Məhkəmə qərarları › İş №1(101)-272/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-272/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-272/2023 11.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:40 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs (mülki idiaçı) Zərərçəkmiş şəxs nümayəndələri - fərdi qaydada fəaliyyət göstərən vəkil X11 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X7, Azərbaycan-rus dilləri üzrə tərcüməçi X3 iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını talamaqla mənimsəmiş və israf etmişdir. Belə ki, o, kadrlar şöbəsinin müdiri vəzifəsində işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Zərərçəkmiş şəxs ona etibarnamə ilə bütün banklarda tam səlahiyyətli nümayəndəsi olmaq, hesabları üzərində sərəncam vermək, adından sənədlər imzalamaq səlahiyyətlərini həvalə etməsi ilə əlaqədar işinin xarakterinə və ona inanılıb həvalə edilmiş vəzifəsinə, eləcə də aralarında olmuş sevgi münasibətlərindən irəli gələn inam və etibardan istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talamaq qərarına gəlib 2019-cu il sentyabr ayının əvvəllərində qeydiyyatda olmaqla yaşadığı ünvan 3 ünvanında yerləşən seyfə Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilib saxlanılması üçün yerləşdirilmiş 300.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 510.000 manat məbləğində pul vəsaitini, 2019-cu il dekabr ayının əvvəllərində etibar edilib saxlanılması üçün ona verilmiş 100.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 170.000 manat məbləğində pul vəsaitini, eləcə də xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-də olan hesaba etibar edilib saxlanılması üçün yerləşdirdiyi 29.377 ABŞ dolları məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs tərəfindən xərclənmiş 5.715 ABŞ dolları məbləğində hissəsini çıxıldıqdan sonra hesabda qalan 23.662 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 40.225 manat məbləğində pul vəsaitini, yəni ümumilikdə milli valyuta ilə 720.225 manat təşkil edən 423.662 ABŞ dolları məbləğində pul vəsaitini 2019-cu ilin sentyabr ayının əvvəllərindən 07 dekabr 2021ci il tarixə kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq həmin pul vəsaitindən tanışı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xadimə işləyən Şahid1 ümumilikdə 50.000 manat məbləğində yardımlar edərək, bundan əlavə 2020-ci ilin sonlarında keçmiş sevgilisi Şahid2 30.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 51.000 manat məbləğində pul vəsaiti verərək, bundan əlavə 2021-ci ilin mart-iyul ayları ərzində rəfiqəsi Şahid5 2730 manat məbləğində pul vəsaiti verərək, ümumilikdə 103.730 manat pul vəsaitini israf etmiş, qalan 616.495 manat pul vəsaitini mənimsəyərək Zərərçəkmiş şəxs məxsus ümumilikdə milli valyuta ilə 720.225 (yeddi yüz iyirmi min iki yüz iyirmi beş) manat təşkil edən 423.662 (dörd yüz iyirmi üç min altı yüz altmış iki) ABŞ dolları məbləğində pul vəsaitini, yəni ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək hüququndan istifadə edib sərbəst ifadə verməkdən və sualları cavablandırmaqdan imtina etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi ayrı-ayrı ifadələri bütünlüklə məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il və 07 avqust 2021-ci il tarixlərdə Bakı şəhər Baş Polis İdarəsində verdiyi ifadələrində göstərmişdir ki, 2018-ci il sentyabr ayında Zərərçəkmiş şəxs rəhbəri olduğu Murov TSK şirkətində işləməyə başlamışdır. O, Zərərçəkmiş şəxs uzun müddət idi ki, onların binasında kirayə yaşadığı üçün tanımış, həmçinin atası ilə yaxın dost münasibəti olmuşdur, ona görə də münasibətləri çox yaxşı olmuşdur. Əfqan daimi olaraq evdə tək qalmış, arada ailəsi rayondan Bakı şəhərinə gəlib Əfqanın yanında qalıb getmişlər. Əfqanın evinə daimi olaraq o, baxmışdır. Şahid2 o, 2014cü ildən tanımış, həmin vaxtlarda o, Paşa İnşaat şirkətində işləmişdir, Rauf da iş icraçısı kimi orada işləmiş, 2017-ci ilə qədər aralarında sevgi münasibətləri olsa da sonradan sevgi münasibətlərini bitirmişdir. Lakin, Raufla dost münasibətləri qalmışdır. Şahid1 o, "xxxx"da işləməyə başlayandan sonra tanımışdır. Mehriban onların şirkətində xadimə kimi qeyri-rəsmi işləmişdir. Zərərçəkmiş şəxs Mehribana hər ay 150 manat əmək haqqı ödəmiş, bundan başqa Mehriban ofisə həmişə ərzaqla bağlı bazarlıq etmiş, etdiyi bazarlığın pulunu da Zərərçəkmiş şəxs ödəmişdir. Şahid1 istifadəsində 055- ***-**-** nömrəsi olmuş, həmin nömrədən başqa onun 3 ədəd də başqa nömrəsi olmuşdur, ancaq həmin nömrələri o, bilməmişdir. Özü isə 2018-ci ildən ***-***-**-** nömrəsini işlətmiş, həmin nömrədən başqa istifadəsində heç bir nömrə olmamışdır. Nömrəni ona Zərərçəkmiş şəxs almışdır, nömrənin kimin adına olduğunu bilmir. O, “WhatsApp” proqramından istifadə etmir, 2018-ci ildən bəri onun heç bir zaman “WhatsApp” proqramı olmamışdır. O, “WhatsApp” proqramı istifadə etmək lazım olanda anasının istifadəsində olan ***-***-**-** və ya atasının istifadəsində olan ***-***-**-** nömrələrində olan “WhatsApp” proqramından istifadə etmişdir. 2019-cu ilin avqust ayının axırlarına qədər olan müddət ərzində o, Şahid2 heç bir zaman borca pul verməmiş, nə də ki, Rauf ona heç bir məbləğdə pul verməmişdir. Həmin vaxtlarda axşam evdə olarkən rəfiqəsi «Delya» deyə çağırdığı Şahid5 zəng edərək xəbər vermişdir ki, o, Şahid2la əlaqə saxlasın. O da Raufla danışmış, Rauf onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra onlar Hökümət evinin arxasında görüşmüşlər, Rauf ona müəyyən problemləri olduğunu və həmin problemləri həll etmək üçün pula ehtiyacı olduğunu, bu səbəbdən ondan köməklik etməyini xahiş etmiş, o, Raufdan nə qədər pul lazım olduğunu soruşduqda Rauf 60000 ABŞ dolları məbləğində pula ehtiyacı olduğunu demiş, o da Raufa köməklik edəcəyimi demişdir. Həmin vaxtlar da onun evdə 60000 ABŞ dolları məbləğində pulu olmuş, təxminən 3 və ya 4 gün sonra sentyabr ayının əvvəllərində evdə olan 60000 ABŞ dolları məbləğində pulu götürüb Raufa Hökümət evinin yanında, Abşeron otelinin yaxınlığında qəhvəyi rəngli kağız torbada vermişdir. Həmin vaxt Rauf ona nə vaxt ona pul lazım olarsa həmin pulu qaytaracağını demişdir. Onun Şahid2 həmin məbləğdə pul verməyini heç kim bilməmişdir. 10 senyabr 2019-cu ildə Zərərçəkmiş şəxs pulunu saxlamaq üçün seyf almaq istədiyini, lakin qaldığı ev öz evi olmadığına görə orada seyfi qoya bilmədiyini, onların evində isə daimi olaraq adam olduğu üçün seyfi onların evinə qoymaq istədiyini demiş, o da etiraz etməyərək razılaşmışdır. Bundan sonra Əfqanın onda olan pulundan 1840 manat götürüb Rəşid Behbudov küçəsində yerləşən seyf satışı mağazasından seyf almış və 60 manat pul gətirilməsinə verərək həmin seyfi evə qaldırmışdır. Seyfi qaldırıb giriş qapısı ilə üzbəüz yataq otağında qapının arxa hissəsinə qoymuşdur. Həmin seyfin iki böyük açarı və iki balaca açarı olmuş, onlar da seyfin içərisində sellofan torbada ağzı bağlı vəziyyətdə olmuşdur. Bundan başqa seyfin təlimat kitabçası olmuş, həmin təlimat kitabçasına uyğun olaraq seyfin qapısına kod qoyulmalı imiş. Yəni seyf açarla açılandan sonra kod yığılmalı və bundan sonra seyfin qapısı açılırmış. Həmin seyfi alandan sonra həmin gün orada heç bir məbləğdə pul qoyulmamış, həmçinin seyfin qapısı açıq vəziyyətdə olmuşdur. 2019-cu ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs rayondan gəlmiş və çantada 300000 ABŞ dolları və 20000 manat pul gətirib seyfə yerləşdirmiş, həmin vaxta qədər seyfin açarları içərisində sellofan torbada olmuş, Əfqan açarları selofandan çıxarmış və təlimata əsasən seyfin qapısına kod daxil etmiş, daxil etdiyi kodu ona deməmiş və seyfin açarlarının hamısını özü ilə götürüb çıxıb getmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində, 5-də və ya 6-da Əfqan ona 60000 ABŞ dolları məbləğində pul vermiş və demişdir ki, həmin pulu o evdə saxlasın, o da razılaşmışdır. Həmin pulu götürmüş və evdə saxlamışdır. Bundan təxminən 5 və ya 6 gün sonra Rauf onun rəfiqəsi Yana Şirəliyevaya zəng edərək Raufla əlaqə saxlamağını xahiş etmiş, o da etiraz etməyərək razılaşmış və Raufla danışandan sonra həmin gün axşam saat 22-23 radələrində yaşadığı evin yaxınlığında Raufla görüşmüşdür. Rauf yenə də müəyyən problemləri olduğunu və bu səbəbdən 80000 və ya 90000 ABŞ dolları məbləğində pula ehtiyacı olduğunu bildirmiş, o da həmin məbləğdə pulun olmadığını deyəndə Rauf əgər o, istədiyi məbləğdə pulu verməsə onun əvvəllər Raufdan əvvəlki sevgilisi ilə olan şəkillərini internetdə yayacağını demiş, buna görə də Raufa istədiyi məbləğdə pulu 60000 ABŞ dolları məbləğində pulu təxminən 2 və ya 3 gün sonra saat 18-19 radələrində Raufla yaşadığı evin yaxınlığında görüşüb Raufa vermişdir. Həmin vaxt Rauf bilmişdir ki, pul onun deyil. 2020-ci ilin iyun ayının sonlarında onunla Zərərçəkmiş şəxs arasında sözlə mübahisə olmuş, o da cavab qaytardığı üçün Əfqan onu işdən çıxartmışdır. Həmin vaxt Əfqanla pulların hesabatını etmiş, həmin vaxt Raufa verdiyi 60000 ABŞ dolları məbləğində Zərərçəkmiş şəxs məxsus pulu hesabatda müəyyən xərclərdə ört-basdır etmişdir və Zərərçəkmiş şəxs 60000 ABŞ dolları məbləğində pulu Raufa verdiyini bilməmişdir. O da Raufdan həmin pulu istəməmişdir. 30 iyun 2020-ci il tarixdə rəsmi olaraq işdən azad olunmuş, həmçinin Zərərçəkmiş şəxs gəlib onların evində olan seyfdəki 300000 ABŞ dolları məbləğində olan pul həmçinin 20000 manat pulun seyfdə olduğunu yoxlamışdır. Ümumiyyətlə seyfin açarı həmişə Əfqanın özündə olmuşdur. 08 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs onu işə bərpa edərər kadrlar şöbəsinin müdiri vəzifəsinə işə götürmüş və o, bundan sonra yenə də həmin TSK-da işini davam etdirmişdir. O, işə qayıdandan sonra Mehriban işdə ona onun işə qayıtmağında sonuncunun əməyi oluğunu, buna görə də ona hörmət etməli olduğunu bildirmişdir. O isə Mehribana heç bir məbləğdə pul verməyəcəyini demiş, belə olduğu halda Mehriban ona bildirmişdir ki, özü bilir necə edəcəkdir. 2020-ci ilin sentyabr ayının axırlarında vətən müharibəsi başlayandan sonra Əfqan müharibədə iştirak etmək üçün getmiş, ofisin bütün işlərini o, görmüşdür. Həmin vaxt Əfqan seyfin açarlarını özü ilə götürmüşdür. 2021-ci ilin mart ayında o, ofisdə qəflətən özünü pis hiss etməyə başlamış, tez-tez qaytarmış, həmin vaxtlarda o, Mehribanla ofisdə söhbət edən zaman Mehriban ona demişdir ki, həm Zərərçəkmiş şəxs evinin açarını, həmçinin seyfin, o cümlədən onların evilərinin açarlarnın dublikatını çıxarmış, bundan sonra seyfdən pulları götürmüşdür. Həmçinin ona demişdir ki, əgər o, kiməsə bu barədə desə onu öldürəcəkdir. Söhbət zamanı Mehriban ona demişdir ki, 75000 ABŞ dolları məbləğdə seyfdən pul götürüb evlərini təmir etmiş, bundan başqa 6000 ABŞ dolları məbləğində pulu götürüb lombard kreditlərini bağlamış, 80000 ABŞ dolları Nardaran qəsəbəsində və Qara Qarayev metrostansiyasınm yaxınlığında yaşayan Güllü adlı hicab taxan qadına vermiş, 10000 ABŞ dolları məbləğində pulla rəhmətə getmiş ərinin qəbrinin üstünü götürmüş, 60000 ABŞ dolları məbləğində pulla oğlu üçün “Mercedes Vito” markalı avtomobil almış, həmçinin 5000 ABŞ dolları məbləğində pulla özü üçün ad günü məclisi təşkil etmişdir. Həmçinin Zərərçəkmiş şəxs evindən 5 ədəd köynək, qablar, bahalı kostyum və digər əşyalar götürmüş, onun adına Bank Respublikada açılmış içərisindəki pullar Zərərçəkmiş şəxs məxsus olan pullardan istifadə edərək özü üçün Maxi.az-dan əşyalar götürmüşdür. Daha sonra isə müəyyən müddət keçəndən sonra o, bunlar barədə Zərərçəkmiş şəxs məlumat vermiş, həmçinin Nəsimi Polis İdarəsində araşdırma gedən zaman "xxxx"nın ofisinin mətbəxindəki şkafın gözündən seyfin dublikat açarını tapıb götürmüş və həmin açarı Əfqana təhvil vermişdir. Daha sonra isə Əfqan Mehribanı işdən çıxartmış, bundan sonra o, yenə də mətbəxdən 3 ədəd Zərərçəkmiş şəxs evinin açarının dublikatını tapıb həmin açarı da Əfqana təhvil vermişdir. Əvvəllər heç bir zaman seyfin açarı onda olmamış, Əfqan ona seyfin açarını birinci dəfə səhv etmirsə 27 və ya 28 may 2021-ci il tarixdə vermiş, həmin vaxta qədər onda seyfin açarı və ya kodu olmamışdır. Korporasiyanın möhürü və digər lazım olan sənədlər ofisdə Zərərçəkmiş şəxs otağında şkafda saxlanılmış, həmin şkafın qapısı açarla bağlanmış, açar da onunla Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs evindən geyim əşyaları və digər əşyaların oğurlanmasını bu barədə o Əfqana deyəndə xəbəri olmuşdur. O da Əfqana bu barədə 2021-ci ilin səhv etmirsə iyun ayında məlumat vermişdir. Bir dəfə vətən müharibəsi qurtarandan sonra Zərərçəkmiş şəxs artıq müharibədən qayıtmalı olmuş və bunun üçün o, evə bazarlıq etməli olmuşdur. Həzi Aslanov metrostansiyasınm yaxınlığında yerləşən “Bravo” marketdən Mehribanla birlikdə bazarlıq edib evə gətirmişdir. Mehriban da ona kömək edərək Zərərçəkmiş şəxs yaşadığı evə qalxmışdır, bir də artıq 2021-ci ilin may ayının axırlarında Zərərçəkmiş şəxs bacısı gələndən sonra evə getmişdir. O, Zərərçəkmiş şəxs paltarlarını kimyəvi təmizləməyə verməli olmuş, Mehriban da digər iş yerlərinə gedəndə o Mehribandan xahiş etmişdir ki, paltarları kimyəvi təmizləməyə versin. Həmin vaxt paltarların bir hissəsini Mehriban özünə götürmüşdür (cild 1, iş vərəqə 81-86; 125-128). İbtidai istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon prokurorluğuna verdiyi ifadələrində göstərmişdir ki, ilkin etirafedici izahat və ifadələrini Zərərçəkmiş şəxs tələbi ilə, onu təzyiqi altında vermiş, ifadələrində göstərdiyi xüsusatlar həqiqətə uyğun olmamışdır və özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə, ümumiyyətlə hər hansı cinayət işi üzrə təqsirli bilmir. 2018-ci il sentyabr ayında uzun müddətdir qonşuları olan Zərərçəkmiş şəxs atası Vyaçeslavla birlikdə işlədiyi üçün atasına köməkçi və sənədlərlə iş üzrə mütəxəssis axtardığını və onun da CV göndərməyini istəmişdir. O, həmin vaxta qədər Zərərçəkmiş şəxs adlı qonşusu olduğunu bilmiş, lakin Əfqanla ünsiyyəti olmamışdır. O da işsiz olduğu üçün 18 sentyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs rəhbəri olduğu "Murov” TSK-ya CV göndərmiş, növbəti gün 19 sentyabr 2018-ci il tarixdə Əfqan ona zəng edərək işə qəbul olduğunu demiş və işə gəlməyini bildirmişdir. O da həmin gündən əmrlə sənədlər üzrə nəzarətçi vəzifəsində işə başlamışdır. Təxminən bir-iki gün sonra işlə bağlı Əfqanla birlikdə Türkiyəyə getmiş və bir neçə gün sonra qayıtmışlar. Zərərçəkmiş şəxs ona çox yaxşı münasibət göstərmiş, 300 manat rəsmi əmək haqqı almış, bundan əlavə isə ayda 500, 700 manat əlavə pul da vermişdir. Paltarına, evinin ərzağına qədər Əfqan almış, ona və ailəsinə diqqət göstərmişdir. 2018-ci ilin sentyabr ayında Əfqan onun atasından onların evinə qeydiyyata düşmək istədiyini dedikdə, atası razı olmuş, Əfqan da evə qeydiyyata düşmüşdür. 2018-ci il sentyabr ayında ona şirkətin işlərinin görülməsi ilə əlaqədar səlahiyyətlərini həvalə etdiyi etibarnamə də vermişdir. Şirkətin demək olar ki, bütün işlərini o, görmüşdür. Zərərçəkmiş şəxs özü demək olar ki, iş görməmiş, ona etibar etmişdir. 2019-cu il oktyabr ayında Əfqan onların evinə seyf qoymaq istədiyini demiş və atası Vyaçeslavdan icazə aldıqdan sonra Əfqanla birlikdə mağazadan seyf seçmişlər. Bundan sonra həmin seyfi sifarişlə onların evinə gətirmişlər və seyfi o qəbul edib ödənişi də etmişdir. Seyfi evə yerləşdirəndə evdə o, olmuş və seyf onun yataq otağına yerləşdirilmişdir. Həmin vaxt açarları təhvil almış və bundan bir neçə gün sonra Əfqan rayondan çamadanla evə gəlmişdir. O açarları paketdə Əfqana təhvil vermiş və Əfqan da seyfə şifrə qoymuşdur. Seyf Əfqanın olduğu üçün o, otağa girməmiş, Əfqan isə göy rəngli çamadanla onun otağına girmiş, seyfin qapısını bağlayıb, şifrə qoyub çamadanla da otaqdan çıxmışdır. O Əfqanın nə qədər pul qoyduğunu bilməmişdir. Əfqan həmin seyfi şəxsi pullarını saxlamaq üçün alıb onun evinə qoymuşdur. O əvvəl nəyə görə öz evinə qoymadığını soruşduqda Əfqan ona “onsuzda sizin evdə qeydiyyatdayam” demişdir. Bundan sonra Əfqan üç dəfə həmin seyfdən pul götürmüşdür. Belə ki, birinci dəfə səhv etmirsə 2018-ci ilin axırı 2019-cu ilin əvvəlində onlara gələrək seyfdən dediyinə görə 300000 ABŞ dolları pul götürmüş və özünə “BMW” markalı avtomobil almışdır. İkinci dəfə 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində yenidən gələrək dediyinə görə 400000 dollar götürmüş və oğlu Ülvi Zeynalova “Range Rover” markalı avtomobil almışdır. Üçüncü dəfə isə 100000 dollar götürüb övladları və nəvələrinə hədiyyə vermişdir. Əfqan həmişə ailəsi və yaxınlarına, eləcə də ona bahalı elektronika əşyaları, zinət əşyaları almışdır. O, Əfqanla 4-5 dəfə Türkiyə Respublikasında olmuş və hər dəfə ona bahalı qızıl-zinət əşyaları almışdır. 2019-cu ilin mart ayından isə Əfqanın əvvəlki köməkçisi Ceyhun Əliyevlə mübahisəsi yarandıqdan sonra Ceyhun Əliyev işdən çıxmışdır. Ceyhun Əliyev orada rəsmi olaraq işləməmiş, sürücü və köməkçi kimi işləmiş, həm Əfqanın şəxsi və ailə işlərini, həm də işlə bağlı pul köçürmələrini etmişdir. 2019-cu il mart ayında Ceyhunla pul üstündə mübahisəsi yaranmış, buna görə də Ceyhun işdən çıxmışdır. Bundan sonra Əfqan həmin pul köçürmələri və şəxsi işlərini ona həvalə etmişdir. Həmin vaxtdan şirkətin işləri ilə bağlı pulları o, qəbul etmiş və həmin pullardan işçilərin maaşları, şirkətin xərclərini ödəmişdir. Həmin pullar onda olmuş, Əfqan hər dəfə pul istəyəndə həmin puldan verib özündə qeydiyyat aparmışdır. Hal-hazıradək müxtəlif vaxtlarda 2.000.000 manat ona pul verilmiş və həmin pullar da Əfqanın ailəsinə, şəxsi xərclərinə, iş xərclərinə xərclənmiş və onun tərəfindən hesabatı aparılmışdır. O, həmin pulları evdə seyfin yanında çantada saxlamışdır. Seyfin açarı onda olmadığı üçün seyfə qoya bilməmişdir. Lakin, evdəki seyfdə olan pulları isə Əfqan dediyinə görə şəxsi pulları olmuş və yalnız özü həmin pulları götürmüşdür. Zərərçəkmiş şəxs 90-cı illərdə müharibədə kontuziya aldığı üçün mütəmadi psixotrop tərkibli dərmanlar qəbul etmiş, kontuziya səbəbindən əsəbləri gərgin olduqda ona və digər işçilərə əsəbiləşmiş, lakin sonradan etdikləri ağlına gəlməmişdir. Hətta dəfələrlə dərmanlarını da qarışdırdığına və vaxtlıvaxtında atmadığına görə vəziyyəti pisləşirmiş. O, həmişə Əfqanın dərmanlarına və səhhətinə fikir vermiş, Əfqan bir neçə dəfə rayona getdikdə yenə də dərmanlarını düzgün atmamış, hər dəfə ağır vəziyyətdə və əsəbi vəziyyətdə qayıtmışdır. 2021-ci il aprel ayında Əfqanın qızdırması qalxmış və ev şəraitində olmuşdur. Bütün gün öskürmüş, həmin vaxt öz evində qalmış, Əfqanın qayğısına o, qalmışdır. Əfqan öz uşaqlarına da inanmadığı üçün onları yanına buraxmamışdır. O, həmin vaxt uşaq pediatrı olan həkim tanışı Natalya Molotsovaya müraciət etdikdə həkim ona “nebulayzer aparatı al” demişdir. O da həmin aparatı iki dəfə istifadə etmiş, sonradan istifadə etməmiş və vəziyyəti yaxşılaşmışdır. Bütün müayinələri etdirdikdə qan göstəricilərinin, xolesterinin yuxarı olduğunu görmüşdür. Əfqanın bacı və qardaşları mütəmadi onunla əlaqə saxlamış və səhhəti barədə fikir əldə etmişlər. Həmin ərəfələrdə Əfqan uzun illərdir qəbul etdiyi “klonazepam (Rivotril)” adlı dərmanı artıq qəbul etmək istəməmiş, çünki həmin dərman ona yaxşı təsir etməmiş, psixotrop tərkibli olmuşdur. Buna görə də psixiatr Gəray Gərayzadənin yanına getmiş və həkimin yazdığı dərmanları qəbul etməyə başlamışdır. O, hər gün Gəray Gərayzadə ilə mütəmadi danışmış və dərmanların qəbulunu nəzarətdə saxlamışdır. Lakin, bir həftə resept dərmanlarını qəbul etdikdən sonra yenidən “klonazepam” adlı dərman istifadə etmişdir. Çünki, həmin dərman psixotrop tərkibli olduğundan asılı olmuş, bu dərmanlarla klonazepamı qarışdırdığı üçün halı pisləşmişdir. Hətta həkim də həmin dərmanları qarışdırmamasını demişdir. Lakin, Əfqan uşaq kimi olduğundan yenə də klonazepamı qəbul etmiş, buna görə də vəziyyəti pisləşmişdir. Həmin vaxtlar o, Əfqanın qardaşı Kamal Zeynalova zəng vuraraq “evdəkilər də xəstədir, mən çatdıra bilmirəm Əfqana baxmağa” demişdir. Bundan əlavə şirkətin işlərini də o, görmüşdür. 2021-ci il aprel ayının sonlarında Kamal Zərərçəkmiş şəxs yanına gəlmiş və bir müddət orada qalmışdır. Həmin müddətdə o, Kamala da Əfqana da baxmış, yeyib içməklərini təmin etmişdir. Kamal qayıtdıqdan bir müddət sonra 26 may 2021-ci il tarixdə Şahid11 həyat yoldaşı və balaca uşağı ilə Əfqanın yanına gəlmişdir. 28 may 2021-ci il tarixdə gecə saat 12-nin yarısı Şahid11 və həyat yoldaşı, Əfqanın bacısı Hökümə Əfqanın yanında Əfqanın evində olmuşlar. O da onlarda olmuş, həmin vaxt Əfqan ona seyfin açarını və həmin vaxt şifrəni verib “seyfdə və yanında olan bütün pulları gətir” demişdir. O da şifrəni və açarı götürüb digər blokda olan evinə getmiş, hətta yolda olanda açarı unutduğu üçün Mamed açarı ona gətirmişdir. Seyfi açanda hazır şəffaf paketlə paketlənmiş şəkildə 12 ədəd 100.000-lik ümumilikdə 1.200.000 dollar pulu götürüb Hökümənin verdiyi bej rəngli dəri çantaya qoymuşdur. Həmin pulun seyfdə olması barədə əvvəlcədən məlumatı olmamışdır. Bundan əlavə şirkətin və Əfqanın xərcləri üçün nəzərdə tutulmuş və seyfin yanında çantada saxladığı 60000 dollar, 20000 manat və 6760 avro pul vəsaitini də digər pulla birlikdə iki çantada olmaqla gətirib Əfqana vermişdir. Mamed, yoldaşı və Hökümə də orada olmuşlar. O, pulu Əfqana vermiş, Bundan sonra isə evə qayıtmışdır. Səhəri gün, 29 may 2021-ci il tarixdə işdə olarkən Əfqan 300.000 dolların çatışmadığını demiş, o isə axşam hər şeyin yerində olduğunu bildirmişdir. Əfqan da öz dəftərində hesabat aparmağa başlamış və 300.000 dollar olmadığını görmüşdür. Həmin vaxt 60000 dollar, 20000 manat və 6760 avronu ona qaytarıb saxlamasını demiş, o da saxlamışdır. Lakin, Əfqan bir həftə sonra şirkətdə olanda hesabat aparıb pulun çatmadığını demiş və əsəbiləşmişdir. Təxminən 15 iyun tarixdə Mamed hər dəfə Əfqana zəng edib 300000 dolları soruşanda Əfqan əsəbiləşib pulu ondan istəmişdir. Əfqanın verdiyi 60000 dollar, 20000 manat və 6760 evronu qaytarmışdır ki, onda pulu qalmasın. Əfqan ona əsəbiləşib üzərinə kompyuter atmış, o da qorxduğu üçün Höküməyə zəng etmişdir. Hökümə onunla danışdıqdan sonra sakitləşmişdir. 12 iyul 2021 ci il tarixə kimi onu işə buraxmamışdır. O da həqiqətən 300000 dollar pulun ortada olmadığını düşünüb pulun harada ola biləcəyini araşdırmağa başlamışdır. O əvvəlcə Mehribandan şübhələnmiş. Belə ki, may ayından etibarən Mehribanın bahalı paltarlar geyindiyini, ətirlərdən istifadə etdiyini, Qəbələ və Qubada bahalı otellərdə istirahət etdiyini bilib şübhələnmişdir. Hətta 2019-cu il tarixli “Vito” markalı avtomobil də almışlar. 12 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs öz iş otağında onun boğazından boğaraq, əl və ayaqla bədəninin baş, üz nahiyələrinə, qol nahiyələrinə xəsarət yetirmişdir. Bundan sonra ona qorxu altında, zorla iltizam yazdırmışdır ki, “mən 300.000 ABŞ dolları pulu Murov TSK-dan götürmüşəm, həmin pulu işə və işçilərə, xadimə Mehriban xanım və başqalarına xərcləmişəm, söz verirəm ki, 19 iyul tarixdə həmin pulu Murov TSK-ya qayataracam, həmin qəbzi mənə məcbur etmədən yazmışam, mən öz hərəkətlərimə görə Murov TSK-ya heç bir etirazım yoxdur”. Bu qəbzi zorla, iradəsi ziddinə ona yazdırdıqdan sonra otağın qapısını açaraq ofisdə olan mühasib Suqra və sürücü Fazili çağırıb imza atmasalar işdən çıxaracağı ilə hədələyib onlara da imzalatmışdır. 13 iyul 2021-ci il tarixdə səhər saat 08-də Mehriban ona zəng edərək evin yanında onunla görüşmək istəmiş və görüşdükdə ona demişdir ki, Gülçöhrə adlı qadın pulu qaytaracaq. Mehriban Əfqanın kirayədə yaşadığı evindən göy çantada olan 300000 dollar pulu hissə-hissə götürdüyünü və 80000 dollarını ehtiyacı olduğu üçün Gülçöhrəyə verdiyini, qalan pulları isə özü və ailəsi üçün xərclədiyini, lakin, pulları qaytaracağını demişdir. O, bundan sonra ofisə getmiş və Əfqan onun yanında Mehribanla telefonda danışmış və Mehriban pulları Gülçöhrəyə verdiyini və qaytaracağını desə də Əfqan əsəbiləşib Nellini söydüyü üçün adboy vermişdir. Həmin gün o, “X8” nevropatoloq Aysel xanımın yanına getmiş, müayinə olunduqda iki tərəfli kəllə beyin silkələnməsi diaqnozu təsdiq olunmuş, və qeyd etdiyi kimi ona diaqnoz qoyularaq stasionar müalicə təklif edilmiş, lakin, Əfqan ona niyə xəbərsiz evdən çıxdığını və onu şantaj etmək istədiyini deyərək təcili evə gəlməyini istəmişdir. O da qorxduğu üçün stasionarda qalmamış və evə gəlmişdir. Əfqan ondan pulları soruşduqda ofisdə xadimə işləyən Mehribanın həmin pulları onun evindən götürə biləcəyini demişdir. Çünki, Mehriban qısa müddətdə bahalı paltarlar geyinir, oğluna maşın alır, ev tikdirirmiş. 14 iyul 2021-ci il tarixdə o, ofisə getdikdə Əfqan ona demişdir ki, “Mehribanla danış ki pulları versin”. O da Mehribanla əlaqə saxlamış, Mehriban pulları qaytaracağını desə də konkret bir vaxt deməmişdir. O da Mehribanla danışıb taksi sürücüsü İbadətlə Nizami kinoteatrın yanına gedib Mehribanla görüşmüşdür. Taksidə olarkən İbadət düşmüş, o da Mehribana pulu nə vaxt qaytaracağını demiş, Mehriban isə Gülçöhrə ilə danışıb axırda pulu qaytaracaqlarını demişdir. Hətta Gülçöhrə ilə telefonla danışarkən İbadəti də çağırmışdır ki, qulaq assın. Bundan sonra Mehribandan ayrılıb ofisə qayıtmış, Əfqana ödəyəcəklərini dedikdə sonuncu əsəbiləşmiş və ona inanmamışdır. Həmin vaxt ofisdə ona demişdir ki, “102-yə zəng et və pulun ofisdən oğurlandığını de”. Əfqan əsəbi olduğu üçün onu döyəcəyindən qorxub “102”yə zəng edib “ofisdən pul oğurlandığını” demişdir. Orada Əfqan yanında olduğu üçün dəli kimi danışmış və məlumatları bir-birinə uyğun olmamışdır. Həmin məlumatı da Əfqanın təzyiqi ilə yalan vermişdir. Əfqan “102” xidməti ilə özü də danışmışdır. Nəsimi Polis İdarəsində isə Əfqan əvvəlcə ona izahatını bu cür verməyini dediyi üçün o da həmin pulu Mehribana verdiyini qeyd etmişdir. O, Əfqandan qorxmuşdur. Əfqanın məqsədi işi onun boynunda qoymaq olmuşdur. Lakin o, Əfqandan hər hansı məbləğdə pul oğurlamamışdır. Mehriban xadimə olduğundan və kasıb olduğu üçün, ofisin də təmizlik və bazarlıq işlərini, eləcə də Əfqanın evinin təmizlik işlərini gördüyü üçün Mehribana verilən 150 manat maaşdan əlavə də Əfqanın razılığı ilə ona 200, 300 manat artıq pul vermişdir. Ad günündə 500 manat da əlavə pul vermişdir. Bunların hamısı Əfqanın razılığı ilə olmuşdur. O, Mehriban üçün hər hansı bir şey almamış, Mehriban özü ona məxsus olan və içərisində Zərərçəkmiş şəxs məxsus pul olan "xxxx"ya məxsus Platinium kartı oğurlayıb Maxi.az-dan mobil telefonlar, televizor və digər avadanlıqlar almışdır. Kartdan oğurlanmış pulları artıq qaytarmışdır. Həmin plastik kart kodsuz istifadə edildiyi üçün Maxi.az-da rahatlıqla istifadə etmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış və ona ifadəsini həmin formada verməyə məcbur etdiyi əlyazmanı istintaqa təqdim etmişdir. Həmin əlyazmanın “19 iyul 2021" hissəsinə qədər olan hissəsini Zərərçəkmiş şəxs əli ilə onun yanında yazaraq ona vermiş və ifadəni həmin formada verməyini istəmişdir. O, Bakı şəhər Baş Polis İdarəsində ifadəni həmin əlyazmadakı kimi vermişdir. Həmin əlyazma rus dilində yazılmışdır və mənası budur ki, “Rauf məni intim fotoları yayacağı ilə şantaj etdi, kiməsə deyəcəyim təqdirdə yaxınlarımı öldürəcəyi ilə hədələdi, buna görə də əvvəlcə 60000 dollar, sonra isə yenidən 60000 dollar istədi və məndən müxtəlif vaxtlarda götürdü, Rauf məni hədələdiyi üçün əvvəlki ifadəmdə 30000 dollar verməyimi qeyd etdim. Halbuki Raufa 120000 dollar vermişəm”. Həmin əlyazmanın ikinci hissəsi Mehribana qarşı yazılmışdır və qeyd edilmişdir ki, “Seyfdə olan 300000 dollar və 20000 manatı, seyfin yanında olan 100000 dolları Mehriban götürmüşdür”. Yaxşısı budur ki, yaz ki, 400000 dollar və 20000 manat seyfdən oğurlanmışdır. Mehriban və Gülçöhrənin qohumları Əfqanı öldürmək istəmişlər və sonra onu gecəyə kimi saxlamışlar, Mehriban və oğlu onu döymüşlər, o isə qorxduğu üçün müdiriyyətə, yəni Əfqana iltizam yazaraq 19 iyul 2021-ci ilə kimi pulu qaytaracağını bildirmişdir”. O, ifadə verərkən Zərərçəkmiş şəxs da orada olmuş və ifadəni onun əvəzinə Əfqan diktə etmişdir. O isə məcbur qalaraq ifadələrə qol çəkmişdir. Lakin, bəzi səhifələrdəki imzalar hal-hazırda ona aid deyildir. Hətta ifadənin yerində yoxlanması protokolunda da o imza atmamışdır. Qeyd olunan əl yazmanın “19 iyul 2021” hissəsi və ondan sonra yazılanlar Əfqan yorulduğu üçün diktəsi ilə onun xətti ilə yazılmışdır. O, Raufa özünə məxsus olan və Əfqan tərəfindən ona hədiyyə verilən 30000 ABŞ dolları Raufun istəyi ilə vermişdir. Çünki, problemləri olduğunu, pul lazım olduğunu demişdir. Münasibətləri yaxşı olduğu üçün o da vermişdir. Lakin, istintaq dövründə həmin pulu tam şəkildə Əfqana qaytarmışdır. O, Raufa başqa pul verməmişdir. xx.xx.2021-ci il tarixli ifadənin yerində yoxlanması zamanı Əfqan da orada olmuş və o Əfqanın qorxusundan nə deyilirdisə onu etmişdir. Lakin, həmin protokoldakı imza da ona aid deyildir. Əfqan ona mesaj yazmışdır ki, “istəsəm 100000 deyərəm, İstəsəm milyon deyərəm”. Mehribana verdiyi kart şirkətin hesab kartlarından biri olmuşdur. Platinium kart olmamışdır. Platinium kart ona məxsusdur və o bilmədiyi tarixdə ofisdə Mehriban həmin kartı oğurlamışdır. Əfqan ona ifadə verməyi üçün yazdığı əlyazmada “Gülçöhrənin Əfqanı və onu öldürmək istədiyini” yazmışdır. Bundan əlavə Əfqanın zəhərlənməyinə səbəb onun kontuziyası ilə əlaqədar özünü idarə edə bilməməsi və uzun illərdir qəbul etdiyi konazepam (Rivotril) adlı psixotrop tərkibli dərmanı psixiatr Gəray Gərayzadə, Yusif İsmizadə, Fuad Bəşirov tərəfindən qadağan edilsə də onların yazdığı digər dərman preparatları ilə birlikdə qəbul etdiyi üçün zəhərlənmə vermişdir. Hətta “Bona Dea”da həkim Stevan Tekic isə Əfqanın klonazepamı tərgidə bilmədiyi üçün Duloxetin adlı dərmanla birlikdə qəbul etməsini bildirmişdir. Bundan əlavə Əfqan həmin dərmanları qəbul etsə də daim spirtli içki içmiş, o, Əfqanın yanında olanda dərmanlarına düzgün nəzarət etmişdir. Lakin, yanında olmayanda dərmanlarını düzgün qəbul etməmiş, buna görə də Əfqanda zəhərlənmə olmuşdur. Zəhərlənmə vaxtı tanışı Natali Molotsova nebulayzer aparatını təklif etmiş, həmin aparat ağız və burun vasitəsilə bəlğəmin çıxarılması üçün olmuş və nəticədə Əfqandan 1-2 litr qara bəlğəm çıxmışdır. 2009-cu il tarixdə həkim İlham Cavadov tərəfindən Zərərçəkmiş şəxs klonazepam adlı dərman yazmışdır. Bu dərman Əfqanı pis vəziyyətə salmışdır. Mehribanın öz evi ona dediyinə görə Maştağa qəsəbəsində, “çıldağın” “məscidin” yanındadır. Həmin evi o görməmişdir. Həmin evi tam təmir etdirmişdir. Bundan əlavə Maştağa qəsəbəsində, Vişnyovka adlı yerdə bir mərtəbəli villa tikdirmiş və həmin ev də eşitdiyinə görə bacısı Məlahətin adınadır. Bundan başqa Mehribanın Kubinka adlanan yerdə də evi vardır. Özü dediyinə görə Neftçilər və X21 ilə birlikdə evlər almışdır. Lakin, dəqiq ünvanlarını bilmir. Həmin evləri də görməmişdir. Hətta Mehriban bu sözləri Əfqan, o, özü və bir nəfər qohumu olan xanımın yanında, onun evinin yanında çöldə görüş zamanı demişdir. Ona saxlaması üçün verdiyi pulları Əfqan şəxsən ona vermiş və öz qazancı olduğunu bildirmişdir. O da həmin pulları evində seyfin yanında paket və ya çantada saxlamışdır. Çünki, seyfin açarı və şifrəsi onda olmamışdır. Əfqan həmin pulları müxtəlif vaxtlarda ondan istəyərək işlə bağlı xərcləmişdir. Bundan əlavə həmin pullardan şirkətin işçilərinin əmək haqları ödənilmiş, eyni zamanda Əfqanın özünün ailəsi üçün sərf olunmuşdur. O, Əfqan tərəfindən ona verilən və Əfqanın tapşırığı ilə xərclədiyi bütün pulların hesabatını “Excel” proqramında işləmişdir. Onda “Beynəlxalq Bank”a məxsus maaş kartı və "xxxx"ya məxsus bir neçə hesab kartı olmuşdur. Həmin kartlar Platinium və Gold kartlar olmuşdur. Onun əsas kartlarına əlavə olan Zərərçəkmiş şəxs məxsus "xxxx" kartı vardır. Belə ki, Əfqan özü ondan xahiş etmişdir ki, onun üçün hesab kartı açdırsın. Buna görə də Əfqanın ona verdiyi pullardan Əfqanın razılığı ilə həmin hesaba pul köçürmüş və əlavə kartla həm Əfqan özü birbaşa istifadə etmiş, əsas kartla isə o Əfqanın göstərişi ilə pul xərcləmiş və hesaba pul vurmuşdur. Əfqanın dediyinə görə həmin dövrdə Əfqanın övladları, qardaşı da ondan pul oğurlamışdır. Seyfi onların evlərinə qoymaqda məqsədi də ona etibar etməsi və ailəsinin pul oğurlamasının qarşısını almaq olmuşdur. Seyf qoyulana qədər Əfqan ona yüksək məbləğdə pullar vermiş və həmin pulları yenə də öz otağında torbada və ya paketdə saxlamışdır. Zərərçəkmiş şəxs əslində özü də hesabını bilmədiyi bu pulları onun üstünə ataraq onu günahlandırmaq istəyir. Halbuki, Əfqan özü bu pulları yaxınlarına xərcləmişdir. Səs yazılarında Zərərçəkmiş şəxs ona “WhatsApp” vasitəsilə “pulu axtar tap, yoxsa evdəkilərlə gəlib sizdə yaşıyaram, səni balkondan ataram, bu dəqiqə pulsuz qalmışam” demişdir. Mehriban özü ona demişdir ki, Əfqanın evindən pul oğurlamışdır və Gülçöhrəylə bölüşmüşdür. Həmin vaxt Mehriban öz qohumu olan və tanımadığı qadın, Əfqan və onun yanında bu sözləri demişdir. Həmin vaxt Mehriban “pulları boynuma alıram, Gülçöhrənin də yerinə özüm ödəyərəm” demişdir. O, Vladislav Barannikov adlı şəxsi tanımır və həmin pul köçürməsi yadında deyil. O, Aygün İsmayılova adlı şəxsi tanımır. Həmin pul köçürməsini də xatırlamır. X20 adlı şəxs həmin dövrdə şirkətin mühasib işləri ilə məşğul olmuşdur. Həmin tarixdə o, sənədlər üzrə nəzarətçi olmuşdur. Əfqan ona 100.000 ABŞ dolları məbləğində pul verməmişdir. O, həmin tarixdə Bakıda olmamışdır (cild 6, iş vərəqə 34-38, 68-73, 144-147; cild 7, iş vərəqə 175-177; cild 10, iş vərəqə 145-147). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 fevral 2022-ci il tarixdə verdiyi ifadəsində istifadəsində olan mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə “tı znayeş ya vinovata İ priznayu”(mən günahkaram, etiraf edirəm)” sözlərini yazması ilə əlaqədar ona verilən suala cavab verə bilməmişdir. Zərərçəkmiş şəxs yazdığı “boq ne prostit ya sama sebya ne proşeayu bolşe ni maqu vedet kak stradayeş tı i may i raditeli ne prostima ya zaslujila fso to şto samnoy seyças proisxodit mne luçşe samoy zakapatsa prosti za vsyo vinovata i mala yeşyo boq minya nakazal”, bundan əlavə “spasibo menya oçen ploxa boq znayet kak stradayu i bolşe niçivo net ya tebya klenus kak ya ubila sebya” sözləri ilə bağlı ona verilən suala cavab verməmişdir. ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəyə “mne nujna zavtra delstvovat kak trebovayet zakon” məzmunlu sms gəlməsi, buna cavab olaraq ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** nömrəsinə saat 22:09-da “net bolşa slov” sms gəlməsi, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** nömrəyə saat 22:11-də “yeşyo kakie mojet slov” məzmunlu sms gəlməsi və saat 22:11-də Zərərçəkmiş şəxs “ya dumala tı pomoqayeş mne xoçeş pamoş, a tı net tale nenavidiş menya” məzmunlu sms gəlməsi ilə əlaqədar verilmiş suala cavab verməkdən imtina etmişdir. ***-***-**-** nömrədən Şahid5 məxsus ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 11:16-da “Ya tebe pamaqala, çıtritsa ştuk ukrala” məzmununda gəlmiş mesaj barədə bildirmişdir ki, Dilarə ona sual vermişdir ki, “nəyə görə Əfqan sənə problem yaradır”. O da cavab olaraq “Ya tebe pamaqala, çıtritsa ştuk ukrala” yazmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onun yanında olduğundan olan bilər ki, həmin sms-i Əfqan yazmışdır. O, latın qrafikası ilə mesaj yazmadığını bildirmiş, daha sonra isə həm latın, həm də kiril qrafikası ilə mesaj yazdığını bildirmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə yazılmış “Ya prosta dlya tebya kak iqruşka vışla poiqrat vıkinut tak bolna kak vse qavaryat ruskaya da poimeli yeyo”, “paqulyali pere spali i vsyo kak musor u nidili i vıkidivoete pravilna?” məzmunlu sms-lərə cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs intim münasibətlərdə olmaq istəsə də alınmamışdır, Əfqan, məni digər kişilər kimi məni zibil kimi atdın, düzdür? demək istəmişdir. Zərərçəkmiş şəxs ondan əl çəkməsi üçün “Znaçit spat samnoy mojna bıla a kak denqe işyezdi spixnut na menya, Spal i ne raz mnye vse perepiski yest i bereminneya at tebya” məzmunlu sms-ləri Zərərçəkmiş şəxs göndərmişdir. Əfqan ona söyüşlər söydüyü üçün “Tı zastavel zdelaet abort. İ yeşyo kctate tı nazival menya lyubimaya” məzmunda mesaj göndərmişdir. Əfqan onu və evdəkiləri balkondan atacağını dediyi üçün Əfqana “Daje ne davno u tebya doma spali, eta tebya xvatit ubivat mayevo papu”, məzmunlu sms göndərmişdir. Əfqan bütün haqqhesabı onun üstünə yıxmaq istədiyi üçün ona “Eta şantaj dayot tebya denqi ukraz” məzmunlu sms göndərmişdir (cild 8, iş vərəqə 238-245). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 tərəfindən təqdim edilmiş diskdə olan səs yazısında Şahid2 tərəfindən təqdim edilmiş diskdə olan səs yazısında “Они заставляют меня говорить на видео”, “На видео я просто говорю против Рауфа и против Мехрибан. Они сказали мы тебя изабъем или ты сама скажешь.” dediyi sözlərlə bağlı həmin səs yazısında onu nəzərdə tutmuşdur ki, Əfqanın bacısı Hökümə və Əfqan ona demişlər ki, “özün videoya Mehriban və Raufa qarşı danış”. Əfqan və Hökümə onu döyməklə hədələmiş, çünki Əfqan bir dəfə 12 iyul 2021-ci il tarixdə onu döymüşdür. Həmin səs yazısında Şahid2 ona “Если тебя там шантажируют, если на тебя там напирают, то иди в прокуратуру. Вот прямо сейчас садись в машину и езжай. Расскажи им, что тебя в отделении избивают, заставляют писать всякое и тд.” deməsi ilə əlaqədar Əfqanın ona olan hədələrindən qorxduğu üçün prokurorluğa getməmiş, Əfqanın ona və ailəsinə nəsə etməsindən qorxmuşdur. Həmin səs yazısında Şahid2 “Я одна не могу”, “Если дело пойдет в прокуратуру, они меня посадят” demiş və Əfqana qarşı hansısa dövlət orqanda ifadə versəymiş Əfqan ona və ailəsinə nəsə edər və onu tutarmışlar. Həmin səs yazısında Şahid2 ona “Хорошо, а где деньг? Ты говоришь, что знаешь где деньги” sualı verir və o da cavabında “Я тебе сказала,200.000 я тебе сказала где. Он говорит, чтобы остальные 150.000 пуст даст. Было 300.000, откуда он 400.000 придумывает?? Рауф ты знаешь что он хочет чтобы я написала?? Он хочет чтобы я написала, что там было 500.000. Я что больная какая-то??Рауф он меня загружает…” deyir və onu nəzərdə tutur ki, “200.000 xadimə, yəni Mehriban tərəfindən oğurlanmışdır. Bundan əlavə Əfqan demişdir ki, 150.000-i Rauf versin. Bundan sonra dedim ki, Əfqan əvvəl 300.000 dolların oğurlandığını deyirdi, lakin sonradan 400.000 dolların oğurlandığını deyirdi. Hətta Əfqan mənə səs yazısında 500.000 dolları oğurlandığını deyirdi və istəyirdi ki, 500.000 dolların oğurlandığını qeyd edim.” Həmin səs yazısında Şahid2 “Рауф, у него семья украла деньги, я же говорю тебе. Часть украла, он ведь не довез половину денег” deyir və onu nəzərdə tutmuşdur ki, Əfqan 2019-cu il oktyabr ayında Goranboydan pul gətirəndə özü demişdir ki, pulun yarısı yoxdur, çatışmır, ona görə də Əfqan həmişə buna görə əsəbi olmuşdur. Əfqan özü də demişdir ki, “mənim ailəm həmişə pul oğurlayır”. Həmin səs yazısında Şahid2 “Он сказал, что это от того, что, он меня любит, у меня ети смс есть и скришоты” demişdir. Belə ki, Əfqan onu sevdiyini demiş, buna görə də o, belə başa düşmüşdür ki, Əfqan Raufla olan münasibətini qısqandığı üçün ondan və Raufdan qisas almaq istəmişdir. Buna görə də onun əleyhinə ifadə vermiş, eləcə də Raufun əleyhinə ifadə verməyə onu məcbur etmişdir. O, smsləri Qoraddeldə təqdim etmiş. Həmin danışıqdan sonrakı hissədə o, Raufa demişdri ki, Əfqan onu Raufa qısqanır. Həmin səs yazısında Şahid2 “Конечно, вот его машина BMV потом Range Rover, вот сколько стоит последняя модель Range Rover? У меня список денег и тд все есть. Кроме тех 17.000, которые Мехрибан украла. Это были лично мои. Помимо этого то, что она украла на ремонт, квартира ворота и тд пусть разбирается сам. По факту Рауф, помнишь ты вернул те деньги, я так и сказала, 60.000 из них Афган подарил мне, ему это слово не нравится, эти деньги входя в те 300.000” demişdir. Belə ki, Əfqan BMV və Range Rover almışdır. 17.000 də Mehriban oğurlamışdır. Əfqan 60.000 dollar ona bağışlamışdır ki, özünə bağ ya ev alsın. Əfqan demişdir ki, həmin 60.000 dollar oğurlanmış 300.000 dollara daxildir. O, Raufa verdiyi 30.000 dollar pul Əfqanın ona bağışladığı 60.000 dollara daxil olmuşdur (cild 10, iş vərəqə 248-251). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş diskdə olan səs yazısında Zərərçəkmiş şəxs ona “Axı sən mənə dedin ki, 120 olub” sual vermiş, o isə cavabında “Mən elə dedim, çünki, məni mehriban gil falan məcbur elədilər” demişdir. Belə ki, o, yalnız Mehribanı deyil eləcə də “onlar” sözü ilə Əfqanın özünü də nəzərdə tutumuşdur. Həmin səs yazısında Zərərçəkmiş şəxs ona “Sən mənə dedin ki, yazdında ki, ordan 50 ya 60 min, 200düklərlə Mehriban verdi Raufa. Mehribanda mənə deyir ki, onun üzünü heç görməyib” demiş, o isə cavabında “От этого я не отказывалась. Но 30 тыс как взяли, так и взяли у меня. А то. Что Мехрибан говорила, я подтвердила это и в прокуратуре. Я сказала следователю. Что эти 20 или 30 тыс. да, это так, а то, что они там с Рауфом делили” demişdir. Belə ki, Mehriban özü ona deişdir ki, 200lük kupyorla Raufa vermişdirm. Sonra isə Mehriban bunu danmışdır. Həmin səs yazısında Zərərçəkmiş şəxs ona “Sən axı özün mənə dedin ki, Raufa 120 min pul verdin. Nəsimidən çıxıb gələndə, sən mənə dedin ki, o sənə dedi ki, pulu mənə gətirməsən səni şantaj edəcək” sual vermiş, o isə cavabında “Да, но эtо мне заставили сказать” demişdir. Belə ki, həmin cavabda Əfqana həmin ifadəni verməyə onu məcbur etdiklərini deyir və məcbur etmişdirlər deyəndə Əfqanı və ailəsini nəzərdə tutur. Təqdim etdiyi əlyazmada da bunlar təsdiq olunur. Əfqan onu həmişə hədələdiyi üçün Əfqanın əleyhinə ifadə verməkdən çəkinmişdir. Buna görə də həmişə ifadələrdə Əfqanın əvəzinə “onlar” deyə ifadə işlətmişdir ki, Əfqan və ailəsinə qarşı ifadə verməmiş olsun. Bu da onda vərdiş kimi qalmış və hətta adi danışıq zamanı da həmin vərdiş nəticəsində Əfqana onlar deyə müraciət etmişdir. Həmin səs yazısında Zərərçəkmiş şəxs ona “Yaxşı, axi sən mənə demişdin ki, Rauf 120 pul götürüb səndən” sual vermiş, o isə cavabında “Mən demişdim ki, orda 120 deyil, səhf etmişəm, qələt etmişəm boynuma alıram” demişdir. Belə ki, Əfqan məcbur etdiyi üçün Raufun əleyhinə ifadə vermişdir. Həmin səs yazısında Zərərçəkmiş şəxs ona “Bəs atavı belə edərik, ananda yolda dı Bakıya onu da belə edərik falan bunları sənə Mehribanla Gülcöhrə deyirdilər? Bəs əvvəl deyirdin ki bunları Rauf deirdi. Sən deyirdin ki, məni döyüb gətirib evin yanına atıb falan, bunların hamısını axı sən deyirsən ay Nelli” sual vermiş, o isə cavabında “Да, потому-что мне сказали, что нужно обмануть” demiş, bundan sonra Zərərçəkmiş şəxs ona “Кто тебе сказал, что нужно обмануть?” sual verdikdə o, cavabında “Nu, Mexriban” demişdir. Belə ki, Əfqan kimin onu belə ifadə verməyə məcbur etdiyini soruşduqda Əfqanı başından etmək üçün “Mehriban” demişdir. Halbu ki, Əfqan onu məcbur etmişdir. Bundan əlavə “Да, потому-что мне сказали, что нужно обмануть” dedikdə yenə də məcbur edirlər deməklə Əfqanı nəzərdə tutmuşdur. O, Mehriban və Gülçöhrəni ümumi demişdir. Gülçöhrəni əslində tanımır. Sadəcə əvvəllər Əfqan ona məcbur etdiyi üçün belə demişdir. Həmin səs yazısında Zərərçəkmiş şəxs ona “bəs mənə deyərdin ki, sənin kartından oğurlayırlar, niyə mənə demirdin onu” dedikdə o, 2019-cu il yanvarda pul kisəsinin oğurlandığını və yalnız 2021-ci il aprel ayında ona məxsus Bank Respublikaya aid kartdan pul çıxarıldığını demişdir. Mehriban 2021-ci il aprel ayında onun kartından pulları çıxartmış və istintaq dövründə 70.000 manatın içərisində həmin pulları geri qaytarmışdır. Şahid2 tərəfindən təqdim edilmiş səs yazısında o, Şahid2 Zərərçəkmiş şəxs onu məcbur edərək, hədələyərək Raufa qarşı ifadə verməyə məcbur etdiyini bildirmiş, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş səs yazısında siz Zərərçəkmiş şəxs Mehriban və Gülçöhrənin onu Raufa qarşı ifadə verməyə məcbur etdiyini bildirmiş və ikinci halda onlar dedikdə Əfqanı nəzərdə tutumuşdur (cild 10, iş vərəqə 243-247). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2018-ci il tarixdə təsis edilmiş və hüquqi ünvanı ünvan 4rasiyasının təsisçisi və direktorudur. Korporasiyanın ofisi isə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində, «Yeni Həyat» Plazada yerləşir. Korporasiyanın fəaliyyət istiqaməti tikinti ilə bağlı bütün sahələri əhatə edir. Təqsirləndirilən şəxs 19 sentyabr 2018-ci il tarixdən həmin korporasiyada sənədlər üzrə baş mütəxəssis vəzifəsində, 09 iyul 2020-ci il tarixdən isə kadrlar şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, Nellinin atası Vyaçeslavı təxminən 13- 15 il olar ki, tanımış, Vyaçeslav əvvəllər onun tanışı Şaiq adlı şəxsin sürücüsü işləmiş, münasibətləri yaranmış, daha sonra isə münasibətləri dostluq səviyyəsinə qədər yüksəlmişdir. O, özü əvvəllər Goranboy rayonunda yaşamış, lakin sonradan işləri ilə bağlı Bakı şəhərinə gəlmiş və Vyaçeslavın yaşadığı binadan kirayə ev tutaraq yaşamağa başlamışdır. Həmin evi tapmağı Vyaçeslavdan xahiş etmiş, Vyaçeslav da öz yaşadığı binada kirayə ev olduğunu demiş, iş yerinə də yaxın olduğu üçün razılaşmış və kirayəyə ev götürmüşdür. 2018-ci ildə Vyaçeslav qızı Nellini onun korporasiyasına gətirərək qızına da iş verməyini xahiş etmişdir. O da Nellini ilkin olaraq sənədlər üzrə baş mütəxəssis vəzifəsinə işə götürmüşdür. Ofisin yerləşdiyi binadakı otaqların açarları plazanın rəhbərliyində də olduğundan orada hər hansı qiymətli əşya saxlamaq təhlükəli olduğundan, təxminən 2019-cu ildə o, Vyaçeslavla dost olduğu üçün Vyaçeslava "mən kirayə evdə qalıram, çox zaman evdə heç kim olmur, özüm də ezamiyyətdə oluram, seyf almaq istəyirəm, korporasiyanın möhürü və digər qiymətli əşyaları seyfdə saxlayım, həmin seyfi də sizin evinizə qoyum” demiş, Vyaçeslav da razılaşaraq etiraz etməmişdir. Bundan sonra o, Rəşid Behbudov küçəsində yerləşən seyf satışı mağazasından seyf almış, həmin vaxt işləri olduğu üçün Vyaçeslav çatdırılma xidmətindən seyfi qəbul edib evinə qaldırmış və orada quraşdırmışdır. Bundan sonra o, seyfdə həm korporasiyanın möhürü və digər rəsmi sənədləri saxlamış, həmçinin ona məxsus olan 300.000 ABŞ dolları məbləğində pulu da seyfə qoymuşdur ki, lazım olanda götürsün. 2019-cu ilin oktyabr ayında seyf alındığı tarixdə ona məxsus 300.000 ABŞ dolları və 20.000 AZN pulu seyfə qoymuşdur. Seyfin açarları onda olmuş, lakin pul lazım olanda Nelliyə açarı və seyfin şifrəsini vermişdir ki, gedib seyfdən götürsün. O, çox vaxt rayonlarda ezamiyyətdə olduğundan seyfin açar və şifrəsini Nelliyə vermiş, bundan əlavə onu bankda və digər qurumlarda təmsil etmək məqsədilə 2020-ci ildə Nelliyə etibarnamə vermişdir. Sonradan 2020-ci ilin sentyabr ayında vətən müharibəsi başladığı üçün o, ehtiyatda olan hərbi qulluqçu olduğundan müharibəyə çağırılmış, həmin vaxt seyfdə 300.000 ABŞ dolları pul qalmış, 20000 manatın 14000 manatını isə xərcləmişdir. 44 günlük vətən müharibəsində iştirak etmiş, sonradan müharibə qurtarmış və o, Goranboy rayonunda qalmış, 2021-ci ilin aprel ayında Bakı şəhərinə qayıtmışdır. O, olmayan müddətlərdə iş gördüyü təşkilatlar tərəfindən hansı məbləğdə ona pullar ödənilməsini bilməmiş, həmin pulları da Nelli qəbul edərək istifadə etmiş, bu səbəbdən hazırda əlavə olaraq hansı məbləğdə nağd pulların onun korporasiyasına keçməsindən sonradan həmin pulların necə olmasından xəbərsiz olmuşdur. Lakin, şirkətin bank hesabında olan pullar baş mühasib tərəfindən yoxlanılmış və hamısı yerində olmuşdur. O, 2021-ci ilin aprel ayında kirayə qaldığı evə gələn zaman görmüşdür ki, evdə olan özü üçün aldığı təzə paltarların heç biri evdə yoxdur. Bundan sonra o, evin açarları Nellidə olduğu üçün paltarların və digər təzə əşyaların harada olduğunu soruşanda Nelli ona paltarlarını və əşyalarını şirkətdə xadimə işləyən Mehriban adlı qadının götürdüyünü bildirmişdir. O, Nellidən həmin qadının onun evində nə işi olduğunu soruşduqda, Nelli Mehribanı evi təmizləmək üçün gətirdiyini, həmin vaxt Mehribanın paltarları və əşyaları evdən oğurladığını bildirmişdir. Sonradan Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılan zaman Mehriban onun evindən yataq dəstləri və kişi köynəkləri götürdüyünü etiraf etmiş, qalan əşyalardan xəbərsiz olduğunu bildirmişdir. O isə paltarları evdə görməyəndə özü üçün ayıb bildiyindən bu məsələni böyütməmişdir. 2021-ci ilin may ayının 29-da səhər yeməyi yemədiyindən evdən çıxmış və ofisə işə gəlmişdir. O, ofisdə olan zaman Mehriban və Nelli də orada olmuşdur. Ofisdə olan zaman ona çayı həmişə Nelli vermiş, bir və ya iki dəfə Nelli olmayanda isə Mehriban vermişdir. Ofisdə altı nəfər işçi çalışmış, onlardan üçü qadın olmuşdur. Belə ki, Mehriban xadimə, Nelli kadrlar şöbəsinin müdiri, Suqra Həsənova isə yaşlı qadın olmaqla baş mühasib vəzifəsində işləmişdir. O, 29 may 2021-ci ildə ofisə gələndən bir qədər sonra çay istəmiş, Nelli də ona çay gətirmişdir. Çayı içəndən sonra özünü pis hiss etməyə başlamışdır. Ofisdə həmişə masanın üzərində qazsız su qoymuşdur. Özünü pis hiss etdiyi üçün həmin sudan içmək istəyəndə suyun qapağının tez rahat açıldığını və sudan nəsə tam gəldiyini hiss etmişdir. O, Nellidən suyun nə suyu olduğunu soruşduqda sonuncu xəbəri olmadığını, suyu Mehribanın gətirdiyini bildirmişdir. Bundan sonra sürücü Şahid3 onu evə aparmasını xahiş etmişdir. Evə getdikdən sonra ürəyi bulandığından zəhərlənməsindən ehtiyat etdiyi üçün Fazildən qatıq alıb gətirməsini xahiş etmişdir. Fazil Orman restoranından qatıq alıb gətirmiş, lakin o qatığı içsə də düzəlməmiş, qusmuşdur. Bundan sonra Nelli də artıq evə gələrək həkim çağırmışdır. Nellinin tanışı olan Natali Molotsova adlı uşaq pediatrı gəlib ona ilkin yardım göstərmiş və zəhərləndiyini bildirmişdir. Bundan sonra o, ev şəraitində müalicə almağa başlamış və həkim ona dərman resepti yazmışdır. Lakin o, sağalmadığı üçün Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadənin yanına getmişdir. Həkim onun ağır dərəcədə zəhərləndiyini deyərək 8 ədəd ringer sistemi yazmışdır. Bunları tətbiq etdikdən sonra bir az yaxşılaşsa da bir müddət sonra yenidən vəziyyəti ağırlaşmışdır. Bundan sonra “Oksigen” klinikasında USM müayinə olunmuş və adını xatırlamadığı həkim ona böyrəklərinin zəhərin təsirindən zədələndiyini demişdir. Bundan sonra Nelli “evolayzer” aparatı almış və həmin aparatı evdə tətbiq edərək qarın boşluğundan 15 litrə yaxın göy rəngli maye çəkilmişdir. Həmin maye əvvəlki USM müayinələrində olmuş, bu prosedurdan sonra o, bir xeyli rahatlamışdır. 02 iyun 2021-ci ildə o, korporasiya üçün buldozer almaq istəmiş, bu səbəbdən ofisdə özündən ilkin olaraq 20000 ABŞ dolları beh olaraq vermiş, daha sonra isə buldozerin qalan 260000 ABŞ dolları məbləğində olan hissəsini ödəməli olmuşdur. Bu səbəbdən Nellidən seyfdəki 300000 ABŞ dollarını gətirməsini xahiş etmişdir. Nelli onunla razılaşıb səhəri gün işə gələndə pulu gətirəcəyini bildirmiş, lakin, səhəri gün, yəni 03 iyun 2021-ci il tarixdə işə gəlməmiş, xəstə olduğu üçün xəstəxanaya getdiyini bildirmişdir. Üstündən bir gün keçəndən sonra Nelli ilə əlaqə saxlayaraq pulu gətirməsini tələb etdikdə sonuncu pulu bir tanışına borc olaraq verdiyini, bir-iki günə qaytaracağını bildirmişdir. Neli sonradan pulun bir hissəsini Mehribana borc olaraq verdiyini, qalan hissəsini isə Mehribanın onun evini təmizləyən zaman oğurladığını bildirmişdir. O, Nellidən nə səbəbə polisə bu barədə şikayət etmədiyini soruşduqda sonuncu ona heç bir dəqiq söz deyə bilməmiş, lakin sonradan “102”yə zəng edib oğurluqla bağlı məlumat vermişdir. 12 iyul 2021-ci tarixdə isə Nelli ofisdə Suqra və Fazilin yanında pulun oğurlanmadığını, pulların hamısının özündə olduğunu etiraf etmiş və 19 iyul 2021-ci il tarixdə qaytaracağını bildirmişdir. Həmin vaxt o, Nellinin atasını da dəvət etmiş, lakin atasının işi olduğu üçün gec gəlmişdir. Nelli Suqranın, Fazilin və onun iştirakı ilə əlyazma yazaraq 19 iyul 2021-ci il tarixdə 300000 ABŞ dolları məbləğində pulu qaytaracağına dair söz vermiş, 18 iyul 2021-ci il tarixdə isə onun yanına gələrək pulun Mehribanda olduğunu və qaytarmaq istəmədiyini bildirmişdir. Buna görə o, özü ərizə ilə polisə müraciət etmişdir. Polisdə araşdırma gedən ərəfədə Nelli ona iki ədəd onun kirayə qaldığı evin açarının surətini, o cümlədən Nelligilin evinə quraşdırdığı seyfin açarının surətini təqdim edərək həmin açarların surətini Mehribanın çıxardığını və əlindən aldığını bildirmişdir. O da həmin açarları götürmüşdür. Polisdə araşdırma gedən zaman Nelli onun evinə gəlmiş və bildirmişdir ki, bütün məsələləri ona etiraf edəcəkdir. O, polislə əlaqə saxladıqda ona “bəlkə ola bilər bizə etiraf etməz, sənə etiraf edər, ona görə qulaq as gör nə deyir” deyə bildirilmişdir. Bundan sonra o, evdə Nelli ilə söhbət edən zaman öz mobil telefonu ilə videoçəkiliş aparmışdır. Çəkiliş zamanı Nelli etiraf etmişdir ki, Mehriban Raufla birlikdə onu zəhərləyib öldürməyi planlaşdırmışlar ki, 300000 ABŞ dolları onlara qalsın, planlarına görə işin üstü açılanda Nelli hər şeyi öz üzərinə götürəcəkmiş və iki həftə tutulandan sonra onu çıxaracaqlarmış. Nellinin dediyinə görə bu planı icra etmək üçün Mehriban 29 may 2021-ci il tarixdə ilan zəhəri gətirmiş və suya qataraq ona vermişdir. O, Nellinin bütün bu danışıqlarının çəkilişini aparmış və istintaqa təqdim etmişdir. Polisdə araşdırma gedən zaman həmin puldan ümumilikdə 105.750 manatı Mehriban, Rauf və Nelli tərəfindən ona qaytarılmışdır. Belə ki, Şahid1 22 iyul 2021-ci il tarixdə 40000 manat, 27 iyul 2021-ci il tarixdə 10000 manat, 20 avqust 2021-ci il tarixdə 20000 manat, Şahid2 23 iyul 2021-ci il tarixdə 15000 manat və 10000 dollar, Nelli isə 3500 manat pul qaytarmışdır. Bundan başqa o, 2020-ci ilin əvvəlində ofisdə işlə əlaqədar Neliyə saxlaması üçün 100.000 ABŞ dolları məbləğində pul vermişdir. Lakin həmin pulu seyfdə saxlamasını tapşırmamışdır. Həmin pul lift eskalatoru alınması üçün nəzərdə tutulmuşdur. Həmin pul da Nelli tərəfindən mənimsənilmişdir. Nellinin qeyd olunan pulları mənimsəməsini göstərən Mehriban və ona yazdığı “WhatsApp” mesajları, eləcə də Mehribanla aralarında olan səs yazılarını və Şahid2 və Şahid1 ilə onu öldürmək üçün plan qurmalarını etiraf etdiyi videogörüntünün olduğu diski təqdim etmişdir. Bundan əlavə Neliiyə məxsus 04 ədəd mobil nömrə də olmuşdur, hansı ki həmin nömrələr istintaqa məlum deyildir. Həmin nömrələri Şahid1 ona vermişdir. Bunlar ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələrdir. O, Nelli və ailəsinin əslən erməni milliyətinə mənsub olduğunu, kəşfiyyat xarakterli olaraq bu işləri törətdiyini düşünmüş, buna görə də bu xüsusatların araşdırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs istintaq dövrü ərzində bütün verdiyi ifadələr ona qarşı olan şər və böhtan olmuş, cinayətdən yaxa qurtarmaq məqsədi daşımış, ilk yazdığı ərizədə də bunu qeyd etmişdir. Nelli əvvəlcə sənədlər üzrə mütəxəssis olmuş və işi müqavilələrin hazırlanması, avadanlıqların alınması, təhvili və.s sənədlərin tərtibindən ibarət olmuşdur. Bundan sonra 09 iyul 2020-ci il tarixdə kadrlar üzrə müdir işdən azad olunduğu üçün Nellini həmin vəzifəyə təyin etmişdir. Atasını yaxından tanıdığı və işini də yaxşı gördüyü üçün Nelliyə etibar etmişdir. 12 iyul 2020-ci il tarixdə Nelliyə onu istənilən dövlət orqanlarında təmsil etmək və Korporasiyanın işini idarə etmək üçün etibarnamə vermişdir. Lakin, işlərə yenə də özü nəzarət etmiş, sadəcə olaraq işlə bağlı ezamlarda olanda işləri Nelli idarə etmişdir. "xxxx" “X37”da yerləşdiyi üçün Plazanın işçilərində ofisin açarları olmuş, öz yaşadığı ev isə kirayə olduğu üçün, Vyaçeslav və Nelli də etibar etdiyi insanlar olduğu üçün onların razılığı ilə seyfi onların evlərinə qoymuşdur. Seyfdə şəxsi pullarını, eləcə də zəruri olduqda işlə bağlı pulları saxlamaq istəmişdir. Seyfin şifrəsini öz avtomobilinin nömrəsini qoymuş və həmin şifrəni Nelliyə demişdir. Açarın biri onda, digəri isə Nellidə olmuşdur. Nellinin onun icazəsi olmadan ona və şirkətə məxsus hər hansı məbləğdə pulu istifadə etmək ixtiyarı olmamış, yalnız onun razılığı və tapşırığı ilə həmin puldan istifadə edə bilərmiş. Şirkətə məxsus pullar bank hesablarında olmuş, nağd pullar onun öz şəxsi texnikalarından gələn gəlir olduğundan seyfdə saxlanmışdır. Həmin pulları ya şəxsi xərcləri ya da ki əlavə texnika almaq üçün saxlamışdır. Nellinin deməsinə görə onun zəhərlənməsi Raufla Mehribanın planı olmuş və Nellinin əli ilə icra olunmuşdur. Bunun üçün ona piyona adlı bir neçə dərman preparatının qarışımını vermiş, həmin dərmanı guya ki xalası Türkiyədən gətirmişdir. Bundan əvvəl isə o, 90-cı illərdə Qarabağ müharibəsində kontuziya aldığı üçün adını xatırlamadığı antidepressant dərmanlar qəbul etmiş, lakin heç vaxt özünü bu cür halsız hiss etməmişdir. 30 noyabr 2021-ci il tarixdə səhər saatlarında ona məxsus olan, 2018-ci ilin sonlarında şəxsən açdırdığı “Bank Respublika"ya məxsus 5522 2935 0216 1739 nömrəli, dollar hesabı olan debet kartından ATM-dən pul çıxartmaq istəyərkən hesabda pul olmadığını müəyyən etmişdir. Belə ki, kartı açdırdığı gün bankda hesaba nağd şəkildə 30.000 ABŞ dolları pul köçürmüşdür. Həmin pulun az məbləğini hal-hazıradək xarici ölkədə Türkiyə və Sloveniyada olarkən xəstəliyinin müalicəsi və otel xərclərinə sərf etmişdir. Həmin xərcləri ümumilikdə 5000 ABŞ dollarından çox olmamışdır. Bundan başqa həmin kartdan hər hansı başqa məqsədlə istifadə etməmişdir. Həmin vaxt təxminən 25000 ABŞ dolları pulun kartında olmadığını aşkar etmişdir. O, bununla bağlı "xxxx"ya müraciət etdikdə ona 04 dekabr 2020-ci il tarixdən hal-hazıradək olan çıxarışlar verilmişdir. Həmin çıxarışlardan məlum olmuşdur ki, o, kartdan istifadə etmədiyi və kart özündə olduğu halda onun hesabından müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul çıxarılmış və xərclənmişdir. Bankdan ona təqdim olunan sənəddə kart ona məxsus olsa da müştəri qismində Təqsirləndirilən şəxs adı yazılmışdır. Bankdan ona şifahi olaraq izah vermişlər ki, ola bilsin ki, etibarnamə vasitəsilə kartı həmin şəxs öz adına keçirtmişdir. Həmin kart həmişə onun özündə olmuş, o heç vaxt kartı və onun şifrəsini Nelliyə verməmişdir. Kartındakı pulların ondan icazəsiz Nelli tərəfindən xərcləndiyini düşünür. Belə ki, bankda ona izah etmişlər ki, həmin kartın üzərində onun adı yazılsa da Nellinin adına olması ona şirkətin işlərini idarə etmək üçün verdiyi etibarnamədən istifadə edərək kartı öz adına keçirməsi nəticəsində ola bilər. Səfərəliyev küçəsi, ev 2 ünvanının qarşısında olan marketi işlədən Məhərrəm ona Nellinin qonşu Hafizlə çox pul xərclədiyini bildirmişdir. Belə ki, Hafiz onu evə gətirib-aparır və Nelli hər dəfə əlində dolu sellofan torbalarla bazarlıq edib evə gəlir. 20 iyul 2021-ci il tarixdə o, Nellidən pulu tələb etdikdə sonuncu 150.000 ABŞ dolları pulu İrina xalasına verdiyini, 100.000 ABŞ dolları isə qardaşı Oleq Dubayda olduğu üçün ona göndərdiyini, 120.000 ABŞ dolları Raufa verdiyini və bundan əlavə Mehribana da borc pul verdiyini bildirmişdir. Nelli həmçinin əvvəllər xalası İrinanın uşaqları üçün Almaniyaya pul göndərdiyini də etiraf etmişdir. O, 300000 ABŞ dollarından əlavə lift eskalatoru alınması üçün nəzərdə tutulmuş, saxlaması üçün Nelliyə verdiyi 100000 ABŞ dollarının sonuncunun evində olduğunu zənn etmiş, lakin sonradan həmin pulun da mövcud olmadığını müəyyən edərək bu barədə müraciət etmişdir. O, həmin pulu ofisdə qara paketdə saxlaması üçün Nelliyə vermiş, lakin seyfə qoymamasını tapşırmışdır. 02 dekabr 2021-ci il tarixdə səhər saatlarında ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə sms yazılmışdır ki, avtomobilinin texniki baxış müddətinə 10 gün qalmışdır. Belə ki, ***-***-**-** saylı nömrə onun adına olduğu və şirkət nömrəsi olduğu üçün həmin məlumatlar Nelliyə göndərilmişdir. O da təşəkkür etmiş və mesajlarda istintaqa qardaşı Mamed və bacısı Hökümənin barəsində heç nə demədiyini bildirmişdir. Bundan sonra Nelli ona zəng edərək pulu Rauf, Mehriban və Güllünün oğurladığını, Mamedlə Hökümənin buraya heç bir aidiyyətının olmadığını demişdir. 08 avqust 2019-cu il tarixdə Nelli ilə "xxxx"ya getmiş, bundan bir müddət əvvəl isə Nelliyə onun adına hesab kartı açmağı bildirmişdir, Buna görə də 22 iyul 2019-cu il tarixdə Nelliyə etibarnamə vermişdir ki, onun adına hesab açdırsın. 08 avqust 2019-cu il tarixdə isə kartı götürərək hesaba 30000 ABŞ dolları pul qoymuşdur. Ola bilsin ki, 22 iyul 2019-cu il tarixli etibarnamə ilə Nelli onun adına öz hesabına bağlı kart açdırmışdır. O, seyfin açarını və şifrəsini yalnız Nelliyə vermiş, başqa heç kimə verməmişdir. O, 2008-ci il tarixdən Azərbaycanda şirkət rəhbəridir və həmin pullar onun şəxsi qazancı olmuşdur. Belə ki, istintaqa təqdim etdiyi şəhadətnamədən də görünür ki, 2008-ci il tarixdə "xxxx" adlı şirkətin təsisçisi və direktoru olmuş, həmin şirkətin adı xarici bazarlara çıxış məqsədilə 2016-cı il tarixdə "xxxx" MMC olaraq dəyişilmişdir. Həmin şirkət avtomobil yollarının çəkilişi ilə məşğuldur. Bundan əlavə, 11 iyul 2018-ci il tarixdən "xxxx" TSK MMC adlı şirkətin təsisçisi və direktorudur. Həmin şirkət də dəmiryol, bina və tunel tikintisi ilə məşğul olur. Hər iki şirkət ona məxsus olduğu üçün şirkətlərin nizamnaməsi ilə şirkətin gəlirlərinin 25 faizi gəlir vergisi verildikdən sonra şirkətə, yəni ona məxsusdur. Şirkət direktoru da o, olduğu üçün həmin vəsait üzərində sərəncam vermək hüququ vardır. Həmin vəsaitləri həm köçürmə qaydasında, həm də bank hesabından çıxartmaqla nağd qaydada şirkət üçün yeni avadanlıqlar alınmasında, iş xərclərinin ödənməsində istifadə edir. "xxxx" MMC-nin 2011-2012-ci illər, "xxxx" MMC-nin 2012-2018ci illər tarixləri üçün hesabdan çıxarışlarda bunlar göstərilmişdir. Həmin çıxarışları istintaqa təqdim etmişdir. Bundan əlavə, qardaşlarının və övladlarının adlarına tikinti texnikaları vardır və həmin texnikaları aylıq 8000, 7000, 5000, 4000 manat və sair məbləğlərdə icarə haqqı qarşılığında icarəyə verilmişdir. Bundan əlavə, "xxxx" ASC-dən 2014-2015-ci illlərdə hesabdan 30.000, 50.000, 100.000 manat və sair məbləğlərdə çıxarış etməyi barədə qaimlər də istintaqa təqdim edilmişdir. Qeyd etdiyi 300.000 ABŞ dolları və 100.000 ABŞ dolları pul vəsaitləri həmin texnikalardan gələn, vergi ödəndikdən sonra qalan nağd pulların bir hissəsidir. Qeyd olunan 300.000 ABŞ dolları pul vəsaitini şirkətə yeni texnika almaq üçün seyfə qoymuş, 100.000 ABŞ dolları pulu isə eskalator almaq məqsədilə saxlaması üçün Nelliyə vermişdir. Buldozerin alınması üçün hər hansı sənədləşmə aparılmamışdır. Çünki, buldozeri almaq mümkün olmamışdır. Həmin behi də həmişə işlədiyi türk şirkətinin direktoru Sayhan bəyə vermişdir. Lakin, Nelli pulu gətirmədiyi üçün Sayhan bəy həmin behi geri qaytarmışdır. Çünki, həmin şirkətlə uzun müddətdir əməkdaşlıq etmişlər. Sayhan bəy isə hal-hazırda Türkiyədədir. Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər bir neçə dəfə yaxın, intim münasibətlər olmuşdur. Nelli özü onunla yaxınlıq etmişdir. Nellinin bu münasibətləri başqa şəxslərə yayması barədə ona məlumatlar gəldiyi üçün o, 2019-cu ilin axırlarından etibarən Nelli ilə yaxın əlaqə qurmamışdır. Lakin, şirkətin işləri ilə bağlı yenə də Nelliyə etibar etmişdir. Həmin vaxtdan Nelli özü onunla yaxınlıq etməyə can atmış, onunla birlikdə olmaq istəmiş, amma o, bundan imtina etmişdir. Çünki, Nellinin başqa şəxslərlə də yaxın münasibətdə olduğunu eşitmiş və hiss etmişdir. O, 2021-ci il aprel-may aylarında xəstələnmiş, halsız olmuş və çox şeyə fikir verə bilməmişdir. Buna görə də yaşadığı K.Səfərəliyeva küçəsi, ev 2, mənzil 44 ünvanından 24140 manat məbləğində geyim əşyalarının, qiymətli saat, suvenirlərin konkret hansı vaxtda götürüldüyünü bilmir. Lakin, Nelli barəsində polis orqanlarına şikayət etdikdən və artıq yavaş-yavaş sağalmağa başladıqdan sonra evdə ona məxsus bahalı geyim əşyalarının, qiymətli saat və suvenirlərin olmadığını görmüşdür. Onun evinə yalnız Nelli daxil ola bilmişdir. Hətta bacısı Hökümə onlarda olarkən bir dəfə Nellinin ona məxsus əşyaları aparmaq istədiyini görüb ona mane olmuşdur. Nelli ona məxsus qalstuk, medallar, xarici pasportunu qaytarmış, digər əşyaları isə qaytarmamışdır. Hətta Nelli həmin əşyaları Mehribanın evi təmizləməyə gələndə oğurladığını bildirmişdir. Lakin, Mehriban istintaq dövründə ona bir ədəd “Lacoste” köynək, bir ədəd mələfə və bir ədəd stolüstü örtüyü gətirərək həmin əşyaları Nellinin ona verdiyini bildirmişdir. O, Mehribana Nellidən şikayətçi olduğunu demiş, əşyalarının oğurlanmasına həmin dövrdə əhəmiyyət vermədiyi üçün bu məsələni qabartmamış və şikayətçi olmamışdır. Lakin, hal-hazırda həmin əşyaları da tələb edir. Bu məsələ ilə bağlı hazırda polis orqanında istintaq aparılır və həmin araşdırmanın sonadək ədalətli aparılacağına nail olacaqdır. O, həmin əşyaları uzun müddət əvvəl almış və qəbzlərini saxlamamışdır. O, həmin dövrdə bu məsələyə əhəmiyyət verməmiş, əvvəlki ifadələrində əşyalarının oğurlandığını bildirsə də əşyalarının dəqiq siyahısını tutmadığından şikayət etməmişdir. Sonradan ona məxsus oğurlanan əşyaların 24.140 manat təşkil etdiyini hesabladıqdan sonra müraciət etmişdir. O, sonradan şirkətdən sənədlərin və ofis əşyalarının oğurlandığını bilmiş, buna görə də bu barədə sonradan şikayət etmişdir. Çünki, binanın mühafizəçisi ona demişdir ki, iş günü olmayan zaman Mehriban və Nelli şirkətə gələrək əllərində 2-3 zənbillə çıxmışlar. İstintaq dövründə Nelli tez-tez sənədlərlə onlara gələrək müxtəlif bəhanələr gətirmiş, gah pulu Mehribana verdiyini, gah Raufa verdiyini, gah Güllüyə verdiyini, gah da həmin şəxslərin pulları oğurladığını bildirmişdir. O da pulların hara xərcləndiyini, kimin götürdüyünü dəqiq bilmək üçün Nellinin dediklərini qeyd etmişdir. Lakin, hər dəfə yazıb qeyd edəndən sonra Nelli fərqli sözlər demişdir. Buna görə o, Nellinin yalan danışdığını başa düşüb vərəqi onun üzünə tullamışdır. Nelli vərqələri götürüb evə getmişdir. istintaqa təqdim edilmiş əlyazmadakı yazının bir hissəsi ona məxsusdur və Nellinin dedikləri əsasında yazmışdır. Nellinin ifadəsində qeyd etdikləri yalandır, o, Nellini ümumiyyətlə hər hansı məzmunda ifadə verməyə məcbur etməmiş, yalnız pulun harada olduğunu soruşaraq pulunu tələb etmişdir. Nelli ona məxsus 425000 ABŞ dolları pulu talamış, onu zəhərləmiş və ona dəfələrlə yalan danışmışdır. O da haqlı olaraq əsəbiləşib Nellidən pulun yerini tələb etmiş, dediyi sözlər əsəbi olduğu üçün emosional vəziyyətdə pulların yerini öyrənmək məqsədi söyləmişdir. O, Nelliyə hər hansı formada hədə-qorxu gəlməmiş, ona heç bir xəsarət yetirməmişdir. Nelli əvvəllər həmin şəkilləri özü ona göstərərək Raufun onu döydüyünü bildirmişdir. Hətta istintaq dövründə sonradan Mehribanın oğlunun onu döydüyünü bildirmişdir. O, lift və eskalator almaq üçün nəzərdə tutulmuş 100.000 ABŞ dolları pulu 2019-cu il dekabr ayının əvvəllərində ofisdə Təqsirləndirilən şəxs verdikdən sonra 28 dekabr 2019-cu il tarixdə Nelli ilə birlikdə Türkiyə Respublikasına getmiş və onlar 04 yanvar 2020-ci il tarixdə Bakı şəhərinə qayıtmışlar. Həmin pullu Nelliyə verərkən onun otağında ikisi olmuş, kənar şəxs olmamışdır. Bundan sonra isə onlar birlikdə avtomobillə evə getmişlər. Bir ədəd diskdə istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ilə arasında olan telefon danışığını 2021-ci il dekabr ayında ona məxsus kart hesabından pulların Nelli tərəfindən çıxarıldığını öyrəndikdən sonra yazmışdır. Belə ki, həmin vaxt Nelli ona zəng edərək bildirmişdir ki, onun kartında olan pulları Mehriban çıxartmışdır. O da Nellinin sözlərinin sübut əhəmiyyətli olduğunu düşünüb ona adboy vermiş və səs yazma proqramını qoşaraq yenidən Nelliyə zəng etmişdir. Həmin səs yazısında o, Nelliyə əvvəlki vəkili Cəfərlə olan hadisəni danışmışdır. Belə ki, istintaqın əvvəlində onun iş yerinin yanında Puşkin adına parkda Nelli, o və vəkili Cəfər görüşmüşlər və orada Cəfər Nelliyə pulu qaytarmaq lazım olduğunu demiş, Nelli isə Raufla Mehriban qaytarsın deyə qışqıraraq getmişdir. Bundan sonra ona Raufa qarşı verdiyi izahatı dəyişməyinə səbəb öz vəkili Cəfərin onu sıxması olduğunu demişdir. Nelli həmin səs yazısında X9 əleyhinə izahat verməyə məcbur etdiyini, Mehribanın iki dənə villa tikdirdiyini bildirmişdir. Bundan əlavə o, Nellidən “Pulu Mehriban oğurlayıbsa bəs Mehribana o texnikanı haradan almısan" deyə soruşanda Nelli “kartla də, Mehriban o pulları qaytarıb uje almışam” deyə cavab vermişdir. O, Nellidən “bəs mənə deyirdin ki, Rauf səni döyüb gətirib evin yanına atıb?” deyə soruşduqda Nelli bunları deməyə Mehribanın onu məcbur etdiyini bildirmişdir. Bundan əlavə Mehribanın ona məxsus bank kartından pul çıxartdığını, 2019-cu il tarixdə pul kisəsini oğurladıqlarını, qarışıqlıq olduğunu, yalnız 2021-ci ilin aprelində kartdan Mehribanın pul oğurladığını demişdir. Halbuki, ona məxsu kartdan həmin tarixdən əvvəl də pullar xərclənmişdir. Məhkəmədən mülki iddasının təmin olunmasını və təqsirləndirilən şəxsə sanksiya daxilində ən ağır cəzanın verilməsini xahiş edir. Bütövlükdə isə onun mövqeyi ondan ibarətdir ki, araşdırma tam və hərtərəfli deyildir. Nelli ilə birlikdə müğtəşəkkil dəstə şəklində bu cinayətin törədilməsində Mehriban və Rauf iştirak etmişdir. Amma prokurorluq bu məsələni sonadək araşdırmadan Rauf və Mehriban barəsində tam əsassız şəkildə guya cinayətdə iştirak etmələrinin sübuta yetirilməməsi barədə qərar qəbul edib. İşdəki bütün sübutlar ona qarşı törədilmiş bir neçə ağır cinayətin icrasında məhz bu iki şəxsin də aktiv iştirak etmələri nəticəsinə gəlmək üçün birmənalı əsas verir. Onun qəsdən öldürülməsinə cəhd edilməsində, ailə üzvlərinə qarşı ağır cinayəət planlaşdırılıb həyata keçirməyə hazırlıq görməkdə Mehriban və Rauf Neldli ilə birlikdə aktiv fəaliyyət göstərmişlər. Nellinin özünün yaxın qohumlarından da bu işin içərisində olanlar var. Ona məxsus olan külli miqdarda pulun böyük hissəsini Nellli həm də Moskva və Dubay şəhərlərindəki qohumlarına ötürmüşdür. Bu barədə onda konkret dəlillər vardır və onlar barədə ibtidai istintaq orqanına məlumatlar versə də hər hansı tədbir görülməmişdir. Ona görə də məhkəmədən bütün bu halların obyektiv şəkildə nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, 30 ildən artıq müddətdə Opera və Balet Teatrında xadimə işləmişdir. Bundan başqa X15 xadimə işləmiş, hər iki iş yerindən ümumilikdə 670 manat əmək haqqı almışdır. Bir müddət isə “X37”da yerləşən "xxxx"da da qeyri-rəsmi olaraq xadimə işləmişdir. Onu həmin iş yerinə həmin TSK-da baş mühasib işləyən Suqra dəvət etmişdir. Səhv etmirsə həmin korporasiyada 2020-ci ilin əvvəllərindən işləməyə başlamışdır. Orada işə başlayan vaxtdan korporasiyanın direktoru Zərərçəkmiş şəxs tanımış, onunla münasibəti yalnız salamsağoldan ibarət olmuşdur. Təqsirləndirilən şəxs da TSK-da işə başlayandan sonra tanımışdır. Nellinin konkret olaraq nə vəzifəsində işlədiyini bilməsə də ofisdə əsas işi Nelli görmüş, TSK-nın möhürü Nellidə olmuş və onun əmək haqqını da Nelli vermişdir. O, TSKda 150 manat əmək haqqıya işləmiş, lakin rəsmi işləmədiyi üçün ona əmək haqqını əlbəəl verilmişdir. İşə girəndə belə danışılmışdır ki, həftədə iki və ya üç dəfə gəlib oranı təmizləməlidir. O, adətən TSK-nın ofisinə öz rəsmi iş yerlərində işini qurtarandan sonra günorta saatlarında gəlmiş və təmizlik işlərini başa çatdırandan sonra çıxıb getmişdir. Lakin bir müddət işləyəndən sonra Nelli ona hər gün gəlib ofisin təmizlik işlərinə baxmasını bildirmiş və təmizliklə bağlı lazım olan ləvazimatın pulunu ona verərək həmin ləvazimatları özünün alıb gətirməsini tapşırmış, o da etiraz etməyərək razılaşmışdır. Nelli ona həmişə pulu nağd şəkildə vermişdir. Amma bir dəfə Nelli ona plastik kart verərək gedib bazarlıq etməsini tapşırmış, o da razılaşmışdır. Həmçinin Nelli ona kartın 4 rəqəmdən ibarət hazırda xatırlamadığı kodunu vermişdir ki, bazarlıq edəndən sonra həmin kart vasitəsilə kodu daxil edib ödəniş etsin. O da kartı götürüb ofisin yaxınlığında yerləşən səhv etmirsə «Grandmart» mağazasına gedərək təmizlik ləvazimatları, o cümlədən quru çay, konfet, qənd və digər ərzaq məhsulları alıb pulunu kartla ödəmişdir. Səhv etmirsə 100 manatdan bir qədər artıq ödəniş etmişdir. Daha sonra kartı gətirib Nelliyə vermişdir. Digər vaxtlarda isə pulu ona həmişə nağd şəkildə vermişlər. Əvvəllər onun istifadəsində öz adına olan ***- ***-**-** nömrəsi olmuş, həmin nömrəni 10 ildən artıq müddətdə istifadə etmişdir. Bundan başqa ona hədiyyə olaraq ***-***-**-** nömrəsi də verilmiş, lakin o, demək olar ki, həmin nömrədən istifadə etməmişdir. ***-***-**-** nömrəsini son zamanlar Nelli onu çox narahat etdiyi üçün dəyişmiş və hazırda ***-***-**-** nömrəsini istifadə edir. O, ailə üzvləri, yəni oğlu Vüqar, Vüsal və nəvələri Nicat, Zakir və Mehriban ünvan 5 ünvanında qeydiyyatdadırlar. Gəlinləri isə hərəsi öz ata evində qeydiyyatda olsalar da hamısı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, köhnə adı Əbdülkərim adlanan küçədə 48 nömrəli evdə yaşayırlar. Səhv etmirsə yaşadıqları evin sənədi köhnə texniki pasport olmaqla anası X1 adına olmuşdur. Onlar evi təxminən 1995-1996-cı illərdə almışlar. 3 otaq və 1 mətbəxdən ibarət olan həmin ev təmirsiz olmuşdur. Qeydiyyatda olduqları ev isə onun valideynlərinin evi olmuş, onun rəhmətlik əri X25 yaşadığına görə onlar da ora köçmüşlər. O, Maştağaya köçəndən sonra, təxminən 17 və ya 18 il əvvəl onun bacısı Məlahətgil də orada torpaq almışlar və ev tikib yaşamağa başlamışlar. Şahid2 qiyabi olaraq tanımış, onunla heç bir şəxsi tanışlığı olmamış, onu heç vaxt görməmiş və onunla danışmamışdır. Sadəcə olaraq ofisdə Nelli ilə söhbət edərkən sonuncu ona Raufla sevgili olduqlarını, sonuncunun iş icraçısı kimi tikinti işləri ilə məşğul olduğunu, «Gənclik Malİ» ticarət mərkəzinin dizaynını onun verdiyini, həmçinin tikintisində iştirak etdiyini, "xxxx"da işə başlayandan sonra Raufla gizli görüşlərini davam etdirdiklərini bildirmişdir. Nelli ilə münasibətləri yaxşılaşandan sonra Nelli ona xeyriyyəçilik işləri ilə məşğul olduğunu bildirmiş və bu səbəbdən tez-tez ona xeyriyyə məqsədilə pullar vermişdir. Nelli həmçinin gəlib onun evinə baxdıqdan sonra evin təmir işlərini də həll edəcəyini bildirmiş və həmin Şahid2 onun Maştağa qəsəbəsində yerləşən eviin təmiri üçün usta göndərməsini xahiş etmişdir. Həmin ustalar gəlib evə baxaraq işlərin çox olduğunu, təmir üçün xərclərin çox çıxacağını bildirmişlər. Buna görə o, Nelliyə ucuz başa gəlməsi üçün Maştağa qəsəbəsindən ucuz usta tapıb işlədəcəyini demiş, Nelli də razılaşaraq təmir xərcləri üçün ona hissə-hissə 10000 manat pul vermişdir. Evdə təmir gedən ərəfədə onlar bacısının həyətində olan ikinci evdə qalmışlar. Həmin vaxt Nelli gəlib onların evinə baxmış və oradakı vəziyyəti, istiliyi görəndən sonra ev üçün kondisioner, soyuducu və televizor alıb gətirmişdir. Soyuducu və televizoru “Maxi.az” mağazasından alıb vermiş, kondisioneri isə sonradan göndərmişdir. Bundan başqa, Nelli ona “Samsung Note” markalı təzə telefon, mikrodalğalı soba almış, həmçinin nəvəsi Nicat səhhəti ilə bağlı xəstəxanada yatan zaman ona “Playstation 4” markalı oyun konsulu gətirmişdir. Bundan başqa, onun oğlu Vüqar özünə məxsus avtomobili əvvəlcədən 8300 manat, qalan 3000 manat pulu isə hər ay 500 manat olmaqla ödəmək şərtilə satmış və özünə “Mersedes Vito” markalı avtomobil almaq istəmişdir. Həmin ərəfədə o, “Beynəlxalq bank”dan öz adına 5000 manat və bacısı Məlahətin adına 5000 manat kredit götürüb Vüqara vermiş, səhv etmirsə 7000 və ya 8000 manat da Nelli köməklik etmiş və onlar “Mersedes Vito” markalı avtomobil almışlar. Həmin vaxtlar oğlu Vüqar 131 saylı marşrutda sürücü işləmiş, digər oğlu Vüsal heç bir yerdə işləməmiş, Vüsalın yoldaşı Vəfa isə Aktryorlar evində xadimə işləmişdir. Onlar “Mersedes Vito” markalı avtomobili almamışdan əvvəl Nelli onlara “biz həmin avtomobili alaq, həm bizə köməklik edəcək krediti ödəyək, həmçinin işğaldan azad olunmuş Kəlbəcər rayonunda avtomobili şirkətlərə işə salacaq, oradanda qazanc götürəcəyik" deyə bildirmişdir. Onlar da Nellinin sözü ilə həmin avtomobili almışlar. Ümumiyyətlə Nelli ona həmişə pul vermiş, həmin pulların özünə məxsus olduğunu, çünki atası uzunmüddət yüksək vəzifəli şəxsin sürücüsü işlədiyini, o vaxtdan da imkanlarının yaxşı olduğunu bildirmişdir. 2021-ci ilin iyul ayının əvvəllərində Nelli ona Zərərçəkmiş şəxs onunla yola getmədiyini, tez-tez dalaşdığını bildirmiş, ancaq dəqiq səbəbini deməmişdir. Bir neçə gün sonra isə Nelli onların ofisinin yanında taksi fəaliyyəti göstərən yaşlı kişinin idarə etdiyi “Mersedes” markalı avtomobillə onun yanına, “Nizami” kinomərkəzinin yaxınlığına gəlmişdir. Orada Nelli taksi sürücüsündən avtomobili tərk etməsini istəmiş, sürücü düşəndən sonra o və Nelli ilə avtomobildə tək oturmuşlar. Həmin vaxt Nelli ona verdiyi, o cümlədən digər xərclədiyi pulların hamısının Zərərçəkmiş şəxs məxsus olduğunu, Əfqanın da pulların götürülməsini bildiyini deyərək ondan xahiş etmişdir ki, faiz verən adam tapsın, həmin şəxsdən təxminən 200 manat faizə pul götürsünlər, sonra isə desinlər ki, guya pulları həmin faiz verən adam götürmüşdür. O isə razılaşmayaraq Nelliyə “mən bu işə qol qoya bilmərəm, mən etməyəcəm’’ demişdir. Belə olduqda Nelli ona “səndən kim nə soruşsa de ki, heç nə bilmirsən” deyə tapşırmış və ayrılıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Nelli polisə məlumat vermişdir ki, ofisdən pul oğurlanmışdır. Həmçinin Zərərçəkmiş şəxs ona zəng edərək başı bağlı falçı qadının kim olduğunu soruşmuş, o isə elə bir adam tanımadığını, hətta tanısa belə bu barədə heç bir söz deməyəcəyini bildirmişdir. Çünki, Nelli ona demişdir ki, ondan kim soruşsa heç kimə heç bir məlumat verməsin. Daha sonra onu polisə çağırmışlar və orada ondan Nellinin ona pul veribvermədiyini soruşmuşlar, o da Nellinin ona təxminən 50000 manat pul verdiyini etiraf edərək həmin pulu qaytaracağına söz vermişdir. Bundan sonra “Mersedes Vito” markalı avtomobili əvvəlcədən 25000 manat, qalan 3000 manatı isə hissə-hissə ödəmək şərtilə satmış, həmçinin lombarda qızıl qoyub pul götürmüş, anası 5000 manat, bacısı Məlahət təxminən 6000 manat pul vermiş və beləliklə ümumilikdə 40000 manat pul düzəldib Nəsimi rayon Polis İdarəsində Zərərçəkmiş şəxs çatdırılması üçün ödəmişdir. Qalan 10000 manatı isə məzuniyyət pulu və bir qədər də borc götürməklə düzəltmiş və yenə Nəsimi rayon Polis İdarəsinə ödəmişdir. Nelli ona ümumilikdə 50000 manata yaxın pul verərək yardım etmiş, həmin puldan başqa hər hansı məbləğdə pul verməmişdir. Bir neçə dəfə Zərərçəkmiş şəxs rayonda olan zaman Nelli onu Əfqanın evinə aparmış, o da evdə təmizlik işləri görmüş, xalçaları aparıb evində yuyub yenidən gətirib sərmişdir. Təxminən dörd və ya beş dəfə həmin mənzildə olmuşdur. Nelli onu hər dəfə Zərərçəkmiş şəxs rayonda olan zaman həmin mənzilə aparmış, onu həmin mənzilə gedib-gəlməyindən Əfqanın xəbərinin olub-olmamasını bilməmişdir. O, cəmi bir dəfə Nellinin anasının ad günü olan zaman tort, gül alıb, həmçinin evdən adyal götürüb onların evinə aparmış, lakin evə keçmədən dəhlizdən hədiyyələrini verib çıxıb getmişdi. Bundan başqa vaxt onların evində olmamışdır. Onda yalnız blokdan ofisə keçən qapının açarı olmuş, digər otaqların açarları olmamışdır. Çünki otaqların qapısı daimi olaraq açıq olmuşdur. Şahid14 onun bacısı Məlahətin qonşusudur, həmçinin onun gəlini Aytən Əliyeva ilə Ehtibarın gəlini Ülviyyə dayı qızı bibi qızıdırlar, ona görə də çox yaxşı münasibətləri vardır. Ehtibar həm 131 saylı marşrutda sürücü işləmiş, həm avtomobil alış-verişi ilə məşğul olmuş, həm də əkin sahələri vardır, orada əkinçiliklə məşğul olmuşdur. Ofisdə demək olar bütün işləri Nelli aparmış, Zərərçəkmiş şəxs isə otağında oturmuşdur. Bundan əlavə, Nelli Əfqanın dərmanlarını vermişdir. Belə ki, o, işləməyə başlayandan Əfqan həmişə dərman atmış, Əfqanın çayını, suyunu da Nelli vermişdir. O yalnız, bir və ya iki dəfə Nelli olmayanda Əfqan müəllimə çay vermişdir. Əfqan müəllim xüsusi olaraq hər hansı ot və çay içməmişdir. Nelli Əfqan müəllimə həmişə şüşə butulkada “Sirab” suyu almış və həmin su həmişə sonuncunun stolunun üstündə olmuşdur. O, Nellidən hər hansı plastik kart oğurlamamış, həmin əşyaları, telefonları Nelli ilə birlikdə 28 May küçəsində yerləşən “Maxi.az”dan almışlar və ödənişi də Nelli öz bank kartı ilə etmişdir. Hətta işdə olanda da işə ərzaq almaq üçün Nelli ona nağd pul vermişdir. Yalnız bir dəfə işə ərzaq alması üçün maaş kartını ona vermişdir. O, Nellini yaxşı insan kimi tanımış, sonuncu həmişə onunla maraqlanmış, maddi çətinlikləri olduğundan ona kömək etmişdir. Nelli atasının vəzifəli şəxsin sürücüsü olduğunu, pulunun çox olduğunu, xeyriyyəçilik etdiyini, sponsorlar olduğunu demiş, hətta onun epilepsiya xəstəsi olan nəvəsinin sağlamlığı üçün onu Quba və Qəbələ rayonunda 5 ulduzlu otelə göndərmişdir. O, ünvan 6 ünvanda rəhmətlik əri Ramiz Əliyevin evində yaşayır. Qeydiyyatda olduğu Nəsimi rayonu, B.B.Məcidov küçəsi, ev 76 ünvandakı ev isə ata evidir və şəhərə yaxın olduğu üçün orada yaşayır. Bunlardan başqa hər hansı başqa evi yoxdur, təzə ev tikdirməmişdir. Əfqanın evinin açarı heç vaxt onda olmamışdır. Əfqan rayonlara ezam gedəndə Nelli özü onu Əfqanın evinə gətirmiş, o da evdə təmizlik işləri görmüş, həmin vaxt Nelli özü də evdə olmuşdur. Nellinin evində isə yalnız bir dəfə olmuşdur. Belə ki, Nellinin anasının ad günündə sonuncu ona gül və tort almağı tapşırmış, o da anda, o, gül və tort alıb onlara aparmışdır. Bibisinin qaynı qızı Gülçöhrə kasıb insandır, mərasimlərdə quran oxuyur. Nelli öz qardaşı, atası və evləri üçün Gülçöhrəyə dualar yazdırmışdır ki, evdə söz-söhbət olmasın, qardaşının və atasının işi yaxşı getsin. Nelli hətta Əfqanla münasibətlərinin yaxşı olması, Əfqanın onu sevməsi üçün də dualar yazdırmışdır. O, Nellinin müxtəlif vaxtlarda verdiyi 100 ABŞ dolları, 50 manat, 30 manat məbləğində pulları Gülçöhrəyə vermişdir. Ümumilikdə Gülçöhrəyə təxminən 1200-1500 manat pul vermişdir. Hətta Nellinin öz istəyinə əsasən Gülçöhrənin plastik butulkada verdiyi dualı suyu da içməsi üçün Nelliyə vermişdir. 2021-ci il iyul ayında telefon danışığı zamanı Nelli ona və digər insanlara xərclədiyi puların Əfqanın pulu olduğunu, sonuncunun bundan xəbər tutduğunu, Əfqanın pulundan 30000 ABŞ dolları Raufa verdiyini, Raufun qardaşı tutulduğu üçün bir dəfə də 30000 ABŞ dolları verdiyini bildirmişdir. O, yalnız həmin vaxt bilmişdir ki, Nelli əslində Əfqanın pullarını xərcləmiş, ona isə yalandan xeyriyyə pulları olduğunu bildirmişdir. O, Əfqanın evində olarkən Nelli də onun yanında olmuş, oradan pul oğurlamamışdır. Müharibə vaxtı, eləcə də ondan sonrakı müddətdə Əfqan müəllimin uzun müddət ofisdə olmadığını görməmişdir. Belə ki, Əfqan müəllim həmişə ofisdə olmuş, uzağı 5 gün və ya bir həftə ofisdə olmamış, hər gün işə gəlmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi “WhatsApp” proqramı ilə yazılan səs yazıları o və Nelli arasında olan səs yazılarıdır. Birinci səs yazısında ailəsilə Qubada oteldə olarkən Nelli ona “özünüzə yaxşı baxın ay Mehriban, siz mənə lazımsız, mən sizə baxıram fikirləşirəm hamı pox yeyir” demiş, ikinci səs yazıda “pulu da fikirləşməyin xərcləyin, öpürəm, mən sizin yerinizə də keyf eliyirəm burda, elə sevinirəm” demiş, üçüncü səs yazısındakı söhbətləri isə ondan ibarət olmuşdur ki, Nelli ona “Əfqan təzə obyekt almaq istəyir, mən istəmirəm, başı işə qarışacaq, elə elə ki, almasın ofisdə mənim yanımda olsun həmişə” demiş, o da Nelliyə həmin səs yazısında Gülçöhrənin dua etdiyini və Gülçöhrənin sözlərini demişdir. Həmin səs yazıda o, çox güclü problem olmadığını, hansısa qadınla yazışmadığını, Gülçöhrənin ona obyekt almaması ilə bağlı dua yazacağını demişdir. Həmin səs yazıda Gülçöhrənin Nelliyə təşəkkür etdiyini, Nellinin Gülçöhrəyə verdiyi pullarla evinə xırda-xırda əşyalar aldığını, mağazaya borcunu verdiyini demişdir. Dördüncü səs yazısında Nelli artıq 2021-ci il iyul ayında ona demişdir ki, ona verdiyi, Raufa verdiyi, xərclədiyi pullar Əfqanın puludur, sonuncu da bundan xəbər tutub. Nelli həmişə Əfqanın nəvəsinə, uşaqlarına pul xərcləməsini istəməmiş, bundan sonra o da Gülçöhrəyə bu barədə dedikdə Gülçöhrə səs yazısında ona “onların davaları qurtarmayacaq ee, onlar kişidən pul istəyir, kişi də onlara pul verməyəcək, heç vaxt da gedib kassanı açmaz, kişi həmişə kassanın ixtiyarı bunda (yəni Nellidə) olub deyə həmişə bunla iş görüb” deyə bildirmişdir. Beşinci səs yazısında “Gülyaya deyərəm bir şey eləsin narahat olma” demiş, altıncı səs yazısında Gülçöhrənin Nelliyə hazırladığı dualı su ilə bağlı Nelliyə “bəs Nardarandadı, deyir ki, bunu verməlisən ki, içsin” demiş, yeddinci səs yazısında Gülçöhrə ona Nellinin verdiyi puldan danışmış və “bir də onun verdiyi puldan, düzdü mənə verib, sədəqə verirəm, sağ olsun, Allah razı olsun, o verdiyi dolları xırdaladım, 20 manat ona verdim, 30 manat bu birisinə verdim, 30 manat vəkilimə göndərdim, müəllimə göndərdim, indi uşaqdı da hazırlığa gedir 100 manat borclu qalmışam müəlliminə, uşaqların üst-başını da o puldan aldım” demiş, səkkizinci səs yazısında Nelli ona “Çox yüklədim sizi, pis təsir elədi mənə, aktyorluqda etdim onlara, amma yenə də yazıqları gəlmədi, bu gün elə paltar geyindim ki, arıq göstərsin, göm göy altında idim...” demişdir. Bu səs yazısı onunla bağlı olmuşdur ki, Nelli pul söz-söhbəti zamanı Əfqan və bacısının yanına getdiyini, aktyorluq etsə də ona yazıqları gəlmədiyini, hətta yazıqları gəlməsi üçün adi paltar geyindiyini, üzünün göm-göy olduğunu demişdir. Doqquzuncu səs yazısı köhnə səs yazısıdır və orada Nelli ona yoldaşları ilə və Raufla görüşə bilmədiyini, Əfqanın rayona da getmədiyini, buna görə də evdən çıxa bilmədiyini demiş, Raufla görüşə bilmədiyinə görə heyfislənmişdir. Onuncu səs yazısında Nelli ona “elə bilin ki sizdə qız var” deyərkən onu nəzərdə tutmuşdur ki, elə bilsin ki Nelli onun qızıdır. O da Nelliyə qızı olduğunu demişdir. Həqiqətən də Nelli ona öz qızı kimi olmuş, ona çox kömək etmiş, dərdlərini bölüşmüşlər. Təqdim olunmuş 14 dəqiqə 02 saniyəlik səs yazısı onunla Nelli arasında Nəsimi rayon Polis İdarəsinin inzibati binasında olmuşdur. Həmin vaxt orada Nelli və ondan başqa heç kim olmamışdır. Nelli həmin vaxt onun üzünə dayanıb pulları onun oğurladığını, onu və Əfqanı Gülya, yəni Gülçöhrə ilə birlikdə zəhərləyərək öldürmək istədiyini demişdir. Nelli həmin vaxt onun guya ki, Neftçilərdə ev aldığını, şəkilləri olduğunu, hər şeyi boynuna almasa ömürlük tutulacağını deyərək ona böhtan atmışdır. O isə bu dediklərinin yalan olduğunu, şər atmamasını demişdir. Səs yazısında Gülçöhrə ona Nelliyə verdiyi və Nellinin xeyrinə Gülçöhrə tərəfindən hazırlanmış dua oxunmuş su barəsində danışmışdır. Həmin su da adi içməli su olmuşdur. Təqsirləndirilən şəxs onu heç vaxt döyməmişdir. Bir dəfə Bakı şəhər Baş Polis İdarəsində istintaq gedən zaman səhv etmirsə təxminən sentyabr ayının əvvəllərində Nelli Kubinkada yerləşən evinə gələrək oturub onunla söhbət etmiş və həmin vaxt onun əlinin üstünə və başına əli ilə toxunaraq "sən dupsan, mən sənə nə desəm onları təsdiq et” demişdir. Nelli onu istəsə də döyə bilməz, ona gücü çatmaz. Nelli həmin vaxt ona əvvəlki ifadələrində də qeyd etdiyi kimi həmişə dediyi sözü demişdir. Yəni bir nəfər sələmçi tapmasını, 200 manat vermələrini və sonra da bütün pulu ona yükləmələrini istəmiş, o isə buna etiraz edərək həqiqəti danışmağı tövsiyyə etmişdir. Nelli onun ifadəsini dəyişməyəcəyini görərək çıxıb getmişdir. Təxminən 2021-ci il mart ayında Nelli ona epilepsiya xəstəsi 10 yaşlı oğlu Nicatı rayona təmiz havaya aparmasını deyərək “Mən danışmışam 5-ci gün gedəssən, bazar günü qayıdassan” deyə bildirmişdir. O, razılaşmış və tarixini dəqiq xatırlamadığı həftənin 5-ci günü oğlu Vüqar “Vita” markalı avtomobili ilə onu, Nicatı, iki gəlinini, o biri böyük oğlunu, üç nəvəsi və anasını Qəbələyə aparmışdır. Qəbələdə Nellinin dediyi, adını bilmədiyi 5 ulduzlu gözəl bir otelə getmişlər. Nelli onlar üçün meşənin içində “katej" bron etmişdir. Onlar bazar günü geri qayıtmışlar. Bir ay sonra isə Quba rayonuna getmişlər. Qəbələ rayonunda hansı oteldə qaldığını bilmir, lakin ödənişi Nellinin ona verdiyi 1500 ya da 2000 manat pulla ödəmişlər. Həmin otelə nə qədər pul verdiyini hal-hazırda xatırlamır. Quba rayonunda isə “Quba Rixos” oteldə qalmışdır. Qəbələdə qaldıqdan təxminən bir ay sonra, təxminən aprel ayında Qubaya getmişlər. Həmin vaxt da Nelli özü “yer bron etmişəm gedərsiz” deyərək yenidən ona təxminən 1500- 2000 manat pul vermişdir. Onlar ödənişi oteldə etmişlər və həftə sonu iki gün qalıb yenidən Bakıya qayıtmışlar. O, Nelli ilə yaxın münasibətdə olmuş, sonuncu onun çətin şəraitini görüb ona yardım etmiş, həmin yardımları dostları və sponsorları tərəfindən edildiyini bildirmişdir. Bundan əlavə, atası yüksək vəzifəli şəxsin sürücüsü olduğundan imkanlarının yaxşı olduğunu, ona görə yardım etdiklərini demişdir. O, istintaqda 50000 manat verdikdən sonra təxminən 2021-ci il avqust ayının sonu, sentyabr ayının əvvəllərində rəfiqəsi Sevinc, o, Nelli və Əfqan Nellinin evinin yanında küçədə görüşərkən Əfqan müəllim hamının yanında ona "30000 manat da pul ver, səndən gələcəkdə şikayət və tələbim olmayacaq” deyərək bu barədə istintaqa ərizə verəcəyini bildirmişdir. O da teztez istintaqa çağırıldığından bu məsələdən birdəfəlik qurtulmaq üçün borc-xərc edib 20000 manat pul düzəldərək Əfqana vermişdir ki, sonuncu onun barəsində şikayəti olmaması ilə bağlı istintaq ərizə versin. Ancaq Əfqan pulu aldıqdan sonra onsuz da ondan şikayət etmədiyini, buna görə də ərizə yazmağa ehtiyac olmadığını bildirmişdir. Beləliklə, Nellinin ona verdiyi pulların hamısını Zərərçəkmiş şəxs qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla bibisi ilə birlikdə həmin ünvanda yaşayır. Anası və bacısı ünvan 8 ünvanında yaşayır, atası isə rəhmətə getmişdir. Anası və bibisi təqaüdçüdür, heç bir yerdə işləmirlər, bacısı isə özəl uşaq bağçasında müəllimə işləyir. O, təxminən 2013-cü ildən etibarən 2015-2016-ci illərə kimi fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçməklə sifariş əsasında tikinti ilə məşğul olmuşdur. 2016-cı ildə isə fərdi sahibkar kimi fəaliyyətini dayandırmışdır. Belə ki, həmin dövrdə bütün növ tikinti işlərini icra etmişdir. Təqsirləndirilən şəxs təxminən 2013-cü ildə “Gənclik Mall” da aparılan təmir-tikinti işləri zamanı tanımışdır. Belə ki, həmin vaxt o, “Gənclik Mall”da sifariş əsasında müxtəlif mağazaların təmirini həyata keçirmiş, Təqsirləndirilən şəxs isə həmin Ticarət Mərkəzini tikdirən “Paşa Holding”in nümayəndəsi kimi təmirə nəzarət etmişdir. Nellini oradan tanımış və bir müddət sonra aralarında sevgi münasibətləri yaranmış, bu münasibətləri təxminən 3-4 il davam etmişdir. Təxminən 2017-ci ildə Təqsirləndirilən şəxs işləmək məqsədi ilə Amerikaya getmiş, lakin hansı iş üçün Amerikaya getməsi barədə ona heçnə bildirməmişdir. Nelli təxminən bir ilə yaxın müddət ərzində Amerikada qalmalı olmuş, buna baxmayaraq onlar həmin müddət ərzində də bir-biriləri ilə əlaqə saxlamışlar. Təxminən 2018-ci ildə Təqsirləndirilən şəxs Bakı şəhərinə qayıtmış və ona əslində Amerikada təhsil aldığını bildirmişdir. Nelli gəldikdən sonra da aralarında sevgi münasibətləri davam etmişdir. Təxminən 2018-ci ildə Nelli ona hansısa dəmir yol şirkətində işə düzəldiyini bildirmiş, lakin həmin şirkətin adını və hansı fəaliyyətlə məşğul olmasını ona deməmişdir. Nellinin dediyinə görə o, həmin şirkətdə müdir köməkçisi işləmişdir. İşdən gec çıxdığına görə son vaxtlar Nelli ilə görüşləri azalmış, onlar 5-6 ayda bir görüşmüşlər. Təxminən 2019-cu ilin noyabr ayında saat 23 radələrində Nelli ona zəng edərək görüşmək istədiyini bildirmiş, o da razılaşmışdır. Onlar Hökmət evinin yaxınlığında görüşmüşlər. Həmin vaxt söhbət əsnasında Nelli ona özü ilə paltar üçün nəzərdə tutulmuş çantada 30000 (otuz min) ABŞ dolları məbləğində pul gətirdiyini deyərək “vaxtı ilə sən mənə köməklik etmisən, bu pul isə mənim şəxsi pulumdur, istədiyin qədər həmin puldan götürə bilərsən” deyə bildirmişdir. O, Nelli Amerikada olarkən sonuncunun xahişi ilə bir neçə dəfə ona xırda məbləğdə pul göndərmişdir. Ümumiyyətlə Nelli ilə qarşılıqlı olaraq həmişə bir-birilərinə köməklik etmişlər. Görüşdükləri həmin gün o, Nelliyə pula ehtiyacının olmadığını söyləmiş, lakin Nelli pulları çantanın içərisində ona verərək saxlamasını xahiş etmiş, həmçinin “ehtiyacın olduqda həmin puldan istədiyin qədər götürə bilərsən” demişdir. O, içərisində 30.000 (otuz min) ABŞ dolları pul olan həmin çantanı götürmüş və yaşadığı evə aparıb özündə saxlamışdır. Təxminən altı-yeddi ay sonra Nellinin xahişi ilə 6000 (altı min) ABŞ dolları məbləğində pulu sonuncunun "xxxx"ya aid kartına göndərmişdir. Belə ki, “WhatsApp” proqramı vasitəsi ilə bank kartının fotoşəkilini ona göndərmiş, o da “Sahil bağı”nın yaxınlığındakı "xxxx"nın baş ofisinə gedərək 6000 ABŞ dolları məbləğində pulu həmin kart hesabına yerləşdirmişdir. Təxminən iki ay sonra Nelli ilə görüşərkən sonuncu ona verdiyi pulu hansısa işə sərmaya kimi qoymasını, pulun evdə boş-boşuna qalmamasını, əldə edilmiş qazanc isə ona verməsini bildirmişdir. O da Nelliyə həmin pulu əmanət kimi "xxxx" ya qoymaq istədiyini demişdir. Bundan sonra "xxxx"nın baş ofisinə gedərək Nellinin ona verdiyi puldan 15000 manat məbləğində pulu öz adına əmanət qoumuşdur. Bu barədə müqavilə illik 10 faiz olmaqla bir il müddətinə bağlanmışdır. Lakin, o, əmanətə görə bankın verdiyi faiz puldan her hansı məbləğdə pul götürməmişdir. 2021-ci ilin fevral ayında Nelli ona zəng edərək 3500 manat məbləğində pul istəmiş, o da həmin məbləğdə pulu götürüb Nellinin evinin yaxınlığında ona vermişdir. Təxminən bir ay sonra Nellinin istəyi ilə pulun 4500 manatını onun “Yana” adlı rəfiqəsinə vermişdir. 23 iyul 2021-ci il tarixdə saat 18-19 radələrində Nəsimi Rayon Polis İdarəsindən tanımadığı polis əməkdaşı ona zəng edərək Nellinin yaşadığı evdəki seyfdən oğurluq olması ilə bağlı onu polis idarəsinə çağırmışdır. O, polis idarəsinə gedəndə Nellinin də orada olduğunu görmüşdür. Həmin vaxt Nelli ondan verdiyi 30.000 ABŞ dolları məbləğində puldan qalıq qalmış pulu istəmiş, o da pulu qaytaracağına söz vermişdir. Növbəti gün "xxxx"nın baş ofisinə getmiş və müqaviləyə birtərəfli qaydada xitam verməklə bank əmanəti kimi qoyduğu 15 000 manat məbləğində pulu götürmüşdür. Müqaviləyə vaxtından əvvəl xitam verildiyinə görə ona heç bir faiz verilməmişdir. Bundan başqa yaşadığı evdə qalmış 10.000 ABŞ dolları məbləğində pulu da götürüb Polis İdarəsində qəbz əsasında Nelliyə vermişdir. Bununla da onun Nelliyə heç bir borcu qalmamışdır. Şahid1 şəxsən tanımır. Təxminən 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində Nelli ona zəng edərək onun işlədiyi şirkətdə xadimə kimi çalışan Mehriban adlı kasıb bir qadın olduğunu, onun Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinə yağış sularının dolduğunu, buna görə xeyriyyə məqsədi ilə Mehribanın evinin damını təmir etdirmək istədiyini, 2000-3000 manat məbləğində köməklik edəcəyini bildirmiş və ondan xahiş etmişdir ki, işçilərini oraya göndərib damın vəziyyətinə baxsınlar. O, razılaşaraq Nellidən Mehribanın mobil nömrəsini istəmiş və həmin mobil nömrəni işçilərinə verərək onları Mehribanın evinə göndərmişdir. İşçiləri həmin evin damına baxdıqdan sonra ona zəng edərək xərcin 2000-3000 manatdan çox olduğunu bildirmişlər. O, Nelliyə zəng edərək bu barədə məlumat verdikdə sonuncu “lazım deyil qalsın” demişdir. O, ümumiyyətlə Şahid1 şəxsən heç vaxt görməmişdir. Nəsimi Rayon Polis İdarəsində olarkən X16 müdiri olduğunu eşitmişdir. Nellidən aldığı 30.000 ABŞ dolları puldan bir qəpik də olsun öz şəxsi ehtiyaclarına xərcləməmişdir. O, tikinti işi ilə yanaşı 10 ildən çoxdur ki, avtomobil satışı ilə də məşğul olur və Gürcüstandan avtomobil gətirib satır. Buna görə də adına bir neçə avtomobil vardır və həmin avtomobillərin bir hissəsini baş etibarnamə ilə satdığı üçün hələ də onun adınadır. Onun istifadəsində yalnız bir ədəd özünə məxsus 2014-cü il buraxılışlı “Hyundai Sonata” markalı avtomobili vardır. Nəsimi Polis İdarəsində olarkən Nelli pulu Mehribanın və başı bağlı bir qadının oğurladığını, Mehribanın ona məxsus plastik kartı oğurlayıb özünə avadanlıqlar aldığını bildirmişdir. Bakı şəhər Baş Polis İdarəsində isə pulu guya onunla Mehribanın götürdüyünü demişdir. Sonradan isə Nelli onun barəsində yalan ifadə verdiyi üçün ondan üzr istəmiş, sonuncu dəfə isə pulu Əfqan və Əfqanın qohumlarının götürdüyünü bildirmişdir. O, Zərərçəkmiş şəxs ümumiyyətlə heç vaxt görməmiş və tanımamışdır. Nelli özü ona “WhatsApp” proqramı vasitəsilə göndərdiyi səs yazılarında və mesajlarda göstərmişdir ki, Əfqan onu döyərək ona qarşı yalan ifadə verməyə məcbur etmişdir. Hətta Bakı şəhər Baş Polis İdarəsində Nelli ilə üzləşmə zamanı Nelli onun üzünə qarşı yalan ifadə verərək demişdir ki, guya ondan 120000 ABŞ dolları pul almış və həmin pulun 50000 ABŞ dollarını Mehriban adlı şəxsə vermişdir. O, Nellini tanıdığı vaxtlardan onun maddi vəziyyətinin orta olduğunu bilmişdir. Lakin, 2015-2016-cı illərdə münasibətlərinin yaxşı olduğu vaxtlarda Nelli çox narahat olmuş və yanında olanda onun telefonuna tez-tez zənglər gəlmişdir. Həmin vaxt Nelli “Paşa İnşaat”da işləmişdir. O, Nellidən təkidlə nə baş verdiyini soruşduqda sonuncu bir neçə nəfərə borcu olduğunu demişdir. Nelli əvvəlcə kimisə əməliyyat etdirdiyi üçün borc aldığını desə də sonradan başqa bəhanələr gətirmişdir. O, Nelli ilə həmin vaxtlar aiiə həyatı qurmaq istəmiş, buna görə də çox yaxın münasibətləri olmuşdur. Nellinin çıxılmaz vəziyyətdə olduğunu görüb onun borclarının bir hissəsini ödəmişdir. Dəqiq məbləği xatırlamasa da təxminən 10000 manatdan çox pul ödəmişdir. Lakin Nellinin daha böyük məbləğlərdə borclarının olduğunu bildikdə onun atası ilə danışmışdır. Bundan sonra qalan borcları atası ödəmişdir. Bu hadisədən sonra Nelli Amerikaya tanışlarının yanına işləməyə getmiş, bir ildən sonra yenidən qayıtmışdır. Onun X2 2013-cü il tarixdə törətdiyi hadisəyə görə 2017-ci ildə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tutulmuş, lakin baəraət almışdır. Bundan bir müddət sonra isə hökmdən protest verildiyi üçün onun işinə yenidən məhkəmədə baxılmış və 2019-cu ilin sonlarında ona azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. O, qardaşının tutulması ilə əlaqədar Nellidən hər hansı məbləğdə pul almamışdır. O, ümumiyyətlə Nellidən pul istəməmiş, sadəcə vaxtı ilə Nelliyə maddi cəhətdən yardım etdiyi üçüm o özü ona pul vermişdir. Nellinin ona verdiyi 30000 ABŞ dollar puldan 15000 manatını depozitə qoyduğu tarixdən, yəni 01 aprel 2021-ci il tarixdən təxminən beş-altı əvvəl Nelli ona 30000 ABŞ dolları pul vermişdir. Həmin tarix də təxminən 2020-ci ilin payız aylarına düşür O, bir neçə dəfə Nellidən pulu haradan əladə etdiyini soruşduqda sonuncu təkidlə öz qazancı olduğunu, gecə-gündüz işlədiyini, şirkətin bütün işlərini gördüyünü bildirmişdir. O, Nellidən pulu nəyə görə ona verdiyini soruşduqda, sonuncu qardaşı ilə problemi olduğu üçün pulu evdə saxlamaq istəmədiyini demişdir. İstintaqa təqdim etdiyi Nellinin atasının səsi olan danışıq “WhatsApp” danışığı zamanı yazılmışdır. Həmin vaxt cinayət işi başlanmamış, o, Gürcüstanda olmuş, həmin səs yazısından bir-iki gün sonra Bakıya gəlmiş və Nəsimi Rayon Polis İdarəsində izahat vermişdir. Həmin səs yazısında Nelli demişdir ki, Əfqan onu döyüb ona qarşı ifadə verməyə məcbur etmişdir. 2021-ci il iyul ayının əvvəllərində polisdən tanımadığı şəxs ona zəng edərək “Təqsirləndirilən şəxs tanıyırsan?” deyə soruşmuş, o da tanıdığını demişdir. Bundan başqa Nelli ona pul verib-vermədiyini soruşmuşlar, o da verdiyini bildirmişdir. Ona “pul cinayət yolu ilə əldə edilib, qaytarmaq lazımdır’ deyildikdə, o “Gürcüstandan gələn kimi qaytaracam” deyə cavab vermişdir. Bundan sonra Nelli ona zəng etdikdə hər ehtimala qarşı onun səsini yazmışdır. Çünki bu vəziyyətdən çox narahat olmuşdur. Bakı Şəhər Baş Polis İdarəsində üzləşdirmə istintaq hərəkəti zamanı Nelli ona böhtan ataraq guya onu şantaj etdiyini və ondan 120.000 manat pul götürdüyünü bildirmiş, bir müddət sonra isə ondan üzr istəyərək Əfqanın təzyiqi ilə ona qarşı istintaqa yalan ifadə verdiyini bildirmişdir. Bundan sonra isə Nelli puları Mehribanın və başı bağlı bir qadının götürdüyünü demişdir. Nelli ondan kömək istədikdə o, Nellidən pulların harada olduğunu soruşmuş, sonuncu isə pulları Əfqanın oğullarının oğurladığını, Əfqanın bahalı avtomobilllər aldığını və Əfqanın özünün xərclədiyini demişdir. Nelli ona gah pulları Mehribanın oğurladığını, gah da Əfqanın və oğullarının oğurlayıb deyərək konkret bir söz deməmişdir. Nellinin deməsinə görə guya Əfqan Nellini ona qısqandığı üçün onu məcbur etmişdir ki, ona qarşı ifadə versin. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, ünvan 9 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ailə üzvlərilə birlikdə ünvan 10 ünvanında yaşayır. Təxminən 2019-cu ilin sonlarından etibarən "xxxx" MMC-in direktoru Zərərçəkmiş şəxs sürücüsü işləmişdir. Təqsirləndirilən şəxs sürücü kimi işlədiyi dövrdə həmin MMC-dən tanımışdır. Belə ki, həmin vaxt Nelli “Yeni Həyat” Plazada yerləşən "xxxx" MMC-də sənədlər üzrə mütəxəssis vəzifəsində çalışmış, təxminən 2020-ci ilin iyul ayında isə kadrlar şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Nelli ilə onun münasibəti yalnız rastlaşanda salamlaşmaqdan irəli getməmişdir. Zərərçəkmiş şəxs Nellinin yaşadığı binada kirayə yaşamışdır. İşlədiyi dövrdə dəfələrlə Zərərçəkmiş şəxs xahişi ilə şirkətin müxtəlif xərcləri üçün gedib Nellidən pul götürmüş və Əfqan müəllimə vermişdir. Nelli etibar edilmiş şəxs kimi Zərərçəkmiş şəxs pullarını evində saxlamışdır. 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs böyrəklərində problem yaranmış, sonuncu Nellinin məsləhəti ilə analiz verdikdən sonra müəyyən olunmuşdur ki, qanda xolestrin çoxdur. Nelli özü Əfqan müəllimi müalicə etməyə başlamış, özü aptekə gedib dərmanlar almış və Əfqana müəllimə vermişdir. O, təxminən 2021-ci ilin may ayının sonlarında səhər saatlarında ofisdə olarkən Əfqan müəllim gələrək ona “axşam özümü çox pis hiss etmişəm, demək olar ki, yatmamışam” demiş, o da peçenya ilə çay içməsini məsləhət bilmişdir. Həmin vaxt Əfqan Nellidən ona çay gətirməsini xahiş etmiş, lakin Nellinin gətirdiyi çayı içdikdən sonra qaytarmış və özünü pis hiss etdiyini deyərək evə getmişdir. Təxminən bir-iki saat sonra Əfqan müəllimin vəziyyəti ilə maraqlanmaq üçün ona zəng etmiş, lakin sonuncu telefonu götürməmişdir. Növbəti gün Əfqan müəllim səhər saatlarında yenidən ofisə gəlmiş, həmin gün də özünü pis hiss etdiyindən heç nə yeməmiş, saat 15-16 radələrində yenə də qaytarmağa başlamışdır. Bundan sonra evə getmiş, təxminən iki-üç gün işə gəlməyərək evdə müalicə almışdır. Evdə onu Nelli müalicə etmişdir. O, Nellini müxtəlif apteklərə aparmış, sonuncu da oradan dərmanlar almış, aldığı dərmanları qarışdırıb Əfqan müəllimə vermişdir. Əfqan müəllimin halı isə gündən-günə pisləşmişdir. O, Əfqan müəllimə “bu dərmanları içmə sənə pis təsir edir” dedikdə Nelli etiraz edərək belə olmalı olduğunu, Əfqan müəllimin tezliklə sağalacağını bildirmişdir. Bir neçə gündən sonra axşam saat 21- 22 radələrində o, evdə olarkən Nelli ona zəng edərək “Əfqan müəllimin əhvalı çox pisdir, həkim deyir ki xəstəliyin kritik vəziyyətidir, onu tək qoymaq olmaz” demiş və onu Əfqan müəllimin evinə çağırmışdır. O, Əfqan müəllimin evinə getdikdə sonuncunun tez-tez qaytardığını və titrədiyini, rənginin isə qaraldığını görmüşdür. O, Nelliyə “Əfqan müəllim ölmək üzrədir, gəl onun Goranboy rayonunda yaşayan qardaşlarını çağıraq” demiş, Nelli isə etiraz edərək “bu hal olmalıdır, keçəcək, Əfqanın qohumlarını qorxutma” demişdir. Beləliklə o, həmin gecəni Əfqan müəllimgildə qalmışdır. Səhər açılan zaman Nelli mətbəxdə dərmanları su ilə qarışdırıb Əfqana vermişdir. Onun dərmanlardan anlayışı olmadığından dəqiq hansı dərmanı verdiyini bilmir. Əfqan Nellinin düzəltdiyi dərmanı içmiş və bir saat sonra yenə qaytarmışdır. Əfqan ona “get dincəl sonra yenə gələrsən” demiş, o da Əfqangildən çıxaraq “Orman” restoranına gedib 3 kiloluq qatıq almışdır. Həmin gün saat 18 radələrində yenidən Əfqangilə getmiş və aldığı qatığı ona vermişdir. Lakin Əfqan qatığı yeməmişdir. Axşam saatlarında Nelli yenidən dərman qarışdırıb, Əfqana vermiş, sonuncu isə yenə də qaytarmağa başlamışdır. Bundan sonra saat 23 radəiərində Nelli getmişdir. Yarım saat sonra Əfqanın vəziyyəti yenə pisləşmişdir. O, məcbur aldığı qatığı gətirib zorla iki stəkan qatığı Əfqana içizdirmişdir. Əfqanın vəziyyətinin düzəlmədiyini görüb onun qardaşı Kamala zəng etmiş və bu barədə məlumat vermişdir. Həmin vaxt Əfqan içdiyi bütün dərmanları qaytarmışdır. Növbəti gün səhər saatlarında Əfqanın qardaşı Kamal onun evinə gəlmiş və Əfqana “bu dərmanları içmə” demişdir. Bundan sonra Əfqanın digər qardaşı Mamed də oraya gəlmişdir. Bir müddət sonra Nelli Əfqangilə gəlmiş və Əfqanın qardaşlarının orada olduğu görən kimi tez aldığı dərmanları sellofan torbaya yığıb aparmışdır. Bundan sonra Əfqanı xəstəxanaya aparıb analiz vermişlər. Orada həkim Əfqanın rənginə baxan kimi onun zəhərləndiyini bildirmişdir. Əfqan Nellinin verdiyi dərmanları qəbul etməmiş və bir neçə gün ərzində sağalmış, daha sonra isə işə çıxmağa başlamışdır. Təxminən 2021-ci ilin iyun ayında o, işdə olarkən Türkiyə Respublikasının vətəndaşı olan bir nəfər nümayəndə ofisə gəlmişdir. Həmin şəxsin Əfqanla söhbəti zamanı ona məlum olmuşdur ki, Əfqan Türkiyədən azad olunmuş Kəlbəcər rayonunda işlər üçün buldozer almaq istəyir. Əfqan həmin nümayəndə ilə danışıb razılaşmış və həmin şəxsi yola salmışdır. Bundan sonra onlar işdən çıxıb evə getmişlər. Növbəti gün ofisə gəldikdə orada Nelli ilə Əfqan sözlə mübahisə etmişlər. Söhbət əsnasında ona məlum olmuşdur ki, Əfqan müəllim Nelliyə saxlamaq üçün 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pul vermiş, lakin, buldozer almaq üçün Nellidən pulu istəyərkən sonuncu onda pulun olmadığını demişdir. Həmin vaxtdan Nelli işə çıxmamışdır. 12 iyul 2021-ci il tarixdə o, ofisdə olarkən Əfqan ona “Nelli ofisə gəlir, get onu içəriyə keçirt” demiş, o da Nellini ofisə gətirmişdir. Həmin vaxt onunla yanaşı mühasib Suğra xanım da ofisdə olmuşdur. Nelli orada öz xətti ilə rus dilində iltizam yazaraq Zərərçəkmiş şəxs məxsus 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pulu oğurladığını etiraf etmiş, həmçinin 19 iyul 2021-ci il tarixədək pulu qaytaracağına söz vermişdir. O və Suğra iltizamı imzalayaraq təsdiq etmişlər. Bundan sonra Əfqan Neilinin atası Vyaçeslavı ofisə çağırmışdır. Vyaçeslav ofisə gəldikdə Əfqan qızının yazdığını ona göstərmişdir. Vyaçeslav Nellidən nə baş verdiyini soruşduqda o, atasının üsütünə qışqırıb getmişdir. 14 iyul 2021-ci il tarixdə günorta saatlarında o, Əfqan, Nelli və Suğra ofisdə olan zaman polis əməkdaşları ofisə gəlmişlər. O nə baş verdiyini bilməmişdir. Nelli polis əməkdaşlarını qarşılamış və polisi onun özünün çağırdığını demişdir. Nelli polislərə demişdir ki, “ofisdən seyfin içərisindən pul oğurlanmışdır”. Polislər seyfin harada olduğunu soruşduqda Nelli ilkin olaraq seyfin evində olduğunu, sonra bağda olduğunu, daha sonra isə atdığını bildirmişdir. Bundan sonra polislərin dəvəti ilə Nelli Nəsimi Rayon Polis İdarəsinə getmişdir. Bundan sonra nə baş verdiyini bilməmişdir. Nellinin Mehribana pul verməsi barədə məlumatı olmamış, lakin Nelli iltizamda Mehribana pul verdiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, ünvan 11 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 12 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. 2018-ci ilin dekabr ayından etibarən ‘Yeni Həyat” Piazada yerləşən "xxxx" MMC-də mühasib vəzifəsində işləmişdir. Həmin MMC-in təsisçisi və direktoru Zərərçəkmiş şəxsdur. Təqsirləndirilən şəxs isə həmin MMC-də işə qəbul olan vaxt tanımışdır. Nelli həmin MMCdə səhv etmirsə 2018-ci ilin sentyabr ayından etibarən sənədlər üzrə mütəxəssis vəzifəsində işləmiş, 2020-ci ilin iyun ayından etibarən isə kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmağa başlamışdır. Nelli ilə onun münasibəti iş yoldaşı çərçivəsində olmuşdur. Şahid1 isə həmin şirkətdə xadimə kimi işə qəbul olmuşdur. Əvvəllər həmin şirkətdə təmizlik işlərini başqa şəxs həyata keçirmiş, həmin şəxs işdən çıxdıqdan sonra isə Nelli ondan başqa bir xadimə tapmasını istəmişdir. O da nəvəsinin dayəsinin tanışı olan Mehriban adlı şəxslə əlaqə saxlayaraq onu şirkətə işləməyə dəvət etmiş, sonuncu da razılaşaraq şirkətdə işə başlamışdır. Mehriban şirkətdə rəsmi işçi kimi qeydiyyata alınmamış, gün ərzində bir-iki saat şirkətdə təmizlik işləri görüb getmişdir. Daha sonra isə Mehriban və Nelli arasında yaxın münasibət yarandığından Mehriban şirkətə tez-tez gəlibgetməyə başlamışdır. Nelli ilə Mehriban çox yaxın rəfiqə olmuşlar, hətta bir-birilərinin evinə qonaq getmişlər. 2021-ci ilin may ayının əvvəllərində Əfqan müəllim xəstələnmiş, hətta ofisdə halı pisləşmişdir. Belə ki, Əfqan müəllimlə deyilən sözləri eşitsə də heç bir reaksiya verməmiş, rəngi isə qaralmışdır. Bununla bağlı Əfqan müəllim müalicə almış, sonuncunun dərmanlarını Nelli özü vermişdir. Bir neçə dəfə ofisin mətbəxində Nellinin aptekdən aldığı bitki tərkibli dərmanları qarşıdırıb Əfqan müəllimə verdiyini görmüşdür. Əfqan müəllim müalicəsi ilə əlaqədar bir müddət işə gəlməmişdir. 2021-ci ilin iyun ayının əvvəllərindən isə Nelli işə gəlməmişdir. Həmin ərəfədə Nelli bir neçə dəqiqəlik ofisə gəlib kompüterlə nə isə iş görmüş və yenidən ofisi tərk etmişdir. 12 iyul 2021-ci il tarixdə Əfqan müəllim ofisə gəlmişdir. Həmin vaxt o və Əfqanın sürücüsü Şahid3 də ofisdə olmuşlar. Əfqan onlara Nellinin ona məxsus 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pulu oğurladığını bildirmiş və “Nelli birazdan gəlib, sizin iştirakınızla iltizam yazacaq” demişdir. Əfqan müəllim 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pulun haradan və hansı şəraitdə oğurlanmasını onlara deməmişdir. Bir neçə dəqiqə sonra Nelli ofisə gələrək Əfqan müəllimin kabinetinə daxil olmuş və onlar öz aralarında söhbət etməyə başlamışlar. Bundan sonra Əfqan onu və sürücüsü Fazili kabinetinə çağırmış və onlara “Nelli sizin iştirakınızla iltizam yazmaq istəyir” deyə bildirmişdir. Nelli isə heç nə demədən kağız götürüb öz xətti ilə rus dilində iltizam yazmağa başlamışdır. O, həmin iltizamı oxumuş və Nellinin iltizamda şirkətdən 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pul oğurladığını, həmin pulu xadiməçi Mehribana və şirkətin digər işçilərinə xərclədiyini, həmin pullara görə məsuliyyəti özünün daşıdığını və 19 iyul 2021-ci il tarixədək ödəməyə söz verdiyini, onu bu iltizamı yazmağa heç kimin məcbur etmədiyini yazmışdır. Nelli iltizamı özü şəxsən yazmış və imzası ilə təsdiq etmişdir. O və Əfqanın sürücüsü də iltizamı imzalayaraq təsdiq etmişlər. Bundan başqa, Əfqan iltizamı şirkətin möhürü ilə möhürləmişdir. Bundan sonra o, kabineti tərk etmişdir. İltizamı yazarkən və ondan əvvəl Nelliyə hər hansı təzyiq olmasının şahidi olmamış, sonuncuda heç bir xəsarət və ya xəsarət izləri olmamışdır. Əfqan Nellinin üzərinə yüksək səslə qışqırmamış, onu hədələməmişdir. 14 iyul 2021-ci il tarixdə günorta saatlarında o, Əfqan, Nelli və Fazil ofisdə olan zaman polis əməkdaşları ofisə gəlmiş və Nelli polis əməkdaşlarını qarşılamışdır. O, həmin vaxt nə baş verdiyini bilməsə də sonradan ofisdə olan danışıqlardan başa düşmüşdür ki, Nelli ofisdə seyfdən pul oğurlanması barədə polisə məlumat vermişdir. Polis əməkdaşları ofisə baxış keçirmişlər və Nellidən pulların oğurlandığı seyfin yerini soruşmuşlar. Nelli polis əməkdaşlarını öz otağına aparmış və orada giriş qapısından solda yerləşən dəmir şkafın aşağı gözünü göstərərək “burda seyf var idi, pullar burdan oğurlanıb” deyə bildirmişdir. Polis əməkdaşları Nellidən “bəs seyf hardadır?” deyə soruşduqda Nelli “seyfi evimə aparmışam” deyə cavab vermişdir. Polis əməkdaşı hazırda seyfin Nellinin evində olub-olmadığını soruşduqda sonuncu seyfi bağa apardığını bildirmişdir. Polis əməkdaşı yenidən Nellidən “seyf hazırda bağdadır?” deyə soruşduqda Nelli "yəqin indi seyfi kimsə atıb” demişdir. Bundan sonra polis əməkdaşları Nellini Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Bundan sonra nə baş verdiyindən onun xəbəri olmamışdır. Sonralar ofisdə olan söhbətlərdən ona məlum olmuşdur ki, Nellinin evindən Əfqana məxsus 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pul oğurlanmışdır. 2021-ci ilin təxminən may ayında Əfqan buldozer almaq istəmişdir və bununla bağlı buldozeri satan şirkətin nümayəndəsi bir dəfə Türkiyə Respublikasından ofisə gələrək buldozerin alqı-satqısı ilə bağlı Əfqan müəllim ilə söhbət aparmışdır. Bu səbəbdən buldozeri almaq üçün Əfqan müəllimə pul lazım olmuşdur. Oğurluq hadisəsi ilə bağlı onun başqa məlumatı yoxdur. 2021-ci ilin əvvəllərində bir dəfə Nelli ona “lazım olsa mənim qardaşımın evdə pulu var, sənə verə bilərəm” demiş, o isə Nelliyə pula ehtiyacının olmadığını bildirmişdir. Şahid1 şirkətə işə qəbul olanda çox kasıb olmuş, 2021-ci ilin əvvəllərindən isə Nelli ilə dostlaşandan sonra həyat şəraiti xeyli yaxşılaşmışdır. Belə ki, Mehriban işə taksi ilə gəlib-getməyə, daha yaxşı geyinməyə başlamışdır. Mehriban ona əmisi qızının imkanlı şəxs olduğunu və ona köməklik etdiyini bildirmişdir. Nelli isə ona Mehribanın yazıq olduğunu, kasıb olduğunu deyırık hərdən sonuncuya köməklik etdiyini bildirmişdir. O, "xxxx" MMC-nin mühasibi kimi deyə bilər ki, oğurlanan pullar şirkətin balansında olmamışdır, həmin pullardan onun xəbəri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, “Bravo" Marketdə tikinti üzrə qrup rəhbəri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs 2005-ci ildən etibarən tanımışdır. Belə ki, Nelli ilə birlikdə Azərbaycan Memarlıq və İnşaat Universitetində rus bölməsində oxumuşlar. Nelli ilə həmişə dostluq münasibətləri olmuş, universiteti bitirdikdən sonra da əlaqəlari davam etmişdir. O, təxminən 2009-cu ildə havalandırma sistemləri və kondisionerlərin satışını həyata keçirən "xxxx" şirkətində mühəndis köməkçisi kimi işə başlamışdır. Ondan sonra Təqsirləndirilən şəxs da həmin şirkətə mühəndis köməkçisi vəzifəsinə düzəlmişdir. O, təxminən 2010-cu ildə həmin şirkətdən işdən çıxmış, Nelli isə həmin şirkətdə işləməyə davam etmişdir. Buna baxmayaraq Nelli ilə dostluq münasibətləri davam etmişdir. Bir müddət sonra Nelli də "xxxx" şirkətindən işdən çıxmışdır. Bundan sonra Nelli ailə qurub yaşamaq məqsədi ilə Amerikaya getmişdir, lakin sonra geri qayıtmışdır. 2018-ci ildə Təqsirləndirilən şəxs "xxxx" MMC-də müdir Əfqanın köməkçisi işləməyə başlamışdır. Təxminən 2021-ci ilin mart ayında Nelli onun yaşadığı evə gəlmiş və o, həmin vaxt Nellidən xahiş etmişdir ki, “kiməsə qrafik proqramda işin görülməsi lazım olsa mənə xəbər et ki, işi mən icra edim və əlavə gəlir qazanım”. Nelli isə hazırda heç kimin belə bir sifariş etmədiyini demişdir. Nelli onun evini tərk edərkən masanın üzərinə 300 manat pul qoymuşdur. O, Nellidən pulu geri götürməyini xahiş etmiş, sonuncu isə həmin pulu köməklik məqsədi ilə masanın üzərinə qoyduğunu demişdir. O, pulu götürmək istəməmiş, Nelli isə pulun üzərinə 200 manat da əlavə edərək “bu mənim tərəfimdən sənə köməklikdir” deyə bildirmişdir. O isə Nelliyə “pulu qaytarmaq şərti ilə götürürəm” demişdir. Beləliklə o, pulu götürmüş və tezliklə qaytaracağına söz vermişdir. Lakin, həmin ərəfədə mobil telefon və “Vişnovka” adlanan ərazidə torpaq sahəsi əldə etməyi ilə əlaqədar “ATB” Banka kredit borcu olduğundan Nellinin pulunu qaytara bilməmişdir. Nelli isə ümumiyyətlə ondan həmin pulu heç vaxt istəməmişdir. O, “İphone 11 Pro Max” markalı mobil telefonu Nellinin tanışları vasitəsi ilə kredit yolu ilə əldə etmiş və buna görə də hər ay kreditləri ödəməsi üçün Nelliyə 200 manat məbləğində pul vermişdir. O, aylıq olaraq ümumilikdə 1400 manat pul ödədikdən sonra Nelli qalan 1200 manat pulu ödəməyə ehtiyac olmadığını demiş, o da həmin vaxtdan ödəniş etməmişdir. 2021-ci ilin iyul ayında isə Nelli ona köməklik məqsədi ilə 300 ABŞ dolları məbləğində pul vermişdir. Nelli heç vaxt ona verdiyi pulları geri istəməmişdir. Buna baxmayaraq o, Nelliyə köməklik məqsədi ilə verdiyi pulları borc kimi qəbul etdiyini və çalışıb hissə-hissə olmaqla ödəyəcəyini bildirmişdir. 2021-ci ilin iyul ayının ortalarında o, işdə olarkən Nelli ona zəng etmiş və “mən Polis İdarəsindəyəm, telefonu mikrafon rejiminə qoymuşam, sənə bir neçə sual verəcəm, həmin sualları cavablandır, bizi eşidirlər” demişdir. O, nə baş verdiyini anlamamış, buna baxmayaraq Nelli ilə razılaşmışdır. Nelli ona sual vermişdir ki, “xatırlayırsan sənə bir dəfə başı bağlı falçı barədə danışmışdım?”. Həqiqətən də Nelli əvvəllər bir nəfər başı bağlı qadın barədə ona danışmış, həmin qadını onunla Mehriban adlı şəxsin tanış etdiyini, həmin qadının dualar yazdığını, hətta özünün də qadının xidmətindən istifadə etdiyini, yəni şəxsi probemləri ilə əlaqədar özünə dualar yazdırdığını demişdir. Nelli həmçinin ona bildirmişdir ki, həmin qadının dediyinə görə müdiri Əfqanın ailə üzvləri Nelliyə cadu etmişlər, həmin qadın isə dua yazaraq cadunu götürmüşdür. Hətta o, özü də bir dəfə Nelliyə müraciət edərək “olar o qadınla mən də görüşüm?” deyə soruşmuş, lakin Nelli həmin qadının işlərinin çox olduğunu yaxud Bakıda olmadığını dediyi üçün onunla görüşə bilməmişdir. Həmin vaxt o, kariyerası ilə bağlı həmin qadına bəzi suallar vermək istəmişdir. Həmin telefon danışığı zamanı Nelli ondan “mən sənə nə vaxtsa demişəm ki, həmin başı bağlı qadına böyük məbləğdə pul vermişəm?” deyə soruşmuş, o isə “xeyr sən mənə belə bir söz deməmisən” deyə cavab vermişdir. Daha sonra Nellinin telefonu ilə bir nəfər kişi onunla danışmış, o, həmin kişinin polis əməkdaşı olduğunu düşünmüşdür. Həmin şəxs ondan başı bağlı qadını tanıyıb-tanımadığını, onu görüb-görmədiyini soruşmuş, o da həmin qadını tanımadığını, onu heç vaxt görmədiyini, amma Nellidən həmin qadın haqqında eşitdiyini bildirmişdir. Bundan sonra həmin şəxs ondan “nə vaxtsa Nelli sizin yanınızda həmin qadına pul veribmi?” deyə soruşmuş, o isə “mən o adamı heç vaxt görməmişəm və belə bir şey mənim yanımda olmayıb" deyə cavab vermişdir. Həmin şəxs “Nelli sizə pul veribmi?” deyə soruşduqda, o cavabında “bəli, belə bir şey olub, ondan borc istəmişəm, o isə köməklik edib” demişdir. Həmin şəxsin Nellinin ona verdiyi ən böyük məbləğin nə qədər olduğunu soruşduqda o, 500 manat olduğunu demişdir. Onun bu cavabından sonra həmin şəxs “Bəs bağı nə ilə almısınız?” deyə soruşmuş, o isə “mən bağ deyil torpaq almışam və mənim adıma bankda 15000 manatlıq kredit borcu var, yoxlaya bilərsiniz” deyə cavab vermişdir. Həmin şəxs kredit pulunun kim tərəfindən ödənildiyini soruşduqda, o kreditini özü ödədiyini bildirmişdir. Bununla da telefon danışığı bitmişdir. O həmin gün saat 18 radələrində işdən çıxarkən Nelli ona zəng edərək Raufun maşınının nömrəsini xatırlayıb-xatırlamadığını soruşmuş, o da xatırlamadığını demişdir. O, Raufu şəxsi cəmi bir dəfə görmüş, sonuncu Nelli ilə sevgili münasibətində olmuşdur. Bir dəfə Nelli ilə Raufun avtomobilinə də əyləşmişdir. Belə ki, Nellinin Raufdan onları yaşadıqları ünvana aparmasını xahiş etmiş, Rauf da öz maşını ilə onları aparmışdıır. Ona görə Nelli ondan Raufun maşının nömrəsini soruşmuş, o isə xatırlamadığını demişdir. Həmin gün saat 20 radələrində Nelli yenidən ona zəng edib ağalayaraq “yadındandırsa sənə bir dəfə demişdim ki, Raufa pu vermişəm və buna görə sən məni danlamısan?” deyə soruşmuş, o da “bəli yadımdadır, belə bir şey olub” deyə cavab vermişdir. Belə ki, Nelli əvvəllər ona Raufun qardaşının tutulduğunu, ona dəstək üçün müəyyən məbləğdə pul verdiyini bildirmişdir. Telefon danışığı zamanı Nelli ona “atamgilə de ki, mən sənin evində qalmışam, onlar deyirlər ki, sən otellərdə olmusan” demişdir. Bundan sonra Nellinin atası Vyaçeslav telefonu götürüb ondan Nellinin Raufa pul verib-vermədiyini soruşmuş, o isə Raufa pul verdiyini Nellinin özünün ona dediyini, onun da bu hərəkətinə görə Nellini danladığını bildirmişdir. Nellinin atası ondan Nellinin Raufa verdiyi məbləğin nə qədər olduğunu bilib-bilmədiyini soruşmuş, o da bu barədə məlumatının olmadığını bildirmişdir. Bundan sonra Nellinin atası ona "bilirsən Nelli neyləyib? O, bizi 300.000 (üç yüz min) ABŞ dolları məbləğində ziyana salıb və həmin pulu iki günə qaytarmalıyıq” demişdir. O, təəcüblənərək Nellinin atasından “Nelli nə edə bilər o qədər pulla?” deyə soruşduqda sonuncu “onun başı xarabdır” demiş və bununla da telefon danışığı bitmişdir. Həmin gün saat 23 radələrində Nelli ona zəng edərək heç bir problem olmadığını demiş və onu evlərinə qonaq dəvət etmişdir. O, Nellidən “sizdə nə baş verib, atan sənin barəndə niyə belə danışır?" deyə soruşduqda Nelli Əfqan yanında olduğuna görə atasının onun haqqında elə danışdığını bildirmişdir. Bundan başqa, Nelli ilə növbəti danışıqlarında sonuncu ona müdiri Əfqanla yaxın münasibətlərinin olduğunu və Əfqanın Raufu qısqandığını bildirmişdir. Təxminən 2021-ci ilin avqust ayının ortalarında Nelli ona mesaj yazaraq ondan 1000 manat məbləğində pul istəmiş, o isə Nellinin bank hesabına 500 manat pul göndərmişdir. Bununla yanaşı, o, Nelliyə ona verdiyi pulun qalan hissəsini də qaytaracağını bildirmişdir. Nelli ona köməklik məqsədi ilə ABŞ dolları və manat valyutalarında olmaqla ümumilikdə 2730 manat məbləğində pul vermiş, o da həmin pulun 500 manatını Nelliyə qaytarmışdır. Nelli ona ümumiyyətlə heç bir daşınmaz əmlak almamış, sadəcə köməklik məqsədi ilə pul vermişdir. O Nelliyə sms göndərərək ona köməklik məqsədi ilə verdiyi pulları borc kimi qəbul etdiyini və onun pulunu hissə-hissə qaytaracağını bildirmişdir. Mesajda onu narahat etməməsini qeyd etdiyi şəxs isə Nellinin rəfiqəsi Yanadır. Belə ki, Yana həmin vaxtlar ona yazaraq Nelliyə çətin vaxtlarda dəstək olmadığı üçüm irad tutmuşdur. Buna görə o, Nelliyə “Yanaya de ki, məni bir də narahat etməsin” demişdir. Onun Nelliyə 2730 manat borcu olmuş və həmin məbləği də hissəhissə qaytarmışdır. 21 avqust 2021-ci il tarixdə saat 11:16-da Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən ounun istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Ya tebe pomogala 400 6tuk ukrala?” məzmunda sms gəlmişdir. Həmin smsdən əvvəl Nelli ondan borcunu istəmiş, o da Nelliyə həmin ay 600 göndərəcəyini, növbəti aylarda isə 500 manat olmaqla qaytacağını bildirmişdir. Nelli isə lazım olmadığını deyərək “mənə dəstək olmaqdansa yox oldun” məzmununda sms yazmışdır. O, Nelliyə yenə də borcunu qaytaracağını bildirdikdə sonuncu ona “mən sənə kömək edib dörd yüz min oğurlamışam?” məzmununda mesaj yazmışdır. O, Nellinin həmin mesajda nə demək istədiyini başa düşməmişdir, çünki onun Nelliyə cəmi 2730 manat borcu olmuşdur. Nelli bu mesajdan sonra ona “mən sənə düşmənəm, bir də yazma” məzmunlu sms yazmışdır. O isə Nelliyə nə baş verdiyini başa düşmədiyini, lakin, ona olan 2730 manat borcunu qaytaracağını demişdir. Nellinin nəyə görə bu məzmunda mesaj yazdığını bilməmişdir. Lakin, Nellinin dediyinə görə bilmişdir ki, işdə kassadan pul oğurlanmışdır və bununla bağlı Nelliyə böhtan atılır. Bundan başqa hər hansı məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X5 göstərdi ki, o, ünvan 13 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ailə üzvləri ilə ünvan 14 ünvanında birlikdə yaşayır. 2009-cu ildən etibarən Bakı şəhəri, Nizami rayonu, Babək prospketi, 38 a ünvanında yerləşən “Akond" Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə, 2012-ci ildən isə kadrlar üzrə menecer vəzifəsində işləmişdir. Həmin QSC kondisionerlərin satışı, quraşdırması və təmirini həyata keçirir. Təqsirləndirilən şəxs təxminən 2009-cu ildən etibarən tanımışdır. Belə ki, 2009-cu ildən 2012-ci ilə qədər Təqsirləndirilən şəxs ilə birlikdə "xxxx" QSC-də işləmişdir. Nelli həmin QSC-də mühəndis vəzifəsində işləmiş, daha sonra iş saatları ilə bağlı müdiriyyətlə razılığa gəlmədiyindən işdən çıxmışdır. Nelli ilə münasibəti iş yoldaşı səviyyəsində olmuşdur. Cəmi bir dəfə Nelli onların evinə 2015-ci ildə övladı doğulduğu vaxt gəlmişdir. Nelli işdən çıxdıqdan sonra əlaqələri azalmışdır. Buna baxmayaraq arada zəngləşmişlər. Təxminən 2014-cü il tarixdə Nelli ondan xahiş etmişdir ki, bankda işləyən tanışları vasitəsi ilə ona kredit verilməsində köməlik etsin. Çünki, Nelli hansısa banka olan borcunu ödəmədiyindən banklar ona kredit pul verməmişlər. Onun xahişi ilə “Bank of Baku" da işləyən işçi Nelliyə 500 manat məbləğində kredit ayırmışdır. O özü də həmin bankdan kredit götürmüşdür. Müştəri kimi bankın işçisindən Nelliyə kredit verilməsində köməklik etmələrini xahiş etmişdir. Bank isə Nelliyə 500 manat pul verməyə razı olmuşdur. Təxminən 2019-cu ildə Nelli dəmiryolu sahəsində tikintini həyata keçirən "xxxx" MMC-də işə başlamışdır. 2020-ci ilin iyul ayının sonlarında Nelli ona zəng edərək işlədiyi ofisdə xadimə işləyən Mehriban adlı qadının oğlunun xəstə olduğunu, köməklik məqsədi ilə onun evinə kondisioner almaq istədiyini bildirmi. Və ondan kondisionerlərin qiymətini soruşmuşdur. Söhbət əsnasında “Hisense 18.000 BTU” markalı, qiyməti 950 manat olan kondisioneri almaq qərarına gəlmişdir. Nelli kondisionerin pulunu İki dəfəyə ödəmək istədiyini demişdir. "xxxx" QSC-in işçisi olduğu üçün ona işçi kimi güzəştlər olduğundan kondisioneri öz adına götürmək qərara gəlmiş, Nelli də buna razılıq vermişdir. Beləliklə, Nelli ona birinci dəfə taksi ilə 300 ABŞ dolları məbləğində pul göndərmişdir. O, şirkətə ABŞ dolları valyutası ilə pul verə bilmədiyindən özünə məxsus puldan 510 manat pulu Nellinin verdiyi pulla əvəz edərək ilkin ödəniş kimi şirkətə ödəmişdir. 24 iyul 2021-ci il tarixdə şirkətin işçiləri həmin kondisioneri Mehribanın Maştağa qəsəbəsində yerləşən evində quraşdırmışlar. Bir ay sonra Nelli ona qalıq qalmış 440 manat məbləğində pul vermiş, o da həmin pulla kondisionerin pulunu tam ödəmişdir. 2021-ci ilin iyul ayının əvvəllərində Nelli onun iş yerinə gəlmiş, söhbət əsnasında “məndən, seyfin içərisindən pul oğurlayıblar, müdirim Əfqan müəllim məndən hesabat istəyir ki, pullar hardadır” demişdir. Həmin ərəfədə Nelli işə getmirmiş. Nelli həmçinin ona oğurluqla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verdiyini və Nəsimi rayon Polis İdarəsində araşdırma aparıldığını bildirmişdir. 2021-ci ilin iyul ayının ortalarında Nelli ona zəng edərək “bir nəfər Rauf adlı şəxs işlədiyin yerə gəlib sənə mobil nömrə verəcək, həmin nömrəni özündə saxla, sonra səndən alacam” demiş, o da razılaşmışdır. Nelli ona demişdir ki, həmin Rauf adlı şəxsə onun mobil nömrəsini artıq vermişdir. Təxminən bir saat sonra Rauf ona zəng edərək “aşağıda sizi gözləyirəm” demiş, o da aşağı düşərək Raufdan qırmızı rəngli sellofan paketin içərisində bir ədəd sim mobil nömrəsini götürmüşdür. Həmin mobil nömrə sadə təzə nömrə olmuşdur. Bundan sonra Rauf çıxıb getmişdir. Təxminən iki saat sonra Nelli yenidən ona zəng edərək “həmin Rauf adlı şəxsə zəng vur və de ki, mənə 4.000 manat pul gətirsin” demişdir. Nelli “bu dəqiqə mən özüm Raufu yığa bilmirəm” deyərək ondan bunu etməyi xahiş etmişdir. O, Rauf adlı şəxsə zəng edərək Nellinin xahişini bildirmiş, Rauf isə “hazırda rayona toya gedirəm, özüm pulu gətirə bilməyəcəm, baxım görüm kimdən bunu xahiş edirəm” demişdir. Saat 18 radələrində Rauf ona zəng edərək “bir nəfərdən xahiş etmişəm, yaxınlaşıb, pulu sizə verəcək” demişdir. O, işdən çıxmaq üzrə olduğunu dedikdə Rauf “harda sizə uyğundursa, deyim adam var gətirib pulu versin” deyə bildirmiş, o da Raufdan həmin adamı metronun “Neftçilər” stansiyasının yaxınlığına göndərməsini istəmişdir. Saat 19 radələrində Raufun göndərdiyi adam oan zəng edərək yolun kənarında gözlədiyini demiş, o da həmin şəxsdən 4000 manat pulu alaraq özündə saxlamışdır. Növbəti gün Nelli özü onun iş yerinə gəlib həmin pulu ondan götürmüşdür. Mobil nömrə isə hələ də onda qalmışdır. Belə ki, Nelli ona “mobil nömrə hələki, səndə qalsın” demişdir. Nelli ona yalnız 950 manat pul vermişdir. Həmin pul da Nellinin onun adına götürdüyü kondisionerin puludur. O, Nelliyə heç vaxt gizli nömrə ilə zəng etməmişdir. Nelli ilə arasında 30000 ABŞ dolları ilə bağlı söhbət olmamışdır. O, yalnız Nelli polisə düşdükdən sonra Nellinin istəyi ilə Raufun göndərdiyi şəxsdən 4000 manat almış, həmin pulu da səhəri gün Nelli gəlib ondan götürmüşdür. Hətta Nelli polisə düşdükdən sonra ondan 1000 manat borc istəmiş, amma o, Nelliyə pul verməmişdir. Nelli ayda bir, iki aydan bir onun iş yerinə gəlmiş və onlar söhbətləşmişlər. Lakin, Nelli "xxxx"da işə başlayandan sonra 5-6 aydan bir gəlmiş, arada da telefonla danışmışlar. Nelli ona "xxxx"da sənəd işlərinə baxdığını, bundan əlavə şirkətə pul gələndə onun hesablarını apardığını, direktor Əfqan müəllimin ona etibar etdiyini bildirmişdir. Nelli 2021-ci il iyun-iyul aylarında söhbətləri zamanı ona “seyfdən pul oğurlanıb, bilmirəm kim oğurlayıb” demiş, daha sonra isə şirkətdə xadimə işləyən Mehriban adlı şəxsin oğurladığını bildirmişdir. Bundan sonra Mehribanın onun evindəki seyfdən pul oğurladığını demişdir. O, Nelidən Əfqanın seyfinin nəyə görə onun evində olduğunu soruşduqda, bu dəfə isə Nelli pulun evdən yox, şirkətdən pul oğurlandığını demişdir. Bir dəfə 100000, bir dəfə 300000 oğurlandığını demişdir. Pulun dollar yoxsa manat olduğunu soruşduqda bir söz deməmişdir. O, Mehriban və Gülçöhrə adlı şəxsləri tanımır. Mehribanın yalnız adını eşitmişdir, belə ki, Nelli kondisioneri Mehriban üçün almışdır. Bundan əlavə polisdə araşdırma başlayandan sonra Nelli ona Mehribana çox yardım etdiyini, kondisioner aldığını, evinə avadanlıqlar aldığını demişdir. Hətta araşdırmadan sonra Nelli ona “sizin işçilər gedib kondisioneri Mehribanın evindən sökə bilərlər” deyə bildirmiş, o isə “ödənişi etmisən, elə şey olar heç?” deyərək bunun mümkün olmadığını izah etmişdir . O, Zərərçəkmiş şəxs tanımır, onu heç vaxt görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, 02 iyun 2020-ci il tarixdə keçmiş əri X18 ilə nikahlarına Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qətnaməsi İlə xitam verilmişdir. Övladları 2006-cı il təvəllüdlü Fatimə Mehdiyevə, 2010-cu il təvəllüdlü Zeynəb Mehdiyevə və 2013-cü il təvəllüdlü Əlimehdi Mehdiyev onun himayəsindədir. Boşandıqdan sonra üç övladı ilə birlikdə bacısı Təranə Əliyevanın Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli döngəsində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdır. Bir müddət isə həmin evin yaxınlığında kirayə yaşamışdır. Məhkəmə prosesində keçmiş əri Nəsir Mehdiyev ona aliment qismində ödəməli olduğu ümumilikdə 42.000 (qırx iki min) manat puldan 26.000 (iyirmi altı min) manatını əvvəlcədən ödəmiş, o isə alimentin qalan hissəsindən imtina etmişdir. Həmin 26.000 manat pulla Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evini almış və hazırda övladları ilə birlikdə həmin evdə yaşayır. 2021-ci ilin mart-aprel ayında keçmiş əri Nəsir Mehdiyev tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 3/155 ünvanında qeydiyyatdan çıxarılmışdır və hazırda heç bir ünvanda qeydiyyatda deyil. Rəsmi olaraq heç bir yerdə işləmir, bununla yanaşı yay ayalarında müxtəlif çeşidli mürəbbələr, kürülər, kompotlar bağlayıb qışda satmaqla ailəsini dolandırır. Bundan başqa, qohum-əqraba arasında məclislərdə qurandan ayələr oxuyur və dualar yazır. Duaları yazarkən qohumlarından pul istəməmiş, lakin qohumları könüllü olaraq ona az məbləğdə hörmət etmişlər. ***-***-**-** mobil telefon nömrəsi təxminən 10 il onun istifadəsində olmuşdur. Həmin nömrənin kimin adına olduğunu xatırlamır. Keçmiş əri Nəsir onu tez-tez narahat etdiyindən o, həmin nömrəni dəyişmişdir. Şahid1 onun əmisi qızı İlhamənin dayısı qızıdır. Təxminən 2019-cu ilin payız aylarında İlhamənin atası rəhmətə getmiş, o da həmin yas mərasimində iştirak edərək qurandan ayələr oxumuşdur. Mehriban özü də həmin mərasimdə olmuşdur. Həmin mərasimdən əvvəl Mehribanla hər hansı münasibəti olmamış, sonuncunu birinci dəfə orada görmüşdür. Mehriban həmin mərasimdə ona yaxınlaşaraq atasının ruhuna da dua oxumasını xahiş etmiş, o da sonuncunun bu xahişini yerinə yetirmişdir. Həmin vaxtdan Mehribanla münasibətləri yaranmış, mobil telefon nömrələrini bir-birlərinə vermişlər. Bundan sonra Mehribanla mütəmadi olaraq telefon vasitəsi ilə danışmışlar. Hətta bir dəfə Mehribanın nəvəsi bərk qorxduğundan sonuncu ona müraciət etmiş, o da Mehribanın nəvəsinə dua oxumuşdur. O, həmin vaxt həmçinin Mehribana ruzu duası da yazmışdır. Belə ki, Mehriban xadimə işlədiyi “Opera və Balet” Teatrında ixtisara düşmək ehtimalı olduğundan ondan ruzu duası yazmasını xahiş etmiş, o da həmin duanı yazmış və Mehribanı işdən çıxarmamışlar. Bundan başqa, müxtəlif vaxtlarda Mehribana dualar yazmış, bunun müqabilində Mehriban hər dəfə ona 30-40 manat civarında hörmət etmişdir. Lakin, bir dəfə təxminən 2020-ci ildə orucluq ayında Mehriban və anası Sara rəhmətə getmiş qohumlarının ruhlarına quran oxumağı üçün ona 100 ABŞ dolları məbləğində pul vermişlər. Beləliklə 2020-ci ilin əvvəllərindən 2021-ci ilin aprel ayına kimi Mehriban ona təxminən 1000-1200 manat məbləğində pul vermişdir. Mehriban dua yazdırmaqdan başqa ondan müxtəlif çeşidli mürəbbələr, yarpaq, əncir qurusu, kompotlar almışdır. O, Təqsirləndirilən şəxs adlı şəxsi ümumiyyətlə tanımamışdır. Təxminən 2021-ci ilin qış aylarında Mehriban ona “Nelli adlı tanışım var, atası və qardaşı onu döyüb, ailələrində söz-söhbət var” deyərək ondan Nelliyə barışıq duası yazmasını xahiş etmiş, o da barışıq duası yazmışdır. Həmin ərəfədə Mehriban ona Nelli adlı tanışının Əfqan adlı müdiri ilə mübahisəsi yarandığını deyərək, onların barışmağı üçün də dua yazmasını xahiş etmiş, o da Mehribanın xahişini nəzərə alaraq Nelli və Əfqan üçün barışıq duası yazmışdır. Bundan başqa, həmin vaxt Mehribanın dediyinə görə Nellinin qardaşı öz arvadı ilə boşanma ərəfəsində olmuş və o, Mehribanın xahişi ilə Nellinin qardaşına da dua yazmışdır. Bundan sonra Mehribandan eşitmişdir ki, Nellinin qardaşı ailəsi ilə barışmış və səhv etmirsə Dubaya və ya Rusiyaya getmişdir. O, Nelli ilə şəxsən görüşməmişdir. O, 16 avqust 2021-ci il tarixdə saat 21 radələrində Nardaran qəsəbəsində qardaşıgildə olarkən Mehriban ona zəng edərək “Əfqan müəllimin sənə sualı var, səninlə telefonla danışmaq istəyir” demiş, o da razılaşaraq Əfqan müəllimlə danışmışdır. Əfqan müəllim ondan “Mehribanla Nelli sənə nə qədər pul verib?” deyə soruşmuş, o isə Nellini tanımadığını, Mehribanın isə bir il ərzində ona təxminən 1000-1200 manat pul verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, o, əvvəllər uşaq baxıcısı və xadimə işləmişdir. Yaxın rəfiqəsi Şahid1 10 ilə yaxındır ki, tanıyır. O, Mehribanla tanış olanda yoldaşı rəhmətə getmişdir. Həmin vaxt Kubinkadakı evində, sonralar isə Maştağadakı evində yaşamışdır. Mehribanla arada bir görüşüb hal-əhval tutmuşdur. Mehriban teatrda xadimə işləmiş, əri öldüyü üçün uşaqlarına, hətta epilepsiya xəstəsi olan nəvəsinə özü baxmışdır. Çox işlədiyi üçün həmişə yorğun olmuş, maddi dolanışığı zəif olmuş, həmişə borcu olmuş və fikirli görünmüşdür. Lakin, Mehriban 2021-ci il yanvar-fevral ayrlarından artıq düzəlmiş, üzü gülürmüş. Həmişə dərdli görünsə də həmin tarixdən artıq deyib gülürmüş. Söhbətləri zamanı Mehriban demişdir ki, şirkətdə təzə işə düzəlmişdir. Mehriban həmin vaxtlar teatrda da xadimə işləyirmiş. Deyirmiş ki, “işlədiyi şirkətdə Nelli adlı qadın var, iş adamanının katibəsidir. Çox yaxşı insandı, xeyriyyəçidi”. Nəvəsi xəstəxanada olanda Nelli bir neçə dəfə xəstəxana xərclərini qarşılamış, evini təmir etdirmiş, evinə avadanlıqlar almışdır. Bundan əlavə onları Quba ya da ki, Qəbələ rayonunda otelə göndərmişdir. Nellidən ağız dolusu danışıb razılıq edirmiş. Lakin, bir dəfə 2021-ci il may ya da iyun ayında Mehriban ona demişdir ki, “Nellinin mənə xərclədiyi pullar şirkətin sahibinindir, həmin şəxs də pulları istəyir”. Həmin ərəfələrdə Mehriban bir neçə dəfə polisə çağırıldığı üçün artıq halı pisləşmişdir. Əhvalı dəyişmişdir. Mehriban çox qorxurmuş, ona demişdir ki, Nelli onun evini təmir edərək, uşağının xəstəxana xərclərini qarşılıyaraq, evinə avadanlıq alaraq ona 50000 manata qədər köməklik etmişdir. Həmin pulu da borc-xərc edib təzədən Əfqan adlı şirkət sahibinə vermişdir. Lakin, ondan yenə də əl çəkməmişlər. Nelli hər dəfə ona zəng edib pulu verməyini demişdir. 2021-ci il avqust ayının ortalarında Mehriban işdən çıxıb onlara gəlmişdir. Ağlayaraq demişdir ki, “neyləyəcəyimi bilmirəm, pulu vermişəm yenə də Nelli məndən əl çəkmir, axşam mənimlə görüşmək istəyirlər”. O da Mehribanın halının pis olduğunu görüb demişdir ki, “istəyirsən səninlə gedim”. Bundan sonra axşam saatlarında Nellinin evinin yanında, “Port Baku" ilə üzbəüz Nelli və Əfqanla görüşmüşlər. O, Nelli və Əfqanı birinci dəfə orada görmüşdür. Mehriban onu rəfiqəsi kimi təqdim etmişdir. Əfqan Mehribanın borcu olduğunu dedikdə o da borcunu, yəni 50000 manatı ödədiyini demiş, Əfqan da çox pul olduğunu, Nellinin Mehribanaçox pul verdiyini bildirmişdir. Əfqan orada Nelli və Mehribanla evə alınmış avadanlıqları, telefonu hesablayıb Mehribanın 20000 manat da verməli olduğunu bildirmişlər. Mehriban da qorxusundan tapıb verərəm demişdir. Lakin, Nelliyə də “sən mənə o qədər pul verməmisən axı” demişdir. Söhbət zamanı Nelli isə Mehribana “mən sənə pislik etdim? sənə onu aldım, bunu aldım, evini təmir etdirdim” demişdir. Əfqan aralandıqdan sonra isə Mehribana demişdir ki, “bir nəfər maşennik tap adını, soyadını de ondan yapşısımlar, onsuzda maşennikdi tutacaqlar”. Mehriban isə “Allahdan qorxmursan Nelya, mən gedim kimi tapım, yalandan kimisə şərləyim” demişdir. Bu söhbətdən sonra onlardan ayrılıb evə getmişlər. Bundan sonra Mehriban borc xərc edib, qohumlarından pul yığıb 20000 manatı düzəldib polisdə Əfqana vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. O və digər qardaşı Mamed Goranboy rayonunda yaşayır, Əfqan isə şirkət işləri ilə əlaqədar çox vaxt Bakı şəhərində kirayədə yaşayır. 02 iyun 2021-ci il tarixdə axşam saatalarında qardaşı Mamed ona zəng edərək bildirmişdir ki, sürücü Fazil ona zəng Əfqanın xəstələndiyini deyib. O, 03 iyun 2021-ci il tarixdə Əfqanın kirayədə yaşadığı ünvan 17 ünvana gəlmiş, qapını döysə də açan olmamışdır. Yoxladıqda qapının açıq olduğunu görüb evə daxil olmuş və Əfqanın qonaq otağında divanın üzərində yatdığını görmüşdür. Əfqan halsız vəziyyətdə olmuş, heç danışa da bilməmişdir. Axşam saatlarında Nelli onlara gəlmiş və “Əfqana mən baxıram, dərmanlarını mən verirəm” demişdir. O, mətbəxə keçəndə Nellinin kiçik şüşə dərman qabının üzərindəki yazını yandırdığını görmüşdür. O, Nellidən bu barədə soruşduqda sonuncu öz dərmanı olduğunu bildirmiş, amma nəyə görə yandırdığını deməmişdir. Həmin vaxt artıq masanın üzərində suya qatılmış şəkildə dərman olmuşdur. Yanında isə başqa bir şüşə qabda adını bilmədiyi maye dərman olmuşdur. Nelli həmin suya qatılmış dərmanı Əfqana verərək onun sağalacağını, həkimin yaxşı olacağını dediyini, ağrılarının da olmadığını bildirmişdir. Amma Əfqan heç bir reaksiya verməmiş, dərmanı atdıqdan sonra yenidən qusmağa başlamışdır. Həmin gün gecə saat 01 radələrində Nelli hələ də evdə olmuşdur. Nelli mətbəxə keçdikdə telefonla bir nəfərə zəng etmiş və Azərbaycan dilində danışaraq “dozanın üçünü də verib artırıram, amma Maştağalıq olmur, ürəyi sağdır, sürünür komadan çıxır” demişdir. Nelli həmin gün bir neçə nəfərlə də telefonda həyəcanlı şəkildə danışmışdır. Getməmişdən qabaq isə ona “Fanta” qabında dibi bulanıq olan maye verərək “Gecə Əfqana verərsiz. Bu maye qusmağın qarşısını alır” demişdir. Nelli getdikdən sonra o, Nellinin telefonda danışdıqlarını Əfqana demiş, amma sonuncu halsız olduğundan heç bir reaksiya verməmiş, onun dediklərini başa düşməmişdir. Nellinin verdiyi həmin mayenin rəngi bulanıq olduğu üçün onun köhnə olduğunu hesab edib Əfqana verməmişdir. 04 iyun 2021-ci il tarixdə Nelli onlara gəlib Əfqanı soruşmuş, o da Əfqanın yatdığını demişdir. Nelli ondan dərmanı Əfqana verib-vermədiyini soruşmuş, o isə bulanıq olduğu üçün vermədiyni bildirmişdir. Bundan sonra Nelli mətbəxə keçib nəsə axtarmağa başlamış, qabları dağıdıb yerə tökmüşdür. O, Nellidən nə axtardığını soruşduqda sonuncu həyəcanlanmış və ayağa qalxan kimi üzünün sol tərəfi mətbəx şkafına dəymişdir. Nelli “axşam verdiyim o butulka hardadı?” deyə soruşmuş, o isə həmin su bulanıq olduğu üçün axşam əl-üz yuyana tökdüyünü bildirmişdir. Bundan sonra Nelli tez ayaqyoluna keçib kiminləsə telefonda danışmağa başlamış və ayaqyolundan çıxıb əvvəlki gün suya qatdığı şüşə qabda olan dərmanı suya qatıb Əfqana vermişdir. O, Nellidən bunun nə olduğunu soruşduqda sonuncu qusmanın qarşısını almaq üçün olduğunu demişdir. Bundan sonra Əfqan yatmış, o isə evi yığışdırmağa başlamış, namazını qılmışdır. Bir az sonra Əfqanın yuxuda sayaqladığını, əl-ayaqlarının çabaladığını görüb onun əl-ayağını tutmuş və bir müddət sonra Əfqan sakitləşmişdir. Səhəri gün, yəni 05 iyun 2021-ci il tarixdə Nelli onlara gələrək Əfqanın necə yatdığını soruşmuş, O, Əfqanın gecə çabaladığını dedikdə “narahat olma, müalicəsi gedir, yaxşı olacaq” demişdir. Nelli həmin gün Əfqana dərman vermək istəyəndə artıq icazə verməmiş, sonuncunun Əfqana nəsə edə biləcəyindən şübhələnmişdir. Çünki, orada olarkən Nellinin tez-tez telefonda kiminləsə danışdığını, “bacısı başının üstünü kəsdirib, icazə vermir” dediyini eşitmişdir. O, Nelliyə bu gündən etibarən Əfqana heç nə verməməsini demiş və Mamedə zəng edərək “Mamed gəl, Əfqan pis xəstədir” deyə bildirmişdir. Səhv etmirsə ya 05 iyun0, ya da 06 iyun 2021-ci il tarixdə axşam saatlarında Mamed gəlib tanışı olan həkimə zəng etmiş və həmin həkim Əfqanın zəhərləndiyini demişdir. Növbəti gün səhər saatlarında X31 həkimin yanına aparmışdır. Mamed dediyinə görə müayinələrdən sonra həkim Əfqanın zəhərləndiyini, bütün dərmanları dayandırmağı və müalicə lazım olduğunu bildirmişdir. Bundan sonra Əfqana heç bir dərman verməmişlər. Növbəti gün Mamed işlə bağlı rayona qayıtmış, o isə Əfqanın yanında qalmışdır. Əfqan dərmanları istifadə etmədiyi üçün qısa müddətdə sağalmışdır. Nellinin onların evində olan telefon danışıqlarından sonuncunun nəsə çox narahat olduğunu, telefonda pulla bağlı söhbətlər etdiyini başa düşmüşdür. Amma Nelli rus dilində danışdığı üçün onu tam başa düşə bilməmişdir. Bir müddət sonra Əfqan ona demişdir ki, Nellinin evində olan seyfə 300000 ABŞ dolları pul qoyduğunu, sonuncunun isə indi həmin pulu qaytarmadığını, ələ keçirdiyini bildirmişdir. Bundan sonra Nelli bir neçə dəfə onların evlərinə gəlib-getmişdir. Nelli əvvəlcə “400, 500 min götürmüşəm, lakin boynuma almayacam, özümə iş qurmuşam” demiş, lakin Əfqan Nellini polisə verdikdən sonra sonuncu pulu qaytaracağını deyərək Əfqandan və ondan üzr istəmişdir. Bir müddət sonra isə Nelli onlara gələrək hər şeyi etiraf edəcəyini bildirmişdir. Həmin vaxt Əfqan Nellinin videosunu çəkmişdir. O isə mətbəxdə olmuş, nə dediklərini eşitməmişdir. Bundan sonrakı müddətdə Nelli bir neçə dəfə onlara gəlib üzr istəmiş, hər dəfə pulu necə götürməyi barədə müxtəlif fikirlər söyləmiş, pulu məcbur qaldığı üçün götürdüyünü deyərək qaytaracağına söz vermişdir. Bir dəfə o və Əfqan evdə olanda Nelli yenə sənədlərlə gələrək pulun harada olması barədə danışmış, Əfqan isə qeyd etmişdir. Lakin, Əfqan axırda bezərək Nelliyə yalan danışdığını deyərək vərəqi onun üzünə atmış, sonuncu da sənədləri götürüb getmişdir. Bu hadisə bir neçə dəfə olmuşdur. Bir dəfə isə Nelli gələrək “məni oteldə döyərək dərman verib şantaj etdilər və məndən pul istədilər. Mən də buna görə pulu seyfdən götürüb onlara verdim” demişdir. Nelli həmçinin həmin şəxslərin Rauf, Raufun dostları, Mehribanın oğlu və qardaşı olduğunu, hətta Əfqan şikayəti davam etdirəcəyi təqdirdə həmin şəxslərin Əfqanı öldürmək istədiklərini, nəvəsini oğurlayacaqlarını bildirmişdir. O, ağlaya-ağlaya “Rauf Əfqanı öldürməyi mənə tapşırıb, 100 min verib məni qurtaracaq” demişdir. Onlar da qorxularından gəlini və nəvələrini Goranboy rayonuna göndərmişlər. Bundan başqa, bir dəfə Nelli onların evindən Əfqana məxsus bahalı, hədiyyəlik qabda olan qalstuku aparmaq istəyəndə Nellini tutmuşdur. Həmin vaxt Nelli “Əfqan işlətmir, qalıb burda” demiş, o isə Nelliyə onu aparmağa icazə verməmişdir. Bundan sonra Əfqanın ondan medallarının və digər qiymətli əşyalarının yerini soruşduğu, uzun müddətdir tapa bilmədiyi yadına düşmüşdür. O isə evə təzə gəldiyindən evin hər yerini axtarmış, lakin tapa bilməmişdir. Başa düşmüşdür ki, həmin əşyaları da evə gəlib getdiyi üçün Nelli götürə bilər. Buna görə də Nelliyə təkidlə evdən Əfqana məxsus əşyaları götürdüyünü dedikdə, sonuncu bəzi medalları, Əfqanın Nelliyə verdiyi telefonu və əmək haqqı kartını gətirib qaytarmış, amma qalan əşyaları qaytarmamışdır. Hətta Nelli “WhatsApp” proqramı vasitəsilə ona mesaj yazaraq Əfqana görə ondan üzr istəmişdir. Əfqan təzyiqi ilə bağlı müalicə almışd, bundan başqa hər hansı xəstəliyi olmamışdır. O, Əfqanı evdə huşsuz və halsız vəziyyətdə görəndə Nellidən nəyə görə Əfqanın bu vəziyyətdə olduğunu, ona müxtəlif dərmanlar verdiyini soruşduqda Nelli “yəqin müharibədə qorxub, stress keçirib, ondan belədir" demişdir. Nellinin Əfqana hansı dərmanları verdiyini bilmir. Amma evdə olanda Nellinin şüşə dərman qabında olan məhlulu suya qatıb Əfqana verdiyini görmüşdür. Lakin, sonradan evdə sellofanda olan dərmanları tapmamış və Nellinin həmin dərmanları apardığını başa düşmüşdür. Nelli özü ona dərmanları anası üçün apardığını demişdir. Əfqan heç vaxt Nellini vurmamış və döyməmişdir. Nelli həmin gün özü gəlib hər şeyi etiraf edəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 göstərdi ki, miliyyətcə rus olsa da Bakı şəhərində doğulmuş və daimi olaraq Azərbaycan Respublikası ərazisində yaşamışdır. Ona görə də Azərbaycan dilində sərbəst danışa və latın qrafikası ilə Azərbaycan dilində yaza bilir. Təxminən 1976-cı ildən etibarən bu günə kimi şəxsi sürücü fəaliyyəti ilə məşğuldur. Evlidir və ünvan 3 ünvanında qediyyatda olmaqla 1980-ci ildən etibarən ailəsilə birlikdə yaşayır. X14 evdar qadındır və heç bir yerdə işləmir. X34 evlidir və 2021-ci ilin iyun ayında Qətər Respublikasına gedərək orada hazırda hansısa şirkətdə menecer işləyir. Aleq Bakı şəhərində yaşadığı dövrdə Bakı şəhəri, Xətai, rayonu, Mehdizadə küçəsində yerləşən 5 mərtəbəli, 12 saylı yaşayış binasında 8 nömrəli mənzildə yaşamışdır. Həmin mənzili oğlu 2014-cü ildə özü almışdır. Qızı Təqsirləndirilən şəxs subaydır və 2018-cı ildən etibarən "xxxx" MMC-də kadrlar şöbəsinin müdiri vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs təxminən 15 il olar ki, tanıyır. Onunla ilk dəfə "xxxx" QSC-in Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən idarəsində sürücü kimi işlədiyi dövrdə tanış olmuşdur. Belə ki, Əfqan da həmin idarədə hansısa vəzifədə işləmişdir. Daha sonralar isə Əfqan "xxxx" MMC-ni təsis etmişdir. Təxminən 7-8 il bundan öncə Əfqan onun da yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Səfərəliyev küçəsində yerləşən 2 saylı yaşayış binasından kirayə mənzil götürmüşdür. Bundan sonra Əfqanla görüşləri mütəmadi hal almış, aralarında dostluq münasibətləri yaranmışdır. 2018-ci ildə qızı Təqsirləndirilən şəxs Amerikadan Bakı şəhərinə qayıtmışdır, Nelli ona Amerikada həm evlənmək, həm də iş tapıb daimi yaşamaq istədiyini demiş, amma evlənmək istədiyi şəxsin adını deməmişdir. Əfqanla məhəllədə növbəti görüş zamanı söhbət əsnasında sonuncuya qızı Nellinin Amerikadan qayıtdığını və işsiz olduğunu bildirmiş, Əfqan da qızı Nellinin onun şirkətində işləməsini təklif etmişdi. O, qızı Nelli ilə bu barədə danışmış, sonuncu da "xxxx" MMC-də işləməyə razılıq vermişdir. Bundan sonra Nelli CV ilə həmin şirkətə müraciət etmiş və "xxxx" MMC-də sənədlər üzrə mütəxəssis vəzifəsinə işə düzəlmişdir. 2019-cu ilin sentyabr ayında Əfqanla nöbəti görüş zamanı sonuncu ona “seyf alıb, sənin evində saxlamaq istəyirəm” demişdir. Əfqan həmçinin “əlimdə pulum var, evdə saxlamağa qorxuram, səninlə dostam və sənə etibar edirəm, istiyirəm seyf sənin evinə qoyulsun” deyə bildirmiş, o da Əfqanla dost olduğu üçün razılıq vermişdir. Əfqan öz pulu ilə şirkətdən dəmir seyf almışdır. Həmin ərəfədə saat 17 radələrində Əfqan işdə olduğundan ona zəng edərək şirkət işçilərini qarşılayıb seyfi onlardan qəbul etdiyini bildirmişdir. Beləliklə şirkət işçiləri seyfi onun yaşadığı evə gətirmişlər, o da sənədə qol çəkib seyfi onlardan qəbul etmişdir. Həmin gün saat 22 radələrində Əfqan onların evlərinə gəlmişdir. Həmin vaxt Əfqanın əlində qara rəngli çamadan olmuşdur. Seyf evdə giriş qapısı ilə üzbəüz olan yataq otağında yerləşdirilmişdir. O, Əfqanı həmin otağa dəvət etmiş, özü isə qapını bağlayıb otaqdan çıxmışdır. Əfqanın seyfə nə qoyduğunu görməmişdir. Bundan sonra Əfqan əlində həmin çamadanla otaqdan çıxmış və seyfin açarlarını da özü ilə götürmüşdür. Seyfdə 04 ədəd açar olmuş, onlardan ikisi seyfin əsas qapısının, digər ikisi isə seyfin içərisində olan kiçik ölçülü gözlərin açarları olmuşdur. Həmçinin seyf kodla açılıb- bağlanmışdır. Beləliklə, Əfqan gətirdiyi qara rəngli çamadanla evi tərk etmişdir. Təxminən 2020-ci ilin iyun ayında Əfqan qızı Nellini işdən çıxarmışdır. O, bununla bağlı "xxxx" MMC-nin ofisinin yerləşdiyi “Yeni Həyat” Plazaya getmiş və orada ona məlum olmuşdur ki, qızı Nelli Əfqanla kobud danışdığı üçün işdən çıxarılmışdır. O, Əfqandan qızını yenidən işə qaytarmasını xahiş etmişdir. Bundan sonra Nelli Əfqandan üzr istəmiş və yenidən kadrlar şöbəsinin müdiri kimi həmin MMC-də işə bərpa olunmuşdur. Təxminən 2020-ci ilin payız aylarında saat 21 radələrində evdə olarkən seyf yerləşdirildiyi yataq otağında çarpayının altında açıq şəkildə, yüzlük əskinaslarla manat valyutasında olan, məbləğini dəqiq bilmədiyi nağd pullar görmüşdür. O, Nellidən “bu nə pullardır?” deyə soruşduqda sonuncu həmin pulların Əfqanın pulları olduğunu, saxlamaq üçün ona verdiyini bildirmişdir. Əfqan çox vaxt Nelliyə saxlamaq üçün pul vermişdir. Bu səbəbdən də bir şey deməmişdir. 12 iyul 2021-ci ıl tarixdə saat 12 radələrində "xxxx" MMC-də mühasib işləyən Suğra adlı qadın ona zəng edərək onu təcili olaraq ofisə çağırmışdır. O, Suğranı əvvəllər tanımamış, onu bir neçə dəfə ofisdə görmüşdür. Beləliklə o, ofisə getmişdir. Ofisdə Əfqanın sürücüsü Fazil ona kağız göstərərək “bu iltizamı Nelli yazıb, mən və Suğra imzalarımızla təsdiq etmişik” deyə bildirmişdir. Bu vaxt Nelli də ofisdə olmuşdur. O, kağızı oxumuş və iltizamın qızı Nellinin adından rus dilində yazıldığını görmüşdür. Belə ki, həmin iltizamda qeyd edilmişdir ki, Nelli 300.000 ABŞ dolları məbləğində pulu oğurladığını etiraf edir. Bununla bağlı o, qızı Nellidən soruşduqda sonuncu işçilərin onu məcbur edərək həmin iltizamı yazdırdıqlarını demişdir. Lakin həmin vaxt qızı Nellinin bədənində heç bir xəsarət izi görməmişdir. Bundan sonra Nelli ofisdə qalmış, o isə oranı tərk etmişdir. Həmin gün axşam saatlarında evdə olarkən həmin oğurluq hadisəsi ilə bağlı qızı Nelli ilə söhbət etdikdə sonuncu ona heç bir məbləğdə pul oğurlamadığını bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, şirkətdən oğurluqla bağlı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə şikayət edilmişdir və bununla bağlı orada araşdırma aparılır. O, Polis İdarəsinə gedərək baç verənlərlə maraqlanmış və orada eşitmişdir ki, Nelli Əfqanın pullarını Raufa və Mehribana vermişdir. O, Raufu təxminən 7 il əvvəl tanımış, amma onun heç bir münasibəti olmamışdır. Belə ki, Rauf və qızı Nelli ilə sevgili olmuşlar. Mehribanı isə bir dəfə ofisdə liftdə görmüşdür. Onda olan məlumata əsasən Mehriban qızının işlədiyi ofisdə xadimə işləmişdir. Bundan başqa bir dəfə X23 evinə təmizlik etmək üçün gətirmişdir. Həmin vaxt Mehriban Əfqanın evinə qalxanda liftdə qalmışdır. Nelli ona zəng edib bu barədə bildirmiş, o da usta tapıb Mehribanı liftdən çıxarmışdır. Mehribanla heç bir münasibəti olmamışdır. Nelli ilə oğurluq barədə danışdıqda sonuncu ona oğurluq etmədiyini və heç kimə pul vermədiyini bildirmişdir. Bununla bağlı onun başqa məlumatı yoxdur. Seyf evə yerləşdirildikdən sonra Əfqan özü gəlib seyfə kod daxil etmiş, açarla bağlamış və açarları götürüb getmişdir. Qızı Nellinin nə vaxtsa seyfi açdığının şahidi olmamışdır. O, işi ilə əlaqədar olaraq evdə az vaxt olur. Bildiyinə görə qızı ilə Əfqanın işçi-müdir çərçivəsində normal münasibətləri olmuşdur. Yaşadığı və qeydiyyatda olduğu Nəsimi rayonu, Səfərəliyev küçəsi, ev 2, mənzil 8 ünvanında giriş qapısı ilə üzbəüz olan yataq otağındakı seyf 2019-cu il sentyabr ayında Əfqanın sifarişi ilə evə yerləşdirilmişdir. Əfqan rayonda ezamda olduğu üçün seyfi işçilər onun iştirakı ilə evə yerləşdirmişlər. Seyfin açarlarını ona vermişlər. Həmin gün axşam saatlarında Əfqan rayondan əlində qara rəngli çamadanla gəlmiş və o, seyfin səhv etmirsə iki ədəd açarını Əfqana vermişdir. Əfqan da otağa keçmiş və bir müddət sonra otaqdan çıxmışdır. O, Əfqanın çantada olan pulu seyfə qoyduğunu, seyfi də şifrə və açarla bağladığını başa düşmüşdür. Əfqan pulu seyfə qoyanda o, həmin otaqda olmamış, Nelli də həmin vaxt mətbəxdə olmuşdur. Əfqan həmin vaxt heç kimə açar verməmişdir. Əfqan indiyə kimi o, evdə olanda onun evinə iki və ya üç dəfə gəlmiş, həmin vaxt da seyfi açmamışdır. O, Nellinin seyfi açdığını və ya bağladığını görməmişəm. Oğlu hal hazırda Qatar Respublikasında özəl şirkətlərin birində menecment vəzifəsində işləyir. Oğlu əvvəllər Dubayda işləmişdir. 12 ildir ki, oğlu xarici ölkələrdə işləyir. İldə bir ya iki dəfə 5-10 günlük Bakı şəhərinə gəlir. Ailəsi isə Moskva şəhərində yaşayır. Nellinin 2015-2016-cı illərdə banka kredit borcu olmuşdur. O, bu barədə Nellidən öyrənmiş və təxminən 4-5 min manat borcu öz cibindən vermişdir. Nellinin həmin pulu nəyə xərclədiyini bilmir. Nelli ona “kiməsə vermişəm, atıblar mənə” deyə bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, 2018-ci il tarixdən qardaşı Zərərçəkmiş şəxs direktoru olduğu “Murov" TSK-da anbardar vəzifəsində işləyir. Şirkətin yol çəkiliş fəaliyyəti ilə əlaqədar bölgələrdə çalışmışdır. Özü ailəsi ilə birlikdə Goranboy rayonunda yaşayır. Bakı şəhərində yaşamamış, Bakıya yalnız anbardar olduğu üçün avtomobil ehtiyat hissələrinin təhvil alınıb iş görülən yerlərə aparılması üçün gəlmişdir. Qardaşı Əfqan isə çox vaxt Bakıda şirkətin ofisində işləyir, eyni zamanda bölgələrdə işə nəzarət etmək üçün gəlir. Təqsirləndirilən şəxs 2019-cu il tarixdə şirkətin ofisinə gələndə tanımış və onun sənədlərlə iş üzrə mütəxəssis vəzifəsində çalışdığını bilmişdir. Nelli ilə yaxın münasibəti olmamışdır. Bir dəfə ehtiyat hissələri almaq üçün pul götürmək məqsədilə şirkətə gəldikdə qardaşı Əfqan ona 6000 manat pul vermiş və Nelliyə 14 min manat da gətirməsini tapşırmışdır. Nelli də gedib öz evindən 14000 manat pul gətirmişdir. Həmin vaxt Əfqan ona Nellinin etibarlı işçi olduğunu, evinin də yaxın olduğunu, buna görə də pul işlərini ona etibar etdiyini və Nellidə müəyyən qədər pulu olduğunu bildirmişdir. Bundan sonra o, Əfqanın pulunun Nellinin evində olduğunu öyrənmişdir. 05 iyun və ya 06 iyun 2021-ci il tarixdə Əfqanın sürücüsü Fazil ona zəng edərək “Əfqanın vəziyyəti yaxşı deyil, evdədir, ağrıyır, mən də qatıq almağa gedirəm” demişdir. O da yoldaşı ilə birlikdə tez Goranboy rayonundan Bakı şəhərinə Əfqanın evinə gəlmişdir. Onlar axşam saatlarında evə çatmışlar və qapını onlara Nelli açmışdır. Bacısı Hökümə isə onlardan əvvəl gəlmişdir. Nelli onlara “xəstələnib düzələr, həmişə belə olur, mən saxlayıram Əfqanı" demişdir. O, Əfqanı həkimə aparmadığı üçün Nelliyə irad tutduqda sonuncu “qorxma ölməz” deyə bildirmişdir. Həmin vaxt Əfqan halsız vəziyyətdə öz otağında uzanmış, danışa bilməmiş, iki kəlmə nəsə deyəndə yorulmuşdur. O, Fazilə də “niyə həkim çağırmırsız?” deyərək irad tutduqda ki, sonuncu “Nelli icazə vermir, deyir özü sağaldacaq" demişdir. Nelli də həmin vaxt evdə ora-bura var gəl etmiş, gah keçib o biri otaqda telefonla danışmış, gah mətbəxə keçmişdir. O, tez Amerikada olan tanışı Kazımi adlı həkimin ***-***-**-** mobil nömrəsinə zəng edərək qardaşının halsız olduğunu, huşunun özündə olmadığını, yaşıl rəngdə qusduğunu bildirmişdir. Bundan sonra Əfqanın evdə olan qan analizinin nəticələrini də “WhatsApp” proqramı vasitəsilə ona göndərmişdir. Həkim Əfqanın zəhərləndiyini deyərək qəbul etdiyi bütün dərmanları dayandırmasını bildirmişdir. Nelli isə “mən həkimlə danışmışam, siz niyə başqa həkimlə danışırsınız?” deyərək ağlayıb evdən getmişdir. Növbəti gün səhər saatlarında Əfqanı Nizami rayonunda yerləşən adını xatırlamadığı klinikada terapevt Tariyel həkimin yanına aparmışlar. Müayinələrdən sonra həkim Əfqanın zəhərləndiyini, bütün dərmanları dayandırmasını və müalicə lazım olduğunu bildirmişdir. Bundan sonra onlar evə gəlmişlər, növbəti gün isə işi ilə bağlı rayona qayıtmışlar. 2021-ci il iyul ayının sonlarında o, Əfqanla əlaqə saxladıqda ondan “buldozer və ekskavator alacaqdın nə oldu?" deyə soruşmuş, sonuncu isə pul olmadığını, Nellinin pulu öz evindən götürdüyünü bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Nelli Əfqanın pullarını ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs məxsus mənzildə Əfqana məxsus seyfin olduğunu bilməmişdir. Əfqan təzyiqi ilə bağlı müalicə almış, bundan başqa xəstəliyi olmamışdır. O, Nellidən Əfqana nə dərmanı verdiyini soruşduqda sonuncu "bu dərmanları verirəm ki, yuxusuzluğu var rahat yatsın. Bir az da əsəbləri pozulub, İştahası da yoxdur, həmişə bu dərmanları verirəm” demişdir. Nellinin Əfqana hansı dərmanları verdiyini bilmir. Amma o, evdə Kazımi həkimlə danışdıqdan sonra Nelli onun, Fazilin, bacısı Hökümənin yanında stolun üzərində olan dərmanları tez götürüb evdən çıxıb getmişdir. Növbəti gün səhər saatlarında həkimə getmək istəyəndə Nelli məhəllədə onlara “Əfqanı həkimə aparmayın” demiş, onun etiraz etdiyini gördükdə isə “mən də gedirəm” deyə bildirmiş, amma o, icazə verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 göstərdi ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ailə üzvləri ilə birlikdə ünvan 18 ünvanında yaşayır. Dörd otaqlı həmin fərdi yaşayış evində onun ailəsi, qardaşı Vüsal Əliyevin ailəsi və anası Şahid1 yaşayır. Əsgərlikdən gəldikdən sonra 2007-ci ildən etibarən 131 saylı marşrut avtobusunda sürücü işləmişdir. Əsgərlikdən qabaq isə 186 saylı marşrut avtobusunda konduktor işləmişdir. Anası Şahid1 təxminən 2020-ci ildən etibarən yolların və dəmir yollarının tikintisini həyata keçirən "xxxx" MMC-in “Yeni Həyat” Plazadakı baş ofisində xadimə kimi işləmişdir. Bununla yanaşı, anası uzun müddət ki, “Opera və Balet” teatrında və “Musiqili komediya” teatrında da xadimə işləmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 2021 -ci ilin fevral ayının əvvəllərində anası Mehriban ona “azad olunmuş Kəlbəcər rayonuna yollar açılmaqdadır, rayonlara adam daşımaq üçün mikroavtobus əldə et, Nelli söz verib ki, həm maliyyə cəhətdən köməklik edəcək, həm də səni işlədiyi şirkətdə işə düzəldəcək” deyə bildirmişdir. Anası ona Nellinin onunla bir şirkətdə müdir köməkçisi işlədiyini və xeyriyyəçiliklə məşğul olduğunu demişdir. Beləliklə o, şirkətdə sürücü kimi işləməyə razılıq vermiş və bundan sonra sərnişin daşımaq üçün nəzərdə tutulmuş mikroavtobus axtarmağa başlamışdır. Tanışları vasitəsi ilə Sumqayıt şəhərində yaşayan maşın ticarətçiləri ilə əlaqəya çıxmış və həmin ticarətçilər ona mikroavtobus hesab edilən və 7 ədəd oturacağı olan qara rəngli “X35” markalı avtomobilin fotoşəkillərini göndərmişlər. O, maşını bəyənmiş və ticarətçilərlə qiyməti 29.000 (iyirmi doqquz min) manata razılaşmışlar. Maşın ticarətçiləri ona həmin avtomobilin hazırda Buzovna qəsəbəsində olduğunu demişlər, o da həmin qəsəbəyə gedərək maşına baxmışdır. Bundan sonra özünə məxsus, Çin istehsalı olan “BYD” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili Maştağa qəsəbəsində maşın ticarətçilərinə 8300 manata satmışdır. Anası Mehriban və xalası Məlahət onun üçün hazırda xatırlamadığı bankların birindən hərəsi 5000 manat olmaqla ümumilikdə 10.000 (on min) manat pulu kredit yolu ilə əldə edib ona vermişlər. Qalan 10700 manat pulu isə Nelli anası Mehribana hissə-hissə olmaqla vermişdir. Beləliklə, o, topladığı 29.000 (iyirmi doqquz min) manat pulla alqı-satqı müqaviləsi əsasında “X35” markalı avtomobil almışdır. Maşın üçün 3000 manat pulu bir həftəyə ödəmişdir. Hazırda həmin avtomobil onun adına qeydiyyata alınmışdır. Həmçinin həmin avtomobilə yeni **-QY-*** dövlət qeydiyyat nişanı əldə etmişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə 2021-ci ilin mart ayında yaşadığı Maştağa qəsəbəsində yerləşən evdə olarkən görmüşdür. Nelli, onların evinin vəziyyətinin pis olduğunu görüb köməklik etmək istəmişdir. Nelli evə baxdıqdan sonra evin fotoşəkillərini çəkmiş və evin təmirində onlara köməklik edəcəyinə söz vermişdir. Təxminən 15-20 gün sonra o, işdə olarkən Nelli tikinti şirkətinin işçilərini onların evlərinə baxmaq üçün göndərmişdir. Lakin, həmin şəxslər evə baxıb təmirin səhv etmirsə 20.000 (iyirmi min) manat məbləğində pula başa gələcəyini demişlər. Nelli isə təmirin baha başa gəldiyinə görə həmin şirkətdən imtina etmişdir. Bundan təxminən 10 gün sonra Nelli özü anası Mehribana onda olan məlumata əsasən təmir üçün 6000-7000 manat pul vermişdir. Həmin pula o özü Maştağa qəsəbəsindən ustalar tapmış, həmçinin tikinti materialları alıb evi təmir etdirmişdir. Özü də evin təmirində iştirak etmişdir. Beləliklə, təmir nəticəsində evin damının hissələri dəyişilmiş, döşəməyə laminant döşənmiş, otaqlara aboy vurulmuş, mətbəx və hamam otaqlarına metlax döşənmiş, küçə və ev qapıları dəyişilmiş, tavana alçipan vurulmuş, evin həyətinin daş hasarına isə emusiya çəkilmişdir. Bundan sonra anası Mehriban ona “Samsung S20” markalı mobil telefon verərək Nellinin həmin telefonu onu aldığını bildirmişdir. O da həmin telefonu qəbul edəeək istifadə etmişdir. Bundan başqa, Nelli onların evinə bir ədəd kondisioner və bir ədəd “LG” markalı televizor almışdır. Onlar elə hesab edirmişlər ki, Nelli bütün bunları köməklik məqsədi ilə edir. 2021-ci ilin iyun ayında Nelli anası Mehribana dəfələrlə zəng edərək onlara xərclədiyi pulların şirkət müdiri Zərərçəkmiş şəxs pulları olduğunu bildirmiş və anasından faizə pul verən adam tapmasını istəmişdir ki, həmin adamdan borca pul götürüb hər şeyi onun üstünə yıxsın. Amma anası Nelli ilə razılaşmamışdır. 2021-ci ilin iyul ayının ortalarında isə məlum olmuşdur ki, Nelli “102” Xidmətinə zəng edərək anası Mehribandan şikayət etmişdir. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılmış, o özü də Polis İdarəsinə gedərək olanlar barədə səmimi izahat vermişdir. Həmin pulların şirkət müdiri Zərərçəkmiş şəxs məxsus olduğunu bildikdən sonra məcburiyyət qarşısında "X36” markalı avtomobili 27 iyul 2021-ci il tarixdə ümumi etibarnamə əsasında onunla birlikdə 131 saylı marşrut avtobusunda sürücü işləyən, həm də xalası Məlahətgillə qonşu olan Etibar adlı şəxsə 25.000 (iyirmi beş min) manata satmış, anası Mehriban tanışlarından borc-xərc edərək həmin pulun üstünü düzəldərək ümumilikdə 50.000 manat məbləğində pul toplayıb Zərərçəkmiş şəxs ödəmişdir. Sonradan anası yenidən borc-xərc edib Zərərçəkmiş şəxs əlavə olaraq 20.000 (iyirmi min) manat da pul vermişdir. Beləliklə, onlar Əfqana ümumilikdə 70.000 (yetmiş min) manat pul vermişlər. Nelli onlara pul xərcləyərkən həmin pulların özünə məxsus olduğunu və xeyriyyəçilik niyyəti ilə xərclədiyini demişdir. Lakin, onlar həmin pulların şirkət müdiri Zərərçəkmiş şəxs məxsus olduğunu bildikdə bütün pulları qaytarmışlar. Bundan başqa, Nelli özü ona zəng edərək “sən marşturdasan, bir dənə başı bağlı tap, bizi vəziyyətdən çıxartsın” demiş, amma o, Nelliyə etiraz etmiş və onun zənglərinə cavab verməmişdir. Nə o, nə də ki qardaşı Nelliyə heç bir xəsarət yetirməmişlər. Gülçöhrə anası Mehribanın uzaq qohumudur və yas mərasimlərində quran oxuyur. O, Gülçöhrəni bir dəfə bibisinin yas mərasimində görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 19 ünvanında yaşayır. 20 ilə yaxındır ki, "Opera Balet” teatrında, habelə təxminən 7 il müddətində “Xalçaçılıq" Muzeyində xadimə işləmişdir. Əvvəllər isə Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 ünvanında yerləşən oyuncaq fabrikində mühasib işləmiş, həmçinin "Laçın” Ticarət Mərkəzində qadın paltarlarının satışı ilə məşğul olmuşdur. Şahid1 onun doğma bacısıdır. Şəxsiyyət vəsiqəsində atasının adı səhvən “Apset” yazılmışdır. Mehriban Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əbdülkərim küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Mehriban təxminən 30 ildən çox “Opera Balet” teatrında və 10 ildən çox “Muzkomediya” adlanan teatrda xadimə işləmişdir. Təxminən 2020-ci ildən etibarən isə "Murov TSK” MMC-in "Yeni Həyat” Plazadakı ofisində xadimə işləməyə başlamışdır. Belə ki, Mehriban əsas iş yerindən çıxıb həmin ofisə gedərək orada təmizlik işləri görmüşdür. 2021-ci ilin fevral ayında Mehribanın oğlu Vüqar ona maşınını satdığını, hazırda maşın almalı olduğunu, lakin pulunun çatmadığını deyərək ona maddi cəhətdən köməklik etməsini xahiş etmişdir. Vüqar ona alacağı mikroavtobus tipli maşınla rayonlara sərnişin daşıyacağını deyərək ondan 5000 manat pul istəmiş, o da razılaşaraq "Beynəlxalq Bank”dan 5000 manat məbləğində kreditə pul götürüb Vüqara vermişdir. Bununla da Vüqar "Mercedes” markalı mikroavtobus almışdır. Bacısı Mehriban tez-tez onun yaşadığı evə gəlib orada qalmışdır. Təxminən bir il əvvəl Mehriban ona evini təmir etdirmək istədiyini bildirmişdir. O, Mehribandan “evini hansı pullarla təmir etdirəcəksən?” deyə soruşduqda sonuncu “təmirin pulunu "Murov TSK” MMC-nin müdriyyəti ödəyəcək, daha sonra mənim iş saatım çoxaldılacaq, bununla da maaşım artacaq, bundan sonra təmir üçün çəkilmiş xərclər maaşımdan tutulacaq" deyə cavab vermişdir. Mehribanın evi həmin vaxt çox pis vəziyyətdə olmuşdur. Təxminən 2021-ci ilin mart ayında o, işdə olarkən Mehriban ona zəng edərək “şirkətdən evimə məişət avadanlıqları gəlməlidir, mənim evimdə təmir işləri görüldüyü üçün əşyaları sənin evinə qoyaq” demişdir. O, Mehribanla razılaşmış, lakin hazırda evdə olmadığını, işdə olduğunu bildirmişdir. Buna görə belə qərara gəlmişdir ki, həmin əşyaları şirkət işçilərindən qəbul etməsini qonşusu Şahid14 xahiş etsin. Bu məqsədlə Ehtibara zəng edib əşyaları qəbul etməsini xahiş etmiş, sonuncu da razılaşaraq əşyaları qəbul etmişdir. O, işdən evə gəldikdə həyətə bir ədəd soyuducu, bir ədəd televizor və bir ədəd soba qoyulduğunu görmüşdür. Daha sonra Mehriban gələrək həmin əşyaları götürmüşdür. Təmirdən sonra o, Mehribanın evinə getmiş və evdə əsaslı təmir işləri aparıldığını görmüşdür. 24 may 2021-ci il tarixdə saat 14 radələrində Mehribanın Zabrat qəsəbəsində yerləşən restoranların birində keçirilən ad günü məclisinə getmişdir. Restoranda söhbət əsnasında Mehriban bu məclisi iş yerindən kiminsə ona hədiyyə etdiyini bildirmişdir. 2021-ci ilin iyul ayında Mehriban ona guya onun külli miqdarda oğurluq etməsi ilə bağlı polisə şikayət edildiyini bildirmişdir. Söhbət əsnasında Mehriban bu məsələ ilə bağlı ona məlumat verərək onunla bir yerdə işləyən Nelli adlı qadının onun evinin təmiri, avtomobil, məişət əşyaları və ad günü məclisi üçün xeyriyyəçilik məqsədi ilə ona pullar verdiyini, bütün bunların əvəzində onun iş saatını çoxaltdığını, belə ki, gün ərzində 8 saat olmaqla ofisdə təmizlik işləri gördüyünü, daha sonra Nellinin ona verdiyi pulların əslində şirkət müdiri Əfqan müəllimə məxsus olduğunu öyrəndiyini bildirmişdir. O, isə Mehribana “nə olsun ki, sənə pul verir, hər verilən pulu niyə götürürsən?” deyərək irad tutmuşdur. O, Nellini əvvəllər tanımamışdır. Bir dəfə 2021-ci ilin iyul ayında saat 11 radələrində xadimə işlədiyi “Opera Balet” teatrından çıxıb Mehribanın epilepsiya xəstəsi olan nəvəsi Nicat Əliyevlə birlikdə “Nizami” kinoteatrının yaxınlığına gəlmişdir. Bu vaxt təsadüfən Mehribanın tünd rəngli “Merdecedes” markalı avtomobildə bir qadınla mübahisə etdiyini görmüşdür. O, avtomobilə yaxınlaşmış və həmin vaxt Nicat yerə yıxılmışdır. O, Mehribanı çağıraraq köməklik etməsini istəmiş, amma Mehriban maşından düşmək istəyərkən yanındakı qadın buna imkan verməyərək onu tutub saxlamışdır. Mehriban ona həmin qadının onunla birlikdə ofisdə işləyən Nelli olduğunu demişdir. X29 “bir nəfər faizlə borca pul verən xanım tap, hər şeyi onun üstünə ataq” demiş, Mehriban isə razı olmamışdır. Nelli ona da həmin təklifi etmiş, lakin o, etiraz edərək Nellinin üstünə qışqırmışdır. Bu hadisədən sonra Nellini heç vaxt görməmiş, onunla heç bir münasibəti olmamışdır. Sonralar isə ona məlum olmuşdur ki, Mehriban ona xərclənmiş pulların Əfqana məxsus olduğunu öyrəndikdən sonra borc-xərc edib sonuncunun pulunu tam olaraq geri qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 göstərdi ki, ünvan 22 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 23 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir və 1981-ci ildən etibarən Bakı şəhəri 131 saylı marşrut avtobusunda sürücü işləyir. Şahid12 yaşadığı Maştağa qəsəbəsində qonşusu olan Məlahət adlı qadının bacısı oğludur. Məlahətlə təxminən 16 ildir ki, qonşudur, onunla yaxşı münasibətləri vardır. Şahid12 təxminən 6 il olar ki, onunla birlikdə 131 saylı marşrut avtobusunda əvvəlcə kanduktor, sonradan isə sürücü kimi işləmişdir. Vüqar ondan çox kiçik olduğundan sonuncu ilə elə bir yaxın münasibəti olmamışdır. Şahid12 əvvəllər “VAZ 2106" markalı mavi rəngli avtomobili, daha sonra isə Çin istehsalı olan, markasını bilmədiyi qara rəngli avtomobili idarə etmiş, 2021-ci ilin fevral ayında isə Çin istehsalı olan həmin avtomobili satıb “X36” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır, Təxminən 2021ci ilin aprel-may aylarında saat 14 radələrində yaşadığı evdə olarkən qonşusu Məlahət ona zəng edərək “bizim evdə heç kim yoxdur, evə mağazadan məişət avadanlıqları gəlməlidir, həyətin qapısı açıqdır, əşyaları çatdıran mağaza işçilərini qarşıla və əşyaları qəbul et” demişdir. Məlahət həmçinin onun nömrəsini bacısı Mehribana verdiyini, sonuncunun ona zəng edəcəyini bildirmişdir. O, heç bir problemin olmadığını deyərək razılaşmışdır. Bir neçə dəqiqə sonra Mehriban özü ona zəng edərək “bacım Məlahətgilə şirkət maşnı gələcək, xahiş edirəm qol çəkib, əşyaları qəbul et" deyə xahiş etmiş, o da razılıq vermişdir. Bundan təxminən 1 saat sonra adını bilmədiyi şirkətin yük avtomobili yaşadığı küçəyə gəlmiş, o da şirkətin işçilərini qarşılamışdır. Onlar Məlahətin evinin həyətinə bir ədəd soyuducu, bir ədəd paltaryuyan maşın və bir ədəd soba qoymuşlar. O, həmin əşyaları qəbul etdiyi üçün şirkət işçisinin təqdim etdiyi sənədə qol çəkmiş və bundan sonra evinə getmişdir. Təxminən 2021-ci ilin iyul ayının ortalarında saat 22 radələrində işlədiyi 131 saylı marşrut avtobusunun Bakı şəhəri, Sabunçu rayonu, “Vişnovka” adlanan ərazidə yerləşən qarajında Şahid12lə söhbət zamanı sonuncu ona “mənə təcili pul lazımdır, ona görə də “X36” markalı avtomobili satıram, neçə manat versələr satacam” demişdir. O, avtomobilin qiymətini soruşduqda Vüqar avtomobili 27000 (iyirmi yeddi min) manata satdığını bildirmişdir. O, həmin avtomobilə 25.000 (iyirmi beş min) manat verə biləcəyini demiş, Vüqar da onunla razılaşmışdır. Vüqarın avtomobili nəyə görə təcili olaraq satması ona məlum deyil, sonuncu sadəcə olaraq ona təcili pul lazım olduğunu demiş, o da Vüqardan bu barədə heç nə soruşmamışdır. Beləliklə, Vüqarla aralarında olan razılaşmaya əsasən 27 iyul 2021-ci il tarixdə saat 10 radələrində sonuncu ilə Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat kontoruna getmiş və orada Vüqar ona bir il müddətinə “X36” markalı avtomobilə ümumi etibarnamə vermişdir. Həmin gün saat 17 radələrində Vüqarla işlədiyi 131 saylı marşrut avtobusunun “Vişnovka” adlanan ərazidə yerləşən qarajında görüşüb ona 25.000 (iyirmi beş min) manat məbləğində nağd şəkildə pul verərək avtomobili almışdır. Hazırda həmin “X36" markalı, 90-OY- 429 dövlət qeydiyyat nişanlı avtomobili o, idarə edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 göstərdi ki, 9 ildir ki ona məxsus “Merdeces Benz E270 CDİ" markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. Taksi fəaliyyətinə başladığı vaxtdan Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Yeni Həyat” Plazanın qarşısında yolun kənarında dayanır. Orada yaşayan sakinlər və həmin Plazada işləyən işçilər onu yaxşı tanıyırlar. Əsasən “Yeni Həyat” Plazada işləyən şəxsləri sifariş etdikləri yerlərə aparır. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin may ayından etibarən həmin Plazada işləyən işçi kimi tanımışdır. Nelli ilə heç bir münasibəti olmamış, sadəcə bir neçə dəfə onu sifariş etdiyi yerlərə aparmışdır. Şahid1 isə bir neçə dəfə “Yeni Həyat” Plazaya Nellinin yanına gələrkən görmüşdür. Mehribanla da heç bir münasibəti olmamışdır. 14 iyul 2021-ci il tarixdə saat 11 radələrində də özünə məxsus avtomobillə “Yeni Həyat” Plazanın qarşısında yolun kənarında dayanarkən Nelli yaxınlaşmış və onu “Nizami” kinoteatrına aparmasını xahiş etmişdir. O, razılaşaraq Nellini “Nizami” kinoteatrının arxa tərəfindəki parka gətirmişdir. Nelli ondan yolun kənarında dayanıb onu gözləməsini xahiş etmişdir. O, Nellidən kimin gələcəyini soruşduqda sonuncu bir nəfər qadının gəlməli olduğunu bildirmişdir. Təxminən 20 dəqiqə sonra “Yeni Həyat" Plazada işləyən Mehriban gələrək avtomobilə əyləşmişdir. Onlar ikisi də arxa sərnişin oturacağında oturmuşlar. Həmin vaxt Nelli ona “dayı, bu qadına sözüm var, maşından düş bizi çöldə gözlə" demiş, o da Nellinin xahişini nəzərə alaraq avtomobili tərk etmişdir. Onlar təxminən 30 dəqiqə avtomobildə söhbət etmişlər. Daha sonra Nelli onu avtomobilə çağırmış və “bizi “Yeni Həyat” Plazaya apar” deyə bildirmişdir. Lakin “Anadolu" restoranın yaxınlığında olarkən Mehriban ona “saxla mən burda düşürəm” demişdir. Nelli Mehribana etiraz edərək “gəl mənimlə birlikdə "Yeni Həyat” Plazaya gedək” demiş, lakin Mehriban işlərinin olduğunu deyərək razılaşmamışdır. Bundan sonra Mehriban avtomobili tərk etmiş, Nelli isə “Yeni Həyat” Plazanın qarşısında avtomobildən düşmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 göstərdi ki, o, 2017-ci il aprel ayından "xxxx" ASC-nin Nəsimi filialında pərakəndə bankçılıq üzrə mütəxəssis vəzifəsində işləmişdir. Vəzifəsi fiziki şəxslərə məxsus hesabların, kreditlərin açılması, lombard kreditlərinin qəbulu və sairdən ibarətdir. "xxxx" ASC-də Zərərçəkmiş şəxs məxsus bank hesabı yoxdur. Belə ki, Təqsirləndirilən şəxs məxsus **********128912002 saylı bank hesabına bağlı olan Zərərçəkmiş şəxs adına 552229xxxxxx1739 nömrəli əlavə plastik kart vardır. Həmin kart əlavə kartdır. Təqsirləndirilən şəxs məxsus 552229xxxxxx3692 saylı kart isə əsas kartdır. Hesab sahibi istədiyi digər şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin şəxsin adına əlavə kart açdıra bilər. Həmin vaxt əlavə kartın adına açılacağı şəxsin iştirakı zəruri deyildir. Bu zaman əlavə kart həmin hesaba bağlı olur. Həm əsas kart, həm də əlavə kartdan ödəniş etdikdə pul vəsaiti bir hesabdan, yəni əsas kart sahibinin hesabından çıxarılır. Bu vəziyyətdə əsas kart sahibi Təqsirləndirilən şəxs, əlavə kart sahibi isə Zərərçəkmiş şəxsdur. Hansı ödənişin qarşısında hansı kart nömrəsi yazılırsa deməli ödəniş həmin kartdan edilmişdir. Bu, ATM-dən çəkilən pullara da aiddir. Bəzi ödənişlər və hesabdan çıxarışlarda kart nömrələri göstərilməməsinin səbəbi odur ki, həmin ödənişlər və hesabdan çıxarışlar əsas kartdan edilmişdir. Yəni təqdim edilən sənədlərdən də görünür ki, Təqsirləndirilən şəxs məxsus **********128912002 saylı bank hesabında əsas kart 552229xxxxxx3692 saylı Təqsirləndirilən şəxs aid kartdır. Həmin hesaba bağlı olan 552229xxxxxx4823 saylı əlavə kart da Təqsirləndirilən şəxs aiddir. Həmin hesaba bağlı olan 552229xxxxxxl739 nömrəli kart isə Zərərçəkmiş şəxs aiddir. Hesabdan çıxarışdakı ödənişlərdə qarşısında kart nömrəsi yazılmayan çıxarış və ödənişlər 552229xxxxxx3692 saylı kartla edilmişdir. Əlavə kart sahibi həm ATM-dən, həm də filiala yaxınlaşaraq hesabda olan istənilən məbləği əldə edə bilər. Təqdim edilən ərizə və sənədlərdən də görünür ki, 552229xxxxxxl739 saylı kart Təqsirləndirilən şəxs müraciəti ilə açılmış və sonuncu tərəfindən Zərərçəkmiş şəxs hüquqlarının həyata keçirilməsinə dair etibarnamə də verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Neili Fabriçnaya ilə Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid1, Şahid3, Şahid9 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 187-190, 218-224; cild 4, iş vərəqə 94-101; cild 7, iş vərəqə 208-213, 224-228, 249-255; cild 9, iş vərəqə 169-175; cild 10, iş vərəqə 7-11, 12-15) "xxxx" ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs adına "xxxx" ASC-də əlavə kart mövcuddur və həmin kartın bağlı olduğu AZ08BRES00**********12897201 nömrəli əsas hesab Təqsirləndirilən şəxs məxsusdur (cild 7, iş vərəqə 45-57). "xxxx" ASC-dən daxil olmuş bank məlumatlarından çıxarışlara baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus 552229xxxxxx1739 nömrəli kart Təqsirləndirilən şəxs məxsus **********128972002 bank hesabına bağlı əlavə kartdır. Hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdə qeyd olunan bank hesab nömrəsinə 29.377 ABŞ dolları məbləğində pul vəsaiti mədaxil edilmiş, həmin pul vəsaitinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində ümumlikdə 5.715 ABŞ dolları məbləğində hissəsi Zərərçəkmiş şəxs məxsus 552229xxxxxx1739 nömrəli kart vasitəsilə xərclənmişdir. Bundan sonrakı bütün xərcləmələr Təqsirləndirilən şəxs məxsus 552229xxxxxx4823 nömrəli kart vasitəsilə xərclənmişdir (cild 7, iş vərəqə 45-78). Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs tərəfindən rus dilində yazılmış əlyazmada Təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs işlədiyim “Murov TSK" MMC-də 300.000 dollar oğurladım ...., 300.000 dolları şirkətə qaytarmağa söz və qarantı verirəm. Heç kim məni bu pulları oğurlamağa məcbur etməyib. Mən özüm Murov TSK MMC-yə qarşı etdiyim öz hərəkətimə cavabdehəm.” məzmununda yazı yazmışdır (cild 1, iş vərəqə 18). Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/96 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs adından olan xx.xx.2021-ci il tarixli qəbzdəki yazılar, qəbzin sonundakı “xx.xx.2021” tarix göstəricisi və tarix göstəricisinin qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs adından olan xx.xx.2021-ci il tarixli qəbzdəki yazılarda - əlyazmanın qeyri-adi psixofizioloji və hər hansı qeyri-adi şəraitdə (fiziki və psixi təsir altında) icra olunmasını xarakterizə edən əlamətlər müəyyən olunmamışdır (cild 8, iş vərəqə 207-210). Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/95 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, A4 formatlı kağız üzərində şərti olaraq ‘T’ işarəsi ilə işarələnmiş 1-ci sırada “Rauf menya yderjal...” sözləri ilə başlayıb 16-cı sırada "...direktoru” sözü ilə bitən yazılar Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, A4 formatlı kağız üzərində şərti olaraq “İİ” işarəsi ilə işarələnmiş 16-cı sıranın sonunda “İ niapsala raspisku....” sözləri ilə başlayıb 24-cü sırada “şşş i reşit vaprosı” sözləri ilə bitən yazılar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, A4 formatlı kağız üzərində 1-ci sırada “Rauf menua yderjal...” sözləri ilə başlayıb 24-cü sırada “,...i reşitğ voprosı” sözləri ilə bitən yazılarda - əlyazmanın qeyri-adi psixofizioloji və hər hansı qeyri-adi şəraitdə (fiziki və psixi təsir altında) icra olunmasını xarakterizə edən əlamətlər müəyyən olunmamışdır (cild 8, iş vərəqə 211-215). Məhkəmə tikinti-texnikası ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/4638 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əbdülkərim (köhnə Əzizbəyov) küçəsində yerləşən, ümumi sahəsi 57,8 kv.m olan 48 saylı fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 9.808 manat məbləğində müəyyən olunur (cild 7, iş vərəqə 81-83). Məhkəmə audio və video yazıların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 4/107 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlar aydın və başa düşüləndir. Danışıqların yazılı mətninin bərpasında zəruri biliyə ehtiyac yoxdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqlarda 1 nəfər qadın cinsinə məxsus şəxs iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı hissəsində «Q2» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqlarda iştirak edən diktorların emosional və psixofizioloji vəziyyətində ekstremallıq hiss olunmur, danışıqlarda fiziki təsir əlamətləri aşkar olunmamışdır (cild 8, iş vərəqə 89-93). Məhkəmə audio və video yazıların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1826-4/106 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak" markalı CD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramda montaj əlamətləri müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramdakı danışıqlar aydın və başa düşüləndir. Danışıqların yazılı mətninin bərpasında zəruri biliyə ehtiyac yoxdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd "Kodak” markalı CD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramdakı danışıqlarda 1 nəfər kişi və 1 nəfər qadın cinsinə məxsus şəxs iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramdakı danışıqlarda iştirak edən diktorların emosional və psixofizioloji vəziyyətində ekstremallıq hiss olunmur, danışıqlarda fiziki təsir əlamətləri aşkar olunmamışdır (cild 8, iş vərəqə 115-119). Məhkəmə audio və video yazıların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 4/266-4/267-4/268-4/275-4/276-4/277 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlar aydın və başa düşüləndir, yazılı mətnin bərpasında zəruri biliyə ehtiyac yoxdur. Ekspertizaya təqdim olunmuş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı əsas mövzu üzrə danışıqlarda 3 nəfər qadın və 3 nəfər kişi cinsinə məxsus şəxs iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorunun səsi və nitqi - Təqsirləndirilən şəxs, «Q2» kimi işarə olunmuş diktorunun səsi və nitqi - Şahid1, «K1» kimi işarə olunmuş diktorunun səsi və nitqi - Zərərçəkmiş şəxs, «K2» kimi işarə olunmuş diktorunun səsi və nitqi - Şahid2, «K3» kimi işarə olunmuş diktorunun səsi və nitqi - Şahid10 məxsusdur (cild 9, iş vərəqə 218-225). "xxxx" MMC tərəfindən rayon prokurorluğuna təqdim edilmiş üzərində "28831” yazıları olan 01 ədəd “CD-R” diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə və Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında aşağıdakı məzmunda iş üçün əhəmiyyət kəsb edən sms mətnləri aşkar edilmişdir: xx/xx/2021, 21:26:17, **********88, **********36, “tı znayeş ya vinovata i priznayu”, xx/xx/2021, 13:41:39, **********88, **********36, "boq ne prostit ya sama sebya ne proşeayu bolşe ni maqu vedet kak stradayeş tı i may i raditeli ne prostima ya zaslujila fso to şto samnoy seyças proisxodit mne luçşe samoy zakapatsa prosti za vsyo vinovata i mala yeşyo boq minya nakazal”. xx/xx/2021,14:03:13, **********88, **********36, “spasibo menya oçen ploxa boq znayet kak stradayu İ bolşe niçivo net ya tebya klenus kak ya ubila sebya”. xx/xx/2021, 22:08:42, **********36, **********88, “mne nujna zavtra delstvovat kak trebovayet zakon”. xx/xx/2021, 22:09:11, **********88, **********36, “net bolşa slov” xx/xx/2021, 22:11:08, **********36, **********88, “yeşyo kakie mojet slov?” xx/xx/2021, 22:11:13, **********88, **********36, “ya dumala tı pomoqayeş mne xoçeş pamoş, a tı net tale nenavidiş menya” xx/xx/2021, 11:16:01, **********88, **********55, “Ya tebe pamaqala, çıtritsa ştuk ukrala” xx/xx/2021, 12:08:56, **********88, **********36, "Ya prosta dlya tebya kak iqruşka vışla poiqrat vıkinut tak bolna kak vse qavaryat ruskaya da poimeli yeyo”. xx/xx/2021,17:22:58,**********36,**********88, "Tı mejdinarodnaya maşennitsa, tı za vsyo otvetiş oçen skora” xx/xx/2021, 19:05:36, **********88, **********36, “idu v aptek” xx/xx/2021, 11:16:52, **********88, **********36, “Znaçit spat samnoy mojna bıla a kak denqe işyezdi spixnut na menya” xx/xx/2021, 11:32:35, **********88, **********36, “paqulyali pere spali i vsyo kak musor u nidiii i vıkidivoete pravilna?” xx/xx/2021, 15:54:07, **********88, **********36, "Spal i ne raz mnye vse perepiski yest i bereminneya at tebya” xx/xx/2021. 15:54:50, **********88, **********36, “Tı zastavel zdelaet abort. İ yeşyo kctate tı nazival menya lyubimaya” xx/xx/2021, 15:55:28, **********88, **********36, “Daje ne davno u tebya doma spali, eta tebya xvatit ubivat mayevo papu” (cild 7, iş vərəqə 15-17; cild 231- 234). "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə daxil olmuş üzərində “18310” yazıları olan 01 ədəd “CD-R” diskə baxış zamanı Zərərçəkmiş şəxs məxsus pulun Təqsirləndirilən şəxs etibar edilməsinə dəlalət edən sübutlar müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, 22 avqust 2019-ci il tarixdə saat 14:38:47 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********88 nömrədən Zərərçəkmiş şəxs istifadəsində olmuş **********36 nömrəsinə “solnce Fazil zvonil deneg net na mashinu 20 manat prosil otdat emu dengi?” mətnli sms göndərilmişdir. 24 sentyabr 2019-ci il tarixdə saat 15:00:02 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********88 nömrədən Zərərçəkmiş şəxs istifadəsində olmuş **********36 nömrəsinə “Kamal zvonil dengi vzal ne volnuysa” mətnli sms göndərilmişdir. 07 fevral 2020-ci il tarixdə saat 08:08:12 saniyədə Zərərçəkmiş şəxs istifadəsində olmuş **********36 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş **********88 nömrəsinə “Dobro utro..vazmi na rabota desyat tlsyac denqi” mətnli sms göndərilmişdir. 17 fevral 2020-ci il tarixdə saat 20:03:39 saniyədə Zərərçəkmiş şəxs istifadəsində olmuş **********36 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş **********88 nömrəsinə “Prinisi denqi” mətnli sms göndərilmişdir. 27 aprel 2020-ci il tarixdə saat 08:38:03 saniyədə Zərərçəkmiş şəxs istifadəsində olmuş **********36 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş **********88 nömrəsinə “Vazmi 25 tlsyac” mətnli sms göndərilmişdir (cild 4, i. vərəqə 3-4; cild 5, iş vərəqə 127-149). Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş və Təqsirləndirilən şəxs və Mehriban Atalkişyevaya məxsus səs yazılarının olduğu diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1 -ci səs yazısında Təqsirləndirilən şəxs “özünüzə yaxşı baxın ay Mehriban, siz mənə lazımsız, mən sizə baxıram fikirləşirəm hamı pox yeyir”, 2-ci səs yazısında “pulu da fikirləşməyin xərcləyin, öpürəm, mən sizin yerinizə də keyf eliyirəm burda, elə sevinirəm” deyir. 3-cü səs yazısında Şahid1 “Nelya, çox güclü problem yoxdu, keçib gedəcək, amma obyekti zadı pox yeyir, edərəm elə bir şey ki, almaz, evə bazarlıq edir, bir gün görməyə başlayır, verdiyi pullarla hərdən, bi dənə, bi dənə düzəldirəm” deyir. 4-cü səs yazısında Gülçöhrə Məmmədova “onların davaları qurtarmayacaq ee, onlar kişidən pul istəyir, kişi də onlara pul verməyəcək, heç vaxt da gedib kassanı açmaz, kişi həmişə kassanın ixtiyarı bunda (yəni Nellidə) olub deyə həmişə bunla iş görüb” deyir. 5-ci səs yazısında Şahid1 “Gülyaya deyərəm bir şey eləsin narahat olma”, 6-cı səs yazısında “bəs Nardarandadı, deyir ki, bunu verməlisən ki, içsin” deyir. 7-ci səs yazısında Gülçöhrə Məmmədova “bir də onun verdiyi puldan, düzdü mənə verib, sədəqə verirəm, sağ olsun, Allah razı olsun, o verdiyi dolları xırdaladım, 20 manat ona verdim, 30 manat bu birisinə verdim, 30 manat vəkilimə göndərdim, müəllimə göndərdim, indi uşaqdı da hazırlığa gedir 100 manat borclu qalmışam müəlliminə, uşaqların üst başını da o puldan aldım” deyir. 8-ci səs yazısında Təqsirləndirilən şəxs “Çox yüklədim sizi, pis təsir elədi mənə, aktyorluqda etdim onlara, amma yenə də yazıqları gəlmədi, bu gün elə paltar geyindim ki, arıq göstərsin, göm göy altında idim,..”, 9-cu səs yazısında isə “uşaqlara görə elə darıxmışam, heç onlarla narmalni görüşə bilmirəm, mən nə gündəyəm e, heç kim mənim dərdimi bilmir, rayona da getmir, çox pis gündəyəm, təkəm, Raufa da görə elə darıxmışam ki, amma heç yerə gedə bilmirəm, mən tüpürüm pula”, 10-cu səs yazısında “elə fikirləşin ki, elə bil sizdə qızın var" deyir. 11-ci səs yazısında Şahid1 “elə fikirləşmirəm e, elə elədi Neiiçka” deyir. Mehriban adlı 12-si səs yazısında isə Şahid1 və Təqsirləndirilən şəxs mübahisə edirlər və Təqsirləndirilən şəxs Şahid1 pulları oğurladığını, onu və Əfqanı Gülya, yəni Gülçöhrə ilə birlikdə zəhərləyərək öldürmək istədiyini, onun Neftçilərdə ev aldığını, şəkilləri olduğunu, hər şeyi boynuna almasa ömürlük tutulacağını deyir və Şahid1 həmin ittihamları qəbul etməyərək etiraz edir (cild 6, iş vərəqə 52-55, 112). Şahid2 tərəfindən təqdim edilmiş və sonuncu ilə Təqsirləndirilən şəxs məxsus səs yazılarının olduğu diskə baxış zamanı Təqsirləndirilən şəxs Şahid2la aşağıdakı məzmunda danışıq aparmışdır: “Они заставляют меня говорить на видео”, “На видео я просто говорю против Рауфа и против Мехрибан. Они сказали мы тебя изабъем или ты сама скажешь.”, “Если тебя там шантажируют, если на тебя там напирают, то иди в прокуратуру. Вот прямо сейчас садись в машину и езжай. Расскажи им, что тебя в отделении избивают, заставляют писать всякое и тд.”, “Я одна не могу”, “Если дело пойдет в прокуратуру, они меня посадят”. Şahid2 “Хорошо, а где деньг? sualına cavab olaraq Təqsirləndirilən şəxs “Ты говоришь, что знаешь где деньги” sual verir və siz də cavabında “Я тебе сказала,200.000 я тебе сказала где. Он говорит, чтобы остальные 150.000 пуст даст. Было 300.000, откуда он 400.000 придумывает?? Рауф ты знаешь что он хочет чтобы я написала?? Он хочет чтобы я написала, что там было 500.000. Я что больная какая-то??Рауф он меня загружает…” cavabını verir və bundan sonrakı danışıqlarda “Рауф, у него семья украла деньги, я же говорю тебе. Часть украла, он ведь не довез половину денег”, “Он сказал, что это от того, что, он меня любит, у меня ети смс есть и скришоты”, “Конечно, вот его машина BMV потом Range Rover, вот сколько стоит последняя модель Range Rover? У меня список денег и тд все есть. Кроме тех 17.000, которые Мехрибан украла. Это были лично мои. Помимо этого то, что она украла на ремонт, квартира ворота и тд пусть разбирается сам. По факту Рауф, помнишь ты вернул те деньги, я так и сказала, 60.000 из них Афган подарил мне, ему это слово не нравится, эти деньги входя в те 300.000” ifadələrini işlədir (cild 7, iş vərəqə 137-139; cild 8, iş vərəqə 26-30). İstintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və Təqsirləndirilən şəxs ilə aralarında olan telefon danışığının qeydə alındığı diskdə olan səs yazılarına baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs “Axı sən mənə dedin ki, 120 olub” sualına Təqsirləndirilən şəxs “Mən elə dedim, çünki, məni mehriban gil falan məcbur elədilər” cavabını verir. Zərərçəkmiş şəxs “Sən mənə dedin ki, yazdında ki, ordan 50 ya 60 min, 200düklərlə Mehriban verdi Raufa. Mehribanda mənə deyir ki, onun üzünü heç görməyib” sualına Təqsirləndirilən şəxs “От этого я не отказывалась. Но 30 тыс как взяли, так и взяли у меня. А то. Что Мехрибан говорила, я подтвердила это и в прокуратуре. Я сказала следователю. Что эти 20 или 30 тыс. да, это так, а то, что они там с Рауфом делили” cavabını verir. Zərərçəkmiş şəxs “Sən axı özün mənə dedin ki, Raufa 120 min pul verdin. Nəsimidən çıxıb gələndə, sən mənə dedin ki, o sənə dedi ki, pulu mənə gətirməsən səni şantaj edəcək” sualına Təqsirləndirilən şəxs “Да, но эTо мне заставили сказать” cavabını verir. Zərərçəkmiş şəxs “Yaxşı, axi sən mənə demişdin ki, Rauf 120 pul götürüb səndən” sualına Təqsirləndirilən şəxs “Mən demişdim ki, orda 120 deyil, səhf etmişəm, qələt etmişəm boynuma alıram” cavabını verir. Zərərçəkmiş şəxs “Bəs atavı belə edərik, ananda yoldadı Bakıya onu da belə edərik falan bunları sənə Mehribanla Gülcöhrə deyirdilər? Bəs əvvəl deyirdin ki bunları Rauf deyirdi. Sən deyirdin ki, məni döyüb gətirib evin yanına atıb falan, bunların hamısını axı sən deyirsən ay Nelli” sualına Təqsirləndirilən şəxs “Да, потому-что мне сказали, что нужно обмануть” cavabını verir. Zərərçəkmiş şəxs “Кто тебе сказал, что нужно обмануть?” sualına Təqsirləndirilən şəxs “Ну, Мехрибан” cavabını verir. Zərərçəkmiş şəxs “bəs mənə deyərdin ki, sənin kartından oğurlayırlar, niyə mənə demirdin onu” sualına Təqsirləndirilən şəxs 2019-cu il yanvarda pul kisəsindən pul oğurlandığını və yalnız 2021-ci il aprel ayında ona məxsus Bank Respublikaya aid kartdan pul çıxarıldığını bildirmişdir (cild 9, iş vərəqə 1-4, 104-105). Daxili İşlər Nazirliyinin “102” zəng xidməti mərkəzindən daxil olmuş səs yazısında Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə operatora 300.000 dollar pulunun oğurlandığını, daha sonra həmin pulu ondan götürdüklərini, daha sonra həmin pulu yığaraq özünə evə almaq istədiyini, xadiməçidən şübhələndiyini, xadiməçinin onu gipnoz edərək pulu götürdüyünü demiş, daha sonra isə “ola bilər ki, pulları evdən oğurlamadı, məndən oğurladı” deyə bildirmişdir (cild 2, iş vərəqə 72-73, 184-187). Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan söhbətin videogörüntüsünü əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Mehriban, Rauf, Yana adlı şəxslərin Zərərçəkmiş şəxs zəhərləmək, eləcə də ona məxsus pulları ələ keçirmək üçün onu məcbur etdiklərini bildirmişdir (cild 1, iş vərəqə 66-68; cild 2, iş vərəqə 22-24). “Seyf Baku"-ya məxsus zəmanət vərəqəsindən görünür ki, 10 sentyabr 2019-cu il tarixdə “ES-100” markalı seyf alınmışdır (cild 1, i. vərəqə 94). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sənədlər üzrə nəzarətçi vəzifəsində, xx.xx.2020-ci il tarixdən isə kadrlar şöbəsinin müdiri vəzifəsində işləmiş və 282 manat məbləğində əmək haqqı almışdır (cild 1, iş vərəqə 10, 87-90; cild 3, iş vərəqə 107). 22 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, Şahid1 tərəfindən Zərərçəkmiş şəxs 40.000 (qırx min) manat pul verilmişdir (cild 1, iş vərəqə 27). 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid2 vermiş olduğu 15.000 (on beş min) manat və 10.000 (on min) ABŞ dolları pulu, eləcə də Yana Şirəliyevadan almış olduğu 3750 (üç min yeddi yüz əlli) manat pulu saxlanması üçün Nəsimi rayon Polis İdarəsinin təhqiqatçısı, polis mayoru Mirdamət Qədirliyə vermişdir (cild 1, iş vərəqə 28). 23 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 15.000 (on beş min) manat və 10.000 (on min) ABŞ dolları məbləğində pulu, eləcə də 3750 (üç min yeddi yüz əlli) manat pulu təhvil almışdır (cild 1, iş vərəqə 29). 27 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, Zeynalov X12 Atakişiyeva tərəfindən verilmiş 10.000 (on min) manat pulu Nəsimi rayon Polis İdarəsinin inzibati binasında təhvil almışdır (cild 1, iş vərəqə 186). 20 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Şahid1 20.000 (iyirmi min) manat məbləğində pulu təhvil almışdır (cild 1, iş vərəqə 27). Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, AR-İİNe 062080 nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının bütün banklarında, filial və şöbələrində onun adından hesablardan istifadə etmək, sərəncam vermək və sair səlahiyyətləri Təqsirləndirilən şəxs həvalə etmişdir (cild 1, iş vərəqə 55). Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, AR-HNQ 062152 nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs bütün dövlət idarələrində, fiziki və hüquqi şəxslər qarşısında onu nümayəndə qismində təmsil etmək və digər səlahiyyətləri Təqsirləndirilən şəxs həvalə etmişdir (cild 1, iş vərəqə 56). "xxxx" ASC tərəfindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 7E-1157 reyestr nömrəsi ilə qeyd edilmiş etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs bütün banklarında, filial və şöbələrində onun adından hesablardan istifadə etmək, sərəncam vermək və sair səlahiyyətləri Təqsirləndirilən şəxs həvalə etmişdir (cild 7, iş vərəqə 57). Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş Maxi.az-a məxsus 30 yanvar 2021-ci il tarixli, 2970 nömrəli hesab-fakturadan görünür ki, 3704 manat məbləğində elektrik və məişət avadanlıqları, 30 yanvar 2021-ci il tarixli 2968 nömrəli hesab-fakturadan görünür ki, 4888 manat məbləğində mobil telefon və elektrik avadanlıqları alınmışdır (cild 1, iş vərəqə 96-99). Şahid2 tərəfindən təqdim edilmiş 01,04.2021-ci il tarixli hesaba mədaxil sənədindən görünür ki, Şahid2 xx.xx.2021-ci il tarixdə "xxxx"dakı hesabına 15000 (on beş min) manat məbləğində pul vəsaiti yerləşdirmişdir (cild 1, iş vərəqə 207-217). "xxxx" MMC-dən daxil olmuş məktubda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə “Quba Palace" otelinin rezervasiya şöbəsinə zəng edilərək Şahid12 adına giriş tarixi xx.xx.2021-ci il, çıxış tarixi isə xx.xx.2021-ci il olmaqla 8 (səkkiz) nəfərlik Atropatena villası rezervasiya edilmişdir. Bundan əlavə Midiya villası da rezervasiya edilmiş və xx.xx.2021-ci il tarixdə 3020 (üç min iyirmi) manat nağd ödəniş edilərək çıxış edilmişdir. Qonaqlar arasında Təqsirləndirilən şəxs adlı qonaq olmamışdır (cild 8, iş vərəqə 31-35). “X26”dən daxil olmuş məktubdan görünür ki, Şahid12 xx.xx.2021-ci il tarixdə giriş və xx.xx.2021-ci il tarixdə çıxış etməklə Şahid1 və digərləri ilə birlikdə “X26”də gecələmiş və nağd şəkildə 1368 manat ödəniş etmişlər (cild 9, iş vərəqə 12-21). Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsinə daxil olaraq müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 1 ABŞ dolları 1,700 AZN müəyyən edilmişdir (cild 10, iş vərəqə 65). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 may 2015-ci il tarixli, 1(089)469/2015 saylı hökmündən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzası 3 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Kəlbəcər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 7(040)-02/2016 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs barəsində Lənkran Ağır Cinayətlər Məhkəməsinin 05 may 2015-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilmiş və həmin cinayətə görə onun üzərindən məhkumluq götürülmüşdür (cild 6, iş vərəqə 230-231, cild 7, iş vərəqə 30-44). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 74). Nəsimi rayon Prokurorluğunun 16 iyun 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs klofelin adlı dərman preparatı ilə zəhərlənməsi ilə bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120-ci maddəsinin tərkib əlamətləri olmadığından sonuncu barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir (cild 10, iş vərəqə 70-135) Nəsimi rayon İcra Hakimiyyəti MKTB-dən daxil olmuş xx.xx.2021-ci il tarixli məktub, arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 24 ünvanında qeydiyyatdadır və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmuşdur (cild 3, iş vərəqə 67-68). Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus hər hansı pul vəsaitini ələ keçirməməsinə dair ibtidai istintaq zamanı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəylərii, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hazırlıq iclasında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan Hüquqlarının və X10 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, sonuncu 31 mart 2022-ci il tarixədək ev dustaqlığında olmuş, 01 aprel 2022-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinın hazırlıq iclasının 19 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu 6 ay 25 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan bir ədəd ES-100 markalı seyfin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Zərərçəkmiş şəxs mülki iddia ərizəsində ona vurulmuş 720.225 (yeddi yüz iyirmi min iki yüz iyirmi beş) manat maddi ziyanın 105.750 (yüz beş min yeddi yüz əlli) manatının qaytarıldığını, ona görə də qalan məbləğin, yəni 614.475 (altı yüz on dörd min dörd yüz yetmiş beş) manat məbləğində maddi ziyanın və pulun ödənildiyi günə qədər hesablanmış 2021-ci il üçün illik 7% bank uçot dərəcəsi kimi 43013 manat, 2022-ci il üçün illik 8% təşkil edən bank uçot dərəcəsi kimi 49158 manat olmaqla ümumilikdə 706646 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlləri nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 720.225 (yeddi yüz iyirmi min iki yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurulması tam sübuta yetirildiyinə görə məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs mülki iddiası qismən, yəni 614.475 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə mülki iddianın digər hissələri ilə bağlı qərara gələrkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl maddi tərkibli cinayətdir və belə cinayət tərkiblərində ziyanın miqdarı mənimsənilmiş və israf edilmiş əmlakın dəyəri ilə müəyyən edilir. Konkret halda məhkəmə zərərçəkmiş şəxsin iddia etdiyi kimi pulun ödənildiyi günə qədər hesablanmış 2021-ci il üçün illik 7% bank uçot dərəcəsi kimi 43013 manatın və 2022-ci il üçün illik 8% təşkil edən bank uçot dərəcəsi kimi 49158 manatın təqsirləndirilən şəxsin vurduğu real maddi ziyanın miqdarına daxil edilməsini əsaslı hesab etmir. Ona görə onun mülki iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X10 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında olduğu 6 (altı) ay 25 (iyirmi beş) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 10 (on) il 5 (beş) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi zərərlə bağlı 614.475 (altı yüz on dörd min dörd yüz yetmiş beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs 1894 (bir min səkkiz yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “ES-100” markalı seyfin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar