Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-271/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Qanuni nümayəndə, onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron rayon vəkil bürosunun vəkili X11, zərərçəkmiş şəxsin hüquqi varisləri X2, X3, onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Arbitrium” vəkil bürosunun vəkili Nümayəndə1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1986-cı ildə Qazax rayonun Yenigün kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, R. Abdullayev küçəsi, mənzil 24-də yaşayan və barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs 07 mart 2020-ci il tarixdə saat 23:00 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan «KİA OPTİMA» minik markalı, Az **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilini 35-40 km/saat sürətlə idarə edib ünvan 1 ünvanda yerləşən avtomobil təmiri sexinin qarşısından Hovsan qəsəbəsi istiqamətdə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı olduğu halda, yəni hərəkət üçün təhlükə yaranan anda tormozlama əməliyyatı aparmaqla toqquşma yerinə çatmadan avtomobilini dayandırmağa texniki imkanı olmasına baxmayaraq həmin qanunun tələblərinə əməl etməmiş, buna görə də mərhum Zərərçəkmiş şəxs4 «VAZ-21074» minik markalı, Az **-ZZ- *** dövlət qeydiyyat nişanlı avtomobilini eyni sürətlə Əmircan istiqamətdə idarə edərək onun hərəkət zolağına çıxardarkən hərəkət yolunun sağ kənarında avtomobillərin qarşıqarşıya toqquşmasına və nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs4 burun sümüklərinin, sol tərəfli qabırğaların çoxsaylı və sağ diz qapağının sınıqları, bədənin qançır və sıyrımları kimi həyati olub, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olan və aldığı çoxsaylı sınıq xəsarətləri nəticəsində inkişaf etmiş travmatik şok səbəbindən ölməsinə və sonuncuya məxsus olan həmin avtomobilə 2503.00 (iki min beş yüz üç) manat maddi ziyan vurulmasına, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs5 kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərə qansızına, sol dirsək, hər iki diz qapağı və sağ tərəfli qabırğaların sınıqları, başın əzilmişcırılmış yarası kimi həyatı olub, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olan və ölməsinə səbəb olan, həmçinin avtomobildə olan sərnişinlər Qanuni nümayəndə kəskin nəzərə çarpan kontraktira ilə müşaiyət olunan sol sirkə kasasının dibinin, sol qasıq sümüyünün və oma sümüyünün qapalı yerdəyişən sınığı, baş beyin silkələnməsi, alın-təpə nahiyəsinin əzilmişcırılmış yarası, üst dodağın, sağ baldırın və sol ayağın əzilmiş yarası kimi ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (35%) dayanaqlı itirilməsi ilə nəticələnmiş sağlamlığına AĞİR zərər vurulmasına, 6 yaşlı Zərərçəkmiş şəxs2 bazu sümüyünün cərrahi boynunun yerini dəyişməyən sınığı, baş beyin silkələnməsi, sol yanağın kəsilmiş yarası və təpə nahiyyəsinin sıyrığı kimi dərəcələrinə görə sağlamlığa AZ AĞİR zərər vurulmasına, 3 aylıq Zərərçəkmiş şəxs3 baş beyinin orta dərəcəli əzilməsi, travmatik subaraxnoidal qansızma, hər iki təpə sümüyünün xətti sınığı və hər iki təpə nahiyyəsinin hematoması kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuş yol nəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, zərərçəkmiş şəxslərin heç birini hadisəyə qədar tanımamışdır. Özü 2015-ci il tarixdən avtomobil idarə edir. Sürücülük vəsiqəsi vardır. 07 mart 2020-ci il tarixdə saat 19:00 radələrində o, Qaraçuxur qəsəbəsində yerləşən «Yağmur» şadlıq sarayında keçiriləcək qaynı Orxanın toy məclisinə getmişdir. Toyda spirtli içki qəbul etməmişdir. Saat 23:00 radələrində toydan çıxıb özünə məxsus «KİA OPTİMA» markalı avtomobili ilə Hövsan qəsəbəsində yerləşən evinə getmək üçün yola çıxmışdır. Avtomobilində başqa şəxs yox idi. Avtomobil də saz vəziyyətdə idi. O, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ilə Hövsan istiqamətində saatda 30-40 km/saat sürətlə hərəkətdə edib yaxın və uzaq vuran işıqlardan istifadə etmişdir. Hərəkət yolu işıqlandırılmırdı, yol ensiz idi. Hərəkət istiqamətində yerləşən doğum evini keçəndən bir qədər sonra sağdakı maşın təmiri sexinə çatmağa təxminən 40-50 metr qalmış, qarşı tərəfdən « VAZ-21074» markalı Az **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun yoluna çıxaraq üstünə gəldiyini görmüşdür. O, avtomobilin uzaq vuran işıqlarını iki dəfə yandırıb-söndürmüşdür ki, bəlkə qarşıdan gələn həmin avtomobil işarəni görüb öz yoluna qayıtmış olar, lakin « VAZ-21074» markalı avtomobil yenə də ona tərəf hərəkətini davam etdirmişdir. Bundan sonra o, siqnal vermiş, lakin bu da vəziyyəti dəyişməmişdir. O, həmin avtomobilin artıq ona çatdığını görüb özünün avtomobilini sağa çəkib yoldan çıxmaq istəmiş, lakin artıq gec olduğundan avtomobillərin qabaq tərəfi onun hərəkət yolunun sağ kənarında toqquşmuşlar. Toqquşma onun yolunda oldu. Digər maşın onun yolunda çevrilib üzü əks istiqamətə aşdı. Toqquşmadan sonra onun avtomobili yolun sağında olan ağaca da dəyib yolun sağ kənarından aşağı düşərək avtomobil təmir sexinin qarşısında dayandı. Zərbədən təhlükəsizlik şarı açılsa da onun başı avtomobilin salonunun bərk hissələrinə dəyərək möhkəm əzilmiş və buna görə də bir müddət sükan arxasında huşsuz vəziyyətdə qalmışdır. Özünə gəlib avtomobilindən çıxanda «VAZ-21074» markalı avtomobilin toqquşma olan yerdə, yəni yolun sağ kənarında sol tərəfi üstə aşmasını görmüşdür. Avtomobili itələyib təkərləri üstə aşırmaq istəsə də, tək olduğundan bunu edə bilməmişdir. Buna görə aşağı düşüb maşından telefonunu götürərək atasına zəng etmək istəmiş, lakin sükanda oturub telefonu axtaranda yenidən başı gicəllənmiş və bir neçə dəqiqə özünə gələ bilməmişdir. Özündə güc tapıb «VAZ-21074» markalı avtomobilin yanına qayıdanda, artıq yoldan keçən maşınların saxlayıb adamların toplaşdığını görmüşdür. O, adamların köməkliyi ilə avtomobili təkərləri üstə aşırmışdır. Bundan sonra isə adamlar maşının qapılarını dartıb yaralıları çıxartmaq istəmişlər. Özü də onlara kömək etmişdir. Köməyə gələnlər avtomobildə olan körpə uşaqları, sonra isə arxada olan cavan qadını avtomobildən çölə çıxardılar. Bir qədər sonra atası Elşən, atasının arxasınca da toydan çıxıb evə gedən qohumları və tanışları, iş yoldaşı Sahil də həmin yerə gəldilər. «VAZ- 21074» markalı avtomobilin sürücüsünün yaxınları hadisə yerinə gəlib avtomobildə olan sərnişin Minayə Həsənova və sürücü Zərərçəkmiş şəxs4 öldüklərini bilərək onun avtomobilini təpik və yumruqla vurub döyəcləməyə başladılar. Hadisə yerində qalıb polislərin gəlməsini gözləmək istəsə də, başı gicəllənmiş və huşunu itirmişdir. Ona görə də polisə zəng vura bilməmişdir, lakin orada olanlara hadisəni özünün törətdiyini demişdir. Bir qədər özünə gələndə özünü atasının avtomobilində görüb iş yoldaşı Sahilə hadisə yerində qalmasını və polislər gələndə barəsində olan məlumatları onlara bildirməsini demişdir. Zərərçəkən tərəf həddindən çox aqressiv olduqları üçün onlara yaxınlaşmağa qorxmuşdur. Bundan sonra vəziyyətinin ağırlığına görə orada qala bilmədiyindən atasıgil onu evlərinə aparmışlar. Evə təcili yardım gəlib ona tibbi yardım göstərmişlər. Növbəti gün özünə gələndə müstəntiq hadisə yerində Sahil ilə görüşdüyünü, Sahil onun barəsində müstəntiqə məlumat verdiyiyni demişlər. Hadisənin səhəri günü vəziyyətinin ağır olmağına baxmayaraq xəstəxanaya getməmişdir. O, istəmişdər ki, polislər gəlib onu evdə görə bilsinlər. Martın 8-i polislər onların evinə gəlmişlər. Martın 9-da o, 3 saylı ŞKX-na aparılsa da zərərçəkmiş şəxslərin orada olması və onların ona hücum edəcəklərindən qorxaraq xəstəxanada qalmayıb evə gətirilmişdir, lakin vəziyyəti pisləşdiyindən səhəri günü 3 saylı ŞKX-na aparılmış və orada stasionar qaydada müalicə olunmuşdur. Xəstəxanaya daxil olduqdan 5-6 gün sonra sağalmağa başlamışdır. Buna gədər isə başından aldığı xəsarətlərə görə danışa bilməmişdir. Bu hadisə onun yox «VAZ-21074» markalı maşının sürücüsünün günahından törədilib. Həmin avtomobil onun yoluna çıxıb bu səbəbdən də qəza törədilib. Zərərçəkmiş şəxs Qanuni nümayəndə ifadələrində göstərdi ki, 07 mart 2020-ci il tarixdə saat 19:00 radələrində əri Şəhriyar onu və azyaşlı qızlarını götürüb idarə etdiyi avtomobil ilə qaynı Həciəligilə aparmışdır. Qaynanası Minayə də onlarla birlilkdə olmuşdur. Həmin gün təxminən saat 22:00 radələrində, bəlkə də bir qədər gecə vaxtı dəqiq bilmir, qaynıgildən çıxmışlar. Avtomobildə qabaqda qaynanası Minayə, onun arxasında qucağında iki aylıq körpə qızı Məryəm ilə özü, yanında böyük qızı Mənisə, onun yanında isə qızı Əsma oturmuşdur. Gecə olduğundan və yol işıqlandırılmadığından çox qaranlıq idi. Şəhriyar avtomobili aşağı sürətlə idarə edirdi. Yolun hansı hissəsində olmağını bilmədən qəfildən ani olaraq gözünə qarşıdan gələn avtomobilin işıqları düşdü və toqquşma baş verdi. Toqquşmadan sonra aldığı xəsarətlərdən huşunu itirmiş, sonra özünə gəlmişdir. Ətrafdakılara nömrə vermişdir ki zəng edib hadisə barəsində qohumlarına bildirsinlər. Sonradan bilmişdir ki, adamlar onu maşından yerə düşürmüşlər. Ərinin və qaynanasının hadisə nəticəsində ölməsini hadisədən 6-7 gün sonra bilmişdir. Əvvəlcə 3 saylı Şəhər xəstəxanasına, oradan da 1 saylı Şəhər Kliniki xəstəxanaya aparılmışdır. Hadisədən təxminən on beş gün sonra sərbəst danışa bilmişdir. Hadisə nəticəsində azyaşlı qızları Mənisə və Məryəm də çox ciddi xəsarətlər almışlar. Qızı Əsma isə təsadüfdən heç bir xəsarət almamışdır. Hadisənin baş vermə səbəbi digər avtomobilin onların yoluna çıxması olub. Toqquşma onların yolunda oldu, toqquşmadan sonra maşın fırlanıb Hövsan yoluna düşdü. Əgər digər avtomobilin sürəti 35 km/saat idisə belə ağır qəza baş verməzdi. Təqsirləndirilən şəxs hadisə yerində onlara kömək etmədi. Onların xəstəxanaya və yas mərasimlərinə 4.000 min manat xərc çəkilmişdir, lakin təqsirləndirilən şəxs heç bir xərclərini ödəmədi. Onların evinə ziyarət üçün belə gəlmədi. Zərərçəkmiş şəxs2 ifadələrində göstərmişdir ki, anası Lamiyə, atası Şəhriyar, bacıları Əsma və Məryəm ilə birlikdə yaşayır. İ-ci sinifə gedir. Kitab oxuya, yazı yaza bilir. Hadisənin tarixi yadında deyil, ancaq bilir ki, hadisə gecə vaxtı oldu. Atası Şəhriyar onları əmisi HacıƏligilə qonaq aparmışdır. Onlardan çıxıb gedəndə ağ maşını atası sürmüşdür. Onun yanında nənəsi Minayə oturmuşdur. Nənəsinin arxasında anası Lamiyə, onun yanında özü, ondan yanda isə bacısı Əsma oturmuşdur. Birdən gözünə maşın işığı düşmüşdür. O, qışqırıb ata maşını çək demişdir. Ancaq atası maşını çəkə bilmədi və maşınlar toqquşdu Gözünü açanda atasının maşınının böyrü üstə aşdığını görmüşdür. O, hər şeyi tərs görüb gözünü yummuşdur. Başqa heç nəyi xatırlamır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs4 Mirtəbiyat oğlu onun qardaşı, Zərərçəkmiş şəxs5 isə anasıdır. Şəhriyar etibarnamə əsasında Az **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirdi. Onun sürücülük vəsiqəsi vardır. Şəhriyar Qanuni nümayəndə ilə ailə qurmuşdu və onların üç azyaşlı qız övladları var. 07 mart 2020-ci il tarixdə qardaşı Şəhriyarın həyat yoldaşı Lamiyə, qızları Mənisə, Əsma, Məryəm və anaları Zərərçəkmiş şəxs5 ilə birlikdə saat 23:00 radələrində Suraxanı rayonu ərazisində yerləşən doğum evinin yanında yol-nəqliyyat hadisəsinə düşdüyünü bilib hadisənin baş verdiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsinə getmişdir. Orada Şəhriyarın idarə etdiyi avtomobilin «KİA OPTİMA» markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasını, Şəhriyarın idarə etdiyi avtomobilin Əmircan qəsəbəsi istiqamətində sol tərəfdə dayandığını görmüşdür. Hadisənin necə baş verməsini görməmişdir. O, hadisə yerində müstəntiqdən təqsirləndirilən şəxsin içkili olub-olmamasını soruşduqda o, təqsirləndirilən şəxsin hadisə yerində olmadığını dedi. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 07 mart 2020-ci il tarixdə qudasının oğlunun toyundan əvvəlcə Malik, sonra isə arvadı Afətlə Malikin iş yoldaşı Sahili də götürüb avtomobil ilə Hövsan qəsəbəsi istiqamətdə getmişlər. Doğum evinin yanına çatanda Malikin idarə etdiyi «KİA OPTİMA» markalı Az **-RS-*** nömrəli avtomobili ilə ağ rəngli «VAZ-21074» markalı avtomobilin toqquşması nəticəsində hadisə baş verdiyini görmüşdür. Malikin avtomobili yolun sağına düşüb avtotəmir sexinin qabağında dayanmışdı. «VAZ-21074» markalı avtomobil isə yolun sağında ağaca çırpılmış vəziyyətdə idi. Malik özü də hadisə yerində idi. Malik adamlarla köməkləşsə də «VAZ-21074» markalı avtomobilin qapılarını aça bilmədilər. O, özü təcili yardıma zəng vurmuşdur. Hadisə yerinə Fövqəladə hallardan xilasetmə dəstəsi gəldikdən sonra avtomobildən sürücünün və anasının meyitini çıxartdılar. Cavan bir gəlin ağır yaralı vəziyyətdə təcili yardım maşınına qoyuldu. Təxminən 20-25 dəqiqə sonra xəsarət alan gəlinin atası və onun arvadı, sonra isə ölən sürücünün qardaşları gəldilər. Onlar hadisə yerində səs-küy saldılar. Malikin avtomobilinə cumub əzməyə başladılar. Həmin vaxt Malik yanlarında idi və bu hadisələri görmüşdür. Onlar Maliki tanısaydılar onu öldürə bilərdilər. Hadisə nəticəsində Malik də ciddi xəsarətlər almışdı. Həmin vaxt birdən Malik huşunu itirib yerə yıxıldı. Malikin vəziyyəti yaxşı deyildi. Hadisə yerinə zərərçəkənlərin qohumları gəldilər. Buna görə də zərərçəkənlərin köməksiz olmamasından arxayın olub Maliki oradan aparmaq qərarına gəlmişlər. Onlar gedənə kimi hələ polislər gəlməmişlər. Buna görə də Malikin hadisənin iştirakçısı olmasını polislərə bildirmək üçün onun iş yoldaşı Sahili hadisə yerində saxlamış və mobil nömrələrini polislərə deməsini tapşırmışdır. Bundan başqa Malikin avtomobili də hadisə yerində qalmışdı və öz adına olduğundan polislərin Maliki müəyyən edəcəklərini bilmişdir. Maliki evə aparandan sonra təcili yardım gəldi, həkim Maliki xəstəxanaya aparmağı məsləhət bildi. Polislərin gələcəyini ehtimal edib onu xəstəxanaya aparmamışlar. Sonra Sahil gəldi və dedi ki, Orxan adlı polis müstəntiqi hadisə yerinə gəlmişdi. O da Malik barədə məlumatları, həmçinin telefon nömrəsini Orxan vermişdir. Həmin gecə saat təxminən 01:00 radələrində müstəntiq X12 mobil nömrəsinə zəng vurub Maliklə danışmaq istədi. Sahil də ona dedi ki, Malikin yanındadır, lakin danışmağa halı yoxdur. Növbəti gün müstəntiqlə görüşüb hadisə barədə məlumatları müstəntiqə vermişlər. Malik də müstəntiqə zəng vurub onunla danışdı. Bundan sonra martın 9-da Maliki təcili yardımla 3 saylı Sabunçu şəhər xəstəxanasına aparmışlar. Həkim Malikin mütləq xəstəxanada yatmalı olduğunu dedi. Müstəntiq də xəstəxanaya gəldi və Maliki gördü. Malikin vəziyyəti yaxşı olmadığı üçün müstəntiq onu dindirə bilmədi. Hadisə nəticəsində xəsarət alan qadının da xəstəxanada olmasını bilib qarşı tərəflə problem olmaması üçün Maliki xəstəxanada saxlamayıb evə aparmışlar. Martın 10-da səhər vaxtı Malikin vəziyyəti yenidən pisləşdiyindən təcili yardım çağırmışlar və onu xəstəxanaya aparmışlar. Malik stasionar qaydada xəstəxanaya yerləşdirildi. Malikin vəziyyəti iki-üç gündən sonra yaxşılaşmağa başladı. Martın 16-da isə onu xəstəxanadan çıxardıb bir başa Suraxanı RPİ-nin İŞ-nə aparmışlar. Malik heç bir spirtli içki qəbul etməmişdi, hadisə vaxtı ayıq idi. Zərərçəkənlərin qohumları hadisə yerinə gələn kimi Malikin avtomobilini təpikləyib qisas almaq istəyirdilər. Buna görə də polislərin gəlməsini gözləmişlər, lakin polislər gələnə kimi Malik huşunu itirdiyindən məcbur qalıb onu evə aparmışlar. Hadisənin baş verməsinin sbəbini soruşduqda Malik dedi ki, o, maşını nə qədər yayındırmağa çalışsa da digər maşın onun üstünə gəlmişdir. Onlar dörd dəfə zərərçəkənin evinə getmişlər. Onlar kömək təklif etsələr də onları yaxın qoymadılar. Onlara 15.000 manat və bir otaqlı mənzil təklif etsələr də qarşı tərəf qəbul etmədi. Bir zərərçəkmişin varisi qardaşının qaytarılmasını, digəri isə böyük məbləğdə pul və mənzil istəyir. Onların da buna imkanları yoxdur. Şahid4 ifadələrində göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs yanında usta işləmişdir. 07 mart 2020-ci il tarixdə Maliklə birgə Orxanın toyunda olmuşlar. Malik onlardan əvvəl toydan çıxdı. Saat 23:00 radələrində Malikin atası Elşənin sürdüyü avtomobillə evə gədərkən Hövsan istiqamətində doğum evini keçən kimi yol-nəqliyyat hadisəsi olmasını görüb avtomobildən düşmüşlər. «VAZ-2107» markalı avtomobil Hövsan istiqamətdə yolun sağındakı ağaca dəyib dayanmış vəziyyətdə idi. Malikin idarə etdiyi «KİA OPTİMA» markalı avtomobili isə yolun sağına düşüb orada olan avtoservisin qarşısında qalmışdı. Avtomobildə yaralı adamlar var idi. Maşında olan uşaqları və gadını kənar adamlar çıxarmışlar. Bir qadın və bir kişinin meyitini isə sonra maşından çıxardılar. Həmin vaxtı Malik hadisə yerində idi, ancaq onun vəziyyəti yaxşı deyildi, alnı qanamışdı. Zərəçəkmiş şəxslərin qohumları da orada idi. Hətta qadınlar da maşını döyürdülər. Malik dedi ki, avtomobil onun qarşısına çıxdığı üçün qəza oldu. Onlar hadisə yerinə çatdıqdan 15 dəqiqə sonra Malik huşunu itirib yerə yıxıldı. Hadisə yerində təcili tibbi yardım maşını olsa da onlar zərərçəkənlərlə maraqlanırdılar. Ona görə də Malik diqqətdən kənarda qalmışdı. Buna görə də Maliki avtomobilə qoyub evə aparmışlar. Malik maşının içindən çətinliklə də olsa ona tapşırmışdı ki, hadisə yerində qalsın. Onun atası Elşən də tapşırdı ki, o, hadisə yerində qalsın və polislər gələndə Malik barədə olan məlumatları onlara desin. Bundan təxminən bir- iki dəqiqə sonra hadisə yerinə polislər gəldilər. Polis müstəntiqi «KİA OPTİMA» markalı avtomobilin sürücüsünü axtaranda o, müstəntiqə yaxınlaşıb vəziyyəti izah edib Malik barədə məlumatları və onun ***-***-**-** nömrəsini müstəntiq Orxan Allahquliyevə verib Malikgilə getmişdir. Maliki çarpayıda halsız vəziyyətdə yatmışdı. Təxminən saat 02:00 radələrində müstəntiq Orxan Allahquliyev ona zəng vurub Maliki soruşdu, o da ona Malikin yatdığını demişdir. Bundan sonra müstəntiq dedi ki, lazım olsa özü əlaqə saxlayacaqdır. O da həmin gecəni Malikgildə qalmış və səhər evinə getmişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl, toyda spirtli içki içməsini görməmişdir. Şahid Şahid5 ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs yanında çilingər işləyir. Malik onun ustasıdır. Təqsirləndirilən şəxs qaynı Orxanı da tanıyır. 07 mart 2020-ci il tarixdə Orxanın toyunda olarkən təxminən saat 23:00 radələrində uşaqlardan kimsə dedi ki, Malik toydan çıxıb gedəndə Bahar qəsəbəsində yol nəqliyyat hadisəsi törədibdir. O da bu barədə Nurlana demiş və onlar restoranın qabağında dayanmış taksi ilə Hövsan qəsəbəsi istiqamətdə getmişlər. Yolda «Vaz-2107» markalı avtomobilin Hövsan istiqamətdə yolun sağındakı ağaca dəyib dayandığını görmüşdür. Malikin «Kia Optima» markalı avtomobili isə yolun sağına düşüb orada olan avtoservisin qarşısında idi. Onun avtomobilinin qabaq tərəfi əzilmişdi. Vaz-21074 markalı avtomobilin isə sağ tərəfi əzilmişdi. Həmin avtomobildə yaralı adamlar vardı. Orada bir qadın və bir kişinin meyiti də var idi. Həmin vaxtı Malik hadisə yerində idi, ancaq onun öz vəziyyəti yaxşı deyildi. Malikin atası da onun yanında idi. Ora çatandan təxminən 15-20 dəqiqə sonra Malik özündən gedib yerə yıxıldı. Buna görə də orada olan qohumları onu oradan apardılar. Şahid6 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun iş yoldaşıdır. Aralarında normal münasibətləri var. Təqsirləndirilən şəxs qaynı Orxanı da tanıyır. Orxan əvvəl onlarla bir yerdə işləyirdi. 07 mart 2020-ci il tarixdə Orxanın toyunda olarkən təxminən saat 23:00 radələrində Sahil Tərlana zəng vurub dedi ki, Malik yol nəqliyyat hadisəsi törədibdir. O da Tərlanla birlikdə taksi sifariş edib Dədə Qorqud qəsəbəsinə gedib hadisə yerinə çatmışlar. Hadisə yerinə çatanda Malikin «Kia Optima» markalı Az **-RS-*** nömrəli avtomobilinin Hövsan istiqamətində yolun sağına düşüb qabağı əzilmiş vəziyyətdə qaldığını, ağ rəngli «Vaz-21074» markalı avtomobiinl isə həmin istiqamətdə yolun sağındakı zeytun ağacına çırpılmış vəziyyətdə olmasını görmüşdür. Malik də həmin zeytun ağacının yanında dayanmışdı. Malikin atası Elşən də onun yanında idi. « Vaz- 21074» markalı avtomobildə olan yaralıları çıxardıb yerə qoydular. Həmin yaralılardan ikisi hadisə yerində ölmüşdü. Bir qadının vəziyyəti isə ağır, iki uşağın vəziyyəti isə normal idi. Malikin vəziyyəti yaxşı olmadığından qohumları onu evə apardılar. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 07 mart 2020ci il tarixdə qohumları Orxan Bəkirovun toyunda birlikdə iştirak etmişlər. Malik də yanlarında olmuşdur. Saat 23:00 radələrində Malik yorğun olduğu üçün toydan tək çıxıb evə getdi. Bundan az sonra əri Elşən Malikin iş yoldaşı Sahili də götürüb öz avtomobili ilə evə getmişlər. Doğum evinin yanına çatanda Malikin idarə etdiyi avtomobil ilə ağ rəngli «Vaz-2107» markalı avtomobil arasında qəza baş verdyiyni görmüşlər. Malikin avtomobili yolun sağına düşüb dayanmışdı. «Vaz» maşını isə yolun sağında ağaca çırpılmışdı və əzilmişdi. Malik özü hadisə yerində idi və xəsarət almışdı. Çox sayda adam hadisə yerinə toplaşmışdıl. Bir qədər sonra təcili yardım da gəldi. Malik adamlarla köməkləşsə də «Vaz- 2107»-in qapılarını aça bilmirdilər. Daha sonra avtomobildən sürücünün və anasının meyitini çıxartdılar. Cavan gəlin isə ağır yaralı vəziyyətdə təcili yardıma qoyuldu. Təxminən 20-25 dəqiqə sonra bir kişi və qadın oraya gəldilər. Onlardan sonra isə sürücünün qardaşları ora gəldilər. Onlar hadisə yerində hay həşir salıb Malikin avtomobilinə cumub təpikləyərək əzməyə başladılar. Həmin vaxtı Malik onların yanında olmuşdur. Onlar hadisələri sakitcə izləmişlər. Hadisə nəticəsində Malik də ciddi xəsarətlər almışdı və Malik pis vəiziyyətdə idi, xırıldayırdı. Həmin vaxtı birdən Malik özündən gedib yerə yıxıldı. Malikin vəziyyəti yaxşı olmadığından zərərçəkənlərin köməksiz vəziyyətdə olmamasından arxayın olandan sonra Maliki aparmaq qərarına gəlmişlər. Onlar gedənə kimi polislər gəlməmişdi. Buna görə də Elşən Malikin hadisənin iştirakçısı olmasını polislərə bildirmək üçün Malikin iş yoldaşı Sahili hadisə yerində saxladı və mobil nömrələrini polislərə deməsini tapşırdı. Malik toyda spirtli içki qəbul etməmişdi. Zərərçəkənlərin qohumları hadisə yerinə gələn kimi Malikin avtomobilini təpikləyib qisas almaq istəyirdilər. Həmin vaxtı onlara yaxınlaşsaydılar onlara qarşı xoşagəlməz hərəkət edə bilərdilər. Hadisədən sonra zərərçəkmiş tərəflə barışmağa çalışmışlar. Onlara 15.000 manat təklif etsələr də qarşı tərəf qəbul etmədi. Şahid3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı oğludur. 07 mart 2020ci il tarixdə Təqsirləndirilən şəxs qaynı Orxanın toyundan saat 23:00 radələrində qohumları ilə toydan çıxıb taksiyə minib evlərinə getmişlər. Dədə Qorqud yaşayış sahəsi istiqamətdə hərəkətdə olarkən yolun sağ tərəfində yol-nəqliyyat hadisəsi olmasını görüb dayandıqda Malikin avtomobilinin yolun sağına çıxıb dayanmasını görüb taksidən düşmüşdür. Malik toydan çıxıb Hövsan qəsəbəsi istiqamətdə hərəkətdə olarkən qarşıdan gələn ağ rəngli «Vaz-21074» markalı avtomobili toqquşmuşdu. Həmin avtomobil yolun sağında ağaca dəymişdi. Avtomobilin yanında bir qadın və kişinin meyiti var idi. Malik özü də hadisə yerində idi. Malik atası və orada olan adamların köməyi ilə avtomobildə olan yaralıları çölə çıxartdılar. Həmin vaxtı təcili yardım da gəldi. Avtomobildə olan cavan qadını da maşından çıxardıb təcili yardıma qoydular. Maşında iki azyaşlı uşaq da vardı. Bir qədər sonra zərəçəkənlərin qohumları gəldilər. Onlar Malikin avtomobilini təpikləməyə başladılar. Malik özü də xəsarət almışdı. Həmin vaxtı Malik özündən gedib yerə yıxıldı. Onu ayıltmaq istəsələr də, Malik özündə deyildi. Buna görə də atası Maliki evə apardı. Zərərçəkən tərəfin qohumları «kimdir bunu eləyən, kimdir bunu eləyən» deyərək sürücünü axtarırdı. Onların belə aqressiv hərəkətlərinə görə o və digər qohumları orada qalmağa qorxub oradan getmişlər. Şahid X5 ifadələrində göstərdi ki, o,Suraxanı RPİ-nin İstintaq Şöbəsində müstəntiq vəzifəsində işləyir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri və zərəçəkmiş şəxslərin hüquqi varislərini hazırkı cinayət işinin istintaqı ilə əlaqədar tanıyb, aralarında qohumluq münasibətləri və ədavətləri olmayıb. 07 mart 2020-ci il tarixdə saat 23:00-da iki nəfərin ölüm ilə nəticələnmiş yol nəqliyyat hadisəsi barəsində ona növbətçi hissədən verilmiş məlumat əsasında hadisə yerinə getmişdir. Hadisə yerində iki nəfər yerdə uzanmışdı. Hadisə barəsində protokol tərtib olundu. Hadisə yerində o Təqsirləndirilən şəxs görməmişdir. Bir nəfər ona yaxınlaşıb hadisəni törədən şəxsin Malik, familiyasının Həsənov olduğnu, onun özünü pis his edib evə gediyiyni deyib mobil telefon nömrəsini verdi. O da həmin gün ona verilən nömrəyə zəng edib nömrənin sahibi ilə danışmışdır. Həmin gün axşam olduğu və başqa yerdə də hadisə yerinə getməli olduğu üçün təqsirləndirilən şəxsin gətirilməsini gözləyə bilməmişdir. Hadisənin səhəri təqsirləndirilən şəxsi sərxoşluq vəziyyətini yoxlamaq üçün müayinəyə göndərmişlər. Maliki hadisə yerində görməmişdir. O, maşına baxanda bir nəfər ona yaxınlaşıb Malikin evə getdiyini dedi. O, həmin şəxsin adının Malik olduğunu və familyasını öyrənə bilmişdir. Səhəri gün saat 12:00-da 3 X10 getmişdir. Orada Maliki dindirmək istəsə də, dindirilməsi mümkün olmadı və bu barədə xəstəxanadan arayış almışdır. Malikin hadisə yerindən qaçıb getməyi barədə o, heç kəsə heç nə deməyib, bu barədə heç kəslə söhbəti olmayıb. Şahid X13 ifadələrində göstərmişdir ki, 07 mart 2020-ci il tarixdə saat 22 radələrində idarə etdiyi «Tofaş» markalı avtomobilini idarə edərək Əmırcan qəsəbəsi. Doğum evinin qabağından keçib Hövsan qəsəbəsi istiqamətdə evinə gedərkən doğum evindən qabaqda Hövsan istiqamətində yolun sağ tərəfində ağ rəngli «VAZ-21074» markalı avtomobilin sol yan üstə aşmasını görüb avtomobili saxlamışdır. Ondan qabaqda isə «VAZ-21074» markalı taksi də dayanmış və maşından bir qadın düşmüşdür. «KİA» markalı avtomobil isə sağ tərəfdə maşın təmiri sexinin qabağına düşüb dayanmışdır. «KİA» markalı avtomobilin qapısı açıq olmuş və sükanda bir nəfər oğlan oturmuşdur. Lakin qaranlıq olduğundan onun üzünü görə bilməmişdir. Əvvəlcə aşan «VAZ-21074» markalı avtomobilin «KİA» ilə toqquşmasını bilməmiş və elə bilmişdir ki, «VAZ-21074» markalı avtomobil Hövsan istiqamətdə hərəkətdə olubdur. Çünki həmin avtomobil Hövsan yolunda aşmışdır. Qarşıdakı avtomobildən düşən qadın, taksinin sürücüsü və 2-3 nəfər də orada olanlar köməkləşib «VAZ-2174» markalı avtomobili təkərləri üstə aşırmışlar. Maşın əzildiyi üçün qapılar açılmamışdır. Sağ şüşə açıq olduğundan baxanda görmüşdür ki, sürücü yaralıdır, arxada isə bir nəfər qadın və 3 nəfər balaca uşaqlar vardır. Qabaqda olan qadın isə sürücünün ayağının altına yıxılmış və hadisə yerində ölmüşdür. O, qabaq sağ şüşədən uşaqların birini çıxardıb ağacın dibinə qoymuş, sonra isə bir oğlan arxa sol şüşəni aşağı edib 2-ci uşağı çıxartmışlar, başqa bir oğlan isə körpə uşağı çıxartmışdır. Arxada olan gəlini də oğlanlardan biriylə maşından çıxardıb ağacın dibinə qoymuşlar. Həmin vaxtı qonşudan adamlar çıxmış və ədyal gətirib uşaqları bürümüşlər. Ancaq sürücü ilə qadın sıxılıb qaldığı üçün çıxarda bilməmişlər. Taksidən düşən qadın yaralı gəlindən atasının nömrəsini götürüb zəng vurmuşdur. Lakin həmin qadın həyəcanlı olduğundan fikrini izah edə bilmədiyindən o, telefonu ondan alıb gəlinin atasıyla danışmış və vəziyyəti ona başa salmışdır. Bir qədər sonra polislər və FHN-nin xilasediciləri gəlmişlər. Ona qədər artıq yoldan keçən maşınlar saxlamış və adamlar toplaşmışdır. Sürücü ilə qadım FHN-nin xilasedici dəstəsi «VAZ-2107» markalı avtomobildən çıxartmışlar. Bundan sonra oradan çıxıb getmişdir. Hadisə yerinə hadisədən təxminən 3-4 dəqiqə sonra çatmışdır və həmin vaxtı yolun sağına düşmüş «KİA OPTİMA» markalı avtomobilin qapısının açıq olmasını, avtomobildə isə sürücünün olmasını görmüşdür. Lakin həmin şəxsin kim olmasını bilməmişdir. Ancaq sonradan bilmişdir ki, «KİA OPTİMA» markalı avtomobilin sürücüsü onun da maşın ustası kimi yaxşı tanıdığı Təqsirləndirilən şəxsdur. Hadisə yerində isə həyacanlı olduğundan Maliki yanında görə bilməmişdir. Ola bilər ki, Malik orada olsun, lakin adamların çox olduğu yerdə buna fikir verməmişdir. Həmin vaxtı hadisə yerində yolun Əmircan istiqamətində heç bir sınmış avtomobil hissəcikləri və ya izlər yoxuydu. Həmin izlər yolun sağ tərəfində, yəni «VAZ-2174» markalı avtomobilin aşdığı yerdə mövcud olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid8 Kamran qızı şahid X13 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, həmin hadisəni görəndən sonra həyacanlı olduğundan «KİA OPTİMA» markalı avtomobili hadisə yerində görə bilməmişdir. Şahid7 ifadələrində göstərdi ki, 07 mart 2020-ci il tarixdə saat 23:00 radələrində evinin qarşısından, yəni küçədən möhkəm səs-küy gəlməsini eşidib çölə çıxmışdır. «VAZ- 2107» markalı avtomobil Hövsan istiqamətdə yolun sağ tərəfində, «KİA-OPTİMA» markalı avtomobillə toqquşmuşdu. Oraya çoxlu adamlar toplaşmışdı. Adamlar «VAZ-21074» markalı avtomobildə olan balaca qız uşağını, sonra başqa bir balaca qız uşağını çıxartdılar. Daha sonra arxada oturan gəlinin qucağındakı körpə qız uşağını da onun qucağından götürdülər. Lakin gəlin sıxılıb qaldığı üçün çıxara bilməmişlər. Avtomobilin sağ arxa qapısı zərbədən sıxıldığı üçün açmaq olmadı. Buna görə də uşaqları arxa sol qapıdan çıxartmağa məcbur olmuşlar. Daha sonra arxada oturan qadını da arxa qapıdan çıxara bilmişlər. Həmin vaxtı təcili vardım da gəldi və onu təcili yardım maşınına qoymuşlar. Sürücü və yanındakı yaşlı qadını isə çıxartmaq üçün ehtiyyat etmişlər ki, birdən tərpədib zədə yetirərlər. Sonra hadisə yerinə xilasedici dəstə gəldi və sürücü ilə qadının meyitini maşından çıxartdılar. Hadisədən sonra Maliki görməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində şahid X14 Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 17 iyun 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini ifadəsinin yerində yoxlanması zamanı da əyani göstərib təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış meyitin məhkəmə-tibbi ekspertizasının 26 mart 2020-ci il tarixli 33 saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 burun sümüklərinin, sol tərəfli qabırğaların çoxsaylı və sağ diz qapağının sınıqları, bədənin qançır və sıyrıqları həyatı olub, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əyşa (əşyalar) təsirindən törənmişlər. 07 mart 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb aldığı çoxsaylı sınıq xəsarətləri nəticəsində inkişaf elmiş travmatik şok olmuşdur. Ölümün baş vermə müddəti meyidin meyidxanada müayinəsindən 2-4 saat əvvələ uyğun nəlir. Mərhum Zərərçəkmiş şəxs4 meyidindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 26 mart 2020-ci il tarixli 34 saylı rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs5 kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərə qansızma, sol dirsək, hər iki diz qapağı və sağ tərəfli qabırğaların sınıqları, başın əzilmiş-cırılmış yarası həyati olub, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, 07 mart 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs5 ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərinə qansızma olmuşdur. Ölüm meyidin meyidxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 22 may 2020-ci il tarixli 412 saylı rəyindən görünür ki, 2020-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs3-baş beyinin orta dərəcəli əzilməsi, travmatik subaraxnoidal qansızma, hər iki təpə sümüyünün xətti sınığı və hər iki təpə nahiyyəsinin hematoması xəsarətləri olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 07 mart 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşınların toqquşması nəticəsində (ola bilsin arxa oturacaqda) alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 19 may 2020-ci il tarixli 413 saylı rəyindən görünür ki, 2013-cü il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün cərrahi boynunun yerini dəyişməyən sınığı, baş beyin silkələnməsi, sol yanağın kəsilmiş yarası və təpə nahiyyəsinin sıyrığı xəsarətləri olmuşdur. Qeyd edilən kəsilmiş yara iti kənara malik əşyanın (ola bilsin şüşə qəlpəsi), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 07 mart 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə sağlamlığa az ağır zərərvurmaya aiddirlər Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 17 avqust 2020ci il tarixli 08/411 saylı rəyindən görünür ki, Qanuni nümayəndə kəskin nəzərə çarpan kontraktira ilə müşaiyət olunan sol sirkə kasasının dibinin, sol qasıq sümüyünün və oma sümüyünün qapalı yerdəyişən sınığı, baş beyin silkələnməsi, alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, üst dodağın, sağ baldırın və sol ayağın əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 07 mart 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (35%)dayanaqlı itirilməsi ilə nəticələnmişdir və bu əlamətə görə ağır zərərvurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə təkrar yol-nəqliyyat hadisəsi ekspertizasının 13 avqust 2020-ci il tarixli 8/1132 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «VAZ-2107» markalı, Az **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «KİA OPTİMA» markalı Az **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 21 iyul 2020-ci il tarixli istintaq eksperimentinin keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiklərinin doğruluğunu yoxlamaq məqsədilə onun iştirakı ilə istintaq eksperimenti keçirilmiş və keçirilmiş hər üç istintaq eksperimentinin nəticəsi olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yaranan andan, toqquşmaya kimi 4,5 saniyə vaxt sərf olunmuşdur. Məhkəmədə nümayiş etdirilmiş CD diskdən görünür ki, 21 iyul 2020-ci il tarixli istintaq eksperimentinin keçirilməsi haqqında protokolun məzmunu əyani olaraq öz təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış 18 avqust 2020-ci il tarixli qərardan görünür ki, istintaq eksperimentinin keçirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə, yuxarıda sadalanan sübutları keyfiyyət xarakterləri və sübutların qiymətləndirilməsinə qanunvericilik tərəfindən verilən tələblər baxımından ittihamda nəzərdə tutulan cinayət hadisəsinin baş verməsini və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən anlaqlı və ehtiyyatsızlıqdan törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrində qarşı tərəfdən «VAZ- 21074» markalı Az **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun yoluna çıxaraq üstünə gəldiyini göstərməsini, avtomobilin uzaq vuran işıqlarını iki dəfə yandırıbsöndürməklə bəlkə qarşıdan gələn həmin avtomobilin işarəni görüb öz yoluna qayıtmalı olmasını düşünməsini, lakin « VAZ-21074» markalı avtomobil yenə də ona tərəf hərəkətini davam etdirməsini, bundan sonra siqnal verməsini, lakin bunun da vəziyyəti dəyişməməsini, həmin avtomobilin artıq ona çatdığını görüb özünün avtomobilini sağa çəkib yoldan çıxmaq istəməsini, lakin artıq gec olduğundan avtomobillər onun hərəkət yolunun sağ kənarında toqquşmalarını bildirməsini şahid ifadələri, məhkəmə təkrar yolnəqliyyat hadisəsi ekspertizasının rəyi ilə, istintaq eksperimentinin məhkəmədə araşdırılmış protokolu ilə, iş üzrə məhkəmədə araşdırılmış digər sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib təqsirləndirilən şəxsin baş vermiş hadisənin qarşısını almağa texniki imkanının olmasını, bu ifadələrinin isə özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə, göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlməsi qənaətinə gəlib onun əməllərinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməlini ehtiyatsızlıqdan törətməsi və təqsirli törətməsi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini təqsirli törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlakı müəyyən edilmədi. Məhkəmədə elan edilib araşdırılmış ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Nümayəndə1 mülki iddia ilə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 21000 manat, mənəvi zərərə görə 20000 manat, cəmi 41000 manatın X3 xeyrinə tutulmasını, zərərçəkmiş şəxs Qanuni nümayəndə mülki iddia ilə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs özünün və övladlarının müalicəsinə və onlara qulluq göstərilməsinə görə 4000 manat, Zərərçəkmiş şəxs2, X6 və Zərərçəkmiş şəxs3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 170 manat olmaqla cəmi 510 manat (sabit pul məbləğində), vurduğu mənəvi zərərə görə isə 20000 manat məbləğində vəsaitin Qanuni nümayəndə xeyrinə tutulmasını xahiş etdilər. Məhkəmədə, zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Nümayəndə1 Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 21000 manat, mənəvi zərərə görə 20000 manat, cəmi 41000 manatın X3 xeyrinə tutulmasını barəsində mülkü iddiaası müzakirə olunarkən zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi Nümayəndə1 həmin mülkü iddianın müzakirə olunmamasını, Qanuni nümayəndə mülkü iddiasinın təmin edilməsini xahiş etdilər. Məhkəmə həmin halı nəzərə alıb X3 iddiasının baxılmamış saxlanılmasını əsaslı sayır. Məhkəmədə Qanuni nümayəndə mülki iddiası müzakirə edilərkən müəyyən olundu ki, Qanuni nümayəndə ona dəymiş maddi zərərin əsası kimi dəfn xərcələrinə 4.350 (dörd min üç yüz əlli) manat pul xərclədiklərini təsdiq edən 15 mart 2020-ci il tarixli qaimə fakturanı, bu qəza nəticəsində vəfat etmiş həyat yoldaşı Zərərçəkmiş şəxs4 Mirtəbiət oğlunun Ədlliyyə nazirliyində xidmət etdiyi və onun aylıq əmək haqqının 707.84 (yeddi yüz yeddi manat səksən dörd qəpik) olmasını təsdiq edən Ədliyyə Nazirliyinin arayışı təqdim etdi. Məhkəmə də həmin məbləğin xüsusu bilik tələb etmdən hesablanmasını mümkün sayır. Məhkəmə, bununla yanaşı Azərbaycan Respublikas CPM-nin tələblərinə əsəasən ümumi qəbul edilmiş adətlər əsasında yas mərasimlərinin və rituallarının keçirilməsi zamanı qeydiyyatı aparılmayan və aparılması mərhumun sahibləri və başqaları tərəfindən bəyənilməyən məcburi xərclərin çəkildiyini və bu xərclərin də böyük məbləğlərlə müşayət olunduğunu nəzərə alır. Bu səbəbdən də məhkəmə, həmin xərclərin balanslaşdırılmış vəziyyətdə qiymətləndirilməsini və Təqsirləndirilən şəxs tutulmasını əsaslı sayır. Zərərçəkmiş Qanuni nümayəndə mülki iddia ilə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs özünün və övladlarının müalicəsinə və onlara qulluq göstərilməsinə görə 4000 manat, mərasim xərcələrinə sərf etdiyi məbələqlərin tutlmasmını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı üşağının olması müəyyən olundu. Onun maddi vəziyyətini müəyyən edən sənədlər məhkəməyə təqdim olunmadı. Müdafiə tərəfi zərərçəkmiş şəxsə 15000(on beş min) manat və bir otaqlı mənzil vermək istədiklərini, lakin zərərçəkmiş şəxsin bunu qəbul etmədiyini bildirdilər. Məhkəmə, həmin hallara əsaslanaraq mülkü iddiaları təmin edilə bilən hissəsini qiymətləndirərkən Təqsirləndirilən şəxs maddi imkanlarının ölçüsünün mənbəyi kimi bu təklifi nəzərə alır və maddi zərərin 5000 (beş min) manat hissəsində ödənilməsini əsaslı sayır. Bundan başqa zərərçəkmiş şəxs Qanuni nümayəndə ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş mənəvi zərərə görə isə 20000 manat məbləğində vəsaitin Qanuni nümayəndə xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmədə, baş vermiş ictiami təhlükəli əməlin nəticələrini müzakirə edərkən müəyyən olundu ki, əməl Təqsirləndirilən şəxs qeyri hüquqi hərəkətləri nəticəsində baş vermişdir. Hadisə nəticəsində təkcə fiziki şəxslərin ölməsinə deyil, eyni zamanda zərərçəkmiş şəxs Qanuni nümayəndə iztirablarına səbəb olmuşdur. Buna səbəb hadisə nəticəsində onun həyat yoldaşının və qayınanasının vəfat etməsi, özünün və iki azyaşlı uşağının xəsarətlər alıb zərərçəkməsi olmuşdur. Bu əməl nəticəsində Qanuni nümayəndə qəbul edilmiş qaydalara əsasən seçdiyi ailə birgə yaşayış qaydalarından, zəruri anlarda həyat yoldaşından gözlədiyi dəstəklənməsindən, böyüməkdə olan uşaqlarının tərbiyə olunmasında, yetişdirilməsində, təhsil alınmasında ata tərbiyyəsindən məhrum olunub tərbiyyənin birtərəfli olmasına, bu tərbiyədə ona yardımçı olan şəxsin mənəvi dəstəyindən məhrum olmasını və sair halları, yəni zərər çəkmiş şəxsə mənəvi zərər dəydiyini qəbul edir. Bu zərəri zərərçəkmiş şəxs 20000 manat kimi qiymətləndirmişdir. Məhkəmə, dəymiş zərəri qiymətləndirərkən həmin zərərin qiymətləndirilməsinin zərərçəkmiş şəxsin ayrılmaz hüququ olub onun tərəfindən qiymətləndirməsini və varisliklə keçmədiyini nəzərə alır. Çünki yalnız zərərçəkmiş şəxs ona dəymiş zərəri qiymətləndirir və onun varisləri zərəçəkmiş şəxsə nə qədər mənəvi zərər yetirildiyini müəyyən etmək qabiliyyətinə malik deyillər, lakin məhkəmə, göstərilənlərlə bərabər ödənilməsi müəyyən edilən məbləğin Təqsirləndirilən şəxs maliyyə və subyektiv imkaları ilə mütənasibliyini müzakirə edib təmin edilməli məbləğin təqsirləndirilən şəxs tərəfindən ödənilməsinin mümkünlüyünü nəzər alır. Əks halda zərərçkmiş şəxsin gözləntiləri xəyali olardı, məhkəmənin qərarı isə icrasız qalıb ədalət məhkəməsinin təyinatına uyğun olmazdı. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda göstərilən hallardan başqa maliyyə vəziyyətini xarakterizə edən hallar müəyyən olunmadı. Məhkəmədə onun hadisədən qabaq avtomobillərin təmiri ilə məşqul olması barəsində məlumatlar səsləndirilsə də onun əmək haqqı və ya gəlirləri barəsində dəqiq məlumat müəyyən olunmadı. Onun yuxarıda göstərilənlərdən başqa sabit gəliri və əmlakı olması da aşkar olmadı. Bu hallar mənəvi zərərin iddiaçı tərfindən iddia olunan məbləğdə təmin edilməsi Təqsirləndirilən şəxs malliyyə vəziyyətinə uyğun olmayan və onun tərəfindən icra olunması mümkün olmayan şəraitlə üzləşməsinə, himayəsində olan dörd nəfər azyaşlı uşağının və heç bir yerdə işləməyən həyat yoldaşının maddi çətinliyə düşməsinə səbəb olardı. Məhkəmə, göstərilənləri nəzərə alıb Qanuni nümayəndə mülki iddiasının mənəvi zərər hissəsini də qismən təmin edilməsini əsaslı sayır. Məhkəmənin gəldiyi bu qənaət «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2018-ci il tarixli qərarı baxımından da əsaslı sayır. Bundan başqa Qanuni nümayəndə ona Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, X6 və Zərərçəkmiş şəxs3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 170 manat olmaqla cəmi 510 manat (sabit pul məbləğində) tutulmasını xahiş etmişdir. Məhkəmə, cinayət mühakimə icraatı zamanı mülki iddianın təmin edilibedilməməsinin əsaslarını müəyyənləşdirərkən Mülki qanunvericiliyə istinad edilməsinin yol verildiyini nəzərə alır. Azərəbaycan Respublikası MM-nin 1108-ci maddəsində ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən sair yüksək təhlükə mənbələri ilə bərabər nəqliyyat vasitələrindən də istifadə etməklə fiziki şəxsin vurduğu zərərə görə yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə zərərin ödənilməsini nəzərdə tutmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs Elşən oğlunun idarə etdiyi və özünə məxsus yüksək təhlükə mənbəyi hesab edilən avtomobillə X4 həyat yoldaşı Zərərçəkmiş şəxs4 ölümünə səbə olduğundan və bu səbəbdən də onun qızları Zərərçəkmiş şəxs2, X6 və Zərərçəkmiş şəxs3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit məbləğin müəyyən edilməsini əsaslı sayır, lakin məhkəmə zamanı Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının və heç bir yerdə işləməyən həyat yoldaşının olması, habelə yuxarıda qeyd edildiyi kimi onun sabit gəlirinin olması barədə sübutlar müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxsin gəlirlərinin miqdarını və onun bölünməsinin ailə üzvlərinin həyat tərzinə təsirini müəyyən etmədən iddianın bu hissəsinin mahiyyəti üzrə həll edilməsini mümkün saymır. Bu səbəbdən də Qanuni nümayəndə mülki iddiasının Zərərçəkmiş şəxs2, X6 və Zərərçəkmiş şəxs3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 170 manat olmaqla cəmi 510 manat (sabit pul məbləğində) tutulması hissəsini baxılmamış saxlanılmasını və ona iddianın həmin hissəsi ilə mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olmasının izah edilməsini əsaslı sayır. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı məhkəmə ekspertizalarının keçirilməsinə 200 (iki yüz) manat xərclənmişdir. Təqsirləndirilən şəxs məhkəmədə 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Buna görə də ona 240 (iki yüz qırx) manat ödənilməlidir. Məhkəmə həmin məbləğin və məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 200 (iki yüz) manatın Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, ibtidai istintaq orqanının 18 avqust 2020-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmiş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış 25 may 2020-ci il tarixli DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə bərabər əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə də nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməl onun sürücülük fəaliyyəti ilə əlaqədar olduğundan məhkəmə, ona əlavə cəza qismində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs əsas cəza qismində azadlıqdan məhrumetmə cəzası təyin edilməli olması qənaətinə gəldiyindən və onun təqsirli bilindiyi əməlin ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alıb ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin onun cəzaçəkmə müddətinə daxil edilməsini və ona təyin ediləcək cəzanın əvvəlinin 16 mart 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağı vardır. Məhkəmə həmin halı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyatının şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 16 mart 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 21000 manat, mənəvi zərərə görə 20000 manat, cəmi 41000 manatın X3 xeyrinə tutulması barəsində iddiası baxılmamış saxlanılsın və ona həmin mülki iddia ilə mülki mühakimə icraatı qaydasında müstəqil şəkildə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Zərərçəkmiş şəxs Qanuni nümayəndə mülkü iddiası qismən təmin edilsin və maddi zərərə görə 5000 (beş min) manat məbləğində, mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Qanuni nümayəndə ödənilsin. Qanuni nümayəndə iddiasının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, X6 və Zərərçəkmiş şəxs3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 170 manat olmaqla cəmi 510 manat (sabit pul məbləğində) tutulması barəsindəki hissəsi baxılmamış saxlanılsın və ona həmin mülki iddia ilə mülki mühakimə icraatı qaydasında müstəqil şəkildə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsi ilə bağlı 240 (iki yüz qırx) manat Müdafiəçi2 ödənilməsi üçün 14 saylı vəkil bürosunun hesabına ödənilsin. Həmin məbləğ və məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş ümumilikdə 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edilən andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-271/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-271/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver