Məhkəmə qərarları › İş №1(101)-268/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-268/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-268/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1989-cu ildə Ağdam rayonunun Şurabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvələr məhkum olunmamış, Ağdam rayonunun Şurabad kəndində qeydiyyatda olub, Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 7-də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmək məqsədi ilə ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş «İnstagram» proqramı vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa «İranlı» kimi məlum olan İran İslam Respublikasının vətəndaşı tərəfindən ona təqdim edilmiş "xxxx" ASC-nə aid istintaqa məlum olmayan kart hesabına elektron ödəmə terminalı vasitəsilə 5 dekabr 2022-ci il tarixdə saat 23 radələrində 75 manat pulu köçürdükdən sonra həmin gün Bakı şəhəri Nərimanov rayonu, X8 101 ünvanında yerləşən 5 nömrəli Şəhər Klinik Xəstəxanasının yaxınlığında yerləşən 9 mərtəbəli yaşayış binasının qarşısındakı daşın altından «İranlı» kimi tanıdığı şəxs tərəfindən qoyulmuş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,678 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən 6 dekabr 2022-ci il tarixdə saat 7 radələrində ünvan 2 ünvanında saxlanılaraq ünvan 3 Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin inzibati binasına dəvət olunub orada onun üzərinə aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,678 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Evlidir, himayəsində iki azyaşlı uşağı vardır. Son illər xərçəng xəstəliyindən əziyyət çəkdiyindən bədənindəki ağrıları azaltmaq üçün narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni «İnstagram» sosial şəbəkəsində tanış olduğu İİRnın vətəndaşı kimi tanıdığı şəxsdən almışdır. Sonuncu ilə ***-***-**-** saylı mobil nömrəsi ilə «Whatsap» tətbiqi vasitəsilə əlaqə saxlamışdır. 5 dekabr 2022-ci il tarixdə saat 23 radələrində İİR-nın vətəndaşına narkotik vasitə heroin sifariş vermiş, sonuncunun göndərdiyi "xxxx"a məxsus kart hesabına 75 manat pulu terminal vasitəsilə ödəmişdir. Bundan sonra İİR-nın vətəndaşı «Whatsapp» tətbiqi vasitəsilə narkotik vasitənin Bakı şəhəri Nərimanov rayonu, X8 101 ünvanda yerləşən 5 nömrəli Şəhər Klinik Xəstəxanasının yaxınlığında bir yerə qoyulduğunu bildirmişdir. Dərhal həmin yerə gedib narkotik vasitəni götürüb, sonra istifadə etməsi üçün əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibinə qoymuşdur. Növbəti gün 6 dekabr 2022-ci il tarixdə, səhər saat 7 radələrində tanışı X5 ilə gündəlik iş axtarmağa getmişlər. Birlikdə ünvan 2 ünvanı ilə piyada gedərkən ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərində heroin olduğundan həyəcanlanıb, oradan uzaqlaşmaq istəmiş, lakin, polis əməkdaşları onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmışlar. Şöbədə üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd içərisində heroin olan sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra içərisində narkotik vasitə heroin olan büküm ağ rəngli zərfə qoyularaq qablaşdırıbmış, həmin zərfin üzəri imzalanmış və möhürlənmişdir. Təhqiqatçı tərəfindən şəxsi axtarışın nəticəsinə dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. X2 üzərində narkotik vasitə heroin olmasından xəbəri olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nərimanov RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 6 dekabr 2022-ci il tarixdə saat 7 radələrində inzibati ərazidə polis nəfərləri Şahid1, Şahid3 və Şahid4lə birlikdə xidmət aparmışdır. Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi ilə X9 küçəsi 7 ünvanın kəsişməsində iki nəfər şəxsin hərəkətləri onlarda şübhə yaratdığı üçün həmin şəxsləri patrul avtomobili ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına aparmışlar. Yoxlama zamanı həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs, digərinin isə X5 olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və hazırda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Xidməti işləri ilə əlaqədar Təqsirləndirilən şəxs və Vasif Quliyevin üzərinə aparılmış şəxsi axtarışda iştirak etməmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində gösərdi ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 6 dekabr 2022-ci il tarixdə saat 7 radələrində bölməyə idarənin PPXB-nün əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və X5 adlı şəxslər gətirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman sonuncu əynində olan göy rəngli cins şalvarının sağ kiçik yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, bükümdəkinin heroin olduğunu, onu 5 dekabr 2022-ci il tarixdə İİR-nın vətəndaşı kimi tanıdığı şəxsin bank hesabına 75 manat ödədikdən sonra şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. Aşkar edilmiş bir ədəd büküm zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, protokolun düzgünlüyü iştirakçılarının imzaları ilə təsdiq edilmişdir. Sonra təhqiqatçı tərəfindən X3 üzərinə şəxsi axtarış aparılmış, lakin, üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddə və əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Nərimanov RPİ-nin PPX bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. 6 dekabr 2022-ci il tarixdə saat 7 radələrində inzibati ərazidə patrul avtomobilində PPXB-nin polis nəfərləri Şahid2, Şahid3 və Şahid4lə birlikdə xidmət aparan zaman ünvan 7 ünvanında iki nəfər şəxsin hərəkətləri onlarda şübhə yaratdığı üçün həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonuncuların onlara verdikləri suallardan yayındıqlarını görüb, onların narkotik vasitə istifadəçilərinin olduqlarını ehtimal edib, onları şəxsiyyətlərini müəyyən etmək məqsədilə Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirmişlər. Bu barədə raportla 18-ci PŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı həmin şəxslərin Təqsirləndirilən şəxs və X5 olmaları müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və hazırda üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Odur ki, araşdırmanın aparılması 18ci PŞ-nin təhqiqatçısına həvalə edilmişdir. Xidməti işləri ilə əlaqədar Təqsirləndirilən şəxs və Vasif Quliyevin üzərinə aparılmış şəxsi axtarışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış zamanı narkotik vasitə heroin aşkar edildiyi ona sonradan məlum olmuşdur. İşin 28-30-cu vərəqlərindəki protokoldan görünür ki, 6 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,678 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Şəxsi axtarışın gedişatı videoçəkilişlə qeydə alınmış və videogörüntülər «DVD» diskə köçürülmüş və həmin disk iş materiallarına əlavə edilmişdir. İşin 70-73-cü vərəqlərindəki məhkəmə fiziki-kimyəvi ekspertizasının 6 dekabr 2022-ci il tarixli 6/6905 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 224» dairəvi möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...» sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,678 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» İ siyahısına daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 2,678 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,578 qram qalmışdır. İşin 174-175-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 7 yanvar 2023-cü il tarixli, 282 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 177-178-ci vərəqlərindəki ambulator məhkəmə psixiatrik ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 3496 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik tibb müəssisələrinə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hadisəni törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 205-209-cu vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış «şəxsi axtarış və götürmə» istintaq hərəkətinin videogörüntülərinin olduğu 1 ədəd «DVD» diskə keçirilmiş baxış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,678 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı bir daha öz təsdiqini tapmışdır. İşin 210-229-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,678 (təqdiqatından sonra qalan 2,578) qram narkotik vasitə heroin və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə saxlayan bir ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, disk isə cinayət işinə əlavə edilmişdir. İşin 186-187-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 13-14-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində 24 dekabr 2019-cu il təvəllüdlü Hüseyn Ağayev və 26 avqust 2014-cü il təvəllüdlü Əbəlfəz Ağayev adlı iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 6 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,678 (təqdiqatından sonra qalan 2,578) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə şəxsi axtarışın keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 55 (əlli beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 6 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,678 (təqdiqatından sonra qalan 2,578) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərinə şəxsi axtarışın keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 55 (əlli beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar