Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-268/2021 23.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X13, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə, xx xxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 6-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, dalan 13, ev 4-də qeyidyyatda olan,barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 öz tanışı Təqsirləndirilən şəxs2 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib, daşımış və saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq və qanunsuz daşımaq barədə öz tanışı Təqsirləndirilən şəxs2 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməmiş mənbədən və vaxtda külli miqdarda 1045,031 (min qırx beş tam mində otuz bir) qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 85.350 (səksən beş tam mində üç yüz əlli) qram çəkidə narkotik vasitə tiryək və külli miqdarda 236.860 (iki yüz otuz altı tam mində səkkiz yüz altmış) qram çəkidə psixotrop maddə metafetamini satış məqsədilə götürüb qanunsuz əldə edərək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X17 8, “Yasamal” yaşayış kompleksi, ev 16 ünvanında yerləşən 28 nömrəli mənzilə qanunsuz daşımış, narkotik vasitə heroinin külli miqdarda 40.031 (qırx tam mində otuz bir) qram çəkidə hissəsini satıb əldə olunan pulu sonradan aralarında bölmək məqsədilə Təqsirləndirilən şəxs2 vermiş, külli miqdarda 1005 (min beş) qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 85.350 (səksən beş tam mində üç yüz əlli) qram çəkidə narkotik vasitə tiryək və külli miqdarda 236.860 (iki yüz otuz altı tam mində səkkiz yüz altmış) qram çəkidə psixotrop maddə metafetamini isə yataq otağında dolabın ikinci siyirtməsində gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 22:24-də Bakı şəhəri, Yasamal rayonu, X17 8, “Yasamal” yaşayış kompleksi, ev 16 ünvanının qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılıb üzərilərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin sol iç cibində satış məqsədilə qanunsuz əldə edib saxladığı bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 40.031 (qırx tam mində otuz bir) qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 22:35-də Baş X3 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə faktiki yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X17 8, “Yasamal” yaşayış kompleksi, ev 16 ünvanında yerləşən 28 nömrəli mənzilə baxış keçirilən zaman yataq otağında olan dolabın ikinci siyirtməsində satış məqsədilə əldə edib saxladığı, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkibindəki komponetlərə görə eynilik təşkil edən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 1005 (min beş) qram təmiz çəkidə narkotik vasitə heroin, bir ədəd qara rəngli polietilen bükümdə külli miqdarda 85.350 (səksən beş tam mində üç yüz əlli) qram təmiz çəkidə narkotik vasitə tiryək, bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 236.860 (iki yüz otuz altı tam mində səkkiz yüz altmış) qram təmiz çəkidə psixotrop maddə metafetamin, eləcə də səthlərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzilərdən biri yataq otağındakı dolabın üzərində və digəri isə qonaq otağında olan masanın üzərində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı X4 Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkərkən tanış olmuşdur. O və Fərhad hər ikisi narkotik vasitə istifadəçisi olmuşlar. İttihamda qeyd olunan “Həmid” adlı şəxsi ümumiyyətlə heç vaxt tanımamış, elə bir adamla heç bir əlaqəsi olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən özü bir qədər narkotik vasitə qəbul etmiş olduğundan və eləcə də narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməllərinin aşkara çıxmasından qorxduğundan narkotik vasitələrin ona aid olmadığını və yalnız saxlamaqla deyiləcək yerə çatdıracağını bildirmişdir. Lakin sonradan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə də ittiham elan olunduğu zaman o, artıq baş verənləri qavramış və bütün ifadələrində qeyd edərək heç bir zaman qaçaqmalçılıqla məşğul olmadığını, Həmid adlı şəxsi tanımadığını, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bildiyini qeyd etmişdir. Mahiyyəti üzrə bildirir ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X17 8, “Yasamal” yaşayış kompleksi, ev 16 ünvanında yerləşən 28 nömrəli mənzildən aşkar edilmiş narkotik vasitələri “Afiq” adlı daha əvvəl bir məhəllədə yaşadıqları narkotik vasitələrin satışı ilə məşğul olan tanışından xx xxxxxx 2020-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri ərazisində pul müqabilində almış və yaşadığı evə gətirmişdir. Ertəsi gün onunla birlikdə cəza çəkmiş tanışı Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gəlmiş və onda narkotik vasitə olduğunu bildiyi üçün bir hissəsini, təxminən 40 qram miqdarda narkotik vasitə heroini istifadə etməsi üçün Təqsirləndirilən şəxs2 vermişdir. Qalan heroin və digər narkotik vasitələri yataq otağında yerləşən dolabın ikinci siyirtməsində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 22 radələrində Fərhadla birlikdə evdən çıxan zaman blokda bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Baş X3 əməkdaşları olduqlarını bildirmişlər. O və Fərhad polis əməkdaşlarına özlərini təqdim etdikdən sonra, sonuncular əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onları tanış edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə heroinin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirilmişdir. Polis əməkdaşlarının üzərilərində olan əşyaları təqdim etmələrinə dair təklifindən sonra Fərhad əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu, gödəkçəsinin sol iç cibindən onun verdiyi içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf polietilen bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni özünün istifadəsi üçün onun pay olaraq verdiyini bildirmişdir. Bu zaman o, həmin narkotik vasitəni Fərhada verdiyini etiraf etmiş və əlavə olaraq bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitələr vardır və onları könüllü olaraq polis əməkdaşlarına təqdim edə bilər, yaşadığı evə baxış keçirilməsinə etiraz etmir. Daha sonra polis əməkdaşları tərəfindən onların üstləri yoxlanılmış, heç nə aşkar olunmadıqdan sonra birlikdə lift vasitəsilə binanın səkkizinci mərtəbəsinə qalxmışlar. Onun dəvəti ilə polis əməkdaşları yaşadığı mənzilə daxil olduqdan sonra ilk növbədə Fərhadın az əvvəl təqdim etdiyi narkotik vasitə heroin qablaşdırılmışdır. Bu zaman mənzilin qonaq otağındakı masanın üzərindən narkotik vasitələri çəkmək üçün istifadə etdiyi bir ədəd elektron tərəzi də aşkar olunaraq götürülmüş, daha sonra isə o, özü könüllü olaraq pollis əməkdaşlarını mənzilin yataq otağına dəvət edib, oradakı dolabın üzərindən 01 ədəd elektron tərəzini və həmin dolabın ikinci siyirtməsindən bir ədəd göy rəngli polietilen torbanı təqdim etmişdir. Bundan sonra elə həmin torbanın içərisindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb içərisində psixotrop maddə olan metafetamin olduğunu, bir ədəd qara rəngli polietilen bükümü çıxarıb içərisində narkotik vasitə olan tiryək olduğunu və bir ədəd şəffaf polietilen bükümü çıxarıb içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra o yataq otağındakı dolabın ikinci siyirtməsindən bir ədəd psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş vasitəni və özünə məxsus pasportu, eləcə də özünə məxsus olan 200 manat pulu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra könüllü olaraq təqdim etdiyi hər bir şey polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, aşkar olunmuş 200 manat pul isə onun özünə qaytarılmışdır. Bundan sonra onlara müdafiəçi dəvət olunması və protokolun tərtib edilməsi üçün birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Orada vəkil dəvət olunaraq onlara təqdim edildikdə sonra vəkilin iştirakı ilə baş verənlər barədə protokol tərtib edilmiş və tərəflərindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi kimi, Həmid adlı şəxsi ümumiyyətlə tanımamış, elə bir şəxslə narkotik vasitələri əldə etməsi və yaxud kimlərəsə verməsi barədə razılaşmamışdır. Həmin halları ibtidai istintaq zamanı da ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham elan olunarkən vəziyyəti dərk edib, müstəntiqə də heç bir qaçaqmalçılıq cinayəti törətmədiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saxlanılarkən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş təxminən 40 qram miqdarda narkotik vasitə heroini o, saxlanılmamışdan bir qədər əvvəl yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X17 8, “Yasamal” yaşayış kompleksi, ev 16, 28 nömrəli mənzildə Təqsirləndirilən şəxs2 vermişdir. Evindən aşkar edilən narkotik vasitələr və psixotrop maddələrin hamısı ona məxsus olmuşdur. Bir daha bildirir ki, həmin narkotik vasitələri bir gün əvvəl pul müqabilində “Afiq” adlı daha əvvəl bir məhəllədə yaşadıqları narkotik vasitələrin satışı ilə məşğul olan tanışından almışdır. Həmin narkotik vasitələri Afiq adlı şəxsin necə əldə etmiş olmasından onun heç bir xəbəri yoxdur. O sadəcə olaraq həmin narkotik vasitələri və psixotrop maddəni uyğun qiymətə almış və daha sonra istəyən olduğu təqdirdə satmağı planlaşdırmışdır. Elan edilməklə ona təqdim edilmiş “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokol ona tanışdır, həmin protokoldan göründüyü kimi, müstəntiq tərəfindən “xxxx” MMC-dən xx xxxxx 2020-ci il tarixli məktubla daxil olmuş 01 ədəd diskə baxış keçirilən zamanı onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən göndərilən smslərdə öz nömrəsindən xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı nömrəyə “Salam brat başa duwdum men deyirdim ki yene pati istiyirsense 30manatdan 40 dene var,isteseydin sene vererdim xbr ele qardaşımsan.kohne hakqesabida dediyin kimi 2 defeye verersen” xx.xx.2020-ci tarixdə **********076 saylı mobil nömrəyə “ne lazim olsa problem yoxdu nagdi pula ne istesen bu deqe vererem iwde borcdanda yavaw yavaw verersen? Senol 20 kako 30 pati, qarada var 7m, ay brat her defe mal alanda 100m borcundan verersen yeni cetinliye duwmeyesen, ok” məzmunlu sms göndərildiyinin müəyyən edildiyi ona aydındır. Bildirir ki, həqiqətən də istintaq zamanı əldə edilmiş məlumatların əhatə etdiyi dövrlərdə onun istifadəsində istifadəsində (070) ***-**-** və (055) ***-**-** saylı mobil telefon nömrələri olmuş, ondan başqa həmin telefon nömrələri istifadə edən olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf edir və bildirir ki, bu cinayət əməllərini törətməkdə heç kim ilə əlbir olaraq iştirak etməmişdir. Narkotik vasitəni əldə etdiyi Afiq adlı şəxs Azərbcan Respublikasının vətəndaşıdır və həmin şəxsin narkotik vasitələri hansı yolla əldə etməsindən onun xəbəri yoxdur. Narkotik vasitəni əldə etmək üçün Afiqlə əlaqə saxlamış və pul müqabilində iş üzrə müəyyən edilmiş narkotik vasitələr və psixotrop maddəni almışdır. Həmin narkotik vasitə və psixotrop maddələri satmaq və özünün istifadəsi üçün əldə etmişdir. İbtidai istintaq zamanı ilkin ifadələrində göstərildiyi kimi həmin narkotik vasitələri kiməsə çatdırmaq üçün heç kim ona pul vəd etməmiş, onun özü elə fərdi olaraq narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Artıq ifadəsində də göstərdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu ona bildirilmiş və o da, ilkin olaraq qorxuya düşərək özünü narkotik vasitələrin satışı ilə məğul olmadığını, sadəcə guya “Həmid” adlı şəxsin narkotik vasitələrin satışını həyata keçirdiyi, ona həmin narkotik vasitələrin elə “Həmid” adlı şəxs tərəfindən verilməklə, özünün yalnız narkotik vasitələri deyilən yerlərə çatdırıb pul qazandığını bildirmişdir. Bununla o, dediklərinin qaçaqmalçılıq kimi qəbul ediləcəyini anlamamışdır. Saxlanıldığı gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulsa da, sonradan müstəntiqin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə də ittiham elan etdiyini gördüyü zaman o, həmin maddə ilə özünü təqsirli bilmədiyini, heç bir qaçaqmalçılıq cinayəti törətmədiyini, bu cinayətin törədilməsi ilə bağlı heç kimlə razılaşmadığını bildirmişdir. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin 1-ci cildinin 88-91-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” protokolu ona tanışdır, həmin protokolun sonunda “ifadəmi oxudum doğrudur, bildirirəm ki, özümü Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilmirəm, mən sərhəddən narkotik vasitə keçirməmişəm, nə də ki, İran vətəndaşından narkotik vasitə almamışam. Mənə narkotiki Bakı şəhərində veriblər. Əlavəm yoxdur imzamla təsdiq edirəm.” qeydləri mənə məxsusdur. İfadəmdə də bildirdiyim kimi, mənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan edilən ittihamın məzmununu gördükdən sonra müstəntiqə dəfələrlə heç bir qaçaqmalçılıq cinayətini törətmədiyini bildirmiş, lakin onun dedikləri qəbul edilməmişdir. Bir daha bildirir ki, onun özü narkotik vasitələrin satışı ilə məşğul olmuş, lakin həmin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə əldə etməmiş, hər hansı bir qaçaqmalçılıq cinayətinin törədilməsində heç bir formada iştirak etməmişdir. İstifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Salam brat 2 günə inşallah görüşuciyik pulun yarısını vercem yarsinida bir hefteye inşallah danisa bilmirem maşında brat yiyesi dabro vermedi”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Brat Allah balavi saxlasın çox saqol gorekde sabaha pul duzum qoşum biraz qızıl var seher olari qoyum lambarda pul getirim salariq abarodada helelik yiqaram sene kako neciye olucey”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Qaqaw xeber cixan kimi birinci mene xeber ele.5-6 dene goturmeliyem tecili” və xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Qaqaw 2 dene duzelt gelirem.Evdeyem daniwa bilmirem.Biraz ozme gelim 5 goturceyem.Ne vaxta gelim yaz qardaw” məzmunda smslərin daxil olduğu, həmin smslərin məzmunundan onun narkotik vasitələrin satışı ilə məşğul olması və müştəri qismində müraciət edən şəxslərin ondan narkotik vasitələrin satış qiyməti ilə maraqlanması və almaq üçün istədikləri narkotik vasitələr barədə bildirmələri ona aydındır. Bir daha bildirir ki, özünün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edir, lakin heç bir qaçaqmalçılıq cinayəti törətməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən “Qaqawim men daniwa bilmirem ataw men de de pul var olmaqina 150 varimdi goruwe bilmirem seynen bele mamaya yiq 200 var onda gotur men de burdan cixan da 150 den de cox olmalidi darixma bu gun inwallah baqlamaqa caliwacam Allahin komeyliyiynen heleliy men sene yiqacam” məzmunda smsin onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə yazılması, Təqsirləndirilən şəxs2 həmin sms-də ona pul ilə dəstək ola biləcəyini, görüşəcəkləri zaman əlavə pul verə biləcəyini bildirməsi ona aydındır. xx xxxxxx 2020-ci il tarixdə yuxarıda sadalanan smslərin məzmunundan dəfələrlə ona müştəri olaraq müraciət etmiş və ***-***-**-** mobil telefon nömrəsinə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən “axwam 9 da elimde olmalidi” məzmunda sms yazması ona aydındır, həmin smsin məzmununu təsdiq edir. İfadəsində də göstərdiyi kimi, həmin telefon nömrəsinin istifadəçisi onun həqiqətən də müştərisi olmuş və o, həmin sms-də elə hazırki cinayət işi üzrə ondan aşkar olunmuş narkotik vasitələri əldə etməsi barədə müştərisinə məlumat vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, o hazırki cinayət işi üzrə yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələri xx xxxxxx 2020-ci il tarixdə, axşam saatlarında “Afiq” adlı daha əvvəl bir məhəllədə yaşadıqları narkotik vasitələrin satışı ilə məşğul olan tanışından pul müqabilində almış və bu barədə elə müştərisinə də məlumat vermişdir. İş üzrə məhkəmə istintaqı zamanı digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin istifadəsi ilə əlaqədar müvafiq operatordan əldə edilmiş məlumatlardan Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsindən xx xxxxxx 2020-ci il tarixdə, 18:51:17-də ***-***-**-** mobil telefon nömrəsinə “A muwviq saat 10da olacaq gedirem daliyca da bes menen daniwmamiw eve noc gedirsen sene dimemiwem ki ya qapiya gedmiyun ala q*z qoy murusuzda a, eh nebikim a kiwi sizin iwiviz nece olucey ala” məzmunda sms yazması, daha sonra elə həmin tarixdə saat 19:24:24-də ***-***-**-** mobil telefon nömrəsinə “Midi saat 9dan sora inwallah zengleweriy yaxwi olacaq” məzmunda sms yazması ona aydındır. Həmin smslərdən göründüyü kimi onun özünün müştərilərinə narkotik vasitəni əldə edəcəyini bildirdiyi zamanla yaxın ərəfədə, yəni xx xxxxxx 2020-ci il tarixdə, axşam saat 9 (21.00) radələrində onunla bərabər Təqsirləndirilən şəxs2 da müştəri olaraq ona müraciət edən şəxslərə elə həmin saatları əhatə edən zaman çərçivəsində narkotik vasitə əldə edəcəyi barədə məlumat verməsi ona aydındır. Həmin smslərlə onun Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğul olmalarının təsdiq edilməsi ona aydındır. Son olaraq göstərdi ki, ifadəsində göstərdiyi halları nəzərə alaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməllərini səmimi etiraf edib, hazırda əməllərindən peşman olmasını, narkotik vasitələri könüllü olaraq təqdim etməsini və digər yüngülləşdirici hallar nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1la Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkərkən tanış olmuşdur. Onların hər ikisi narkotik vasitə istifadəçisi olmuşlar. Sonradan Faiq məhkəmənin qərarı ilə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuş, o isə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə məntəqə tipli cəzaçəkmə məntəqəsinə keçirilmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində Faiq gözündən əməliyyat olmuş, o da xx xxxxxx 2020-ci il tarixdə cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssəsisəsindən səhhət durumu ilə əlaqədar olaraq icazə alıb çıxmış, müayinədək keçdikdən sonra Faiqin durumu ilə maraqlanmaq üçün şirniyyat alıb sonuncunun yaşadığı Bakı şəhəri Yasamal rayonu, X17 8, “Yasamal” yaşayış kompleksi, ev 16, 28 nömrəli mənzilə getmişdir. Faiqin evində onunla söhbət edən zaman Faiq onun narkotik vasitə heroin istifadə etdiyini bildiyi üçün özündə narkotik vasitə heroin olduğunu bildirmiş və həmin heroindən bir miqdarda təxminən 40 qrama yaxın istifadə etməsi üçün ona vermişdir. Faiq həmin heroini ona pulsuz olaraq istifadə etməsi üçün vermişdir. O da həmin bir bükümdə narkotik vasitə heroini əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoymuşdur. Daha sonra Faiqlə bir qədər söhbət etdikdən sonra evə getmək üçün birlikdə mənzildən çıxıb liftlə birinci mərtəbəyə düşmüşlər. Binanın qarşısında olan zaman, artıq təxminən saat 22 radələrində bir neçə mülki geyimli şəxs onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Baş X3 əməkdaşları olduqlarını bildirib, onlardan özlərini təqdim etmələrini istəmişlər. Faiqlə o, özlərini təqdim etdikdən sonra polis əməkdaşları onları əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli oduqlarını bildirmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla onlara üzərilərində nə əşya varsa təqdim etmələri bildirilmiş, o da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, gödəkçənin sol iç cibindən bir az əvvəl Faiqin ona verdiyi içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf polietilen bükümü çıxarıb, bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni özü istifadə etmək üçün Faiqdən əvəzsiz aldığını bildirməklə könüllü olaraq təqdim etmiş, Faiq də bunu təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına yaşadığı evdə də narkotik vasitələr olduğunu və evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və onlar lift vasitəsilə binanın səkkizinci mərtəbəsinə qalxaraq Faiqin dəvəti ilə yaşadığı mənzilə keçmişlər. Mənzilə daxil olduqdan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin qablaşdırılmışdır. Həmin zaman Faiqin yaşadığı mənzilin qonaq otağındakı masanın üzərindən narkotik vasitələri miqdarını çəkmək üçün istifadə olunan bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra Faiq mənzilin yataq otağındakı dolabın üzərindən 01 ədəd elektron tərəzini və həmin dolabın ikinci siyirtməsindən bir ədəd göy rəngli polietilen torbanı təqdim edib həmin torbanın içərisindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb içərisində psixotrop maddə olan metafetamin olduğunu, bir ədəd qara rəngli polietilen bükümü çıxarıb içərisində narkotik vasitə olan tiryək olduğunu və bir ədəd şəffaf polietilen bükümü çıxarıb içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Faiqin təqdim etdiyi maddələr zərfə qoyularaq möhürlənmişdir. O və digər iştirakçılar da zərfin üzərinə imza etmişlər. Bundan sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Oraya gəldikdə onlara vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə baş verənlər barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu o da imzası ilə təsdiq etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Faiq ona narkotik vasitələri “Afiq” adlı tanışından pul ilə əldə etdiyini bildirmiş, lakin o həmin şəxsin kimliyi barədə məlumatsız olmuşdur. Faiqin narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi şəxs olan “Afiq” adlı şəxslə tutulduğu tarixədək nə vaxtsa rastlaşdığını xatırlamır, həmin şəxsi tanımır. Təqsirləndirilən şəxs1 ona narkotik vasitələri “Afiq” adlı şəxsdən əldə etdiyini bildirməsinə baxmayaraq saxlandıqları zaman Faiqin nə üçün narkotik vasitələri İran vətəndaşı “Həmid” adlı şəxsin ona verdiyini və onun həmin narkotik vasitələri kimə çatdırmalı olmasını bildirməsinin səbələrini bilmir, ola bilsin ki, tutulan zaman Faiq narkotik vasitələrin təsiri altında olmuş, əməliyyat tədbiri onlar üçün gözlənilməz keçirildiyindən saxlanılan zaman qorxuya düşmüş və həqiqəti gizlətmək üçün belə bir yalan uydurmuşdur. Polis əməkdaşları tərəfindən saxlandıqları gün, yəni xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 evinə getmək onun öz təşəbbüsü olmuş, buna səbəb isə Təqsirləndirilən şəxs1 gözündən əməliyyat olunmasını bilməsi və bununla bağlı onu ziyarət etməsi olmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasından məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi kimi tanımış, sonuncunun kənar əlaqələri barədə heçnə bilməmişdir. Təqsirləndirilən şəxs1 ona vermiş olduğu 40 qram narkotik vasitə heroini onun kiməsə satmaq fikri olmamış, özü narkotik vasitə istifadəçisi olduğundan həmin narkotik vasitəni imkan düşdükcə istifadə etmək barədə planlaşdırmışdır. Onun istifadəsində (055) 577-75- 59 və (055) ***-**-** nömrələri olmuş, mobil telefonunu polis əməkdaşlarına təqdim etməklə bərbər mobil telefon nömrələri barədə də polis əməkdaşlarına bildirmişdir. Onu şübhəli şəxs qismində tutduqları zaman o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuş, lakin sonradan müstəntiq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə də ittiham elan etmişdir. O, dəfələrlə istintaq boyu buna etiraz edib, əməlinin düzgün tövsif edilməsini xahiş etsə də, bununla bağlı hətta bir dəfə vəsatət versə də, göstərdiyi hallar istintaq orqanı tərəfindən nəzərə alınmamışdır. Bildirir ki, onun başqa şəxslərlə əlaqəsi olmamış, narkotik vasitəni məhz Təqsirləndirilən şəxs1 əldə etmişdir. Bununla bağlı olaraq heç bir qaçaqmalçılıq cinayəti törətməmiş və yaxud belə bir cinayətin törədilməsində hər hansı formada iştirak etməmişdir. Onlara verilmiş ittihamda qeyd olunan İran İslam Respublikasının vətəndaşı “Həmid” adlı şəxsi tanımır, elə bir şəxslə yaxud hər hansı İran vətəndaşı ilə heç vaxt heç bir əlaqəsi olmamış, qaçaqmalçılıq yolu ilə heç vaxt narkotik vasitə əldə etməmişdir. İş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin istifadəsi ilə əlaqədar müvafiq operatordan əldə edilmiş məlumatlardan istifadəsində olmuş mobil telefon nömrəsindən xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “1 cisi men sene didim de isdiyirsen se uwaqa diyim getirsin versin hemmewede getirmiwem de cox vaxtda ALLAHUN olsun bilirsen qaymaqinnan vermiwem sene a”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “tomik opurem de seni ozunnen muqayet ol baw qa hec ne lazim dour senol bele de lomkada zadda imolarsan borden yeni ferhad yene hemin Ferhaddiya yeni diyim bilesen”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “0.1.5 nol bir bew bererem” “Senne 151 qonaq ol gelir qaqaw temani diyirsense zerdeki yarim cet falqadaki daki bir 0.1;2”, xx xxxxxx 2020-ci il tarixdə ***-***-**-** telefon nömrəsinə “qaqaw meti FM40-liri300diy150liy kontramal150liy qirmizilardan tryekde var” “necedi?msji sil”, “qaqaw kola fantasiz dvjeni olar ay qaqaw ?? elbetdeki kolada var fan tada var”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “yaz tema isdisense ne isdiyirsen neqede isdisen kola da patida qarada her wey var yox du sobeti yoxdu xa xa xa he qardawim yaz gorum”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “Ala yeke oglansan ala 1qramla hara kimi qedeceyini fikirlewirdin 1qram xuynadi ele bilerem ki 3 gunun temasini qabagcadan vermiwem menim projektorumi (fanarimi) birde kolbani cocoda halal xowun eziyyet cekib neyse deme zehmet olmasin sene dalan tetefden kecende zehmet olmazsa xener ele cixim onlari goturum” xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “Yaxwi ?mene cvb yaz ki men bilim de menim qardawim terezini de aldir da qaqawim elim yerde qalib seenolyeni terezi aldirib tereziynen geldun addelni qretun olucey da balaca tereziynen geldinse senol balaca qeweng viddo tereziler den getirson gelen de ay bleee ele bilki cour oldunda qaqaw kankret cor oldu” xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “okuw nenisen daniwa bilmirem yaz bira terezi neynedin maraqlandin qaqaw fanari gedey de goturmeye” xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “qaqawim ged mosu gile yiq mosuya 1 dene yari vericey sene tereziynen 1denede 5 diy pencere vericey sene arxayn ol...” xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “qaqaw men e catmir ki,yalan daniwmaq neye lazim di ay qaqaw almamiwdin dinen ki almamiwam da men ne diyicem biyem ama 2-3gundu men terezisiz qalmiwam anamincani ziyan elirem” xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “Qaqaw pati var kola da gelir uzaqdasan sa gel yavaw yavaw”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “Yeke oqlansan ala 5 -10 manata gore niye elivizi gul kimi yer den kesirsuz menim bawim cixmir a 1-2 dene M40 pas atarsan sobeti baqliyariq”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “Qaqawim nenisen bu meseleni ell elemiwem qaqaw ama heleliydude yeni yari-25 butov ise 40 dida sene quzu keserem”, xx xxxxxx 2020-ci il tarixdə, 18:51:17-də ***-***-**-** mobil telefon nömrəsinə “A muwviq saat 10da olacaq gedirem daliyca da bes menen daniwmamiw eve noc gedirsen sene dimemiwem ki ya qapiya gedmiyun ala q*z qoy murusuzda a, eh nebikim a kiwi sizin iwiviz nece olucey ala”, xx xxxxxx 2020-ci il tarixdə ***-***-**-** mobil telefon nömrəsinə “Midi saat 9dan sora inwallah zengleweriy yaxwi olacaq” məzmunda sms yazıldığının müəyyən edildiyi ona aydındır. Həmin məlumatlarda həmçinin istifadəsində olmuş telefon nömrəsinə xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Sаlаm! Kolа Vаrundu?”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Ferhat getirirsen yoxsa bawqa tema var men ceyranam firladirsan mene he yox de” “Men senen tema meselesi ucun qutardim almiyacam birde” “Qizdarda isdiyirde cammatin yadinda niye meni pazor edirsen pulunu butov vetecem varsa gotir gel men ozume getizdordim o Adama yoxdur, varsa getir 1 qr butov pulu verirem”, xx xxxxxx 2020ci il tarixdə ********** telefon nömrəsindən “Ata neynisen menem ferhad.ata 25man pul var bidene yarim 5diude pati lazimdi gelim bidene qaqawdg ele qardawva.corey kesmiwiy inciyliy yarawmaz” , xx xxxxxx 2020-ci il tarixdə ********** “Ne disen brat alinar ata qaqawincun yarim?20man ter temiz pul var.ata qirag bucaga gedmey istemirem.bele pis cixmasun sen esl qardawdg elisen.nmrenide atmisan qara siyahiya yga bilmirem.cxart qara siyahidan vzv at mene ygim daniwag.mele uwagiyig uwaglig dostuyug inciyli qalmag bize yarawmaz.atravaya gore”, “Qaqaw cixart qara siyahidan ygiram zanitdi nomren.atam 20man pulum var alinar yari?bele pis cixmasun yanva gelenlerden eskiy dourem her halda.wukur allaha bisen”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Gаgаw 20minеn Kolаnl 5nеn Pаrprеsi Аllndlrа Вilеrsеn Gаgаw”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Gаgаw 20minеn Kolа Yаrаdа Бilеrsеn ? Pаrpirisi Dе Gаgаwuvа 5diy Girеt Еliyе Бilеrsеn ?” , xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “BRat tecili mene 2gram yarim kola duzeld tez gelirem 2gramini bir ele yarim gramini ayri opwi 2gram yarim” , xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “qerdew 20 manat cibde ozliyorum seni arkadadaw”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “gagaw bele alinar 40manat borcum var sene gelim 50manat verim yarim pati 1gramda kola veresen mene 55 manat borclu galim sene alinar gelim”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Gаgаwlm Yаrl Kolа Hеmiwеki Kimi, Бirdе Баlаcа Dаw Pеncеrе Gаrdаwuvа Girеt Еlеdе Sеhеrki Баlаcа Иdi Баwlnа Dаw Sаlmlwdl”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Sаlаm Nеcеsеn Fеrhаt Mеnе Yаri Kolа Lаzimдi Вir Xеbеr Дi”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Ata atava ver versin temiz yarim dobruda 10nug pati ata mosya verdiyin kimida ureyim.28man verdim azere.”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Ata 26man pul var dunanki kimi alnar?yari kola 10nug pati.”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Gаgаw Nеcеsеn? Бidеnе Yаrl Kolа Lаzlmdlе”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “gagaw acki var 700 evro giymeti var kodu zadi hamsi ustunde yazilib bir denede saat var onunda bew yada 6000 giymeti atim weklini baxirsan”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Gаgаw Yаrl Ko Lаzlmdl, Gеlim”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Qaqaw 2 sinen de varsa gelim deyim sene” məzmunda smslərin yazıldığının müəyyən edildiyi ona aydındır. Bildirir ki qeyd olunan heç bir smsdə külli miqdarda narkotik vasitə satışı ilə məşğul olması təsdiqini tapmasa da, arabir tanışlarından olan şəxslərin ona müraciət etdiyi hallarda xırda miqdarda pul müqabilində 1-2 qram narkotik vasitə satdığını etiraf edir. İstifadəsində olan mobil telefon nömrəsindən xx xxxxxx 2020-ci il tarixdə, 18:51:17-də ***-***-**-** mobil telefon nömrəsinə “A muwviq saat 10da olacaq gedirem daliyca da bes menen daniwmamiw eve noc gedirsen sene dimemiwem ki ya qapiya gedmiyun ala q*z qoy murusuzda a, eh nebikim a kiwi sizin iwiviz nece olucey ala”, xx xxxxxx 2020-ci il tarixdə ***-***-**-** mobil telefon nömrəsinə “Midi saat 9dan sora inwallah zengleweriy yaxwi olacaq” məzmunda smslərin yazılması ilə, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 9-10 radələrində narkotik vasitə əldə edəcəyi barədə bildirməsi ilə, eyni zamanda Təqsirləndirilən şəxs1 da istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “axwam 9 da elimde olmalidi” məzmunda sms yazaraq bildirməsini, bununla hər ikisinin ona müraciət edən şəxslərə cavab olaraq eyni tarixdə və saatda narkotik vasitə əldə edəcəklərini bildirmələrinin faktiki olaraq onların qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət etməsi ona aydındır. Göstərilən xüsusatı izah etməkdə çətinlik çəkir. Bir daha bildirir ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli hesab etmir, heç bir qaçaqmalıçılıq cinayəti törətməmişdir. Bu səbəbdən əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməklə, törətdiyi cinayət əməllərindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özünü qismən təqsirli bilmələrinə baxmayaraq, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı birbiri və iş materialları ilə uzlaşan ifadələri və eləcə də məhkəmədə tədqiq olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Yasamal rayonu, X17 8 ünvanında yerləşən «Yasamal» yaşayış kompleksi, ev 16, mənzil 28 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, dalan 13, ev 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş X3 rəhbərliyinə məruzə edildikdən sonra həmin şəxslərin müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyat qrupu yaradılaraq tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzləri xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması ehtimal olunan Bakı şəhəri, Yasamal rayonu ərazisinə yollanaraq əməliyyat mövqeyi seçmişlər. Elə həmin gün saat 22:24-də “’Yasamal” yaşayış kompleksi, ev 16 ünvanında xarici görünüşcə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar iki nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Onlara xidməti vəsiqələri göstərərək və özlərini təqdim etmişlər. Orada həmin şəxslərdən biri özünü xx.xx.1997-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 kimi, digəri isə özünü xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Yasamal rayonu, X17 8, «Yasamal» yaşayış kompleksi, ev 16, mənzil 28 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Onları əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli olduqlarını izah etmiişlər. Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etmək təklif edildikdən sonra o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni yanında duran dostundan özü istifadə etmək üçün əvəzsiz aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən təqdim etdiyi bir ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 sonuncunun üzərindən təqdim etdiyi narkotik vasitəni ona ağrıları olduğu üçün verdiyini və həmin maddəni adını «Həmid» kimi bildiyi şəxsdən əldə etdiyini, yaşadığı mənzildə də ona məxsus narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra saxlanılan şəxslərin üstləri yoxlanılmış, lakin əməliyyat marağı kəsb edən hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd bükümün qablaşdırılması üçün əlverişli şərait olmadığından qablaşdırmanı elə Təqsirləndirilən şəxs1 mənzilində baxış keçirildiyi zaman həyata keçirməyi qərara almışlar. Daha sonra saxlanılan şəxslər və onlar lift vasitəsilə binanın səkkizinci mərtəbəsinə qalxmış, orada Təqsirləndirilən şəxs1 onları yaşadığı mənzilə dəvət etmişdir. Mənzilə daxil olduqdan sonra ilk olaraq Təqsirləndirilən şəxs1 mənzilinin qonaq otağında Təqsirləndirilən şəxs2 üzərindən təqdim etdiyi bir ədəd büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, iştirakçılar kimi Təqsirləndirilən şəxs2 da həmin zərfin üzərinə imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin qonaq otağındakı masanın üzərindən bir ədəd elektron tərəzi aşkar olunmuş, Təqsirləndirilən şəxs1 isə öz növbəsində yaşadığı mənzilin yataq otağındakı dolabın üzərindən bir ədəd elektron tərəzini və həmin dolabın ikinci siyirtməsindən bir ədəd göy rəngli polietilen torbanı təqdim edib həmin torbanın içərisindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb içərisində psixotrop maddə olan metafetamin olduğunu, bir ədəd qara rəngli polietilen bükümü çıxarıb içərisində narkotik vasitə olan tiryək olduğunu və bir ədəd şəffaf polietilen bükümü çıxarıb içərisində narkotik vasitə olan heroin olduğunu tədbir iştirakçılarına bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin yataq otağındakı dolabın ikinci siyirtməsindən bir ədəd kustar üsulla hazırlanmış psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş vasitəni və özünə məxsus pasportu çıxararaq tədbir iştirakçılarına təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin dolabın ikinci siyirtməsində olan qırıntıların narkotik vasitə olan tiryəkin qırıntıları olduğunu bildirmiş və həmin qırıntılar da bir ədəd qara rəngli içərisində narkotik vasitə olan tiryəkə oxşar maddə qoyulmuş bükümə əlavə olunmuş, həmin vaxt bir ədəd göy rəngli polietilen torbanın içərisindən 200 manat pul da aşkar olunmuşdur. Bir ədəd qara rəngli və iki ədəd şəffaf polietilen bükümlər maddələrlə birlikdə bir ədəd göy rəngli polietilen torbaya, həmin göy rəngli polietilen torba, iki ədəd elektron tərəzi və bir ədəd kustar üsulla hazırlanmış psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş vasitə 01 ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, iştirakçılar kimi Təqsirləndirilən şəxs1 da həmin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilindən aşkar olunaraq götürülmüş 200 manat pul onun özünə qaytarılmış, 01 ədəd pasport isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən təqdim etdiyi narkotik vasitə olan heroini dostu Faiqdən özü istifadə etmək üçün əvəzsiz olaraq götürdüyünü bildirmiş, Təqsirləndirilən şəxs1 da öz növbəsində Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək həmin bükümdə olan heroini sonuncuya saxlandığı vaxtdan təxminən on dəqiqə əvvəl verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq yaşadığı evdən təqdim etdiyi narkotik vasitə və psixotrop maddəni şəxsən tanımadığı, adını «Hətəm» və ya «Həmid» kimi bildiyi İİR-nın vətəndaşının vasitəsilə əldə etdiyini, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddəni həmin İİR-nın vətəndaşının deyəcəyi şəxslərə çatdırdıqdan sonra sonuncu Təqsirləndirilən şəxs1 200-300 manat məbləğində pul və istifadə etmək üçün narkotik vasitələr verəcəyini vəd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Oraya gəldikdə onlara dövlət hesabına müdafiəçi dəvət edilərək təqdim edilmiş, sonra həyata keçirilən tədbir barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ilkin olaraq daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yasamal rayonu ərazisində mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olması qeyd olunmuşdu və onlar da həmin məlumat əsasında tədbir keçirmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlar keçirilmiş əməliyyat tədbiri zamanı binanın liftinin qabağında saxlamışlar. Saxlanılan şəxslərin İİR vətəndaşı ilə hər hansı bir əlaqəsinin olması barədə məlumat olmasa da, saxlanıldığı zaman Təqsirləndirilən şəxs1 özü narkotik vasitələri və psixotrop maddəni adını «Hətəm» və ya «Həmid» kimi bildiyi İİR-nın vətəndaşının vasitəsilə əldə etdiyini, özünün həmin narkotik vasitələri sadəcə olaraq saxladığını və pul və bir qədər narkotik vasitə müqabilində İİR vətəndaşının dediyi yerlərə çatdırmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələr və psixotrop maddəni əldə etdiyi mənbənin və “Həmid” adlı şəxsin kimliyinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilsə də, bir müsbət nəticə əldə olunmamışdır. Həmin narkotik vasitələr və psixtorop maddələrin kimlər təərfindən nəvaxt və hansı şəraitdə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş olması barədə heç bir məlumat əldə edilməmişdir. Ona məlum olduğu qədəri ilə təhqiqatçı tərəfindən hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinin onlar tərəfindən saxlanılarkən bir qədər narkotik vasitə və ya psixotrop maddə qəbul etmiş vəziyyətdə olmaları hiss olunurdu. Təqsirləndirilən şəxs2 hər hansı İİR vətəndaşı ilə əlaqəsinin olması barədə məlumat verməmiş, bu barədə yalnız Təqsirləndirilən şəxs1 saxlandığı zaman bildirmişdir. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokol əsasında müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsi üzrə məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasına dair təkzibolunmaz sübutların əldə edilmiş olması və göstərilən halın Təqsirləndirilən şəxs1 saxlanılarkən guya narkotik vasitələrin ona İİR vətəndaşının verməklə özünün sadəcə olaraq saxladığı və kimlərəsə çatdırması müqabilində pul əldə və özü üçün bir qədər narkotik vasitə əldə edəcəyinə dair göstərdiklərinin işin obyektiv halları ilə uzlaşmadığı ona aydındır. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı narkotik vasitələri əldə etmə mənbəyi olaraq qeyd etdiyi “Afiq” adlı şəxsi tanımır, elə bir şəxsin narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir məlumatı yoxdur. Saxlandıqları zaman təqsirləndirilən şəxslərə qarşı heç bir təsir və ya təzyiq olmamış, ilk anlardan videoçəkiliş aparılmış və eləcə də həm Təqsirləndirilən şəxs1 həm də Təqsirləndirilən şəxs2 özləri könüllü olaraq onlara etiraf etməklə törətdikləri əməlləri etiraf edib, qanunsuz vasitələri təqdim etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməliyyat müvəkkili Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verməklə, verilmiş suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yasamal rayonu ərazisində mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olması qeyd olunurdu. Keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 binanın liftinin qabağında saxlamışlar. Bundan sonra həm Təqsirləndirilən şəxs1 həm də Təqsirləndirilən şəxs2 özləri könüllü olaraq onlara etiraf etməklə törətdikləri əməlləri etiraf edib, qanunsuz vasitələri təqdim etmişlər. Onlarda ilkin daxil olan məlumat zamanı saxlanılan şəxslərin İİR vətəndaşı ilə hər hansı bir əlaqəsinin olması barədə məlumat olmasa da, Təqsirləndirilən şəxs1 tərəflərindən saxlandıqdan sonra özü narkotik vasitələri və psixotrop maddəni adını «Hətəm» və ya «Həmid» kimi bildiyi İİR-nın vətəndaşından 200-300 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə saxlanılan zaman narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız özünün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslərdən heç bir üzərlərinə şəxsi axtarış keçirilən zaman müqavimət göstərməmiş, müvafiq hərəkətlərin keçirildiyi zaman videoçəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verməklə, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yasamal rayonu ərazisində mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumatla bağlı keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncunun yaşadığı binanın liftinin qabağında saxlamışlar. Saxlanıldıqdan sonra həm Təqsirləndirilən şəxs1 həm də Təqsirləndirilən şəxs2 könüllü olaraq etiraf edib, qanunsuz vasitələri təqdim etmişlər. Təqsirləndirilən şəxs1 tərəflərindən saxlandıqdan sonra özü narkotik vasitələri və psixotrop maddəni adını «Hətəm» və ya «Həmid» kimi bildiyi İİR-nın vətəndaşından 200- 300 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə saxlanılan zaman narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız özünün istifadə etdiyini bildirmiş, aşkar olunan narkotik vasitəni isə Faiq Həəsnovun ona bir qədər əvvəl əvəzsiz olaraq öz istifadəsi üçün verdiyini bildirmişdir. Təqsirləndirilən şəxslərdən heç bir üzərlərinə şəxsi axtarış keçirilən zaman müqavimət göstərməmiş, müvafiq hərəkətlərin keçirildiyi zaman videoçəkilişdən istifadə olunmuş, sonunculara qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla X5 və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X1 Faiq İsrafil oğlu və Təqsirləndirilən şəxs2 barəsində toplanmış materialları nəzərdən keçirib, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə əldə etmə, saxlama və daşıma faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılması və icraata qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmışdır. (cild 01, iş vər. 1-2) Baş X3 XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 həmin idarənin rəisinə olan xx xxxxxx 2020-ci il tarixli rapotundan görünür ki, əməliyyat müvəkkili raportla məruzə edərək Bakı şəhəri, Yasamal rayonu, X17 8, “Yasamal” yaşayış kompleksi, ev 16, mənzil 28 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, dalan 13, ev 4 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 mütəmadi olraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olduğunu və göstərilən şəxslərin ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild 1, iş vər. 5). Təqsirləndirilən şəxs1 BNMİ-nin rəisinə olan xx.xx.2020-ci il tarixli əlyazma ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, X17 8, “Yasamal” yaşayış kompleksi, ev 16, mənzil 28 ünvanına baxış keçirilməsinə etiraz emtədiyini bildirmişdir. Qeyd olunan ərizə Azərbaycan Respublikası DİN BNMİ-nin 008-639H-3120 daxil olma nömrəsi ilə, xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. (cild 01, iş vər. 24) “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Baş Narkotiklərlə Mübarizə idarəsinə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, X17 8, “Yasamal” yaşayış kompleksi, ev 16, mənzil 28 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, dalan 13, ev 4 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olurlar. Alınmış məlumat barədə raportla Baş X3 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzləri 13,02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması ehtimal olunan Bakı şəhəri, Yasamal rayonu ərazisinə yollanmışlar, oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. xx.xx.2020-ci il tarixdə saat 22:24-də Bakı şəhəri, Yasamal rayonu, X17 8, «Yasamal» yaşayış kompleksi, ev 16 ünvanında özlərini şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar iki nəfər şəxs müəyyən edilərək saxlanılmışlar. Həmin şəxslərə xidməti vəsiqə göstərilmişdir. Orada həmin şəxslərdən biri özünü xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi |əməklə məşğul olan, Yasamal rayonu, M.Fətəli küçəsi, dalan 13, ev 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 kimi, digəri isə özünü xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan Yasamal rayonu, Qədirli küçəsi ev 6 ünvanında qeydiyyatda olan, faktiki Yasamal rayonu, X17 8, «Yasamal» yaşayış kompleksi, ev 16, mənzil 28 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişlər. Sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 izah edilmişdir ki, onlar mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəlidirlər. Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd «Samsung» markalı mobil telefonu, gödəkçəsinin sol iç cibindən 01(bir) ədəd şəffaf polietilen bükümü çıxarmış, həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni yanındakı dostundan özü istifadə etmək üçün əvəzsiz aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən təqdim etdiyi 01( bir) ədəd mobil telefon iş üçün əhəmiyyətli kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 sonuncunun üzərindən təqdim etdiyi narkotik vasitəni ona ağrıları olduğu üçün verdiyini və həmin maddəni adını «Həmid» kimi bildiyi şəxsdən əldə etdiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, yaşadığı mənzildə ona məxsus narkotik vasitələr vardır. Sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstləri yoxlanılmış və əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən təqdim etdiyi 01 (bir) ədəd bükümdəki heroinin qablaşdırılması üçün əlverişli şərait yox idi. Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, tədbir iştirakçıları lift vasitəsilə binanın səkkizinci mərtəbəsinə qalxmışlar və Təqsirləndirilən şəxs1 tədbir iştirakçılarını yaşadığı mənzilə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 mənzili doqquz mərtəbəli binanın səkkizinci mərtəbəsində yerləşmişdir. Təqsirləndirilən şəxs1 mənzilinin qonaq otağında Təqsirləndirilən şəxs2 üzərindən təqdim etdiyi 01 (bir) ədəd büküm maddə ilə birlikdə 01 (bir) ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. İştirakçılar kimi Təqsirləndirilən şəxs2 da həmin zərfin üzərinə imza etmiş. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin qonaq otağındakı masanın üzərindən 01 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin yataq otağındakı dolabın üzərindən 01 (bir) ədəd elektron tərəzini və həmin dolabın ikinci siyirtməsindən 01 (bir) ədəd göy rəngli polietilen torbanı təqdim edib həmin torbanın içərisindən 01 (bir) ədəd şəffaf polietilen bükümü çıxarıb içərisində psixotrop maddə olan metafetamin olduğunu, 01 (bir) ədəd qara rəngli polietilen bükümü çıxarıb içərisində narkotik vasitə olan tiryək olduğunu və 01 (bir) ədəd şəffaf polietilen bükümü çıxarıb içərisində narkotik vasitə olan heroin olduğunu tədbir iştirakçılarına bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin yataq otağındakı dolabın ikinci siyirtməsindən 01 (bir) ədəd kustar üsulla hazırlanmış psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş vasitəni və özünə məxsus pasportu çıxararaq tədbir iştirakçılarına təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin dolabın ikinci siyirtməsində olan qırıntıların narkotik vasitə olan tiryəkin qırıntıları olğuğunu bildirmiş və həmin qırıntılar 01 (bir) ədəd qara rəngli içərisində narkotik vasitə olan tiryəkə oxşar maddə qoyulmuş bükümə əlavə olunmuşdur. Həmin vaxt 01 (bir) ədəd göy rəngli polietilen torbanın içərisindən 200 (iki yüz) manat pul aşkar olundu. 01 (bir) ədəd qara rəngli və 02 (iki) şəffaf polietilen bükümlər maddələrlə birlikdə 01 (bir) ədəd göy rəngli polietilen torbaya, həmin göy rəngli polietilen torba, 02 (iki) ədəd elektron tərəzi və 01 (bir) ədəd kustar üsulla hazırlanmış psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş vasitə 01(bir)ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. İştirakçılar kimi Təqsirləndirilən şəxs1 da həmin zərfin üzərinə imza atmış. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilindən aşkar olunaraq götürülmüş 200 (iki yüz) manat pul onun özünə qaytarılmışdır, 01 (bir) ədəd pasport isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən təqdim etdiyi narkoyik vasitə olan heroini dostu «Faiq»dən özü istifadə etmək üçün əvəzsiz aldığını» bildirmiş, Təqsirləndirilən şəxs1 da öz növbəsində Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək həmin bükümdə olan heroini sonuncuya saxlandığı vaxtdan təxminən on dəqiqə əvvəl verdiyini bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, yaşadığı evdən təqdim etdiyi narkotik vasitələri və psixotrop maddəni şəxsən tanımadığı, adını «Hətəm» və ya «Həmid» kimi bildiyi İİR-nın vətəndaşının vasitəsilə əldə etmişdir. Onların arasında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddəni həmin İİR-nın vətəndaşının deyəcəyi şəxslərə çatdırdıqdan sonra sonuncu Təqsirləndirilən şəxs1 200-300 (iki yüz-üç yüz) manat məbləğində pul və istifadə etmək üçün narkotik vasitələr verəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzil 02 (iki) otaq, dəhliz, sanitar qovşağı, mətbəx və eyvandan ibarətdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirildi və əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Əməliyyat-axtarış tədbiri «İphone X» markalı mobil telefon vasitəsilə çəkilmiş və bu barədə əvvəlcədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bildirilmişdir. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollandılar. Oraya gəldikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim edilən siyahıdan istənilən vəkillərin onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bu səbəbdən qərar əsasında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X8 dəvət edilərək Təqsirləndirilən şəxs2, X10 da dəvət edilərək Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Mobil telefon vasitəsilə aparılan videoçəkiliş diskə köçürülmüşdür. Təqsirləndirilən şəxs2 üstünün yoxlanılması xx xxxxxx 2020-ci il tarixdə saat 22:25-də başlamış, saat 22:26-da başa çatmışdır. Təqsirləndirilən şəxs1 üstünün yoxlanılması xx xxxxxx 2020-ci il tarixdə saat 22:26-da başlamış, saat 22:27-də başa çatmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsi xx xxxxxx 2020-ci il tarixdə saat 22:35-də balamış, saat 22:48-də başa çatmışdır. (cild 01, iş vər. 25-29) “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Baş X3 XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(cild 01, işvər 32) “Cinayət törətməkdə şübhə edilən şəxsin tutlması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Baş X3 XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 39) Materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3937 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs2 aşkar olunmuş ..." yazısı olan paketdə, 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 40,031 qr qəhvəyimtil rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindi, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunmuş..." yazısı olan paketdə, 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 1005 qr qəhvəyimtil rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 236,860 qr ağ rəngli kristallardan ibarət maddə kütləsi üsulla hazırlanmış psixotrop maddə metafetamindir və 1 (bir) ədəd qara rəngli polietilen bükümdə, təmiz çəkisi 85,350 qr tünd qəhvəyi rəngli, qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. Həmin paketdə olan iki ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin və bir ədəd şüşə predmetin içərisində psixotrop maddə metafetaminin izləri aşkar edilmiş, lakin heroin və metafetamin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlə və metafetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən götürülmüş heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olduqları aşkar edilmişdir. (cild 01, iş vər 53-57) xx xxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin sonunda öz əlyazması ilə “mən sərhəddən narkotik vasitə keçirməmişəm, özümü 206.3.2-ci maddəsi ilə təqsirli hesab etmirəm” məzmunda qeyd edərək protokolu imzalamışdır. (cild 01, iş vər. 68-70) xx xxxxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin sonunda öz əlyazması ilə “ifadəmi oxudum doğrudur, bildirirəm ki, özümü Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilmirəm, mən sərhəddən narkotik vasitə keçirməmişəm, nə də ki, İran vətəndaşından narkotik vasitə almamışam. Mənə narkotiki Bakı şəhərində veriblər. Əlavəm yoxdur imzamla təsdiq edirəm.” qeydləri edərək protokolu imzalamışdır. (cild 01, iş vər. 88-91) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(005)- 179/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir.(cild 01, iş vər 134-136) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(005)- 178/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir.(cild 01,iş vər 137-139) “Maddi sübut hesab etmə haqqında” xx xxxxxx 2020-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşakar edilmiş 40,031 (qırx tam mində otuz bir) qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqiqatından sonrakı qalıq 39,881 (otuz doqquz tam mində səkkiz yüz səksən bir) qramı, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşakar edilmiş 1005 (min beş) qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı qalıq 1004,8 (min dörd tam onda səkkiz) qramı, 85,350 (səksən beş tam mində üç yüz əlli) qram çəkidə narkotik vasitə tiryəkin ekspertiza tədqiqatında sonrakı qalıq 85,050 (səksən beş tam mində əlli) qramı və 236.860 (iki yüz otuz altı tam mində səkkiz yüz altmış) qram çəkidə psixotrop maddə metafetaminin ekspertiza tədqiqatından sonrakı qalıq 236.460 (iki yüz otuz altı tam mində dörd yüz altmış) qramı, eləcə də 02 (iki) ədəd elektron tərəzi və 01 (bir) ədəd şüşə predmet öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilməsi qərara alınmışdır. (cild 01, iş vər. 140-142) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(004)-114/2020 nömrəli qərarından görünür ki, Baş X3 XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 01, iş vər. 151) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx xxxxxx 2020-ci il tarixli tələbnamə arayışı, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 1(101)-493/2017 saylı xx xxxxx 2017-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə hökm qüvvədə qalmışdır. (cild 01, iş vər 152-153, 168-176) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx xxxxxx 2020-ci il tarixli tələbnamə arayışı, Astara Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Həsənov X12 Rayon Məhləməsinin xx xxxxxx 2015- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə, cəzasının çəkilməmiş hissəsi olan 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (cild 01, iş vər 154-155, 181-190, 178-179) “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən xx xxxxx 2020ci il tarixli məktubla daxil olmuş 01 ədəd diskə baxış keçirilmiş,diskdə aşkar edilmiş faylara baxış keçirən zaman cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə göndərilən sms mətnləri olan “********** sms out” adlı fayla baxış zamanı sonuncudan xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı nömrəyə “Salam brat başa duwdum men deyirdim ki yene pati istiyirsense 30manatdan 40 dene var,isteseydin sene vererdim xbr ele qardaşımsan.kohne hakqesabida dediyin kimi 2 defeye verersen” xx.xx.2020-ci tarixdə **********076 saylı mobil nömrəyə “ne lazim olsa problem yoxdu nagdi pula ne istesen bu deqe vererem iwde borcdanda yavaw yavaw verersen? Senol 20 kako 30 pati, qarada var 7m, ay brat her defe mal alanda 100m borcundan verersen yeni cetinliye duwmeyesen, ok” məzmunlu sms gəldiyi müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** saylı nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 994********** saylı nömrə ilə aralarında xx.xx.2020-ci il tarixdə saat 2:46:09-da 121 saniyə danışıq olması müəyyən edilmişdir. Həmin məlumatları özündə əks etdirən 04 vərəqin surəti çıxarılaraq protokola əlavə edilmişdir. Bundan başqa digər fayllarda iş üzrə əhəmiyyətli heç bir məlumat aşkar edilməmişdir. Bir ədəd CD disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 01, iş vər. 197-202) “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan bir ədəd “Samsung” markalı mobil telefon aparatına BMCMİ-nin inzibati binasında xidməti otaqda baxış keçirilmişdir. Baxış zamanı telefon aparatı uzun müddətdir istifadə edilmədiyindən açılmamışdır. Buna görə də baxış keçirilməsi mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş,baxış zamanı telefon uzun müddətdir istifadə edilmədiyindən açılmamış və baxış keçirmək mümkün olmamışdır.(cild 01, iş vər. 203) AZE 10729956 və AZE 10728279 seriya və nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2010-cu il təvəllüdlü Dilək Həsənova və xx.xx.2012-ci il təvəllüdlü Aylin Həsənova ad soyadlı iki azyaşlı uşağı vardır. (cild 01, iş vər. 207) Azərbaycan Respublikası ƏN PX-nin 03 saylı MTCÇM-nin xx.xx.2020-ci il tarixli 17/43-465 nömrəli məktubundan, Təqsirləndirilən şəxs2 şəxsi işindən arayışdan və tibbi müayinə olunmaq barədə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası ƏN PX-nin 03 saylı MTCÇM-də cəza çəkməklə, hazırki cinayət işi üzrə həbs olunduğu tarixə Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 1(101)-493/2017 saylı xx xxxxx 2017-ci tarixli hökmü ilə ona təyin olunmuş cəzanın 11 ay 13 gün hissəsi çəkilməmiş olaraq qalmış, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixə müəssisə rəisinə ərizə ilə müraiət edərək səhhəti ilə əlaqədar olaraq öz hesabına tibbi müayinə olnmaq üçün ona Bakı şəhəri Klinik Xəstəxanasına getməsinə icazə verilməsini xahiş etmiş, müəssisə rəisi tərəfindən məhkuma müvafiq icazə verilmişdir. (cild 02, iş vər. 1-3) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(0110)-90/2019 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 cəzasının qlaan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi təmin olunmuşdur. (cild 02, iş vər. 4-5) Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1434 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preperatlarından sui-istifadə edilməsi ilə nətəicələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 10-11) Ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1435 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər.12-13) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 xx.xx.2020-ci il tarixli, 008- 3656-1220 nömrəli məktubundan görünür ki, cinayət işi üzrə veerilmiş əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, “Həmid” adlı şəxsi, eləcə də həmin narkotik vasitəni Abşeron rayonu ərazisində yerəşdirmiş şəxsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlaəqələrini, cinayətin törədilməsində iştirakı olan digər şəxsləri, həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitə saxlamasından onun ailə üzvlərinin xəbərlərinin olub-olmamasını müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmamışdır. (cild 02, iş vər. 21) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində əvvəllər satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama cinayətinin əlamətləri olmadığından qeyd olunan xüsusat üzrə onların barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 tərəfindən külli miqdarda 1045.031 qram çəkidə narkotik vasitə heroin, 85.350 qram çəkidə narkotik vasitə tiryək və 236.860 qram çəkidə psixotrop maddə metafetaminin əldə edilmə mənbəsinin və “Həmid" adlı İran İslam Respublikası vətəndaşının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılması, Təqsirləndirilən şəxs1 ilə aralarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sms yazışmaları olan +**********76 saylı mobil nömrənin istifadəçisini müəyyən etmək və əməlinə hüquqi qiymət vermək mümkün olmamdığından həmin istifadəçinin əməlinə ayrılmış cinayət işində qiymət verilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş «Samsung» markalı mobil telefon aparatları cinayət təqibi üzrə əhəmiyyət kəsb etmədiyindən təqsirləndirilən şəxslərin ailə üzvlərinə və ya yaxın qohumlarına qaytarılması qərara alınmışdır.(cild 02, iş vər 22-35) “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və X6 aid hissəsə ibtidai istintaq tamamlandığından və cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verildiyini nəzərə alaraq, cinayət işi materiallarından Təqsirləndirilən şəxs1 tərəfindən külli miqdarda 1045,031 qram çəkidə narkotik vsitə heroin, 85,350 qram çəkidə narkotik vasitə tiryək və 2336,860 qram çəkidə psixotrop maddə metafetaminin əldə edilmə mənbəsinin və “Həmid” adlı İran İslam Respublikası vətəndaşının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata qəbul edilməsi qərara alınmışdır. (cild 02, iş vər. 38-40) “Təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olduqdan sonra “özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli hesab etmədiyini, bu səbəbdən imza etmədiyini və bu barədə A4 vərəqdə vəsatət yazacağını” bildirmişdir. (cild 02, iş vər. 83-84) Təqsirləndirilən şəxs2 BMCMİ-nin müstəntiqi Ceyhun Məmmədova olan xx.xx.2020ci il tarixli əlyazma vəsatətindən görünür ki, Təqsirləndirilən şəxs2 vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs1la əlbir olmadığını, həmçinin narkotik vasitəni qaçaqmalçılıqla əldə etmədiyini, sadəcə tanışı Faiqdən əvəzsiz olaraq 40 qrama yaxın heroin əldə etdiyini bildirib, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilmədiyini göstərmişdir. (cild 02, iş vər. 86) Vəsatətin rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, BMCMİ-nin müstəntiqi Ceyhun Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixli əlyazma vəsatəti rədd edilmişdir. (cild 02, iş vər. 87-88) “Təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olduqdan sonra “özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli hesab etdiyini” bildirmişdir. (cild 02, iş vər. 90-91) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 20 yanvar-xx xxxxxx 2020-ci il tarixləri arasında olan müddət ərzində həmin nömrənin əlaqədə olduğu (daxil olan və çıxan zənglər) nömrələr və onların sahiblərinin pasport məlumatları və yaşayış ünvanları, mətnləri göstərilməklə SMS yazışmaları məlumatları, mobil telefon nömrələrinin sahiblərinin həmin nömrələrdən zəng vurduğu və zəng qəbul etdiyi zaman hansı ərazidə (antena dairəsində) olması və həmin ərazilərin hansı ünvanları əhatə etməsinə dair məlumatların “xxxx” MMC və “xxxx” MMC-dən götürülməsi barədə xx.xx.2020-ci il tairxli qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar olaraq “xxxx” MMC-dən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsinin istifadəsi zamanı iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilməmiş, “xxxx” MMC-dən götürülmüş Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsinin istifadəsi zamanı xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “1 cisi men sene didim de isdiyirsen se uwaqa diyim getirsin versin hemmewede getirmiwem de cox vaxtda ALLAHUN olsun bilirsen qaymaqinnan vermiwem sene a”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “tomik opurem de seni ozunnen muqayet ol baw qa hec ne lazim dour senol bele de lomkada zadda imolarsan borden yeni ferhad yene hemin Ferhaddiya yeni diyim bilesen”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “0.1.5 nol bir bew bererem” “Senne 151 qonaq ol gelir qaqaw temani diyirsense zerdeki yarim cet falqadaki daki bir 0.1;2”, xx xxxxxx 2020-ci il tarixdə ***-***-**-** telefon nömrəsinə “qaqaw meti FM40-liri300diy150liy kontramal150liy qirmizilardan tryekde var” “necedi?msji sil”, “qaqaw kola fantasiz dvjeni olar ay qaqaw ?? elbetdeki kolada var fan tada var”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “yaz tema isdisense ne isdiyirsen neqede isdisen kola da patida qarada her wey var yox du sobeti yoxdu xa xa xa he qardawim yaz gorum”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “Ala yeke oglansan ala 1qramla hara kimi qedeceyini fikirlewirdin 1qram xuynadi ele bilerem ki 3 gunun temasini qabagcadan vermiwem menim projektorumi (fanarimi) birde kolbani cocoda halal xowun eziyyet cekib neyse deme zehmet olmasin sene dalan tetefden kecende zehmet olmazsa xener ele cixim onlari goturum” xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “Yaxwi ?mene cvb yaz ki men bilim de menim qardawim terezini de aldir da qaqawim elim yerde qalib seenolyeni terezi aldirib tereziynen geldun addelni qretun olucey da balaca tereziynen geldinse senol balaca qeweng viddo tereziler den getirson gelen de ay bleee ele bilki cour oldunda qaqaw kankret cor oldu” xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “okuw nenisen daniwa bilmirem yaz bira terezi neynedin maraqlandin qaqaw fanari gedey de goturmeye” xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “qaqawim ged mosu gile yiq mosuya 1 dene yari vericey sene tereziynen 1denede 5 diy pencere vericey sene arxayn ol...” xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “qaqaw men e catmir ki,yalan daniwmaq neye lazim di ay qaqaw almamiwdin dinen ki almamiwam da men ne diyicem biyem ama 2-3gundu men terezisiz qalmiwam anamincani ziyan elirem” xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “Qaqaw pati var kola da gelir uzaqdasan sa gel yavaw yavaw”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “Yeke oqlansan ala 5 -10 manata gore niye elivizi gul kimi yer den kesirsuz menim bawim cixmir a 1-2 dene M40 pas atarsan sobeti baqliyariq”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsinə “Qaqawim nenisen bu meseleni ell elemiwem qaqaw ama heleliydude yeni yari-25 butov ise 40 dida sene quzu keserem”, xx xxxxxx 2020-ci il tarixdə, 18:51:17-də ***-***-**-** mobil telefon nömrəsinə “A muwviq saat 10da olacaq gedirem daliyca da bes menen daniwmamiw eve noc gedirsen sene dimemiwem ki ya qapiya gedmiyun ala q*z qoy murusuzda a, eh nebikim a kiwi sizin iwiviz nece olucey ala”, xx xxxxxx 2020-ci il tarixdə ***-***-**-** mobil telefon nömrəsinə “Midi saat 9dan sora inwallah zengleweriy yaxwi olacaq” məzmunda smslərin yazıldığı müəyyən edilmişdir. Həmin məlumatlarda həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş telefon nömrəsinə xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Sаlаm! Kolа Vаrundu?”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Ferhat getirirsen yoxsa bawqa tema var men ceyranam firladirsan mene he yox de” “Men senen tema meselesi ucun qutardim almiyacam birde” “Qizdarda isdiyirde cammatin yadinda niye meni pazor edirsen pulunu butov vetecem varsa gotir gel men ozume getizdordim o Adama yoxdur, varsa getir 1 qr butov pulu verirem”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Ata neynisen menem ferhad.ata 25man pul var bidene yarim 5diude pati lazimdi gelim bidene qaqawdg ele qardawva.corey kesmiwiy inciyliy yarawmaz” , xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Ne disen brat alinar ata qaqawincun yarim?20man ter temiz pul var.ata qirag bucaga gedmey istemirem.bele pis cixmasun sen esl qardawdg elisen.nmrenide atmisan qara siyahiya yga bilmirem.cxart qara siyahidan vzv at mene ygim daniwag.mele uwagiyig uwaglig dostuyug inciyli qalmag bize yarawmaz.atravaya gore”, “Qaqaw cixart qara siyahidan ygiram zanitdi nomren.atam 20man pulum var alinar yari?bele pis cixmasun yanva gelenlerden eskiy dourem her halda.wukur allaha bisen”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Gаgаw 20minеn Kolаnl 5nеn Pаrprеsi Аllndlrа Вilеrsеn Gаgаw”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Gаgаw 20minеn Kolа Yаrаdа Бilеrsеn ? Pаrpirisi Dе Gаgаwuvа 5diy Girеt Еliyе Бilеrsеn ?” , xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “BRat tecili mene 2gram yarim kola duzeld tez gelirem 2gramini bir ele yarim gramini ayri opwi 2gram yarim” , xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “qerdew 20 manat cibde ozliyorum seni arkadadaw”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “gagaw bele alinar 40manat borcum var sene gelim 50manat verim yarim pati 1gramda kola veresen mene 55 manat borclu galim sene alinar gelim”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Gаgаwlm Yаrl Kolа Hеmiwеki Kimi, Бirdе Баlаcа Dаw Pеncеrе Gаrdаwuvа Girеt Еlеdе Sеhеrki Баlаcа Иdi Баwlnа Dаw Sаlmlwdl”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Sаlаm Nеcеsеn Fеrhаt Mеnе Yаri Kolа Lаzimдi Вir Xеbеr Дi”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Ata atava ver versin temiz yarim dobruda 10nug pati ata mosya verdiyin kimida ureyim.28man verdim azere.”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Ata 26man pul var dunanki kimi alnar?yari kola 10nug pati.”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Gаgаw Nеcеsеn? Бidеnе Yаrl Kolа Lаzlmdlе”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “gagaw acki var 700 evro giymeti var kodu zadi hamsi ustunde yazilib bir denede saat var onunda bew yada 6000 giymeti atim weklini baxirsan”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Gаgаw Yаrl Ko Lаzlmdl, Gеlim”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Qaqaw 2 sinen de varsa gelim deyim sene” məzmunda smslərin yazıldığı müəyyən edilmişdir. “xxxx” MMC-dən xx xxxxx 2020-ci il tarixli məktubla daxil olmuş 01 ədəd diskdəki fayllarda olan Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə göndərilən smslərdə xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Salam brat 2 günə inşallah görüşuciyik pulun yarısını vercem yarsinida bir hefteye inşallah danisa bilmirem maşında brat yiyesi dabro vermedi”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Brat Allah balavi saxlasın çox saqol gorekde sabaha pul duzum qoşum biraz qızıl var seher olari qoyum lambarda pul getirim salariq abarodada helelik yiqaram sene kako neciye olucey”, xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Qaqaw xeber cixan kimi birinci mene xeber ele.5-6 dene goturmeliyem tecili” və xx xxxxxx 2020-ci il tarixdə ********** telefon nömrəsindən “Qaqaw 2 dene duzelt gelirem.Evdeyem daniwa bilmirem.Biraz ozme gelim 5 goturceyem.Ne vaxta gelim yaz qardaw” məzmunda smslərin daxil olduğu, eləcə də xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən “Qaqawim men daniwa bilmirem ataw men de de pul var olmaqina 150 varimdi goruwe bilmirem seynen bele mamaya yiq 200 var onda gotur men de burdan cixan da 150 den de cox olmalidi darixma bu gun inwallah baqlamaqa caliwacam Allahin komeyliyiynen heleliy men sene yiqacam” məzmunda smsin daxil olduğu, xx xxxxxx 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə onun “axwam 9 da elimde olmalidi” məzmunda sms yazması müəyyən edilmişdir. Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan video görüntülərə baxış keçirilmiş və baxış zamanı həmin video görüntülərdə “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq video görüntülərdə öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında heroinin 02 qramdan, tiryəkin 50 qramdan yuxarı olması və psixotrop maddələrin siyahısında metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qeyd olunan cinayət əməllərini törətməkdə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlayıb daşımaqda təqsirli olmaları onların özünün hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı bir-biri ilə uzlaşan ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, əməliyyat tədbirinin keçirilməsini özündə əks etdirən videogörüntülər, təqsirləndirilən şəxslərin istifadələrinə olan mobil telefon nömrələri üzrə əldə edilmiş məlumatlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Bununla yanaşı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Faud oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikasına keçirməsində təqsirli olduqları qənaətinə gəlinmiş və bununla bağlı onlara Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, verilmiş ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bağlı olan hissəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən törətdiyi cinayətə görə Astara Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1 (018)-91 /2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 05 il müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 7-(010)-317/2019 nömrəli qərarı ilə 07 ay 24 gün müddətinə şərti olaraq vaxtından əvvəl cəzadən azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma, habelə qaçaqmalçılıqla yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Həmid” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Həmid” adlı şəxs və ya qeyriləri naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 1045,031 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 85,350 qram çəkidə narkotik vasitə tiryək və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 236,860 qram çəkidə psixotrop maddə metamfetamini Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Abşeron rayonu ərazisində "Xırdalan dairəsi" deyilən yerin yaxınlığında “Hundai” Servisin qarşısında gizlətmiş, cinayətkar plana uyğun olaraq “Həmid” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 2020-ci ilin fevral ayının əvvələrində həmin külli miqdarda qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 85,350 qram çəkidə narkotik vasitə tiryək və külli miqdarda 236,860 qram çəkidə psixotrop maddə metamfetamini həmin yerdən satış məqsədilə götürüb qanunsuz əldə edərək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X17 8, "Yasamal” yaşayış kompleksi, ev 16 ünvanında yerləşən 28 nömrəli mənzilə qanunsuz daşımışdır. Lakin, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddəni qaçaqmalçılıqla yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikasına keçirmələrini, eləcə də bu cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında hər hansı formada iştirak etmələrini təsdiq edən hər-hansı bir mötəbər sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham elan olunması və həmin ittihamın məhkəmə istintaqı ilə araşdırılması ilə bağlı ilk növbədə qeyd edir ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının giriş hissəsində Plenum tərəfindən öyrənilmiş məhkəmə işləri üzrə bir sıra nöqsanlara yol verildiyi, bununla yanaşı qaçaqmalçılığın predmetini təşkil edən malların və digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsində bilavasitə iştirak etməmiş şəxslər buna kifayət qədər əsaslar olmadan həmin cinayətin icraçısı kimi cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunduğu və s. pozuntuların olduğu müəyyən edildiyi qeyd olunmaqla məhkəmələrin fəaliyyətində qeyd olunan nöqsanlara və qanun pozuntularına yol verilməsinin qarşısının alınması və bu işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Plenum tərəfindən qeyd olunan qərar qəbul olunmuşdur. Həmin qərarda həmçinin göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CMnin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda sadalanan mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, Baş X3 XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 həmin idarənin rəisinə olan xx xxxxxx 2020-ci il tarixli rapotundan göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mütəmadi olraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə BNMİ-yə məlumat daxil olmuşdur. Daha sonra keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdən təqdim etdiyi narkotik vasitələri və psixotrop maddəni şəxsən tanımadığı, adını «Hətəm» və ya «Həmid» kimi bildiyi İİR-nın vətəndaşının vasitəsilə əldə etdiyini, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddəni həmin İİR-nın vətəndaşının deyəcəyi şəxslərə çatdırdıqdan sonra sonuncunun Təqsirləndirilən şəxs1 200-300 (iki yüz-üç yüz) manat məbləğində pul və istifadə etmək üçün narkotik vasitələr verəcəyini vəd etdiyini bildirmiş və ibtidai istintaq orqanı tərəfindən məhz Təqsirləndirilən şəxs1 göstərdiyi həmin xüsusatlar əsas götürülməklə təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə də ittiham elan edilmişdir. Lakin iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxslər elə ibtidai istintaq dövründə özlərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilməyərək, dəfələrlə bu barədə protokollara qeydlərini vermiş və vəsatətlə müraciət etmiş, eləcə də məhkəmə istintaqı zamanı da heç bir qaçaqmalçılıq cinayəti törətmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı heç bir İİR vətəndaşından narkotik vaistə və psixotrop maddə əldə etmədiyini, polis əməkdaşları tərəfindən yaşadığı evdə və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni “Afiq” adlı daha əvvəl bir məhəllədə yaşadıqları narkotik vasitələrin satışı ilə məşğul olan tanışından Bakı şəhərində xx xxxxxx 2020-ci il tarixdə, axşam saatlarında pul müqabilində aldığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə keçirilən əməliyyta tədbiri zamanı saxlanılarkən bildirdiklərinə görə, İİR vətəndaşı “Həmid” adlı şəxsin ona həmin vasitələri sadəcə saxlamaq və sonradan lazım olan şəxslərə çatdırması müqabilində bir qədər pul əldə etməli olmuşdur ki, göründüyü kimi Təqsirləndirilən şəxs1 faktiki olaraq təsvir etdiyi şəraitdə özünün guya narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bir növ yalnız daşıyıcı funksiyalarını yetirdiyini bildirməklə özünü müdafiə etməyə, narkotik vasitələrin satışı ilə məşğul olmaqla törətdiyi cinayət əməllərini gizlətməyə cəhd etmişdir. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrələrindən ələ keçirilmiş məlumatlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinin narkotik vasitələrin satışı ilə məşğul olmaları, həmçinin bu cinayət əməllərini təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri təkzibolunmaz sübutlarla tam təsdiq olunmuşdur ki, qeyd olunan hallar Təqsirləndirilən şəxs1 saxlanılarkən təsvir etdiyi şəraitin, yəni guya narkotik vasitələrin ona verilməklə özünün sadəcə həmin narkotik vasitələri saxlaması və ona deyilən şəxslərə narkotik vasitələri çatdırmaqla məşğul olmasının həqiqətə uyğun olmadığını təsdiq edir və bununla da məhkəmə hesab edir ki, sonuncular tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə dair elan olunmuş ittihamı şübhə altına almağa əsas verir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların təqsirkarın özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr, psixotrop maddələr və prekursorlar olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Bununla yanaşı elə ibtidai istintaq materiallarından və məhkəmədə dindirilmiş BNMİnin əməkdaşları olan şahid ifadələrindən göründüyü kimi təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 hər hansı xarici ölkə vətəndaşı ilə əlaqəsinin olmadığı təsdiq olunmuş, Təqsirləndirilən şəxs1 isə narkotik vasitələri İİR vətəndaşı kimi qeyd olunan “Həmid” adlı şəxsdən əldə etmiş olması yalnız elə Təqsirləndirilən şəxs1 əməliyyat tədbiri zamanı bildirdikləri və ilkin izahatı ilə əhatə olunmuşdur ki, məhkəmə hazırki halda Təqsirləndirilən şəxs1 göstərdikləri əsasında ittihamın əsasına qoyulmuş həmin xüsusatların aparılmış məhkəmə istintaqı zamanı təsdiqini tapmadığını xüsusilə qeyd edir. Belə ki, verilmiş ittihamdan göründüyü kimi, istintaq orqanı tərəfindən “Həmid” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 cinayət əməlləri törətdiyi qeyd olunsa da, iş materiallarında olan “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokollardan göründüyü kimi, keçirilmiş əməliyyat tədbiri zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olan iki ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilməsinə baxmayaraq iş üzrə əhəmiyyət kəsb edən heç bir hal, yəni Təqsirləndirilən şəxs1la “Həmid” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamalarına dair sübutlar əldə olunmamışdır. Bundan başqa xüsusilə qeyd olunmalıdır ki, iş üzrə verilmiş ittihamın tam, hərtərəfli və obyektiv yoxlanılmasından ötrü məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (055) ***-**-** saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrələri ilə bağlı məlumatlar ələ keçirilsə də, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (070)-228-54-58 mobil telefon nömrəsi və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055)-288-23-55 saylı mobil telefon nömrə ilə əlaqədar məlumatların ələ keçirilmədiyi müəyyən edilməklə, həmin telefon nömrələrinə dair məlumatlar da müvafiq operatorlardan məhkəmə qərarı ilə alınmış və həmin məlumatlar da qarşılıqlı şəkildə tədqiq və təhlil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı qaçaqmalçılıq cinayəti törədilməsi barədə məlumatlı olmalarına, bu cinayətin törədilməsində hər hansı formada iştirak etmələrinə və eləcə də sonuncular tərəfindən hər hansı xarici ölkə mobil telefon nömrələri ilə əlaqə saxlamalarına dair məlumatlar, yəni onların xəbəri olan şəraitdə qaçaqmalçılıq cinayətinin törədilməsi və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayətin törədilməsində hər hansı formada iştiraklarına dair məlumatlar əldə olunmamışdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 cinayətlərin törədildiyi dövrdə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 1(101)-493/2017 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkən məhkum olmuş, yəni sonuncu azadlıq hüququndan məhrum edilməklə 03 saylı MTCÇM-də cəza çəkdiyi dönəmdə onun ölkə hüdudlarını tərk etmək və ya daxil olmaq (qaçaqmçalçılıq cinayətinin obyektiv cəhətini icra etmək) kimi imkanları onun üçün əlçatmaz olmaqla, Təqsirləndirilən şəxs2 yalnız xx.xx.2020-ci il tarixdə səhhəti ilə əlaqədar olaraq müəssisə rəisinə müraciət edib cəzaçəkmə müəssisəsini tərk etmişdir ki, bu halda da Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətini törətməsinin obyektiv olaraq mümkün olmaması mübahisəsiz şəkildə məkhəmə tərəfindən qəbul olunur. Eləcə də məhkəmə hesab edir ki, verilmiş ittihamda qeyd olunan Təqsirləndirilən şəxs1 Abşeron rayonu ərazisində "Xırdalan dairəsi" deyilən yerin yaxınlığında “Hyundai” Servisin qarşısından narkotik vasitə və psixotrop maddəni götürüb əldə etməsi ilə bağlı göstərilən xüsusatlara da iş materiallarında olan sübutlarla qarşılıqlı şəkildə qiymətləndirilməklə hüquqi qiymət verilməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında birmənalı olaraq göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Bununla bağlı olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələri əldə etdiyi yer kimi qeyd olunan “Abşeron rayonu ərazisində "Xırdalan dairəsi" deyilən yerin yaxınlığında “Hundai” Servisin qarşısı” bir ərazi olaraq coğrafi baxımdan Azərbaycan Respublikasının dövlət sərhədlərindən xeyli uzaqda yerləşməklə, obyektiv olaraq qaçaqmalçılıq cinayətinin törədildiyi yer və yaxud həmin predmetlərin bilavasitə keçirildiyi yer olaraq qəbul edilə bilməz. Bu baxımdan məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Abşeron rayonu ərazisində "Xırdalan dairəsi" deyilən yerin yaxınlığında “Hundai” Servisin qarşısından narkotik vasitəni və psixtrop maddəni əldə etməsi halında belə sonuncunun qaçaqmalçılıq cinayətinin törədilməsindən xəbərsiz şəraitdə narkotik vasitə əldə etməklə əhatə olunan hərəkətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında göstərildiyi kimi, narkotik vasitələrin bilavasitə keçirildiyi yerdə narkotik vasitələri qəbul etməsi kimi qəbul oluna və qaçaqmalçılıq cinayətinin törədilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş narkotik vasitələr və psixotrop maddəni sonuncuların məhz özlərinin satışını həyata keçirmələri üçün (həmin vasitələri hər hansı nemət müqabilində kimlərəsə çatdırmaqla məşğul olmamaları) əldə etmiş olmaları iş materiallarında olan sübutlarla tam təsdiq olunmuşdur . Eləcə də qeyd olunmalıdır ki, artıq yuxarıda sadalanan iş üzrə əməliyyat tapşırığına cavab olaraq verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 xx.xx.2020-ci il tarixli, 008-3656-1220 nömrəli məktubundan göründüyü kimi, “Həmid” adlı şəxsi, eləcə də həmin narkotik vasitəni Abşeron rayonu ərazisində yerəşdirmiş şəxsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlaqələrini, cinayətin törədilməsində iştirakı olan digər şəxsləri, həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitə saxlamasından onun ailə üzvlərinin xəbərlərinin olub-olmamasını müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmamış, bununla yanaşı “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarla cinayət işi materiallarından Təqsirləndirilən şəxs1 tərəfindən külli miqdarda 1045,031 qram çəkidə narkotik vsitə heroin, 85,350 qram çəkidə narkotik vasitə tiryək və 236,860 qram çəkidə psixotrop maddə metafetaminin əldə edilmə mənbəsinin müəyyən edilməsi məqsədilə cinayət işinin ayrıması qərara alınmışdır. Göründüyü kimi, elə ibtidai istintaq orqanının özü tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş narkotik vasitələr və psixotrop maddəni sonuncuların əldə etmə mənbələri istiqamətində tədbirlər həyata keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edəcək hal müəyyən olunmamış, eləcə də artıq yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı qaçaqmalçılıq cinayətinin törədilməsi, əldə etdikləri narkotik vasiətlərin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsindən əvvəlcədən məlumatlarının olmaları təsdiq olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yuxarıda qeyd olunan halları qarşılıqlı şəkildə bir daha tədqiq və təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlinin predmetini təşkil edən narkotik vasitələrin və psixotrop maddələrin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən Azərbaycan Respublikasının ərazisinə gizli keçirilməsində iştirak etmələri və yaxud bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində hər hansı hərəkətlər etmələrini təsdiq edən sübutlar müəyyən olunmamış, əksinə yuxarıda qeyd olunan Plenum qərarında göstərilən tövsiyələr və iş materiallarının qarşılıqlı təhlili təqsirləndirilən şəxslərin qaçaqmalçılıq cinayətini törətmələrinə görə məsuliyyəti istisna edən halların mövcudluğuna dəlalət edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddəni qaçaqmalçılıqla yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikasına keçirmələri nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X11 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş olduqları məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığı nəzərə alınaraq, X11 və Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə olan hissəsi xaric edilməli və onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Faud oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cinayət əməllərini səmimi etiraf edib peşman olmasını, himayənsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət əməli törətdiyinə görə əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla, sonuncu dəfə Astara rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək 05 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 07 (yeddi) ay 24 (iyirmi dörd) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Təqsirləndirilən şəxs1 qeyd olunan şərti olaraq azad edildiyi cəzasının çəkilməmiş hissəsi ərzində, qəsdən hazırki iş üzrə yuxarıda qeyd edilən ağır cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 qəsdən ağır cinayət əməlini törətməsi nəzərə alınaraq, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 07 (yeddi) ay 24 (iyirmi dörd) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəlki hökm üzrə çəkilməmiş qalan 07 (yeddi) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə üzrə təyin edilən cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalı, eləcə də əməllərində cinayətlərin residivi müəyyən edildiyindən Təqsirləndirilən şəxs1 CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 Fərhad oğlunun cavanlığını və mahiyyət etibarı ilə törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını onun cəzasını yüngüləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivi olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2016-cı il tarixdən hesablanmaqla qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin 03 saylı MTCM-də cəza çəkdiyi dövrdə, yəni xx xxxxxx 2020-ci il tarixdə yuxarıda qeyd edilən cinayət əməlini törətmiş və əvvəlki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sonu xx.xx.2021-ci il tarixdə bitməklə, həmin cəzanın çəkilməmiş qalan müddəti 11 (on bir) ay 13 (on üç) gün təşkil edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş əməl hökm çıxarılarkən qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə əsasən ağır cinayətlər kateqoriyasına adi olsa da, «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə Təqsirləndirilən şəxs2 məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasının yuxarı həddi səkkiz ildən yeddi ilə endirilməklə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasına edilmiş dəyişikliklərə əsasən, həmin cinayət əməli hazırda az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs2 vəziyyəti yüngülləşdiyindən, həmin dəyişikliklər nəzərə alınmalı və Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən az ağır cinayət əməli törətməyə görə məhkum edilmiş şəxs hesab edilməklə, sonuncunun hazırda yenidən qəsdən ağır cinayət törətməsi nəzərə alınmaqla onun əməllərində cinayətlərin residivi formasında ağırlaşdırıcı hal müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə cinayət əməllərini əvvəlki hökm üzrə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı tam çəkib qurtarmadan törətdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəlki hökm üzrə çəkilməmiş qalan 11 (on bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilən cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalı, eləcə də əməllərində cinayətlərin residivi müəyyən edildiyindən Təqsirləndirilən şəxs2 CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizalarının rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmaqla, onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edildiyindən, Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, həmçinin onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq qalan,- 39,881 (otuz doqquz tam mində səkkiz yüz səksən bir) qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq qalan,- 1004,8 (min dörd tam onda səkkiz) qram narkotik vasitə heroin, 85,050 (səksən beş tam mində əlli) qram narkotik vasitə tiryək, 236,460 (iki yüz otuz altı tam mində dörd yüz altmış) qram psixotrop maddə metafetamin, eləcə də 02 (iki) ədəd elektron tərəzi və 01 (bir) ədəd şüşə predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokolda qeyd olunanları özündə əks etdirən 01 (bir) ədəd DVD disk, eləcə də mobil telefon operatorlarından götürülmüş 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Astara rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 07 (yeddi) ay 24 (iyirmi dörd) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəlki hökm üzrə çəkilməmiş qalan 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzasının çəkilməmiş qalan hissəsi,- 11 (on bir) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 07(yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq qalan,- 39,881 (otuz doqquz tam mində səkkiz yüz səksən bir) qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq qalan,- 1004,8 (min dörd tam onda səkkiz) qram narkotik vasitə heroin, 85,050 (səksən beş tam mində əlli) qram narkotik vasitə tiryək, 236,460 (iki yüz otuz altı tam mində dörd yüz altmış) qram psixotrop maddə metafetamin, eləcə də 02 (iki) ədəd elektron tərəzi və 01 (bir) ədəd şüşə predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokolda qeyd olunanları özündə əks etdirən 01 (bir) ədəd DVD disk, eləcə də mobil telefon operatorlarından götürülmüş 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərci cəmi 114 (yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-268/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-268/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver