Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-271/2025 06.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2nvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlayıb və daşımaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,663 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat ll:30-da ünvan 3 ünvanında yerləşən 1 saylı X13 həyətində olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə külli miqdarda təmiz çəkisi 2,663 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2023-cü il tarixli raportdan (cild 01, iş vərəqə 4) görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:30-da xidməti zərurət ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı, X8 ilə Şahid1 polis şöbəsinin inzibati ərazisi olan ünvan 6 ünvanında yerləşən 1 saylı “Kliniki Tibbi mərkəzi”n inzibati binasının həyətində olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasının şahidi olmuşlar, bu səbəbdən onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir, həmin şəxsin gözlərinin axması, həyəcanlanması, verilən suallara qeyri müəyyən cavab verməsi və oradan uzaqlaşmağa cəhd etməsi şübhələri daha da artırmış, onlar həmin şəxsin narkotik vasitənin təsiri altında olmasından və üzərində narkotik vasitə saxlamasından şübhələnmiş, bu səbəbdən həmin şəxsi saxlayaraq Nəsimi RPİ-nin 20-ci PŞnin inzibati binasına gətirmişlər.
4. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək, xx.xx.2023-cü il tarixdə, saat 11.30 dəqiqədə tutulmuşdur.
5. xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan (cild 01, iş vərəqə 44-47) görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir, Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli olan "Samsung A03" markalı mobil telefonu və həmin gödəkçəsinin iç cibindən özünə məxsus olan AA ******* nömrəli şəxsiyət vəsiqəsini çıxarıb masanın üzərinə qoydu. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı: ilk öncə onun geyindiyi gödəkçəsinin qollarına və ətrafına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Sonra geyindiyi boz rəngli idman şalvarının sağ, sol, yan, ciblərinə, həmçinin ətrafına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqablarını çıxarması tələb olundu və o, ayaqqablarını çıxarıb silkələdi və heç bir əşya aşkar edilmədi. Bundan sonra ondan üst-başını səliqəyə salması tələb edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm barədə məlumat verməsi bildirildi. Təqsirləndirilən şəxs 01 bükümdə olan maddənin narkotik vasitə heroin olmasını, həmin bükümü xx.xx.2023-cü il tarixdə "Papanin" adlan yerdə tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını qeyd etmişdir. Bundan sonra iştirakçılara 01 bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş "188" nömrəli möhürü ile möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Saxlanılan Təqsirləndirilən şəxs 17.10 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilən zaman və Polis Şöbəsində olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilən və Polis Şöbəsində olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Protokol tərtib olunması üçün video çəkliş müvəqqəti olaraq dayandırılır. Baxış otaqda süni işıqlardırma şəraitində aparıldı. Baxış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Tərtib olunmuş protokol iştirakçılara və şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs ucadan oxundu, tərtib olunmuş protokola dair hər hansı bir şikayət və ya vəsatətiniz varmı sualına iştirakçılar və saxlanılan şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və vəsatət olmadığını bildirdilər.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5467 saylı rəyindən (cild 01, iş vərəqə 51-55) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°188” dairəvi möhür əksləri, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,663 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.
7. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərardan (cild 01, iş vərəqə 67) görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutlan ittiham elan edilməsi qərara alınmışdır.
8. xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 01, iş vərəqə 86) görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.
10. 10.11.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan (cild 01, iş vərəqə 102) görünür ki, Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin aparılması üçün barəsində axtarış elan olunması və olduğu yer müəyyən olunduqda o, ttulduğu andan Bakı şəhəri Nəsimi ryaon MSY-nə təhvil verilməsi qərara alınmışdır.
11. 10.11.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan (cild 01, iş vərəqə 104) görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmalıdır.
12. 03 fevral 2024-cü il tarixli cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 106) görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək icraata qəbul edilmişdir.
13. xx.xx.2024-cü il tarixli könüllü olaraq istintaqa getmə haqqında protokoldan (cild 01, iş vərəqə 107) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə İŞ-nə gələrək, bildirmişdir ki, özünə məxsus olan mobil nömrə texniki səbəblərdən işləmədiyi üçün istintaqa gələ bilməmiş və o, səbəbdən istintaqda iştirak etməsi mümkün olmamışdır.
14. 03 fevral 2024-cü il tarixli qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 109-110) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə dəyişdirilməsi qərara alınmışdır.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X4 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1555 N°-li rəyindən (cild 01, iş vərəqə 127-128) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.4-cü bəndinə uyğun olaraq hal-hazırda X2 olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
16. 16.04.2024-cü il tarixli götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 130) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A03” markalı mobil telefona təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir mobil nömrə, sms mətn, şəkil, video və ya səs yazısı aşkar edilməmişdir.
17. 15.04.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cil d01, iş vərəqə 131-138) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respubliaksı CM-nin 234.1-1-ci maddəsinə əsasən elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respubliaksı CM-nin 234-cü maddəsində qqeydində göstərilən narkotik vasitələrin könüllü surətdə təhvil verilməsinə görə cinayət məsuliyyətindən azad edilməsi Təqsirləndirilən şəxs şamil edilməməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2,663 qram olan narkotik vasitə olan heroin tərəfimdən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalmış 2,563 qram olan narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi,xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması zamanı üzərindən aşkar edilərək götürülmüş “Samsung A03” markalı mobil telefon təqsirləndirilən şəxsə qaytarılması, Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi materiallarından narkotik vasitənin mənbəyinə dair material ayrılması qərara alınmışdır.
18. Azərbaycan Respublikası Daxili İşlər Nazilriyi Bakı şəhəri Nəsimi rayon polis İdarəsi tərəfindən 51/2-42552 saylı məktubdan və aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olmuş, xx.xx.2023cü il tarixdə azad edilmiş və aktda xəsarəti olmadığı göstərilmişdir.
19. 30.01.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 zaman polis məkdaşları tərəfindən zorakılığa məruz qalması xüsusatı təsdqini tapmadığından Azərbaycan Respubliaksı CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
20. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Sənan Mirəliyev adlı bir yetkinlik yaşına çatmayan övladı vardır.
21. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində saat 11:30 radələrində inzibati ərazidə şöbənin əməkdaşı ilə birgə xidmətdə olmuşlar. Mütəmadi olaraq tərəflərindən profilaktik tədbirlər həyata keçirilmişdir. Təqsirləndirilən şəxs “Semaşko” adı ilə tanınan klinik tibbi mərkəzin həyətində olmuşdur. Şəxsin qeyri-adi hərəkətləri onlarda həmin şəxsin narkotik vasitənin təsiri altında olması, eləcə də üərində narkotik vasitənin olmasına dair şübhələr yaratmışdır. Şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Zərurət yarandığı üçün şəxsi 20-ci PŞ-ə dəvət etmişlər. Onlarda şəxsin üzərində narkotik vasitə olması barədə şübhələr olduğu üçün bu barədə rəhbərliyə raport təqdim etmişlər və onlar da şəxsin üzərinə baxış keçirilməsi və digər hərəkətlər barəsində təhqiqatçıya göstəriş vermişlər. Çəkilişlə təhqiqatçı tərəfindən şəxsin üzərinə baxış keçirilmişdir. Çəkiliş zamanı şəxs 1 ədəd telefon və öz dediyinə görə, 1 büküm heroin təqdim etmişdir. Şəxs narkotik vsaitə istifadəçisi olduğunu və narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin maddənin narkotik vasitə olub-olmadığını müəyyən etmək məqsədilə təhqiqatçı tərəfindən ekspertiza təyin edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar həmin əraziyə əvvəlcədən məlumat daxil olduğu üçün getməmişlər.Əməliyyat məlumatı daxil olan zaman onlar əməliyyat qrupu yaradılmışdı, sənədləri məhkəmə və prokurorluq orqanlarına təqdim etmişlər. Daha sonra isə mövqelərinə keçərək, həmin şəxsi tutmaq üçün gözləmişlər. Həmin ərazi idarənin ərazisi olmuşdur və o orada xidmət etmişdir, həmin ərazidə “Metadon” deyilən bir yer vardır, mütəmadi olaraq 400 nəfər narkoman ora su içmək üçün gəlmişlər. Həmin ərazidən də onlar həm şübhəli şəxs qismində, həm də öncədən daxil olmuş məlumat əsasında narkotik vasitələri qanunsuz istifadəsi və satışı ilə məşğul oaln şəxsləri müəyyən edərək, barələrində qanuni tədbir görmüşlər. Həmin ərazidə narkoman çox olduğu çün Məzahirin də üzərində narkotik vasitə olmasına dair onlarda şübhələr yaranmışdır. Saxlanılan şəxs həmin vaxtda xəstəxananın həyətində gəzmişdir. O, bölməyə gəldikdən sonra Məzahirin üzərinə baxış keçirməmişdir. Onun elə bir slahiyyəti yoxdur. Onlar raport təqdim etmiş və bu barədə təhqaiatçıya göstəriş vermişlər. Şəxs bölməyə gətirildikdən sonra nə qədər vaxt ərzində müdafiəçinin gəldiyini xatırlamamışdır. İtsintaqda verdiyi ifadəsini təsdiq edir. Onlar tərəfindən şəxsə heç bir təzyiq göstərilməmişdir. Şəxsin üzərinə baxış zamanı otaqda Şahid3 olmamış,otaqda o və Şahid2 olmuşdur.O təqsirləndirilən şəxs ilə eyni məktəbdə oxumamış, o 102 saylı məktəbdə təhsl almışdır. Narkotik vasitəni təhqiqatçı ekspertizaya göndərmişdir.
22. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, o Kibercinayətkarlıqla Mübarizə İdarəsində işləyir. Təqsirləndirilən şəxs iş ilə bağlı tanımışdır. 17 oktyabr 2023-cü il tarixdə 20-ci Polis Bölmənin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə-1 saylı Kliniki-Tibbi mərkəzin həyətində xidmətdə olmuşlar. Həmin vaxt xidmətdə olarkən Məzahiri görmüşlər, o özünü qeyri-adekvat aparmışdır. Onlar Məzahirə yaxınlaşmış, özlərini təqdim etmişlər. Məzahirə suallar verərkən özünü qeyri-adekvat aparması, həyəcanlanması onlarda şübhə yaratmışdır. Onun narkotik istifadəçisi olmasından və ya narkotik daşımasından şübhələnərək Məzahiri Şöbəyə dəvət etmişlər. Məzahir onlarla şöbəyə gəlmiş və etiraz etməmişdir. Şöbədə inzibati otaqların birində üzərinə baxış keçirilmiş və üzərindən bir büküm narkotik vasitə aşkar olunmuşdur. Məzahir həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Məzahiri dəvət etdikdə, xidmətdə iki nəfər olmuşlar, o və Şahid1 olmuşdur. Şahid3 o əməliyyatda iştirak etməsini xatırmır. O Şahid1 yanında olmuşdur, hadisənin üzərindən iki il keçdiyi üçün Şahid3 orada olub-olmasını xatırlamır. Şahid3 həmin əməliyyatda iştirak edib-etməməsini xatırlamır. Məzahiri orada görərkən onlar Məzahirin adını bilməmişdir. Onlar Məzahiri şöbəyə dəvət etmişlər, orada üzərinə baxış keçirilmişdir. Onların şöbəyə necə getmələrini xatırlamır.
23. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, 17 oktyabr 2023-cü il tarixində, 1 saylı Kliniki-Tibbi mərkəzin həyətində keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq məsuliyyətə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri, gözlərinin axması və peşə təcrübələri onlara Təqsirləndirilən şəxs qarşı şübhəyə əsas vermişdir. Onlar əvvəlcə şübhəli şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra şəxsi 20 saylı polis bölməsinə dəvət etmişlər. Şübhəli şəxsə narkotik vasitələrin təsiri altında olub-olmaması sualı verilən zaman, şübhəli şəxs narkotik vasitələrin təsiri altında olduğunu bildirmişdir. Daha sonra videoçəkiliş ilə şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmiş, bu zaman şübhəli şəxsin üzərindən 1 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o da həmin əməliyyatda iştirak etmişdir. Əməliyyat qrupu 03 nəfər polis əməliyyat müvəkkilindən ibarət tərkibdə təşkil olunmuşdur. Şübhəli şəxsə 1 saylı Kliniki-Tibbi mərkəzin həyətində yaxınlaşmışlar. Peşə və iş təcrübələri Təqsirləndirilən şəxs şübhələnməyə əsas vermişdir. Əməliyyata avtomobil ilə yollanmışlar. Onlara məxsus xidməti avtomobili 1 saylı Kliniki-Tibbi mərkəzin həyətində saxlamışlar. Şübhəli şəxsi binanın həyətində saxlamışlar. Şübhəli şəxsə yaxınlaşıb özlərini təqdim edərək, polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərini təkzib edərək bildirmişdir ki, sonuncu özünə bəraət qazandırmaq məqsədilə bu yönümlü ifadə vermişdir. Əslində isə dedikləri həqiqəti əks etdirməmişdir. Onlar təqsirləndirilən şəxsi saxladıqları ərazidə xidmət aparmışlar. Həmin ərazidə cinayət hadisələri çox olmuşdur. Təqsirləndirilən şəxsi hansı ərazidə saxladıqlarını isə dəqiq xatırlamamışdır. Təqsirləndirilən şəxs işlədiyi inzibati otağa daxil olmamışlar. İbtidai istintaqa verdiyi ifadəsini xatırlamamışdır. Təqsirləndirilən şəxsin ona qarşı dedikləri şər-böhtan xarakterli olmuşdur. Nə onun, nə İsmayılın, nə də Fəridin ağ rəngli “Jeep” avtomobili olmamışdır. Əməliyyat tədbirinə hansı avtomobil ilə getdiklərini xatırlamamışdır. Onun mülkiyyətində “Kia K9”, “Niva”, ”BMW” markalı avtomobillər olmuşdur. Fəridin dörd, İsmayılın isə iki-üç ədəd mülkiyyətində avtomobilləri olmuşdur. Həmin avtomobillərin markası ona məlum deyil.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
24. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 17 oktyabr tarixində, işdə olarkən və xidməti vəzifələrini yerinə yetirən zaman, 3 nəfər tanımadığı şəxs otağa daxil olaraq, ona adı ilə səslənməyə başlamışlar. Həmin şəxslər ondan “filankəs sənsən?” deyə soruşmuşlar, o isə “bəli, mənəm” cavabını vermişdir. Onlardan biri ona yaxınlaşaraq mobil telefonunu almış, digəri isə qollarını çevirərək onu otaqdan çıxarmışlar. O, otağı bağlayıb, otaqdan çıxmışdır. Həmin şəxslər onu ağ rəngli, “Hyundai” markalı avtomobilə mindirmişlər. Maşına əyləşən kimi ona təzyiqlər başlanmışdır. Həmin şəxslər ona fiziki və psixi təzyiq göstərmişlər. O isə həmin zaman şok vəziyyətində olmuşdur. O, polis bölməsinə getdikləri vaxt onu saxlayanların polis əməkdaşları olduğunu başa düşmüşdür. İnzibati binaya daxil olan kimi, onu birbaşa koridorun sonunda, təhqiqatçının otağı ilə üzbəüz olan otağa aparıb, ora salmışlar. Onu yerləşdirdikləri otaq vahiməli bir otaq olmuş, otaqda sadəcə duman və 02 ədəd stul olmuşdur. Daha sonra İsmayıl adlı əməliyyatçı, otağa gəlmiş və digər əməkdaşlara “elektriki gətirin” deyə tapşırıq vermişdir. Ülvi adlı başqa bir əməliyyatçı olmuş, hansı ki, sonuncunun adı əvvəl ittiham akında olmamışdır. Sonradan Ülvini əlavə etmişlər. Ülvi ona “əlini qaldır” demiş, daha sonra onu vurmağa başlamışdır. Fərid adlı əməliyyatçı da onu döyənlər siyahısında olmuşdur. Polislər onun əməliyyat məlumatı əsasında saxlanıldığını bildirmişlər. O isə üzərində narkotik olmadığını, sadəcə istifadəçi olduğunu bildirmişdir. Həqiqətən də həmin zaman üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Daha sonra İsmayıl adlı əməliyyatçı ona yaxınlaşaraq, ona yaxınlıq vermiş və onu məktəb dövründən tanıdığını bildirmişdir. Düzdür, İsmayıl sonra bu faktı məhkəmədə inkar etmiş, amma sonuncu həqiqətən onun adını və hansı məktəbdə təhsil aldığını bilmişdir. İsmayıl ona kömək edəcəyini bildirmiş, o isə həmin zaman təsir altında olmuş və İsmayıldan necə kömək edəcəyini, həmin köməyin mahiyyətini soruşmuşdur. İsmayıl ona dediklərini etməsini və ona həmin zaman kömək edəcəyini bildirmişdir. Bu zaman digər polis əməkdaşları otağı tərk etmiş və İsmayıl ona bir qədər sonra narkotik maddə gətirəcəyini bildirmişdir. İsmayıl həmin narkotik maddənin onun olduğunu deməsini, sonda isə çox yüngül cəza alacağını bildirmişdir. O, həmin zaman artıq döyülməmək üçün, İsmayılın dedikləri ilə razılaşdır. Daha sonra onu ikinci mərtəbəyə, rəis müavininin otağına aparmışlar. Onun üzünü divara tərəf çevirmişlər, İsmayıl, Ülvi və Fərid rəis müavininin qabağında dayanmışlar, rəis müavini isə seyfi açaraq oradan narkotik maddəni götürüb, “bu kimindir?” sualını vermişdir. O, yalnız İsmayıla baxaraq, sonuncunun onu necə yönəldəcəyini bilmək istəmişdir. Çünki o rəis müavininin əlində olan narkotik maddənin ehtimal etdiyindən çox olduğunu vizual olaraq görmüşdür. O, həmin narkotikin çəkisini bilməmiş, lakin çox olduğunun fərqində olmuşdur. İsmayıl isə ona “narahat olma, de ki mənimdir, hər şey yaxşı olacaq” demişdir. İsmayıl ona, narkotik maddəni guya “Papanin” adlanan ərazidən, üzünü tanımadığı şəxsdən 20 manat qarşılığında aldığını deməyi tapşırmışdır. Daha sonra protokolda isə 20 manat yox, 40 manat yazıldığını görmüşdür. Daha sonra onu təhqiqatçının otağına aparmışlar. Əməliyyatçılar videoçəkiliş zamanı onu yönəldəcəklərini bildirmişlər və narkotik maddəni də sağ yan cibinə yerləşdirmişlər. Həmçinin polis əməkdaşları ona verdikləri narkotikin çəkisinin 1 qramdan artıq olmadığını bildirmişlər. Daha sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. Ora getdikdən sonra müstəntiq ona yaxınlaşıb, ondan cinayət işi üzrə götürülən narkotikin miqdarını və hansı maddə ilə ittiham olunduğunu demişdir. O, yalnız bu zaman baş verənlərin fərqinə varmışdır. O, yalnız bu zaman başının bəlada olduğunu başa düşmüşdür. Ancaq onunla bölmədə başqa cür danışılmışdır. Daha sonra məhkəmə prosesi başlamışdır. Şahidlər prosesə bəzən gəlmişlər, bəzən də gəlməmişlər deyə təxir olmuşdur. Sonradan şahidlərdən biri bildirmişdir ki, digər şahid, yəni əməliyyatçı işdən çıxmışdır. Başqa bir iştirakçı, Ülvi adlı şəxsin adı heç ittiham aktında olmamışdır. O, daha sonra məhkəmədə Ülvinin də gəlməsi barədə vəsatət vermişdir. Çünki Ülvi ona ən çox təzyiq edənlərdən biri olmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, marixuana və psixotrop dərmanların istifadəçisi olmuşdur. Daha əvvəl heroin də istifadə etmişdir. Narkomaniya xəstəliyi səbəbindən müalicə almışdır. Təxminən 03 il narkotik maddələrin istifadəçisi olmuşdur. Kim narkotik satmışdırsa, o da həmin şəxsdən tələbatını əldə etmişdir. Papanin ərazisində əvvəllər narkotik çox satılmış, o da beləcə rahat əldə etmişdir. O, narkotiki bəzən gedib evdən götürmüş, bəzən də gedib görüşüb əldə etmişdir. Öz şəxsi telefonu vasitəsilə narko tacirlərlə əlaqə saxlamışdır. O, saxlanılana qədər, uzun müddətdir ki, həmin mobil telefon və sim nömrəni istifadə etmişdir. Həmin nömrəni hazırda xatırlamamışdır. O, saxlanılandan 17 gün əvvələ qədər narkotik maddə istifadə etmişdir. O, saxlanılandan sonra, istifadə etdiyi mobil nömrəni unutmuşdur. Həmin şəxslər daimi olaraq eyni mobil nömrə istifadə etməmişlər, müntəzəm olaraq dəyişmişlər. O, öz mobil nömrəsni xatırlamış, sadəcə sualı səhv başa düşmüşdür. Onun mobil nömrəsi cinayət işindədə qeyd olunmuş, tam xatırlamamış, lakin 055-478-32-xx olmuşdur. Ancaq 01 mobil nömrə istifadə etmişdir. Hazırda mobil nömrənin ardıcıllığını tam dəqiq xatırlamamışdır. Hazırda ***-**-** nömrəsini istifadə edir. Onun telefonu polis tərəfindən götürülmüş, mobil nömrə də telefonun üzərində olmuşdur. Hazırda istifadə etdiyi nömrəni də qardaşı alıb vermişdir. Həmin zaman xidməti otağında tək olmuş və qeydiyyat aparmışdır. Polislər otağa daxil olan zaman otaqda həmçinin toksikologiya şöbəsinin əməkdaşı da olmuşdur. Həmin şəxs də əməliyyatçıları görmüşdür. O, həmin şəxsin ad soyadını qeyd etmiş, həmin şəxs Ələkbərov olmuşdur. Polislər onu əvvəlcə uzaqdan çağırmışlar. O, polisləri əvvəlcə başqa şöbənin əməkdaşları zənn etmişdir, çünki mülki formada olmuşlar. Daha sonra polislərdən biri yaxınlaşıb onun telefonunu götürmüş, daha sonra onu zorla avtomobilə mindirib aparmışlar. Üzərində şəxsi axtarış aparılmamışdır. Onun otağı Semaşko xəstəxanasının həyətində yerləşmişdir. Polislər avtomobillərini düz onun otağının qabağında saxlamışlar. Avtomobildə arxada oturmuşdur. İnzibati binaya daxil olan kimi, onu birbaşa koridorun sonunda, təhqiqatçının otağı ilə üzbəüz olan otağa aparıb, ora salmışlar. Daha sonra onu əvvəlcə təhqiqatçının, ardınca ikinci mərtəbəyə, rəis müavininin otağına aparmışlar. Daha sonra onu təhqiqatçının otağına aparmışlar. Əməliyyatçılar sonda onu videoçəkilişə aparmışlar. Polislər ondan vəkilinin olubolmadığını soruşmuşlar. O, vəkilinin olmadığını bildirmişdir. Daha sonra, təxminən 1,5-2 saat sonra müdafiəçi gəlmişdir. Müdafiəçi də videoçəkiliş zamanı ona verilən narkotikin həcminin çox olduğunu bildirmişdir. Polislər isə müdafiəçiyə etiraz edərək “çox deyil” demişlər. Müdafiəçi o rəis müavininin otağına getdikdən sonra gəlmişdir. O, saxlanılan zaman, təxminən nahara 1 saat qalmışdır. Semaşko xəstəxanasına 2 yerdən giriş olmuş, oun otağına isə cəmi 1 yerdən yol olmuşdur. Otağında müşahidə kamerası olmamışdır. Ora gələn vəkil də polislərlə əlbir olmuşdur. O, döyülmüşdür. Təxminən 10-15 gün əvvəl döyülmə faktı barədə Nəsimi prokurorluğuna müraciət etmişdir. Bədənində elə güclü bir xəsarət izi olmamışdır. Bədənində hər hansı xəsarət izi aşkar olunmamışdır. İbtidai istintaq dövründəki ifadəni o verməmiş, polislər tərəfindən yazılmışdır. Hadisələr əslində başqa cür cərəyan etmişdir. CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağını bildirmişlər. İş materiallarındakı imza ona məxsus olmuşdur. Bunlar ona öncədən deyilməmiş, İsmayıl ona hər şeyi başqa cür demişdir. İsmayıl ona köməklik vəd etmişdir. O da İsmayıla inanmış, müstəntiq dedikdən sonra nə ilə ittiham olunduğunu öyrənmişdir.
25. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Məzahir ilə eyni xəstəxanada işləyir. O həmin xəstəxananın toksikologiya şöbəsində işləyir. Şöbənin tibbi tullantılarını Məzahirə təhvil vermişdir, bu zaman hər ikisi qeydiyyat kitablarına imza etmişlər. Hadisə günü də tibbi tullantıları təhvil vermək üçün Məzahirin oturduğu xidməti otağa getmişdir. Bu zaman Məzahir təhvil-təslim kitabına imza etmişdir, lakin o imza edə bilməmişdir. 03 nəfər tanımadığı şəxs Məzahirə yaxınlaşaraq, adının Məzahir olub-olmadığını soruşmuşdur. Məzahir hə cavabını verdikdən sonra, həmin şəxslər Məzahirə onlarla getməli olduğunu bildirmişlər. Daha sonra baş verənlər barədə hər hansı məlumatı yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə gününü dəqiq xatırlamır. Hadisə 17 oktyabrda baş vermişdir. Məzahiri aparan şəxslərin kim olduğu ona məlum deyildir. Naməlum şəxslər Məzahirin oturduğu xidməti otağa gəlmişdilər. Naməlum şəxslər Məzahiri apardığı üçün, o kitaba imza edə bilməmişdir. O əvvəlcə həmin şəxslərin Məzahiri çağırmasını adi qarşılamışdır. Həmin şəxslər Məzahirə “bizimlə gedəcəksən” demişdirlər. Məzahir həmin şəxslərə etiraz etməyərək, onlarla getmişdir. Həmin şəxslər ağ rəngli avtomobillə gəlmişlər. Avtomobil aynabəndin qarşısında saxlamışdılar. Məzahir həmin şəxslərlə avtomobilə tərəf getmişdir.O Məzahir və digər şəxslərin avtomobilə minib-minmədiyini görməmişdir. Məzahiri aparan şəxsləri xatırlamır və həmin şəxslərin adlarını bilmir. Həmin şəxslərin polis əməkdaşları olduqlarını bilməmişdir.Həmin şəxslər polis olduqlarını deməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
26. CM-nin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
27. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
28. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
29. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
30. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
31. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
32. Maddə 59.2 Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
33. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
34. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
35. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
36. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
37. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
38. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
39. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
40. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
41. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
42. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
43. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
44. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
45. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
46. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
47. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin presedent hüququ:
48. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
49. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır.
50. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə narkotik vasitə heroinə aidiyyətinin olmamasını, narkotik vasitə istifadə etmədiyini, polis əməkdaşlarının fiziki təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda narktoik vasitə heroin olmamasını, fiziki təzyiq nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini bildirmişdir.
51. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan narkotik maddəni üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir. Məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla, yəni “Müvəqqəti saxlama yerində saxlanılan şəxslərin uçotu” və “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitablarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad olarkən xəsarət almadığını və heç bir şikayəti olmadığını qeyd etmişdir.
52. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfinin dindirilməsini tələb etdiyi əlavə Şahid4 məhkəmə istintaqı zamanı iş üçün əhəmiyyət kəsb edən, təqsirləndirilən şəxsin cinayətə aidiyyəti olmaması və ya onun cinayət törətməməsini təsdiq edən hər hansı bir dəqiq məlumat verə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə həqiqətə uyğun olmayan, müdafiə xarakterli və onun cinayət məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir.
53. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 42-ci bəndi) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
54. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 35,36,37-ci bəndlərindəki normativ aktlara əsasən).
55. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 35-cı bəndi).
56. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
57. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 26,27,28 və 29-cu bəndləri).
58. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (qərar 09-cu bəndi).
59. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən ilk dəfə cinayət törədilməsi və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır.(qərar 32-ci bəndi)
60. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
61. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 28-ci bəndi).
62. Təqsirləndirilən şəxs təyin olunmuş azalıqdan məhrum etmə cəzansının çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 28-ci bəndi).
63. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (qərarın 33 və 39-cu bəndləri).
64. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 3 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o məhkəmə iclas zalından dərhal həbs edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.
65. Həmçinin məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. (qərarın 15-ci bəndi)
66. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
67. İş üzrə maddi sübut olan, DİN-nin Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 2,653 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməli, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 38-cı bəndi).
68. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 41-ci bəndi).
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin cəzadan çıxılsın və onun üzərində 02 (iki) 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə pofilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub DİN-nin Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 2,653 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov