Məhkəmə qərarları › İş №1(101)-270/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-270/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-270/2025 07.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X6 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında Bakı şəhərində internet sosial şəbəkələrində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələr əldə etmə, saxlama, daşıma haqqında qabaqcadan əlbir olub bir qrup şəklində hərəkət edərək, 22 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndində Zeytun sovxozu deyilən ərazidə, onunla eyni niyyətlə hərəkət edən şəxsiyyəti məlum olmayan şəxsin verdiyi məlumatlardan istifadə etməklə, sonuncunun istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətdiyi yerdən bir bükümdə təmiz çəkisi 19,216 qram olan, külli miqdarda kustar üsullu hazırlanmış narkotik vasitə heroini və bir bükümdə təmiz çəkisi 10,186 qram olan, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürməklə əldə edib üstündə saxlayaraq daşıdığı zaman, onun cinayət törətməsi barədə aldıqları məlumata əsasən əməliyyat-axtarış tədbirləri keçirən Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriləndən sonra üstündə şəxsi axtarış zamanı əynindəki şalvarın sağ cibindən bir bükümdə təmiz çəkisi 19,216 qram olan, külli miqdarda narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 10,186 qram olan, külli miqdarda psixotrop maddə metamfetamin götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, “Zeytunluq” deyilən əraziyə bir şəxslə görüşməyə getmiş və həmin vaxt bir nəfər gələrək burada nə etdiyini soruşmuşdur. O, həmin şəxsə “adam var idi ona görə gəlmişəm” demiş, sonra həmin şəxs adamın kim olduğunu soruşmuş, bu zaman o, “qardaş, sənə nə lazımdır? Mən narkoman deyiləm, kiminsə evinə girəsi deyiləm, birinci qrup əliləm, kiminsə bacısına söz atası deyiləm, sənə nə var o adamı gözləyirəm” demişdir. Sonra çıxıb getmiş və Əhmədli yolunda olarkən gələn maşınlarla pulla bağlı razılaşmamışdır. Bu zaman iki nəfər ona yaxınlaşmış ,daha sonra iki nəfər yeddi nəfər olmuş, polisə zəng edərək “burada bir şübhəli şəxs var gəl onu apar” demişlər, polis əməkdaşı telefonda nə etdiyini soruşmuş və həmin adamlar nə isə etmədiyini, amma nə isə etməyini boynuna da almadığını bildirmişlər. Artıq tarix iyirmi bir dekabrdan, iyirmi iki dekabra keçmiş və saat birə işləmiş polis əməkdaşları gələrək onu polis bölməsinə aparmışlar. Onun telefonuna baxaraq “blok”a atdığının kim olduğunu soruşmuşlar, o da “hər kimdir, sözümüz çəp gəlib atmışam bloka” demiş, təkrar soruşduqda kim olduğunu bilmədiyini, bir il bundan əvvəl bloka atdığını bildirmişdir. O, özü 2007-ci ildə bir dəfə narkotiklə məşğul olmuş və türmədən çıxandan sonra tövbə etmişdir. O, narkaman deyildir. Onu vurmuşlar, kənd camaatı onun qolunu qırmış və polislər də onu döymüşlər. Narkotik ona məxsus olmamış və videoçəkilişdə özləri nə deyibsə onu da demişdir. Onların dediyini necə deməsin, beyninə qan sızmış adamdır və birinci qrup əlildir. 4.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, narkotikdən istifadə edən deyil, bir dəfə 2007-ci ildə narkotik vasitələrdən istifadə etmişdir. Video çəkilişdə ona “denən ki, aparıb kiməsə verəcəm” demişlər və o da bunu demişdir. Ondan sonra “sənədləri imzalamasını demişlər, o da qol çəkmişdir. Ona narahat olmamasını, birinci qrup əlil və xəstə adam olduğunu demişlər. O, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında narkotikdən istifadə etdiyini bildirməmişdir. İş materiallarında olan telefonundan aşkar edilmiş fotolarla bağlı bildirir ki, bibisioğlu Pərvin onlara gəlmiş və təxminən 12-13 gün onlarla qalmışdır. Danışıqları zamanı dəqəqədə onun sözünü kəsmiş, həmin vaxt bibisioğluna “mənim xoşuma gəlmirsən, sən hansısa şuluq işlərlə məşğulsan ya yox” demiş, bibisioğlu da məşğul olmadığını bildirmişdir. Mağazaya gedəndən sonra baxdıqda balışının altından şəkildəkilər çıxmış və bununla bağlı telefonunda olan videoda “gəl zibilivi götür, çıx get” demişdir. O, evində növbənöv quşlar saxlayan bir nəfəri tanımış və onlardan satış edəndə bir-iki manat ona qalmışdır. Mesajda da beş ədəd, yeddi manatdan quşun olduğunu demişdir. Həmin növdə narkotik olmasından onun heç bir məlumatı olmamışdır. O, ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 1-ci qrup əlildir, əlillik pensiyası alır, sağ qolu və sağ ayağı iflic olduğuna görə fiziki əməklə məşğul ola bilmir. 21 dekabr 2023-cü il tarixdə saat 21:40 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsinə getmiş, məqsədi bir nəfər münasibətdə olduğu xanımla görüşmək olmuşdur. Xanımın küçəsinə çatanda qarşıdan bir nəfər kişi ona yaxınlaşmış və «burada neynəyirsən» deyərək soruşmuşdur. O da pul qabını itirdiyini, onu axtardığını demişdir. Belə ki, gözlədiyi xanım həmin yerdə onun üçün 120 manat pul qoymuşdur. O da qoyulmuş pul qabını axtarmışdır. Xanım ona «konum», yəni pulu qoyduğu yerin koordinatını göndərmiş və şəklini çəkib whatsappa atmışdır. Pulu xanımdan borc istəmişdir. Qarşısına çıxan kişi isə zəng vurmuş və iki nəfər də qonşu kişi, sonra isə başqa kişilər də gəlmiş, onu sorğu-suala tutub bu yerdə nə işinin olduğunu soruşmuşlar. O da inandırmağa çalışmışdır ki, pul qabını axtarır, heç bir narkotik almağa gəlməmişdir. Hətta şəxsiyyət vəsiqəsini də onlara göstərmişdir. Onların arasında bu cür müzakirə çox çəkmiş və saat 24 radələrində onlardan ayrıla bilmişdir. O, həmin yerdən uzaqlaşıb şəhər istiqamətində hərəkətdə olaraq taksi gözləmiş, artıq saat 01 radələrində həmin iki nəfər kişi yenə də gəlib onunla söhbət edərək həmin yerə aparmışlar. Oraya çatanda qonşular yenə də onu sorğu-suala tutmağa başlamışlar. Adamlar zəng vurub polis çağırmışlar. Orada olan şəxslərdən biri sol qolunu burub, burnuna da yumruqla vurmuşdur. Orada olan bir taksi sürücüsü də onu sillə və yumruqla vumuşdur. Artıq saat 02 radələrində post-patrul əməkdaşları gəlmiş və adamlar onu polis əməkdaşılarına demək olar təhvil vermişlər ki, onların məhəlləsinə nəyə görə gəldiyini polislər aydınlaşdırsınlar. Polislər onu «Fiat Dobla» markalı xidməti avtomobilə əyləşdirəndən sonra orada olan taksi sürücüsü əlindəki kofe stəkanında olan nəsə bir bükülünü polislərə verib demişdir ki, «bax budur, buna görə gəlibdir buraya». O isə həmin şəxsə demişdir ki. «sən bilirsən mən bura nəyə görə gəlirəm». Həmin şəxs onun xanım üçün getdiyini bilmişdir. Polislər onu 30-cu PŞ-nə gətirmişlər. Orada polislər ona demişlər ki, narkotiki üzərinə götürməlidir, deməlidir ki, İran vətəndaşından almışdır. Polislər onu döyüb işgəncə verdikləri üçün məcbur olub onların təklifi ilə razılaşmışdır. PŞ-də saxlanılandan iki gün sonra ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. Onun üzərində videoçəkilişlə axtarış aparılmışdır. Bundan əvvəl isə polislər üzərinə 02 bükümdə narkotik vasitə qoymuşlar. O da məcburiyyət qarşısında qalıb narkotik vasitəni çıxardıb təqdim etmişdir. Hadisə göstərdiyi şəraitdə baş vermişdir. «Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı əsasında istifadəsində olan ***-***-**-** nömrəsinə dair məlumatlar "xxxx" MM-dən götürülərək tərəfindən baxış keçirilmişdir və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:53-də ***-***-**-** nömrəsinə 20 X13 20 X24 Bu saat məzmunda sms göndərilmişdir. Bu barədə nə deyə bilərsiniz» sualına cavab verməkdən imtina etmişdir (İ cild, səh. 202-203). 6.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 24 dekabr 2023-cü tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Naxçıvan MR, Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, ev 12, mənzil 28-də qeydiyyatda olsa da ünvan 7nında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Təxminən bir ildir ki, psixotrop maddə və narkotik vasitə qəbul edir, hal-hazırda isə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin qəbul edir. Narkotik vasitəni və psixotrop maddəni hər dəfə tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn qaydada şəxsi istifadəsi üçün alır. Sonuncu dəfə 21 dekabr 2023-ci il tarixdən 22 dekabr 2023-cü il tarixinə keçən gecə İran İslam Respublikası vətəndaşına onlayn qaydada 20 manat göndərmiş, bunun müqabilində həmin şəxs ona 2 büküm narkotik vasitə göndərməli olmuşdur. Həmin bükümlərin birini özünə götürməli, digərini isə iranlının göstərişi ilə başqa yerə qoymalı olmuşdur. Qeyd edir ki, həmin bükümləri iranlıdan “zakladka” yolu ilə alır. O, gecə saatlarında iranlının atdığı konum əsasında Hövsan qəsəbəsinə gəlmiş və iranlının əvvəlcədən oraya qoyduğu bükümləri axtarmağa başlamışdır. Narkotik vasitəni nə qədər axtarsa da, tapa bilməmişdir. Geri dönmək istəyərkən özünü şübhəli apardığı üçün kənd camaatı onu saxlamış və polis əməkdaşlarını çağırmışlar. Bir az sonra onu saxlayan şəxslər onu və həmin ərazidən tapılan narkotik vasitələri polisə təhvil vermişlər. Polis əməkdaşları onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə təhvil vermişlər. Burada bir müddət gözlədikdən sonra onu hüquqlarını müdafiə edən vəkil ilə birlikdə otaqların birinə dəvət edərək üzərində şəxsi axtarış keçirib ifadəsini almışlar. O, polis şöbəsində də həm polislərə, həm də vəkilə narkotik vasitəni iranlıdan almaq üçün sifariş verdiyini, lakin tapa bilmədiyini bildirmişdir. Üzərində şəxsi axtarış keçirilmiş, təqdim edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə qeyd etmək istəyir ki, keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Özü əvvəllər psixi xəstəlik keçirməmiş, müalicə almamışdır. Saxlanılarkən və ya üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır (İ cild, səh. 72-73). 7.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında Hövsan kəndi Zeytunluq deyilən ərazidə Şahid2lə birlikdə əməliyyat tədbiri qurmuşlar və 22 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs şöbəyə gətirmişlər. Təhqiqatçıya təhvil verilmiş və daha sonra üzərinə baxış keçirilmişdir. Axtarış zamanı üzərindən şəffaf sellofana bükülmüş heroin və metamfetamin aşkar edilmişdir. Aşkar olunanı İranlıdan öz istifadəsi üçün əldə etdiyini demişdir. 8.Şahid1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş və əməliyyat tədbirini o, həyata keçirmişdir. Əməliyyat tədbirində onunla sahə rəisi iştirak etmişdir. Əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarı o, qəbul etmiş və əməliyyat tədbirləri məlumat daxil olduqda həmin gün ərzində həyata keçirilmişdir. Saat 11-də məlumat daxil olmuş, saat 12-də tədbir keçirilmişdir. Şəxs gecə yox, gündüz vaxtı saxlanılmışdır. Raportda qeyd edilmiş məlumatları haradan əldə etməyi yadında qalmamışdır. Raportda qeyd edilənləri əməliyyat məlumatı əsasında əldə etmişlər, bununla bağlı rəisə məruzə etmişlər və qeyd edilənlərlə bağlı sonradan heç bir fikri əldə edə bilməmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Əməliyyat tədbiri keçirməzdən əvvəl şəxsiyyətini müəyyən etmək üçün portaldan çıxarış etməmişlər, təqsirləndirilən şəxsə şübhəli şəxs kimi yaxınlaşmışlar. Dəqiq yadında qalmamış, şəxsiyyətini onalara verilən məlumat üzrə müəyyən etmişlər. Onalarda portal şəkili olubolmaması dəqiq yadında qalmamışdır. Təqsirləndirilən şəxsin kənddə saxlanılması halı olmamış və onlar tərəfindən saxlanılaraq təhqiqatçıya təhvil verilmişdir. Onlara kənd camaatından şəxsin barəsində hansısa zəng daxil olmamışdır. Ola bilsin ki, digər əməkdaşları başqa tədbirlə səhv salmışdır. Onlar şəxsi əməliyyat məlumatı əsasında saxlamışlar. Şəxsi axtarış videoçəkilişdən istifadə edilməklə bölmədə təhqiqatçının otağında keçirilmiş, o, çəkilişdə iştirak etmiş, müdafiəçi dəvət edilsə də təqsirləndirilən şəxs müdafiəçi istəmədəyini bildirmişdir. Şəxsi saxladıqları yerlə təhvil verdikləri bölmənin arasında məsafə maşınla təxminən 20-25 dəqiqə olmuşdur. Təqsirləndirilən şəxsi maşınla bölməyə gətirmişlər və gətirilməsində onunla digər əməkdaş iştirak etmişdir. Post patrul xidmətinin əməkdaşları hadisə yerində olmamışlar. Şəxsi saat 12-in yarısında saxlamışlar, artıq 12-də bölmədə təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxsin xəstə olması barədə heç bir məlumatı olmamışdır. Şəxsin əlil olmasına dair onlarda məlumat olmamış və onların portalı bu barədə nə isə göstərmir. Onun tərəfindən şəxsə qarşı hansısa zorakılıq olmamış və belə bir halın şahidi olmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 9.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri. Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Xidməti vəzifəsinin icrası zamanı 2023-cü ilin dekabr ayında aldığı əməliyyat məlumatlarında bildirilmişdir ki, xx.xx.1982-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, ev 12, mənzil 28 ünvanında qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində nömrəsiz evlərin birində kirayədə yaşayan Əliyev X4 rayonu, Hövsan kəndi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur, özü narkotik vasitələr istifadə etməklə yanaşı satışı ilə məşğul olur. Daxil olmuş məlumatların mötəbərliliyi yoxlanılandan sonra 22 dekabr 2023-cü il tarixdə bu barədə 30-cu Polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, həmin tarixdə onun və şöbənin sahə inspektoru Şahid2 iştirakı ilə əməliyyat qrupunun yaradılması haqqında polis şöbəsinin rəisi tərəfindən əmr verilmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs narkotik vasiytələrin qanunsuz dövriyyəsi ilə məşğlul olmasına dair məlumatların yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin gün saat 11 radələrində polis sahə inspektoru Şahid2lə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi Hövsan kəndində və Zeytun sovxozu deyilən ərazidə müşahidə aparmağa başlamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs olduğu yer barədə məlumatlar alaraq sonuncunun üstündə narkotik vasitələr saxlamaqla Zeytun sovxozu yaşayış massivində olduğunu dəqiqləşdirmişdir. Bundan sonra onlar həmin əraziyə çıxıb saat 12 radələrində adı göstəriləməyən küçədə nömrəsiz yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs tək getdiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, özünü təqdim etməsini tələb etmiş və bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsi barədə məlumatların yoxlanılması üçün saxlanılır. Təqsirləndirilən şəxs özünü təqdim edərək bildirmişdir ki, internet vasitəsi ilə tanış olduğu tanımadığı iranlıdan özü qəbul etmək üçün narkotik maddələr almışdır. Araşdırmanın davam etdirilməsi üçün Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə getməyi təklif etmişlər, sonuncu etlraz etməyib onlarla avtomobilə oturaraq polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb polis şöbəsinə gətirilməsi barədə məruzə edəndən sonra araşdırmanın aparılması baş təhqiqatçı X11 tapşırılmışdır. Polis şöbəsinə gələrək, sonradan təhqiqatçıya təqdim olunana qədər Təqsirləndirilən şəxs onların nəzarəti altında olmuş və üstündən nə isə atmaq imkanı olmamışdır. Polis şöbəsinə gətiriləndə qısa sorğu-sual zamanı Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, sosial şəbəkələrdə iranlı kimi tanış olduğu şəxsdən 20 manatlıq narkotik maddə istəmiş, sonuncu razılaşaraq onun üçün narkotik maddəni müəyyən yerə qoyandan sonra xəbər edəcəyini bildirmiş, daha sonra həmin şəxs narkotik vasitənin Hövsan kəndində qoyulduğu yerin əlamətlərini onun telefonuna göndərmiş və bildirmidir ki, həmin yerdə iki bükümdə narkotiklər qoyulub, bükümlərdən biri onun üçündür, ikinci bükümü isə özündə saxlamağı və göndərəcəyi başqa şəxsə verməsini xahiş etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar veriləndən sonra sonuncunun üstündə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs müdafiə hüquqlarını izah etmiş, vəkil ilə bağlı mövqeyini soruşanda Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkil istəmədiyini bildirmiş, vəkildən imtina etməsinin yazılı ərizə ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı videoçəkilişin aparılması ona tapşırılmış və mobil telefonun kamerası ilə çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Zaur Eyvazov bir daha videoçəkilişlə tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, sonuncuya təklif etmişdir ki. üstündə qanunsuz saxlanılan nə varsa, masanın üstünə qoymaqla təqdim etsin. Təhqiqatçının təklifinə Təqsirləndirilən şəxs əynindəki şalvarının sol cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ cibindən ucları yığılıb bağlanmış iki ədəd sellofan bükümü çıxardıb masanın üstünə qoymuşdur. Bükümlərin biri digərindən ölçüləri ilə təxminən iki dəfə böyük olması ilə fərqlənmişdir. Bükümlərlə bağlı təhqiqatçının suallarını cavablandıranda Təqsirləndirilən şəxs saxlanılmasının faktiki halları barədə ziddiyyətli məlumatlar verərək bildirmişdir ki, 2023-cü ilin dekabr ayının 21-dən 22-nə keçən gecə Hövsan kəndinə sosial şəbəkələrdən tanış olduğu iranlı şəxsin onun sifarişi ilə qoyduğu narkotik vasitəni götürməyə getmiş, narkotik vasitəni tapa bilməyib qayıdanda vətəndaşlar onu tutub narkotik axtardığı yerə qaytarmış və narkotki tapıb polisə məlumat vermişlər, daha sonra oraya gəlmiş polis əməkdaşlarına onu təhvil vermişlər. Saxlanılmasının vaxtı və saxlayan şəxslərlə bağlı ziddiyyəli məlumatlar verməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitələr olan bükümləri iranlı kimi tanıdığı şəxsə sifariş etməsini, bükümün birinin onun üçün qoyulduğunu və ona görə 20 manat ödədiyini, digər bükümün, yəni nisbətən böyük bükümün isə iranlının sonradan onun yanına göndərəcəyi şəxsə verməsi üçün qoyulduğunu təsdiq etmişdir. Onu da bildirir ki, Təqsirləndirilən şəxs üstündəkiləri özü təqdim edəndən sonra təhqiqatçının tapşırığı ilə sahə inspektoru Şahid2 tutulan şəxs Təqsirləndirilən şəxs üstünü ətraflı axtarmış, şalvarının cibindən 30 manat pul və “Rotmans” siqareti aşkar edilmişdir. Pul və siqaret təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Götürülən iki büküm qablaşdırılanda görünmüşdür ki, kiçik həcmli bükümdə psixotrop maddə metamfetaminə oxşar kristalşəkilli ağ maddə, nisbətən böyük bükümdə isə narkotik vasitə heroinə oxşar açıq qəhvəyi rəngli maddə vardır. Təhqiqatçı hər iki bükümü bir kağız zərfə qoyub yapışqanla bağlamış və zərfi möhürləyib üstündə yazılı qeydlər aparmış, iştirakçılar zərfi imzalamışlar. Bundan əlavə "Redmi" markalı mobil telefon Təqsirləndirilən şəxs götürülmüşdür. Şəxsi axtarışın aparılması barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş və hamı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs özü də protokolu imzalamış və hər hansı bir etirazı olmamışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılmasını təklif edəndə sonuncu kirayədə qaldığı mənzilin sahibi olmadığına görə orada axtarış aparılmasına etiraz etmiş və mənzili göstərməyə razı olmamış, ünvanı barədə dəqiq məlumaı olmadığına görə axtarış və ya baxış keçirilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərdiyi şəraitdə 22 dekabr 2023-cü il tarixdə saat 12 radələrində sahə inspektoru Şahid2lə birlikdə saxlamışlar, onun saxlanılmasında kənar şəxslər iştirak etməmişlər, ümumiyyətlə o şəraitdə onu saxlayıb polis şöbəsinə gətirmək üçün köməyə ehtiyac olmamış, çünki Təqsirləndirilən şəxs tələbləri yerinə yetirməyə etiraz etməmişdir. Üstündə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs tərəfindən - 22 dekabr 2023-cü il tarixdə saat 12 radələrində deyil polis əməkdaşları tərəfindən deyil, dekabrın 22-nə keçən gecə vətəndaşlar tərəfindən tutulduğunu, narkotik vasitə və psixotrop maddə olan bükümlərin də vətəndaşlar təərəfindən tapılıb götürüldüyünü və sonradan çağırdıqları polis əməkdaşlarına təhvil verildiyi barədə göstərilənlərin işin hallarına uyğun olmadığını təsdiq edir. Şəxsi axtarışı baş təhqiqatçı Zaur Eyvazov aparmış, onlar da iştirakçılar kimi təhqiqatçının suallarına cavab verməli olmuşlar, həmin şəraitdə iştirakçı kimi onun, üzərində axtarış aparılan şəxsə sual vermək və va aparılan istintaq hərəkətini istiqamətləndirmək səlahiyyəti olmadığına görə öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs yalan danışmasına müdaxilə etməmişdir. Eyni zamanda bildirir ki, baş təhqiqatçı Zaur Eyvazov bu barədə iştirakçılardan heç kimə dəqiqləşdirici sual verməmiş, amma sual verilsə idi o da, sahə inspektoru Şahid2 də fikirlərini bildirəcəkdilər. Hər halda ifadəsində Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilməsinin faktiki halları barədə hər şeyi olduğu kimi göstərmiş və dediklərini təsdiq edir. Şahid1 əlavə ifadəsində göstərmişdir ki, 22 dekabr 2023-cü il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndi, Zeytun sovxozu adlanan ərazidə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış üçün əldə edilməsi və saxlanılması ilə əlaqədar cinayət törətmiş Təqsirləndirilən şəxs saxlanılıb 30-cu Polis şöbəsinə təhvil verəndən sonra sonuncu barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Həmin işin istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət fəaliyyətinin hərtərəfli araşdırılması üçün sübutların toplanması məqsədi ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə istintaq şöbəsindən tapşırıqlar daxil olduğuna görə, tapşırıqlar üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi davam etdirilmiş, tədbirlər nəticəsində alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, oğurluq və soyğunçuluq cinayətlərinə görə dəfələrlə məhkum olunmuş şəxs olaraq, müxtəlif vaxtlarda məhkəmənin hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası çəkmiş, azadlığa çıxandan sonra uzun müddət ərzində narkotik vasitə və psixotrop maddələrdən sui-istifadə etmiş, ictimai-faydalı fəaliyyətlə məşğul olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs qazanc əldə etmək üçün qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhərində daimi yaşayış ünvanı olmadığına görə müxtəlif ünvanlarda nüvəqqəti məskunlaşaraq tez-tez ünvanını dəyişmiş, tutulmasından əvvəl Binəqədi qəsəbəsi ərazisində ünvansız fərdi evlərdə yaşamış, onun yaşadığı ünvanın müəyyən edilməsi mümkün olmamış, tutulandan sonra özü də yaşadığı ünvanı bildirmək istəmədiyinə görə ünvanda axtarış aparılması mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs dəfələrlə qəsdən törədilən cinayətlərə görə məhkum olunmuş və cəzaçəkmə yerlərində saxlanılmış şəxs kimi kriminal davranışa meyilli olduğuna və özünün şəxsi xarakterinə görə cinayətkar fəaliyyətlə bağlı tanıdığı və cinayət törətdiyi şəxslər barəsində hüquq mühafizə orqanlarına düzgün məlumat verməkdən qəsdən yayınır. Eyni zamanda alınmış əməliyyat məlumatlarında göstərilir ki, əvvəlki məhkumluqları zamanı da kriminal nüfuzunu itirməmək üçün istintaqa düzgün ifadə verməmişdir. Təqsirləndirilən şəxs mobil telefonunda narkotik vasitənin yeri barədə məlumat verdiyi şəxsin onunla bir ünvanda yaşayan Pərviz adlı şəxs olması barədə istintaqa verdiyi məlumatın yoxlanılması zamanı bu adda şəxsin onunla bir ünvanda yaşaması təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs vətəndaşlar tərəfindən saxlanılıb polisə təhvil verilməsi barədə verdiyi məlumatlar həqiqətə uyğun deyildir, çünki onun saxlanılmasında özü iştirak etmişdir. Amma əməliyyat məlumatlarında göstərilir ki, tutulana qədər Təqsirləndirilən şəxs günün müxtəlif vaxtlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmək məqsədi ilə Hövsan kəndi ərazisinə gəldiyi vaxtlarda kənd sakinləri onun davranışından narazılıq ifadə etmiş və özünü xəbərdar edərək kənddən uzaqlaşmasını tələb etmişlər, kənd sakinləri arasında onunla təmasda olmasını etiraf edən və ifadə vermək istəyən olmamışdır. Əməliyyat-axtarış tədbirlərin nəticələri barədə məlumatlar mütəmadi olaraq istintaqa təqdim edilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törədən şəxslərlə iş təcrübəsi göstərir ki, narkotik vasitələr və psixotrop maddələri alıcı ilə bilavasitə görüşləri olmadan satan şəxslər bir qayda olaraq etibarlı münasibət qurduqları bir və ya bir neçə alıcını müəyyən ödəniş müqabilində cinayətin törədilməsində birlikdə iştirak etməyə dəvət edib razılaşır və sonradan ortaya çıxan alıcılara qabaqcadan əlbir olduqları şəxsin vasitəsi ilə satırlar. Bu halda da Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə göstərilən şəraitə uyğun olaraq qabaqcadan əlbir olmuş və cinayətin törədilməsi zamanı razılaşdırılmış şəkildə hər biri öhdəsinə götürdüyü hərəkəti icra etməklə birlikdə hərəkət etmişlər. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində mövcud olaq qiymətlər barədə məlumatlara əsasən deyə bilər ki, metamfetaminin 1 qramı təxminən 60 manat, heroinin 1 qramı isə 40 manata satılır. Odur ki, Təqsirləndirilən şəxs 10,186 qram çəkidə psixotrop maddə metamfetamini 20 manata alması inandırıcı deyildir. O isə 20 manat ödəməsini göstərməklə az miqdarda psixotrop maddə almaq istədiyini bildirmək iştəyir ki, bu yol ilə məsuliyyətinin yüngülləşdirilməsinə nail olsun. Amma buna baxmayaraq Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etmə və satma məqsədi ilə hərəkət etməsi onun saxlanılmasına qədər daxil olmuş əməliyyat məlumatları ilə saxlanılmasından sonra şəxsi axtarışın nəticələri və özünün izahatı ilə təsdiq olunmuşdur (İ cild, səh. 108-111; 151-155). 10.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 22 dekabr 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, dərhal Şahid1lə həmin yerə, kənd Hövsana gedərək şəxsə yaxınlaşıb 30-cu polis şöbəsinə dəvət etmişlər. Daha sonra üzərinə baxış keçirilmiş və üzərindən psixotrop maddə aşkar edilərək qablaşdırılmışdır. 11.Şahid2 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, məlumat 30-cu polis şöbəsinə daxil olmuş və keçirilmiş tədbirdə əməliyyatçılardan Şahid1 iştirak etmişdir. X21 saat 11-də saxlanılmışdır. Kənd camaatından məlumat daxil olmuş və onlar da gedib saxlayaraq gətirmişlər. Məlumatı ona kənd camaatı vermiş, kənd camaatı onların məxfi əməkdaşları olmamışdır. İranlı ilə əlaqəsi olduğundan kənd camaatı şəxsi saxlamışdır. Kənd camaatı tutub saxlamış və onlar da götürüb gəlmişlər. Kənd camaatının bu şəxsi onlara nə vaxt təhvil verməsi onun yadında qalmamışdır. Həmin kəndə o, nəzarət etmiş, kənddən ona kimin zəng etməsi yadında qalmamış, kənd camaatı zəng edərək şübhəli şəxs qismində bir nəfəri saxladıqlarını demişdir. Bu adamı oğurluqda şübhə etdikləri üçün saxlamışlar. Üzərinə şəxsi axtarış 30-cu polis şöbəsində videoçəkilişlə aparılmışdır. Baxış keçiriləndə orada vəkil iştirak etmiş, amma vəkilin kim olması yadında qalmamışdır. Özü vəkildən imtina etmişdir. Üzərindən narkotik vasitə aşkar edilmişdir. Aşkar edilənlər iki-üç büküm olardı. Özü əvəlcə 20 manata aldığını bildirmiş, sonra isə iranlı ilə əlaqəsinin olduğu məlum olmuşdur. İndiki ifadəsi ilə istintaq dövründə verdiyi ifadəsi arasındaki ziddiyyətlə bağlı deyə bilər ki, məlumat olmuş və onlar da gedib götürmüşlər. Məhkəmədəki ifadəsi əsas götürülsün. Onlar şəxsi kənd camaatının oğurluqda şübhəli olması məlumatı ilə bağlı saxlamışlar, narkoman kimi tutub gətirmişlər. İbtidai istintaq dövründəki ifadəsində olan imza ona məxsusdur. Əməliyyat məlumatında şəxsin birinci qrup əlil olması barədə məlumat olmamış, portaldan elə bir məlumat aşkar edilməmişdir. Saxlanılan zaman, bölmədə şəxsə hansısa zor və təzyiq olmayıb. 12.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri. Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. Xidməti vəzifəsinin icrası zamanı 22 dekabr 2023-cü il tarixdə polis şöbəsinin rəisinin əmri ilə yaradılmış əməliyyat qrupunun üzvü kimi, şöbənin əməliyyat müvəkkili Şahid1 qərarı ilə keçirilən əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. Keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs Suraxanı rayonu, Hövsan kəndi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatları yoxlanılmışdır. Əməliyyat qrupunun rəhbəri kimi əməliyyat müvəkkili Şahid1 şəxs barəsində malik olduğu məlumatlara əsasən tədbirin vaxtını və keçiriləcək ərazini müəyyənləşdirmişdir. Onlar saat 11 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi Hövsan kəndində Zeytun sovxozu deyilən ərazidə müşahidə aparmağa başlamışlar. Saat 12 radələrində ad verilməmiş küçədə nömrəsiz yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs yol ilə tək getdiyi vəziyyətdə aşkar etmiş və saxlanılmasını qərara almışlar. Yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, Təqsirləndirilən şəxs özünü təqdim etməsini tələb etmişlər, sonuncu özünü təqdim edəndə bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsi barədə məlumatların yoxlanılması üçün saxlanılır. Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını biləndən sonra demişdir ki, internet vasitəsi ilə tanış olduğu tanımadığı iranlıdan özü qəbul etmək üçün narkotik maddələr almışdır. Narkotik vasitə aldığı şəxsin kimliyi barədə ətraflı məlumat almaq üçün suallar verəndə Təqsirləndirilən şəxs bildirmişdir ki, sosial şəbəkələrdə iranlı kimi tanış olduğu şəxsdən 20 manatlıq narkotik maddə istəmiş, sonuncu razılaşaraq onun üçün narkotik maddəni müəyyən yerə qoyandan sonra xəbər edəcəyini bildirmiş, daha sonra həmin şəxs narkotik vasitənin Hövsan kəndində qoyulduğu yerin əlamətlərini onun telefonuna göndərmiş və bildirmişdir ki, həmin yerdə iki bükümdə narkotiklər qoyulub, bükümlərdən biri onun üçündür, ikinci bükümü isə özündə saxlamağı və göndərəcəyi başqa şəxsə verməsini xahiş etmişdir. Araşdırmanın davam etdirilməsi üçün Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə getməli olduğunu bildirmişlər, sonuncu etiraz etməmiş və onlarla avtomobilə oturub polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gətiriləndən sonra araşdırmanın aparılması şöbənin baş təhqiqatçısı X11 tapşırılmışdır. Polis şöbəsinə gətiriləndə, sonradan polis şöbəsində olan zaman təhqiqatçıya təqdim olunana qədər Təqsirləndirilən şəxs onların nəzarəti altında olduğundan diqqətdən kənar olaraq üstündən nə isə atmaq imkanı olmamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar verəndən sonra sonuncunun üstündə videoçəkilişlə şəxsi axtarış aparmış, şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs müdafiə hüquqlarını izah etmiş, vəkil ilə bağlı mövqeyini soruşanda Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkil istəmədiyini bildirmiş, vəkildən imtina etməsinin yazılı ərizə ilə təsdiq etmişdir. Şəxsi axtarışın gedişinin videoçəkilişini əməliyyat müvəkkili Şahid1 aparmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Zaur Eyvazov tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, təklif etmişdir ki. üstündə qanunsuz saxlanılan nə varsa, özü təqdim etsin. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki şalvarının sol cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ cibindən ucları yığılıb bağlanmış iki ədəd sellofan bükümü çıxardıb masanın üstünə qoymuşdur. Bükümlərin birinin digərindən həcminə görə böyük, kiçik həcmli bükümdə psixotrop maddə metamfetaminə oxşar kristalşəkilli ağ maddə, nisbətən böyük bükümdə isə narkotik vasitə heroinə oxşar açıq qəhvəyi rəngli maddə olduğunu görmüşlər. Bükümlər barədə təhqiqatçının suallarına cavabında Təqsirləndirilən şəxs bildirmişdir ki, 2023-cü ilin dekabr ayının 21-dən 22-nə keçən gecə Hövsan kəndinə sosial şəbəkələrdən tanış olduğu iranlı şəxsin onun sifarişi ilə qoyduğu narkotik vasitəni götürməyə getmiş, narkotik vasitəni tapa bilməyib qayıdanda vətəndaşlar onu tutub narkotik axtardığı yerə qaytarmış və narkotiki tapıb polisə məlumat vermişlər, daha sonra oraya gəlmiş polis əməkdaşlarına onu təhvil vermişlər. Saxlanılmasının vaxtı və saxlayan şəxslərlə bağlı ziddiyyətli məlumatlar verməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitələr olan bükümləri iranlı kimi tanıdığı şəxsə sifariş etməsinin, bükümün birinin razılaşmalarına görə onun üçün qoyulduğunu və ona görə 20 manat ödədiyini, digər bükümün, yəni nisbətən böyük bükümün isə iranlının sonradan onun yanına göndərəcəyi şəxsə verməsi üçün qoyulduğunu təsdiq etmiş, həmin bükümü götürəcək şəxsi özü tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs göstərilən maddələri və telefonu təqdim etməsindən sonra təhqiqatçının tapşırığı ilə özü onun üstünü ətraflı axtarmış, şalvarının cibində aşkar edilmiş 30 manat pul və Rotmans siqaretini çıxardıb masaya qoymuş, pul və siqaret təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Təhqiqatçı içində maddələr olan bükümləri bir kağız zərfə qoyub zərfi möhürləmiş və üstündə yazılı qeydlər aparmış, iştirakçılar zərfi imzalamışlar. Eləcə də “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs götürülmüşdür. Şəxsi axtarışın aparılması barədə təhqiqatçı protokol tərtib edərək iştirakçıları tanış elmiş, iştirakçılar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs etiraz bildirmədən protokolu imzalamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotiklər olması barədə soruşmuş və evinə baxış keçirilməsini təklif etmiş, Təqsirləndirilən şəxs mənzilin ünvanını deyə bilməmiş, kirayədə qaldığı mənzilin ona məxsus olmadığına görə orada axtarış aparılmasına etiraz etmiş və mənzili göstərməyə razı olmamış, ona görə də ünvanını bilmədikləri mənzilə baxış keçirə bilməmişlər. Təqsirləndirilən şəxs yuxarıda göstərdiyi şəraitdə 22 dekabr 2023-cü il tarixdə saat 12 radələrində saxlamışlar, saxlanılmasında kənar şəxslər iştirak etməmişlər. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı dedikləri işin hallarına uyğun deyildir. Şəxsi axtarışı aparan baş təhqiqatçı Zaur Eyvazov özü suallar verib cavablar almış, təhqiqatçı sual vermədən şəxsi axtarış zamanı onun sərbəst danışmağı düzgün olmazdı, ona görə də müdaxilə etməmiş və Təqsirləndirilən şəxs yalan dediklərinə dair fikir bildirməmişdir. İfadəsində Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilməsinin faktiki halları barədə hər şeyi olduğu kimi göstərmiş və dediklərini təsdiq edir. Onu da bildirir ki, şəxsi axtarışdan sonra onlar təhqiqatçı Zaur Eyvazova xatırlatmışlar ki, Təqsirləndirilən şəxs şəxsi axtarışda yalan məlumat vermiş, təhqiqatçı gələcəkdə istintaq yolu ilə ziddiyyətli halların araşdırılacağını bildirmişdir. Təqsirləndirilən şəxs əməliyyat qrupu kimi onun və Şahid1 tərəfindən yuxarıda göstərdiyi şəraitdə saxlanılmış və üstündə şəxsi axtarış polis şöbəsində təhqiqatçı tərəfindən aparılmışdır (İ cild, səh. 114-118). 13.Məhkəmə istintaqı zamanı təhqiqatçı X3 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs post patrul əməkdaşları və əməliyyatçılar tərəfindən gətirilmişdir. Post patrul əməkdaşları Təqsirləndirilən şəxs əməliyyatçılara təhvil vermişlər. Cinayət işinin başlanması haqqında qərar əməliyyatçıların gətirdiyi raport əsasında qəbul edilmişdir. Qərarda o qaydada qeyd etməyinə səbəb ola bilsin ki, post patrul xidməti əməkdaşları gətirib təhvil vermişlər. Post patrul xidmətinin əməkdaşları əməliyyatçılarla birgə tədbir keçirib gətirmişlər. Şübhəli şəxsin tutulması protokolunda olan qeyd onun tərəfindən yox, müdafiəçi tərəfindən yazılmışdır. Müdafiəçi protokolla tanış olanda əlavə etmək istəmiş, daha sonra yazmış, o isə bunu qeyd kimi rəsmiləşdirməmişdir. Şəxsin özü şəxsi axtarışdan əvvəl vəkildən imtina etmişdir. Vəkil tutulmada iştirak etməmiş, özləri tutmuşlar. Şübhəli şəxsin tutulması protokolunda yazılan saat həmin protokolun tərtib edildiyi saatdır. Şahid1 onların bölməsinin əməkdaşıdır. Şəxs əməliyyat məlumatı əsasında yox post patrul xidməti tərəfində gətirilmişdir. Bu şəxsə baxanda əqli problemlərinin olduğunu bilmişdir. Təqsirləndirilən şəxs əlil olması ilə bağlı heç bir şeyi təqdim etməmişdir. O, bu şəxsin danışığı və davranışından əlil olduğunu bilməmişdir. 14.Məhkəmə iclasında müstəntiq X12 bildirmişdir ki, təqsirləndirilən şəxs qismində cəlb qərarında olan qeydi təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə olan müdafiəçisi yazmışdır. Müdafiəçinin qeyd etdiklərini şübhəli şəxs qismində də bildirmişdir. Qərarda qeyd edilənləri özü konfedensial görüş zamanı müdafiəçisinə bildirmiş və ona görə də müdafiəçi qərara qeyd kimi əlavə etmişdir. Saat 12 radələri ifadəsi saat 12.00 olması nəzərdə tutulmuşdur. 15.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi Hövsanda kəndin içində görmüş, kənddə dayısı yaşamış və gecə saat 1-2 radələrində dayısıgilə gedəndə şəxsi o ərazidə görmüşdür. Onlar tərəfdə yad adam gördükdə yaxınlaşaraq kim olduğunu və nə üçün gəldiyini soruşmuşlar. Bu şəxsə yaxınlaşaraq sual verdikdə ona “sənə nə var kimi gözləyirəm” cavabını vermişdir. Kimi gözləməsini soruşduqda adını bildirməmişdir. Bundan sonra üzünü çevirib getdikdə bir maşının gələrək saxladığını görmüşdür. Daha sonra şəxsi polis maşınına mindirib aparmışlar, hara aparmaqlarını isə bilməmişdir. 16.Şahid X5 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, o, bu şəxsin aparılması ilə bağlı polisə zəng etməmişdir. Hadisə keçən il baş vermiş, o, 7 ay bundan əvvəl tutulmuş və tutulmazdan 1-2 gün əvvəl bu hadisə baş vermişdir. Bu şəxsi gördüyü yer işıqlıq olduğundan təqsirləndirilən şəxsi görən kimi tanımışdır. Əyninə nə geyinməsi yadında qalmamışdır. Ayın tarixini xatırlamır, havalar soyuq olmuşdur. Turalı maşına mindirib aparanlar iki cavan polis əməkdaşları olmuşdur. 17.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6531 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194" möhür əksi, “Ş/ş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." və s. yazılar, imzalar, soyadlar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,186 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd bükümdə təmiz çəkisi 19,216 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 44-48). 18.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 28 mart 2024-cü il tarixli, 1947 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorlardan isitfadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 133-134). 19.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 mart 2024-cü il tarixli, 803 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində keçirilmiş meninqoensefalit, sağ yuxarı ətrafın parezi ilə müəyyən edilir. İİ.Yekun hissəsi. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 135-136). 20.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10-Hüquqi şəxsi stasionar məhkəmə-psixiatrik ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 204 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Bunu cinayət işi materialları, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində özünü ümumən sakit aparması, şöbədaxili rejimə tabe olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin qənaətbəxş səviyyədə saxlanılması, produktiv verbal kontakt qurmağın mümkün olması, söz ünsiyyəti zamanı söhbətə həvəslə və fəal şəkildə qoşulması, nitqinin ardıcıl olması, suallara məzmunlu cavablar verməsi, onları mahiyyətinə uyğun şəkildə və əsasən ətraflı cavablandırması, təfəkkürünün adi tempdə, ardıcıl və məntiqli olması, mülahizə və mühakimələrində məntiqlilik müşahidə edilməsi, aparılan sorğu-sual gedişatında kəskin produktiv psixopatoloji simptomatika (qavrama yanlışlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri) müəyyən edilməməsi, mnestik-koqnitiv funksiyalarından yaddaş və diqqətində kobud pozuntu nəzərə çarpmaması, anamnestik məlumatları xronoloji ardıcıllıqla çatdırması, əhvali-ruhiyyə fonunun ümumən sabit olması, emosiyalarında bir qədər dəyişkənlik müşahidə edilməsi, iradə və meyl sahəsində heç bir pozuntu aşkarlanmaması, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya aydın tənqidi münasibət bəsləməsi, öz gələcək aqibətinə diqqətlə yanaşması və s.) sübut edir. Anamnezində keçirilmiş kəllə-beyin kötüyü meninqoensefalitinin qalıq əlamətləri, sağ tərəfli spastik hemiparez qeyd olunur. İİ.Yekun hissəsi. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıqdan əziyyət çəkmədiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. 21.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 22 dekabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən şəffaf sellofana bükülmüş içərisində iki ədəd bükümü təqdim edərək həmin bükümlərdə şüşə və heroin kimi tanıdığı narkotik vasitlərin olduğunu bildirmişdir. Təqdim edilmiş iki ədəd şəffaf sellofondan ibarət bükümlərə baxış keçirilərkən içərisində 01 (bir) ədəd kristall şəkilli ağ rəngli psixotrop maddə metamfetamin və 01 (bir) ədəd heroinə bənzər maddə, sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon və 30 manat pul əskinazı aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələri İran vərəndaşından onlayn vasitəsi ilə tanış olaraq öz şəxsi istifadəsi üçün alıb 20 manat pul ödəmişdir. Həmin narkotik vasitələri İran vətəndaşının onun mobil telefonuna atdığı konum vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Hövsan qəsəbəsi, Hövsan kəndi, Zeytun saxvozu nömrəsiz ev ünvanın hasarının kənarından götürüb cibinə qoyub hadisə yerindən uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. O, sorğu zamanı yaşadığı evdə narkotik vasitə saxlamadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddəyə oxşar metafetaminə bənzər maddə və heroinə oxşar maddə olan ümumilikdə 02 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (İ cild, səh. 34- 35). 22.«Baxış keçirilməsi haqqında» 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, 22 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulandan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: Üstündə ***-***-**-** mobil nömrəsi olan gövdəsi qara rəngli «Redmi» markalı smartfon tipli mobil telefon aparatının yaddaşında “23 dekabr 2023 23:36” , “23 dekabr 2023 23:37” tarixli iki fotoşəkildə binanın yanına gedən yolun fraqmenti, bir ədəd fotoşəkildə isə ağ rəngli torbacıq formalı ağ şəkilli büküm müşahidə olunur. Telefonun yaddaşında Təqsirləndirilən şəxs səsi ilə “21 dekabr 2023” tarixli aşağıdakı məzmunlu səsli SMS aşkar edilmişdir: Qaqa neynirsən, alyo. Beş dənə pavlin var, beş dənə, təmiz pavilin də, bir ay, quruqları gəlib bax belə, tovuz quşu kimi. Birin 7 manatdan deyir. Burda “Zəngəzur” restoranı yoxdur? Onun yanındadır, deyəsən o oğlan qaçqındır, səhv eləmirəmsə, bilmirəm mənim nömrəmi hardan götürüb, dedim hardandır, dedi tik-tokdandı nə bilim hardandı, dedim aya mənim nömrəm tik-tokda neyniyir. Əə hər nə isə, hardan, mənə nə var hardan qardaaş. Deyir videosun atım baax. Gör indi, yoox pavilindir deyirəm, birin on manata verəni də var. Ya pavilinin qiyməti neçəyədir bazarda, heç baxa bilmirəm, qoy bir dənə baxım görüm. Telefonun yaddaşında Təqsirləndirilən şəxs səsi ilə “21 dekabr 2023” tarixli aşağıdakı məzmunlu səsli video SMS aşkar edilmişdir: əlinin barmaqları ilə bir ədəd ağ Təngli bükümü cins şalvarın böyük qabaq cibinin içindəki kiçik cibə qoyan şəxs izah edir ki, Paşa, şalvarın bu içəri cibi, zajiqalka yeri yoxdur? Ora qoydum (İ cild, səh. 121). 23.«DVD-R diskdə olan məlumatlara baxış keçirilməsi haqqında» 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 22 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulandan sonra üstündə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazısı olan bir ədəd DVD-R modelli diskdə olan məlumatlara baxış keçirilmişdir. Diskin yaddaşında aşkar edilən videofaylı açdıqda 11 dəqiqə 20 saniyədən ibarət videoyazı aşkar edilmişdir(İ cild, səh. 104-105). 24.«CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında» 14 aprel 2024-cü il tarixli protokolda aşağıdakılar qeyd edilmişdir: "xxxx" MMC-dən daxil olmuş CD-R modelli diskdə olan məlumatlara baxış keçirilmişdir. Diskin yaddaşında «Zenglerin_Detallasmasi_**********2548_702166606_3077»,«SMS_Tarixcesi_**********05 50_702166606»,«SMS_Tarixcesi_**********0552_702166606»,«Zenglerin_Mexsusluq_Tari xceleri_**********2622_702166606_NAR_3077» adlı 04 məlumat faylı aşkar edilmişdir. Faylları açdıqda aşağıdakı məzmunda məlumatlar aşkar edilmişdir: «Zenglerin_Detallasmasi_**********2548_702166606_3077» adlı faylda ********* nömrəli telefona daxil olmuş və çıxan zənglər barədə məlumatlar 185 səhfədə olub «**********06 GPRS xx.xx.2023 01:37:41 10079 LBBK558105/LBBK5581 Binagadi Oil_Syanshor/"X20 şirkətinin 2-ci neft mədəninin ərazisi" /Binagadi/ (40.476xx/xx.85741)» məzmunlu qeydlə başlanır və «**********06 GPRS xx.xx.2023 20:19:31 1848 LABS439303/LABS4393 Hovsan ABU Petrol/"Bakı şəhəri, Hovsan qəsəbəsi, Zeytunculug sovxozu"/Surakhany/ (40.36xx/xx.0824)» məzmunlu qeydlə bitir. Göstərilən faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil nömrənin 22 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində işlədiyi barədə aşağıdakı məlumatlar vardır: - **********06 GPRS xx.xx.2023 12:26:49 392 LABS077702/LABSO777 Hovsan_Medeniyyet_Evi/ "Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi Aysel kafesi"/Surakhany/ (40.356xx/xx.07365). -**********06 GPRS xx.xx.2023 12:33:21 695 LABS077702/LABSO777 Hovsan_Medeniyyet_Evi/"Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi"/Surakhany/ (40.356xx/xx.07365).-**********06 GPRS xx.xx.2023 12:44:56 3203 LABS077705/LABS0777 Hovsan_Medeniyyet_Evi/"Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Ayselkafesi"/Surakhany/(40.356xx/xx.07365). Alınmış anten məlumatları ilə Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı Hövsan kəndi ərazisındə saxlanılması bir daha təsdiq olunur. Bundan əlavə mobil nömrənin başqa vaxtlarda da Hövsan kəndi ərzisində işləməsi barədə məlumatlar vardır ki, bu barədə məlumatlar Təqsirləndirilən şəxs həmin ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onun tutulmasına qədər alınmış əməliyyat məlumatları ilə üst-üstə düşür. «SMS_Tarixcesi **********0550_702166606» adlı faylda ********* nömrəli telefona daxil olmuş SMS-lər barədə məlumatlar 02 səhifədə olub, mətnlərdə iş üçün əhəmiyyət kəsb edə biləcək məlumat yoxdur. «SMS_Tarixcesi_**********0552_702166606» adlı faylda ********* nömrəli telefondan çıxan SMS-lər barədə məlumatlar 03 səhifədə olub, mətnlərdə i üçün əhəmiyyət kəsb edən aşağıdakı məlumat aşkar edilir: “xx-xx-2023 23:53:23 xx-xx-2023 23:53:23 1.1.**********06 1.1.**********81 20 X13, 20 X24 Bu Saat DELİVERED”. SMS mətnindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********06 mobil nömrəsindən **********81 mobil nömrəsinə xx-xx-2023-cü il tarixdə gecə saat 23:53 dəqiqə 23 saniyədə SMS-lə müraciət edərək “20 manatlıq Patı” təklif edir. SMS mətnləri arasında yazılı mətnlər yoxdur, ancaq şəbəkə xidmətinin dördrəqəmli telefon nömrələri ilə əlaqələr barədə məlumatlar əks olunmuşdur (İ cild, səh. 165-166). 25.«Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, «vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Hövsan kəndi, Zeytun sovxozu ərazisində nömrəsiz evin qarşısında Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi səbəbindən saxlanılaraq, 30-cu PŞ-nə gətirilib üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılan zaman göy rəngli cins şalvarının sağ cibindən 02 ədəd bükümdə narkotik vasitə və psixotrop maddələrə bənzər maddələr aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır». 26.Cinayət işinin materiallarında olan 22 dekabr 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1982-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 6 ünvanında qeydiyyatda olan və ünvan 7nında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olduğumuşdur. Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verməyinizi xahiş edirəm». 27.«Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1982-ci ildə Naxçıvan MR-da anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 8 ünvanında qeydiyyatda olan və ünvan 7nında yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. 28.Cinayət işinin materiallarında olan 22 dekabr 2023-cü il tarixli raportdan görünür ki, «22 dekabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti ərazisində əməliyyat qrupunun tərkibində həyata keçirdiyimiz əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməkdə və üzərində saxlamaqda şübhəli bilinən xx.xx.1982-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 9 ünvanında qeydiyyatda olan və ünvan 10ında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək, həmin tarixdə saat 12:00 dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Zeytun sovxozu ərazisində nömrəsiz evin yaxınlığında tərəfimizdən saxlanılmış və Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir». 29.Cinayət işinin materiallarında olan 22 dekabr 2023-cü il tarixli təhqiqatçı Z.Eyvazov tərəfindən tərtib edilmiş raportdan görünür ki, B şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində ünvan 12 ünvanının qarşısında Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi səbəbindən saxlanılaraq RPİ-nin 30-cu PŞ-ə gətirilmiş, aparılmış təhqiqa araşdırması zamanı Təqsirləndirilən şəxs üzərindən 10,186 qram metamfetamin və 19,216 qram heroin aşkarlanaraq götürülmüş fakt üzrə təxirsalınmaz istintaq hərəkətləri apararaq cinayət işi başlanması qeyd edilmişdir. 30.Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 26 iyul 2024-cü tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Diaqnoz: Keçirilmiş kəllə beyin kötüyü meninqoensefalitinin qalıq əlamətləri, sağ tərəfli spastik hemiparez. Kiçik çanaq orqanlarının funksiyasının ləngimə şəkilli pozulması. 31.«Sübutların qiymətləndirilməsi və əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında» 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, təqsirdəndirilən şəxs Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə şəxsi axtarış zamanı götürülmüş 02 sellofan bükümdə 10,186 qram metamfetamin və 19,216 qram heroin iş üzə maddi sübut kimi tanınmış, ekspertizadan istintaqa qaytarılmış metamfetaminin 10,086 qram qalığı və heroinin 19,116 qram qalığı saxlanılması üçün Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. 22 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs olğunun şəxsi axtarışının videotəsvirləri olan DVD formatlı disk sübut əhəmiyyətli məlumatların elektron daşıyıcısı kimi maddi sübut kimi tanınaraq cinayət işində saxlanılır. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefonunun yaddaşında aşkar edilmiş spesifik formalı sellofan bükümün fototəsviri, şəxsən özü narkotik vasitəni qoyduğu yeri müraciət etdiyi şəxsə izah etdiyi video SMS fraqmenti sübut kimi tanınmış, “Redmi” markalı mobil telefon sübut əhəmiyyətli məlumatların elektron daşıyıcısı kimi Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. "xxxx" MMC-dən alınmış CD diskdə olan məlumatlar iş üzrə sübut növü kimi qiymətləndirilmiş, sübutların elektron daşıyıcısı olan CD diski maddi sübut kimi tanınaraq cinayət işində saxlanılır (İ cild, səh. 169-184). 32.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 30 sentyabr 2024-cü məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində 3 saylı İstintaq təcridxanasına daxil olmuşdur. İlkin tibbi baxış zamanı o, tutulan zaman zədə almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. 33.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 22). 34.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 dekabr 2023-cü il tarixli, 4(010)- 488/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 84-87). 35.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 36.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 37.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 38.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 39.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. 40.Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxması və ya daşması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 41.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. 42.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 43.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 44.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. 45.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. 46.Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və təqsirləndirilən şəxsin təqsirliliyinə dair başqa sübutlar aşkar olunmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunan Təqsirləndirilən şəxs bəraət verilməlidir. 47.Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün sübutlardan biri kimi sonuncunun 23 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində və 24 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələridir ki,” ...narkotik vasitəni və psixotrop maddəni hər dəfə tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn qaydada şəxsi istifadəsi üçün aldığını, sonuncu dəfə 21 dekabr 2023-ci il tarixdən 22 dekabr 2023cü il tarixinə keçən gecə İran İslam Respublikası vətəndaşına onlayn qaydada 20 manat göndərdiyini, bunun müqabilində həmin şəxsin ona 2 büküm narkotik vasitə göndərməli olduğunu, həmin bükümlərin birini özünə götürməli, digərini isə iranlının göstərişi ilə başqa yerə qoymalı olduğunu, həmin bükümləri iranlıdan “zakladka” yolu ilə aldığını, gecə saatlarında iranlının atdığı konum əsasında Hövsan qəsəbəsinə gələrək iranlının əvvəlcədən oraya qoyduğu bükümləri axtarmağa başladığını, narkotik vasitəni nə qədər axtarsa da, tapa bilmədiyini, geri dönmək istəyərkən özünü şübhəli apardığı üçün kənd camaatının onu saxladıqlarını və polis əməkdaşlarını çağırdıqlarını, bir az sonra onu saxlayan şəxslərin onu və həmin ərazidən tapılan narkotik vasitələri polisə təhvil verdiklərini bildirməsi qeyd edilmişdir. 48.Məhkəmə qeyd olunan ifadələrə münasibətdə belə qənaətə gəlir ki, istintaq orqanının təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi şübhəli şəxsin dindirilməsi haqqında 23 dekabr 2023-cü il tarixli və təqsirləndirilən şəxsin dindirilməsi haqqında 24 dekabr 2023-cü il tarixli protokollarda olan Təqsirləndirilən şəxs ifadəsində göstərilənlər həqiqəti əks etdirmir. 49.Məhkəmə ibtidai istintaq zamanı tərtib olunmuş Təqsirləndirilən şəxs həmin etirafedici ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 50.Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda qeyd edilir ki, Təqsirləndirilən şəxs ...22 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri. Suraxanı rayonu, Hövsan kəndində Zeytun sovxozu deyilən ərazidə, onunla eyni niyyətlə hərəkət edən şəxsiyyəti məlum olmayan şəxsin verdiyi məlumatlardan istifadə etməklə, sonuncunun istintaqa məlum olmayan şəxsin mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətdiyi yerdən bir bükümdə təmiz çəkisi 19,216 qram olan, külli miqdarda kustar üsullu hazırlanmış narkotik vasitə heroini və bir bükümdə təmiz çəkisi 10,186 qram olan, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürməklə əldə edib üstündə saxlayaraq daşıdığı zaman, onun cinayət törətməsi barədə aldıqları məlumata əsasən əməliyyat-axtarış tədbirləri keçirən Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriləndən sonra üstündə şəxsi axtarış zamanı əynindəki şalvarın sağ cibindən bir bükümdə təmiz çəkisi 19,216 qram olan, külli miqdarda narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 10,186 qram olan, külli miqdarda psixotrop maddə metamfetamin götürülmüşdür. 51.Göründüyü kimi Təqsirləndirilən şəxs verilmiş ittihamda sonuncunun bir bükümdə təmiz çəkisi 19,216 qram olan külli miqdarda kustar üsullu hazırlanmış narkotik vasitə heroini və bir bükümdə təmiz çəkisi 10,186 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürməklə əldə edib üstündə saxlayaraq daşıdığı zaman əməliyyat-axtarış tədbirləri keçirən polis əməkdaşları tərəfindən saat 12 radələrində saxlanıldığı qeyd edilmişdir. Lakin, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs istintaq orqanının istinad etdiyi şübhəli şəxs qismində 23 dekabr 2023-cü il tarixdə və təqsirləndirilən şəxs qismində 24 dekabr 2023-cü il tarixdə verdiyi ifadələrində ...gecə saatlarında iranlının atdığı konum əsasında Hövsan qəsəbəsinə gəldiyini və iranlının əvvəlcədən oraya qoyduğu bükümləri axtarmağa başladığını, narkotik vasitəni nə qədər axtarsa da tapa bilmədiyini, geri dönmək istəyərkən özünü şübhəli apardığı üçün kənd camaatı onu saxladığını və polis əməkdaşlarını çağırdıqlarını, bir az sonra onu saxlayan şəxslərin onu və həmin ərazidən tapılan narkotik vasitələri polisə təhvil verdiklərini bildirmişdir. 52.İttahama əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğu, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildiyi və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanıldığı görünür. Lakin, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində deyil, kənd sakinləri (kənd camaatı) tərəfindən saxlanılması müəyyən olunmmuşdur. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılması ilə bağlı da kifayət qədər ziddiyyətlər mövcüddur. 53.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı, sahə inspektoru Şahid2 verilmiş suallara cavab olaraq, məlumatın kənd camaatından daxil olduğunu, zəng edərək şübhəli şəxs qismində bir nəfəri saxlamalarını dediklərini, kənddən ona kimin zəng etməsinin yadında qalmadığını və Təqsirləndirilən şəxs kənd camaatının saxladığını bildirmişdir. Digər şahid F.Qasımov da təqsirləndirilən şəxsin gecə saatlarında kənd camaatı tərəfindən saxlanıldığını, daha sonra polisə məlumat verilmiş, post-patrul gələrək polis əməkdaşları tərəfindən aparılmışdır. Bundan başqa təhqiqatçı X3 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs post patrul əməkdaşları və əməliyyatçılar tərəfindən gətirilmiş,post patrul əməkdaşları Təqsirləndirilən şəxs əməliyyatçılara təhvil vermişlər. Lakin iş materiallarına əsasən əməliyyatda sadəcə iki nəfər polis əməkdaşı iştirak etmiş və təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən səhər saat 12-də saxlanılmışdır. 54.Beləliklə təqsirləndirilən şəxsin əməliyyat-axtarış tədbiri əsasında yox, kənd əhalisinin zəngi əsasında polis tərəfindən özünü şübhəli aparması əsası ilə tutulması və post patrul xidmətinin əməkdaşları tərəfindən polis idarəsinə aparılması həm sahə rəsinin ifadəsi, həm şahid F.Qasımovun ifadəsi, təqhqiqatçının Z.Eyvazovun saullara cavabı ilə təqsidiqini tapır. 55.Bu hal eyni zamanda iş materiallarında olan sənədlərdə də öz əksini tam şəkildə biruzə verir. 56.Belə ki, 23 dekabr 2023 tarixli təhqiqatçı Z.Eyvazov tərəfindən tərtib edilmiş raportda şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində ünvan 12 ünvanının qarşısında Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi səbəbindən saxlanılaraq RPİ-nin 30cu PŞ-ə gətirilmiş, aparılmış təhqiqa araşdırması zamanı Təqsirləndirilən şəxs üzərindən 10,186 qram metamfetamin və 19,216 qram heroin aşkarlanaraq götürülmüş fakt üzrə təxirsalınmaz istintaq hərəkətləri apararaq cinayət işi başlanması qeyd edilmişdir. 57.Digər sənəd - «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, «vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 12 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Hövsan kəndi, Zeytun sovxozu ərazisində nömrəsiz evin qarşısında Suraxanı RPİ-nin 30-cu PŞnin əməkdaşları tərəfindən özünü şübhəli aparması və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi səbəbindən saxlanılaraq, 30-cu PŞ-nə gətirilib üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılan zaman göy rəngli cins şalvarının sağ cibindən 02 ədəd bükümdə narkotik vasitə və psixotrop maddələrə bənzər maddələr aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır». 58.Yuxarıda sadalanan hər iki sənəddə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Hövsan kəndi, Zeytun sovxozu ərazisində nömrəsiz evin qarşısında Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi səbəbindən saxlanılması qeyd edilmişdir. 59.Beləliklə təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsində saxlanılma yeri və şəraiti barədə göstərdiyi xüsusatların həqiqəti əks etdirdiyi məhkəmədə şübhə doğurmur. 60.Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı «Şəxsi axtarış və götürmə aparılması» barədə videoçəkilişdəki şifahi izahatını zorakılığa və hədəyə məruz qalması nəticəsində verməsi ilə əsaslandırmışdır. 61.Təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə «Şəxsi axtarış və götürmə aparılması» barədə videoçəkilişdə ifadələrin əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici ifadələr təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut növü kimi qəbul edilə bilməz. 62.Belə ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan sənədlərə əsasən müdafiəçi ilə təmin edilməsinə baxmayaraq, üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçisi iştirak etməmişdir. 63.İş materiallarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 22 dekabr 2023cü il tarixdə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi vəziyyəti ilə əlaqədar hüquqlarının müdafiəsi edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilməsini xahiş etmiş və həmin tarixdə vəkil dəvət edilərək şübhəli şəxsə təqdim edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərində aşkar edilmiş narkotik vasitə ilə bağlı keçiriləcək videoçəkiliş zamanı vəkilin iştirakından imtina etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılarkən müdafiəçinin iştirakı təmin edilməmiş, daha sonra, müdafiəçi Azər Məhərrəmov «Şəxsi axtarış və götürmə aparılması haqqında» 22 dekabr 2023-cü il tarixli protokola «tanış oldum» qeydi edərək həmin protokolu imzalamışdır. 64.Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 26 iyul 2024-cü məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Diaqnoz: Keçirilmiş kəllə beyin kötüyü meninqoensefalitinin qalıq əlamətləri, sağ tərəfli spastik hemiparez. Kiçik çanaq orqanlarının funksiyasının ləngimə şəkilli pozulması. 65.Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10-Hüquqi şəxsi stasionar məhkəmə-psixiatrik ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 204 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ...Anamnezində keçirilmiş kəllə-beyin kötüyü meninqoensefalitinin qalıq əlamətləri, sağ tərəfli spastik hemiparez qeyd olunur. 66.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3-cü maddəsinə əsasən, cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı hallarda təmin olunmalıdır: 92.3.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə; 92.3.2. şübhəli və ya təqsirləndirilən şəxs görmə, eşitmə və nitq qabiliyyəti tam məhdud olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntulara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə; 92.3.3. cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə və s. 67.Cinayət işinin materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin prosessual hərəkətdə Təqsirləndirilən şəxs müdafiəçisi X7 iştirak edərək saat 13:45-dən 13:55-dək tərtib olunmuş protokolu imzalamış, daha sonra təhqiqatçı Zaur Eyvazov tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmiş, həmin qərar, «Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında» protokol və 22 dekabr 2023-cü il tarixdə tərtib edilmiş digər sənədlərdə müdafiəçi X7 imza etmişdir. Lakin, daha sonra 14:20-dən 14:35-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış və götürmə zamanı müdafiəçi iştirak etməmişdir. Müdafiəçi, «şəxsi axtarış və götürmə aparılması» haqqında protokolla sonradan tanış olsa da həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərində aşkar edilmiş narkotik vasitə ilə bağlı keçiriləcək videoçəkiliş zamanı vəkilin iştirakından imtina etdiyini qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ərizə ilə cinayət təqibi orqanına müraciət etməsini cinayət işinin materiallarından görür, lakin Təqsirləndirilən şəxs həmin istintaq hərəkəti zamanı müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasını xahiş etməsini inandırıcı saymır. 68.Göründüyü kimi müdafiəçi təqdim edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə 22 dekabr 2023-cü il tarixdə, saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. Həmin tarixdə, 14:20-də üzərinə keçirilən şəxsi axtarış zamanı müdafəçinin iştirak etməməsi Təqsirləndirilən şəxs müdafiə hüquqlarının kifayət qədər pozulmasına əsas verir. 69.Məhkəmə hesab edir ki, həmin gün ərizə ilə müraciət edərək maddi vəziyyəti yaxşı olmadığından hüquqlarının müdafiəsi edilməsi üçün ona vəkil ayrılmasına köməklik edilməsini xahiş etmiş şəxsin daha sonra keçiriləcək şəxsi axtarışda müdafiəçinin iştirakından imtina etməsi inandırıcı deyil. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X16 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs müdafiəçi təyin etmiş, müdafiəçinin təxminən 30 dəqiqə əvvəl Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında olmasına baxmayaraq müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparmış, Təqsirləndirilən şəxs qeyd olunan istintaq hərəkətində müdafiəçinin iştirakından imtina etməsini əsas götürmüşdür. Lakin, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakından imtina etməsininin səbəbini şəxsi axtarış aparılarkən nə videoçəkiliş zamanı, nə də ki, protokolda göstərməmişdir. 70.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmənin video görüntülərinə baxış keçirilmiş, baxışı zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki şalvarının sol cibindən bir ədəd mobil telefonu və şalvarının sağ cibindən torbacıq şəklində bağlanmış iki ədəd sellofan bükümü çıxardıb masanın üstünə qoyduğu, təhqiqatçının həmin bükümlərlə bağlı Təqsirləndirilən şəxs ətraflı sorğu-sual etdiyi, daha sonra Təqsirləndirilən şəxs “vəkilin iştirakını istəyirsiz işdə” soruşduğu müşahidə edilmişdir. Belə ki, faktiki olaraq şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, aşkar edilmiş bükümlərlə bağlı çoxsaylı suallar verilir və həmin suallar şəxs tərəfindən cavablandırılır, bütün bu hərəkətlərdən sonra müdafiəçinin iştirakına zərurət olub-olmadığı soruşulur. Bundan başqa, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən aşkar olunan iki ədəd sellofan büküm qablaşdırılaraq götürüldüyü halda, həmin şalvarının sol yan cibindən aşkar olunan, açıq şəkildə olmaqla içərisində siqaret dənələri olan “Rotmans” markalı siqaret qutusu içərisində olan kütlənin tərkibinin müəyyyən olunması qablaşdırılaraq götürülmür və həmin kütlə ekspertizaya təqdim edilmir. 71.Məhkəmə hesab edir ki, şübhəli şəxs hər hansı istintaq hərəkətində müdafiəçinin iştirakından imtina edirsə bu müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə verilməli və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 92-ci maddəsinin müdafiəçidən imtinaya dair tələblərinə uyğun olmalıdır. 72.İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ formal olaraq təmin olunmuşdur. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. 73.Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Bundan başqa, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi vəziyyəti yaxşı olmadığından hüquqlarının müdafiəsi edilməsi üçün ona vəkil ayrılmasına köməklik edilməsini xahiş etdiyindən sonuncunun şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçidən imtinası qəbul edilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs axtarış və götürmə aparılması zamanı müdafiəçidən imtina etməsi barədə ərizəsini vəkilin iştirakı ilə vermədiyindən qeyd olunan ərizənin onun sərbəst iradəsi əsasında yazılmasını şübhə atına alır. 74.Eyni zamanda, müdafiəçi X7 «Şəxsi axtarış və götürmə aparılması haqqında» 22 dekabr 2023-cü il tarixli qərarİa tanış olaraq imzalamış, lakin cinayət işi üzrə məhkəməyədək icraat dövründə onun iştirakı olmadan keçirilmiş şəxsi axtarışın mötəbərliliyini şübhə altına alaraq mübahisələndirməmişdir. Bu hal özlüyündə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiəsindən imtina hesab edilə bilər. 75.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 22 dekabr 2023-cü il tarixli protokolun məzmunundan və həmin istintaq hərəkətinin videogörüntüsündən də göründüyü kimi ittiham tərəfinin sübutları siyahısında mühüm yeri tutan qeyd olunan sübutun əldə olunması prosesində müdafiəçi X7 iştirak etməmiş və daha sonra tərtib edilən bütün protokollarda müdafiəçinin iştirakı qeyd olunaraq imzalanmışdır. Digər istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı vəkilin iştirakından imtina etməsi, ümumi xəstəlik səbəbilə müddətsiz (Diaqnoz: Keçirilmiş kəllə beyin kötüyü meninqoensefalitinin qalıq əlamətləri, sağ tərəfli spastik hemiparez. Kiçik çanaq orqanlarının funksiyasının ləngimə şəkilli pozulması) birinci dərəcə əlil olan Təqsirləndirilən şəxs bu ərizəsinin təhqiqatçı tərəfindən qəbul edilərək, müdafiəçinin iştirakı olmadan onun üzərinə şəxsi axtarış keçirilməsinin izahını ağlabatan mühakimə əsasında tapmaq mümkün deyildir və qeyd edilən hal Azərbaycan Respublikası Ali Məhkəməsi Plenmunun yuxarıda istinad edilən qərarına əsasən müdafiə hüququnun və həmin istintaq hərəkətinin aparılması ilə bağlı cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydalarının pozuntusu kimi qiymətləndirilməlidir. 76.«Sakit Zayidov Azərbaycana qarşı» olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. 77.«Layicov Azərbaycana qarşı» olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olubolmadığıdır. ...Qərarın 69-cu bəndində göstərilir ki, məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun "qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, ... yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. ...beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayətprosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. 78.«Şübhəli şəxsin tutulması haqqında» 22 dekabr 2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 dekabr 2023-cü il, saat 12:00-dan tutulmuş hesab edilir. Lakin, həmin protokolda «Şübhəli şəxsin dediyinə görə, onu xx.xx.2023-cü il, saat 00:15 radələrində saxlayıblar qeydi yazılmışdır». 79.Eyni zamanda, "xxxx" MMC-dən MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********06 saylı mobil telefon nömrəsinə 22 dekabr 2023-cü il tarixdə daxil olan, həmin nömrədən çıxan zənglər və ötürücü stansiyalara (anten əhatə dairəsinə) dair məlumatların əks olunduğu CD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə, saat 00:04:56-da Bakı şəhəri, Hovsan qəsəbəsi, Zeytun sovxozu deyilən ərazidə olmuş, daha sonra 22 dekabr 2023-cü il tarixdə, 10:34:17-dən 17:44:18-dək eyni ünvanda, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi deyilən ərazidə (anten əhatə dairəsində) olmuşdur. Qeyd olunan məlumatlardan göründüyü kimi Təqsirləndirilən şəxs azadlığın faktiki olaraq 22 dekabr 2023-cü il tarixdə, 10:34:17-dən məhdudlaşdırılmışdır. 80.Göründüyü kimi Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə, 10:34:17-dən 17:44:18-dək şəxsi axtarış keçirildiyi saatlarda (protokola əsasən) eyni ünvanda, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi deyilən ərazidə (anten əhatə dairəsində) olmuşdur. Eyni zamanda ittihamda saxlanıldığı qeyd edilən Bakı şəhəri, Hovsan qəsəbəsi, Zeytun sovxozu deyilən ərazidə olma vaxtı sonuncu saat 22 dekabr 2023-cü il tarixdə, saat 00:04:56 olduğu müəyyən olunur. 81.Təqsirləndirilən şəxs azadlığı faktiki məhdudlaşdırıldığı və polisin tam nəzarəti altına keçdikdən təxminən 03 saat 45 dəqiqə sonra (protokollara əsasən faktiki olaraq daha çox) müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmışdır. Bununla Təqsirləndirilən şəxs polis əməkdaşlarının nəzarəti altına keçdikdən (protokollara əsasən faktiki olaraq daha çox) təxminən 03 saat 45 dəqiqə sonra üzərinə şəxsi axtarış keçirilməsinin ağlabatan izahını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında rəsmi sənədlərlə belə iki saatdan çox vaxtın keçməsi narkotik vasitənin və psixotrop maddənin mənbəyi ilə bağlı əsaslı şübhələr yaratmışdır. Həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuş, saxlanılmasından dərhal və ya qısa müddət sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamışdır. Təqsirləndirilən şəxs ittiham üzrə istinad edilən narkotik vasitənin və psixotrop maddənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin və psixotrop maddənin əldə edilmə üsulu, ümumilikdə bu sübutun mötəbərliyi şübhə altına alınır. Məhkəmə ümumi xəstəlik səbəbilə (Diaqnoz: Keçirilmiş kəllə beyin kötüyü meninqoensefalitinin qalıq əlamətləri, sağ tərəfli spastik hemiparez. Kiçik çanaq orqanlarının funksiyasının ləngimə şəkilli pozulması) müddətsiz birinci qrup əlil olan şəxsin barəsində müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini cinayət prosessual qanunvericiliyin müdafiəçinin cinayət prosesində iştirak etməsinin vacibliyini müəyyən edən və onun iştirakı olmadan cinayət prosesinin həyata keçirilməsini qadağan edən müddəalarının tələblərinin kobud pozuntusu kimi qiymətləndirməklə, qeyd olunan sübutu Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsi baxımından mümkünsüz hesab edir. 82.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, hər hansı bir şəxs tutulduğu halda onun hüquqi statusundan asılı olaraq, bu Məcəllədə şübhəli və yaxud təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin edilməli və Məcəllənin 153.2-ci maddəsinə əsasən tutulan şəxsin hüquqlarının təmin olunması məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməlidir, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulan şəxsi təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı, tutulan şəxsi tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerində qeydiyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə əlaqədar digər vəzifələri yerinə yetirməlidir. 83.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək şəxsi axtarış zamanı aşkar edilən narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmadığını bildirmişdir. 84.Bununla da təqsirləndirilən şəxsə istinad edilən narkotik vasitənin və psixotrop maddənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin və psixotrop maddənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi kütlələr ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zamanı narkotik vasitə və psixotrop maddə götürülməsinə dair «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun mötəbərliyini ciddi formada şübhə altına almaqla yanaşı, həmin protokolun həqiqiliyinə şübhə yarandığından qeyd edilən protokol iş üzrə sübut hesab olunmamalıdır. Beləliklə, məhkəmə cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittiham edici sübutlarla bağlı qeyd edir ki, ittihamın əsasını təşkil edən yuxarıda qeyd olunan sübutlar Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinin, cinayət prosesi prinsiplərinin və ya şərtlərinin ciddi pozuntusu ilə əldə edildiyindən həmin sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz olmaqla, başa çatmış icraatın bütovlükdə etibarsızlığına, materialların isə sübutedici qüvvəsinin olmamasına dəlalət edir. 85.Şəxsi axtarış şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtda və yerdə deyil, azadlığı məhdudlaşdırıldıqdan bir neçə saat sonra Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında aparılmışdır. Şəxsin azadlığı faktiki məhdudlaşdırıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilməsinə mane olan hal olmamışdır. Göstərilən halların məcmusu təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışın şəffaf şəkildə keçirilmədiyini təsdiq edir. 86.Məhkəmə polis əməkdaşları olan şahidlər Şahid1 və Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə münasibətdə qeyd edir ki, həmin şəxslərin ifadələri ziddiyəli olduğundan, şəxsin saxlanılması ilə bağlı ifadələri həmin ifadələrin mötəbərliyini şübhə altına aldığından və məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış sübutların məcmusu ilə təkzib edildiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Qeyd olunan şahid ifadələri cinayət işinin hallarına uyğun olmamış, ibtidai istintaqı zamanı prosessual pozuntulara yol verilmiş və ittihamı təsdiq edən sübutlar pozuntularla əldə edilmişdir. 87.İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növü kimi «CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında» 14 aprel 2024-cü il tarixli protokolu göstərmişdir. Həmin protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD-R modelli diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan **********06 saylı mobil nömrədən **********81 saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 23:53:23-də «20 X13, 20 X24 Bu Saat» məzmunlu SMS göndərilmişdir. 88.Məhkəmə «CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında» 14 aprel 2024-cü il tarixli protokolda göstərilən SMS mətninə münasibətdə belə qənaətə gəlir ki, istintaq orqanı qeyd edilən mesajın məzmununun dəqiqləşdirilməsi və istinad etdiyi sübutu mötəbələşdirmək məqsədilə **********81 saylı mobil nömrənin istifadəçisinin müəyyən edilərək ifadəsinin alınması istiqamətində zəruri tədbirlər görməmişdir. Həmçinin nəzərə alınmalıdır qeyd olunan ismarıc 28 sentyabr 2023-cü il tarixdə, yəni hazırki cinayət işi üzrə azadlığının faktiki məhdudlaşdırılmasından 22 dekabr 2023-cü il tarixdən təxminən üç ay əvvəl göndərilmişdir. Həmin ismarıcın göndərildiyi tarixə və məzmununa əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu məhz hazırki cinayət işi üzrə narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı olduğunu qətiyyən söyləmək mümkün deyildir. Eyni zamanda, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Belə ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixə aid olan ismarıcda göstərilən faktla bağlı ittiham verilməmiş və həmin ismarıcın hazırda hazırki cinayət işi üzrə baxılan ittihama aidiyyəti olmamışdır. 89.«Baxış keçirilməsi haqqında» 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, 22 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulandan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefon aparatının yaddaşında “23 dekabr 2023 23:36” , “23 dekabr 2023 23:37” tarixli iki fotoşəkildə binanın yanına gedən yolun fraqmenti, bir ədəd fotoşəkildə isə ağ rəngli torbacıq formalı ağ şəkilli büküm müşahidə olunmuş, telefonun yaddaşında Təqsirləndirilən şəxs səsi ilə “21 dekabr 2023” tarixli “Qaqa neynirsən, alyo. Beş dənə pavlin var, beş dənə, təmiz pavilin də, bir ay, quruqları gəlib bax belə, tovuz quşu kimi. Birin 7 manatdan deyir. Bx burda “Zəngəzur” restoranı yoxdur? Onun yanındadır, deyəsən o oğlan qaçqındır, səhv eləmirəmsə, bilmirəm mənim nömrəmi hardan götürüb, dedim hardandır, dedi tik-tokdandı nə bilim hardandı, dedim aya mənim nömrəm tik-tokda neyniyir. Əə hər nə isə, hardan, mənə nə var hardan qardaaş. Deyir videosun atım baax. Gör indi, yoox pavilindir deyirəm, birin on manata verəni də var. Ya pavilinin qiyməti neçəyədir bazarda, heç baxa bilmirəm, qoy bir dənə baxım görüm” məzmunlu səsli SMS aşkar edilmiş, telefonun yaddaşında Təqsirləndirilən şəxs səsi ilə “21 dekabr 2023” tarixli “Paşa, şalvarın bu içəri cibi, zajiqalka yeri yoxdur? Ora qoydum” məzmunlu səsli video SMS müəyyən edilmişdir. 90.Məhkəmə «Baxış keçirilməsi haqqında» 27 mart 2024-cü il tarixli protokolda qeyd olunan faktlara münasibətdə belə qənaətə gəlir ki, iki fotoşəkildə binanın yanına gedən yolun fraqmenti və bir ədəd fotoşəkildə ağ rəngli torbacıq formalı ağ şəkilli bükümün görüntülərinin olması onların narkotik vasitə və psixotrop maddələriin qanunsuz dövriyyəsi ilə bağlı olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, həmin görüntülər qeyri-müəyyən olmuş və istintaq orqanı göstərilən görüntülərin dəqiqləşdirilməsi istiqamətində lazımi tədbirlər görməmişdir. Bununla yanaşı, yalnız ağ şəkilli bükümün görüntülərinin olması həmin bükümün içərisində narkotik vasitə və ya psixotrop maddənin mövcudluğuna dəlalət etmir. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş 08 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs telefonunda aşkar edilmiş səsli SMS-də göstərilən “pavlin” sözü həvəskarlar tərəfindən saxlanılan göyərçin quşu növünün adıdır. “Paşa, şalvarın bu içəri cibi, zajiqalka yeri yoxdur? Ora qoydum” məzmunlu səsli video ismarıca münasibətdə məhkəmə qeyd edir ki, göstərilən faktla bağlı təqsirləndirilən şəxsə ittiham verilməmiş və həmin ismarıcın hazırda hazırki cinayət işi üzrə baxılan ittihama aidiyyəti olmamışdır. Məhkəmə hesab edir ki, «Baxış keçirilməsi haqqında» 27 mart 2024-cü il tarixli protokolda qeyd olunan faktlar həm ayrıayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxs tərəfindən ittiham olunduğu hazırki cinayət əməlini törətməsini sübut etmir. Bu səbəbdən verilmiş ittihamın təsdiqi olaraq həmin faktlara istinad edilə bilməz. 91.Sadalanan hallar təqsirləndirilən şəxsa istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin və psixotrop maddənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi kütlələr ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyini şübhə altına alır. 92.Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutları də cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. 93.Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. Ehtimal və fərziyyə ilə irəli sürülən ittiham təqsirsizlik prezumpsiyasının pozulması kimi qiymətləndirilməlidir. 94.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci və 21.3maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 95.Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən məhkəmə araşdırması zamanı təqsirsizlik prezumpsiyasının əsası sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşərək, irəli sürülmüş ittiahmın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasındadır. 96.Eyni zamanda məhkəmənin şəxsin təqsirliliyi barədə gəldiyi nəticə yetərlilik tələblərinə uyğun olmalı və sual doğurmayan hüquqi müəyyənlik olmalıdır. 97.Qanunvericiliyin tələbinə əsasən təqsirləndirilən şəxsin əməlinin cinayət hadisəsi olub-olmamasının müəyyən edilməsi, barəsində ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittaham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun. 98.İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlməyə əsas vermir. 99.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. 100.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 101.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

102. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsinin cinayət məsuliyyəti yaratmasını nəzərdə tutur. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. 103.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini nəzərdə tutan 7-ci maddəsində göstərilir ki, yalnız törətdiyi ictimai-təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. 104.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. 105.«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında göstərilmişdir ki, Konstitusiyanın 63cü maddəsinə, habelə Cinayət-Prosessual Məcəllənin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirlərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsaitləri əsasında sübutun qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Cinayət- Prosessual Məcəllənin 33.4, 33.8, 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tətbiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tətdiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlar istinad edilə bilməz. 106.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 107.Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. 108.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. 109.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunan normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 110.Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir 111.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. 112.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 113.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməlidir. 114.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 115.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 116.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.0.1-ci maddəsinə əsasən şəxsə məhkəmənin hökmü ilə bəraət verildikdə o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. 117.Göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından azadlığa buraxılmalıdır. 118.Məhkəmə, iş üzrə aşkar edilərək götürülmüş 10,186 qram çəkidə psixotrop maddə metamfetamin və 19,216 qram çəkidə narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini əsaslı hesab edir. 119.Məhkəmə, maddi sübut kimi tanınmış, iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 10,086 qram çəkidə psixotrop maddə metamfetaminin və 19,116 qram çəkidə narkotik vasitə heroinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılmasını, 01 ədəd DVD formatlı diskin və 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 120.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi» markalı mobil telefon aparatı onun özünə qaytarılmalıdır. 121.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinə əsasən, məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. 122.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən, bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. 123.Məhkəmə hesab edir ki, bəraət alması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması Təqsirləndirilən şəxs izah edilməlidir. 124.İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak yoxdur. 125.Məhkəmə məsrəfi hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 126.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 127.Beləliklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 660 (altı yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına ödənilməlidir. 128.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 42.2.4, 344-347, 349, 350.2, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxsə qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra sübut kimi tanınmış - iş üzrə aşkar edilərək götürülmüş, 10,186 qram çəkidə psixotrop maddə metamfetamin və 19,216 qram çəkidə narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 10,086 qram çəkidə psixotrop maddə metamfetamin və 19,116 qram çəkidə narkotik vasitə heroin həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılsın, 01 ədəd DVD formatlı disk və 01 ədəd CD formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 660 (altı yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar