Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-272/2020 10.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 32 ünvanında qeydiyyatda olmaqla, ünvan 24 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özünün vasitəsilə birbaşa yolla şəxsən maddi nemət olan pulu vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qohumu Şahid1 2018-ci ilin aprel ayında istintaqa məlum olmayan yerdə görüşləri zamanı tanışı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin baş təhqiqatçısı Şahid6 yalandan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin səlahiyyətli vəzifəli şəxsi olduğunu və Daxili İşlər orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbul etmək səlahiyyətlərinin olmasını bildirərək, sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid1 Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” əsasnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli Q63-001-15 nömrəli qərarı ilə təsdiq edilmiş «Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları» ilə müəyyən edilmiş müsabiqədən kənar Daxili işlər orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbul etdirəcəyinə yalandan vəd edərək, görüntü yaratmaq, həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün ondan zəruri sənədlərinin əsillərini almaqla Şahid1 özü ilə 2018-ci ilin may ayının əvvəllərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə aparıb, orada Şahid6 ilə görüşdürərək, sonuncu ilə Şahid1 polis orqanlarında xidmətə qəbul prosedurları barədə söhbət aparmaqla görəcəyi işlərdə özünə inam yaratmış, bununla da alınacaq pulun müqabilində həmin məsələlərin həll ediləcəyini yalandan deyib yaranmış etibardan sui-istifadə edib aldadaraq Şahid1 qayınatası Şahid4 məxsus ünvan 3 ünvanda hissəhissə olmaqla xx xxxxx 2018-ci il tarixdə 3500 manat, xx xxxxx 2018-ci il tarixdə 6500 manat pulunu vahid niyyətlə Şahid1 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun əmlakını ələ keçirərək xeyli miqdarda, yəni ümumilikdə 10.000 (on min) manat ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə onu təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 onun qayınatası Şahid9 bacısı İlhamənin qızı Şəmsiyyənin əridir. 2018-ci ilin Novruz bayramından sonra, yəni təxminən aprel ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzində o, Aygül, Çingiz və Şəmsiyyə birlikdə istirahət edən zaman Çingiz daxili işlər orqanlarında işə düzəlmək istədiyini, lakin 25 yaşı tamam olduğundan işə qəbul edilmədiyini bildirmişdir. Həmin ərəfədə maddi çətinlikləri olduğundan Çingizdən daxili işlər orqanlarına işə düzəltmək üçün vəzifəli tanışlarına rüşvət vermək adı ilə aldadaraq pul almaq niyyətinə düşmüşdür. Həmin gün Aygülü və Şəmsiyyəni evə düşürtdükdən sonra Çingizin yaşadığı evin qarşısında avtomobildə oturan zaman sonuncuya Daxili İşlər Nazirliyinin əməkdaşı olan Şahid6 adlı tanışı vasitəsilə onu işə düzəldə biləcəyini bildirmişdir. Çingiz onun bu təklifi ilə maraqlandıqda yanında Şahid6 zəng etmişdir. Həmin vaxt telefon selektora qoşulmuş vəziyyətdə olmuş, o, zəng zamanı Şahid6 qohumunun 26 yaşı olduğunu və polisə işə düzəlmək istədiyini bildirdikdə, sonuncu 25 yaşdan yuxarı daxili işlər orqanlarına qəbul edilmədiyini bildirmişdir. Bundan sonra o, Rəşada Çingizin tanışlarının bu qayda ilə işə düzəldiyini bildirsə də, sonuncu bunun mümkün olmadığını bir daha qeyd etmişdir. Şahid6 ilə telefon danışığını bitirdikdən sonra Çingizə Rəşadın telefon vasitəsilə danışmağa çəkindiyini, əvvəllər Rəşad vasitəsilə başqa şəxsləri də daxili işlər orqanlarına işə düzəltdiyini, üzbəüz görüşüb söhbət edəcəyini bildirmişdir. Ertəsi gün Çingizin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək Rəşadla danışdığını, onu işə düzəltməyə razı olduğunu, bunun müqabilində 16000 manat pul istədiyini bildirdikdə Çingiz, 16000 manatının olmadığını və bu qədər pulu verə bilməyəcəyini bildirdiyindən Çingizə bu barədə Şahid6 ilə danışıb pulun məbləğini bir qədər azaltmasını xahiş edəcəyini demişdir. Bir neçə gün sonra Çingizə zəng edərək Rəşadın 13000 manata razılıq verdiyini bildirsə də, Çingiz 10000 manat verə biləcəyini, 3000 manat pulu isə sonra tapıb əlavə verəcəyini bildirmiş və onlar razılaşmışlar. xx xxxxx 2018-ci il tarixdə Çingizin qayınatası Sərvana məxsus ünvan 3 ünvandakı evinə gedərək İlhamənin yanında Çingizdən 3500 manat pul almışdır. O, xx xxxxx 2018-ci il tarixdə yenə yuxarıda qeyd etdiyi ünvana gedərək Çingizə Rəşadın pulun qalan hissəsini istədiyini bildirib ondan İlhamənin yanında 6500 manat pulunu və şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, təhsil haqqında attestatının və müddətli həqiqi hərbi xidmət keçdiyi dövrdə komandanlıq tərəfindən verilmiş fəxri fərmanların əsillərini götürmüşdür. Çingizi işə düzəltmək məsələsini həll edəcəyinə inandırmaq üçün, 2018-ci ilin may ayının əvvəllərində hər çərşənbə günü DİN-nin İdman cəmiyyətində olduğunu bildiyi Şahid6 ilə görüşdürəcəyini və onun fiziki hazırlığının yoxlanacağını deyərək onu qeyd edilən idman cəmiyyətinə aparmışdır. Onlar ora çatdıqda o, Şahid6 zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra Rəşadla DİN-nin İdman Cəmiyyətinin birinci mərtəbəsində görüşmüş və Çingizi ona təqdim edərək fiziki hazırlığının yoxlanması üçün nə etmək lazım olduğunu soruşmuş, Rəşadda zallardan birini göstərərək orada təlimçilər olduğunu demişdir. O, Çingizlə həmin zala daxil olaraq oradakı tanımadığı təlimçilərdən birindən Çingizin turnik idman alətində dartınmasını yoxlamasını xahiş etmiş, həmin vaxtı Çingiz normativdən az dartınmışdır. İdman Cəmiyyətindən çıxdıqdan sonra Çingiz Şahid6 ona qarşı hansı səbəbə diqqətsiz davranmasını soruşmuş, oda həmin X7 İşlər Nazirliyinin strukturunda olduğunu və bu səbəbdən də orada danışmağa qorxduğunu bildirmişdir. Çingizin turnik idman alətində dartına bilmədiyinə görə əhvalının pozulduğunu görüb, narahat olmamasını, pulunu verdiyi üçün fiziki hazırlıq yoxlanmasından keçiriləcəyini bildirmişdir. Sonradan Çingiz dəfələrlə zəng edərək işin nə yerdə olduğunu soruşmuş, oda ona Şahid6 cavab gözlədiyini demişdir. Şahid1 2018-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər nazirinin xidmətə qəbul ilə əlaqədar sıra baxışı keçirdiyindən xəbər tutaraq ondan işini həll etməsini və ya pulunu qaytarmasını tələb etməyə, həmçinin işi həll etməyəcəyindən şübhələnməyə başlamışdır. Çingiz hansı səbəbə onun çağırılmadığını soruşduqda onu sıra baxışına çağırmayacaqlarını, sıra baxışında problem yarana biləcəyindən ehtiyat etdiklərini, sıradan kənar işə qəbul ediləcəyini bildirmişdir. Çingiz sıra baxışına çıxmayacağı təqdirdə pulunu qaytarmasını tələb etdikdə əvvəlcə sonuncu ilə razılaşsa da, sonra yenə Çingizi aldadaraq işinin alındığını bildirmişdir. Həmçinin Şahid1 yalandan Şahid6 pulu Nadir adlı vəzifəli şəxsə verəcəyini və işi sonuncunun həll edəcəyini bildirmişdir. 2018-ci ilin sentyabr ayında Şahid1 Şahid6 nömrəsini haradansa tapıb ona mesaj yazmışdır. Həmin ərəfədə Şahid6 ona zəng edərək Çingizin “sizə pul vermişik, iş nə yerdədir” məzmunlu sms yazdığını bildirərək bunun nə məsələ olduğunu ondan soruşmuş oda Rəşada onun adından istifadə edərək Çingizi işə düzəltmək adı ilə ondan pul aldığını etiraf etmiş və Rəşada yalandan işi Nadir adlı tanışı vasitəsilə həll edəcəyini bildirmişdir. Buna baxmayaraq Çingiz dəfələrlə Rəşada zəng etdiyindən onun yalanının üstü açılmaması üçün sonuncu ilə əlaqə saxlamasının qarşısını almağa çalışmışdır. Bu səbəbdən də Şahid6 “Çingizin telefonunu götürmüyün”, “Götürün deyin vaxt yoxdur” məzmunlu sms mətnləri göndərmişdir. Həmçinin Rəşad məsələdən xəbər tutduqdan sonra dəfələrlə iş alınmırsa pulu Çingizə qaytarmasını tələb etmiş, işin nə yerdə olduğunu soruşmuşdur. O isə yalandan Rəşada Nadirin 15-20 gün ərzində işi həll edəcəyini bildirmişdir. Rəşad əl çəkmədiyindən sonuncunu inandırmaq üçün 8-ci kilometr bazarındakı adını bilmədiyi yük daşıyanlardan birinə bir qədər artıq pul verərək Rəşadı yola verməsini, qısa danışmasını, artıq söz deməməsini, “Qardaş narahat olma 15-20 günə həll edəcəyəm” deyib telefonu qaytarmasını xahiş etmişdir. Həmin şəxs Rəşadla Nadir adı ilə danışaraq işi həll edəcəyini demiş, Rəşadda Nadirlə danışdığına inanmışdır. Həmçinin istintaq zamanı Çingizin təqdim etdiyi səs yazılarında Rəşadın sonuncu ilə danışığı zamanı dedikləri sözlərin hamısı onun Rəşada dediyi yalanlar olmuşdur. 2018-ci ilin oktyabr ayında Çingiz Rəşadın nömrəsini taparaq ondan xəbərsiz sonuncuya zəng etmiş və görüş təyin etmişdir. O, Çingizlə birlikdə Nərimanov metrostansiyasının yaxınlığındakı “LİFE CENTER” ticarət mərkəzinin yaxınlığında görüşmüş, görüş əsnasında Çingiz Rəşada banka kredit ödədiyini, maddi vəziyyətinin pis olduğunu bildirdikdə Rəşad Çingizə işinin düzəlməyəcəyi təqdirdə onun (Vüqarın) pulu qaytaracağını bildirmişdir. Sonradan Çingiz dəfələrlə zəng edərək pulunu tələb etsə də, o, yalan vədlər verərək pulunu qaytarmaqdan boyun qaçırmışdır. Çingiz Rəşadla yenidən görüşməyi tələb etdiyindən xx xxxxxx 2018-ci il tarixdə o, görüş təyin etmişdir. Həmin gün Rəşad, İlhamə, Çingiz və Sabir Bakı Əyləncə Mərkəzinin qarşısında görüşmüş, həmin vaxt X9 işinin hansı səbəbə düzəlmədiyini soruşduqda Rəşad sonuncuya “İşin alınmayacağını Vüqara demişdim” demişdir. Bundan sonra Sabir ondan Rəşad işin alınmayacağını dediyi təqdirdə hansı səbəbə pulu aldığını soruşduqda o, başını aşağı salmışdır. Daha sonra Rəşad Çingizgilə onun (Vüqarın) xx xxxxxx 2019-cu il tarixədək pulu qaytarmayacağı təqdirdə onun adından yalandan istifadə etdiyindən barəsində şikayət edəcəyini bildirmişdir. 2019-cu ilin yanvar ayında o, istifadəsində olan telefon nömrələrini söndürdüyündən onu tapa bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ilin aprel ayında arvadının dayısının kürəkəni Təqsirləndirilən şəxs ilə görüşlərin birində Vüqarın telefonla bir nəfərlə daxili işlər orqanlarına işə düzəlmə məsələsi barədə danışdığını eşitmiş, sonuncu telefon danışığı bitdikdən sonra əgər polisə işə düzəltmə imkanı varsa, ona da kömək etməsini Vüqara demişdir. Vüqar heç bir problem olmadığını, “müəllim” deyə müraciət etdiyi bir nəfərlə danışacağını və onu işə düzəldəcəyini bildirmişdir. Vüqardan “müəllim” deyə müraciət etdiyi şəxsin kim olduğunu soruşduqda, Vüqar ona həmin şəxsin Şahid6 olduğunu, onun DİN-də kadrlar idarəsində kurator işlədiyini, onun işə düzəltmək səlahiyyətinin olduğunu demişdir. Bundan sonra Vüqar onun yanında telefonla bir nəfərə zəng edib danışıb qurtardıqdan sonra ona “müəllim”-in bu işi həll edəcəyini, lakin 16000 manat verməli olduğunu ona demişdir. O, Vüqara həmin məbləğin çox olduğunu, maksimum 10000 manata gücünün çatacağını dedikdə, Vüqar “müəllimlə” danışacağını vəd etmiş, bundan bir neçə gün sonra Vüqar zəng edərək 13000 manata işi həll edə biləcəyini ona desə də o, yenə də həmin məbləğin çox olduğunu bildirmişdir. Səhəri gün Vüqar yenə onun mobil telefon nömrəsinə zəng edərək “müəllim”lə danışdığını, əgər bir gün ərzində 10000 manat verə bilərsə, razılaşacağını demişdir. O, bu barədə atası Sabirə məlumat vermiş və sonuncu evdə 2000 manat pulunun olduğunu və həmin puldan başqa pul verə bilməyəcəyini bildirmişdir. Bundan sonra onun qayınatası Şahid4 özünə məxsus ünvan 3 ünvandakı evini “xxxxxxx” ASC-də ipoteka müqaviləsi əsasında yüklü etməklə 8000 manat kredit götürüb həmin pulu ona vermişdir. Kredit götürdükdən sonrakı gün, yəni xx xxxxx 2018-ci il tarixdə Vüqar pulu götürmək üçün qayınatası Şahid4 məxsus ünvan 3 ünvanına gəlmişdir. Orada qaynanası Şahid5 yanında o, Vüqara 3500 manat pul vermiş, pulun qalanını sonra verəcəyini demişdir. Belə ki, o, bankdan pulu götürdükdən sonra evdə qayınatası Sərvanla məsələni müzakirə edərkən sonuncu pulun hamısını birdən verməməsini ona tapşırmışdır. Vüqar 3500 manatı götürüb, “müəllim” deyə adlandırdığı Şahid6 ilə danışacağını demiş və çıxıb getmişdir. Səhəri gün Vüqar zəng edərək Rəşadın pulun qalan hissəsini də istədiyini demiş və həmin gün yenə qayınatasına məxsus Yeni Günəşli qəsəbəsi, “AB” massivi, ev 66, mənzil 57 ünvanına gələrək 6500 manat pulu da aparmış, Vüqar pulu almazdan əvvəl onun sənədlərinin əslini də ondan almışdır. Pulu Vüqara verdikdən sonra 2018-ci ilin may ayının əvvəlində o, Şahid6 ilə DİN-in idman cəmiyyəti olan “Dinamo”da görüşmüş, Rəşadla görüşdükdən sonra kök, balacaboy, idman formasında olan bir nəfər Rəşada yaxınlaşmış, sonuncu ilə səmimi formada görüşmüş və onunla salamlaşmışdır. Rəşad ona həmin adamın idman cəmiyyətinin rəisi və ya mütəxəssisi olduğunu, polkovnikleytenant rütbəsində olduğunu, hətta adını da demiş, lakin o, həmin adamın adını indi xatırlamır. Sonra o, Rəşad və həmin şəxslə birgə “turnik” idman alətinin yerləşdiyi yerə getmiş, o, turnikdən bir neçə dəfə dartınsa da, həmin şəxs düzgün dartınmadığını, bir az təkmilləşdirməsini bildirmişdir. Bundan bir neçə gün sonra yenə Rəşadla birlikdə “Dinamo”ya gedib həmin şəxslə görüşmüş, turnikdən dartınmış, həmin şəxs idman hazırlığının bu səfər qənaətbəxş olduğunu demişdir. Bundan sonra Rəşad yay aylarında Nazirin sıra baxışı olacağını, onun da sıra baxışına çağırılacağını, gözləməsini bildirmiş, yay aylarında tez-tez Vüqara zəng etdikdə sonuncu, gözləməsini demişdir. 2018-ci ilin sentyabr ayında dost-tanışından növbəti gün Nazirin sıra baxışı olacağını eşidərək Vüqara zəng edib sabah sıra baxışı olacağını və niyə onun çağırılmadığını demiş, Vüqar ona “ola bilməz” desə də, o, aldığı məlumatın dəqiq olduğunu dedikdə “müəllim”lə danışıb məlumat verəcəyini bildirmişdir. Təxminən 1 saat sonra Vüqar zəng edərək sabah saat 10-11 üçün hazır olmasını tapşırmış, həmin gün, yəni sıra baxışından bir gün əvvəl Vüqar yenə ona zəng edərək, “Səni sıra baxışına çıxarsaq, ola bilər ki, Nazir sənə sual verər, bilməzsən yəni Nazir səni seçməz demişdir. Sonra ona Rəşad deyir ki, səni sıra baxışına çıxarmasaq işini həll edəcək” deyə bildirmişdir. O, bundan sonra Vüqarla Rəşadın onu aldatdıqlarını bilmiş, onlarla dəfələrlə fərqli-fərqli məkanlarda görüşüb pulunun geri qaytarılmasını bildirsə də onlar pulunu geri qaytarılmamış və nəticədə onlardan şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid5 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində göstərdi ki, 2002-ci ildən Daxili işlər orqanlarında xidmətə başlamış, 2014-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı işləmişdir. 2012-ci ildə Təqsirləndirilən şəxs qardaşı Səbuhi Aslanbəyliyə məxsus ərzaq mağazasında satıcı işləmişdir. Sonradan Təqsirləndirilən şəxs taksi sürücüsü kimi fəaliyyət göstərdiyindən uşaqlarının məktəbə getməsini və sair ev işlərini tanışı kimi ona etibar edib tapşırmışdır. Təxminən 2018-ci ilin mart ayının sonlarında, Novruz bayramı ərəfəsində Təqsirləndirilən şəxs ona telefon vasitəsilə zəng edərək qohumunun daxili işlər orqanlarında işə düzəlmək istədiyini bildirərək işə qəbul qaydalarını soruşduqda, sonuncuya bu işlə məşğul olmadığını, polis orqanına 25 yaşına kimi şəxslərin qəbul edildiyini, boy və sair normativlər barədə isə Daxili İşlər Nazirliyinin rəsmi internet saytından məlumat ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin qohumunun 26 yaşı olduğunu bildirdikdə sonuncuya həmin şəxsin daxili işlər orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbul edilməsinin mümkün olmadığını demişdir. Təxminən 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs ona zəng edərək harada olduğunu soruşduqda Nəriman Nərimanov metro stansiyasının yaxınlığında olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs yanında həmin vaxt tanımadığı şəxslə ona yaxınlaşaraq sonuncunun onun bacanağı Çingiz olduğunu, daxili işlər orqanlarında işə düzəlmək istədiyini bildirmişdir. O, Çingizin yanında Vüqara polisə xidmətə qəbul məsələlərinin onun vəzifə səlahiyyətlərinə aid olmadığını, həmçinin bu işlərlə məşğul olmadığını bildirmiş, Təqsirləndirilən şəxs ondan xidmətə qəbul şərtlərini soruşduqda bir daha yaş məhdudiyyətini dəqiq bildiyini, digər normativlər barədə hər hansı bir dəqiq məlumatının olmadığını bildirmişdir. Habelə Çingizin 26 yaşı olduğunu bilərək onun işə qəbul edilməsinin mümkün olmayacağını qeyd etmişdir. Sonradan Təqsirləndirilən şəxs ona zəng edərək idman normativləri barədə soruşduqda dəqiq bilmədiyini demişdir. Sonra Təqsirləndirilən şəxs bir daha zəng edərək Çingizin işini özünün həll edəcəyini, fiziki hazırlığının yoxlanması üçün o, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində olan zaman ora gəlmək istədiyini bildirdikdə, xidmət etdiyi idarənin hər həftənin 3-cü və 6-cı günləri fiziki hazırlıq günü olduğundan qeyd edilən cəmiyyətdə olacağını bildirmişdir. Təxminən 2018-ci ilin may ayında o, həftənin ya çərşənbə, ya da şənbə günü Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində idman məşğələsindən çıxıb giriş qapısının qarşısındakı pilləkən meydançasında əməkdaşlarla söhbət edən zaman Vüqar pilləkənləri qalxaraq onunla görüşmüş, Çingiz isə pilləkənlərdən aşağıda, sol tərəfdə, idman cəmiyyətinin arxa həyətinin qapısının yaxınlığında dayanmışdır. Təqsirləndirilən şəxs ondan Çingizin fiziki hazırlıq göstəricilərinin kim tərəfindən yoxlana biləcəyini soruşduqda içəri keçib təlimçilərdən birinə müraciət etməsini, həmçinin İdman Cəmiyyətinin arxasındakı həyətdə quraşdırılmış turnik idman alətində özünü yoxlaya biləcəyini demişdir. Belə ki, bir neçə dəfə Vüqar zəng edərək idman normativləri və işə qəbul şərtlərini dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs dəfələrlə daxili işlər orqanlarında xidmətə qəbul ilə əlaqədar fiziki hazırlıq normativləri haqqında ondan məlumat aldığından o, idman cəmiyyətində müəllimlərdən bu barədə soruşub sonuncuya məlumat vermişdir. O, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində kök, balacaboy təlimçi tanımamışdır. X13 Nazirliyinin əməkdaşı kimi İdman Cəmiyyətinin rəisinin Zemfira Meftahəddinova olduğunu bildiyindən kişi cinsli birini Çingizə rəis olaraq təqdim etməsi inandırıcı olmamışdır. AUD- 20181207-WA0003 (1), AUD-20181207-WA0004 (1) adlı fonoqram onunla Təqsirləndirilən şəxs arasındakı dialoqunu əks etdirir, həmin dialoqda da elə bu barədə danışmışlar. Həmçinin Təqsirləndirilən şəxs Çingizlə idman cəmiyyətinə gələn zaman onun orda olmasını təkid etdiyindən orda olacağı vaxtı sonuncuya demişdir. Belə ki, idman məşğələsi saat 08:30-dan 9:00-a kimi olur. İdman olan günlər onun iş saatı 10:00-da başladığından hər dəfə əynini dəyişib 10:30-da idman cəmiyyətindən çıxaraq özünü işə çatdırmışdır. O, idmandan çıxıb əməkdaşlarla qapının qarşısında söhbət edən zaman Vüqar ona yaxınlaşmış, Vüqarla söhbət etdikdən sonra çıxıb getmişdir. Ola bilsin ki, o, idman cəmiyyətində olmayan vaxt Çingizlə Vüqar ora gəlmiş, lakin o, Çingizi İdman cəmiyyətinin qarşısında bir dəfə görmüşdür. Bundan sonra bir müddət Çingizi görməmiş, 2018-ci ilin sentyabr ayında Çingiz ona SMS mətn yazaraq ona on min manat pul verdiyini, işlərinin uzandığını bildirmişdir. Vüqarın onun adından istifadə etdiyini bilməsə də, Çingizin polisdə xidmətə düzəlməsi məsələsini həll etmək istədiyindən xəbəri olduğuna görə Çingizin mesajını oxuyandan dərhal sonra Təqsirləndirilən şəxs zəng edərək Çingizin ona bu məzmunlu mesaj göndərdiyini deyib, onun adından Çingizdən pul alıb-almadığını soruşduqda Vüqar Çingizi polisdə işə düzəltməyi üçün ona vermək adı ilə sonuncudan 10000 manat pul aldığını etiraf etmişdir. Vüqardan hansı səbəbə onun adından istifadə etdiyini soruşduqda, Çingizi inandırmaq məqsədilə sonuncunu qəsdən onunla görüşdürdüyünü, ona zəng edərək işə qəbul qaydaları haqqında danışmağa təhrik edib səsini yazaraq Çingizə göndərdiyini, o idman məşğələsində olan zaman qəsdən Çingizi DİN-nin İdman Cəmiyyətinə gətirdiyini bildirmişdir. Bundan sonra Çingiz dəfələrlə zəng etdikdə sonuncuya Vüqarın onu aldatdığını, aldığı pulu ona vermədiyini, habelə onun xidmətə qəbul məsələləri ilə məşğul olmadığını bildirmişdir. Vüqarın Çingizi aldadıb pulunu almasından məlumatı və ya iştirakı olmamış, həmin pul ona verilməmişdir. Vüqarın Çingizdən onun adı ilə pul almasını bildikdən sonra dəfələrlə Vüqarla üz-üzə, telefonla, sms-lə adından istifadə etməməsini, aparıb Çingizin pulunu qaytarmasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2015-ci ildə onun qızı Tağıyeva (Bəylərova) Aygül Etibar qızı ilə rəsmi nikah münasibətlərinə daxil olmuş və həmin nikahdan 2016-cı il təvəllüdlü Səbinə adlı övladı dünyaya gəlmişdir. Vüqar taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmış, Şahid6 isə qiyabi tanımışdır. Şahid6 Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş, Vüqar isə onun ailəsinə taksi kimi xidmət etmişdir. Şahid1 isə onun bacısı İlhamənin qızı Şəmsiyyənin həyat yoldaşıdır. Təxminən 2018-ci ilin sentyabr ayında bacısı İlhamə ona zəng edərək 2018-ci ilin aprel ayında Şahid6 yeznəsi Vüqar vasitəsilə Çingizi Daxili işlər orqanlarına işə düzəltmək üçün 10000 manat pul verdiklərini, Rəşadın işi yubandırdığını, sentyabr ayında Daxili İşlər nazirinin sıra baxışı keçirilsə də, Çingizi sıra baxışına çağırmadıqlarını, Vüqarın onları Rəşadla görüşdürmədiyini bildirdikdə onun bu məsələlərdən xəbərinin olmadığını demişdir. Daha sonra Vüqardan bu haqda soruşarkən ona, Çingizdən 10000 manat pul alaraq onu Daxili işlər orqanlarında işə düzəltməsi üçün Şahid6 verdiyini, Rəşadın Çingizi “Dinamo” idman cəmiyyətində yoxlamadan keçirdiyini, bu yaxın günlərdə Çingizin Daxili işlər nazirinin sıra baxışına çıxarılacağını bildirmiş, o Vüqara Rəşadın onları aldatdığını və pulu qaytarmayacağını demişdir. Bildiyinə görə 2018-ci ilin oktyabr ayının əvvəllərində Çingiz Vüqarla birlikdə Rəşadla görüşmüş və Rəşad ona yenə bir ay ərzində işin düzələcəyini bildirmişdir. 2018-ci ilin dekabr ayının əvvəlində Çingizin atası Sabir və bacısı İlhamə Vüqarın vasitəsilə Rəşadla Bakı əyləncə mərkəzinin qarşısında görüşmüş, ondan pulu qaytarmasını tələb etdikdə, Rəşad pulun paylandığını, qaytarmaq üçün vaxt lazım olduğunu demiş və yeni il bayramından sonra pulu qaytaracağını bildirsə də pulu qaytarmamışdır. 2019-cu ilin aprel ayında Çingiz prokurorluq və daxili işlər orqanlarına ərizə ilə müraciət etmişdir. Həmçinin, 2018-ci ilin sentyabr ayında Vüqara 4000 manat pul vermiş, lakin qalan 6000 manat puldan onun xəbəri olmamışdır. Dəqiq vaxtını xatırlamasa da, qış aylarında bacısı İlhamə ona zəng edərək Çingizin qohumu Qoşqarın onunla görüşmək istədiyini, hazırda 6-cı polis bölməsində işdə olduğunu bildirmişdir. O, Vüqarı da götürərək Biləcəri qəsəbəsindəki 6-cı polis bölməsinə getmişdir. X14 pul aldığını və pulu Şahid6 verdiyini etiraf edərək, pulu hissə-hissə qaytarmağı təklif etmişdir. Qoşqar Vüqarın təklifi ilə razılaşsa da, Çingiz bundan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Şahid1 onun xalası Nənəxanımın oğludur. Çingiz polisdə işə düzəlmək üçün ondan əvvəllər məsləhət aldıqda yaşının artıq keçdiyini, həmçinin boy ölçüsünün polisdə kiçik rəis və sıravi heyyətə qəbul olmaq üçün çatmadığını və bu səbəbdən işə qəbul edilməyəcəyini bildirmişdir. 2019-cu ilin yanvar ayında xalası Nənəxanım onun yaşadığı evə gələrək Çingizin bacanağı Vüqarın sonuncuya onun tanışı Şahid6 vasitəsilə işə düzəldəcəyini vəd edərək bunun müqabilində Rəşada vermək adı ilə 10000 manat pul aldığını, nə işi həll etdiyini, nə də pulu qaytarmadığını bildirmiş, xalası Nənəxanımın şikayət edəcəyini görüb bununla əlaqədar telefon vasitəsilə Şahid6 ilə əlaqə saxlamışdır. Rəşada məsələni danışıb, xalasının şikayət etmək istədiyini bildirdikdə, Rəşad Vüqarın ona pul vermədiyini, pulu Vüqardan tələb etmələrini demişdir. Təxminən iki gün sonra o, Rəşadla yenidən əlaqə saxladıqda ona Çingizgilin məsələ ilə bağlı müvafiq qurumlara şikayət etməsini bildirmişdir. Bundan bir müddət sonra Çingizin qayınanası İlhamə ilə telefon vasitəsilə söhbət edən zaman ona qardaşı ilə danışmasını, məsələni yoluna qoymasını bildirmişdir. Elə həmin günlərdə o, Bakı şəhəri, Binəqədi RPİ, 6-cı PB-də xidməti otağında olan zaman növbətçi ona Etibar adlı şəxsin onunla görüşmək istədiyini bildirmişdir. O, Etibarla Vüqarı qarşılayaraq otağına dəvət etmiş, söhbət zamanı o, Etibara qohum olduqlarını, Çingizin qardaşının qaraciyər serrozundan əziyyət çəkdiyinə görə ailəsinin pula ehtiyacı olduğunu, pulu heç olmasa hissə-hissə qaytarmasını xahiş etmişdir. Həmin zaman Vüqar Çingizdən pul aldığını etiraf etmiş, həmin pul ilə borclarını qaytardığını bildirmişdir. Söhbət əsnasında Etibar Çingizə sabahı gün 1000 manat pul verəcəyini, sonradan hissə-hissə borcu qaytaracağını bildirmişdir. Hətta o da xalası ilə danışaraq, qohum olduqlarını, bir birini yola vermələrini bildirmişdir. Bundan əlavə o, Nənəxanıma Vüqarın dələduzluq etməsi barədə Suraxanı rayon polis idarəsinə şikayət etmələrini izah etsə də, o, qohum olduqları üçün şikayət etmək istəməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə fonoskopik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 19627 №-li rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “GOLD” markalı DVD diskdə və 1 ədəd “plass” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “GOLD” markalı DVD diskdə və 1 ədəd “plass” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqlarda üç kişi və iki qadın cinsinə məxsus şəxsin danışığı qeydə alınmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “GOLD” markalı DVD diskdə və 1 ədəd “plass” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətn və mətn hissələrində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid6, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs və «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “GOLD” markalı DVD diskdə və 1 ədəd “plass” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu aşağıdakı yazılı mətn və mətn hissələrindən ibarətdir (Mətnlərdə aşağıdakı şərti işarələmələr qəbul olunmuşdur: *çoxnöqtələrlə- müəyyən olunmayan söz və ifadələr; *Q, Q1, Q2 və s. - qadın cinsinə məxsus səslə danışan diktorlar; *K, K1, K2 və s. - kişi cinsinə məxsus səslə danışan diktorlar; */// işarəsi ilə yarımçıq qalmış söz və ifadələr; *ekspertlərə məxsus kommentariyalar mötərizədə verilmişdir; *mötərizədə sual işarəsi ilə dəqiq müəyyən olunmayan söz və ifadələr verilmişdir.): call_15-47-27_İN_+**********09 (1) K3 – Alo K2 – Hə mənim başımı da elədin də, sağ ol K3 – Ə, mənə minnət vurma e, sən sən sən sən heç düzgün hərəkət eləmədin a, başa düşdün? Bax bu dörd ay içində sən məni fırratmaxnan sən heç düzgün hərəkət eləmədin. K2 – Yox, yox, fırratmaxnan? K3 – Hə, hələ sən bunu qoyax qırağa, bunun söhbətin sora eliyəcik sənnən, yaxşı? Sən sən dörd aydı K2 – Ay da, Çingiz, sən K3 – Dörd ay yarımdı məni fırratmaxnan sən yaxşı hərəkət eləmədin K2 – Sən sən dördüncü gün məllimin, məllimin yanında olassan, məllim özü ... K3 – Lazım deyil, lazım deyil, yaxşı? K2 – Niyə lazım deyil e, qardaş puluvu/// səbəbi özün diyərsən ki, mən Vüqara belə dedim K3 – Yo, yo, yo, nətər calaşdırmırdın məni məllimnən də bu dörd ay içində, indi də calaşdırma. Pulu özün, sənə vermişəm on min manat, on min manat, on min manatı da gətir qoy stolun üstünə K2 – Məllimnən alıb pulu/// Yox e, stolun üstünə qoyaram K3 – Məni blə uşax hesab eliyirsiz a? Mənim mənim ayağımın bildiyini camaatın başı bilmir, siz durub mənə variant gəlirsiz a? Dörd ay yarımdı biz şeyi gözdüyürük, deyirsiz sıra baxışına çıxma onnan sora düzəldərik K2 – Nə variant e, mənə bax, Çingiz, sən bir annıx K3 – Ayə, düzəldin adamıydız sıra baxışı mart ayında olmuşdu da, biz də aprel ayında elədik. Düzəldərdi hələ əmrləri çıxmamışdı, düzəldə bilməzdi? Mart ayının iyirmi dördü olmuşdu, bizim də söhbətimiz aprelin on beşi olub, buların da əmri may ayında çıxıbdı. Düzəldərdi də mənim də əmrimi çıxardardı. K2 – Sən o söhbəti haçan elədin? K3 – Aprel ayının on beşi sənnən görüşmüşük. K2 – Bəli K3 – Hə, mən K2 – Pulu haçan vermisən? K3 – Martın iyirmisi K2 – Bəli. K3 – Hə K2 – Söhbətin haçana qalmışdı? K3 – Nətər? K2 – Söhbətin haçana qalmışdı? K3 – Sıra baxışına K2 – Bəli K3 – Hə K2 – Sıra baxışında bə niyə beləsinə oyun çıxartdın ki, sən? K3 – Sıra baxışında siz oyun çıxartdız e K2 – Bə nətər bu vaxta qədər, bu vaxta qədər sənə məllimin sözü qane idi, indi sə məllimin sözü ağır oldu? Sən məni, məni kankret g*t əyağında qoydun Çingiz, Allah səndən razı olsun. K3 – Ayə, qulağ as e, qulağ as e, durub qabaxdan gəlmişdiy eləmə e, mənə. K2 – Dördüncü gün də qardaş, yo yo, qulağ as e, ayə, ayə, bir dəyqə, a kişi bir dəyqə/// K3 – Məllim dörd ay yarım məllimin özü gözdüyürdü sıra baxışını, özü gözdüyürdü, bizi də gözdədirdi. K2 – Qardaş, dəyan, qardaş, bir dəyqə K3 – Hə K2 – A di bə indi gözdüyürdü sıra baxışı olsun də K3 – Hə K2 – Nazirin baxışı olmamışdan qabax kim kimi işə düzəldir? K3 – Nazirin baxışı mart ayında da olmuşdu da, apreldə düzəldərdi K2 – Qardaş, mart ayında sən apreldə işini görmüsən, onnar təzdən baxış eləməlidilər? K3 – İndi də baxışa çıxmıyacam, onda da çıxmamışdım. Mənə nə tanıyacağdı düzəldərdi də onda apreldə K2 – Ayə sıyahın var axı, sənin ora gedən siyahın var, sənin yerinə başqası da qoyula bilər, düzdü? K3 – Verərdi də, siyahımı apreldə verilərdi. Hələ əmr çıxmamışdı. K2 – Qardaş, dördüncü gün, dördüncü gün pulu K3 – Hə K2 – Qardaş, bir dənə qulağ as zəhmət olmasa. Dördüncü gün pulu götürməyə gedəndə özün məllimə səbəbi gətirərsən də niyə razı olmadın, özün aydınnığın verərsən, prostu məllimin yanında məni g*t elədin də, söhbət burda puldan-muldan getmir ha, kankret belə diyəy də dörd ay məllimin dediyinə sən səjdə eliyəsən, sıra baxışı gələndə sən fikrin başqa yerə işə düzəlməydisə, pulu almağdısa başa düşürsən? K3 – Ayə, mənim heç yana fikrim deyil e, fikrim olsa çoxdan olardı. Mənim başa düşdün? K2 – Qardaş çoxdan olardı bə K3 – Hə K2 – Bə niyə məni, niyə məni belə padudar qoydun? K3 – Niyə məni?! Çünki, sən məni pis vəziyyətə qoyursan, sıra baxışıdı sən mənə deyirsən çıxma sora düzəldəcəy səni K2 – Qardaş, mən səni demədim e. Mənim dədəm ayə mənim dədəm nazir döyül e, başa düşürsən? Mən də mən də məllimin sözünü sənə deyirəm, düzdü qardaş? Bu belə deyənnən sora mən durub onun qabağında söz gətirəcəm? Deməz ki, ayə öl yerində, it kimi yalvarırdın mənə. İndi durub mənnən belə danışırsan? Mən də dedim belədi də deyir yox sıra baxışı/// dedi olsun ... dedim məllim bilmirəm də. Dedi denən ki, dördüncü gün pulu verməyə gələndə sənnən özü gəlsin ona deyəcəylərim var, fiso. Bi də axırıncı dəfə olsun dedi sən hansısa qohumuva, tanışıva mənə ağız açasan. K3 – Ağız açdın guya düzəltdin ki? Elə danışırsan elə bil ağız açdın düzəltdin. Sora danışardın e, düzəldərdin. Ayə, heç bəlkə də mənim adım orda yoxdu e, ona görə ona görə sən diyirsən ki, səni ora çıxartmıyax K2 – Qardaş, ayə, ayə, hə hə sən yaxşı sən uje sən deməli qardaş üç yüz altmış dərəcə dəyişdin də hə? K3 – Üç yüz altmış dərəcə dəyişəndə eyni adam olur. Yüz səksən dərəcə dəyişdim. K2 – Həə, qardaş, üç yüz altmış dərəcə sən dəyişdin Çingiz. Allah səndən razı olsun. Mən demişdim e, sən/// K3 – Ayə, mə bax e, qabaxdan gəlmişdik eləmə, qabaxdan gəlmişdik eləmə, bu iş uje ciddiyə minibdi deyə sən fırratma söhbəti, yaxşı? Bu iş ciddiyə minibdi K2 – Bu, qardaş, bura bax e, sən nə danışırsan? K3 – Bu iş ciddiyə minibdi, bu iş ciddiyə minibdi. Sabah sıra baxışıdı. Tək mən deyiləm. Üç yüz-beş yüz nəfər adam düzəlib. O üç yüz-beş yüz adam nətər/// K2 – Üç yüz-beş yüz nəfər döyül e, üç min adamdı. Üç yüz-beş yüz nəfər döyül K3 – Hə, tək mən deyiləm ki, tək mən deyiləm, düzəldən adam düzəldir. Çıxardır sıra baxışına sora düzəldir. Öz dediyi sözündə dalında durur. K2 – Qardaş, ayə düzəldən adam düzəldir sən, qardaş, sən sən sən nəsə e, sən mənə düzgün hörmət qoymadın bir söznən Çingiz. K3 – Ayə, hörmət qarşılıxlıdı e, sənin elədiyin hərəkətə düşmürdü o. Yaxşı? Sənin elədiyin hərəkətə düşmür. Sən dörd ay yarımdı dur məni fırrat, məni avara elə, məni avara elə, onnan saora da denən ki, çıxma sıra baxışına səni düzəldəcəm, a bəlkə düzəltmədin heç sıra baxışınnan sora, bəlkə dörd ay yenə gözdədim. Mən inanmıram K2 – Mən sənə söz danışıram. K3 – Hə K2 – Sən durub mənnən sıra baxışını gözdəmirdik qardaş? K3 – Hə K2 – Sıra baxışını gözdüyürdük. Düzdü? K3 – Hə K2 – Məllim diyir belə olmalıdı. Sən məllimə ... Məllim diyir belə olmalıdı/// K3 – Ayə, fakt deyirdi ki, çıxassan ora da, çıxassan ora, pul verilən adamlar baxılmıyacax, indi nə deyir, indi də deyir ki, çıxma. Mən də deyirəm ki, ora çıxmasam mən inanmıram düzələcəm, başa düşdün? İnanmıram düzələcəm, çünki, dörd aydı məni gözdədən adam ki, sıra baxışına sıra baxışı gəlib məni çıxartmırsa heç onnan sora da çıxartmıyacax. Heç göndərmiyəcək də, heç nə də eləmiyəcək. Elə ayı aya qatacax, ayı aya qatacax. K2 – Nətər? K3 – Elə ayı aya qatacax K2 – Yoo, mən heç ayı mayı mənə lazım döyül qardaş, sən üş dört günə görə sən oğlan üş dört günə görə sən onda mənnən belə yekə-yekə danışardın ki K3 – Ayə sən mənə demirdin ki, sən sıra baxışı olsun sora sora məni günahkar tut. Odey sıra baxışı oldu, günahkar deyilsən indi? K2 – Yo yox bir dəyqə, qardaş bir dəyqə,yox bir dəyqə, yo yo bir dəyqə K3 – Nə? K2 – Sən onda/// K3 – Ayə çıxart da məni, seçilməsəm biləcəm günah məndədi. Çıxmadım. Deməli mənim adım yoxdu ki, orda çıxarmırsan da K2 – Qardaş, bir dəyqə də K3 – Hə, ayə, çıxartsın məni, seçilmədim, günah özümdədi, deyəcəm sən çıxartdın seçilmədim. Hə? Buna nə deyəssən hə? K2 – Ayə, qulağ as mənə K3 – Hə K2 – Sən onda mən belə mənə danışardın, mən soxardım içimə ki K3 – Hə K2 – Səni səni məllim sıra baxışınnan üç-dört gün bir, onnan sora dört günə on gün, on günü iyirmi gün eləsəydi onda deyərdin qardaş sən ... sən də məllimi üş-dört günnü K3 – Ayə, o üş-dört gün zad başa düşdün? Vüqar ay Vüqar K2 – Qardaş, bir dəyqə da bir dəyqə. Sənə yalvarmıram e, indi söhbət uje bağlanıb K3 – Uje sındığı yerdən sınıbdı, başa düşdün? Üje düzəlmiyəcək başa düşdün? Çıxartmır məni, çıxartmır məni? Fiso qaqaş, sabax yox birisigün sənnən görüşək pulnan sənəti gətir yəni iki gün/// K2 – Dörd/// Qulaq as, dördüncü gün K3 – Eşidirəm K2 – Dördüncü gün K3 – Dördüncü gün yo ikinci gün, ikinci gün K2 – Hay? K3 – Dördüncü gün yo üçüncü gün, saba yo birisi gün sənnən görüşürəm. Pulu ver sora məllimnən gedib görüşərəm K2 – Yo məllimnən elə bir yerdə görüşərik, pulu verəcək, prostu dedi gətirərsən onu mənim yanıma, başa düşürsən? K3 – Durub özüvüz mənə dörd aydı sıra baxışı deyirsiz, sıra baxışına hazırlar, sıra baxışı belə olacax, belə olacax, indi də, indi də, çıxartma, çıxma sıra baxışına ay nə/// K2 – Çingiz, Çingiz, onda qışqıra-qışqıra danışardın ki, sən məllimin sözünə ... adam diyir o diyir e, o axıra qədər adam gedər a, düzdü? K3 – Ə, sən getmədin də axıra qədər. K2 – Sən məni minnətdi niyə çıxardırsan? K3 – Ba uje bura, bura bura ciddi yerdi, ciddi yerdi, ciddidi, saba ciddi məsələdi, sən məni o ciddi məsələyə çıxartmırsansa deməli bu iş düzələn deyil K2 – Nətər? K3 – Düzələn deyil də bu iş. K2 – Ay blə. Mən heç söz tapa bilmirəm e, mən sənə deməyə. Allaha and olsun sən kankret K3 – Düzəldən adam elə düzəldərdi, gözdətməzdi bu qədər adamı, yaxşı? K2 – Gözdə, ayə bi dənə bəyəm sən K3 – Sən dedin gözdə mən gözdədim, sən dedin gözdə mən gözdədim, fisyo indi gözdəmirəm uje K2 – Sən sən ayə, gözdəmirsən Allah canını sağ eləsin heç mən yalvarmıram da. Sadəcə olaraq deyirəm mən sənə demişdim e, mənim əlimin duzu yoxdu a, qardaş, heç sən tərəfdən də bunu görmədim K3 – Ə, sən sən əlivin duzu, əlivin duzu o vaxtı olardı ki, sən məni düzəldərdin, onnan sora mən sə qarşı belə danışardım. Sən məni düzəltməmisən, məni dörd aydı avara eləmisən, hələ durub mənnən belə danışmağa da sənin ixtiyarın yoxdu. K2 – Mən səni dörd aydı avara eləmişəm? K3 – Hə K2 – Mən səni dörd aydı avara eləmişəm? K3 – Hə, dörd aydı avara eləmisən sən məni. K2 – Ayə heşnə hörmətin artığ olsun qardaş. 08.02.19 00:00 – 01:15 K2 – Alo K1 – Hə, Vüqar salam K2 – Salam məllim K1- Nə var, nə yox? K2 – Şükür məllim salamatçılıx K1 – Hmm. Noldu məsələ həllini tapmıyıb hə Vüqar mən belə başa düşdüm. Maman səsdi mesaj göndərib Vüqar, yığıb götürmürəm indi, o gün mən getdim sözümü dedim də. Səsli mesaj göndərir ki, hə bunu həll eliyin zornan yalvarıf sabağa kimi vopşim bazar, birinci gününə kimi saxlatmışam. K2 – Bazar gününə, bir, bazar, bir K1 – Ay qardaş, bunu başa salmax lazımdır ki, mənə aid burda heçnə yoxdu e, mənə nəyə deyir, bunu sözünnən belə çıxır ki, mənə minnətnən guya saxlatmışam, ə, böyün şikayət eliyib cəhənnəmə eləsin. Şikayət eliyənnən sora sora Vüqar biz dosduğumuzu pozurux. Bunu bu boyda vaxtda nətərsə gedib həll eləməlisiz. Sora mə mesaj göndərif ki, Etibar deyir ki, nədi onun adı elə sən bu da o Gülnarədən alıf borcunuzu verdiyiniz pulu Etibar elə bilir ki, onun puludu mənə vermisiz K2 – Aha 03:04 – 03:40 K1 – Oturuf mənnən haqq gözdüyürlər Vüqar, mən nə eləməyə imkanım yoxdu, nə eliyəsi döyləm. K2 – Gözdüyür yox e, məllim, ona görə yox, kankret ləçərriy eliyillər/// K1 – Ay qardaş ləçərliy eliyillər gedin nətərsə də həll eliyin, mənim olara veriləcək pulum yoxdu Vüqar. Olar fikirrəşillər ki, şantaj eləməknən mənnən pul alıjaxlar, boş söhbətdi. Şikayət eləmiyəjək qardaş şikayət eliyijiklər əsassız şikayət olujax, mən də gedib şikayətimi eliyijəm ki, əsasız şikayət eliyir, yalan ifadə verir 10:30 – 11:35 K1 – Nə fərqi var ki, yanı birinci günü getdi şikayət elədi, ikinci gün çağırdılar məni dedim ya bazar günü dedim, nə dəyişir ki, heç nə dəyişmir. Onsuz da ikinci üçüncü gün deyəcəyimi mən bazar günü/// Bax mən saa o günnən sənin mamannan danışmamısan da hələ? Elə bir birinizə/// mən birincisi desəm ki, min-min beş yüz kömək eliyijəm, ya gətirif sa deyəm ki, Vüqar gə kömək eliyim. Mən o sözü deməmişəm, o variantım da yoxdu mənim eləmək kömək. Görsən burdan bir birinizə düzəməlli söz demirsiz e, Vüqar. K2 – Nə bilim məllim, mamam mənə elə dedi, mən də yalvardım ki, mama qurban olum get denən ki, üç min indi bu ölmürsən ki, sən üç min mənim indi verəcəyim var, sən onu vermisən, o gedib də, səni buyünnəri o üç yüz manatdı da diriyən, üç yüzdü-üç yüz otuzdu nə poxdu. Di onu denan götürürük da boynumuza fiso da biz verəciyik. K1 – Vüqar, mamana de getsin/// K2 – Pul da küt olar verəriy K1 – Qardaşına, dayısına, əmisinə, nənəsinə, bibisinə, kimnənsə da yığsın o ... pulunu verin. 09.02.19 00:00 – 00:30 K2 – Alo K1 – Hə Vüqar adboy getdi. K2 – Bəli məllim K1 – Deyirəm ki, mən səni başı/// nə səni başa düşürəm nə mamanı başa düş/// Sən mamava nə demisən ki, bu işdərnən əlaqədar? K2 – Mən nə K1 – Nə məni şantaj eliyir, nə mən, niyə mənə zəng eliyir e, vapşe maman, niyə şantaj eliyir? K2 – Şantaj eliyir? K1 – Hə. Bu uje ta son həddədi e, Vüqar ya sən də bunnarnan əlbirsən... 3:00 – 03:55 K1 – Üzü Ziyadan tutmuş bu günə kimi mən səni gör nə günə salıjam. K2 – Allahu Əkbər. Sən Allah məllim elə deyib məllim? K1 – Vüqar deyirəm də. Məni bezdirmisiz e, Vüqar. Qoyuram qulaq as. (səsləndirilir: Q1 – Məllim salam. Məllim salam. Məllim dünən də mesajımı oxuduz cavab vermədiz. Bu sizə sabaha qədər mən şans verirəm, mən nə var uje hamısını yoxlamışam. Nə var ortalıqda hamısını bilirəm. İstər Ziyadan belə, qorxu vermirəm heç kimə ancaq ancaq allahımıza and olsun) K1 – Eşidin Vüqar? K2 – Hə K1 – Eşitdin də. Bu kişinin qızı yoxluyub mənə şans verir sabaha kimi. Vüqar mənim beynimi çöndə/// K2 – Nəyi yoxluyub? K1 – Ə, bilmirəm nəyi neynirsiz e, Vüqar 05:25 – 06:12 K1 – Uje keçmisiz kulturnu şantaja. Ayə qardaş qaynata sənindi, ana sənindi. Bular məni sənin sözdərinnən tanıyıblar düzdü Vüqar? Ya bularnan əlbirsən Vüqar, ya bular uje özdərini gijdiyə qoyuflar hamısı. K2 – Mən yox e, mən K1 – Eşitdin mamanın səsini nə deyir mənə, sənə sabaha kimi şans verirəm, kimsən ə, sən mənə şans verirsən?! Eşidirsən səsini? Vüqar sual verirəm, deyirəm eşitdin səsini? K2 – Eşitdim məllim K1 – İndi yığa bilmirsən sən onu? O günnən danışmamısan mamannan sən? K2 – Yığıram məllim K1 – Yığ indi danış, sora mənə de K2 – Yaxşı məllim. 10.02.19 00:00-00:42 K1- Hə, vobşim sual vermirsən ki, bu nə deməydi? K2- Başa düş... K1- Başa düşməli nə var ki, burda mənə aid nə var ki? K2- Yox e, bilirlər də K1- Bilir bə, tenboli nə isdiyir? K2- Nə bilim e, məllim guya (evin?) siz söhbətin demisiz olar da şey eliyib ki, sökdürəciyik, belə eliyəciyik, elə eliyəciyik K1- Neyniyəcik başa düşmürəm K2- Guya olar da sökəcəylər, nə bilim neyniyəcəylər K1- Söküjəhlər də, udublar söküjəhlər də 29:00-29:34 K2- Sən bunu vermisən bu uje gedib K1- Hə, indi bu saat pajar döyül, bir şey döyül K2- Onu uje vermisən də K1- Başa sal ki, sənin ... Vüqar tutulsa nə 3 mini verən yoxdu, nə innən sora 8-9 min pul ödüjəy də, 7 min ödəmir ki. Fayizin üsdə gələndə 9 min pul ödüyür. Denən o pulu da heç kim vermijək ha sənə. Get denən cəhənnəmə ödə hə. Onsuz da denən dusdağ kimi bir şeysən də, orda-burda tində-bucağda gizlənə-gizlənə yaşıyırsan. Gedərəm denən 5 il yatıb gələrəm də. Cavan adamam. Öləsi döyüləm ki “28.01.19” 00:00-00:40 K2- Alo K1- Noldu, yenə hara yoxa çıxdın Vüqar?. Yığıram gənə götürmürsən K2- Nə deyirdiy məllim yadımnan çıxdı e K1- Niyə götürmürsən? K2- Yox e, yanımda bəyaq adam var idi, da oların yanında isdəmədim nəsə danışam K1- Götür denən danışa bilmirəm də K2- Hə, onu da eliyərəm 02:06-02:44 K1- Hansısa ..., ... , kimdi a bu Çingiz ... mənə yığır mənə xox eliyir ki, mən ərizə verirəm. Kimdi bu Çingiz? Niyə gedib cavabın vermirsən sənin .... da Vüqar. Evdən qaçmısan əcəb eləmisən özün bilərsən. Çingizdən ki, qaçmamısan? Ged onnan balaca döyülsən, tut yaxasınnan denən a .... pulu sənnən mən almışam. Priçom camahata zəng vurursan ... ki, mən bugün üçün bütün bunları yazırdım. Kimsən ə, .... sən məni şantaj eliyirdim K2- Bugün üçün nə? 14:41- 15:12 K1- Onsuz da bu həqiqət örgəniləcək də. Gec-tez gəlib çıxıcağlar da mənim yanıma Vüqar. Mən sənə görə deyəsi deyiləm ki, pul yalandan məndədi. Mən məsləhət görürəm kişi kimi ged Etibarın yanına, denən ki, Etibar dayı qələt eləmişəm düzü budu. Demirsən həməşə deyib ki, düzünü danışan adamın mənim gözümün üsdə yeri var? Ged düzünü denən də. Tüpürüjəy sifətivə bir dəfə K2- Yaxşı, məllim siz bir az isdirahət eliyin mən yığaram da sizi “31.03.19” 00:00- 00:31 K1- Vüqar salam K2- Salam məllim K1- Nə var, nə yox? Vüqar bu Çingizgilnən sən kutarmadın məsələni? Bu qohumu gənə yığmışdı məni, nəydi o, polis qohumu nəydi bunun o yığmışdı məni K2- Hə K1- Bunun axırıncı söhbətin noldu Vüqar sənin? K2- Axırıncı heç də, aybaay kredit verirəm K1- Bə aybaay kredit verirsənsə bu öz prableminizdi öz aranızda həll eləmisiz. Mənə niyə zəng vurur ay Vüqar? 17:43- 18:29 K2- Dedim ki, ay bala pulu mənə verməmisiz? Demirsiz ... düşəndə məllimi tanımırıq, pulu sən almısan sən verəssən K1- Aha K2- Bunu mən yemişəm, mən xəşdəmişəm mən gətirib çatdıracam ... Deyirəm ə sənin pulun batmiyacağ e, ... gətirib pulu verəcəm. Verməsəm onda ... Ged polisə ver məni, neynirsən. Dedim ancağ polis söhbəti olsa, polis söhbəti olsa sən fikirləşmə ki, mən orda deyəcəm almışam, məllimə vermişəm, Məmmədə vermişəm. Deyəcəm ümumiyyətlə almamışam K1- Öz işindi Vüqar nə deyirsən (cild 02, iş vərəqə 133-142). İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin diskdə “sesyazma” adlı qovluq vardır. Qeyd edilən qovluqda “AUD-20181207-WA0003 (1)”, “AUD-20181207-WA0004 (1)” adlı iki ədəd “.mp3” formatlı, “call_13-13-33_İN_+**********95 (1)”, “call_15-47- 27_İN_+**********09 (1)” və “call_20-27-53_OUT_********** (1)” adlı üç ədəd “.amr” formatlı, ümumilikdə beş ədəd fonoqram vardır.“call_20-27-53_OUT_********** (1)”, “call_13-13-33_İN_+**********95 (1)” adlı fayllardakı söhbətin məzmunundan fonoqramın Şahid1 və Şahid6 arasında, “call_15-47-27_İN_+**********09 (1)” adlı fayldakı söhbətin məzmunundan fonoqramın Şahid1 və Təqsirləndirilən şəxs arasında, “AUD-20181207- WA0003 (1)”, “AUD-20181207-WA0004 (1)” adlı fayllardakı söhbətin məzmunundan fonoqramın Təqsirləndirilən şəxs və Şahid6 arasında aparılan telefon danışıqları zamanı gedən Təqsirləndirilən şəxs Şahid1 pul alması ilə bağlı dialoqu əks etdirməsi müəyyən edilmişdir. (cild 01, iş vərəqə 158-170). İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyindən Şahid6 istifadəsində olmuş +994(50) ***-**-** mobil telefon nömrəsinin giriş və çıxış sms mətnlərinin əks olunduğu “502108095sms” adlı “.txt” formatlı fayla baxış keçirilərkən Şahid1 istifadəsində olan +994(55)542-51-51 mobil telefon nömrəsindən Şahid6 istifadəsində olmuş +994(50) ***-**-** mobil telefon nömrəsinə xx.xx.2018-ci il tarixdə saat 14:30:27-də “Salam Resad muellim necesiz. Cingizdir vuqarin qohumu sizi narahat eden. Polis iwi barede sorusacaqdim atam narahatdir 5 aydir senedler ve pul verilib size, gozleyirik ne vaxtda duzeler İnsallah.”, Şahid6 istifadəsində olmuş +994(50) ***-**-** mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan +994(55)542-51-51 mobil telefon nömrəsinə xx.xx.2018-ci il tarixdə saat 16:32:34-də “Salam, butun hamisini Vuqara demiwam, saninla alaqa saxlayacaq”, Şahid1 istifadəsində olan +994(55)542-51-51 mobil telefon nömrəsindən Şahid6 istifadəsində olmuş +994(50) ***-**-** mobil telefon nömrəsinə xx.xx.2018-ci il tarixdə saat 12:27:48-də “Salam Resad mellim biz bugun saat necede gelek zehmed olmasa vaxti deyerdiniz.”, xx.xx.2018-ci il tarixdə saat 15:16:43-də “Salam Resad mellim necesiniz.Resad mellim 15 . 20 gun demisdiniz kecdi isden xeber yoxdur. biz on min manati bankdan kredit goturub size vermisik her ay onu oduyuruk artiq imkan yoxdur odemeye. Alinmirsa is siz pulu ve senedlerimi geri qaytarin. Men bawqa bir iwe duzelim bir usagim var dolanmaq olmur.”, xx.xx.2018-ci il tarixdə saat,08:31:27-də “Salam Sabahiniz xeyir Resad mellim bugun saat necede gelek biz zehmed olmasa 11 de zeng edecem size deyersiniz.”, saat 16:00:33-də “Resad mellim siz ne vaxt catsaniz xeber edin gelim goruwek mutleq bugun”, saat 16:03:20-də “OZUNUZ XEBER EDERSİNİZ ZEHMED OLMASA ЕћЖЏHЖЏRЖЏ CATANDA”,saat 16:08:45-də “Kecen defe goruse bilmedik budefe ele olmasin gorusek mutleq. Atam anam artiq cox narahatdirlar ozleri sizle gorusmek isdeyir men bu defe qoymadim ozum gorusecem dedim. gorusek bu mesele cox uzandi krediti odeye bilmirik fehle iwleyirem.icaze almisam bugun mutleq gorusek.gelendr ozunuz xeber edin gelim.”, xx.xx.2018-ci il tarixdə saat 12:42:56-da “Salam Resad mellim Cingizdir sizden artiq derecede xahis edirem menim senedlerimi ve pulumu geri qaytarasiniz bu is cox uzandi artiq. Vuqar meni bu belaya saldi mende isdemirem kimlerise belaya salam atam yazili sekilde sikayet elemek isdiyir artiq Vuqari bu aldadilmaqdan basqa bir sey deyil. Sizden xais edirem is dahada boyumemis pulumuzu senedimizi qaytarin baglansin mesele.”, saat17:24:07-də “Resad mellim vuqar deyir pulu Resad mellim qaytarmir. Vuqarin size 70 mi borcu var gua ona gore menim 10 Min manatimi sizden isdeye bilmir. Bizden 10 min manat alib 3 ay deyib is duzelecek 9 ay kecib biz pulumuzu teleb edirik oda vermir deyir pul sizdedir qaytarmirsiz bizde vuqardan yazili sekilde sikayet edecik bizden 10 min manat alib ise duzeltmek adiyla qaytarmir onda vuqar orda deyər kime verib pulu neyneyib elimizde subutda var. bu meselenenin boyumemesi ucun pulu seneti mene verin baglansin mesele ne biz sizi taniyaq ne siz bizi.”, xx.xx.2019-cu il tarixdə saat 19:59:55-də “Resad mellim siz menim qaynanam İlhame xanimla danisin men danisdim naraziciliq eledi siz ozunuz onun telefonuna cavab verin yada ozunuz yigin danisin xais edirem.”, xx.xx.2019-cu il tarixdə saat 15:19:32-də “Salam Resad mellim sened nevaxt verilecek.”, xx.xx.2019-cu il tarixdə saat 11:08:15-də “Resad mellim salam. senedler ne vaxt catacaq mene Allahin komekliynen. Men size inaniram ve evdekileride deyirem ama bele getse mene qulaq asmayacalar qaynanam İlhame xanim deyir birazda uzansa Mehriban xanimin qebuluna gedecem.Sizden artiq derecede xais edirem mesele isdemirem bu qeder uzansin.Meni dinlemirler artiq.” məzmunlu sms mətnlərin göndərilməsi müəyyən edilmişdir. (cild 01, iş vərəqə 202-204). İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +994(77) ***-**-** və +994(70) ***-**-** mobil telefon nömrələrinin çıxış sms mətnlərinin əks olunduğu “777470009 sms out” və “707444009 sms out” adlı “.pdf” formatlı fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş +994(77) ***-**-** mobil telefon nömrəsindən Şahid6 istifadəsində olan +994(70)595-06-46 mobil telefon nömrəsinə xx.xx.2018-ci il tarixdə saat 19:51:50-də “Mellim bilirem hirsdisiz mellim 10000 hell edecem callsacam mena komey edesiz yoxsa sizde imtna edirsiz Mennen”, xx.xx.2018-ci il tarixdə saat 11:47:13-də “Mellim Allah haql biyablr olannan sora opulun mene xeyiri olmayacag qlrglndl evde”, xx-xx-2018-ci il tarixdə saat 15:45:04-də “Mama deyir 1 saata gelmesen gedeceyler Etibar gile bele qonusulug olmaz bu hereketi dusmenede elemezler doladlz deyib vlxlb”, xx-xx-2018-ci il tarixdə saat 14:11:41-də “Mellim qurban olum komey edin yazlg mamaynan papa utandlglarlnnan cole clxa bilmiler gelib tokulubler eve biyabrclllg ediler”, xx-xx-2018-ci il tarixdə saat 17:29:08də “Cingizin teleni goturmuyun”, xx-xx-2018-ci il tarixdə saat 17:29:09-də “Gotrun deyin vaxt yoxdu”, xx-xx-2018-ci il tarixdə saat 11:50:39-də “Mellim salam Etibar fayl gelir bular dayamılar sora pulun menasl olmayacag bir sey edin qurban olum”, xx-xx-2018-ci il tarixdə saat 14:20:36-də “Mellim yalvarıram sizə məni gozduyuller evde biabır edəcəklər məni”, xx-xx-2018-ci il tarixdə saat 14:20:40-də “bir şey alın gedib aglzdarlnl tütün şəhərə qeder”, xx-xx-2018-ci il tarixdə saat 16:41:21-də “Mellim And verirəm sizi ata anavlzln canına gedib yarısını aparım pulu Allah halı gedib aləmi bir birinə qatacaglar telefon dayanmır”, xx-xx-2018-ci il tarixdə saat 18:27:02-də “Mellim heç olmasa 2 ya 3000 olsun gedim pulnan gələndə bir şey edin”, xx-xx-2018-ci il tarixdə saat 19:29:55-də “Başqa nömrədən zəng gəlsə goturmuyun”, xx-xx-2018-ci il tarixdə saat 22:57:48 “Mellim məndə yığcam başqası da goturmuyun çox yığcam mesaj yazın deyin hazırdı sabah səhər duranda ylgacam”, xx-xx-2018-ci il tarixdə saat 09:57:41-də “Mellim naziriye tapslrln olar ora gelib adlvlzl cekseler qovsunar menim aylem daglldl mellin”, xx-xx-2018-ci il tarixdə saat 12:38:31-də “Mellim qurban plum hell edin canlmlz qurtarsln papa gil deyibler gelinas eve mellin buras gelir”, xx-xx-2018-ci il tarixdə saat 08:56:29-də “Mellim Salam mellim meni tek qoymuyun her gun prablemler boyuyur clxardln meni qurban olum”, xx-xx-2018ci il tarixdə saat 13:28:31-də “Mellim menim bu meselemi sizde basqa elac yoxdu gecikdirmiyin mellim xais edirem”, xx-xx-2018-ci il tarixdə saat 10:55:00-də “Mellim salam qurban olum bunların pulunu verək vəziyyətim düzəlsin fikirləşin men mef olacam sizdə pis olaslz ki niyə köməyi etmədim”, xx-xx-2018-ci il tarixdə saat 09:12:52-də “Mellim salam mellim cox boyuk prablemler olacag bu gun bularl susdurmasam gelirem eseblesirsiz zeng vururam goturmursuz axl biz yerde clxmallylg bu veziyetden sizi tukunuzden bir eskiy olsa dagldaram her yeri bilirsiz axl menim gunner bileceyim tek sizsiz niye tek qoymusuz meni mellim acln telfonu Qurban olum”, xx-xx-2018-ci il tarixdə saat 13:39:35də “Melim qurban olum o adamnan pulu goturun gelim verin duzeldim her seyi xais edirem”, xx-xx-2018-ci il tarixdə saat 10:28:55-də “Qurban olum melim gelem alln verin cixag bu veziyetden”, xx-xx-2018-ci il tarixdə saat 16:04:59-də “Melim qurban olum bu gun hel edin mellimin canl sora gec olar her sey ne desez edecem melim qurban olum aslan melimnen goturun verey bu defe her sey duzelecey”, Təqsirləndirilən şəxs istifadəsində olmuş +994(70)744-40-09 mobil telefon nömrəsindən Şahid6 istifadəsində olan +994(70)595-06-46 mobil telefon nömrəsinə xx-xx-2019-cu il tarixdə saat 12:06:16-də “Mellim bu vaxtacan banka odedikleri 3000 mini verin verek onlara qalanin ayliq odeyerik siz dediyiz kimi.oglu tecili xarice getmelidirler bu 3 mini istiyirler vermesek gedib sikaYET EDECEKLER.ancag bu sohbetnen razilasirlar”, xx-xx-2019-cu il tarixdə saat 09:26:14-də “Melim salam dunenen meni gozduyuler gelim verin gedim sakitesdirimde”, xx-xx-2019-cu il tarixdə saat 12:05:46-də “Melim salam baglsdlyln gele bilmeyecem ora gelsem her sey altust olacag men pulu verib o erzeni gotuzdurecem sizdende xais edirem bunu duzgun olcun bicin en yaxslsl budu baglansln bu mesele basqa yerede yazmaslnar yoxsa olar bunanda pis seyler fikirlesiler” məzmunlu sms mətnlərin, göndərilməsi müəyyən edilmişdir. Həmçinin Şahid6 istifadəsində olan +994(70)595-06-46 mobil telefon nömrəsinin çıxış sms mətnlərinin əks olunduğu “705950646 sms out” adlı “.pdf” formatlı fayla baxış keçirilərkən Şahid6 istifadəsində olan +994(70)595-06-46 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +994(77) ***-**-** mobil telefon nömrəsinə xx.xx.2018-ci il tarixdə saat 10:36:45-də “Axwama kimi camaatin pulunu gatirmasan man özūm galacam”, xx.xx.2018-ci il tarixdə saat 13:33:45-də “Axwam toydayam, ordan çixib gedacam siza, Etibarada, papanada sozumu deyacam, sonrasina da baxarsan”, xx.xx.2018-ci il tarixdə saat 10:31:38-də “Dunan baxtin gatirdi toydan gec cixdim, bu gun saat 1.ra kimi pulu gatirmasan Etibarida yigiram, Cingizida, sabahda polisa ariza veriram, bu manim sana son sözümdür”, xx.xx.2019-cu il tarixdə saat 22:00:22-də “Sabah manimla daniwmasan ozum sannan wikayat edacam”, xx.xx.2019-cu il tarixdə saat 13:09:22-də “Axwama kimi hall elamasan bu masalani, ózúm yigacam Etibari. Cingiz yena yigmiwdi mani”, xx.xx.2019-cu il tarixdə saat 15:58:02 “Tacili yig, Cingiz yigmiwdi yena”, xx.xx.2019cu il tarixdə saat 16:27:24-də “Zang ela mana, bazar gunu Etibarnan goruwacam”, xx.xx.2019-cu il tarixdə saat 16:35:12-də “Sanin anan atan manim iwima niya galib?” Şahid6 istifadəsində olan +994(70)595-06-46 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +994(70) ***-**-** mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 13:51:17-də “Sana gora manim iwda ciddi problemim var, telefona cavab ver, kiwi ol”, xx.xx.2019-cu il tarixdə saat 11:05:21-də “Man prokurorluga gediram birazdan, tacili yig” məzmunlu sms mətnlərin, göndərilməsi müəyyən edilmişdir. (cild 01, iş vərəqə 223-231). İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin flash kartda “hazır” adlı qovluq vardır. Qeyd edilən qovluqda “28.01.19”, “29.01.29”, “08.02.19”, “09.02.19”, “10.02.19”, “31.03.19” və “prokuror köməkçisi ilə danışıq” adlı yeddi ədəd “.mp3” formatlı fonoqram vardır. İş materiallarına əsasən qeyd edilən fayllardakı söhbətin məzmunundan fonoqramın Təqsirləndirilən şəxs və Şahid6 arasındakı telefon danışıqları zamanı Təqsirləndirilən şəxs Şahid1 pul alması ilə bağlı dialoqu əks etdirməsi müəyyən edilmişdir. Habelə faylların adları ilə danışıqların aparıldığı vaxt müəyyən edilir. (cild 01, iş vərəqə 78- 85) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Psixiatriya Xəstəxanası tərəfindən göndərilmiş cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən qeyd edilən xəstəxanada müalicədə olmayıbdır. (cild 01, iş vərəqə 94). İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid6 Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq edərək Təqsirləndirilən şəxs zəng edərək Çingizin işini özünün həll edəcəyini bildirdiyini, 2018-ci ilin may ayında Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində idman məşğələsindən çıxıb giriş qapısının qarşısındakı pilləkən meydançasında əməkdaşlarla söhbət edən zaman Vüqar pilləkənləri qalxaraq onunla görüşdüyünü, Çingiz isə pilləkənlərdən aşağıda, sol tərəfdə, idman cəmiyyətinin arxa həyətinin qapısının yaxınlığında dayandığını, Vüqara içəri keçib təlimçilərdən birinə müraciət etməsini dediyini, Çingizlə Vüqarı bir dəfə İdman Cəmiyyətində gördüyünü, 2018-ci ilin sentyabr ayında Vüqara zəng edərək Çingizin ona mesaj göndərdiyini deyib, onun adından Çingizdən pul alıb-almadığını soruşduqda Vüqarın Çingizi polisdə işə düzəltməyi üçün ona vermək adı ilə sonuncudan 10000 manat pul aldığını etiraf etdiyini, Vüqarın Çingizi inandırmaq məqsədilə sonuncunu qəsdən onunla görüşdürdüyünü, ona zəng edərək işə qəbul qaydaları haqqında danışmağa təhrik edib səsini yazaraq Çingizə göndərdiyini, o idman məşğələsində olan zaman qəsdən Çingizi DİN-nin İdman Cəmiyyətinə gətirdiyini bildirdiyini, 2018-ci ilin oktyabr ayında Çingiz və Vüqarla Nərimanov metro stansiyasının yaxınlığında görüşdüyünü və Vüqarın Çingizə işi həll edəcəyini bildirdiyini, 2018-ci ilin dekabr ayında Bakı Əyləncə Mərkəzinin yaxınlığında Vüqar, Çingiz, Sabir və İlhamə ilə görüş zamanı Vüqarın işin ayın sonuna kimi həll ediləcəyini, olmasa pulu və sənədləri geri qaytaracağını dediyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Şahid6 dedikləri ilə tam razılaşmış, lakin Şahid1lə ilk dəfə 2018-ci ilin aprel ayında Nərimanov metro stansiyasının yaxınlığında yox, 2018-ci ilin mart ayında DİN-nin İdman Cəmiyyətinin qarşısında görüşdüklərini qeyd etmişdir. (cild 02, iş vərəqə 163-170). İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, istintaq zamanı Şahid1 Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq edərək onu Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin əməkdaşı kimi təqdim etdiyi Şahid6 vasitəsilə daxili işlər orqanlarında kiçik rəis və sıravi heyyətə işə qəbul etdirəcəyini yalandan vəd verərək sonuncuya rüşvət qismində vermək üçün Şahid4 məxsus ünvan 3 ünvanda hissə-hissə olmaqla xx xxxxx 2018-ci il tarixdə 3500 manat, xx xxxxx 2018-ci il tarixdə 6500 manat, ümumilikdə 10000 manat pulunu aldığını bildirmişdir. (cild 02, iş vərəqə 153-162) İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, İstintaq zamanı Şahid5 Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq edərək kürəkəni Şahid1 Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin əməkdaşı kimi təqdim etdiyi Şahid6 vasitəsilə daxili işlər orqanlarında kiçik rəis və sıravi heyyətə işə qəbul etdirəcəyini yalandan vəd verərək sonuncuya rüşvət qismində vermək üçün Şahid4 məxsus ünvan 3 ünvanda onun yanında Şahid1 hissə-hissə olmaqla xx xxxxx 2018-ci il tarixdə 3500 manat, xx xxxxxx 2018-ci il tarixdə 6500 manat, ümumilikdə 10000 manat pulunu aldığını bildirmişdir. (cild 02, iş vərəqə 144-152). İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, istintaq zamanı Şahid6 Şahid1 ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ona pul vermədiyini, telefon vasitəsilə Təqsirləndirilən şəxs Şahid1 16000 manat pul qarşılığında işə düzəldəcəyini demədiyini, 2018-ci ilin may ayında Azərbaycan Respublikası DİN-nin X10 Tağıyevlə Şahid1 bir dəfə gördüyünü, Şahid1 hər hansı bir şəxslə tanış edərək sonuncunun polkovnik leytenant olduğunu bildirmədiyini, həmçinin Şahid1 idman alətində dartınmasını yoxlayan zaman onun yanında olmadığını, 2018-ci ilin dekabr ayında Bakı Əyləncə Mərkəzinin qarşısında Şahid1 və qohumları ilə görüşən zaman Təqsirləndirilən şəxs sonuncudan aldığı pulu ona verməsini etiraf etmədiyini bildirmişdir. (cild 02, iş vərəqə 66-75) İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, istintaq zamanı Şahid6 ayrı-ayrılıqda Şahid5 və Şahid2 ilə üzləşdirilməsi zamanı öz ifadəsində göstərdiyi xüsusatları sonuncuların üzünə qarşı deməklə bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ona pul vermədiyini, telefon vasitəsilə Təqsirləndirilən şəxs Şahid1 16000 manat pul qarşılığında işə düzəldəcəyini demədiyini, 2018-ci ilin may ayında Azərbaycan Respublikası DİN-nin X10 Tağıyevlə Şahid1 bir dəfə gördüyünü, Şahid1 hər hansı bir şəxslə tanış edərək sonuncunun polkovnik leytenant olduğunu bildirmədiyini, həmçinin Şahid1 idman alətində dartınmasını yoxlayan zaman onun yanında olmadığını, 2018-ci ilin dekabr ayında Bakı Əyləncə Mərkəzinin qarşısında Şahid1 və qohumları ilə görüşən zaman Təqsirləndirilən şəxs sonuncudan aldığı pulu ona verməsini etiraf etmədiyini bildirmişdir. (cild 02, iş vərəqə 76- 87). Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətəuyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Yuxarıda qeyd olunan Plenum Qərarının 36-cı bəndinin 3-cü abzasında qeyd edilir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. X12 36-cı bəndinin 7-ci abzasında qeyd edilir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında KQMBİ-nin informasiya sisteminin xx xxxxxx 2019-cu il tarixli, ********* saylı çıxarışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vərəqə 103).b İş materiallarında olan Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 177-178) İş materiallarında olan Şahid1 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. (cild 02, iş vərəqə 108). İş materiallarında olan Şahid4 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Şahid1 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü qız övladı vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs müsbət xarakterizə olmasını, ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlini etiraf edərək peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı qız uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, Şahid1 vurulmuş maddi ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə ona münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza şərti olaraq tətbiq edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbs olunduğu xx xxxxxx 2019-cu il tarixdən onun barəsində hökm çıxarıldığı tarixə qədər həbsdə saxlanıldığından, 3 ay 11 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş materiallarında olan 01 ədəd flash kart tipli elektron məlumat daşıyıcısı, Şahid1 xx xxxx 2019-cu il tarixli şahid qismində dindirilməsi haqqında protokola əlavə etdiyi 01 ədəd CD disk, 01 vərəq sms mətnləri, xx xxxxx 2018-ci il tarixli, 2551Y nömrəli kredit müqaviləsi, həmin tarixli 01 ədəd zaminlik və 01 ədəd ipoteka müqaviləsi, habelə 10 ədəd bank qəbzi, Təqsirləndirilən şəxs tədqiqat üçün eksperimental səs-nitq nümunələri götürülməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokola əlavə edilmiş 01 ədəd CD disk, Şahid6 tədqiqat üçün eksperimental səs-nitq nümunələri götürülməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokola əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 300 (üç yüz) manat pul Təqsirləndirilən şəxs alınaraq Respublika büdcəsinə keçirilməlidir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon Məhkəməsinin 4(001)-872/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsetmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 43-45) Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla və 80 manat yol xərci ilə bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesabına 380 (üç yüz səksən) manat miqdarında pul ödənilməlidir. (cild 2 iş vərəqə 317) Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 108 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən həbsdə saxlanıldığı 3 ay 11 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 il 02 ay 19 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş 04 il 02 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Onun barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilsin. İş üzrə maddi sübut - iş materiallarında olan 01 ədəd flash kart tipli elektron məlumat daşıyıcısı, Şahid1 xx xxxx 2019-cu il tarixli şahid qismində dindirilməsi haqqında protokola əlavə etdiyi 01 ədəd CD disk, 01 vərəq sms mətnləri, xx xxxxx 2018-ci il tarixli, 2551Y nömrəli kredit müqaviləsi, həmin tarixli 01 ədəd zaminlik və 01 ədəd ipoteka müqaviləsi, habelə 10 ədəd bank qəbzi, Təqsirləndirilən şəxs tədqiqat üçün eksperimental səs-nitq nümunələri götürülməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokola əlavə edilmiş 01 ədəd CD disk, Şahid6 tədqiqat üçün eksperimental səs-nitq nümunələri götürülməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokola əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla və 80 manat yol xərci ilə bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesabına 380 (üç yüz səksən) manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 108 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-272/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-272/2020
10.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver