Məhkəmə qərarları › İş №1(101)-270/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-270/2020

07.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-270/2020 07.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Ağayev Zeynal Qurban oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili x4 iştirakı ilə, xx xxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi, ev 27-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 14-də yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən 14 nömrəli evin arxa hissəsində yerləşən həyətyanı sahəsində bibər ştillərinin arasında qanunsuz olaraq əkilib becərilməsi qadağan edilmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini əkib yetişdirməklə kultivasiya etmiş və 12 iyun 2019-cu il tarixdə saat 17 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən 14 nömrəli evin həyətinə baxış keçirilərək oradan Təqsirləndirilən şəxs əkib yetişdirməklə kultivasiya etdiyi külli miqdarda 30 ədəd ümumi təmiz çəkisi 515 qram olan əkilib-becərilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmiş, lakin sonralar istifadə etməyi dayandırmışdır. 2019-cu ilin yanvar ayında Astara şəhərinə gedəndə orada tanımadığı şəxsin çətənə toxumu satdığını görmüş və ondan çətənə toxumu alıb yaşadığı ünvan 1 ünvanının həyətində əkib-becərib onları qurudaraq istifadə etməyi qərara almışdır. Bu məqsədlə həmin şəxsdən dəyəri 100 manat olan 50 ədəd çətənə bitkisinin toxumunu almışdır. Həmin toxumlardan 20 ədədi xarab olduğundan onları tullamışdır. 2019-cu ilin may ayının əvvəllərində isə qalan 30 ədəd toxumu yaşadığı evin həyətində əkməyə başlamışdır. 12 iyun 2019-cu il tarixdə saat 17 radələrində yaşadığı evə polis əməkdaşları gələrək ondan evə baxış keçirilməsi üçün razılıq istəmişlər. O isə polis əməkdaşlarının yaşadığı evə baxış keçirməsinə etiraz etməmişdir. Sonra yaşadığı evdə polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra onlar videoçəkilişlə yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirib etirazının olub-olmadığını ondan soruşmuşlar. O, etiraz etmədikdən sonra polis əməkdaşları mütəxəssis-aqronom dəvət edib onun iştirakı ilə həyətdə əkdiyi çətənə bitkilərinə baxış keçirmişlər. Baxış keçirildikdən sonra çətənə bitkiləri toplanıb qablaşdırılmışdır. Çətənə toxumlarını yalnız özü istifadə etmək üçün əkmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını - cinayət törətməkdə öz təqsirini etiraf etməsini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 12 iyun 2019-cu il tarixdə işdə olduğu zaman Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməkdaşları onu bölməyə dəvət etmişlər. Bölməyə getdiyi zaman polis əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 14-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkib-becərməsi barədə onlara məlumat daxil olduğunu, məlumatı yoxlamaq üçün həmin evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirərək bunun üçün onun da aqronom kimi onlarla birlikdə evə getməyini xahiş etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişlər. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 14-də ünvanının qarşısına çatdıqdan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs fərdi evin giriş darvazasının önünə çağırmışlar. Təqsirləndirilən şəxs gəldikdən sonra polis əməkdaşları videoçəkilişlə ondan özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra onlar da özlərini təqdim etmişlər. Sonra polis əməkdaşlarından baş təhqiqatçı, polis mayoru x12 Bağırova bölmənin əməliyyat aparatına onun yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmişdir. Daha sonra baş təhqiqatçı x12 Bağırovdan onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baş təhqiqatçı Tahir Mirzəyev vəkilin iştirakı ilə həyətyanı sahəsinə baxış keçirilməsini tələb etmək hüququnun olmasını Təqsirləndirilən şəxs izah etmişdir. Lakin Təqsirləndirilən şəxs vəkilin iştirakına ehtiyac olmadığını deyib həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə həyətyanı sahəyə baxış keçirilmiş və fərdi evin sağ hissəsində 30 ədəd 20-50 sm hündürlükdə, bibər bitkisi ilə qarışıq əkilmiş, aqrotexniki qaydada qulluq olunaraq suvarılmış çətənə bitkiləri aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həyətyanı sahədə aşkar edilən çətənə kollarını özünün əkdiyini, məqsədinin həmin kolları əkib-becərdikdən sonra qurudaraq özünün istifadə etməsi olduğunu bildirmişdir. Bundan sonra çətənə kolları polis əməkdaşları tərəfindən kökü ilə birlikdə torpaqdan çıxarılmışdır. Çətənə bitkiləri torpaqdan çıxarıldıqdan sonra o, aqronomik rəy tərtib edərək təhqiqatçıya təqdim etmiş və sonra çətənə bitkiləri ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş x8ifadəsində göstərmişdir ki, 12 iyun 2019cu il tarixdə Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməliyyat aparatına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 14-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkib-becərməsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumatı yoxlamaq üçün x10 x2 aqronom işləyən Şahid3 bölməyə dəvət etmişlər. Şahid3 gəldikdən sonra bölmənin əməliyyat müvəkkili Şahid2, o və baş təhqiqatçı Tahir Mirzəyev birlikdə qeyd edilən ünvana getmişlər. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinin giriş qapısının önünə çağırmışlar. Təqsirləndirilən şəxs gəldikdən sonra baş təhqiqatçı Tahir Mirzəyev videoçəkilişlə ondan özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra onlar da özlərini təqdim etmişlər. Sonra baş təhqiqatçı x12 Bağırova bölmənin əməliyyat aparatına onun yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmişdir. Daha sonra baş təhqiqatçı x12 Bağırovdan onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baş təhqiqatçı Tahir Mirzəyev vəkilin iştirakı ilə həyətyanı sahəsinə baxış keçirilməsini tələb etmək hüququnun olmasını Təqsirləndirilən şəxs izah etmişdir. Lakin Təqsirləndirilən şəxs vəkilin iştirakına ehtiyac olmadığını deyib həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə həyətyanı sahəyə baxış keçirilmiş və fərdi evin sağ hissəsində 30 ədəd 20-50 sm hündürlükdə, bibər bitkisi ilə qarışıq əkilmiş, aqrotexniki qaydada qulluq olunaraq suvarılmış çətənə bitkiləri aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həyətyanı sahədə aşkar edilən çətənə kollarını özünün əkdiyini, məqsədinin həmin kolları əkib-becərdikdən sonra qurudaraq özünün istifadə etməsi olduğunu bildirmişdir. Bundan sonra çətənə kolları kökü ilə birlikə torpaqdan çıxarılmışdır. Çətənə bitkiləri torpaqdan çıxarıldıqdan sonra aqronom Şahid3 aqronomik rəy tərtib edərək təhqiqatçıya təqdim etmiş və sonra çətənə bitkiləri ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 şahid x5 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan x10 x3 aqronomu Şahid3 12 iyun 2019-cu il tarixli aqronomik rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi evin həyətyanı sahəsindən əkilməsi və becərilməsi qadağan olunan narkotik tərkibli 30 ədəd 20-50 sm hündürlüyündə, bibər bitkisi ilə qarışıq əkilmiş, aqrotexniki qaydada qulluq edilərək suvarılıb alaq edilmiş çətənə bitkisi aşkar edilmişdir (cild 1, iş vərəqə 12). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2019-cuiltarixli15335 saylırəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilib götürülmüş...” sözləri olan bir ədəd sellofan torbadakı ümumi sayı 30 (otuz) ədəd, ümumi təmiz çəkisi 515,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən tədqiqata təqdim olunan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə bitkisinin ümumi təmiz çəkisi 515 qram, cəmi tədqiqata sərf olundu 0,15 qram, qalıq 514,85 qram (cild 1, iş vərəqə 40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator x1 24 iyul 2019-cu il tarixli 1758 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisinin preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 81-82). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 18 noyabr 2019cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evin həyətyanı sahəsinə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və bu barədə görüntünü əks etdirən disk və ilkin çəkisi 515 qram olan 30 ədəd çətənə (kannabis) bitkiləri aparılmış tədqiqatlardansonra qalıq çəkisi 514,85 qram olan çətənə (kannabis) bitkisi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqə 13; 180- 188). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi çətənə (kannabis) bitkilərinin toxumlarının mənbəyinin müəyyən edilməsi məqsədi ilə ayrıca icraata cinayət işi materialı ayrılmışdır (cild 1, iş vərəqə 188). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 77-78). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir (cild 1, iş vərəqə 80). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini, 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa iş materiallarında olan Sabunçu rayon məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 iyun 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 71- 72). Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 12 iyun 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 91,76 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanından aşkar olunaraq götürülmüş ilkin çəkisi 515 qram olan 30 ədəd çətənə (kannabis) bitkisi, aparılmış tədqiqatdansonra qalıq çəkisi 514,85 qram olan çətənə (kannabis) bitkisi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 91,76 manat Təqsirləndirilən şəxs dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ərazi üzrə üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanından aşkar olunaraq götürülmüş ilkin çəkisi 515 qram olan 30 ədəd çətənə (kannabis) bitkisi, aparılmış tədqiqatdansonra qalıq çəkisi 514,85 qram olan çətənə (kannabis) bitkisi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar