Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-271/2023 17.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi Şəmsəddin oğlunun iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 33, mənzil 27-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və şəraitdə, külli miqdarda 10048,2 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 1331,9 qram çəkidə psixotrop maddə metamfetamini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə 1 ünvanında yerləşən hündürmərtəbəli binanın zirzəmisində gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etməklə həmin narkotik vasitə və psixotrop maddəni qablaşdırıldığı bir ədəd bel çantasının içərisində üzərində saxlamaqla daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 15 iyun 2022-ci il tarixdə, saat 21:15-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə 1 ünvanının qarşısında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində saat 22:30dan etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı belində olan çantanın içərisindən xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub altı ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2035,5 qr, 1521,3 qr, 1944,1 qr, 1503,1 qr, 2040,3 qr, 1003,9 qr, olmaqla, ümumi təmiz çəkisi 10048,2 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 379,7 qr və 952,2 qr, olmaqla, ümumi təmiz çəkisi 1331,9 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Həmin ifadələri təzyiq altında vermişdir. Üzərinə baxış videoçəkilişlə aparılsa da yanında əməliyyatçılar olduğu üçün onların dediklərini icra etmiş və tərtib olunmuş protokola imza etmişdir. Hətta əməliyyatçılar onun bədən nahiyyəsindən vuraraq fiziki zor tətbiq etmişlər. Onu məcbur etmişlər ki, üzərinə baxış zamanı üzərində olan çantanın içərisində narkotik vasitə heroin və “şüşə” adlandırılan psxiotrop maddələrin özünə məxsus olmasını bildirsin. Polislərin zərbələri nəticəsində xəsarət almadığı üçün müstəntiqə, barəsində həbs qətimkan tədbiri seçmiş hakimə heç bir şikayət etməmişdir. Həmçinin istintaq təcridxanasında həkimlər onu müayinə etdikdə onlara da heç bir şikayət etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadəsində müstəntiqə demişdir ki, tutulmamışdan təxminən bir neçə ay olar ki, adını hazırda xatırlamadığı lakin əslən İran İslam Respublikasının vətəndaşı olan bir nəfər şəxslə “İnstagram” sosial şəbəkəsində internetdə tanış olmuşdur. Belə ki, həmin şəxs özü ona ilk yazaraq tanışılıq vermiş, özünü iş adamı kimi təqdim edib Azərbaycana gələrək iş quracağını demişdir. Lakin sonradan isə ona bildirmişdir ki, narkotik vasitələrin alqı-satqısı ilə məşğuldur və ona təklif etmişdir ki, bu işdə pul müqabilində həmin şəxsə kömək etsin. O, həmin vaxt yanacaq doldurma məntəqəsində işləyirmiş və qəti olaraq həmin təklifi rədd etmişdir. Son vaxtlara kimi də əlaqə saxlamırmışlar. Bir neçə gün əvvəl isə onlar yenidən təsadüfən əlaqə saxlayan zaman o, maddi durumunun pis olduğunu həmin şəxsə bildirmiş və sözügedən şəxs həmin vaxt bir daha ona həmin təkliflə müraciət etmişdir. O da bir qədər düşünüb razılaşmışdır. Belə ki, imkanı zəif olduğu üçün ailəsini dolandırmağa pula ehtiyacı var imiş. Qeyd etmiş ki, danışıqları belə olmuşdur ki, həmin İranlı şəxsin göndərəcəyi narkotik vasitə heroinlə “şüşə” adlandırılan psixotrop maddələri deyilən yerdən götürüb iki-üç gün özündə saxlayacaq və bildirilən zaman həmin şəxsin deyəcəyi adamla görüşüb həmin şəxsə çatdıracaq. Görüşdüyü adamın vasitəsilə də bunun müqabilində ona müəyyən məbləğdə pul verəcək. Pulun məbləğini dəqiq müzakirə etməmişlər, lakin aralarında olan danışıqdan o, təqribən 1000 manata yaxın pul alacağını düşünmüşdür. Qeyd etmiş ki, xeyli vaxt olar istifadəsində olmuş mobil telefon nömrəsi yandığı üçün faktiki olaraq mobil telefondan vvi-fi internet şəbəkəsinə daxil olmaq üçün bir vasitə kimi istifadə edirmiş. Köhnə nömrəsinin vasitəsilə də “Vhatsapp” ani mesajlaşma ünsiyyət tətbiqində qeydiyyatdan keçmişdir. Növbəti dəfə isə tutulduğu gün o, həmin İranlı şəxslə əlaqə saxlayan zaman həmin şəxs bildirmişdir ki, təxminən 1 kiloqram çəkisi olan narkotik vasitə heroinlə “şüşə” adlı maddələri Bakı şəhərinin Yasamal rayonu ərazisində inşa edilmiş hündür mərtəbəli binanın zirzəmi hesab edilən mərtəbəsində pilləkanların arxa hissəsinə qoydurub. Ona həmin yerin dəqiq ünvanını, yerin şəklini və gizlədilmiş çantanın şəklini də internet vasitəsilə göndərmişdir. O da həmin vaxt dayısı oğlundan sonuncunun istifadəsində olan mobil telefonu istəmişdir ki, yolda olan zaman həmin şəxslə zərurət olduğu təqdirdə əlaqə saxlaya bilsin. Beləliklə də dayısı oğlundan mobil telefonu və üzərində ona məxsus olan yadında qalmayan GSM nömrəni götürüb internetdən dərhal “Watsapp Business” mobil telefon tətbiqini yükləyib İranlı şəxslə əlaqəyə çıxmışdır. Həmin şəxs ona demişdir ki, deyilən yerə çatıb malı götürən kimi “Vhatsapp” mobil tətbiqində aralarında olan danışıqları və ümumiyyətlə həmin tətbiqi telefondan pozsun, təxminən iki gün sonra özü onunla əlaqəyə çıxaraq “mal”-ı kimə verməli olduğunu deyəcək. O da həmin şəxsin dediyi həmin binanı taparaq izah edilmiş qaydada “-1” deyilən mərtəbəyə düşüb pilləkanın arxa hissəsində gizlədilmiş bir ədəd bel çantasını götürmüşdür. Çantanı götürəndə çanta ona bir qədər ağır gəlmiş, düşünmüş ki, İranlı danışılan bir kiloqram çəkidə olan narkotikdən əlavə bir neçə əşya və ya predmeti çantaya qoyub ki, içərisində olanı bu cür yolla maskalasın. Çantanı götürüb oradan aralanmışdır. Yolda mobil telefonun yaddaşından həmin “Vhatsapp Business” tətbiqini və əlaqə saxladığı İranlı şəxsin telefon nömrəsini silmişdir. Bir qədər deyilən yerdən aralanmışdır ki, ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onu həmin polis idarəsinin inzibati idarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlar deyilən İdarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuşdur. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. Bu təklifdən sonra o, üzərində olan çantanın içərisində narkotik vasitə heroin və “şüşə” adlandırılan psxiotrop maddə olduğunu bildirib həmin çantanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra şalvarının ciblərində olan mobil telefonla nağd pulu çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bel çantasının içərisindən ümumilikdə səkkiz ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamalar ayrılıqda olmaqla açılmış və hər birinə keçirilən baxış zamanı məlum olmuşdur ki, həmin bağlamaların altı ədədinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroin adlı maddə, iki ədədinin içərisində isə ağ kristal şəkildə olan maddə kütlələri, yəni “şüşə” kimi adlandırılan psixotrop maddə aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi içərisində heroin və “şüşə” adlı maddələr qablaşdırılmış və möhürlənmişdir. Qablaşmanın üstündə bütün iştirakçılar imza etmişlər. Mobil telefonu sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, nağd pul isə özünə geri qaytarılmışdır. Üzərindən aşkar edilmiş maddələr barədə sorğu edilərkən o, bildirmişdir ki, həmin maddələri internet vasitəsi ilə tanış olduğu adını xatırlamadığı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə elə həmin gün Yasamal rayonu ərazisində yerləşən binanın alt mərtəbəsində gizlədilmiş yerdən götürmüş və həmin narkotik vasitələri iki-üç gün özündə saxlayaraq sonradan İranlı şəxsin dediyi adamla görüşüb bunun müqabilində müəyyən məbləğdə pul alacaqmış. Daha sonra protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Lakin məhkəmədən xahiş edir ki, məhkəmədə verdiyi ifadəsi həqiqi ifadə sayılsın, ibtidai istintaq zamanı verdiyi ifadəsi həqiqi ifadə kimi nəzərə alınmasın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, idarəyə Bakı şəhəri, Qaradağ rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra rəhbərlik tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o təyin edilmiş, həmkarları Tunar Allaverdiyev və Şahid4 həmin qrupun üzvləri olmaqla tədbirdə iştirak etmişlər. 15 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 21:15-də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə 1 ünvanının qarşısında saxlanılmış və BMCMİ-nin İnzibati binasına gətirilmişdir. Baş İdarənin təhqiqatçısı tərəfindən həmin şəxsə dövlət hesabına vəkili dəvət edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 15 iyun 2022-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə saxlanılmış şəxsin üzərinə tutulmasında iştirak etmiş şəxslərin, yəni yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, belində olan çantanın içərisində narkotik vasitə olan heroin və “şüşə” adlı maddə vardır və həmin qara rəngli çantanı, daha sonra isə əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu, sol yan cibindən isə nağd pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin qara rəngli bel çantasının içərisinə keçirilən baxış zamanı məlum olmuşdur ki, orada ümumilikdə səkkiz ədəd sellofan bağlama vardır. Bundan sonra həmin bağlamaların hər biri ayrılıqda kəsilərək içərisinə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin bağlamaların altı ədədinin içərisində tünd qəhvəyi rəngli, narotik vasitə hesab edilən heroinə bənzər, iki ədəd bağlamanın içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə kütlələri vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təhqiqatçıya bildirmişdir ki, üzərindən aşkar edilmiş bağlamalarda olan maddələri saxlanılmamışdan bir qədər əvvəl adını xatırlamadığı İran İslam Respublikasının vətəndaşının vasitəsilə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən binanın zirzəmisində gizlədilmiş yerdən bel çantasında taparaq götürmüş, həmin yeri iranlı telefon vasitəsi ilə təsvir edərək yerini bildirmişdir. İranlının tapşırığı əsasında qeyd edilən maddələri bir neçə gün özündə saxlayaraq sonradan ona deyiləcək adama çatdırması müqabilində müəyyən məbləğdə pul əldə etməli idi. Qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, idarəyə Bakı şəhəri, Qaradağ rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid2 təyin edilmiş, o və həmkarı Tunar Allaverdiyev həmin qrupun üzvləri olmaqla tədbirdə iştirak etmişlər. Bundan sonra daxil olmuş məlumata əsasən 15 iyun 2022-ci il tarixdə saat 21:15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə 1 ünvanının qarşısında saxlayaraq öz xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. Orada üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə Təqsirləndirilən şəxs BMCMİ-nin İnzibati binasına gətirib təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş, barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Bundan sonra təhqiqatçının, müdafiəçi və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. O, buna etiraz etməmişdir. Baxışdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, belində olan çantanın içərisində narkotik vasitə olan heroin və “şüşə” adlı maddə vardır və həmin qara rəngli çantanı, daha sonra isə əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu, sol yan cibindən isə nağd pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin qara rəngli bel çantasının içərisinə baxış zamanı məlum olmuşdur ki, orada ümumilikdə səkkiz ədəd sellofan bağlama vardır. Bundan sonra həmin bağlamaların hər biri ayrılıqda kəsilərək içərisinə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin bağlamaların altı ədədinin içərisində narkotik vasitə heroinə bənzər, iki ədəd bağlamanın içərisində isə psixotrop maddə metamfetaminə bənzər maddə kütlələri vardır. İçərisində heroinə bənzər maddələr olan altı ədəd bağlamanın üç ədədinin üzərində “2” rəqəmi həkk olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilən zaman əlavə heç bir maddə və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bağlamalarda olan maddələri saxlanılmamışdan bir qədər əvvəl adını xatırlamadığı İran İslam Respublikasının vətəndaşının vasitəsilə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən binanın zirzəmisindən ona mobil tətbiq vasitəsilə göndərilmiş şəkilin üzərində təsvir olunmuş gizlədilmiş yerdən bel çantasında taparaq götürdüyünü, həmin şəxsin tapşırığı əsasında qeyd edilən maddələri bir neçə gün özündə saxlayaraq sonradan ona deyiləcək adama çatdırması müqabilində müəyyən məbləğdə pul əldə edəcəyini, həmin şəxsin mobil telefon nömrəsini üzərində olan mobil telefon cihazından sildiyini, bükümlərin üzərində olan “2” rəqəminin hansı məna kəsb etməsindən xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan maddələr götürülərək bel çantasının içərisinə qoyularaq qablaşdırılmış, həmin torbanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalından götürülmüş, nağd pul isə özünə geri qaytarılmışdır. Qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilidir. 15 iyun 2022-ci il tarixdə həmkarı Şahid2 məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsində yaşayan «İsmayıl» adlı şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur. Məlumatı verən mənbəni bilmir, çünki məlumat ona daxil olmamışdır. Məlumatla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuş, «İsmayıl» adlı şəxsin Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 33, mənzil 27-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, sonuncunun saxlanılması üçün əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid2, üzvləri isə o, Şahid3 və Şahid4 olmuşlar. 15 iyun 2022-ci il tarixdə saat 22 radələrində keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, D.Bünyadzadə küçəsində saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs belində qara çanta olmuşdur. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etmiş, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhələr olduğunu bildirib onu idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə getmişlər. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs saxladıqları zaman onun sadəcə küçədə olmasını xatırlayır, onun hara, hansı istiqamətdə hərəkət edib-etmədiyini artıq xatırlamır.Onu da qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş və onlar onu saxladıqları zaman onun üzərinə və çantasına baxış keçirməmişlər. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim edilmiş və bundan sonrakı prosesual hərəkətləri sonuncu həyata keçirmiş, o və həmkarları Şahid2, Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmişlər.Baxış video çəkilişlə aparılmış və Təqsirləndirilən şəxs belinə taxılmış çantasından xatırladığı qədər 8 bükümü özü çıxarıb masanın üzərinə qoymuş, bildirmişdir ki, bu bükümlər heroin və metamfetamin bükümləridir. Neçə büküm heroin və neçə büküm metamfetamin olmasını artıq xatırlamır, xatırladığı odur ki, bu bükümlərdə külli miqdarda qanunsuz vasitə və maddələr olmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçıya bildirmişdir ki, bu bükümləri bir iranlının bildirdiyi yerdən götürmüş və iranlının bildirdiyi yerlərə sonra paylaşdırmalı idi və bunun müqabilində iranlı onun kartına pul yatırmalı, kartlna yatırtmalı olduğu pulun məbləğini artıq xatırlamır. İstər saxlanıldığı zaman , istərsədə idarədə heç kəs Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlər etməmiş, ona fiziki zor tətbiq etməmiş, üzərinə narkotik vasitə və yaxud psixotrop maddələr qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilidir.Təqsirləndirilən şəxs ilk dəfə 15 iyun 2022-ci il tarixdə saxladıqları zaman tanımışdır. Həmin gün həmkarı Şahid2 Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və sonuncunu saxlamaq və idarəyə gətirib üzərinə baxış keçirilməsi üçün keçirilmiş tədbirdə o da iştirak etmişdir. Tədbirin rəhbəri Şahid2 olmuş, qrupun üzvləri o, Şahid1 və Şahid4 olmuşlar. Təqsirləndirilən şəxs həmin gün saat 22 radələrində Yeni Yasamal qəsəbəsi, D.Bünyadzadə küçəsində görüb ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Bu zaman Təqsirləndirilən şəxs belində bir qara çanta var idi. Ona Şahid2 narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhələr olmasını bildirmiş və idarəyə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən və müqavimət göstərmədən onlarla birlikdə idarəyə getmiş, orada təhqiqatçının Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində o və digər həmkarları iştirak etmiş, baxış videoçəkilişlə aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs özü, könüllü olaraq belindəki çantasından 8 büküm çıxarmış və bildirmişdir ki, bükümlərdən əksərində heroin, digərlərində isə metamfetamin vardı və o bunları instagramda tanış olduğu iranlının şəhərdə qoyduğu yerdən götürüb başqa şəxslərə aparmalı idi və bunun müqabilində iranlı kartına pul köçürməli idi. Təqsirləndirilən şəxsin guya onu saxlanıldığı zaman görmədiyini bildirməsi həqiqətə uyğun deyildir, o bu əməliyyatda və baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı o və həmkarları fiziki zor və ya təyziq etməmiş, üzərinə, çantasına heç bir qanunsuz əşya qoymamışlar. Təqsirləndirilən şəxs törətdiyi əməllərdə təqsirliliyi qismən özünün, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq olunmuş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir Belə ki, məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportundan müəyyən olunur ki, «İsmayıl» adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə həmin maddələri əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «əməliyyat-axtarış tədbirlərintin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarla əməliyyat qrupu yaradılmış və həmin tarixdə, saat 21:15 radələrində keçirilmiş əmliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə 1 ünvanın qarşısında saxlanılmış, saxlanılarkən belində bir ədəd çanta olduğu müəyyən edilməklə həmin vaxt üzərinə şəxsi axtarış aparılmasına, eləcə də bel çantsına baxış keçirilməsinə şərait olmadığına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə «əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» 15 iyun 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə keçirilmiş, baxış zamanı BMCMİ-nin İnzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əyinində olan boz rəngli cins şalvarının sağ yan cibindən «RedMi» markalı mobil telefon, sol yan cibindən 3 manat pulu çıxarıb təqdim etmiş və belində olan çantada heroin və «şüşə» kimi tanılığı psixotrop maddə olmasını bildirmişdir. Bel çantasına keçirilən baxış zamanı çantanın içərisindən 08 ədəd şəffaf sellofan bağlama olmuş, bağlamalar kəsilərkən içərisinə baxış keçirilmiş, bağlamalardan 06 ədədinin içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 02 ədədinin isə içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metmafetaminə bənzər maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bağlamalarda olan maddələri saxlanılmamışdan bir qədər əvvəl adını xatırlamadığı İİR-sı vətəndaşının vasitəsilə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən binanın zirzəmisindən ona mobil telefon vasitəsi göndərilmiş şəkilin üzərində təsvir olunmuş gizlədilmiş yerdən bel çantasında taparaq götürdüyünü, həmin şəxsin tapşırığı əsasında qeyd edilən maddələri bir neçə gün özündə saxlayaraq sonradan ona deyiləcək adama çatdırması müqabilində 500 manat məbləğdə pul veriləcəyini, həmin şəxsin mobil telefon nömrəsini telefondan sildiyini, bükümlərin üzərində olan “2” rəqəminin hansı məna kəsb etməsindən xəbərsiz olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmənin bu qərarının məzmunundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin təyin edilməməsini bildirsə də barəsində qanunsuz hərəkətlər edilməsi ilə bağlı şikayət və ya ərizə təqdim etməmişdir. Həmçinin sanksiyada iştirak edən müdafiəçi X6 tərəfindən də Təqsirləndirilən şəxs döyülməsi ilə əlaqədar heç bir müraciət olmamışdır. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə 16 iyun 2022-ci il tarixli təhqiqatçı İslam Mürsəlova verdiyi izahatında, 16 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində və 17 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində müstəntiq Elxan Tağızadəyə verdiyi ayrı-ayrı ifadələrində ardıcıl olaraq göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyatzadə küçəsində 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, xidməti vəsiqələrini tədim edərək polis əməkdaşları olmalarını, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan şübhələri olduqları üçün onu müvafiq qərarla tanış edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyərək polis əməkdaşları ilə həmin idarəyə getmiş, orada təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə vijdoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, bu zaman belində olan çantadan ümumən 8 bükümdə olan heroin və metamfetamini təqdim edərək, 6 bükümdə heroin, iki bükümdə isə metamfetamin olduğunu bildirmiş, bel çantasının və içərisində olan bağlamaların ona məxsus olduğunu, həmin çantanı 15 iyun 2022-ci il tarixdə saat 21 radələrində İİR-nin adını xatırlamadığı vətəndaşının göstərişi ilə onun telefona şəkil göndərdiyi yerdən, yəni Bakı şəhəri, Yasamal rayon ərazisində binanın altından götürdüyünü, həmin çantanı özündə saxlamalı olduğunu, bir-neçə gün sonra ona məlum olmayan şəxs tərəfindən həmin çantanın götürülməli olduğunu, ona isə bu çantanı saxlamasına görə ən azı 500 manat veriləcəyini göstərmişdir. İranlının göstərişi ilə əlaqədar onunla bütün telefon yazışmalarını öz telefonunun yaddaşından silmiş, saxlanılan zaman polis tərəfindən psixi və ya fiziki təzyiqə məruz qalmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 16 iyun 2022-ci il tarixli, 6/3367 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs bel çantasından aşkar edilmiş...” yazısı və imzalar olan bağlamada olan bir ədəd qara rəngli bel çantasındakı, - 6(altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2035,5 qr, 1521,3 qr, 1944,1 qr, 1503,1 qr, 2040,3 qr, 1003,9 qr, ümumi təmiz çəkisi 10048,2 qram (10 kq 48,2qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələrixarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmzi çəkisi 379,7 qr və 952,2 qr, ümumi təmiz çəkisi 1331,9 qram (1kq 331,9qr) ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs bel çantasının içərisində heroinin izləri vardır, iz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdəki heroinlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3289 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs deməsinə görə, arabir düşəndə, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən çəkməklə istifadə edib. Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun üzərində ***-***-**-** və ***-***-**- ** saylı "xxxx" MMC mobil rabitə şəbəkəsinə məxsus GSM nömrələri vardır. Mobil telefonda olan mobil tətbiqlərinə, o cümlədən “Whatsapp” və “Whatsapp Business” ani ünsiyyət mobil tətbiqinə keçirilən baxış kontaktlar bölməsində adı “Sultan İran” kimi qeyd olunmuş İran İslam Respublikasına məxsus +**********26 saylı GSM nömrə olmuş, məlumatlar tam olaraq silinmiş vəziyyətdə olması, “Whatsapp” tətbiqində isə çoxsaylı danışıq dialoq pəncərələrinin olmasına baxmayaraq iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 05 avqust 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı, qohumundan götürmüş olduğu “Redmi” markalı mobil telefonun üzərində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə çoxsaylı abunəçilərlə zəng və qısa mesaj vasitəsilə əlaqə saxlamış, o cümlədən, ***-***-**-** saylı GSM nömrə abunəçisinin ona xx.xx.2022-ci il tarixdə “Üzülme nolar pis olma, belesi mənimçün daha da çetindi...Men seni o şərəfsizlerden qoruya bilmedm...axıra qeder yanında ola bilmedim...qurban olum meni 1qram sevmisense o yoldan qayit.. getdiyin o yol yol deyil qurban sene. Qayıt yaxşı ol, bundan sonra xoşbəxt ol, mende maraqlananda senden yaxşı xeber eşidim. Nolar o yoldan qayit o yol yol deyil Meni 1 qram sevmisense bundan sonraki heyatini özüne ziyan vermeden qaydasında yaşa...” sözlərini yazması, Təqsirləndirilən şəxs isə xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı GSM nömrə abunəçisinə “Nese cekmisem bide icmisem” sözlərini yazdığı məlum olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «Respublika Psixatriya Xəstəxanası» X9 6395 saylı, 15.072022-ci il tarixli məktubundan müəyyən olunur ki, axriv məlumatlarına əsasən Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatdan sonra qalıq qalan 10047,96 qram narkotik vasitə heroin və 1331,7 qram psixotrop maddə metamfetamin və 01 ədəd “Redmi” markalı mobil telefon saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd DVD və 01 ədəd CD disk icinayət işin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakteriz edən digər sənədlərdən müəyyən olunur ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiqi edilmiş «Arbitrum» Vəkil Bürosunun vəkili Müdafiəçi Şəmsəddin oğlunun ibtidai araşdırma orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixli orderindən müəyyən olunur ki, Müdafiəçi xx.xx.2022-ci ildə orderi ibtidai araşdırma orqanına təqdim etməklə həmin tarixdən müdafiəçi qismində işə buraxılmış, onun iştirakı ilə 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində dindirilmiş, ittiham olunduğu əməlin mahiyyəti ona aydın olmasını, elan olunmuş ittihamla razı olmadığını, hüququndan istiafdə edərək ifadə vermkdən imtina etdiyini göstərmişdir. Məhkəmədə tədqiqi edilmiş 29 avqust 2022-ci il tarixli «cinayət işinin materialları və maddi sübutla təqsirləndirilən şəxsi tanış etmə haqqında» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət işinin bütün materialları və maddi sübutlarla vaxt məhdudiyyəti qoyulmadan tanış olmuş, ona elan olunmuş ittihamla razı deyil, özünü CMnin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmir. Məhkəmədə Müdafiəçi xx.xx.2022-ci il tarixli vəsatəti tədqiq edərkən müəyyən olunmuşdur ki, vəsatətdə Təqsirləndirilən şəxs təqsirini sübut edən hal qanunsuz olaraq keçirilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar və nəticəsində tərtib edilmiş raport və digər sənədlər, həmin tədbirdə iştirak etmiş polis əməkdaşlarının əsassız ifadələrin olmasını göstərmiş, bu səbəbdən həmin sübutların mötəbər olmadığını hesab edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişir. Müdafiəçinin qeyd olunan vəsatəti ibtidai araşdırma orrqanı tərəfindən əsassız olduğu üçün rədd edilmişdir. İbtidai araşdırma zamanı döyülməsi və ya psixoloji təzyiqlə bağlı təqsirləndirilən şəxs Y.Qacayev və onun müdafiəçisi Müdafiəçi hər hansı bir vəsatət və ya müraciətləri olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmənin sorğusuna əasən Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş 525-c-22 saylı, xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs BMCMİ əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsiə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bu qərardan müəyyən oluvnur ki, Təqsirləndirilən şəxs barəsində araşdırma aparılan zamanı məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertin xx.xx.2022-ci il tarixli 1305 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tululmuş əməlləri ibtidai araşdırma zamanı verdiyi ifadəsi, həmçinin şahid ifadələri, cinayət işində olan baxış protokolları, məhkəmə ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmiş, təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, onun CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi narkotik vasitə və psixotrop maddələri adını xatırlamadığı İran İslam Respublikası vətəndaşının göstərişi ilə onun şəkil göndərdiyi yerdən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən binanın zirzəmisindən əldə etdiyini, həmin şəxsin tapşırığı əsasında qeyd edilən maddələri bir neçə gün özündə saxlayaraq sonradan ona deyiləcək adama çatdırması müqabilində müəyyən məbləğdə pul əldə edəcəyin= məqsədilə əldə etdiyinə dair ifadələri ilə, 15 iyun 2022-ci il tarixdə şəxsi axtarış keçirilməsinin nəticəsini əks etdirən protokollar və protokoldakı izahı ilə, 15 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlayan və üzərinə baxışda iştirak edən polis əməkdaşlarının ifadələri ilə, axtarışın gedişini əks etdirən CD diski, «cinayət işinin başlanmasının rədd edilməsinə dair» qərarla, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini həqiqətə uyğun olmayan, tədqiq olunmuş mötəbər sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi və əməlini təsdiq etdiyi ifadələrini həqiqi, işin hallarına uyğun ifadələr kimi qiymətləndirməklə həmin ifadələri sübut növü kimi qəbul edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1və 234.4.3-cü maddələri ilə yanaşı CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ki, o qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmişdir. Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən Dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyini qeyd edərək, həmin hissədə ittihamdan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 15 iyun 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda cinayət işi üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları tədqiqatdan sonra qalıq qalan 10047,96 qram narkotik vasitə heroin və 1331,7 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş disklər isə cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.1, 344- 349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 10047,96 qram narkotik vasitə heroin və 1331,7 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, cinayət işinin materiallarına əlavə edilmiş disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrin və psixotrop maddələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-271/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-271/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver