Məhkəmə qərarları › İş №1(101)-266/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-266/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-266/2025 03.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X11 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 2003-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, C.Məmmədquluzadə küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış, daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 18 ədəd kibrit qutusunda ümümi təmiz çəkisi xeyli miqdarda 51.73 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi külli miqdarda, 540 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşımaqla üzərində saxlamış, 21 dekabr 2023-cü il tarixdə saat 00:30 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 33 cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövvriyyəsində şübhəli bilinərək ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əlində olan 01 ədəd ağ rəngli sellofan bağlamanın içərisində 18 ədəd kibrit qutusunda tərkiblərinə görə eyni olub ayrılıqda təmiz çəkiləri 2,35 qram, 2,37 qram, 2,99 qram, 2,87 qram, 2,45 qram, 2,77 qram, 3,58 qram, 2,83 qram, 3,70 qram, 2,71 qram, 2,31 qram, 2,58 qram, 2,89 qram, 3,22 qram, 2,85 qram, 3,19 qram, 2,57 qram 3,50 qram ümumi təmiz çəkisi xeyli miqdarda 51,73 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 540 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 20 dekabr 2023-cü il tarixdə saat 22:30 radələrində Yeni Günşəli ərazisində tutulmuş, həmin yerə bir qram narkotik üçün getmiş və dostu ilə birlikdə taksidən düşərkən onu polis əməkdaşları tutaraq bölməyə aparmışlar. Bölmədə on min pul təklif edilmiş, o da on min pulunun olmadığını və bir qram narkotik üçün getdiyini demişdir. Bundan sonra ona “ya evindən çıxacaq, ya da boynuva al” demişlər. O, hüququnun olduğunu deyərək vəkil istəmiş, lakin vəkil verməmişlər. Ona qol çəkməli olduğunu desələr də heç bir sənədə qol çəkməmişdir. X6rkən də vəkil gəlməmişdir. 4.Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən istifadə etmiş, amma satışı olmamiş, bacısı onu müalicə etmişdir. O, həmin yerə bir qram narkotik dalıyca getmiş, satışı qeyri mümkündür. İran vətəndaşı olan “Ağa” “instagram”da ona “takib” atmış və yazışmışlar, 19-u dekabrda ünvan atmış, işdə olduğundan ünvanı dostuna atmış, 20-si ünvana gedib taksidən düşəndə Yeni Günəşlidə polis əməkdaşları onları saxlamışlar. Saxlayan zaman polis əməkdaşları ciblərindən telefonu çıxarmışlar. Polis əməkdaşları bir saat otuz dörd dəqiqə onu orada gözlədiklərini danışmışlar. Onu bölməyə apararaq “srok”a getdiyini demişlər, o da razılaşaraq bir qramın cəzası nədir çəkəcəyini, evini narahat etməməsini demişdir. Polis əməkdaşları yox deyərək ağ sellofanı ona göstərmişlər, bu zaman o, qol çəkəcəyini, evini narahat eləməməsini demiş, məhkəmədə müəyyən olunacağını düşünmüşdür. Videoçəkilişdə şəxsi istifadəsi üçün getdiyini demişdir. Daha sonra vəkil istəsə də verməmişlər, vəkilin X15 yanına gələcəyini demişlər, lakin vəkil gəlməmişdir. Üç dəfə sanksiya məhkəməsinə çıxmış, vəkili ancaq onda görmüşdür. Hakim ondan “özüvü təqsirli bilirsən” soruşduqda qismən bildiyini demişdir. Hakim yanında kiminsə olub-olmadığını soruşmuş, o da dostunun olduğunu demiş, sonra hakim müstəntiqdən “bunun dostu hanı” soruşmuş, müstəntiq də buraxıldığını demişdir. Onun bacısı şikayət etmişdir. O, İran vətəndaşı olduğuna əmin olmamış, özü İran vətəndaşı olduğunu demişdir. Əvəllər onun iranlı ilə heç bir münasibəti olmamışdır. Aralarında heç bir pul söhbəti olmamış, ona “bax əgər olsa orada, iyirmi manat atarsan” demişdir. Birinci dəfə aldığından ona etibar etməmişdir. O, narkotik üçün Elşən adlı dostu ilə birlikdə getmişdir. Onların ikisini dörd nəfər polis əməkdaşı saxlamışdır. Onu polis bölməsinə Ülvi adlı əməliyyatçı aparmış, Ülvi və Emin adlı polis əməkdaşı onu döymüşlər. Başqa əməkdaşların adlarını bilmir. O, təcridxanaya girəndə xəsarəti və polisin vurduğu iz olmamışdır. Dostu onunla narkotik almağa getmiş, dostu ilə onu üzləşdirməmişlər. Onların ikisi marixuana almağa getmişlər. İranlının adı “Ağa” olmuş, birinci dəfə “Ağa”dan narkotik almışdır. Qalan vaxtlarda narkotiki dost-tanışdan almışdır. Polislər onu narkotik olan yerə çatmamış saxlamışlar. O, barəsində həbs seçiləndə məhkəməyə yükləmə olduğunu demişdir. O, evə baxışda iştirak etməmiş, X17 aparılmış, oradan da 3 saylı təcridxanaya aparılmışdır. Onu ekspertizaya əməliyyatçılar aparmış, ondan xanımlar analiz götürmüş, indiyə kimi yadındadır ki, əməliyyatçılar xanımlardan “çıxdı” soruşmuşlar, xanımlar da “xeyr” demişlər. Onu tutan polis əməkdaşlarıyla heç bir düşmənçiliyi olmamışdır. Nəyə görə polis əməkdaşlarının yalan danışdığını bilmir. İşdə olan imzalar ona məxsus olmamışdır. Heç bir ifadəsini təsdiq etmir. Çəkilişdə də təzyiq altında olmuşdur. Tikintidə nəzarətdə olmuş, 10 işçisi olmuş və gəliri oradan olmuşdur. Aylıq gəliri 600-700 manat olmuşdur. 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə “İnstaqram”sosial şəbəkəsində “Kola,Patı” adlanan səhifədən atılan takibi qəbul etmiş, həmin günü özünü İİR-sı vətəndağı kimi təqdim edən Ağa adlı şəxs ona narkotik vasitənin daşınmasında köməklik göstərməsini təklif etdikdə bu təklifi qəbul etmişdir. Ağa adlı şəxs xx.xx.2023-ci tarixdə istifadəsində olan “WhatsApp” nömrəsini istədikdə isə istifadəsində olan ***-***-**-** mobil nömrəsini ona vermişdir. Ağa adlı şəxs onunla əlaqə yaradaraq Cəllabad şəhərinə getməsini, oradan narkotik vasitəni götürüb deyilən ünvana çatdırmasmı təklif etdikdə Cəllabad rayonunun uzaq olduğunu və pulunun olmadığını demiş, Ağa da narkotik maddəni götürdükdə həmin bağlamada 500 manat pul olacağını bildirsə də Ağanın bu təklifi ilə razılaşmamışdır. Sona Ağa onunla əlaqə saxlayaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində narkotik vasitə götürməyi təklif etmiş, xx.xx.2023-ci tarixdə axşam saatlarında şəkil ataraq həmin ünvana getməyini istəmiş, ona yalan deyərək həmin ünvana getdiyini həmin ünvanda narkotik maddəni tapmadığını demişdir. xx.xx.2023-ci ildə saat 18.00 radələrində Ağa ilə əlaqə saxlayaraq işinin tez qutardığmı və narkotiki təklif olan ünvandan götürə biləcəyini bildirmiş, həmin vaxtı dostu Elşənlə görüşməli olduğuna görə Elşənlə əlaqə saxlayıb metronun «Nefçilər» staniyasının qarşısında görüşməyə razılaşmışlar. Metroda olduğu zaman Ağa onunla əlaqə saxlamış ünvanın Yeni Günəşlidə olduğunu demişdir. Metronun 20 Yanvar stansiyasından «Nefçilər» stansiyasına gəldikdə Elşənin orada onu gözləyini görmüşdür. Elşənlə görüşmüş, işnin çıxdığını və Günəşli qəsəbəsinə gedəcəyini demiş Elşən nə işi olduğunu soruşsa da Yeni Günəşli qəsəbəsinə nə üçün gedəcəyni Elşənə bildirməmişdir. Ona narkotik vasitənin olduğu yer göndərildikdən sonra həımin ünvana «Bolt» taksi şirkətindən taksi sifariş etmiş, Elşənlə birlikdə Yeni Günəşli qəsəbəsinə getmişlər. Orada taksidən düşmüşlər və Elşən yolun kənarında dayanıb gözləmiş, o, isə ona göndlərilən ünvan gedib narkotik vasitəni qoyulduğu yerdən gtürüb Elşənin onu gözlədiyi yerə qayıtmışdır. Saat saat 00.30 radələrində Yeni Günəşli qəsəbəsində odduqları zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları kimi təqdim edərək narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Elşəni 33-cü PB-nə dəvət etmişlər. Suraxanı RPİ-nin 33-cü PB-nnin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələrim izah edilmiş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Vəkili gəldikdən sonra o da ona vəkil tərfindən də hüquq və vəzifələrimi ziah olunmuş, daha sonra isə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi barədə nərar elan olunmuş, üzərində olan əşyaları əşya təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı əlində olan sellofan bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən üzərində axtarış keçirilmiş, əynində olan qara rəngli şalvarımın sol yan cibindən bir ədəd üzərində ***-***-**-** və ***-***-**-** saylı nömrələri olan “Redmil” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və üç manat pul aşkar edilib götürülmüşdür. Təqdim etdiyi əlində olan sellofan bağlamanın içərisindən, hər birinin içərisində narkotik vasitə qurulumuş marixuana 18 (on səkkiz) ədəd kibrit qutusu və bir ədəd bükümdə psixotrop maddə metamfetamin əynindəki qara rəngli şalvarının sol yan cibindən üç manat pulu, sağ yan cibindən isə bir ədəd qara rəngli «Redmi» markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin ayrı ayrı zərflərə qoyularaq zəflər möhürlənmiş, şəxsiyyət vəsiqəsi və mobil telefonu da götürülmüş üç manat pulu isə özünə qaytarılmışdır. Təqdim etdiyi 18 ədəd kibrit qutusunda olan narkotik vasitə qurulumuş marixuananı və psixotrop maddə metamfetamini İran vətəndaşı Ağa kimi tanıdığı şəxsdən öz istifadəsi üçün onlayn şəkildə aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərflərin üzərini imzalamışdır, tərəfindən imzalamışdır. Saxlanılarkən, Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilən zaman və PB-də olduğu müddətdə onlara qarşı hər-hansı bir psixi və ya fiziki təzyiq göstərilmişdir. Elşənin onun Ağa ilə əlaqəsi olmasından və Yeni Günəşli qəsəbsində narkotik vasitə və psixotrop maddə götürməsindən xəbəri olmamışdır (İ cild, səh. 95-97). 6.Məhkəmə baxışında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, təxminən dekabr ayında Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermişlər və müvafiq sənədləşmə aparıldıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Səhv etmirsə iki nəfər olmuşlar və yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Sonra onlarla polis bölməsinə getməli olduqlarını demişlər və həmin şəxslər heç bir müqavimət göstərmədən onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsinin inzibati binasında olan otaqların birində üzərinə şəxsi axtarış keçirilməsi barədə izah olunmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Məmmədbağıra üzərində qanunla qadağan olunmuş əşya-predmet varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. O, əlində olan sellofanı təqdim edərək narkotik vasitə olduğunu demiş və İran vətəndaşından onlayn şəkildə öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin sellofanın içərisində 10-15 ədəd qutular olmuş, eyni zamanda sellofana bükülmüş şəkildə “patı” dediyi metamfetamin olmuşdur. Daha sonra, digər şəxsə üzərində qanunla qadağa edilmiş nə isə olduğu halda təqdim edilməsi təklif edilmiş, həmin şəxs üzərində heç bir şey olmadığını, Məmmədbağırın “işim var gedək Günəşli qəsəbəsinə” dediyini, bu məqsədlə Məmmədbağırla gəldiyini, heç bir şeydən xəbərinin və məlumatının olmadığını bildirmişdir. 7.Şahid X22 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı onun məlumatı olmuş və onunla birgə əməliyyatda dörd nəfər iştirak etmişdir. Təqsirləndirilən şəxs gecə qaranlıqda Günşəlidə “D” massivində saxlanılmışdır. Əməliyyat məlumatı narkotik vasitələrin saxlanılması və istifadəsi barəsində olmuşdur. Təqsirləndirilən şəxs narkotiki onlayn şəkildə İran vətəndaşı olan “Ağa” adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Səhv etmirsə İran vətəndaşına pul yollayacağını demişdir. Təqsirləndirilən şəxs kirayə yaşadığını demiş və baxış özünün razılığı ilə keçirmişlər. Digər saxlanılan şəxs Binədə Atçılıq qəsəbəsində olarkən Məmmədbağırın “gedək bir adam var onunla görüşməliyəm” dediyini bildirmiş, dediyinə görə həmin şəxsin bu proseslərdən məlumatı olmamış və həmin şəxsin üzərindən də heç bir şey aşkar edilməmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən verilməmişdir. Daha sonra maraqlanmışlar ki, atası da, özü də dəfələrlə narkotiklə tutulmuşlar. Üzərinə şəxsi axtarış bölmədə videoçəkilişlə və vəkil təmin olunmaqla keçirilmişdir. Şəxslərin üzərlərinə şəxsi axtarış ayrı-ayrılıqda keçirilmişdir. Təqsirləndirilən şəxsin dedikləri əsassızdır və cinayət məsuiyyətindən yayınmaq üçün deyir. Saxlanıldıqdan sonra, idarədə hansısa zor və təzyiq göstərilməmişdir. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 8.Məhkəmə iclasında X13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 30-cu PŞ-nə xx.xx.2023-cü il tarixdə 33-cü PB-nə Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olan, ünvan 5də yaşayan Təqsirləndirilən şəxs və Naxçıvan MR, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olan və ünvan 3 ünvanda yaşayan Şahid1 Bakı şəhər, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmələri, saxlıyıb daşımaları və istifadə etməli barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə dərhal polis bölməsinin rəhbərliyinə məruzə edib təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş, polis bölməsinin rəisinin əmri ilə onun rəhbərliyilə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid5 ibarət əmliyyat qrupu yaradılmış, dərhal Təqsirləndirilən şəxs və Şahid1 ifşa olunmaları üçün əməliyyt- axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2023-cü il tarixdə saat 00:20 dəqiqədə Təqsirləndirilən şəxs və Şahid1 Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 21-ci binanın yaxınlığında müşahidəyə götürülmüş, saat 00:30 radələrində Təqsirləndirilən şəxs və Şahid1 saxlayıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onlara narkotik vasitə və psixotrop maddə edib saxlamayıb daşımaqda şübhəli olduqlarını bildirib Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs və Şahid1 şübhəli şəxsin hüquq vəzifəri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, videoçəkiliş aparılmaqla üzərlərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid1 üzərlərində ayrı-ayrılıqda şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olundunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan sellofan bağlamanın içərisindən, hər birinin içərisində narkotik vasitə qurulumuş marixuanaya oxşar kütlə olan 18 (on səkkiz) ədəd kibrit qutusunu və bir ədəd bükümdə psixotrop maddə meteamfetaminə oxşar kütləni, əynindəki qara rəngli şalvarının sol yan cibindən üç manat pulu, sağ yan cibindən isə bir ədəd qara rəngli «Redmi» markalı mobil telefonü çıxarıb təqdim etmiş, təqdim etdiyi 18 ədəd kibrit qutusunda olan kütlələrin narkotik vasitə qurulumuş marixuana, kiristal şəkilli kütlə psixotrop maddənin metamfetamin olduğunu, narkotik vasitə quruldulmuş marixuananı və psixotrop maddə metamfetamini İran vətəndaşı Ağa kimi tanıdığı şəxsdən öz istifadəsi üçün onlayn şəkildə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə və 18 ədəd kibrit qutusunun içərisndəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə götürülərək ayrı-ayrı zərflərə qablaşdırılmış, zərflər möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək oxunmuş, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Bundan sonra Şahid1 videoçəkiliş aparılmaqla üzərlərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildi və videoçəkiliş aparılmaqla onlın üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl Elşən Səfrova üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, amma onun üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək oxunmuş, protokolun məzmunu ilə tanış olub protokolu imzalamışlar (İ cild, səh. 127-129). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2023-cü ilin dekabr ayının sonunda Ülvi Quliyevin məlumatı əsasında əməliyyat qrupu təşkil edilmiş və Yeni Günəşlidə “D” massivində müşahidəyə qrup yaradılmışdır. İki nəfər şəxsin, Elşən və Məmmədbağırın, narkotik vasitələrin istifadəsi, saxlanması, daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Gecə saat ikidə şəxsləri müəyyən edib yaxınlaşaraq özlərini təqdim etmişlər və polis bölməsinə dəvət etmişlər. Daha sonra raportla rəhbəliyə məruzə olunmuşdur. Təhqiqatçının otağında videogörüntü ilə üzərlərinə baxış keçirilmiş və üzərlərində olan qanunsuz narkotik vasitələri təqdim etmişlər. Məmmədbağır təqdim etmiş, Elşəndə isə heç nə olmamışdır. 10.Şahid3 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, tədbirdə dörd nədər iştirak etmişlər. X26 “D” massivində 21-ci binanın yanında saat 21:30-da saxlamışlar. Üzərlərlərinə şəxsi axtarış videoçəkilişlə bölmədə keçirilmişdir. Səhv etmirsə Məmmədbağırdan aşkarlanan narkotik vasitələr 18 kibrit qutusundan ibarət olmuş, əlavə olaraq metamfetamin də aşkar edilmişdir. Üzərindən aşkar olunan maddələrlə bağlı özünün də istifadə etdiyini, həm də satış məqsədi ilə İran vətəndaşından aldığını bildirmişdir. Müdafiəçi dəvət olunmuşdur. Onlar əməliyyata gedəndə nəyin dalınca getdikləri əvvəldən məlum olmadığından həm satış, həm də istifadə qeyd edilir. Kimdən və neçəyə alması barədə onun məlumatı olmamışdır. Dördü də həmin iki şəxsi bir yerdə saxlamışlar. Saxladıqdan sonra daim şəxsin yanında olub-olmamağını xatırlamır. Həmin şəxslərin hər ikisini ayrı-ayrı otaqlara aparmışlar, şəxslərin üzərinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Dəqiq hansının baxışında iştirak etməsini xatırlamır, deyəsən Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmişdir. Narkotik Təqsirləndirilən şəxs üzərindən çıxmışdır. Şəxsin döyülməsi ilə bağl dedikləri yalandır, onların bölməsində döyülmə olmur. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 11.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, şahid X22 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 130-132). 12.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2023-cü ildə axşam saatlarında Məmmədbağır adlı şəxsin narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olması barədə iş yoldaşlarından məlumat daxil olmuşdur. Həmin gün dörd nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. X30 qəsəbəsi, “D” yaşayış sahəsinə getmişlər, Məmmədbağır və Elşən adlı oğlana yaxınlaşıb özlərini təqdim etmişlər, narkotik vasitələrin dövriyyəsi və istifadəsində şübhəli olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. Səhv etmirsə əllərində qara büküm olmuşdur. Bölmədə olan zaman təhqiqatçının otağında üzərinə baxış keçirilmiş və sənədləşdirilərək protokollaşdırılmışdır. 13.Şahid4 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, şəxs qış ayı, gecə vaxtı saxlanılmışdır. Əməliyyatda dörd nəfər iştirak etmişlər. Üzərinə şəxsi axtarış bölmədə və videoçəkilişlə aparılmışdır. Üzərindən aşkar olunanlar marixuana idi, “spiçka”da idi. Qutuların sayı yadında deyil. Deyəsən marixuana ilə yanaşı nə isə də olmuşdur. Onlar tərəfindən narkotik vasitə verilməmiş, elə bir şey olsa idi çəkilişdə deyərdi, vəkil də olmuşdur. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra döyülməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni “instragram”da tanış olduğu iranlıdan aldığını bildirmişdir. O, nə üçün aldığını bilməmişdir. Dəqiq yadında deyil ola da bilər ki, ağ sellofan paket aşkar edilmişdir. Narkotik vasitələri haradan və kimdən aldığını tədbirlər çox olduğundan müəyyən edilməmişdir. Onlar iki nəfəri saxlamışlar və ayrı-ayrı maşınlarda aparmışlar. Üzərinə baxış zamanı videoçəkilişdə o da iştirak etmişdir. Elşənin üzərinə baxışda iştirak etməyi tam yadında deyil. Deyəsən təqsirləndirilən şəxsin evinə baxış olmamışdır. Üzərindən dörd-beş ay keçib deyə, mənzilə baxışda iştirak edib-etmədiyini xatırlamır. Səhv etmirsə müşahidənin videoçəkilişi Ülvidə olmalıdır. Səhv etirəmsə onlar Ülvi Quliyevdə olmalıdır, onları özləri hərəsi bir kənarda olmuşlar. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmiş, onun yanında şəxsə qarşı fiziki təsir göstərilməmiş və heç kim vurmamışdır. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 14.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, şahid X22 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 141-143). 15.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, bölmə əməkdaşları tərəfindən zəng olunaraq tədbir olduğunu və kömək lazım olduğunu demişlər. Bundan sonra bölməyə yaxınlaşmış və hadisə yerinə getmişlər. Orada iki nəfər şəxsin narkotik vasitə isitfadəçisi olduğunu bildirmişlər. Təqsirləndirilən şəxslərə yaxınlaşaraq bölməyə gətirmişlər. Təhqiqatçıların otağında üzərlərinə videogörüntü vasitəsilə baxış keçirilmişdir. Üzərlərindən çıxanlar tam yadında qalmamış, amma kibrit qutusunda olmuş və sayları çox olmuşdur. Üzərlərinə baxışdan sonra təhqiqatçı tərəfindən sənədləşdirilmiş və onlar getmişlər. 16.Şahid5 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, məlumat Ülvi adlı əməkdaşa daxil olmuş və əməliyyat tədbirində dörd nəfər iştirak etmişlər. Ayın neçəsi olması dəqiq yadında qalmamış, amma qış ayları olmuşdur. Əməliyyat gecə saat 12-dən sonra keçirilmişdir. X27 qəsəbəsi, “D” yaşayış massivi, 20 yanvar küçəsində saxlanılmışlar. Üzərlərinə şəxsi axtarış 33-cü Polis Bölməsində keçirilmişdir. Müdafiəçi ilə təmin olunmuş və üzərinə baxış videoçəkilişlə aparılmışdır. Narkoti vasitə Təqsirləndirilən şəxs üzərindən 33-cü Polis Bölməsində videogörüntü ilə çıxmışdır. Onlar tədbirlərdə və hadisə yerlərində olduqlarından hər bir şeyi konkret xatırlamırlar. Bölməyə gətirilən kimi təhqiqatçının otağında baxış keçirilmiş, üzərlərinə nə qədər vaxt sonra baxış keçirilməsi onun tam yadında qalmamışdır. X24 məlumatı olduğu üçün kimdən əldə etməsi barədə məlumatı tam dəqiq deyə bilmir. Göstərilən ünvana da həmin məlumat əsasında getmişlər. Saxlanılan zaman, idarəyə gətirildikdə sonra şəxsə hansısa zor və təzyiq göstərilməmişdir. O, təqsirləndirilən şəxsin döyülməsinin şahidi olmamışdır. Polis bölməsində döyülmə ilə bağlı nəsə baş verə bilməz. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 17.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, şahid X22 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 144-146). 18.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Əhmədlidə “Urfa” dönər yerində kuryer işləmiş, işdən evə gəldikdə Məmmədbağır zəng edərək “Ləvəngi” adlı restorana getməyi demişdir. X28 görüşərək getmişlər və Günəşlidə restoranın yanında düşmüşlər. Onlar orada düşəndən sonra taksi getmiş və beş dəqiqə keçəndən sonra polis əməkdaşları onları tutub bölməyə gətirmişlər. Onun oraya getməkdə məqəsədi yemək olmuş, başqa məqsədi olmamışdır. Polis onları bölməyə apararaq orada boyunlarına qoymaq istəmişlər, sonra onu oradan buraxmışlar. Polislər onlara “boynunuza alın, narkotik götürməyə gəlmisiniz” demişlər, onlar da elə bir şey olmadığını, heç nə götürməyə getmədiklərini bildirmişlər. 19.Şahid1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, narkotiklərdən istifadə edən deyil, heç vaxt narkotik istifadə etməmişdir. Tutulan gün narkotik dalınca getməkdən onun xəbəri olmamış, Günəşliyə yemək yemək üçün getmişlər. Tutulandan bir gün qabaq Məmmədbağır ona gedib bir qram narkotik götürməsini demiş və gedib baxdıqda heç nə olmadığını görmüşdür. Onlar oraya getmək barəsində yox, restorana getmək barəsində danışmışlar. Təxminən saat 11-12-in yarısı həmin əraziyə getmişlər. Bölmədə onların üzərlərinə baxışı ayrı-ayrılıqda keçirilmiş, onlar ayrı-ayrı otaqlarda olmuşlar. Orada onluq bir şey olmadığını dediklərindən çıxıb getmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun və ya dostunun üzərində hansısa bağlama və ya “paket” olmamışdır. Onlar taksidən düşmüş və taksi fırlanıb qayıdan kimi onları tutmuşlar. Orada çəkiliş edərək üzərlərini axtarmışlar və heç bir şey aşkar olunmamışdır. Günəşlidə 33-cü bölməni keçən kimi sağda “Ləvəngi” restoranı olmuş və onları həmin restoranın yanında saxlamışlar. Onları dörd nəfər saxlayaraq ayrı-ayrı maşınlarda aparmışlar. Onun sağında və solunda iki nəfər oturmuş, qabqada da iki nəfər oturmuşdur. Əlavədə də deyəsən sonradan gələrək Məmmədbağırı aparmışlar. Əvvəlcə Məmmədbağıra sonra ona baxış keçirmişlər. O, Məmmədbağırın əlində heç nə görməmişdir. Onun özünü orada sillə zad vurub döyərək “boynuva al nəyin dalınca getmisən” demişlər, o da etmədiyi şeyi boynuna ala bilməyəcəyini demişdir. Daha sonra ona “sənlik bir şey yoxdur, get” demişlər. O, gedəndə deyəsən Məmmədbağırı aparmışlar Suraxanıya baş idarəyə aparmışlar. İfadəsində təqsirləndirilən şəxsdən narkotik çıxması barədə elə bir söz deməmişdir. O, Məmmədbağırın əlində balaca sellofan torba görməmiş, əlində balaca sellofan torba olması barədə ifadə verməmişdir. Məmmədbağırla yemək yeməyə getmişlər, Məmmədbağır “instagram”da iranlı ilə danışmış, iranlı da gedib narkotik götürmələrini demiş, gedib götürəcəkləri yarım qram “nəşə” olmuşdur. Taksiyə minib getmişlər və oğlan da durmadan yazaraq gəlib-gəlməmələrini soruşmuşdur. Taksidən düşüb bir qədər aralandıqda polis əməkdaşları gələrək onları saxlamışlar. Onlar narkotiki hələ götürməmiş, taksidən düşdükdən sonra götürmüşlər. Saxlanılan zaman nə onda, nə də Məmmədbağırda ağ sellofan bağlama olmamışdır. O, narkotiki dostu Məmmədbağırla çəkəcəkdi. Çəkmək üçün narkotikə görə Məmmədbağıra hansısa pul verməmişdir. İranlı ilə pul məsələsini Məmmədbağır özü danışmışdır. Birinci dəfə narkotiki istifadə edəcəkdi. Onun yanında Məmmədbağırı döymüşlər. O, döyülməyi ilə bağlı hansısa dövlət orqanına şikayətlər etməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadədə elə şeylər var ki, onları deməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsində olan imzaları ona məxsus deyil, o elə səliqəli çəkmir, savadlı deyil. O, ibtidai istintaq dövründə ifadəsindəki imzanın ona aid olmadığını bildirmişdir. 20.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisi kimi tanıyır, yoldaşlıq-dostluq edirlər, mütamadi zəngləşib görüşüb çay içib, çörək yeyib bir yerdə vaxt keçirirlər. xx.xx.2023-cü il tarixdə Məmmədbağır zəng edib «Neftçilər» metrosunda görüşüb Yeni Günəşli qəsəbəsindəki «Ləvənki» kafesində çörək yeməyi təklif etmiş, razılaşaraq «Neftçilər» stansiyasına gəlib Məmmədbağırı gözləmişdir. Məmmədbağır oraya gəlmiş, görüşəndə işi çıxdığını Yeni Günəşli qəsəbəsinə getməli olduğunu demişdir. X10 qəsəbəsində nə işinin olduğunu soruşsa da Məmmədbağır ona işi barədə heç bir söz deməmiş, Məmmədbağırın «Bolt» taksi şirkətindən sifariş etdiyi taksi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 21 nömrəli binanın qarşısına gəlmişlər. Taksidən düşəndən sonra Məmmədbağır binanın qarşısında gözləməsini deyib ondan aralanmış, təxminən beş-on dəqiqədən sonra qayıdıb gəlmiş, əlində bir balaca sellofan torba da olmuşdur. Məmmədbağırdan heç nə soruşmamış, oradan bir-neçə addım aralanan kimi mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini Bakı şəhəri Suraxanı RPİnin 33-cü PB-nin əməkdaşları kimi təqdim edərək narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Məmmədbağırı 33-cü PB-nə dəvət etmişlər. Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Vəkili gəldikdən sonra o da ona vəkil tərəfindən də hüquq və vəzifələri izah olunmuş, daha sonra isə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində olan əşyaları əşya təqdim etməsi təklif olunmuşdur. Polis əməkdaşları tərindən üzərində axtarış keçirilmiş, amma heç bir qanunsuz əşya, vasitə və ya predmet aşkar edilməişdir. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərflərin üzəri tərəfindən imzalamışdır. Saxlanılarkən, Suraxanı RPİ-nin 33cü PB-nə gətirilən zaman və PB-də olduğu müddətdə onlara qarşı hər-hansı bir psixi və ya fiziki təzi göstərilmişdir. Sonra polisdən buraxılmış, polisdən buraxılanda Məmmədbağırın əlində olan sellofan torbada narkotik vasitə və psixotrop maddə olduğunu bilmişdir (İ cild, səh. 122-123). 21.Məhkəmə iclasında ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs müdafiəçisi qismində iştirak etmiş X1 cavab olaraq bildirmişdir ki, o, şəxsi axtarışda iştirak etməmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə dindirmə protokolunda olan imzaları ona məxsusdur. Təqsirləndirilən şəxs tutulanda, saxlanılanda, ona elan ediləndə və məhkəmədə yanında olmuşdur. Təqsirləndirilən şəxs gətiriləndə özü çaş-baş vəziyyətdə qalmış, narkotiki nə məqsədlə alması soruşulanda Məmmədbağır narkotiki hansı məqsədlə almasının məlum olmadığını bildirmişdir. Məmmədbağıra əgər məqsədinin nə olmasının məlum olmadığını bildirsə bunun satış kimi izah edilə biləcəyini demək istəmiş, lakin deyə də bilməmişdir ki, bəlkə təqsirləndirilən şəxs heç istifadəçi də olmamışdır. Təqsirləndirilən şəxsin dindiriməsi protokolunda təbii ki, sonuncu səhifədə özü imzalayanda şəxsin də imzası olmuş və təqsirləndirilən şəxs onun yanında olmuşdur. Amma digər vərəqlər barəsində nə isə deyə bilmir. O, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirmədə iştirak etmişdir. Təqsirləndirilən şəxsi ilk dəfə o bölməyə çağırıldıqdan sonra görmüşdür. O, şəxsi axtarışda iştirak etməmiş, o mərhələdə gəlmişdir ki, onlar artıq axtarışı etmişlər. Şəxsi axtarışdan sonraki proseslərdə iştirak etmiş, həmin proseslər şəxsin dindirilməsi olmuş, bir ya iki gün sonra da şəxsin məhkəməyə cəlb edilməsi üçün çağırılmışdır. O, birinci dəfə dindirmədə iştirak etmişdir. Şübhəli şəxsin tutulması, tutulma haqqında qərarın elan edilməsi, hüquq və vəzifələrinin elan edilməsi, müdafiəçinin təqdim edilməsi protokollarında iştirak etməyi barədə onu bildirə bilər ki, o, axtarışdan sonra gəlmişdir. Təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsi barədə ərizəsi ilə yəqin ki, o özü polisə gəldikdən sonra və üzərinə baxış keçiriləndən sonra tanış olmuşdur. O, gecə saat 01:00-da protokollar tərtib ediləndə orada olmuşdur. Şəxsi axtarışdan əvvəl olan protokolları imzalaması ilə bağlı onu deyə bilər ki, bölmədə iş çox olur, nəsə qarışa bilir, amma o şəxsən bölməyə gələrək şəxsi görmüşdür. Şəxsi axtarışdan əvvəl bu şəxsi ola bilər ki, görmüşdür. Çünki son vaxtlar problem yaranmışdır ki, vəkillər şəxsi axtarışda iştirak etməsinlər, onları şahid kimi orada istifadə edirlər. Elə bir variant da ola bilər ki, polisə gəlmiş və çəkilişdə iştirak etməkdən imtina etmişdir. Əvəllər şəxsi axtarışda da iştirak etmişlər, gəlib protokolu da, hər şeyi də imzalamışlar. Məmmədbağır tutulan ərəfədə vəkillər şəxsi axtarışda iştirakdan imtina etmişlər ki, onlar şahid kimi istifadə edilirlər. Ola bilər ki, həmin ərəfədə olmuş, orada iş də, adamlar da çox olurlar. Şəxsi axtarışdan əvvəl olan protokolları imzalamışdırsa demək orada iştirak etmişdir, əgər imza etmişdirsə saxlanılmasında da, tutulmasında da iştirak etmişdir. Ola bilsin ki, protokolda saatları səhv qeyd ediblər. Əgər protokolda imzası varsa demək imzalamışdır. Şəxsi axtarışda iştirak etməmişdirsə demək etməmişdir, amma ola bilər ki, gəlmiş şəxsi axtarışda iştirak etməkdən imtina etmişdir. Orada ola-ola onlar şəxsi axtarış apara bilərdilər. Cinayət işi materiallarında yazılan Məmmədbağır barəsində bütün halları təsdiq edir. Məmmədbağırın protokollarda olan imzalarının saxta olmasını onunla izah edir ki, məhkəmədə danışdıqlarının təqsirləndirilən şəxsin ziyanına şərh olunmasını istəmir. Cinayət işində olan imzaları onun öz imzalarıdır. Sonu 13-65-lə bitən nömrə öz nömrəsidir. Gecə vaxtı ola bilər ki, nömrəsi aktiv olmamışdır. 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6503 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 171”-dairəvi möhür əksi, “vət.Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 540 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya əsasən matamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddlər”in İ siyahısına daxildir (İ cild, səh. 65-69). 23.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1721 nömrəli ekspert rəyindən görünür ki, üzərində “vət.Təqsirləndirilən şəxs...” sözləri yazılmış bir ədəd paketdə olan ümumi sayı 18 (on səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,35 qram, 2,37 qram, 2,99 qram, 2,87 qram, 2,45 qram, 2,77 qram, 3,58 qram, 2,83 qram, 3,70 qram, 2,71 qram, 2,31 qram, 2,58 qram, 2,89 qram, 3,22 qram, 2,85 qram, 3,19 qram, 2,57 qram 3,50 qram, ümumi təmiz çəkisi 51,73 qram bitki mənşəli kütlələr tərkibində naruotik bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 72-76). 24.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsi Ambulator X3 14 mart 2024-cü il tarixli, 1728 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 167-168). 25.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 avqust 2024-cü il tarixli, 2404 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissəsi. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. 26.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli 4/1256 nömrəli ekspert rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş, 1(101)-1713/2024 nömrəli cinayət işinin 1-ci cildinin 13-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, 14-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza, 17-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, 18-19-da olan bildirişin 1-ci vərəqəsinin sonundakı imza, 2-ci vərəqədə “Şübhəli şəxs” qrafasındakı imza, 20-ci vərəqəsində olan şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, 21- 22-ci vərəqələrdə olan xx.xx.2023-cü il tarixli “İnsan hüquqularının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edlməsi haqqında protokolun 1-ci vərəqəsinin sonundakı imza, 2- ci vərəqəsində “Şübhəli şəxs” qrafasındakı imza, 23-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, 24-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, 26-cı vərəqəsində olan xx.xx.2023cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda “Şübhəli şəxs” qrafasındakı imza, 28-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza, 29-30-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1-ci vərəqindəki imza, 2-ci vərəqəsində "Şübhəli şəxs” qrafasındakı imza, 31-ci vərəqəsində olan izahatdakı imzalar, 58-59-cu və 62-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli ekspertizası təyin edilməsi haqqında qərarla şübhəli şəxsi və müdafiəçini tanış etmə barədə protokolda “Tərsirləndirilən şəxs” qrafasındakı imza, 70- ci və 77-ci vərəqəsində olan ekspert rəyi ilə şübhəli şəxsi qismində tutulmuş şəxsin tanış etdirilməsi haqqında protokolda “Tərsirləndirilən şəxs” qrafasındakı imzalar, 82-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokolda “Tərsirləndirilən şəxs” qrafasındakı imza, 83-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, 87-88-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında protokolun 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 90-cı vərəqəsində olan xx.xx.2023cü il tarixli bildirişin sonundakı imza, 91-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə hüquq və vəziflərinin izah edilməsi, bu barədə yazılı bildirişin və ittiham elan etmə barədə qərarm surətinin təqdim olunması haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 92-93-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli bildirşin 1-ci vərəqəsinin sonundakı imza, 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 94-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 95-97-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqəsinin üz tərəfində “bilirəm” sözündən yuxarıdakı və aşağıdakı imzalar, 98-ci vərəqəsində olan ərizədə “İmza” qrafasındakı imza, 99-100-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli evdə axtarış aparılması və götürmə aparılması haqqında qərarın 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 106-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli ekspertiza təyin etmək barədə qərarla təqsirləndirilən şəxsi və müdafiəçini tanış etmə barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 109-cu vərəqədə olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 186-cı vərəqədə olan xx.xx.2024- cü il tarixli ekspert rəyi ilə təqsirləndirilən şəxsin tanış etdirilməsi barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 187-ci vərəqədə olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 188-ci vərəqədə olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim edilmiş, 1(101 )-1713/2024 nömrəli cinayət işinin 1-ci cildinin 84-86-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqəsinin üz tərəfində “İmza” qrafasındakı imza və həmin imzadan aşağıdakı imza, 2-ci vərəqənin sonundakı imza, 3-cü vərəqəsində “Şübhəli” qrafasın- dakı imza, 95-97-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 2-ci vərəqəsinin sonundakı imza, 3-cü vərəqədə “Təqsirləndirilən şəxs” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 27.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 21 dekabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan bir ədəd ağ rəngli sellofan bağlamanın içərisində 18 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, ot şəkilli spesifik iyə malik narkotik maddə marixuanaya bənzər maddəni və bir ədəd bükümdə kristal şəkilli, şəffaf rəngli psixotrop maddə metamfetaminə oxşar maddəni təqdim etmişdir. Narkotik maddəni İran İslam Respublikası vətəndaşı Ağa kimi tanımadığı şəxsdən onlayn şəkildə alaraq satması üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin qara rəngli şalvarın sol yan cibindən 3 manat pul əskinası və sağ yan cibindən bir ədəd qara rəngli Redmi markalı mobil telefonu təqdim etmişdir. Aşkar olunan 18 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, ot şəkilli spesifik iyə malik narkotik maddə marixuanaya bənzər maddəni və bir ədəd bükümdə kristal şəkilli, şəffaf rəngli psixotrop maddə metamfetaminə oxşar olan maddəni cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir İ cild, səh. 29-30). 28.«Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda həmin evin yardımçı binalarında axtarış aparılması haqqında» 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda həmin evin yardımçı binalarında narkotik vasitə, psixotrop maddə, onların hazırlanması üçün istifadə olunan əşya və alətlər, eləcə də əldə edilib saxlanması qadağan olunmuş digər əşya və vasitələr aşkar edilməmişdir (İ cild, səh. 102-103). 29.«Telefon baxış keçirilməsi haqqında» 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs Fərəc oğlunun üzərindən aşkar edilib götürülmüş, üzərində ***-***-**-** sıimkart nömrəsi olan «Redmi» markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglər, SMS yazışmaları və ya şəkillər müəyyən edilməmişdir (İ cild, səh. 107-108). 30.«CD diskə baxış keçirilməsi barədə» 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs adına olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəsinə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri müddətində gedib-gələn zənglərin və SMSlərin siyahısının və məzmununun, nömrələrin kimə məxsus olması (ad, soyad, ata adı və s.) həmçinin anten dairəsi barədə məlumatların olduğu «Azerfon MMC»dən daxil olmuş 01 ədəd «CD» diskə və «Azercell MMC»dən daxil olmuş 01 ədəd «CD» diskə baxış keçirilmiş, baxış zamanı disklərdə iş üçün əhəmiyyətli ola biləcək məlumat aşkar olunmamışdır (İ cild, səh. 175). 31.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 16 iyul 2024-cü il tarixli, 8826 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. 32.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, təqsirdəndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 540 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 51,73 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 539,8 qram psixotrop maddə metamfetamin və 50,83 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023cü il tarixli şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 176-184). 33.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 31 iyul 2024-cü məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində 3 saylı İstintaq təcridxanasının X20 təlimata uyğun olaraq həkim baxışından keçirilmiş, sorğu zamanı xəsarət aldığını bildirmiş, lakin bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. 34.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 24). 35.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 4(010)- 487/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 dekabr 2023cü il tarixdən hesablamaqla 3 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 115-119). 36.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 165-166). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 37.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 38.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 39.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 40.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. 41.Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxması və ya daşması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 42.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. 43.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 44.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 45.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, “təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”.

46. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunan Təqsirləndirilən şəxs bəraət verilməlidir. 47.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. 48.Təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün sübutlardan biri kimi sonuncunun şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələridir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddə metamfetaminin ona aid olmasını bildirmişdir. 49.Bu ifadələrə münasibətdə bilidrilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli 4/1256 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, 1(101)-1713/2024 nömrəli cinayət işinin 1-ci cildinin 84-86-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqəsinin üz tərəfində “İmza” qrafasındakı imza və həmin imzadan aşağıdakı imza, 2-ci vərəqənin sonundakı imza, 3-cü vərəqəsində “Şübhəli” qrafasındakı imza, 95-97-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 2-ci vərəqəsinin sonundakı imza, 3-cü vərəqədə “Təqsirləndirilən şəxs” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 50.Məhkəmə belə qənaətə gəlir ki, şübhəli şəxsin dindirilməsi haqqında 21 dekabr 2023-cü il tarixli və təqsirləndirilən şəxsin dindirilməsi haqqında 22 dekabr 2023-cü il tarixli protokollarda olan Təqsirləndirilən şəxs ifadəsində göstərilənlər həqiqəti əks etdirmir. 51.Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı «Şəxsi axtarış və götürmə aparılması» barədə videoçəkilişdəki şifahi izahatını zorakılığa və hədəyə məruz qalması nəticəsində verməsi ilə əsaslandırmışdır. 52.Təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə «Şəxsi axtarış və götürmə aparılması» barədə videoçəkilişdə ifadələrin məhz fiziki təzyiq və hədə nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici ifadələr təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut növü kimi qəbul edilə bilməz. 53.Belə ki, Təqsirləndirilən şəxs işdə olan sənədlərə əsasən müdafiəçi ilə təmin edilməsinə baxmayaraq, üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçisi iştirak etməmişdir. 54.İş materiallarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 21 dekabr 2023cü il tarixdə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, maddi vəziyyəti yaxşı olmadığından hüquqlarının müdafiəsi edilməsi üçün ona vəkil ayrılmasına köməklik edilməsini xahiş etmiş, sənədə əsasən həmin tarixdə vəkil dəvət edilərək şübhəli şəxsə təqdim edilmişdir. 55.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 21 dekabr 2023-cü il tarixli qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, üzərində şəxsi axtarış və götürməni müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 56.Cinayət işinin materiallarında olan «Şübhəli şəxsin tutulması haqqında» 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin prosessual hərəkətdə Təqsirləndirilən şəxs müdafiəçisi X5 iştirak edərək protokolu imzalamış, daha sonra təhqiqatçı Anar İbrahimov tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərində şəxsi axtarış və götürməni müdafiəçisinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, daha sonra 01:30-dan 01:50-dək olan şəxsi axtarış və götürmə zamanı müdafiəçi iştirak etməmişdir. 57.Göründüyü kimi sənədlərə əsasən müdafiəçi təqdim edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə 21 dekabr 2023-cü il tarixdə, saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur. Həmin tarixdə, 01:30-da üzərinə keçirilən şəxsi axtarış zamanı müdafəçinin iştirak etməməsi Təqsirləndirilən şəxs müdafiə hüquqlarının kifayət qədər pozulmasına əsas verir. 58.Məhkəmə hesab edir ki, həmin gün ərizə ilə müraciət edərək maddi vəziyyəti yaxşı olmadığından hüquqlarının müdafiəsi edilməsi üçün ona vəkil ayrılmasına köməklik edilməsini xahiş etmiş şəxsin daha sonra keçiriləcək şəxsi axtarışda müdafiəçinin iştirakından imtina etməsi inandırıcı deyil. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı X7 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs müdafiəçi təyin etmiş, müdafiəçinin təxminən 30 dəqiqə əvvəl Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində olmasına baxmayaraq müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparmış, Təqsirləndirilən şəxs qeyd olunan istintaq hərəkətində müdafiəçinin iştirakından imtina etməsini əsas götürmüşdür. Lakin, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakından imtina etməsininin səbəbini şəxsi axtarış aparılarkən nə videoçəkiliş zamanı, nə də ki, protokolda göstərməmişdir. 59.Məhkəmə hesab edir ki, şübhəli şəxs hər hansı istintaq hərəkətində müdafiəçinin iştirakından imtina edirsə bu müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə verilməli və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 92-ci maddəsinin müdafiəçidən imtinaya dair tələblərinə uyğun olmalıdır. 60.Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. 61.Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Bundan başqa, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi vəziyyəti yaxşı olmadığından hüquqlarının müdafiəsi edilməsi üçün ona vəkil ayrılmasına köməklik edilməsini xahiş etdiyindən sonuncunun şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçidən imtinası qəbul edilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs axtarış və götürmə aparılması zamanı müdafiəçidən imtina etməsi barədə ərizəsini vəkilin iştirakı ilə vermədiyindən qeyd olunan ərizənin onun sərbəst iradəsi əsasında yazılmasını şübhə atına alır. 62.Eyni zamanda, müdafiəçi Nurəddin Məmmədov «Şəxsi axtarış və götürmə aparılması haqqında» 21 dekabr 2023-cü il tarixli qərarİa tanış olaraq imzalamış, lakin cinayət işi üzrə məhkəməyədək icraat dövründə onun iştirakı olmadan keçirilmiş şəxsi axtarışın mötəbərliliyini şübhə altına alaraq mübahisələndirməmişdir. Bu hal özlüyündə müdafiəçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiəsindən imtina hesab edilə bilər. 63.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək şəxsi axtarış zamanı aşkar edilən narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmadığını, polis əməkdaşları onun yaşadığı evdən narkotik vasitə çıxaracaqlarını deyərək təzyiq etdiklərindən üzərinə götürdüyünü, həmin vaxt müdafiəçi ilə təmin olunmadığını, müdafiəçini yalnız sanksiya məhkəməsində gördüyünü, heç bir sənədə qol çəkmədiyini bildirmişdir. 64.Digər tərəfdən ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs müdafiəçisi qismində iştirak etmiş X5 məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, “...təqsirləndirilən şəxsi ilk dəfə bölməyə çağırıldıqdan sonra görmüş, o, şəxsi axtarışda iştirak etməmiş, o mərhələdə gəlmişdir ki, onlar artıq axtarışı etmişlər. ...O, birinci dəfə dindirmədə iştirak etmiş, şübhəli şəxsin tutulması, tutulma haqqında qərarın elan edilməsi, hüquq və vəzifələrinin elan edilməsi, müdafiəçinin təqdim edilməsi protokollarında iştirak etməyi barədə onu bildirə bilər ki, axtarışdan sonra gəlmişdir. Təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsi barədə ərizəsi ilə yəqin ki, o özü polisə gəldikdən sonra və üzərinə baxış keçiriləndən sonra tanış olmuşdur.” 65.Göründüyü kimi «Şəxsi axtarış və götürmə aparılması» barədə videoçəkilişdə şəxsin müdafiəçi ilə təmin olunmaması onun ərizəsi əsasında deyil, faktiki müdafiəçi ilə təmin edilməməsi nəticəsində olmuşdur. 66.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X22 verilmiş suallara cavab olaraq bildirmişdir ki, “...təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış bölmədə videoçəkilişlə və vəkil təmin olunmaqla keçirilmişdir.” 67.Lakin iş materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması» barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış zamanı əməliyyatçılardan Şahid3 və Şahid4 iştirak etmiş, müdafiəçi iştirak etməmişdir. 68.Bundan əlavə, hazırki cinayət işi üzrə 21 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmış Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, “...Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun və ya dostunun üzərində hansısa bağlama və ya “paket” olmamışdır. ...O, Məmmədbağırın əlində heç nə görməmişdir. ...İfadəsində təqsirləndirilən şəxsdən narkotik çıxması barədə elə bir söz deməmişdir. O, Məmmədbağırın əlində balaca sellofan torba görməmiş, əlində balaca sellofan torba olması barədə ifadə verməmişdir. ...Saxlanılan zaman nə onda, nə də Məmmədbağırda ağ sellofan bağlama olmamışdır. ...Onun yanında Məmmədbağırı döymüşlər. ...İbtidai istintaq dövründə verdiyi ifadəsində olan imzaları ona məxsus deyil.” 69.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə əsasən, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. 70.İş materiallarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərar məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən qanuniliyi yoxlanılmamışdır. 71.Bununla da təqsirləndirilən şəxsə istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin və psixotrop maddənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi kütlələr ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zamanı narkotik vasitə və psixotrop maddə götürülməsinə dair «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun mötəbərliyini ciddi formada şübhə altına almaqla yanaşı, həmin protokolun həqiqiliyinə şübhə yarandığından qeyd edilən protokol iş üzrə sübut hesab olunmamalıdır. Beləliklə, məhkəmə cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittiham edici sübutlarla bağlı qeyd edir ki, ittihamın əsasını təşkil edən yuxarıda qeyd olunan sübutlar Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinin, cinayət prosesi prinsiplərinin və ya şərtlərinin ciddi pozuntusu ilə əldə edildiyindən həmin sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz olmaqla, başa çatmış icraatın bütovlükdə etibarsızlığına, materialların isə sübutedici qüvvəsinin olmamasına dəlalət edir. 72.Şahid1 ifadəsində saat 11-12-nin yarısı qeyd edilən əraziyə getdiklərini, polis tərəfindən saxlanıldıqlarını bilidirmişdir. Eyni zamanda polis əməkdaşı şahid Emin Balabəyov şəxsi 21.30-da saxladıqlarını bildirmişdir. İş materiallarına əsasən isə 21 dekabr 2023-cü ildə əməliyyatla bağlı raport, əməliyyat qrupunun yaradılması haqqında qərar, protokol və əməliyyyat-axtarış tədbirinin keçirilməsi barədə eyni tarixdə qərar qəbul olunmuş, qeyd edilən əraziyə gəlinərək şəxslər 00.20-də müşahidəyə götürülmüş, bütün sadalan prosessual hərəkət və qərarlar əraziyə getməyə sərf olunan vaxt da daxil olmaqla 20 dəqiqə ərzində baş vermişdir. 73.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 85.3-cü maddəsində qeyd olunur ki, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə müstəntiq tərəfindən bu tələblər pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə, saat 01:00-da şübhəli şəxs qismində tutulsa da, həmin tarixdə saat 15:35-dən 16:10-dək olan müddət ərzində şübhəli şəxs qismində dindirilməsi aparılmışdır. Bununla da şəxsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin tələbləri pozularaq şəxsin dindirilməsi dərhal deyil, təxminən 14 saat sonra aparılmışdır. 74.Bundan başqa, şəxsin axtarış şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtda və yerdə deyil, bir saat sonra Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasında aparılmışdır. Şəxsin azadlığının faktiki məhdudlaşdırıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilməsinə mane olan hal olmamışdır. Göstərilən halların məcmusu təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışın şəffaf şəkildə keçirilmədiyini təsdiq edir. 75.Eyni zamanda, "xxxx" MMC-dən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş, müdafiəçi X2 istifadəsində olmuş +**********65 saylı mobil telefon nömrəsinə 21 dekabr 2023-cü il tarixdə daxil olan, həmin nömrədən çıxan zənglər və ötürücü stansiyalara (anten əhatə dairəsinə) dair məlumatların əks olunduğu CD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə, saat 15:35dən 16:10-dək olan müddət ərzində şübhəli şəxs qismində dindirilərkən müdafiəçi Nurəddin Məmmədov Bakı şəhəri Suraxanı rayonu ərazisində deyil, Nəsimi rayonu ərazisində olmuş, yəni şəxsin dindirilməsində iştirak etməmişdir. 76.Məhkəmə polis əməkdaşları olan şahidlər X22, X9, Şahid4 və Şahid5 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə münasibətdə qeyd edir ki, həmin şəxslərin ifadələri ziddiyəli olduğundan, X13 və Şahid5 şəxsi axtarışda iştirak etmələri barədə ifadələri bu ifadələrin mötəbərliyini şübhə altına aldığından və məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış sübutların məcmusu ilə təkzib edildiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, «Şəxsi axtarış və götürmə aparılması» barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış zamanı əməliyyatçılardan Şahid3 və Şahid4 iştirak etmişdir. Qeyd olunan şahid ifadələri cinayət işinin hallarına uyğun olmamış, ibtidai istintaqı zamanı prosessual pozuntulara yol verilmiş və ittihamı təsdiq edən sübutlar pozuntularla əldə edilmişdir. 77.Sadalanan hallar təqsirləndirilən şəxsa istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin və psixotrop maddənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi kütlələr ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyini şübhə altına alınır. 78.Beləliklə, məhkəmə təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutları də cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. 79.Məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. Ehtimal və fərziyyə ilə irəli sürülən ittiham təqsirsizlik prezumpsiyasının pozulması kimi qiymətləndirilməlidir. 80.Cinayət Prosessual Məcəlllənin 21.2-ci və 21.3-maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 81.Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən məhkəmə araşdırması zamanı təqsirsizlik prezumpsiyasının əsası sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşərək, irəli sürülmüş ittiahmın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasındadır. 82.Eyni zamanda məhkəmənin şəxsin təqsirliliyi barədə gəldiyi nəticə yetərlilik tələblərinə uyğun olmalı və sual doğurmayan hüquqi müəyyənlik olmalıdır. 83.Qanunvericiliyin tələbinə əsasən təqsirləndirilən şəxsin əməlinin cinayət hadisəsi olub-olmamasının müəyyən edilməsi, barəsində ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittaham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun. 84.İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlməyə əsas vermir. 85.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. 86.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 87.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

88. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsinin cinayət məsuliyyəti yaratmasını nəzərdə tutur. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. 89.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini nəzərdə tutan 7-ci maddəsində göstərilir ki, yalnız törətdiyi ictimai-təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. 90.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. 91.«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında göstərilmişdir ki, Konstitusiyanın 63cü maddəsinə, habelə Cinayət-Prosessual Məcəllənin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirlərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsaitləri əsasında sübutun qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Cinayət- Prosessual Məcəllənin 33.4, 33.8, 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tətbiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tətdiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlar istinad edilə bilməz. 92.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 93.Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. 94.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. 95.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunan normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 96.Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir 97.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. 98.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 99.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. 100.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 101.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 102.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.0.1-ci maddəsinə əsasən şəxsə məhkəmənin hökmü ilə bəraət verildikdə o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. 103.Göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından azadlığa buraxılmalıdır. 104.Məhkəmə, maddi sübut olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 539,8 qram çəkidə psixotrop maddə metamfetamin və 50,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini, 02 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. İş üzrə maddi sübut kimi tanınmış 539,8 qram çəkidə psixotrop maddə metamfetamin və 50,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılmalıdır. 105.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinə əsasən, məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. 106.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən, bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. 107.Məhkəmə hesab edir ki, bəraət alması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması Təqsirləndirilən şəxs izah edilməlidir. 108.İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak yoxdur. 109.Məhkəmə məsrəfi hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 186 (yüz səksən altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 110.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 42.2.4, 344-347, 349, 350.2, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxsə qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 539,8 qram çəkidə psixotrop maddə metamfetamin və 50,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 539,8 qram çəkidə psixotrop maddə metamfetamin və 50,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 186 (yüz səksən altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar