Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-273/2021 13.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X3, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, X4, 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi5 və 18 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, - Təqsirləndirilən şəxs1 (xx xxxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Şahid5 küçəsi ev 4-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış Massivi, ev 101-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1--ci maddəsi, - Təqsirləndirilən şəxs2 (xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) - Təqsirləndirilən şəxs3 (xx xxxx 1993-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,487 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və yerdə tanışı Təqsirləndirilən şəxs2 90 manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 noyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 həmin gün saat 23 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, ev 101 ünvanının qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman onun Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 1,487 qram çəkidə narkotik vasitə heroinəynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs3 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə “Yalçın” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı kustar üsulla hazırlanmış külli miqdarda, təmiz çəkisi 54,52 qram narkotik vasitə hesab olunan heroini satışını həyata keçirib əldə olunmuş pulu aralarında bölmək məqsəd ilə istintaqa məlum olmayan vaxtda və yerdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş, sonuncu əldə etdiyi narkotik vasitə heroinin 1,487 qramını 90 manat pul müqabilində istintaqa məlum olmayan vaxtda və yerdə tanışı Təqsirləndirilən şəxs1 satıb qalan 53,033 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 noyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 həmin gün saat 23 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman onun Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 1,487 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 26 noyabr 2019-cu il tarixdə saat 01:00-da Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanında yerləşən “Atlantis” restoranının qarşısında saxlanılaraq üzərinə keçirilən baxış zamanı onun Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni 53,033 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi əynindəki tünd-göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə məlum olmayan vaxtda, yerdə və şəraitdə “Yalçın” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı kustar üsulla hazırlanmış külli miqdarda, təmiz çəkisi 54,52 qram narkotik vasitə hesab olunan heroini satışını həyata keçirib əldə olunmuş pulu aralarında bölmək məqsədilə istintaqa məlum olmayan vaxtda və yerdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş, sonuncu əldə etdiyi narkotik vasitə heroinin 1,487 qramını 90 manat pul müqabilində istintaqa məlum olmayan vaxtda və yerdə tanışı Təqsirləndirilən şəxs1 satıb qalan 53,033 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 noyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 həmin gün saat 23 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman onun Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 1,487 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 26 noyabr 2019-cu il tarixdə saat 01:00-da Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanında yerləşən “Atlantis” restoranının qarşısında saxlanılaraq üzərinə keçirilən baxış zamanı onun Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni 53,033 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi əynindəki tünd-göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək göstərmişdir ki, saxlanıldığı gün Kamillə narkotik vasitələrdən birgə istifadə etmək məqsədilə görüşmək üçün evdən çıxmışdır. O, Kamilə narkotik vasitə verəcəkmiş ki, birgə istifadə etsinlər. O, evindən çıxandan sonra polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları onun telefonunu götürərək Kamilə zəng etmişlər və onun adından Kamil ilə görüş təyin etmişlər. Kamil də görüşə gəldiyi zaman polislər tərəfindən saxlanılmışdır. O, narkotik vasitələri istifadə etmək üçün Bakı şəhərində yerləşən "Kubinka" adlanan ərazidən tanımadığı şəxslərdən almışdır. Kamil ilə birgə narkotik vasitə istifadə etsə də heç vaxt Kamildən pul müqabilində narkotik vasitə və ya psixotrop maddə almamışdır. Kamil ona narkotik vasitə satmaq təklif də etməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma orqanına verdiyi ifadə arasında ziddiyyət yarandığı üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadə elan edilmişdir. O həmin ifadəsində bildirmişdir ki, saxlanılmazdan 2 il əvvəl narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, narkotik vasitəni iynə ilə bədəninə vurmaqla qəbul etmişdir. Narkotik vasitəni müxtəlif şəxslərdən müxtəlif yerlərdən alıb istifadə etmişdir. Təxminən 3 ildir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Həbs olunmamışdıan 1 ay əvvəl Kamillə yaşadığı məhəllədə görüşüb danışan zaman Kamil onda ucuz qiymətə narkotik vasitə heroin olduğunu və ona sata biləcəyini bildirmişdir. Kamil narkotik vasitə heroinin hər qramının 20-25 və ya 30 manata olduğunu bildirmişdir. O da Kamilə özünün narkotik vasitə heroin istifadə etdiyini və narkotik vasitə almaq istədiyini bildirmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərindən Kamildən təxminən 4 dəfə narkotik vasitə heroin almışdır. Sonuncu dəfə Kamildən narkotik vasitəni isə 2019-cu ilin noyabr ayının 23-də saat 24 radələrində Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Olimpiya Stadionu”nun yaxınlığında qramını 30 manatdan olmaqla 3 qram narkotik vasitə heroini 90 manata almışdır. Sonra həmin narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 25.11.2019-cu il tarixdə saat 23 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, ev 101 ünvanının qarşısında olan zaman 5 nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını, digər iki nəfər şəxsin isə hal şahidi olduqlarını demişlər və ondan kim olduğunu soruşmuşlar. O özünü təqdim edib Təqsirləndirilən şəxs1 olduğunu bildirmiş, bu zaman polis əməkdaşlarından biri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onu tanış etmiş və ona mütəmadi olaraq Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroini əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməsini bildirdiyindən əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf polietilen bükümü, şalvarının sol yan cibindən 5 manat pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd «Nokia» markalı mobil telefonlarını çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi büküm açıldıqda oradan narkotik vasitə heroin aşkar edilmiş, həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri ilə birlikdə həmin zərfin üzərini imza etmişdir. Təqdim etdiyi 5 manat pul özünə qaytarılmış, 2 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi isə götürülmüşdür. Polis əməkdaşları ondan narkotik vasitəni haradan əldə etdiyini soruşanda həmin narkotik vasitəni 23.11.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Bakı Olimpiya Stadionunun yaxınlığından «Kamil» adlı tanışından əldə etdiyini, bir hissəsini istifadə etdiyini, digər hissəsini isə istifadə etmək məqsədi ilə üzərində saxladığını deyərək, «Kamil»in cinayət əməlinin ifşa edilməsinə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra istifadəsində olan nömrədən «Kamil»in istifadəsində olan nömrəyə zəng edərək narkotik vasitə olan heroin istəmiş, «Kamil» isə Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Atlantis» restoranının qarşısına gəlməyini demişdir. Polis əməkdaşları və hal şahidləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Atlantis» restoranının yaxınlığına getmişlər. Oraya çatdıqda Kamili polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları Kamili saxlamışlar. Bundan sonra onu BNMİ-nə aparmışlar və orada müdafiəçinin iştirakı ilə sənədləşmə işləri aparılmışdır. Məhkəmədə elan olunan ifadəni təsdiq etmədiyini bildirən Təqsirləndirilən şəxs1 həmin ifadələri polislərin təzyiqi altında verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə ifadə verərkən özünü təqsirli bilməyərək bildirmişdir ki, ona verilən ittihamla razı deyil. O, Ceyhunla birlikdə bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişdir. Ceyhunla bir-birinə heç zaman narkotik vasitələr verməmişlər. Sadəcə ikisindən birində narkotik vasitə olduğu zaman birlikdə narkotik vasitə qəbul etmişlər. Narkotik vasitələrdən əsəblərini sakitləşdirməkdən ötrü istifadə etmişdir. Ceyhunla birlikdə ümumilikdə 5-10 dəfə narkotik vasitələrdən istifadə etmişdir. Ceyhun əvvəllər onun narkotik vasitələr istifadə etdiyini bilməmiş, lakin bir-birini tanıdıqdan sonra Ceyhun onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Özü istifadə etdiyi narkotik vasitələri müxtəlif yerlərdən əldə etmişdir. Fərid ona satmaq üçün narkotik vastitə verməmişdir. Fərid avtosalonda işləmiş, o da Fəridə öz maşınını 10.000 manat pul qarşılığında satmışdır. Fərid ona maşının 5.000 manat pulunu verərək, qalan 5.000 manat pulu isə hissə-hissə qaytaracağını demiş, lakin sonralar Fərid qalan pulu qaytarmadığı üçün onların arasında konflikt yaranmışdır. Ona görə də polis əməkdaşları onu ifadə verərkən nakotik vsaitənin kimdən alması barədə ifadələr verməyə məcbur edəndə yalandan narkotik vasitələri Fəriddən aldığını demişdir. Əslində isə onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. O, ifadə verməyə məcbur edildiyində isə narkotik vasitəni Fəriddən almasını demişdir. Fərdlə onun arasında narkotik vasitələrin satışı ilə bağlı heç bir əlaqə olmamışdır. Ceyhuna da heç zaman narkotik vasitə satmamışdır. Onu saxlayan polis əməkdaşlarından Oqtay adlı şəxs onun çoxlu pulu olduğuna görə və onu gözü götürmədiyi üçün həbs etdirmişdir. Saxlanıldığı gün Ceyhunla görüşüb, birlikdə narkotk vasitələrdən birlikdə istifadə edəcəklərmiş. Mülki geyimli polis əməkdaşları onu köhnə "Qarabağ" mehmanxanasının yanında saxlamışlar, saxlanıldığı zaman isə orada hal şahidi iştirak etməmişdir. Onu polislər tutanda Ceyhunu görməmişdir, polislər onun cibindəki pulunu götürmüşlər və qaytarmamışlar. Polislər onun evinə baxış keçirməmişlər. O, ruhi-əsəb dispanserində 10 ildən çox müddət ərzində qeydiyyatda olmuş, beynində travma olmuşdur. Polislər onu saxlayanda Fəridə qarşı əsəbi olduğu üçün polis əməkdaşlarına Fəridin adını vermişdir. Əvvəlcədən də Fəridə borcunu qaytarmayacağı təqdirdə onun barəsində polis orqanına şikayət edəcəyimi demişdir. Fəridin nə narkotik vasitələrin istifadəsi, nə də ki, satışı ilə bağlı heç onda heç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma orqanına verdiyi ifadələr arasında ziddiyyət yarandığı üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadələri elan edilmişdir. Həmin ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 2019-cu ilin yay ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən müxtəlif gül mağazalarında kuryer işləmişdir. Sonuncu dəfə adını unutduğu gül mağazasında işləyən zaman mağazanın yanında olan “Ranta Car” şirkətində işləyən Fəridlə tanış olmuşdur. Fərid həmin vaxt ona məxsus olan “BMW” markalı avtomobilini almaq istəmişdir. Fərid ona məxsus olan avtomobili almış və maşının pulunun yarısını, yəni 5.000 manat hissəsini verə bilməmişdir. Fərid pulun qalan hissəsini müxtəlif vaxtlarda hissə-hissə ödəməyə başlamışdır. Onunla bir dəfə telefonda danışan zaman görüşmək istədiyini bildirmişdir. Fəriddə ona qısa müddət ərzində Bakı şəhərinə gələcəyini demiş və başqa işinin olduğunu bildirmişdir. Bundan bir qədər sonra təxminən 2019cu ilin oktyabr ayının sonlarında onlar Bakı şəhəri, Yasamal rayonu ərazisində ünvanını xatırlamadığı yerdə görüşmüş və görüş zamanı Fərid onda narkotik vasitə heroin olduğunu bildirib həmin narkotik vasitəni satıb əldə olunan qazancı bölmək və maşınına olan borcunun əvəzini çıxmaq təklifini etmişdir. O, Fəridlə razılaşmış və ondan qramını 18-20 manatdan olmaqla təxminən 10 qram narkotik vasitə heroin götürmüşdür. Bundan sonra həmin narkotik vasitənin bir hissəsini şəxsi istifadəsi üçün saxlamış, qalan hissəsini isə tanışı Ceyhun adlı şəxsə satmaq qərarına gəlmişdir. Çünki Ceyhunu uzun müddət ərzində tanımış və onun narkotik vasitə istifadə etdiyini əvvəlcədən bilmişdir. Ceyhunla onların yaşadığı məhəllədə görüşmüş və üzərində narkotik vasitə olduğunu, onu satmaq istədiyini demişdir. Ceyhun onunla razılaşmış və narkotik vasitəni almaq istədiyini bildirmişdir. 2019-cu ilin noyabr ayının əvvələrindən müxtəlif yerlərdə 3 dəfə müxtəlif çəkidə narkotik vasitəni Ceyhuna satmışdır. Sonuncu dəfə 23.11.2019cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Olimpiya Stadionunun yaxınlığında Ceyhuna qramı 30 manatdan olmaqla 3 qram narkotik vasitə vermiş, bunun qarşılığında ondan 90 manat pul almışdır. Bir müddət sonra Fəridlə ünvan 6 ünvanında yerləşən “Sevgilim Kafe”sinin qarşısında görüşmüşlər. Həmin vaxt Fərid özündə 50 qram narkotik vasitə heroin olduğunu bildirmiş və həmin narkotik vasitələri satdıqdan sonra puldan ona verməyini, qalan pulu isə borcuna çıxmağını istəmişdir. O, Fəridlə razılaşmış və ondan narkotik vasitəni götürmüşdür. 26.11.2019-cu il tarixdə evdə olan zaman Ceyhun ona zəng edərək, narkotik vasitə istəmiş, özünün evdə olduğunu və Bakı şəhəri, Yasamal rayonu əraizisində yerləşən “Atlantis” restoranının yaxınlığına gəlməyini istəmişdir. Bundan bir qədər sonra həmin yerə getmiş və orada olan zaman 5 nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını, digər iki nəfər şəxsin isə hal şahidi olduqlarını demiş və onun şəxsiyyətini dəqiqləşdirdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən içərisində heroin olan bir ədəd şəffaf polietilen bükümü və bir ədəd elektron tərəzini, gödəkçəsinin sol yan cibindən 01 «Samsung C3» markalı mobil telefonu və 12 manat pulu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf polietilen büküm açıldıqda oradan narkotik vasitə heroin aşkar olunmuş, həmin büküm maddə və elektron tərəzi ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri, baxışda iştirak edən şəxslər və özü tərəfindən həmin zərfin üzəri imzalanmış, 12 manat pul özünə qaytarılmış, «Samsung C3» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Polis əməkdaşları üzərindən aşkar edilmiş narkotik vasitələri haradan əldə etdiyini soruşanda etiraf edərək təxminən 50 (əlli) qram çəkidə narkotik vasitə olan heroini 25.11.2019-cu il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Sevgilim» restoranının yaxınlığında «Fərid» adlı tanışından bir hissəsini özü istifadə etmək üçün, digər hissəsini isə öz yaxın tanışlarına satmaq üçün aldığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşlarına Fərid adlı şəxsin ifşa olunmasında köməklik edə biləcəyini demiş və istifadəsində olan telefonla onun istifadəsində olan nömrəyə zəng edərək görüşüb pul vermək istədiyini bildirmişdir. Fərid razılaşmış və Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən «Neptun» marketin qarşısını gəlməyini istəmişdir. Həmin vaxt polis əməkdaşları ilə birlikdə həmin yerə getmiş, orada olan zaman Fəridin gəldiyini görüb polis əməkdaşlarına onu göstərmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə BNMİ-nə getmiş, orada müdafiəçinin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə elan olunan ifadələri təsdiq etmədiyini bildirən Təqsirləndirilən şəxs2 həmin ifadələri polislərin təzyiqi altında verdiyini bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək göstərmişdir ki, 2019-cu ilin fevral aylarında Kamildən maşın almışdır. Həmin maşının qarşılığında 5.000 manat pulu Kamilə vermiş, qalan 5000 manat pulu isə sonra verəcəkmiş. Sonra o, Şəki şəhərində avtoqəzaya düşmüş, Kamilin pulunu qaytara bilməmişdir. Kamil ona dəfələrlə zəng edərək, qalan 5.000 manat pulunu ondan istəmişdir. Kamil Rusiyada olan zaman borcla bağlı bir neçə dəfə Kamilin anası ilə telefonla danışmış və bir neçə dəfə də görüşmüşdür. Kamil ona zəng edərək, hər gün pulunu istəmiş, o isə Kamilə maddi vəziyətinin yaxşı olmadığını, ağır yol qəzası keçirdiyini demişdir. Kamil sonuncu dəfə ona zəng edərək, onu polis orqanlarına şikayət edib həbs etdirəcəyi ilə hədələmişdir. O isə Kamilə pulun bir hissəsini verə biləcəyini demişdir. Axşam saat 12 radələrində Kamil ona zəng edərək, harada görüşə biləcəyini soruşmuş, o da X13 metrostansiyası ərazilərində yaşadığı məhlədə görüşə biləcəyini demişdir. Kamil dediyi yerə gəlib çatdıqda ona zəng edib, razılaşdıqları yerə çatdığını demişdir. O, rahat yeriyə bilmədiyi üçün Kamilə yaşadığı məhəllənin içərisinə girməsini və az sonra gələcənini demişdir. O, yaşadığı mənzildən aşağı düşən kimi polis əməkdaşları onun üstünə cumub onu döyə-döyə tutmuşlar. Onu döyən polislər Oqtay və "həci" ləqəbli Ələkbər adlı polis əməkdaşları olmuşdur. Oqtay adlı polis əməkdaşı digər polis əməkdaşlarına olduğu yerin kameranın çəkdiyini demiş, polis əməkdaşlarından olan bir nəfər isə kameranın olduğu binanın digər polis əməkdaşı olan Elman müəllimin qudasına məxsus olmasını və tapşırdıqları zaman kamera görüntülərinin silinəcəyini demişdir. Polis əməkdaşları ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu, müxtəlif şəxslərə narkotik vasitələr satdığını bildirmişlər. O isə onlara heç zaman narkotik vasitələtin satışı ilə məşğul olmadığını və qeyd etdikləri şəxsləri tanımadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı mənzilə baxış keçirmək üçün içəri daxil olmuşlar. Həmin zaman evdə 2 nəfər Günel və Günay adlı qadın qonaqları olmuşdur. Onu evdə otağa salaraq narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə ifadələr verməyə məcbur etmişlər və bildirmişlər ki, Kamili saxladıqları zaman sonuncu narkotik vasitəni ondan aldığıqı etiraf etmişdir. Polis əməkdaşları ona qeyd etdikləri ittihamları qəbul etməyi, əks halda evində qonaq olan qadınları da onunla birlikdə həbs edib polis idarəsinə aparacaqlarını demişlər. İlk öncə onu, daha sonra isə qadınları evdən çıxarmışlar və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada onu Kamil ilə üzləşdirməmişlər, onu otağa salanda Kamili otaqdan çıxarmışlar. Həmin vaxt cibində iki telefon olmuş, Oqtay adlı polis əməkdaşı əlini onun cibinə salaraq telefonları və 867 manat pulu götürmüşdür. Sonra polislər ona demişlər ki, ora iki nəfər gətirəcəklər və həmin adamlar narkotik vasitələri ondan almaları barədə ifadələr versin. O da heç vaxt narkotik vasitədən istifadə etmədiyini və heç siqaret də çəkmədiyini demişdir. Sonra onu xalası Zülfiyyə Həsənovaının yaşadığı mənzilə aparmışlar və həmin mənzilə qanunsuz baxış keçirilmişdir. Daha sonra onu yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə qaytarmışlar. Onu səhərə qədər idarədə olan otaqda saxladıqdan sonra səhər otağa polis əməkdaşları daxil olmuşlar və onun haqqında maraqlandıqlarını, avtomobil alqı-satqısı ilə məşğul olduğunu və zərgər olduğunu bildiklərini deyərək 35.000 manat pul qarşılığında onu buraxa biləcəklərini demişlər. O isə yenə də polislərlə razılaşmamışdır. Bir neçə saatdan sonra yenidən polis əməkdaşları onun yanına gələrək, saatını, telefonlarını, maşınının açarını qaytarmışlar, lakin cibindən çıxan 867 manatı polis əməliyyatçıları arasında bölüşdürdüklərini demişlər. Daha sonra polis əməkdaşları qarşısına potokollar qoyaraq, onu buraxdıqlarını, həmin sənədləri imzalamalı olduğunu bildirmişlər. O da polislərə inanaraq sənədləri oxumadan imzalamışlır. Sonra onun əlinə qandal vuraraq onu istintaq idarəsinə aparmışlar, həmin idarədə onu yenidən aldadaraq hər şeyin onun xeyrinə olduğunu deyərək, ifadələrə imza etdirmişlər. Onu saxlayan polislər başqa şəxslər olmuş, polis əməkdaşı Şahid1 sonradan onun saxlanıldığı yerə gəlmişdir. Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma orqanına verdiyi ifadələr arasında ziddiyyət yarandığı üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadələri elan edilmişdir. Həmin ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonunda yerləşən “Boz Klub” adlanan barda “Yalçın” adlı Bakı şəhər sakini ilə tanış olmuşdur. Onunla olan söhbətlərin birində “Yalçın” ona narkotik vasitə təklif etmişdir. Ona narkotik vasitə istifadə edən olmadığını bildirmiş, lakin bir dəfə yoxlamaq məqsədi ilə istifadə etmək istədiyini demişdir. Bu zaman “Yalçın” özündə yaxşı “kakos” olduğunu bildirmiş və ona verə biləcəyini demişdir. Onun müqabilində nə qədər pul istədiyini soruşanda Yalçın ümumulikdə 70 qram narkotik vasitə heroin verə biləcəyini demiş və bunun müqabilində ondan 1500 manat pul istəmişdir. Şəxsi istifadəsi üçün həmin narkotiki Yalçından istəmişdir. Bundan bir neçə gün sonra Yalçın ona zəng edərək onunla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Dənizkənarı Milli Park” ərazisində görüşmüşlər. Həmin vaxt Yalçın ona bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroin olduğu bükümü vermiş, o da Yalçına 1500 manat pul vermişdir. Onun məqsədi həmin narkotik vasitələri özü istifadə etmək olmuşdur. Təxminən 2 dəfə həmin narkotik vasitə heroini iyləmək yolu ilə qəbul etmiş, narkotik vasitəni qəbul edən zaman özünü çox rahat hiss etsə də, sonradan bədənində ağrıların yarandığından ondan bir daha istifadə etməyəcəyinə dair söz vermişdir. Beləliklə, ondan istifadə etməmiş, lakin narkotik vasitə onda qaldığına, həmdə ona verdiyi pulları geri qazanmaq üçün təcili olaraq əlindən çıxarmaq qərarına gəlmişdir. Bu zaman işlədiyi yerin yaxınlığında gül mağazasında işləyən Kamil yadına düşmüş, Kamilin narkotik vasitələrin istifadəçisi olduğunu bilmişdir. Onunla 2019-cu ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşən zaman özündə narkotik vasitə heroin olduğunu və onu satmaq istədiyini bildirmiş, həmin vaxt Kamil onları sata biləcəyini demişdir. Narkotik vasitəni Kamilə verərək pulunu ona olan borcundan çıxmasını istəmişdir. Kamil onunla razılaşmış və təxminən 10 qram narkotik vasitə ona vermişdir. Bu hadisədən bir neçə müddət sonra, yəni 2019-cu ilin noyabr ayının sonlarında Kamillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Sevgilim Kafe”sinin qarşısında görüşmüşlər. Həmin vaxt özündə qalan 50 qramdan artıq çəkidə narkotik vasitə heroin olduğunu demiş və həmin narkotik vasitələri satdıqdan sonra pulunu ona verməyini, yaxud aldığı avtomobilinə görə ona olan borcundan çıxmağını bildirmişdir. Kamil də onunla razılaşmış və ondan narkotik vasitələri götürmüşdür. 26 noyabr 2019-cu il tarixdə Bakı şəhərində olan zaman Kamil ona zəng edərək görüşmək istədiyini bildirmiş, ona Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən «Neptun» marketin qarşısına gəlməyini demişdir. O, Kamillə razılaşmış və oraya gedən zaman 5 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqəsini göstərərək polis əməkdaşı olduqlarını bildirib şəxsiyyətini dəqiqləşdirdikdən sonra narkotik vasitə olan heroinin satışı ilə məşğul olmağında şübhəli olduğunu demiş və üzərində olan əşyaları təqdim etməsini xahiş etmişlər. O da üzərində 10 (on) manat pulun, şəxsiyyət vəsiqəsinin, 02 (iki) ədəd mobil telefonun olduğunu demiş və həmin əşyaları təqdim etmişdir. 10 (on) manat pul geri qaytarılmış, mobil telefonlar və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş, lakin heçnə aşkar edilməmişdir. Polis əməkdaları ondan narkotik vasitəni Kamilə satıbsatmadığını soruşanda etiraf edərək ona narkotik vasitə verdiyini, həmin narkotik vasitələri Kamilə olan borcunun müqabilində verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə BNMİ-nə getmiş, orada müdafiəçinin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə elan olunan ifadələri təsdiq etmədiyini bildirən Təqsirləndirilən şəxs3 həmin ifadələri polislərin onu aldadaraq oxumadan imza etdirdiklərini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş DİN-nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 25 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda yaşayan Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Sabunçu rayonu ərazisində narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmin narkotik vasitələri tanışı Təqsirləndirilən şəxs2 əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onun tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid2 və Şahid3 da daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etməyi barədə təlimat verilmişdir. Onlar əməliyyat qrupunun üzləri və hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ev 101 də yerləşən evlərinə getmişlər. 25 noyabr 2019-cu il tarixdə saat 23:00 radələrində həmin evin yaxınlığında Təqsirləndirilən şəxs1 saxlamışlar və ona xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Sonuncu da Təqsirləndirilən şəxs1 olduğunu demişdir. sonra Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və hal şahidləri ona təqdim edilmişdir. Ceyhun da hal şahidlərini tanımadığını, ədavət və düşmənçiliyinin olmadığını bildirmişdir. Həmin suallar hal şahidlərindən də soruşulmuş, hər iki hal şahidi Təqsirləndirilən şəxs1 tanımadıqlarını, ədavətlərinin və düşmənçiliklərinin olmadığını demişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində mütəmadi olaraq narkotik vasitə saxlaması, narkotik maddələrin satışı ilə məşğul olması və həmin narkotik vasitələri Təqsirləndirilən şəxs2 alması barədə məlumat olduğunu demişlər və üzərində qanunsuz əşya varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu deyərək əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, digər ciblərdən isə 2 ədəd mobil telefonu, şəxsiyyət vəsiqəsini və pulu çıxararaq təqdim etmişdir. Həmin büküm açılanda onun içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, həmin büküm qablaşdırılaraq götürülmüşdür. Telefon və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, lakin pul özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri Kamil adlı tanışından tutulmadan əvvəl yəni 23.11.2019-cu il tarixdə 100 manat müqabilində 3 qram narkotik vasitə heroin aldığını, bir hissəsinin istifadə etdiyini, qalan hissəsinin isə üzərindən aşkar edilən narkotik olduğunu, narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ifşa edilməsində köməklik etmək istədiyini bildirmiş və öz istifadəsində olan nömrə ilə Kamil adlı şəxsə zəng edib narkotik vasitə istədiyini demişdir. Onlar aralarında görüş yerini Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Atlantis» restoranının qarşısına təyin etmişlər. Bundan sonra onlar birlikdə həmin ünvana getmişlər və 26 noyabr 2019-cu il tarixdə saat 01 radələrində həmin ünvanın Təqsirləndirilən şəxs2 saxlamışlar. Onlar bzlərini Təqsirləndirilən şəxs2 tədqim edərək polis əməkdaşı olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin şatışında şübhəli olduğunu üçün saxlanıldığını bildirmişlər və üzərinə baxış keçirmək istədiklərini demişlər. Həmin şəxs onlarla razılaşmış və baxışda iştirak edən hal şahidləri Təqsirləndirilən şəxs2 təqdim edlilmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu üzərində narkotik vasitə heroin və elektron tərəzi olduğunu deyərək əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd bükümü, bir ədəd elektron tərəzini, bir ədəd mobil telefonu, 12 manat pulu çıxararaq təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müşahidə edilmiş, həmin büküm və elektron tərəzi qablaşdırılaraq götürülmüş və zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı kütlə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlələri tanışı Fərid adlı şəxsdən qramıı 20 manatdan aldığını, bir hissəsini özünün istifadə etməsi, bir hissəsini isə satmaq məqsədi ilə aldığını, Təqsirləndirilən şəxs1 narkotik vasitələr satdığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2, Fərid adlı şəxsin ifşa edilməsinə köməklik edəcəyini bildirmiş və həmin şəxsə zəng edərək narkotik vasitə olan heroinin pulunun bir hissəsi vermək istədiyini demişdir. Onlar görüş yerini Bakı şəhəri, Nəsimi rayonu ərzisində yerləşən Neptun supermarketinin yanına təyin etmişlər. Bundan sonra hal şahidləri və tədbir iştirakçıları ilə birlikdə Fərid adlı şəxsin ifşa edilməsi üçün qeyd olunan yerə getmişlər. 26 noyabr 2019-cu il tarixdə saat 02:30-da qeyd olunan ünvanda olan Təqsirləndirilən şəxs3 saxlamışlar və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin şatışında şübhəli olduğunu üçün saxlanıldıqlarını bildirərək, üzərinə baxış keçirmək istədiklərini demişlər. Sonra hal şahidlərini Təqsirləndirilən şəxs3 təqdim etmişlər, onun üzərində olan əşyaları təqdim etməsi bildirmişlər. Təqsirləndirilən şəxs3 üzərindən 2 ədəd mobil telefonu, pulu və şəxsiyyət vəsiqəsini çıxararaq təqdim etmiş və üzərində başqa əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra telefonlar və şəxsiyyət vəsiqəsi götürülsə də qalan əşyalar Təqsirləndirilən şəxs3 özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs3 Kamilə verdiyi kütlələri İran İslam Respublikası vətəndaşı Yalçın adlı şəxdən aldığını, narkotik vasitələri Təqsirləndirilən şəxs2 hər qramını 20 manatdan olmaqla satdığını bildirmişdir. Bundan sonra birlikdə baş idarəyə getmişlər və hər 3 nəfər şəxsə müdafiəçilər təqdim olunmuş, sonra protokol tərtib edilmiş və hər bir iştirakçıya ucadan oxunmuş və imzalanmışdır. Şahid1 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən, hal şahidlərinin iştirakı təmin edilmişdir. Hal şahidlərinə istintaq hərəkəti başlamazdan əvvəl hüquq və vəzifələri izah edilmişdir. Ceyhun və Kamil tutularkən baxışda eyni hal şahidləri iştirak etmişdir. Onlar Ceyhunu 25 noyabr 23:00 radələrində saxlamışlar, sonra Ceyhun mobil telefonundan Kamilə zəng edib görüş təyin etmiş və sonra Kamili saxlamışlar. Təqsirləndirilən şəxs3 evinə baxış keçirməmişlər və Fəridin har-hansı bir qohumunun da evinə baxış keçirməmişlər. Ola bilər ki, Fəridlə bağlı kiminsə evinə baxış keçirmişlər, lakin hazırda xatırlamır. O, Fəridin yaşadığı binada yaşamışdır. Onda Fəridlə bağlı əməliyyat məlumatı olmamış, Kamili saxladıqdan sonra Kamil onlara narkotik vasitəni Fəriddən aldığını dediyi üçün Fəridi saxlamışlar. Əməliyyat tədbiri apararkən üzərində (050)-323-73-40 nömrəli telefon olmuşdur. Onlara əməliyyat məlumatı daxil olduqdan sonra iki nəfər hal şahidi dəvət etmişlər. Hal şahidlərindən birini Yasamal rayonu ərazisindən dəvət etmişlər. Narkotik vasitələr Kamilin şalvarının sağ yan cibindən, elektron tərəzi isə gödəkçəsinin yan cibində aşkarlanmışdır. Təqsirləndirilən şəxs3la bağlı hər hansi bir evdə axtarış və götürmə həyata keçirməmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 da ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, 25 noyabr 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində tanışı Şahid4la birlikdə olan zaman bir nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq polis əməkdaşı olduğunu, bir nəfər şəxsin qanunsuz olaraq narkotik vasitə saxlaması, həmin narkotik vasitəni tanışından alması barədə onlarda məlumat olmasını deyərək, keçiriləcək əməliyyat-axtarış tədbirində hal şahidi kimi iştirak etməyi onlardan xahiş etimişdir. Onlar da razılıq verəndən sonra polis əməkdaşları ilə birlikdə saat 23:00 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmişlər, polislər bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və onların hal şahidi kimi iştiak etməsi həmin şəxsə bildirilmişdir. Həmin şəxsin adı Ceyhun, soyadı isə Əkbərov olmuşdur. Ceyhun əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, digər ciblərdən isə 2 ədəd mobil telefonu, şəxsiyyət vəsiqəsini və pulu çıxararaq polislərə təqdim etmişdir. Həmin büküm açılanda onun içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş və həmin büküm qablaşdırılaraq götürülmüşdür. Telefon və şəxsiyyət vəsiqəsi də götürülmüş, lakin pul həmin şəxsə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitə heroini Kamil adlı tanışından 23.11.2019-cu il tarixdə 100 manat müqabilində aldığını, bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis işçıləri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zəng vurmasını demişlər. Ceyhun da öz istifadəsində olan nömrə ilə Kamil adlı şəxsə zəng etmiş, lakin o, həmin şəxslərin nə danışdıqlarını bilməmişdir. Sonra Ceyhun və Kamil arasında görüş təyin olunmuş, görüş yeri Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Atlantis restoranının qarşısı olmuşdur. Onlar polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişlər. 26.11.2019-cu il tarixdə saat 01 radələrində həmin ünvanda polislər Təqsirləndirilən şəxs2 özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin şatışında şübhəli olduğu üçün saxlanıldığını bildirərək üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin və elektron tərəzi olduğunu deyərək əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümü, bir ədəd elektron tərəzini, bir ədəd mobil telefonu, 12 manat pulu çıxararaq təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müşahidə edilmiş, həmin büküm və elektron tərəzi qablaşdırılaraq götürülmüş və zərfin üzəri imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlələri tanışı Fərid adlı şəxsdən qramını 20 manatdan aldığını, bir hissəsini özünün istifadə etməsi, bir hissəsini isə satmaq məqsədi ilə aldığını, Təqsirləndirilən şəxs1 narkotik vasitələr satdığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Fəridə zəng vurmuş və narkotik vasitə olan heroinin pulunun bir hissəsini vermək istədiyini demişdir. Onlar görüş yerini Bakı şəhəri, Nəsimi rayonu ərzisində yerləşən Neptun supermarketinin yanına təyin etmişlər. O və digər hal şahidi polislərlə birlikdə Fərid adlı şəxsin ifşa edilməsi üçün qeyd olunan yerə getmişlər. 26.11.2019-cu il tarixdə saat 02:30-da qeyd olunan ünvanda olan zaman Təqsirləndirilən şəxs3 polislər tərəfindən saxlanılmışdır. Polislər Təqsirləndirilən şəxs3 özlərini tədqim edərək onun qanunsuz olaraq narkotik vasitələrin şatışında şübhəli olduğunu üçün saxlanıldıqlarını, üzərinə baxış keçirmək istədiklərini demişlər. Təqsirləndirilən şəxs3 üzərindən 2 ədəd mobil telefon, pulu və şəxsiyyət vəsiqəsi aşkar olunmuş, lakin qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra telefonlar və şəxsiyyət vəsiqəsi götürülsə də qalan əşyalar Təqsirləndirilən şəxs3 özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs3 həmin kütlələri “Yalçın” adlı şəxdən aldığını, narkotik vasitələri Təqsirləndirilən şəxs2 hər qramını 20 manatdan olmaqla satdığını bildirmişdir. Şahid5 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, baxış keçirilərkən Ceyhunla Kamilin cibindən nakotik vasitə aşkar edilmiş, lakin Fəridin üzərindən narkotik vasitə aşkar edilməmişdir. Özü maşın alveri ilə məşğul olmuş, digər hal şahidi Bəhramı maşın ustası kimi tanımışdır. Polislər tərəfindən Fəridin yaşadığı evə baxış keçirilməmişdir. Özü iki dəfə infarkt keçirdiyi üçün istifadə etdiyi mobil telefonu daim üzərində gəzdirməmişdir. Həmin günü mobil telefonunu evində qoyub getmişdir. Bəhramın üzərində telefon olmasını xatırlamır. Ceyhun saxlanıldıqdan sonra Kamil ilə aralarında olan telefon danışığında Ceyhunun Kamildən narkotik vasitə almaq üçün narkotik vasitə istədiyini hiss etmişdir. Özü taksi fəaliyyəti ilə məşğul olur, həmçinin ucuz maşın olanda onu alıb, taksi şirkətinə kirayə verir. Həmin günü satın almaq üçün bir maşın olmuş, həmin maşını almaq istəmiş və ona gbrə Bəhramı maşina baxması üçün usta kimi çağırmışdır. Sonra polis əməkdaşları onlara yaxınlaşıb hal şahidi olmalarını təklif etmişlər. Mobil telefonu yaşadığı evdə olur, lazım olan adamla ailə üzvlərimin vasitəsilə danışır. Hadisə günü 4 nəfər polis əməkdaşı olmuş və onlar bir maşında getmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində Şahid5 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 26 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, 25 noyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, ev 101 ünvanının qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlənin olduğu bir ədəd büküm, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanında yerləşən “Atlantis” restoranının qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar bir ədəd büküm və bir ədəd elektron tərəzi aşkar edildiyindən götürülmüşdür. Buna görə 26 noyabr 2019-cu il tarixdə tərtib olunmuş 06 vərəqdən ibarət “əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan məlum olur ki, 25 noyabr 2019-cu il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 25 noyabr 2019-cu il tarixli qərarı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi X5 29 noyabr 2019-cu il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Buna görə də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 noyabr 2019-cu il tarixdə qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarın qanuniliyinin yoxlanılması barədə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin hakimi X5 29 noyabr 2019-cu il tarixli qərarı iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 26 noyabr 2019cu il tarixli 29280 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş....” sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,487 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs2 aşkar edilərək...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə çəkisi – 53,033 qram olan maddə kustar üsulla hazırlanmış narkok vasitə heroindir. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır və heroin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlərlə eynilik aparmaq mümkün deyildir. Təqdiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” və üzərində “... Təqsirləndirilən şəxs2 aşkar edilərək...” sözlər və imzalar olan 02 ədəd zərfdəki ümumi sayı 02 ədəd bükümlərdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Həmin rəy istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixatrik ekspertizasının 12.05.2020-ci il tarixli 863 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müəyyən edilmiş qeyri-psixopatik pozuntular o dərəcədə ifadə olunmayıb ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2020-ci il tarixli 10 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2020ci il tarixli 16 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdəm sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 İİ qrup əlil olması ilə əlaqdar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq ediməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2020-ci il tarixli 19 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyat alınması məsləhət görülür. Cinyət işinin materiallarına əlavə olunmuş telefon məlumatlarından görünür ki, Şahid5 istifadəsində olmuş (070)-203-01-31 mobil telefon nömrəsinin anten dairəsi təqsirləndirilən şəxslərin saxlanıldığı ərazilərdə yox, başqa yerdə olmuşdur. Şahid5 də məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, iki dəfə infarkt keçirdiyi üçün istifadə etdiyi mobil telefonu daim üzərində gəzdirməmiş, hal şahidi kimi iştirak etdiyi gün mobil telefonunu evində qoyub getmişdir. Cinayət işinin materiallarında olan 26 noyabr 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 27 noyabr 2019-ci il tarixli qərarlarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 25 noyabr 2019-cu il tarixdən, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində isə 26 noyabr 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır, Təqsirləndirilən şəxs1 isə isə hazırda məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs3 Şəki rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırrılması cəzasına məhkum olunmuşdur. Onun əməli cinayətin residivini yaratmır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirləri tam sübuta yetirilmiş hesab edir. Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini həqiqi ifadələr kimi qəbul etmir və həmin ifadələri özünmüdafiə və digər şəxsi cinayət məsuliyyətindən yayındırmaq üçün uydurulmuş ifadələr kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərlərin ibtidai istintaq zamanı verdikləri və məhkəmədə elan olunmuş ifadələri daha inandırıcı hesab edir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 İİ qrup əlil olması, həmçinin sonuncu və Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı ilə əməkdaşlıq edərək, cinayətin digər iştirakçısının ifşa olunmasında istintaq orqanına köməklik etmələri cəzalarını yüngülləşdirən haldır, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 az ağır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqları üçün cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Tqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 İİ qrup əlil olduğu üçün ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut kimi tanınan və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra 1,437 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra 52,983 qram qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza xərcləri 65 (altmış beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 21,66 (iyirmi bir manat altmış altı qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi hüququ yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 300 (üç yüz) manat, X2 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli – 26 noyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli – 26 noyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 İİ qrup əlil olduğu üçün ona narkomaniyadan məcburi müalicə təyin olunmasın, lakin ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli – 25 noyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınan və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra 1,437 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra 52,983 qram qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə aparılmış ekspertiza xərcləri 65 (altmış beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 21,66 (iyirmi bir manat altmış altı qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi hüququ yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 300 (üç yüz) manat, X2 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-273/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-273/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver