Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-268/2025 08.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olan, Bakı şəhəri Nəsimi rayonu R.Məmmədov küçəsi, ev 13, mənzil 26-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3, 186.2.2, 234.4.2, 240.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop madələri və güclü təsir edən maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə saxlamaqla daşımış, saxlanılarkən özgə əmlakını ümumi təhlükəli üsulla qəsdən zədələməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərərək ümumi təhlükəli üsulla zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar sağlamlığına az ağır bədən xəsarəti yetirmişdir. Belə ki, o, 2023-cü ilin avqust ayında Sabunçu rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədilə qanunsuz olaraq 1 ədəd ağ rəngli plastik qabın içərisində 7 ədəd bükümlərdə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,54 qram, 0,64 qram, 0,70 qram, 0,31 qram, 0,50 qram, 0,82 qram və 0,33 qram təşkil etməklə cəmi 3,84 qram, 8 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən təkrarən satış məqsədilə qanunsuz olaraq 3 selofan torbaya və 6 selofan bükümlərə yerləşdirilmiş, ayrı-ayrılıqda təmiz çəkiləri 88,0 qram, 68,0 qram, 103,0 qram, 10,12 qram, 3,85 qram, 1,82 qram, 4,87 qram, 4,05 qram və 0,39 qram təşkil etməklə, cəmi 284,1 qram olmaqla, ümumilikdə 287,94 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış qurudulmuş marixuanadan ibarət narkotik vasitələri, eləcə də, xx.xx.2023-cü il tarixdə istintaqa məlum olmayan yerdə və şəxsdən təkrarən satış məqsədilə qanunsuz olaraq 1 ədəd yaşıl rəngli dörkünc formalı həb-kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) təsiredici 0,15 qram miqdarda psixotrop maddəni və “Alyse 150 mq preqabalin” markalanma göstəricisi olan konvalyutdaki 6 ədəd 0,9 qram ağ rəgli kapsul preqabalinin olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla, həmçinin onları və satış zamanı dəqiq miqdarlarının təyin olunması məqsədilə 1 ədəd elektron tərəzini qara rəngli aşırmalı əl çantasının içərisinə yerləşdirərək 13 oktyabr 2023-cü il tarixdə idarə etdiyi “Hyundai-Sonata” markalı, ** CS *** dövlət nömrə nişanlı avtomobilin arxa oturacaq hissəsinə qoyaraq Bakı şəhəri ərazisində daşımış, həmin gün saat 22:20 dəqiqədə narkotik vasitələrin təsiri altında sərxoş vəziyyətdə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsində qeyd olunan nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarə etdiyi avtomobilin dövlət nömrə nişanının oxunma işıqları yanmadığından ərazidə xidmətdə olan Yasamal rayon polis idarəsinin X16 şöbəsinin **- YP-*** dövlət nömrə nişanlı patrul avtomobilinin ekipajı tərəfindən ona “saxla” əmri verilmiş, lakin o, avtomobildə narkotik vasitələr olduğundan polisin qanuni tələbinə tabe olmayaraq avtomobilini idarə etməyə davam etmiş, yol polisi əməkdaşları onun polisin qanuni tələbinə tabe olmamasından şübhələnərək qanunazidd davranışının və yolnəqliyyat hadisəsi törətmə ehtimalının qarşısının alınması məqsədilə əlavə naryad çağırmaqla onu izləyərək ünvan 1 ünvanının qarşısında avtomobili saxladıqda yol patrul xidməti inspektoru, polis serjantı Zərərçəkmiş şəxs xidməti geyim formasında ona yaxınlaşaraq sənədlərini tələb etdikdə maşınının saxlanılmasına etiraz etmiş, hadisə yerindən qaçmaması səbəbi ilə köməyə çağırılmış digər **-YP-*** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili onun idarə etdiyi nəqliyyat vasitəsinin qarşısını kəsdikdə isə hadisə yerindən qaçmağa çalışaraq idarə etdiyi “Hyundai-Sonata” markalı, ** CS *** dövlət nömrə nişanlı avtomobili arxaya və irəliyə hərəkət etdirib **-YP-*** dövlət nömrə nişanlı patrul avtomobilini vurub zədə yetirməklə 3,320.00 manat, **-YP-*** dövlət nömrə nişanlı patrul avtomobilinə isə 5,360.00 manat olmaqla, ümumilikdə vahid qəsdlə Bakı şəhəri Yasamal rayon polis idarəsinin X16 şöbəsinə məxsus xidməti avtomobillərə qulluq borcunun yerinə yetirilməsi ilə bağlı 8,680.00 manat zərər vurmaqla xeyli miqdarda özgə əmlakını ümumi təhlükəli üsulla qəsdən zədələmiş, hadisə yerindən qaçmağa cəhd göstərərkən hakimiyyət nümayəndəsi hesab olunan yol-patrul xidməti inspektoru, polis serjantı Zərərçəkmiş şəxs onun qanunsuz hərəkətlərinə son vermək üçün avtomobilin açıq pəncərəsindən mühərriki söndürmək məqsədilə açarı götürmək istədikdə Zərərçəkmiş şəxs qarşı aktiv müqavimətini davam etdirib avtomobilini irəli-geri sürməklə qanunsuz olaraq satış məqsədilə xeyli miqdarda narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin daşınması və qanunsuz dövriyyəsi ilə məşğul olarkən onun bu cinayətkar əməllərinin qarşısını alan polis serjantı Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etməklə müqavimət göstərib, orada olan digər polis əməkdaşları Şahid1, Şahid2 və X5 sağlamlıqları üçün təhlükə törətməklə ümumi təhlükəli üsulla Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağ bazu sümüyü başının travmatik çıxığı kimi qəsdən sağlamlığa az ağır dərəcəli bədən xəsarəti yetirmiş, cinayətkar əməllərinin qarşısı alınaraq Yasamal rayon polis idarəsinin 27-ci polis bölməsinə gətirildikdən sonra avtomobilinə keçirilmiş baxış zamanı satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı yuxarıda qeyd olunan narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli biləməyrək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Belə ki, astma və epilepsiya xəstəliklərindən əziyyət çəkdiyi üçün preqabalin həblərindən istifadə etmiş, həmçinin marixuana da istifadə edirdi. Preqabalini ayrı-ayrı apteklərdən əldə etmiş, marixuananı isə Seymur alı şəxsdən əldə edirdi. Hadisə baş verdiyi gün maşının salonunda əşyaların saxlanılması üçün olan yerdə 6 ədəd preqabalin həbləri olmuşdur. Maşında marixuana və digər hər hansı bir narkotik vasitə olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyunday Sonata” markalı ** CS *** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsində hərəkətdə olan zaman yol patrul avtomobilinin saxla işarəsi əsasında maşını saxlamış, lakin mühərriki söndürməmişdir. Onu saxlayan yol polisi əməkdaşı Yasamal rayon yol polisinin əməkdaşı Hüseyn adlı şəxs olmuşdur. Hüseyn onu əvvəllər Nəsimi rayonu ərazisində saxlamağa cəhd etdiyi üçün ərazi aidiyyatı Hüseynə aid olmadığı üçün maşınını saxlamamış, bu səbəbdən də Hüseyn ondan qisas almaq fikrində olmuşdur. Onun maşını arxa və qabaq tərəfindən yol polisi maşınları tərəfindən əhatəyə alınmışdır. Hüseyn ondan maşını söndürmək istədiyi zaman o, maşının mühərrikini söndürməmiş, bu səbəbdən Hüseyn onu söymüş, maşina girib onu döymüş, bu zaman maşını arxaya və qabağa hərəkət edən zaman polis maşınlarını zədələmişdir. Ona fiziki güc tətbiq edərək maşından bayıra çıxarıb polisin maşını ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə, oradan isə Yasamal RPİ-nin 27-ci PŞ-nə aparmışlar. Maşını isə hadisə yerində qalmış, maşının kim tərəfindən şöbənin ərazisinə gətirildiyini bilməmişdir. Tutulan zaman nə üzərində, nə də ki, maşında preqabalin həblərindən başqa digər narkotik vasitələr olmamışdır. Üzərinə baxışla əlaqədar protokola imza etməmiş, razı olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİnin X16 Şöbəsinin Yol-patrul xidməti inspektoru, polis serjantı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl yol hərəkəti qaydalarını pozan sürücü kimi tanımışdır. Belə ki, hadisədən təxminən bir həftə əvvəl Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilini təhlükəli sürmüş, həmçinin dövlət qeydiyyat nişanı saxta olmuşdur. O, saxla işarəsi versə də, Təqsirləndirilən şəxs idarə etdiyi maşını saxlamamış, bu barədə rəisinə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsində “BMW” markalı, “**-YP-***” dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə iş yoldaşı Şahid1 ilə birlikdə xidmətdə olmuşdur. Bu vaxt onların xidməti maşınlarının dayandığı A.Salamzadə küçəsi ilə “Hyundai Sonata” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs yüksək sürətlə önlərindən sürüb keçdiyinə görə və onun xidməti planşetində həmin nəqliyyat vasitəsinə dair çox saylı ödənilməmiş cərimələr olduğu üçün Təqsirləndirilən şəxs “saxla” işarəsi vermiş, lakin Ümid avtomobili saxlamayaraq irəli sürmüş, onların xidməti maşını Təqsirləndirilən şəxs idarə etdiyi maşının arxasınca sürdükdə sonuncu avtomaşını Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Silahlı qüvvələrin Baş Klinik Hospitalının qarşısında saxlamışdır. Həmin vaxt o, artıq xidmətdə olan Yasamal RPİ DYPŞ-nin “** YP ***” patrul avtomobili köməyə çağırmışdır. Təqsirləndirilən şəxs avtomobili saxladıqdan sonra o, ona yaxınlaşaraq özünü təqdim etmiş, suallarına adekvat cavab vermədiyini görüb anlamışdır ki, sonuncu narkotik vasitələrin təsiri altındadır. Ondan şəxsiyyət vəsiqəsi və avtomobilə aid sənədləri tələb etmiş, ondan avtomobildən düşməsini tələb etmiş, lakin sonuncu avtomobildən düşməyərək avtomobilin içərisində onunla söhbət etməyə davam etmiş, atasının da keçmiş polis əməkdaşı olduğunu bildirib saxlanılmasına etiraz etmişdir. Təqsirləndirilən şəxslə söhbət etdiyi zaman Yasamal RPİ DYPŞ-nin “**-YP-***” dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan iş yoldaşları gələrək Ümidin avtomobilinin qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs narkotik sərxoşluğundan şübhələndiyi, qaça biləcəyini ehtimal etdiyi üçün sağ qolu ilə avtomobilin açıq pəncərəsindən içəriyə keçib sürətlər qutusunu hərəkət rejimindən parking rejiminə keçirib, avtomobilin mühərrikini söndürsə də açar avtomobilin üzərində qalmış, Ümid avtomobili təkrar işə salaraq hərəkət etməyə başlayanda qolu avtomobilin içərisində olmuş, sonuncu avtomobili qabağa sürərək özünə yol açmaq üçün 284 nömrəli patrul avtomobilini vurub itələmiş, daha sonra avtomobili geri sürərək sürətlə arxada olan onun xidməti avtomobilinə vurub özünə yol açmış, həmin vaxt sağ bazu sümüyü başının travmatik çıxığı xəsarəti almış, lakin Təqsirləndirilən şəxs qətiyyətlə avtomobili idarə edib oradan uzaqlaşmaq istəməsini görərək özünü avtomobilin içərisinə salmış, bir qədər irəlidə avtomobili dayandırmağa nail olmuşdur. Daha sonra Ümidi digər əməkdaşların köməkliyi ilə Təqsirləndirilən şəxs avtomaşını saxlanılmış, o, sağ bazu sümüyü başının travmatik çıxığı xəsarəti aldığı üçün oradan xəstəxanaya getmiş, Təqsirləndirilən şəxs isə həmkarları avtomobili ilə birlikdə polisə aparmışlar. İş yoldaşlarının deməsinə görə Ümid saxlanılıb bölməyə gətirilərkən də tabesizlik göstərərək qaçmaq istəmiş, özünü yerə, patrul avtomobilinə vurmuş, özünə xəsarət yetirmişdir. O, ilkin tibbi yardım aldıqdan sonra Yasamal RPİ-nin 27-ci PB-nə qayıtmışdır. Hadisədən artıq bir il keçdiyindən xatırladığı odur ki, Təqsirləndirilən şəxs avtomaşınına baxışda iştirak etmiş və onu Maştağa qəsəbəsinə narkoloji dispanserə müayinə üçün müşahidə etmişdir. Xatırladığı qədər maşında təhqiqatçı tərəfindən arxa sərnişin oturacağının üzərindən qara rəngli orta ölçülü əl çantası aşkar edilmiş, çanta açıldıqda, bir cibindən 3-ü böyük sellofan bükümlərdə qurudulmuş marixuanaya bənzər ot kütləsi , ikinci cibdən 6 ədəd həb olan “Alyse” 15MG dərman həbləri, bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Ümid Nəsurullayev birinci cibdən aşkar edilmiş 3 böyük həcimli sellofan kəsiyindəki bükümü ayıraraq həmin bükümləri tapdığını, digər bükümləri və dərman preparatlarını Maştağa qəsəbəsindən tanımadığı şəxsdən şəxsi isifadəsi üçün aldığını bildirmişdir. Ona avtomaşına baxış keçirilməsini əks etdirən CD disk nümayiş etdirildi. Orada olan görüntüləri təsdiq edir. Xatırlayır ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya aşkar edilmədiyi üçün maşina baxış zamanı görüntüdə olan əşyalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 İsabala oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. O, özü isə keçmiş polis əməkdaşı olmaqla 1-ci Qarabğ müharibəsinin qazisidir. Zərərçəkmiş şəxs oğlu Ümidlə ədavəti olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs DYP-nin Yasamal rayon şöbəsinin əməkdaşı olsa da dəfələrlə Ümidin idarə etdiyi maşını Bakı şəhərinin digər rayon ərazilərində saxlamağa cəhd etmiş, lakin oğlu Hüseynə tabe olmamışdır. Elə hadisə günü də Zərərçəkmiş şəxs oğlu Ümidi idarə etdiyi «Hundai-Sonata» markalı maşını Bakı şəhəri, Nəsimi rayonu ərazisində saxladıqda oğlu Ümid Zərərçəkmiş şəxsla yol polisində birlikdə işləyən xalası oğlu Rüfətə zəng edib məsələni dedikdə Rüfət Hüseynlə əlaqə saxlayıb Ümidi buraxmasını xahiş etmiş, Hüseyn buraxmağa söz versə də hadisə yerinə əlavə kömək çağırmış və oğlunu saxlayıb polisə aparmışdır. Orada isə oğlunu döyərək dişini və qabırğasını sındırmışlar. İbtidai araşdırma zamanı öz mobil telefon nömrəsini müstəntiqə vermiş, sonuncu isə mobil operatora sorğu verərək həmin nömrəyə gəlmiş mesajları Ümidin adına çıxmaqla ona qarşı istifadə etmişdir. Qeyd etmək istəyir ki, həmin telefon Ümidin istifadəsində olmuş, lakin Ümid nömrəyə gələn mesajlara cavab verməmişdir. Mesajlar isə onun polis işlədiyi dövrdə agenti olan şəxsdən gəlmişdir. Ümid həbs olunanadək ***-***-**-** mobil GSM nömrəsini işlətmişdir. Ümidin narkotik vasitə istifadəsindən məlumatlı olmuş, lakin satışı ilə məşğul olduğunu düşünməmişdir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində ona oğlunun Yasamal RPİ-nin 27-ci PB-də saxlanıldığı barədə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi əri olmuşdur. Onu təxminən bir il bundan qabaq ümumi tanışları vasitəsilə tanımışdır. Ümidin narkotik vasitə istifadəçisi olmasını bilmişdir. O, özü də narkomandır, lirika deyilən narkotikdən istifadə edirdi. Lakin bir neçə ay olar ki, narkotiki tərgitmişdir. Bir nəfər Aynur Həsənova adlı narkoman rəfiqəsi ondan xahiş etmişdir ki, Ümiddən həmin lirikadan alıb ona versin. O da Ümiddən həmin narkotikin təşkil edilməsini xahiş etmiş, Ümid də təşkil edərək ona vermiş, o isə rəfiqəsindən aldığı 30 manat pulu xatırladığı qədər Ümidə vermişdir. Onunla Ümidin bu məsələ ilə bağlı telefon mesajları olmuşdur. Ümidin narkoman olmasını bilmiş, lakin satışı ilə məşğul olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin X16 Şöbəsinin Yol-patrul xidməti inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı tanımışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsində “BMW” markalı, “**-YP-***” dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə iş yoldaşı X6 ilə birlikdə xidmət aparan zaman digər iş yoldaşı “**-YP-***” dövlət qeydiyyat nişanlı patrul avtomobilinin ekipaj üzvü Zərərçəkmiş şəxs ona zəng edərək «saxla» işarəsinə tabe olmayan “Hyundai Sonata” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasına kömək istəmişdir. Dərhal həmkarı Zərərçəkmiş şəxs bildirdiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Silahlı qüvvələrin Baş Klinik Hospitalının qarşısına xidməti maşınla gedərək “Hyundai Sonata” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsmiş, görmüşdür ki, həmkarı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi maşını sürüb qaçmağın qarşısını almaq üçün əlini açıq pəncərədən salaraq avtomobili söndürmək istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs buna mane olaraq avtomobilin irəligeri sürməklə, ilk olaraq onun idarə etdiyi patrul avtomobilə vurmuş, bu zaman o, maşının qarşısında olduğu üçün iki maşın arasında sıxılıb qalmış, lakin xəsarət almamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi maşını arxaya sürdükdə isə Zərərçəkmiş şəxs xidməti maşınına çırpmışdır. Hər iki xidməti maşina ziyan dəymişdir. Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını almaq üçün Zərərçəkmiş şəxs özünü avtomobilin içərisinə sala bilmiş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşını məcbur olub bir qədər irəlidə saxlamışdır. Avtomobil dayandırıldıqdan sonra digər polis əməkdaşları ilə birlikdə Ümidi və avtomobilini ünvan 2 ünvanında yerləşən Yasamal RPİ-nin 27-ci PB-nə gətirmişlər. Bundan sonra o, xidməti işlərini davam etmiş, sonrakı hadisələrdən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin X16 Şöbəsinin Yol-patrul xidməti inspektoru, polis baş serjantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi və ya qohumluğu yoxdur. Hadisə günü, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində patrul avtomobili ilə həmkarı Zərərçəkmiş şəxsla birlikdə Yasamal rayonu ərazisində xidmət aparmış, avtomobili o idarə edirdi. A.Salamzadə küçəsində onların qarşısından «Hyundai Sonata» markalı 77CS974 qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs sürətlə keçdiyini görmüş, onun portalda əvvəllər də yol-hərəkəti qaydalarını pozduğunu gördükdə idarə etdiyi avtomaşınla sonuncunun maşınını təqib etmişdir. Ratsiya ilə bu haqda idarəyə məlumat vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi maşını təqib etdikdə həmin maşının Bakı şəhəri, Nəsimi rayonu ərazsində yerləşən Silahlı Qüvvələrin baş klinik hospitalının qarşısında saxladığını görmüş və idarə etdiyi maşını həmin yerdə saxlamışdır. Həmkarı Zərərçəkmiş şəxsmaşından enərək Təqsirləndirilən şəxs idarə etdiyi maşina yaxınlaşmış, o isə maşında sükan arxasında qalmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobilin və özünün sənədlərini istədikdə Təqsirləndirilən şəxs mübahisə etməyə başlamış, bu səbəbdən Zərərçəkmiş şəxs Ümid Nəsrulayevdən maşından enməsini tələb etmiş, lakin Ümid maşını sürüb qaçmaq istəyən zaman Hüseyn sürücü tərəfindən maşının salonuna daxil olaraq maşını saxlamağa çalışmışdır. O isə maşını işə salaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin önündə saxlamışdır. Təqsirləndirilən şəxs avtomobili irəli-geri sürərək xidməti avtomobilə zərər vurmuş və hadisə yerindən uzaqlaşmağa nail ola bilmişdir. Lakin Ümidin idarə etdiyi maşina minmiş Zərərçəkmiş şəxs həmin maşını bir qədər irəlidə dayandıra bilmişdir. Bundan sonra o və köməyə gəlmiş digər patrul maşınlarının heyyəti Təqsirləndirilən şəxs sonuncunun müqavimət göstərməsinə baxmayaraq saxlamağa nail olmuşdur. Zərərçəkmiş şəxs isə maşını saxlayan zaman qolundan xəsarət almış və bu səbəbdən xəstəxanaya getmişdir. Onlar isə Təqsirləndirilən şəxs sonuncunun avtomobili ilə birlikdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə aparıb təhvil vermişlər. Orada təhqiqatçı müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə sonuncunun icazəsi və müdafiəçnin iştirakı ilə baxış keçirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa oturacağında olan qara rəngli əl çantasını təqdim edərək çantanın içərisində olan narkotik vasitələr aşkar olunmuşdur. Həmin əşyaların növünü və miqdarını hadisədən xeyli vaxt keçdiyi üçün xatırlamır. Hadisə zamanı o, heç bir xəsarət almamış, lakin idarə etdiyi avtomaşına ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PBnin rəisinə ünvanlanmış Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin YPX əməkdaşlarının xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə təxminən saay 22:30 radələrində **-YP-*** saylı patrul avtomaşını ilə xidmətdə olduğu zaman Salamzadə küçəsində hərəkət edən “Hyundai” markalı **-CS-*** dqn-lı avtomaşının sürücüsünü tanıyaraq saxla işarəsi verilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə həmin avtomaşınla saxta dqn-ları ilə eyni sürücü yol hərəkəti qaydalarını davamlı olaraq müxtəlif üsullarla pozmuş, saxla əmrinə tabe olmamış, hərəkətinə davam etmişdir. Onunla bağlı müvafiq raportla idarənin rəhbərliyinə məruzə etmiş, qeyd olunan avtomaşın aşkarlandığından və yenidən qayda pozduğundan, avtomaşın üzərində çoxsaylı cərimə borcları olduğundan saxla işarəsi verilmiş və sürücü avtomaşını saxlamışdır. Sürücü adekvat hərəkətlər etmədiyindən sürücünün sərxoş olması şübhəsi yaranmışdır. Sürücüdən sənəd təqdim etməsini tələb etdikdə, o avtomaşını sürərək qaçmağa cəhd etmişdir. Yaxınlıqda xidmət aparan digər yol polisi əməkdaşları çağırılmış və **-YP-*** saylı avtopatrul köməyə gələrək “Hyundai” markalı avtomonilin önündə dayanmışdır. “Hyundai” markalı avtomaşının sürücüsü bir neçə dəfə arxaya-qabağa sürmüş, polisin sürücüyə hərəkətlərini dayandırmasını tələbinə baxmayaraq, sürücü əməllərinə davam etmişdir. Polis serjantı Zərərçəkmiş şəxs avtomobilə açıq şüşədən daxil olaraq avtomaşını söndürmək istədikdə sürücü anidən avtomaşını sürətləndirmiş, polis əməkdaşını sürütləmişdir. Çox çətinliklədə olsa “Hyundai” markalı **-CS-*** dqn-lı avtomaşın söndürülmüş, lakin Zərərçəkmiş şəxs sağ qolu bazu hissədən çıxmış və o xəsarət almışdır. Qeyd olunan avtomaşın duracağa gətirilmişdir. Sürücünü avtomaşından düşürən zaman o tabe olmayıb özünü yerə çırpmış, özünə xəsarət yetirib oradan qaçmağa cəhd göstərmişdir. Bədənin müxtəlif nahiyyələrini patrul avtomaşınına çırpmış, lakin həmin şəxs zərərsizləşdirilmiş və Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilmişdir. Sürücünün narkoloji sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 23:25-də DİN-nin 102 Z/M-nin məlumatına əsasən xəstəxananın tibb işçisi Qasımova Şəhla bildirdi ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin inspektoru polis serjantı Zərərçəkmiş şəxs tabe olmayan sürücünü saxlayarkən sağ bazu sümüyü çıxığı xəsarəti almışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin məsul növbətçisi polis mayoru Bəxtiyar Həsənov, təhqiqatçısı polis mayoru Tahir Əzizov, sahə rəisi polis mayoru Eldəniz Hüseynov, əməliyyat müvəkkili polis baş leytenantı Etibar İsmayılov, sahə inspektoru polis leytenantı X12 köməkçisi polis serjantı Ayxan Rüstəmov və PŞ-nə gətirilən Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində PŞ-nə gətirilərkən sağ qabırğasında şiş olması, ağzında sol arxa dişi düşmüş və başında şiş olması xəsarəti aşkarlanmışdır, buna dair akt iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə saat 00:40 dəqiqədə Bakı şəhər Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasında müdafiəçisinin iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri verməsi təklifindən sonra o üzərində heç bir qanunla qadağan edilən əşya və ya predmetin olmamasını bildirmiş, lakin idarə etdiyi “Hyundai” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan edilən əşya olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən onun idarə etdiyi “Hyundai” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyi müəyyən olunur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirmə və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən DİN–in BDYPl-nin 5 saylı mühafizə olunan duracaqda saxlanılan “Hyundai Sonata” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilinə axtarış və götürmə aparılması barədə qərar təqsirləndirilən şəxsə elan edilərək nəqliyyat vasitəsində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sərnişin oturacağının altından bir ədəd qara rəngli çantada olan şəffaf polietilen paketlərə bükülmüş içərisində tünd yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik bitki olan marixuanaya bənzər kütlələr, həmçinin bir ədəd bükülüdə olan «ekstazi» və “Alyse 150 mg capsule Pregabaline” 6 ədəd həblər, elektron tərəzi və metal qab aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qara rəngli çantadan çıxmış, idarə etdiyi nəqliyyat vasitəsindən təhqiqata könüllü şəkildə təqdim etdiyi 12 bükülüdən 3-nü, yəni digərlərindən böyük həcmi ilə fərqlənən polietilen paketlərdə olan "marixuana"nı yaşadığı məhəllədən yerdən tapdığını, digər bükülüləri isə Sabunçu rayonu Maştağa qəsəbəsində üzdən tanıdığı və əvvəllər də bir neçə dəfə "marixuana" aldığı şəxsdən 150 manata aldığını, mütəmadi şəxsi istifadəsi üçün idarə etdiyi avtomobildə saxladığını qeyd etmişdir. «Ekstezi» isə bir ilə yaxındır ki, onda olduğunu, hardan əldə etdiyi unutduğunu qeyd edən şübhəli şəxs Təqsirləndirilən şəxs “Alyse 150 mg capsule Pregabaline” həblərini isə həkimin yazdığı reseprt əsasında aptekdən aldığını bildirmişdir. Təqdim edilmiş kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 168 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış “Nəqiliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 1/4544 nömrəli, xx.xx.2023-cü il tarixli aktından müəyyən olunur ki, Təqsirləndirilən şəxs morfin, opioid, marixuana və amfetamin qəbulu nəticəsində yaranmış sərxoşluq aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin dindirmə protokolu” dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 10 ilə yaxındır narkotik vasitələrdən, o cümlədən marixuanadan istifadə etdiyini bildirmiş, saxlanılan zaman və PŞ-nə gətirilən zaman ona qarşı heç bir qanunsuz hərəkət olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal məhkəməsinin 4(004)- 794/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən olmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1425 №-li rəyindən müəyyən olunur ki, Şübhəli şəxs Təqsirləndirilən şəxs....” yazıları və imzalar olan qara rəngli əl çantasında 9 ədəd, 3 ədəd sellofan torbada, 6 ədəd isə sellofan bükümlərdə olan ayırı-ayrılıqda təmiz çəkiləri 88, 0 qram, 68,0 qram, 103,0 qram, 10,12 qram, 3,85 qram, 1, 82 qram, 4, 87 qram, 4, 05 qram və 0, 39 qram olmaqla ümumi çəkisi 284,1 qram, həmin çantada 1 ədəd ağ rəngli plastik qabın içərisində 7 ədəd bükümlərdə ( 6 ədəd sellofan, 1 ədəd kağız bükümlər) ayrı-ayrılıqda təmiz çəkiləri: 0,54 qram, 0,64 qram, 0,70 qram 0,31 qram, 0,50 qram, 0,82 qram və 0,33 qram, ümumi çəkisi-3,84 qram bitki mənşəli kütlələr, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 287,94 qramdır. Tədqiqata istifadə olundu cəmi 0,32 qram (hər obyektdən 0,02 qram), qalıq – 287,62 qram. Təqdim edilmiş elektron tərəzinin və metal qabın üzərində cüzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri vardır. Cüzi miqdarda olduğu üçün marixuananın çəkisini müəyyən etmək mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5401 №-li rəyindən müəyyən olunur ki, Şübhəli şəxs Təqsirləndirilən şəxs....” yazıları və imzalar olan qara rəngli əl çantasında olan -üzərində “Alyse 150 m1 preqabalin” markalanma göstəricisi olan konvalyutdaki 6( altı) ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 6 (altı) ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,9 qrmadır ( üzərindəki göstəricilərə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla), - 1 (bir) ədəd bükümdəki 1 (bir) ədəd tünd yaşıl rəngli dördkünc formalı həb küstar üsulla hazırlanmış metlendioksimetamfetamin ( MDMA) tərkibli həbdir ( “ekstazi”) və həmin həbdə MDMA-nın təsiredici maddəsinin miqdarı 0.15 qram təşkil edir. Qeyd: 6 ədəd preqabalin tərkibli kap. 1 kap tədqiqata sərf edildi, qalıq: 5 kapsul , MDMA tərkibli həbin çəkisi 0,508 qram, tədqiqata sərf edildi: 0,1 qr, qalıq: 0,408qr. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. xx.xx.2015-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən preqabalin “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7957 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin, Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu ( Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmədə elan edilib araşdırılmış iş üzrə Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1237 saylı ekspertiza rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət- sağ bazu sümüyü başının travmatik çıxığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 41/1220 nömrəli xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs adına tərtib olunmuş əlavə ekspert rəyindən müəyyən olunur ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - ənsə nahiyyəsinin şişkinlik halında əzilməsi, sağ gözün bayır bucağının qançırı, döş qəfəsinin sağ yarısının şişkinlik halında əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, 13-xx.xx.2023-cü il tarixlərə uyğun gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanlanmış ərizədən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman və saxlanıldıqdan sonra 27-ci polis bölməsinə gətirilərkən ona əməkdaşlar tərəfindən heç bir fiziki zor və ya güc tətbiq edilməmişdir. xx.xx.2023-cü il tarixdə bədənində olan xəsarətlər yıxılma nəticəsində olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “təqdim edilmiş video-görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, DVD formatlı diskin yaddaşına köçürülmüş VHGZ6386.MP4 adlı 02 dəqiqə 44 saniyəlik video görüntülərdən müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri Nəsimi rayonu Silahlı qüvvələrin Baş Klinik Hospitalının qarşısıdır. ** CS *** dövlət nömrə nişanlı qara “Hyundai Sonata” markalı avtomobil YPX inspektoru Zərərçəkmiş şəxs tərəfindən saxlanılıb. Baxışda iştirak edən Zərərçəkmiş şəxs avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğunu, sonuncunun hərəkətinə davam etməsi, cərimələnməməsi ilə bağlı çoxsaylı cəhdləri olduğunu qeyd etmişdir. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sərxoş olduğundan, daha əvvəllər də “saxla” işarəsinə tabe olmayaraq ərazidən qaçdığından ondan şübhələnib dəstək üçün “** YP ***” dövlət nömrə nişanlı avtopatrulu çağırmışdır. Video-görüntünün 1 dəqiqə 35-ci saniyəsində Zərərçəkmiş şəxs ** CS *** d.n.n-lı avtomobildən bir qədər aralanması, “** YP ***” avtopatrulun isə həmin avtomobilin qarşısını çəp şəkildə kəsdiyi görünür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs qeyd etmişdir ki, sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsinə getmək üçün şərait yaratmasını istəmiş, lakin Təqsirləndirilən şəxs qaçacağından şübhələnərək digər patrul avtomobilinin gəldiyini gördükdən sonra təkrar ** CS *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmışdır. Video-görüntünün 1 dəqiqə 50-ci saniyəsində görünür ki, Zərərçəkmiş şəxs işlək və qaçmağa hazır vəziyyətdə olan sürücüyə əngəl olmaq üçün əlini sürücü pəncərəsindən içəri salaraq avtomobili söndürməyə cəhd etmiş, lakin Təqsirləndirilən şəxs buna mane olmuş, Zərərçəkmiş şəxs avtomobilin sürücü qapısını açaraq içəri daxil olmuş, digər polis əməkdaşları da Təqsirləndirilən şəxs avtomobili hərəkət etdirdiyini görüb avtomobili dayandırmaq istəmiş, lakin Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq qaçmaq üçün avtomobili əvvəl irəli sürərək qarşıdakı avtopatrula zərər vurmuş, itələyərək avtomobilin hərəkəti üçün yer açmış, daha sonra sürətlə geri sürərək arxada olan avtopatrula zərər yetirərək onu da geri itələyib, yaranmış boşluqda manevr edərək oradan uzaqlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin içində olmuş və avtomobil hərəkət edərkən qolundan xəsarət almışdır. Görüntülərdən aydın olur ki, Təqsirləndirilən şəxs qaçmağa çalışarkən “Toyota Prius” markalı digər avtomobilə də zərər vurmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal RPİnin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra, xx.xx.2023-cü il tarixdə təcridxananın tibb-sanitar müəssisəsində müayinədən keçirilən zaman sağ 8-ci və 9-cu qabırğalarında yumşaq toxumaların əziyinin aşkar olunması faktına əsasən araşdırma aparılmış, izahatı alınmış Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bölmədə olduğu müddət ərzində ona qarşı fiziki zor tətbiq edilməmiş, istintaq təcridxanasında müayinə olunan zaman bədəni üzərində aşkar olunmuş xəsarətləri saxlanılarkən yıxılması nəticəsində yaranmışdır, heç bir şikayəti yoxdur. Araşdırma zamanı polis əməkdaşları Zərərçəkmiş şəxs və Z.Y.Qayıbovun izahatları alınmış, məhkəmə-tibbi ekspertizası keçirilməklə cinayət hadisəi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Yasamal RPİ-nin 3-13-53/2- 18293/2024 saylı xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 2 ədəd xx.xx.2023-cü il tarixə aid 1177 və 1178 №-li qiymətləndirmə aktlarından müəyyən olunur ki, “BMW 328” markalı, **-YP-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 3.320 manat, “BMW 328” markalı, **-YP-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan isə 5.360 manat olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “Bakı şəhər Narkoloji Mərkəz” in 608 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2014cü il tarixindən “Kannabinoidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının 1/1023 saylı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixiatriya Xəstəxanası” X13 daxil olmuş 3140 saylı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adı qeyd olunan xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıqlarına dair çıxarışlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMCdən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-5514/24 saylı məktuba əlavə edilmiş 01 ədəd üzərində BKC/LGL-5514-24 yazılmış CD diskdə 04 ədəd faylın olduğu müəyyən edilmişdir, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil GSM nömrəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aparılmış danışıqlar, sms mətnləri və əhatə dairəsi barədə, 2 ədəd SMS tarixçəsi, zənglərin detallaşması və məxsusluq tarixçələri əks olunmuşdur. Həmin fayllara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil GSM nömrəsi ilə müxtəlif nömrələr arasında çoxsaylı zəngləşmə və mesajlaşmalar olmuşdur. Mesajların bir hissəsi şəxsi və ya texniki məlumat xarakterlidir. Bundan başqa, ***-***-**-** saylı mobil GSM nömrəsinə daxil olmuş iş üzrə əhəmiyyətli aşağıdakı məzmunda mesajlaşmalar aşkar edilmişdir: xx.xx.2023-cü il tarixdə saat 20:15:16-da +**********18 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********33 saylı nömrəyə “SEVGİLİMMMM..... alisi hell elede qiz gozdeyir. Alinmirsa qaytarim pulunu”; xx-xx-2023-cü il tarixdə saat 23:10:24-də +**********00 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********33 saylı nömrəyə “Brat mene cvb verde gozduyum seni bugun pul olmur qoymamiwam lomkaciliqdi saba narhat olma vericem hecoma 1 gile ver vezyetden cixim”; xx-xx-2023-cü il tarixdə saat 23:31:30-da +**********89 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********33 saylı nömrəyə “Mene duene drn liri vereceydin olurem men lomkadan xebein var ata bide dunen ki dasdari secey berz cekmrye sey olsun”; xx-xx-2023-cü il tarixdə saat 16:02:38-də +**********51 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********33 saylı nömrəyə “Qaqa tez 6 qram ot catir mene teli ac”; xx-xx-2023-cü il tarixdə saat 19:37:54-də +**********89 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********33 saylı nömrəyə “Daniwdim dede deyir sabah yadima sal surxayda otaqdadi deyim versin gel gotur indi sende gel qardasivi sevindir dermani 3 dene ele sen cani 150 diye catmir.bide bidamci daw sabah telfonuvu qardasin giturub verecey insalah”; xx-xx-2023-cü il tarixdə saat 02:17:59-da +**********67 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********33 saylı nömrəyə “Yeti buda qatqilidi Allahakqi dedim yeni bil o bunu mene getirib verene sozunu deyersen” və s tipli mesajlar gəlmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 3-13-53/2- 24747/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Yol Patrul xidməti naryadlarının Post-cədvəlindən müəyyən olunur ki, xx.xx.2023cü il tarixdə Yasamal rayon DYPŞ-nə təhkim olunmuş ** YP *** dövlət qeydiyyat nömrə nişanlı patrul avtomaşınında polis baş serjantı Şahid1 və polis serjantı Zərərçəkmiş şəxs xidmət aparmış, eyni zamanda ** YP *** dövlət qeydiyyat nömrə nişanlı patrul avtomaşınında polis serjantı Şahid2, polis baş serjantı X6 xidmət aparmışdır. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3, 186.2.2, 234.4.2, 240.1 və 315-ci maddələri ilə yenidən ittiham elan edilmiş, onun narkotik vasitəni kimlərdən, hansı aptekdən və necə əldə etməsini, narkotik vasitələri satdığı şəxslərin dairəsini, telefon danışıqlarında aşkar olunmuş şəxslərin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə aşkar edilmiş 9 ədəd, 3 ədəd sellofan torbada, 6 ədəd isə sellofan bükümlərdə olan ayırı-ayrılıqda təmiz çəkiləri 88, 0 qram, 68,0 qram, 103,0 qram, 10,12 qram, 3,85 qram, 1, 82 qram, 4, 87 qram, 4, 05 qram və 0, 39 qram olmaqla ümumi çəkisi 284,1 qram və bundan başqa həmin çantada 1 ədəd ağ rəngli plastik qabın içərisində olan 7 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 54 qram, 0, 64 qram, 0,70 qram 0,31 qram, 0,50 qram, 0, 82 qram və 0,33 qram olmaqla kustar üsulla hazırlanmış ümumi çəkisi 3,84 olmaqla, cəmi çəkiləri 287,94 qram qurudulmuş marixuana, həmçinin, “Alyse 150mq preqabalin” markalanma göstəricisi olan konvalyutdaki 6 ədəd 0,9 qram ağ rəgli kapsul preqabalinin olan güclü təsiredici maddə və 1 ədəd bükümdə 1(bir) ədəd yaşıl rəngli dörkünc formalı həb-kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) təsiredici 0,15 qram miqdarda psixotrop maddə, elektron tərəzi və narkotik çəkmək üçün istifadə edilən metal qabın maddi sübut kimi tanınmaqla saxlanılması üçün Yasamal RPİnin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, cinayət işi üzrə aparılmış istintaq zamanı istintaq və əməliyyat yolu ilə Təqsirləndirilən şəxs üzərində olmuş narkotik, psixotrop və güclü təsir edən vasitələr hansı mənbədən əldə etməsini, narkotik vasitələri satdığı şəxslərin dairəsini, telefon danışıqlarında aşkar olunmuş şəxsləri müəyyən etmək mümkün olmadığından yeni cinayət işi ayrılmış və ibtidai istintaqı davam etdirilməsi üçün Bakı şəhər Yasamal RPİ-nə göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən verilmiş tələbnaməsindən, cinayət işinə əlavə edilmiş hökm və qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2014-cü il tarixli Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hökmü ilə 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona 02 il 02 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, sonra Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 11 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-649/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 ay 13 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinin tələblərinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətin residivini yaratmır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xasiyyətnaməsindən müəyyən olunur ki, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, əvvəllər məhkum olunmuşdur, işləməyən, orta təhsillidir, subaydır, uşağı yoxdur, Bakı şəhəri Nəsimi rayonu R.Məmmədov küçəsi, ev 13, mənzil 26da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Saray qəsəbəsində fərdi tikilidə yaşamışdır. Nəsimi rayonu 33 saylı MKİS tərəfindən müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı qərarının 14-cü bəndinə əsasən CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən qeyd olunan cinayətlərin yenidən törədilməsi təkrarlıq əlamətini yaratmır. Təkrarlıq əlamətinin təfsiri zamanı CM-in 16-cı maddəsinin qeyd olunan müddəaları ilə yanaşı, o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli Qərarına əsasən CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, ikinci əməl təkrarlıq yarada bilməz. Şəxsin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Lakin şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin MSY-nə təhvil verilmə vaxtını, təhvil verilən zaman xəsarət alıb-almamasının dəqiqləşdirilməsi məqsədilə sorğu verilmiş, Bakı şəhəri Yasamal RPİ-nin 53/2-3767 nömrəli xx.xx.2025-ci il tarixli qeyd olunan sorğuya cavab məktubundan və ona əlavə edilmiş “MSY-də saxlanılanların uçotu kitabı”-nın surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri Yasamal RPİ-nin MSY-də saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə ərizə və şikayəti daxil olmamışdır və onun barəsində xx.xx.2023-cü il tarixdə saat 00:50-də tutulma haqqında qərar çıxarılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı onun bədənində olan xəsarətlərin polis əməkdaşları tərəfindən törədilməsi barədə ifadəsi yuxarıda qeyd olunanlar və əlavə olaraq ibtidai istintaq zamanı tərtib olunmuş xx.xx.2023cü il tarixli akt, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs və şahid X9 arasında keçirilmiş “üzləşdirmə haqqında” protokolu və “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə təkzib edilərək həmin ifadəsi həqiqəti əks etdirmir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3, 186.2.2, 234.4.2, 240.1 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzərinə və avtomobilinə baxış və götürmə protokolları, avtomobilindən aşkar edilmiş bükümlər halında olan narkotik vasitə, psixotrop maddə, güclü təsir edən vasitələr və elektron tərəzi, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolu, 1177 və 1178 №-li qiymətləndirmə aktları, cinayət işinin rədd edilməsi haqqında qərar, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. T əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünə qarşı ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla əmlakı qəsdən zədələməsi, təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satması və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona zor tətbiq etməsi əməllər məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu ( Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini azadlığının polis əməkdaşları tərəfindən məhdudlaşdırıldığı andan, yəni 13 oktaybr 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Yasamal RPİ -nin maddi sübutları saxlama kamerasında saxlanılan maddi sübutlar – tədqiqata sərf olunmuş qalıq qalmış– 287,62 qram narkotik vasitə-qurudulmuş marixuana, qalıq qalmış 5 kapsul preqabalin, qalıq qalmış MDMA tərkibli 0,408qr həb, elektron tərəzi və metal qab tərəzi məhv edilməlidir Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Cinayət nəticəsində Yasamal RPİ-nin DYPŞ-nin “**-YP-***” patrul avtomobilinə 5,360.00 AZN, “**-YP-***” patrul avtomobilinə isə 3,320.00 AZN olmaqla ümumilikdə 8,680.00AZN maddi zərər Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə ekspertiza xərcləri olan 186,00 (yüz səksən altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3, 186.2.2, 234.4.2, 240.1 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 127.2.1 və 127.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə, Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə 05 (beş) il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə, Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə 02 (iki) il müddətinə və Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 oktaybr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ -nin maddi sübutları saxlama kamerasında saxlanılan maddi sübutlar – tədqiqata sərf olunmuş qalıq qalmış– 287,62 qram narkotik vasitə-qurudulmuş marixuana, qalıq qalmış 5 kapsul preqabalin, qalıq qalmış MDMA tərkibli 0,408qr həb, elektron tərəzi və metal qab tərəzi məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-268/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-268/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver