parçasının isə üzərində F/M 40 yazısı olan həblərin parçası olduğu məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Astara Rayon Mərkəzi Xəstəxanasına aparılaraq daxili orqanları tibbi müayinədən keçirilmişdir. Xəstəxanada rentgenoloji müayinə zamanı Təqsirləndirilən şəxs daxili orqanı-düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 2 ədəd bağlama aşkar edilərək çıxarılmışdır. Həmin bağlamalara baxış zamanı 2 ədəd bağlamada açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumilikdə 53 ədəd qəhvəyi rəngli, birxətli üzərində F/M 40 yazısı olan həb və 9 ədəd qəhvəyi rəngli həb parçası, həmçinin onun daxili orqanı-düz bağırsağından aşkar içərisində narkotik vasitə heroinə oxşar maddə olan 2 ədəd bağlama Təqsirləndirilən şəxs özünün və hal şahidlərinin iştirakı ilə götürülmüş və qablaşdırılmışdır. (cild 1, iş vər. 8-10). İşdə olan tutma haqqında protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə onun barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmışdır. (cild 1, iş vər. 27, 87- 89). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 10442 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş polietilen paketdə 02 ədəd uzunsov bükümlərdə ayrı-ayrılıqda çəkiləri 45,363 qram, 47070 qram, ümumi təmiz çəkisi 92,433 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 bükümdə 53 ədəd, üzərlərində F/M 40 yazısı həkk olunmuş bütöv, 09 ədəd yarı bölünmüş vəziyyətdə olan eyni əlamətli tabletlər təsiredici maddəsi metadon olan dərman preparatlardır. 53 ədəd bütöv və 09 ədəd yarı bölünmüş vəziyyətdə olan tabletlərin tərkibində metadon təsir maddəsinin ümumi miqdarının 2,3 qram təşkil edir. Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına, metadon Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin siyahısına daxildir. Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 92,433 qram olmuş, tədqiqata sərf edilmiş 0,06 qram və 92,373 qram qalıq qalmışdır. Metadon 53 bütöv tablet, tədqiqata sərf edilmiş 01 tablet və 52 ədəd bütöv tablet qalıq qalmışdır. Metadon 09 yarı tablet, tədqiqata sərf edilmiş 02 yarı tablet və 07 ədəd yarı tablet qalıq qalmışdır. (cild 1, iş vər. 45-46). İşdə olan «Əşyanın maddi sübut hesab edilməsi haqqında» xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 92,373 qram heroin narkotik vasitəsi, 52 ədəd bütöv metadon tableti və 07 ədəd yarı tablet cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (cild 1, iş vər. 90-91). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış xx xxx 2019-cu il tarixli tələbnamə və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx xxx 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 129.1-ci maddələri ilə təqsirli bilinib 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuşdur. (cild 1, iş vər. 108-109, 156-159). İşdə olan Sabirabad RİH X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 571 nömrəli, xx xxx 2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Hüseynov X3 şəhəri, Nizami küçəsi, ev 69, mənzil 1 ünvanda ailə üzvləri (anası, arvadı və yetkinlik yaşına çatmayan iki övladı) ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vər. 111-112). İşdə olan xx xxxxx 2019-cu il tarixli aktdan görünür ki, xx xxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində DGKnin əməkdaşları tərəfindən Yasamal RPİ-nin MSY-nə gətirilən Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə, saat 08:45-də baxış zamanı onun geyindiyi gödəkçənin iç sol cibindən bir bükümdə narkotik vasitəyə oxşar maddə aşkarlanmışdır. (cild 1, iş vər. 123). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22.04. 2019cu il tarixli, 10487 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd uzunsov formalı polietilen bükümdə təmiz çəkisi 27,502 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 27,502 qram olmuş, tədqiqata sərf edilmiş 0,05 qram və 27,452 qram qalıq qalmışdır. (cild 1, iş vər. 135). İşdə olan «Əşyanın maddi sübut hesab edilməsi haqqında» xx xxx 2019-cu il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 27,452 qram heroin narkotik vasitə cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (cild 1, iş vər. 162-163). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2019cu il tarixli, 382 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi mülaicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vər. 195). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019cu il tarixli, 25667 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək ekspertizaya təqdim edilmiş iki ədəd bükümdə ümumi çəkisi 92,373 qram olan maddə və bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 27,452 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroinin ümumi təmiz çəkisi 92,373 qram olmuş, tədqiqata sərf edilmiş 0,05 qram və 92,323 qram qalıq qalmışdır. Heroinin ümumi təmiz çəkisi 27,452 qram olmuş, tədqiqata sərf edilmiş 0,05 qram və 27,402 qram qalıq qalmışdır. (cild 2, iş vər. 44-45). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə X2 xx.xx.2019-cu il tarixli, 2000 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi faliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, iş vər. 64-65). “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, həmin qərarla iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 92,323 qram və 27,402 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 52 ədəd bütöv metadon tableti və 07 ədəd yarı metadon tableti cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Yasamal RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. (cild 2, iş vər. 66-76). İşdə olan «Cinayət işinin ayrılması haqqında» xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində olan hazırki ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəsi heroini və təsiredici maddə metadonu əldə etdiyi istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (cild 2, iş vər. 78-80). Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında metadonun 1,6 qramdan yuxarı, heroinin isə xalis çəkisinin 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə həmin tövsiyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə külli miqdarda narkotik vasitə istintaqla müəyyən edilməmiş mənbədən əldə etməsini, onların müxtəlif narkotik vasitələr növünə aid olmasını, qablaşdırma və dövlət gömrük sərhədindən keçirilmə üsulunu nəzərə alaraq hesab edir ki, onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib, saxlayaraq daşıması tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər Saatlı Rayon Məhkəməsinin xx xxx 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 129.1-ci maddələri ilə təqsirli bilinib 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu, cəzasının sonu ilə azad olunduğu və həmin vaxtdan müvafiq vaxt keçdiyinə görə Azərbaycan Respublikası CMnin 83.3.2-ci maddəsinin müddəalarına əsasən o, məhkumluğu olmayan şəxs hesab olunmalı, onun ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. İş üzrə maddi sübutlar,- Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 92,323 qram və 27,402 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 52 ədəd bütöv metadon tableti və 07 ədəd yarı metadon tableti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri cəmi 288.90 (iki yüz səksən səkkiz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə törətməkdə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə və CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 92,323 qram və 27,402 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 52 ədəd bütöv metadon tableti və 07 ədəd yarı metadon tableti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərcləri cəmi 288.90 (iki yüz səksən səkkiz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-266/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-266/2020
21.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver