Məhkəmə qərarları › İş №1(101)-272/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-272/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-272/2022 10.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 və müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxxx 1984-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin xeyli və külli miqdarda pulunu ələ keçirib təkrarən dələduzluq etmişdir; belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasının Perm vilayətindən taxta gətirib satmaqla yaxşı qazanc əldə etdiyinə inandırıb aldadaraq, onunla birlikdə həmin fəaliyyətlə məşğul olmaq istədiyini və onunla ortaq olub hər ay Rusiya Federasiyasından 4 vaqon şərikli taxta gətirəcəyinə dair yalandan vəd verib onun etibarından sui-istifadə edib aldadaraq 2017-ci ilin yanvar - fevral aylarında hissə-hissə olmaqla Bakı şəhəri Nərimanov rayonu Keşlə yük stansiyasının qarşısında həmin dövrün məzənnəsi ilə Azərbaycan milli valyutası ilə 58.352 manat 50 qəpik təşkil edən 34.325 ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirib, Zərərçəkmiş şəxs1 külli miqdarda - cəmi 58.352,50 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir; bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasının Perm vilayətindən taxta gətirib satmaqla yaxşı qazanc əldə etdiyinə inandırıb aldadaraq onunla birlikdə həmin fəaliyyətlə məşğul olmaq istədiyini və onunla ortaq olub hər ay Rusiya Federasiyasından 4 vaqon şərikli taxta gətirəcəyinə dair yalandan vəd verib onun etibarından sui-istifadə edib aldadaraq 30 mart 2017-ci ildə Bakı şəhəri Nərimanov rayonu, Keşlə yük stansiyasının qarşısında həmin dövrün məzənnəsi ilə Azərbaycan milli valyutası ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pulu, 2018-ci ilin dekabr ayında yenə Bakı şəhəri Nərimanov rayonu Keşlə yük stansiyasının qarşısında Azərbaycan milli valyutası ilə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları məbləğində pulu alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda - cəmi 39.100 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 2016-cı ildən atası X17 Federasiyası X6 şəhərində taxta sexi alıb arvadı X3 adına qeydiyyata aldırmışdır. 2015-ci ildə Bakı şəhərinin Keşlə qəsəbəsində yerləşən X20 Stansiyasında taxta materiallarının alqı-satqısı ilə məşğul olmuş, həmin zaman onun kimi taxta materiallarının alqı-satqısı ilə məşğul olan Şahid1 ilə tanış olmuş, Əhədin vasitəsi ilə taxta materiallarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxslərlə də tanış olmuşdur. Tofiq və Əfqanın Rusiya Federasiyasından taxta materialları gətirib satmaqla məşğul olması məhz Şahid1 təklifi ilə başlanmışdır. 2016-cı ilin axırlarında X18 şəhərinə qayıdaraq bildirmişdir ki, taxta materialları alıb göndərmək çətinləşmiş, X6 şəhərində taxta sexi satılır və həmin sex alınsa taxta materialları ucuz başa gələr, qazanc çox olar. Bununla əlaqədar Şahid1 onun atası Nəbi Cumayevlə danışıb 70.000 ABŞ dollarına taxta sexi satıldığını bildirmişdir, atası Nəbi həmin məbləğə sexi almasına razılıq vermişdir. Aradan bir neçə ay keçmiş, atası Nəbi ilə məsləhətləşib Əhədin dediyi sexi almaq qərarınra gəlmiş və bu məqsədlə birinci dəfə atasından 10.000 ABŞ dolları alaraq X6 şəhərinə getmiş, orada Əhədlə birlikdə satılan sexə getmiş və sexin sahibi ilə sexin satılması ilə bağlı razılığa gələrək sonuncuya 10.000 ABŞ dolları beh vermiş, Əhəd Kudımıkarda sexin işlədilməsində şərik kimi qalmış, o özü Azərbaycana qayıtmışdır. Altı ay müddətində pulun qalan hissəsini düzəldərək Kudımıkar şəhərinə gedib sexi arvadının adına qeydiyyata aldırmış. Əhədi sexin fəaliyyətinə rəhbərlik göstərmək üçün orada saxlayıb Bakı şəhərinə qayıtmış, bundan sonra Əhədə pul göndərmiş, Əhəd də oradan taxta materialları tədarük edib Bakıya göndərmiş, o da həmin taxtanın qəbul edilib satılılması və atasının Şəkidəki mağazasına göndərilməsi ilə məşğul olmuşdur. X11 gələrək bildirmişdir ki, qazanc əldə etmək üçün külli miqdarda pul lazımdır. Əhəd Tofiqlə danışıb ondan birinci dəfə 15.000 ABŞ dolları alaraq Rusiyaya getmiş, aldığı pulun müqabilində tədarük etdiyi taxta materiallarını Bakıya göndərmiş, həmin taxtanı sataraq pulunu qazancla birlikdə Əhədə göndərmişdir. Əhəd yenə həmin məbləğin müqabilində taxta materialı göndərmişdir. Bir müddətdən sonra Əhəd yenə Bakıya gəlmiş, Əhəd, Tofiq və Əfqanla yükboşaltma məntəqəsində görüşəndə X19 demişdir: “Bu dəfə 15.000 ABŞ dolları lazımdır. Həmin məbləği Nərimana verərsiniz, mənə göndərsin”. Əhəd çıxıb getdikdən sonra yenə Keşlədəki yük stansiyasında Tofiq 15.000 ABŞ dollarını gətrib vermiş, o da həmin pulu Əhədə göndərmidir. Bundan sonra X16 əlaqə saxlamış, sonra ona müxtəlif məbləğlərdə pul vermişlər o, da həmin pulu Əhədə çatdırmışdır. Tofiq və Əfqanın vasitəsi ilə Əhədə göndərdiyi, həmçinin onun özünün Əhədə göndərilmiş pulların müqabilində Əhəd tərəfindən Bakı şəhərinə taxta materialları göndərilmiş, atasına məxsus 70.000 ABŞ dolları məbləğində pul vəsaiti də ümümi pullarla birlikdə taxtaların alqı-satqısı ilə bağlı dövriyyədə olmuşdur. Əhədə göndərilməsi üçün Tofiqlə Əfqan tərəfindən ona hissə-hissə ümumilikdə 55.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmiş, həmin məbləğin 47.000 ABŞ dollarını Tofiq və Əfqana qaytarmış, qalan pullar Əhəddə qalmış, Əhəd 15.000 ABŞ dollarını Rusiya Federasiyasında xərclədiyini ona etiraf etmişdir. 23.00 ABŞ dollarını hissə-hissə Əhədin arvadına vermiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birinci dəfə 15.000 ABŞ dolları məbləğində pulu özləri Əhədə vermişlər. Qalan məbləğləri isə Əhəd onlarla əlaqə saxladıqdan sonra onlardan alıb Əhədə göndərmişdir. 2018-ci ilin iyun ayında Rusiya Federasiyasından bir vaqon taxta materialları gəlmiş onlardan bir maşın taxta X20 Stansiyasından Şəki şəhərində yerləşən atasının işlətdiyi tikinti materiallarının satışı mağazasına gətirilmiş, digər bir maşın taxta onun özü tərəfindən satılmışdır. Həmin taxta materialı atası Nəbinin verdiyi pulun müqabilində gətirilmişdir. Həmin vaxt Bakı şəhərinə iki vaqon deyil bir vaqon taxta materialı gətirilmişdir. Atası Nəbiyə məxsus olan və Əhədə göndərilmiş 115.000 ABŞ dollarından Əhədin Nəbiyə 85.000 ABŞ dolları, Tofiqlə Əfqana isə 8.000 ABŞ dolları borclu qalmışdır. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, təxminən 2010-cu ildən Rusiyadan taxta gətirib satmaqla məşğul olmuş və bu fəaliyyətlə əlaqədar olaraq Təqsirləndirilən şəxsı tanımış, ilk ərəfədə sonuncu ilə aralarında yaxşı münasibətlər olmuş, lakin iş birliyi olmamışdır. Nərimanın Rusiyada taxta sexi olmasını eşitmiş, 2016-cı ilin dekabr ayında Nəriman zəng vurub öz ofisinə dəvət etmiş, ofisdə söhbət edən zaman Nəriman özü də Rusiyada taxta sexinin olmasını etiraf etmiş və onunla işləməyi təklif etmiş, Nərimanın təklifi ilə razılaşıb sonuncuya bildirmişdir ki, Nərimandan ayda 4 vaqon taxta ala bilər, bu şərtlə ki, vaqonun nömrəsini alıb yoxladıqdan sonra vaqonun pulunu Nərimana verir. Bu razılıqdan sonra Nəriman dəfələrlə zəng vurub demişdir ki, Rusiyada iş dayanır, qabaqcadan pul verimək lazımdır ki, Rusiyada meşə alıb taxta tədarük edilsin və Bakıya göndərilsin. Nəriman inandırmışdır ki, başqa yol yoxdur, evində və atasında da pul qurtarıb, olan pulu atası materiala verib. Nərimana tam inandığı üçün birinci dəfə 2017-ci ilin yanvar-fevral aylarında 34.325 ABŞ dolları məbləğində pulu Nərimana Keşlə yük stanysiyasnda vermiş, Nəriman söz vermişdir ki, ona verilən pulun müqabilində iki-üç vaqondan artıq taxta gətirib Keşlə yük stanysiyasnda təhvil verəcək. Lakin taxtanın Rusiyadan gəlməsi həmin dövrdə onlara məlum olmayan səbəbdən kecikmiş, onda Nəriman demişdir ki, əlavə pul lazımdır ki, 4 vaqon taxta yüklənsin və bir yerdə yola salınsın. Həmin vaxt pulu olmadığı üçün bu barədə tanışı Əfqana demiş, Əfqan da onun təklifi ilə razılaşmış, təxminən 30 mart 2017-ci il tarixdə Əfqanla birlikdə Nərimanın ofisinə gəlmiş, orada Əfqan onun iştirakı ilə Nərimana 20.000 ABŞ dolları məğləğində pul vermişdir. Pulu verdikdən bir müddət sonra Nəriman demişdir ki, Rusiyada iş zəifdir, arabir gətirdiyi taxtanı satıb Əfqana 200-300 manat pul vermiş, ümumilikdə Nəriman bu adla təxminən 1.200 manat pul vermişdir. Nəriman pulu aldıqdan sonra hər dəfə görüşəndə müxtəlif bəhanələr uydurub vaxtı uzatmağba başlamış, vəziyyəti belə görüb, o və Əfqan Nərimandan pulu tələb etməyə başlamışlar. Yenə xeyli vaxt keçmiş, Nəriman vaxtı uzatmağa davam etmiş, 2018-ci ilin iyun ayının 14- 15-də iki vaqon taxta gəlmiş, Nəriman həmin taxtanı onlara verməli idi, Nəriman təklif etmişdir ki, indi taxta ucuzdur, həmin iki vaqon taxtanı Şəkidə atasının obyektinə aparıb orada baha qiymətə satıb pulun bir hissəsini onlara versin, Nərimana inanıb razılıq vermişlər. Nəriman iki vaqon taxtanı Şəkiyə göndərmiş, Nərimanın dediyi 10-15 gün uzanıb bir neçə ay çəkmiş, Nəriman onların pulunu yenə verməmişdir. Nərimana zəng edəndə sonuncu hər dəfə onları müxtəlif bəhanələrlə aldadıb görüşdən yayınmış, nəhayət 2018-ci ilin dekabr ayında Nəriman ilə Keşlə yük stansiyasında görüşmüş, Nəriman onlara elefonda olan yüklü vaqonların şəklini göstərib demişdir ki, həmin vaqonlar yüklənib, yol pulu lazımdır ki, vaqonlar yola salınsın. Əfqan bir daha Nərimana inanmış və 2018-ci ilin dekabr ayının ortalarında Keşlə yük stansiyasında sonuncuya 3.000 ABŞ dolları pul vermişdir. Fikirləşmişdir ki, iki vaqon taxta Nərimanın atasının obyektində var, Nərimanın dediyi vaqonlar da gələndən sonra həmin taxtanı satıb pullarını əldə edəcəklər. 29 dekabr 2018-ci ildə Əfqanla bir yerdə Şəkiyə gedib Nəriman və atası Nəbi ilə görüşmüşlər, Nəbi demişdir: «Mən bilirəm ki, oğlumun sizə borcu var, lazım olsa şalvarımı satıb sizin pulunuzu verəcəyəm». Nəbinin bu sözü onları arxayın salmış və onlar Bakıya qayıtmışlar. Bu minvalla 6 fevral 2019-cu il tarixdə daha 1 vaqon taxta Lökbatan yük stansiyasına gəlmiş, Nəriman atası ilə danışıb söz vermişdir ki, həmin vaqonu da Şəkiyə göndərərək satıb onlara pulunu verəcəkdir. Yenə Nərimana inanmışlar, Nəriman həmin 1 vaqon taxtanı da Şəkiyə göndərmiş, iki gün keçdikdən sonra eşitmişlər ki, onların Rusiyada problemləri var, yenidən Nərimana və atası Nəbiyə zəng etmişlər, bir neçə gun onlar telefonu açmamışlar, sonra cavab verəndə danışıqlar olmuş, artıq onlardan pulu ala bilmədiklərinə tam əmin olmuşlar. Həmin ərəfədə onların işçisi Əhədlə görüşüb bu məsələni həll etmək məqsədilə Şəki şəhərinə getmək qərarına gəlmişlər, çünki Əhəd bu işlərin hamısını bilirdi. 2019-cu ilin fevral ayının ortalarında Şəkiyə gedib, Nərimana zəng etmiş, Nəriman demişdir ki, atası xəstədir, günorta vaxtı xəstəxanadan çıxacaq və ondan sonra görüşəcək. Sonra məlum olmuşdur ki, Nəriman atasının xəstə olmasını deyib gözlətməkdə məqsədi Bakıdan kriminal dostu olan Nizami Dünyamalıyev adlı şəxsi gözləməsi olmuşdur. Nizami Bakıdan gəldikdən sonra Nəbi gəlib onları qarşılayaraq Nərimanın yanına aparmış, içəri girən kimi Nizami demişdir: «Bu kişilərin pulu verilməlidir». Ondan sonra Nizami Əhədi söyüb-təhqir edərək hədə-qorxu gəlmiş, Əhədin halı pisləşdiyi üçün su gətirib Əhədə vermiş, arada fasilə yaranmış, Nizami onu həyətə dəvət edib bildirmişdir: «Gəl sənin pulunun əvəzində bunların Permdə olan taxta sexini əlindən alım, işlədək». Nizaminin bu təklifi ilə razı olmamış, Nizami dəyişərək aqressiv şəkildə danışmağa başlamışdır. Əhəd həmin vaxt onlara dönə-dönə demişdir: «Bu kişilərin puluna göndərilən 4 vaqon yarım taxta Nəbinin obyektindədir». Nizaminin kobud hərəkətinə görə aralarında heç bir söhbət alınmamış, həmin vaxt Nəriman və atası Nəbi söhbət eləmək istəməyib demişlər: «Bizim böyüyümüz Nizamidir». Ondan sonra Əhədlə birlikdə Bakıya qayıtmışlar. Bundan sonra Nərimanla əlaqə saxlamaq istəsə də, Nəriman zənglərə cavab verməmiş, Nərimana səsli mesaj göndərmiş, Nəriman yenə cavab verməmişdir. 05 aprel 2019-cu il tarixdə yenidən Əfqanla birlikdə Şəkiyə gedib, Nəbiyə zəng vurub Nizamisiz görüşüb söhbət etməyi təklif etmişlər, Nəriman isə bildirmişdir: «Nizamisiz sizinlə görüşməyəcəyəm». Sonra Nəbi maşınla gəlib onları yenə Nizaminin oturduğu yerə aparmış, onda onlar Nizaminin yanına girməyib, küçədə Nəbi ilə söbət etmişlər, Nəbi demişdir: «X12 adlı şəxs atıb, Əhəd nə qəqər pullarını dağıdıb», sonda Nəbi demişdir ki, 57.000 ABŞ dolları pulun yarısını verə bilər. Həmin vaxt Nizami çıxıb onların yanına gələrək demişdir: «Sizə pul verilməyəcək, gedin hara istəyirsizsə şikayət edin, məni bütün respublika tanıyır, bir də Nəbini narahat etməyin, sonra başınız ağrıyar». Onda Nəbini maşına dəvət edib, özü ilə görtürdüyü Quranı göstərib ona bildirmişdir ki, Qurana əl basıb and içsin. Lakin Nəriman bunu etməmiş, halı pisləşmiş, həyəcandan çənəsi əsmiş, heç bir söz deyə bilməmişdir. Ondan sonra Bakıya qayıdıb hüquq-mühafizə orqanlarına şikayət etmişlər. Nəriman tərəfindən aldadılqıdan sonra mütəmadi olaraq sonuncu ilə telefon danışıqları olmuş və həmin danışıqlar olan diski və stenoqrammı istintaqa təqim etmiş, həmin telefon danışıqları zamanı da Nəriman pul almasını etiraf etmiş, onların pulunu Nəriman ələ keçirmişdir. Şahid1 orada fəhlə olub, Əhədin bu işdə heç bir rolu olmayıb. Əhəd ortaya Nərimanın vəkili və Nəriman və tərəfindən ortaya atılıb. Əhədlə aralarında heç bir danışıqları olmayıb, bütün danışıqlar və hesabat Nərimanla olmuşdur. Nərimana verdikləri 57.325 ABŞ dolları məbləğində pulun müqabilində ona və Əfqana cəmi 1.200 manat pul vermişdir. Lakin aralarında olan şifahi razılaşmaya görə ayda 4 vaqon taxta materialı verməli idi, həmin taxta materialını satıb öz pullarını götürməli idilər. Nərimanın göstərdiyi xüsusatlar tamamilə yalandır, Əhədlə onların heç bir danışıqları olmayıb, Əhədi Nərimanın yanında işləyən fəhlə kimi tanımışlar. Onların istintaqa təqdim etdikləri telefon danışıqlarından görünür ki, Nəriman onların puluna gətirdiyi taxtanı Şəkiyə atasının satış bazasına göndərib satdırmış, pulları isə mənimsəmişdir. İbtidai istintaq başlanandan sonra Nəriman və onun atası Nəbini təmsil edən vəkili İlham Nuriyev 14 və 15 fevral 2021-ci il tarixlərdə onlara zəng vurub Nəbinin onlarla görüşmək istədiyini bildirmiş, o və Əfqan görüşə razılıq vermiş və 15 fevral tarixdə axşam saat 18 radələrində Nərimanov adına parkda Nərimanın atası Nəbi və vəkil İlham Nuriyevlə görüşmüş, söhbət zamanı Nəbi bildirmişdir ki, 50.000 ABŞ dolları məbləğində borcları var, Nəbinin sözlərindən həmçinin məlum olmuşdur ki, Nəbi istintaq dövründə 7.000 ABŞ dolları məbləğində pulu oğlu Nərimana vermişdir ki, gətirib onlara versin, lakin Nəriman atasını da aldadaraq həmin pulu onlara verməmişdir. Söhbət zamanı Nəbi onlardan ərizələrini “geri götürməyi” xahiş etmiş və söz vermişdir ki, onlara əvvəlcə 20.000 ABŞ dolları ödəyəcək, bir müddətdən sonra isə 10.000 ABŞ dolları ödəyəcək, Permdəki obyekti satdıqdan sonra isə qalan pulu ödəyəcək. Onlar Nəbinin təklifi ilə razılaşmayıb pulların hamısının bir yerdə qaytarılmasını tələb etmişlər, danışıqlar vəkil İlham Nuriyevin iştirakı ilə baş vermişdir. Dəqiq tarixi xatırlamadığı 2021-ci ilin iyul ayının ortalarında vəkil İlham Nuriyev onlara zəng vurub görüşə çağırmış, Əfqanla birlikdə Nərimanov parkında İlham Nuriyevlə görüşmüş, sonuncu bildirmişdir ki, Nəbi onlara çatdırılması üçün 12.000 manat pul vermişdir. Onlar isə razılaşmayıb 12.000 manat pulu götürməyib, pulun hamısının bir dəfəyə verilməsini tələb etmişlər; ona vurulmuş 58.352 manat 50 qəpik maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə mülki iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs X8 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onu aldadaraq Keşlə yük stansiyasının qarşısında həmin dövrün məzənnəsi ilə Azərbaycan milli valyutası ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pulunu, 2018-ci ilin dekabr ayında yenə Bakı şəhəri Nərimanov rayonu Keşlə yük stansiyasının qarşısında Azərbaycan milli valyutası ilə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları məbləğində pulunu alaraq ona qarşı dələduzluq etmiş və ona cəmi - 39.100 manat maddi ziyan vurmuşdur, qeyd edilən məbləğin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə mülki iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təxminən 2013-cü ildə Bakı şəhəri, Keşlə yük stansiyasında Mehman adlı şəxslə işlədiyi zaman Təqsirləndirilən şəxslə tanş olmuş, həmin vaxt Nəriman da oraya taxta almağa gəlmiş, onu da iş yoldaşları tanış etmiş, orada bilmişdir ki, Nəriman Şəki şəhərindəndir. Tanışlıqdan sonra Nəriman taxta alıb satmaq üçün onları Şəkiyə aparmış, bunula da əlaqələri yaxınlaşmışdır. 2015-ci ilin axırları, 2016-cı ilin əvvəllərində Nərimanın atası Nəbi onların yanına gəlib, demişdir: «Mən pul verim, siz Nərimanla birlikdə işləyin». O, da öz növbəsində Nəbiyə demişdir ki, birgə iş görmək üçün pulu yoxdur. Nəbi yenə bildirmişdir: «Sənin pulun yoxdur, pulu mən verəcəyəm, sən burada çoxdan işləyirsən, hamı səni tanıyır və buranın işini də yaxşı bilirsən, qazanc da yarıbayarı şərikinə olacaq». Bundan sonra Nərimanla birlikdə işləməyə başlamış, bir ilə yaxın İrana taxta göndərmişlər, ondan sonra İranda dolların məzənəsinin qeyri-sabit olması səbəbindən İranla işi dayandırmışlar. Ondan sonra Nərimanla danışıb Rusiyaya gedib oradan taxta göndərmək barədə razılığa gəlmişlər.Həmin ərəfədə X7 Kudımka şəhərində yaşayan və taxta işinə baxan Həsənqulu adlı şəxsin burada olan tanışları vasitəsilə telefonla tanış olmuşlar və Həsənqulu onları oraya dəvət etmiş, 2016-cı ilin ortalarında Nərimanla birlikldə Nəsənqulunun yanına gedib, orada danışıb-qiymətləşib müqavilə bağlayaraq Bakıya qayıtmışlar. Həsənqulu ilə danışıqları belə olmuşdur ki, burdan Həsənquluya pul göndərirlər, Həsənqulu da taxta göndərsin. Bu minvalla işləməyə başlamışlar, təxminən 2-3 ay ərzində Həsənquluya 3 vaqonun pulunu göndərmişlər, Həsənqulu isə bir vaqon taxta göndərmişdir. Vəziyyəti belə görüb, Nərimanla razılaşmışlar ki, o Həsənqulunun yanma gedib bu işlə özü məşğul olsun. 2016-cı ilin noyabr ayında o, Həsənqulunun yanına gedib, Həsənqulu ilə birlikldə işləməyə, işlərə nəzarət etməyə başlamış, ona göndərdikləri pulun müqabilində taxtanı Nərimana göndərmişdir. Ondan sonra Nəriman yenə pul göndərmiş, o da pulu Həsənqulya vermiş və Həsənqulu da taxtanı Nərimana göndərmişdir. Orada təxminən 1 ilə yaxın işləmiş, ondan sonra Nəriman da onların yanına gəlmişi, birlikdə haqq-hesab edilmiş, ilkin hesabda Həsənqulunun 39.000 ABŞ dolları borcu qalması müəyyən edilmiş, haq-hesab etdikdən sonra Nəriman Bakıya qayıtmış, yenə əvvəlki kimi işləməyə başlamış. Ondan bir neçə ay sonra Nəriman yenə onlrın yanına gəlmiş, yenə birlikdə hesabat aparmışlar, Həsənqulunun 57.000 dollar borcu olması müəyyən edilmişdir. Həmin vaxt Nərimana demişdir: «Gəl Həsənqulunu bu işdən aralayaq, özümüz müstəqil işləyək». Lakin Nəriman onunla razılaşmayıb demişdir ki, Moskada yaşayan dayısı Həsənquludan pulunu alacaqdır. Nəriman həmçinin demişdir ki, «bu iş sənlik deyil, sən narahat olma». Ondan bir müddət sonra Nəriman, atası Nəbi və dayısı Məhəmməd oraya gəlmişlər, hamısı bir yerdə oturub hesabat aparmışlar, onda artıq Həsənqlunun 70.000 dollardan artıq borcu qalması müəyyən edilmiş, bununla əlaqədar Həsənqulunun aylıq ödəyəcəyi pul ilə əlaqədar cədvəl tutulmuş, Həsənqulu iki il yarım müddətinə həmin pulu ödəməyi öhdəsinə götürmüşdür. Orada bazada Həsənquluya yer və avadanlıqlar verilmişdir ki, o, işləyib pulu ödəsin. Ondan sonra Həsənquludan ayrılmış, o özü firma açıb işləməyə başlamış, həm də Həsənquludan pulu alıb işə sərf etməli idi. Lakin Həsənqulu pul verməmiş, Nəriman isə yenə demişdir: «Sən narahat olma, biz ondan pulu alacağıq». Bu ərəfədə Nəriman pul göndərməmiş, Həsənqulu da pul vermədiyi üçün işləyə bilməmiş, onda məcbur qalıb Nərimana etibarnamə göndrəmişdir ki, özünə məxsus «Tuareq» markalı maşını satıb pulunu göndərsin ki, işləyə bilsin. Nəriman da maşını satıb pulunu göndərmişdir. Onun göndərdiyi puldan iki vaqon taxta düzəltmiş, Nəriman demişdir ki: «həmin taxtanı Bakıya göndərmə, Tofiq əlimizdən alacaq». Artıq həmin vaxt Nəriman demişdir ki, Tofiqdən 55.000 dollar pul alıb. Həmin ərəfədə Nəriman pul göndərməmiş, burada qalan ailəsinə də pul verməmişdir. Odur ki, məcbur qalıb dostu Zahiddən xahiş etmişdir ki, bir vaqonun pulunu göndərsin, ona taxta göndərsin. Zahid 600.000 rubl pul göndərmiş, həmin pulun müqabilində ona bir vaqon aşağı keyfiyyətli taxta göndərmişdir. Axırda vəziyyəti belə görüb Nərimana demişdir ki: “sən pul göndərmirsən, mən artıq burada qala bilmirəm”. Bundan sonra Nəriman pul göndərmiş, ona iki vaqon taxta göndərmiş və qayıdıb Bakıya gəlmiş, 2-3 gündən sonra Nərimanla haqq-hesab etmək üçün Şəkiyə getmiş, orada hesabat aparmış, nəticədə müəyyən etmişlər ki, Həsənquluda 72.000 ABŞ dolları pul qalıb, 130.000 ABŞ dolları bazanın alınmasına pul xərclənib və baza yerindədir, 6.700 ABŞ dollarına «Niva» markalı maşın alınmış, o da orada qalmışdır. Həsənqulunun son göndərdiyi 3 vaqon taxtanı Nəriman atası Nəbinin Şəki şəhərində olan bazasına göndərmişdir. Bundan əlavə, axırda göndərdiyi iki vaqon taxtanı da Tofiqgildən gizlədib atasının obyektinə göndərib. Onunla işləməyə başladığım müddətdə Nəriman ona və ailəsinə 23.000 dollar pul vermişdir. Bu da hesabatda öz əksini tapmışdır. Əslində isə Nərimanla aralarında olan razılığa əsasən bütün qazanc aralarında yarı bölünməli idi. Axırda isə Nənimanın sözü belə olmuşdur ki, Tofqdən aldığı 57.000 ABŞ dollarının qaytarılmasna şərik olsun. O isə Nərimanla razılaşmamış, çünki bu müddət ərzində Nəriman bütün qazancı özünə götürmüş, ona həmin qazancdan heç nə verməmişdir. 2019-cu ilin fevral ayının axırlarında Tofiq və Əfqanla birlikdə Şəkiyə getmiş, oraya getməkdə məqsəd o olmuşdur ki, hesabat aparılsın, kimin kimə nə qədər borcu olduğu aydınlaşdırılsın. Şəkiyə gedəndə yolda olduqları zaman Tofiq Nərimana zəng vurub atası Nəbini soruşmuş, o isə bildirmişdir ki, Nəbi xəstəxanadadır. Onda Tofiıqə demişdir ki, Nəriman yalan deyir, onlar ya dayısını, ya da başqa kimi isə gözləyir. Şəkiyə çatdıqdan sonra Nəbi onları qarşılayıb Nizami adlı şəxsin obyektinə aparmış, onlar oraya çatanda Nizami adlı şəxs də gəlmiş, onda Tofiqgilə demişdir ki: “gördünüz, mən deyən oldu”. Birlikdə otağa keçmişlər, orda həmin şəxs özünü təqdim edib, Nizami olduğunu bildirmişdir. Onda yadına düşmüşdür ki, Rusiyada olduğu zaman Nəriman zəng vurub demişdir: «Sən narahat olma, atam bir nəfər «başkəsən» tapıb, o, Həsənquludan pulu alacaq, Həsənqulunu sənin qabağına qoyacaq, onun üzünə tüpürərsən». Şəkidə Nizamini görəndə yadına düşmüşdür ki, bu Nərimanın dediyi həmin «başkəsən» Nizamidir. Bir az söhbət etdikdən sonra Nizami birinci olaraq ona demişdir: «Bu kişilərin pulunu niyə vermirsən», ona cavab verib demişdir ki, onların pulu onda deyil, pul Nərimangildədir. Bu cavabdan sonra Nizami onu susdurmaq istəmiş, danışmaq istəyənədə imkan verməmiş, Nizami ona qarşı kobudluq etdiyi üçün hirslənmiş, halı pisləşmiş, ona Tofiq ürək dərmanı vermiş və o, çölə çıxıb bir az sakitləşdikdən sonra yenə söhbət etmişlər. Nizami onun düz deməsini görüb, başqa söz deyə bilməmiş və sonra demişdir ki, «Rusiyaya gelib Həsənquludan pulu alaq, sonra da Nəriman Tofiqgilin pulun versin». Ondan sonra Nərimangilin Tofıqgilin pulun vermək istəmədiyini və həmin pulu onun ayğına yazmaq istədiklərini görüb, Nərimangildən nə desən gözləmək, sonuncuların onun özünə və ailəsinə qarşı nə desən eliyə biləcəklərini düşünüb ərizə ilə Prezidentə müraciət etmişdir. Həmin ərizə ilə ədaqədar Şəki rayon PŞ-də araşdırma aparılmış, onu çağırıb izahat alınmış, lakin həmin aradırmanın nəticəsi barədə heç bir məlumat verilməmişdir. X9 rayonunda taxta emal etmək üçün sex alınmış, həmin sexin təmiri ilə birlikdə 110.523 ABŞ dolları məbləğində pul xərclənmiş, həmin sexə xərclənən və və gələnə kimi olan bütün xərclərin hesabatını aparmış, sexə xərclənən və Həsənə verilən pullarla birlikdə 194.055 ABŞ dolları məbləğində pul təşkil etmişdir. Bakıya qayıdandan sonra Nərimanla birlikdə hesabat aparmış, həmin hesabatın bir surətini Tofiq təqdim etmişdir. Kudımkada Nərimanın dayısı və atası Nəbi ilə birlikdə hesabat aparılıb və həmin hesabat əsasında Həsənin 70.000 dollar borcu olması müəyyən edilib. Bura qaydandan sonra isə onlar arasında olan işlərə dair də hasabat aparılmış, öz hesabatını, evinə verdiyi pulları çıxarmış, lakin Nəriman özünün xərclədiyi pulların hesabatını çıxarmamışdır. Həmin hesabatı aparanda Həsənin göndərdiyi 2 vaqon taxtanın hesabatını, həmin 2 vaqon taxtanı kimə satması və nə qədər gəlir əldə etməsini ortaya çıxarmamışdır. Nəriman özü də təsdiq etmişdir ki, Nərimanın göndərdiyi pulun müqabilində o, Rusyiadan taxta göndərmiş və öz üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Nərimanın burada kimləri aldadaraq pul alması və Rusiyadan ona göndərdiyi taxtanı həmin pul aldığı şəxslərə vermək əvəzinə atasına verib satdıraraq pulu ələ keçirəməsini sonradan bilmiş, indi isə Nəriman həmin şəxslərdən aldığı pulu onun üstünə yıxıb ödətdirmək istəyir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə və işin faktikti hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs Keşlə yük stansiyasıda taxta satışı ilə məşğul olmuşdur. 2016-ci ildə Rusiya Federasiyasının X6 şəhərində taxta sexi olmuş, həmin sex oğlu Nərimanın həyat yoldaşı X3 adına rəsmiləşdirilmiş, taxta sexini oğlu Nəriman və Şahid1 ilə birlikdə işlətmişlər. Əhəd Rusiya Federasiyasında olan taxta sexini işlətmiş və orada yaşamışdır. Nəriman da arabir Rusiya Federasiyasına gedərək işlə maraqlanmışdır. Sex taxta materiallarının emalı və satışı təyinatı ilə işləmişdir. Özünə məxsus, Şəki şəhərində taxta materialları satışı mağazası 2005-ci ildən fəaliyyətdə olmuşdur. Perm şəhərindəki taxta sexindən Bakı şəhəri, X20 Stansiyasında taxta materialları gətirilmiş və oradan həmin materiallar Şəki şəhərinə ona məxsus mağazaya göndərilmişdir. X22 X2 Tofiqlə tanış olmuş, onlar arasında taxta materiallarının Rusiya Federasiyasından Bakı şəhərinə gətirilib satılması barədə şifahi danışıqları olmuş, aralarında hər hansı bir müqavilənin olması məlum deyildir. Tofiq adlı şəxslə Əfqan adlı şəxs 2019-cu ilin əvvəllərində iki dəfə Şəki şəhərinə gələrək Nərimanın onlara taxta materiallarının satışı ilə əlaqədar 55.000 ABŞ dolları borclu olduğunu söyləmişlər. Birinci dəfə Tofiq və Əfqan adlı şəxslərə bildirmiş ki, əgər oğlunun borcu varsa öyrənib ödəyər. Həmin vaxt Nəriman Şəki şəhərində olmadığına görə onlara dəqiq cavab verə bilməmiş, ikinci dəfə onlar Şəki şəhərinə gəldikləri zaman Nəriman və Əhəd da orada olmuş, Nəriman demişdir ki, Tofiq və Əfqana taxta materialları gətirilib satılması ilə əlaqədar heç bir borcu yoxdur. Əhəd isə demişdir ki, onun bu söhbətə aidiyyəti yoxdur. Tofiqgilin pulundan 15.000 ABŞ dolları Permdə xərcləmiş, 23.000 ABŞ dollarını ailəsinə göndərmiş, bir vaqon taxta materialını da Nərimanın xəbəri olmadan Tofıqlə Əfqana göndərmişdir. Onda Tofiq və Əfqana bildirmişdir ki, oğlunun sonunculara borcu yoxdur. İkinci dəfə onlarla söhbət etdiyi zaman qeyri-rəsmi şəriki Nizami də yanlarında olmuş, o, bir ağsaqqal kimi oturub söhbətə qarışmamışdır. Tofiq və Əfqandan alınan pulların hamısını oğlum Nəriman qaytarmış, həmin puldan 7.000 ABŞ dolları məbləğində pulu mən X23 Stansiyasında vermiş, həmin vaxt Nəriman Rusiyada olmuş, oradan göndərmişdir. Beləliklə Tofiq və Əfqana heç bir borcları yoxdur, onların pulunu tam olaraq qaytarmışlar. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş şəxslər istintaqa verdikləri ifadələrini təsdiq etmişlər (2-ci cild iş vərəqi 23-27, 28-32). Cinayət işinin ibtidai istintaqı zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları, yəni Tofiq və Əfqandan pul almadığını, pulun hamısını Nərimanın özünün aldığını, həmin pulun müqabilində Rusiyadan taxta göndərdiyni və həmin taxtanı Nəriman atası Nəbinin Şəki şəhərində yerləşən taxta satışı obyektində satdıraraq pulu mənimsədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid1 göstərdiklərini təkzib edən heç bir dəlil gətirməmişdir (2-ci cild iş vərəqi 33-38). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 170-171). İşdə olan 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 12-13). İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə zalından buraxılmışdır (2-ci cild iş vərəqi 65-68). İşdə olan 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik şəxsdən daxil olmuş 18 fevral 2022-il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 0,04 hektar torpaq sahəsi və 0,0107 hektar həyətyanı sahəsi vardır. Mülki iddianın təmin edilməsi - vurulmuş zayanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs adına olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 0,04 hektar torpaq sahəsinin və 0,0107 hektar həyətyanı sahənin üzərlərinə həbs qoyulmalı, mülki iddia Təqsirləndirilən şəxs adına olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 0,04 hektar torpaq sahəsinin və 0,0107 hektar həyətyanı sahənin üzərilərinə vurulmuş ziyan həddində yönəldilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxsa təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etməsi təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sankisyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir, bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür; dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Qeyd olunan qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində tutulan cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmaqla cəzaçəkməsinin başlanğıcının 10 may 2022-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə zamanı Zərərçəkmiş şəxs1 58.352,50 manat və Zərərçəkmiş şəxs2 39.100 manat pulun onlara ödənilməsinə dair dair mülki iddialar vermişlər, mülki iddialar icraata qəbul edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iş üzrə mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 58.352,50 manat və Zərərçəkmiş şəxs2 39.100 manat pulun onlara ödənilməsinə dair mülki iddialar təmin edilməli, 58.352,50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 oğluna və 39.100 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Mülki iddianın təmin edilməsi - vurulmuş zayanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs adına olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 0,04 hektar torpaq sahəsinin və 0,0107 hektar həyətyanı sahənin üzərlərinə həbs qoyulmalı, mülki iddia Təqsirləndirilən şəxs adına olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 0,04 hektar torpaq sahəsinin və 0,0107 hektar həyətyanı sahənin üzərilərinə vurulmuş ziyan həddində yönəldilməlidir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 10 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 58.352,50 manat pulun və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 39.100 manat pulun ödənilməsinə dair mülki iddialar təmin edilsin, 58.352,50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və 39.100 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddianın təmin edilməsi - vurulmuş zayanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs adına olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 0,04 hektar torpaq sahəsinin və 0,0107 hektar həyətyanı sahənin üzərilərinə həbs qoyulsun, mülki iddia Təqsirləndirilən şəxs adına olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 0,04 hektar torpaq sahəsinin və 0,0107 hektar həyətyanı sahənin üzərilərinə vurulmuş ziyan həddində yönəldilsin. Hökmün mülki iddianın təmin olunması hissəsində icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutların və ekspertiza xərclərinin olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar