Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-269/2025 24.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi3, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxx 1997-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Şirvan şəhəri, F.İsmayılov küçəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla ünvan 1da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə xx xxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Xırdalan şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə xx xxxxxxxx 1993-cü il tarixdə 1993-cü il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, ev 43 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyriləri ilə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 6065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, eləcə də şəxsiyyəti istintaqla araşdırılan, İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Əli” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Əli” adlı şəxsin sifarişi və 1000 manat pul təklifi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda, 6065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 4 ünvanın qarşısına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə 25 yanvar 2024-cü il tarixdə, saat 22:20-də həmin ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib 26 yanvar 2024-cü il tarixdə saat 00:44-dən etibarən üzərlərində şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı 01 ədəd çantanın içərisindən təmiz çəkisi 6065 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
3. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, eləcə də şəxsiyyəti istintaqla araşdırılan, İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Əli" adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Əli” adlı şəxsin sifarişi və 1000 manat pul təklifi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda, 6065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamaqla ünvan 4 ünvanın qarşısına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə 25 yanvar 2024-cü il tarixdə saat 22:20-də həmin ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib 26 yanvar 2024-cü il tarixdə saat 00:44-dən etibarən üzərlərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib saxlamaqla daşıdıqları 01 ədəd çantanın içərisindən təmiz çəkisi 6065 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
4. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, eləcə də şəxsiyyəti istintaqla araşdırılan, İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Əli” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Əli” adlı şəxsin sifarişi və 1000 manat pul təklifi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 6065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamaqla ünvan 4 ünvanın qarşısına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə 25 yanvar 2024-cü il tarixdə saat 22:20-də həmin ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib 26 yanvar 2024-cü il tarixdə saat 00:44-dən etibarən üzərlərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı, qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib saxlamaqla daşıdıqları 01 ədəd çantanın içərisindən təmiz çəkisi 6065 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
5. Şəxsi axtarış və götürmə haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən, həmin diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində şəxsi axtarış və götürmə aparılmışdır: -Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında, bədənində və ya əlində saxladığı sellofan paketdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, əlində saxladığı qara rəngli sellofan paketdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, həmin paketi, eyni zamanda əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi qara rəngli sellofan paketin içərisindəki kütlə narkotik vasitə qurudulmuş marixuanadır. Həmin sellofan bağlama açıldıqda içərisində 01 ədəd qara rəngli, üzəri şəffaf yapışqan lentlə bağlanmış sellofan bağlama aşkarlanmış, həmin sellofan bağlama açıldıqda içərisində tünd yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş marixuanaya oxşar kütləni “Əli” adı ilə tanıdığı, lakin digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, “Əli” adlı şəxslə Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olduğunu, xx.xx.2024-cü il tarixdə Əli adlı İran İslam Respublikasının vətəndaşının onun istifadəsində olan mobil nömrəsinə zəng edib ona dəqiq bilmədiyi miqdarda narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini, həmin narkotik vasitəni götürüb saxlaması, daha sonra deyəcəyi ünvana qoyması üçün ona 1000 manat pul verəcəyini bildirdiyindən o, “Əli” adlı şəxsin təklifi ilə razılaşaraq bu barədə tanışı Təqsirləndirilən şəxs2 və sonuncunun tanışı Təqsirləndirilən şəxs3 məlumat verdiyini və İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs tərəfindən ona göndəriləcək narkotik vasitələri gedib birlikdə götürməklərini təklif edərək bunun müqabilində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 də pul verəcəyini bildirdiyini və sonuncuların onun bu təklif ilə razılaşdıqdan sonra 25 yanvar 2024-cü il tarixdə “Əli” adlı şəxs tərəfindən onun mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin xəritə üzrə məkanın göndərildiyini, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə İran İslam Respublikasının vətəndaşının verdiyi məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında dəqiq xatırlamadığı ünvana gedib içərisində narkotik vasitə olan 01 ədəd qara rəngli sellofan paketin gizlədildiyi yeri tapıb həmin paketi götürərək əlində saxlamaqla qeyd olunan şəxslərlə birlikdə həmin ünvandan uzaqlaşıb getdiklərini və həmin gün saat 22:20 radələrində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. - Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl o, bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya ve predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək sonuncunu “Əli” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış etdiyini, həmçinin 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 təklifi əsasında onunla birlikdə İran İslam Respublikasının vətəndaşı tərəfindən göndəriləcək Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında dəqiq xatırlamadığı ünvana getdiklərini, İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilən narkotik vasitənin gizlədildiyi yeri müəyyən etdiklərini və Təqsirləndirilən şəxs1 həmin yerdən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd qara rəngli sellofan paketi götürərək əlində saxlayıb daşımasını və həmin gün saat 22:20 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Baş idarəyə gətirildiklərini bildrimişdir. Lakin qeyd olunan işlərin görülməsi üçün Təqsirləndirilən şəxs1 har hansı məbləğdə ödəniş almadığını və aralarında dəqiq məbləğ barədə danışıq apanımadığını bildirmişdir. - Təqsirləndirilən şəxs3 barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl o, bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında, bədənində və ya əlində saxladığı sellofan paketdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib, əynində olan boz rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs3 üzərindən digər əşya ve predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 tərəfindən deyilənləri təsdiq edərək 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 təklifi əsasında onunla birlikdə İran İslam Respublikasının vətəndaşı tərəfindən göndəriləcək narkotik vasitəni götürmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında dəqiq xatırlamadığı ünvana gedərək, İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilən narkotik vasitənin gizlədildiyi yeri müəyyən etdiklərini və Təqsirləndirilən şəxs1 həmin yerdən 01 ədəd qara rəngli sellofan paketi götürərək əlində saxlayıb daşıdığını, həmin paketin içərisində narkotik vasitə olduğunu bildiyini, lakin hansı növ narkotik vasitə olması barədə məlumatının olmadığını, həmçinin bu işlərin görülməsi müqabilində Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə ödəniş almadığını və aralarında dəqiq məbləğ barədə danışıq aparılmadığını bildirmişdir.
6. Təqsirləndirilən şəxs1 əlində saxladığı qara rəngli sellofan paketdən aşkar olunmuş kütlə bir ədəd qara rəngli sellofan paketdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənib götürülmüşdür. (cild 1, iş vərəqi 63-67; cild 2, iş vərəqi 149-150)
7. Məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/147 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1...” yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 6065,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 6065,0 qram olmuş, 0,20 qram tədqiqata sərf edildikdən sonra 6064,8 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir. (cild 1, iş vərəqi 78-80)
8. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə Baş İdarəyə daxil olmuş əməliyyat məlumatı əsasında 7 nəfərdən ibarət əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduqları yer müəyyən edildikdən sonra həmin şəxslər ünvan 4 ünvanın, yəni 28 May metrostansiyasının yaxınlığında saxlanılmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmiş, orada müdafiəçilərinin iştirakı ilə üzərlərində şəxsi axtarış və baxış keçirilərkən Təqsirləndirilən şəxs1 əlində saxladığı qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 könüllü şəkildə həmin narkotik tərkibli maddələri İran İslam Respublikasının vətəndaşı olan “Əli” adlı şəxsdən 1000 manata əldə etdiyi etiraf etmiş, aşkar olunmuş kütlə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Digər şəxslərin üzərindən isə heç nə aşkarlanmamışdır. Şahid1 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir müqavimət göstərmədən Baş İdarəyə gəlmiş, həmin şəxslərə o və digər polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsir göstərilməmiş, videoçəkilişdə iştirak etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olmalarına dair 25 yanvar 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olduğundan, sonuncular həmin məlumat əsasında saxlanılmış, digər əməliyyat tədbirləri aparılmamış, buna zərurət olmamış, saxlanılarkən əlində qara rəngli sellofan bağlama olan Əlövsət Abbasovun yanında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da olmuş, həmin şəxslərin üzərində şəxsi axtarış və baxış Baş İdarədə aparılmış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir psixoloji təsir göstərilmədən könüllü şəkildə qrup şəklində əlbir olaraq narkotik tərkibli maddələri əldə etdiklərini və satmaq niyyətləri olduğunu etiraf etmiş, əvvəlcədən həmin şəxsləri izləməmiş, sellofan bağlamanı götürdükdən sonra o və digər polis əməkdaşları həmin yerə yaxınlaşmış, saxlanılarkən hər üçü eyni yerdə olmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və imzalar ona məxsus olmuşdur.
9. Məhkəmədə dindirilmiş şahidlər X9, Şahid2, X8, X6 Şahid1 məhkəmədə verdiyi ifadəsinə əsasən oxşar məzmunda ifadə verməklə təqsirləndirilən şəxslərə qarşı fiziki və psixi zorakılıq olmadığını, təqsirləndirilən şəxslərə əlavə kütlə təqdim edilmədiyini, təqsirləndirilən şəxslərin üzərindən cinayət işinin materiallarında qeyd olunan narkotik vasitə və digər əşyaların aşkarlandığını bildirdi.
10. Təqsirləndirilən şəxs1 Əli oğlunun məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində 25 yanvar 2024-cü il tarixdə saat 22:20-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə ünvan 4 ünvanın yaxınlığında olduğu zaman 7 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuş, özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etdiklərini, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşərək səmimi olaraq etiraf edib, hazırda əlində saxladığı qara rəngli sellofan paketdə narkotik vasitə qurudulmuş marixuana olmasını dediyini, bundan sonra polis əməkdaşlarının onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdiklərini, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəldiklərini, polis idarəsində onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edildiklərini və şübhəli şəxs qismində tutulduqlarını, onlara hüquq və vəzifələrinin izah olunduğunu, video çəkilişdən istifadə edilməklə onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üstlərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış və götürmə aparılmasından əvvəl onlara şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Murad Sədizadə tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildiyini, buna etiraz etmədiklərini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyinin təklif edildiyini, bu təklifdən sonra üzərində, yəni əlində saxladığı qara rəngli sellofan paketdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, həmin paketi, eyni zamanda əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdiyini, təqdim etdiyi qara rəngli sellofan paketin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyini və həmin paket polis əməkdaşı tərəfindən açıldıqda içərisində 01 ədəd qara rəngli, üzəri şəffaf yapışqan lentlə bağlanmış sellofan bağlama aşkar olunduğunu, həmin sellofan bağlama iştirakçıların şahidliyi ilə açıldıqda içərisində tünd yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müşahidə olunduğunu, şəxsi axtarış davam etdirilərkən üstündən əlavə əşya və predmetlər aşkar edilmədiyini, bundan sonra ondan aşkar olunmuş ot kütləsi polis əməkdaşı tərəfindən aşkar edildiyi qara rəngli sellofan paketdə qablaşdırılıb möhürlənərək iştirakçılar, həmçinin onun özünün tərəfindən imzalandığını, eyni zamanda üstündən aşkar edilmiş “Samsung” markalı mobil telefonun polis tərəfindən götürüldüyünü, daha sonra Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Murad Sədizadə tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildiyini, Təqsirləndirilən şəxs2 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildiyini, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üstündə narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdiyini, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üstündə əlavə əşya və ya predmetlər aşkar edilmədiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş “Samsung” markalı mobil telefonun polis tərəfindən götürüldüyünü, daha sonra Təqsirləndirilən şəxs3 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Murad Sədizadə tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildiyini, Təqsirləndirilən şəxs3 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildiyini, bu təklifdən sonra Təqsirləndirilən şəxs3 üstündə narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan boz rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdiyini, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs3 üstündə əlavə əşya və predmetlər aşkar edilmədiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üstündən aşkar edilmiş “Redmi” markalı mobil telefonun polis tərəfindən götürüldüyünü, şifahi sorğu zamanı üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni “Əli” adı ilə tanıdığı, lakin digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, “Əli” adlı şəxslə Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olduğunu, lakin Elvinin “Əli” adlı şəxsi necə tanımasından xəbərsiz olmasını, Elvinin ilkin olaraq ona, “Əli” adlı əslən iranlı olan şəxsin Azərbaycan Respublikasında narkotik maddələrin satışı ilə məşğul olmasını, ona bu işdə köməklik edə bilsələr onun da 1000 manat pul verəcək olmasını dediyini, özünün “Abşeron” Ticarət Mərkəzində yuyucu vasitələrin saxlanıldığı depoda işlədiyini, maddi sıxıntıları olduğu üçün Elvinin bu təklifi ilə razılaşdığını, daha sonra Elvinin onun mobil nömrəsini “Əli” adlı şəxsə verdiyini, daha sonra xx.xx.2024-cü il tarixdə “Əli” adlı şəxsin onun istifadəsində olan mobil nömrəyə zəng edib dəqiq bilmədiyi miqdarda narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini, həmin narkotik vasitəni götürüb saxlamağını, daha sonra deyəcəyi ünvana qoymağı üçün ona 1000 manat pul verəcəyini bildirdiyini, onun da bu təkliflə razılaşdığını, “Əli”-nin ona, bu işdə Elvinin də köməklik edəcəyini, əldə etdiyi 1000 manat pulu isə onunla bölüşməli olacağını dediyini, yəni ki ona 500 manat pul verəcək olmasını, danışıqlar zamanı Elvinin də onun yanında olmasını, həmçinin Elvinin iş yoldaşı olan Təqsirləndirilən şəxs3 də danışıqların hamısında yanlarında olmasını, Pərvinin də bu zaman onlara köməklik edəcəyini dediyini, lakin onun Pərvinin özü ilə birbaşa danışıb ona hansısa məbləğdə pul verəcəyini demədiyini, sadəcə olaraq Elvinlə özünün sonda pulu alan zaman Pərvinə də hərəsinin 100 manat pul verəcək olmalarının nəzərlərində olmasını, belə ki narkotik maddələri götürəcəkləri zaman taksidən istifadə edəcək olmalarını, bu zaman isə pulları olmadığı üçün Pərvinin onların xərclərini ödəyəcək olmasını, buna görə də Pərvinə də sonda pul verəcək olmalarını, daha sonra xx.xx.2024cü il tarixdə “Əli”-nin onun mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin xəritə üzrə məkanını göndərdiyini, saat 21:00 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə İran İslam Respublikasının vətəndaşının verdiyi məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında dəqiq xatırlamadığı ünvana gedib içərisində narkotik vasitə olan 01 ədəd qara rəngli sellofan paketin gizlədildiyi yeri tapdıqlarını, Elvin və Pərvinin təhlükəsizliyi təmin etmək məqsədilə kənarda dayanıb gözlədiklərini, onun da narkotik maddə olan sellofan paketi gizlədilən yerdən götürdüyünü, “Əli” adlı şəxsin onlara, narkotik maddəni öz yaşadıqları evdə 2 gün gizlətməli olduqlarını, daha sonra onu başqa yerə yerləşdirməli və onların bu xidmətlərinin bununla da bitmiş olacağını dediyini, buna görə götürdükləri narkotik maddələri aparıb Elvinin yaşadığı ünvanda gizlədəcək olmalarını, lakin bir müddət narkotik maddələri götürdükləri yerdən uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Eləcə də, Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 onun dediklərini təsdiq edərək onu “Əli” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış etdiyini, həmçinin 25 yanvar 2024-cü il tarixdə birlikdə İran İslam Respublikasının vətəndaşı tərəfindən göndəriləcək narkotik vasitəni götürmək məqsədi ilə Təqsirləndirilən şəxs3 iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında dəqiq xatırlamadığı ünvana getdiklərini, İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilən narkotik vasitənin gizlədildiyi yeri müəyyən etdiklərini və onun həmin yerdən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd qara rəngli sellofan paketi götürərək əlində saxlayıb daşımağını və həmin günü saat 22:20 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirildiklərini bildirdiyini, lakin qeyd olunan işlərin görülməsi üçün ondan hər hansı məbləğdə ödəniş almadığını və aralarında dəqiq məbləğ barədə danışıq aparılmadığını bildirməsini, həmçinin bundan başqa sorğu zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 tərəfindən deyilənləri təsdiq edərək 25 yanvar 2024-cü il tarixdə onun təklifi əsasında birlikdə İran İslam Respublikasının vətəndaşı tərəfindən göndəriləcək narkotik vasitəni götürmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında dəqiq xatırlamadığı ünvana gedərək, İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilən narkotik vasitənin gizlədildiyi yeri müəyyən etdiklərini və onun həmin yerdən, 01 ədəd qara rəngli sellofan paketi götürərək əlində saxlayıb daşıdığını, həmin paketin içərisində narkotik vasitə olduğunu bildiyini, lakin hansı növ narkotik vasitə olması barədə məlumatının olmadığını, həmçinin bu işlərin görülməsi müqabilində ondan hər hansı məbləğdə ödəniş almadığını və aralarında dəqiq məbləğ barədə danışıq aparılmadığını bildirdiyini qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Nəsimi rayonu ərazisində İran vətəndaşının ona bildirdiyi yerdən götürmüş olmasını, məqsədinin həmin kütləni başqa bir ünvana yerləşdirib, buranın fotoşəklini çəkərək həmin iran vətəndaşına göndərməkdən ibarət olmasını, həmin şəxsin isə bunun qarşılığında ona 1000 manat pul verəcək olmasını, onun da bu puldan Elvinə 500 manat, Pərvinə isə 100-150 manat pul verəcək olmasını, həmçinin Elvinin də Pərvinə 100-150 manat pul verəcək olmasını, özünün narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onun yalnız həmin maddələrin yerini pul qarşılığında “Əli” adlı şəxsin sifarişinə uyğun dəyişəcək olmasını, bu işdə də ona Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kömək edəcəyini, aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürmədiklərini, necə əldə ediblərsə, o cür də təqdim etmiş olmalarını, üzərindən götürmədiklərini, qeyd olunan sellofan paketdə narkotik vasitə olmasını yalnız Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bildiyini, narkotik vasitənin yalnız əlində saxladığı paketin içərisində olmasını, başqa heç yerdə saxlamadığını, hazırda üzərində hər hansı bir xəsarət olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı bir təzyiqə məruz qalmadıqlarını, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərmədiklərini, istifadəsində olan mobil nömrənin ***-***-**-** saylı mobil nömrə olmasını bildirmişdir.
11. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixli ifadəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onu “Cavid” adı ilə tanımasını, mobil telefonda olan yazışmalardan da göründüyü kimi həmin şəxslərin onunla birlikdə İran İslam Respublikası vətəndaşı olaraq tanıdıqları şəxsdən narkotik vasitə əldə etdiklərini, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2la onun iranlı şəxsin göndərdiyi ünvandan narkotik tərkibli maddələri götürməli, daha sonra Təqsirləndirilən şəxs3 bu maddələri satmalı olmasını, həmin şəxslərin hal-hazırda öz əməllərini etiraf etməsələr də, özünün düzgün danışdığını bildirmişdir.
12. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində Təqsirləndirilən şəxs1 təxminən 7 ilə yaxın müddətdir ki, tanıdığını, Təqsirləndirilən şəxs3 isə onun iş yoldaşı olmasını, xx.xx.2024-cü il tarixdə “Whatsapp” mobil tətbiqindən tanımadığı xarici nömrədən ona “Əli” adlı tanımadığı şəxsin mesaj yazdığını, həmin şəxsin ona narkotik maddələrin satışı ilə məşğul olmasını dediyini, narkotik maddələrin satışında ona köməklik etsə, ona 1000 manat pul veriləcəyini söylədiyini, özünün qorxduğu üçün “Əli”-nin təklifindən imtina etdiyini, daha sonra Əlövsətlə bu barədə danışanda Əlövsətin ona həmin şəxslə işləmək istədiyini dediyini, sadəcə olaraq Əlövsətin ondan, bu işdə köməklik etməsini xahiş etdiyini, lakin pulları olmadığı üçün Pərvinə də bu barədə dediklərini, Pərvinin onların yol xərclərini qarşılayacaq olmasını, xx.xx.2024-cü il tarixdə “Əli”-nin Əlövsətə narkotik maddələri yerləşdirdiyi yerin şəklini atdığını, bundan sonra birlikdə, yəni onun özü, Pərvin və Əlövsətin həmin yerə getdiklərini, buranın 28 May metrostansiyasının yaxınlığında olmasını, daha sonra birlikdə narkotik maddənin gizlədildiyi yeri tapdıqlarını, daha sonra Əlövsətin narkotik maddəni yerdən götürüb əlində saxladığını, bu maddələrin sellofan paket halında olmasını, sellofan paketin içərisində isə 01 ədəd bağlama olmasını, birlikdə qeyd olunan narkotik maddəni Əlövsətin saxlamaq istədiyi yerə aparacaq olmalarını, lakin daha sonra həmin yerdən biraz uzaqlaşanda 7 nəfər mülki geyimdə olan şəxsin onlara yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşduqlarını, özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etdiklərini, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib, hazırda Təqsirləndirilən şəxs1 əlində saxladığı qara rəngli sellofan paketdə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirdiklərini, bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdiklərini, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəldiklərini bildirmiş, habelə Təqsirləndirilən şəxs2 həmin ifadəsində Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə oxşar məzmunda, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlananlar barədə məlumat vermişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində suallara cavab olaraq, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Nəsimi rayonu ərazisində İran vətəndaşının Təqsirləndirilən şəxs1 bildirdiyi yerdən götürdüklərini, məqsədinin həmin kütləni başqa bir ünvana yerləşdirib, buranın fotoşəklini çəkərək həmin iran vətəndaşına göndərməkdə Əlövsətə kömək etməkdən ibarət olmuş olmasını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yalnız həmin maddələrin yerini “Əli” adlı şəxsin sifarişinə uyğun dəyişməkdə kömək edəcək olmasını, aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürmədiklərini, həmin paketin içərisində narkotik tərkibli maddələrin olmasını yalnız Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bildiyini, narkotik vasitənin yalnız Əlövsətin əlində saxladığı paketin içərisində olmasını, başqa heç yerdə saxlamadığını, hazırda üzərində heç bir xəsarət olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmadığını, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərmədiyini, istifadəsində olan mobil nömrənin ***-***-**-** saylı mobil nömrə olmasını, Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində narkotik maddələrin daşınmasında əldə etdiyi gəlirdən ona da 500 manat pul verəcəyini bildirmiş olsa da, bu ifadənin yanlış olmasını, onun və Pərvinin əvəzsiz olaraq Əlövsətə bu işdə köməklik edəcək olmalarını bildirmişdir.
13. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixli ifadəsində özünü təqsirli bilməyib narkotik vasitələrin satışını həyata keçirmədiyini, İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı şəxsin ilkin olaraq onun mobil nömrəsinə zəng etməsini, bunu görən Təqsirləndirilən şəxs1 həmin şəxslə onun mobil telefonu vasitəsilə danışmasını, narkotik vasitə istifadəçisi olduğu üçün Təqsirləndirilən şəxs1 ona narkotik vasitə qurudulmuş marixuana verəcəyini deməsini, lakin daha sonra həmin şəxslərin aralarında olan danışıqlardan xəbərsiz olmasını və özünün bu proseslərdə iştirak etməməsini, Təqsirləndirilən şəxs3 mobil telefonunda olan səsyazıların hər hansı birinin ona aid olmadığını bildirmişdir.
14. Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində Təqsirləndirilən şəxs1 iş yoldaşı Təqsirləndirilən şəxs2 vasitəsi ilə qiyabi tanıdığını, 25 yanvar 2024-cü il tarixdə saat 22:20da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə ünvan 4 ünvanın yaxınlığında olduqları zaman 7 nəfər mülki geyimdə olan şəxsin onlara yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşduqlarını, özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etdiklərini, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib, hazırda Təqsirləndirilən şəxs1 əlində saxladığı qara rəngli sellofan paketdə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirdiklərini, bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdiklərini, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəldiklərini bildirmiş və habelə Təqsirləndirilən şəxs3 həmin ifadəsində Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə oxşar məzmunda, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlananlar barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs3 ifadəsində əlavə olaraq, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Nəsimi rayonu ərazisində İran vətəndaşının Təqsirləndirilən şəxs1 bildirdiyi yerdən götürmüş olduqlarını, məqsədinin həmin kütləni başqa bir ünvana yerləşdirməkdən ibarət olmasını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını, yalnız həmin maddələrin yerini “Əli” adlı şəxsin sifarişinə uyğun dəyişməkdə kömək edəcək olmasını, aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürmədiklərini,qeyd olunan sellofan paketdə narkotik vasitə olmasını yalnız Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildiyini, narkotik vasitənin yalnız Əlövsətin əlində saxladığı paketin içərisində olduğunu, üzərimdə heç bir xəsarət olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmadığını, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərmədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 ifadəsində istifadə etdiyi mobil nömrənin ***-***-**-** saylı mobil nömrə olmasını bildirmişdir.
15. Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixli ifadəsində ilkin dindirilərkən təzyiq altında olmasını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə götürməyə getdiklərindən xəbərsiz olmasını, İran İslam Respublikasının vətəndaşını tanımadığını, həmin şəxslərin İran vətəndaşı ilə hansı məzmunda danışıq apardıqlarını bilmədiyini, özünün günahsız olduğunu, mobil telefonundan aşkar olunan səsyazı və yazışmaların isə ona aid olmadığını bildirmişdir.
16. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3-13- 6/Ə53/2024 nömrəli əmrə və əməliyyat raportuna əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1997-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs1, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 9 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2, xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, ev 43 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olduğundan, onların ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, X8, X9, X6, X7 və X2 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə saat 22:20-də ünvan 4 ünvanın yaxınlığında olarkən saxlanılmış və həmin vaxt şəxsi axtarışın aparılmasına, eləcə də Təqsirləndirilən şəxs1 əlində saxladığı qara rəngli sellofan paketin içərisinə baxış keçirilməsinə şərait olmadığına görə həmin şəxslər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. (cild 1, iş vərəqi 3; 4-5; 6-7; 8)
17. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqi 21)
18. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqi 38)
19. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqi 55)
20. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərarlara əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara həmin maddələrlə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 131-132; 156- 157; 181-182).
21. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1629 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkarlanmamışdır. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, iş vərəqi 91-92)
22. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1633 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkarlanmamışdır. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, iş vərəqi 93-94)
23. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1631 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin əlamətləri aşkarlanmamışdır. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, iş vərəqi 95-96)
24. “Maddi sübut hesab etmək haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş qalıq çəkisi 6064,8 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 2, iş vərəqi 24-25).
25. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs3 götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 səs yazılarının olduğu 01 ədəd CD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqi 151-175).
26. xx.xx.2024-cü il tarixli “Mobil telefona və fotoşəkillərə baxış keçirilməsi haqqında” protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, mobil telefonda narkotik vasitə və ya psixotrop maddələrin satışının təşkil edilməsinə şübhə yarada biləcək 03 ədəd fotogörüntü mobil telefondan çıxarış edilərək fotocədvəl halında toplanmış materiala əlavə edilmişdir. (Cild 2, iş vərəqə 132-133)
27. xx.xx.2024-cü il tarixli “Mobil telefona və fotoşəkillərə baxış keçirilməsi haqqında” protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək hal aşkarlanmamışdır. (Cild 2, iş vərəqə 134)
28. xx.xx.2024-cü il tarixli “Mobil telefondan aşkar edilmiş səsyazılara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus mobil telefonda narkotik vasitə və ya psixotrop maddələrin satışının təşkil edilməsinə şübhə yarada biləcək, Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs1 arasında olan 26 ədəd səsyazısı, Təqsirləndirilən şəxs2la 02 ədəd səsyazısı mobil telefondan çıxarış edilərək 01 ədəd CD disk halında toplanmış materiala əlavə edilmişdir. Səsyazılara baxış zamanı aşağıdakılar aşkar edilmişdir: - Təqsirləndirilən şəxs1: “Hə, Elvin şəhərdəyəm, narahat olma, işlərimi görüm, sənin pulunu atacam.” - xx.xx.2024 saat 23:28 - Təqsirləndirilən şəxs3: “Qaqa, götürəməddin sən Allah? Bu qarlı havada it-qurd necə gəzir çöldə? Doğurdan deyirsən sən Allah? - xx.xx.2024 saat 23:56 - Təqsirləndirilən şəxs1: “Ə, yoxe yox, güc bəlaynan gəlmişəm evə. Heç cibimdə pulum da qurtarıb. Kartdan pul çıxardım gedirəm çölə. Gördüm “AP-641” gözlüyür məni, “Xəzər Lada”. Dedim ə, yox bu mənlik olan tema deyil. Dedim öpürəm sizi mən getdim evə.” - xx.xx.2024 saat 23:57 - Təqsirləndirilən şəxs1: “Mən 54 ildi bu işi görmüşəm. Heç vaxt heç nədən qorxmamışam. Prosta yəni 100 qram ota görə mən niyə özümü yandırmalıyam? Tüpürüm onun içinə, gül kimi işimi işliyib qazanıb, maaşımı alıram da. Şəhər içi kateqariçiski bizlik deyil day.” - xx.xx.2024 saat 23:58 - Təqsirləndirilən şəxs3: “Hə qaqa, başa düşdüm. Şəhər içi poxdu, öz də it-qurdun xadavoy olan yeridi, qıraq yer ola hə, bilirsən ki, it-qurd dvijeniyası azdı, bilirsən ki, getməyə dəyər, mən istədim sənə deyim, gözüm su içmirdi Xətai məsələsindən, Xətai biraz apasni yerdi, ora it-qurd çox olan yerdi. Mən də dedim yəqin, götürmüş olarsan, xəbər gözlədim səndən. Narahat oldum açığı, yaxşısı odu gəlmisən, evdəsən.” xx.xx.2024 saat 23:58 - Təqsirləndirilən şəxs1: “Ayə, hə e, əsas o du özümü salamat çatdırdım. Qurban olum Allaha”-xx.xx.2024 saat 00:06 - Təqsirləndirilən şəxs1: “Qaqa, salam, necəsən? Mən kartı blok eləmişəm. Ürkdüm ki, pulu itə-qurda verərlər. Gün ərzində narahat olma, sənin pulunu atacam milyon faiz. Bu gün inşallah salamat yerdən konum olmalıdı. Qoşularsan bizə, mən özüm həll edəcəm. Gedib- gələrik.” - xx.xx.2024 saat 12:34 - Təqsirləndirilən şəxs3: “Salam, qaqa, şükür sən necəsən? Kartdan mümkün deyil adam yandırmaq, elə şey olar? Çünki o faktın sübutu zadı yoxdu, ona görə mümkün deyil. Ondan narahat olma, ürəyini buz kimi saxla, problem deyil gedib-gəlmək də, dəqiq olacaqsa, deyərsən, problem deyil, iki vur ikidi. - xx.xx.2024 saat 12:37 - Təqsirləndirilən şəxs1: “Ayə hə, dəqiq olacaq inşallah, sənə xəbər edəcəm.” xx.xx.2024 saat 12:38 - Təqsirləndirilən şəxs3: “Hə qaqa, bildim, sağol qaqaş Allah köməyin olsun” xx.xx.2024 saat 13:06 - Təqsirləndirilən şəxs1: “Mən ölüm, Elvin sənlə danışıb?” - xx.xx.2024 saat 13:17 - Təqsirləndirilən şəxs3: “Yox, mənlə danışmayıb, Elvin heç telefonu açır ki? Zəng elədim bayaq açmadı.” - xx.xx.2024 saat 13:21 - Təqsirləndirilən şəxs1: “Hə bildim, yığdım açmadı, zanit gedir.” - xx.xx.2024 saat 13:22 - Təqsirləndirilən şəxs1: “Sabahınız xeyir, nətərsiz, o gədə sənin yanındadı Elvin?” xx.xx.2024 saat 15:55 - Təqsirləndirilən şəxs2: “Qaqa, salam nətərsən, neynirsən? Danışmamısan o tərəfnən? -xx.xx.2024 saat 16:13 - Təqsirləndirilən şəxs2: “Bir yerdəyik də qaqa, sənə xəbər eliyəndə deyərsən bizə, biz yerdə gedərik də qadan alım.” - xx.xx.2024 saat 16:14 - Təqsirləndirilən şəxs2: “Görək bizim ogey qardaşımız sözündə kəlməsində doğru olacaq ya yox?”-xx.xx.2024 saat 16:14 - Təqsirləndirilən şəxs1: “Salam, Elvin nətərsən? ə, mənlə danışdı bayaq. Dedi narahat olma, atacam bu gün, həll edəcəm.” - xx.xx.2024 saat 16:15 - Təqsirləndirilən şəxs3: “Cavid, salam necəsən, bu Elvin nə qədər yeyir ə.” xx.xx.2024 saat 16:47 - Təqsirləndirilən şəxs1: “Halal xoşu olsun.” - xx.xx.2024 saat 17:01 - Təqsirləndirilən şəxs3: “Allah hamımızın köməyi olsun.” - xx.xx.2024 saat 17:08 - Təqsirləndirilən şəxs1: “İnsandı da. O tərəflə də danışmışam, xəbər gözləyirəm. Svyazda olun.” - xx.xx.2024 saat 17:10 - Təqsirləndirilən şəxs1: “ə, dayan da mamaoğlu azdı. 6 kilodu, səbirli ol” xx.xx.2024 saat 19:28 - Təqsirləndirilən şəxs1: “Mən bunu tələsdirsəm, şübhə olacaq” - xx.xx.2024 saat 19:28 - Təqsirləndirilən şəxs1: “(söyüş)” - xx.xx.2024 saat 19:33 - Təqsirləndirilən şəxs1: “Sən neynirsən axı, mən atacam, sən götürəcəksən, qutardı getdi.”-xx.xx.2024 saat 19:33 - Təqsirləndirilən şəxs2: “Hə qaqa, yaxşı, onda sən tərəzini də özünlə gətir gəl də. Yaxşı? - Təqsirləndirilən şəxs3: “Yoxduye hələ, istəyən olsa, deyəcəm sənə.” (Cild 2, iş vərəqə 135-137)
29. xx.xx.2024-cü il tarixli “Mobil telefona və fotoşəkillərə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş və mobil telefonda narkotik vasitə və ya psixotrop maddələrin satışının təşkil edilməsinə şübhə yarada biləcək 16 ədəd fotogörüntü mobil telefondan çıxarış edilərək fotocədvəl halında toplanmış materiala əlavə edilmişdir. Fotogörüntülərdə olan yazışmalara baxış zamanı aşağıdakılar aşkar edilmişdir: Foto № 04 - Təqsirləndirilən şəxs1 : “qaqa axşama hazırlığın olsun, sənə də 10 qram verəcəm. Narahat olma, sən də pula çevirərsən.” Foto N2 07 - Təqsirləndirilən şəxs3: “Cavid axşam temanı atdı ünvana, nəsə götürdü axşam.”, Təqsirləndirilən şəxs2: “hə qaqa, atdı, iki dənə üstündən götürüb, atdı hamsını, indi də temanın hamısını götürdü, getdi Masazıra qaqa, dedi gələcəm, qızla görüşməyə gedir dediyinə görə, qaqa gör tema istəyən yoxdu? Verək getsin, qalıb əlimdə qaqa.” Foto № 11 - Təqsirləndirilən şəxs2: “10 dənə atdı, 5 daş, 5 torpaq atdım, Cavidlə gəlib götürsələr. 5 daşda ki, özümə qaldı. Təqsirləndirilən şəxs3: “Daş çoxdu içində?” Foto № 15 - Təqsirləndirilən şəxs2: “3 dənə hazırla, iştəyən var. 150 manat pul verəcəklər sənə.” Təqsirləndirilən şəxs3: “Məqsədin tanışı Xırdalandadır, səni gözləyir. Dedim pulu vurur karta, sən tez hazırla.” Foto № 16 - Təqsirləndirilən şəxs3: “Gəldi, pul kartına.” (cild 2, iş vərəqi 138-142)
30. İsmayılli Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə edilmişdir. (cild 2, iş vərəqi 69)
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş sübutlar aşağıdakılardır:
31. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik tərkibli maddələrin istifadəçisi olmuşdur. 23 yanvar 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxslə danışmış, həmin şəxs ona 6 kiloqram marixuananı 5000 manat pulu hissə-hissə ödəməsi, yəni aylıq 500 manat pul ödəmək qarşılığında verə biləcəyini dedikdə o, razılaşmışdır. 24 yanvar 2024-cü il tarixdə, saat 22:30 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birgə olarkən “Əli” adlı şəxs ona “konum” (yəni ünvan) göndərdiyindən, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 işinin olduğunu deyib gözləmələrini bildirmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun narkotik tərkibli maddə götürməyə getməsindən xəbəri olmamışdır. O, narkotik vasitəni götürdükdən sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə ilə əlaqələrinin olmadığını desə də, polis əməkdaşları onların ifadələrini istədikləri kimi yazmışlar. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilməsə də, o, polis əməkdaşlarının dedikləri ilə razılaşmaq məcburiyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin bildirmişdir ki, “Əli” adlı şəxs təsadüfən Təqsirləndirilən şəxs2 yazmış, Təqsirləndirilən şəxs2 həmin yazışmanı ona göstərdikdən sonra o, “Əli” adlı şəxsin mobil nömrəsini götürüb əlaqə saxlamış, əvvəllər sonuncu ilə danışmamış, İran İslam Respublikasının vətəndaşı olduğundan həmin şəxsdə narkotik tərkibli maddə ola biləcəyini düşünmüş, əlaqə saxladıqdan sonra “Əli” adlı şəxsə işlədiyi yeri demiş, həmçinin şəxsiyyət vəsiqəsinin fotoşəklini də həmin şəxsə göndərmiş, “Rus kilsəsi”-nin yanına yaxın yerin ünvanı atıldığından, o, həmin ünvana narkotik tərkibli maddəni götürmək üçün getmiş, lakin Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 isə ondan aralıda olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verərkən müdafiəçisi sakit dayanmışdır. Polis əməkdaşları 24 yanvar 2024-cü il tarixdə, saat 22:30 radələrində saxlanılmış, şəxsi axtarış və baxış isə xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında keçirilmiş, müvafiq istintaq hərəkətinə qədər həmin Baş idarədə saxlanılmışdır. O, 6 kiloqram narkotik vasitə marixuananı şəxsi istifadəsi məqsədilə əldə etmiş, Təqsirləndirilən şəxs2 mobil telefonundan İranlı şəxsin mobil nömrəsini özünə lazım olduğu üçün götürmüş və ona göndərilmiş ünvanla bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məlumat verməmişdir. Təqsirləndirilən şəxs3 ona İran İslam Respublikasının vətəndaşından mesaj gəlməsi barədə məlumatı olmamış, bu barədə heç nə deməmiş, Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs2 işinin olduğunu demiş, əlavə məlumat verməmişdir. “Əli” adlı şəxs ilk dəfə Təqsirləndirilən şəxs2 mesaj yazmış, o, həmin mesajın məzmununa baxmadan İranlı şəxsin mobil nömrəsini götürmüş, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 narkotik tərkibli maddə istifadə edib-etmədiklərini bilməmiş, ünvan barədə məlumat gəldikdə o, evdə olmuş, həmin gün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə görüşməyi planlaşdırmış, bu səbədən də, görüşdükdən sonra narkotik vasitəni götürməyə getmişdir.
32. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra bildirmişdir ki, aralarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 pul vermək kimi danışıq olmamış, bu barədə ifadə verməyə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu məcbur etmişlər. İfadə qeyd edilənləri müstəntiq yazmış, o da imzalamışdır. Uşaqlıqdan ona “Cavid” dediklərinə görə, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 onu “Cavid” kimi tanımış, ibtidai istintaqda verdiyim ifadəni təsdiq etməmiş, məhkəmədə verdiyi ifadənin əsas götürülməsini xahiş etmişdir. O, müstəntiqə dəfələrlə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 narkotik vasitə ilə əlaqəsinin olmadığını dedikdə, müstəntiq ona sözünü məhkəmədə deməsini izah vermişdir.
33. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 21 yanvar 2024-cü il tarixdə tanımadığı şəxs ona sms (mesaj) yazdıqda o, həmin şəxsdən mobil nömrəsini kimin verdiyini soruşmuş, həmin şəxs ona heç nə deməmişdir. İran İslam Respublikasının vətəndaşı “Əli” adlı həmin şəxs ona narkotik maddə satmağı təklif etsə də, o, razılaşmamışdır. O, Abşeron rayonu, Xırdalan şəhərində olarkən “Əli” adlı şəxsdən gələn mesaj mətnini Təqsirləndirilən şəxs1 göstərmişdir. 24 yanvar 2024-cü il tarixdə Zabitlər bağının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birgə olarkən Təqsirləndirilən şəxs1 işinin olduğunu, gözləmələrini, gələcəyini deyib avtomobildən düşərək xeyli aralanmış, daha sonra 4-5 nəfər polis əməkdaşı yaxınlaşıb onları saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs1 “Əli” adlı şəxsin mobil nömrəsini onun mobil telefonunda görüb götürmüş, Təqsirləndirilən şəxs1 həmin şəxslə danışması barədə məlumatı olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona avtomobildə əyləşmələrini, gələcəyini demiş, Təqsirləndirilən şəxs1 getdikdən sonra sonuncunu görməmiş, polis əməkdaşları sonradan onları saxlamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürməklə bağlı ona heç bir vəd verməmiş, sonuncu ilə aralarında narkotik tərkibli maddəni almaq, satmaq, bunun müqabilində hər hər hansısa pul verməklə bağlı danışıq olmamış, o, narkotik tərkibli maddə istifadə etmiş, ibtidai istintaq zamanı üzləşdirilərkən Təqsirləndirilən şəxs1 dediklərinin baş vermədiyini söyləmiş, Əlövsət Abbasovun narkotik tərkibli maddəni satması ilə bağlı Təqsirləndirilən şəxs3 nə isə deməsinin şahidi olmamışdır.
34. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra bildirmişdir ki, o, heç vaxt narkotik tərkibli maddələrin satışı ilə məşğul olmamışdır.
35. Təqsirləndirilən şəxs3 məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 24 yanvar 2024-cü il tarixdə Şıxov ərazisində Təqsirləndirilən şəxs2la birgə işləyərkən Təqsirləndirilən şəxs1 görüşməyi təklif etdiyindən, sonuncu ilə görüşdükdən sonra taksidə olan zaman Təqsirləndirilən şəxs1 işinin olduğunu deyərək avtomobildən düşüb aralanmış, bundan sonra polis əməkdaşları onları saxlayaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Polis əməkdaşları ona zorakılıq etmişdir. Polis əməkdaşları videoçəkilişlə üzərlərinə şəxsi axtarış və baxış keçiriləcəyini deyib onların dediklərini videoçəkilişdə demələrini tələb etdikdə, məcbur qalıb razılaşmışdır. O, heç vaxt narkotik tərkibli maddə istifadə etməmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik tərkibli maddənin istifadəçisi olub-olmaması, narkotik tərkibli maddəni satıbsatmaması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs1la arasında narkotik tərkibli maddələrlə bağlı danışmamış, Təqsirləndirilən şəxs2 onun yanında heç vaxt narkotik tərkibli maddə istifadə etməmiş, onun yanında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “İnstagram” sosial şəbəkəsindən özünə gələn mesajı göstərmiş, o, Təqsirləndirilən şəxs1la dost olmamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la dost olmuş, o isə Təqsirləndirilən şəxs2la birgə işləmişdir. Görüşmələrinin məqsədi şam yeməyi yemək olmuş, onun Təqsirləndirilən şəxs1 narkotik tərkibli maddəni götürməyə getməsi barədə xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2 ona narkotik tərkibli maddə ilə əlaqədar heç nə deməmiş, polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edilməsi ilə bağlı heç bir quruma şikayət etməmiş, bədənində xəsarətlə bağlı izlər olmuşdur.
36. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadədə olan imzalar ona məxsus olmuş, o, polis idarəsində digər təqsirləndirilən şəxslərlə yeməklə bağlı görüşdüklərini desə də, əhəmiyyət verilməmişdir.
37. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-6183/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərkən ilkin tibbi müayinədən keçirilən zaman həbs edildiyi vaxt xəsarət aldığını bildirmiş, bədəninə baxış keçirilərkən sol dirsək nahiyəsində və sol əlin 2ci barmağının üzərində köhnə çapıqlar aşkarlanmış, yeni xəsarət izi aşkar edilməmişdir.
38. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-6/2-10086/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin Baş idarənin əməkdaşları tərəfindən saxlanılıb inzibati binaya gətirilən zaman üzərlərinə baxış və şəxsi axtarış həmin tarixdə Baş İdarədə keçirilən eyniadlı prosessual hərəkət zamanı videoçəkilişlə aparılmış, bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Şəxsi axtarış və baxış zamanı aşkar edilənlər videoçəkilişlə qeydə alınıb diskə köçürülmüş, cinayət işinin materiallarına əlavə olunmuşdur.
39. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-6/2-10461/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin Baş idarənin əməkdaşları tərəfindən saxlanılıb inzibati binaya gətirilən zaman üzərlərinə baxış və şəxsi axtarış həmin tarixdə Baş İdarədə keçirilən eyniadlı prosessual hərəkət zamanı videoçəkilişlə aparılmış, onlardan aşkar edilmiş əşya və predmetlərə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Adları qeyd olunan şəxslərin Baş idarənin Nəzarət buraxılış məntəqəsindən inzibati binaya daxil olmaları ilə bağlı videogörüntü mövcud deyildir.
40. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2- 110/2-194751/2024 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs3 qarşı polis əməkdaşları tərəfindən işgəncə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğuna görə material üzrə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
41. CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
42. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
43. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
44. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
45. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
46. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
47. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
48. Maddə 15.4, 18.1, 83.3.3, 83.3.4 və 83.6. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
49. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
50. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
51. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
52. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
53. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
54. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
55. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
56. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
57. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.
58. Maddə 329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.
59. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
60. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə qurudulmuş marixuana təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdar külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
61. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).
62. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
63. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
64. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
65. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
66. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
67. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
68. Qərarın 12-ci bəndi. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
69. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
70. Qərarın 26-cı bəndi. CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
71. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
72. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxslərdə aşkar edilmiş narkotik vasitənin külli miqdarda yəni, çəkisinin külli miqdarı üçün nəzərdə tutulduğundan 12,13 dəfə çox olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
73. Narkotik vasitənin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (hökmün 7-ci bəndi) həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
74. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitə qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: hökmün 60-cı bəndi) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
75. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır.
76. Təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil.
77. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində tutulduğu tarixi mübahisələndirməklə, 25 yanvar 2024-cü il tarixdə yox, 24 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını, onun narkotik vasitəni götürməyə getməsindən digər şəxslərin, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məlumatının olmadığını, polis əməkdaşlarının tələbi əsasında ibtidai istintaq zamanı hər iki şəxsin məlumatlı olması barədə ifadə verdiyini, saxlanılarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ondan aralıda dayandığını, şəxsi axtarış və götürmə istintaq hərəkətinin xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında keçirildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, həmçinin, digər təqsirləndirilən şəxslər də xx.xx.2024-cü il tarixi olduğunu söyləmişlər.
78. Saxlanılarkən Təqsirləndirilən şəxs1 üzərində olmuş +994-50-591-21-25 saylı mobil nömrənin əhatə dairəsinə dair məlumatlar məhkəmə tərəfindən "xxxx" MMC-dən ələ keçirilmiş, həmin diskə baxdıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində müvafiq istintaq hərəkəti zamanı aşkarlanmış mobil nömrənin əhatə dairəsi xx.xx.2024-cü il tarixdə gün ərzində Abşeron rayonunun Xırdalan şəhəri və Masazır qəsəbələrində, xx.xx.2024-cü il tarixdə isə günün müxtəlif vaxtlarında Abşeron rayonu, Bakı şəhəri Qaradağ rayonu və digər ərazilərdə, Təqsirləndirilən şəxs1 tutulduğu ərəfədə isə, yəni xx.xx.2024-cü il tarixdə 22:15:51-də ünvan 10 ünvanını göstərmişdir.
79. Məhkəmə qeyd etməyi zəruri bilir ki, cinayət işinin materiallarına görə təqsirləndirilən şəxslər xx.xx.2024-cü il tarixdə saat 22:20-də Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 176 ünvanında saxlanılmışlar. Bu, onu göstərir ki, Təqsirləndirilən şəxs1 mobil nömrəsinin əhatə dairəsinin olduğu küçə ilə cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxslərin saxlanıldığı yer kimi göstərilmiş küçə, yəni Ş.Əzizbəyov küçəsi eynidir. Beləliklə, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində göstərdiklərini həqiqətə uyğun olmayan, özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.
80. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində məhkəməyədək icraat zamanı ona hər hansı fiziki və psixi zorakılıq edilmədiyini bildirmiş, o, ibtidai istintaq dövründə verdiyi ifadəsini məhkəmədə dəyişməsini əsaslandırma bilməmişdir.
81. Bu səbəbdən, məhkəmə Təqsirləndirilən şəxs1 onun narkotik vasitəni götürməyə getməsindən digər şəxslərin, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məlumatının olmaması, polis əməkdaşlarının tələbi əsasında ibtidai istintaq zamanı hər iki şəxsin məlumatlı olması barədə ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir.
82. Bundan başqa, Təqsirləndirilən şəxs3 ifadəsində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la görüşdüklərini, taksidə olan zaman Təqsirləndirilən şəxs1 onlara işi olduğuna görə getdiyini deyib oradan uzaqlaşdıqdan bir müddət sonra polis əməkdaşlarının onları saxladığını, polis əməkdaşları tərəfindən edilmiş zorakılıq nəticəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı etirafedici məzmunda ifadə verdiyini, Təqsirləndirilən şəxs1la aralarında narkotik tərkibli maddələrlə bağlı hər hansı danışıq aparmadığını, zorakılıq nəticəsində bədəni üzərində xəsarət izi olduğunu bildirmişdir.
83. Məhkəmə müdafiə tərəfinin mübahisələndirdiyi həmin xüsusatları araşdırmışdır. Belə ki, Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-6183/2024 nömrəli məktubuna Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərkən ilkin tibbi müayinədən keçirilən zaman həbs edildiyi vaxt xəsarət aldığını bildirsə də, bədəninə baxış keçirilərkən sol dirsək nahiyəsində və sol əlin 2-ci barmağının üzərində köhnə çapıqlar aşkarlanmış, yeni xəsarət izi aşkarlanmamış, xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən isə aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs3 qarşı polis əməkdaşları tərəfindən işgəncə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğuna görə material üzrə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (hökmün 37-39-cu bəndləri).
84. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər tutulduqdan sonra onlara psixoloji, fiziki təsir göstərilməsi barədə məhkəməyədək icraat dövründə etirazlar etməmişlər. Bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barələrində həbs qətimkan tədbiri seçilərkən nə özləri, nə vəkilləri nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərlərində hər-hansı xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 təcridxanaya daxil olarkən zədə aldığını bildirsə də, hər hansı xəsarətin aşkarlanmaması tibbi kitabçadan görünür. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
85. Bundan əlavə, Təqsirləndirilən şəxs2 ifadəsində 24 yanvar 2024-cü il tarixdə “Zabitlər” bağının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birgə olarkən Təqsirləndirilən şəxs1 işinin olduğunu deyib avtomobildən düşərək aralandıqdan bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir.
86. Təqsirləndirilən şəxs2 dediklərinə oxşar məzmunda Təqsirləndirilən şəxs3 də ifadə verdiyindən həmin xüsusatla bağlı məhkəmə cinayət işinin materialları və iş üzrə toplanmış sübutları təhlil edib yoxladıqdan sonra belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 söylədikləri mülahizələrə əsaslandığından, ifadəsində göstərdiklərini təsdiqləyən hər hansı dəlil və ya sübut təqdim etmədiklərindən həmin ifadəni həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli ifadə kimi qəbul edir.
87. Bundan başqa, müdafiə tərəfi cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “mobil telefona və fotoşəkillərə baxış keçirilməsi haqqında” protokolu mübahisələndirməklə, protokolun vaxtında tərtib edilmədiyini iddia etmişlər.
88. Məhkəmə baxışı zamanı digər təqsirləndirilən şəxslərin mobil telefonları ilə yanaşı, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Redmi” markalı mobil telefona baxış zamanı tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokolda əks etdirilən (hökmün 29-cu bəndi) yazıların mobil telefonun yaddaşına “Whatsapp” mobil tətbiqindən çıxarış edilmiş şəkildə olması müəyyən edilmişdir.
89. Məhkəmə mobil telefonun yaddaşında fotoşəklin xx.xx.2024-cü il tarixdə çıxarış edilməsinin müəyyən edilməsinə baxmayaraq, mobil telefonun uzun müddət sönülü vəziyyətdə olmasını, mobil telefonun tarix və saatının real vaxt rejiminə uyğun olubolmadığını və ya fotoşəklin çıxarışı edilərkən mobil telefonun tarix və saatının real vaxt rejimində olub-olmamasını aşkarlamaq qeyri-mümkün olduğundan, məhkəmə hesab edir ki, cinayət-prosessual qanunvericiliyə uyğun şəkildə tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Mobil telefona və fotoşəkillərə baxış keçirilməsi haqqında” protokolun sübut siyahısından çıxarılmasına hər hansı əsas mövcud deyil.
90. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlərdən sübut kimi yol verilməz olanı yoxdur. İş materiallarında olan sübutlar yol veriləndir.
91. Müdafiə tərəfi hər tərəfli və tam araşdırmanın aparılmadığını bildirib məhkəmə istintaqının təzələnməsini məhkəmədən xahiş etsə də, məhkəmə hesab edir ki, cinayət təqibi üzrə toplanmış sübutlar kifayət qədərdir və müəyyən edilməli hallar üzrə mümkün sübutlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən həcmdədir.
92. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
93. Məhkəmə təqsirləndirilən şəxslərdə aşkar edilmiş narkotik vasitənin külli miqdardan dəfələrlə artıq olmasını, aralarında narkotik vasitənin əldə edilməsinə dair yazışmanın mövcudluğunu, İran İslam Respublikasının vətəndaşının bir təqsirləndirilən şəxsə yazmasını, digər təqsirləndirilən şəxsin isə həmin iranlı şəxslə əlaqəyə girib narkotik vasitəni əldə etməyə dair razılaşmasını, külli miqdarda narkotik vasitə marixuananı əldə etmək üçün hər üç təqsirləndirilən şəxsin birgə hərəkətlər etmələrini, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuananı satış məqsədilə əldə edib saxlamaqla daşımışlar.
94. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxslərin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
95. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
96. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 42;43;44;45-ci bəndləri).
97. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin CM-in 59.2-ci maddəsinin tələbinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
98. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 2; iş vərəqi 41)
99. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.
100. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin CM-in 59.2-ci maddəsinin tələbinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, müsbət xarakterizə edilməsini, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
101. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (cild 2; iş vərəqi 44)
102. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.
103. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, onun məhkumluğu ödənilmişdir. Hazırda onun məhkumluğu yoxdur. (cild 2; iş vərəqi 42-43)
104. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin CM-in 59.2-ci maddəsinin tələbinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
105. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.
106. Təqsirləndirilən şəxs2 əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır. (hökmün 24-cü bəndi).
107. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar (hökmün 97;99;100;102;104;105ci bəndləri).
108. Təqsirləndirilən şəxs1 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 46-cı bəndi).
109. Təqsirləndirilən şəxs3 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 46-cı bəndi).
110. Təqsirləndirilən şəxs2 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 46-cı bəndi).
111. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 27 yanvar 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 246-250). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 17-ci bəndi).
112. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs3 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 27 yanvar 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 2, iş vərəqi 6-10). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 19-cu bəndi).
113. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 27 yanvar 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 2, iş vərəqi 1-5). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 18-ci bəndi).
114. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 25 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
115. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 25 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
116. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 25 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
117. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
118. İş üzrə maddi sübut olan, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6064,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Redmi” markalı və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon müvafiq olaraq onların yaxın qohumlarına qaytarılmalı, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) DVD disk, xx.xx.2024-cü il tarixli “Mobil telefondan aşkar edilmiş səsyazılara baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (hökmün 25-ci bəndi).
119. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur (hökmün 21;22;23-cü bəndləri).
120. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 26 (iyirmi altı) manat olmaqla tutularaq dövlət büdcəsinə ödənilməlidir (hökmün 7-ci bəndi).
121. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti, yəni hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti, yəni hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti, yəni hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 26 manat olmaqla tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6064,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Redmi” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon müvafiq olaraq onların yaxın qohumlarına qaytarılsın. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) DVD disk, xx.xx.2024-cü il tarixli “Mobil telefondan aşkar edilmiş səsyazılara baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova