Məhkəmə qərarları › İş №1(101)-269/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-269/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-269/2023 08.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 və müdafiəçilər - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə 1 oktyabr 1995-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Lənkəran rayonu, Günəhir kəndində qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxx 1991-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Lənkəran rayonu, Günəhir kəndində qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır; belə ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrin satışını təşkil etmək üçün qardaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Milad» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 18 may 2022-ci il tarixdə cinayətkar qrupun üzvü - şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Milad» adlı şəxsin smartfonlar üçün ani messajlaşma müğadilə sistemi WhatsApp vasitəsi ilə göndərdiyi **********834231149 nömrəli kartının hesabına 170 manat nağd pul köçürtdükdən sonra, aralarında olan cinayətkar plana uyğun olaraq o, qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Yasamal rayonu Ə.Hüseynzadə küçəsində yerləşən metronun «Nizami» stansiyasının yaxınlığındakı «Kapital Bankın» inzibati binasının yaxınlığında gizlədilmiş 1 ədəd «Sobranie» markalı siqaret qutusunda olan təmiz çəkisi 9,896 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edərək əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində gizlətməklə saxlamış, həmin gün saat 05:15 radələrində qeyd olunun ünvanda AP5858 saylı marşrut üzrə xidmət aparan Yasamal RPİ-nin PPXBnin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5 saylı binada yerləşən Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd «Sobranie» markalı siqaret qutusunda olan təmiz çəkisi 9,896 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır: belə ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrin satışını təşkil etmək üçün qardaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı - «Milad» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 18 may 2022-ci il tarixdə cinayətkar qrupun üzvü şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Milad» adlı şəxsin smartfonlar üçün ani messajlaşma müğadilə sistemi WhatsApp vasitəsi ilə göndərdiyi **********834231149 nömrəli kartının hesabına 170 manat nağd pul köçürdükdən sonra, aralarında olan cinayətkar plana uyğun olaraq o, qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Yasamal rayonu Ə.Hüseynzadə küçəsində yerləşən Bakı metropoliteninin «Nizami» stansiyasının yaxınlığındakı «Kapital Bankın» inzibati binasının yaxınlığında gizlədilmiş 1 ədəd «Sobranie» markalı siqaret qutusunda olan təmiz çəkisi 9,896 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edərək əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində gizlətməklə saxlamış, həmin gün saat 05.15 radələrində qeyd olunun ünvanda AP5858 saylı marşrut üzrə xidmət aparan Yasamal RPİ-nin PPXBnin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5 saylı binada yerləşən Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd «Sobranie» markalı siqaret qutusunda olan təmiz çəkisi 9,896 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddə metamfetamini təxminən son 3 ilə yaxın müddət ərzində əyani tanımadığı və ona özünü “Milad” kimi təqdim etmiş və iranlı olduğunu bildirmiş +98 914 *** **** saylı nömrənin WhatsApp sistemi ilə onunla yazışan şəxsdən öz istifadəsi üçün almışdır, hər dəfə psixotrop maddəni həmin şəxsin verdiyi məlumata əsasən şəhərin müxtəlif ərazilərindən götürmüşdür; 18 may 2022-ci il tarixdə yenə də öz istfiadəsi üçün psixotorop maddə metamfetamin əldə etmək üçün həmin iranlı ilə WhatsApp sistemi vasitəsilə danışaraq sonuncunun bank hesab nömrəsinə 170 manat pul göndərmiş və iranlı həmin psixotrop maddəni Bakı metropoliteninin Nizami stansiyası yaxınlığında «Kapital Bank»ın yanına qoyduğunu bildirmiş, şəhərə tək getməmək üçün işdən çıxmış qardaşı Təqsirləndirilən şəxs2 onunla bir yerdə getməsini xahiş etmiş, qardaşı onun bu təklifi ilə razılaşmış, qardaşı Elçinə Yasamal rayonu ərazisinə psixotrop maddə götürmək üçün getdiyini bildirməmiş, metamfetaminin qoyulduğu yerə çatarkən qardaşı Elçindən bir qədər aralanmış, metamfetamini qoyulduğu yerdən götürmüş, həmin vaxt da qardaşı Təqsirləndirilən şəxs2 onda psixotrop maddə olmasından xəbəri olmamışdır, qardaşı Elçinlə birlikdə Bakı metropoliteninin Nizami stansiyası istiqamətində gedərkən, təxminən saat 05:15-də, onlara polis əməkdaşları yaxınlaşmış, qorxduğundan üzərindəki psixotrop maddəni yerə atmış, polis əməkaşları bunu görmüş və ondan həmin maddəni cibinə qoymasını tələb etmiş, bundan sonra qardaşı Elçinlə birlikdə onları Yasamal RPİ-nin 27-ci PB-nə aparmışlar; Polis Bölməsinə gətirildikdən sonra müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə suallar verilmiş, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində olan şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini polisə təqdim etmişdir. İbtidai istintaq zamanı onun adından tərtib edilmiş və onun tərəfindən imzalanmış izahat və ifadələrin bir hissəsini təsdiq etmir, həmin izahat və ifadələri oxumadan imzalamışdır. İbtidai istintaq zamanı təqsirləndirlən şəxs qisminqdə dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, Lənkəran rayonunun Günəhir kəndində qeydiyyatdadır, ailəsi ilə Bakı şəhərinin müxtəlif yerlərində kirayə yaşayır, psixotrop maddə metamfetamini təxminən 3 ilə yaxın qiyabi tanıdığı, üzdən görmədiyi, özünü “Milad” kimi təqdim etmiş və iranlı olduğunu bildirmiş +98 914 *** **** saylı nömrənin WhatsAppı ilə onunla yazışan şəxsdən almış, artıq 3-cü dəfədir ki, həmin şəxsdən psixotrop maddə metamfetamin almış, hər dəfə psixotrop maddəni şəhərin müxtəlif ərazilərindən götürmüş, xx.xx.2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə 170 manat pul qoyaraq 10 qrama yaxın metamfetamini +98 914 *** **** saylı nömrənin WhatsAppı ilə apardığı yazışmanın nəticəsi olaraq, həmin şəxsin ona göndərdiyi **********834231149 saylı bank hesab nömrəsinə ödədiyi 170 manat pul müqabilində almış və həmin psixotrop maddəni Yasamal rayonu ərazisində, Nizami metrostansiyası yaxınlığında «Kapital Bank»ın yanından, götürmüşdür. Həmin vaxt, təxminən saat 05:15-də, polis əməkdaşları tərəfindən qardaşı Elçinlə birlikdə saxlanılmış və polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci PBnə gətirmişlər. PB-nə gətirildikdən sonra müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişlər; əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində olan şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini polisə təqdim etmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi psixotrop maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri müdafiəçi, təhqiqatçı və onun tərəfindən imzalanmışdır; üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini qardaşı Elçinlə birlikdə hər ikisi 85 manat pul qoymaqla İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Milad adlı şəxsdən **********834231149 saylı bank hesab nömrəsinə ödədiyi 170 manat pul müqabilində almışdır. Milad kimi tanıdığı şəxslə yalnız WhatsApp vasitəsi ilə danışmış, sonuncunun anket məlumatları və ünvanı barədə heç nə bilmir, qardaşı Elçinlə birlikdə aldığı psixotrop maddə metamfetaminin yarısını özləri istifadə etmək, digər yarısını isə tanıdıqları şəxslərə satmaq üçün almışlar. Mobil telefondan istifadə edir, mobil nömrəsi (050) 762-62-04-dir (1-ci cild iş vərəqi 80-82). Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 may 2022-ci il tarixdə gecə saatlarında işdən çıxıb evinə getmək istəyərkən qardaşı Təqsirləndirilən şəxs1 rast gəlmiş, Elməddin ondan birlikdə Yasamal rayonu ərazisinə getməyi xahiş etmiş, getməklərinin səbəbini isə açıqlamamış, gecə vaxtı birlikdə yaşadıqları Mərdəkan qəsəbəsindən Yasamal rayonu ərazisinə getmişlər, Bakı metropolitenin Nizami stansiyasının yaxınlığında qardaşı Təqsirləndirilən şəxs1 ondan bir qədər kənara aralanmış və yerdən nəsə götürüb cibinə qoymuş, qardaşından yerdən götürdüyü əşya ilə maraqlandıqda, sonuncu onluq məsələ olmadığını deyib, götürdüyü əşya barədə məlumat verməmişdir. Həmin vaxt, təxminən saat 05:15 radələrində, onlara polis əməkdaşları yaxınlaşmış və onları Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparmışlar, müdafiəçi dəvət edilmiş, şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Qardaşının üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin barədə onun məlumatı olmamış, ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri oxumadan imzalamışdır. İbtidai istintaq zamanı təqsirləndirlən şəxs qisminqdə dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, psixotrop maddə metamfetamini təxminən 3 ilə yaxın qardaşı Elməddin vasitəsi ilə qiyabi tanıdığı və üzdən görmədiyi, özünü “Milad" kimi təqdim etmiş və iranlı olduğunu bildirmiş, +98 914 *** **** saylı nömrənin WhatsAppı ilə onunla yazışan şəxsdən alırlar. Belə ki, o artıq qardaşı Elməddin ilə birlikdə 3-cü dəfədir ki, həmin şəxsdən psixotrop maddə metamfetamin almış, hər dəfə psixotrop maddəni şəhərin müxtəlif ərazilərindən götürmüşlər. xx.xx.2022-ci il tarixdə qardaşı Elməddinlə birlikdə 170 manat pul qoyaraq 10 qrama yaxın metamfetamini qardaşının istifadəsində olan (050) ***-**-** mobil nömrə ilə +98 914 *** **** saylı nömrənin WhatsAppı ilə apardığı yazışmanın nəticəsi olaraq, həmin şəxsin ona göndərdiyi **********834231149 saylı bank hesab nömrəsinə ödədiyi 170 manat pul müqabilində almışlar və həmin psixotrop maddəni Yasamal rayonunun Nizami metrostansiyası yaxınlığında «Kapital Bank»ın yanından götürmüşlər. Psixotrop maddə metamfetamini götürdükdən sonra qardaşı Elməddin saxlamaq üçün əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin vaxt, təxminən saat 05:15-də, polis əməkdaşları tərəfindən qardaşı Elməddin ilə birlikdə saxlanılmış və polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci PB-nə gətirmişlər. PB-nə gətirildikdən sonra müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı İlə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişlər. Bu zaman o, üzərində heç bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir; qardaşının üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini qardaşı Elməddinlə birlikdə hər ikisi 85 manat pul qoymaqla İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Milad adlı şəxsdən **********834231149 saylı bank hesab nömrəsinə ödədiyi 170 manat pul müqabilində almışlar. Milad kimi tanıdığı şəxslə yalnız WhatsApp vasitəsi ilə qardaşı istifadəsində olan (050) ***-**-** mobil nömrəsinin WhatsApp vasitəsi ilə danışmış, onun anket məlumatları və ünvanı barədə heç nə bilmir. O və qardaşı Elməddin birlikdə aldıqları psixotrop maddə metamfetaminin yarısını özləri istifadə etmək, digər yarısını isə tanıdıqları şəxslərə satmaq üçün almışlar (1-ci cild iş vərəqi 91-93). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-in polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 18 may 2022-cı il tarixdə onunla birlikdə Yasamal RPİnin PPXB-nin polis nəfərləri Şahid1 və Şahid3 da xidmət aparıblar. Həmin tarixdə saat 05:15-də Yasamal rayonu, Ə.Hüseynzadə küçəsində yerləşən Nizami metrostansiyasının yaxınlığında xidmətdə olarkən iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görmüş və onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin iki nəfər də özlərini Elməddin və Elçin Cəbbiyev qardaşları kimi təqdim etmişlər, hər ikisi narkotik vasitənin təsiri altında olmaqla düzgün şəkildə danışa bilmədiklərini görüb onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər, həmin vaxt Elməddin Cəbbiyev yerə siqaret qutusu atmış, o, bunu görən kimi Təqsirləndirilən şəxs1 yerə atdığı əşyanı götürüb cibinə qoymasını tələb etmiş, Təqsirləndirilən şəxs1 siqaret qutusunu onun tələbi ilə götürüb gödəkçəsinin cibinə qoymuşdur; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xidməti avtomobillərinə əyləşdirmişlər, avtomobildə Təqsirləndirilən şəxs1 əlini cibinə salmasının və oradan hansısa əşya çıxarmasının qarşısını almaq üçün tədbirlər görmüşlər və sonuncuları 27-ci polis bölməsinə aparmışlar, Polis Bölməsində həmin şəxslərin hər ikisinə dövlət hesabına təyin edilmiş vəkil dəvət edilmiş, əvvəlcə Təqsirləndirilən şəxs1 Bakı şəhəri 22 saylı vəkil bürosundan təyin edilmiş X3 iştirakı ilə Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis mayoru Zamiq Kərimov tərəfindən bildirilmişdir ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üstünə qoysun, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd «Sobranie» markalı siqaretin içərisində olan 1 ədəd şəffaf sellofana bükülmüş ağ kristallardan ibarət psixotrop maddə metamfetaminə oxşar maddə kütləsini çıxarıb könülli təqdim etmiş, həmin maddənin 18 may 2022-ci il tarixdə saat 05 radələrində Nizami metrostansiyasının yaxınlığından online şəkildə 170 manat qarşılığında Milad adlı şəxsdən satış məqsədi ilə aldığını bildirmişlər, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, lakin daşınması və saxlanılması qanunsuz olan başqa əşya aşkar edilməmişdir; Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin qablaşdırılaraq zərfə qoyulmuş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır; bundan sonra saxlanılan digər şəxs - Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, 22 saylı vəkil bürosundan dəvət edilmiş X1 iştirakı ilə Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı tərəfindən baxış keçirilmiş, lakin saxlanılması və daşınması qanunsuz olan heç bir əşya aşkar edilməmişdir; Elməddin Cəfərov sənədləşmə aparılarkən bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni Milad kimi tanıdığı şəxsdən online şəkildə 170 manat pul qarşılığında metropolitenin Nizami stansiyasının yaxınlığından satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini hər biri 85 manat pul qoyaraq birlikdə aldıqlarını və yalnız tanıdıqları şəxslərə satdıqlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-in polis nəfərləri Şahid3 və Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 18 may 2022-cı il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayonu, Ə.Hüseynzadə küçəsində yerləşən Nizami metrostansiyasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Sobranie” markalı siqaretinin içərisində bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 23-24). İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 18 may 2022-cı il tarix 6/2854 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülən üzərində “Sobranie” yazısı olan qutunun içərisndə bir ədəd bükümdə təmiz çəkisi 9.896 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (1-ci cild iş vərəqi 55-59). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 01 avqust 2022-ci il tarixli 4191 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vəəqi 185-186). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 06 avqust 2022-ci il tarixli 4308 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (1-ci cild iş vərəqi 187-188). İşdə olan məhkəmə-psixiatrik ekspertiza üzrə 22 avqust 2022-ci il tarixli 3071 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir; Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır; onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci mədəsinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 189-191). İşdə olan məhkəmə-psixiatrik ekspertizası üzrə 25 avqust 2022-ci il tarixli 3091 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur; Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 192-194). İşdə olan 19 may 2022-ci il tarixli videoyazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işinin ilkin mərhələsində Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulandan sonra, üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Sobranie” markalı siqaretinin içərisində bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuş, bükülünün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, Milad adlı şəxsdən 170 manata aldığını bildirmişdir (1-ci cild iş vərəqi 70). İşdə olan 27 iyul 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (050) ***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan telefon danışıqları, SMS yazışmaları və anten dairələri barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş CD diskə müstəntiq tərəfindən baxış keçirilmiş, diskə baxış zamanı Təqsirləndirilən şəxs1 özünə məxsus istifadə etdiyi (050) ***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan bir sıra şəxslərlə mütəmadi olaraq əlaqə saxlaması, həmçinin SMS yazıları vasitəsi ilə istintaqa məlum olmayan şəxslərin Təqsirləndirilən şəxs1 hər hansı məhsulun alınması ilə, qiyməti ilə bağlı yazışmaların olması müəyyən edilmişdir (1-ci cild iş vərəqi 169-171). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 9,796 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünü əks etdirən 1 ədəd DVD disk, təqsirlənləndirilən şəxs Təqsirləndirilən şəxs1 məxsus "xxxx" MMC-dən götürürlmüş telefon danışıqları, SMS yazışmaları və anten dairələri barədə məlumatları özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 195-203). İşdə olan 1-12536 №-li Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci iltarixli qərarı ilə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. İşdə olan AA seriyalı 313450 №li şəxsiyyət vəsiqəsinin surətindən və AZ-İİİ seriyalı 172647 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 27noyabr 2013-cü il və 29 noyabr 2015-ci il tarixlərdə anadan olmuş 2 azyaşlı uşaqları vardır (1-ci cild iş vərəqi 181-182). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 16 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 148). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 16 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 149). İşdə olan şübhəli şəxsin tutulması haqqında 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 13). İşdə olan şübhəli şəxsin tutulması haqqında 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildiş vərəqi 40). İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 18 may 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 114-115). İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 18 may 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 116-117). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Elməddin Cəfərovun üzərində aşkar olunmuş psixotrop maddəni öz istifadəsi üçün əldə etməsi, qardaşı Təqsirləndirilən şəxs2 onun üzərində psixotrop maddə olmasından məlumatı olmaması, sonuncu ilə birlikdə psixotrop maddəni ədə etməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə, həmçinin, Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olması barədə məlumatının olmaması, qardaşı Elmədinlə birlikdə psixotrop maddə əldə etməyə getməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri məsuliyyətdən yayınmaq üçün həm özlərini, həm də biri-birilərini müdafiə xarakteri daşıyır, onların ibtidai istintaq zamanı verdikləri izahat və ifadələrini, o cümlədən audiovideoyazı aparılmaqla müdafiəçilərin iştirakı ilə keçirilmiş baxış və götürmə zamanı bildirdikləri məlumatları işin faktiki hallarına - yəni səhərə yaxın vaxtda, qaranlıq şəraitdə yaşadıqları yerdən uzaq bir ərazidə hər ikisinin iştirakı ilə baş vermiş hallara daha uyğun hesab edir. İşdə olan Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil telefon nömrəsinə daxil olan SMS yazışmalarından aydın görünür ki, Elməddin Cəfərov müxtəlif şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı söhbətlər aparmışdır. Belə ki, (050) ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobl telefon nömrəsinə «Zoma, imkan varsa 20 duzelde bilerem, gotrmek olar», «QAQAS ALNRSA 20 duzeler», «Salam zoma yatmısan mende tebiy var sendeki das olsaydı deyiserdim» məzmunlu, «İsallah 2 gune para olacaq nece eliyey yari götrmek mukdu», (050) ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobl telefon nömrəsinə «Lomkaçılıq belke elin cata kolaya 10luğum var.. Ama cet yoxda ))», (051) ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə «Zoma men temiz draznit oldum 5 6 sahat Ellewirem Birez satılsın 1 falqa ğize qalardi Hecneyimde yoxdu o 5 6 necnelty ))» məzunlu SMS-lər daxil olmuşdur. Qeyd olunanlar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Milad» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1 ədəd «Sobranie» markalı siqaret qutusunda olan təmiz çəkisi 9,896 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (2-ci siyahı psixotrop addələr)» əsasən, metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə əldə etdikləri, daşıdıqları və saxladıqları 9,896 qram çəkidə psixtorop maddə metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş mötəbər sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onların təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını və «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını (Vətən Müharibəsi iştirakçısı olmasını) və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onların barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin əvvəli 18 may 2022-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 18 may 2022-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 18 may 2022-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli Məhkəmə-narkoloji ekspertizası üzrə 01 avqust 2022-ci il tarixli 4191 №-li və məhkəmə-narkoloji ekspertiza üzrə 06 avqust 2022-ci il tarixli 4308 №-li ekspert rəylərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görüldüyündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 18 may 2022-cı il tarix 6/2854 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülən üzərində “Sobranie” yazısı olan qutunun içərisində bir ədəd bükümdə təmiz çəkisi 9,896 qram psixotrop maddə metamfetamin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən iş üzrə maddi sübutlar Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 9,796 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; Təqsirləndirilən şəxs1 barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün əks etdirən 1 ədəd DVD disk, təqsirlənləndirilən şəxs Təqsirləndirilən şəxs1 məxsus "xxxx" MMC-dən götürürlmüş telefon danışıqları, SMS yazışmaları və anten dairələri barədə məlumatları özündə əks etdirən bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatların dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatdan sonrakı qalıq qalan 9,796 qram psixotrop maddə metamfetamin məhv edilsin; Təqsirləndirilən şəxs1 barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün əks etdirən 1 ədəd DVD disk, təqsirlənləndirilən şəxs Təqsirləndirilən şəxs1 məxsus "xxxx" MMC-dən götürürlmüş telefon danışıqları, SMS yazışmaları və anten dairələri barədə məlumatları özündə əks etdirən bir ədəd CD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri – məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahsud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar