Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-271/2020 24.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: x6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Xətai rayonu icra və probasiya şöbəsinin icra məmuru vəzifəsində işləyən tanışı digər şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2017-ci ilin iyul ayında tanıdığı Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs digər şəxsin özünün icraatında, həmçinin, Bakı və Sumqayıt şəhərlərinin icra qurumlarının icraatında olan işlər üzrə satılması üçün hərraca çıxarılan maşınları Zərərçəkmiş şəxs verəcəyi pulla əlverişli qiymətə alıb, həmin maşınların təmirinə az miqdarda vəsait xərcləməklə onları satıb gəlir əldə edə biləcəklərini yalandan vəd edib sonuncunu həmin fəaliyyətə şərik etməsi üçün pul vəsaitini sərmayə kimi qoymasına inandıraraq hərrac vasitəsilə maşınların alınmasını və satılmasını etibarlı şəkildə həyata keçirəcəyini bildirib, 2017-ci ilin iyul ayından 2017-ci ilin dekabr ayına kimi olan dövrdə həmin adla Bakı şəhərinin Xətai rayonu ərazisində əlverişli qiymətə “Toyota Prado”, “Lexus-CS” və “Grand Cherokee” markalı maşınların alınması üçün Zərərçəkmiş şəxs Xətai rayonu ərazisində ilkin olaraq 1.000 manat, eyni niyyətlə, bir müddət sonra 1.500 manat, eyni niyyətlə, bir müddət sonra 2.500 manat olmaqla digər şəxsə cəmi 5.000 manat pulu nağd şəkildə verməsi, bundan sonra, eyni niyyətlə, 2017-ci ilin iyul ayından 2017-ci ilin dekabr ayına kimi olan dövrdə Zərərçəkmiş şəxs tərəfindən “Toyota Prado” markalı maşının alınması üçün onun özünə nağd olaraq 21.000 manat, “Mercedes-Benz” markalı maşının alınması üçün hərraclarda iştirakın təmin olunması məqsədilə 3.000 manat olmaqla, cəmi 24.000 manat pulu nağd şəkildə Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında verməsi, habelə, eyni niyyətlə, avtomaşınların hərracdan alınmaqla tam mülkiyyət hüququnu təsdiq edən sənədlərin əldə edilməsi adı ilə Zərərçəkmiş şəxs məxsus cəmi 49,8 qram çəkidə 750 əyarda 1 ədəd komplekt qızıl sırğa, 52,7 qram çəkidə 750 əyarda 1 ədəd qızıl saat, 20 qram çəkidə 750 əyarda 1 ədəd qızıl boyunbağının Təqsirləndirilən şəxs tərəfindən x12 məxsus 1 saylı lombarda müvafiq olaraq 16 və 23 mart 2018-ci il tarixli, 305542 və 305570 nömrəli girov biletləri əsasında girov qoyulmaqla həmin lombarddan şəxsən imza edib 3.200 manat pul götürməsi, habelə, eyni niyyətlə, özünün “x60” ASC-də olan AZ 76KABA**********00051h09418 nömrəli hesablaşma hesabına və adına “Western Union” sürətli pul köçürmə proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs “Hyundai Sonata” və “KİA Cerato” markalı maşınların alınması üçün 9.300 manat, “SEAT EXEO”, “SEAT LEON” markalı maşınların alınması üçün 10.500 manat, “Hyundai Sonata” markalı maşının “Hyundai İX-55” markalı avtomaşınla dəyişdirilməsi üçün 14.000 manat, “Lexus ES 350”, “SAİPA TİBA”, “SEAT EXEO”, “SEAT LEON”, “Toyota Prado”, «İnfiniti» markalı maşınların alınması üçün iki dəfəyə cəmi 27.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 47.000 manat olmaqla, cəmi 80.800 manat pul vəsaitini köçürməsinə nail olub həmin məbləğin qeyd edilən bankın Əhmədli filialındakı hesabından 2017-ci ilin iyul ayından 2017-ci ilin dekabr ayına kimi olan dövrdə məxaric orderləri və Bakı şəhəri, Nəsimi və Yasamal rayonu ərazisində olan müxtəlif bank filiallarından həmin müddət ərzində çıxarmasından sonra digər şəxslə birlikdə əldə etdiyi cəmi 113.000 manat pul vəsaiti hesabına 2017-ci ilin dekabr ayından 2018-ci ilin mart ayınadək olan müddət ərzində ünvan 2 (20A) ünvanındakı 1933-cü məhəllədə yerləşən “Respublika Xammal və Əmtəə Birjası”, Bakı şəhəri, Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi 50-də yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi M.Müşfiq küçəsi 2A-da yerləşən “x5 Mərkəzi” tərəfindən keçirilən hərrac zamanı öz icraatında olan 195423/17 nömrəli icra işi üzrə borclu x13 məxsus olmaqla tələbin yönləndirilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3125 saylı, 07.03.2017-ci il tarixli icra sənədi üzrə ** GG *** dövlət nömrə nişanlı “x51” markalı avtomaşının, habelə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal, Nərimanov, Nizami, Xəzər, Qaradağ və Nəsimi rayon, Sumqayıt şəhər icra və probasiya şöbələrinin icraatında olan ayrı-ayrı icra işləri üzrə əlaqədar müəyyən olunmayan şəraitdə məlumatlar əldə edərək ayrı-ayrı borclu şəxslərə məxsus olmaqla tələbin yönləndirilməsinə dair Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2(005)-2376/2012 saylı, 29 yanvar 2014-cü il tarixli, 2(005)-611/14 saylı, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 10 iyul 2014-cü il tarixli, 2(007)-2521/2014 saylı, 20 sentyabr 2012-ci il tarixli, 2(007)- 2233/2012 saylı, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 11 dekabr 2013-cü il tarixli, 2(002)-2004/2013 saylı, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 30 oktyabr 2015-ci il tarixli, 2(003)-4293/2015 saylı, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 18 iyun 2014-cü il tarixli, 2(006)-2659/2014 saylı, Sumqayıt Apelyasiya Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2(105)-1935/2017 saylı icra sənədləri üzrə ** FX *** dövət nömrə nişanlı “Hyundai Sonata” markalı, ** MH *** dövlət nömrə nişanlı “İnfiniti M 35” markalı, ** ME *** dövlət nömrə nişanlı “Mersedes Benz C 230” markalı, ** NS *** dövlət nömrə nişanlı “LEXUS ES 2350” markalı, ** BZ *** dövlət nömrə nişanlı “Hyundai İX- 55” markalı, “x51” markalı ** LS *** dövlət nömrə nişanlı, ** HD *** dövlət nömrə nişanlı “KİA Serato” markalı, ** EF *** dövlət nömrə nişanlı “SAİPA TİBA” markalı, ** CD *** dövlət nömrə nişanlı “SEAT LEON” markalı, 90 SL146 dövlət nömrə nişanlı “SEAT EXEO” markalı, ** MO *** dövlət nömrə nişanlı SEAT EXEO” markalı, “Toyota Prado” markalı ** LS *** dövlət nömrə nişanlı, cəmi 12 ədəd maşının alınmasını özü və cinayətdən xəbərsiz olan tanışları vasitəsilə təşkil edib həmin maşınların qeyd edilən müddət ərzində hərraclar vasitəsilə digər şəxslə birlikdə daha baha qiymətə satışının həyata keçirilməsinə nail olaraq, həmçinin, digər şəxsin 2017-ci ilin may-iyun aylarında x14 məxsus olmaqla onun «x60» ASC-yə olan 34.468,65 ABŞ dolları məbləğində kredit borcuna görə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 18 aprel 2016-cı il tarixli 2(004)33/66 saylı icra vərəqəsinə və Yasamal rayon icra şöbəsinin 03.05.2017-ci il tarixli 17/72-7286/5-11771 saylı sifariş məktubuna əsasən avtomobilin satılıb borcun ödənilməsi üçün “Porsche Panamera” markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomaşının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC hərrac təşkilatına göndərilməsi barədə xidməti səlahiyyətləri ilə əlaqədar müəyyən olunmayan şəraitdə məlumatlar əldə edərək öz tanışı Şahid3 tərəfindən hərracda 23.600 manata alınmasına nail olduqdan sonra həmin maşının sənədlərinin vaxtında alınmamasına görə narazılıq edən Şahid3 həmin maşının və buna görə ödədiyi digər xərclərlə birlikdə cəmi 32.000 manat pulun qaytarmasını tələb etməsinə görə özünün Zərərçəkmiş şəxs birgə biznes fəaliyyəti ilə məşğul olub qazanc əldə etmək adı ilə aldıqları vəsait hesabına 28.12.2017-ci il tarixdə hərrac vasitəsilə əldə etdiyi “LEXUS ES 2350” markalı, ** NS *** dövlət nömrə nişanlı avtomaşını öz borcunun qarşılığında 17.000 manat qiymətləndirməklə Şahid3 qohumu Şahid16 adına həmin müddətdə alqı-satqı yolu ilə rəsmiləşmiş və Zərərçəkmiş şəxs birgə biznes fəaliyyəti ilə məşğul olub qazanc əldə etmək adı ilə aldığı həmin vəsaitdən 15.000 manat pulu öz borcunun qarşılığında nağd olaraq qeyd edilən müddət ərzində Emin İmanova verib, “Porsche Panamera” markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomaşını isə qeyd edilən müddət ərzində x7 şəxsən özü 32.600 manata satıb həmin pului alıcıdan nağd olaraq əldə etməsi ilə, Zərərçəkmiş şəxs guya cəmi 12 ədəd avtomaşının satışından əldə olunan pulun gələcəkdə başqa maşınların, torpaq sahələrinin və qızıl-zinət əyşalarının alınmasına sərf olunacağını yalandan bildirib digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 113.000 (bir yüz on üç min) manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, maşınların alqı-satqısı ilə məşğul olmuş, hərrac mərkəzlərində müxtəlif banklardan alınmış kreditə görə girovda olan maşınları almış, satılan maşınlar barədə məlumatı isə həmin hərrac mərkəzlərinin saytlarından və verdikləri elanlardan tapmış, bundan sonra həmin hərrac mərkəzinə gedib beh qoymuş və hərracda iştirak etmiş, iştirak etdiyi hərraclar üzrə qalib olduğu maşınlarla bağlı həmin maşını hərraca çıxaran bankın hesabına və ya icra işi olan məhkəmənin icra şöbəsinə vəsaiti ödəmiş, maşının satışı ilə bağlı keçirilmiş hərracın qalibi olması barədə yekun protokolunu bankın və hərrac təşkilatının nümayəndəsi imzaladıqdan sonra icra şöbəsi maşının onun adına sənədləşməsi ilə bağlı Baş dövlət x47 təqdim etməsi üçün məktub vermiş, həmin məktub əsasında da maşın onun adına sənədləşdirilmişdir. Maşının qiymətini Qiymətləndirmə mərkəzi müəyyən etmiş, lakin, həmin mərkəzin harada yerləşməsini bilmir, maşın hərraca artıq müəyyən olunmuş qiymətlə çıxarılmışdır. Fərid Cəlilov adlı Xətai icra şöbəsində icra məmuru işləyən şəxsi 2013-cü ildən tanyır, belə ki, sonuncu onun Elbar Bayramov adlı qohumu ilə bir yerdə- həmin icra şöbəsində icra məmuru işləmiş, Elbar Bayramovun yanına tez-tez gedib gəlmiş, hətta bir müddət ona qeyri- rəsmi olaraq köməklik etmiş, Fərid Cəlilovu onun iş yoldaşı kimi tanımış, sonuncu onun Bakı şəhərində olan hərrac təşkilatlarından maşın alıb satmaqla məşğul olmasını bilmiş, aralarında dostluq münasibəti yaranmışdır. Türkiyə Respublikasının vətəndaşı olan Zərərçəkmiş şəxs isə Fərid Cəlilovun vasitəsi ilə tanımış, belə ki, bir neçə dəfə özü, Fərid Cəlilov, sonuncunun Şahid1 adlı tanışı, Zərərçəkmiş şəxs ilə birlikdə kafedə çörək yemiş, lakin, Zərərçəkmiş şəxs ilə aralarında birbaşa münasibət yaranmamışdır. x50 yanında görmüş, onların birlikdə maşın alqı-satqısı ilə məşğul olmalarını bilmiş, lakin, konkret olaraq hansı maşınları almalarını bilməmişdir. 2017-ci ilin yay aylarında Fərid Cəlilov ona zəng edərək şəxsiyyət vəsiqəsinin surətini göndərməsini xahiş edib Necati Elemanın “Western Union” vasitəsi ilə onun adına 9000 manat məbləğində pul göndərəcəyini, həmin pulu Zərərçəkmiş şəxs ilə birgə aldıqları “Nissan Murano” markalı maşının təmirinə sərf edəcəklərini, onunla birlikdə maşın alqı-satqısı ilə məşğul olduqlarını bildirmişdir. Necati Elemanın pulu hansı səbəbdən onun öz adına göndərməməsini Fərid Cəlilovdan soruşduqda sonuncu Necati Elemanın əvvəlki dostu olan Şahid1 inanmadığına görə onun adına pul göndərmədiyini, özünün isə şəxsiyyət vəsiqəsinin müddətinin keçməsini, həm də dövlət məmuru olmasını, onun adına pul göndərişi məlum olduğu halda işində problem yarana biləcəyini bildirmişdir. Bundan sonra o, şəxsiyyət vəsiqəsinin surətini çıxarıb “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə Fərid Cəlilova göndərmişdir. Bir neçə gündən sonra Fərid Cəlilov onun “x60” ASC-də olan bank hesabına Zərərçəkmiş şəxs tərəfindən dediyi pulun köçürüldüyünü bildirmiş və hesabına Zərərçəkmiş şəxs tərəfindən köçürülən 9000 manat pulu çıxarıb iş yerinin yanında Fərid Cəlilova vermişdir. Həmin pulu Fərid Cəlilovun kimə verməsini, hara xərcləməsini həmin vaxt bilməmiş, sonradan isə Fərid Cəlilov, Zərərçəkmiş şəxs və Şahid1 arasında olan söhbətlərdən başa düşmüşdür ki, Fərid Cəlilov həmin pulu, “Nissan Murano” markalı maşına ehtiyat hissələri alınması üçün Şahid1 vermiş, lakin həmin iş alınmadığı üçün Şahid1 həmin pulu Zərərçəkmiş şəxs qaytarmışdır. Bundan bir müddət sonra Fərid Cəlilov ona “Amay” ticarət mərkəzinin altında bir ədəd “Hundai Sonata” markalı maşın olmasını bildirib həmin maşını ala bilmək imkanını soruşmuş, maşını ala biləcəyini bildirdikdə sonuncu ona həmin maşını alması üçün təxminən 8600 manat pul vermış, Fərid Cəlilov özünün “Rance Rover” markalı maşınını 23000 manata satmasını və ona verdiyi 8600 manat pulu da həmin puldan verməsini bilirmiş, bundan sonra “Hundai Sonata” markalı maşınla bağlı keçirilən hərracda iştirak edib müvafiq pul ödəyərək hərracdan həmin maşını almış, maşın onun adına alqısatqı edilmiş, həmin maşını hərracdan alıb Fərid Cəlilova vermiş, Şahid1 da həmin maşının şəkillərini “WhatsApp” vasitəsi ilə Zərərçəkmiş şəxs göndərmiş, Fərid Cəlilovun sözlərindən Zərərçəkmiş şəxs da həmin maşına şərik olmasını başa düşmüşdür. Sonradan isə Zərərçəkmiş şəxs və Fərid Cəlilov həmin maşını “Hundai ix-55” markalı maşınla dəyişmək istəmiş, alacaqları həmin maşının qiymətini 26000 manata razılaşmış, həmin maşının qiyməti olan 26000 manatın 12000 manatını “Hundai Sonata” markalı maşını verməklə, 14000 manatını isə nağd ödəməklə razılaşmış, bundan sonra Zərərçəkmiş şəxs tərəfindən onun adına 9000 manat, Rüfət adlı şəxsin adına isə 5000 manat göndərilmiş, hesabına göndərilən 9000 manat pulu çıxarıb maşını alan şəxsə Zərərçəkmiş şəxs ilə birlikdə vermiş, 5000 manat pulu da Zərərçəkmiş şəxs adına göndərdiyi Rüfət şəxs çıxarmış, bu qayda ilə 14.000 manat pul və “Hundai Sonata” markalı maşın “Hundai ix 55” markalı maşının əvəzinə verilmişdir. Həmin dövrlərdə Fərid Cəlilovun öz tanışı kimi təqdim etdiyi və həmin vaxtlar Türkiyə Respublikasında olan Zərərçəkmiş şəxs da Bakı şəhərinə gəlmiş, x10 H.Aslanov stansiyasının yaxınılığında yerləşən “İki yüz” adlı çay evində onu Zərərçəkmiş şəxs ilə tanış etmiş və Zərərçəkmiş şəxs ilə birlikdə maşın alqı satısı ilə məşğul olduğunu bildirmiş, hər üçünün arasında aldığı maşının sonradan satışından 5000 manata qədər qazanc qaldığı halda ona 500 manat, 5000 manatdan yuxarı qazanc qaldığı halda isə ona 1000 manat pul verəcəkləri, maşın alqı-satısı üçün lazım olan pulu isə onların verəcəkləri, özünün maşınların alışını təşkil etməsi, maşınları özünün və tanışlarının adına alması barədə razılaşma olmuş, Fərid Cəlilov dövlət məmuru olduğu üçün adına hər hansı bir maşın alqı-satqısının aparılmasına razılıq verməmiş, Zərərçəkmiş şəxs isə Türkiyə Respublikasının vətəndaşı olmasını, onun adına alqı-satqı aparılmasının problemli olmasını bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs ona təxminən 20 maşının adı yazılımıış siyahını verib həmin maşınların qiymətləri ilə maraqlanmasını xahiş etmiş, Bakı şəhərində olan hərraclardan Necati Elemanın ona verdiyi siyahıda olan maşınların qiymətini öyrənmiş və qiymətlərini yazdığı maşınların siyahısını Zərərçəkmiş şəxs vermiş, bir müddət sonra isə Zərərçəkmiş şəxs ona həmin siyahıda olan hansı maşınları almağı barədə yeni siyahı vermiş, daha sonra Fərid Cəlilov ona 2,7 at gücü ilə olan “Prado” markalı maşını almaq üçün beh qoyulması ilə bağlı təxminən 1500 manat pul vermiş, həmin pulu hazırda xatırlamadığı hərrac mərkəzinə beh qoyaraq hərracada iştirak edib qalib olmuş, bundan sonra isə Zərərçəkmiş şəxs onun adına bank vasitəsi ilə təxminən 14000 manat pul göndərmiş, daha sonra sonuncu Şahid1la birlikdə Bakı şəhəri Xətai rayonu Babək prospektində ona nağd olaraq 8000 manat pul vermiş, həmin pulu, yəni 22000 manat pulu ödəyib bir ədəd “Prado” və bir ədəd “Mersedes” markalı maşın almış, bu qayda ilə 21500 manat ödəyib “Prado” markalı maşın, 3000 manat isə ödəyib “Mersedes” markalı maşın almış, maşınların alışını birini öz adına, digərini isə tanışı Rafiq Davudovun adına rəsmiləşdirmiş, daha sonra aldığı hər iki maşını Zərərçəkmiş şəxs vermişdir. Bir müddət keçmiş Zərərçəkmiş şəxs yenə də ona maşınların adları olan siyahı vermiş və siyahıda olan maşınlarla maraqlanmasını xahiş etmiş, həmin maşınların qiymətlərini öyrənmiş və qiymətlərini yazdığı maşınların siyahısını Zərərçəkmiş şəxs vermiş, sonuncu sonradan ona verdiyi siyahıda olan “Seat Exo” markalı maşını almasnı tapşırmış və hərracda iştirak etmək üçün bankla adına hazırda miqdarını xatırlamadığı məbləğdə pul gödərmiş, həmin pulla hərracda iştirak edib qalib elan olunmuş və “Seat Exo” markalı maşını almış, Zərərçəkmiş şəxs göndərdiyi pulla maşının dəyərini ödəyib öz adına rəsmiləşdirmiş və həmin maşını sonradan Zərərçəkmiş şəxs vermişdir. Bundan sonra aldığı “Prado” markalı maşının satılması üçün Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində olan tanışı Bəxtiyar adlı şəxsə məxsus avtosalona qoyulmuş və həmin salondan maşın satılmış, maşının pulunu avtosalonun müdiri Bəxtiyardan Zərərçəkmiş şəxs özü almışdır. Həmin vaxt Fərid Cəlilov da həmin yerdə olmuş, maşının alqı-satqısının sənədləşdirilməsini özü aparmış, bundan başqa, həmin ərəfələrdə aldıqları “Mersedes” markalı maşın da satılmış, həmin maşını Zərərçəkmiş şəxs özü satmış, lakin, neçəyə satmasını bilməmiş, maşının alqı-satqısı ilə bağlı etibarnaməni isə özü vermiş, bundan bir müddət sonra Zərərçəkmiş şəxs ona verdiyi siyahı üzrə 4 motor gücü olan “Prado” markalı maşını almasını Zərərçəkmiş şəxs ona tapşırmış və ona hərracda iştirak etmək üçün beh qoyulması ilə əlaqədar bank hesabına təxminən 1000 manat pul göndərmiş, həmin pulu bank hesabından çıxarıb hazırda xatırlamadığı hərracda iştirak etmiş və 1000 manat beh qoymuş, hərracda iştirak edərək onun qalibi olmuş, həmin maşın üçün Zərərçəkmiş şəxs sonradan bank vasitəsi ilə ona göndərdiyi təxminən 18000 manat pul ödəyib həmin maşını almış, lakin, həmin maşının keyfiyyəti ilə bağlı Zərərçəkmiş şəxs və Fərid Cəlilovun arasında narazılıq yaranmış və onlar maşını satmaq istəmiş, lakin sata bilməmişlər. Sonradan həmin maşın Asim adlı soyadını bilmədiyi şəxsin tanışına satılmış, maşının pulunu Asim ona vermiş, ondan aldğı pulu Zərərçəkmiş şəxs vermiş, həmin günü axşam Zərərçəkmiş şəxs onu Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən kafeyə çağırmış, Zərərçəkmiş şəxs, Fərid Cəlilov və x44 adlı dostunun birlikdə çörək yemələrini görmüş, Zərərçəkmiş şəxs “Prado” markalı maşının satışı ilə bağlı ona verdiyi puldan 100 manatın çatışmamasını, buna görə maşını alan şəxsə zəng edib verdiyi puldan 100 manat çatışmamasını bildirməsini ona demiş, o da Asim adlı şəxsin maşınını alan tanışı ilə telefonla danışmış, həmin şəxsin verdiyi pulla onun Zərərçəkmiş şəxs verdiyi pulun məbləği arasında fərq olmamış, maşını alan şəxsə verdiyi puldan 100 manat çatışmamasını bildirmişdir. Bundan bir müddət sonra isə Zərərçəkmiş şəxs tapşırığı ilə “Seat Leon”, “Saipa Tiba”, “Lexsus S-300” markalı maşınları almış, hər üç maşının pulunu Zərərçəkmiş şəxs ona bank vasitəsi ilə göndərmiş, göndərilən pulun miqdarını xatırlamır, həmin maşınların alqı- satqısını tanışı Zülfünün, həmçinin İbrahim Eyyubovun adına rəsmiləşdirmiş və hər üç maşını Zərərçəkmiş şəxs vermiş, hər üç maşının satışında iştirak etmiş, “Saipa Tiba” markalı maşının pulunu maşını alan şəxs Zərərçəkmiş şəxs şəxsən özünə vermiş, “Seat Leon” markalı maşının 7000 manat pulunu özü almış və həmin pulu Zərərçəkmiş şəxs vermiş, bundan başqa bir dəfə həmin şəxsdən 2000 manat pul almış və həmin pulu da Zərərçəkmiş şəxs vermiş, qalan pulu Zərərçəkmiş şəxs özü almışdır. Bir dəfə Zərərçəkmiş şəxs ona zəng edib Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən kafeyə çağırmış, həmin yerə getmiş və x33 Elemananı bir yerdə kafedə görmüş, hər ikisi ona aldıqları “Lexsus” markalı maşını verib əvəzində bir ədəd “Porsche Panamera” markalı maşını alacaqlarını, sonradan isə həmin maşını satacaqlarını və yaxşı qazanc əldə edəcəklərini bildirmiş, Zərərçəkmiş şəxs hətta təklikdə həmin maşının sənədlərində problem olmasını, Fərid Cəlilovun həmin maşınla bağlı Elmin adlı şəxslə problemi olmasını, ondan həmin maşın uçün 32000 manat pul almasını, lakin maşının sənədlərində problem olmasını və həmin şəxsin Fərid Cəlilovdan pulunu qaytarmasını tələb etməsini, narazılıq edib onun iş yerinə gedib-gəlməsini bildirmiş, hətta ondan həmin maşının sənədlərini həll edə biləcəyini soruşmuş, ona problemli məsələlərə qarışmamasını xahiş etmiş, lakin sonradan onlar şərikli aldıqları “Lexsus-S 300” markalı maşını Elmin adlı şəxsin adına 17000 manat qiyməti ilə alqı-satqı etmiş və şərikli aldıqları “Seat Exo” markalı maşının satışından əldə olunan 12750 manat pulu həmin şəxsə vermişdir. Həmin şəxsə onların 15000 manat naqd pul vermələrini bilmiş, lakin qalan 3000 manat pulu kimin verməsini bilmir. Maşını Elmin adlı şəxsin həyətindən götürüb Fərid Cəlilovun yaşadığı həyətə qoymuş, lakin sənədləri hazır olana qədər maşın alqı-satqı edilməmiş, sonradan həmin maşınla bağlı Zərərçəkmiş şəxs ilə Fərid Cəlilovun arasında narazılıq yaranmışdır. Belə ki, Fərid Cəlilov “Porsche Panamera” markalı maşının pulunu da əvvəlcədən Elmin adlı şəxsə verdiyi 10.000 manat pulunun olmasını bildirib 10.000 manat pulun ona ayrıca verilməsini tələb etmiş, buna isə Zərərçəkmiş şəxs narazılıq etmiş, sonradan isə Fərid Cəlilov həmin maşını satmış, lakin kimə satılmasını və hansı qiymətə satmasını bilmir. Daha sonra “Hundai ix-55” markalı maşının alqı-satqısını Zərərçəkmiş şəxs sözləri ilə aparmış və maşını alan şəxsdən təxminən 15000 ABŞ dollarından yuxarı pul alıb Bakı şəhərində Ticarət küçəsinin yaxınlığında Zərərçəkmiş şəxs vermiş, həmin vaxt Fərid Cəlilov da onun yanında olmuş, eyni zamanda, Zərərçəkmiş şəxs iki oğlu da onun yanında olmuş, başqa bir şəxs üçün aldığı “VAZ-21015” markalı maşını həmin şəxs istəməmiş, sonradan isə Zərərçəkmiş şəxs həmin maşını ondan almış və maşının pulunu ona ödəmiş, yəni ona maşının pulu olaraq 5850 manat pul vermiş, həmin pulu qeyd edilən maşını almaq üçün pul aldığı şəxsə vermişdir. “Kia Cerato” markalı maşının alqı-satqısında heç bir iştirakı yoxdur. Yuxarıda qeyd etdiyi maşınların alqı-satqısını Fərid Cəlilov və Necati Elemanın sözləri ilə aparmış, maşın alqı-satqısı ilə bağlı Zərərçəkmiş şəxs Fərid Cəlilovla şərik olmuş, belə ki, Fərid Cəlilov da bu iş üçün pul qoymuş, onların verdiyi pul əsasında hərracda qalib gəlib onların verdiyi pulla dəyərini ödəyib onlara vermiş, eyni zamanda, satışında iştirak etdiyi və satışdan aldığı pulu da Zərərçəkmiş şəxs vermiş, şəxsən Fərid Cəlilov hərracdan maşın almaq üçün ona iki dəfə pul vermiş, Zərərçəkmiş şəxs ilə Fərid Cəlilovun arasında əldə olunan qazancla bağlı kimin nə qədər pul almasını, pulları aralarında hansı qaydada bölüşdürmələrini bilmir, hətta hiss etmişdir ki, onlar bəzi hallarda maşının üzərinə əlavə təmir xərcləri də qoyub qəsdən əldə olunan qazancı azaldıb ona az pul vermişlər, bu qayda ilə onlar ona 5000 manata yaxın pul verməlidirlər. Fərid Cəlilov və Zərərçəkmiş şəxs işi müəyyən etdikləri maşıınların alınmasını ona tapşırmaq və bunun üçün lazım olan pulu vermək, onun işi isə onların təklif verdiyi maşınları və onun qiymətini müəyyən etmək, onların verdiyi pul əsasında maşını hərracdan almaq olmuş, maşınların satışını onlar özləri təşkil etmiş, lakin, alqı-satqını özü aparmış, maşın almaq üçün pul adına əsasən Zərərçəkmiş şəxs tərəfindən bank vasitəsi ilə göndərilmiş, həm də nağd olaraq verilmişdir. Zərərçəkmiş şəxs həmişə satışlardan sonra yeni maşın almaq lazım olanda pulu bank vasitəsi ilə göndərmiş, x33 Elemana arasında yaranan narazılıq “Porsche” markalı maşınla bağlı olmuşdur. Fərid Cəlilov ona maşın alışı üçün naqd olaraq bir dəfə 9000 manat, bir dəfə isə 1500 manat pul vermiş, Zərərçəkmiş şəxs isə ona 8000 manat pulu naqd olaraq vermiş, qalan pulları isə bank vasitəsi ilə ona göndərmiş, hesablamasına görə Zərərçəkmiş şəxs bank vasitəsi ilə və nağd olaraq ona verdiyi pul cəmi 76000 manatdır. Hətta sonuncunun onun hesabına göndərdiyi 15000 ABŞ dolları pulu birlikdə bankdan çıxarıb şəxsən onun özünə vermişdir. Maşınların alışı ilə bağlı hər hansı bir hərrac təşkilatının nümayəndəsi ilə qeyri-rəsmi əlaqəsi olmamış, hər hansı bir maşınla bağlı keçirən hərrac, maşının qiyməti ilə bağıl hər hansı bir şəxslə qeyri-rəsmi münasibət qurmamış, bununla bağlı heç kimə pul verməmiş və ya vəd etməmişdir. Necati Elemanın xahişi ilə, ona məxsus qızıl-zinət əşyalarını özünün adına lombarda girov qoymaqla lombarddan pul götürüb şəxsən ona vermiş, lombarddan iki dəfə pul almış, ilkin olaraq 2300 manat pul alıb Zərərçəkmiş şəxs vermiş və həmin puldan Zərərçəkmiş şəxs ona verdiyi kompüterin pulu olaraq 200 manatı ona vermiş, qalan 2100 manatı isə özünə götürmüş, 2-ci dəfə isə ona məxsus qızıl-zinət əşyalarını onun xahişi ilə lombarda girov qoyub ona 900 manat pul alıb vermişdir. Zərərçəkmiş şəxs maşınların satışından əldə olunan puldan aralarında olan razılaşmaya görə ona “zəhmət haqqı” kimi pul verməli olmuş, lakin, verməmiş, ziyanla işləməsini bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs öz tanışından ona telefonu köhnə olduğu üçün yeni bir telefon alıb vermiş və həmin telefonun 2000 manat olan dəyərini isə “zəhmət haqqı” olaraq verməli olduğu puldan silmişdir. Bakı şəhərində “Zabitlər parkı”nın yanında olan çayxanada tərtib etdiyi hesabatlar Zərərçəkmiş şəxs ilə Fərid Cəlilovun arasında olan hesabatlar olmuş, vəsaitlərin alınması barədə bank çeklərində imzalar ona məxsusdur. Fərid Cəlilov tərəfindən ona edilən telefon zəngləri aldığı maşınlarla bağlı olmuş, yəni Fərid Cəlilov zəng edib maşınları hərracdan alıbalmadığını, bu işdə problem olub-olmadığını dəfələrlə soruşmuş, bəzi hallarda isə zəng edib onu çörək yeməyə dəvət etmişdir. Fərid Cəlilov alınmış hər bir maşının hansı qiymətə alınmasını bilmiş, özü də ona zəng edib bu barədə maraqlanmış, yəni x45 Elemana ilə şərikli olaraq iş görmüşlər. İttiham olunduğu cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıda şərh olunanlarla tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2008-ci ildə Bakı şəhərinə gəlmiş və 2010-cu ilə kimi “Azərsun” şirkətində ixtisası üzrə işləmiş, bundan sonra Bakı şəhərində şəxsi “Cəsur inşaat” adlı şirkət yaratmış və 2014-cü ilə kimi həmin şirkət vasitəsi ilə təmir işləri aparmış, 2015-ci ildə yenidən Türkiyə Respublikasına qayıtmış və 2017-ci ilin iyun ayına kimi Türkiyə Respublikasında yaşamış, 2017-ci ilin iyun ayında Bakı şəhərinə gəlmiş və həmin vaxtdan hazıra kimi Bakı şəhərində yaşayır. 2009-cu ildə Lalə Rüstəmova ilə rəsmi nikahla ailə həyatı qurmuş, birgə nikahlarından 9 yaşlı Cəsur adlı oğlu vardır. 2011-ci ildə Türkiyə Respublikasının vətəndaşı olan və Bakı şəhərində yaşayan dostu, soyadını bilmədiyi Necatinin vasitəsi ilə maşın bazarında maşın alqı-satqısı ilə məşğul olan Şahid1 adlı şəxslə tanış olmuş, belə ki, maşın alışı ilə bağlı ona müraciət etmiş və sonuncu ona münasib qiymətə maşın almasını təşkil etmiş, ondan həm özü, həm də tanışları üçün təxminən 9 maşın almış, bu əsasla da Şahid1la aralarında yaxın münasibət yaranmış, 2017-ci ilin mart ayında Turkiyə Respublikasının Yalova şəhərində olduğu dövrdə Şahid1la internet vasitəsi ilə əlaqə saxlamış, ondan hazırda hansı işlə məşğul olduğunu soruşanda, sonuncu Bakı şəhəri Xətai rayon icra şöbəsində icra məmuru vəzifəsində işləyən Fərid Cəlilov adlı yaxın dostunun ona hərracdan bir neçə maşın almasını təşkil etməsini, həmin maşınları birlikdə satdıqlarını və yaxşı qazanc əldə etdiklərini, “x54” markalı maşının satışından əlavə 4.000 manat pul əldə etdiklərini bildirmişdir. Bakı şəhərinə gəlib pul verdiyi halda Fərid Cəlilovun vasitəsi ilə bankların girovluğunda olan maşınları hərracdan əlverişli qiymətə alıb yaxşı qiymətə sataraq birlikdə qazanc əldə etmələrini təklif emiş, ona maşın alqı-satqısından məlumatı olmamasını bildirdikə, Şahid1 Bakı şəhərinə gəlməsini xahiş edib Fərid Cəlilovun özünun onunla görüşəcəyini bildirmiş, sonrakı danışıqlarında isə Şahid1 hətta kafedə Fərid Cəlilovla birlikdə çörək yediklərini ona görüntü ilə göstərmiş, həmin görüntüdə Fərid Cəlilov onu salamlamış və Bakı şəhərinə dəvət etmişdir. 2017-ci ilin iyun ayının axırlarında Bakı şəhərinə gəlmiş, Şahid1 onu qarşılamış, birlikdə Fərid Cəlilova məxsus “Range Rover” markalı avtomaşınla Bakı Metropoliteninin H.Aslanov stansiyasının yaxınlığında yerləşən “İki yüz” adlı kafeyə gəlmiş və Şahid1 telefonla Fərid Cəlilova zəng edib gəldiklərini bildirmiş, sonrakı gün Şahid1 yenə onu həmin kafeyə dəvət edib Fərid Cəlilovun onunla görüşmək istədiyini bildirmiş və sonuncunun maşınların əlverişli qiymətə alınıb satışa çıxarılmasını və maşınları satıb pul qazanmalarını təşkil edə biləcəyini bir daha təsdiq edib Fərid Cəlilovun təklifi ilə razılaşmasını bildirmiş, bundan sonra Fərid Cəlilovla görüşmək üçün həmin kafeyə getmiş, bir az keçmiş Fərid Cəlilov iş geyim formasında gəlmiş, Emin x18 Bakı şəhəri Xətai rayon İcra şöbəsində icra məmuru işləyən vəzifəli şəxs kimi təqdim etmiş, Şahid1 onu da Fərid Cəlilova təqdim edib son 8-10 il ərzində yaxın dost olmalarını, ona bir neçə maşın satmasını, etibarlı yoldaş olmasını bildirib Fərid Cəlilova görəcəkləri iş barədə məlumat verməsini təklif etmiş, sonuncu özünün icraatında olan işlər üzrə bankın girovunda olan maşınların hərracdan əlverişli qiymətə alınmasını təşkil edəcəyini, həmin maşınları satıb qazanc əldə edəcəklərini, bundan başqa, müxtəlif banklarda olan tanışları vasitəsi ilə hərracdan maşınları münasib qiymətə alacaqlarını təşkil edəcəyini bildirmişdir. Ondan bu işləri necə təşkil edəcəyini soruşmuş, sonuncu banklarda olan kredit borcunun yerinə bankın girovluğunda olan maşınların borcun əvəzinə ilkin qiymətləndirilməyə çıxarılmasının 25 gün olmasını, bundan sonra maşının hərraca çıxarılmasını, hərracın müddətinin isə 30 gün olmasını, bu müddətdə maşının qiymətini banka ödəyəcəklərini, daha sonra həmin ödəniş qəbzini hərrac təşkilatına verərək 10 gün ərzində maşını hərracdan təhvil almalarını və 20 gün ərzində maşını sənədləşdirə biləcəklərini bildirmiş, Fərid Cəlilova bu işlərdən məlumatı olmamasını bildirdikdə sonuncu onun ancaq pul verəcəyini, qalan işləri özü və öz tanışlarının vasitəsi ilə təşkil edəcəyini, hər maşının satışından əldə olunan qazancdan ona 30 faiz, 30 faizinin isə Şahid1 veriləcəyini, digər 30 faizinin özünün olacağını, qalan 10 faizin də arada olan xərclərə sərf olunacağını bildirib dövlət məmuru olmasına, işlədiyi təşkilatda bu barədə məlumat olduğu halda işdən azad oluna biləcəyini bildirib lazım olan məbləğdə pulu Şahid1 adına göndərməsini təklif etmişdir. Aradan 10 gün keçmiş Şahid1 Fərid Cəlilovun maşınının kreditinə görə ona 1.000 manat pul lazım olmasını, qısa müddətdə həmin pulu qaytaracağını bildirmiş, sonradan Şahid1la və Fərid Cəlilovla görüşərək sonuncuya 1.000 manat pul vermiş, təxminən 1-2 gün sonra Şahid1la bir yerdə olanda Fərid Cəlilov ona zəng edib münasib qiymətə “Nissan Qashqai” markalı maşın olmasını, maşını alıb satdıqları halda 6.000-7.000 manat qazanc əldə edə biləcəklərini, bunun üçün 2.500 manat pul lazım olmasını bildirib həmin pulu DİN-nin binasının yanında yerləşən “BTB” bankda tapşırdığı şəxsə verməsini tapşırmış, həmin vaxt üstündə pul olmadığına görə Türkiyə Respublikasında “YapıKredibank”da olan hesabından mobil telefonu ilə Şahid1 özünün yanında sonuncuya “Western Union” vasitəsi ilə 2.500 manat pulu göndərmiş, Şahid1 da bankdan 2.500 manat pul almış və birlikdə DİN-nin inzibati binasının yanında olan “BTB” banka getmişlər. Özü maşında oturub gözləmiş, Şahid1 isə maşından düşüb banka getmiş, təxminən 15-20 dəqiqədən sonra gələrək işlərinin uğurlu alınmasını, ilk alacaqları maşının “Nissan Qashqai” markalı maşın olacağını bildirmiş, bundan sonra birlikdə Bakı şəhəri, 9-cu mikrorayonda olan maşın dayanacağına getmiş, dayanacaqda dövlət qeydiyyat nişanı sökülmüş vəziyyətdə olan “Nissan Qashqai” markalı qara rəngli maşın olduğunu görmüş, Şahid1 aldıqları maşının həmin maşın olduğunu və maşını Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən tanış ustanın yanına aparacaqlarını, Fərid Cəlilovun özünün usta ilə danışdığını, usta maşını təmir etdikdən sonra isə maşını satacaqlarını bildirmiş, bundan sonra evakuatorla həmin maşını Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən ustanın yanına gətirib həmin ustaya təhvil vermiş, təxminən 1-2 gündən sonra Fərid Cəlilov və Şahid1 maşını qaytaracaqlarını, maşının təmirinə çox pul lazım olmasını bildirmiş, Fərid Cəlilov onların yanında bankla danışmış və maşını qaytaracaqlarını, maşının təmir xərcinin çox olmasını bildirmiş, bundan sonra Şahid1 maşını ilk götürdükləri yerə təhvil vermişdir. Daha sonra Şahid1la birlikdə həmin banka getmiş, verdikləri 2.500 manat pulu Şahid1 təhvil alıb Fərid Cəlilova, sonuncu isə 2.500 manat pulu alıb ona qaytarmış, aradan bir neçə gün keçmiş x55 Cəfərovla onun yanına gələrək 2011-ci ilin buraxılışı olan “Grand Cherokee” markalı maşın olmasını bildirib həmin maşının texniki vəziyyətinin yoxlanmasını Şahid1 tapşırmış, maşını bəyəndikləri halda həmin maşını almaq üçün 2.500 manat pul vermək lazım olduğunu bildirmiş, Şahid1 maşının əlverişli maşın olmasını, həmin maşını ala biləcəklərini bildirdikdə Fərid Cəlilov maşını almaq üçün 2.500 manat pul vermək lazım olduğunu, bir aydan sonra hərrac olacağını, maşını 26.000 manata alıb 30.000 manata satacaqlarını, 4.000 manat qazancları olacağını bildirmiş, bu şərtlər onu qane etdiyinə görə Fərid Cəlilova 2.500 manat pul vermiş, sonuncu həmin pulu Şahid1 verib pulun hara verilməsi barədə ona əlavə zəng edib deyəcəyini, bundan əlavə hərraca çıxarılan maşınlarla bağlı mülki işlərin Bakı şəhəri Xətai rayon məhkəməsində olmasını, işlərin bəzilərinin öz icraatında, bəzilərinin isə onun tanışlarının icraatında olmasını, Xətai məhkəməsində həmin işlərin ona tapşırılmasını, bəzi maşın sahiblərinin “xxxxxxxxxxxxxxx” ASC-yə borcu olmasını, özünün maşın sahibi və bankın arasında vasitəçi olmasını, hər iki tərəfin ondan asılı olmasını və buna görə onun dedikləri ilə razılaşmaya məcbur olmalarını bildirmişdir. Aradan bir neçə gün keçmiş Fərid Cəlilov ona zəng edib “Amay” ticarət mərkəzinin altında “Lexus CS -350” markalı maşın olmasını, maşını 6.000 manata aldıqları halda onu 15.000 manata sata biləcəklərini, təxminən 9.000-10.000 manat qazanc əldə edəcəklərini bildirmiş, Şahid1 qiymətin münasib olmasını, 6 ay bu qayda ilə işlədikləri halda yaxşı qazanc əldə edəcəklərini bildirmişdir. Şahid1 həmin maşına baxıb maşının yaxşı vəziyyətdə olmasını bildirdikdə Fərid Cəlilov onların yanında bankla danışıb həmin maşını almaq üçün 1.500 manat pul lazım olmasını bildirmiş, bundan sonra Şahid1 adına bankla pul göndərəcəyini bildirmiş və Türkiyə Respublikasında olan bank hesabından Şahid1 adına 2.500 manat pul göndərmiş, lakin həmin pul Şahid1 hesabına köçürülməmiş, sonuncu aldığı kreditlə bağlı bankda problemi olmasını, bu səbəbdən də pulun onun hesabına köçürülməməsini bildirmiş, bundan sonra öz vəsaiti hesabına 1.500 manat pulu Fərid Cəlilova vermiş, sonradan isə Fərid Cəlilov həmin pulu Şahid1 vermiş və “Qiymətləndirmə” idarəsinə verməsini tapşırmış, Şahid1 pulu alıb getmiş, aradan bir iki gün keçmiş sonuncuya və x34 Respublikasına gedəcəyini bildirmiş, həmin vaxt Fərid Cəlilov əvvəllər ondan aldığı 1.000 manat borc pulu ona qaytarıb vermiş və bundan sonra Türkiyə Respublikasına getmişdir. Türkiyə Respublikasında olduğu zamanlarda da yenə Fərid Cəlilovla internet vasitəsi ilə danışmış, həmin dövrlərdə Fərid Cəlilov “Hyundai Sonata” və “Kia Cerato” markalı maşınlar almasını, bunun üçün 9.500 manat pul lazım olmasını, həmin pulu göndərdiyi halda yaxşı qazancları olacağını bildimiş, pulun göndərilməsi üçün Fərid Cəlilova öz şəxsiyyət vəsiqənin surətini göndərməsini təklif etmiş, sonuncu şəxsiyyət vəsiqəsinin müddətinin keçməsini bildirib pulu Təqsirləndirilən şəxs adlı köməkçisinin adına göndərməsini tapşırmış, ondan Təqsirləndirilən şəxs kim olmasını soruşduqda, o sonuncunun etibarlı şəxs olduğunu bildirmiş, Fərid Cəlilov bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini ona göndərmiş və sonuncunun adına 9.300 manat pul göndərmiş, sonradan Fərid Cəlilov pulu aldığını, hətta puldan 100 manat əskik olduğunu bildirmiş, ona pul kursunun fərqli olduğunu bildirmiş, Fərid Cəlilov maşınları almasını və təmir olunması üçün ustaya verməsini göstərmiş, təxminən 5-10 gündən sonra Fərid Cəlilov yenə ona zəng edib “Amay” ticarət mərkəzinin altında ** GG *** nömrəli “Toyota Prado” markalı maşın olmasını, maşının 2008-ci il buraxılışı olmasını bildirib həmin maşının alışı üçün 20.700 manat pul lazım olmasını, maşını alıb satdıqları halda 8.000 manat qazanc əldə edə biləcəklərini bildirmişdir. Təxminən bir aydan sonra, yəni 21 iyul 2017-ci il tarixdə Bakı şəhərinə qayıtmış, onu qarşılayan Şahid1 Fərid Cəlilovun “Toyota Prado” markalı maşını almaq üçün 20.700 manat pul istəməsini bildirmiş, Şahid1 bu işdən məlumatlı olmasını, həmin maşına baxmasını, maşının yaxşı vəziyyətdə olmasını, onu 30.000 manata sata biləcəklərini bildirmiş, bundan sonra Türkiyə Respublikasında olan bank hesabından Fərid Cəlilovun tapşırığına əsasən onun köməkçisi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs adına bir neçə dəfəyə cəmi 21.000 manat pul göndərmişdir. Fərid Cəlilov sonradan həmin pulu və maşını almasını bildirmiş, bir neçə gün keçmiş Fərid Cəlilov “Azərbaycan xxxxxxxxxxxxxxxı” ASC-yə məxsus olan 8- 10 ədəd yaxşı maşınlar olmasını, həmin maşınları aldıqları halda qazanc əldə edəcəklərini bildirib Şahid1 maşınlara baxmasını tapşırmış, sonuncu və Təqsirləndirilən şəxs “Amay” ticarət mərkəzinə getmiş, eyni zamanda özü də oraya getmiş, Şahid1 və Təqsirləndirilən şəxs həmin ticarət mərkəzinin altında olan maşınların yanında olmalarını görmüş, eyin zamanda “Azərbaycan xxxxxxxxxxxxxxxı” ASC-nin nümayəndəsini də onlarla bir yerdə görmüş, Şahid1 əlində olan açarlarla maşınları yoxlamış və öz dəftərində bir neçə maşını almaq üçün qeydiyyat aparmış, bundan sonra qarajdan çıxmış və Fərid Cəlilova zəng edərək axşam görüşmək barədə razılaşaraq onunla görüşmüş, sonuncu ona maşınların yaxşı vəziyyətdə olduğunu görməsini, maşınların əlavə xərci olmadığını bildirib maşınları almağı təklif etmiş, Fərid Cəlilovdan maşınları almaq üçün üçün nə qədər pul lazım olduğunu soruşmuş, sonuncu 60.000-70.000 manat pul lazım olmasını bildirmiş, sonradan Şahid1 da onların yanına gəlmiş və maşınların yaxşı vəziyyətdə olmasını, maşınların ustaya ehtiyacı olmamasını, maşınları alıb satdıqları halda maddi vəziyyətlərinin yaxşı olacağını bildirmiş, onlara bu qədər pulunun olmadığını, bunun üçün Türkiyə Respublikasına getməyin lazım olduğunu, Türkiyə Respublikasında olan evini satmaq istədiyini bildirmiş, Fərid Cəlilov bu imkanı əldən buraxmamağı təklif etmiş, 01.09.2017-ci il tarixdə Türkiyə Respublikasına getmiş, bir neçə gün keçmiş Fərid Cəlilov ona telefonla zəng edib bir ədəd “Toyoto Prado” markalı maşının olduğunu, maşının sahibini tanıdığını, onun banka kredit borcu olduğunu və həmin mülki işin özünün icraatında olmasını, hətta maşının açarlarının da onda olduğunu bildirib həmin maşını almağı təklif etmiş, ondan bunun üçün nə qədər pul lazıım olduğunu soruşduqda, sonuncu 20.700 manat pulun lazım olduğunu, maşını alıb 25.000-26.000 manata sata biləcəklərini və 5.000-6.000 manat qazanc pul əldə edəcəklərini bildirmiş, həmin ərəfələrdə Türkiyə Respublikasında olan evini satmaq istəsə də, evi sata bilməmiş, buna görə də qardaşının ona verdiyi maşını 20.000 manata satıb həmin puldan bir hissəsini ilkin xərclərinə sərf etmiş, qalan 16.400 manat pulu götürüb Bakı şəhərinə gəlmiş, Şahid1 onu qarşılamış, sonuncuya Fərid Cəlilovun yenə də maşın almaq üçün 20.700 manat pul istəməsini bildirmiş, Şahid1 həmin maşına baxmasını, maşın yaxşı vəziyyətdə olmasını bildirmişdir. Sonuncuya 16.400 manat pulu olmasını, həmin puldan təxminən 3.000 manatını evində saxlayacağını, maşına görə 13.000 manat pulu qalacağını bildirmiş və Fərid Cəlilova zəng edib cəmi 13.400 manat pulu olmasını bildirmiş, sonuncu maşını almağa söz verdiyini bildirib əlavə pul tapmağın zəruri olmasını demiş, Şahid1 soyadını bilmədiyi Saşa adlı tanışından 8.000 manat borc pul ala biləcəyini bildirmiş, bundan sonra Fərid Cəlilova zəng edib vəd etdiyi pulu verə biləcəyini bildirmiş, həmin gün saat 20 radələrində Şahid1 ona zəng edib soyadını bilmədiyi Saşa adlı tanışından 8.000 manat borc pul aldığını bildirmiş, bundan sonra səhəri gün Şahid1la görüşmüş və sonuncu ona kağıza bükülü vəziyyətdə 8.000 manat pul verib həmin pulu soyadını bilmədiyi Saşa adlı tanışından borc almasını, sonuncunun həmin pulu ondan istəyəcəyini, qısa zamanda həmin pulu qaytarmasını tələb edəcəyini bildirmiş, bundan sonra Şahid1la birlikdə Fərid Cəlilova zəng edib onunla görüşmək və pulu ona vermək istədiklərini bildirmişdir. Maşınla sonuncunun yanına çatmağa az qalmış Fərid Cəlilov zəng edərək maşın bazarının yanında Xətai rayonu ərazisində Babək körpüsünün altında soyadını bilmədiyi Rafiq adlı şəxsin və Təqsirləndirilən şəxs onları gözlədiklərini, pulun həmin yerdə olan banka dərhal ödənməsi üçün onlara verməyin lazım olduğunu tapşırmış, həmin ərazidə Şahid1la olarkən Fərid Cəlilovun dediyi şəxslərlə, yəni soyadını bilmədiyi Rafiq və Təqsirləndirilən şəxsla görüşmüş və Təqsirləndirilən şəxs Şahid1 aldığı 8.000 manat pulu, özündə olan 13.400 manatı isə Rafiq adlı şəxsə vermişdir. Onlar hər ikisi pulu saymış, bu barədə zəng edib Fərid Cəlilova demiş və bundan sonra Şahid1la çıxıb getmiş, aradan bir neçə gün keçmiş Fərid Cəlilov ona zəng edib son dəfə verdikləri 21.000 manat pulun müqabilində aldıqları “Toyoto Prado” markalı maşını sürmək üçün ona verəcəyini bildirmiş, onun təklifi ilə razılaşmış və bundan sonra Şahid1, özü və Fərid Cəlilovla birlikdə Bakı şəhəri Xətai rayonu ərazisində olan “Nargilə” kafesinin yanına gəlmiş, Fərid Cəlilov həmin ərazidə olan maşın dayanacağında saxlanılan “Toyota Prado” markalı maşını çıxarıb ona vermiş, maşını təxminən 2-3 ay ərzində idarə etmişdir. Həmin ərəfələrdə Şahid1 ondan borc olaraq verdiyi 8.000 manat pulu qaytarmasını tələb etmiş, sonuncuya bir neçə gün gözləməsini xahiş edib idarə etdiyi “Toyota Prado” markalı maşını satıb onun borcunu qaytaracağını bildirmiş, lakin maşın satılmamış, Şahid1 ona və Fərid Cəlilova aldıqları “Kia Cerato” markalı maşınından əlavə qazanc güdmədən həmin maşını aldıqları 8.000 manat borc pulun müqabilində ona vermələrini təklif etmiş, Fərid Cəlilov heç bir problem olmamasını bildirimiş, Şahid1 Fərid Cəlilovun bu sözlərindən sonra “Kia Cerato” markalı maşını ustadan götürmüş və maşının sənədlərinin nə vaxt hazır olacağını Fərid Cəlilovdan soruşmuş, sonuncu 35 gündən sonra maşının sənədlərini ona verəcəyini bildirmiş, lakin, Fərid Cəlilov vəd etdiyi sənədləri Şahid1 vaxtında verə bilmədiyi üçün ondan aldığı 8.000 manatla bağlı Şahid1la aralarında narazılıq yaranmış, sonradan isə x44 Cəfərova aldığı “Kia Cerato” markalı maşını aparıb onun yaşadığı həyətdə saxlamasını, usta götürüb hissələrini sökdürməsini tapşırmasını eşitmiş, Şahid1 həmin maşınla bağlı gördürdüyü işlərin pulunu- usta pulunu sonuncudan istəsə də, Fərid Cəlilov yenə də ona verdiyi maşının sənədini verməmiş və bu səbəbdən onların arasında narazılıq yaranmışdır. Həmin ərəfələrdə Fərid Cəlilov “Amay” ticarət mərkəzinin altında baxdıqları 7-8 maşından 6 maşını almaq istəmələrini, bunun üçün 60.000-70.000 manat pul lazım olmasını ona bildirmiş, buna görə Türkiyə Respublikasında yaşayan tanışı Ayhan Çivçiyə evini satması üçün etibarnamə göndərmiş və sonuncu evini 210.000 Türkiyə lirəsinə (100.000-110.000 manata) satmış və həmin pulu onun hesabına köçürtmüşdür. Bundan sonra, o, Fərid Cəlilovun tapşırığı ilə köməkçisi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs adına 27.000 ABŞ dolları (47.000 manat) pul göndərmiş, Fərid Cəlilovun sözlərinə görə bir aydan sonra həmin 6 maşın onlara verilməli və həmin maşınların satışından təxminən 20.000 manat pul qazanc əldə etməli olmuşlar. Həmin ərəfələrdə Şahid1 ona telefonla zəng edib aldığı “Hyundai Sonata” markalı maşının xarab olmasını bildirib bir ədəd **-VZ-*** dövlət nömrə nişanlı “Hyundai ix-55” markalı maşın olmasını, maşının sahibinin həmin maşını “Hyundai Sonata” markalı maşına dəyişmək istəməsini bildirmiş, birlikdə bu məsələləri aydınlaşdırmaq üçün Fərid Cəlilovun evinə getmiş, sonuncu həmin maşına baxmış və bundan sonra Təqsirləndirilən şəxs çağırmış, sonuncu “Hyundai Sonata” markalı maşını gətirmiş və həmin maşının sahibi “Hyundai Sonata” markalı, Şahid1, Fərid Cəlilov və Təqsirləndirilən şəxs isə “Hyundai ix 55” markalı maşınlara baxmış, aralarında olan razılaşmaya əsasən “Hyundai Sonata” markalı maşın və əlavə olaraq 14.000 manat pul verib “Hyundai ix-55” markalı maşınını almaları barədə razılaşmış, bundan sonra bankomatdan 200 manat pul çıxarıb Şahid1 vermiş, sonuncu da həmin pulu “Hyundai ix 55” markalı maşınını onlara göstərən soyadını bilmədiyi Rüfət adlı şəxsə vermiş, bir neçə gündən sonra həmin maşını Təqsirləndirilən şəxs adına alqı-satqı etmişlər. Bundan sonra razılaşdıqları 14.000 manat pulu Təqsirləndirilən şəxs və Şahid5 adlarına göndərmiş, aralarında olan razılaşmaya görə bununla da onlar “Hyundai Sonata” markalı maşınla bağlı əlavə xərclərdən azad olmuş, həm də “Hyundai ix 55” markalı maşını 27.000-30.000 manata satıb əlavə 3.000 manat qazanc əldə edəcəklərini hesab etmiş, bundan sonra idarə etdiyi “Toyota Prado” markalı maşını satılması üçün Xətai rayoun ərazisində olan Babək prospektində soyadını bilmədiyi Bəxtiyar adlı şəxsin avtosalonuna qoymuş, həmin ərəfələrdə Fərid Cəlilovla aldığı 8000 manat borc pulun əvəzində Şahid1 verdikləri “Kia Cerato” markalı maşının sənədlərini verə bilmədiyinə görə Şahid1 narazılıq etməyə başlamış və ondan qısa zamanda 8.000 manatı qaytarmağı tələb etmiş, ona görə də Fərid Cəlilova zəng etmiş, sonuncu həmin məsələni bir yerdə araşdırımaq üçün onu öz yanına dəvət etmiş, birlikdə kafedə çörək yemiş və bu zaman Şahid1 soyadını bilmədiyi Ramin adlı tanışı ilə ona zəng edib pulunu qaytarmağı, əks halda pulu artıqlaması ilə ondan alacağını bildirmiş, sonradan isə Şahid1 həmin kafeyə gəlib onları soruşmasını, x35 Qənbərov adlı köməkçisinin öz tanışları ilə həmin ərazidə olub Şahid1 baş nahiyəsindən bıçaqla xəsarət yetirməsini eşitmiş, lakin bu barədə heç bir inzibati orqana şikayət olmamış, narazılıqlar çox böyüdüyü üçün Şahid1 ona borc kimi verdiyi 8.000 manat pulu onun soyadını bilmədiyi Elçin adlı dostunun vasitəsi ilə iki dəfəyə ona qaytarıb vermiş, bundan sonra isə Şahid1 “Kia Cerato” markalı maşını Fərid Cəlilova təhvil vermiş, sonradan isə Fərid Cəlilovun həmin maşını sökdürməsini bildirmişdir. x27 bir nəfər şəxsin “Porsche Panamera” markalı maşınını hərracda satışını təşkil etməsini, ancaq maşının qeydiyyat sənədlərini verə bilmədiyi üçün maşını alan şəxslə aralarında narazılıq yaranmasını eşitmiş, Fərid Cəlilov həmin şəxsin onun iş yerinə gedib-gəlməsini, onu narahat etməsini bildirib həmin maşına baxmasını, xoşuna gəldiyi halda aldıqları 6 ədəd maşından hər hansı birini həmin şəxsə vermələrini və həmin şəxsin “Porsche Panamera” markalı maşınını almalarını təklif edib, həmin maşının 23.000 manata alınmasını, hazırda isə həmin maşının qiymətinin 45.000-50.000 manat olmasını bildirmiş və onu həmin şəxsin yanına göndərib aldıqları 6 ədəd maşından biri olan 6.000 manata aldıqları “Lexus ES 250” markalı ** NS *** nömrəli maşını 17.000 manat hesabı ilə, 15.000 manat pul isə nağd olaraq vermələrini ona təklif etməsini tapşırmışdır. Əvvəllər tanımadığı həmin şəxslə bu barədə danışmış və Fərid Cəlilova həmin şəxslə danışıb razılaşa bilmədiyini bildirmiş, Fərid Cəlilov bu məsələni özü həll edəcəyini bildirib bununla bağlı ona 15.000 manat verməsini xahiş etmiş, Fərid Cəlilova 8.000 manat pul verə biləcəyini demiş, sonuncu ondan 8.000 manat pul almış və 17.000 manat da satdığı maşına hesablamış, bundan sonra həmin şəxsə məxsus olan “Porsche Panamera” markalı maşını ondan təhvil alıb öz evinin həyətində saxlamış, daha sonra isə Fərid Cəlilov ondan barter üsulu ilə aldıqları “Hyundai ix 55” markalı maşını satıb “Porsche Panamera”markalı maşına borclu qaldıqları 7.000 manat pulu ödəməsini xahiş etmiş, ona inanıb həmin maşını satmış və maşının pulu olaraq 25.000 manat pulu alqı-satqı zamanı Təqsirləndirilən şəxs özü almış, həmin puldan ona 4.000 manat verilmiş, öz narazılığını Fərid Cəlilova bildirmiş və aralarında olan pulların hesabatını aparmağı tələb etmiş, son nəticədə onun 115.000 manat pulu maşınların alqı-satqısı üçün alınmış, lakin ona 6.000- 7.000 manat pul verilmiş, ümumilikdə isə ona 100.000 manatdan yuxarı pul verilməli idi. Fərid Cəlilov ona həmin pulun əvəzində “Porsche Panamera” markalı maşın verəcəyini təklif edib həmin maşına görə 10.000 manat xərc çəkməsini, lakin həmin pulu istəməməsini, həmin maşını 23.000 manata satmasını və həmin maşını onun həyətinə qoyub yaxın zamanlarda maşının sənədlərini ona verəcəyini bildirmiş, Fərid Cəlilov və Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını gördüyü üçün həmin şəxslər tərəfindən ona vurulmuş ziyanı ödəmələrini onlardan tələb etmiş və onlarda olan 6 ədəd maşını adına alqı-satqı etdikləri halda narazılığı olmayacağını bildirmiş, Təqsirləndirilən şəxs maşınların onun adına alqı-satqı edilməsi üçün 2.000-3.000 manat pul lazım olmasını bildirmiş, ona pulu olmamasını bildirdikdə Fərid Cəlilov bu məsələlərin həll edilməsi üçün qızıl-zinət əşyalarını lombarda girov qoyub pul götürməsini ona tapşırmış, Fərid Cəlilovun sözləri ilə adına 6 ədəd maşının alqı-satqısını etmək adı ilə lombarda girov qoyulması üçün Təqsirləndirilən şəxs bir dəst qızıl və bir ədəd qızıl saat vermiş, sonuncu həmin qızıl- zinət əşyalarını DİN-nin inzibati binasının yaxınlığında olan lombarda girov qoyub 2.300 manat pul aldığını bildirmiş, daha sonra isə Təqsirləndirilən şəxs verilən qızıl əşyalarının kifayət etmədiyini deyib ondan əlavə qızıl-zinət əşyaları istəmiş, buna görə də ona əlavə olaraq bir ədəd qızıl boyunbağı vermiş, Təqsirləndirilən şəxs həmin qızıl əşyasının müqabilində həmin lombarddan əlavə 900 manat pul götürməsini bildirmiş, sonradan isə Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməmiş, Fərid Cəlilov bütün məsələləri özü həll edəcəyini vəd etmiş, hətta sonradan onun şəxsiyyət vəsiqəsini istəmiş və maşınlarla bağlı onun adına etibarnamələr təşkil edib ona göndərəcəyini vəd etmiş, ona görə də qohumuı Şahid14 şəxsiyyət vəsiqəsinin surətini Fərid Cəlilova göndərmiş, lakin, Fərid Cəlilovdan heç bir xəbər çıxmadığını görüb onun barəsində DİN-ə qohumu Şahid14 adından şikayət ərizəsi ilə müraciət etmiş, şikayət ərizəsində yalnız bank vasitəsi ilə göndərdiyi pulun miqdarınıı göstərmiş, müraciətlərindən sonra Fərid Cəlilov bir qohumunun adına sənədləşdirilmiş “VAZ 21015” markalı maşını etibarnamə ilə ona vermiş, maşını alandan sonra onun xarab olmasını görmüş və maşını 4.900 manata satmış, bu qayda ilə Fərid Cəlilov və onun vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs verdiyi qızıl-zinət əşyaları və mobil telefona ödədiyi pul da nəzərə alınmaqla onu aldadaraq cəmi 123.000 manat pulunu ələ keçirmişlər. Həmin puldan ona satdığıı “VAZ 21015” markalı maşın da nəzərə alınmaqla, ona cəmi 13.000 manat pul qaytarılmış, lakin həmin pul ona əldə olunan qazanc kimi verilən puldur. x36 və Təqsirləndirilən şəxs birgə maşın satıb pul qazanmaq adı ilə onu aldadıb aldıqları 123.000 manat pulu qaytarmalarıdır. Alqı-satqı əməliyyatları aparacaqları maşınlardan “Toyota Prado” markalı ** LS *** və ** GG *** dövlət qeydiyyat nişanlı iki maşın, “Seat Leon” markalı ** CD *** dövlət qeydiyyat nişanlı maşın, “Saipa Tiba” markalı ** EF *** dövlət qeydiyyat nişanlı maşın, “Hyundai ix 55” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı maşın, ”Kia Cerato” markalı ** XD *** dövlət qeydiyyat nişanlı maşın, “Lexus CS-350” markalı ** NS *** dövlət qeydiyyat nişanlı maşın, “Porshe Panamera” markalı maşın, “Mersedes” markalı “Seat Exeo” markalı ** SL *** dövlət qeydiyyat nişanlı maşın, “İnfiniti markalı maşın, habelə dövlət qeydiyyat nişanlarını xatırlamadığı qara rəngli “Seat Exeo”, “Lexus G S-350” və “Hyundai Sonata” markalı maşınlar da olmuşdur. Fərid Cəlilovun bu proseslərdə iştirakı hərrac təşkilatlarından maşınları tapmaq və onların əlverişli qiymətləndirilməsini təşkil etməkdən ibarət olmuş, Təqsirləndirilən şəxs isə bu proseslərə Fərid Cəlilov qoşmuş, Təqsirləndirilən şəxs Fərid Cəlilovun yanında köməkçi işləmiş və x46 Qənbərovu ən etibarlı tanışı kimi ona təqdim etmiş və Fərid Cəlilovun maşınlarla bağlı bütün işlərini Təqsirləndirilən şəxs icra etmişdir. Fərid Cəlilov və Təqsirləndirilən şəxs pul verməsi 2 ay ərzində, yəni 2017-ci ilin iyul və noyabr aylarında olmuş, onlara 6 ədəd maşın üçün 27.000 ABŞ dolları pul vermiş və həmin pulların heç bir nəticəsini görməyəndən sonra həmin şəxslərin onu aldatmalarını başa düşmüşdür. Fərid Cəlilov özünü çox əlaqəli bir şəxs kimi göstərmiş, icra məmuru kimi onun tutduğu vəzifənin yüksək vəzifə olmasını bildirmiş, onun tutduğu vəzifəyə, dövlət məmuru olmağına görə ona inanmış, buna görə də Fərid Cəlilovun sözləri ilə Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxx Azərbaycan” QSC-də olan bank hesabına 27.000 ABŞ dolları, manatla 47.000 manat pul köçürmüş, bundan başqa “Western Union” vasitəsilə Təqsirləndirilən şəxs 4.450 manat və 4.850 manat olmaqla, cəmi 9.300 manat, üç dəfəyə (4.000 manat, 5.000 manat və 1.500 manat) olmaqla, cəmi 10.500 manat, bundan başqa üç dəfəyə Ceyhunun adına 5.000 və 4.000 manat, Rüfətin adına isə 5.000 manat olmaqla, ümumilikdə 14.000 manat və Təqsirləndirilən şəxs adına 900 ABŞ dolları və ya 1.530 manat, bu qayda ilə cəmi Təqsirləndirilən şəxs adına köçürmə ilə və “Western Union” vasitəsilə 81.230 manat pulu bank vasitəsilə köçürmüş, bundan başqa Təqsirləndirilən şəxs onun qızıl-zinət əşyalarını Fərid Cəlilovun sözləri ilə maşınları onun adına alqı-satqı etməsi üçün, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən 1 saylı Lombarda girov qoymaqla həmin lombarddan iki dəfəyə cəmi 3.200 manat pul götürmüş, bundan başqa Təqsirləndirilən şəxs Fərid Cəlilovun sözləri ilə 21.000 manat (13.000 manatı ona məxsusdur, 8.000 manatı isə Şahid1 borc almışdır) və “Mercedes Benz” markalı maşının alınması üçün isə 3.000 manat, cəmi 24000 manat nağd pul vermiş, köçürdüyü 27.000 ABŞ dollarını Təqsirləndirilən şəxs Bakı şəhərində “x60 Azərbaycan” QSC-nin Əhmədli filialından, digər köçürmələrlə göndərdiyi pul vəsaitlərini isə Bakı şəhərinin müxtəlif rayonları ərazisində yerləşən müxtəlif banklardan almış, nömrəsini unutduğu “Lexus” CS-350” markalı maşının alınması üçün 1.500 manat, “Grand Cherokee” markalı maşının alınması üçün 2.500 manat, daha sonra isə 1.000 manat pulu, cəmi 5.000 manat pulu isə nağd olaraq Fərid Cəlilova Bakı Metropoliteninin H.Aslanov stansiyası yaxınlığında vermiş, Fərid Cəlilovun iş yeri Bakı şəhəri Xətai İcra Şöbəsi olduğuna görə əsas görüş yerləri də onun iş yerinə yaxın olan yer, yəni Bakı Metropoliteninin H.Aslanov stansiyası yaxınlığında olmuşdur. Bundan başqa alınmış maşınların təmirinə və ustalara görə 10.700 manat pul xərcləmiş, Təqsirləndirilən şəxs mobil telefon alması üçün Fərid Cəlilovun sözləri ilə 2.080 manat pul ödəmiş, iştirak etdiyi maşınların satışından əldə olunan və ona verilən pulun az bir hissəsini özünə götürmüş, çünki həmin pullar qazancdan əldə olunan pul kimi ona verilmiş, qalan pulları isə Fərid Cəlilovun sözləri ilə Təqsirləndirilən şəxs vermiş, belə ki, Fərid Cəlilov yığılan pullar hesabına büdcələrini genişləndirib daha böyük işlərlə məşğul olmalarını, yəni torpaq sahələri, qızıl zinət əşyaları, mənzillər, yeni maşınlar almalarını, toplanan pulların bir il ərzində dövriyyədə qalmasını təklif etmiş, maşınların satışından əldə olunan pulları Təqsirləndirilən şəxs heç bir sənəd tərtib olunmadan vermiş, çünki Ceyhun və Fərid onun kirayədə yaşamasını, Təqsirləndirilən şəxs evində isə seyf olmasını və bu səbəbdən də pulların onda daha etibarlı saxlanılmasını bildirmişlər. Hazırda ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, fərdi qaydada maşınların alqı-satqısı ilə məşğuldur, əvvəllər Bakı şəhəri, Nərimanov rayonu ərazisində özünə məsus maşın salonu olmuş və müxtəlif şəxslərdən aldığı maşınların satışını həmin salon vasitəsi ilə aparmış, son 3 ildə tanıdığı şəxslər maşınlarının satılması üçün ona müraciət etməsinə görə onların maşınlarını satmış, maşınlarını satdığı şəxslər də etdiyi köməkliyə görə ona pul vermişlər. x25 təxminən 5 ildir ki, tanıyır, onun Bakı şəhər Xətai rayon icra şöbəsinin icra məmuru vəzifəsində işlədiyini bilmiş, Türkiyə Respublikasının vətəndaşı olan Zərərçəkmiş şəxs adlı şəxsi isə 10 ildən artıqdır ki, tanıyır, əvvəllər bir neçə dəfə ona maşın satmışdır. 2017-ci ilin yay aylarında Bakı şəhərində Bakı Metropoliteninin H.Aslanov stansiyası yaxınılığında yerləşən çayxanada Zərərçəkmiş şəxs tanışları, Elçin və Ramin adlı şəxslərlə, eləcə də Fərid Cəlilovla tanış etmişdir. 2017-ci ildə Zərərçəkmiş şəxs və Fərid Cəlilovla aralarında olan görüşlərin birində hərraca çıxarılan maşınların əlverişli qiymətlərlə alqı-satqısı ilə məşğul olmaları, bununla bağlı Fərid Cəlilovun icra məmuru kimi özünün və tanışlarının icraatında olan işlər üzrə hərraca çıxarılan əlverişli maşınlar barədə onlara məlumat verməsi, özünün isə maşınlara baxıb qiymət qoyması, Zərərçəkmiş şəxs isə maşınların hərracdan alınması üçün pul verməsi, bundan sonra özünün həmin maşınlara çəkilməli olan xərci müəyyən edib əlverişli qiymətə satılmasını təşkil etməsi, maşınları satıb əldə olunan qazancı öz aralarında, yəni Fərid Cəlilov, Necati və özü aralarında yarı bölmələri barədə razılaşmış, ilkin olaraq Fərid Cəlilov onlara bankda işləyən Elnur adlı tanışının bankın maşını olan “Nissan Murano” markalı maşınını satmasını bildirmiş və həmin şəxsin telefon nömrəsini ona vermiş, həmin şəxslə Bakı şəhərində DİN-nin inzibati binasının arxasında yerləşən bankda görüşmüş, Elnur adlı şəxs onu həmin bankın müdiri ilə görüşdürmüş və bankın müdiri ilə həmin bankda girovda olan “Nissan Murano” markalı maşınına baxmış, ilkin olaraq beh kimi 2.500 manat verməsi, qalan pulu isə maşın tam olaraq adlarına rəsmiləşdiriləndən sonra verəcəyi, maşını 10.000 manata alacağı barədə razılığa gəlmiş həmin vaxt yanında olan Zərərçəkmiş şəxs 2.500 manat pul alıb həmin bankın kassasına ödəmiş və sonuncu ilə birlikdə Bakı şəhəri 9-cu mikrorayona gedib dayanacaqda saxlanılan maşını götürüb ustaya aparmış, lakin maşında çoxlu problemlərin olmasına görə almağa razılıq verməyib maşını götürdükləri ilkin yerə gətirmiş və banka verdiyi 2.500 manat pulu geri almışdır. Aradan bir neçə gün keçmiş Fərid Cəlilov ona işdən çıxa bilmədiyini, ona görə də bütün işləri görməyi öz köməkçisi kimi təqdim etdiyi Təqsirləndirilən şəxsla birlikdə görmələrini onlara tapşırmış, bir müddət sonra Zərərçəkmiş şəxs ona Bakı şəhəri, “Amay” ticarət mərkəzinin altında “Grand Cherokee” markalı maşın olması, həmin maşının “Azərbaycan xxxxxxxxxxxxxxxı” ASC-yə məxsus olması və maşını əlverişli qiymətə almağın mümkünlüyünü bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs ilə birlikdə həmin maşına baxıb almağa razılıq vermiş, Təqsirləndirilən şəxs “Azərbaycan xxxxxxxxxxxxxxxı” ASC-nin bir əməkdaşı ilə həmin yerə gəlmiş, həmin maşının qiymətinin 25.000 manat olmasını Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs bildirmiş, maşının 25.000 manata alıb 28.000 manata satmaları və əldə olunacaq 3.000 manat pulu aralarında bərabər bölmələri barədə razılaşmışlar. Həmin yerdə “Toyota Prado” markalı maşını da görmüş, həmin maşına baxıb “Grand Cherokee” markalı maşını satandan sonra həmin maşını da almaq barədə razılığa gəlmişlər. Həmin vaxt “Grand Cherokee” markalı maşını almaq üçün Zərərçəkmiş şəxs 2.500 manat pulu alıb Təqsirləndirilən şəxsla birlikdə Dərnəgül qəsəbəsində olan hərracların aparıldığı binaya getmiş, həmin təşkilatda Təqsirləndirilən şəxs bir tanışı ilə görüşmüş, onun vasitəsi ilə hər birinin adına 1.250 manat pul ödəyib qəbz almış, razılaşmaya görə həmin qəbzləri alıb qeyd edilən maşının alqı-satqısında iştirak edib həmin maşını hərracda udmalı və bundan sonra 3 gün müddətində qalan 22.000 manat pulu da hərraca ödəməli olmuşdur. Bir həftədən sonra həmin maşının hərracı olmuş, lakin, Təqsirləndirilən şəxsla həmin maşın üzrə keçirilən hərracın qalibi ola bilməmiş, belə ki, başqa bir alıcı daha yüksək qiymət təklif edib həmin maşını almış, buna görə həmin təşkilata qayıdıb verdikləri 2.500 manat pulu geri almış, Zərərçəkmiş şəxs “Toyota Prado” markalı maşını alması üçün 2.500 manat pulu Təqsirləndirilən şəxs verməsini tapşırmış, ona görə də 2.500 manat pulu Zərərçəkmiş şəxs yanında Təqsirləndirilən şəxs vermiş, bundan sonra Zərərçəkmiş şəxs ona zəng edərək, Fərid Cəlilovun sözlərinə görə “Amay” ticarət mərkəzində əlverişli qiymətə “Lexus CS -350” markalı maşının olmasını, maşını 6.000 manata almağın və 15.000 manata satmağın və bu yolla qazanc əldə etməyin mümkün olmasını bildirmiş, həmin maşına baxmış və maşının əlverişli maşın olmasını görmüş, bunun üçün beh olaraq 1.500 manat pul verilməsinə görə Zərərçəkmiş şəxs onun hesabına 1.500 manat pul göndərmiş, lakin həmin pul onun hesabına daxil olmamış, bundan sonra Zərərçəkmiş şəxs bu işə görə 1.500 manat pulu Fərid Cəlilova vermiş, sonuncu həmin pulu ona verib maşının qiymətləndirilməsi üçün pulu x1 binası yaxınlığında olan “Qiymətləndirmə” idarəsinə aparıb verməsini tapşırmış, o da pulu aparıb onun dediyi şəxsə vermiş, sonradan isə Təqsirləndirilən şəxs onunla telefon danışıqlarında heç bir əsas olmadan narazılıq etmiş, sonuncunun onu bu prosesdən uzaqlaşdırmaq və Zərərçəkmiş şəxs ilə əlaqəni bibaşa qurmaq istəməsini başa düşmüş, bu əsasla da onun Təqsirləndirilən şəxsla və sonuncunu onunla tanış edən Fərid Cəlilovla aralarında narazılıq yaranmış, həmin ərəfələrdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla birlikdə maşınların alqı-satqısı, o cümlədən “Hyundai Sonata”, “Prado” və başqa markalı maşınların alqı-satqısı ilə məşğul olduqlarını, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hesabına Türkiyədən pul köçürdüyünü eşitmiş, bu qayda ilə Təqsirləndirilən şəxs onu Zərərçəkmiş şəxs ilə yaxın münasibətdən uzaqlaşdırmış və Necaiti Elemana ilə birlikdə onun iştirakı olmadan maşınların alqı-satqısı ilə məşğul olmuşlar, lakin, onların hansı maşınları və hansı qiymətə almalarını bilməmiş, sonradan Təqsirləndirilən şəxsla aralarındakı münasibətlər pisləşəndən sonra Necat Elemana ona Təqsirləndirilən şəxs ona “Toyota Prado” markalı maşını satmasını, həmin maşını almaq üçün 8.000 manat pulun çatışmamasını bidirib ona 8.000 manat borc pul alıb verməsini xahiş edib həmin maşını alcağını, aldığı pulu isə həmin maşını satandan sonra qaytarıb verəcəyini bildirmiş, buna görə də Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayonu ərasində soyadını unutduğu Saşa adlı tanışından aldığı 8.000 manat pulu vermiş, bundan sonra Zərərçəkmiş şəxs həmin pulu onunla birlikdə Təqsirləndirilən şəxs vermiş, sonralar isə həmin maşını Təqsirləndirilən şəxs satmış, lakin, Zərərçəkmiş şəxs onun pulunu qaytarmamış, bundan sonra Zərərçəkmiş şəxs aldığı 8000 manat pulu qaytarmasını tələb etməsinə görə sonuncu Fərid Cəlilovun razılığ ilə ona bir ədəd “Kia Cerato” markalı maşın vermiş, Fərid Cəlilov həmin maşının müvafiq sənədlərini qısa zamanda düzəldib ona verəcəyini vəd etmiş, lakin, öz vədinə əməl etməmiş, bir müddət maşını sənədsiz idarə etmiş, lakin, Fərid Cəlilovun maşının səndələrini düzəldib ona verməsini görüb Zərərçəkmiş şəxs həmin maşını qaytaracağını və pulunu naqd olaraq tələb etdiyini bildirmiş, son nəticədə Zərərçəkmiş şəxs ona verilməsi üçün Təqsirləndirilən şəxs 8.000 manat pul vermiş, lakin, Təqsirləndirilən şəxs tanımadığı bir nəfər şəxslə ona 7.000 manat pul göndərmiş, məcbur olub 1.000 manat da pul düzəldib soyadını unutduğu Saşa adlı tanışından aldığı 8.000 manat pulu sonuncuya qaytarıb vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, maşın alqısatqısı ilə məşğul olur, 2017-ci ilin axırlarında Bakı şəhəri Xətai icra şöbəsində icra məmuru işləyən Fərid Cəlilov Bakı şəhəri Kooperasiya Universitetinin yaxınlığında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” adlı Hərrac mərkəzindən münasib qiymətə “Porshe Panomera” markalı maşın satılmasını bildirib həmin maşını almağı ona təklif etmiş, o, razılıq vermiş, bundan sonra Fərid Cəlilov öz qohumu olan Teymur adlı şəxsi onun tanışı Şahid16 ilə həmin maşına baxmağa göndərmiş, bir az keçmiş Şahid16 ona zəng edib maşının təmirə ehtiyacının olmasını, lakin qiymətinin münasib olmasını, maşının hərrac qiymətinin 23.000 manat olmasını bildirmiş, buna görə də həmin maşını almağa razılıq vermiş, hərracda Şahid16 iştirak etmiş, rüsumu ödəmiş, hərracın qalibi olmuş və bundan sonra maşının dəyəri olan 23000 manat pulu Fərid Cəlilova vermiş, sonuncu da həmin maşını alıb ona vermiş, səhəri gün maşını öz adına alqı-satqı etmək üçün DYP-nin həyətinə apardıqda maşının üzərində həbs qərarı olmasını bilmiş, buna görə də dərhal Fərid Cəlilova öz narazılığını bildirmiş, sonuncu qısa zaman ərzində məsələləri özü həll edəcəyini vəd etmiş, o da maşını öz həyətinə gətirmiş, lakin təxminən 6-7 ay ərzində Fərid Cəlilov verdiyi sözünə əməl etməmiş, buna görə də ona zəng edib maşını qaytaracağını bildirib həmin maşın üçün verdiyi 23000 manat pulu və əlavə ödədiyi xərcləri, cəmi 33.000 manat pulunu qaytarıb verməsini tələb etmiş, əks halda haqqında inzibati orqanlara şikayət edəcəyini bildirmişdir. Fərid Cəlilov əvvəlcə onunla razılaşmamış, təxminən 6 aydan sonra Fərid Cəlilov adının Zərərçəkmiş şəxs olmasını bildiyi şəxslə onun yanına gəlmiş və sonuncunun bir ədəd “Lexus” markalı maşını olmasını, həmin maşını 17.000 manat qiyməti ilə, əlavə olaraq nağd şəklində 15.000 manat pul ödəyəcəyini təklif etmiş, onun təklifi ilə raşılaşmış və bundan sonra Fərid Cəlilov onun dostu Şahid16 adına “Lexus” markalı maşını alqı-satqı etdirmiş, bundan sonra “Porshe Panomera” markalı maşını Fərid Cəlilovun sözləri ilə Zərərçəkmiş şəxs vermiş, sonra da Fərid Cəlilov Bakı şəhərində müxtəlif yerlərdə təxminən 3 ay ərzində hər dəfə 500, 2.000, 3.000 manat olmaqla bir neçə dəfəyə ona verməli olduğu 15.000 manat pulu qaytarmış, sonradan həmin “Lexus” markalı maşını 13.000 manata adı yadında qalmayan bir şəxsə satmış, belə başa düşmüşdür ki, Zərərçəkmiş şəxs Fərid Cəlilovun göstərişlərini icra edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2018-ci ilin mart ayında İnternet səhifələrində “turbo.az” saytında 15.000 ABŞ dollarına “Hyundai ix 55” markalı maşının satılmasını görmüş, elanda maşının sahibinin Zərərçəkmiş şəxs olması və maşınla bağlı məlumatların türk dilində yazılması göstərilmiş, sonuncunun adına göstərilən telefon nömrəsinə zəng etmiş və internetdə gördüyü “Hyundai ix 55” markalı maşına baxmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs maşının ona məxsus olmasını, lakin, Türkiyə Respublikasının vətəndaşı olduğuna görə maşını işçisi Təqsirləndirilən şəxs adlı şəxsin adına aldığını bildirmiş, maşının alqı-satqısı ilə bağlı razılaşıb növbəti gün onunla Yasamal rayonu ərazisində yerləşən evinin həyətində görüşmüş, maşın Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olmuş, maşın xoşuna gəlmiş və maşının alqı-satqısını 15.000 ABŞ dollarına (manatla 25.500 manat) razılaşmış, Zərərçəkmiş şəxs ilk baxışdan öz geyimi ilə ona xoş təsir bağışlamış və buna görə də onun maşının əvvəllər vurulmaması, maşının qüsurlarının olmaması barədə sözlərinə inanmış, sonuncu maşının Təqsirləndirilən şəxs adına olmasını, sonuncunun maşını DYPnin Xırdalan şəhərində yerləşən DYP-nin Qeydiyyat İdrəsinə gətirəcəyini, maşının alqısatqısının həmin yerdə aparılacağını bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs təxminən 100 ya 200 ABŞ dolları pulu beh olaraq vermiş, 05 mart 2018-ci il tarixdə DYP-nin Xırdalan şəhərində yerləşən Qeydiyyat idarəsinə getmiş və sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs “Hyundai ix 55” markalı maşınla həmin əraziyə gəlmiş, onunla maşının alqı-satqısını rəsmiləşdirmiş, maşını qalan pulunu Zərərçəkmiş şəxs ilə danışandan sonra onun tapşırığı ilə Təqsirləndirilən şəxs vermiş, hazırda həmin maşın onun istifadəsindədir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2018-ci ilin payız aylarında şərikli maşın alqı-satqısı ilə məşğul olduğu Ruslan Güləliyevə məxsus olan “Hyundai ix 55” markalı maşını 24.500 manata satmaq üçün onunla birlikdə Badamdar qəsəbəsində yerləşən maşın bazarına getmiş, orada tanımadığı şəxs qiyməti 10.000 manat olan “Hyundai Sonata” markalı maşını ilə onlara məxsus həmin maşını barter üsulu ilə dəyişməyi təklif edərək maşından əlavə 14.500 manat pulu nağd olaraq ödəməyi vəd etmiş və maşının sahibinin Türkiyə Respublikasının vətəndaşı Necati adlı şəxs olmasını, onun alacaqları maşına baxmalı olmasını bildirib Necatinin telefon nömrəsini onlara vermiş, onunla telefonla danışıb Badamdar qəsəbəsində görüşmüş, Zərərçəkmiş şəxs maşına baxıb almağa razılıq vermiş, bundan sonra Zərərçəkmiş şəxs maşını gətirmiş Ceyhun adlı şəxslə telefonla danışıb maşının harada olmasını soruşmuş və maşına birlikdə baxacaqları barədə razılaşmış, bundan sonra birlikdə “Hyundai Sonata” markalı maşına baxmağa getmiş, biz az keçmiş Ceyhun adlı şəxs gəlmişdir. Zərərçəkmiş şəxs maşını Bakı Metropoliteninin Elmlər Akademiyası stansiyasının yaxınlığında olmasını bildirmiş, Bakı Metropoliteninin Elmlər Akademiyası stansiyasının yaxınlığında Ceyhun həmin maşını onlara göstərmiş, maşının təmirə ehtiyacı olsa da, onu 10.000 manata almağa razılıq vermiş, beləlikdə də, Zərərçəkmiş şəxs onların “Hyundai İX 55” markalı maşınlarının əvəzində həmin maşını və əlavə 14.500 manat pul verməli olmuş, növbəti gün Zərərçəkmiş şəxs və Ceyhun ilə birlikdə Bakı Metropoliteninin Memar Əcəmi stansiyası yaxınlığında olan “x60”a getmiş, Zərərçəkmiş şəxs həmin bankdan 14.000 manat pulu Ceyhun adlı şəxsin adına köçürməklə bankdan çıxarıb ona vermiş, qalan 500 manatı da Bakı Metropoliteninin Əhmədli stansiyası yaxınlığında Ceyhun adlı şəxsin evindən götürüb ona verəcəyini bildirmiş, Ceyhun evinə getmiş və bir az keçmiş 500 manat pulu gətirib ona vermiş və bundan sonra, maşınların notariat kontoru vasitəsi ilə alqı-satqısını aparmış, sonradan isə həmin maşını satmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə uzun illərdir ki, qonşu yaşayır, 2017-ci ilin qış aylarında Təqsirləndirilən şəxs onun adına 2 ədəd minik avtomobilini rəsmiləşdirib alacağını və onları satmaq istədiyini, özünün adına başqa minik avtomaşınları olduğu üçün bu prosesləri onun adından etmək istədiyini bildirmiş qonşu olduğu üçün razılıq vermiş, bundan sonra birlikdə “Montin bazarı” adlandırılan sahədə yerləşən avtomobillərin hərrac vasitəsi ilə satışı mərkəzinə getmiş, Təqsirləndirilən şəxs təklifi ilə hərracda iştirak etmiş, lakin, hərracda kimin tərəfindən və nə qədər pulun ödənilməsini bilməmiş və görməmiş, hərracda “Seat leon” və “Saipa Tiba” markalı iki minik avtomobili satılmış, hərracda işlərin hamısını Təqsirləndirilən şəxs özü aparmış, sonradan Təqsirləndirilən şəxs həmin avtomobilləri ona Baş Dövlət x40rşısında göstərmiş, həmin avtomobillər “Seat Leon” və “Saipa tiba” markalı əvvəllər istifadə edilmiş, lakin texniki vəziyyətləri yaxşı olan maşınlar olmuş, həmin yerdə yerləşən notariat kontorunda onun verdiyi etibarnamə əsasında Təqsirləndirilən şəxs “Saipa tiba” markalı avtomaşını tanımadığı şəxsə təxminən 5.000-6.000 manat nağd pula satmış, Təqsirləndirilən şəxs həmin pulları prosesdə iştirak edən və adını unutduğu milliyətcə türk olan şəxsə vermiş və həmin şəxslə avtomaşınların alqı-satqısı işlərini birlikdə görmələrini bildirmişdir. Həmin şəxs onun adının İbrahim olduğunu bilmiş, aradan təxminən 1-2 həftə sonra isə Təqsirləndirilən şəxs yenə də onu Baş Dövlət x47 aparmış və “Seat Leon” markalı avtomaşını əvvəllər tanımadığı Bakıxanov qəsəbəsində yerləşən “ASAN” xidmətin əməkdaşına təxminən 10.000 manata satmış, bu prosesdə Türkiyəli həmin şəxs iştirak etməmiş, avtomaşını alan şəxs Təqsirləndirilən şəxs təxminən 5.000 manat pul vermiş və təxminən 5.000 manat pul borcu qalmış, bundan sonra, Təqsirləndirilən şəxsla birlikdə qalan borcun ödənilməsi üçün Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən notariat kontoruna getmiş və qalan borcun ödənilməsi ilə bağlı onunla avtomaşını alan şəxs arasında borc müqaviləsi bağlanılmış, müqavilənin bir nüsxəsi Təqsirləndirilən şəxs qalmış, sonralar bir dəfə Təqsirləndirilən şəxsla birlikdə həmin şəxsin iş yerinə getmiş və Təqsirləndirilən şəxs miqdarını bilmədiyi pul almış, bundan bir müddət keçmiş Təqsirləndirilən şəxs yenə də onu həmin şəxsin iş yerinə göndərmiş və həmin şəxs ona 1.500 manat verib Təqsirləndirilən şəxs olan borcunu tam ödədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2018-ci ilin yanvar ayında Sumqayıt şəhərində yaşayan Asim adlı şəxs tanışı Necati adlı şəxsin “Toyota Prado” markalı minik avtomobili satmasını bildirmiş, həmin avtomobili almaq məqsədilə Asimlə birlikdə avtomobilin saxlanıldığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Favorit” mağazasının qarşısına gəlmiş və həmin avtomobili Zərərçəkmiş şəxs tanışı, boyca kiçik olan bir şəxs idarə edib gətirmiş, avtomobilə baxarkən Zərərçəkmiş şəxs da həmin yerə gəlmiş, sonuncu ilə tanış olmuş və həmin avtomobili almaq niyyətində olduğunu bildirdikdən sonra Zərərçəkmiş şəxs həmin avtomobilin ona məxsus olduğunu, 26.000 manata satdığını, avtomobilin zədəsi olmamasını bildirmiş, avtomobili sürüb gətirən alçaqboylu şəxs Zərərçəkmiş şəxs göstərişlərini icra etmiş, avtomobilə baxıb onu almağa razılıq vermiş və avtomobili növbəti gün ustaya göstərəndən sonra yekun olaraq qiyməti barəsində danışıb razılaşacaqlarını bildirmiş, növbəti gün özü, Asim və avtomobili idarə edən həmin alçaqboylu şəxs həmin avtomobili Bakı şəhəri Babək prospektində “Toyota Prado” avtomobillərinin texniki xidmət emalatxanasında işləyən qardaşı Samir Ulubəyovun usta tanışının yanına aparmış, usta avtomobili nəzərdən keçirib avtomobilin əvvəllər qəzaya uğramasını, təmir edilərək rənglənməsini bildirmiş, ona görə də sonrakı günlərdə Asim adlı Zərərçəkmiş şəxs ilə telefonda danışıb avtomobilin qəza nəticəsindən sonra təmir etdirildiyini bildrmiş və bundan sonra Zərərçəkmiş şəxs ilə həmin avtomobili 23.500 manata almaq barədə razılaşmışlar. Zərərçəkmiş şəxs avtomobilə dair etibarnaməni yanlarında olan alçaq boylu şəxsin verəcəyini bildirib avtomobilin pulunu həmin şəxsə verməsini tapşırmış, bundan sonra özü ilə Asim həmin alçaqboy şəxslə birlikdə Yasamal rayonu ərazisində yerləşən Notariat Kontoruna getmiş və həmin avtomobillə bağlı alçaqboy şəxs ona etibarnamə vermiş, bundan sonra 23.500 manat pulu Asimin yanında qeyd etdiyi alçaqboylu şəxsə verib avtomobili götürüb bir müddət özü idarə etmiş, sonradan isə 28.000 manata satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2017-ci ilin dekabr ayında yaşadığı məhəllədə avtomobillərin yuyucu məntəqəsində işləyən tanışı Fəxriyarla aralarında olan söhbət zamanı Bakı şəhəri “Elit” Ticarət Mərkəzinin yaxınlığında yerləşən avtomobillərin təmiri sexində “Mercedes Benz C-230” markalı minik avtomobilinin tanışı Zərərçəkmiş şəxs adlı şəxs tərəfindən 7.000 manata satışa qoyulmasını bildirmiş, həmin maşını almaq məqsədilə Fəxriyarla birlikdə qeyd edilən ünvana gedib avtomobilin rəngləndiyini görmüş, Fəxriyar Zərərçəkmiş şəxs zəng edib Badamdar qəsəbəsində görüşməkləri barədə razılaşmış, birlikdə həmin əraziyə gedib Zərərçəkmiş şəxs ilə tanış olmuş, ona “Mercedes Benz C-230” markalı maşını almaq istəməsini bildirmiş, sonuncu ilə həmin maşını 7.000 manata alqı-satıqısına razılaşmış və beh olaraq Zərərçəkmiş şəxs 200 ABŞ dolları pul vermiş və səhəri gün DYP-nin Xırdalan şəhərində yerləşən qeydiyyat İdarəsinə gedərək maşının onun adına sənədləşdirilməsinə razılaşmışlar. Zərərçəkmiş şəxs maşının alqı-satqı sənədləri ilə onun tanışı Ceyhun adlı şəxsin məşğul olacağını bildirmiş, bundan sonra növbəti gün Təqsirləndirilən şəxsla danışıb onunla görüşmüş, sonuncu almaq istədiyi “Mercedes Benz C-230” markalı maşınla gəlmiş, birlikdə DYP İdarəsinə getmiş, bu prosesdə Zərərçəkmiş şəxs iştirak etməmiş, həmin vaxt qeyd edilən maşının bankda girov yüklülüyündə olmasını bilmiş, Təqsirləndirilən şəxs həmin ərazidə olan Notariat Kontoru vasitəsilə maşını onun razılığı ilə qardaşı Razim Rzayevin adına 1 il müddətinə etibarnamə ilə rəsmiləşdirmiş, bundan sonra Bakı Metropoliteninin H.Aslanov stansiyası yaxınlığında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla görüşmüş, notarial qaydada Zərərçəkmiş şəxs maşının qalan 6.800 manat pulunu ABŞ dollarının kursu ilə hesablayıb vermiş, Zərərçəkmiş şəxs həmin puldan 200-300 ABŞ dollarını özünə götürmüş, qalan pulları isə Təqsirləndirilən şəxs vermişdir. Təxminən 3 aydan sonra həmin maşını Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən maşın bazarında tanımadığı bir şəxsə 7.000 manat satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində yaşayan Namiq adlı uzaq qohumu 2018-ci ilin iyun- iyul aylarında ona zəng edərək Təqsirləndirilən şəxs adlı şəxsin qara rəngli “İnfiniti” markalı minik maşını 12.500 manata satmasını, maşının texniki vəziyyətinin normal olmasını, maşının bir az təmirə ehtiyacı olmasını bildirmiş, bundan sonra Respubilka Dövlət Yol polisinin həyətinə getmiş, həmin ərazidə Namiqlə Təqsirləndirilən şəxs görmüş, Təqsirləndirilən şəxsla maşının qiymətini 12.150 manata razılaşmış, Təqsirləndirilən şəxs etibarnamə ilə ona verəcəyini bildirsə də o, maşını alıqı-satqı yolu ilə almaq istəməsini demiş, bundan sonra həmin maşın onun adına alqı-satqı edilmişdir. Sonra o, 12.150 manatı sayıb şəxsən Təqsirləndirilən şəxs vermiş, həmin maşını təxminən 2 ay idarə etmiş sonradan isə Namiq adlı qohumu vasitəsilə Bakı şəhərində tanımadığı şəxsə 14.000 manata satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2018-ci ilin noyabr ayında tanışlarından biri ona Bakı şəhəri Yasamal rayonu ərazisində “Favorit” mağazasının yaxınlığında “Seat Exeo” markalı ağ rəngli maşının 10.000 manata satışa qoyulmasını, maşınla bağlı elan vermiş şəxsin telefon nömrəsini götürüb ona zəng etmiş, həmin şəxslə “Seat Exeo” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı maşının olduğu “Favorit” mağazasının yaxınlığında görüşmüş, onunla telefonda danışan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş, Təqsirləndirilən şəxs avtomaşının onun atasına məxsus olmasını, pula ehtiyacları olduğu üçün onu satmasını bildirmiş, usta xərclərini özü çəkməli olduğu üçün Təqsirləndirilən şəxs 9.800 manat pul vermiş, maşını etibarnamə ilə almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 2018-ci ilin əvvəllərində Bakı şəhərində yaşayan və maşın hissələrinin alqı-satqısı ilə məşğul olan Elçin adlı tanışına müraciət edərək münasib qiymətə maşın almaq istədiyini bildirmiş, Elçin Bakı şəhəri Kooperasiya Universitetinin yaxınlığında yerləşən hərrac təşkilatından münasib qiymətə maşın almağın mümkün olmasını bildirmişdir. Buna görə də həmin hərrac təşkilatına müraciət etmiş, hərracda boş kuzovu olan “Kia Cerato” markalı maşın olmasını və həmin maşının kuzovunun 550 manata satılmasını bilmiş, həmin boş maşın kuzovunu almaq və onu satmaq istəmiş, hərrac təşkilatından həmin maşın kuzovunu almaq üçün banka 550 manat pul ödənməsi tələb edilmiş, ona təqdim edilən sənəd əsasında “xxxxxxxxxxx” ASC-nin Bakı şəhəri, Q.Qarayev prospektində olan filialına 550 manat pul ödəmiş, banka pul ödəyəndən sonra hərracdan həmin maşının kuzovunun Bakı şəhəri Binəqədi rayonu ərazisində olan «Elit» ticarət mərkəzinin yaxınlığında olan anbarda yerləşməsi bildirilmiş, o da hərrac təşkilatının nümayəndəsi ilə qeyd edilən ünvana gedib “Kia Cerato” markalı maşının boş kuzovunu görmüş, onunla həmin yerə gələn kuzovu almaq istəyən şəxslər özləri maşının boş kuzovunu evukatora yükləyib aparmış, bundan sonra həmin maşın onun adından DYP-də başqa bir şəxsin adına alqı- satqı edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 2017-ci ilin axırlarında özü üçün münasib qiymətə maşın almaq istəmiş, həmin dövrlərdə internet saytlarında 12.500 manata “Saipa tiba” markalı maşının Necati Elamana tərəfindən satılması barədə elanı görmüş, həmin şəxsə telefonla zəng edib maşına baxıb onu almaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs yanında olan şəxsin Təqsirləndirilən şəxs olmasını, ümumi işlərində ortaq olmalarını, maşının alıq satqısını Təqsirləndirilən şəxs aparacağını bildirmiş, səhəri gün maşının alqı- satqısını aparmış və Necati Elemanın razılığı ilə ilkin olaraq Təqsirləndirilən şəxs 7000 manat pul vermiş, bundan sonra iki dəfə Necati Elemanın razılığı ilə Təqsirləndirilən şəxs cəmi 3500 manat pul vermiş, qalan 2000 manat pulu isə Neccati Elemanını özünə göndərmiş, hazırda həmin maşın özünün istifadəsindədir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, 2017-18-ci illərdə Bakı şəhərində minik avtomobilərinin alqı- satıqı ilə məşğul olmuş, 2017-ci il Şahid3 Bakı şəhəri Xətai İcra və probasiya şöbəsində icra məmuru işləyən Fərid Cəlilovun vasitəsi ilə “Porshe Panamera” markalı maşın almaq istəmiş, lakin, Bakı şəhərinə qeydiyyatı olmadığı üçün avtomaşının alqı- satqısını onun adına rəsmiləşdirib adından etibarnamə almaq istəmiş, Şahid3 ona həmin maşını Fərid Cəlilovun vasitəsi ilə alacağını, həmin maşını görməsini, buna görə hətta Fərid Cəlilova ilkin olaraq 10.000 manat, sonradan isə 27-29000 manat pul verməsini bildirib onun şəxsiyyət vəsiqəsini alıb Fərid Cəlilova vermiş, sonuncu maşının alqı- satqı edilməsi üçün onu dəfələrlə müxtəlif hərrac təşkilatlarına və Baş DYPİ-yə aparmış, lakin maşını ala bilməmiş, nəhayət Şahid3 həmin maşını Bakı şəhəri Xətai rayonu ərazisində ondan almış, faktiki olaraq özü heç bir hərracda iştirak etməmiş, sonradan isə həmin maşının alqı-satqı edilməsində problem yarandığına görə Şahid3 narazılıq etmiş, Fərid Cəlilov yaranmış problemi həll edəcəyini vəd etsə də, heç bir nəticə əldə etməmiş, buna görə Şahid3 aldığı həmin maşını ona qaytarıb vermiş, Fərid Cəlilov əvəzində Şahid3 bir ədəd “Lexsus-S350” markalı maşın və naqd pul vermişdir. Şahid2 cinayət işinin 3-cü cildinin 65-68-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, «Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs təxminən 10 ildən artıqdır ki, tanıyır, ona işlətdiyi avtosalondan müxtəlif markalı maşınlar satmış, Zərərçəkmiş şəxs Bakı şəhərində hündür mərtəbəli binaların havalandırma sisteminin qurulması işləri ilə məşğul olmasını bilmiş, təxminən 2018-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs həmin salona bir ədəd 2008-ci il buraxılışı olan “Toyota Prado” markalı (4.000 at gücü ilə olan) maşını gətirib həmin maşını satmaq istədiyini, maşının özünə məxsus olmasını, son dövrlərdə maşın alqı-satqısı ilə məşğul olub pul qazanmaq istədiyini bildirib həmin maşını satılması üçün avtosalona qoymuşdur. Zərərçəkmiş şəxs həmin maşının satış qiymətinin təxminən 16.400 ABŞ dolları olduğunu bildirmiş, maşının satılması elanını İnternet səhifələrində “Turbo.az” saytında yerləşdirmiş və əlaqə telefonu kimi avtosalon olaraq öz telefon nömrəsini qoymuş, tarixini dəqiq xatırlamadığı gündə Sumqayıt şəhərindən bir şəxs ona zəng edib qeyd edilən elanla bağlı həmin maşını almaq istədiyini bildirmiş, həmin şəxsi avtosalona dəvət etmiş, bir müddət keçmiş əvvəllər tanımadığı, telefonla danışdığı həmin şəxs avtosalona gəlmiş, maşının sahibinin milliyyətcə türk olmasını və həmin şəxsin özünün dostu olduğunu bildirmiş, həmin şəxs maşına baxmış və maşını almaq istədiyi üçün Zərərçəkmiş şəxs zəng etmiş, sonuncu müştərinin xahişini nəzərə alaraq maşının qiymətində güzəşt edib 16.200 ABŞ dollara satmasını ona tapşırmış, müştəri maşını 16.200 ABŞ dollarına almağa razı olmuş və həmin miqdarda pulu ona vermiş, bundan sonra maşının sənədləşdirilməsinin aparılmasının zəruri olmasını Zərərçəkmiş şəxs demiş və sonuncu maşının sənədləşməsini aparacaq şəxsi onun yanına göndərəcəyini bildirmiş, bir az keçmiş avtosalona sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs gəlmiş və sonuncu maşının alqı-satqısı ilə bağlı zəruri olan sənədləri hazılamaq üçün getmiş, bir az keçmiş Təqsirləndirilən şəxs məhkəmə işçilərinin geyim formasında sonradan adının Fərid Cəlilov bildiyi şəxslə avtosalona gəlmiş və Zərərçəkmiş şəxs tərəfindən göndərildiklərini ona bildirib maşını satdığı 16.200 ABŞ dolları pulu onlara verməsini tələb etmiş, ona görə də Zərərçəkmiş şəxs zəng etmiş, sonuncu həmin şəxslərin ona hərracdan müxtəlif markalı maşınları almasını təşkil etmələrini bildirib pulu həmin şəxslərə verməsini tapşırmış, lakin, Zərərçəkmiş şəxs ilə razılaşmamış və özünün gəlməsini tələb etmiş, bir az keçmiş Zərərçəkmiş şəxs avtosalona gəlmiş, satış üçün qoyduğu “Toyota Prado” markalı maşının satışından aldığı 16.200 ABŞ dolları pulu sayıb şəxsən Zərərçəkmiş şəxs vermiş, sonuncu isə onun yanında həmin pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. Sonradan həmin iki nəfər şəxs və onların yanında 1 nəfər nisbətən yaşlı şəxs, onun yanına gəlmiş və nisbətən daha yaşlı olan şəxs “Toyota Prado” markalı maşın satılıb-satılmamasını, satış pulunu həmin alçaq boylu və nisbətən ondan hündür boylu şəxsə verib-vermədiyini soruşmuş, həmin şəxslərə maşını satıb pulunu Zərərçəkmiş şəxs verməsini, Zərərçəkmiş şəxs da ona verdiyi maşının pulunu yanında, təxminən 5 metr aralıda alçaq boylu şəxsə verməsini bildirmiş, sonradan məhkəmə işçinin formasını geyinmiş şəxsin soyadıın bilmədiyi Fərid adlı şəxs olmasını bilmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs qara rəngli “Hyundai ix-55” markalı maşını da satmaq üçün avtosalona gətirmiş, lakin qiyməti baha olduğuna görə həmin maşını qəbul etməmiş, daha sonra isə Zərərçəkmiş şəxs yaşadığı həyətdə həmin şəxslərlə birgə aldığı “Porshe Panomera” markalı maşını olduğunu və onu da satmaq istədiyini, lakin, maşının sənədlərinin düzgün olmadığını bildirmiş, sonuncuya problemi olmayan maşın təqdim etməsini xahiş etmiş, sonradan məhkəmə işçisi formasını geyinmiş Fərid Cəlilov və onun tanışı Təqsirləndirilən şəxs avtomaşınların satışı ilə bağlı Zərərçəkmiş şəxs 100.000 manatdan çox ziyan vurmalarını sonuncu ona bildirmişdir.» Şahid11 cinayət işinin 3-cü cildinin 131-134-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs tanıyır, onunla qonşudur, sonuncu maşın alqı-satqısı işləri ilə məşğul olmuş, 2017-ci ildə tarixini dəqiq xatırlamır, Təqsirləndirilən şəxs onun adına maşın alıb satacağını və adına maşın alqı-satqısının sənədləşdirilməsinə etirazı olub-olmamasını soruşmuş, ondan maşını hansı səbəbə görə öz adına almamasını maraqlanmış, Təqsirləndirilən şəxs eyni gün ərzində iki maşın almasını, maşınların birini öz adına, digərini isə onun adına alqısatqı edəcəyini, bu işdə heç bir problem olmamasını bildirmiş, bundan sonra adına maşın alqı-satqısının aparılmasına etiraz etməmiş, sonradan Təqsirləndirilən şəxs onun adına iki maşının alqı-satqısını aparmış, həmin maşınlardan biri “Toyota Prado” markalı, digəri isə ağ rənglı “Lexus” markalı maşın olmuş, Təqsirləndirilən şəxs onu “Toyota Prado” markalı maşının alqı-satqısını aparması üçün Bakı şəhəri Nərimanov rayonu ərazisində olan hərrac təşkilatına, daha sonra isə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən notariat kontoruna aparmış və müvafiq sənədlərə imza etdirmiş, digər “Lexus” markalı maşının alqı-satqısı üçün isə onu Bakı şəhərində Kooperasiya Universitetinin yanında olan hərrac təşkilatına, daha sonra isə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən notariat kontoruna aparmış, hər iki maşını alan şəxslərin adlarını bilməmiş, “Toyota Prado” markalı maşını alan şəxs maşının pulunu Təqsirləndirilən şəxs vermiş, ancaq nə qədər pul verməsini bilməmiş, “Lexus” markalı maşını alan şəxsin isə kimə və nə qədər pul verməsini bilməmiş, çünki notariat kontoruna Təqsirləndirilən şəxs göstərişi ilə tək getmiş, notariat kontorunda yalnız etibarnaməyə imza etmişdir. Təqsirləndirilən şəxs həmin maşınları özü alıb satmasını, yəni kiminləsə də, maşın alqı-satqısı ilə bağlı, o cümlədən Türkiyə Respublikası vətəndaşı ilə şərikli iş görməsi barədə ona heç nə deməmişdir.» Şahid12 cinayət işinin 3-cü cildinin 48-51-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, «2017-ci ilin axırlarında özü üçün yanacağın işlədilməsi baxımından sərfəli olan İran İslam Respublikası istehsalı olan “Saipa Tiba” markalı maşın almaq istəmiş, buna görə də qardaşı Yeniseylə birlikdə Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən maşın bazarına getmiş, çox axtarışdan sonra bir şəxsin ** EF *** dövlət nömrə nişanı olan avtomaşın satmasını görmüş, maşının rəngi ağ olmaqla 2013-cü il buraxılışı olmuş, lakin maşının texniki pasportu, maşının yanında olan şəxsin adına deyil, adı yadında qalmayan şəxsin adına olmuş, həmçinin maşının bankda girovda olan maşın olmasını bilmiş, həmin şəxs maşını 6.500 manata satacağını bildirmiş və maşının öz rəhbərinin maşını olmasını və həmin şəxsin milliyətcə türk olmasını bildirmiş, ondan maşının qiymətində güzəşt etməsini xahiş etdikdə sonuncu maşının sahibi olan həmin milliyəti türk olan şəxsi çağıracağını, onunla özünün danışıb razılaşmasını təklif etmiş, bir az keçmiş adı Zərərçəkmiş şəxs olan şəxs gəlmiş və maşının yanında olan həmin şəxsi öz işçisi kimi təqdim edib özünün firması və firmanın da bir neçə maşını olmasını, firmanı ləğv etməsini, ona görə də maşınları satıb ölkədən getmək istəməsini bildirmiş, Zərərçəkmiş şəxs ilə həmin maşını alqı-satqısını 6.000 manata razılaşmış, həmin maşın üçün beh olaraq Zərərçəkmiş şəxs 500 manat pul vermiş, bundan sonra Zərərçəkmiş şəxs həmin maşını yaşadığı evin yaxınlığında yerləşən maşın dayanacağına gətirmiş, səhəri gün Respublika DYP-nin Xırdalan şəhərində yerləşən binasının həyətində onlarla görüşmüş, maşına 1 il müddətinə etibarnamə verilmiş, bundan sonra maşının qalan pulu olan 5.500 manat pulu şəxsən DYP-nin həyətində Zərərçəkmiş şəxs vermiş, daha sonra isə maşının açarını ondan almış, təxminən 1 ildən sonra isə həmin maşını Naxçıvan şəhərində qohumu Rəqib Süleymanova 7.200 manata satmışdır.» Şahid14 cinayət işinin 6-cı cildinin 128-130-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, «Zərərçəkmiş şəxs 2008ci ildə onun bacısı Lalə Rüstəmova ilə ailə həyatı qurmuş, birgə nikahlarından bir uşaqları vardır. Zərərçəkmiş şəxs əvvəllər Bakı şəhərində hündür mərtəbəli binaların havalandırma sistemlərinin qurulması işləri ilə məşğul olmuş, son dövrlərdə isə heç bir yerdə işləməmiş, 2017-ci ildə Zərərçəkmiş şəxs Bakı şəhərində digər şəxslərlə maşın alqı-satqısı ilə məşğul olmasını bilmiş, lakin, konkret olaraq onun kimlərlə maşın alveri ilə məşğul olmasını bilməmiş, təxminən 2018-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs ilə maşın alveri edən şəxslərin Xətai icra şöbəsinin icra məmuru Fərid Cəlilov və onun tanışı Təqsirləndirilən şəxs olmasını, maşınların alqı-satqısı ilə bağlı aralarında narazılıqların olmasını və Zərərçəkmiş şəxs həmin şəxslərin onu aldatması ilə bağlı narazılıq edərək onlardan pulunu tələb etməsini bilmişdir. Hətta Zərərçəkmiş şəxs onun yanında Bakı şəhəri, Hüseyn Cavid parkında Fərid Cəlilovla görüşmüş və x27 və Təqsirləndirilən şəxs onun adına maşınla bağlı etibarnamə vermələri üçün Zərərçəkmiş şəxs onun şəxsiyyət vəsiqəsinin surətini istəmiş, sonradan isə adına bir ədəd “VAZ 21015” markalı maşın etibarnamə ilə verilmiş, Zərərçəkmiş şəxs sonradan həmin maşını 4.800, ya da 5.800 manata satmış və aldadılması ilə bağlı Fərid Cəlilov və Təqsirləndirilən şəxs barələrində Daxili işlər və Ədliyyə nazirliklərinə şikayət etmiş, Zərərçəkmiş şəxs deməsinə görə Fərid Cəlilov və Təqsirləndirilən şəxs aldatma yolu ilə onun 123.000 manat pulunu ələ keçirmişlər.» Şahid17 cinayət işinin 2-ci cildinin 247-250-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, «təxminən 2 il əvvəl, yəni 2017-ci ildə sosial şəbəkələrin birində “Turba” saytında 2,7 at gücündə olan 2009-cu il buraxılışlı “Toyota Prado” markalı maşının satılması barədə elanı görmüş və həmin maşınla maraqlanmaq üçün onun satışa qoyulduğu Bakı şəhəri Xətai rayonu, Babək prospektində yerləşən avtosalonun sahibi Bəxtiyar adlı soyadını bilmədiyi şəxslə telefonda danışmış, sonuncu maşının satış qiymətinin 16500 ABŞ dolları olduğunu bildirmiş, həmin salona getmiş və dövlət qeydiyyat nişanını xatırlamadığı həmin maşının vəziyyətinin normal olduğunu görmüş, avtosalonun sahibi Bəxtiyar adlı soyadını bilmədiyi şəxs ona maşının sahibinin Türkiyə Respublikasının vətəndaşı olduğunu bildirmiş, maşının qiymətində ona güzəşt ediləcəyini düşünərək maşının sahibini salona çağırmasını ondan xahiş etmiş, Bəxtiyar adlı soyadını bilmədiyi şəxs təkrarən maşının satış qiymətinin 16500 ABŞ dolları olduğunu, lakin, həmin məbləğdən 300 ABŞ dolları güzəşt ediləcəyini və sahibinin maşına görə 16200 ABŞ dolları istədiyini ona bildirmiş, maşının icbari sığortası olmadığı üçün sonuncunun telefon zəngi ilə maşının sahibinin sürücüsü kimi ona təqdim etdiyi və adını bilmədiyi təxminən 24-25 yaşlarında alçaqboy, dolu bədənli cavan şəxs həmin əraziyə gəlmiş və maşını sığortalatdırmış,bundan sonra da maşının sahibini görməmiş, lakin maşını sahibinin verdiyi etibarnamə ilə öz adına rəsmiləşdirərək 16.200 ABŞ dolları məbləğində pulu Bəxtiyar adlı soyadını bilmədiyi şəxsə nağd olaraq verib maşını almış, təxminən 1,5 il ərzində maşını idarə edəndən sonra şəxsi ehtiyacları üçün maşını satmışdır.» Cinayət işinin 1-ci cildinin 84-91 vərəqlərində olan “02.08.2017-ci il tarixli (1.500 manat), 13.11.2017-ci il tarixli 960 ABŞ dolları, 14.11.2017-ci il tarixli (4.000 və 2 dəfə 5.000 manat), 24.11.2017-ci il tarixli (15.000 ABŞ dolları), 25.11.2017-ci il tarixli (12.000 ABŞ dolları) pul vəsaitinin göndərilməsi barədə sənədlərdən görünür ki, qeyd edilən məbləğlərdə pul vəsaitləri Zərərçəkmiş şəxs tərəfindən “xxxxxxxxxxxxxx” ASC və “Western Union” vasitəsi ilə Təqsirləndirilən şəxs adına göndərilmiş, sonuncu həmin vəsaitləri şəxsən imza edərək almış, Zərərçəkmiş şəxs tərəfindən pul göndərilməsi ilə bağlı son əməliyyat 25.11.2017-ci il tarixdə aparılmışdır. Cinayət işinin 2-ci cildinin 25-99-cu vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Baş Dövlət x57ndən daxil olmuş 22.01.2019-cu il tarixli 6238-1219 nömrəli materialdan görünür ki, ünvan 2(20A) 1933-cü məhəllədə yerləşən “Respublika Xammal və Əmtəə Birjası”, Bakı şəhəri, Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi 50-də yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi M.Müşfiq küçəsi 2A-da yerləşən “x5 Mərkəzi” tərəfindən keçirilən hərraclar üzrə alınmış ** FX *** dövət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomaşın Təqsirləndirilən şəxs tərəfindən 08.11.2017-ci il tarixdə Şahid5, 99ME 758dövlət nömrə nişanlı “Mersedes Benz C 230” markalı avtomaşın Təqsirləndirilən şəxs tərəfindən x26, ** NS *** dövlət nömrə nişanlı “Lexus Es 2350” markalı avtomaşın Ceyhun Qənərovun maşının alışını sənədləşdirdiyi tanışı Şahid11 adından 28.12.2017-ci il tarixdə Şahid16 , ** BZ *** dövlət nömrə nişanlı “Hyundai ix- 55” markalı avtomaşın Təqsirləndirilən şəxs tərəfindən Şahid4, “x51” markalı ** LS *** dövlət nömrə nişanlı avtomaşın Ceyhun Qənblərovun maşının alışını sənədləşdirdiyi tanışı Şahid11 adından 08.01.2018-ci il tarixdə Şahid7, ** HD *** dövlət nömrə nişanlı “Kia Serato” markalı avtomaşın 15.02.2018-ci il tarixdə Şahid13, ** EF *** dövlət nömrə nişanlı “Saipa Tiba” markalı avtomaşın Təqsirləndirilən şəxs maşını alışını sənədləşdirdiyi tanışı x2 adından 01.03.2013-ci il tarixdə Şahid12, ** CD *** dövlət nömrə nişanlı “Seat Leon” markalı avtomaşın Təqsirləndirilən şəxs maşının alışını sənədləşdirdiyi tanışı Şahid6 adından Şahid15, ** SL *** dövlət nömrə nişanlı “Seat Exeo” markalı avtomaşın Təqsirləndirilən şəxs tərəfindən 24.10.2018-ci il tarixdə Şahid10, “Toyota Prado” markalı ** LS *** dövlət nömrə nişanlı avtomaşın Təqsirləndirilən şəxs maşının alışını sənədləşdiridyi tanışı Rafiq Davudovun adından 22.11.2017-ci il tarixdə Şahid17 satılmış maşınlar olmuşdur. Cinayət işinin 1-ci cildinin 1-47-ci və 6-cı cildinin 8-105-ci vərəqlərində olan “Respublika Xammal və Əmtəə Birjası”, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və “x5 Mərkəzi”nin materiallardan görünür ki, ** FX *** dövət nömrə nişanlı “Hyundai Sonata” markalı, ** BZ *** dövlət nömrə nişanlı “İnfiniti M 35” markalı, ** GL *** dövlət nömrə nişanlı “Mersedes Benz C 230” markalı, ** NS *** dövlət nömrə nişanlı “Lexus Es 2350” markalı, ** BZ *** dövlət nömrə nişanlı “Hyundai ix- 55” markalı, “x51” markalı ** LS *** dövlət nömrə nişanlı, ** HD *** dövlət nömrə nişanlı “Kia Serato” markalı, ** EF *** dövlət nömrə nişanlı “Saipa Tiba” markalı, ** CD *** dövlət nömrə nişanlı “Seat Leon” markalı, ** SL *** dövlət nömrə nişanlı “Seat Exeo” markalı, ** MO *** dövlət nömrə nişanlı “Seat Exeo” markalı, “Toyota Prado” markalı ** LS *** dövlət nömrə nişanlı avtomaşınlar həmin hərrac mərkəzləri tərəfindən keçirilən hərracların nəticələri üzrə Təqsirləndirilən şəxs adına alqı- satqı edilməklə sonuncu tərəfindənŞahid5, Şahid9, Şahid4, Şahid17, həmçinin həmin maşınlar Təqsirləndirilən şəxs tanışı Şahid11 və Şahid6 adına sənədləşdirilməklə Təqsirləndirilən şəxs tərəfindən Şahid16 (Şahid3), x11, Şahid12, Şahid15 və Şahid10 satılmışdır. Cinayət işinin 7-ci cildinin 51-61-ci vərəqlərində olan “xxxxxxxx” MMC, “xxxxxx” MMC və “xxxxxxx” MMC-dən daxil olmuş CD disklərə baxış protokollarından görünür ki, x33 Elemana və Təqsirləndirilən şəxs arasında 2017-ci ilin avqust- dekabr ayları ərzində gün ərzində bir neçə dəfə mütəmadi olaraq telefon əlaqələri olmuş, Fərid Cəlilov özünün ***- ***-**-** nömrəli mobli telefonu ilə Zərərçəkmiş şəxs məxsus ***-***-**-** və ***-***-**-** və eyni zamanda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonlar arasında 2017-ci ilin oktyabr ayından 2018-ci ilin sentyabr ayına kimi olan dövrdə gün ərzində çoxsaylı zənglər etmişdir. Cinayət işinin 2-ci cildinin 11-13-cü vərəqində olan Bakı şəhəri, Nəsimi rayonunda yerləşməklə ********** nömrəli VEÖN əsasında fəaliyyət göstərən x12 məxsus 1 saylı lombard tərəfindən verilmiş 16 və 23 mart 2018-ci il tarixli, 305542 və 305570 nömrəli girov biletlərindən görünür ki, cəmi 49,8 qram çəkidə 750 əyarda 1 ədəd komplekt qızıl sırğa, 52,7 qram çəkidə 750 əyarda 1 ədəd qızıl saat, 20 qram çəkidə 750 əyarda 1 ədəd qızıl boyunbağı Təqsirləndirilən şəxs tərəfindən həmin lombarda girov qoyularaq sonuncu tərəfindən imza edilərək müvafiq olaraq 2300 manat və 900 manat olmaqla ümumilikdə həmin lombardan 3200 manat pul götürülmüşdür. Cinayət işinin 3-cü cildinin 139-168-ci vərəqlərində olan Zərərçəkmiş şəxs Sultanalı oğlunun adına «x60 Azərbaycan» QSC-dən götürülmüş AZ58KABA ******************** nömrəli hesab üzrə aparılan əməliyyatlardan görünür ki, 16.08.2017-cil tarixdə həmin hesaba 7100 manat, 29.08.2017-ci il tarixdə 4300 manat və 25.12.2017-ci il tarixdə həmin hesaba 1400 manat olmaqla ümumilikdə həmin hesaba qeyd edilən dövrdə cəmi 12800 manat vəsait mədaxil olunmuş və həmin vəsaitlər 16.08.2017-ci il tarixdən 27.12.2017-ci il tarixə kimi olan dövrdə Zərərçəkmiş şəxs tərəfindən hissə-hissə məxaric olunmuşdur. Cinayət işinin 1-ci cildinin 82-113-cü vərəqlərində olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2(005)-2376/2012 saylı, 29 yanvar 2014-cü il tarixli, 2(005)-611/14 saylı, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 10 iyul 2014-cü il tarixli, 2(007)-2521/2014 saylı, 20 sentyabr 2012-ci il tarixli, 2(007)-2233/2012 saylı, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 11 dekabr 2013-cü il tarixli, 2(002)-2004/2013 saylı, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 30 oktyabr 2015-ci il tarixli, 2(003)-4293/2015 saylı, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 18 iyun 2014-cü il tarixli, 2(006)-2659/2014 saylı, Sumqayıt Apelyasiya məhkəməsinin icra sənədləridən görünür ki, cavabdeh x19 “Azərbaycan xxxxxxxxxxxxxxx” ASC-dən verilmiş kredit üzrə yaranmış borca görə girov qoyulmuş “Toyota Prado” markalı ** LS *** dövlət nömrə nişanlı, x8 “Azərbaycan xxxxxxxxxxxxxxx” ASC-dən verilmiş kredit üzrə yaranmış borca görə girov qoyulmuş “Lexus ES 350 markalı ** NS *** dövlət nömrə nişanlı, x30 “Azərbaycan xxxxxxxxxxxxxxx” ASC-dən verilmiş kredit üzrə yaranmış borcun ödənilməsi üçün girov qoyulmuş “Hyundai sonata” markalı **-FX-*** dövlət nömrə nişanlı, x20 “Azərbaycan xxxxxxxxxxxxxxx” ASCdən verilmiş kreditə görə yaranmış borcun ödənilməsi üçün girov qoyulmuş “Kia Cerato” markalı ** HD *** dövlət nömrə nişanlı, x3 “Azərbaycan xxxxxxxxxxxxxxx” ASC-dən verilmiş kreditə görə yaranmış borcun ödənilməsi üçün girov qoyulmuş “Seat leon” markalı 99CD026 dövlət nömrə nişanlı, x14 “x60 Azərbaycan” QSC-dən verilmiş kreditə görə yaranmış borcun ödənilməsi üçün girov qoyulmuş “Porsche Panamera” markalı 90XU 550 dövlət nömrə nişanlı, x4 “Azərbaycan xxxxxxxxxxxxxxx” ASC-dən verilmiş kredit üzrə yaranmış borcun ödənilməsi üçün girov qoyulmuş “Seat- Exeo” markalı 90 SL146 dövlət nömrə nişanlı, x15 “Azərbaycan xxxxxxxxxxxxxxx” ASC-dən verilmiş kreditə görə yaranmış borcun ödənilməsi üçün girov qoyulmuş “Toyota Prado” markalı ** GG *** dövlət nömrə nişanlı, x16 “Azərbaycan xxxxxxxxxxxxxxx” ASC-dən verilmiş kreditə görə yaranmış borcun ödənilməsi üçün girov qoyulmuş “Seat Exeo” markalı 90MO376 dövlət nömrə nişanlı, Qasımov Namiq Vəkil oğluna “Azərbaycan xxxxxxxxxxxxxxx” ASC-dən verilmiş kreditə görə yaranmış borcun ödənilməsi üçün girov qoyulmuş “Saipa Tiba” markalı ** EF *** dövlət nömrə nişanlı, Tağıyev Bəxtiyar Növhəli oğluna “Azərbaycan xxxxxxxxxxxxxxx” ASC-dən verilimiş kreditə görə yaranmış borcun ödənilməsi üçün girov qoyulmuş “İnfiniti “ markalı ** MN *** dövlət nömrə nişanlı, x9 “Azərbaycan xxxxxxxxxxxxxxx” ASC-dən verilmiş kredit üzrə yaramış borcun ödənilməsi üçün girov qoyulmuş “Mersedes Benz” markalı 99ME 758 dövlət nömrə nişanlı avtomaşınların hərrac vasitəsi ilə satılıb əldə olunan pulun borcun ödənilməsinə yönəldilməsi qət olunmuşdur. Cinayət işinin 3-cü cildinin 1-47-ci vərəqlərində olan Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş vəsait hesabına alınmış “Toyota Prado” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomaşın x17 “Azərbaycan xxxxxxxxxxxxxxx” ASC-yə olan kredit borcunun ödənilməsi üçün tələbin yönəldildiyi avtomaşınla bağlı və cavabdeh x13 məxsus “Toyota Prado” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncunun kredit borcuna görə tələbin yönəldildiyi avtomaşın olmaqla hər iki atomaşınla bağlı icra işləri x21 icraatında olmuş icra işləridir. Cinayət işinin 3-cü cildinin 223-224-cü vərəqlərində olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) daxil olmuş məlumatdan görünür ki, Zərərçəkmiş şəxs 29.06.2017-ci il tarixdən 01.10.2017-ci il tarixə kimi mütəmadi olaraq Bakı şəhərindən Türkiyə Respublikasının İstanbul şəhərinə gedib gəlmişdir. Cinayət işinin 1-ci cildinin 17-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22.11.2010-cu il tarixli, 365-K nömrəli əmrdən görünür ki, x31 həmin tarixdə ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Bakı şəhəri Xətai rayon icra şöbəsinə icra məmuru vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin 1-ci cildinin 18-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə verilmiş 17.09.2018-ci il tarixli, 494-K nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə daxil olmuş müraciətlər üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, x31 vəzifələrinin icrası ilə bir araya sığmayan və ədliyyə orqanlarının nüfuzunu aşağı salan hərəkətlərə yol verərək kommersiya məqsədilə xarici ölkə vətəndaşı ilə xidmətdən kənar münasibətlər qurmuş, vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edərək icraatında olan və digər işlər üzrə hərraca çıxarılan avtomobillərin alğı-satqısı ilə məşğul olmuş, habelə hərrac yolu ilə alınıb istifadə etdiyi nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi üçün qanunazidd cəhdlər etmişdir, xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntulurına yol verdiyinə, həmçinin “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərinə əməl etmədiyinə görə x31 17.09.2018-ci il tarixdə ədliyyə orqanlarından xaric olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.2-ci maddəsinin tələbinə görə mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Buna görə də məhkəmə cinayət işinə əlavə edilmiş məhkəmə qətnamələrini Təqsirləndirilən şəxs və digər şəxs tərəfindən cinayət hadisəsinin olması hissəsində sübut növü kimi qəbul edir. x39 Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlərin ifadələri də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrini məhkəmədə dindirilmiş zərərçəkimiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, bank hesab sənədləri və iş üzrə digər sübut əhəmiyyətinə malik sənədlərə tam təkzib olunduğuna görə ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7№-li qərarında göstərilmişdir ki, Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməllərini törətməsi cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və o, CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddə üzrə ona cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 7-ci cildinin 65-66-cı vərəqlərində olan Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 13 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu İmran Qasımov küçəsi 34 nömrəli evdə qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 246-cı vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 7-ci cildinin 5-11 və 35-42-ci vərəqlərində olan prorokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2019-cu il tarixdə tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim olunmuş notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam olaraq ödənildiyindən Zərərçəkmiş şəxs Sultanali oğlu onunla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Vurulmuş maddi zərərin tam ödənilərək aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi zərərin tam ödənilərək aradan qaldırılmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə onun barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs 13 noyabr 2019-cu il tarixdən hazırki vaxtadək tutularaq həbsdə saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsi şərti məhkum etməyi qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. İş üzrə maddi sübut olan CD disklərin Fərid Cəlilovun Azərbaycan Respublikası CMnin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işində saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş arayış hesabatdan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaq və məhkəmə iclaslarında cəmi 48 saat iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislər və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 288 AZN (iki yüz səksən səkkiz manat) pul Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. 13 noyabr 2019-cu il tarixdən hazırkı vaxtadək həbsdə saxlanıldığı 3 (üç) ay 11 (on bir) gün ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 4 (dörd) il 8 (səkkiz) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Nəsimi Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut olan CD disklərin Fərid Cəlilovun Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işində saxlanılması nəzərə alınsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 288 AZN (iki yüz səksən səkkiz manat) pul Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər, apelyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-271/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-271/2020
24.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver