Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-270/2021 12.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, həbs olunanadək işləməyən, üzərində məhkumluğu olmayan, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olan, həbs olunanadək ünvan 3-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən naməlum şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 9 (doqquz) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,694 qram, 0,366 qram, 0,423 qram, 0,418 qram, 0,398 qram, 0,415 qram, 0,414 qram, 0,375 qram, 0,394 qram, ümumi təmiz çəkisi 3,897 qram, yəni külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmiş və o, satış məqsədi ilə naməlum şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi 9 (doqquz) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,694 qram, 0,366 qram, 0,423 qram, 0,418 qram, 0,398 qram, 0,415 qram, 0,414 qram, 0,375 qram, 0,394 qram, ümumi təmiz çəkisi 3,897 qram, yəni külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlayıb daşımış, xx xxx 2020-ci il tarixdə saat 18:50 radələrində Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 4042/60-cı məhəllə, ev 5 ünvanının qarşısında saxlanılıb Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 16 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə dəvət olunmuşdur. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 9 (doqquz) ədəd şəffah polietilen bükümdə, ümumi təmiz çəkisi 3,897 qram, yəni külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə il bundan əvvəl psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. Onun narkomaniya xəstəsi olmağını onun ailə üzvləri də bilmişdir. Son zamanlar isə o, yalnız psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, internet vasitəsi ilə rus saytına daxil olub metamfetamin sifariş etmişdir. Sonuncu dəfə o, rus saytı vasitəsi ilə metamfetamin sifariş etdikdən sonra tanımadığı kuryerlə “Whatsapp” vasitəsilə yazışmış və kuryerin göndərmiş olduğu hesab koduna 100 (yüz) manat pul köçürmüşdür. Kuryer də bunun müqabilində 9 (doqquz) ədəd bükümdə psixotrop maddə metamfetamini “Kent” markalı siqaret qutusunun içərisində Bakı şəhəri, Nərimanov rayonunda “Montin” deyilən yerdə olan “Araz” marketin arxa hissəsində köşkün (qasidin) qarşısındakı zibil qutularının yanında olacağını demişdir. O da kuryerin dediyi yerə getmiş, zibil qutularının yaxınlığında olan 9 (doqquz) ədəd bükümdə metamfetimini götürmüş və cibinə qoymuşdur. Həmin gün, yəni xx xxx 2020-ci il tarixdə saat 18:00 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 4042/60-cı məhəllə, ev 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini polis kimi təqdim etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onu yaxınlıqda yerləşən Polis bölməsinə aparmışlar və oradakı polislərə təhvil vermişlər. Polis bölməsində onun şəxsiyyəti müəyyən olunmuşdur. Bundan sonra polis əməkdaşları onun üzərinə baxış keçirəcəklərini bildirmişlər. O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Xidməti otaqların birində polis əməkdaşları videoçəkiliş vasitəsi ilə onun üzərinə baxış keçirməyə başlamışlar. Baxış zamanı onun cibindən “Kent” markalı siqaret qutusu aşkarlanmışdır. Həmin siqaret qutusunun içərisində onun rus saytı vasitəsi ilə aldığı 9 (doqquz) ədəd bükümdə psixotrop maddə metamfetamin olmuşdur. Polislər ondan həmin maddəni haradan və nə məqsədlə aldığını soruşmuşlar. O da karantin vaxtı metamfetamin çətin tapıldığından, rus saytı vasitəsi ilə öz istifadəsi üçün 100 manata metamfetamin aldığını bildirmişdir. O, ucuz olduğuna görə 100 manata bir neçə bükümdə metamfetamin almışdır. Belə ki, adi qaydada bir büküm 20 manata satıldığı halda, o, 100 manata birdəfəyə 9 bükümdə metamfetamin almışdır. O, heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ona xx xxx 2020-ci il tarixdə Zaur adlı şəxsin narkotik vasitələri saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onların tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zaur adlı şəxsin axşam radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində olduğu yer müəyyən olunmuşdur. xx xxx 2020-ci il tarixdə saat 18:50 radələrində onlar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olan Zauru tutmuşlar və sonuncunu Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə aparıb təhvil vermişlər. Daha sonra 32-ci Polis bölməsində inzibati otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bundan sonra sonuncuya üzərində saxlanılması qadağan olunan əşya və ya predmetin olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən 1 (bir) ədəd siqaret qutusunu çıxararaq polislərə təqdim emtişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisində 6-7 ədəd bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetaminin olduğunu və həmin maddəni xx xxx 2020-ci il tarixdə səhər saatlarında tanımadığı şəxsdən Bakı şəhəri, Nərimanov rayonu, “Montin” qəsəbəsində 150 manata öz şəxsi istifadəsi üçün aldığını, aldığı maddənin bir qismini istifadə etdiyini, qalıq hissəsini isə sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində başqa əşya aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələri kiməsə satmasını əməliyyat yolu ilə yoxlasalar da, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Həmçinin, onun yadında qaldığına görə onlar Təqsirləndirilən şəxs tutduqda, sonuncu onlara həmin gün psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. O da həmin protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun əridir. xx xxxxxx 2019-cu ildə onun Təqsirləndirilən şəxs ilə toyları olmuş, lakin onların rəsmi nikahı yoxdur. Toydan sonra o, Zaurla birlikdə ünvan 3-da yaşamağa başlamışdır. xx xxxx 2019-cu il tarixdə onların Murğuzov Turan adlı övladı dünyaya gəlmişdir. Onların azyaşlı övladı olan Turanın ürəyində anadan gəlmə deşik olmuşdur. Zaur və o, övladına yaxşı baxmışlar. O, Zaurun narkotik maddə alüdəçisi olduğunu sonradan öyrənmişdir. Zaur narkotik maddələrin satışı ilə əlaqədar onun yanında danışmamışdır. Son zamanlar onunla Zaur arasında mübahisə yaranmışdır. Zaur bəzən həftələrlə evə gəlməmişdir. Bu səbəbdən də o, Zaurla çox vaxt mübahisə etmişdir. Bir də Zaur həmişə onu aldatmışdır ki, artıq narkotik maddələrdən istifadə etməyəcək. Lakin Təqsirləndirilən şəxs bu pis vərdişdən əl çəkə bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli raportdan (cild İ, iş vərəqə 4) görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən xx xxx 2020-ci il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 4042/60-cı məhəllə, ev 5 ünvanının qarşısında narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olan Təqsirləndirilən şəxs saxlanılmış və 19:00 radələrində Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild İ, iş vərəqə 7-8) görünür ki, “Zaur” adlı şəxsin tam şəxsiyyətini, yaşadığı ünvanı, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi, qeyd edilən hallar müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə, olduğu yerə, yaşadığı mənzilə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild İ, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində şübhəli bilindiyinə görə onun tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild İ, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild İ, iş vərəqə 34-35) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindn 1 (bir) ədəd “Kent” markalı siqaret qutusunu polis əməkdaşlarına təqdim etmiş və həmin qutunun içərisində 9 (doqquz) ədəd bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddənin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/794 nömrəli rəyindən (cild İ, iş vərəqə 46-48) görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində "saxlanılmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı olan zərfdə, üzərində “Kent” yazısı olan siqaret qutusundakı 9 (doqquz) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,694 qram, 0,366 qram, 0,423 qram, 0,418 qram, 0,398 qram, 0,415 qram, 0,414 qram, 0,375 qram, 0,394 qram, ümumi təmiz çəkisi 3,897 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan (cild İ, iş vərəqə 62-63) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild İ, iş vərəqə 66-67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli ərizədən (cild İ, iş vərəqə 82) görünür ki, Şahid1 ünvan 3 ünvanında yerləşən yaşadığı mənzildə axtarış aparılmasına icazə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli axtarış aparılması haqqında qərardan (cild İ, iş vərəqə 83) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3-da axtarış aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli axtarış aparılması haqqında protokoldan (cild İ, iş vərəqə 86-93) görünür ki, ünvan 3-da aparılmış axtarış nəticəsində iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya, habelə cinayət izləri və ya qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-114/2020 saylı qərarından (cild İ, iş vərəqə 110-111) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli əməliyyat tapşırığından (cild İ, iş vərəqə 112-113) görünür ki, Təqsirləndirilən şəxs bildirdiyi “Ceyhun” adlı şəxsin şəxsiyyətinin və internet saytının ünvanının əməliyyat yolu ilə müəyyən edilməsi barədə tapşırıqlar verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32 -ci Polis bölməsinin cavab məktubundan (cild İ, iş vərəqə 124) görünür ki, “Ceyhun” adlı şəxsin istintaq orqanına təmin olunması məqsədilə bir neçə dəfə əməliyyat-axtarış tədbirləri keçirilsə də, həmin şəxsin şəxsiyyətinin müəyyən olunması istiqamətində müsbət nəticə əldə olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild İ, iş vərəqə 121-122) görünür ki, 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 tərəfindən verilmiş təlabnamədən (cild İ, iş vərəqə 128) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2036 saylı rəyindən (cild İ, iş vərəqə 170-171) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 1383 saylı rəyindən (cild İ, iş vərəqə 174-175) görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, o, hazırda Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “xxxx” MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin abonentdən çıxan zənglərin çıxarışları, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatları, daxil olan və göndərilən “sms” mətnləri, həmçinin ötürücü antenaların cədvəlini əks etdirən diskdən (cild İ, iş vərəqə 151- 152) görünür ki, müxtəlif mobil telefon nömrələrdən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** mobil nömrəsindən “Gir vapcata oxu yazdigimi men dunenen agridayam kimse agrida saxlayan kim olar q.... olar menim istediyim kimi temam catmiyib, ya mali versin yada pulu”, “catdirsin men neye gore hansisa ..... gore bu veziyetde qalmalıyam”, “Yig gorek dosduvu uwagi gonderirem gelir ora ver getirsin zaur bawim s...... kececem herweyden s.... onun varyoxunu uwaq gelir amazona ver getirsin”, “Aturmusan amazonda kayf eliyirsen menede deyirsen abyekti baglamiwam onu gozduyurem abyekt bağlana biler adamlar var evi yoxdu orda qalir sende neyse zaur oyun oynama menen bu weyim axiri yaxwi olmayacaq yaxwi qoy gorek sen goruwduyun qapida heqiqeten adam qalir bariqa yani burdayam men onsuzda”, “And olsun allaha men soz tapa bilmiremki deyem siz neynirsiz qaqaw salamatcilixdu bu ne divijeniyadi bu hereket ne hereketdi bilmirsiz neynirsiz soz verirsen telfonu bagliyirsan ne bilime mal kimin bawin aparib onlar ona buna deyirler cox wukurki men heleki sozumun agasiyam ana cox adamnan gormedim mala gore pula gore neler edirler allah keçsin gunahivizdan ne deyirem”. “Qaqaw menim o gunkun hele herweyde var bestirinda ta adami gic yerine qoyursuz zaur temani hel ele indi meni fırladanin herweyin s.... meni uc gundu dolamısan hel ele bu gun ya 20 manat catsin yada yari tema catdirmiyan q…. indi bu sozden sonra kim razilawirsa p…. desin menim temami on deyqeye”, “yigiram catdir s…….. deyil kime ne olub men sene vermiwem i fsyo”, “Zaur sene deyirem veziyet yaxwi deyil bawa duwmursen deyesen sen neylemek isteyirsenkin aradan hetweyi goturum ay brat deyirem ozumu yaxwi his elemirem”, “Lazim deyil gor sene meni nece tanidiblarsa o deyqe atravanin adin cekirsen neyse iwinde ol”, “Gedirem bineye tema goturmeye gec olmasa kececem muradgile”, “Muradgile catiram gel ora falqada getir”, “Ge gorum bariqa kime gelmesen q…..”. Bunan başqa, Yalçın Qəribova məxsus ***-***-**-** mobil nömrədən ”3 dene denen dibru elesin haa”, “Alinsa getir vasmoya pulu cibimdedi verim men cixamiram burdan”, “Alinmir yalçın gelme iki sada duzelecey”. Həmçinin istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** mobil nömrədən “Zaur duranda heresinen 10 dene diyersen ketirsin”, “Zaur 15 dene qola de da ama ceki sen alah de duz olsun bide kor sahat 11-12 ketizdirda”, “Senol pul cipimdc onu gozdeyirem ozum de bezdim gozdemeyden teztezde yiqamiram axirinci dele dediki danisamir. Sebirli ol yiqacam bezdirsem deyecey ki isim cixdi seher goruseriy”, eləcə də istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** mobil nömrəsindən “Yeke oxlansan sene dedim tema kotururem men tuwum qucelere bul axtarim”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** mobil nömrəsindən “Zaur qardasimsan mene bidene tema imkan varsa vere bilersen axsama kimi basim partiyir”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** mobil nömrəsindən “tema alinir indi??”, “qaqa basa dusmurem seni 1 dene lazımdi srocnu”, “zaur 1 dene tecili lazimdi heleliy” kimi sms mətnləri aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild İ, iş vərəqə 153-154) görünür ki, xxxx MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan (cild İ, iş vərəqə 208) görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatdadır və onun şəxsiyyəti müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild İ, iş vərəqə 209) görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müsbət xarakterizə olunur, onun barəsində kənd icra nümayəndəliyinə heç vaxt şikayət daxil olmamışdır. O, ailəlidir və onun bir övladı var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət əməlinin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında qərardan (cild İ, iş vərəqə 177-185) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, ona həmin maddələr üzrə yenidən ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 3,897 qram çəkidə psixotrop maddə metamfetaminin əldə edilməsi mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrılması, iş üzrə 3,897 qram çəkidə psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilməsi, 2 (iki) ədəd diskin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild İ, iş vərəqə 190-191) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamənin surətindən (cild İİ, iş vərəqə 104) görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il təvəllüdlü övladı Turan Murğuzov xx xxxxxx 2020ci il tarixdə ölmüş və onun ölümünə səbəb ağciyər-ürək çatmamazlığı olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2012-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-114/2012 saylı hökmündən (cild İ, iş vərəqə 146-149) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və onun cəzasının əvvəli xx xxxxxx 2011-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X7 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda, məlum olmayan mənbədən və məlum olmayan çəkidə, lakin külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmişdir. Məhkəmə istintaqında onun külli miqdarda psixotrop maddə olan metamfetamini əvəzli və ya əvəzsiz şəkildə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etdikdən sonra üzərində həmin maddəni doqquz bükümdə saxlamaqla daşımışdır. xx xxx 2020-ci il tarixdə saat 18:50 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 4042/60-cı məhəllə, ev 5 ünvanının qarşısında saxlanılmış və 32-ci Polis bölməsinə dəvət olunmuşdur. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş və bu vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,897 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı 9 (doqquz) bükümdə, ümumi təmiz çəkisi 3,897 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, ümumiyyətlə əvəzli və ya əvəzsiz şəkildə, habelə kimdən, hansı şəraitdə, nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai araşdırma dövründə ibtidai istintaq orqanı tərəfindən bu hissədə bir neçə dəfə əməliyyat tapşırıqları verilsə də, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə olan metamfetaminin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirli bilinmiş və cəzalandırılmışdır. Sözügedən məhkəmə hökmündə Təqsirləndirilən şəxs 2012-ci il tarixdən uzun müddət narkomaniya xəstəsi olması və müxtəlif narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi məlum olur. Başqa sözlə, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə tutularkən onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və mütəmadi olaraq dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirinə gəldikdə, məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Məhkəmə istintaqında dindirilmiş və Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirlərinə rəhbərlik etmiş polis əməkdaşı Şahid2 ifadəsində bildirmişdir ki, ona daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olması və üzərində saxlaması barədə olmuşdur. Şahid2 cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək, həmçinin bildirmişdir ki, ona Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Şahid3 də məhkəmə istintaqında digər Şahid2 bildirdiklərini təsdiq edərək göstərmişdir ki, onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs yalnız narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olması və üzərində saxlamasından ibarət olmuşdur. Şahid3 də məhkəmə istintaqında açıq-aşkar bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmamışdır. Lakin cinayət işinin materiallarında olan və məhkəmə istintaqında obyektiv araşdırılmış “xxxx” MMC-dən daxil olmuş diskdən görünür ki, müxtəlif mobil nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısı” ilə əlaqədar sms-lər (mesajlar) daxil olmuşdur. Həmin sms-lərin (mesajların) mətnlərindən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslər ondan narkotik vasitə və psixotrop maddələr əldə etmək niyyətində olmuşlar, bəzi “müştərilər” həmin vasitə və maddələrin keyfiyyətindən ona şikayət etmişlər, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə almaq istəyən şəxslər bükümlərin sayını, narkotik vasitə və psixotrop maddələrin falqaya bükülməsini ondan xahiş etmişlər. İbtidai istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslərin ifşa olunması istiqamətində heç bir tədbir görülməmiş və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi həll edilməmişdir. Məhkəmə hesab edir ki, bu hissədə ibtidai istintaq orqanı natamam araşdırma aparmış və faktiki olaraq Təqsirləndirilən şəxs “müştərilərinin” əməllərinə hüquqi qiymət verməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, ibtidai istintaq orqanı qeyd edilən məsələlər üzrə ətraflı və obyektiv araşdırma aparmalı olduğu halda, məhkəməyə məlum olmayan səbəblərdən bunu etməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslərin ifşa olunması istiqamətində hər hansı bir tədbir görülməsə və həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsə də, eləcə də Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslərin sms-lərlə bağlı mövqeyi aydınlaşdırılmasa da, məhkəmə belə nəticəyə gəlir ki, həmin smslərin (mesajların) həqiqiliyinə şübhə yoxdur və sms-lər vasitəsi ilə Təqsirləndirilən şəxs həmin sms-lərin bilavasitə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısına dair yazılması şübhəsizdir. Bu səbəbdən də maddi sübut kimi tanınmış diskdə olan mətnlər (yazışmalar) Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün müstəsna rol oynayırlar. Məhkəmə istintaqında tədqiq edilmiş “xxxx” MMC-dən daxil olmuş diskdən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini qeyrisi ilə qabaqcadan əlbir bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması və gəzdirməsi tam şəkildə öz təsdiqini tapmışdır. Başqa nəticəyə gəlmək üçün heç bir əsas müəyyən edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin sayına və həmin bükümlərdə olan psixotrop maddənin çəkisinə diqqət yetirdikdə, məlum olur ki, həmin bükümlərin hər birində olan psixotrop maddə metamfetaminin çəkisi narkotik vasitə və psixotrop maddənin alüdəçisi olan şəxsin birdəfəlik istifadə dozasını təşkil edir. Başqa sözlə, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 9 (doqquz) büküm psixotrop maddə metamfetamin təxminən doqquz dəfə istifadə etmək üçün hazır və yararlı vəziyyətdə olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən əldə etdiyi psixotrop maddə metamfetamini əvvəlcədən təxminən eyni çəkidə bölmüş və bükümlərə yerləşdirərək həmin bükümləri satmaq üçün hazırlamışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini doqquz ədəd bükümə bölərək şəxsən istifadə etmək məqsədi ilə üzərində saxlaması və gəzdirməsi inandırıcı və ağlabatan deyil. Belə ki, psixotrop maddə metamfetaminin alüdəçisi olan şəxsin psixotrop maddə metamfetaminin dövriyyəsi qadağan olunmuş əşya olduğunu bildiyi halda həmin maddəni doqquz bükümdə üzərində saxlaması və gəzdirməsi başa düşülən deyil. Bu səbəbdən də Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması və gəzdirməsi istisna olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini qeyrisi ilə qabaqcadan əlbir bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən və həmin maddəni 9 (doqquz) bükümə böldükdən sonra üzərində saxlamaqla və daşımaqla həmin maddəni satmaq istəmiş və onların satışını rahat şəkildə həyata keçirmək üçün bükümləri hazır vəziyyətə gətirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qabaqcadan əlbir bir qrup şəxs halında satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və evli olmasını, bir müddət əvvəl azyaşlı xəstə övladının ölməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, evli olmasını, bir müddət əvvəl yeganə azyaşlı xəstə övladının ölməsini, övladının ölməsinə görə mənəvi əziyyət çəkməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə məhz aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, ona ağır cəzanın təyin edilməsi onun ailə münasibətlərinə ciddi şəkildə xələl gətirə bilər, hətta ailəsinin dağılmasına səbəb ola bilər. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxx 2020ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniyə xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan qalığı 3,897 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 354 (üç yüz əlli dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 354 (üç yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan və qalığı 3,897 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 354 (üç yüz əlli dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-270/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-270/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver