Məhkəmə qərarları › İş №1(101)-270/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-270/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-270/2024 29.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X28 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 və X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər - Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs1 Əlizamin oğlu, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin X7 Komitəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxxxx 1978-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 (iki) azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmayan, əvvəllər "xxxx" MMC-nin X7 Komitəsində baş mühasib vəzifəsində işləmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ev 376-da qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2, 32.4, 312.1 və 313-cü maddələri, xx xxxx 1963-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, "xxxx" MMC-nin X7 Komitəsinin sədri vəzifəsində işləyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmiş, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, Rabitə X11 İttifaqı Respublika Komitəsi üzrə 02 dekabr 2019-cu il tarixli, 81 nömrəli sərəncamla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin X7 Komitəsinin baş mühasibi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Əlillərə və X9 Fondunun direktoru Şahid əri Zərərçəkmiş şəxs1 əvvəllər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində işlədiyi vəzifəsinə geri qaytarılmasına köməklik göstərilməsinə dair 2019-ci ilin dekabr ayında özünə müraciəti ilə əlaqədar həmin ayda işlədiyi Komitənin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs1 ilə görüşləri zamanı sonuncuya guya özünün tutduğu vəzifəyə görə işlədiyi qurumda geniş əlaqələrənin olmasını, həmin əlaqələrindən istifadə edərək Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində mütəxəssis vəzifəsinə təyin etdirmək imkanına malik olmasını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Azərbaycan Nəqliyyat, Rabitə və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirməklə görəcəyi işlə bağlı özünə inam yaradaraq, Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin yanvar ayının əvvələrində ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 Komitəsinin inzibati binasındakı xidməti otağında 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası iiə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən, onunla bağlanmış 02 dekabr 2019-cu il tarixli əmək müqaviləsinə, 2005-ci ilin noyabr ayında təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin X2 (VTİSK)" əsasən müəssisədə uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatı və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi və mühasibat uçotu sənədlərinin saxlanılmasını, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılmasını və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu məlumatları əsasında müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təmin edilməsi, xərclər smetasının hazırlanmasını təşkil edilməsi, məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqları, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmaları həyata keçirməsi, mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsi, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasına və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edilməsi, aktivlərin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edilməsi, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edilməsi, inventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işlərin aparılmasını təmin edilməsi, ştat, maliyyə, bank və kassa intizamına ciddi əməl edilməsi, çatışmazlıqların və itkilərin uçotdan silinməsi ilə əlaqədar işləri yerinə yetilməsi, mühasibat uçotu sənədlərinin çoxaldıiması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edilməsi, mühasibat uçotunun səmərəli təşkilinə, kompüterləşməsinə və beynəlxalq standartlara uyğun qurulmasına diqqət yetirilməsi, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2020-ci ilin əvvəllərində cinayətdən xəbərsiz "xxxx" MMC-nin X7 Komitəsinin sədri Təqsirləndirilən şəxs2 şifahi tapşırığına əsasən sonuncuya aid olmaqla özünün istifadəsinə verilmiş “Asan İmza” mobil identifiksiya şifrəsini və rəqəmsal açarların saxlanıldığı ***-***-**-** nömrəli SİM karta əsaslanan mobil telefondan istifadə etməklə, "xxxx" MMC-nin X7 Komitəsinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədi ilə 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək olan müddətə işlədiyi Komitənin ünvan 2 ünvanında yerləşən inzibati binasında xidməti kompüterindən istifadə etməklə rəsmi sənədlər olan ödəniş tapşırıqlarına, habelə internet bankçılıq sistemi üzərindən ödəniş tapşırıqları hesab edilən informasiya resurslarına vahid niyyətlə tamah, yəni özü üçün qazanc əldə etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar daxil etməklə aylıq almalı olduğundan artıq miqdarda əmək haqqı ödənişləri qeyd edərək, cinayətdən xəbərsiz Komitə sədri Təqsirləndirilən şəxs2 tərəfindən həmin ödəniş tapşırıqlarının imzalanmasına və “Asan İmza”sı ilə təsdiq etdilməsinə nail olduqdan sonra, həmin sənədlər əsasında 2020-2022-ci illər üzrə özünün faktiki olaraq aylıq əmək haqqı məbləği 2.049 manat miqdarda olduğu halda, 2020-ci ilin mart ayında 248,37 manat, aprel ayında 1.800,63 manat, may ayında 4.098 manat, iyun ayında 4.375 manat, iyul ayında 4.353 manat, avqust ayında 7.000 manat, sentyabr ayında 15.057,06 manat, oktyabr ayında 5.067,94 manat, noyabr ayında 4.287,50 manat, dekabr ayında 6.937,50 manat, 2021-ci ilin yanvar ayında 5.000 manat, fevral ayında 3.867,01 manat, mart ayında 7.762,59 manat, aprel ayında 7.386,15 manat, may ayında 9.388,36 manat, iyun ayında 6.961,05 manat, iyul ayında 2.185 manat, avqust ayında 6.253,16 manat, sentyabr ayında 4.988,10 manat, oktyabr ayında 9.965,55 manat, noyabr ayında 10.901,63 manat, dekabr ayında 6.715,66 manat, 2022-ci ilin yanvar ayında 6.908,51 manat, fevral ayında 11.727,33 manat, mart ayında 13.058,54 manat, aprel ayında 10.728,99 manat, may ayında 10.842,97 manat və iyun ayında 6.826,49 manat olmaqla, ümumilikdə 194.692,09 manat məbləğində artıq pul vəsaitinin özünün adına "xxxx" ASC-nin Səbail filialında açılmış ******************** nömrəli və “Azərpoçt bank”ın 1 saylı filialında açılmış AZ14AZP********************2 nömrəli əmək haqqı kartı hesabına köçürülməsinə nail olub həmin pul vəsaitini "xxxx" ASC və “Azərpoçt bank”ın Bakı şəhəri ərazisində olan ayrı-ayrı bankomatlarından nağdlaşdıraraq çıxarıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" MMC-nin X7 Komitəsinə məxsus olmaqla ona etibar olunmuş cəmi 194.692,09 manat (yüz doxsan dörd min altı yüz doxsan iki manat doqquz qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, həmin hərəkətləri ilə "xxxx" MMC-nin X7 Komitəsinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirilməsi, əmək haqları üzrə ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Həmçinin ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, "xxxx" X3 Həmkarlar İttifaqı Komitəsi üzrə 31 may 2017-ci il tarixli, 01 nömrəli protokol ilə həmin Komitənin sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən onunla bağlanmış eyni tarixli əmək müqaviləsinə, Azərbaycan Rabitə İşçiləri Həmkarlar İttifaqının 2-ci plenumunun 15 noyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nizamnamə”yə əsasən üzvlük haqlarının köçürülməsinə nəzarəti həyata keçirmək, vacib ayırmalara əməl olunmasına məsuliyyət daşımaq, təşkilatın tabeliyində olan əmlak və pul vəsaitlərindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində istifadə etmək, səmərəli istifadəyə görə məsuliyyət daşımaq, maliyyə əməliyyatları həyata keçirmək, müəyyən edilmiş qaydada bankda hesab açmaq və bağlamaq, hesablara sərəncam vermək, aparatın işinə rəhbərlik etmək, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməklə işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, rəhbəri olduğu Komitənin baş mühasibi Təqsirləndirilən şəxs1 tərəfindən aparılan mühasibatlıq fəaliyyətinə nəzarət etməli olduğu halda bunu etməyib, 2020-ci ilin əvvəllərində sonuncuya özünün istifadəsinə olan “Asan İmza” mobil identifiksiya şifrəsini və rəqəmsal açarların saxlanıldığı ***-***-**-** nömrəli SİM karta əsaslanan mobil telefonu təqdim edərək özünə məxsus istifadəçi adı və şifrəni istifadəsinə verməsi, habelə Təqsirləndirilən şəxs1 tərəfindən tərtib edilməklə təqdim olunan ödəniş tapşırıqlarına lazımi diqqət və ehtiyatlılıq göstərməyib yoxlamaması nəticəsində, sonuncunun həmin ilin mart ayından 2022-ci ilin iyun ayınadək olan müddətə "xxxx" MMCnin X7 Komitəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında xidməti kompüterindən istifadə etməklə rəsmi sənədlər olan ödəniş tapşırıqlarına, habelə internet bankçılıq sistemi üzərindən ödəniş tapşırıqları hesab edilən informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə aylıq almalı olduğundan artıq miqdarda əmək haqqı ödənişləri qeyd edərək onun adından “Asan İmza”sı ilə təsdiq etməsinə və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, həmin sənədlər əsasında 2020-ci ilin mart ayında 248,37 manat, aprel ayında 1.800,63 manat, may ayında 4.098 manat, iyun ayında 4.375 manat, iyul ayında 4.353 manat, avqust ayında 7.000 manat, sentyabr ayında 15.057,06 manat, oktyabr ayında 5.067,94 manat, noyabr ayında 4.287,50 manat, dekabr ayında 6.937,50 manat, 2021-ci ilin yanvar ayında 5.000 manat, fevral ayında 3.867,01 manat, mart ayında 7.762,59 manat, aprel ayında 7.386,15 manat, may ayında 9.388,36 manat, iyun ayında 6.961,05 manat, iyul ayında 2.185 manat, avqust ayında 6.253,16 manat, sentyabr ayında 4.988,10 manat, oktyabr ayında 9.965,55 manat, noyabr ayında 10.901,63 manat, dekabr ayında 6.715,66 manat, 2022-ci ilin yanvar ayında 6.908,51 manat, fevral ayında 11.727,33 manat, mart ayında 13.058,54 manat, aprel ayında 10.728,99 manat, may ayında 10.842,97 manat və iyun ayında 6.826,49 manat olmaqla, ümumilikdə 194.692,09 manat məbləğində artıq pul vəsaitinin Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-nin Səbail filialında açılmış ******************** nömrəli və “Azərpoçt bank”ın 1 saylı filialında açılmış AZ14AZP********************2 nömrəli əmək haqqı kartı hesabına köçürülməsinə və sonuncu tərəfindən həmin pul vəsaitlərini "xxxx" ASC və “Azərpoçt bank"ın Bakı şəhəri ərazisində olan ayrı- ayrı bankomatlarından nağdlaşdıraraq çıxarıb, şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" MMC-nin X7 Komitəsinə məxsus olmuş cəmi 194.692,09 manat (yüz doxsan dörd min altı yüz doxsan iki manat doqquz qəpik) manat məbləğində pul vəsaitinin mənimsənilməsinə cinayətdən xəbərsiz halda şərait yaratmaqla "xxxx" MMC-nin X7 Komitəsinin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi üzrə həmin Komitəyə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 7-8 il ərzində rabitə sahəsində mühasib işləmişdir. Daha sonra o, işlədiyi orqanda ixtisara düşdüyü üçün işdən çıxmışdır. Bundan sonra 7-8 ay ərzində o, heç bir yerdə işləməmişdir. Qısa müddət sonra isə o, tanışı Seymur Orucovun vasitəsilə X8 İttifaqına işə düzəlmişdir. Təxminən bir ay sonra həmin orqanda baş mühasib işdən çıxdığı üçün həmin vəzifə ona həvalə edilmişdir. O da, həm öz rəsmi vəzifəsini, həm də baş mühasibin vəzifələrini icra etmişdir. Bununla yanaşı o, Seymur Orucovun tapşırıqlarını da yerinə yetirmişdir. O, irəli sürülmüş dələduzluqla bağlı ittihamla razılaşmır. Belə ki, İttifaqda müqavilə əsasında xidmət göstərən Şahid adlı xanım öz oğlu Fərid Bayramovun işə düzəlməsi üçün ondan xahiş etmişdir. O da, Seymur Orucova bununla bağlı məlumat verəcəyini, lakin X25 Bayramovu işə düzəldib-düzəltməyəcəyini bilmədiyini demişdir. Gülbəniz bir neçə dəfə ondan xahiş etdikdən sonra o, Seymur Orucova bununla bağlı müraciət etmişdir. O, Seymur Orucova bu barədə dedikdən sonra sonuncu ona işçiyə ehtiyac olmadığını, hal-hazırda kimisə işə götürə bilməyəcəyini bildirmişdir. O da, bu sözləri, yəni Seymur Orucovun dediklərini Gülbənizə demişdir. Bu məsələ bununla da bitmişdir. O, həmin orqanda işlədiyi müddət ərzində Seymur Orucovun tapşırıqlarını yerinə yetirmiş və təxminən qış aylarında bir layihənin həyata keçirilməsi zərurəti yaranmışdır. Seymur Orucov isə gec-gec işə gəlmişdir. O, həmin işləri yerinə yetirməkdə çətinlik çəkmiş və bu səbəbdən artıq Seymur Orucovun iş prinsipləri ilə uyğunlaşa bilməmişdir. Bir gün Seymur Orucov ona layihə ilə bağlı pul köçürüləcəyini bildirmişdir. O da, pul köçürüldüyünü, lakin pulun hesabda aktivləşmədiyini demişdir. Söhbət əsnasında Seymur Orucov ona Gülbənizin oğlu Fəridin işə götürə biləcəyini, bununla bağlı Gülbənizgilə məlumat verməyini bildirmişdir. O da, Gülbənizə oğlu Fəridin sənədlərini hazırlamasını söyləmişdir. Təxminən bir saat sonra Gülbənizin həyat yoldaşı onun yanına gəlmişdir. Onun işlədiyi bina “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında yerləşmişdir. Lakin həmin gün o, “28 May” metrostansiyası yaxınlığında “X14” inzibati binasında olmuşdur. Gülbənizin həyat yoldaşı oğlunun sənədləri ilə birlikdə ona 20.000 manat məbləğində pul vermişdir. Çünki Gülbəniz dəfələrlə oğlu Fərid işə düzəlsə, hörmət əlaməti olaraq Seymur Orucova pul verəcəyini bildirmişdir. Seymur Orucov onun uzaq qohumudur. Hal-hazırda X26 rayon İcra hakimiyyətinin başçısıdır. O, 20.000 manat pulu Seymur Orucova təqdim etmişdir. Təxminən bir həftə sonra X1 Bayramovu qəbul etmişdir. Bundan sonra o, X15 arasında nə baş verdiyini bilmir. Daha sonra o, Seymur Orucovun yanına gedərək artıq orada işləyə bilmədiyini və buna görə də işdən çıxmaq istədiyini bildirmişdir. O, iş yerinə qayıtdıqdan sonra Gülbəniz ona yaxınlaşaraq oğlu Fəridin işə düzəlmədiyini bildirmişdir. O da, Gülbənizə oğlu Fəridin işə düzəltmədiyini, sadəcə Gülbənizin sözünü Seymur Orucova çatdırdığını bildirmişdir. Sonra o, X22 Bayramovanın sözlərini çatdırmışdır. Seymur Orucov ona darıxmamalarını, Gülbəniz Bayramovun oğlunu işə düzəldəcəyini demişdir. Vətən müharibəsi ərəfəsində X26 rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Gülbəniz ona Seymur Orucovla əlaqə saxladığını, hal-hazırda sonuncunun işinin çox olduğunu, bu səbəbdən də oğlunun işə düzəlməsində gecikmələrin baş verdiyini bildirdiyini demişdir. Daha sonra Gülbənizin həyat yoldaşı onunla əlaqə saxlayaraq pul verdiklərini, amma oğlunun hələ də işə düzəlmədiyini bildirmişdir. Gülbənizgil verdikləri pulu tələb etdikləri zaman o, bunu Seymur Orucova demiş və Seymur Orucov yenidən ona narahat olmamalarını bildirmişdir. O da, Seymur Orucova “sən burada olmadığına görə məni tez-tez narahat edirlər” demişdir. Seymur Orucov ona vergi xidmətində işləmiş, müqavilə əsasında xidmət göstərən Taleh adlı şəxsin olduğunu və sonuncu ilə pul köçürmələri edə biləcəyini demişdir. O, Taleh adlı şəxsi axtarsa da, sonuncunun artıq işdən çıxdığını öyrənmişdir. Lakin o, Gülbənizə 20.000 manat pulu qaytarmaq istəmişdir. Çünki o, bu məsələnin onun üzərində qalacağına görə qorxmuşdur. Ona görə də o, əmək haqqı kartı vasitəsilə işlədiyi müəssisəsinin büdcəsindən özünə əmək haqqı məbləğindən əlavə pul köçürməyə başlamışdır. Bu pul köçürmələrinə əsasən o, təxminən 15.000 manat toplamışdır. Sonra o, Seymur Orucovun yanına gedərək pulun bir hissəsini topladığını demişdir. Seymur Orucov da, ona Şahid və ərinin problemli insanlar olduğunu və buna görə də pulu qaytaracağını bildirmişdir. X24 yenidən Taleh adlı şəxslə görüşməyini və sonuncu ilə birlikdə pul köçürmələrini həyata keçirməyini ona demişdir. O da, Taleh adlı şəxslə birlikdə pul köçürmələrini həyata keçirmişdir. O, ilk dəfə 4.000 manat məbləğində pul toplamışdır. Bundan sonra o, Ağstafa rayonuna gedərək Seymur Orucovla görüşmüşdür. Həmin vaxt o, Seymur Orucova bir daha Gülbənizin öz pulunu tələb etdiyini demişdir. Seymur Orucov isə yenidən bu məsələni həll edəcəyini ona demişdir. Lakin o, yenidən işə qayıdaraq 20.000 manatı toplamaq üçün əmək haqqı kartına əlavə pul köçürmələri etməyə davam etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, həqiqətən də 194.000 manat məbləğində pul vəsaitini öz əmək haqqı kartına hissə-hissə köçürmüş, sonradan isə həmin pul vəsaitini nağdlaşdıraraq 194.000 manatdan 135.000 manatını birdəfəlik şəkildə Seymur Orucova şəxsən vermiş, 15.000 manatı Şahid qaytarmış, geridə qalan 44.000 manatı isə şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ona yüngül cəza təyin edilməsini, digər ittihamlar üzrə isə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 1980-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuş və 10 il müddətində texniki sahədə işləmişdir. Sonra o, "xxxx" MMC-nin ictimai təşkilatına sədr təyin olunmuşdur. O, işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs1 yaxşı tanımışdır. Belə ki, onlar birlikdə fəaliyyət göstərmişlər. 02 sentyabr 2019-cu il tarixə kimi Təqsirləndirilən şəxs1 Xəzər rayonu üzrə telefon qovşağında ictimai əsaslarla Həmkarlar İttifaqının sədri işləmişdir. Rəşad ixtisasca iqtisadiyyatçıdır. Əvvəlki işdə Rəşad onun tabeliyində işləmişdir. 6-7 rayon Bakı şəhər telefon şəbəkəsinə tabedir, strukturu isə onların strukturunun tabeçiliyində olmuşdur. Orada hesabatlar normal olmuşdur. Həmin qurumun strukturunda 6-7 telefon qovşağı var. Qovşaqların birində Təqsirləndirilən şəxs1 ictimai əsaslarla sədr işləmişdir. Təqsirləndirilən şəxs1 işlədiyi müddətdə hesabatlar normal olmuşdur. Sonradan o, bacarıqlı mütəxəssis olduğundan "xxxx" MMC-nin X7 Komitəsinin sədri vəzifəsinə seçilmişdir. Təqsirləndirilən şəxs1 isə uzun müddət işlədikdən sonra telefon qovşaqlarında struktur dəyişiklikləri ilə əlaqədar işçi ixtisarı olduğuna görə işsiz qalmışdır. Yəni Təqsirləndirilən şəxs1 iqtisadçı vəzifəsindən ixtisara düşmüşdür. Müəyyən müddət sonra baş mühasib təqaüdə çıxmış və Nəqliyyat, Rabitə və X10 Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Təqsirləndirilən şəxs1 baş mühasib vəzifəsi təklif edilmişdir. Onların yuxarı təşkilatı - Nəqliyyat, Rabitə və X10 Həmkarlar İttifaqı Respublika Komitəsidir. Onun sədri olduğu qurum Nəqliyyat, Rabitə və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinə tabedir. Təqsirləndirilən şəxs1 bir müddət baş mühasib işlədikdən sonra Nəqliyyat, Rabitə və X10 Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tutduğu vəzifədən azad olunmuşdur. İşlədiyi dövr ərzində Təqsirləndirilən şəxs1 hesabatları yuxarı təşkilata vermişdir. Onlar ildə iki dəfə, yəni altı aydan bir maliyyə hesabatı verirlər. O, həmin hesabatlarda heç bir problem görməmişdir. Yuxarı təşkilatdan da onlara hesabatlar ilə bağlı heç bir irad bildirilməmişdir. 2022-ci ilin may ayında onlara daxili auditdən demişlər ki, “sizin maliyyə hesabatlarınıza baxmaq istəyirik”. Onlar da buna etiraz etməmişlər. Çünki adətən yuxarı təşkilat tərəfindən audit keçirilir. Lakin bu idarənin özünün daxili auditi olmuşdur. İdarə tərəfindən əmək haqqına ayda 1 faiz vəsait köçürülür ki, həmin vəsait sonradan kollektiv tərəfindən lazımi olan tədbirlərə sərf edilsin. Audit keçirmək istəyən şəxslər onlara demişlər ki, “baxış keçirək görək ki, bizim keçirdiyimiz vəsaiti siz hara yönəldirsiniz”. Belə ki, bu barədə Nəqliyyat, Rabitə və X10 Həmkarlar İttifaqı Respublika Komitəsindən məlumatı olmuşdur. Sonra vaxt təyin edilmiş və auditlə bağlı bir nəfər xanım gəlmişdir. 06 may 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs1 öz otağına çağırmışdır. Həmin vaxt onların işlədiyi idarə ünvan 4 ünvanında yerləşmişdir. Auditlə bağlı gələn xanım gəldikdən sonra o, həmin xanıma maliyyə hesabatlarını təqdim etmişdir. Həmçinin o, Rəşadı da həmin xanımla tanış edərək təhkim etmişdir. Lakin həmin vaxt gec olduğuna görə xanım demişdir ki, “bugün gecdir, sabah davam edərik”. Növbəti gün Təqsirləndirilən şəxs1 ona zəng edərək həmin xanımın nömrəsini istəyərək demişdir ki, “mən xəstəyəm, işə gəlməyəcəm”. O da, həmin xanımın telefon nömrəsini Rəşada vermişdir. Sonra o, bu barədə həmin xanımdan soruşduqda, xanım ona demişdir ki, “Rəşadla razılaşdıq, o, hazırda xəstədir. Rəşad işə çıxanda auditi keçirərik”. Təqsirləndirilən şəxs1 isə həmin gündən sonra işə çıxmamışdır. O, Rəşaddan bülletenin olub-olmadığını soruşduqda, Rəşad demişdir ki, “bülleten var”. O, Rəşaddan harada müalicə alması barədə soruşduqda, X18 müalicə aldığını bildirmişdir. Sonra o, həmin müəssisəyə getmiş və orada Rəşad ilə görüşmüşdür. Çünki həmin vaxt o, artıq maliyyə problemləri barədə məlumat almışdır. Rəşad ona demişdir ki, “iyun ayının 1-dən işə çıxacam”. Lakin Rəşad həmin tarixdə də işə çıxmamış, eləcə də bu barədə bülleten də təqdim etməmişdir. Bütün elektron imza, elektron internet-bankinq sisteminin idarə edilməsi ilə bağlı lazım olunanların hamısı Təqsirləndirilən şəxs1 olmuşdur. Ümumiyyətlə o, bütün bank əməliyyatlarının aparılmasını Təqsirləndirilən şəxs1 etibarnamə ilə həvalə etmişdir. O, fikriləşmişdir ki, “Asan imzada orada gedir”. Sonradan ona məlum olmuşdur ki, Asan imza barədə etibarnamə yoxdur. Həmin vaxt o, bunu bilməmişdir. Bütün maliyyə hesabatlarını aparan Təqsirləndirilən şəxs1 olmuşdur. Onlar Nərmin xanımı Təqsirləndirilən şəxs1 işə gəlmədiyi üçün maliyyə mütəxəssisi kimi işə götürmüşlər. Sonradan o, Rəşad ilə danışmış və elektron imza, elektron internet-bankinq sistemi və sair tələb olunan məlumatları Rəşaddan götürmüşdür. Təxminən 5 avqust 2022-ci ildə ona demişlər ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin mart ayından başlayaraq hər ay 2022-ci ilin iyun ayına kimi öz maaş kartına müəyyən məbləğdə vəsait vurmuş, nəticədə isə həmin məbləğ 194.000 manat təşkil etmişdir. Onun işlədiyi komitədə əvvəlcə 03 nəfər, sonradan isə 04 nəfər işçi olmuşdur. Hər ay maaş cədvəli tərtib edilmişdir. Onlar əvvəlcə "xxxx" ASC vasitəsi ilə bankdan elektron internet-bankinq sistemi vasitəsi ilə maaş almışlar, sonradan isə “Azərpoçta” keçmişlər. “Azərpoçtda” sənədlərin təşkili 06 aya qədər kağız daşıyıcısında olmuşdur. Hətta həmin dövrdə Təqsirləndirilən şəxs1 bu əməliyyatları həyata keçirmişdir. Axırıncı dəfə bank əməliyyatı 2022-ci ilin iyun ayında həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 həmin dövrdə artıq işə çıxmamışdır. Onlar şübhələnmişlər ki, artıq problem var. 2022-ci ilin iyun ayında 248 manat miqdarında kağız daşıyıcından vəsait vurulmuşdur. Ona ayın beşində maaş cədvəli verilmiş və orada əmək haqqı ödənişləri göstərilmişdir. Müəssisədə 03 nəfər maaş almışdır. Bəzi aylarda əmək haqqı iki dəfə göstərilmişdir. Təqsirləndirilən şəxs1 onların aldığı əmək haqqından başqa, özünə ayrıca əmək haqqı ödənişləri vurmuşdur. Təqsirləndirilən şəxs1 2.049 manat əmək haqqı aldığı halda, ayda bir neçə dəfə 250 manat, 3.000 manat, ən yüksək isə 15.000 manat məbləğində əmək haqqı ödənişləri vurmuşdur. Təqsirləndirilən şəxs1 bütün ödənişləri əmək haqqı kimi vurmuşdur. Maaş cədvəli ona təqdim edildikdə, o, cədvəldə çoxlu sayda əmək haqqı ödənişi görmüşdür. Ona görə də o, Rəşada zəng edərək bu barədə soruşduqda, Rəşad ona demişdir ki, “ belə şey ola bilməz”. Sonra o, Rəşadın yaşadığı ünvana gedərək orada Rəşada cədvəli təqdim etmişdir. Rəşad isə həmin vaxt cədvələ baxa bilməyəcəyini, bunu yalnız kompüter vasitəsi ilə yoxlayacağını bildirmişdir. Avqust ayının 8-i Rəşad işə qayıtmalı olmuşdur. O, Rəşada öz xidməti maşını ilə evindən götürüb işə aparacağını demişdir. Səhər saat 06:00-07:00 radələrində Rəşad “Votsap” sosial şəbəkəsi vasitəsi ilə yazaraq işə gələ bilməyəcəyini bildirmişdir. Bundan sonra o, Rəşada zəng edərək bunun səbəbini soruşmuşdur. Rəşad isə günün ikinci yarısı işə gələcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onun zənglərinə cavab verməmişdir. Sonradan mütəxəssislər tərəfindən bankdan alınmış çıxarışlar əsasında müəyyən edilmişdir ki, 2020-ci ilin mart ayından 2022-ci ilin əvvəllərinə kimi bütün hesabatlarda Təqsirləndirilən şəxs1 öz adına çoxlu sayda artıq həcmdə əmək haqqı köçürmüşdür. Bundan sonra o, yuxarı təşkilata məktubla müraciət edərək Təqsirləndirilən şəxs1 idarədə işlədiyi dövrün tam təftiş edilməsini xahiş etmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Nəqliyyat, Rabitə və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinin maliyyə mütəxəssisləri tərəfindən araşdırma da aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2020-ci ilin mart ayından 2022-ci il iyun ayına kimi Təqsirləndirilən şəxs1 özünə ayrıca cədvəldə əmək haqqı ödənişləri tərtib etmişdir. Rəşad Bbayev ilə heç cür əlaqə saxlamaq mümkün olmamışdır. O, dəfələrlə Rəşadın evində olaraq atası və qardaşı ilə görüşmüş və sonunculardan Rəşad barədə məlumat almaq istəmişdir. Lakin Rəşadın yaxln qohumları Rəşaddan xəbər ala bilmədiklərini bildirmişlər. O, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olmamış, sonuncu ilə birlikdə heç bir cinayət törətməmişdir. Əksinə o, müxtəlif orqanlara müraciət edərək Təqsirləndirilən şəxs1 fəaliyyətinin təftiş olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə (Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə ittiham istisna olmaqla) özünü qismən təqsirli bilməsi, onun Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.2 və 313cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi, həmin cinayət əməllərinə onun aidiyyətının olmaması, eləcə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi ilə bağlı hissədə ayrı-ayrılıqda verdikləri inkaredici ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxslərin bu hissədə məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə göstərdi ki, o, 2022-ci ilin iyun ayından "xxxx" MMCdə işləyir. O, işə başlayan zaman Təqsirləndirilən şəxs1 bir həftə ərzində cəmi 1-2 saat görmüşdür. O, işə başalayan zaman Təqsirləndirilən şəxs1 ona demişdir ki, “xəstəlik vərəqəm var, bununla bağlı işə gəlməyəcəm, bu səbəbdən də müəyyən işləri sən görməli olacaqsan”. Ona görə də o, Təqsirləndirilən şəxs1 Asan imzanı almalı olmuşdur. Çünki növbəti ay üçün o, əmək haqqlarını hazırlamalı olmuşdur. Təqsirləndirilən şəxs1 bir həftə ərzində “bu gün verəcəm, sabah verəcəm” deyərək Asan imzanı ona verməmişdir. Sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 özü Asan imzanı almışdır. Hər şey onlar Asan imzanı aldıqdan sonra başlamışdır. Belə ki, o, Asan imza ilə həm hesabat vermiş, həm də elektron internet-bankinq sistemi ilə əməliyyatlar keçirmişlər. Onlar sistemi açdıqda, Təqsirləndirilən şəxs1 maaşının Təqsirləndirilən şəxs2 maaşından da çox olduğunu görmüşlər. Sistem üzrə 7.049 manat Təqsirləndirilən şəxs1 əmək haqqı köçürülmüşdür. Lakin Təqsirləndirilən şəxs1 real maaşı 2.049 manat olmuşdur. Onlar bundan sonra bankdan hesabatlar alaraq əvvəlki müddət üzrə təhlil aparmışlar. Nəticə müəyyən olunmuşdur ki, 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayına kimi Təqsirləndirilən şəxs1 194.000 manat məbləğində pul vəsaitini əmək haqqı köçürməsi kimi öz hesabına köçürmüşdür. Hazırda əmək haqqı köçürülməsi bir bank vasitəsi ilə "xxxx" ilə köçürülür və kağız daşıyıcısı ilə ayda bir dəfə ayın 30-31-i maaş vurulur. O, hesabatı hazırlayır və sonra Təqsirləndirilən şəxs2 həmin hesabatı imzalayır. Elektron internetbankinq sistemi əslində müəssisənin rəhbərində olmalıdır, lakin çox müəssisə bunu öz baş mühasibinə etibar edir. Hazırda Asan imza ondadır və o, bu barədə hesabat verir. Hazıradək 194.000 manat məbləğdən hər hansı məbləğ müəssisəyə geri qaytarılmamışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Əlizamin oğlu ifadəsində göstərdi ki, onu ibtidai istintaq zamanı zərərçəkmiş şəxs kimi çağırmışlar və orada ona belə bir iş olması barədə məlumat vermişlər. O, həmin vaxt heç kəsdən zərər çəkmədiyini bildirmişdir. Həmçinin o, hər iki şəxsi tanıdığını, özünün də Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində işlədiyini və həmin şəxslər ilə münasibətinin olduğunu bildirmişdir. Onun hər iki şəxsdən heç bir şikayəti olmamışdır. O, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində işlədiyi işdən azad edilmiş və Təqsirləndirilən şəxs1 müraciət etmiş, sonuncu da, ona köməklik göstərə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 yenidən onu işə düzəltmək üçün görüşdükləri vaxt ondan 20.000 manat məbləğində pul istəmişdir. O da, həmin məbləğdə pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bir müddət sonra onun işə düzəlməsi alınmadığı üçün 20.000 manat məbləğində pul ona geri qaytarılmışdır. Rəşad ona demişdir ki, “müdirim ilə danışacam”. Rəşadın müdirinin adı Seymur idi. Bu söhbətlərin heç birisində onun arvadı Gülbəniz iştirak etməmişdir. O, 20.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 verdikdən təxminən 2-3 ay sonra həmin pul ona geri qaytarılmışdır. Həmin məbləğ onun işi alınmadıqdan sonra Təqsirləndirilən şəxs1 ona geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 Əlizamin oğlu həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1lə barışmış, ona vurulmuş ziyan tam şəkildə ödənilmiş, ona görə də onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 Əlizamin oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olması səbəbindən məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu və cinayət işinin materiallarında olan ifadəsi elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, 2022ci ilin mart ayından hazıradək “Yeni Azərbaycan” partiyasının Xətai rayon təşkilatında məsləhətçi vəzifəsində çalışır. 2019-cu ilin axırlarında həyat yoldaşı, Əlillərə və X9 fondunun direktoru Şahid müqavilə əsasında “Yeni il şənliyi” ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İşçilərinə Həmkarlar İttifaqı vasitəsi ilə biletlər təqdim etməli olduğundan bir neçə dəfə Rabitə X11 İttifaqının Respublika Komitəsinə gedib-gəlmiş, daha sonra baş mühasib kimi çalışan Təqsirləndirilən şəxs1lə danışıq apararaq onun işə bərpa məsələsini xahiş etməsini, sonuncunun bu işin düzəlməsinə köməklik edəcəyini vəd etməsini, qeyd olunan səbəbdən əmək kitabçasını və “CV”-sini (anket məlumatlarını təsvir edən sənədi) aparıb həmin şəxsə təqdim etməli olmasını bildirmişdir. 2019-cu ilin sonlarında o, Komitəyə gedərək Təqsirləndirilən şəxs1lə görüşmüş və əmək kitabçasını təqdim etmiş, danışıq zamanı işinin necə və kimin vasitəsi ilə həll edəcəyi ilə maraqlanmış, sonuncu vəzifədə çalışan tanışlarının olmasını, həmin şəxslərin vasitəsi ilə onun əvvəllər çalışdığı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında müəyyən miqdarda pulun istəniləcəyini, dəqiqləşdirib məlumat verəcəyini söyləmişdir. Artıq o, Təqsirləndirilən şəxs1 mobil nömrəsini bildiyindən növbəti günlərdə Təqsirləndirilən şəxs1lə telefon danışıq zamanı işinin nə yerdə olmasını dəqiqləşdirdikdə, sonuncu lazımi vəzifəli tanışlarına bu barədə məlumat verməsini, işin düzəlməsi üçün 20.000 manat miqdarında pulun tələb olunmasını demişdir. O, deyilənləri eşitdikdə, buna inanaraq razılıq vermişdir. Bununla da, 2020-ci ilin yanvar ayında o, həyat yoldaşı Gülbənizin xəbəri olmadan Təqsirləndirilən şəxs1 iş yerinə gedərək elə xidməti otaqda 100 manatlıq əskinazlardan ibarət olan 20.000 manat məbləğində pulu Rəşada təqdim etmişdir. Təqsirləndirilən şəxs1 pulu qəbul etdikdən sonra narahat olmamasını, qısa zamanda işinin həll olunacağını desə də, bir neçə ay ərzində işə bərpa məsələsi düzəlmədiyindən o, pulunu və sənədini geri istəmiş, həmin vaxt sonuncu guya sənəd və pulları hansısa vəzifəli şəxsə verməsini söyləmişdir. Buna baxmayaraq, o, həmin vəzifəli şəxsi tanımadığından və aralarında danışıq olmadığından Təqsirləndirilən şəxs1 sənəd və pulunu geri tələb etməyə davam etməsi nəticəsində sonuncu bir müddət sonra onu xidməti otağına dəvət edərək pulu tam şəkildə ona qaytarmışdır. Zərərçəkmiş şəxs1 Əlizamin oğlu ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona aid ittiham üzrə Təqsirləndirilən şəxs1 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, 12 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri tərəfindən verilmiş sərəncamdan (cild 2, iş vərəqə 22) görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən baş mühasib Təqsirləndirilən şəxs1 vəzifəsindən azad edilmişdir. xx.xx.2022-ci il tarixli müraciətdən (cild 1, iş vərəqə 12-13) görünür ki, "xxxx" MMCnin X7 Komitəsinin sədri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə məlumat vermiş və sonuncunun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli müstəqil auditor hesabatından (cild 1, iş vərəqə 15-19) görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 148 halda ümumilikdə 194.692,02 manat məbləğində pul vəsaiti baş mühasib vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən ona çatası əmək haqqı və digər ödənişlərdən əlavə öz şəxsi kart hesablarına artıq miqdarda köçürülmüşdür. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Bank hesabı üzrə çıxarışlardan (cild 2, iş vərəqə 60-75, cild 2, iş vərəqə 80-93) görünür ki, 2020-ci ilin mart ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs1 "xxxx" ASC-də olan hesabına müxtəlif vaxtlarda və məbləğlərdə qanunsuz şəkildə pul köçürmələri edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş hesab üzrə çıxarışdan (cild 2, iş vərəqə 94-103) görünür ki, 2021-ci ilin iyun ayından 2022-ci ilin iyul ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs1 həmin müəssisədə olan hesabına müxtəlif vaxtda və məbləğlərdə qanunsuz şəkildə pul köçürmələri edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən (cild 2, iş vərəqə 173-174) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər. xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 242-247) görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr ilə Şahid və Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında 2019-cu ilin noyabr ayından 2020-ci ilin avqust ayınadək olan müddət ərzində qarşılıqlı şəkildə çoxlu sayda danışıq aparılmışdır. xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan (cild 4, iş vərəqə 86-89) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 üzünə işə bərpa edilməsi ilə əlaqədar aralarında aparılan danışıq zamanı Təqsirləndirilən şəxs1 20.000 manat məbləğində pul verilməsi müqabilində tanışları vasitəsi ilə məsələni həll etməyə vəd verməsi səbəbindən həmin məbləğdə pulu 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs1 20.000 manat verdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 4, iş vərəqə 93) görünür ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına müraciət edərək 20.000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs1 tərəfindən ona qaytarılmasını və bu səbəbdən də sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 5-18-5/2-498/23 nömrəli xasiyyətnamədən (cild 4, iş vərəqə 154) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 4/54 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizası rəyindən (cild 4, iş vərəqə 173-175) görünür ki, ekspertizaya təqdim olunmuş əmək haqqı və məzuniyyət pulu mədaxili reyestrlərinin kserosurətlərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin BHİK-nin sədri”, ödəniş tapşırıqlarının kserosurətlərində “rəhbər”, əmək haqqı, məzuniyyət və mükafat pulunun haqq-hesabı cədvəllərinin kserosurətlərində “Sədr” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs2, habelə əmək haqqı və məzuniyyət pulu mədaxil reyestrlərinin, ödəniş tapşırıqlarının, əmək haqqı, məzuniyyət və mükafat pulunun haqq-hesabı cədvəllərinin kserosurətlərində “Baş mühasib” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/707 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası rəyindən (cild 4, iş vərəqə 239-244) görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin X7 Komitəsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs1 "xxxx"nın Səbail filialı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin bank müəssisəsində olan hesablarına ayrılmış maliyyə vəsaiti üzrə ümumi çatışmazlıq 194.692,09 manat məbləğində müəyyən edilməklə 2020-ci ilin mart ayında 248,37 manat, aprel ayında 1.800,63 manat, may ayında 4.098 manat, iyun ayında 4.375 manat, iyul ayında 4.353 manat, avqust ayında 7.000 manat, sentyabr ayında 15.057,06 manat, oktyabr ayında 5.067,94 manat, noyabr ayında 4.287,50 manat, dekabr ayında 6.937,50 manat, 2021-ci ilin yanvar ayında 5.000 manat, fevral ayında 3.867,01 manat, mart ayında 7.762,59 manat, aprel ayında 7.386,15 manat, may ayında 9.388,36 manat, iyun ayında 6.961,05 manat, iyul ayında 2.185 manat, avqust ayında 6.253,16 manat, sentyabr ayında 4.988,10 manat, oktyabr ayında 9.965,55 manat, noyabr ayında 10.901,63 manat, dekabr ayında 6.715,66 manat, 2022-ci ilin yanvar ayında 6.908,51 manat, fevral ayında 11.727,33 manat, mart ayında 13.058,54 manat, aprel ayında 10.728,99 manat, may ayında 10.842,97 manat və iyun ayında 6.826,49 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilməsi haqqında protokoldan (cild 4, iş vərəqə 223-224) görünür ki, diskin daxilində olan qovluqlardakı fotoşəkillərdə müxtəlif tarixlərdə bankomatdan pul məxaric edən şəxsin və pulun qəbul edilməsi görüntüləri olmaqla həmin şəxs Təqsirləndirilən şəxs1dur, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində 30 manat məbləğində pul vəsaitini “ATM CNV Favorit Market” bankomatından məxaric etmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 5, iş vərəqə 21-44) görünür ki, Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələrindən həmin Məcəllənin 178.2.3, 178.2.4, 179.3.2, 308.2, 32.4, 312.1 və 313-cü maddələrinə tövsif edilməsi və həmin maddələr ilə ona yeni məzmunda ititham elan edilməsi, habelə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddə ilə ona ittiham elan edilməsi, X13 barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 5, iş vərəqə 74-78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2, 32.4, 312.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-243/2023 saylı qərarından (cild 5, iş vərəqə 120-126) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 5, iş vərəqə 131-133) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 5, iş vərəqə 161-163) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən (cild 6, iş vərəqə 128) görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 ilə barışmış, ona vurulmuş ziyan tam şəkildə ödənilmiş və bu səbəbdən də onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Xasiyyətnamədən (cild 4, iş vərəqə 167) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2013-cü il tarixli İ-1841 nömrəli vəsiqənin surətindən (cild 6, iş vərəqə 137) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. xx.xx.2013-cü il tarixli 25 nömrəli vəsiqənin surətindən (cild 6, iş vərəqə 137) görünür ki, Təqsirləndirilən şəxs2 Yeni Azərbaycan Partiyasının üzvüdür. 15 noyabr 2019-cu il tarixdə Azərbaycan Rabitə İşçiləri Həmkarlar İttifaqının 2-ci plenumunun qərarı ilə təsdiq edilmiş Nizamnamədən (cild 2, iş vərəqə 34-59) görünür ki, Həmkarlar İttifaqı Komitəsinin sədrinin üzvlük haqlarının köçürülməsinə nəzarəti həyata keçirmək, vacib ayırmalara əməl olunmasına məsuliyyət daşımaq, təşkilatın tabeliyində olan əmlak və pul vəsaitlərindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində istifadə etmək, səmərəli istifadəyə görə məsuliyyət daşımaq, maliyyə əməliyyatları həyata keçirmək, müəyyən edilmiş qaydada bankda hesab açmaq və bağlamaq, hesablara sərəncam vermək, aparatın işinə rəhbərlik etmək, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul şəxs kimi vəzifələri müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 81 nömrəli Rabitə X11 İttifaqı Respublika Komitəsi sədrinin sərəncamından (cild 2, iş vərəqə 12) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin X7 Komitəsinə müddətsiz əmək müqaviləsi ilə əmək haqqısı 2.049 manat olmaqla baş mühasib vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində seçdikləri müdafiəçiləri ilə birlikdə iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçilər vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişlər. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxslər onların əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçilər vasitəsilə suallar, habelə müxtəlif vəsatətlər vermişlər. Eyni zamanda müdafiə tərəfi hər iki təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı məhkəmə istintaqında mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi özgənin əmlakını talamanın iki müstəqil formasını nəzərdə tutur: mənimsəmə və israf etmə. Özgənin əmlakını talamanın bu iki müstəqil formasının hər birinin özünəməxsus obyektiv xüsusiyyətləri vardır. Bu obyektiv xüsusiyyətlər özgənin əmlakını ələ keçirmənin üsulunda ifadə olunur. Cinayət hüququ nəzəriyyəsinə görə - mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli əşyaların ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, xəzinədar, mühasib və sair) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə və ya digər formada sahibliyinə keçirir. Əgər şəxs tutduğu vəzifə ilə əlaqədar olaraq sərəncam vermə, idarəetmə, tədarük və sair səlahiyyətlər verilməklə etibar edilmiş əmlakı qanunsuz və ya əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, mənimsəmə və israfetmə cinayətin başa çatma anına görə birbirindən fərqlənirlər. Talamanın bir forması kimi mənimsəmə özgənin etibar edilmiş əmlakı təqsirkar tərəfindən onun qalan əmlakından ayrılaraq ələ keçirildiyi andan başa çatmış cinayət hesab edilir. İsraf etmə isə - həmin əmlaka qanunsuz sərəncam verildiyi, yəni əmlakın bu və ya digər formada istehlak edildiyi, sərf edildiyi, satıldığı və ya başqa üsulla özgəninkiləşdirildiyi andan başa çatmış hesab olunur. Şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olur ki, həmin əməllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs təhlil edilən cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir. Belə subyektlər sırasına anbardar, təchizatçı, mühasib və dövlət və ya fərdi müəssisələrdə bu kimi vəzifələri tutan digər şəxslər aid edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə bağlı ittihama gəldikdə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 40-cı bəndinə əsasən CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamın bir hissəsi - Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən, dövlət ittihamçısının bu hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca aktla). Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Başqa sözlə, Təqsirləndirilən şəxs1 Rabitə X11 İttifaqı Respublika Komitəsi üzrə 02 dekabr 2019-cu il tarixli, 81 nömrəli sərəncam ilə "xxxx" MMC-nin X7 Komitəsinin baş mühasibi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Əlillərə və X9 Fondunun direktoru Şahid əri Zərərçəkmiş şəxs1 əvvəllər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində işlədiyi vəzifəsinə geri qaytarılmasına köməklik göstərilməsinə dair 2019-ci ilin dekabr ayında özünə müraciəti ilə əlaqədar həmin ayda işlədiyi Komitənin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs1 ilə görüşləri zamanı sonuncuya guya özünün tutduğu vəzifəyə görə işlədiyi qurumda geniş əlaqələrənin olmasını, həmin əlaqələrindən istifadə edərək Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində mütəxəssis vəzifəsinə təyin etdirmək imkanına malik olmasını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Azərbaycan Nəqliyyat, Rabitə və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirməklə görəcəyi işlə bağlı özünə inam yaradaraq, Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin yanvar ayının əvvələrində ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin X7 Komitəsinin inzibati binasındakı xidməti otağında 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən, onunla bağlanmış 02 dekabr 2019-cu il tarixli əmək müqaviləsinə, 2005-ci ilin noyabr ayında təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin X2 (VTİSK)" əsasən müəssisədə uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatı və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi və mühasibat uçotu sənədlərinin saxlanılmasını, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılmasını və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu məlumatları əsasında müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təmin edilməsi, xərclər smetasının hazırlanmasını təşkil edilməsi, məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqları, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmaları həyata keçirməsi, mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunması, vəzifə maaşlarının təyin edilməsinin, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasına və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edilməsi, aktivlərin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edilməsi, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edilməsi, inventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işlərin aparılmasını təmin edilməsi, ştat, maliyyə, bank və kassa intizamına ciddi əməl edilməsi, çatışmazlıqların və itkilərin uçotdan silinməsi ilə əlaqədar işləri yerinə yetilməsi, mühasibat uçotu sənədlərinin çoxaldıiması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edilməsi, mühasibat uçotunun səmərəli təşkilinə, kompüterləşməsinə və beynəlxalq standartlara uyğun qurulmasına diqqət yetirilməsi, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2020-ci ilin əvvəllərində cinayətdən xəbərsiz "xxxx" MMC-nin X7 Komitəsinin sədri Təqsirləndirilən şəxs2 şifahi tapşırığına əsasən sonuncuya aid olmaqla özünün istifadəsinə verilmiş “Asan İmza” mobil identifiksiya şifrəsini və rəqəmsal açarların saxlanıldığı ***-***-**-** nömrəli SİM karta əsaslanan mobil telefondan istifadə etməklə, "xxxx" MMC-nin X7 Komitəsinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədi ilə 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək olan müddətə işlədiyi Komitənin ünvan 2 ünvanında yerləşən inzibati binasında xidməti kompüterindən istifadə etməklə rəsmi sənədlər olan ödəniş tapşırıqlarına, habelə internet bankçılıq sistemi üzərindən ödəniş tapşırıqları hesab edilən informasiya resurslarına vahid niyyətlə tamah, yəni özü üçün qazanc əldə etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar daxil etməklə aylıq almalı olduğundan artıq miqdarda əmək haqqı ödənişləri qeyd edərək, cinayətdən xəbərsiz Komitə sədri Təqsirləndirilən şəxs2 tərəfindən həmin ödəniş tapşırıqlarının imzalanmasına və “Asan İmza”sı ilə təsdiq etdilməsinə nail olduqdan sonra, həmin sənədlər əsasında 2020-2022-ci illər üzrə özünün faktiki olaraq aylıq əmək haqqı məbləği 2.049 manat miqdarda olduğu halda, 2020-ci ilin mart ayında 248,37 manat, aprel ayında 1.800,63 manat, may ayında 4.098 manat, iyun ayında 4.375 manat, iyul ayında 4.353 manat, avqust ayında 7.000 manat, sentyabr ayında 15.057,06 manat, oktyabr ayında 5.067,94 manat, noyabr ayında 4.287,50 manat, dekabr ayında 6.937,50 manat, 2021-ci ilin yanvar ayında 5.000 manat, fevral ayında 3.867,01 manat, mart ayında 7.762,59 manat, aprel ayında 7.386,15 manat, may ayında 9.388,36 manat, iyun ayında 6.961,05 manat, iyul ayında 2.185 manat, avqust ayında 6.253,16 manat, sentyabr ayında 4.988,10 manat, oktyabr ayında 9.965,55 manat, noyabr ayında 10.901,63 manat, dekabr ayında 6.715,66 manat, 2022-ci ilin yanvar ayında 6.908,51 manat, fevral ayında 11.727,33 manat, mart ayında 13.058,54 manat, aprel ayında 10.728,99 manat, may ayında 10.842,97 manat və iyun ayında 6.826,49 manat olmaqla, ümumilikdə 194.692,09 manat məbləğində artıq pul vəsaitinin özünün adına "xxxx" ASC-nin Səbail filialında açılmış ******************** nömrəli və “Azərpoçt bank”ın 1 saylı filialında açılmış AZ14AZP********************2 nömrəli əmək haqqı kartı hesabına köçürülməsinə nail olub həmin pul vəsaitini "xxxx" ASC və “Azərpoçt bank”ın Bakı şəhəri ərazisində olan ayrı-ayrı bankomatlarından nağdlaşdıraraq çıxarıb, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" MMC-nin X7 Komitəsinə məxsus olmaqla ona etibar olunmuş cəmi 194.692,09 manat manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, bu hərəkətləri ilə "xxxx" MMC-nin X7 Komitəsinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirilməsi, əmək haqları üzrə ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, həm ibtidai istintaq zamanı, həm də məhkəmədə vermiş olduğu ifadələrində törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamaqla, həqiqətən də 194.000 manat məbləğində pul vəsaitini öz əmək haqqı kartına hissə-hissə köçürdüyünü, sonradan həmin pul vəsaitini nağdlaşdıraraq 194.000 manatın 135.000 manatını birdəfəlik şəkildə Seymur Orucova şəxsən verdiyini, 15.000 manatı Şahid qaytardığını, geridə qalan 44.000 manatı isə öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 qanunsuz şəkildə mənimsəmə yolu ilə ələ keçirdiyi 194.000 manat məbləğində pul vəsaitinin 135.000 manat hissəsini Seymur Orucova verdiyini məhkəmədə iddia etsə də, cinayət işinə əlavə edilmiş sübutlar əsasında bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, hazırkı cinayət işi üzrə göstərilən fakt ilə əlaqədar cinayət təqibi başlansa da, iş üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərarla Seymur Orucova aid hissədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Bu isə o deməkdir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 iddia etdiyi hallar, yəni Seymur Orucova 135.000 manat veribverməməsi, habelə Zərərçəkmiş şəxs1 epizodu ilə bağlı Seymur Orucovun göstərişinə əsasən hərəkət edib-etməməsi halları ərtaflı şəkildə araşdırılmış, fakt öz təsdiqini tapmadığından Seymur Orucovun barəsində cinayət təqibinə xitam verilmiş, sonradan isə müdafiə tərəfi göstərilən sübutların qiymətləndirilməsi barədə qərarı mübahisələndirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmədə 135.000 manat məbləğində pul vəsaitini Seymur Orucova verdiyini, həmin vaxt onların yanında bunu görə biləcək şəxslərin olmadığını bildirsə də, həqiqətən də ələ keçirdiyi pul vəsaitini başqa şəxsə, o cümlədən Seymur Orucova verməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 ümumilikdə 194.692,09 manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talaması cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Başqa sözlə, onun göstərilən məbləğdə pul vəsaitini qanunsuz şəkildə taladıqdan sonra başqa şəxsə verməsi yalnız əməlin tövsifinə təsir edən məsələdir ki, bu məsələyə də sübutların qiymətləndirilməsi barədə qərarla hüquqi qiymət verilmişdir. Belə olduğu təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək olan müddət ərzində yuxarıda göstərilən qaydada ümumilikdə 194.692,09 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Yəni o, "xxxx" X3 Həmkarlar İttifaqı Komitəsi üzrə 31 may 2017-ci il tarixli, 01 nömrəli protokol ilə həmin Komitənin sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən onunla bağlanmış eyni tarixli əmək müqaviləsinə, Azərbaycan Rabitə İşçiləri Həmkarlar İttifaqının 2-ci plenumunun 15 noyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nizamnamə”yə əsasən üzvlük haqlarının köçürülməsinə nəzarəti həyata keçirmək, vacib ayırmalara əməl olunmasına məsuliyyət daşımaq, təşkilatın tabeliyində olan əmlak və pul vəsaitlərindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində istifadə etmək, səmərəli istifadəyə görə məsuliyyət daşımaq, maliyyə əməliyyatları həyata keçirmək, müəyyən edilmiş qaydada bankda hesab açmaq və bağlamaq, hesablara sərəncam vermək, aparatın işinə rəhbərlik etmək, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməklə işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, rəhbəri olduğu Komitənin baş mühasibi Təqsirləndirilən şəxs1 tərəfindən aparılan mühasibatlıq fəaliyyətinə nəzarət etməli olduğu halda bunu etməyib, 2020-ci ilin əvvəllərində sonuncuya özünün istifadəsinə olan “Asan İmza” mobil identifiksiya şifrəsini və rəqəmsal açarların saxlanıldığı ***-***-**-** nömrəli SİM karta əsaslanan mobil telefonu təqdim edərək özünə məxsus istifadəçi adı və şifrəni istifadəsinə verməsi, habelə Təqsirləndirilən şəxs1 tərəfindən tərtib edilməklə təqdim olunan ödəniş tapşırıqlarına lazımi diqqət və ehtiyatlılıq göstərməyib yoxlamaması nəticəsində, sonuncunun həmin ilin mart ayından 2022-ci ilin iyun ayınadək olan müddətə "xxxx" MMC-nin X7 Komitəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında xidməti kompüterindən istifadə etməklə rəsmi sənədlər olan ödəniş tapşırıqlarına, habelə internet bankçılıq sistemi üzərindən ödəniş tapşırıqları hesab edilən informasiya resurslarına biləbilə yalan məlumatlar daxil etməklə aylıq almalı olduğundan artıq miqdarda əmək haqqı ödənişləri qeyd edərək onun adından “Asan İmza”sı ilə təsdiq etməsinə və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, həmin sənədlər əsasında 2020-ci ilin mart ayında 248,37 manat, aprel ayında 1.800,63 manat, may ayında 4.098 manat, iyun ayında 4.375 manat, iyul ayında 4.353 manat, avqust ayında 7.000 manat, sentyabr ayında 15.057,06 manat, oktyabr ayında 5.067,94 manat, noyabr ayında 4.287,50 manat, dekabr ayında 6.937,50 manat, 2021-ci ilin yanvar ayında 5.000 manat, fevral ayında 3.867,01 manat, mart ayında 7.762,59 manat, aprel ayında 7.386,15 manat, may ayında 9.388,36 manat, iyun ayında 6.961,05 manat, iyul ayında 2.185 manat, avqust ayında 6.253,16 manat, sentyabr ayında 4.988,10 manat, oktyabr ayında 9.965,55 manat, noyabr ayında 10.901,63 manat, dekabr ayında 6.715,66 manat, 2022-ci ilin yanvar ayında 6.908,51 manat, fevral ayında 11.727,33 manat, mart ayında 13.058,54 manat, aprel ayında 10.728,99 manat, may ayında 10.842,97 manat və iyun ayında 6.826,49 manat olmaqla, ümumilikdə 194.692,09 manat məbləğində artıq pul vəsaitinin Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-nin Səbail filialında açılmış ******************** nömrəli və “Azərpoçt bank”ın 1 saylı filialında açılmış AZ14AZP********************2 nömrəli əmək haqqı kartı hesabına köçürülməsinə və sonuncu tərəfindən həmin pul vəsaitlərini "xxxx" ASC və “Azərpoçt bank"ın Bakı şəhəri ərazisində olan ayrı- ayrı bankomatlarından nağdlaşdıraraq çıxarıb, şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" MMC-nin X7 Komitəsinə məxsus olmuş cəmi 194.692,09 manat məbləğində pul vəsaitinin mənimsənilməsinə cinayətdən xəbərsiz halda şərait yaratmaqla "xxxx" MMC-nin X7 Komitəsinin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi üzrə həmin Komitəyə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs2 vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etməsi isə onda ifadə olunmuşdur ki, bilavasitə tabeliyində işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən cinayətlərin törədilməsi kifayət qədər uzun müddət davam etmiş və bu cinayətlərin törədilməsi nəticəsində zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 194.692,09 manat məbləğində ziyan dəymişdir. Başqa sözlə, cinayət əməlləri nəticəsində baş vermiş ağır nəticə - bilavasitə vurulmuş ziyanın həcmində, yəni 194.692,09 manat məbləğində ifadə olunur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə, eləcə də cinayət əməlləri nəticəsində vurulmuş ziyanın həcminə və zərərçəkmiş hüquqi şəxsin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələri ilə tövsif edir və hesab edir ki, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətmişdir. Onun törətmiş olduğu hər bir əməl başa çatmış cinayətdir, Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Onun tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Bundan başqa, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən vurulmuş ümumi ziyanın həcmi 194.692,09 manat, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən isə vurulmuş ümumi ziyanın həcmi 20.000 manat təşkil edir, dələduzluqla bağlı ziyan tam şəkildə ödənilsə də, mənimsəmə cinayəti ilə bağlı ziyan ödənilməmiş və sair formada aradan qaldırılmamışdır. Bu hissədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Bundan başqa, məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə, eləcə də zərərçəkmiş hüquqi şəxsin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərərin vurulmasına hüquqi qiymət verərək Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edir və hesab edir ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun törətmiş olduğu əməl başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Bu hissədə qeyd edilməlidir ki, cinayət hüququ nəzəriyyəsinə görə səhlənkarlıq cinayətinin obyektiv cəhətlərindən biri vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsində ifadə olunur, xidməti vəzifəni yerinə yetirməmə isə şəxsin öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsidir. İşə vicdansız və ya laqeyd münasibət dedikdə isə vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti vəzifələrinə “barmaqarası” baxması, qulluq mənafeyini başqa mənafelərə nisbətən ikinci dərəcəli hesab etməsi halları başa düşülür. Səhlənkarlıq subyektiv cəhətdən – ehtiyatsızlıqla törədilir. Göstərilən təhlil onu göstərir ki, Təqsirləndirilən şəxs2 vəzifəli şəxs olduğu halda öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, yəni xidməti vəzifəsinə “barmaqarası” baxaraq digər Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş hüquqi şəxsə 194.692,09 manat məbləğində ziyan vurmasına şərait yaratmışdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ali təhsilli olmaqla, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, Təqsirləndirilən şəxs1 2 (iki) azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 evli olmasını, hər birinin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmalarını, Təqsirləndirilən şəxs1 uzun müddət vərəm xəstəliyindən əziyyət çəkməsini, Təqsirləndirilən şəxs1 dələduzluq cinayəti ilə bağlı zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs2 dövlət təltifləri və medallarla təltif edilməsini, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna və digər aidiyyəti orqana müraciət edərək Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməsi barədə təşəbbüslə çıxış etməsini ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, vurulmuş ziyanın ümumi məbləği və zərərçəkmiş hüquqi şəxsə bu cinayət əməlləri nəticəsində ağır nəticələrə səbəb olan ziyanın vurulması nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlləri ilə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, habelə Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə əlavə cəza kimi dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin ediləcək əsas cəzalar qismən toplanmaqla, əlavə cəzalar tam toplanmaqla və toplanmış əlavə cəza əsas cəzaya birləşdirilməklə ona cinayətlərin məcmusu qaydasında qəti olaraq dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ona təyin ediləcək qəti əsas cəzanın əvvəli 14 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edərək və onun tərəfindən törədilmiş cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsi, onun evli və ali təhsilli olmaqla, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, “Tərəqqi” medalı ilə təltif edilməsi, öz təşəbbüsü ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə müraciət edərək sonuncunun məsuliyyətə cəlb olunması barədə iradə ifadəsini bildirməsi, habelə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin digər cəzaların da nəzərdə tutulmasını məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə ona daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailəsinə mənfi təsir göstərəcək. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası onu islah etməyə kifayət edəcək. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 6-də çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:59-dan səhər saat 05:30-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eləcə də təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bankomat görüntüləri əks olunan 1 (bir) ədəd CD diski və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin telefon danışıqları ilə bağlı olan 1 (bir) ədəd CD diski, "xxxx" Məhdud Məsiliyyətli Cəmiyyətinin X7 Komitəsi tərəfindən təqdim olunan xx.xx.2022-ci il tarixli auditor hesabatı, hesabata əlavə edilmiş maliyyə sənədləri (əmək haqqı və məzuniyyət pulu mədaxil reyestrlərinin, ödəniş tapşırıqlarının, əmək haqqı, məzuniyyət və mükafat pulunun haqqhesabı cədvəllərinin kserosurətləri), "xxxx" Açıq Səhmdar Cəmiyyətin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təqdim etdikləri hesabdan çıxarışlar hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 277 (iki yüz yetmiş yeddi) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 277 (iki yüz yetmiş yeddi) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanmaqla, əlavə cəzalar isə tam toplanmaqla və toplanmış əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti əsas cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 mart 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 6 ünvanını hər gün gecə saat 23:59dan səhər saat 05:30-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin bankomat görüntüləri əks olunan 1 (bir) ədəd CD diski və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin telefon danışıqları ilə bağlı olan 1 (bir) ədəd CD diski, "xxxx" Məhdud Məsiliyyətli Cəmiyyətinin X7 Komitəsi tərəfindən təqdim olunan xx.xx.2022-ci il tarixli auditor hesabatı, hesabata əlavə edilmiş maliyyə sənədləri (əmək haqqı və məzuniyyət pulu mədaxil reyestrlərinin, ödəniş tapşırıqlarının, əmək haqqı, məzuniyyət və mükafat pulunun haqq-hesabı cədvəllərinin kserosurətləri), "xxxx" Açıq Səhmdar Cəmiyyətin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdikləri hesabdan çıxarışlar hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 277 (iki yüz yetmiş yeddi) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar