Məhkəmə qərarları › İş №1(101)-267/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-267/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-267/2022 11.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 14 aprel 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 2, mənzil 55-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında sxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 10 avqust 2019-cu il tarixdə, saat 19:00 radələrində Şahid2 qohumu Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətinə gəlmiş, Şahid2 qohumu Zərərçəkmiş şəxs1 onu görməməsi üçün həyətdəki pilləkənlərin altında gizlənmiş, həmin vaxt Təqsirləndirilən şəxs Şahid1 ilə aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs1 həyətə çağırıb başqa otağa aparmaqla orada Zərərçəkmiş şəxs1 pul tələb edərək, sonuncunun başına və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirdikdə, Zərərçəkmiş şəxs2 Şahid2 pilləkənin altında gizləndiyini görmüş, Şahid2 ifşa olunduğunu başa düşərək gizləndiyi yerdən çıxaraq Təqsirləndirilən şəxs və Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs1 itələyərək sonuncunun kirayədə yaşadığı evə mülkiyyətçisinin iradəsinə zidd olaraq qanunsuz daxil olmuşdur. Bundan sonra aralarında baş vermiş mübahisəni davam etdirib evdə Təqsirləndirilən şəxs Şahid2 və Şahid1 ilə birlikdə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək pul əldə etmək məqsədilə əvvəlcə Zərərçəkmiş şəxs1 yumruqla sifət və bədəninin müxtəlif nahiyələrinə vurmuş, həmin vaxt Şahid1 evdə olan masanın üzərindən götürdüyü silah qismində istifadə edilən soyuq silah hesab edilməyən bıçağı tətbiq edərək Zərərçəkmiş şəxs2 mənzilin sanitar qovşağına salaraq pulun yerini deməsi üçün bıçaqla zorakılıq tətbiq edəcəyi ilə hədələmiş, daha sonra Təqsirləndirilən şəxs təpik və yumruqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vurmuş, sonda isə Şahid1 əlində olan bıçağın arxa tutacaq hissəsi ilə Zərərçəkmiş şəxs1 baş və bədən nahiyələrindən, habelə yumruq və təpik zərbələri ilə vuraraq Zərərçəkmiş şəxs1 başın sol gicgah-alın və sağ gicgah nahiyələrinin, sol almacıq nahiyəsinin qançırları, qarının, sol saidin, sol dirsək oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. Bundan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 50 manat dəyərində pul çantasını içində olan 7.000 (yeddi min) manat miqdarında pul və 10 manat dəyərində balansında 230 manat pul olan “Unibank” KB-nin depozit kartı ilə birlikdə, masanın üzərində olan 680 manat dəyərində “Samsung Note 8” markalı mobil telefonu, 50 manat dəyərində “Nokia 8800” markalı mobil telefonu, “Samsung Note 8” markalı mobil telefonun üzərində olan 100 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsini və həmin mobil nömrənin üzərində olan 15 manat dəyərində danışıq limitini, “Nokia 8800” markalı mobil telefonun üzərində olan 120 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsini və həmin mobil nömrənin üzərində olan 10 manat dəyərində danışıq limitini, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsini, 1 (bir) ədəd AC seriyalı, 526315 nömrəli sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini ələ keçirib, oradan qaçmaqla Zərərçəkmiş şəxs2 mənəvi, Zərərçəkmiş şəxs1 isə ümumilikdə 8.265 (səkkiz min iki yüz altmış beş) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla quldurluq etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ittiham aktında göstərilmiş heç bir cinayət əməlini törətməmişdir. O, ümumiyyətlə zərərçəkmiş şəxsləri və Şahid2 tanımamışdır. O, heç kimə zərər vurmamışdır. Onun ittiham aktında göstərilmiş quldurluq cinayətinə dair heç bir aidiyyəti olmamışdır. O, Tərlana və Xuramana qarşı quldurluq cinayətini törətməmişdir. O, irəli sürülmüş ittihamın heç bir hissəsini qəbul etmir. Onu aldadaraq günahsız yerə həbs etmişlər və barəsində saxta cinayət işi açmışlar. Halbuki ittiham aktında göstərilən cinayət törədilərkən o, həmin yerdə olmamışdır. Onun zərərçəkmiş şəxslərlə heç bir təması olmamışdır. O, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1ı və Zərərçəkmiş şəxs2ı ümumiyyətlə tanımır. O, Tərlanla Xuramanı heç vaxt görməmiş və heç vaxt, heç bir yerdə sonuncularla qarşılaşmamışdır. O, şahid qismində çıxış edən Şahid2 də nə görmüş, nədə ki, tanımışdır. Onun ancaq Şahid1la tanışlığı olmuşdur. O, ancaq Şahid1ı tanıyır. Şahid1 onun əsgər yoldaşının dostu olmuşdur. O, Şahid1ı tanısa da, onların arasında yaxın dostluq münasibətləri olmamışdır. O, nə Şahid2lə, nədə ki, Şahid1la heç vaxt cinayət əlaqəsinə girməmiş və sonuncularla sövdələşməmişdir. Onların arasında cinayətin törədilməsi ilə bağlı razılaşma olmamıdşır. O, axtarışda olduğunu bilən kimi könüllü şəkildə Bakı şəhər Baş Polis İdarəsinə gedərək hansı səbəbdən axtarışda olmasınnı soruşmuşdur. Çünki o, axtarışda olsa da, hansı səbəbdən barəsində axtarış elan edildiyini bilməmişdir. O, axtarışa verilməsinə səbəb ola biləcək heç bir əməl tərətməmişdir. O, kənddə yaşamışdır. O, axtarışda olduğunu bilən kimi Bakı şəhər Baş Polis İdarəsinə gedərək hansı səbəbdən axtarışda olduğunun səbəbini öyrənmək istəmişdir. Orada o, polislərdən soruşmuşdur ki, “Mənə qarşı quldurluq maddəsilə nəyə görə ittiham irəli sürülüb?, Nəyə görə mənim barəmdə quldurluq maddəsi ilə axtarış elan edilib?”. Polislər isə ona demişlər ki, “Sənlik heç bir şey yoxdur. Sən şahid kimi axtarışda olmusan. Bizə de görək ki, sən quldurluq cinayət hadisəsi baş verdiyi zaman orada olmusan yoxsa yox?”. Həmin vaxt o, elə bilmişdir ki, polislər onu şahid qismində dindirmək üçün onun barəsində axtarış elan etmişlər. Sonra o, polislərə bildirmişdir ki, “Mən ümumiyyətlə bu hadisənin törədilməsində iştirak etməmişəm”. Polislər də ona demişlər ki, “Sənin adın və Orxan adlı bir şəxsin adı axtarışda olanların adları içərisində var. Ona görə bu məsələni aydınlaşdırmaq istəyirik”. Bundan sonra polislər onu aldadaraq demişlər ki, “Səni şahid qismində məhkəməyə aparacayıq. Sən məhkəmədə deyərsən ki, sən quldurluq cinayətinin törədilməsində iştirak etməmisən və məhkəmə bundan sonra səni buraxacaq”. O da avam kimi polislərə inanmışdır. Sonra o, polislərin dediyi sənədləri oxumadan imzalamışdır. Bundan sonra o, polislərlə birlikdə məhkəməyə getmişdir. Məhkəmədə onun barəsində həbs seçildikdə, o, başa düşmüşdür ki, polislər onu aldadaraq əsassız şəkildə təqsirləndirilən şəxs qismində cəlb etmişlər və ona quldurluq cinayətinin törədilməsi ilə bağlı ittiham irəli sürmüşlər. Sonra polislər onu X5 aparmışlar, oradan isə onu Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına göndərmişlər. O, quldurluq cinayətini törətməmişdir. Onun həmin cinayətə heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, eləcə də şahid qismində çıxış edən Şahid2 tanımaması, zərərçəkmiş şəxslərə qarşı quldurluq cinayətini törətməməsi, Şahid2 və Şahid1la quldurluq cinayətinin törədilməsi ilə bağlı razılığa gəlməməsi və sövdələşməməsi, habelə baş vermiş quldurluq cinayətinə onun aidiyyətinin olmaması ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs birinci dəfədir ki, məhkəmədə görür. O, Pərvizi tanımır. Təqsirləndirilən şəxs ona basqın etməmiş və ona qarşı cinayət törətməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Xuramana qarşı da cinayət törətməmişdir. O, istintaq zamanı da eyni sözləri demişdir. O, hal-hazırda məhkəməyə çağırılmasının səbəbini də bilmir. Təqsirləndirilən şəxs ona basqın etməmiş və onu döyməmişdir. O, bu cinayət işində nəyə görə zərərçəkmiş şəxs kimi tanındığını bilməmişdir. Zərərçəkmiş şəxs1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Şahid2 onun dayısı oğludur və hadisənin baş verdiyi gün Sahibin öz dostları ilə birlikdə nəyə görə onun yaşadığı evə gəldiyi onun yadında qalmamışdır. O, özü üçün 7.000 (yeddi min) manat məbləğində pul yığmış, lakin həmin pulun hara getməsi və necə olması onun yadında qalmamışdır. İbtidai istintaq zamanı müstəntiq də onu çağırıb üzləşdirmə keçirmək istəsə də, o, müstəntiqə “tanımadığım adamla məni necə üzləşdirəcəksən?” demişdir. O, Xuraman ilə birlikdə olan zaman heç kim onu çağırıb ondan pul istəməmişdir. Həmçinin Təqsirləndirilən şəxs qapını döyüb onu çölə çağırmamışdır. Onun dayısı oğlu Sahiblə söhbəti olmuşdur. Nicat ondan pul tələb etməmiş və onların arasında pul söhbəti olmamışdır. Hadisə baş verən gün onun dayısı oğlu Sahib Nicat ilə birlikdə onun evinə gəlmişdir. Sahib ilə Nicat onu döyməmişlər. Sahib və Nicat sadəcə yüngül formada onu vurmuşlar. Onunla Sahib arasında pul söhbəti olmuş, çünki Sahib ona pul verməli olmuşdur. Bu hadisələr baş verərkən Xuraman da həmin vaxt orada olmuşdur. Sahib və Nicat Xuramanı çağıraraq Xuramandan pulun yerini soruşmuşlar. Sahib və Nicat Xuramandan pulun yerini soruşduqda, Xuraman pulun yerini Sahib və Nicata demişdir. Nicat və Sahib də gedib pulu həmin yerdən götürmüşlər. Nicat və Sahib tək pulu deyil, orada olan ona məxsus «Samsung» markalı mobil telefonu da götürmüşlər. O, müstəntiqə ifadə verməmişdir. Müstəntiq onun ifadəsini yazaraq ona göstərmiş və “imza et” demişdir. O da imzalamışdır. Onun əvvəlcədən Nicat ilə telefon danışığı olmamışdır. Lakin o, Sahiblə telefon vasitəsilə danışmışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona qarşı heç bir cinayət törətmədiyini, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədən asılı olmayan səbəblərdən digər Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə dəfələrlə qeyd edilən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakının təmin edilməsi istiqamətində bütün mümkün hərəkətləri icra etsə də, onun iştirakını təmin etmək mümkün olmamışdır. Eyni zamanda cinayət işinin materiallarından da görünür ki, ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 əlavə dindirilməsi və digər istintaq hərəkətlərinin keçirilməsi məqsədi ibtidai istintaq orqanında da onun iştirakını təmin etmək mümkün olmamışdır. Hətta hazırki iş üzrə şahid qismində çıxış edən Şahid2 və Şahid1 barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən də qeyd edilən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Nəticədə məhkəmə həmin iş üzrə Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini elan edərək tədqiq etmək məcburiyyətində qalmışdır. Bütün göstərilən hallar ona dəlalət edir ki, məhkəmənin bütün mümkün olan cəhdlərinə baxmayaraq, Zərərçəkmiş şəxs2 hazırki iş üzrə keçirilən məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə hazırki iş üzrə də cinayət hadisəsinin iştirakçılarından biri olan Zərərçəkmiş şəxs2 cinayət işinin materiallarında olan ifadəsini elan etmək məcburiyyətində qalmışdır. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, subaydır və əvvəllər məhkum olunmamışdır. O, Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 altı aydır ki, tanımış və sonuncu ilə qeyri-rəsmi olaraq yaşamışdır. Onların arasında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Tərlan keçmiş həyat yoldaşı X2 ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və Tərlanın həmin nikahdan 2015-ci ilin sentyabr ayının 19-da Mədinə adlı bir qız övladı dünyaya gəlmişdir. Lakin 2018-ci ildə Tərlan Natelladan məhkəmə qaydasında ayrılmışdır. Hazırda Tərlan onunla birlikdə yaşayır. O, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları 142 ünvanında, yəni “Papanin” adlanan ərazidə yerləşən və Şahid3 məxsus 1 (bir) otaqlı evdə Tərlanla birlikdə təxminən 16 gündür ki, kirayədə yaşamışdır. Tərlan həmin vaxt Bakı şəhəri, Nərimanov rayonu ərazisində maşınların kirayəyə verilməsi işi ilə məşqul olmuş və işi ilə əlaqədar qazandığı pulları yığmışdır. Tərlan ümumilikdə 7.000 (yeddi min) manat pul yığmış və həmin pulu özünə aid pul çantasında saxlamışdır. 10 avqust 2019-cu il tarixdə, saat 19:00 radələrində o, Tərlanla birlikdə kirayədə yaşadığı evdə olmuşdur. Həmin vaxt o, Tərlanın həyətdən çağırıldığını görmüşdür. O, pəncərədən çölə baxmış və Tərlanı çağıran şəxslərdən nə lazım olduğunu soruşmuşdur. Tərlanı çağıran şəxslər də ona demişlər ki, “Tərlanı istəyirik, onu aşağı çağırdığımızı de”. O da Tərlana bu barədə dedikdən sonra, Tərlan otaqdan çıxmış və pilləkənlərlə aşağı düşmüşdür. Həmin vaxt onlara evini kirayəyə vermiş evin sahibi Baloğlan da orada olmuşdur. O, pəncərədən baxdıqda onlar (Tərlan və Tərlanı çağıran şəxslər) küçəyə tərəf hərəkət etmişlər. Sonra o, Baloğlanın Tərlanı və 2 (iki) nəfər şəxsi həyətdə olan başqa bir otağa tərəf apardığını görmüşdür. O, həyətə düşmüş və bir nəfər şəxsin pilləkənin altında gizləndiyini görmüşdür. O, diqqətlə baxdıqda, gizlənən şəxsin Tərlanın dayısı oğlu Sahib olduğunu görmüşdür. O, Sahibdən hansı səbəbə görə pilləkənin altında dayandığını soruşmağa macal tapmamış 2 (iki) nəfər şəxsin Tərlanı təkanlaya-təkanlaya onların kirayədə qaldığı evin pilləkəninə doğru gətirdiklərini görmüşdür. Həmin şəxslər Tərlanla birlikdə onların qaldığı otağa daxil olmuşlar. Həmin şəxslərdən qara köynəkli şəxs ona demişdir ki, “Səndə otağa gəl”. Həmin vaxt qırmızı köynəkli oğlan onu tualetə salmış və onun evdə istifadə etdiyi, açılıb-bağlanan bıçağı masanın üzərindən götürərək onun sol qolunun yuxarı hissəsi ilə təxminən 5-10 sm aralıda bıçağı saxlamış və pulun yerini deməyi ondan tələb etmişdir, əks təqdirdə isə həmin şəxs onu öldürəcəyi ilə hədələmişdir. O da pulun yerini bilmədiyini onu hədələyən şəxsə bildirmişdir. Bu vaxt evə Tərlanın dayısı oğlu Şahid2 daxil olmuşdur. Həmin şəxslər Sahibə demişlər ki, “Pul haradadır?”. Sahib də həmin şəxslərə demişdir ki, “Bilirəm, masanın üstündə olan və zamokla açılıb-bağlanan pul çantasının içərisindədir”. Həmin vaxt o, eşitmişdir ki, digər şəxs Tərlanı döyməyə başlamış, sonra qırmızı köynəkli şəxs ondan aralaşmış və Pərviz adlı şəxsə yaxınlaşaraq demişdir ki, “Pərviz döymə, lazım deyib”. Sonra onu hədələyən qırmızı köynəkli şəxs bıçağın arxası ilə Tərlanın başına bir neçə dəfə vurmağa başlamış, Pərviz adlı şəxs də təpiklə Tərlanı vurmağa başlamışdır. Həmin şəxslər ona demişlər ki, “Pulun yerini de, yoxsa ikinizi də öldürərik”. Həmin şəxslər Sahibə demişlər ki, “Sən pulun yerini bilmirsən?”. Tərlan da pul çantasını iki əli ilə sinəsinə tutub sıxmış və həmin şəxslərə verməmişdir. Sahib də ona demişdir ki, “Sən bilirsən pulun yerini, keçən dəfə sənin yanında çıxartdı”. O da Sahibə pulun yerini görmədiyini demişdir. Həmin vaxt Sahib ona demişdir ki, “Necə yəni görməmisən, keçən dəfə sənin yanında çıxardı, pul çantası idi”. Bunu eşidən 2 (iki) nəfər şəxs də Tərlandan soruşmuşlar ki, “Pul hanı? Pul haradadır? Pul çantası haradadır?”. Tərlan da həmin şəxslərə pulun yerini bilmədiyini demişdir. Həmin vaxt 2 (iki) nəfər şəxs yenidən Tərlanı vurmağa başlamışlar. Bu vaxt Tərlan əlində olan pul çantasını yerə buraxmışdır. Pul çantasını qara köynəkli şəxs götürmüşdür. Masanın üzərində olan və Tərlana məxsus 2 (iki) ədəd mobil telefonu isə Sahib götürüb sağ cibinə qoymuşdur. Həmin vaxt, o, Sahibə demişdir ki, “Sən mobil telefonları nə səbəbə götürürsən?”. Sahib də ona demişdir ki, “Haqq edirəm”. Sonra o, kömək çağırmaq üçün aşağı düşmüşdür. Həmin vaxt həyətdə olan qonşular ona demişlər ki, “Səni də öldürəcəklər, Tərlanı da. Gizlən”. O da orada olan qonşuların birindən kömək istəmişdir. Həmin qonşu da otağın qapısını onun üzərinə bağlayaraq çıxıb getmişdir. Bir qədər sonra Baloğlan həmin qonşu ilə gəlib qapını açmış və Baloğlan ona demişdir ki, “Oğlanlar çıxıb getdilər, sən də çıx)”. O da kirayədə qaldıqları otağa getmiş və Tərlanın tualetdə oturub başını tutduğunu görmüşdür. Tərlanın bədənində xəsarət olduğundan və bədəni ağrıdığından o, təcili tibbi yardım stansiyasına zəng vurmuşdur. Bir qədər sonra təcili tibbi yardım maşını gələrək Tərlanı götürüb Nəsimi rayonu ərazisində yerləşən və “Semaşko” kimi adlanan xəstəxanaya aparmışdır. Orada həkim Tərlana tibbi yardım göstərmişdir. Sonra isə Tərlan evə buraxılmışdır. Bir müddət sonra Tərlanı Polis bölməsinə çağırmışlar. O da Tərlanla birlikdə Polis bölməsinə getmişdir. Tərlan orada baş vermiş hadisə ilə bağlı ərizə vermişdir. Həmin 2 (iki) şəxs və Sahib ona bıçaqla xəsarət yetirməmişlər. Amma həmin şəxslərdən biri, yəni qırmızı köynəkli şəxs Tərlanın başına bıçağın arxası ilə vurmuşdur. Həmin şəxslərdən birinin sol qolunda döymə naxışlar olmuş, həmçinin həmin şəxs balaca boylu, qara saqqallı, əynində qırmızı rəngdə qısaqol köynək, əynində göy rəngli cins şalvar olmuş, ayağında makasin ayaqqabı olmuş, kök bədənli, qara saçlı, qarabəniz olmuş, döymə naxışları isə üçbucaq formasında olmuşdur. Digər tanımadığı şəxs isə orta hündürlükdə olmuş, bədənində heç bir döymə naxış olmamış, sarıbəniz olmuş, qara saçlı, saqqalı, arıq bədən quruluşlu olmuş, əynində qara rəngli düyməli köynək, qara şalvar, makasin ayaqqabı olmuşdur. O, həmin şəxslərin şəxsiyyətini bilməmişdir. Həmin şəxslər Tərlanı hədələməmişlər. Həmin şəxslər sadəcə Tərlandan pul tələb etmişlər. Eyni zamanda həmin şəxslərdən biri, yəni kök bədənli olan şəxs onu öldürəcəyi ilə hədələmişdir. Hadisə vaxtı onlara yaxınlaşan olmamışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin şəxslər Tərlanı döymüşlər, lakin Tərlanı hədələməmişlər. Onu həmin şəxslərdən biri əlindəki bıçaqla hədələmişdir. Lakin ona heç bir xəsarət yetirməmişlər və döyməmişlər. Sahib isə nə onu, nə də Tərlanı hədələməmiş, ona və Tərlana heç bir xəsarət yetirməmiş və döyməmişdir. Sadəcə masanın üzərində olan 2 (iki) ədəd mobil telefonu götürüb getmişdir. O, hadisə vaxtı birinci dəfə idi ki, həmin şəxsləri görmüşdür. Həmin şəxslər və Sahib ilk dəfə idi ki, ona qarşı belə bir qanunsuz hərəkətlərə yol vermişlər. Onun qaldığı evdə olan bıçaq qara rəngdə və açılıb-bağlanan cib bıçağı olmuşdur. Bıçağın ümumi uzunluğu təxminən 8-10 sm olmuşdur. Pul çantası qara rəngdə, dəridən hazırlanmış, zamokla açılıb-bağlanan olmuşdur. O, Tərlanın həmin çantanı haradan və hansı qiymətə aldığını bilməmişdir. Pul çantasının içərisində 7.000 manat pul olmuş və 7.000 manat pulun hamısı 100 manatlıq pul əskinazlarından ibarət olmuşdur. Bundan başqa, çantada Tərlanın şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, “Opel Astra” markalı, **-TJ-*** nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsi, içərisində təxminən 230 manat pul olan “Unibank” KB-nin depozit kartı olmuşdur. O, Tərlanın depozit kartını neçəyə almasını və nə vaxt almasını bilməmişdir. Tərlan “Samsung Note 8” markalı mobil telefonu təxminən 5-6 ay bundan əvvəl 1.500 manata almışdır. Həmin mobil telefon bir kartlı və narıncı rəngdə olmuş, üzərində təxminən 100 manat qiymətində ***-***-**-** mobil nömrə olmuşdur. Həmin nömrəni Tərlana dostu hədiyyə etmişdir. Digər mobil telefon isə “Nokia 8800” markalı olmuşdur. Tərlan həmin mobil telefonu çoxdan almış və qiyməti 50 manat olmuşdur. Həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrə olmuşdur. Tərlan həmin mobil nömrəni 120 manata almışdır. Hadisədən 4 (dörd) əvvəl Sahib onun kirayədə qaldığı evə gəlmiş və Tərlanla söhbət edən zaman Tərlanın kreditə maşın alacağını bilmiş və Tərlanda pulun olduğunu görmüşdür. Digər iki şəxs isə Tərlanın pulunun olduğunu bilməmişdir. O, həmin şəxslərin harada yaşadığını bilməmişdir. Sadəcə 09 avqust 2019-cu il tarixdə həmin şəxslər onların qonşuluğunda Baloğlan adlı şəxsdən kirayəyə ev istəmişlər. Baloğlan da onun kirayədə qaldığı həyətdə həmin şəxslərə ev vermişdir. 10 avqust 2019-cu il tarixdə isə Baloğlan həmin şəxsləri evdən qovmuşdur. Sahib isə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamışdır. Onunla Sahib və həmin şəxslər arasında əvvəllər hər hansı bir narazılıq, düşmənçilik və ədavət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs hadisə zamanı onun bibisi oğlu Tərlanın kirayədə qaldığı evdə olmamışdır. Müstəntiq 4 ay əvvəl ona şəkil göstərmişdir. Həmin şəkil Təqsirləndirilən şəxs aid olmamış, başqa şəxsə aid şəkil olmuşdur. Lakin o, həmin vaxt da müstəntiqə Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Sonra müstəntiq onu Təqsirləndirilən şəxsla üzləşdirmişdir. Müstəntiqin ona göstərdiyi şəkil Təqsirləndirilən şəxs şəkli olmamışdır. Hadisə zamanı o, Şahid1la birlikdə orada olmuşdur. Tərlan onun bibisi oğludur. Tərlan narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğundan o, Tərlanı cəzalandırmaq istəmişdir. O, Tərlanın “Papanin” adlanan ərazidə kirayədə yaşadığı evə Şahid1la getmişdir. Tərlan orada Xuraman adlı qadınla yaşamışdır. O, Nicatla birlikdə Tərlanın kirayədə yaşadığı evə getdikdə, qapını Tərlan açmış və sonra onlar həyətdə üçü birlikdə söhbət etmişlər. Sonra Nicat çıxıb getmişdir. O da bundan sonra Tərlanın kirayədə qaldığı evə daxil olaraq Tərlanın narkotik vasitələrin satışı ilə məşğul olması və müxtəlif şəxsləri zəhərləməsi ilə bağlı iradını bildirmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamasını Tərlandan tələb etmişdir. O, bunu dedikdə Tərlan ona kobudluq edərək söyüb təhqir etmişdir. O da həmin vaxt Tərlanın sifət nahiyəsindən əli ilə vurmuş və sonuncuya məxsus olan mobil telefonu, eləcə də Tərlana məxsus olan qara rəngli bel çantasını götürüb həmin evdən çıxmışdır. O, əvvəllər Tərlanın həmin çantada narkotik vasitə saxladığını görmüşdür. Çünki Tərlanın həmin çantasının balaca cibində həmişə balaca qıfıl olmuşdur. O, çantanı və telefonu götürüb həyətə çıxmış və həyətdə çantanı açaraq çantanın içərisində olan narkotik vasitəni yerə dağıtmışdır. Sonra isə o, Tərlana aid mobil telefonu götürərək çıxıb getmişdir. Həmin vaxt onun yanında heç kəs olmamışdır. Bir qədər vaxt keçdikdən sonra o, könüllü olaraq Polis bölməsinə gedərək polisə təslim olmuş və mobil telefonu da polislərə təhvil vermişdir. Hadisə baş verən vaxt Təqsirləndirilən şəxs orada olmamışdır. O, Pərvizi ilk dəfə müstəntiqin yanında üzləşdirmə keçirilərkən görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 10 avqust 2019-cu il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan zaman Sahibin gəldiyini görmüşdür. Həmin vaxt Sahib əlində mobil telefonu tutaraq uca səslə kiminləsə mübahisə etmiş və telefonda bir-birilərini küçə söyüşləri ilə söyürmüşlər. Ona görə də o, Sahibə irad bildirmişdir ki, mobil telefon ilə səs ucaldan vasitəsi ilə deyil, adi qaydada danışsın. Çünki həmin vaxt məhəllədə çoxlu sayda adam olmuş və həmin adamlar Sahibin söyüşlərini eşitmişlər. O, bunu deyən zaman Sahiblə telefonda danışan şəxs onun bu iradını eşitmiş və bundan sonra Sahibə nalayiq formada demişdir ki, “Kimdir eeee bu ala? Ona de ki, ağızını yumsun, denən sakit dursun’'. O, bunu eşidib həmin şəxsə cavab qaytarmış və onlar mobil telefon vasitəsi ilə ciddi şəkildə mübahisə etmişlər. Sonra o, Sahibdən həmin şəxsin harada olmasını soruşmuşdur ki, həmin şəxsdən hansı səbəbə görə onu söyməsini soruşsun. Sahib də ona həmin şəxsin öz bibisi oğlu Tərlan olduğunu demişdir. Bundan sonra Sahib Tərlan tərəfindən başına oyun açıldığını və bu səbəbdən də Tərlan ilə qışqıra-qışqıra və söyüş söyərək danışdığını bildirmişdir. Sahib, həmçinin ona demişdir ki, bibisi oğlu Tərlan “bariqadır” və narkotik vasitələrin satışı ilə məşğul olur. Hətta Tərlan bir dəfə Sahibi aldadaraq İrana göndərmiş, Sahib İrana çatdıqda Tərlana narkotik vasitə satan şəxs Sahibi orada girov saxlamışdır. Bütün bunları danışdıqdan sonra Sahib Tərlanın yaşadığı yeri ona bildirmiş və o, Tərlanın evinə getmək qərarına gəlmişdir. Sonra o, Sahiblə taksi sifariş etmiş və Tərlanın kirayədə qaldığı ünvana getmişlər. Tərlanın evinə çatdıqda, o, həyətin qapısını döymüşdür. Bu zaman qapını Xuraman adlı xanım açmışdır. Xuraman Tərlanın “saxladığı” qız olmuşdur. Sonra Tərlan qapıya çıxmışdır. O, Tərlana özünü təqdim edərək telefonda Sahiblə danışarkən onunla kobud danışan şəxs olduğunu bildirmişdir. Bundan sonra o, təkbaşına Tərlanın yaşadığı evə daxil olaraq evdə Tərlanı döymüş və sonra evdən çıxmışdır. O, Tərlanı evdə döyərkən orada ondan və Tərlandan başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs orada olmamışdır. O, Tərlanı evdə döyərkən Sahib çöldə pilləkənlərin altında gizlənmişdir. O, Tərlanı döydükdən sonra evdən çıxmış və taksi sifariş etmişdir. O, taksi gözləyərkən birdən Sahibin əlində çanta ilə qaçaraq gəldiyini görmüşdür. Onun Tərlanın evinə getməkdə məqsədi ancaq Tərlanın onu söydüyünə görə Tərlanı cəzalandırmaq olmuşdur. O, Tərlanın yaşadığı evdən nə mobil telefon, nə də ki, pul götürməmişdir. Bundan başqa, o, Tərlan və Xuramandan pul tələb etməmişdir. Həmin vaxt onun yanında heç kim, həmçinin Təqsirləndirilən şəxs olmamışdır. Şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hazırda gördüyü təqsirləndirilən şəxsin adının Orxan olduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs həmin vaxt Orxan kimi tanımışdır. O, təqsirləndirilən şəxs ilə 2017-ci ildə idman zalında məşq edərkən tanış olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı orada olmamışdır. Tərlanın yaşadığı evin qapısını o, döymüşdür. Tərlanın evinin qapısını isə Xuraman açmışdır. O, Tərlanı evin içində döymüş və döyəndən sonra da çıxıb getmişdir. O, Pərvizlə Tərlanın yaşadığı evə getməmişdir. Sahibin Tərlanın evdən telefon götürməsindən onun məlumatı olmamışdır. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ünvan 3 ünvanda ona məxsus başqa otaqlar da olmuşdur. O, dolanmaq məqsədi ilə həmin otaqları kirayəyə vermişdir. Təxminən 2019-cu ilin iyul ayının axırlarında Tərlan adlı şəxs yanında olan Xuraman adlı qadınla onun yanına gələrək demişlər ki, “Eşitmişik ki, siz mənzil kirayəyə verirsiniz, bizə müvəqqəti yaşamağa mənzil lazımdır”. O da Tərlana demişdir ki, “Mənim kirayəyə verməyə mənzilim var, verərəm. Yanında olan qadın kimdir?”. Tərlan da ona demişdir ki, “Mənim həyat yoldaşımdır”. Sonra Tərlan mənzili kirayəyə neçəyə verdiyini ondan soruşmuşdur. O isə əvvəlcə mənzili Tərlangilə göstərmişdir. Həmin mənzil bir otaqdan ibarət olmuşdur. Tərlan mənzilə baxdıqdan sonra ona demişdir ki, “Mənzil xoşuma gəldi, neçəyə kirayəyə verirsiniz?”. O da Tərlana demişdir ki, “Mənzili mən aya 120 manata kirayəyə verirəm”. Bundan sonra Tərlan onunla razılaşmış və həmin mənzili tutmuşdur. Tərlan mənzilin kirayə haqqısını ona hissə-hissə vermişdir. Tərlan Xuramanla ona məxsus mənzildə 10 gündən artıq yaşasa da, o, Tərlangilin hər hansı bir mədəniyyətsiz hərəkətini görməmişdir. Tərlangili sakit şəkildə səhər evdən çıxmışlar, axşam saatlarında isə evə gəlmişlər. 08 avqust 2019-cu il tarixdə axşamüstü saatlarında o, həyətdə olarkən görmüşdür ki, 2 (iki) nəfər şəxs Tərlanın kirayədə yaşadığı mənzilin qarşısında dayanmışdır. O, həmin şəxsləri tanımadığından bu şəxslərə yaxınlaşaraq soruşmuşdur ki, “Siz kimsiniz? Burada nə işiniz var?”. Həmin şəxslər də ona demişlər ki, “Dayı, biz yaxınlıqda tikintidə işləyirik, bizə kirayəyə mənzil verə bilərsən? Pulumuz yoxdur, pulunu sonra verərik”. O da həmin şəxslərə demişdir ki, “Narahatçılıq yoxdur, verərəm, sonra ödəyərsiniz”. Onların arasında olan razılaşmaya əsasən o, mənzili həmin şəxslərə günü 5 manat ödəmələri şərti ilə vermişdir. Həmin gün axşam saatlarında o, həmin iki nəfər şəxsin həyətdə dayanıb Tərlanın kirayədə yaşadığı mənzilini izlədiklərini görmüşdür. O, bundan şübhələnmiş və həmin şəxslərə yaxınlaşaraq demişdir ki, “Axı mən sizə xəbərdarlıq etdim, nə sözünüz var gedin başqa yerdə edin”. Həmin şəxslərdən biri ona demişdir ki, “Ağsaqqal, mən Tərlanın dayısı oğluyam, Tərlan mənə pul borcludur, gəlmişəm onu aparam”. O da həmin şəxsə demişdir ki, “Nə söhbətiniz varsa, gedin başqa yerdə edin. Burada ailələr yaşayır, əgər aranızda pul söhbətiniz varsa, valideynini gətir özü ölçü götürsün. Tərlan heyvandır ki, götürüb aparasınız? Mən sizi burada saxlaya bilmərəm, mənə narahatçılıq lazım deyil, səhərisi bir hadisə baş verər, məndən yapışarlar. Çıxın mənim mənzilimdən”. Həmin şəxs də ona demişdir ki, “Gedirəm onun anasını və qardaşını gətirim”. 10 avqust 2019-cu il tarixdə, saat 19:00 radələrində o, həyətdə olduğu vaxt bir gün əvvəl gördüyü iki nəfər şəxsin gəldiyini görmüşdür. Həmin iki nəfər şəxsin yanında əlavə bir nəfər kök bədənli şəxs də olmuşdur. O, həmin şəxslərdən soruşmuşdur ki, “Siz kimsiniz?”. Həmin şəxslərdən kök bədənli olan şəxs ona demişdir ki, “Mən Tərlanın qardaşıyam, gəlmişəm onu aparmağa”. O, həmin şəxslərdən birini artıq tanımışdır. Həmin bir nəfər ona Tərlanın dayısı oğlu olduğunu bildirmişdir. Sonra həmin şəxslər Tərlanın qaldığı mənzilə tərəf getmişlər və Tərlanı həyətə çağırmışlar. Həmin vaxt Xuraman pəncərədən Tərlanı kimin və hansı səbəbə görə çağırdığını soruşduqda, həmin şəxslər Tərlanı aşağı çağırmasını Xuramana demişlər. Tərlan həyətə düşmüş və həmin şəxslərlə görüşmüşdür. Sonra həmin şəxslər Tərlanla ucadan söhbət etməyə başlamışlar və Tərlana demişlər ki, “Nə səbəbə belə yaramaz hərəkət edirsən?”. O, həmin şəxslərin bərkdən danışdığını görüb həmin şəxslərə yaxınlaşaraq demişdir ki, “Burada boş ev var. Orada söhbət edin. Həyətdə başqa ailələr yaşayır, səs etməyin”. Həmin şəxslər də onunla razılaşaraq Tərlanla birlikdə həmin boş evə daxil olmuşlar. O da həmin boş evə daxil olduqda, ona demişlər ki, “Çıx bayıra, bizim Tərlanla söhbətimiz var”. O da bayıra çıxaraq yaşadığı evin qarşısına getmişdir. Sonra isə o, qızın qışqırıq səsini eşitmişdir. O, yenə də Tərlanın qaldığı mənzilin qarşısına gəlmiş və görmüşdür ki, özünü ona Tərlanın dayısı oğlu kimi təqdim edən şəxs əlində qara çanta (sumka) ilə qaçaraq həyətdən çıxmış, həmin şəxsin arxasınca da iki nəfər şəxs Tərlanın mənzilindən çıxıb həyətə düşmüşdür. Tərlan da həmin şəxslərin arxasınca düşmüş və qışqıraraq “mənim sənədlərimi hara aparırlar? Onları qaytarın” demişdir. Bu vaxt Tərlan pilləkəndən aşağı yıxılmış və başı yerə dəymişdir. Həmin şəxslər də çıxıb getmişlər. Sonra o, otaqlardan birində kirayədə yaşayan başqa bir sabirabadlı oğlandan soruşmuşdur ki, “Tərlanın yoldaşı sənin evində gizlənir, mən uşaqlardan eşitdim”. Həmin sabirabadlı oğlan da ona demişdir ki, “Əmi, qız qorxduğundan mənim mənzilimə gəldi və mənə dedi ki, burada gizlənmək istəyirəm. Mən də etiraz etmədim”. Sonra o, sabirabadlı oğlanla sonuncunun qaldığı mənzilə getmiş və orada Xuramanın çarpayının altında gizləndiyini görmüşdür. O, Xuramana demişdir ki, “Sən burada nə səbəbə gizlənmisən? Hamısı sənin zibillərindir, çıx. Onlar getdilər”. Sonra o, Tərlanla Xuramanın narahat şəxslər olmalarından ehtiyyat edərək Tərlangilə demişdir ki, “Çıxın mənim evimdən, mənə narahatçılıq lazım deyil, burada başqa adamlar da yaşayır”. O, hətta Tərlanın sifət nahiyəsində xəsarət izlərini də görmüşdür. Sonra təcili tibbi yardım maşını gəlmiş və Tərlanla Xuramanı götürüb xəstəxanaya aparmışdır. Sonradan onu Nəsimi RPİ-nin 20-ci Polis bölməsinə dəvət etmişlər. O, həmin şəxslərin Tərlanı döymələrini, həmin şəxslərdən birinin Xuramanı bıçaqla hədələməsini, həmin şəxslərin və Sahibin Tərlana məxsus və içərisində 7.000 manat pul və digər əşyaları olan pul çantasını, 2 (iki) ədəd mobil telefonunu götürüb getdiklərini görmədiyini, sadəcə Sahibin əlində çantanı tutub qaçmasını gördüyünü bildirmişdir. O, ümumiyyətlə pul və 2 (iki) ədəd mobil telefonun götürüldüyünü görməmişdir. Həmin şəxslər ona aid başqa bir otaqa söhbət etmək məqsədilə daxil olduqda, ona demişlər ki, “Sən get, bizim şəxsi söhbətimiz var”. O da çıxıb getmiş və ona görə də həmin şəxslərin arasında hansı söhbətin olduğunu görməmişdir. O, Sahibin pilləkənin altında gizlənməsinə fikir verməmişdir. O, həmin iki nəfər şəxsin Tərlanla sonuncunun yuxarıda kirayədə qaldığı mənzilə qalxdığını görmüş, lakin Sahibin də həmin iki şəxslər birlikdə olub-olmamasına fikir verməmişdir. Həmin şəxslərdən birinin sol qolunda döymə naxışlar olmuş, özü isə balaca boylu və qara saqqallı olmuş, əynində qırmızı rəngdə qısaqol köynək, göy rəngli cins şalvar, ayağında makasin ayaqqabı olmuş, həmçinin kök bədənli, qara saçlı və qarabəniz olmuşdur. O, döymə naxışları yaxşı görmədiyindən əlamətini bilməmişdir. Onun tanımadığı digər şəxs isə orta hündürlükdə olmuş, bədənində heç bir döymə naxış olmamış, sarıbəniz, lakin qara saçlı olmuş, saqqalı olmamış, arıq bədən quruluşlu olmuş, əynində qara rəngli düyməli köynək, qara şalvar, makasin ayaqqabı olmuşdur. O, həmin şəxslərin şəxsiyyətini bilməmişdir. Hadisə vaxtı həmin şəxslərə yaxınlaşan olmamışdır. O, hadisənin nə qədər davam etdiyini bilməmişdir. Çünki o, həmin şəxsləri otağa saldıqdan sonra çıxıb getmişdir. Kənardan hadisə yerinə tamaşa edən olmamış, eləcə də kənarda yaşayan başqa şəxslərin rahatçılığı pozulmamışdır. O, hadisə vaxtı bıçaq görməmiş və ona görə də bıçağın əlamətlərini bilməmişdir. O, yaşlı adam olduğundan həmin şəxslərə və Tərlanın dayısı oğlu kimi özünü təqdim edən şəxsə kirayəyə ev verərkən həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərini istəməmişdir. Həmin şəxslər onun evində sadəcə bir gecə yaşamışlar və səhərisi də o, həmin şəxsləri evdən çıxarmışdır. O, hadisə baş verən vaxt yaşadığı evin qarşısında olmuş və Sahibin də çantanı əlində tutub qaçdığını görmüşdür. Lakin o, Sahibin çantadan narkotik vasitə götürüb yerə səpməsini görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş zərərçəkmiş şəxsin və şahidin ifadəsini, ekspertiza rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2019cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 10-16) görünür ki, hadisə yeri - ünvan 1 ünvanında yerləşir. Zərərçəkmiş şəxs1 həmin evdə kirayədə yaşamışdır. Hadisə yerinə baxış keçirilən zaman sübut əhəmiyyətinə malik əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin 754 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 170-171) görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər: başın sol gicgah-alın və sağ gicgah nahiyələrinin, sol almacıq nahiyələrinin qançırları, qarının, sol saidin, sol dirsək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən 10 avqust 2019-cu il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Vət.Zərərçəkmiş şəxs1anın bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin 755 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 167-168) görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər: sağ said və sağ kürək nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən 10 avqust 2019-cu il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Vət.Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitdə və həmçinin, həm insan bədəninin hissələrinin (əl, əl barmaqları, dırnaqlar və sair) təsirdən, həm də Zərərçəkmiş şəxs2 öz boyu hündürlüyündən yıxılaraq yerin bərk hissəsinə və ya küt əşyaya dəymə nəticəsində əmələ gələ bilmələri də mümkündür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21234 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 174) görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21224/21225 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 177-178) görünür ki, təqdim olunmuş 1 (bir) ədəd «Samsung» markalı, «SM-N95OU» (Galaxy Note 8) modelli «**********63303» İMEİ nömrəli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla, istifadə üçün yararlıdır. Mobil smartfonda «Whatsapp» proqram təminatında «TD» adlı istifadəçi «+**********17» saylı nömrə ilə qeydiyyatdan keçmiş hesabda 16 nəfər istifadəçilərlə yazışmaların məzmunları və mübadilə olunmuş fayllar (səs, foto, video) rəqəmsal sübutların saxlanması üçün istifadə olunmuş «DVD» tipli optik disklərə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Təqdim olunmuş 1 (bir) ədəd «Samsung» markalı, «SM-N95OU» (Galaxy Note 8) modelli «R28J820CFSVV» seriya nömrəli, «**********63303» İMEİ nömrəli mobil smartfonda aşkar edilmiş müxtəlif məzmunlu, formatlı fayllar (audio, video, foto) və məlumatlar (zənglər, kontaktlar, sms mesajlar) həmin məlumatlara dair tərtib olunmuş hesabat, hesabatda məlumatların adı, həcmi, tarixi, məzmun göstərilməklə rəqəmsal dəlillərin saxlanması üçün istifadə olunmuş «DVD» tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Təqdim edilmiş 1 (bir) ədəd işlək vəziyyətdə olan «Samsung» markalı, «SM-N95OU» (Galaxy Note 8) modelli mobil smartfonun istifadədə olunması nəzərə alınmaqla, 10 avqust 2019-cu il tarixə olan orta bazar qiyməti təxminən 680,00 manat müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyul 2020-ci il tarixli qərardan (cild 1, iş vərəqə 1-4) görünür ki, Pərviz və ya Orxan adlı şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və şəxsiyyəti müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2020-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-324/2020 saylı hökmündən (cild 1, iş vərəqə 82-88) görünür ki, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Şahid1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 3, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2021-ci il tarixli könüllü təslim olma barədə protokoldan (cild 3, iş vərəqə 3) görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə könüllü şəkildə Bakı şəhər Baş Polis İdarəsinə gələrək təslim olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 3, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2021-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 3, iş vərəqə 32-35) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ifadə verərək bildirmişdir ki, o, Şahid1 ilə 2019-cu il tarixdə idman zalında tanış olmuş və onların bir-biri ilə münasibətləri yaranmış, 10 avqust 2019-cu il tarixdə Nicat ona zəng edərək bir nəfər şəxsin onu söydüyünü bildirmiş və bu səbəbdən də onu yanına çağırmış, o da taksi ilə Nicatın dediyi yerə, yəni Nəsimi rayonu ərazisində “Papanin” kimi tanınan əraziyə getmiş, o, həmin yerə çatdıqda orada Nicatla Sahibi görmüş, daha sonra o, zərərçəkmiş şəxs qismində çıxış edən Tərlana sillə vurmuş və ona irəli sürülmüş ittihamla bağlı bütün təfərrüatları bildirmiş, başqa sözlə, onun və cinayətin digər icraçıları tərəfindən törədilmiş cinayətin törədilmə üsulunu və mexanizmini, habelə cinayətin nəticəsində baş vermiş bütün əhəmiyyət kəsb edən halları dəqiq şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 36-38) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2021-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından (cild 3, iş vərəqə 66-69) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2021-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 182) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı İstintaq Təcridxanasından Bakı şəhər prokuroruna yazılı şəkildə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayət hadisəsində iştirak etmədiyini, eləcə də ittiham aktında göstərilmiş qaydada onun cinayət hadisəsində iştirak etmədiyini, onun Şahid2 və Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 qarşı quldurluq edəcəkləri barədə niyyətlərindən xəbərinin olmadığını, habelə hadisə yerinə Şahid1 xahişi ilə getdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 1472 nömrəli ekspertiza rəyindən (cild 3, iş vərəqə 208-211) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sairlər sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixiloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışın iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 10 avqust 2019-cu il tarixdə cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq, epilyasiya nəticəsində yaranan ağıl zəifliyi, qıcolma tutmaları və ya sair psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmamışdır. Buna gröə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanıkan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkanlanmır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (qavrama, diqqət, yaddaş, təfəkkür və s.) normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs eqosentrizm, nümayişkaranəlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından (cild 3, iş vərəqə 255) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 282-305) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri üzrə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, maddi sübut kimi tanınmış 1 (bir) ədəd bıçağın məhv edilməsinin nəzərə alınması, 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy Note 8” modelli mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılmasının nəzərə alınması, maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin və 1 (bir) ədəd AC seriyalı, 526315 nömrəli sürücülük vəsiqəsinin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən ititham tərəfinin əldə etdiyi sübutların əksəriyyətini və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham hazırki iş üzrə şahid qismində çıxış edən şəxslər Şahid1 və Şahid2 qarşı irəli sürülmüş ittihamla eynilik təşkil edir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 21 oktyabr 2020-ci il tarixli, 1(101)-324/2020 saylı hökmü ilə Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181,2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Şahid1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Qeyd edilənlər cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 10 avqust 2019-cu il tarixdə baş vermiş cinayət hadisəsindən sonra polis orqanına müraciət edərək ona qarşı törədilmiş cinayət barədə məlumat vermiş və cinayət törətmiş şəxslərin, yəni Şahid2, onun yanında olmuş Nicat və Pərviz adlı şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Uzun müddət ərzində aparılmış ibtidai araşdırma zamanı Şahid2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmiş Nicat adlı şəxsin Şahid1 olması təsdiq edilmiş və sonuncular barəsində başlanmış cinayət işi mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şahid2 və Şahid1 barəsində olan cinayət işinə mahiyyəti üzrə baxılması nəticəsində qeyd edilən şəxslərin, yəni Şahid2 Şahid1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, habelə onların 10 avqust 2019-cu il tarixdə, saat 19:00 radələrində Şahid2 qohumu olan Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən evə qanunsuz şəkildə daxil olmaları və evdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, nəticədə Zərərçəkmiş şəxs2 mənəvi ziyanın, Zərərçəkmiş şəxs1 isə xeyli miqdarda, yəni 8265 (səkkiz min iki yüz altmış beş) manat məbləğində maddi ziyanın vurulması, başqa sözlə, Şahid2 Şahid1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq cinayət əməllərini, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmələri sübuta yetirilmişdir. Beləliklə Şahid2 və Şahid1 qeyrisi ilə (Pərviz adlı şəxslə) qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri qanuni qüvvəsini almış məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də quldurluq cinayətinin törədilməsində iştirak edən digər subyektin, yəni Pərviz adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və onun cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində cinayət təqibini həyata keçirən orqan tərəfindən ayrıca icraatda araşdırma davam etmiş və daha sonra Pərviz adlı şəxsin Təqsirləndirilən şəxs olması ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir. Məhkəmə istintaqında sərbəst şəkildə ifadə vermiş bütün şəxslər, yəni həm təqsirləndirilən şəxs, həm Zərərçəkmiş şəxs1, həm də sonuncuya qarşı quldurluq cinayətlərini törətməyə görə məhkum edilmiş Şahid2 və Şahid1 inkaredici ifadələr verərək Təqsirləndirilən şəxs 10 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı evdə olmadığını, ümumiyyətlə Təqsirləndirilən şəxs quldurluq cinayətinə aidiyyətinin olmamasını bildirmişlər. Məhkəmə belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs1, habelə şahidlər Şahid2 və Şahid1 ibtidai araşdırmanın əvvəlindən hər iki cinayət işi üzrə müxtəlif məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmasına çalışmışlar. Belə ki, ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 demək olar ki, bütün ifadələrində ona qarşı basqın edən şəxslərin Sahib, Nicat və Pərviz adlı şəxslərin olduqlarını, Şahid2 isə ifadələrində Tərlanın kirayədə yaşadığı evə Nicat və Pərviz adlı şəxslərlə getdiyini, Şahid1 isə Şahid2 “söhbətinə” görə Orxan kimi tanıdığı şəxslə getdiyini bildirmişdir. Məhkəmə istintaqında isə Zərərçəkmiş şəxs1 ümumiyyətlə Təqsirləndirilən şəxs tanımadığını və sonuncunun ona qarşı quldurluq cinayətini törətmədiyini bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqında ayrı-ayrılıqda verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, qeyd edilən şəxslər fərqli, çaşdırıcı və inkaredici məzmunda ifadə verməklə işin məhkəmədə obyektiv baxılmasında çaşqınlıq yaratmaq və nəticədə Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmasına nail olmaq istəmişlər. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqında verdikləri ifadələrini yalan ifadə kimi qəbul edir. Məhkəmə belə nəticəyə gələrkən qeyd edilən şəxslərin ibtidai araşdırma zamanı da hər dəfə müxtəlif məzmunlu ifadələr vermələrini, habelə həmin şəxsləri səciyyələndirilən halları əsas götürmüşdür. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1, şahidlər Şahid2 və Şahid1 cinayət törətməyə meyilli şəxslərdir, onlar ayrı-ayrılıqda bir neçə dəfə zoraki cinayət törətmələrinə görə məhkum olunmuşlar və hazırki cinayət işinə baxıldığı zaman da ağır və zoraki cinayətlərin törədilməsi ilə bağlı (Cinayət Məcəlləsinin 181.2-ci maddələri ilə) cəza çəkirlər. Bu hallar isə Zərərçəkmiş şəxs1, Şahid2 və Şahid1 cinayət aləminə yaxınlığı ilə seçilən və cinayət törətməyə meyilli şəxslər kimi səciyyələndirir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, onlar Təqsirləndirilən şəxs qarşı ifadə verməyi cinayət aləminin “yazılmamış qaydalarına” zidd hərəkət kimi qəbul edərək ayrı-ayrılıqda Təqsirləndirilən şəxs xeyrinə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasına kömək etmək istəmişlər. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hallar müəyyən edilməmişdir. Bu səbəbdən də ibtidai araşdırma zamanı ibtidai istintaq orqanının üzərinə düşən başlıca vəzifə - Zərərçəkmiş şəxs1 və Şahid2 ifadələrində göstərdikləri Pərviz adlı şəxsin, habelə Şahid1 ifadəsində göstərdiyi Orxan adlı şəxsin əslində kimin (hansı subyektin) olmasını müəyyən etmək olmuşdur. Kifayət qədər uzun müddət ərzində aparılmış ibtidai araşdırma zamanı cinayət işinin materiallarında adı çəkilən Pərviz adlı şəxsin əslində Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və sonuncu cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1, Şahid2 və Şahid1 sanki əvvəlcədən razılaşdırılmış qaydada Təqsirləndirilən şəxs 10 avqust 2019-cu il tarixdə törədilmiş quldurluq cinayət hadisəsinin icraçısı olmasını inkar etmişlər. Bu səbəbdən də məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahid ifadələri əsasında obyektiv həqiqətin müəyyən edilməsi mürəkkəb məsələyə çevrilmişdir. Ona görə də məhkəmə cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə cavab verən digər sübutları, o cümlədən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, eləcə də öz təşəbbüsü ilə onun Bakı şəhər prokuroruna yazılı şəkildə ünvanlandığı ərizəsini tədqiq və təhlil etməyi iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri hesab edir. Əvvəla məhkəmə onu qeyd edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqdan dəfələrlə yayındığı üçün onun barəsində axtarış elan edilmiş və kifayət qədər uzun müddət ərzində onun ibtidai istintaq orqanında iştirakının təmin edilməsi mümkün olmamışdır. Bundan sonra, yəni 12 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü şəkildə ibtidai istintaq orqanına gələrək barəsində axtarışın verilməsi barədə xəbərinin olmadığını və bunu bilən kimi könüllü şəkildə gəldiyini bildirmişdir. Həmin gün onun könüllü şəkildə ibtidai istintaq orqanına gəlməsi qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ilkin ifadəsində faktiki olaraq 10 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 qarşı digər şəxslər, yəni Şahid2 və Şahid1la birlikdə törətdiyi cinayətin üsulunu və mexanizmini, habelə cinayətin nəticələrini ətraflı şəkildə göstərərək törətmiş olduğu cinayəti etraf etmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqan sonra ətraflı şəkildə ifadə verərək iş üzrə əhəmiyyət kəsb edən halların əksəriyyətini etiraf, bəzi halları isə inkar etmişdir. Buna baxmayaraq, o, baş vermiş hadisəni dəqiqliklə göstərmişdir. Bu səbəbdən də onun ilkin ifadəsi iş üzrə əhəmiyyətlidir və məhkəmə onun həmin ifadəsini mötəbər sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ilkin ifadəsində açıq şəkildə göstərmişdir ki, o, cinayət hadisəsi baş verənədək Şahid1 tanımış və onların arasında yaxşı münasibətlər olmuşdur. 10 avqust 2019-cu il tarixdə Nicat ona zəng edərək bir nəfər şəxsin telefonda (Nicatı) söydüyünü bildirib Pərvizi öz yanına çağırmış, o da taksi ilə Nicatın dediyi ünvana, yəni Nəsimi rayonu ərazisinə “Papanin” deyilən yerə getmişdir. Təqsirləndirilən şəxs ora çatanda Nicatın Sahib adlı bir nəfərlə dayanıb söhbət etdiyini görmüşdür. O, Sahibi əvvəllər görməmiş və tanımamışdır. O, Sahibi ilk dəfə orada görmüş və adının da Sahib olduğunu orada bilmişdir. Nicat söyən şəxsin Tərlan olduğunu və Tərlanın həmin ərazidə yaşadığını bildirmiş, bundan sonra onlar birlikdə Tərlanın yaşadığı evə gedərək Tərlanı səsləmişlər. Həmin vaxt evdən bir qız çıxmış və Tərlan da əynini geyinib aşağı düşmüşdür. Sonra Tərlan həyətə düşmüş və onlar Tərlanla həyətdə söhbət etmək istədikdə, orada yaşayan bir nəfər sakin həyətdə boş otağın olduğunu və keçib orada söhbət etmələrini demişdir. O da Nicat ilə birlikdə Tərlanı götürüb həyətdə olan boş otağa aparmış və onlar orada söhbət etmişlər. Daha sonra onlar otaqdan çölə çıxan zaman Sahibin Tərlanın yaşadığı evin içində qapının ağzında dayandığını görmüşlər. Həmin vaxt Tərlan Sahibin üstünə hücum etmişdir. O da Nicatla birlikdə Tərlanın arxasınca evə qalxmışdır. Sonra onlar birlikdə evin içinə girmişlər. O, evin içində Tərlanın üzünə sillə vurmuşdur. Ondan sonra Nicat da Tərlanı əli ilə vurmağa başlamışdır. Həmin vaxt Tərlan divanın üstünə yıxılmışdır. Həmin vaxt Tərlanın yaşadığı evdə olan qız tualetdə olmuş və qorxusundan çölə çıxmamışdır. X11 evdə çanta olduğunu deyərək həmin çantanın harada olduğunu soruşmuşdur. Daha sonra Sahib evdə olan çantanı axtarmağa başlamışdır. Sahib çantanı tapdıqdan sonra götürmək istəyərkən Tərlan çantanı əlləri ilə saxlayıb, çantanı özünə tərəf sıxaraq özünü yerə yıxmışdır. Lakin Sahib çantanı Tərlanın əlindən alaraq evdən çıxaraq qaçmışdır. Nicat da Sahibin arxasınca evdən çıxıb qaçmışdır. Bundan sonra o, evdən çıxıb getmək istəmiş və gedən vaxt Tərlan arxadan gəlib onu tutmuşdur. Həmin vaxt o, Tərlanı yenidən bir dəfə yumruqla vurmuşdur. Nəticədə Tərlan yerə yıxılmış, o da evdən çıxaraq taksi ilə yaşadığı ünvana getmişdir. Onun Tərlan və Xuraman adlı şəxslərə qarşı quldurluq etmək kimi niyyəti və fikri olmamışdır. Tanışı Nicat telefonda Tərlan adlı şəxsin söydüyünü ona dediyi üçün o, Tərlanla söhbət etmək məqsədilə Nicat və Sahiblə birlikdə Tərlanın yaşadığı ünvana getmişdir. Onun ləqəbi olmamış və onu heç kəs Orxan kimi çağırmamışdır. Tərlan Sahibin üstünə hücum etdiyi üçün o, Tərlanı üzündən sillə ilə vurmuşdur. Hadisədən sonra o, çıxıb getmək istədiyi vaxt Tərlan onu arxadan saxladığı üçün o, Tərlanı yenidən bir dəfə yumuruqla vurmuşdur. Hadisə zamanı o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pul tələb etməmişdir. O, ümumiyyətlə Tərlanı və Xuramanı tanımamışdır. Hadisədən sonra ona hər hansı bir məbləğdə pul çatmamış və hadisə nəticəsində onların arasında pul bölgüsü olmamışdır. Sahib Tərlanın çantasını götürüb qaçdığı üçün o, çantanın içərisində hansı əşyaların olduğunu bilməmiş və ona heç kim pul verməmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsindən görünür ki, 10 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 Şahid1 söydüyünə görə Şahid1 Pərvizi yanına çağırmış, o da Nicatla razılaşaraq Nicatın yanına getmiş, orada Nicatdan başqa, həmçinin Şahid2 olmuş, sonra onlar üçü birlikdə Tərlanın yaşadığı ünvana getmişlər, onlar həmin ünvana çatdıqda o, Nicatla birlikdə Tərlanı aşağı çağırmış, Tərlan aşağı düşdükdən sonra onlar birlikdə orada olan otaqların birində söhbət etmişlər, həmin vaxt Sahib onların yanında olmamış, X9 birlikdə söhbət etdikdən və otaqdan çıxdıqdan sonra Sahibi Tərlanın yaşadığı evin içində görmüşlər, bunu görən kimi Tərlan Sahibin üstünə hücum çəkmiş, bu vaxt Nicatla Pərviz də Tərlanın arxasınca qaçaraq sonuncunun yaşadığı evə qanunsuz şəkildə daxil olmuşlar, həmin vaxt Pərviz əsassız şəkildə Tərlana zorakılıq edərək sillə vurmuş, Nicat isə sair zorakılıq etmiş, bu vaxt Sahib Tərlanın evində çanta axtarmağa başlamış və çantanı tapan kimi qanunsuz şəkildə ələ keçirmiş, Sahib çantanı ələ keçirdikdən sonra Tərlan çantanı geri almağa cəhd edərək çantanı özünə tərəf çəkərək yerə yıxılmış, Sahib isə Tərlanın əlindən çantanı yenidən alaraq qaçıb getmiş, Sahibdən sonra Nicat da Tərlanın yaşadığı evi tərk etmiş, Nicatın arxasınca Pərviz də Tərlanın yaşadığı evi tərk etdikdə, Tərlan arxadan Pərvizi tutmuş, Pərviz də yenidən Tərlana qarşı zoraıkılıq edərək sonuncunu vurmuş və bundan sonra çıxıb getmişdir. Başqa sözlə, Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Təqsirləndirilən şəxs ilkin ifadəsində göstərdiyi hallar və xüsusatlar Zərərçəkmiş şəxs1 və Şahid2 ilkin ifadələrində göstərdikləri hallar və xüsusatlarla eynilik təşkil etdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, 10 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı evdə cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs ilkin ifadəsində göstərmiş olduğu şəkildə və ardıcılıqla baş vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edildikdən bir müddət sonra öz təşəbbüsü ilə həbsdə saxlanıldığı İstintaq Təcridxanasından yazılı şəkildə Bakı şəhər prokuroruna müraciət edərək 10 avqust 2019-cu il tarixdə baş vermiş hadisənin ittiham aktında göstərilmiş şəkildə baş vermədiyini, Şahid1 hadisə günü ona zəng etdiyini və Tərlanla “söhbətə” çağırdığını, onun da taksi ilə Nicatın yanına getdiyini, orada Şahid2 olduğunu, sonra birlikdə Tərlanın yanına getdiklərini, lakin onun Sahiblə Nicatın cinayət törətmək niyyətlərindən xəbərdar olmadığını bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs yazılı ərizəsində onun Nicat və Sahiblə birlikdə Tərlanın yaşadığı evə getdiyini bildirsə də, özünün cinayətin digər icraçıları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etmədiyini və zərərçəkmiş şəxslərə qarşı qulduruq cinayətini törətmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünün qanunsuz əməllərinə haqq qazandırmaq məqsədi ilə Bakı şəhər prokuroruna müraciət etsə də, faktiki olaraq, hadisə vaxtı özünün də məlum cinayət hadisəsində iştirak etdiyini və baş vermiş cinayət hadisəsindən xəbərdar olduğunu bildirmişdir. Halbuki məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərkən ümumiyyətlə 10 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı evə getmədiyini və törədilmiş quldurluq cinayətindən xəbərinin olmadığını iddia etmişdir. Məhkəmə bütün yuxarıda göstərilən halları məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Şahid2 və Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə özgənin yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə - quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə onun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmiş və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri başa çatmış cinayətlərdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələr üzrə sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, onun cavan olmasını, ailədə yeganə övladın olmasını, könüllü şəkildə ibtidai istintaq orqanına gedərək təslim olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs könüllü şəkildə ibtidai istintaq orqanına gedərək təslim olması ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında obyektiv şəkildə tədqiq edilmiş mötəbər sübut sayılan 12 aprel 2021-ci il tarixli könüllü təslim olma barədə protokol əsasında müəyyən edilmişdir ki, o, axtarışda olmasına baxmayaraq, öz iradəsi əsasında ibtidai istintaq orqanına gedərək təslim olmuş, şübhəli şəxs qismində tutulduqdan sonra etirafedici ifadə verərək törətmiş olduğu cinayəti etiraf etmişdir. Təqsirləndirilən şəxs könüllü təslim olsa da, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra və ibtidai araşdırmanın gedişində, habelə məhkəmədə barəsində olan cinayət işinə baxılarkən şübhəli şəxs qismində vermiş olduğu ifadəsində göstərdiyi halları inkar etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs könüllü şəkildə ibtidai istintaq orqanına təslim olduqdan və şübhəli şəxs qismində etirafedici ifadə verdikdən sonra əvvəlki mövqeyindən imtina edərək cinayət törətmədiyini iddia etməsi onun sərbəst şəkildə müdafiə hüququnun realizə edilməsinin üsullarından biridir və bu qaydada müdafiə hüququnun realizə edilməsi nəticəsində onun könüllü şəkildə ibtidai istintaq orqanına təslim olmasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən yüngülləşdirici hal kimi tanınmaması onun vəziyyətinin ağırlaşdırılmasına səbəb olacaq. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs axtarışda olduğunu bilə-bilə könüllü şəkildə (öz iradəsi əsasında) polis orqanına gələrək təslim olmuş və şübhəli şəxs qismində etirafedici ifadə vermişdir. Onun bu hərəkəti Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlə əhatə olunduğundan bu halın nəzərə alınmaması yolverilməz olmaqla yanaşı, həmçinin ədalətsizdir. Ona görə də məhkəmə onun 12 aprel 2021-ci il tarixdə polis orqanına gedərək təslim olmasını və şübhəli şəxs qismində tutulduqdan sonra etirafedici ifadə verməsini ümumi şəkildə onun könüllü təslim olması kimi qiymətləndirir. Əks yanaşma – təqsirləndirilən şəxsin müdafiə hüququnun səmərəli şəkildə realizə edilməsinin məhdudlaşdırılmasına səbəb olan haldır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən səxs könüllü gəlib təqsirini boynuna aldıqda (Cinayət Məcəlləsinin 59.1.10cu maddə) və təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yuxarıda göstərilən halları və maddi hüquq nomaların imperativ tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona məhkəmə tərəfindən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməlidir. Qanunun bu tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 aprel 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar