Məhkəmə qərarları › İş №1(101)-269/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-269/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-269/2021 09.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxsin hüquqi varisi: X5 Zərərçəkmiş şəxsin hüquqi varisi: X1 Müdafiəçiər: Müdafiəçi2, Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Şuşa rayonu Malıbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şuşa rayonu Malıbəyli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli qəsəbəsi, bina 106, mənzil 2-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7 və 245-ci maddələri ilə, xx xxxx 1992-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X16, ev 114 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7 və 245-ci maddələri ilə, ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, 2020-ci ilin yanvar ayından etibarən arvadı Zərərçəkmiş şəxs2 ilə həmkəndlisi və qonşusu olmuş Zərərçəkmiş şəxs1 arasında intim münasibətlərin olması barədə yaşadıqları ərazi üzrə şəxsiyyətləri istintaqla müəyyən edilməyən şəxslərdən eşidib, həqiqəti bilmək adı ilə arvadı Zərərçəkmiş şəxs2 yaşadıqları ünvan 3-də təklikdə söhbət edərkən, sonuncu Zərərçəkmiş şəxs1la əvvəllər danışdıqlarını amma, hazırda onunla heç bir münasibətinin olmadığını bildirdikdən sonra artıq intim münasibətlər barədə danışılanların həqiqətən də baş verdiyi qənaətinə gəlib, qısqanclıq zəminində özünə qarşı edilmiş xəyanəti qanunazidd yolla, yəni arvadı Zərərçəkmiş şəxs2 və qonşusu Zərərçəkmiş şəxs1 öldürməklə, təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək məqsədilə onlardan qisas almaq qərarına gəlib, xx xxxx 2020-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs2 bu niyyətini bildirmiş, qardaşı Təqsirləndirilən şəxs2 ona hər iki şəxsin qətlə yetirilməsində razılığını ifadə etmiş və öz aralarında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gələrək, bunu arzu etməklə özlərində cinayət törətmək qətiyyətini yaradıb, törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə qətl hadisəsinin yeri, vaxtı, üsulu və hadisənin kimsəsiz, boş sahədə törədilməsi ilə bağlı plan qurmaqla Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib ümumi cinayətkar niyyətə uyğun olaraq xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs1 istifadəsində olan 070 3Ç7.-00- 01 mobil telefon nömrəsinə özünün işlətdiyi 070 ***-**-** mobil telefon nömrəsindən dəfələrlə zəng edərək, SMS yazaraq Zərərçəkmiş şəxs1 narkotik vasitələrin aludəçisi olmasını əvvəldən bildiyi üçün sonuncuya özündə narkotik vasitə olduğunu, gəlib götürməsini deyib görüş yeri kimi qrupun üzvü ilə əvvəlcədən sakitliyinə, heç kimin olmadığına görə seçdikləri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolunun kənarında yerləşən, daş bazarı kimi tanınan yerdə görüş təyin etməklə Zərərçəkmiş şəxs1la bu barədə razılaşmış, Təqsirləndirilən şəxs2lə birlikdə xx xxxx 2020-ci il tarixdə, gecə saat 23 radələrində sonuncuya məxsus «Daewo Nexia» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Maştağa qəsəbəsi istiqamətində Zabrat-Maştağa yolunun sağ kənarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin balansında olan kanalizasiya sularının axıdıldığı boş torpaq və gölməçə yaxınlığına gəlib orada gözləməklə Zərərçəkmiş şəxs1 həmin yerə dəvət etmiş, sonuncu həmin yerə xx xxxx 2020-ci il tarixdə saat 23 radələrindən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrinədək olan müddətdə *8777 nömrəsindən sifariş etdiyi “Xan taksi” nişanlı “Mercedes Benz 190” markalı, ** BD *** dövlət nömrə nişanlı taksi ilə Zabrat dairəsi istiqamətdə gəlib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Texniki müayinə mərkəzinin inzibati binasının qarşısında taksidən d'"şüb, yolun əks tərəfində yerləşən “LukOil” yanacaqdoldurma məntəqəsinin arxa hissəsinə keçməklə razılaşdırılmış boş sahəyə gəlib Təqsirləndirilən şəxs2 məxsus avtomobildə ön sərnişin oturacağında əyləşdikdən sonra, qardaşı Təqsirləndirilən şəxs2 köməklik göstərib buna şərait yaratması nəticəsində əvvəlcədən özü ilə götürərək üzərində saxladığı ümumi uzunluğu 215 mm olan soyuq silah hesab olunmayan cib bıçağı ilə cinayətkar niyyətlərinə uyğun olaraq aşkar surətdə xüsusi ağrılar yetirdiyini, əzab və işgəncə verdiyini dərk etməklə xüsusilə qəddarlıq və rəhmsizlik göstərməklə Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün əhəmiyyətli olan bədənin xüsusilə ürək nahiyyəsi istiqamətində ümumilikdə 43 ədəd, o cümlədən döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə, sol döşyanı xətt arasında ( İİİ qabırğaarası sahədə 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında İV qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında V qabırğaarası sahədə 4 ədəd, döş qəfəsinin sol yarısının ön səthində körpücükaltı xətlə sol döşyanı xətt arasında Vİ qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında Vİ-Vİİ qabırğaarası sahədə 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə orta körpücük xətti arasında, Vİİİ qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində orta körpücük xətti üzrə V qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində orta körpücük xətti üzrə Vİ qabırğaarası sahədə olan 1 ədəd daxilə nüfuz edən, həyati olmaqla ölümlə birbaşa səbəbli əlaqəli deşilmiş-kəsilmiş yaralan ( əmi 15 ədəd) ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə, sol döşyanı xətt arasında İİİ qabırğaarası sahədə 2 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında İV qabırğaarası sahədə 2 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında V qabırğaarası sahədə 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində körpücükaltı xətlə sol döşyanı xətt arasında Vİ qabırğaarası sahədə 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında Vİ- Vİİ qabırğaarası sahədə olan 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə orta körpücük xətti arasında, Vİİİ qabırğaarası sahədə olan 1 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində orta körpücük xətti ilə sağ döşyani’xətt arasında İV qabırğaarası sahədə 3 ədəd deşilmiş-kəsilmiş yaraları, sol qulaq seyvanının ön səthində lədəd qansızmalı yara, boyunun ön səthində 2 ədəd, sol əlin İ, İİ və İİİ barmaqlarında 3 ədəd kəsilmiş yaralar (cəmi 23 ədəd) ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid, alm-təpə nahiyəsinin 1 ədəd, sol saidin 1 ədəd, sağ baldırın 1 ədəd, sağ iç topuq nahiyəsinin 1 ədəd sıyrıqları, sol baldırın 1 ədəd qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək qabaqcadan əlbir olduğu qardaşı Təqsirləndirilən şəxs2 birgə iştirakları ilə Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs1 öldüyündən əmin olduqdan sonra Təqsirləndirilən şəxs2lə birlikdə onun meyitini avtomobilin ön sərnişin oturacağından düşürüb sürüyərək yaxınlıqda olan kiçik çuxura atıb hər ikisinin niyyəti ilə əhatə olunmaqla törətmiş olduqları əməlin ictimai təhlükəliliyini daha da artıraraq, mərhumun əynində olan şalvarını aşağı çəkib əvvəlcədən özü ilə götürərək üzərində saxladığı soyuq silah hesab edilməyən kəsici əşya olan rezak tiyəsi ilə Zərərçəkmiş şəxs1 xarici cinsiyyət orqanının penis hisəsini kökündən kəsərək sonuncunun ağız boşluğuna yerləşdirməklə meyit üzərində təhqiredici hərəkət etdikdən sonra, əvvəlcədən düşünülməklə arzu edilən nəticəni sonlandırmaq məqsədilə hərəkətlərini davam etdirərək ikinci şəxsi, yəni arvadı Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olduğu qardaşı Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında qəsdən öldürmək məqsədi ilə sonuncuya məxsus «Daewo Nexia» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2lə birlikdə həmin tarixdə saat 02:45-də öz yaşadığı ünvan 2 ünvanına gələrək, Təqsirləndirilən şəxs2 evə girmədən avtomobildə gözləməklə, özü isə yaşadığı mənzilə daxil olaraq orada Zərərçəkmiş şəxs1 öldürdüyünü və ona xəyanət etməsindən məlumatlı olduğunu arvadı Zərərçəkmiş şəxs2 bildirib, guya sonuncunu qayınanası X5 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X16nə aparacağını deyərək avtomobilə doğru aparmağa cəhd edərkən Zərərçəkmiş şəxs2 yerə yıxılaraq ona müqavimət göstərməklə əlindən çıxıb yaşadıqları evdən qaçmaqla qonşu Şahid1 qızının yaşadığı 6 saylı mənzilə girib sığınmağa çalışsa da, artıq səsə ətrafdan qonşuların yığıldığını və arvadının da getmək istəmədiyini görüb şüurlu surətdə güdmüş olduğu məqsədə, yəni^arzu olunan nəticəyə nail olmaq üçün onları aldadaraq guya Zərərçəkmiş şəxs2 heç nə etməyəcəyini, aparıb sonuncunu anası evində qoyacağını bildirib inandırdıqdan sonra, Zərərçəkmiş şəxs2 saat təxminən 04:30-da binanın həyətində gözləyən qardaşı Təqsirləndirilən şəxs2 məxsus avtomobilin arxa oturacağına əyləşdirərək özü isə onu yanında oturmaqla öz cinayətkar niyyətlərini həyata keçirmək və məqsədlərinə nail olmaq üçün qardaşı Təqsirləndirilən şəxs2 avtomobili idarə edib əvvəlcədən planlaşdırılmış cinayətin törədiləcəyi heç kimin olmadığı, sakit bir yerə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağlarında yerləşən “xxxx” MMC-yə məxsus daş karxanasının ərazisinə sürüb, orada qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs2nm müqavimətini qırmaqla avtomobildən endirərək, Təqsirləndirilən şəxs2lə ümumi cinayətkar niyyətə uyğun olaraq əvvəlcədən:ozü ilə götürüb üzərində saxladığı, Zərərçəkmiş şəxs1 xəsarətlər yetirdiyi eyni cib bıçağı ilə aşkar surətdə xüsusi ağrılar yetirdiklərini, əzab və işgəncə verdiklərini dərk etməklə xüsusilə qəddarlıq və rəhmsizlik göstərməklə və yalvarışlarına məhəl qoymadan Zərərçəkmiş şəxs2nm həyatı və sağlamlığı üçün əhəmiyyətli olan bədənin xüsusilə döş qəfəsi nahiyələrinə ümumilikdə 37 ədəd, o cümlədən-ürək kisəsinin (perikardm) və ürəyin sol mədəcik əzələsinin zədələnmələri və kəskin qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən 1 ədəd, sağ ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən 1 ədəd, sol ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən 1 ədəd, ğ ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan sağ süd vəzisinin aşağı iç kvadratının döş boşluğuna nüfuz edən 1 ədəd, sağ ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan sağ süd vəzisinin aşağı bayır kvadratının döş boşluğuna nüfuz edən 1 ədəd, cəmi 5 ədəd deşilmiş-kəsilmiş yaraları həyati və ölümlə birbaşa səbəbli əlaqəli olmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, boyunun ön səthinin orta xətdən sağda 1 ədəd, boyunun ön səthinin orta xətdən solda 1 ədəd, sağ bazunun 1 ədəd kəsilmiş yaralan, döş qəfəsinin ön səthinin orta üçdə birinin 1 ədəd, döş qəfəsinin ön səthinin aşağı, viçdə birinin 2 ədəd, sağ süd vəzisi üzərində 1 ədəd, sol süd vəzisinin yuxarı bayır kvadratında 1 ədəd, sağ qabırğaaltı nahiyədə 2 ədəd, sol qabırğaaltı nahiyədə 2 ədəd, qarının ön divarının orta üçdə birində-göbəkdən sağda 2 ədəd, qarının ön divarının orta üçdə birində-göbəkdən solda 1 ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının 1 ədəd, döş qəfəsinin sağ yan səthinin aşağı üçdə birində 2 ədəd, cəmi 18 ədəd daxilə nüfuz etməyən kəsilmiş və deşilmiş-kəsilmiş yaraları həyati və ölümlə səbəbli əlaqəli olan canlı şəxslərdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmanm əlamətlərinə, lakin ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid, alt dodağın selikli qişasının qansızması 1 ədəd, çənəaltı nahiyənin 1 ədəd, alt çənənin 1 ədəd, sol çiyinin ön səthinin 1 ədəd, sağ bazunun orta üçdə birinin arxa səthinin 1 ədəd, sol bazunun yuxarı üçdə birinin arxa səthinin 2 ədəd, sol dirsəyin 1 ədəd, sol kürək nahiyəsinin 1 ədəd qançıları, sağ dirsək nahiyəsinin 1 ədəd, sağ saidin aşağı üçdə birinin arxa səthinin 1 ədəd, sol dizin iç səthinin 2 ədəd, sağ baldırın orta üçdə birinin ön səthinin 1 ədəd, cəmi 14 ədəd sıyrıqları istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə ölümlə səbəbli əlaqəsi olmayan sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, xüsusi amansızlıqla iki nəfər şəxsi, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum efmiş, sonuncunun meyiti üzərində təhqiredici hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 2020-ci ilin yanvar ayından etibarən arvadı Zərərçəkmiş şəxs2 ilə həmkəndlisi və qonşusu olmuş Zərərçəkmiş şəxs1 arasında intim münasibətlərin olması barədə yaşadıqları ərazi üzrə şəxsiyyətləri istintaqla müəyyən edilməyən şəxslərdən eşidib, həqiqəti bilmək adı ilə arvadı Zərərçəkmiş şəxs2 yaşadıqları ünvan 3-də təklikdə söhbət edərək, Zərərçəkmiş şəxs2nm Zərərçəkmiş şəxs1la əvvəllər danışdıqlarını amma, hazırda heç bir münasibətinin olmadığını qardaşı Təqsirləndirilən şəxs1 bildirdikdən sonra, sonuncu artıq intim münasibətlər barədə danışılanların həqiqətən də baş verdiyi qənaətinə gəlib, qısqanclıq zəminində özünə qarşı edilmiş xəyanəti qanunazidd yolla, yəni arvadı Zərərçəkmiş şəxs2 və qonşusu Zərərçəkmiş şəxs1 öldürməklə, təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək məqsədilə, onlardan qisas almaq qərarına gəldiyini xx xxxx 2020-ci il tarixdə ona danışmış, Təqsirləndirilən şəxs1 danışığından sonra hər iki şəxsin qətlə yetirilməsində qardaşı ilə razı olduğunu bildirmiş və öz aralarında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gələrək, bunu arzu etməklə özlərində cinayət törətmək qətiyyətini yaradıb, törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə qətl hadisəsinin yeri, vaxtı, üsulu və hadisənin kimsəsiz, boş sahədə törədilməsi ilə bağlı plan qurmaqla Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib ümumi cinayətkar niyyətə uyğun olaraq xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 istifadəsində olan 070 ***-**-** mobil telefon nömrəsinə işlətdiyi 070 ***-**-** mobil telefon nömrəsindən zəng edərək, SMS yazaraq Zərərçəkmiş şəxs1 narkotik vasitələrin aludəçisi olmasını əvvəldən bildiyi üçün sonuncuya özündə narkotik vasitə olduğunu, gəlib götürməsini deyib, bu yolla Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 görüş yeri kimi qrupun üzvü ilə əvvəlcədən sakitliyinə, heç kimin olmadığına görə seçdikləri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolunun kənarında yerləşən, daş bazarı kimi tanınan yerdə görüşməyə Zərərçəkmiş şəxs1 razı salmış, Təqsirləndirilən şəxs1lə birlikdə xx xxxx 2020ci il tarixdə, gecə saat 23 radələrində özünə məxsus «Daewo Nexia» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Maştağa qəsəbəsi istiqamətində Zabrat-Maştağa yolunun sağ kənarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin balansında olan kanalizasiya sularının axıdıldığı boş torpaq və gölməçə yaxınlığına gəlib orada gözləməklə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 həmin yerə dəvət etmiş, sonuncu həmin yerə xx xxxx 2020-ci il tarixdə saat 23 radələrindən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrinədək olan müddətdə *8777 nömrəsindən sifariş etdiyi “Xan taksi” nişanlı “Mercedes Benz 190” markalı, ** BD *** dövlət nömrə nişanlı taksi ilə Zabrat dairəsi istiqamətdə gəlib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Texniki müayinə mərkəzinin inzibati binasının qarşısında taksidən düşüb, yolun əks tərəfində yerləşən “LukOil” yanacaqdoldurma məntəqəsinin arxa hissəsinə keçməklə razılaşdırılmış boş sahəyə gəlib «Daewo Nexia» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön sərnişin oturacağında əyləşdikdən sonra, qardaşı Təqsirləndirilən şəxs1 köməklik göstərib buna şərait yaratmaqla sonuncu əvvəlcədən özü ilə götürərək üzərində saxladığı ümumi uzunluğu 215 mm olan soyuq silah hesab olunmayan cib bıçağı ilə cinayətkar niyyətlərinə uyğun olaraq aşkar surətdə xüsusi ağrılar yetirdiyini, əzab və işgəncə verdiyini dərk etməklə xüsusilə qəddarlıq və rəhmsizlik göstərməklə Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün əhəmiyyətli olan bədənin xüsusilə ürək nahiyyəsi istiqamətində ümumilikdə 43 ədəd, o cümlədən döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə, sol döşyanı xətt arasında İİİ qabırğaarası sahədə 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyan xətt arasında İV qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında V qabırğaarası sahədə 4 ədəd, döş qəfəsinin sol yarısının ön səthində körpücükaltı xətlə sol döşyanı xətt arasında Vİ qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında Vİ-Vİİ qabırğaarası sahədə 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə orta körpücük xətti arasında, Vİİİ qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində orta körpücük xətti üzrə V qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində orta körpücük xətti üzrə Vİ qabırğaarası sahədə olan 1 ədəd daxilə nüfuz edən, həyati olmaqla ölümlə birbaşa səbəbli əlaqəli deşilmiş-kəsilmiş yaraları (cəmi 15 ədəd) ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə, sol döşyanı xətt arasında İİİ qabırğaarası sahədə 2 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında İV qabırğaarası sahədə 2 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında V qabırğaarası sahədə 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində körpücükaltı xətlə sol döşyanı xətt arasında Vİ qabırğaarası sahədə 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında Vİ-Vİİ qabırğaarası sahədə olan 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə orta körpücük xətti arasında, Vİİİ qabırğaarası sahədə olan 1 ədəd,Jdöş qəfəsinin sağ yarısının ön səthində orta körpücük xətti ilə sağ döşyanı xətt arasında İV qabırğaarası sahədə 3 ədəd deşilmiş-kəsilmiş yaraları, sol qulaq seyvanının ön səthində lədəd qansızmalı yara, boyunun ön səthində 2 ədəd, sol əlin İ, İİ və İİİ barmaqlarında 3 ədəd kəsilmiş yaralar (cəmi 23 ədəd) ümumilikdə və hər biri ayrı- ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid, alm-təpə nahiyəsinin 1 ədəd, sol saidin 1 ədəd, sağ baldırın 1 ədəd, sağ iç topuq nahiyəsinin 1 ədəd sıyrıqları, sol baldırın 1 ədəd qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək qabaqcadan əlbir olduğu qardaşı Təqsirləndirilən şəxs1 birgə iştirakları ilə Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs1 öldüyündən əmin olduqdan sonra Təqsirləndirilən şəxs1lə birikdə onun meyitini avtomobilin ön sərnişin oturacağından düşürüb sürüyərək yaxınlıqda olan kiçik çuxura atıb hər ikisinin niyyəti ilə əhatə olunmaqla törətmiş olduqları əməlin ictimai təhlükəliliyini daha da artıraraq, Təqsirləndirilən şəxs1 mərhumun əynində olan şalvarını aşağı çəkib əvvəlcədən özü ilə götürərək üzərində saxladığı soyuq silah hesab edilməyən kəsici əşya olan rezak tiyəsi ilə Zərərçəkmiş şəxs1 xarici cinsiyyət orqanının penis hisəsini kökündən kəsərək sonuncunun ağız boşluğuna yerləşdirməklə meyit üzərində təhqiredici hərəkət etdikdən sonra, əvvəlcədən düşünülməklə arzu edilən nəticəni sonlandırmaq məqsədilə hərəkətlərini davam etdirərək ikinci şəxsi, yəni Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olduğu qardaşı Təqsirləndirilən şəxs1lə bir qrup şəxs halında qəsdən öldürmək məqsədi ilə özünə məxsus «Daewo Nexia» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Änar Hacıyevlə birlikdə həmin tarixdə saat 02:45-də sonuncunun yaşadığı ünvan 3 ünvanına gələrək, evə girmədən avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 isə yaşadığı mənzilə daxil olaraq orada Zərərçəkmiş şəxs1 öldürdüyünü və ona xəyanət etməsindən məlumatlı olduğunu arvadı Zərərçəkmiş şəxs2 bildirib, guya sonuncunu qayınanası X5 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X16nə aparacağını deyərək avtomobilə doğru aparmağa cəhd edərkən Zərərçəkmiş şəxs2 yerə yıxılaraq qardaşına müqavimət göstərməklə əlindən çıxıb sonuncuların yaşadıqları evdən qaçmaqla qonşu Şahid1 qızının yaşadığı 6 saylı mənzilə girib sığınmağa çalışsa da, artıq səsə ətrafdan qonşuların yığıldığını və Zərərçəkmiş şəxs2nm da getmək istəmədiyini Təqsirləndirilən şəxs1 görüb şüurlu surətdə güdmüş olduğu məqsədə, yəni arzu olunan nəticəyə nail olmaq üçün orada olanları aldadaraq guya Zərərçəkmiş şəxs2 heç nə etməyəcəyini, aparıb sonuncunu anası evində qoyacağını bildirib inandırdıqdan sonra, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 saat təxminən 04:30-da binanın həyətində saxladığı avtomobilin arxa oturacağına əyləşdirib qardaşı Zərərçəkmiş şəxs2nm yanında oturmaqla, özü isə avtomobili idarə etməklə cinayətkar niyyətlərini həyata keçirmək və məqsədlərinə nail olmaq üçün əvvəlcədən planlaşdırılmış cinayətin törədiləcəyi heç kimin olmadığı, sakit bir yerə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağlarında yerləşən “xxxx” MMC-yə məxsus daş karxanasının ərazisinə sürüb, orada qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs2nm müqavimətini qırmaqla avtomobildən endirərək, Təqsirləndirilən şəxs1lə ümumi cinayətkar niyyətə uyğun olaraq sonuncu əvvəlcədən götürüb üzərində saxladığı, Zərərçəkmiş şəxs1 xəsarətlər yetirdiyi eyni cib bıçağı ilə aşkar surətdə xüsusi ağrılar yetirdiklərini, əzab və işgəncə verdiklərini dərk etməklə xüsusilə qəddarlıq və rəhmsizlik göstərməklə və yalvarışlarına məhəl qoymadan Zərərçəkmiş şəxs2nm həyatı və sağlamlığı üçün əhəmiyyətli olan bədənin xüsusilə döş qəfəsi nahiyələrinə ümumilikdə 37 ədəd, o cümlədən-ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnmələri və kəskin qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən 1 ədəd, sağ ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən 1 ədəd, sol ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən 1 ədəd, sağ ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan sağ süd vəzisinin aşağı iç kvadratının döş boşluğuna nüfuz edən 1 ədəd, sağ ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan sağ süd vəzisinin aşağı bayır kvadratının döş boşluğuna nüfuz edən 1 ədəd, cəmi 5 ədəd deşilmiş-kəsilmiş yaraları həyati və ölümlə birbaşa səbəbli əlaqəli olmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, boyunun ön səthinin orta xətdən sağda 1 ədəd, boyunun ön səthinin orta xətdən solda 1 ədəd, sağ bazunun 1 ədəd kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin orta üçdə birinin 1 ədəd, döş qəfəsinin ön səthinin aşağı üçdə birinin 2 ədəd, sağ süd vəzisi üzərində 1 ədəd, sol süd vəzisinin yuxarı bayır kvadratında 1 ədəcg sağ qabırğaaltı nahiyədə 2 ədəd, sol qabırğaaltı nahiyədə 2 ədəd, qarının ön divarının orta üçdə birində-göbəkdən sağda 2 ədəd, qarının ön divarının orta üçdə birindəgöbəkdən solda 1 ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının 1 ədəd, döş qəfəsinin sağ yan səthinin aşağı üçdə birində 2 ədəd, cəmi 18 ədəd daxilə nüfuz etməyən kəsilmiş və deşilmişkəsilmiş yaraları həyati və ölümlə səbəbli əlaqəli olan canlı şəxslərdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmanın əlamətlərinə, lakin ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid, alt dodağın selikli qişasının qansızması 1 ədəd, çənəaltı nahiyənin 1 ədəd, alt çənənin 1 ədəd, sol çiyinin ön səthinin 1 ədəd, sağ bazunur ərta üçdə birinin arxa səthinin 1 ədəd, sol bazunun yuxarı üçdə birinin arxa səthinin 2 ədəd, sol dirsəyin 1 ədəd, sol kürək nahiyəsinin 1 ədəd qançıları, sağ dirsək nahiyəsinin 1 ədəd, sağ saidin aşağı üçdə birinin arxa səthinin 1 ədəd, sol dizin iç səthinin 2 ədəd, sağ baldırın orta üçdə birinin ön səthinin 1 ədəd, cəmi 14 ədəd sıyrıqları istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə ölümlə səbəbli əlaqəsi olmayan sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, xüsusi amansızlıqla iki nəfər şəxsi, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etmiş, sonuncunun meyiti üzərində təhqiredici hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o ünvan 3 ünvanında 2008-ci ildə ailə həyatı qurmuş arvadı Zərnişan və 3 övladıyla birlikdə 4 il idi yaşayırdı. Özü və qardaşları Kazım və Sakit birlikdə özlərinə məxsus yük avtomobilləri ilə tikintidə istifadə olunan daşların satışı ilə məşğul olurdular. Arvadı Zərnişan evdar qadın idi və əvvəllər onunla münasibətləri çox yaxşı olub. Hadisədən bir müddət əvvəl arvadı ona xəyanət etdiyindən şübhələnməyə başladı. 2020-ci ilin yanvar ayının əvvəllərində Zərnişanın xəyanət etməsi barədə olan şübhələrinə son qoymaq üçün məsələnin əslini öyrənmək barədə fikrini dəqiqləşdirdi, Zərnişanla ona xəyanət edib etməməsi barədə soruşanda o, Zərərçəkmiş şəxs1la təxminən 1 ildir ona xəyanət etdiyini, onunla görüşdüyünü etiraf etdi. Natiq qonşuluqda yaşayırdı və Məhluqə adlı qadınla qeyri-rəsmi ər-arvad münasibətləri var idi. O Natiqi də, Zərnişanı da öldürmək qərarına gəlmişdi. Zərnişana özün-özünə qəsd eləməsə onu öldürəcəyini desədə, o özünü öldürmədi. Natiqi öldürmək üçün uyğun vaxtı gözləyirdi ki, heç nədən şübhələnməsin. Özü və Natiq narkotik vasitə istifadəçisi olduğundan martın 5-i 2020-ci il tarixdə, təxminən saat 20 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində olan zaman Natiqi narkotik bəhanəsi ilə görüşə çağırıb öldürmək qərarına gəldi. Natiqə zəng vuraraq guya onda narkotik olduğunu, bir yerdə qəbul etməsi üçün Natiqə dedi və o da razılaşdı. Nardaran bağları deyilən ərazidən narkotik vasitə olan “kokos” tapdı ki, Natiq onda narkotik olmadığını görüb şübhələnməsin. Həmin gün təxminən saat 22 radələrində qardaşı Sakitdən işi olduğu üçün maşın lazım olduğunu deyib ona məxsus “Daewo Nexia” markalı avtomobili istədi. Natiqi öldürən zaman istifadə etməyi düşündüyü əvvəllər də üzərində gəzdirdiyi bıçağı götürdü. Zabrat-Maştağa yolunun kənarında yerləşən daş bazarında olanda “rezak” tiyəsi də tapdı, onu da Natiqi öldürən zaman istifadə etmək fikri var idi. 06 mart tarixində gecə saat təxminən saat 01 radələrinə kimi bir neçə dəfə Natiqlə görüşdü. O qardaşına məxsus “Daewo Nexia” markalı avtomobildə sükan arxasında oturmuşdu. Natiq tək gəlmişdi və avtomobilin yan qapısını açıb ön sərnişin oturacaqda oturdu. Natiq narkotik vasitəni götürdü və avtomobildən düşmək istədikdə bıçaqla Natiqin sinə nahiyəsinə bir neçə zərbə vurdu. Daha sonra Natiqin üzərinə çıxdı və ona sinə-qarın-boğaz nahiyələrinə zərbələr vurmağa davam etdi. Natiqi öldürdükdən sonra Natiqin meyitini avtomobildən düşürdü və əynində olan şalvarı çıxarıb avtomobildə olan “rezak” tiyəsini götürüb Natiqin cinsiyyət orqanını kəsib ağız boşluğuna yerləşdirdi. Bıçaq qana bulaşdığına görə onu silib şalvarının cibinə qoydu. Natiqin meyitini sürüyərək kolluğa atdı, “rezak” tiyəsini də Natiqin meyitinin yaxınlığına atdı. Daha sonra maşını birtəhər “daş bazarı” adlanan əraziyə sürdü və qardaşı Sakitə zəng vurub onunla işi olduğunu bildirdi. Sakit gələndə ona dedi ki, arvadını və uşaqları qaynanası gilə aparacaq. Qardaşı ilə birlikdə avtomobilə oturub yaşadığı evə getdilər. O Sakitə maşında oturmağını dedi. O evə qalxdı, Zərnişana Natiqi öldürdüyünü deyəndə, Zərnişan başa düşdü ki, onu da öldürəcək. Zərnişana özünü asmağını deyəndə, Zərnişan onu uşaqların xətrinə bağışlamağını istədi. Onlar mübahisə etməyə başladılar, o evdə ip axtarmağa başlayanda Zərnişan bloka qaçdı, onu blokda tutub evə dartdı. Səs-küyə qonşular da bloka çıxdı və iki qadın, bir oğlan onu sakitləşdirmək istəyəndə Zərnişan qaçıb qonşunun evinə girdi. Qonşular da onları sakitləşdirməyə çalışırdı. Bir neçə dəqiqə sonra atası Əlirza, anası Zərövşən və qardaşı Kazım da gəldi, ondan niyə mübahisə etdiklərini soruşanda, onlara əsl səbəbini demədi, Natiqi öldürdüyünü də heç kimə bildirmədi. Atası və və anası başını qatdığı üçün Zərnişan aşağı düşdü. Zərnişanın arxasınca qardaşı Kazım da düşdü, o da valideynlərini razı salıb Zərnişana heç nə etməyəcəyini deyib həyətə düşdü, Zərnişan qolundan tutub Sakitin idarə etdiyi avtomobilə tərəf apardı. Zərnişana onu öldürməyəcəyini anası gilə aparacağını dedi. Maşına oturduqdan sonra qardaşı Sakitə avtomobili Zərnişanın anasının Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak bağları” adlanan yerdə yerləşən evinə sürməyini dedi. Maşında Zərnişanla xəyanət barədə heç nə danışmadı deyə qardaşı Sakit də şübhələnmədi. Şüvəlan qəsəbəsi ərazisində yerləşən ziyarətgahın yaxınlığında, ziyarətgaha çatmamış Sakiti avtomobildən düşürtdü, dedi ki, Zərnişanla biraz gəzib söhbət etdikdən sonra anasının evinə aparacaq, sonra geri qayıdıb onu da götürəcək. Sakiti avtomobildən düşürtdü, avtomobili bir qədər irəlidə torpaqlıq ərazidə saxladı. Zərnişanı da avtomobildən düşürtdü. Şalvarının cibindən açılıb-qatlanan, Natiqi öldürən zaman istifadə etdiyi bıçağı çıxarıb Zərnişanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdu. Zərnişan yerə yıxıldıqdan sonra onun boğaz nahiyəsini də bıçaqla kəsdi. Zərnişanın meyitini avtomobildən təxminən 5-7 metr aralıda daşlara yaxın yerə atdı. Paltarları qan ləkələrinə bulaşdığı üçün daş karxanasında olan su çənində əllərii yudu, paltarlarını da təmizlədi. Sakiti düşürtdüyü yerə getdi və maşından düşüb ön yan oturacaqda oturdu. Avtomobili Sakit idarə etdi. Sakitə Zərnişanı öldürdüyüü demədi və qardaşına avtomobili hava limanına sürməsini istədim. Moskva şəhərinə gedib Zərnişanın Moskvada yaşayan qardaşı Xəlilə Zərnişanı xəyanət etdiyinə görə öldürdüyünü deyib geri qayıdıb polisə təslim olmağı planlaşdırırdı. Xəlilə Zərnişanı və Natiqi öldürdüyünü dedikdən sonra təkrar Bakı şəhərinə təyyarə bileti alaraq geri qayıtdı. Hava limanında polis əməkdaşları saxlayıb polis bölməsinə apardılar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 qardaşı Anarın arvadıdır. Hadisə baş verməmişdən bir neçə ay əvvəl qardaşı Anarda nəsə qəribəlik olduğunu hiss edirdi, ancaq ona heç nə demirdi. Hadisədən bir müddət əvvəl isə Anar başına gələnlər barədə ona danışdı, ona səbrli olmasını, məsələni dəqiqləşdirmək lazım olduğunu dedi. xx xxxx 2020-ci il tarixdə bazarda olarkən qardaşı Anarla rastlaşdı, haləhval tutdu, sonra sağollaşdılar. Həmin gün təxminən axşam saat 22 radələri idi, o Ramana qəsəbəsində evdə olan zaman Anar ona zəng edərək, harada olduğunu soruşdu və ona maşın lazım olduğunu dedi. O “Daewoo Nexia” markalı ** TJ *** dövlət nömrə nişanlı maşınını Ramana qəsəbəsində «ploşadka» adlanan yerdə Anara verdi və bildirdi ki, maşını çox saxlamasın axşam ona lazım olacaq. Bir neçə saat sonra qardaşı Anar ona zəng etdi və daş bazarı adlanan əraziyə çağırdı. O nə olduğunu soruşanda, Anar onunla işi olduğunu dedi. O bazara çatdı, Anar sükan arxasından düşüb ondan maşını idarə etməyini istədi və maşını evlərinə sürməyini istədi ki, uşaqları aparsın Zərnişanın anasıgilə. Avtomobili idarə edərək, Anan evlərinin qarşısına apardı. Anar ona maşında gözləməsini, Zərnişanı, uşaqlarını götürüb aşağı düşəcəyini dedi. O maşında gözləməyə başladı, daha sonra isə bir qədər mürgülədi. Anar gəlmədiyi üçün ona zəng etdi ancaq telefonu açmadı, bir qədər sonra bir də zəng etdi yenə cavab vermədi. Axırıncı zəngdən 15-20 dəqiqə sonra Anarın Zərnişanla dava etməsindən şübhələndi, təxminən 2 saat gözlədikdən sonra binanın həyətinə baxan zaman Zərnişanın binadan düşüb həyətə qaçdığını, arxasınca qardaşı Kazımın və Anarın gəldiyini gördü. Zərnişan qaçıb başqa bloka girəndə, atası Əlirza və anası Zərövşənin də Anargilin arxasınca düşdüklərini gördü. Valideynlərindən burda nə etdiklərini soruşduqda, onlar Anar arvadı Zərövşənlə mübahisə etdiyi üçün qonşular zəng vurub çağırdıqlarını dedilər. Anar Zərnişanı qolundan tutub maşına tərəf gətirdi və Zərnişanı anasının yaşadığı evə aparıb qoyacağını dedi. Atasıyla anası Anarı Zərnişanı özlərinin aparması barədə israr etsə də Anar dedi ki, heç nə etməyəcək, anasıgilə qoyub qayıdacaq. O avtomobili idarə edirdi və onlar Şüvəlan qəsəbəsi istiqamətində yola düşdülər. Anar yolda olarkən, ona Natiqi öldürməsi və ya Zərnişanı öldürəcəyi barədə heç nə demədi. Zərnişan maşında Anara yalvarırdı ki, bir səhvdi eliyib. Zərnişanın anası Əsibənin evinə çatmağa bir az qalmış Anar onu maşından düşürtdü və Zərnişanı anasının evinə qoyduqdan sonra qayıdıb onu da götürəcəyini bildirdi. Anar maşını sürüb getdi. Qayıtdıqdan sonra isə sükandan düşüb ondan maşını hava limanına idarə etməyini istədi. O Anardan nəyə görə hava limanına getdiyini soruşanda, Anar Zərnişanın qardaşı Xəlilə sübutlarını, faktlarını göstərəcəyini bildirəcək ki, gəlsin namusunu təmizləsin. Hava limanında sağollaşanda Anar artıq hər şeyi etiraf etdi. Natiqi də, Zərnişanı da öldürdüyünü bildirdi. O evə qayıdıb bu barədə valideynlərinə məlumat verdi. Daha sonra axşam saatlarında polis əməkdaşları onu bölməyə dəvət etdilər. O hadisə yerində olmamış, meyitləri də görməmişdir, qardaşı Moskvadan gələnə qədər o ifadə vermişdi, hadisə yerində olmamış, necə baş verdiyini görməmişdir, maşının hansı hissəsində törədildiyini bilmir. Polisdə o hadisəni boynuna götürmək üçün deyilənlərə əməl edib, ifadəyə imza etmişdir. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7 və 245-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Təxminən 12 il olar ki, Natiq Şahid3 ilə qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşayırdı. Qardaşı Natiq narkotik vasitə istifadəçisi idi, o dəfələrlə onu müalicə etdirmək istəmişdir. Qardaşı müxtəlif işlərdə işləyib ailəsini dolandırırdı. Təqsirləndirilən şəxslərin atası Şahid8 ilə atası Ramiz Xudaverdiyev həmkəndli olub, Şahid8lə, onun ailə üzvləri ilə münasibətləri pis olmayıb. Qardaşı Natiq, Təqsirləndirilən şəxs1lə qonşuluqda yaşayırdı, onların münasibəti pis deyildi, bir-birlərinə gedib-gəlirdilər, o özü də Anarın həyat yoldaşı Zərnişanla yaxın olmuşdur. Onu hər hansı əxlaqsız hərəkət edəsi bir qadın kimi tanımamışdır bir-birilərini uşaqlıqdan tanıyırdılar. Zərnişan ailəvi dostluq münasibətləri olduğuna görə Natiqgilin evinə girib çıxırdı. Ancaq buna baxmayaraq qardaşı Natiq ona və bacısına dəfələrlə Anargildən uzaq gəzməklərini istəyirdi. xx xxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində qonşuları səs-küyünə küçəyə çıxıb qardaşı Natiqin öldürülməsi xəbərini eşitdi. Sonradan eşitdi ki, Natiqi Anarın arvadı Zərnişanla sevgi münasibəti olduğuna görə Anar qardaşı Sakitlə birlikdə öldürüb. Daha sonra isə Zərnişanın öldürüldüyünü eşitdi. Məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun qızıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaynıoğlanlarıdır, Anar həm də onun kürəkənidir. Anarla Zərnişan 2008-ci ildə ailə həyatı qurmuşdular. Onların 3 övladı var. Anar özünə məxsus yük avtomobili ilə tikinti daşlarının satışı ilə məşğul olurdu. Təxminən 2020-ci ilin yanvar ayının əvvəlləri idi, Zərnişan telefonda ona dedi ki, Anar onu evdən tez-tez çölə çıxmağa qoymur. Qızının dediyinə görə Anar onun da onların yaşadığı evə getməyini istəmirdi. Zərnişandan Anarın nə üçün belə etdiyini soruşduqda Zərnişan ona ciddi bir problem olmadığını, Anarını xırda problemlərə görə tez-tez əsəbləşdiyini dedi. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 11 radələrində qudası Əlirza ona zəng vurdu və dedi ki, təcili onlara qetsin. Qudasının evinə gedəndə qızı Zərnişanın Zərərçəkmiş şəxs1 adlı şəxslə Anara xəyanət etdiyinə görə, Anarın həm Zərnişanı, həm də Natiqi öldürdüyünü öyrəndi. Hazırda hər iki təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1la Sabunçu rayonunda “Razin” deyilən ərazidə tanış olmuşdu. O, ondan 10 yaş kiçik idi, ancaq onlar qeyri-rəsmi ər-arvad münasibətində idilər. Təxminən iki il əvvəl Abşeron rayonu, Məmmədli qəsəbəsinə köçüb orada Natiq və qızı Aytacla birlikdə ev kirayələdilər, həmin evdə yaşadıqları zaman Natiq həmkəndlisi Anarın ailəsi ilə birlikdə yaxınlıqda yaşadığını dedi. Anar ailəsi ilə onlara, onlar da Anar gilə gedib gəlirdilər. Münasibətləri ilk vaxtlar normal idi. xx xxxx 2020-ci il tarixdə o evdə olan zaman saat 20 radələrində Natiq anasının yaşadığı evə getmək üçün evdən çıxdı, ancaq dedi ki, tez gələcək. Həmin gün gecə yarısına qədər Natiqi gözlədi, Natiqi gözləyərkən onu yuxu tutmuşdu, oyandıqda Natiqin gəlmədiyini görüb ona zəng vurdu. Natiq dedi ki, taksi gözləyir, birbaşa evə gələcək. Bir neçə saat gözləsə də Natiq evə gəlmədi. Bir neçə saat sonra Natiqin bacısı Həmidə ona Natiqi Anarın öldürdüyünü dedi. Natiqlə Zərnişan arasında sevgi və yaxud intim münasibət olub-olmadığını bilmir, sevgi münasibətində olduğundan şübhələnməmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun gəlini idi. Onun Zərərçəkmiş şəxs1la arasında sevgi və ya başqa münasibətlərinin olmasından xəbəri olmayıb. Heç kimdən bu barədə heç nə eşitməmiş. Hadisə günü gecə, yəni martın 5-dən 6-na keçən gecə saat təxminən 03 radələrində, o evdə olanda telefonum zəng çaldı, gördü ki, tanımadığı nömrədir. Telefona cavab verdi, bir qadın özünü Anarın qonşusu kimi təqdim etdi və Anar arvadı ilə dalaşdığını dedi. O tez oğlu Kazıma məlumat verdi və yoldaşı, o, oğlu Kazımla birlikdə Anargilə getdilər. Anarın yaşadığı evə qalxanda gördü ki, Anarla Zərnişan dalaşır. Qonşular səs-küyə yığışmışdı. Anardan soruşdu ki, nə məsələ olduğunu niyə dalaşdıqlarını soruşduqda, Anar arvadı ilə yola getmədiyini və onu anası gilə aparacağını deyədə, Anarın qabağını kəsdi ki. Zərnişan qaçdı, onun arxasınca da oğlu Kazım aşağı düşdü. Anar aşağı düşmək istəyəndə yenə ona imkan vermədi ki, birdən Zərnişana nəsə edər. Ancaq yenə oğlu söz verdi ki, Zərnişana heç nə etməyəcək, anasıgilə aparacaq. Onlarda inanıb, razılaşdılar. Həyətdə gördü ki, oğlu Sakit də həyətdədir. Ondan soruşanda dedi ki, Anarı gözləyir, Zərnişanla, uşaqları anasıgilə aparacaqlar. Anar Zərnişanı qolundan tutub Sakitin maşınına oturtdu. Anarla Zərnişan maşında arxa oturacaqda idilər, Sakit isə maşını sürürdü. Onlar da oğlu Kazımla uşaqları götürüb evə getdilər. Təxminən bir neçə saat sonra oğlu Sakit evə gəldi və X11 Talıbovla xəyanət etdiyini, buna görə də Anarın hər ikisini öldürdüyünü və Anarın da Moskva şəhərində yaşayan qaynı Xəlilə Zərnişanı hansı səbəblə öldürdüyünü demək üçün Moskva şəhərinə getdiyini və sonra geri qayıdacağını dedi. O 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verdi. Zərnişanın Zərərçəkmiş şəxs1la arasında sevgi münasibəti olduğu barədə məlumatı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9, Şahid5 Şahid8 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdirki, o özünə məxsus “Zil 131” markalı, **-KO-*** dövlət nömrə nişanlı yük avtomobili ilə daş satışı ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 09 radələrində evdən çıxarkən küçədə qonşuların toplaşdığını gördü və nə baş verdiyini öyrənmək üçün onlara yaxınlaşdı. Qonşuların danışığından başa düşdü ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 namus üstündə öldürüb. Daha sonra o işə getdi. Təxminən saat 11 radələrində daş bazarında olan zaman, 5 nəfər polis əməkdaşı o və digər sürücülərdən Anarı, Natiqi görüb görmədiklərini soruşduqda onlar görmədiklərini dedikdə, onlar çıxıb getdilər. Təxminən saat 15 radələrində daş bazarında olarkən, Sadiq adlı polis əməkdaşı bazarda qum satışı ilə məşğul olan Şahid14 onlara hər hansı bir şübhəli hal aşkar etdikləri halda ona məlumat verməklərini tapşırdı. Saat təxminən 17 radələrində bazarda daş satışı ilə məşğul olan Süleyman adlı şəxslə birlikdə müştəri olmadığını görüb piyada evə gedəndə, bazardan təxminən 150-200 metr evə doğru hərəkət etmişdik ki, qamışlıqda bir oğlan uşağının qışqıraraq “burda nə isə var, üstünə qarğalar yığışıb” dediyini eşitdilər. Süleymanla birlikdə həmin yerə uzaqdan baxdılar. Həmin vaxt orada üzü-üstə, paltarları palçığa bulaşmış kişi meyiti gördülər. Kənara çəkildilər və Namiqə zəng vurdu ki, Sadiq adlı polisə meyit barədə məlumat versin. Təxminən 15 dəqiqə sonra polis əməkdaşları həmin əraziyə gəldilər. Anarın ailəsindəki problemdən, nə də onun kimisə öldürəcəyindən xəbərdar deyildi. Anar belə iş görəcək xarakterdə insan deyildi, ona görə də hələ də inanmağı gəlmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 və Şahid13 Şahid12 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o özünə məxsus “Kamaz” markalı yük avtomobili ilə tikintidə istifadə olunan daşların satışı ilə məşğul olur. Anarı, Sakiti, həmçinin onların digər qardaşı Kazımı “daş bazarı”-da tikinti daşlarının satışı ilə məşğul olduqları üçün tanıyır. Zərərçəkmiş şəxs1 da Sabunçu rayonu, Ramana qəsəbəsi sakini kimi tanıyırdı, onunla münasibəti pis deyildi. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında qonşulardan X14 öldürdüklərini eşitdi. Səbəb barədə maraqlananda qonşular dedilər ki, Natiq Anarın arvadı Zərnişanla görüşdüyü üçün həm Natiqi, həm də X12 birlikdə öldürüb. Əvvəllər narkotik istifadəçisi olmuş, Anarla birlikdə də narkotik istifadə etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyırdı. Natiq 2018-ci ildə qeyri-rəsmi nikah münasibətində yaşadığı Aygün kimi tanıdığı Məhluqə ilə Ramana qəsəbəsinə köçdü. Qonşu evlərdə yaşadıqları üçün Natiqlə tez-tez görüşürdülər. Natiq sonradan Abşeron rayonu, Məmmədli qəsəbəsinə köçdü, orada da bir neçə ay yaşadıqdan sonra Novxanı qəsəbəsinə köçərək orada yaşadı. Novxanıya köçsə də Natiq tez-tez Ramanaya gəlirdi. xx xxxx 2020-ci il tarixdə gecə saat təxminən 1-2 radələri olardı, Natiq onlarda olan zaman Novxanıya getmək üçün taksi sifariş verdi və getdi. Natiq evdən çox tələsik çıxdı. O getdikdən təxminən bir saat sonra Natiqə zəng vursa da, o telefona cavab vermədi. Təkrar-təkrar zəng etdikdən sonra gördü ki, cavab vermir, narahat oldu. Məcbur olub Aygünə zəng etdi. Aygün də onun da telefonuna cavab vermədiyini bildidi. Ard-arda bir neçə dəfə də Natiqə zəng etdi, ancaq yenə də telefonu götürmədi. Səhəri gün Natiqi öldürüldüyünü eşitdi. Natiqin Zərnişanla olan münasibətindən hadisədən təxminən bir il əvvəl xəbəri olmuşdu. Natiq özü ona qonşuluqda yaşayan Anarın arvadı olan Zərnişan adlı qadının ondan xoşu gəldiyini demişdir. Sonradan heç onların arasında nəsə oldu ya yox ondan xəbəri olmadı. Ancaq o Natiqə o qadından uzaq gəzməyi məsləhət bilmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 Elburus qızı ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 doğma bacısıdır, təqsirləndirilən şəxslər isə doğma əmimoğlanlarıdır. Zərnişan Anarla 2008-ci ildə ailə həyatı qurmuşdu, onlar bir-birlərini sevib evləniblər. Anar özü öz yük avtomobili ilə tikinti daşlarının satışı ilə məşğul olurdu. Zərnişan isə evdar qadın idi, öz ailəsi ilə, uşaqları ilə məşğul olurdu. Tez-tez onlara gedib-gəlməsə də, bacısıyla telefonla əlaqə saxlayırdı. Son vaxtlar Zərnişan ona Anarın evdən heç bir səbəb olmadan çıxmağa qadağa qoyduğunu bildirdi. Zərnişanın ölüm xəbərini xx xxxx 2020-ci il tarixdə anasından eşitdi. X19 öldürməsini də eşitdi. Sonradan məlum oldu ki, daha doğrusu Anarın valideynlərinin dediyinə görə guya Zərnişan Anara həmin Natiq adlı oğlanla xəyanət etib, buna görə də Anarın Zərnişanı da, Natiqi də öldürüb. Natiq adlı adamı tanımırdı. Ancaq Zərnişandan eşitmişdir ki, Natiq Anarın dostudur və Məmmədli qəsəbəsində onlarla qonşuluqda yaşayırmış və Natiqin qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadın da var imiş. Zərnişanla Natiq arasında heç bir münasibət olmayıb. O, hər sirrini, sözünü ona deyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, mərhum Zərnişan və yoldaşı Anar qonşuluqda onlarla eyni mərtəbədə uşaqları ilə birlikdə yaşayırdılar. Onlarla heç bir münasibəti olmayıb, yalnız qonşu kimi salam-sağol olub. Anarla Zərnişanın daha öncə heç bir mübahisələrinin, dava-dalaşlarının şahidi olmamış, olubsa da onun xəbəri yoxdur. xx xxxx 2020-ci il tarixində gecə saat təxminən 01-02 radələrində blokda qışqırıq səsləri eşitdilər, qapını açıb çölə baxanda gördü ki, Anar Zərnişanın saçından tutub evə qatmaq istəyir. Zərnişan isə evə girmək istəmirdi. Onların səsinə uşaqları da oyandı, hansı səbəbə görə dava etdiklərini bilmədi. X13 əlindən qaçıb onların evinə daxil oldu, qapının yanında gözlədi. Anar da evə daxil olmaq istədi, ancaq qapının yanında dayandığı üçün ona imkan vermədi. Zərnişan qızı Nigara qaynatasının mobil nömrəsini verdi ki, ona zəng etsin. Qızı Nigar da Zərnişanın dediyi nömrəyə zəng etdi ki, gəlib Anarı sakitləşdirsinlər. Təxminən 20-25 dəqiqə sonra Anarın atası, anası və qardaşı gəldilər. Anar valideynlərinə Zərnişanın ona xəyanət etdiyini dedi, bıçağı götürüb Zərnişanı vurmaq istəyəndə valideynləri Anara mane oldular. Onlar hammısı Anarı sakitləşdirirdilər, həmin ərəfədə Zərnişan pilləkənlərdən qaça-qaça düşüb getdi. Zərnişanın arxasınca qaynı aşağı düşdü. Anar da valideynlərinə Zərnişanı aparıb anasının evinə qoyacağını, ona heç nə etməyəcəyini dedi. Daha sonra Anar da aşağı düşüb getdi. Anarın anası ilə atası da onun arxasınca aşağı düşdülər, onlar da öz evlərinə girdilər. Növbəti gün Anarın atasından oğlunun Zərnişanı öldürməsi xəbərini eşitdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7 və 245-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7 və 245-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 təqsirli olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, hesab edir ki, onun ifadəsi iş materiallarında olan sübütlarla təkzib olunduğundan, ifadəsini digər Təqsirləndirilən şəxs2 müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının 49 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 meyitində döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə, sol döşyanı xətt arasında İİİ qabırğaarası sahədə 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında İV qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında V qabırğaarası sahədə 4 ədəd, öş qəfəsinin sol yarısının ön səthində körpücükaltı xətlə sol döşyanı xətt arasında Yİ qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında Vİ- Vİİ qabırğaarası sahədə 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə orta körpücük xətti arasında, Vİİİ qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində orta körpücük xətti üzrə V qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində orta körpücük xətti üzrə Vİ qabırğaarası sahədə olan 1 ədəd daxilə nüfuz edən, həyati olmaqla ölümlə birbaşa səbəbli əlaqəli deşilmiş-kəsilmiş yaraları (cəmi 15 ədəd) ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə, sol döşyanı xətt arasında İİİ qabırğaarası sahədə 2 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında İV qabırğaarası sahədə 2 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında V qabırğaarası sahədə 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində körpücükaltı xətlə sol döşyanı xətt arasında Vİ qabırğaarası sahədə 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə sol döşyanı xətt arasında Vİ-Vİİ qabırğaarası sahədə olan 3 ədəd, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətlə orta körpücük xətti arasında, Vİİİ qabırğaarası sahədə olan 1 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində orta körpücük xətti ilə sağ döşyanı xətt arasında İV qabırğaarası sahədə 3 ədəd deşilmiş- kəsilmiş yaraları, sol qulaq seyvanının ön səthində 1 ədəd qansızmalı yara, boyunun ön səthində 2 ədəd, sol əlin İ, İİ və İİİ barmaqlarında 3 ədəd kəsilmiş yaralar (cəmi 23 ədəd) ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid, alın-təpə nahiyəsinin 1 ədəd, sol saidin 1 ədəd, sağ baldırın 1 ədəd, sağ iç topuq nahiyəsinin 1 ədəd sıyrıqları, sol baldırın 1 ədəd qançırı Kimi dərəcəsi təyin edilməyən, xarici cinsiyyət üzvünün (penisin) kökündən amputasiyası (ölümündən sonra) kimi xəsarətlər vardır. Qeyd edilən xəsarətlər Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaralar küpü və ölgücü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlər) təsirindən törənmişlər, bıçaqla, eləcədə ekspertizaya təqdim edilmiş qatlanan cib bıçağı və ya bu tipli bıçaqlarla yetirilə bilər. Sıyrıq və qançırlar isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər. Xarici cinsiyyət üzvünün (penisin) kökündən amputasiyası isə həyati xəsarət olmayıb, mərhumun ölümündən sonra kəsici alət təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş rezakla törənə bilərdi. Sol əlin İ, İİ və İİİ barmaqlarının 3 ədəd kəsilmiş yaraları mərhumun özünümüdafiəsi zamanı yarana bilərdi. Zərərçəkmiş şəxs1 ölümünə səbəb bədəninin çoxsaylı deşilmiş-kəsilmiş yaraları ilə əlaqədar daxili üzvlərin zədələnməsi nəticəsində baş vermiş çoxlu daxili və xarici qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs1 qeyd edilən xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərdi. Qeyd edilən xəsarətlər qısa müddətdə yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olan paltarların üzərində olan zədələr meyiti üzərində olan zədələrlə uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda metil, etil, butil, propil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının 42 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 Elburus qızında ürək kisəsinin (perikardm) və ürəyin sol mədəcik əzələsinin zədələnmələri və kəskin qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən 1 ədəd, sağ ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən 1 ədəd, sol ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən 1 ədəd, sağ ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan sağ süd vəzisinin aşağı iç kvadratının döş boşluğuna nüfuz edən 1 ədəd, sağ ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan sağ süd vəzisinin aşağı bayır kvadratının döş boşluğuna nüfuz edən 1 ədəd, cəmi 5 ədəd deşilmiş-kəsilmiş yaraları həyati və ölümlə birbaşa scləbli əlaqəli olmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, boyunun ön səthinin orta xətdən sağda 1 ədəd, boyunun ön səthinin orta xətdən solda 1 ədəd, sağ bazunun 1 ədəd kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin orta üçdə birinin 1 ədəd, döş qəfəsinin ön səthinin aşağı üçdə birinin 2 ədəd, sağ süd vəzisi üzərində 1 ədəd, sol süd vəzisinin yuxarı bayır kvadratında 1 ədəd, sağ qabırğaaltı nahiyədə 2 ədəd, sol qabırğaaltı nahiyədə 2 ədəd, qarının ön divarının orta üçdə birində-göbəkdən sağda 2 ədəd, qarının ön divarının orta üçdə birində- göbəkdən solda 1 ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının 1 ədəd, döş qəfəsinin sağ yan səthinin aşağı üçdə birində 2 ədəd, cəmi 18 ədəd daxilə nüfuz etməyən kəsilmiş və deşilmiş-kəsilmiş yaraları həyati və ölümlə səbəbli əlaqəli olan^anlı şəxslərdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmanm əlamətlərinə, lakin ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid, alt dodağın selikli qişasının qansızması 1 ədəd, çənəaltı nahiyənin 1 ədəd, alt çənənin 1 ədəd, sol çiyinin ön səthinin 1 ədəd, sağ bazunun orta üçdə birinin arxa səthinin 1 ədəd, sol bazunun yuxarı üçdə birinin arxa səthinin 2 ədəd, sol dirsəyin 1 ədəd, sol kürək nahiyəsinin 1 ədəd qançıları, sağ dirsək nahiyəsinin 1 ədəd, sağ saidin aşağı üçdə birinin arxa səthinin 1 ədəd, sol dizin iç səthinin 2 ədəd, sağ baldırın orta üçdə birinin ön səthinin 1 ədəd, cəmi 14 ədəd sıyrıqları istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə ölümlə səbəbli əlaqəsi olmayan sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən xəsarətlər vardır. Qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar deşici- kəsici alətin (alətlərin) deşici-kəsici və kəsici təsirindən törənmişdirlər, həyatidirlər. Alt dodağın selikli qişasının qansızması, bədənin qançır və sıyrıqları isə küt əşya (əşyalar) təsirindən Ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibb müayinəsindən əvvəl olmaqla xx.xx.2020-ci il tarixə uyğun gəlirlər. Döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birində-sol süd vəzisində bir-birinə yaxın döş boşluğuna nüfuz edən ürək kisəsinin (perikardm) və ürəyin sol mədəcik əzələsinin, sol ağ ciyərin yuxarı və aşağı payının zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan 3 ədəd deşilmiş-kəsilmiş yaralarda yara kanallarının istiqaməti öndən arxaya, sağdan sola, yuxarıdan aşağıyadır, yara kanalının uzunluğu təxminən 8-9 sm-dir, Döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birində sağ süd vəzisi üzərində-aşağı iç kvadrantında döş boşluğuna nüfuz edən və sağ ağ ciyərin orta payının zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarasında yara kanalının istiqaməti öndən arxaya, sağdan sola, aşağıdan bir qədər yuxarıyadır, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birində sağ süd vəzisinin aşağı-bayır kvadrantında döş boşluğuna nüfuz edən və sağ ağ ciyərin aşağı payının zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan 1 ədəd deşilmiş- kəsilmiş yarasında yara kanalının istiqaməti öndən arxaya, sağdan sola, aşağıdan az yuxarıyadır, yara kanalının uzunluğu təxminən 8-9 sm-dir. Mərhum Zərərçəkmiş şəxs2nm ölümünə bilavasitə səbəb ürək kisəsinin (perikardm) və ürəyin sol mədəcik əzələsinin, ağ ciyərlərin zədələnmələri nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs2nm meyitinin meyitxanada müayinəsindən təxminən 10-12 saat əvvəl baş vermişdir. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs2nm əynində olmuş paltarlardakı zədələrlə bədənində aşkar olunmuş xəsarət uyğunluq təşkil edirlər. Mərhum Zərərçəkmiş şəxs2nm meyitinin bədənində olan deşilmiş-kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıl-.ğını təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs2nm bədənində qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş 1 rəqəmi ilə nömrələnmiş, tiyəsinin hər iki üzündə tünd-qırmızımtıl-qonur rəngli qanabənzər maddə ilə çirklənmiş açılıb-qatlanan bıçaqla, elecə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs2 bədənin müxtəlif duruş vəziyyətlərində (əsasəndə oturaq, yarımoturaq, yarıuzanıqlı və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs2nm meyitinin uşaqlıq yolundan və arxa keçəcəyindən götürülmüş tamponda spermatozoidlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2nm meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi, 106 saylı binanın ikinci mərtəbəsinin dəhlizində quraşdırılmış videoqeydiyyat cihazından götürülmüş diskə xx xxxx 2020-ci il tarixdə keçirilmiş baxış protokolundan müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə gecə saat 02:45-də Hacıyev X7 rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi, 106 saylı binanın həyətindən binaya giriş qapısına yaxınlaşaraq qapını açıb binaya daxil olur. Təqsirləndirilən şəxs1 binaya daxil olduqdan sonra 2-ci mərtəbəyə qalxaraq öz yaşadığı evə, yəni 2 saylı mənzilə daxil olur. Saat 03:05-də həmin yaşayış evinin qapısı açılaraq Zərərçəkmiş şəxs2 Elburus qızı çölə qaçır və Təqsirləndirilən şəxs1 onu arxadan tutaraq yerə^ ıxır. Saat 03:05-dən saat 03:14-dək Təqsirləndirilən şəxs1 arvadı Zərərçəkmiş şəxs2 zor tətbiq edərək onun qolundan tutub çəkərək yaşadığı evə aparmağa cəhd edir. Saat 03:14- də binanın 6 saylı mənzilinin qapısı açılaraq X2 çölə çıxaraq Təqsirləndirilən şəxs1lə və Zərərçəkmiş şəxs2 ilə söhbətləşir və görüntüdən görünür ki, həmin qadın onlara hirsli şəkildə nəsə deyir. Saat 03:14-də 6 saylı mənzildən Viktoriya Bayramovanın övladları çölə çıxır, Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs2nm yanma gələn şəxslər Təqsirləndirilən şəxs1 sakitləşdirməyə çalışırlar. Saat 03:19-da Zərərçəkmiş şəxs2 Viktoriya Bayramovamn yaşadığı 6 saylı mənzilə daxil olaraq qapının yanında dayanır, Təqsirləndirilən şəxs1 həmin mənzilə daxil olmaq istəyərkən Viktoriya Bayramova mane olub onun mənzilə daxil olmasına imkan vermir. Təqsirləndirilən şəxs1 bədən hərəkətlərindən görünür ki, o arvadı Zərərçəkmiş şəxs2 zor tətbiq edərək həmin mənzildən çıxarıb öz yaşadıqları mənzilə aparmaq istəyir. Saat 03:19-dan saat 03:53-dək Təqsirləndirilən şəxs1 dəfələrlə Zərərçəkmiş şəxs2nm üzərinə hücum edib onu 6 saylı mənzildən çıxarmaq istəyir, orada olan şəxslərlə hirsli formada söhbət edir, Zərərçəkmiş şəxs2 hirsli formada əli ilə evə öz evlərinə daxil olmasını işarə edir. Saat 03:53-də Zərərçəkmiş şəxs2 6 saylı mənzildən çıxaraq orada olan qadınlara söykənib (qısılaraq) onlarla birlikdə öz yaşadığı evə daxil olur. Saat 04:04-də Zərərçəkmiş şəxs2 həmin qadınlarla və Təqsirləndirilən şəxs1lə birlikdə yaşadığı evdən çölə çıxır. Zərərçəkmiş şəxs2 yaşadığı mənzildən çıxdıqdan sonra da Təqsirləndirilən şəxs1 ona hücum edərək zor tətbiq edib qolundan tutaraq binadan aşağı düşürmək istəyir. Saat 04:06-da binaya orta yaşlı kişi cinsli şəxs daxil olaraq ikinci mərtəbəyə qalxır və Təqsirləndirilən şəxs1 Sakitləşdirmək istəyir. Həmin şəxsin binanın gözətçisi Şahid5 olması müəyyən edildi. Saat 04:10da binanın həyətində avtomobil işıqları görünür və binaya giriş qapısından bir yaşlı, digəri orta yaşlı olmaqla iki kişi cinsli şəxs, bir yaşlı qadın daxil olaraq ikinci mərtəbəyə qalxırlar. Həmin şəxslərin Təqsirləndirilən şəxs1 atası Şahid8, anası Zörəvşən Hacıyeva və qardaşı Şahid9 olması müəyyən olundu. Həmin şəxslər ikinci mərtəbəyə qalxan zaman Şahid7 əlləri ilə özünün baş, üz və ayaq nahiyələrinə şillələr vuraraq digər şəxslərlə birlikdə Təqsirləndirilən şəxs1 sakitləşdirmək istəyirlər. Təqsirləndirilən şəxs1 bədən hərəkətlərindən görünür ki, o, həmin şəxslərə nəyisə izah etmək istəyir. Saat 04:11-də orada olan bütün şəxslər Təqsirləndirilən şəxs1 yaşadığı evə daxil olurlar və saat 04:22-də həmin evdən çıxdıqdan sonra evin qarşısında Təqsirləndirilən şəxs1 təkrar Zərərçəkmiş şəxs2 bir neçə dəfə hücum etdikdə onu sakitləşdirməyə çalışırlar. Videogörüntüdən görünür ki, saat 04:27-də Zərərçəkmiş şəxs2 təkrar yaşadığı evdən çıxıb ona kömək etmək üçün orada olan Şahid9 yanma söykənərək əlindən tutub tələsik binanın ikinci mərtəbəsindən pilləkələrlə aşağı düşürlər. Zərərçəkmiş şəxs2 binanın giriş qapısının yanında həmin kişi cinsli şəxsdən ayrılaraq qaçır. Saat 04:30-da Təqsirləndirilən şəxs1 mobil telefonu kiminləsə danışmaq formasında qulağına tutur və binadan aşağı, ZəıTışan Hacıyevanm arxasınca getmək istəsə də valideynləri ona mane olaraq aşağı düşməyə imkan vermirlər. Saat 04:30-da valideynləri Təqsirləndirilən şəxs1 qarşısını ala bilmədiklərindən onlarla birlikdə binadan aşağı düşürlər. Binanın giriş qapısından çölə çıxarkən valideynləri Təqsirləndirilən şəxs1 qarşısını kəsərək onun Zərərçəkmiş şəxs2nm arxasınca getməyinə mane olurlar. Saat 04:34-də Təqsirləndirilən şəxs1 valideynləri, saat 04:37-də isə qardaşı Şahid9 təkrar binaya daxil olaraq Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə gedirlər və saat 04:55-də onlar iki azyaşlı uşaq ilə birlikdə əvvəlcə Təqsirləndirilən şəxs1 yaşadığı evdən, daha sonra binadan aşağı düşərək çölə çıxırlar. Cinayət işində olan məhkəmə-tibbi bioloji ekspertizasının 256/2020- MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu A/İİ/, Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qan qrupu A/İİ/, Zərərçəkmiş şəxs2 Elburus qızının ABO sistemi üzrə qan qrupu A beta (H) /İİ/, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/-dir. Ekspertizaya təqdim edilmiş 3 ədəd çubuqlu pambıq topası, mobil telefon, bıçaq (qatlanan), Zərərçəkmiş şəxs2 məxsus şalvar, qısaqol don, büstqalter, uzunqol kofta, tuman, bir cüt corab, Təqsirləndirilən şəxs1 məxsus gödəkçə, şalvar üzərində insan qan ləkələri aşkar edildi. Həmin qan ləkələrində qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A-beta (H) /İİ/ qruplu şəxsə, o cümlədən mərhum Zərərçəkmiş şəxs2 və ya eyni qruplu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus ola bilər (əgər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanaxma ilə müşaiyət olunan xəsarətlər olubsa və onların qanında müşayətçi H antigeni vardırsa). Ekspertizaya təqdim edilmiş rezak, Zərərçəkmiş şəxs1 məxsus uzunqol gödəkçə, qolsuz gödəkçə, uzunqol köynək, qısaqol mayka, şalvar (kəmər ilə), şalvar (alt paltarı), uzunqol köynək (alt paltarı), tuman, papaq üzərində insan qan ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı, “H” antigeni 0 alfa, beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa, beta /İ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş dörd ədəd avtomobil oturacaq üzlükləri üzərində zəif intensivliyində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda qrup antigenləri və aqqlyutininləri alınmadı üçün onların qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş avtomobil üzərində olan ləkələrdə qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq (dəstəyi qara rəngli olan), Zərərçəkmiş şəxs1 məxsus bir cüt corab, bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs1 məxsus uzunqol jaket, bir cüt corab, bir cüt ayaqqabı, qolsuz mayka, Təqsirləndirilən şəxs2 məxsus şalvar, qolsuz gödəkçə, uzunqol jaket, şalvar (alt paltarı), uzunqol köynək (alt paltarı), uzunqol gödəkçə üzərində qana şübhəli ləkə aşkar olunmadı. Cinayət işində olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 155/2020-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus alt şalvarının, tumanın və boz rəngli köynəyin sağ nahiyəsində 1 ədəd, alt şalvarının və şalvarın sol ayağının aşağı-yan hissəsində 2 ədəd, qısaqol köynəyin, boz rəngli köynəyin, mavi rəngli köynəyin, jiletin və gödəkçənin ön hissəsində çoxsaylı deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirimdən əmələ gəlmişlər və bu zədələrin ekspertizya təqdim edilmiş qatlanmayan bıçağın tiyəsi ilə törənməsi inkar olunur. Ekspertizaya açılıb-qatlanan bıçağın tiyəsinin ucu sınıq və rezakm isə yalnız tiyəsi təqdim olunduğuna görə bu alətlərlə müqaisəli müayinə üçün eksperiment aparılmadı. Ona görə də Zərərçəkmiş şəxs1 paltarları üzərində aşkar edilmiş zədələrin rezak və ya açılıb-qatlanan bıçaqla yetirilib- yetirilməməsi haqqında fikir söyləmək mümkün olmadı. Bu zədələr müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə yarana bilərdilər. Zərərçəkmiş şəxs1 məxsus jiletin sağ yan tikişinin üzərində 1 ədəd və jiletin ön hissəsinin sol tikişinin üzərində 1 ədəd məhdud sökülmələr aşkar olundu. Bu sökülmələr küt yaranma mexanizmə malikdir, jiletin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Zərərçəkmiş şəxs1 məxsus şalvarın sağ-arxa cibinin sağ-yuxarı kümündə 1 ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışlar. Zərərçəkmiş şəxs1 məxsus şalvarın öndən bağlandığı düymə yerində yoxdur. Bu düymənin yerində olmaması ona küt qüvvə tətbiq etməklə, qopub-düşməsi ilə izah olunur. Zərərçəkmiş şəxs1 məxsus papaq, bir cüt corab və bir cüt ayaqqabı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 Elburus qızma məxsus köynəyin və jaketin sağ qolunun orta hissəsində 1 ədəd, köynəyin və jaketin arxa hissəsinin sağ orta nahiyəsində 2 ədəd, köynəyin və jaketin arxa hissəsinin sol-orta nahiyəsində 1 ədəd, köynəyin ön hissəsində çoxsaylı, büstqalterin sol döş nahiyəsində 1 ədəd, büstqalterin s^ğ«,döş nahiyəsində 2 ədəd, jaketin ön hissəsinin sol-yuxarı nahiyəsində 1 ədəd deşilmiş- kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş qatlanmayan bıçağın tiyəsi ilə törənməsi inkar olunur. Zərərçəkmiş şəxs2 məxsus tumanın sağ-yan tikişinin üzərində 1 ədəd və jaketin sol-yan cibinin yuxarı tikişinin üzərində 1 ədəd məhdud sökülmələr aşkar olundu. Bu sökülmələr küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin gərilibdartılması nəticəsində yaranmışdır. Zərərçəkmiş şəxs2 məxsus köynəyin sağ qolunun aşağı hissəsi və büstqalterin sağ-arxa nahiyəsində olan qarmaqlaq yerində yoxdur. Bu hissələrin yerində olmaması onlara küt qüvvə tətbiq etməklə cırılıb-qoparılması ilə izah olunur. Zərərçəkmiş şəxs2 məxsus bir cüt corab və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs2 məxsus gödəkçə, qolsuz gödəkçə, sviter, alt köynəyi, şalvar və alt şalvarı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs1 məxsus gödəkçə, sviter, mayka, şalvar, bir cüt ayaqqabı və bir cüt corab üzərində üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim edilmiş açılıb-qatlanan bıçaq zavod üsulu ilə hazırlanmış cib bıçağına uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim edilmiş qatlanmayan bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş rezak tiyəsi dəftərxana bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Cinayət işində olan məhkəmə-lifli materialların tədqiqi ekspertizasının 6/647 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş geyim əşyaları və avtomobil oturacaq üzlükləri üzərində kənar lif mikrohissəcikləri vardır. Zərərçəkmiş şəxs2 məxsus qara rəngli koftanın üzərində tapılmış bozumtul qara rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən sviterin tərkib liflərinə uyğun gəlir. Zərərçəkmiş şəxs1 məxsus mavi rəngli cins şalvarın üzərində tapılmış qara rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd olunan şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs1 məxsus göy rəngli gödəkçə üzərində tapılmış ağ rəngli viskoza lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd olunan jaketin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs1 məxsus qara rəngli cins şalvar üzərində tapılmış mavi rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd olunan şalvarın tərkib liflərinə uyğun gəlir. Zərərçəkmiş şəxs2 məxsus jaketin üzərində tapılmış sarımtıl qəhvəyi rəngli polyestr lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd olunan gödəkçənin tərkib liflərinə uyğun gəlir. Zərərçəkmiş şəxs1 məxsus mavi rəngli cins şalvar üzərində tapılmış göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd olunan şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs2 məxsus paltarlar üzərində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd olunan paltarurm təkib liflərindən yoxdur. Avtomobilin qabaq oturacaq üzlüyü üzərində tapılmış göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 şalvarının tərkib liflərinə uyğun gəlir. Avtomobilin qabaq oturacaq üzlüyü üzərində tapılmış qara rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlir. Avtomobilin qabaq oturacaq üzlüyü üzərində tapılmış mavi rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlir. Avtomobilin arxa oturacaq üzlüyü üzərində tapılmış ağ rəngli viskoza lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2nm jaketin tərkib liflərinə uyğun gəlir. Təqdim edilmiş dırnaq nümunələri üzərində lif mikrohissəcikləri yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən daxil olmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 708 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 cinayət əməlləri törədilən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik neyd olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətinə malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi-xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyyac yoxdur, o hazırkı psixi xəstəliyinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Təqsirləndirilən şəxs2 törətdiyi əməl zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 emosional halından, intelektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işində olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 715 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 cinayət əməlləri törədilən zaman onda xroniki psixi xəstəlik, psixifəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətinə malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi-xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyyac yoxdur, o hazırkı psixi xəstəliyinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl zamanı psixiemosional sferasında hirslilik, qəzəblilik, aqressiya yaranmış, həmin halın yaranması fərdipsixoloji xüsusiyyətləri fonunda situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamış, psixi-emosional sferasında güclü ruhi həyəcan vəziyyəti (fizioloji affekt halı) yaranmamışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 1154 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 1159 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işindən müəyyən olunur ki, «xxxx» MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********21 nömrəli mobil telefon nömrəsinə daxil olmuş və çıxmış zənglərin vaxtı, müddəti, sahibləri, habelə həmin dövrdə göndərilən və daxil olan “SMS”-lərin mətni və tarixi barədə məlumatların köçürüldüyü 01 ədəd CD diskə xx xxxx 2020-ci il tarixdə baxış keçirimiş və müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 20:15-də Təqsirləndirilən şəxs1 məxsus ***- ***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs2 Elburus qızına məxsus ***-***-**-** mobil telefon nömrəsinə “Camaat danışır ki, sən Natiqlə danışırsan, nə məsələdi mamanı cağır bizə gəlirəm” məzmunlu, həmin tarixdə saat 22:37-də “Sən çox şərəfsiz insansan ki, mən səni bir ildi Aygündən ayıra bilmədim, bilmirəm yalan söhbətdi, amma yalan olsada danışırlar da, kimin ağzın yumasan ki, camaata da belə şey lazımdıda” məzmunlu, həmin tarixdə saat 22:38-də “Allah üzünü qara eləsin, axır ki, mənim adıma ləkə gətirdin, əsas odur ki, artıq səndən danışırlar, elə danışmaq bəs edir” məzmunlu, xx.xx.2019-cu il tarixdə saat 19:55-də “Həyatım neynirsiz, salamatcılıqdı” məzmunlu, həmin tarixdə saat 18:40-da “Həyatım sən allah ayaqlarnın tükün təmizlə axşam olacağıq yüz faiz, təmizdə ha iyrənc görsənir, diksinir adam, krem deyirdin var, al ayaqlarnı təmizlə” məzmunlu, xx.xx.2019-cu il tarixdə saat 13:58-də “Neyniyirsiz nə iş görürsüz, axşam olaq bəlkə, deyirdim axşam bəlkə olaq isdiyirsənsə” məzmunlu, xx.xx.2019-cu il tarixdə saat 13:14-də “Gördün eşitmədin məni başıma oyun açdın, camaatda günah yoxdu həqiqəti danışırlar, sən saat birdə-ikidə onlarda olanda sənidə gecə vaxtı onlarda görən adam belədə düşünməlidi, camaat nə danışırsa düz deyir, indi mən heç bir şəxsə aydınlıq gətirə bilmirəm ki, mənim arvadım gecə saat 1-də, 2-də Aygünə iynə vurmağa gedib, düşünürlər ki, Anarm arvadının nə işi ola bilər gecə saat 1-də Natiqin evində, gör adımıza hansı ləkəni gətirdin, Allah üzünü qara eləsin, sənə çox dedim ki, adıma ləkə gətirəssən, axır ki, ləkələdin ailəmi, gör mən evdə olmayanda nə qədər getmisən onlara, daha sənə inamım qurtardı, Allah üzünü qara eləsin. Ərin eşitməyən qadma güvənmək olmaz, sən nişanlı vaxdıda başıma belə oyun açdın indi yenə, sən bundan sora and-aman eləsəndə heç kəsə aydınlaşdıra bilmərsən ki, mən təmizəm” məzmunlu, həmin tarixdə saat 13:38-də “Heç olmasa gündüz getsəydin, sənə vaxtında dedim saymadın məni, hələ gəlib mənlə dalaşırdın ki, yaxşı eliyirəm gecə gedirəm Aygüngilə, yadından çıxmayıb ki. Camaat olanı və gördüklərini danışırlar. İndi adıma ləkə gətirdin bax sən, bunu isdiyirdin, üzün qara olsun, bundan sonra balalarmm xətrinə yaşıyarsan, çünki sənə vaxtında demişdim ki, adıma ləkə gətirəcəksən, bax gətirdin, mənim kimdənsə soruşmağıma ehtiyyac yoxdur, özüm bilirəm, gecələr Natiqgildə olurdun, hələ bilmədiyim nələr var, mən evdə olmuyanda da uşaqları yatırdıb gedirmişsən onlara” məzmunlu, həmin tarixdə saat 14:35-də “Telefonu niyə açmırsan, elədiyin namussuzluğunu bilirsən, ona görə cavab vermirsən, Natiqə vermisənsə və yaxud hər hansı münasibətiniz olubsa bu başdan mənə de səndən eşidim, kimdənsə eşitsəm inan Allaha səni öldürəcəyəm, amma nəsə aranızda olubsa özün etiraf elə sənlə işim olmayacaq” məzmunlu, xx-xx.2019-cu il tarixdə saat 08:38-də “Axşam nəyi var olmaq isdiyirdim yenə götünü çevirdin sağol, eybi yoxdu” məzmunlu, həmin tarixdə saat 10:30-da “Həyatım sənə neçə gündür fikir verirəm, olmamaqdan ötrü nağıl danışırsan ki, başım ağrıyır, ya da halım yoxdur, niyə hər gün bir bəhanə edirsən ki. Onsuzda sənə mənim inamım yoxdur, düz yolda deyilsən. Allah hər şeyi aydınlaşdıracaq narahat olma” məzmunlu, 04.03.20-ci il tarixdə saat 20:32-də “bəlkə gələndə çaxır alım” məzmunlu, 04.03.20-ci il tarixdə saat 03:43-də “Neçə gündü olmağın gəlmir, niyə olmaq istəmirsən ki?” məzmunlu, xx.xx.2019-cu il tarixdə saatl2:26da “Mən tükəndim her şeydən, kimə güvənim, bir güvəndiyim ailəmdi, ailəmdə məni aldadır” məzmunlu, 04.03.20-ci il tarixdə saat 18:18-də “yalvarıram məni şübhə altında yaşatma, mən belə yaşıya bilmirəm, mənə yalan danışmağı ya qurtarassan, yada bədbəxt olmalıyıq başqa yolu yoxdu, məni elə vəziyyətə qoymusan ki, mənə dünya dardır, özüm özümdən diksinirəm” məzmunlu, həmin gün saat 18:26-da “sən məni niyə aldadırsan, niyə aldatmağa çalışırsan, məni narahat eliyən budur, aşağıda düşməyinə heç nə demirəm, amma aşağı düşüb deyəndə ki, yuxarıdayam onda mənə xəyanət elediyini bil” məzmunlu, xx.xx.2019-cu il tarixdə saat 22:10-da “mənlə ləzzət ala bilmirsənsə məni unut, necə yaşıya bilirsənsə elə yaşa, ürəyin istəyənlə, ləzzət ala biləcəyin insanla hislərini bölüş, məni düşünüb qaralmış həyatımla həyatını qaraltma, mən onsuzda səni xoşbəxt edə bilmirəm, xoşbəxt etmək üçün pullu olmalıyam, o da məndə yoxdur” məzmunu, 04.03.20-ci il tarixdə saat 14:30-da ***-***-**-** mobil telefon nömrəsinə “zəng eliyirəm zəng çatmır sənə, mənə zəng elə görüm, yoldayam gəlirəm, hardasan qaqa” məzmunlu, saat 14:45-də “qaqa mən burdayam, zəng gəlmir sənə, tez zəng vur sönür telefon” məzmunlu, saat 19:46-da “ay qaqam neynirsən, salamatçılıqdımı, başına nə iş gəldi, zeng elə, qaqa pulu götürə bilərəm bu gun, qaqa birdə^ evə düşürəm əmanət götürəcəyəm, sənə neçə dənə götürüm” məzmunlu, xx.xx.2020-ci il tarixdə saat 09:19-da “qaqa birdən görüşə bilməsək sabah üstümdə olacaqdı verərəm, özün zəng vurarasan, məndən sənə zəng gəlmir” məzmunlu, 04.03.20-ci il tarixdə saat 21:38-də Təqsirləndirilən şəxs2 məxsus 070- ***-**-** mobil telefon nömrəsinə “kim olub, məzələnirsən, hə indi başa düşdüm deyirsən orda olub o, qəhbə, bəyaq gərək sən öyrənəydin kim gəlir” məzmunlu, saat 21:45-də uay blət bəs hara gedib, bəlkə qismət belə imiş, nə yaxşı vaxtimiş, kimlə gəlmişdi" məzmunlu, saat 21:47-də "ay blət nə danışır ə bu, təkimiş, hə bu gündə kiməsə görə bağışdadı allah onu, amma sonda allah onu bağışdaya bilməz heç kimə görə, allah bir başa ona ölüm fərmanə veribdi, özdə mənim əlimdən, omda inşallah qismət eliyəcəkdir” məzmunlu, saat 22:39-da “o gün qismət olacaq idi, yüz faiz qismət olacaqdı, hə əlbəttə ki, dünyada düz bir dənə olur, o bir dənə düzlə yaşamalıyıq, düzündə allah sevdiyi üçün allah yolumuzu açar inşallah, həyatda nə edirsənsə allaha baxıb haqqın etmək lazımdır, allah yolumuzu açacaq, bu məsələ elə bir məsələdi ki, bu haqda heç kimə məsləhət etməyə ehtiyyac yoxdu, en düzün özümüz bilirik, narahat olma qardaşın bunu layiqincə həyata keçirəcəkdi inşallah, bilirəm əmin olmasam rahat olmaram, tam əminəm” məzmunlu, saat 23:38-də hə allah kömək olsun, hər şey istədiyimiz kimi olacaq” məzmunlu, xx.xx.2020-ci il tarixdə saat 02:38- də “can ay qardaş gördə, gör qardaşının başına nə oyunlar gətiriblər də, bəs allah bağışlayar bunları, mənim allahım tutmaz, mənim balalarımın çörəyin kimsə yeyər, balalarımda qala lüt, utanırdım allah bunun evin yıxsın, onsuzda yıxıb, bımun başına daş düşsün qardaş daha neyələmək olar ki, türklər deməli, kadermizde variymiş, varmışsa bilmədiyimiz halda ola bilər, dəqiqin biləriksə başı gedən hər kimdisə o, insanın başını biz yox edərik” məzmunlu, xx.xx.2020ci il tarixdə saat 21:23-də Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsinə “ay qaqa sən get kəndə, o günü sənə dediyim niva məni izdiyir, qaqa yanarıq, qaqa kənddə ol, bunu itirim sonra görüşək, kənddə ol ha qaqa yüz -faiz” məzmunlu, həmin gün saat “22:36-da “çatdım qaqa, zavod tərəfdən gəlirəm, biraz zavoda tərəf gəl” məzmunlu mesaj mətinləri göndərilmişdir. Həmin diskdə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********38 nömrəli mobil telefon nömrəsinə daxil olmuş və çıxmış zənglərin vaxtı, müddəti, sahibləri, habelə həmin dövrdə göndərilən və daxil olan “SMS”-lərin mətni və tarixi barədə məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21:28-də Təqsirləndirilən şəxs1 məxsus ***- ***-**-** telefon nömrəsinə “ Yandırmışıq ee bu qəhbə burda olub” məzmunlu, həmin tarixdə saat 21:39-da “Eybi yox əşi belə olmalı imiş bəlkə” məzmunlu, həmin tarixdə saat 21:40-da “Səbirli olda bəlkə allah beləsin məsləhət görüb” məzmunlu, həmin tarixdə saat 21:41-də “Həə qəşəng vaxt olub” məzmunlu, həmin tarixdə saat 22:12-də ‘ Hə nə biləydik, bu gündə allah onu nəyəsə görə bağışladı” məzmunlu, həmin tarixdə saat 22:32-də “İnşallah bunu sənə agah eliyən allahım sənin əlindən də bunların yaşama səbəbin olacaq, bunlara haqq etdiklərini göstərəcəyəm, gözəl allahım bizlərə və hər kəsə” məzmunlu, həmin tarixdə saat 22:47-də “inşallah allahın köməkliyi ilə, qaqa bizimki bundan sonra belə gəldi ee, bunu biz layiqi ilə yoluna qoymasaq biz özümüz öz qəlbimizdə rahatçılıq tapa bilmərik” məzmunlu, həmin tarixdə saat 22:47-də “sənin qadan alaram bilirsəndə özün, sənə nəsə deyəm ehtiyyac deyil, sən hər kəsdən ən yaxşısını özün bilirsən, özün bildiyin halda da allah sənə səbir və gərəkli yollar verəcəkdir” məzmunlu, həmin tarixdə saat 23:05-də ‘Sən üçüncü üçün düşünmə də, başını yorma, bu biri məsələdə də yanındayam, söz yox birnən ikini yoluna qoyandan sonra, mən bunla hağk boş olmaram, narahat olma bu qaqanda” məzmunlu, həmin tarixdə saat 23:46-da “Hə əmin ol narahat olma nədə qalsa tamam edəcəyəm, sən canım ondan narahat olma” məzmunlu, xx.xx.2020-ci il tarixdə saat 00:35-də “Gəldim məndə maşını gətirirəm, elçin vurub hazırlamışdı” məzmunlu, həmin tarixdə saat 00:51də “Yəqin ki, sabaha qaldıda” məzmunlu mesaj mətinləri göndərilmişdir. Həmin tarixdə saat 22:49-da Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsinə “Mehrac burda” məzmunlu mesaj mətinləri göndərilmişdir. Həmçinin həmin diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2020-ci il tarixdə saat 10:28-də 34 saniyə, saat 20;20-də 41 saniyə, 20:50-də 10 saniyə, saat 20:55-uə 75 saniyə, saat 22:53-də 10 saniyə, saat 22:54-də 29 saniyə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs1 məxsus ***-***- **-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2020-ci il tarixdə saat 21:58-də 2663 saniyə, 22:39-da 9 saniyə telefon danışığı olmuşdur. Bundan başqa baxış zamanı müəyyən olunmuşdu ki, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsinin antenn dairəsi xx.xx.2020-ci il tarixdə saat 22:54-də “Ramana qəsəbəsi, X16”ni, həmin gün saat 23:33-də isə “Zabrat Aeroport” ərazisini göstərir. Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsinin antenn dairəsi 05,03.2020? :i il tarixdə saat 22:31-də “Zabrat Aeroport” ərazisini, saat 22:37-də “Sabunçu rayonu,Zabrat 2 qəsəbəsi” ərazisini, saat 22:45-də “Zabrat Aeroport” ərazisini, saat 23:01- də və 23:36-da “Sabunçu rayonu, Ramana qəsəbəsi” ərazisini göstərir. Təqsirləndirilən şəxs1 məxsus ***-***-**- ** mobil telefon nömrəsinin antenn dairəsi xx.xx.2020-ci il tarixdə saat 21:04-də “Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi” ərazisini, 23:32, 23:35 və 22:36-da “Zabrat Aeroport” ərazisini, saat 23:37 və 2338-də “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat şossesinin sağ kənarında 40 saylı torpaq sahəsi” ərazisini, saat 23:42-də isə “Zabrat Aeroport” ərazisini göstərir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli tutma haqqında protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 oğlu şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli tutma haqqında protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 oğlu şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb, hər birinin barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan, yəni Təqsirləndirilən şəxs2 oğlunun xx xxxx 2020ci il tarixdən, Təqsirləndirilən şəxs1 oğlunun xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun himayəsində üç azyaşlı uşaqlarının olmasını iş üzrə cəzasını yüngülləşdiriən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş Təqsirləndirilən şəxs1 oğlunun cinayətin törədilməsində xüsusi fəallıq iştirak etməsinin cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzasını yüngülləşdiriən və ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Baş Prokurorluğunun İstintaq İdarəsinin “maddi sübutlar otağinda saxlanilan, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törədən zaman əynində olmuş gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək, Təqsirləndirilən şəxs2 cinayət əməllərini törədən zaman əynində olmuş qəhvəyi rəngli uzunqol gödəkçə, qara rəngli qısaqol gödəkçə, göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 Elburus qızının əynində olmuş ağqara-boz rəngli uzunqol jaket, qara rəngli uzunqol köynək, qara rəngli şalvar, ağ rəngli trusik, qəhvəyi rəngli büsqalter, qara rəngli bir cüt corab, Zərərçəkmiş şəxs1 əynində olmuş boz rəngli alt şalvarı, tünd-göy rəngli trusik, boz rəngli köynək, qara- boz zolaqlı toxunma materialdan papaq, mavi rəngli cins şalvar, tünd-göy rəngli qısaqol köynək, mavi rəngli köynək, tünd-göy rəngli sırıqlı materialdan köynək, qara rəngli bir cüt corab, qəhvəyi-qara rəngli bir cüt ayaqqabı, Zərərçəkmiş şəxs1 meyitinin yanından aşkar edilmiş bir ədəd kəsici əşya (rezak tiyəsi), Zərərçəkmiş şəxs2nm meyitinin yanından aşkar edilmiş açılıb-qatlanan bir ədəd bıçaq, Təqsirləndirilən şəxs2 məxsus «Daewo Nexia» markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və arxa oturacaq üzlükləri, Zərərçəkmiş şəxs2nm meyitinin yanından aşkar edilmiş qan ləkələrinin hopdurulduğu 3 ədəd pambıq tampon hökm qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılması barədə vəsatət olmadığı və dəyəri olmadı üçün müsadirə olunaraq məhv edilməli, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi, 106 saylı binanın giriş qapısının yanında və 2-ci mərtəbəsində quraşdırılmış videoqeydiyyat cihazından götürülmüş videogörüntünü özündə əks etdirən 1 ədəd CD-R tipli disk, Zərərçəkmiş şəxs1la “Xan taksi” şirkətinin operatoru və sürücüsü arasındakı telefon danışıqlarının əks olunduğu 1 ədəd CD-R tipli disk, telefon məlumatlarına dair 02 ədəd CD disk cinayət işində saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung Galaxy A” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung Galaxy J” markalı, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Nokia Cl” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalı, , hökm qanuni qüvvəyə, iş üzrə ekspertiza xərci təşkil edən 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7 və 245-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7-ci ilə 18 (on səkkiz) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 19 (on doğğuz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7 və 245-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7-ci ilə 17 (on yeddi) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 oğluna qəti olaraq 17 (on yeddi) il 6 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar və Baş Prokurorluğunun İstintaq İdarəsinin “maddi sübutlar otağinda saxlanilan, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törədən zaman əynində olmuş gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək, Təqsirləndirilən şəxs2 cinayət əməllərini törədən zaman əynində olmuş qəhvəyi rəngli uzunqol gödəkçə, qara rəngli qısaqol gödəkçə, göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 Elburus qızının əynində olmuş ağ-qara-boz rəngli uzunqol jaket, qara rəngli uzunqol köynək, qara rəngli şalvar, ağ rəngli trusik, qəhvəyi rəngli büsqalter, qara rəngli bir cüt corab, Zərərçəkmiş şəxs1 əynində olmuş boz rəngli alt şalvarı, tünd-göy rəngli trusik, boz rəngli köynək, qara- boz zolaqlı toxunma materialdan papaq, mavi rəngli cins şalvar, tünd-göy rəngli qısaqol köynək, mavi rəngli köynək, tünd-göy rəngli sırıqlı materialdan köynək, qara rəngli bir cüt corab, qəhvəyi-qara rəngli bir cüt ayaqqabı, Zərərçəkmiş şəxs1 meyitinin yanından aşkar edilmiş bir ədəd kəsici əşya (rezak tiyəsi), Zərərçəkmiş şəxs2nm meyitinin yanından aşkar edilmiş açılıb-qatlanan bir ədəd bıçaq, Təqsirləndirilən şəxs2 məxsus «Daewo Nexia» markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və arxa oturacaq üzlükləri, Zərərçəkmiş şəxs2nm meyitinin yanından aşkar edilmiş qan ləkələrinin hopdurulduğu 3 ədəd pambıq tampon, hökm qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılması barədə vəsatət və dəyəri olmadı üçün müsadirə olunaraq məhv edilsin, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi, 106 saylı binanın giriş qapısının yanında və 2-ci mərtəbəsində quraşdırılmış videoqeydiyyat cihazından götürülmüş videogörüntünü özündə əks etdirən 1 ədəd CD-R tipli disk, Zərərçəkmiş şəxs1la “Xan taksi” şirkətinin operatoru və sürücüsü arasındakı telefon danışıqlarının əks olunduğu 1 ədəd CD-R tipli disk, telefon məlumatlarına dair 02 ədəd CD disk cinayət işində saxlanılması nəzərə alınsın, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung Galaxy A” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung Galaxy J” markalı, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Nokia Cl” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci təşkil edən 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar