Məhkəmə qərarları › İş №1(101)-267/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-267/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-267/2024 23.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi4, X3 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olan, Bakı şəhəri Səbail rayonu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə xx xxxx 1995-ci ilə Bərdə rayonunu Mustafağalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bərdə rayonunu Mustafağalı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə xx xxxxxx 1992-ci ilə Şəmkir rayonu Çinarlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olan, Şəmkir rayonu Çinarlı qəssəbəsində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə xx xxxxxxx 1993-cü ilə Astara rayonu Sərək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Astara rayonu Sərək kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ona görə ki, o, külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Əli” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs ilə aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 danışmaq üçün təqdim etdiyi istifadəsində olan 050 *** ** ** nömrə ilə işləyən “Samsunq” markalı, “S7582” modelli mobil telefonla “votsap” proqramı vasitəsi ilə əlaqə saxlayıb “Əli” adlı şəxsi onlara sonradan pulunu ödəmək şərtilə narkotik vasitə olan heroin verməsinə razı saldıqdan sonra 04 dekabr 2022-ci il tarixdə saat 03 radələrində o qrup üzvü Təqsirləndirilən şəxs4 ilə birlikdə ünvan 3 ünvanın qarşısına gəlib əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd bükümdə təmiz çəkisi 23,161 qram olan, külli miqdarda narkotik vasitə heroini götürüb qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 03:55 radələrində o və qrup üzvü Təqsirləndirilən şəxs4 ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, 23,161 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, o, külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, onun və qrup üzvü Təqsirləndirilən şəxs3 sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Əli” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs ilə aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 onun danışmaq üçün təqdim etdiyi istifadəsində olan 050 *** ** ** nömrə ilə işləyən “Samsunq” markalı, “S7582” modelli mobil telefonla “votsap” proqramı vasitəsi ilə əlaqə saxlayıb “Əli” adlı şəxsi onlara sonradan pulunu ödəmək şərtilə narkotik vasitə olan heroin verməsinə razı saldıqdan sonra 04 dekabr 2022- ci il tarixdə saat 03 radələrində qrup üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanın qarşısına gəlib əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd bükümdə təmiz çəkisi 23,161 qram olan, külli miqdarda narkotik vasitə heroini götürüb qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 həmin tarixdə saat 03:55 radələrində ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilib orada üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, 23,161 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ona görə ki, o, 03 dekabr 2022-ci il tarixdən bir neçə gün öncə şəxsiyyəti istintaqa məlum olmayan, sosial şəbəkə vasitəsilə tanış olduğu “Əli” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,227 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlamış, 03 dekabr 2022-ci il tarixdə, gecə saatlarında həmin 0,227 qram çəkidə psixotrop maddə olan metamfetamini ünvan 8 ünvanında tanışı Təqsirləndirilən şəxs4 qızma satmış, 04 dekabr 2022-ci il tarixdə saat 03:55 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs4 ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılıb ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilib şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən onun satdığı, 01 ədəd bükümdə, təmiz çəkisi 0,227 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, o və qrup üzvü Təqsirləndirilən şəxs2 sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Əli” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs ilə aralarında aparılmış vəzifə bölgüsünə əsasən o və qrup üzvü Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 danışmaq üçün təqdim etdiyi istifadəsində olan 050 *** ** ** nömrə ilə işləyən “Samsunq” markalı, “S7582” modelli mobil telefonla “votsap” proqramı vasitəsi ilə əlaqə saxlayıb “Əli” adlı şəxsi onlara sonradan pulunu ödəmək şərtilə narkotik vasitə olan heroin verməsinə razı saldıqdan sonra 04 dekabr 2022-ci il tarixdə saat 03 radələrində qrup üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanın qarşısına gəlib əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd bükümdə təmiz çəkisi 23,161 qram olan, külli miqdarda narkotik vasitə heroini götürüb qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1la birlikdə həmin tarixdə saat 03:55 radələrində ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilib orada üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, 23,161 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 təqsirləndirilir ona görə ki, o, 03 dekabr 2022-ci il tarixdə gecə saatlarında yaşadığı ünvan 10 ünvanında tanışı Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 0,227 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2022- ci il tarixdə, saat 03:55 radələrində ünvan 4 ünvanın qarşısında şübhəli şəxsi qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilib şöbədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən, 01 ədəd bükümdə, təmiz çəkisi 0,227 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs4 külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, qabaqcadanəlbir olan bir qrup şəxs halında, qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Əli” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs ilə aralarında aparılmış vəzifə bölgüsünə əsasən o və qrup üzvü Təqsirləndirilən şəxs3 Tural Hümbətovun danışmaq üçün təqdim etdiyi istifadəsində olan 050 *** ** ** nömrə ilə işləyən “Samsunq” markalı, “S7582” modelli mobil telefonla “votsap” proqramı vasitəsi ilə əlaqə saxlayıb “Əli” adlı şəxsi onlara sonradan pulunu ödəmək şərtilə narkotik vasitə olan heroin verməsinə razı saldıqdan sonra 04 dekabr 2022-ci il tarixdə saat 03 radələrində o, qrup üzvü Təqsirləndirilən şəxs1la birlikdə ünvan 3 ünvanın qarşısına gəlib əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd bükümdə təmiz çəkisi 23,161 qram olan, külli miqdarda narkotik vasitə heroini götürüb qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, qrup üzvü Təqsirləndirilən şəxs1la birlikdə həmin tarixdə saat 03:55 radələrində ünvan 4 nvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilib orada üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, 3,161 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmışnarkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, dekabr ayının 3-ü gecə saatlarında öz yaşadığı evin yaxınlığında Şeyda ilə rastlaşmışlar. Ona vəziyyətinin pis olduğunu demişdir, həmin vaxt o da pis halda imiş. Onlar bir-birini istifadəçi kimi tanıyırmış. Onun haqqında nə narkotik satması, nə də ki, başqa bir şey eşitməmişdir. Şeyda ilə birlikdə taksi sifariş edib, Q.Qarayev, Əli Vəliyev küçəsi 43 ünvanına gəlmişlər. Orada narkotik götürmək üçün taksidən düşmüşdür, amma Şeydanı gecə vaxtı olduğuna görə maşından düşməyə qoymamışdır. Narkotiki götürən zaman polislər orada onları yaxalamışlar. O orada polis əməkdaşlarına sırf öz istifadəsi üçün olduğunu bildirmiş və çəkisindən xəbəri olmamışdır. Daha sonra bölməyə getmişlər və Turalla Nicat da orada olmuşdur. O həmin vaxt onları tanımırmış, sonradan bilmişdir ki onlar da bu işin içindədirlər. O 2000-ci ildən X13 metadon qeydiyyatındadır. Narkotikdən uzaq olmaq üçün ora yazılmışdır. Həmin gün o metadona getmədiyi üçün vəziyyəti pis imiş. O sonradan bilmişdir ki, satışla ittiham edilib. Şeyda ona getdikləri ünvana narkotik qoyulduğunu və onu gedib götürməklərini demişdir. Həmin yerin şəklini atmışdılar, amma narkotiki yox. Narkotik yerdəki daşların arasında imiş. O əlini daşlara atan zaman polislər onu tutmuşdur. Buna görə də o, narkotiki götürə bilməmişdir. Narkotikin çəkisini bilməmişdir. Təqsirləndirilən şəxslərdən ancaq Şeydanı tanıyır. Bölmədə ona narkotikin 23 qram olduğunu demişlər. Amma onun xəbəri yox imiş. O kiməsə pul verməli deyilmiş, sadəcə Şeyda ona “gedib narkotiki götürək” demişdir. Onun həmin narkotiki satmaq fikri olmamışdır. Şeyda ilə gedən zaman ona Nicat və ya Tural haqqında heç bir şey deməmişdir. Ona qarşı fiziki və ya psixi təzyiq olmamışdır. İlkin ifadəsi alınan zamanı da belə ifadə vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o hadisə zamanı evdə olmuşdur. İranlının mal atmasına inanmamışdır. Həmin vaxt o evdə yatmışdır, əməliyyatçılar evə gələrək onu və Nicatı birgə tutmuşlar. Polislər ona həmin konum atılan yerdən 23 qram mal çıxdığını bildirmişdir, ancaq nə onun üzərindən, nə də ki, evdən heç bir şey çıxmamışdır. O, iranlını tanıyırmış, onun telefonu ilə iranlı şəxslə danışıq olmuşdur. Şeyda danışmışdır. Onun pul ödəmədiyi, iranlının da ona etimad göstərmədiyi olmamışdır. O Nicatla bir yerdə olmuşdur. İranlı ilə telefon danışığı onun telefonu ilə olmuşdur. Şeydanın onun telefonunu götürdüyündən məlumatı var imiş. Həmən gün iranlının onlara konum göndərməsindən xəbəri olmamışdır. Şeydanın onun telefonunu özü ilə apardığından xəbəri olmamışdır. Ona qarşı polis bölməsində fiziki təsir olmamışdır. O, Nicat və Şeydanı tanıyırmış. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, nə üzərindən, nə də ki, evdən narkotik çıxmamışdır. O hansısa qadını narkotik arxasınca yollamağı özünə sığışdırmır. İranlını tanıyırmış. Onun pul ödəmədiyi üçün iranlının ona etimad göstərməməsi yalandır. O Şeydaya gedib iranlıdan mal götürməsini deməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslər Tural, Rəşad və Nicatı tanıyır. Ayın 3-ü saat 2 radələri olarmış. Rəşadla mal götürmək üçün Nizamiyə getmişlər. Rəşadın gəlmədiyini görüb taksi ilə getməyi təklif etmişdir. Bu vaxt əməliyyatçılar daxil olmuşdur. Daha sonra onun üzərindən 1 büküm aşkar olunmuşdur. Polis əməkdaşları Rəşadı və onu polis bölməsinə aparmışlar. Daha sonra polislər onun telefonunu götürüb Turalla yazışaraq konum atmağını istəmişlər. Ona hədə qorxu gəldikləri üçün polis əməkdaşlarının yanında Turalla danışmışdır. Bayılda yerləşən kirayə evə baxış keçirilən zaman evdə narkotik olmamışdır. O özü də bəzən o evdə qalırmış. Evə baxış keçirilərkən o iştirak etməmişdir. Polislər özləri də evdən heç nə çıxmadığını bildirmişdir. Bölmədə onları dindirmişlər. O, səhv edib Əli adlı şəxslə danışmışdır. Əli Nicatın tanıdığı şəxs imiş. Əli ilə Nicat da, o da danışırmış. “Kokos”u öz istifadələri üçün alacaqlarmış. Narkotikə pul ödəməyəcəklərmiş. Həmin şəxs narkotiki pulsuz verəcəkmiş, onlar da 4 nəfər arasında böləcəkmiş. Evdən çıxanda Nicat ona heç nə verməmişdir. Rəşad da tanışı imiş. Ona mal götürməyə getməyi təklif etmişdir, çünki digərləri ağrıyırmış. Malın yerini tapmaqları üçün konum göndərmişlər. Əli atdığı mal deyilmiş, torpaq atmışdır. Götürən anda polislər Rəşadı tutmuşlar. Mal da Rəşadda olmuşdur. Onun üzərində patı olmuşdur. Ona Nicat heç nə verməmişdir. O satış məqsədi ilə narkotik vasitə götürməmişdir. Üzərindəkini də istifadə üçün almışdır. O satmamış, öz telefonu ilə iranlı şəxslə danışmamışdır. Əli ilə danışıb narkotik arxasıca gedəndə, Nicatgil bunu bilirmiş. Narkotik götürəcəyini birlikdə danışmışlar. Turalın telefonunu o götürmüşdür. Rəşadla öz istifadələri məqsədilə 10 qram narkotik arxasıca getmişlər. 5 ildir ki, narkotik istifadə edir. Nicat, Tural və o iranlı ilə danışmışlar, amma malı verəcəyinə inanmamışlar. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özlərini narkotik vasitənin satışında təqsirli bilməmələrinə dair verdikləri ifadələri ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq, inandırıcı saymır və onların ifadəsini özlərini müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin 25-ci PŞ-in əməliyyat müvəkkili vəzifəsində çalışır. Rəşad adlı şəxs narkotik dövriyyəsində şübhəli bilinirdi. 2022-ci ilin dekabr ayının əvvəli daxil olmuş əməliyyat tədbiri nəticəsində təqsirləndirilən şəxsləri tanıdılar. Rəşad gecə 3-də saxlanıldı. Yanında Şeyda və taksi şoferi də var idi. Onlar 3-ü də şübhəli şəxs kimi şöbəyə dəvət olundu. Rəşadın üzərindən heroin, Şeydanın üzərindən isə metafetamin aşkar olundu. Şeyda İfadəsində narkotiki Nicat adlı şəxsdən aldığını bildirdi. Şeydanın üzərində axtarış zamanı telefon aşkar olundu. Şeydanının üzərindəki telefonun sahibinin Tural olduğu məlum oldu. Səhər radələrində Tural və Nicatı da şöbəyə gətirdilər Üzərlərindən narkotik aşkar olunmasa da, dövriyyədə əsaslı şübhələr var idi. Tural bildirdi ki, telefon ona məxsusdur. İstintaqdakı ifadəsini təsdiq edir, onlara qarşı fiziki-psixi təsir tətbiq olunmayıb və onların da müqaviməti olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş, digər Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nizami RPİ-nin 25-ci PŞ-in təhqiqatçısı, polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan açıq göy rəngli cins şalvarının qabaq sağ yan cibindən 02 ədəd ağ rəngli şəffaf sellofan bükülü olan içərisində tünd qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bağlamada olan heroini təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş 01 bağlama qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroini Şeydanın ona bildirdiyi yerdən götürdüyünü, həmin heroinin az bir qismini istifadə edəcəyəni, digər bir hissəsini isə Şeydaya verəcəyəni bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 üzərindən 01 ədəd Samsunq markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nizami RPİ-nin 25-ci PŞ-in təhqiqatçısı, polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs4 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs4 əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı 01 ədəd kağız sellofan bükümdə olan metamfetamini və “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilmir. Aşkar edilərək götürülmüş 01 büküm qablaşdırılaraq götürülmüşdür. Həmçinin aşkar edilmiş “Samsung” markalı mobil telefon da götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş metamfetamini ona Nicat adlı tanışı vermişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 “Samsung” markalı mobil telefonun tanışı Turala məxsus olduğunu bildirərək həmin mobil telefonla İran İslam Respublikası vətəndaşı ilə danışdığını, həmin iranlıdan Tural və Nicat üçün sonuncuların xahişi ilə narkotik vasitə olan heroin əldə etməyə getdiyini, gedərkən dostu Rəşaddan onunla birlikdə getməyi xahiş etdiyini, Rəşadın da buna etiraz etmədiyini, həmin narkotik vasitənin qoyulduğu Nizami rayonu, Ə.Vəliyev küçəsində yerləşən yerdən Rəşad tərəfindən heroin götürülərkən onun avtomobildə gözlədiyini, Rəşadın heroini götürüb qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nizami RPİ-nin 25-ci PŞ-in təhqiqatçısı, polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs3 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs3 üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmiş, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nizami RPİ-nin 25-ci PŞ-in təhqiqatçısı, polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs2 üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 qara rəngli cins şalvarının sol yan cibində saxladığı 01 ədəd “Rothmans” markalı siqareti təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nizami RPİ-nin 25-ci PŞ-in təhqiqatçısı, polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 11 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs2 yaşadığı evdə hər hansı narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Baxış zamanı mənzildən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6889 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün No 165” dairəvi möhür əksi, “Vət. X5 üzərindən aşkar edilmiş maddə..” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 23,161 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Sİyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-23,161 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq 23,061 qram. (Ekspertizaya tədqiqatının dəyəri 55(əlli beş) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6890 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 165” möhür əksiolan, “Vət. Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,227 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,227 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,177 qram. (Ekspertizaya tədqiqatının dəyəri 55(əlli beş) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bağlamada olan heroini təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş 01 ədəd bağlama qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş heroini Şeydanın ona bildirdiyi yerdən götürmüş, həmin heroinin az bir qismini istifadə edəcəkmiş, digər bir hissəsini isə Şeydaya verəcəkmiş. Həmçinin, Təqsirləndirilən şəxs1 üzərindən 01 ədəd Samsunq markalı mobil telefon aşkar ediliərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs4 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs4 əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı 01 ədəd kağız sellofan bükümdə olan metamfetamini təqdim etmiş, üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş 01 büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş metamfetamini ona Nicat adlı tanışının verdiyinibildimişdir. Təqsirləndirilən şəxs4 üzərindən 01 ədəd Samsunq markalı mobil telefon aşkar edilərək götürülmüşdür. O həmin mobil telefonun Tural adlı tanışına məxsus olduğunu, mobil telefon vasitəsilə Əli adlı şəxslə sonuncudan heroin almaq məqsədilə əlaqə saxladığını bldirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs3 üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmiş, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd “Nokia55 markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs2 üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmiş, qara rəngli cins şalvarının sol yan cibində saxladığı 01 ədəd “Rothmans” markalı siqareti təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-640/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-642/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-641/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-643/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında ” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs2 məxsus “Samsunq” markalı, “S7582” modelli mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonda Nizami rayonu, Ə.Vəliyev küçəsində yerləşən ünvanın işarələnmiş fotoşəkli aşkar olunmuşdur. Təqsirləndirilən şəxs4 həmin fotoşəkilin Əli adlı İran vətəndaşı kimi tanınan şəxs tərəfindən ona göndərildiyini və Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin yerin yaxınlığına getdiklərini, Rəşadın həmin yerdən narkotik vasitə olan heroin götürdüyünü, daha sonra saxlanıldığını bildirmiş və baxış keçirilən mobil telefonun Təqsirləndirilən şəxs2 məxsus olduğunu da qeyd etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs4 bildirmişdir ki, mobil telefonda olan başqa şəkillər, mobil nömrələr, mesajlar və zənglərin onunla hər hansı bir əlaqəsi yoxdur. Baxış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 dediklərini mahiyyət etibarilə təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs4 03 dekabr 2022-ci il tarixdə ünvan 13 ünvanda yerləşən mənzildə 0,227 qram psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs3 verdiyini onun üzünə qarşı demişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli "xxxx" protokoldan görünür ki, Azercell MMC-dən daxil olmuş cd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus 050 *** ** ** mobil nömrəsi ilə bağlı “Qaqa menem badi berk lomkaciliqdi rasim gildeyik hardasan?”, “Qaqa salam menem tural tema lazim olsa de”, “Qaqa menim bu vezyetimde meni niye aldadirsan sene dedim axi ev pulna gore eve gede bilmirem.senol 8manat verdim sene verdiyme itin balasidi yalan deyen”, “Telefonun koddadi senin.agriyirsan?saat 5e qeder evdeyem sene soz verdiyim 4dene derman hazirdi.vaxdin varsa gelim”, “Mende kontur azdi o dost düz demediyaa biləsən eger bir meyve kiloynan satilirsa qiymeti 13 qepiydi men meyveni kiloynan yox ton gotururem 1 ton verilirse uje meyvenin qiymeti aşagi verilmelidi ..men onu demek istedim”, “Qaqa uşaqlara götürürəm sen ol bunlarda 4 neferdir qaqa sen ol mənəvəziyyətdən çıxmaq adelni bir şey et nolar qaqa sen cani”, “Tural elgunu yigrqm cvb vermir 2 qrm tema lazmdi duz qoş elemey olar?”, “Tural Elgünü yığıram adboy verir nəsə varsa düz qoş elə 0.5 götürəydə”, “Ay qaqa hec olmasa pulunan ey qaqa pul var hec olmasa cet var qaqa cet ey” kimi şübhəli mesajlar aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 məxsus 050 *** ** ** mobil nömrəsi ilə bağlı “Abbas qara qaldi sizde kravatin usdunde men oturduğum yerde onu gotur saxla seher sennen gotureremde yetim. Day heckese verme haa malim qutaranda onnan cxacam”, “Kami ikimizin cani buda agliyir diyir ancag seher saat 9 Uazgi 10 a qeder sendedi da diyur yoxdu durub diremiyecemki qaqamecbur gozduyekde ne tapsam xeber edcem”, “Brat qara neciyedi qrami”, “Birdəki kolaya əl catir”, “Famil alinmadi söhbet qehbelere 30 manat vermisem 02 getiribler mene soxdum gotderine gedrem yer var ora gelende yazacam”, “Taksideyem gulu çatanda siqaret packasinda zabordan atacam sene zeng edecem”, “NAİL CASİB ABBASİN ELİ İLE MİRHADİDAN GOTURME MAL YAXSİ DEƏYİ” kimi şübhəli mesajlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 istifadə etdiyi 077 *** ** ** mobil nömrəsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı mesaj mətni aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatrik Xəstəxanası” X11 daxil olmuş xx.xx.2022-ci il tarixli 12921 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmamışlar. Təqsirləndirilən şəxs1 xx.xx.2017-xx.xx.2017; xx.xx.2019-xx.xx.2019; xx.xx.2019-xx.xx.2019-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmuşdur. Diaqnoz: “PAM qəbulu nəticəsində davranış pozuntuları ilə” Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 294 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 135 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 4 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 03 il müddətində azadlıqdan məhrumetmə və 2340 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Şəmkir rayon İcra və Probasiya şöbəsindən sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 14 saylı X2 rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs3 cəzası xx.xx.2022-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə cəzadan azad edilmişdir. Şəmkir rayon İcra və Probasiya şöbəsindən sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 ona xx.xx.2021-cü il tarixli hökmlə təyin olunmuş 2340 manat məbləğində cərimə cəzasını dövlət nəfinə ödənilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs3 əməli cinayətin residivini yaradır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Səbail rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə ona bəraət verilmişdir. Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu edilərək cinayət işinə əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan qohumluq nəlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X14 adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardığı gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Səbail rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən məhkəmə onun hazırki əməlini residiv kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan-xx.xx.2022-ci il tarixdən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rollarını nəzərə alıb hesab edir ki, barələrində təqsirli bilindikləri cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzalarını tutulduqları vaxtdan- xx.xx.2022-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində cəzanı yüngülləşdirən hal müəyyən etməmişdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-in Nizami RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 23,061 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,177 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus “Samsunq ” markalı, “S7582” modelli mobil telefon onun yaxın qohumuna qaytarılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ekspertiza xərci təşkil edən 110(yüz on) manat müştərək qaydada alınıb dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) 6 (altı) il ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlağıcı 04 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlağıcı 04 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli hökmü ilə təyin edilmiş 2340 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs3 6 (altı) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2340 manat cərimə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 5(beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci təşkil edən 110(yüz on) manat Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-in Nizami RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 23,061 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,177 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edisin, Təqsirləndirilən şəxs2 məxsus “Samsunq ” markalı, “S7582” modelli mobil telefon onun yaxın qohumuna qaytarılsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar