Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-269/2022 15.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X30 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X10, X11 və Müdafiəçi2, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 (mülki iddiaçı), Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Pro Bono” Vəkil Bürosunun vəkili X6 Zərərçəkmiş şəxs Abşeron rayon Bələdiyyəsinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 6 iyun 1986-cı ildə Laçın rayonu, Bozlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Bozlu kəndində qeydiyyatda olmaqla hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, N.Əsədov küçəsi, nömrəsiz fərdi tikilidə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 188.3-cü maddələri ilə, xx xxxxxx 1975-ci ildə Laçın rayonu, Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Laçın rayonu, Qarakeçi ƏİD, Qarakeçi kəndində qeydiyyatda olmaqla hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsi ev 83-də yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlayaraq özbaşına tikinti işləri aparmış, həmçinin Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin əvvəllərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Abşeron rayonu, Saray Bələdiyyəsinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlayaraq həmin torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla birmərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qrupun üzvü Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs1 özü və Təqsirləndirilən şəxs1 torpaq sahələrinin alğı-satqısı İlə məşğul olan şəxslər kimi təqdim edib ona Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 1,5 sot torpaq sahəsi satacaqlarına, həmçinin sonradan həmin torpaq sahəsinə mülkiyyət hüququ barədə adına çıxarış alacaqlarına dair yalandan vəd verərək Zərərçəkmiş şəxs1 inandırmış, bu məqsədlə sonuncudan 28 aprel 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 43 saylı Notariat Kontorunun qarşısında 7.000 manat məbləğində nağd pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Təqsirləndirilən şəxs1la aralarında bölməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə özgənin külli miqdarda əmlakını təkrarən ələ keçirmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qrupun üzvü Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs2 özü və Təqsirləndirilən şəxs1 torpaq sahələrinin alğı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim edib ona Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 13,5 sot torpaq sahəsi satacaqlarına, həmçinin sonradan həmin torpaq sahəsinə mülkiyyət hüququ barədə adına çıxarış alacaqlarına və tikinti işlərinə icazə verilməsində köməklik edəcəklərinə dair yalandan vəd verərək onu inandırmış, bu məqsədlə sonuncudan 2019-cu ilin may ayının əvvəllərində ünvan 2 ünvanında “Yeni Bakı Yaşayış Kompleksi”-nin yaxınlığında yerləşən “Çinar” kafesində 15.000 manat, 2019-cu ilin may ayının əvvəllərində həmin ünvanda 15.000 manat, 2019-cu ilin may ayının ortalarında həmin ünvanda 10.000 manat, 2019-cu ilin may ayının ortalarında ünvan 2 ünvanında “Yeni Bakı Yaşayış Kompleksi”-nin qarşısında 6.000 manat, 2019-cu ilin may ayının ortalarında ünvan 2 ünvanında “Yeni Bakı Yaşayış Kompleksi”-nin yaxınlığında yerləşən “Şirin Çay” çay evində 7.000 manat, 2019-cu ilin may ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllədə yerləşən Fövqəladə Hallar Nazirliyinin qarşısında 4.000 manat, 2019-cu ilin may ayının sonlarında ünvan 6 ünvanında yerləşən ofisdə 3.000 manat, 2019-cu ilin iyun ayının ortalarında ünvan 2 ünvanında “Yeni Bakı Yaşayış Kompleksi”-nin yaxınlığında yerləşən “Çinar” kafesində 6.000 manat olmaqla ümumilikdə 66.000 manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Təqsirləndirilən şəxs1la aralarında bölməklə Zərərçəkmiş şəxs2 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qrupun üzvü Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs3 özü və Təqsirləndirilən şəxs1 torpaq sahələrinin alğı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim edib ona Abşeron rayonu, Saray qəsəbəsi əraizsində yerləşən birmərtəbəli fərdi yaşayış evi satacaqlarına, həmçinin sonradan həmin tikiliyə mülkiyyət hüququ barədə adına çıxarış alacaqlarına dair yalandan vəd verərək Zərərçəkmiş şəxs3 inandırmış, bu məqsədlə sonuncudan 5 sentyabr 2020-ci il tarixdə ünvan 8 ünvanında ilkin ödəniş adı ilə 5.500 manat məbləğində nağd pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Təqsirləndirilən şəxs1la aralarında bölməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 178.3.2-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2019cu il tarixdə Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. X17 Abşeron rayonu, Masazır qəsəbəsi, Nazim Əsədov küçəsində yerləşən ərazidə fərdi yaşayış üçün 10 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 2 sotunda özləri yaşamışlar. Qalan 8 sotunu isə satmaq qərarına gəlmişlər. Belə ki, 2019-cu ilin aprel ayında əvəlləcədən tanıdığı Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsini göstərib satmaq istədiyini demiş və bu məqsədlə Elmir anasının adına olan torpaq sahəsini bir neçə müştəriyə göstərmişdir. 2019-cu ilin aprel ayında Elmir Zərərçəkmiş şəxs1 Masazır qəsəbəsində X17 məxsus torpaq sahəsini göstərməyə gəldikdə ona zəng edib torpaq sahəsinə çağıraraq torpağa baxmaq üçün real müştəri gətirdiyini demişdir. Həmin vaxt Elmirin yanına getdikdə torpaq almaq istəyən Tahir adlı şəxsi orada görmüşdür. Elmir həmin şəxsə onu göstərib torpaq sahəsinin sahibi olduğunu demişdir. Tahir ondan 1,5 sot torpaq sahəsini neçəyə satdığını soruşduqda 7.000- 7.500 manata satdığını demişdir. Tahir qiymətdə biraz aşağı düşməyini deyəndə razılaşmamışdır. Həmin vaxt Elmir tikintini özünün aparacağını bildirmişdir. 4-5 gündən sonra Elmir ona zəng edərək Tahirlə tikinti müqaviləsi bağladığını demişdir. 28 aprel 2019cu il tarixdə anası ilə birlikdə Nəsimi rayonunda yerləşən “Qızıl Tac” restoranının yanındakı 43 saylı notariusa gəlmişlər. Həmin notariusa Tahir həyat yoldaşı, Elmir isə iş yoldaşı Aysel ilə gəlmişdir. Anası Masazır qəsəbəsində öz adına olan torpaq sahəsinin 1,5 sotunu etibarnamə ilə Tahirin həyat yoldaşı Şahid5 vermişdir. Notarisudan çıxdıqdan sonra Elmir Tahirgillə birlikdə öz avtomobilinə getmişdir. Daha sonra Elmir onu çağırıb Tahirin verdiyi 6.000 manat pulu ona vermişdir. Pulu götürdükdən sonra oradan uzaqlaşmışdır. Təxminən 1 ay sonra Tahir və onun həyat yoldaşı Əminəni Masazır qəsəbəsində “Qurtuluş 93” yaşayış kompleksində görəndə Tahirlə görüşüb nə etdiyini sorumuşdur. Tahir Elmirin başına oyun açıb evini tikmədiyini demişdir. Bundan sonra Tahirin nömrəsini götürüb Elmir ilə onu görüşdürmüşdür. Elmir söz vermişdir ki, evi tikəcək. Həmin ərəfələrdə Elmir ona Tahir üçün həmin yerdə yox başqa yerdə ev tikəcəyini deyib ondan 6.000 manat pulu istəmişdir. Bir neçə gündən sonra 6.000 manat pulu Elmirə qaytarmışdır. Həmin ərəfələrdə Tahiri çağırıb Elmir ilə bir yerdə görüşən zaman Tahirə 6.000 manat pulu Elmirə verdiyini demişdir. Elmir də həmin pulu ondan aldığını təstiq etmişdir. Lakin bundan sonra Tahirlə Elmir arasında nə baş verdiyini bilməmişdir. Onu Zərərçəkmiş şəxs3 ilə 2020-ci ilin yay aylarında Elmir tanış etmişdir. Elmir ona Elşən adlı şəxsdən ev tikmək üçün 10.000 manat pul aldığını deyərək ona köməklik edib 5.000 manat pulla onda olan evi Elşənə satmağını bildirmişdir. Saray qəsəbəsində qohumu X4 məxsus 2 sot torpaq sahəsində tikilmiş 1 mərtəbəli 3 otaqlı evini torpaq ilə bir yerdə 30.000-35.000 manata satdığını demiş və Elmir həmin evi Elşənə göstərmişdir. Bir neçə gündən sonra Elmir ona zəng edərək Elşənlə bir yerdə olduğunu deyib ondan harada olduğunu soruşmuşdur. O da Elmirə Novxanıda olduğunu demişdir. Elmir Elşən ilə yanına gəlmiş və Elşənlə orada tanış olmuşdur. Elşən nömrəsini götürərək zəng edib görüşəcəyini demişdir. Bir neçə gündən sonra Elmir və Elşən “Qurtuluş 93” də yerləşən “Kaya” restoranının yanında görüşmüş, Elşən evə baxmış və evdən xoşu gəlmişdir. Elşən evin qiymətini soruşduqda ona Elmirlə danışıb deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra Elşən onu Elmirin ofisinə çağırdıqda Elmirin Nəsimi rayonunda yerləşən ofisinə getmişdir. Elşən oraya bir nəfər xanımla gəlmişdir. Elşənə evi 35.000 manata satdığını demişdir. İlkin olaraq ondan 15.000 manat pul istəmiş, qalan pulu isə hər ay 500 manat ödəməklə verməsini demişdir. Elşən 3-4 günə ona 5.000 manat pul verəcəyini, qalan 10.000 manatı isə Elmir özünün verəcəyini demişdir. O da onlarla razılaşmışdır. 3-4 gündən sonra Elşən ona zəng edərək müqavilə bağlamağı təklif etmişdir. Buna görə də Elmirin ofisinə getmişdir. Elşən yenə həmin xanımla gəlmişdir. Elmirin ofisində Elşənin adından Elşənin yanında olan Şahid2 ilə aralarına müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ona ilkin olaraq 15.000 manat pul verilməli, o isə evi təmir edib onlara verməli olmuşdur. Qalan pul isə hər ay ən azı 500 manat ödəməklə verilməli, tam pul ödənildikdən sonra həmin evin sənədlərini onların adına keçirməli olmuşdur. Elmirin ofisində müqavilə bağladıqdan sonra ofisdə dəqiq xatrılamasa da, ya Elşən ya da Aytəkin ona 1.800 ABŞ dolları, yəni 3.060 manat pul vermişdir. Pulu aldıqdan sonra evin pəncərələrini və reşotkalannı qoydurmuşdur. Bir neçə gündən sonra Elşən Aytəkinlə ondan müqavilə ilə Saray qəsəbəsindən aldıqları evin yanına gəlmiş və görmüşlər ki, evdə təmir işləri gedir. Elşən ona qalan 1.940 manatı orada vermişdir. 1.940 manat verilən zaman evdə təmir işlərini görən usta İsa və Vüsal onların yanında olmuşdur. Həmin puldan ustalara da vermişdir. Elmir isə ona 10.000 manat pul verməli olmuşdur. Evin təmirinə görə ona pul lazım olduğundan Elmirə zəng edib pulu istəmişdir. Elmir isə pulunun olmadığını, sonra verəcəyini bildirmişdir. Elşənə zəng edib evin kommunal ödənişlərinə görə 1.500 manat pul lazım olduğunu demişdir. Elşən Saray qəsəbəsində həmin evin yanına gəlib ona 500 manat pul və Aytəkinin şəxsiyyət vəsiqəsinin surətini vermişdir ki, evin kommunal xərclərini ödəsin. Elşənə Elmirin 10.000 manatı verməyə pulunun olmadığını, verdiyi aylıqdan ona evi təmir edib qurtarmaq üçün biraz pul verməsini istəmişdir. Elşən isə pulu Elmirdən özünün alacağını demişdir. 2020-ci ilin noyabr ayında Elşən ona zəng edib evi istəmədiyini və verdiyi 5.500 manat pulunu geri istədiyini demişdir. Elşənə evin açarını vermişdir ki, satıb pulunu götürsün. Elşən açarı götürməyib evi onun satıb pulunu ödəməyini istəmişdir. Evi sata bilmədiyi üçün Elşəndən aldığı 5.500 manat pulu ona qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 2018-ci ildən tanıyır. Elmirə Təqsirləndirilən şəxs1la bir yerdə 13,5 torpaq sahəsi satmamışdır. Elmir onlara 66.000 manat pul verməmişdir. Mehdi adlı şəxsin Saray qəsəbəsində torpaq sahəsi olmuşdur. Mehdi ilə danışıb satdığı torpağın qiymətini soruşduqdan sonra bu barədə Elmirə deyib vasitəçilik etmişdir. Elmirin Mehdidən neçə sot torpaq sahəsi aldığını bilmir. Vasitəçilik etdiyi üçün Elmir ona bu işdən cəmi 600 manat pul vermişdir. Satmaq istədiyi torpaq sahəsi anasına məxsus olmuşdur. Hazırda qəssab işləyir. 10 sot torpaq sahəsi qeydiyyata alınmamışdır. Anasına məxsus torpaq sahəsində 10-15 ildir ki, ev tikmişlər. Elmir özünü tikinti şirkətinin rəhbəri kimi təqdim etmişdir. Elmir evləri kreditlə tikmişdir. Tahiri təxminən 3 ildir tanıyır. Tahirə 1,5 sot torpağı etibarnamə əsasında vermişdir. Torpaq alındıqdan sonra 3 il keçsə də, Elmir evi tikməmişdir. 1,5 sot torpaq sahəsində 1 ev tikilməli olmuşdur. Elmirdən 6.000 manat pulu alan zaman tək olmuşdur. Zərərçəkmiş şəxs2lə Mehdini o tanış etmişdir. Mehdinin 13,5 sot torpaq sahəsi olmuşdur. Mehdinin Elmirə torpaq sahəsi satmasında vasitəçilik etmişdir. Mehdi ilə dostluq münasibəti olduğu üçün ondan vasitəçilik etməyini xahiş etmişdir. Mehdinin özünə məxsus torpaq sahəsinə çıxarışı olmuşdur. Özünü heç kimə torpaq alğı-satqısı ilə məşğul olan şəxs kimi təqdim etməmişdir. Semurla yaxın dostluq münasibəti var. Semurun kimdənsə torpaq alğı-satqısı ilə bağlı pul aldığını görməmişdir. Elmir telefonla zəng edərək onu narahat etməmişdir. Elşənlə telefon danışıqları olmuşdur. Zərərçəkmiş şəxs3 evin tikiləcəyi barədə vəd verməmişdir. Elşəndən pulu beh kimi almışdır. Elşənə ondan aldığı 5.500 manat pulu geri qaytarmışdır. Anasına məxsus torpaq sahəsi Masazır qəsəbəsində yerləşmişdir. 10 sot torpaq sahəsinin anasının adına olmasına dair icra hakimiyyətindən sərəncam verilmişdir. Zərərçəkmiş şəxs2 70.000 manat pul ödəmişdir. Elmirlə əvvəllər ədavəti və ya düşmənçiliyi olmamışdır. Elmirin ondan şikayət etmə səbəbini bilmir. Mehdi özünə məxsus torpaq sahəsini alğı-satqı müqaviləsi ilə satmışdır. Mehdinin torpağının alğı-satqısı ilə bağlı heç kimə vəd verməmişdir. 10 sot torpaq sahəsi hasarlanmışdır. Onlara həmin torpaq sahəsində ev tikilməsinin qadağan olduğu ilə bağlı heç kim xəbərdarlıq etməmişdir. 10 sot torpaq sahəsi hazırda istifadəsindədir. Zərərçəkmiş şəxs1 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Elmirlə Tahir arasında bağlanmış tikinti müqaviləsini görməmişdir. Elmir bir neçə şəxsi ev tikəcəyi barədə vəd verib aldatmışdır. Torpaq sahəsinin anasına məxsus olduğunu təsdiq edən sənədi Tahirə və Elmirə əvvəlcədən göstərmişdir. Torpaq sahəsinə baxmağa Tahir, onun yoldaşı, Elmir və Elmirin işçiləri gəlmişdir. Tahirgil onda olan sənədi görüb torpağın etibarnamə ilə verilməsinə razı olmuşlar. Mehdiyə məxsus torpaq sahəsinin çıxarışı olmuş və Saray qəsəbəsində yerləşmişdir. Mehdiyə məxsus torpaq sahəsini Mehdi özü satmışdır. Heç kimə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev tikilməsinə icazə alacağına dair vəd verməmişdir. 1,5 sot torpaq sahəsində tikinti işləri aparılmamışdır. 1,5 sota görə aldığı pulu Tahirə geri qaytarmışdır. Saray qəsəbəsində 72 kvadrat metr 3 otaqlı 1 mərtəbəli evi olmuşdur. Saray qəsəbəsindəki ev hazırda onun mülkiyyətindədir. 13,5 sot torpaq sahəsinin satılması ilə əlaqədar Mehdiyə nə qədər pul verildiyini bilmir. Vasitəçilik etdiyi üçün pulu ona Elmir vermişdir. Elmir ona Mehdiyə çatdırmağı üçün pul verməmişdir. 13,5 sot torpaq sahəsi ilə bağlı təxminən 4-5 dəfə alğı-satqı olmuşdur. 13,5 sot torpaq sahəsinin neçə sotunun satıldığını bilmir. 13,5 sot torpaq sahəsi ilə bağlı Elmir və Mehdinin ondan hər hansı pul tələbi olmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hazırda kənd təsərrüfatı ilə məşğuldur. Zərərçəkmiş şəxs2 tanıyır və onunla heç vaxt ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 isə qohumudur. Zərərçəkmiş şəxs1 tanımır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 torpaq sahəsi satacağı və ya alacağından, ümumiyyətlə, məlumatı olmamışdır. Ancaq sonradan bilmişdir ki, Çingiz anasının adına olan torpaq sahəsinin az bir hissəsini Zərərçəkmiş şəxs1 satmışdır. Bundan başqa heç bir hadisənin şahidi olmamışdır. Elmir adını Mehdi kimi bildiyi şəxsdən 13,5 sot torpaq sahəsi alıb, orada ev tikib bir neçə adama satmışdır. Elmirin onun barəsində dedikləri isə ümumiyyətlə, yalandır. Belə ki, o heç kimdən sənədləşdirmə üçün və ya nəyin isə müqabilində pul almamışdır. Zərərçəkmiş şəxs3 tanımır və onunla heç vaxt əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2 bacısı qızının həyat yoldaşıdır. Zərərçəkmiş şəxs3 ilə arasında torpaq alğı-satqısı ilə bağlı hər hansı razılaşma olmamışdır. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 pul verməsinin şahidi olmamışdır. Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs2 arasında olan alğı-satqı müqaviləsi barədə sonradan məlumatı olmuşdur. Heç kimə özümü torpaq alğı-satqısı ilə məşğul olan şəxs kimi təqdim etməmişdir. Zərərçəkmiş şəxs2 təxminən 2 il əvvəl Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs2 dost olmuşlar. Elmirlə yaxın dostluq münasibətləri olmuşdur. Elmirin tikinti işi ilə məşğul olduğunu bilmişdir. Masazırda olan bir qrup şəxs, o cümlədən Təqsirləndirilən şəxs2 Elmirdən polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs2 Çingizin qohumu olduğu üçün həmin şəxsləri ondan şikayət etmələrinə onun sövq etdiyimi düşünərək barəsində şikayət etmişdir. Mehdi ilə çoxdandır, yaxın dost münasibəti var. Mehdi özünə məxsus 13,5 sot torpaq sahəsini Zərərçəkmiş şəxs2 tapdığı şəxslərə satmışdır. Mehdi özünə məxsus torpaq sahəsini müxtəlif şəxslərə notarius qaydasında rəsmiləşdirilmiş alğı-satqı müqavilələri əsasında satmışdır. 2011-2017ci illərdə Saray Bələdiyyəsinin tikinti şöbəsinin müdiri vəzifəsində işləmişdir. 13,5 sot torpaq sahəsinin Mehdiyə məxsus olmasını çıxarış olduğu üçün bilmişdir. Həmin çıxarışı Mehdi özü ona göstərmişdir. Mehdinin 13,5 sot torpaq sahəsini Saray bələdiyyəsindən nə vaxt aldığını xatırlamır. Torpaqla bağlı sənədləşdirmə işləri üçün və ya alğı-satqını həyata keçirəcəyi ilə bağlı heç kimə vəd verməmiş və pul almamışdır. 2017-ci ildə Saray Bələdiyyəsində maaşı az olduğu üçün ərizə yazıb işdən çıxmışdır. Hadisə zamanı istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Zərərçəkmiş şəxs2lə arasında pulun geri tələb edilməsi barədə telefon danışıqları və “SMS”-lər olmamışdır. Mehdiyə məxsus torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmuşdur. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 178.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, həmçinin məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2019-cu ilin mart ayından tanıyır. Onlarla qohumluq əlaqələri, ədavəti və düşmənçiliyi olmamışdır. 2019-cu ilin əvvəllərində Bakı şəhəri ətrafında və Abşeron rayonu ərazisində yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi alıb həmin torpaq sahəsində ev tikib satmaq qərarına gəlmişdir. Bununla bağlı bir neçə tanışına torpaq sahəsi almaq barədə qərarını bildirmişdir. 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs2 sonradan ona zəng edərək almaq üçün torpaq sahəsi axtardığını eşitdiyini bildirib Abşeron rayonunun “Masazır” qəsəbəsi ərazisində yaşayış evi tikmək üçün nəzərdə tutulmuş satılıq torpaq sahəsinin olduğunu demişdir. Həmin vaxt görüşüb bu barədə söhbət etmək barədə razılaşmış və həmin gün Təqsirləndirilən şəxs2la Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində görüşmüşlər. Çingiz onunla birlikdə gəlmiş qohumu Təqsirləndirilən şəxs1 ona təqdim edərək torpaq sahələrinin ona məxsus olduğunu və sonuncunun Abşeron rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs1 da Abşeron rayon İcra Hakimiyyətində şöbə müdiri işləməsini və həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq etmişdir. Orada qərara gəlmişlər ki, gedib birlikdə həmin torpaq sahəsinə baxıb torpaq sahəsi xoşuna gələcəyi təqdirdə qiyməti barədə razılaşsınlar. Bundan sonra birlikdə Abşeron rayonunun ərazisinə gəldikdə onlar həmin ərazidə yerləşən torpaq sahəsini təqdim edərək özlərinə məxsus olduğunu, torpaq sahəsinin Abşeron rayonunun Masazır qəsəbəsinə aid olduğunu, yaşayış evinin tikintisi üçün nəzərdə tutulduğunu bildirmişlər. Həmin vaxt Çingiz və Semur ərazidə olan bütün torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişlər. Semur yaxın vaxtlarda yüksək vəzifəyə təyin olacağını və ona pul lazım olduğundan həmin torpaq sahəsini satdığını bildirmişdir. Göstərdikləri torpaq sahəsi xoşuna gəldiyi üçün onlardan həmin torpaq sahəsinin qiymətini maraqlanmışdır. Semur və Çingiz əvvəlcə ona 1,44 sot torpaq sahəsini göstərib 6.000 manata satdıqlarını bildirmişlər. Onlarla razılaşıb beh olaraq 12 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanında yerləşən ofisində 1.300 manat pul vermişdir. Bununla bağlı aralarında qəbz imzalanmış və həmin qəbz yazılan zaman Şahid1 imza etmişdir. Bundan 2 gün sonra qalan 4.700 manat pulu Abşeron rayonu, Masazır qəsəbəsində aldığı torpaq sahəsinin yaxınlığında yerləşən “Çinar” kafesində vermişdir. Çingiz və Semurdan aldığı 1,44 sot torpaq sahəsinin sənədlərini düzəldib həmin torpaq sahəsində ev tikib satmışdır. Torpaq sahəsinin sənədləşməsi ilə bağlı heç bir problem olmamışdır. Çingiz və Semur həmin vaxtlarda ona Masazır qəsəbəsində 7,5 sot torpaq sahəsini və həmin torpaq sahəsindən bir az kənarda olan 6 sot torpaq sahəsini də göstərib 7,5 sot torpaq sahəsinin hər sotunu 5.500 manata, digər 6 sot torpaq sahəsinin hər bir sotunu isə 4.500 manata satdıqlarını bildirmişlər. Onlardan torpağın qiymətini bir qədər aşağı düşmələrini bildirdikdə həmin torpaq sahəsinin bir hissəsinin hər sotunu 4.800 manata, digər hissədə yerləşən torpaq sahəsinin 1 sotunu isə 4.000 manata satmağa razılaşmışlar. Həmin vaxt onlardan torpaq sahələrinin sənədlərinin olub-olmaması barədə soruşduqda hər ikisi satdıqları torpaq sahələrinin sənədlərinin qaydasında olduğunu bildirmişlər. Beləliklə, o da onlardan 13,5 sot torpaq almaq qərarına gəlmişdir. Aldığı 13,5 sot torpaq sahəsinə görə, yəni bir sotunu 4.800 manata almağa razılaşdığı 7,5 sot torpaq sahəsinə və bir sotunu 4.000 manata aldığı 6 sot torpaq sahəsinə görə verəcəyi 60.000 manat pulu 1 ay müddətində verəcəyi barədə razılaşmışlar. Onlar da həmin torpaq sahəsini 1 aya kimi adına sənədləşdirib çıxarışlarını verəcəklərini demişlər. Hər dəfə Çingiz və Semurla görüşərkən Semur ona Abşeron rayon İcra Hakimiyyəti ilə bağlı nə işi olsa, ona müraciət etməyini, həll edə biləcəyini demişdir. Həmin vaxt Semur və Çingiz **-BC-*** qeydiyyat nişanlı qara rəngli “Tayota Camry”, “Niva”, “BMW” və markasını dəqiq xatırlamadığı avtomobilləri idarə etmişlər. Onların bahalı geyinmələrinə, hər dəfə görüşərkən bahalı avtomobillərlə gəlmələrinə, Semurun bahalı qeydiyyat nişanlı avtomobillər idarə etməsinə, həmin torpaq sahələrini ona satmaq üçün göstərərkən təqdim etdikləri X7 adına olan, həyətyanı torpaq sahəsinin ayrılması barədə sənədə görə və dövlət işində işləmələrinə görə onlara inanıb göstərdikləri torpaq sahələri ilə bağlı heç bir sənədləşmə işi aparılmadan 13,5 sot torpaq sahəsinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 1 ay müddətində ayrı-ayrı vaxtlarda cəmi 60.000 manat pul vermişdir. Belə ki, əvvəlcə həmin torpaq sahələrinə görə 2019-cu ilim may ayının əvvəllərinə 15.000 manat pulu ünvan 2 ünvanında “Yeni Bakı Yaşayış Kompleksi”nin yaxınlığında yerləşən “Çinar” kafesində Çingiz və Semurla görüşüb Çingizin özünə, bundan sonra 2019-cu ilim may ayının əvvəllərinə həmin yerdə Çingiz və Semurla görüşüb onlara 15.000 manat pul vermişdir. 2019-cu ilim may ayının ortalarında Çingiz və Semurla yenidən görüşüb həmin kafedə Semura 10.000 manat, 2019-cu ilin may ayının ortalarında yenidən Çingiz və Semurla ünvan 11 ünvanında “Yeni Bakı Yaşayış Kompleksi”nin qarşısında görüşərək onlara 6.000 manat, 2019-cu ilim may ayının ortalarında ünvan 2 ünvanında “Yeni Bakı Yaşayış Kompleksi”nin yaxınlığında yerləşən “Şirin Çay” çay evində onlarla görüşüb Semura 7.000 manat, 2019-cu ilim may ayının sonlarında Çingizlə Bakı şəhəri, Yasamal rayonu, M. Müşfiq küçəsi, 501-ci məhəllədə yerləşən Fövqəladə Hallar Nazirliyinin qarşısında olan ofisində Çingizə 4.000 mana, bundan bir neçə gün sonra, yəni 2019-cu ilin may ayının sonlarında Çingizlə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 38 ünvanında yerləşən ofisində qalan 3.000 manat pulu vermişdir. Bundan sonra 2019-cu ilin iyun ayının əvvəllərində aldığı 13,5 sot torpaq sahəsinin 7.5 sotunda 5 ədəd yaşayış evi tikməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan torpaq sahəsində yaşayış evlərinin tikintisinin aparılmasına icazə verilməsi adı ilə əvvəlcə hər evə görə 1.000 manat, sonradan hər evə görə 3.000 manat pul istəmişlər. 2 ədəd evə görə Semura 2019-cu ilin iyun ayının ortalarında ünvan 2 ünvanında “Yeni Bakı Yaşayış Kompleksi”nin yaxınlığında yerləşən “Çinar” kafesində 6.000 manat pul vermişdir. Semur həmin pulu özünün yüksək vəzifədə işləyən tanışına verəcəyi barədə demiş, lakin kim olması barədə heçnə deməmişdir. Çingiz və Semurdan aldığı 7,5 sot torpaq sahəsində 5 ədəd ev, digər 6 sot torpaq sahəsində isə 4 ədəd ev tikməyə başlamışdır. Aldığı 13,5 sot torpaq sahəsinin hər sotunu 4.800 manata, aldığı 7.5 sot torpaq sahəsində tikdiyi 5 ədəd evlərdən birinin tikintisinə 29.400 manat, ikinci evin tikintisinə 26.000 manat, 3-cü evin tikintisinə 30.000 manat, 4-cü evin tikintisinə 46.600 manat pul xərcləmişdir. 5-ci evin isə beton fundamentini töküb 8 cərgə mişar daşından olan hörgüsünü aparan zaman isə tanımadığı 1 nəfər gələrək həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra evin tikintisini dayandırmışdır. Sabahsı gün həmin yerə gəldikdə isə evin hörgüsünün söküldüyünü görmüşdür. Həmin vaxt evin hörgüsünün torpaq sahəsinin sahibi tərəfindən söküldüyünü bilmişdir. Evin tikintisinə 7.000 manat pul xərcləmişdir. Bu barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bildirdikdə and-aman etmişlər ki, evi tikdiyi torpaq sahəsini səhvən ona satılıb. Həmin 1,5 sot torpaq sahəsinin əvəzinə ona başqa yerdən həmin ölçüdə torpaq sahəsi verəcəklərini demişlər. Onlarla razılaşsa da, həmin 1,5 sot torpaq sahəsini verməmişlər. Həmçinin hər sotunu 4.000 manata aldığı 6 sot torpaq sahəsində isə 4 ədəd yaşayış evi tikməyə başlamışdır. Həmin evlərdən 4 ədədinin fundamentini tökmüş, birinin isə fundament yerini qazdırmışdır. 2 evin 5 cərgə mişar daşından hörgüsü hörülmüş, hər birinin hörgüsünə 600 manat, həmin 4 ədəd evin hər birinin fundamentinin tökülməsinə 3.000 manat olmaqla cəmi 12.000 manat, 1 ədəd evin fundamentinin qazılmasına isə 500 manat pul xərcləmişdir. Beləliklə, ona ümumilikdə 151.500 manat maddi ziyan dəymişdir. Həmin birinci tikdiyi 4 ədəd evi satmaq istəsə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aldığı torpağın sahələrinin sənədlərini vermədiklərinə görə evlərə çıxarış alıb sata bilməmişdir. Həmin torpaq sahəsi ilə maraqlanarkən məlum olmuşdur ki, həmin torpaq sahəsi, ümumiyyətlə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus deyil, həmin torpaq sahələri Abşeron rayonunun Masazır qəsəbəsinin inzibati ərazisinə deyil, Abşeron rayonunun Saray qəsəbəsinin inzibati ərazisinə aiddir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə dəfələrlə görüşüb onlardan satdıqları torpaq sahəsinin sənədlərini və ya verdiyi pulu tələb etsə də, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu və sənədləri verməmişlər. Bundan sonra həmin torpaq sahəsində tikdiyi digər evlərin tikintisini dayandırmışdır. Bu hadisələrdən təxminən 18 ay sonra həmin torpaq sahəsində tikdiyi evlərə baxmağa gedərkən evlərdən ikisinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan xəbərsiz tanımadığı şəxslərə satdıqlarını bilmişdir. Həmin evlərdə usta işlədiyini görüb onlardan kim olduqlarını soruşduqda həmin şəxslər evləri onlara Semurun satdığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayıb bu barədə onlardan soruşduqda həmin evləri satdıqlarını etiraf etmişlər. Semur və Çingiz satdıqları evlərin pulunu iki-üç günə verəcəklərini bildirsələr də, müxtəlif bəhanələr gətirərək verməmişlər. Həmin evlərin hər birini müxtəlif şəxslərin verdikləri sifarişlər əsasında tikmişdir. Lakin həmin evləri Semur və Çingiz başqalarına satdıqlarına görə sifariş verənlər pulu verməmişlər. Semur və X3 və X8 görüşüb nəyə görə həmin evi başqasına satmaları ilə bağlı söhbət edərkən onlar Əziz və Hüsniyyəyə guya başqa şəxslərə olan borclarını ödəmək üçün evi satdıqlarını demişlər. Semur pulları özünün verəcəyini deyib aşağı tərəfdə olan torpaq sahəsini təqdim edib guya həmin torpaq sahəsini ona verdiyini, həmin torpaq sahəsini satıb pulunu verəcəyini bildirmişdir. Pulların verilməsində Şahid3, Şahid4 və Şahid1 iştirak etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satdıqları 13,5 torpaq sahəsinə görə heç bir sənəd verməmiş və həmin sənədi qısa zamanda həll edəcəklərini demişlər. Çingiz və Semurun həmin torpaq sahəsində tikdiyi 2 ədəd evi kimə və neçəyə satdıqlarını bilmir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsində 1,5 sot torpaq sahəsini 7.000 manata sataraq həmin torpaq sahəsinin anasının adına olduğunu bildirmişdir. Notariusda həmin torpaq sahəsini Tahirin həyat yoldaşının adına keçirmiş və buna görə də notariusda Tahirdən 130 manat pul alınmışdır. Tahirin isə Çingizə 7000 manat pul verdiyinin şahidi olmuşdur. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2la o tanış etmişdir. 2020-ci ilin sentyabr ayında Çingiz ona qohumu Semura məxsus yarımçıq tikili olduğunu və həmin tikilini 35.000 manata satdığını, Elşənin ona ilkin olaraq 5.500 manat pul verib yerdə qalan 29.500 manat pulu evə köçdükdən sonra hər ay 500 manat olmaqla ödəyəcəyini bildirsə də, Çingiz sözünə əməl etməmişdir. Evin sənədini hazır edə bilmədiyi üçün və evin təmiri hazır olmadığı üçün Elşən ondan 5.500 manat pulunu geri tələb etsə də, Çingiz pulu qaytarmamışdır. Elşən 5.500 manat pulu işlədiyi Bakı şəhəri, Nəsimi rayonu Asif Məhərrəmov 38a ünvanında yerləşən ofisində vermişdir. Həmin vaxt ofisdə o, işçisi Sura və Elşənin nişanlısı olmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 əvvəl tanımışdır. Çingiz 2019-cu ildə onu Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. Çingiz və Semurla yaxın dostluq münasibəti olmuşdur. Sifariş əsasında evlərin tikintisi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 özünü Abşeron rayon İcra Hakimiyyətində şöbə müdiri kimi təqdim etmişdir. Çingiz və Semur 2019-cu il bələdiyyə seçkilərindən sonra torpaqla bağlı icazə sənədlərini alacaqlarını demişlər. Ona satılan ərazidə olan torpaqlar əvvəllər də başqalarına satıldığı və orada evlər tikildiyi üçün çıxarışla maraqlanmamışdır. 13,5 sot torpaqda 9 ev tikmək üçün ayrı-ayrı şəxslərdən sifarişlər almışdır. 13,5 sot torpaq sahəsindəki satılan evlərdə hazırda yaşayanlar var. Ona ümumilikdə 151.000 manat maddi ziyan dəymişdir. Ona dəyən ziyandan 60.000 manat ödənilmişdir. 13,5 sot torpaq sahəsinin alğı-satqısı ilə bağlı razılaşma Semur, Çingiz və onun arasında olmuşdur. Torpaq alğı-satqısı zamanı razılaşma əldə olunarkən ona həmin torpaq sahəsi ilə bağlı icra hakimiyyətindən verilmiş sərəncam təqdim etmişlər. Sərəncamda göstərilən torpaq sahəsinin başqa ərazi olduğunu sonradan bilmişdir. Torpaq alğı-satqısı zamanı rəsmi sənədləşdirmə aparılmamışdır. Ona 13,5 sot torpaq sahəsi ilə bağlı yalnız 1 sənəd təqdim edilmişdir. Tikdiyi evləri alğı-satqı müqaviləsi əsasında satır. Torpaq sahəsini alarkən kənd təsərrüfatı təyinatlı olduğunu bilməmişdir. 2020-ci ildə 13,5 sot torpağın kənd təsərrüfatı təyinatlı olduğunu bilmişdir. 13,5 sot torpaq sahəsində tikdiyi evləri sənədlər olmadığı üçün heç kimə sata bilməmişdir. Evlərin tikintisi üçün sifariş vermiş şəxslərin pullarını geri qaytarmışdır. Tikilən evlərin hər biri üçün 1.5 sot sahə ayrılmışdır. Tikdiyi evləri satdığı şəxslərlə alğı-satqı müqavilələri olmuşdur. Çingiz evlərin tikintisi ilə məşğul olduğunu bilmişdir. Ondan pulu almağa Çingiz və Semur çox vaxt bir yerdə gəlmişlər. Təxminən 2-3 dəfə Çingizə pulu təklikdə vermişdir. Çingiz və Semur 13,5 sot torpağın özlərinin mülkiyyətində oduğunu demişlər. Çingiz və Semur torpaqla bağlı icazə sənədlərini verəcəklərini vəd etmişlər. İş üzrə verdiyi mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu il təxminən aprel ayının axırlarında ev almaq məqsədi ilə həyat yoldaşı Şahid5 ilə birlikdə internetdən ev alğı-satqısı ilə məşğul olan şirkət tapmış və həmin şirkətə zəng edib ucuz həyət evi almaq istədiklərini bildirmişlər. Həmin vaxt telefonda onlara Aysel adlı qız cavab vermişdir. Daha sonra Elmir adlı bir nəfər mobil telefonuna zəng edərək üz-üzə ətraflı danışmağı təklif etmişdir. Həmin gün yəni, 28 aprel 2019-cu il tarixdə Elmirin dediyi ünvana, 6-cı mikrorayonda “Varobskiy” deyilən ərazidə yerləşən “San marketin” yanına gəlmişdir. Elmir onlara “Masazır” qəsəbəsində torpaq olduğunu deyərək o və həyat yoldaşı Şahid5 öz avtomobili ilə “Masazır” qəsəbəsinə aparmışdır. Masazır qəsəbəsində Elmİrin göstərdiyi torpaq sahəsinə baxan zaman sonradan adını X12 olduğunu bildiyi bir nəfər gəlmiş və Elmir Çingizi onlarla tanış edərək baxdıqları torpaq sahəsinin Çingizə məxsus olduğunu bildirmişdir. Həmin vax Elmir onunla işləyən Ayseli də torpaq sahəsinin olduğu yerə çağırmışdır. Çingiz 1,5 sot torpaq sahəsini 7.000 manata satdığını demişdir. Torpaq sahəsi xoşlarına gəldiyi üçün Çingizə qiyməti biraz aşağı salmasını dedikdə Çingiz dediyi qiymətdən aşağı düşməmişdir. Bundan sonra torpağa görə ona 7.000 min manatı verməyə razılaşmış və Çingiz torpağın sənədini 10 gün müddətinə hazır edəcəyini demişdir. Elmir isə istəsələr 3 ay müddətində onlara ev tikə biləcəyini, ev 3 aya hazır olduqdan sonra 18.000 manat verməli olacaqlarını bildirmişdir. Elmirin bu təklifi ilə razılaşmışlar. Həmin gün ünvan 16 ünvanında yerləşən 43 saylı notariusa gəlmişlər. Çingizin anası Nuridə Səmədova da həmin notariusa gəlmişdir, çünki torpaq sahəsi Çingizin anası Nuridənin adına olmuşdur. Həmin noratariusda Çingizin anasının adına olan sərəncamdan çıxarış sənədi etibarnamə ilə həyat yoldaşı Şahid5 adına keçdikdən sonra notariusa 130 manat pul vermişdir. Daha sonra notariusun qarşısında Elmirə məxsus “Jip” markalı avtomobilin içində 7.000 manat pulu Elmir, Aysel və həyat yoldaşı Əminənin iştirakı ilə Çingizə vermişdir. Çingiz pulu götürdükdən sonra çıxıb getmişdir. Bu hadisədən 2-3 gün sonra Elmirin ofisində görüşmüş və Elmirə tikinti işlərini aparmağa başlaması üçün 10.000 manat pul vermişdir. Elmir həmin torpaq sahəsində tikinti işlərinə başladıqdan təxminən bir ay sonra, yəni 2019-cu ilin iyun aylarında məlum olmuşdur ki, Çingizin satdığı torpaq sahəsində ev tikməyə icazə yoxdur, həmin torpaq sahəsi əkin üçün nəzərdə tutulmuşdur. Çingizlə bu barədə danışıb pulunu ondan geri istəmişdir. Sonuncu müxtəlif bəhanələr gətirərək pulunu qaytarmayıb ona başqa yerdən torpaq sahəsi verəcəyini bildirmişdir. Həmin ərəfələrdə Çingiz onları Xırdalan şəhərində yerləşən icra hakimiyyətinin yaxınlığındakı notariusun yanına çağırmış və onunla görüşmüşlər. Çingizlə Semur adlı bir nəfər də gəlmiş və Çingiz Semuru onlara dayısı kimi təqdim etmişdir. Semur narahat olmamağı, 2-3 aya onlara həmin torpaq üçün tikintiyə icazə aldıracağını bildirmişdir. O isə həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə olmadığını eşitdiyini deyərək pullarını geri qaytarmalarını istəmişdir. Bundan sonra Elmirə ev tikintisi üçün ilkin olaraq verdiyi 10.000 min manat pulu hissə-hissə ondan geri almışdır. Çingiz isə ondan aldığı 7.000 min manat pulu sonradan geri qaytarmışdır. Zərərçəkmiş şəxs2lə internetdə ev alğı-satqısı ilə məşğul olan şirkət axtaran zaman tanış olmuşdur. Elmir Masazır qəsəbəsindəki torpaq sahəsinin Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Elmirə tikinti işləri üçün 10.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs2la 1,5 sot torpaq sahəsini 7.000 manata almağa razılaşmışdır. Torpaq sahəsini alarkən kənd təsərrüfatı təyinatlı olduğunu bilməmişdir. 2019-cu ilin iyun aylarında Çingizin satdığı torpaq sahəsində ev tikməyə icazə olmadığını bilmişdir. Tikinti üçün Elmirə verdiyi pulu ondan hissə-hissə geri almışdır. Ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 çoxdandır tanıyır. 2020-ci ilin sentyabr ayında özü üçün ucuz həyət evi axtarmışdır. Bununla bağlı Elmir ilə məsləhətləşmiş və Elmir ona tanışı Çingizi məsləhət görmüşdür. Çingizlə görüşən zaman o, Masazır qəsəbəsində bir mərtəbəli evin olduğunu, həmin evin qohumu Semura məxsus olduğunu, lakin evin təmirsiz olduğunu demişdir. Daha sonra Çingizlə Elmirin iş yerində görüşdükdə Çingiz onu və nişanlısı Aytəkini evi göstərmək üçün Masazır qəsəbəsinə aparmışdır. Evə baxdıqda xoşlarına gəlmişdir. Bundan sonra Elmirin iş yerinə gəlmiş və Çingizlə ev barədə söhbət etmişlər. Çingiz həmin evi 35.000 min manata satdığını, ilkin olaraq 5.500 manat pul istədiyini deyərək evi 1 aya təmir edib təhvil verdikdən sonra isə qalan 29.500 manat pulu, evə köçdükdən sonra hər ay 500 manat olmaqla ona ödəməli olduğunu demişdir. Çingizin bu təklifi ilə razılaşmış və 5 sentyabr 2020-ci il tarixdə 5.500 manat pulu Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 32a-da yerləşən Elmirin ofisində Çingizə vermişdir. Daha sonra bir neçə dəfə həmin evə gedib təmir işləri ilə maraqlanmaq istəmiş, lakin hər dəfəsində heç bir təmir işləri getmədiyini görmüşdür. Buna görə də bir neçə dəfə Çingizin özünə zəng etmişdir. Sonuncu müxtəlif bəhanələr gətirərək narahat olmamağını, qısa bir zamanda evi ona tam təmirli vəziyyətdə təhvil verəcəyini demişdir. Bundan sonra isə Çingiz telefonlarına cavab verməmiş, o da verdiyi 5.500 manat pulu ona qaytarmadığı üçün Çingizdən şikayət etmişdir. Təqsirləndirilən şəxs2la Elmir vasitəsilə tanış olmuşdur. Çingizin ona göstərdiyi ev təmirsiz olmuşdur. Razılaşmaya əsasən ev 1 aya təmir edilib verilməli olmuşdur. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Emil Şəmiyevi uzun müddətdir tanıyır, onlar qonşu olmuşlar. 2015-ci il tarixdən Zərərçəkmiş şəxs2 ilə birlikdə işləyir. Zərərçəkmiş şəxs2 həm ev alğı-satqısı, həm də turizm ilə məşğul olur. 28 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 torpaq almaq üçün işlədiyi ofisə zəng etmiş və bu barədə Zərərçəkmiş şəxs2 danışdıqdan sonra birlikdə Masazır qəsəbəsinə getmişlər. Elmir Zərərçəkmiş şəxs1 bir neçə torpaq göstərdikdən sonra həmin əraziyə sonradan tanıdığı Çingiz adlı şəxs gəlmiş və sonuncu həmin vaxt Zərərçəkmiş şəxs1 özünün qohumu Semura məxsus torpaq sahəsini göstərmişdir. Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini bəyəndiyi üçün Çingizlə razılaşmış və həmin gün birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “Qızıltac” şadlıq sarayının yaxınlığında yerləşən 43 saylı notariusa getmişlər. Çingizin anası da həmin vaxt notariusa gəlmişdir. Orada olan zaman bilmişdir ki, Çingizin göstərdiyi torpaq sahəsi onun X17 məxsusdur. Lakin Çingiz həmin torpaq sahəsini göstərən zaman torpaq sahəsinin anasının adına yox, qohumu Semura məxsus olduğunu bildirmişdir. Çingiz anası Nuridənin adından Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid5 etibarnamə verdikdən sonra Tahir notariusun qarşısında Çingizə 7.000 manat məbləğində pul vermişdir. Çingiz də pulu götürüb söz vermişdir ki, 1 ay ərzində sənədi onların adına keçirəcək. Bundan başqa 2020-ci ilin sentyabr aylarında Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs3 ofisə gələrək həyət evi almaq istədiyini bildirmişdir. Həmin vaxt Elmir Çingizə bu barədə məlumat vermiş və Çingiz Masazır qəsəbəsində ev olduğunu və həmin evi satmaq istədiyini bildirmişdir. Bundan sonra Elmir tanışı Elşən ilə Masazır qəsəbəsində olan evə baxmağa getmişdir. Elşən evi almaq istədiyi üçün ofisə gələrək bu barədə söhbət etmiş və Çingiz həmin evi 35.000 manata satdığını bildirmişdir. Lakin ev yaşayışa tam hazır olmadığı üçün Elşən Çingizə ilkin olaraq 5.500 manat pul vermiş, Çingiz isə Elşənə 2 aya qədər evi tam təmir edib ona təhvil verəcəyini demişdir. Ev təhvil verdikdən sonra isə qalan 29.500 manatın hər ay 500 manat olmaqla ödənməsi ilə bağlı razılaşmışlar. Lakin Çingiz həmin vaxtdan evi təmir etməmiş və Elşəndən aldığı 5.500 manat pulu müxtəlif bəhanələrlə ona qaytarmamışdır. Pul alınan zaman o da orada olmuşdur. Bundan başqa 2019-cu ilin aprel ayında Zərərçəkmiş şəxs2 məxsus Yasamal rayonu ərazisində yerləşən ofisdə söhbət edərkən Elmir ona Abşeron rayonu ərazisində yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi alıb həmin torpaq sahəsində ev tikib satmaq istədiyini və həmin evlərin tikilməsində və satılmasında ona köməlik etməyini, satılan evdən ona pul verəcəyini demişdir. Onunla razılaşmış və aradan iki-üç gün keçdikdən sonra Elmirlə ofisdə görüşüb söhbət edərkən ona demişdir ki, Çingiz adlı şəxs ona zəng edərək Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yaşayış evi tikmək üçün nəzərdə tutulmuş satılıq torpaq sahəsinin olmasını bildirib və gedib həmin şəxslə görüşəcək. Həmin gün günün ikinci yarısında Elmir ofisə gələrək Çingizlə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində görüşdüyünü, Çingizin oraya Semur adlı şəxslə birlikdə gəldiyini, Çingizin Semuru təqdim edərək torpaq sahəsinin ona məxsus olmasını və Semurun Abşeron rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləməsini bildirdiyini, həmin torpaq sahəsinin sonuncuya məxsus olmasını, onların ona Abşeron rayonunun ərazisində yerləşən torpaq sahəsini təqdim edərək həmin torpaq sahəsinin onlara məxsus olmasını, həmin torpaq sahəsinin Abşeron rayonunun Masazır qəsəbəsinə aid olmasını, həmin torpaq sahəsinin yaşayış evinin tikintisi üçün nəzərdə tutulduğunu bildirdiklərini demişdir. Həmin vaxt Elmir onlarla həmin torpaq sahəsinin bir hissəsinin hər sotunu 4.800 manata, digər hissədə yerləşən torpaq sahəsinin 1 sotunu isə 4.000 manata razılaşdığını, onların təqdim etdiyi torpaq sahəsindən 13,5 sotunu almaq qərarına gəldiyini, aldığı 13,5 sot torpaq sahəsinə görə, yəni bir sotunu 4.800 manata almağa razılaşdığı 7,5 sot torpaq sahəsinə və bir sotunu 4.000 manata aldığı 6 sot torpaq sahəsinə görə verəcəyi 60.000 manat pulu 1 ay müddətində verməyə razılaşdıqlarını, torpaq sahələrinin 1 aya kimi onun adına sənədləşdirib çıxarışlarını verəcəklərini bildirmişdir. Aradan bir gün keçdikdən sonra Elmirlə həmin torpaq sahəsinə gedib baxmışlar və 13,5 sot torpaq sahəsinə görə Elmir 1 ay müddətində iştirakı ilə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 57.000 manat pul vermişdir. Pulların çox hissəsinin verilməsində iştirak etmişdir. Elmirin Çingiz və Semura aldığı 13,5 sot torpaq sahəsinə görə cəmi 3.000 manat borcu qalmış, sonuncu dəfə Elmir 13,5 sot torpaq sahəsinə görə borclu qaldığı 3.000 manat pulu isə 2020-ci ilin sentyabr ayının axırlarında Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən ofisdə Təqsirləndirilən şəxs2 vermişdir. Həmin vaxt ondan başqa orada Qızılgül və Atabəy də olmuşdur. Elmir 2019-cu ilin iyun ayında aldığı torpaq sahəsində yaşayış evləri tikməyə başlamışdır. Sonuncu əvvəlcə aldığı 13,5 torpaq sahəsinin 7.5 sotunda 5 ədəd yaşayış evi tikməyə başlamış, o isə evlərin tikintisinə və xərclənən pullara nəzarət etmişdir. Buna görə də pulun nəyə xərclənməsi və kimə verilməsinin qeydiyyatını aparmışdır. Həmin vaxt Çingiz və Semur Elmirdən torpaq sahəsində yaşayış evlərinin tikintisinin aparılmasına icazə verilməsi adı ilə əvvəlcə hər evə görə 1.000 manat pul istəmiş və həmin pulu Abşeron rayon İcra Hakimiyyətində rəhbər vəzifəli şəxsə verəcəklərini bildirmişlər. Belə ki, həmin pulun guya evlərin tikintisinə icazə alınması üçün veriləcəyini demişlər. Bundan sonra Elmir də onlarla razılaşıb həmin torpaq sahəsində tikdirdiyi 2 evə görə Semura 6.000 manat pul vermişdir. Həmin pulu Elmir Semura 2019-cu ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində vermişdir və həmin vaxt o da orada olmuşdur. Elmir 13,5 sot torpaq sahələrində sifariş əsasında evlər tikmiş, sonradan digər evin isə beton fundamentini töküb mişar daşından olan hörgüsünü aparmışdır. Lakin bir nəfər gələrək həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirdiyindən Elmir evin tikintisini dayandırmışdır. Bundan sonra həmin şəxs evin hörgüsünü sökdürmüşdür. Elmir həmin evin tikintisinə 7.000 manat pul xərcləmişdir. Elmir bu barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zəng vurub bildirdikdə onlar guya həmin torpaq sahəsini səhvən ona satıldığını, həmin torpaq sahəsinin əvəzində, yəni 1,5 sot torpaq sahəsinin əvəzinə ona başqa yerdən həmin ölçüdə torpaq sahəsi verəcəklərlərini demişlər. Lakin onlar həmin 1,5 sot torpaq sahəsini Elmirə verməmişlər. Elmir orada müxtəlif tikinti işləri apararaq pullar xərcləmişdir. Elmir birinci tikdiyi 4 ədəd evi satmaq istəsə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aldığı torpağın sənədlərini vermədiklərinə görə evlərə çıxarış alıb sata bilməmişdir. Elmir həmin torpaq sahəsi ilə maraqlanarkən torpaq sahəsinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus olmaması, həmin torpaq sahəsinin Abşeron rayonunun Masazır qəsəbəsinin inzibati ərazisinə deyil, Abşeron rayonunun Saray qəsəbəsinin inzibati ərazisinə aid olması və kənd təsərrüfat təyinatlı olmasını bilmişdir. Bundan sonra iştirakı ilə Elmir dəfələrlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə görüşüb onlardan satdıqları torpaq sahəsinin sənədlərini və ya verdiyi pulu tələb etsə də, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək Elmirin pulunu verməmişlər. Bundan sonra Elmir həmin torpaq sahəsində tikdiyi digər evlərin tikintisini dayandırmışdır. Elmirlə birlikdə torpaq sahəsində tikdiyi evlərə baxmağa gedərkən həmin evlərdən 2 ədədinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımadığı şəxslərə satdıqları məlum olmuşdur. Evdə təmir işləri aparan şəxslər bildirmişlər ki, evləri onlara Semur satmışdır. Həmin vaxt Elmir Çingiz və Semura zəng edərək bu barədə onlardan soruşduqda sonuncular həmin evləri satmalarını etiraf edib evlərin pulunu iki-üç günə Elmirə verəcəklərini bildirmişlər. Lakin həmin pulu verməmişlər. Elmir iştirakı ilə Semur və Çingizlə görüşüb söhbət edərkən Çingiz və Semur Elmirə torpaq sahəsi satdıqları ərazidə olan bütün torpaq sahəsinin onlara məxsus olmasını demişlər. 2015-ci ildən Zərərçəkmiş şəxs2lə birlikdə işləyir. Zərərçəkmiş şəxs2 2019-cu ildn tikinti işi ilə məşğul olur. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 göstərdiyi torpaq sahəsinin dostu Semura məxsus olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 satılan torpaq sahəsinin Semura məxsus olmadığını notariusda olan zaman bilmişdir. Zərərçəkmiş şəxs2 Çingiz və Semurdan 13,5 sot torpaq sahəsi almışdır. Təqsirləndirilən şəxs1 Abşeron rayon İcra Hakimiyyətində şöbə müdiri işlədiyini bildirmişdir. Çingiz və Semur torpa sahəsinin sənədlərini verməyi müxtəlif bəhanələrlə gecikdirmişlər. Evləri sifariş əsasında tikmişlər. Çingiz və Semur torpaq sahəsinin özlərinə məxsus olduğuna dair rəsmi sənədin olduğunu demişlər. Torpaq sahəsinin Çingizə və Semura məxsus olmasına dair rəmi sənədi görməmişdir. Çingiz və Semurla olan torpaq alğı-satqısı zamanı sənədləşdirilmə aparılmamış, sadəcə dəftərdə qeyd edilmişdir. Satılan torpaq sahəsinin Abşeron rayonunun Masazır qəsəbəsinin inzibati ərazisinə deyil, Abşeron rayonunun Saray qəsəbəsinin inzibati ərazisinə aid olmasını sonradan bilmişlər. Torpaq sahələrinə görə pul verilməsində bir neçə dəfə iştirak etmişdir.Çingiz və Semur Masazır qəsəbəsindəki torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirmişlər. Semur 13,5 sot torpaq sahəsi ilə bağlı sənədləri 1 ay müddətində verəcəyini demişdir. 13,5 sot torpaq sahəsinə görə pulu götürməyə Çingiz və Semur çox vaxt bir yerdə gəlmişlər. 13,5 sot torpaq sahəsinə görə sonuncu dəfə Zərərçəkmiş şəxs2 Çingiz və Semura 3.000 manat məbləğində pul verməsində iştirak etmişdir. Tikilən evləri internet saytına yerləşdirir və satışında iştirak edir. Torpaq sahəsini alan zaman kənd təsərrüfatı təyinatlı olduğunu bilməmişlər. Zərərçəkmiş şəxs2 məxsus ofisdə menecer işləyir. 13,5 sot torpaq sahəsində tikilən 5 evdən 4-ü tam hazır vəziyyətdə olmuşdur. 2019-cu ildən tikinti sahəsində işləyir. Hər dəfə torpaq alan zaman rəsmi sənədin olub-olmadığını maraqlanmışlar. Çingizə və Semura pulu Zərərçəkmiş şəxs2 vermişdir. Torpaq sahəsinin alınıb-alınmamasına Zərərçəkmiş şəxs2 qərar vermişdir. Torpaq sahəsinə görə pulların bir qismi ofisdə verilmişdir. Təqsirləndirilən şəxs1 hər dəfə müxtəlif avtomobillərdə görmüşdür. Təqsirləndirilən şəxs1 pul götürməyə əsasən “Toyota Camry” markalı avtomobili ilə gəlmişdir. 13,5 sot torpaq sahəsində 9 ev tikilməli olmuşdur. Zərərçəkmiş şəxs2 13,5 sot torpaq sahəsində 5 ev tikmişdir. Tikilən evlərdən dördü hazırda həmin torpaq sahəsindədir. Tikilən 4 ev sənədlər verilmədiyi üçün heç kimə satılmamışdır. Zərərçəkmiş şəxs2 ev tikmək üçün 5 nəfərin hərəsindən təxminən 18.000-25.000 manat pul almışdır. Torpaq sahəsinin sənədləri verilmədiyi üçün sifariş verənlərə pullarını geri qaytarmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid4 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 106-107). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 175-177). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Zərərçəkmiş şəxs3, Şahid1, Şahid4, Şahid3, zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahid qismində dindirilmiş Şahid5 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı Şahid2, Zərərçəkmiş şəxs3, Şahid1, Şahid4, Şahid3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid5 ifadələrində qeyd etdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı demişlər (cild 1, iş vərəqə 187-208). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahid qismində dindirilmiş Şahid5, Zərərçəkmiş şəxs3, Şahid2, Şahid1, Şahid4, Şahid3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahid qismində dindirilmiş Şahid5, Zərərçəkmiş şəxs3, Şahid2, Şahid1, Şahid4, Şahid3 ifadələrində qeyd etdikləri xüsusatları xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı demişlər (cild 1, iş vərəqə 215-240). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 21.05.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona satılmış torpaq sahələrini, həmçinin özünün tikdiyi evləri göstərərək ifadəsini təsdiq etmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona satacaqları adı ilə verəcəkləri evi göstərərək ifadəsini təsdiq etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 tərəfindən ona Abşeron rayonu, Masazır qəsəbəsində ona satdıqları torpaq sahəsinin əvəzində ona verilən Abşeron rayonu Saray qəsəbəsinindəki torpaq sahəsini göstərib ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 249-253). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış və sonuncu özlərinin yaşadığı Abşeron rayonu, Mazasır qəsəbəsindəki torpaq sahəsini göstərərək həmin torpaq sahəsinin bir hissəsini Zərərçəkmiş şəxs1 satdıqlarını demişdir (cild 2, iş vərəqə 4-6). Cinayət işinin materiallarında olan 28.04.2019-cu il tarixli 778335 nömrəli etibarnamədən görünür ki, X13 ona məxsus olan 0,10 ha torpaq sahəsinin 200 kv.m sahəsini 80 il müddətinə (28.04.2099-cu il tarixədək) Şahid5 İskəndər qızına baş etibarnamə ilə vermişdir (cild 1, iş vərəqə 41). Cinayət işinin materiallarında olan 12.04.2019-cu il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 Şahid1 iştirakı ilə Zərərçəkmiş şəxs2 1.300 manat pulu almışdır (cild 1, iş vərəqə 125). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətindən daxil olmuş 18.06.2021-ci il tarixli 5/X/823 nömrəli məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron rayon İcra Hakimiyyətində işləməmişlər (cild 2, iş vərəqə 68). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətindən daxil olmuş 23.06.2021-ci il tarixli 5/X/878 nömrəli məktubdan görünür ki, Abşeron rayon Dövlət Arxivinə verilmiş sorğu nəticəsində Masazır kəndi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən vətəndaşlara torpaq sahələri ayrıldığı müəyyən olunsa da, həmin sərəncamda X7 adı aşkar edilməmişdir (cild 2, iş vərəqə 70). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş 6.08.2021-ci il tarixli **********89 nömrəli məktubdan görünür ki, ərazidə ümumi xəritə uyğunsuzluğu olduğundan sənəd üzrə torpaq sahələri ilə faktiki torpaq sahələri arasında yerləşmə fərqləri mövcuddur. Bu səbəbdən baxış keçirilən torpaq sahələrinin mülkiyyətçiləri barədə məlumat verilməsi mümkün olmamışdır. Baxış keçirilən torpaq sahələri Saray Bələdiyyəsinin yerquruluşu xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı (yararsız) kateqoriyasına aidddir. Müraciətdə göstərilən vətəndaşların adına 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınmış əmlak növü aşkarlanmamışdır (cild 2, iş vərəqə 173). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı 28.04.2019-cu il tarixli 778335 nömrəli etibarnamə və 1 ədəd qəbz maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 197-213). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 211). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər rayon məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, 25 avqust 2020-ci il tarixdə cəriməni tam şəkildə ödədiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır (cild 1, iş vərəqə 212-213). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zaman nəzərə alınmır. Həmin normaların tələblərinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Xəzər rayon məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə residiv müəyyən edilən zaman nəzərə alınmamalıdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 178.3.2-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri, onların əməllərində cinayət tərkibinin olması və təqsirlilikləri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib onlara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan tam olaraq ödənilmişdir (cild 2, iş vərəqə 160-161). Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 66.000 manat maddi ziyandan 60.000 manat ödənilmişdir (cild 2, iş vərəqə 162). Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin Abşeron filialının 13516 saylı olan qəbzindən görünür ki, 6.000 manat Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 ödənilməsi üçün X1 depozit hesabına qoyulmuşdur(cild 3). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 60.000 manatın ödənilməsini, həmçinin Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 ödənilməsi üçün 6.000 manat pul məbləğinin depozit hesabına qoyulmasını Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın tam olaraq ödənilməsi kimi qiymətləndirir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladıqları ərizə və teleqramdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən onlara dəymiş maddi ziyan tam olaraq ödənilsə də, təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər (cild 3). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 250). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 2, iş vərəqə 249). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 216). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 2, iş vərəqə 217). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan tam olaraq ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 himayələrində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını və məcburi köçkün olmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan tam olaraq ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddələr üzrə təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli sərəncamının 8-ci bəndində nəzərdə tutulur ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi, həmin sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasının cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmiş, həmin sərəncamın 13.3-cü bəndində nəzərdə tutulur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan tam olaraq ödəməsini, himayələrində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, məcburi köçkün olmalarını qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunmaları mümkündür və barələrində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumların cəza çəkmədən islah olunmalarını mümkün sayır. Məhkəmə hesab edir ki, sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 30 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar (cild 2, iş vərəqə 77; 92). Cinayət işinin materiallarında olan Nərimanov rayon məhkəməsinin 2 iyul 2021-ci il tarixli qərarlarının surətindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onların barəsində ev dustaqlığı qətimkan qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 136- 159). Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində 23 sentyabr 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 182-185). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 25-ci bəndinin 5-ci abzasında qeyd olunur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə və ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 30 iyun 2021-ci il tarixdən 23 sentyabr 2021-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldıqları müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə onlara qarşı 151.500 manat məbləğində mülki iddia verərək mülki iddiaçı qismində tanınmışdır (cild 2, iş vərəqə 44; 50). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 151.500 manat üzrə mülki iddiadan irəli sürülmüş ittiham üzrə 66.000 manat öz təsdiqini məhkəmə isintaqı zamanı tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 151.500 manat mülki iddia qismən - irəli sürülmüş ittiham üzrə məhkəmədə təsdiqini tapmış 66.000 manat məbləğində təmin edilməlidir. İbtidai istintaq mərhələsində vurulmuş maddi ziyanın - təmin olunan mülki iddia məbləğinin 60.000 manatının zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 tərəfindən X1 depozit hesabına qoyulmuş 6.000 manat pul təmin edilmiş mülki iddia məbləğinin ödənilməmiş qalan hissəsi üzrə ödənişin təmin edilməsi üçün zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 verilməlidir. İş üzrə maddi sübut olan 28 aprel 2019-cu il tarixli 778335 nömrəli etibarnamə və 1 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 188.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə isə 2 (iki) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 30 iyun 2021-ci il tarixdən 23 sentyabr 2021-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlandığı 2 (iki) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 30 iyun 2021-ci il tarixdən 23 sentyabr 2021-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlandığı 2 (iki) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 28 aprel 2019-cu il tarixli 778335 nömrəli etibarnamə və 1 ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 151.500 manat mülki iddia qismən - irəli sürülmüş ittiham üzrə məhkəmədə təsdiqini tapmış 66.000 manat məbləğində təmin edilsin. İbtidai istintaq mərhələsində vurulmuş maddi ziyanın - təmin olunan mülki iddia məbləğinin 60.000 manatının zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənildiyi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 tərəfindən X1 depozit hesabına qoyulmuş 6.000 manat pul təmin edilmiş mülki iddia məbləğinin ödənilməmiş qalan hissəsi üzrə ödənişin təmin edilməsi üçün zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 verilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.