Məhkəmə qərarları › İş №1(101)-273/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-273/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-273/2022 28.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X1, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər, Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1961-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonu Qıvraq kəndində anadan olmuş, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Bolt” taksi şirkətində sürücü işləyən, ünvan 2 ünvanda qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq cinayətini törətmişdir. Belə ki, o, 2020-ci ilin fevral ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, bu məqsədlə özünü tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı X30 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisinə müddətli hərbi xidmətə qəbul etdirəcəyinə dair yalandan vəd verərək, sonuncunun anası X16 aldığı 8500 manat pulu ünvan 4 ünvanda yerləşən “Ağ Saray” şadlıq evinin yaxınlığında Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin məbləğdə pulu Təqsirləndirilən şəxs1 ilə birlikdə ələ keçirərək verdikləri vədə əməl etmədiyindən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Sevda Kərimovaya geri qaytarmış və nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin mart ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, bu məqsədlə özünü tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisində çavuş kimi xidmət edən Zərərçəkmiş şəxs3 gizir rütbəsi verdirəcəyinə, rütbə aldıqdan sonra Bakı şəhərində xidmətini davam etdirəcəyinə dair yalandan vəd verərək, 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında ilk dəfə 1N manat, bir neçə gündən sonra isə həmin yerdə 7000 manat, ümumilikdə 23000 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin məbləğdə pulu Təqsirləndirilən şəxs1 ilə birlikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin aprel ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup təşkil etmiş və bu məqsədlə özünü tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, ona tanışı Zərərçəkmiş şəxs5 qardaşı oğlu X19 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsindən Bakı şəhərində dislokasiya olunmuş “N” saylı hərbi hissələrin birinə N manat pul müqabilində xidməti iş yerini dəyişdirəcəyinə dair yalandan vəd verib aldadaraq, qeyd olunan məbləğdə pulu Şahid1 qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs1 ilə verdikləri vədə əməl etməyərək qeyd olunan məbləğdə pulu birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, 2020-ci ilin aprel ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, tanışı Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində 3 sot torpaq sahəsi alıb bacısı X20 adına rəsmiləşdirəcəyinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “Şam İşığı” massivində 17 “B” ünvanında “Qavurma” restoranında 15000 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, 2020-ci ilin may ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, ona tanışı X8 qardaşı oğlu Zərərçəkmiş şəxs4 H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin quru qoşunları fakültəsində təhsil alan oğlu İlham Abdullayevi həmin məktəbin hərbi hava qüvvələri fakültəsinə 5000 manat pul müqabilində dəyişdirəcəyinə dair yalandan vəd verib aldadaraq, qeyd olunan məbləğdə pulu Firudin Zərərçəkmiş şəxs1ovun vasitəsi ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs1 ilə verdikləri vədə əməl etməyərək qeyd olunan məbləğdə pulu birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs4 qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin may ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı Şahid2 xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsindən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrin birinə xidməti iş yerini dəyişdirəcəyinə yalandan vəd verərək ondan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında 5000 manat məbləğində pulu aldıqdan sonra, sonuncu Təqsirləndirilən şəxs1 ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Şahid2 geri qaytarmış və nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin may ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs6 dostu Məhərrəm adlı şəxsin arvadını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat şöbəsinə işə düzəldəcəyinə yalandan vəd verərək, ondan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Qəbələ - Görüş” restoranının həyətində 14000 manat məbləğində pul aldıqdan sonra sonuncu Təqsirləndirilən şəxs1 ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs6 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu dostu Məhərrəmə geri qaytarmış və nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs6 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin iyun ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Şahid5 tanışı X3 X45 7000 manat pul müqabilində qəbul etdirəcəyinə yalandan vəd verərək, Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanında yerləşən “Şuşa” restoranının yaxınlığında 7000 manat məbləğində pulu alıb birlikdə ələ keçirdikdən bir müddət sonra, X5 MR-nın Şərur RPŞ-nə sıravi polis nəfəri, müəyyən müddətdən sonra leytenant rütbəsi verdirəcəyinə və Bakı şəhərində yerləşən polis bölmələrinin birinə xidməti iş yerini dəyişdirəcəyinə dair yalandan vəd verdiyini bildirdikdə, Şahid5 həmin təkliflə razılaşmadıqda, Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə pulu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 geri istədikdə sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Şahid5 geri qaytarmış, nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin iyul ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, bu məqsədlə Zərərçəkmiş şəxs1 Suraxanı rayonu İcra hakimiyyətinin Başçısının müavini vəzifəsinə düzəldəcəyinə yalandan vəd verib aldadaraq, ondan 120000 ABŞ dolları, milli pul vahidi ilə 204000 manat məbləğində pulu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “Neftçilər” parkında alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2020-ci ilin iyul ayının ortalarında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun xalası oğlu Azərbaycan Ali Hərbi məktəbin 1-ci kurs tələbəsi X17 aviasiya mühəndislik ixtisası üzrə seçim etməkdə köməklik göstərməsi adı ilə aldatmaqla, ilk dəfə, 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Stimul” hospitalın yanında 5000 manat, ikinci dəfə, 2020-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2də yerləşən məscidin qarşısında 400 manat məbləğdə nağd pulunu ümumilikdə 5400 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə ələ keçirib verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs2 cəmi 5400 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, 2020-ci avqust ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisindən təxris olunacağının qarşısını alacağına dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs7 2020-ci avqust ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray" şadlıq evinin yaxınlığında ilkin olaraq 4000 manat, həmin ilin avqust ayının ortalarında Nərimanov rayonu, Təbriz küçəsi 35 ünvanında yerləşən “Şuşa” restoranının yaxınlığında 500 manat, məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə ələ keçirib verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs7 qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Belə ki, o, 2020-ci ilin fevral ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, bu məqsədlə özünü tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı X30 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisinə müddətli hərbi xidmətə qəbul etdirəcəyinə dair yalandan vəd verərək, sonuncunun anası X16 aldığı 8500 manat pulu ünvan 4 ünvanda yerləşən “Ağ Saray” şadlıq evinin yaxınlığında Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin məbləğdə pulu Təqsirləndirilən şəxs1 ilə birlikdə ələ keçirərək verdikləri vədə əməl etmədiyindən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Sevda Kərimovaya geri qaytarmış və nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin mart ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, bu məqsədlə özünü tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisində çavuş kimi xidmət edən Zərərçəkmiş şəxs3 gizir rütbəsi verdirəcəyinə, rütbə aldıqdan sonra Bakı şəhərində xidmətini davam etdirəcəyinə dair yalandan vəd verərək, 2020-cİ ilin mart ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında ilk dəfə 1N manat, bir neçə gündən sonra isə həmin yerdə 7000 manat, ümumilikdə 23000 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin məbləğdə pulu Təqsirləndirilən şəxs1 ilə birlikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin aprel ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup təşkil etmiş və bu məqsədlə özünü tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, ona tanışı Zərərçəkmiş şəxs5 qardaşı oğlu X19 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsindən Bakı şəhərində dislokasiya olunmuş “N” saylı hərbi hissələrin birinə N manat pul müqabilində xidməti iş yerini dəyişdirəcəyinə dair yalandan vəd verib aldadaraq, qeyd olunan məbləğdə pulu Şahid1 qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs1 ilə verdikləri vədə əməl etməyərək qeyd olunan məbləğdə pulu birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, 2020-ci ilin aprel ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, tanışı Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində 3 sot torpaq sahəsi alıb bacısı X20 adına rəsmiləşdirəcəyinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Şam İşığı” massivində 17 “B” ünvanında “Qavurma” restoranında 15000 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, 2020-ci ilin may ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı X8 qardaşı oğlu Zərərçəkmiş şəxs4 H.Əİiyev adına Azərbaycan Ali Hərbi Məktəbin quru qoşunları fakültəsində təhsil alan oğlu İlham Abdullayevi həmin məktəbin hərbi hava qüvvələri fakültəsinə 5000 manat pul müqabilində dəyişdirəcəyinə dair yalandan vəd verib aldadaraq, qeyd olunan məbləğdə pulu Firudin Zərərçəkmiş şəxs1ovun vasitəsi ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs1 ilə verdikləri vədə əməl etməyərək qeyd olunan məbləğdə pulu birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs4 qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin may ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Şahid2 xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsindən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrin birinə xidməti iş yerini dəyişdirəcəyinə yalandan vəd verərək ondan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında 5000 manat məbləğində pulu aldıqdan sonra, sonuncu Təqsirləndirilən şəxs1 ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Şahid2 geri qaytarmış və nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin may ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs6 dostu Məhərrəm adlı şəxsin arvadını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat şöbəsinə işə düzəldəcəyinə yalandan vəd verərək, ondan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Qəbələ - Görüş” restoranının həyətində 14000 manat məbləğində pul aldıqdan sonra sonuncu Təqsirləndirilən şəxs1 ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə o, öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu dostu Məhərrəmə geri qaytarmış və nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs6 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin iyun ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Şahid5 tanışı X3 X45 7000 manat pul müqabilində qəbul etdirəcəyinə yalandan vəd verərək, Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanında yerləşən “Şuşa” restoranının yaxınlığında 7000 manat məbləğində pulu alıb birlikdə ələ keçirdikdən bir müddət sonra, X5 MR-nın Şərur RPŞ-nə sıravi polis nəfəri, müəyyən müddətdən sonra leytenant rütəbəsi verdirəcəyinə və Bakı şəhərində yerləşən polis bölmələrinin birinə xidməti iş yerini dəyişdirəcəyinə dair yalandan vəd verdiyini bildirdikdə, Şahid5 həmin təkliflə razılaşmadıqda, Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə pulu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 geri istədikdə sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Şahid5 geri qaytarmış, nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2020-ci ilin iyul ayının ortalarında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun xalası oğlu Azərbaycan Ali Hərbi məktəbin 1-ci kurs tələbəsi X17 aviasiya mühəndislik ixtisası üzrə seçim etməkdə köməklik göstərməsi adı ilə aldatmaqla, ilk dəfə, 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Stimul” hospitalın yanında 5000 manat, ikinci dəfə, 2020-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2də yerləşən məscidin qarşısında 400 manat məbləğdə nağd pulunu, ümumilikdə 5400 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə ələ keçirib verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs2 cəmi 5400 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, 2020-ci avqust ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisindən təxris olunacağının qarşısını alacağına dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs7 ilin 2020-ci avqust ayınm əvvəllərində ünvan 10 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında ilkin olaraq 4000 manat, həmin ilin avqust ayının ortalarında Nərimanov rayonu, Təbriz küçəsi 35 ünvanında yerləşən “Şuşa” restoranının yaxınlığında 500 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə ələ keçirib verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs7 qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, 1961-ci il 3 iyul tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş,1992-ci ilin oktyabr ayında MTN-nin maliyyə idarəsində çalışmış, 1994-cü ildə MTN Sərhəd Qoşunlarında, 2005-ci ilin fevral ayına kimi DSX-də xidmət etmişdir. Təxris olunduqdan sonra 2008-ci ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon şöbəsində müdir müavini vəzifəsində çalışmış, 2016-ci ildən ƏƏSMN Suraxanı rayon Sosial təminat şöbsində müdir vəzifəsində işləmişdir. Son iş yeri isə Xətai rayon Məşğulluq idarəsi olmuş və 2018-ci ildə ərizə ilə müraciət edərək işdən çıxmışdır. 2019-cu ilin mart ayının ortalarında oğlu Əliyev Əkbəri Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan “Zərifə Əliyeva” adına göz xəstəxanasına aparmaq üçün “8555” taksi xidmətinə zəng edərək taksi sifariş etmişdir. Bir neçə dəqiqə sonra ağ rəngli Baic markalı avtomobil gəlmiş və sifarişi əsasında onlar taksi ilə yaşadığı ünvan 12 ünvanından xəstəxanaya gedərkən avtomobildə sürücünü oturacağına taxılmış hərbi formanı görüb sürücüdən həmin formanın kimə məxsus olduğunu soruşmuşdur. Taksini sürən Təqsirləndirilən şəxs2 özünün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Balakən rayonu ərazisində yerləşən hərbi hissələrin birində maliyyə xidmətinin rəisi vəzifəsində işlədiyini, hazırda məzuniyyətdə olduğu üçün taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. O, özü də əvvəllər müxtəlif hərbi təşkilatlarda maliyyə sahəsində işlədiyi üçün Vüsal ona maraqlı gəlmiş və Vüsala özünün də əvvəllər maliyyə sahəsində işlədiyini bildirmişdir. Vüsal ona baş leytenant hərbi rütbəsini daşıdığını, yaxın zamanda Müdafiə Nazirliyinin Baş qərargahına yerini dəyişəcəyini və orada kapitan hərbi rütbəsi alacağını bildirmişdir. O, vəzifəyə necə gedəcəyini Vüsaldan soruşduqda Vüsal Müdafiə Nazirliyinin Baş qərargah rəisi Nəciməddin Sadıqovun sürücüsü, mühafizə xidmətinin rəisi işləyən Əlixanın qohumu olduğunu, yəni Əlixanın onun qaynatasının bibisi oğlu olduğunu bildirmişdir. X31 qohumu olsa da həmin vəzifəyə getməsi üçün ondan 10000 manat pul aldığını demişdir. O, Vüsalın səmimiliyinə və özünü Əlixanın qohumu kimi təqdim etməsinə inanmış və Əlixanı da qiyabi olaraq tanımış və Vüsal Əlixanın geniş əlaqələrinin olduğunu bildirmişdir. Vüsal ona Əlixana görə əlaqələrinin geniş olduğunu, lazım olsa istənilən işdə ona kömək edə biləcəyini bildirmişdir. O da Vüsala oğlunun 24 yaşı olduğunu, Azərbaycan Kooperasiya Universitetində menecment ixtisası üzrə bakalavr təhsili aldığını, hazırda işsiz olduğunu, onu işə düzəltmək istədiyini bildirmişdir. Vüsal harada işləməsini istəməsini soruşduqda o, oğlunun iqtisadi sahəni bitirdiyi üçün maliyyəçi işləyə biləcəyini demişdir. Vüsal da onu Müdafiə Nazirliyinin maliyyə idarəsinə zabit kimi işə düzəldə biləcəyini demişdir. Vüsalla əvvəlcə Dövlət Gömrük Komitəsində oğlunu işə düzəldə biləcəyi barədə danışmışlar. Vüsal həm onunla, həm də oğlu ilə bağlı Əlixanla danışaraq məlumat verəcəyini demiş və o, əsas oğlunun olduğunu demişdir. Səhərisi gün Vüsal ilə yaşadıqları evin həyətində görüşmüşlər və Vüsala oğlu Toğrulun “CV”-ni vermişdir. O, Vüsaldan işin ümumi nə qədər məbləğə düzələcəyini soruşduqda, Vüsal təxminən 18000-18500 manat olacağını, hissəhissə verə biləcəyini, 18000 manat oğluna görə, ona görə isə Ədliyyə Nazirliyi tabeliyində olan “notarius” vəzifəsinə düzəltmək üçün güzəştli olaraq N manat verəcəyini demişdir. Bundan sonra oğlu üçün Gömrük Komitəsinin formasını da gətirmişdir. 2020-ci ilin fevral ayının sonunda yaxın bir qohununun xeyir işində qardaşı Şahid3 kürəkəni Rahib Rəhimovla görüşmüşlər, onunla hal-əhval tutarkən Rahibə bir nəfər tanışının olduğunu, onu notarius işinə düzəldə bilcəyini, oğlu Toğrulu da Müdafiə Nazirliyində Maliyyə idarəsində maliyyəçi işinə düzəldə biləcəyini, Nəcməddin Sadıqovun ətrafında olan adam olduğunu bildirmişdir. Rahib Rəhimov ona əmisi oğlu Zərərçəkmiş şəxs1 da müxtəlif şəxslərin işə düzəlməsində işsiz şəxslərə kömək etdiyini, əlaqələrindən istifadə edərək belə insanları işə düzəltməsini bildirmişdir. Bir neçə gün sonra Rahib Rəhimov öz şəxsi mobil telefon nömrəsi ilə onun istifadə etdiyi nömrələrdən birinə zəng edərək Vüsalın nömrəsin Ədalətə verməyini, iş olanda bir-biri ilə işləmlərini demişdir. O da Vüsalın nömrəsini Rahibə verdikdən sonra Rahib də həmin nömrəni Ədalətə verdiyini bildirmişdir. Təxminən 15-20 gün sonra Ədalət ona yadında qalmayan mobil telefon nömrəsindən zəng edərək, Rahibin əmisi oğlu Ədalət olduğunu, nömrəsini verdiyi Vüsalla görüşdüyünü, “ona etibar edib pul vermək olar, ya yox” soruşmuşdur. O da X28 Sadıqovun sürücüsü Əlixanın qohumu olduğunu, onun Vüsala oğlu Toğrulu işə düzəltməsi üçün, özünün işə düzəlməyi üçün pul verdiyini, Vüsala etibar etdiyini, qalan məsələləri özü bilməsini demişdir. Bundan sonra Vüsal müəyyən vaxt keçdikdən sonra pandemiya şəraiti ilə əlaqədar oğlunu işə düzəldə bilmədiyini, hər dəfə başqa bəhanələr gətirərək, pandemiyaya görə işə qəbulun olmadığını və alınmadığını bildirmişdir. Vüsal Müdafiə Nazirliyinin Maliyyə idarəsində işə düzəldə biləcəyini, buna görə 12500 manat vəsait lazım olduğunu demişdir. 2020-ci ilin sentyabr ayında Vüsal ona zəng edərək, Azərbaycan Respublikası Silahlı X38 Mərkəzinə artıq yığım başlanıldığını, ora getmək lazım olduğunu bildirmişdir. O, Toğrul və Vüsal SQin TTM-nə getmişlər. Vüsal orada kiminləsə mobil telefonla danışdıqdan sonra Toğrulu qapıdan içəri buraxmışlar. Toğrul içəri girib-çıxdıqdan sonra X29 sağlamlığın yoxlanılması üçün göndəriş vermişlər. Növbəti gün o, Vüsal və X33 getmişlər. Orada 3 gün ərzində Toğrul həkim müayinəsindən keçib qurtarmış və onun hərbiyə yararlı olması barədə HHKnın rəyini götürüb TTM-nə aparmışdır. Orada sentyabr ayının təxminən 23-də imtahan olacağı deyilmişdir. 2020-ci ilin sentyabr ayında olan idman imtahanında Toğrul kəsildiyini bildirmişdir. Bu vaxtı o, pis olmuş və Vüsalın onu aldatdığını başa düşmüş və orada Vüsala ağzına gələni demişdir. Orada Toğrulun pis olduğunu görüb onu orada imtahandan keçirmək üçün bir yol axtarmağa çalışmışdır. Bu vaxtı Ədalətin də orada işləməsi yadına düşmüşdür. O, Ədalətin mobil telefonuna zəng edib sonuncunu həmin yerə çağırmışdır. Ədalət gələrkən Ədalətə baş verənləri danışmışdır. O, Ədalətlə danışdıqdan sonra və Ədalət də kiməsə zəng edib Toğrulun imtanahandan keçməsi ilə maraqlandıqdan sonra da orada kimsə ondan 15000 manat pul istəmişdir. Ədalət bunu ona deyəndə o, məbləğin həddindən artıq çox olduğunu deyərək razılaşmamışdır. Bundan sonra o, Vüsala orada 6500 manat pulu təcili geri götürüb gətirməsini demişdir. Bundan sonra Ədalət onları evə aparmış, Ədalət onun, Toğrulun və həyat yoldaşının pis olduğunu görüb, narahat olmayın, Vüsalı göstərərək onlara da pul atdığını, uşağın işini özü düzəldəcəyini deyərək, hətta yoldaşına “bacı narahat olma, dekabr ayına kimi oğlunun çiyninə zabit rütbəsi alacam” demişdir. O da Vüsalın yanında Ədalətə “Ədalət bunu gözdən buraxma, onunla bir yerdə gedib pulu götürürsüz” demişdir. Ədalət ona Vüsalın Ədalətə pulu gedib həmin adamdan istəməsini, hətta döyməsini, pulu qaytaracağına söz verməsini deməsini bildirmişdir. Bundan sonra Vüsalın vəd etdiyi işlərin heç birinin alınmamasını görmüşlər. Ədalət ona Vüsalı məcbur etməsini, Vüsalı sonuncunun arvadının əmisi olan və guya Nəciməddin Sadıqovun ətrafında olan Asif adlı şəxsin yanına aparmasını, orada Asifın Vüsalı belə işlərin üstündə öz işindən çıxarılmasını dediyini bildirmişdir. Ədalət bundan sonra Vüsalın dələduz olmasına əmin olmuşdur. 2020-ci ilin oktyabr ayında hətta Vüsal onlara guya qardaşı şəhid olmasını demiş, buna görə onlar Vüsalgilin evinə getmiş, orada Vüsalın bu barədə də yalan dediyi məlum olmuşdur. Orada Vüsalın atasının onların Vüsalın çox borcunu ödəmələrini, artıq müflis olmalarını demiş, Niyazinin də pulunu alıb verəcəklərini vəd etmiş, polisin Vüsalı tutması halında onların pulunun qaytarılmayacağı bildirmişdir. 2020-ci ilin dekabr ayında Ədalət ona zəng edib “vəziyyətə baxan” dostları ilə danışdığını, onların yanına getmələrini, pulun qaytarılması ilə bağlı söhbət edəcəklərini demişdir. Bir az sonra Ədalət idarə etdiyi avtomobillə onların həyətinə gəlib onu aşağı çağırmış, o, Ədalətin maşınına minərkən Vüsalın da maşının arxasında oturduğunu görmüşdür. O, Ədalətə, Vüsalla bir maşında oturmaq istəmədiyini demiş, Ədalət isə başqa yolun olmadığını, onları “20 Yanvar” metrosunun yanında “vəziyyətə baxan” oğlanların gözlədiyini demişdir. Onlar maşınla “20 Yanvar” metrosunun yanına getmiş, orada Ədalət zəng etmiş, həmin adam Sumqayıtda oturub söhbət etmələrini demişdir. Buna görə də Ədalət maşını Sumqayıta sürmüş və orada tanımadığı bir kafeyə getmişlər. Ora 3 nəfər şəxs gəlmiş, birinin adı Zaur olmuş, Zaurun yanında iki nəfər olmuş, bir-birinə “əxi” deyərək müraciət etmişlər. Onlar oturan zaman yekəpər, təxminən 35 yaşı olan oğlan Vüsalın çənəsinə bir yumruq vurmuş, sonra Vüsaldan “Ədalətin pulları haradadır?” deyə soruşmuşdur. Bu vaxt Vüsal barmağı ilə onu göstərərək və pulu ona verdiyini demək istəmişdir. O, başa düşmüşdür ki, onu ora qəsdən aparmışlar və Vüsalı öyrətmişlər ki, əgər pulu qaytara bilmirsə Niyazinin üzünə dursun. O, Ədaləti acılamış və Ədalətə nə üçün belə iş tutduğunu demişdir. Yekəpər oğlanlar ona “bizi sənin Vüsala verdiyin pul maraqlandırmır, bizə bizim qərdeşimizin Vüsala verdiyi maraqlandırır" deyə bildirmişlər. Orada həmin yekəpər oğlanlar onu Vüsala verilən pulu boynuna götürməyə məcbur etmək istəmişlər, ancaq bu işin alınmayacağını görüb oradan çıxıb gəlmişlər. Yolda Ədalət onu da Vüsalla birlikdə ittiham etməyə başlamışdır. O, belǝ başa düşmüşdür ki, Ədalət Vüsaldan ona verdiyi pulları ala bilmədiyini gördüyü üçün həmin pulu ondan almaq istəyir. O da Ədalətə bir neçə dəfə başa salmışdır ki, pulu qaytarmaqda Ədalətə kömək edə bilməyəcək, əksinə Vüsal onun da pulunu ələ keçirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Vüsalı tapa bilmədiyi üçün müstəntiq cinayət işinin başlanılmasını rədd etmişdir. O, müstəntiqin qərarından şikayət vermiş və Suraxanı rayon prokurorluğu qərarı ləğv edərək materialı əlavə araşdırmaya göndərmişdir. 2021-ci ilin fevral ayında o, Nərimanov rayon Polis İdarəsinə çağırılmış və orada bilmişdir ki, Ədalət Vüsalla birlikdə ondan şikayət etmiş, hətta Ədalət özünün Suraxanı rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə düzələcəyi üçün onun Ədalətdən 120000 ABŞ dolları məbləğində pul almasını qeyd etmişdir. Orada o, bütün deyilənləri təkzib etmiş və həmin ifadələrin şərxata olduğunu bildirmişdir. X17 aviasiya mühəndislik ixtisası üzrə seçim etməkdə köməklik göstərməsi adı ilə Təqsirləndirilən şəxs2 heç bir məbləğdə pul almamış və belə bir vəd ona verməmişdir. Qəmbər Mehdiyev adlı şəxsi ümumiyyətlə tanımır və onunla belə bir ünsiyyəti olmamışdır. Hərbi Polis idarəsində çavuş işləyən Zərərçəkmiş şəxs3 sonuncunu hərbi yol polisində müfəttiş düzəlməsi üçün 23000 manat pulu almamış və Ədalətə bu barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 kimlərinsə işlərini düzəltmək üçün ona pul verilməsi, həmin puldan az miqdarda pulu isə Vüsala verilməsi tam yalandır. Vüsalı Zərərçəkmiş şəxs1 öyrətmişdir ki, belə ifadə versin, çünki Təqsirləndirilən şəxs2 onlara pul qaytarmağa maddi imkanı yoxdur, fikirləşmişlər ki, Vüsalın yerinə pulu o, qaytaracaqdır. O, heç bir kəsin işinin düzəldilməsinə görə Vüsaldan pul almamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2. və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, ünvan 13 ünvanında ailəsi ilə yaşayır. İbtidai istintaqa verdiyi ətraflı ifadələrini məhkəmədə də təsdiq edir. Bildirir ki, 2013-cü ildən 2016-cı ilədək Müdafiə Nazirliyində sürücü çavuş rütbəsində bir neçə generallara xidmət etmişdir. 2015-ci ildən 2017-ci ilə qədər Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində kiçik çavuş rütbəsində, müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmiş, keçmiş əməliyyat bölmə rəisi Ayaz Həsənovun şəxsi sürücüsü olmuşdur. O, idarə etdiyi "Baic" markalı, **-PN-*** dövlət nömrə nişanlı, ağ rəngli avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 Əkbər oğlu ilə 2019-cu ilin mart ayında ona gələn sifariş əsasında tanış olmuşdur. Niyazi ona özünü yüksək vəzifəli şəxs kimi təqdim etmiş, hətta DTX-nın polkovnik pensiya sənədini göstərmiş, maliyyə şöbəsində işlədiyini, Xətai və Suraxanı rayonlarında Sosial müdafiə fondunun sədri işlədiyini demişdir. Hətta o, həmin ərəfədə uşağı olduğu üçün Dövlət tərəfindən verilən süd pulunu almaq üçün gecikmişdir. Bunu necə edə biləcəyini dedikdə, Niyazi özü tapşıracağını və gedib ala biləcəyini bildirmişdir. Niyazi kiməsə zəng etdikdən sonra o, Niyazinin həmin zəng etdiyi adamın yanına gedib 98 manat süd pulunu almışdır. Bundan sonra o, Niyazinin geniş əlaqələri olması barədə dediklərinə inanmışdır. Niyazi onun əlaqə nömrəsini götürmüş və taksi lazım olanda onun xidmətindən istifadə etmək istədiyini dedikdə o da etiraz etməmişdir. 2019-cu ilin may ayında Niyazi onunla bir neçə dəfə oğlunu Zərifə Əliyeva adına göz klinikasına aparmaq üçün əlaqə saxlayıb və bir neçə dəfə Niyazini oğlu ilə birlikdə dedikləri yerlərə aparmışdır. Niyazi ona etibar etdiyini və buna görə bu cür işlərini həll etmək üçün onunla getdiyini bildirmişdir. Hər axşam Niyazini Suraxanı rayonunda Balandin küçəsindəki həyət evinə aparmışdır. Lakin həmin evdə daimi yaşayış olmamışdır. Niyazi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşamışdır. 2020-ci ilin yanvar ayının ortalarında Niyazi ona bir nəfər qohumu olduğunu, qohumunun keçmiş hərbiçi olduğunu deyib, həmin qohumunu hər yerə əli çatdığı üçün vəzifəyə düzəldəcəyini bildirmişdir. Hətta Niyazi öz arvadını Əli Əsədovun nəvəsi kimi təqdim etmişdir. Özünün də Əli Əsədovun vasitəsilə işə düzəldiyini bildirmişdir. X57 mühafizəçilərinin birinin arvadının qardaşı olduğunu demişdir. Niyazi özünü bu danışıqlarla inamlı göstərmiş, 2020-cı ilin fevral ayında həmin qohumu dediyi şəxsi öz kirvəsi kimi təqdim etmiş, adının Ədalət olmasını, qısaca olaraq Ədiş deyə danışdığını və Niyazi sözlərinə davam edib Ədalətin yanına gedib Ədişdən pul götürəcəyini bildirmişdir. Ondan nə pulu olmasını soruşanda, Ədalətlə iş gördüyünü və öz aralarında olan məsələ olmasını bildirmişdir. Bundan sonra o, Niyazinin dediyi yerə, yəni Biləcəri qəsəbəsindəki “Ağ saray” şadlıq sarayının qarşısına gəlmiş, sarayın qarşısında olanda Niyazi ilə əlaqə saxlayaraq onun dediyi yerdə olduğunu demiş, Niyazi ona bir nömrə göndərdib əlaqə saxlamağını tapşırmışdır. O, Niyazinin dediyi nömrə ilə əlaqə saxlayıb, Niyazinin göndərdiyini və Niyaziyə çatacaq pulu ona verməsini demişdir. Ədalət adlı şəxslə ilk dəfə orada görüşmüş və hərbi polisin yanındakı çayxanaya gedib çay içərək söhbət etmişlər. Bundan sonra dəqiq tarixi yadında qalmadığı 2020-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1 tanışı X30 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisinə müddətli hərbi xidmətə qəbul etdirmək üçün ondan xahiş etmiş və o da bu barədə Təqsirləndirilən şəxs1lə görüşüb ona bildirdikdə, Təqsirləndirilən şəxs1 ona həmin məsələyə görə 9-10 min arası pul lazım olduğunu demişdir. O da Ədalətə bu haqda məlumat verdikdə o, həmin şəxsin 8500 manat pulu verə biləcəyini söyləmişdir. Sonra o, Niyaziyə bu barədə demiş və Niyazi razılaşaraq pulu götürməyini və ona çatdırmağını tapşırmışdır. O, 2020-ci ilin fevral ayında ünvan 4 ünvanda yerləşən “Ağ saray" şadlıq evinin yaxınlığında Zərərçəkmiş şəxs1la görüşmüş, 8500 manat pulu və həmin şəxsin anket məlumatlarını kağıza yazılmış formada götürərək Ədalətə təxminən 3 ay müddətinə işin düzələcəyini söyləmişdir. Sonra həmin məbləğdə pulu və kağız parçasına yazılmış Ozal Əsədlinin anket məlumatlarını Niyaziyə evində çatdırmışdır. Təqsirləndirilən şəxs1 həmin puldan ona 300-500 manat arasında pul vermişdir. Ozalın işi deyilən vaxta həll olunmadığı üçün Ədalət bunun səbəbini soruşmuş və o da Niyazi ilə bu barədə maraqlananda Niyazi onlara pandemiya ilə əlaqədar işin yubanacağını, narahat olmamalarını, işin düzəldəcəyini çatdırmasını demişdir. O da eyni sözləri Ədalətə çatdırmış və onu Niyazinin söz veribsə işi həll edəcəyinə inandırmışdır. Nəhayət təxminən həmin ilin sentyabr-oktyabr ayları Ədalət onun vasitəsi ilə Niyaziyə verdiyi 8500 manat pulun geri qaytarılmasını tələb etmiş və o, bu barədə Niyaziyə bildirmişdir. Niyazi pulun geri qaytarılmasından imtina etmiş, o da özünə düşən payı xərclədiyi üçün həmin məbləğdə pulu Ədalətə qaytara bilməmişdir. Həmin şəxslər şikayət etməsin deyə Ədalət öz vəsaiti hesabına 8500 manat pulu aldığı şəxsə qaytarmışdır. O, şəxsən Ozal Əsədlini tanımamış və onunla heç bir münasibəti olmamışdır. Bundan başqa, 2020-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs1 tanışı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisində çavuş kimi xidmət edən Zərərçəkmiş şəxs3 gizir rütbəsi verilməsi məsələsinin həll edilməsi üçün ona müraciət etmiş, o da Təqsirləndirilən şəxs1lə görüşüb ona bu barədə bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin məsələni həll edə biləcəyini buna görə 23000 manat məbləğində pul lazım olduğunu söyləmişdir. O, Ədalətlə görüşmüş və ona Təqsirləndirilən şəxs1 sözlərini çatdırmışdır. 2020-ci ilin mart ayının əvvəllərində “Ağ saray” şadlıq evinin yaxınlığında ilk dəfə 1N manat, bir neçə gündən sonra isə həmin yerdə 7000 manat, ümumilikdə 23000 manat pulu almış, həmin pulu tam şəkildə Təqsirləndirilən şəxs1 evində çatdırmışdır. Təqsirləndirilən şəxs1 həmin pulu sayıb götürmüş və ona 500 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs3 işinin təxminən 3 ay müddətə düzələcəyini və onun bu barədə Ədalətə bildirməsini demişdir. Lakin həmin müddət bitmiş, Ədalət işin nə yerdə olduğu ilə maraqlandıqda o və Niyazi Ədalətə müxtəlif bəhanələr söyləyərək Ədalətə narahat olmamağı bildirmişlər. Sonda Ədalət pulun geri qaytarılmasını tələb etdikdə Niyazi və o öz payına düşən məbləği xərclədikləri üçün Ədalətə qaytara bilməmişlər. Bundan başqa, 2020-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 X19 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsindən Bakı şəhərində dislokasiya olunmuş "N" saylı hərbi hissələrin birinə xidməti iş yerini dəyişdirmək və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin quru qoşunları fakültəsində təhsil alan X10 həmin məktəbin hərbi hava qüvvələri fakültəsinə köçürtmək istədiyini bildirdikdə o, Ədalətə Təqsirləndirilən şəxs1lə məsləhətləşib deyəcəyini bildirmişdir. O, bu barədə Təqsirləndirilən şəxs1 bildirmiş və Təqsirləndirilən şəxs1 həmin zabitin xidmət yerini dəyişməyin N manata, kursantın təhsil aldığı fakültənin isə 5000 manata başa gələ biləcəyini demişdir. O da Ədalətlə görüşüb ona bu barədə demiş və sonra 2020-ci ilin may ayında “Ağ saray” şadlıq evinin yaxınlığında Ədalət ilə görüşmüşlər. Zərərçəkmiş şəxs1 həmin şəxslərin işinə görə ona cəmi 11000 manat məbləğində pulu və onların anket məlumatlarını vermişdir. O da pulu götürüb Təqsirləndirilən şəxs1 evinə getmiş, pulu və həmin şəxslərə dair məlumatları Niyaziyə vermişdir. Niyazi həmin şəxslərin işlərinin təxminən 3 ay ərzində həll olunacağını bildirmiş və Niyaziyə verdiyi puldan ona 300 manat məbləğində pul vemişdir. Bundan sonra, Niyazinin qoyduğu vaxt bitmiş və Ədalət məsələnin nə yerdə olduğu ilə maraqlanmağa başlamışdır. Niyaziyə bu barədə deyəndə, Niyazi məsələnin həllinin uzandığını, narahat olmamağı bildirsə də, sonda həmin işi görməmiş və aldığı pulu da qaytarmamışdır. Bundan başqa, 2020-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 X2 Bakı şəhərində Daxili İşlər orqanlarına qəbul olunmasının mümkün olub-olmadığı barədə Niyazi ilə maraqlanıb Ədalətə cavab verməsini bildirmişdir. O, Niyazi ilə görüşmüş və ondan bu məsələni həll edib-edə bilməcəyinini soruşmuş, Niyazi polisə sıravi işçi kimi 15000 manata qəbul etdirə biləcəyini demişdir. O, bu barədə Ədalətə demiş və Ədalət həmin şəxsin cəmi 7000 manat pulu olduğunu bildirmişdir. Sonra o, bu barədə Niyaziyə demiş, Niyazi razılaşaraq həmin məbləğ müqabilində xahiş olunan şəxsi polisə qəbul etdirəcəyinə vəd vermiş və sonra o, Nərimanov rayonu, Təbriz küçəsi 35 ünvanında yerləşən "Şuşa" restoranının yaxınlığında Ədalətlə görüşdükdən sonra sonuncudan 7000 manat məbləğində pulu alıb aparıb Niyaziyə vermişdir. Niyazi də, həmin pulu aldıqdan sonra ona xatırlamadığı məbləğdə pul vermiş, məsələni təxminən 2-3 ay ərzində həll edəcəyinə söz vermişdir. Həmin müddət bitdikdə Ədalət məsələnin niyə həll olunmadığını soruşduqda o, Ədalətə Niyazi ilə danışıb məlumat verəcəyini demişdir. Niyaziyə bu barədə deyəndə Niyazi həmin şəxsi Naxçıvan MR-nın Şərur RPŞ-nə sıravi polis nəfəri, müəyyən müddətdən sonra leytenant rütbəsi verdirəcəyini və Bakı şəhərində yerləşən polis bölmələrinin birinə iş yerini dəyişdirəcəyini demişdir. O da bu barədə Ədalətə bildirmiş, Ədalət kiminləsə telefonla danışdıqdan sonra ona həmin şəxsin işinin belə formada düzəlməsini istəməməsini və pulunun geri qaytarılmasını istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 bu barədə bildirmiş, Təqsirləndirilən şəxs1 pulu qaytarmaqdan imtina etmiş və pulu xərclədiyini ya da kiməsə verdiyini demişdir. Bir sözlə Təqsirləndirilən şəxs1 pulu qaytarmaqdan imtina etmiş və həmin puldan ona verdiyi pulu xərclədiyi üçün pulu Ədalətə qaytara bilməmişlər. Bildiyinə görə Ədalət həmin məbləğdə pulu öz vəsaiti hesabına aldığı şəxsə qaytarmışdır. O, şəxsən Zərərçəkmiş şəxs1 xahiş etdiyi şəxsi tanımır və onunla heç bir ünsiyyəti olmamışdır. Bundan başqa, 2020-ci avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ondan Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisindən təxris olunacağının qarşısını almaq üçün onu işində saxlamağı xahiş etmiş, o, bu barədə Təqsirləndirilən şəxs1 bildirmiş, Niyazi həmin məsələnin 4500 manata başa gələcəyini demişdir. Bundan sonra 2020-ci ilin avqust ayının əvvəllərində o, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında ilk dəfə Zərərçəkmiş şəxs7 özündən Zərərçəkmiş şəxs1 iştirakı ilə 4000 manat pulu almış və Niyaziyə çatdırmışdır. Niyazi həmin puldan ona heç nə verməsə də, qalan 500 manat pulu özünə götürməyini bildirmişdir. Həmin ilin avqust ayının ortalarında Nərimanov rayonu, Təbriz küçəsi 35 ünvanında yerləşən "Şuşa" restoranının yaxınlığında o, Elvindən əlbəəl Zərərçəkmiş şəxs1 iştirakı ilə qalan 500 manat məbləğində pulu almış və bu barədə Təqsirləndirilən şəxs1 dedikdə, Niyazi də cavabında yaxın vaxtlarda bu məsələni həll edəcəyini demişdir. Sonda Niyazi bu işi görməmiş və pulu Niyazi və o xərclədikləri üçün Elvinə qaytara bilməmişlər. Niyazi ona Ədalətə özünü ehtiyatda olan kapitan kimi təqdim etməsini bildirmişdir. Orada o, Niyaziyə narazılığını bildirmişdir ki, o, MAXE kimi xidmət etdiyi halda nə üçün onu kapitan kimi təqdim etmiş və hazırda da həmin rütbədə xidmət etdiyini demişdir. Niyazi isə onu MAXE kimi təqdim edəcəyi təqdirdə Ədalətin ona pul verməyəcəyini bildirmişdir. Çünki ona Ədalətin də mayor rütbəsində olmasını demişdir. Lakin, bu söhbətdən sonra Niyazi ilə aralarında anlaşılmazlıq olmuş və Niyazi onu “sən bilirsən ki, mən Əli Əsədovun qohumuyam, göndərdiyim yerlərə getməsəm və Niyazinin dediklərini təsdiqləməsəm məni içəri atdıracaq” sözləri ilə hədələmişdir. O da Niyazinin geniş əlaqəsi olmasını görüb dediklərindən qorxduğu üçün razılaşmalı olmuşdur. Bundan sonra o, 2020-ci ilin mart-avqust aylarında Biləcəri qəsəbəsində Ədalətlə görüşmüş, hər dəfə Ədalət ona Biləcəridə və Nərimanov rayonunda “Şuşa” restoranının yanında 30000 manat pul vermiş, həmin pulu da gətirib Niyazinin Qaraçuxur qəsəbəsindəki evlərinə Niyaziyə vermişdir. Bu dəfə Niyazi ona 300 manat pul vermişdir. Bundan sonra onun Ədalətlə pul haqq-hesabı olmamışdır. Bununla da, o, Niyazinin sözü ilə Ədalətdən 75000 manat pul alıb, Niyaziyə vermiş, Niyazi isə həmin puldan ona 7000 manat pul vermişdir. Lakin, Ədalət özü ondan kapitan rütbəsində olmaması ilə bağlı şübhələnməyə başlamış, Ədalət onu yığıb iş barədə maraqlananda, o, Niyaziyə demiş, Niyazi isə Ədalətlə gedərək onun danışmasını, Niyazinin adını çəkməməyini, pulu Niyaziyə verməyi barədə Ədalətə heç nə deməməsini bildirmişdir. Bir gün Suraxanı RPİ-nin 32-ci polis bölməsindən Əli adlı polis əməkdaşı ona zəng etmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona 100000 manat pul verdiyini, lakin geri ala bilməməsi barədə şikayət etmişdir. O, polisə getmiş, lakin Niyazinin dedikləri sübuta yetmədiyindən, araşdırma zamanı material üzrə rədd qərarı qəbul olunmuşdur. Bundan sonra onunla Niyazi arasında münasibət pozulmuş və Niyazidən Ədalətdən aldığı pulları geri qaytarmasını tələb etmişdir. Bundan başqa, 2020-ci ilin iyun ayında qaynı Əkbər Qafarlının vasitəsi ilə Əbülfəz adlı şəxslə tanış olmuş, tanış olduqdan təxminən bir həftə sonra Əbülfəz onun yanına gəlib qohumunun Azərbaycan Ali Hərbi məktəbinin 1-ci kurs tələbəsi olduğunu, kursda ixtisas seçimi olacağını, qohumunun aviasiya mühəndislik ixtisasını seçmək istədiyini və bu işdə ona köməklik etmək lazım olduğunu demişdir. O, həmin oğlanın anket məlumatlarını, yəni X25 olduğunu öyrənmiş və hərbi məktəbdə Qənbər Mehtiyevlə maraqlanarkən bilmişdir ki, Qənbər yaxşı oxuyur və onun köməyi olmadan da X25 həmin ixtisası seçə bilər. Bir həftədən sonra Əbülfəzin xahişi ilə o, Bakıxanov qəsəbəsində yerləşən “Stimul” hospitalının yanında Natiq və Ramiq adlı şəxsərlə görüşmüş, Ramiq özünü təqdim edərək Natiqin bacanağı olduğunu, Dövlət Sərhəd xidmətinin təhqiqat idarəsində təhqiqatçı, kapitan rütbəsində işlədiyini bildirmiş, sonra qohumuna ixtisas seçimi etmək lazım olduğunu və buna görə ona 5400 manat pul verəcəklərini demişdir. Bundan sonra o, Niyazi ilə əlaqə saxlamış və bu barədə demişdir. Niyazi ona həmin şəxsin barəsində məlumatları götürməsini demiş, o, 5000 manat pulu Ramiqdən almışdır. Həmin puldan 2000 manatı özünə götürmüş, qalan 3000 manat pulu isə Niyaziyə çatdırmış və Niyaziyə əlavə 400 manat da verəcəklərini demişdir. Niyazi da 400 manatı onun özünə götürməsini demişdir. Həmin puldan 2000 manatı özünə götürdüyü barədə Niyaziyə heç nə deməmiş, sadəcə 3400 manat pulları olduğunu demişdir. 2020-ci ilin avqust ayının ortalarında o, Bibiheybət qəsəbəsindəki məscidin yanında Natiqlə görüşmüş və Natiq ona 400 manat pul vermişdir. Həmin dövrdə müharibə döyüşləri getdiyindən Niyazi Əbülfəzin qohumunun işini düzəldə bilməmiş və o da bu barədə Natiqə zəng edib bildirmişdir. Natiq ondan aldığı pulu qaytarmasını tələb etmişdir. O, Natiqə yalandan demişdir ki, onun verdiyi 5400 manat pulun 2000 manatı onun qohumu Əbülfəzdədir, guya onunla iş barəsində söhbətlləri olanda Natiq özü ona təklif etmişdir ki, pulu götürüb ona 2000 manat pul verməlidir. Qalan pul, yəni 3400 manat onda olmuş, lakin o, pulu xərcləmişdir. O, Əbülfəzə zəng edib demişdir ki, onların istədiyi işi düzəldə bilməmiş və dərhal həmin pulu qaytara bilmir, ona vaxt versin ki, o, hissə-hissə qaytara bilsin. Lakin Əbülfəz ona vaxt verməmiş və ondan şikayət edəcəyini bildirmişdir. O, Niyaziyə Əbülfəzgilin şikayət edəcəyini, pulu qaytarmasını demiş, Niyazi onun çalışıb həmin şəxsləri bir bəhanə ilə yubatmasını, pul olan kimi qaytaracağını, şikayət edəcəkləri təqdirdə Niyazinin adını hallandırmamasını, hər şeyi öz üzərinə götürməsini demişdir. Ona görə də o, Niyazinin adını istintaqda hallandırmamışdır. Bundan sonra, 2020-ci ilin dekabr ayında Niyazi, Ədalət, o və Niyazinin böyük qardaşı Niyazinin evində görüşmüşlər və söhbət zamanı Niyazi qardaşı Məhəmməddən N manat pulun Elnarəyə qaytarılmasının vacibliyini bildirmişdir. Sonra o çıxıb evinə getmiş və bir müddətdən sonra bilmişdir ki, Niyazinin qardaşı Məhəmməd N manat pulu Ədalətə qaytarmışdır. O, Niyazinin göstərişinə əsasən Ədalətin vasitəsi ilə, eləcə də birbaşa özü şəxslərdən onların işlərinin düzəldilməsi adı ilə təxminən 75000-80000 manat arasında pul almış və həmin puldan Niyazi ona hissə-hissə olmaqla təxminən 7000 manata yaxın pul vermişdir. Bundan başqa, Niyazi 2020-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs1 tanışı Şahid2 xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birinə xidmət yerini dəyişdirmək istədiyini bildirmiş və “Ağ saray” şadlıq evinin yaxınlığında 5000 manat məbləğində pul vermiş və həmin pulu o aparıb Niyaziyə vermişdir. Niyazi həmin puldan ona 500 manat məbləğində pul vermişdir. Bundan başqa, 2020-ci ilin may ayında Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs6 dostu Məhərrəm adlı şəxsin arvadını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat şöbəsinə işə düzəltmək istədiyini bildirmiş və “Qəbələ-Görüş” restoranının həyətində 14000 manat məbləğində ona pul vermişdir. O, həmin pulu Niyaziyə çatdırmış və Niyazi həmin puldan ona 1200 manat məbləğində pul vermişdir. Bundan başqa, 2020-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 tanışı X3 X45 7000 manat pul müqabilində qəbul etdirmək istədiyini bildirmiş və ondan Nərimanov rayonunda yerləşən "Şuşa" restoranının yaxınlığında 7000 manat məbləğində pulu almış və həmin pulu o, Niyaziyə çatdırmışdır. Bir müddət sonra, X4 Naxçıvan Muxtar Respublikasının Şərur RPŞ-nə sıravi polis nəfəri, müəyyən müddətdən sonra leytenant rütbəsi verdirəcəyini və Bakı şəhərində yerləşən polis bölmələrinin birinə xidmət yerini dəyişdirəcəyini bildirmiş və o da həmin söhbəti Ədalətə demiş, Ədalət razı olmamış, pulun geri qaytarılmasını tələb etmiş, lakin Niyazi pulu qaytarmamışdır. Onun Təqsirləndirilən şəxs1 oğlu Toğrulu Gömrük komitəsinə işə düzəltməyə görə Niyazidən 15000 manat pul alması, Niyazinin arvadını 3000 manata Bakı Dövlət Univerisitetinin hüquq fakültəsinə müəllimə düzəltmək üçün, Niyazinin özünü isə Prezidentin köməkçisi işinə düzəltməyə görə 17000 manat pul verməsi tam cəfəngiyyatdır və real deyildir. Təqsirləndirilən şəxs1 iş düzəltmək üçün aldığı pulların böyük hissəsini faizə vermiş, müəyyən hissəsini isə “Forex” oyununa qoymuşdur. Təqsirləndirilən şəxs1 ilə onun telefon danışığına aid diskdəki danışığı, onun Ədalətdən və digər şəxslərdən aldığı pullardan ona verdiyi pulların geri qaytarılmasına aid olmuş, belə ki, Niyazi pulları Ədalətə şikayətçilərin susdurulması üçün qaytarmaq istəmişdir. Lakin Niyazinin ona verdiyi təxminən 7000 manata yaxın pulları xərclədiyi üçün geri qaytara bilməmiş və ona görə də Niyazidən vaxt istəmişdir. O, şəxsən Ədalətə və başqa kiməsə iş düzəltməyə görə vəd verməmişdir. Ancaq Niyazinin sözlərinə uyğun olaraq həmin şəxslərə vədlər vermişdir. O, Niyazinin Ədalətin özünə iş düzəltməsini gedən söz-söhbətdən hiss etmiş, lakin təfərrüatını bilməmişdir. Ədalət polisə şikayət edəndən sonra ona məlum olmuşdur ki, X39 rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsinə düzəltməsinə görə Ədalətdən 120000 ABŞ dolları məbləğində pul almış və Ədaləti də aldatmışdır. Niyazi hətta onların evinə gəlib atası və anasına ona pul verdiyini, guya işə düzəltmək üçün Niyazidən pul aldığıı və aldatdığını bildirmişdir. O, valideyinlərinə bildirmişdir ki, Niyazi yalan danışır və onu tora salmaq istəyir. Niyazi hətta ondan polisə şikayətlər etmişdir ki, elədiyi cinayətləri və hər şeyi onun üzərinə qoysun və onu tutdurmağa nail olsun. Lakin, araşdırma zamanı Niyazinin onun barəsində yazdıği şikayət ərizələri öz təsdiqini tapmamış və cinayət işinin başlanılması rədd edilmişdir. Onu da qeyd etmək istəyir ki, Ədalətə pulları Niyaziyə verdiyini demiş və sonda Ədalət Niyazidən pulları geri tələb etdikdə Niyazinin qardaşı Məhəmməd Ədalətə N manat pul qaytarmışdır. Niyazi onu Baş nazirin yaxın qohumu olması ilə hədələmiş, hər şeyi öz üzərinə götürməsini, hazırda Korrupsiyaya qarşi Mübarizə idarəsində idarə rəisinin müavini Hidayət müəllimin otağında olduğunu, pulların hamısının onda olduğunu deməsini tələb etmişdir. Bundan başqa 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 ona zəng edib Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “Şam İşığı” massivində “Qavurma” restoranına çağırmış, bir az keçmiş sonradan adını bildiyi Zərərçəkmiş şəxs8 ora gəlmiş və üçü bir yerdə oturmuşlar. Söhbət zamanı Ramin Niyazidən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində 3 sot torpaq sahəsi alıb bacısı X20 adına rəsmiləşdirmək istədiyini demiş, Niyazi bu işi görə biləcəyini demiş və qiymətinin 15000 manat məbləğində olduğunu demişdir. Ramin həmin məbləğdə pulu cibindən çıxararaq sayıb Niyaziyə vermişdir. Niyazi ona pulu götürüb maşına qoymağı və özünün də avtomobildə oturub onu gözləməsini demiş, o, pulu götürüb otaqdan çıxıb küçədə olan avtomobilinə əyləşmiş və Niyazini gözləmişdir. Bir az keçmiş Ramin gəldiyi avtomobilinə minib çıxıb getmiş, Niyazi də onun avtomobilinə yaxınlaşıb əyləşmiş və pulu ondan götürmüşdür. Yolda Niyazi həmin puldan ona 1000 manat vermiş, 4000 manat ayırıb öz cibinə qoymuş, qalan 10000 manat pulu bir müddətdən sonra ona verərək, aparıb “Forex” oyununa qoymağı, üstündən faiz götürməyi, Niyazi deyəndə pulu çıxarıb gətirib verməyi tapşırmışdır. O da həmin pulu hissə-hissə “Forex” oyununa qoymuş və qalan məbləğə, yəni 9000 manata 2020-ci ilin sentyabr ayında baş etibarnamə ilə "Nissan Maxima" markalı **-CB-*** qeydiyyat nişanlı avtomobil almış və onu icarəyə X26 vermişdir. Vidadidən ümumilikdə 2 ay ərzində aldığı 900 manat pulu Niyaziyǝ vermişdir. Oktyabr ayında Niyazi ona verdiyi 10000 manat pulu təcili gətirməsini, Raminin gəlib pulunu istədiyini demişdir. O, məcbur olub təcili şəkildə sata bilmədiyi üçün Niyaziyə müxtəlif bəhanələr uydurmuş, guya pulu Nazim adlı şəxsə vermişdir. Hətta yadında qalmayan bir nəfər şəxsə özünə məxsus ***-***-**-** nömrəli telefonunu vermiş və ondan xahiş etmişdir ki, guya onun böyüyüdür, bu şəxslə danışıb vaxt istəsin, desin ki, işlər düzələcək, narahat olmasın və sair. Həmin şəxs onun telefonu ilə Niyazi ilə danışıb onun dediklərini Niyaziyə bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisi, həm də əmisi oğlu X21 qaynatası Şahid3 qardaşıdır. O, Təqsirləndirilən şəxs1 əvvəllər tanımış, ancaq münasibətləri olmadığına görə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, əvvəllər Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. 2010-cu ilin yanvar ayında hərbi xidmətdən təxris edilmişdir, ehtiyatda olan mayor rütbəsi var. O, 2020-ci ilin əvvəllərində özünə iş axtardığı üçün əmisi oğlu Rahib Rəhimovla aralarında olan söhbət zamanı Rahib Rəhimova iş axtardığını demiş, Rahib də ona qaynatasının qardaşı Təqsirləndirilən şəxs1 əvvəllər yüksək vəzifələrdə işlədiyini, əlaqələrinin geniş olmasını, istənilən məsələni həll edə biləcəyini demişdir. Bunun üçün X49 ilə danışıb ona xəbər edəcəyini demişdir. Bir neçə gün sonra Rahib ona Niyazi ilə danışdığını, sadəcə Niyazinin işi həll etməsinə söz versə də, mobil telefon nömrəsini ona vermək istəməməsini və Rahibin vasitəsi ilə əlaqə yaratmaq istədiyini demişdir. Rahib isə ona öz məsələlərini özlərinin həll etməsini bildirdiyini demişdir. Bundan sonra Niyazi öz mobil telefon nömrəsini ona vermiş, o, 2020-ci ilin yanvar-fevral ayının əvvəllərində Niyazinin mobil telefon nömrəsinə “whatsapp”la zəng etmiş və Rahibin əmisi oğlu olduğunu Niyaziyə demiş, bir neçə yaxın adamlarının olduğunu, hərbidə işə düzəlmək istəmələrini bildirmişdir. Niyazi də ona yaxşı tanıdığı dostu Vüsal adlı şəxsin olduğunu, sonuncunun nəinki hərbi, istənilən işi həll edə biləcəyini, hətta miqrasiya, gömrük, DTX və ədliyyədə də işə düzəldə biləcəyini bildirmişdir. Niyazi Vüsalın Azərbaycan Respublikası SQ-nin Baş qərargah rəsi vəzifəsində işləyən Nəcməddin Sadıqovun sürücüsü Əlixanıın yaxın qohumu olmasını, istənilən məsələni həll edə biləcəyini demişdir. Həmin günün səhəri Niyazi onun nömrəsinə özünün mobil telefon nömrəsi ilə “whatsapp” proqramı vasitəsi ilə Vüsalın mobil telefon nömrəsini və avtomobilinin nömrəsini ataraq onunla görüşməsini bildirmişdir. O da öz nömrəsi ilə Vüsalın telefonuna zəng edib nömrəni Niyazinin verdiyini və onunla görüşmək istədiyini bildirmişdir. O, Vüsalla ilk dəfə Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağ saray”ın yanında görüşmüşdür. Onlar çayxanada oturub təxminən 5-6 dəqiqə söhbət etmişlər. Söhbət zamanı Vüsal ona N nömrəli hərbi hissədə işləməsini, rütbəsinin kapitan olmasını, Nəcməddin Sadıqovun sürücüsü Əlixanın qohumu olduğunu bildirmişdir. Vüsal ona istənilən şəxsi N manat pul müqabilində banka və ya ASAN xidmətə, habelə 4000 manat pul müqabilində bir nəfər qızı Müdafiə Nazirliyində leytenant rütbəsi ilə işə düzəldə biləcəyini demişdir. Aralarında olan söhbətdən sonra 2020-ci ilin fevral ayında dostu Əsgərov Əfqan ilə Bakıxanov qəsəbəsində görüşərkən və söhbət zamanı sonuncuya bir nəfər tanışının Hərbi Polisdə xidmət etmək istəməsini bildirmişdir. O, maraqlanaraq mümkün olsa həll edə biləcəyini demişdir. Bundan sonra onların yanlarına sonradan adını bildiyi Ozal anası ilə birlikdə yaxınlaşmışlar və söhbət zamanı Vüsalı onlarla tanış etmiş və Vüsal Ozalın işində ona köməklik edə biləcəyini bildirmiş və Ozalın anası ona 8500 manat məbləğində pul vermişdir. Bundan bir neçə gün sonra 5-6 ay əvvəl tanıdığı Zərərçəkmiş şəxs3 çavuş kimi hərbi xidmətdə olduğu Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Polis İdarəsində hərbi gizir rütbəsi almaq, sonra da Bakı şəhərində xidmətini davam etdirmək istəməsini demişdir. O, Zərərçəkmiş şəxs3 elə bir tanışının olmadığını bildirmişdir. Niyazi ilə aralarında olan söhbətdən sonra Niyaziyə bir nəfər tanışının Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Polis İdarəsində çavuş işləməsi ancaq hərbi yol polisi müfəttişi keçmək və Bakı şəhərində xidmətdə qalmaq istəməsini demiş, onların işini həll etməsini Niyazidən xahiş etmişdir. Niyazi də ona “kapitan”la, yəni Vüsalla danışaraq ona deyəcəyini bildirmişdir. Niyazi təxminən yarım saat sonra yenidən ona zəng edib “kapitan”la danışmasını, “kapitan”ın 23000 manat müqabilində həmin şəxsi hərbi yol polisinə yerdəyişmə etdirə, hətta ona gizir hərbi rütbəsini də ala biləcəyini, həmçinin rütbə alandan sonra xidmətini Bakı şəhərində davam etdirə biləcəyini dediyini ona bildirmişdir. O da Cavidlə Bakı şhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yanında görüşmüş və Niyazinin dediyi şərtləri Cavidə bildirmişdir. Cavid də onunla razılaşaraq əvvəl 1N manat pul verə biləcəyini, qalan pulu da hissə-hissə sonra verə biləcəyini bildirmişdir. Təxminən 2 gün keçdikdən sonra Cavid pulu çatdırmadığı üçün Niyazi ona bir neçə dəfə zəng edərək “nə oldu, camaat səni gözləyir” demişdir. O da Niyaziyə həmin şəxsin hələ pulu düzəldə bilməməsini, düzəldən kimi ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, Cavidlə danışmış və bir-iki gün sonra Cavid ona zəng edərək 1N manat pulu hazırladığını bildirmişdir. 2020-ci ilin mart ayının əvvəlində o, yenidən Cavidlə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yanında görüşmüş və 1N manat pulu Caviddən götürmüşdür. Pulu götürdükdən sonra o, Niyaziyə eyni qaydada zəng edib tanışından 1N manat pulu götürdüyünü və qalan 7000 manat pulu da gətirəcəyini bildirmişdir. Niyazi də ona özünün onunla əlaqə saxlayacağını demişdir. Vüsalla söhbətləri qısa olmuş və Vüsal ona Niyazinin bu barədə deməsini bildirmişdir. Bundan sonra onlar sağollaşmışlar və o, yenidən Niyaziyə eyni qaydada zəng edib 1N manat pulu Vüsala verdiyini demişdir. O, Niyazidən onların işinin nə vaxt düzəldəcəyini soruşmuş, Niyazi də ona cavab verib narahat olmamasını, Vüsalın düzəldəcəyini, özünün Vüsala zamin olmasını demişdir. Bundan 1-2 gün sonra Niyazi ona yenidən eyni qaydada zəng edərək qalan 7000 manat pulu nə üçün vermədiyini soruşduqda, o da Niyaziyə Cavidin pulu düzəldən kimi aparıb verəcəyini demişdir. Təxminən 3-4 gün sonra o, Cavidlə yenidən “Qara Qarayev” metrostansiyasının yanında görüşmüş və Caviddən 7000 manat pulu aldıqdan sonra Niyaziyə eyni qaydada zəng edib 7000 manat pulu aldığını bildirmişdir. Niyazi də ona pulu aparıb Vüsala verməsini, Vüsalın işi həll edəcəyini demişdir. Niyazi ona danışıqları zamanı Vüsalın onu Prezident Aparatında şöbə müdiri ilə görüşdürdüyünü demişdir. Niyazi və Vüsalla aralarında olan danışıq zamanı Niyazinin onu Vüsalla tanış edərək Vüsalın bu işləri öz tanışları vasitəsi ilə həll etməsini, onun Vüsalı tanımadığı üçün Niyazinin danışığına görə Vüsala inanmasını başa düşmüşdür. 7000 manat pulu götürdükdən sonra o, Vüsala zəng etmiş və “Ağ saray”ın yanında görüşüb 7000 manat pulu Vüsala vermişdir. Vüsal da ona arxayın olmasını, bu məsələnin həll olunacağını demişdir. Niyazi ilə aralarında olan söhbətdən əvvəl onun uzaq qohumu olan Firudin kişi ona bir nəfər qohumunun Kürdəmirdə zabit kimi hərbi xidmətdə olduğunu və Bakı şəhəri ərazisində yerləşən hərbi hissələrdən birinə yerdəyişmə etmək istədiyini, habelə başqa bir qohumunun da Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində quru qoşunlarında təhsil aldığını, onun quru qoşunlarından hərbi hava qüvvələri ixtisasına keçmək istədiyini bildirmiş, o da Vüsalın mobil telefonuna zəng edib bir nəfər tanışın Kürdəmirdə hərbi xidmətdə olduğunu və Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə yerini dəyişmək istədiyini, digər bir tanışının da Ali Hərbi məktəbdə quru qoşunlarında təhsil aldığını və oradan hərbi hava qüvvələrinə keçmək istədiyini bildirmişdir. Vüsal öyrənib deyəcəyini bildirmiş, təxminən yarım saat sonra Vüsal ona zəng edərək N manat pul müqabilində hərbiçinin yerdəyişməsinin, 5000 manat pul müqabilində isə kursantın ixtisas dəyişməsinin həll ediləcəyini bildirmiş, o da bu barədə Firudin kişiyə zəng edib demiş, Firudin məsələnin həlli üçün ona deyilən pulu düzəldib verəcəyini bildirmişdir. Bundan sonra o, Firudinlə Abşeron rayonu Mehdiabad qəsəbəsində görüşmüş və ondan hər iki məsələnin həll edilməsi üçün, yəni hərbi xidmətdə olan şəxsin yerdəyişməsi üçün N manat, kursantın ixtisas dəyişməsi üçün isə 5000 manat pulu götürüb Vüsalla Biləcəridə “Ağ saray”ın yanında görüşmüş və həmin pulları Vüsala vermişdir. Pulu Vüsala verdikdən sonra zəng edib bu barədə Niyaziyə demişdir. Niyazi də onu 2-3 ay müddət ərzində həmin şəxslərin işlərini düzəldəcəyinə arxayın etmişdir. Bundan başqa, 2019-cu ilin ortalarında tanışı, Bakı Hərbi Polis İdarəsində maliyyəçi işləyən Elnarə xanım yaxın rəfiqəsi və iş yoldaşı olan Əlibəyli Nigarın leytenant rütbəsi almaq istədiyini və bunun üçün onun Müdafiə Nazirliyinin Təkmilləşdirmə zabit kursuna göndərilməsində köməklik göstərməyimi xahiş etmişdir. O da buna görə Vüsalla danışmış, Vüsal danışıb deyəcəyini bildirmişdir. Təxminən yarım saat sonra Vüsal ona zəng edib N manat müqabilində bu işi həll edə biləcəyini demişdir. O da gedib Elnarə ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağ saray”ın yanında görüşmüş və X15 sürücüsü Əlixanın qohumu olan bir nəfərin N manat pul müqabilində rəfiqəsinə leytenant rütbəsi almaq üçün onu MN-nin Təkmiləşdirmə kursuna göndərə biləcəyini demişdir. Ertəsi gün Elnarə ona zəng edərək N manat pulu hazırladığını bildirmiş, o, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağ saray”ın yanında Elnarə ilə görüşüb sonuncudan N manat pulu, habelə rütbə almaq istəyən xanımın diplomunun və şəxsiyyət vəsiqəsinin surətini götürmüş və Vüsala zəng edib leytenant almaq istəyən xanımın pulu düzəltdiyini bildirmişdir. Bundan sonra o, 2020-ci ilin aprel-may aylarında Vüsalla Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağ saray”ın yanında görüşmüş və sənədlərin surəti ilə birlikdə N manat pulu Vüsala vermişdir. Vüsal orada 2-3 ay müddətinə işin düzələcəyinə söz vermişdir. Vüsalla sağollaşdıqdan sonra o, Niyaziyə zəng edib N manat pulu Vüsala verdiyini demişdir. Bundan başqa, həmkəndlisi və qohumu Şahid2 ona, hazırda Qusarda zabit kimi hərbi xidmət etdiyini, xidmət yerini Bakı şəhərinə dəyişmək istədiyini demiş, 2020-ci ilin aprel ayının ortalarında Vüsala eyni qaydada zəng edib bir nəfər zabit həmkəndlisinin hərbi xidmət etdiyi Qusardan Bakı şəhərində yerləşən istənilən hərbi hissəyə yerini dəyişmək istədiyini bildirmiş, Vüsal öyrənib deyəcəyini söyləmiş, təxminən yarım saat sonra Vüsal ona zəng edib 5000 manat pul müqabilində həmin işi həll edə biəcəyini bildirmişdir. O, Turqaya zəng edib həmin şəxsin ona kömək edə biləcəyini və həmin işi görmək müqabilində 5000 manat pul istədiyini bildirmiş, Turqay razılaşmış və pulu düzəldib verəcəyini demişdir. Bir neçə gün sonra o, Turqayla Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağ saray”ın yanında görüşmüş və Turqay 5000 manat pulu sayıb ona vermişdir. O, həmin gün təxminən günorta vaxtı Vüsalla “Ağ saray”ın yanında görüşmüş və Vüsala 5000 manat pul vermişdir. Vüsal bu işi təxminən 2-3 ay ərzində görüb qurtaracağına söz vermişdir. O, Vüsalla sağollaşdıqdan sonra Niyaziyə yenə eyni qaydada zəng edib 5000 manat pulu verdiyini və Vüsalın Turqay adlı kəndçisini zabit kimi hərbi xidmətdə olduğu Qusar rayonundan Bakı şəhərində yerləşən hansısa hərbi hissəyə yerdəyişmə etdirəcəyini demişdir. Niyazi də onu arxayın etmişdir. Turqayın işini Vüsal və Niyazi həll etmədiyinə görə o, 2020-ci ilin sentyabr ayında pulu Vüsal və Niyazidən geri qaytarılmasını tələb etsə də, onlar pulu qaytarmamış və o, məcbur olub öz vəsaiti hesabına Turqaya 5000 manat məbləğində pulu qaytarmışdır. Bundan başqa, 2020-ci ilin iyun ayında tanışı Əfqan Əsgərovun dostu Şahid5 onun bir nəfər tanışını polisə işə düzəltmək istədiyini bildirmişdir. O da bu barədə Vüsala danışmışdır. Bundan sonra Vüsal ona bu məsələyə görə 15000 manat pul lazım olduğunu demiş, Fuad, o məbləğdə pulu olmadığını cəmi 7000 manat pul verə biləcəyini demişdir. O, Vüsala bu barədə bildirdikdə Vüsal həmin məbləğə razılaşmışdır. Bundan bir neçə gün sonra Fuadla “Şuşa” restoranının yanında görüşmüş və Fuaddan 7000 manat pulu almış və bu işin 2-3 ay müddətinə düzələcəyini demişdir. Həmin pulu o, “Şuşa” şadlıq evinin yanında Vüsala vermiş və sonra Niyazi ilə əlaqə saxlayaraq bu barədə bildirmişdir. Bundan sonra təxminən 3 ay keçmiş, o, Vüsalla əlaqə saxlamış, Vüsal ona Niyazinin həmin şəxsi birbaşa zabit kimi işə düzəltməyin mümkün olmadığını, onu ilkin olaraq Naxçıvanın Şərur rayon polis şöbəsinə sıravi polis nəfəri kimi, bir müddət sonra zabit kimi və sonra Bakı şəhərində polis bölmələrinin birinə iş yerini dəyişdirə biləcəyini bildirmiş, o da bu barədə Fuada bildirdikdə Fuad bu təklifi qəbul etməmiş və pulun geri qaytarılmasını istəmişdir. O da Vüsala bu barədə bildirmiş, lakin Vüsal və Niyazi pulu qaytarmamış, o da məcbur olub 7000 manat pulu 2020-ci ilin sentyabr ayında Fuada qaytarmışdır. Bundan başqa, 2020-ci ilin fevral ayında Əfqan Əsgərov tanışı Ozal adlı şəxsin Hərbi polisdə işə düzəlmək istədiyini demiş, o, bunun üçün Ozalla görüşmüşdür. O, eyni qaydada Vüsala zəng etmiş və bir nəfər tanışının Bakı Hərbi Polis İdarəsində müddətdən artıq hərbi qulluqçu kimi işə düzəlmək istədiyini bildirmişdir. Vüsal da danışıb bir az sonra ona deyəcəyini bildirmiş, təxminən 30-40 dəqiqə sonra Vüsal ona zəng edərək 8500 manat müqabilində Ozalı işə düzəldəcəyini demişdir. Bundan sonra o, Ozala zəng edib həmin şəxsin onu işə düzəltmək müqabilində 8500 manat pul istədiyini bildirmişdir. Ozal razılaşmış və bir neçə gün sonra, yəni fevral ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tort bişirilən mağazanın qarşısında o, Ozalla və onun anası ilə görüşmüş və Ozaldann 8500 manat pul, habelə hərbi biletin və şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Sənədləri və pulu götürdükdən sonra o, Vüsala zəng edib hərbi polisə düzəlmək istəyən şəxsin pulunun onda olduğunu demiş, bir az sonra, yəni 2020-ci ilin fevral ayında təxminən günorta vaxtı Vüsalla “Şuşa” restoranınının həyətində görüşüb, Ozalın sənədləri ilə birlikdə 8500 manat pulu Vüsala vermişdir. Vüsal bu işi 2-3 ay ərzində düzəldəcəyinə söz vermişdir. Bundan sonra o, yenidən Niyaziyə zəng edib Vüsalın bir nəfər şəxsi hərbi polisdə işə düzəltməsini və bunun üçün ona 8500 manat pul verdiyini demişdir. 2020-ci ilin avqust ayının əvvəllərində o, tanışı Zərərçəkmiş şəxs7 ilə görüşüb söhbət edərkən sonuncu Bakı Hərbi Polis İdarəsində müddətdən artıq hərbi qulluqçu işlədiyini, xidmətdən təxris olunacağını və bu işdə ona köməklik etməyini xahiş etmiş, o, bu barədə Vüsalla danışmış, bir nəfər Bakı Hərbi Polis İdarəsində işləyən tanışını işdən çıxartmaq istədikllərini, ona kömək etmək lazım olduğunu bildirmişdir. Bir müddət sonra Vüsal ona zəng edib danışdığını, bu iş üçün 4500 manat pul verilməli olduğunu demiş, o da Elvinə zəng edib bunu bildirmiş, Elvin razılaşmış və 4000 manat pul düzəltdiyini demişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağ saray”ın yanında o, Elvin və Vüsal görüşmüş və Elvin 4000 manat pulu əlbəəl Vüsala vermiş, qalan 500 manat pulu bir neçə günə düzəldib verəcəyini demişdir. Vüsal bu məsələ həll olunacağna arxayın etmişdir. Vüsalla sağollaşdıqdan sonra o, Niyaziyə yenə zəng edib bu barədə məlumat vermiş, Niyazi də narahat olmamağı bildirmişdir. 2020-ci ilin avqust ayının ortalarında Elvin onunla əlaqə saxlamış və 500 manat pulun hazır olduğunu demiş və o da bu barədə Vüsala demiş və onlar üçü “Şuşa” restoranının həyətində görüşmüşlər. Elvin 500 manat pulu əlbəəl onun yanında Vüsala vermiş, lakin bir müddət sonra Elvini Bakı Hərbi Polis İdarəsindən təxris etmişlər və Vüsalın və Niyazinin bu məsələdə onları aldatdığını başa düşmüşlər. Sonra Elvin pulunu ondan, o da Vüsal və Niyazidən geri tələb etsə də Vüsal və Niyazi pulu qaytarmamışlar. 2020-ci ilin may ayının sonlarında Niyazi “whatsapp” proqramı vasitəsi ilə ona zəng edərək onunla görüşmək istədiyini demiş, onlar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkında olan çayxanada görüşmüşlər. Söhbət zamanı Niyazi ona Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun onun arvadının yaxın qohumu olduğunu, ona hər bir işdə köməklik göstərdiyini, yaxşı insan olduğunu bildirib haqqında xoş fikirlər səsləndirmiş, sonra müəllimlə danışdığını, onu Suraxanı rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə düzəldəcəyini, həmin vəzifəyə keçmək üçün çoxlu pul lazım olduğunu, ancaq qohum olduğuna görə ona aşağı qiymət deyəcəyini bildirmişdir. O, Niyazidən bu vəzifə üçün nə qədər verməli olacağını soruşmuş, Niyazi də 120000 ABŞ dolları məbləğində pul verəcəyini bildirmişdir. O, Niyaziyə hazırda o qədər pulunun olmadığını demiş, Niyazi bu məbləği tez düzəltməyi bildirmişdir. O da düzəldib xəbər edəcəyini demişdir. Bundan sonra onlar çay içərkən Niyazidən Təqsirləndirilən şəxs2 pul verdiyi digər işləri soruşmuş, Niyazi narahat olmamağı, 60000-70000 manatın onlar üçün pul olmamasını bildirmişdir. Niyazi ona bu iş barədə heç kimə bir söz deməyəcəyinə söz verməsini istəmiş, bu işi o biri işlərə qatmamağı, çünki bu işin yanvar ayına kimi uzanacağını bildirmişdir. O da razılaşmış və bu barədə heç kimə söz deməyəcəyinə söz vermişdir. Bundan sonra o, 15000 ABŞ dolları Zərərçəkmiş şəxs6 borc almış, 15000 ABŞ dolları da əvvəl əsgəri olmuş Əfqan Əsgərovdan borc almış və 90000 ABŞ dollarını isə öz şəxsi vəsaiti hesabına düzəldib 120000 ABŞ dolları toplamış və 2020-ci ilin iyul ayının əvvəlində Niyaziyə “whatsapp” proqramı vasitəsi ilə zəng edib pulu tam düzəltməsini demişdir. Niyazi ona pulu götürüb “Neftçilər” parkına gəlməsini demiş, o da Zərərçəkmiş şəxs6 zəng edib onu “Neftçilər” parkına aparmasını xahiş etmişdir. Cavid onun nə üçün getdiyini bilmişdir. Cavid öz maşını ilə gəlib onu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkına aparıb orada düşürtmüş, o, maşından düşüb içərisində 120000 ABŞ dolları məbləğində pul olan göy sellofan torbanı qolunun arasına keçirib çayxanada Niyazi oturan stula yaxınlaşmış, Niyazi ilə görüşüb pulu gətirdiyimi demiş, sonra sellofan torbanın ağzını açıb pulu Niyaziyə göstərmişdir. Onlar çay içən vaxtı Niyazi kiməsə zəng edib kənara çəkilmiş və təxminən 50 dəqiqə telefonla danışmışdır. Niyazi telefonla danışıb qurtardıqdan sonra masaya yaxınlaşıb “müəllimdən xahiş etmişəm, 5000-10000 manat hörmət edərsən, sənə hərbidən ev təşkil edəcək” demişdir. Söhbət zamanı Niyazidən pulu saymağa ehtiyac olub-olmadığını soruşmuş, Niyazi də “mən sənə inanıram Ədiş”, narahat olmamağı, işləyən müddət ərzində verdiyi puldan da artıq pulu çıxardacağını demişdir. Bundan sonra onlar sağollaşıb ayrılmış və 2021-ci ilin yanvar ayına kimi Niyazini gözləmiş, arada zəng edib işin gedişi haqqında soruşmuş, Niyazi də narahat olmamağı, işin düzələcəyini demişdir. Beləliklə, yanvar ayına kimi Niyazinin onu aldatdığını başa düşmüşdür. Bundan başqa, 2020-ci ilin avqust ayında tanışı Zərərçəkmiş şəxs6 onunla “Şuşa” restoranının arxasında görüşərkən bir tanışının olduğunu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində mətbuat xidmətində işə düzəlmək istədiyini demiş, o, Cavidin yanında Təqsirləndirilən şəxs2 telefon nömrəsinə zəng edib bu işdə Cavidə kömək edə bilməsini soruşmuş, Vüsal da öyrənib deyəcəyini bildirmişdir. Təxminən bir saat sonra Vüsal ona zəng edib, 14000 manat pul versə düzəldəcəyini demişdir. O, bu barədə Zərərçəkmiş şəxs6 demiş, Cavid səhəri gün “Şuşa” restoranının arxasında olan çayxanaya gəlmiş və özü ilə ora 14000 manat pulu da gətirmişdir. Həmin vaxtı o, Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsinə zəng etmiş və tanışının 14000 manat pulu gətirdiyini demişdir. Vüsal bir neçə dəqiqə sonra həmin yerə gəlmiş, orada Cavidin yanında 14000 manat pulu və işə düzəlmək istəyən şəxsin tərcümeyi-halını onlardan götürmüş, sonra narahat olmamağı, işin təxminən 1 həftəyə düzələcəyini demişdir. Bundan sonra o, Niyaziyə zəng edib məlumat vermiş, Niyazi də narahat olmamağı bildirmişdir. Pul verəndən 7-8 gün keçdikdən sonra Vüsal söz verdiyi işi düzəldə bilməmiş, buna görə problem yaranmış və o, Niyaziyə zəng edib Vüsalın söz verdiyi işi düzəltmədiyini, onlarla görüşmək istədiyini bildirmişdir. Buna görə də 2020-ci ilin sentyabr ayında o, Cavid, Vüsal, Niyazi və əmisi oğlu Rahib Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkında görüşmüşlər. Həmin vaxtı o, Vüsalın Cavidin dediyi işin düzəlməsinə 1 həftəyə söz verdiyini, artıq 10 gün keçməsinə baxmayaraq işin düzəlmədiyini, buna görə də işə düzəlmək istəyən adamın artıq işi istəmədiyini, pulunun geri qaytarılmasını istədiyini demişdir. Vüsal pandemiya ilə əlaqədar ləngidiyini demişdir. Hətta orada olan söhbət zamanı Niyazi Vüsala cavab verməsini demiş, bu vaxtı Vüsalın telefonuna zəng gəlmiş, Vüsal evlərinə təcili yardım gəldiyini, anasının vəziyyətinin pisləşdiyini demiş, buna görə də bəhanə edib oradan çıxıb getmişdir. Bundan sonra Niyazi ona zəng etsə də Vüsal geri qayıtmamışdır. Həmin vaxtı da işə düzəlmək istəyən adam dalbadal Cavidə zəng edib pulunu geri tələb etmişdir. Niyazi də Cavidə ertəsi gün saat 5-də 14000 manat pulu gəlib özündən götürməsini bildirmişdir. Ertəsi gün Niyaziyə nə qədər zəng etsələr də Niyazi telefona cavab verməmişdir. 2020-ci ilin avqust ayının təxminən 31-də o, Niyazi ilə danışmış və Niyazi onu “Neftçilər” parkına çağırmışdır. Görüş zamanı o, Niyaziyə camaatın pulunu istədiyini, Vüsala verdiyi pullarla bağlı heç bir işi düzəltmədiyini demiş, Niyazi də bu işi Vüsalın üzərinə atmış, bu işdə özünün günahının olmadığını bildirmiş, sonra da “müəllimlə danışmışam, sentyabr ayının 14-də gəl 50000 manat pulu götür, müəllim dedi ki, pulu verəndə Ədalətə qol çəkdir ver” demişdir. Niyazi eyni zamanda “get camaatın bir-bir yanına və söz ver ki, pulunuzu verəcəm” deyə bildirmişdir. O da əvvəl Ozalgilin həyətinə gedib pulun 15 gün ərzində veriləcəyini, qalan adamlara da zəng edib pulun 15 gün ərzində veriləcəyini bildirmişdir. Sentyabr ayının 14-də o, Niyaziyə zəng etmiş, sonuncu saat 3-dən sonra gəlməsini demişdir. Həmin gün, yəni sentyabr ayının 14-də Niyazi ilə “Neftçilər” parkında görüşmüş, orada təxminən 2 saat söhbət etmiş, 2 saatdan sonra Niyazi kiminləsə telefonla danışdıqdan sonra “bu pul xaricdən gələcək, bunun üçün plastik bank kartları lazımdır, həftənin 2-ci günü pul kartlara oturacaq” deyə bildirmişdir. Bir az keçdikdən sonra Niyazi “müəllim”in zəng edib sistemdə problem olduğunu, pulun sentyabr ayının 17-də köçəcəyini dediyini bildirmişdir. O, sentyabr ayının 17-də yenidən Niyazi ilə telefon əlaqəsi saxlamış və Niyazi “müəllim”ə zəng çatmadığını, sentyabr ayının 18-də Niyazi “müəllim”lə danışdığını, bir az gözləməyi, problemlər olduğunu dediyini bildirmişdir. Bundan sonra bu vaxta kimi heç kimin pulu qaytarılmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, 2020-ci ilin təxminən mart ayında Mehdiabad qəsəbəsində qardaşı Firudinlə görüşüb söhbət edərkən qardaşları Səyyubun oğlu zabit Rəhimov Əkbərin “N” saylı hərbi hissədən Bakı şəhərinə xidməti iş yerinin dəyişməsi ilə bağlı söhbət etmişlər və Firudin ona bu barədə bir-iki nəfərlə söhbət edib cavab verəcəyini demişdir. O, Əkbərin anket məlumatlarını Firudinə vermiş, bir neçə gündən sonra Firudin ona məsələni danışdığını, N manata Əkbərin xidməti iş yerinin dəyişməsinin mümkün olacağını bildirmişdir. O, bu barədə Səyyub ilə danışmış və Səyyub bu məsələyə razılıq versə də pulunun olmadığını bildirmiş və N manat pulu Səyyubun əvəzinə Firudinə verməsini ondan xahiş etmiş, sonra pulu ona qaytaracağını demişdir. O da razılıq vermiş, bundan sonra həmin vaxtı Firudinlə Mehdiabad qəsəbəsində görüşmüş və Firudinə Əkbərin iş yerinin dəyişməsi ilə bağlı N manat pulun hazır olduğunu bildirmiş və N manat pulu Firudinə vermişdir. Firudin ona 2 ay müddətinə işi həll edəcəyini deməsinə baxmayaraq, həmin vaxtda iş düzəlməmişdir. O, işin düzəlmədiyini görüb qardaşı Firudinlə əlaqə saxlamış və ondan pulu geri qaytarılmasını tələb etmişdir. Firudin ona pulu Ədalət adlı şəxsə verdiyini və Ədalətin də pulları adlarını xatırlamadığı şəxsə işi düzəltmək üçün verdiyini, lakin pulu Ədalət də geri ala bilmədiyi üçün polisə şikayət etdiyini demişdir. Ona dəyən zərər ödənilməmişdir və təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyır, Ədalətlə bir hərbi hissədə qulluq etmişlər. Ədalət söhbətlərin birində ona Vüsal və Niyazi adlı tanışlarının olması barədə demişdir. Həmin ərəfədə onun Məhərrəm adlı dostu həyat yoldaşını Milli Məclisin Mətbuat şöbəsinə işə düzəltmək istədiyini bildirmiş, o da 2020-ci ilin aprel-may aylarında görüşlərin birində bu barədə Ədalətə dostunun həyat yoldaşını işə düzəlməsi barədə dedikdə Ədalət bir daha Vüsal və Niyazi adlı şəxsin geniş əlaqələrinin olmasını deyib bu işi Vüsalın vasitəsilə görə biləcəyini, lakin bu barədə Vüsalla danışıb məsələni dəqiqləşdirməli olduğunu demişdir. Bir neçə gündən sonra Ədalət ona Vüsalla danışdığını, dostunun həyat yoldaşını Milli Məclisin Mətbuat şöbəsinə işə düzəldə biləcəyini, bunun üçün 14000 manat pul lazım olacağını bildirmişdir. O, bu barədə dostu Məhərrəmə dedikdə Məhərrəm heç bir problem olmadığını deyərək həmin 14000 manat pulu ona vermişdir. O da 2020-ci ilin may ayında dəqiq tarixi xatırlamadığı günü Nərimanov rayonu ərazisində Təbriz küçəsində yerləşən “Qəbələ-Görüş” restoranında 14000 manat pulu ikilikdə Ədalətə vermişdir. Bir neçə gündən sonra Ədalət onunla əlaqə saxlayıb pulu Vüsala verdiyini və Vüsalın qısa müddətə dostunun həyat yoldaşının işini həll edəcəyini demişdir. Daha sonra Vüsal ona zəng edib dostunun həyat yoldaşını Milli Məclisə işə düzəltmək məsələsinin uzanmasını, lakin Xarici İşlər Nazirliyinə işə düzəldə bilməsini demiş, onlar da razılıq vermişlər. Bundan bir müddət sonra, 2020-ci ilin iyul ayında Ədalət Niyazi adlı şəxsə pul verməli olduğuna görə ondan borca 15000 ABŞ dolları pul istəmişdir. O, etiraz etməyərək 15000 ABŞ dolları pulu Ədalətə vermişdir. Sonra Ədalət ondan aldığı 15000 ABŞ dolları pulu da öz pulunun üstünə qoyub aparıb Niyazi adlı şəxsə verməli olduğunu bildirmiş və ondan idarə etdiyi avtomobili ilə Ədaləti Niyazi ilə görüşə aparmasını xahiş etmişdir. O, etiraz etməyərək Ədaləti avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkına aparmışdır. Yolda Ədalət ona Niyazinin onu Suraxanı rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə işə düzəldəcəyinə vəd verməsini və bundan ötrü 120000 ABŞ dollar pulu Niyaziyə çatdırmaq istədiyini bildirmişdir. Ədalət əlində tünd rəngli sellofan bükülü pulu da özü ilə götürmüşdür. Ədalət avtomobildə yolda gedərkən sellofan torbada rezinə bağlanmış pulları çıxararaq saymağa başlamış və yenidən torbaya qoyub 120000 ABŞ dolları olduğunu bildirmişdir. Sonra həmin parka gəlmişlər, parkın yaxınlığında avtomobili saxlamış və avtomobildən hər ikisi yerə düşmüşlər. Ədalət sellofan torbanı götürüb bir qədər kənarda masa arxasında oturmuş Niyazinin yanına getmiş, onlar görüşmüşlər və Ədalət masa arxasına əyləşmişdir. Sonra Ədalət sellofan torbanı uzadaraq Niyaziyə vermişdir. Bundan sonra Ədalət ona tərəf çevrilərək əli ilə işarə etmiş, o da çıxıb getmişdir. Bir müddət sonra ona Vüsalın onun dostunun həyat yoldaşının işini həll etmədiyi və Niyazinin özünün də Ədaləti aldadıb pullarını ələ keçirməsi məlum olmuşdur. 2020-ci ilin təxminən sentyabr-oktyabr aylarında o, Ədalətə bu işin uzanması barədə iradını bildirmiş, sonra Ədalətlə birlikdə “Neftçilər” parkına getmişlər və orada Vüsal ilə görüşmüşlər. O, Vüsala işin düzəltməyə ehtiyac olmadığını demiş və pulu qaytarmasını tələb etmişdir. Vüsal onun pulunu tam şəkildə Niyaziyə verdiyini demiş, Vüsal zəng edərək Niyazini parka çağırmış və bir az keçmiş Niyazi də onların yanlarına gəlmişdir. O, Niyaziyə verilən vədin icra olunmadığı üçün pulu qaytarmasını bildirmişdir. Orada söhbət zamanı Vüsala verilmiş 14000 manat pulun Niyazidə olması məlum olmuşdur. Sonra Niyazi növbəti gün saat 5-də gələrək pulu özünün qaytaracağını demişdir. O, bu barədə Ədalətə bildirmişdir. O, Niyaziyə zəng etməsinə baxmayaraq Niyazi telefona cavab verməmişdir. Sonra Ədalət özü Niyazinin evinə getsə də onunla görüşə bilməmişdir. Bu günə kimi Niyazi pulu ona qaytarmamışdır. O, məcbur olaraq öz şəxsi avtomobilini girov qoyub 14000 manat pul götürmüş və 2020-ci ilin oktyabr ayının təxminən ilk 10 günlüyündə dostu Məhərrəmə qaytarmışdır. Ona dəyən zərər ödənilmədiyinə görə Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, o, 20 ildən artıq olar ki, Təqsirləndirilən şəxs1 tanıyır. Onunla normal münasibətləri olmuşdur. 27 noyabr 2019-cu il tarixdə “Su səsi” şadlıq evində X22 toy məclisində Təqsirləndirilən şəxs1 ilə təsadüfən görüşmüşdür. Niyazidən harada nə vəzifəsində işlədiyi ilə maraqlandıqda Niyazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhər Suraxanı rayon şöbəsinin və Məşğulluq idarəsinin rəisi vəzifələrində işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə söhbət edərkən o, Niyaziyə Rusiya Federasiyasında yaşayan bacısı X20 adına Suraxanı rayonu ərazisində 3 sot torpaq sahəsi almaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs1 ona Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində 0,03 ha torpaq sahəsi alıb rəsmiləşdirəcəyinə söz vermiş və bundan sonra təxminən 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1lə zəngləşib Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində “Şam İşığı” massivi 17B ünvanında yerləşən “Qavurma” restoranında görüşmüşlər. Niyazi ora sonradan adını bildiyi Təqsirləndirilən şəxs2la gəlmişdir. Həmin restoranda o, şəxsən 15000 manat məbləğində nağd pulu Təqsirləndirilən şəxs2 iştirakı ilə Niyaziyə vermiş və Niyazi ona torpaq sahəsini 4-5 ay müddətinə həll edəcəyinə vəd vermişdir. Lakin, Niyazinin ona verdiyi vaxtın bitməsinə baxmayaraq Niyazi verdiyi vədə əməl etməyərək torpaq sahəsi təşkil etmədiyinə görə o, Niyazidən verdiyi pulu geri tələb etməyə başlamışdır. Lakin Niyazi hər dəfə ona müxtəlif bəhanələr gətirərək aldatmağa başladıqda o, məcbur olub üç dəfə Niyazinin evinə getmiş, iki dəfə onu evdə tapa bilməsə də 3-cü dəfə onu evində tapmış və ondan israrla pulunu geri tələb etmişdir. Niyazi pulu qısa müddətə qaytaracağına söz verməsinə baxmayaraq pulunu geri qaytarmadığına görə o, məcbur olub Niyazinin böyük qardaşı Məhəmməd müəllimlə dəfələrlə zəngləşib vəziyyəti ona izah etmişdir. Məhəmməd müəllim də ona qardaşı Niyazi ilə danışıb bu məsələni həll edəcəyinə söz versə də bütün cəhdlərinə baxmayaraq Niyazi pulunu qaytarmamışdır. Sonradan ona Təqsirləndirilən şəxs1 bir çox şəxsdən işə düzəltmək adı ilə müxtəlif məbləğlərdə pullar alması və onları da aldatması məlum olmuşdur. Sonda ona Niyazinin tanıdığı Zərərçəkmiş şəxs1 Suraxanı rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə düzəldəcəyinə vəd verib ondan 120000 ABŞ dolları məbləğində pul almasını və onu da aldatması məlum olmuşdur. Təqsirləndirilən şəxs1 onun etibarından sui-istifadə edərək onu aldatdığına görə məcburiyyət qarşısında qalıb polisə müraciət etmişdir. Lakin daha sonra ona dəyən zərər Niyazinin qardaşı Məhəmməd tərəfindən ödənildiyinə görə o, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2020-ci ilin təxminən mart ayında onun arvadı X34 rayonunda yaşayan Rəhimov Səyyubgilə qonaq getmiş və orada söhbət zamanı oğlu X9 Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 1-ci kursda piyadalar fakültəsində təhsil aldığını və həmin məktəbdə hərbi hava qüvvələri fakültəsinə dəyişmək istədiyini bildirmişdir. Səyyub da Bakı şəhərində yaşayan qardaşı Firudinlə əlaqə saxlamağı bildirmişdir. Bundan sonra arvadı ona bu barədə deyəndən sonra o, Firudinlə əlaqə saxlayaraq ondan oğlunun hərbi məktəbdə fakültəsini dəyişməkdə köməklik etməsini xahiş etmişdir. Firudinlə o, Naxçıvanda olarkən görüşmüş və Firudinə oğlunun məsələsini bildirmiş və Firudin də müəyyən adamlarla danışıb məsləhətləşib cavab verəcəyini demişdir. Bir neçə gündən sonra Firudinlə əlaqə saxladıqda Firudin bu məsələnin 5000 manata başa gələcəyini bildirmişdir. O, razılıq verdikdən sonra pulu Firudinə çatdırmış və Firudin uşağın işinin 2 ay müddətinə kursantların bölgüsü vaxtı fakültəsinin dəyişdiriləcəyini bildirmişdir. Verilən 2 ay vaxtın bitməsinə baxmayaraq uşağının işi düzəlməmişdir. Firudinlə əlaqə saxladıqda Firudin ona uşağının məsələsinin pandemiya ilə bağlı yubandığını bildirmişdir. Söhbət zamanı ona Firudinin qardaşı oğlu X18 da xidməti iş yerinin dəyişməsi ilə əlaqədar Firudinə N manat pul verməsini və Firudinin də işi düzəltməməsi məlum olmuşdur. O, işin düzəlmədiyini görüb Firudinlə əlaqə saxlayaraq ondan pulunu geri qaytarılmasını təkidlə tələb etməyə başlamışdır. Firudin ona pulu Ədalət adlı şəxsə verməsini, Ədalətin də pulları adlarını xatırlamadığı şəxsə işi düzəltmək üçün verdiyini , lakin pulu onun da geri ala bilmədiyi üçün polisə şikayət etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxsləri tanımır və onlarla heç vaxtı heç bir ünsiyyəti olmamışdır. Ona dəyən zərər ödənilmədiyinə görə təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 tanımır, Təqsirləndirilən şəxs2ı isə bu işlə əlaqədar olaraq general Zərərçəkmiş şəxs8 sürücüsü kimi tanımışdır. Onun xalası Lətifə Hüseynova 2020ci ilin təxminən mart ayında ona müraciət edərək nəvəsi X11 hərbi liseyin 1-ci kursunda oxuduğunu və ixtisas seçimi etməli olduğunu, bununla əlaqədar nəvəsinin istədiyi aviasiya mühəndislik ixtisası üzrə onu yönəldə biləcək liseyin hər hansı bir əməkdaşı ilə danışa bilən münasib adam tapmaq lazım olduğunu bildirmişdir. Onun hərbi liseydə heç bir tanışı olmadığından o, adam axtarmağa başlamış və bu barədə bacanağı Ramiqə demişdir. Ramiq də qardaşı Əbülfəzə müraciət etmiş, Əbülfəz dostu Əkbər ilə bu barədə söhbət etdikdə sonuncu yeznəsi Vüsalın generalın sürücüsü işlədiyni, bu sahədə tanışları olduğunu, onların vasitəsi ilə həmin işi həll edə biləcəyini demişdir. X44 mobil telefon nömrəsini verib əlaqə saxlamasını demişdir. Əbülfəz Əkbərin verdiyi telefon nömrəsi ilə əlaqə saxlayıb Vüsal adlı şəxslə tanış olmuş, qohumuna hərbi liseydə ixtisas seçimi etməyə kömək etmək lazım olduğunu bildirmişdir. Bundan sonra Əbülfəz onunla birlikdə Vüsalla görüşmək üçün Bakıxanov qəsəbəsində yerləşən “Stimul” hospitalın yaxınlığına gedib Vüsalla görüşmüşlər. Orada Vüsal bu işdə köməklik edəcəyinə söz vermiş, ertəsi günü Vüsal ona və Əbülfəzə zəng edib 5000 manat pul gətirmələrini demişdir. 2020-ci ilin mart-aprel ayında o, bacanağı Ramiqlə birlikdə Bakıxanov qəsəbəsində yerləşən “Stimul” hospitalın yaxınlığına gedib orada Vüsal adlı şəxslə görüşmüşlər. Vüsal onların yanında kiminləsə telefonla danışıb, general ilə danışdığını, generalın həmin məsələni həll edəcəyini, gözləmək lazım olduğunu bildirmişdir. O, 5000 manat pulu çıxarıb Vüsala Ramiqin yanında vermiş və ayrılmışlar. O, dəfələrlə Vüsalla telefon əlaqəsi saxlayıb ixtisas seçiminin nə vaxt həll olunacağı ilə maraqlanmış, Vüsal da hər dəfə müxtəlif bəhanələrlə onu arxayın etmişdir. 2020-ci ilin avqust ayında Vüsal ixtisas seçiminin sentyabr ayına təxirə salındığını, bir az gözləməli olacaqlarını ona demişdir. Onlar sonradan ixtisas seçiminin artıq olduğunu və Qənbərin də püşk atmaqla artilleriya ixtisası üzrə yönəldildiyini öyrənmişlər. O, Vüsala zəng edib bu barədə dedikdə Vüsal narahat olmamağı, özünün bu məsələni həll edəcəyini, Qənbəri istədiyi ixtisas üzrə keçirə bilməsi üçün liseyin polkovnikinə çatdırmaq üçün əlavə 400 manat verməyi bildirmişdir. 2020-ci ilin sentyabr ayının axırlarında axşam saatlarında o, Vüsalla Bibi-Heybət məscidinin qarşısında görüşmüş və Vüsala 400 manat vermişdir. Vüsal pulu götürüb uşağın birinci gün öz ixtisasında olacağını bildirmişdir. 2020-ci ilin oktyabr ayında Qənbərin daha öz istədiyi ixtisas üzrə oxuya bilməyəcəyinə, Vüsalın onları aldadaraq 5400 manat pullarını ələ keçirməsinə əmin olmuşlar. Ona görə o, Vüsala zəng edib verdiyi pulu qaytarmasını tələb etmişdir. Vüsal 10 gün vaxt verməyi, aldığı pulu qaytaracağını xahiş etmiş, lakin 10 gündən sonra aldığı 5400 manat pulu qaytarmadığını görüb Vüsala zəng etmiş, lakin telefonun bağlı olduğunu müəyyən etmişdir. Bundan sonra Vüsalın ünvanını axtarıb tapmış və yaşadığı Qaraçuxur qəsəbəsinə getmişdir. Vüsal evdə olmamış, lakin atası onunla danışdıqda o, atasına oğlu Vüsalın ondan qohumu üçün ixtisas seçimi etməyə söz verib 5400 manat pul aldığını demişdir. Orda olduğunu bilən Əkbər və Əbülfəz ora gəlmiş, Vüsalın atası Əkbərə açıqlanaraq “Sən bilirsən ki, Vüsal dələduzdur, nə üçün bu adamları onunla tanış etmisən?” demiş, atası Vüsala zəng edib evə çağırmış, lakin Vüsal gəlməmiş və pul dalınca getdiyii, pul tapıb onlara qaytarmaq üçün Əkbərə verəcəyini demişdir. Bundan sonra onlar çıxıb getmişlər. Bundan sonra o, Vüsala zəng etmiş və Əkbərin bu işdən heç bir xəbəri olmadığını demiş, Vüsal isə cavabında Əkbərin pis vəziyyətə düşdüyünə görə belə dediyini bildirmişdir. Pulun qaytarılmadığını görüb o, Əkbərin evinə getmiş və verdiyi pulu qaytarmağı tələb etmişdir. Əkbər Vüsalın ona pul göndərmədiyini, nə vaxt göndərərsə, verəcəyini demiş, bundan sonra Əkbər Qaraçuxur qəsəbəsindəki Polis bölməsinə guya onun Əkbərin evinə gəlib narahat etməsi barədə şikayət etmişdir. O, polis bölməsinə dəvət edildikdə olanları bildirmiş və ondan izahat alındıqdan sonra buraxılmışdır. Ona dəyən ziyan ödənilməmişdir və o, Təqsirləndirilən şəxs2 şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 iki ilə yaxındır ki, tanıyır. Belə ki, o, 2019-cu ilin noyabr ayından etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisində müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət etmiş, rütbəsi isə çavuşdur. O, gizir rütbəsi almaq istəmiş və bu barədə Ədalətə demişdir. Ədalət isə Niyazi və Vüsal adlı şəxslə danışıb ona bir söz deyəcəyini bildirmişdir. Bir müddət sonra, yəni 2020-ci ilin mart ayında Ədalətlə növbəti dəfə görüşəndə Ədalət tanışı Vüsal adlı şəxslə danışdığını və onun gizir rütbəsi almağı və Bakı şəhərində xidmətdə qalmağı üçün Vüsalın 23000 manat pul istədiyini bildirmişdir. Eyni zamanda Ədalət Vüsalın da öz növbəsində bu işi yüksək vəzifəli şəxslərlə əlaqəsi olan Niyazi adlı şəxsin vasitəsilə görəcəyini demişdir. Bundan sonra o, 2020-ci ilin mart ayı ərzində hissə-hissə olmaqla Ədalətə 23000 manat pul vermiş, Ədalət həmin pulları Vüsala verəcəyini demiş, işinin isə 2-3 ay müddətinə həll olunacağını bildirmişdir. Lakin, Ədalət heç bir iş həll etməmiş, bu barədə Ədalətdən soruşanda isə sonuncu Vüsalın pulları Niyazi adlı şəxsə verdiyini, Niyazinin də bir neçə nəfərin də pullarını bu adla alaraq ələ keçirdiyini bildirmişdir. Onu da əlavə edir ki, o, 23000 manat pulun hamısını Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında ikilikdə Ədalətə vermişdir. O, nə Vüsalı, nə də Niyazi adlı şəxsləri tanımır, onlarla heç bir danışığı olmamışdır. O, pulu iki dəfəyə Ədalətə vermişdir, birinci dəfə 1N manat, ikinci dəfə bir həftə sonra 7000 manat pul vermişdir. O, işinin həll olunmadığını başa düşdükdən sonra dəfələrlə pulunu Ədalətdən geri istəmiş, Ədalət isə pulu Vüsal adlı şəxsə, Vüsal da pulu Niyazi adlı şəxsə verdiyini, onlardan pulu geri ala bilmədiyini ona bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Niyazi və Vüsal adlı şəxslər Ədaləti aldadıb onun və digər şəxslərin pullarını ələ keçirmişlər. Bir müddət sonra Ədalət ona Niyazi adlı şəxsin Ədalətin özünü Suraxanı icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin etdirəcəyi adı ilə Ədalətdən 120000 ABŞ dolları aldığını və aldatdığını demişdir. Bu günə kimi ona dəymiş maddi ziyan ödənilməmişdir. Pulunu Ədalətə verdiyinə görə Ədalətdən də tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 uzun illərdir tanıyır. Belə ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisində müddətdən artıq həqiqi hərbi qulluqçu kimi-çavuş rütbəsində xidmət etmişdir. 2020-ci ilin avqust ayında hərbi xidmətdən kənarlaşdırılmağı ilə bağlı ona məlumat verilmiş, o isə maraqlanıb işini itirməmək üçün tanışı Ədalətə bu barədə demişdir. Ədalət isə bir nəfər Vüsal adlı şəxsin vasitəsilə onu xidmətdə saxlatdıra biləcəyini bildirmiş, bunun üçün nə edəcəyimi soruşanda, Ədalət bu barədə Vüsalla danışıb söhbət etdikdən sonra ona bir cavab deyəcəyini söyləmişdir. Həmin ərəfədə o, Ədalətlə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki “Ağ saray” restoranının yaxınlığındakı dönərxanada Vüsal adlı şəxslə görüşmüş, Vüsala öz işi barədə dedikdə, Vüsal onu işində saxlada biləcəyini, lakin bunun üçün müəyyən adamlara çatması üçün 4500 manat pul lazım olacağını bildirmişdir. Elə həmin günü o, Ədalətin yanında Vüsala əlbəəl 4000 manat pul vermiş, qalan 500 manatı isə bir-iki günə çatdıracağını bildirmişdir. Vüsal ona məsələni qısa müddətə həll edəcəyini bildirmişdir. 2020-ci ilin avqust ayının ortalarında o, 500 manat pul topalayıb Ədalətlə əlaqə saxlamış, “Şuşa” restoranının yanında Ədalət və Vüsalla görüşmüş və 500 manat pulu Ədalətin yanında Vüsala vermişdir. Ədalət onu arxayın edib narahat olmamağını bildirmişdir. 2020-ci ilin avqust ayının 21-də o, məzuniyyətə çıxmış və 21 sentyabr 2020-ci il tarixdə məzuniyyətdən geri qayıtmışdır. 02 oktyabr 2020-ci il tarixdə isə onun işdən xaric olunmağı barədə əmr gəlmişdir. Bunu bildikdən sonra Vüsalla əlaqə saxlamış, Vüsal bir həftəyə onu iş yerinə bərpa edəcəyini deyib bir daha onu arxayın etmişdir. Lakin onun işdən çıxarılmağı dəyişdirilməmiş və xidmətdən kənarlaşdırılmışdır. Bu barədə Vüsala deyib verdiyi 4500 manat pulu qaytarmasını tələb edəndə, Vüsal hər dəfə onun işinin Təqsirləndirilən şəxs1 adlı şəxs tərəfindən həll ediləcəyini deyib vaxtı uzatmışdır. Hazırkı günədək Vüsal adlı şəxs ondan aldığı 4500 manat pulunu qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Vüsal bu yolla bir neçə nəfəri də aldadaraq pullarını ələ keçirmişdir. Xeyli vaxt sonra o, bu barədə Ədalətə bildirdikdə Niyazi adlı şəxsin özünü də aldadıb, Suraxanı rayon icra hakimiyyətinin başçısının müavini vəzifəsinə qoyduracağına vəd verib 120000 ABŞ dolları məbləğində pulunu aldığını demişdir. O, Ədalətə Vüsaldan pulunu alıb ona qaytarmasını demiş, Ədalət çalışacağını və onun pulunu alıb qaytaracağını demişdir. Lakin bu günə kimi onun pulu qaytarılmamışdır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, dekan müavini, 2010-cu ildən isə həmin universitetin biznesin idarə edilməsi kafedrasının müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs1 uzun müddət Sərhəd Qoşunlarının maliyyə şöbəsinin rəisi, son zamanlar isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon şöbəsinin rəisi və Xətai rayon Məşğulluq idarəsinin rəisi vəzifələrində işləmişdir. Təxminən 3 il öncə Təqsirləndirilən şəxs1 sonuncu iş yerindən çıxmış və hazırda təqaüddədir. Zərərçəkmiş şəxs1 onun kürəkəni Rahibin əmisi oğlu, eyni zamanda da həmkəndlisidir. 2020-ci ilin dekabr ayında, Ədalət onunla telefon əlaqəsi saxlayaraq görüşmək istədiyini bildirmiş, o, etiraz etməyərək Ədalətlə Xətai rayonunda yerləşən evində görüşmüşdür. Həmin vaxt Ədalət ona qardaşı Niyazi ilə iş görməsini, müxtəlif işə və vəzifəyə düzəlmək istəyən bir neçə şəxsin müxtəlif məbləğlərdə pul vəsaitlərini alıb qardaşı Niyaziyə verməsini, lakin Niyazi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək pulları mənimsəməsini bildirmişdir. Ədalət həmin vaxt ondan Niyazidən pulların alınıb qaytarılmasında köməklik istəmişdir. O, Ədaləti dinlədikdən sonra birgə Niyazinin Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən evinə getmişdir. Orada o, Niyazi və Ədalət həmin problemlə bağlı söhbət aparmışlar. Söhbət əsnasında qardaşı Niyazi Ədalətdən əlbəəl heç bir məbləğdə pul vəsaiti almamasını, həmin pulları Ədalətdən alıbdırsa da Vüsal adlı şəxsin almasını bildirmişdir. Görüş zamanı Ədalət və Niyazinin sözləri arasında ziddiyət olduğundan aralarında sözlə mübahisə də baş vermişdir. O, Niyazi və Ədalət arasında olan məsələ ilə bağlı dəqiq və yekun nəticəyə gələ bilmədiyi üçün həmin məsələyə müdaxilə etmək fikrindən yayınmış və bu barədə həm Ədalətə, həm də qardaşı Niyaziyə bildirmişdir. Həmin hadisədən bir müddət sonra, 30 dekabr 2020-ci il tarixdə Ədalət onunla telefon əlaqəsi saxlamış və telefonda onunla əsəbi halda danışaraq pis vəziyyətdə olduğunu, ona pul verən şəxslərdən bir nəfər qadının onu hədələyərək əgər gün ərzində pulu qaytarılmazsa özünü öldürəcəyini bildirdiyini demişdir. O, Ədalətə Niyazinin evinə getməsini və onun da ora gələcəyini demiş, həmin gün saat təxminən 19- 20 radələrində onlar Niyazinin evində görüşmüşlər. Görüş zamanı o, Ədalətin mobil telefonuna dayanmadan bir nəfər tanımadığı qadının zəng etdiyinin və Ədalətin həmin zənglərdən sonra bərk stres keçirdiyinin şahidi olmuşdur. O, Niyazi və Ədalətin öz aralarında mübahisəli danışıqlarından heç nə anlaya bilməmişdir. Sadəcə Ədalətin düşdüyü vəziyyəti, onun xahişini nəzərə alaraq və baş verəcək hər hansı neqativ hadisənin qarşısını almaq məqsədi ilə həmin görüşün səhərisi günü Ədalətə N manatı onu narahat edən qadınla olan problemini həll etməsi üçün borc pul vermişdir. Zərərçəkmiş şəxs8 dəymiş 15000 manat zərəri ortalığı sakitləşdirmək üçün o, ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayında o, qohumu Zərərçəkmiş şəxs1la Mehdiabad qəsəbəsində görüşüb söhbət edərkən, Ədalətə onun qardaşı oğlu X18 Kürdəmirdə “N” saylı hərbi hissədə zabit kimi xidmət etməsini, qardaşı oğlunun Bakı şəhərində hərbi hissələrin birinə xidməti iş yerini dəyişmək istədiyini demiş, Zərərçəkmiş şəxs1 ona yaxın tanışının olmasını və tanışının vasitəsi ilə Əkbər Rəhimovu Bakı şəhərinə gətirdə biləcəyini bildirmişdir. Ədalət ona qardaşı oğlunun barəsində adını çəkmədiyi həmin şəxslə danışıb sonra ona məlumat verəcəyini demişdir. Təxminən bir həftə sonra Ədalət onun mobil telefonuna zəng edərək həmin şəxslə danışmasını və o şəxsin işi düzəltməyə ona vəd verməsini demişdir. Belə ki, Ədalət ona zabitin iş yerinin dəyişməsinə görə N manat pul istəmələrini bildirmiş, o da Ədalətə bu barədə danışıb məlumat verəcəyini demişdir. Bundan bir neçə gün sonra o, 2020-ci ilin mart ayının ortalarında Naxçıvanda olarkən Səyyub ilə görüşmüşdür. Səyyub oğlunun işi ilə bağlı pulu ona Nurəddinin verəcəyini demiş, bir müddət sonra Nurəddin ilə Mehdiabad qəsəbəsində görüşmüş və Nurəddin ona zabitin işinin həlli üçün N manat pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 ilə Naxçıvanda görüşərkən İlyas oğlunu Ali Hərbi Məktəbdə piyadalar fakültəsindən hərbi hava qüvvələri fakültəsinə dəyişdirmək istədiyini bildirmiş, o, İlyasa müəyyən adamlarla görüşüb söhbət edib sonra məlumat verəcəyini demişdir. O, Ədalətlə əlaqə saxlamış və Ədalət məsələnin həll edilməsinin mümkün olacağını və bunun 5000 manata başa gələcəyini demişdir. Sonra o, İlyasla görüşmüş və 5000 manat pulu ondan almışdır. Sonra o, Naxçıvandan Bakı şəhərinə gəlmiş, Ədalət ilə Mehdiabad qəsəbəsində çayxanada görüşmüşlər və 5000 manat pulu Ədalətə vermişdir. Ədalət təxminən 2 ay müddətinə kursantın bölgü vaxtı fakültəsinin dəyişdiriləcəyini, zabitin də həmin müddətə iş yerinin dəyişilməli olacağını demişdir. 2 ay verilən vaxt bitmiş, lakin uşaqların işi düzəlməmişdir. Ədalət söz vermiş şəxsin işin pandemiya ilə bağlı yubandığını bildirdiyini demişdir. Bir müddətdən sonra Ədalət ona onun verdiyi 11000 manat pulu Vüsal və Niyazi adlı şəxslərə verdiyini, həmin şəxslərin isə onu aldatdığını bildirmişdir. O, Ədalətə bu məsələlərin onu maraqlandırmağını, Ədaləti tanımasını və pulunu da ondan geri tələb etdiyini bildirmişdir. O, öz növbəsində İlyasa və Nurəddinə bu haqda bildirmişdir. Onlar pullarının geri qaytarılmasını ondan təkidlə tələb eyməyə başlamışlar. O, bu barədə Ədalətə bildirsə də pulu geri ala bilməmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri tanımır və onlarla heç bir ünsiyyəti olmamışdır. O, cəmi 11000 manat pulu Ədalətə 2020-ci ilin aprel ayında bir dəfəyə vermişdir. Bir müddətdən sonra Ədalət onu aldatmış Vüsal və Niyazi adlı şəxslər barəsində polisə ərizə ilə müraciət etdiyini bildirmişdir. Həmin ərəfədə Ədalət ona Təqsirləndirilən şəxs1 adlı şəxsin ondan 120000 ABŞ dolları pul aldığını və onu Suraxanı rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin etdirəcəyinə vəd verməsini və onun da aldadıldığını bildirmişdir. Ona dəyən zərər ödənilməmiş və zərərin ödənilməsini, pulu şəxsən Zərərçəkmiş şəxs1 verdiyinə görə sonuncudan tələb edir. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Şahid2 ifadəsində göstərmişdir ki, o, özü əvvəllər Qusar rayonunda Müdafiə Nazirlitinin “N” saylı hərbi hissəsində rabitəçi zabit kimi xidmət göstərmişduir. Zərərçəkmiş şəxs1 onun qohumudur. 2020-ci ilin may ayınm əvvəllərində o, Binəqədi rayonu Biləcəri qəsəbəsində “Ağ saray”ın yaxınlığında Ədalət ilə görüşüb söhbət edərkən ailə vəziyyəti ilə bağlı xidməti işi yerinin Qusar rayonundan Bakı şəhərinə “N” saylı hərbi hissələrin birinə dəyişmək istədiyimi bildirmişdir. Ədalət ona bir nəfər Vüsal adlı tanışının vasitəsi ilə onun iş yerini dəyişdirə biləcəyini və bununla bağlı həmin şəxslə söhbət edib nəticəsini bildirəcəyini demişdir. Bu söhbətdən bir neçə gün sonra Ədalət ona telefonla zəng etmiş, onun məsələsini danışdığını və 5000 manata bu işin həlli üçün pul lazım olacağını demişdir. O, onunla razılaşmış və pulu hazır edən kimi ona bildirəcəyini söyləmişdir. Təxminən 2020-ci ilin may ayının ortalarında o, Biləcəri qəsəbəsində “Ağ saray” şadlıq evinin yaxınlığında Ədalət ilə görüşmüş və 5000 manat məbləğində pulu, anket məlumatlarını kağıza yazıb Ədalətə vermişdir. Ədalət ona 2 ay müddətinə yerdəyişmənin həll ediləcəyini bildirmişdir. Ədalətin ona verdiyi müddət tamamlanmış, lakin onun işi düzəlməmişdir. O, Ədalətlə görüşmüş və ondan işinin niyə həll olumadığı səbəbi ilə maraqlanmış, Ədalət ona işini düzəldən şəxsin pandemiya xəstəliyi ilə əlaqədar hələlik bu işi görə bilmədiyini, narahat olmamağı bildirmişdir. Bir müddət də keçdikdən sonra o, pulunu Ədalətdən geri tələb etməyə başlamış, Ədalət onun işini Vüsal və Niyazi adlı şəxslərin həll etməli olduğunu demişdir. Lakin, həmin şəxslər onun 5000 manat pulunu və digər şəxslərdən də müxtəlif məbləğlərdə pul aldığını və onları da aldatdığını, hətda Ədalət Niyazi adlı şəxsin onun özündən də 120000 ABŞ dolları pul aldığını, onu Suraxanı rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. Ədalət onun və digərlərin pulunun qaytarılması ilə bağlı Vüsal və Niyazi adlı şəxslərlə danışıqlar aparmışdır. Lakin, o, Ədalətdən israrla pulunu geri tələb etmiş və Ədalət məcburiyyət qarşısında qalıb 2021-ci ilin sentyabr ayında 5000 manat pulunu öz vəsaiti hesabına Biləcəri qəsəbəsində qaytarmışdır. Onun Ədalətə qarşı heç bir iddiası və şikayəti yoxdur (cild 2, iş vərəqi 228-230). Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2020-ci ilin iyun ayında tanışı X6 heç yerdə işləmədiyini, polisə zabit kimi qəbul olmaq istədiyini ona bildirmiş və bu işdə köməklik göstərməsini ondan xahiş etmişdir. Lakin pulu olmadığını, əvəzində həmin işi onun vəsaiti hesabına görülməsini xahiş etmiş və iş düzələndən sonra pulu ona qaytaracağını demişdir. Onun Məhəmmədəli ilə münasibəti normal olduğu üçün etiraz etməmişdir. O, Məhəmmədəliyə tanışlardan maraqlanacağını, mümkün olsa kömək edəcəyini bildirmişdir. O, tanışı Əfqan Əsgərov ilə görüşüb bu barədə söhbət edərkən Əfqan Əsgərovun yanına əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 da gəlmiş və Zərərçəkmiş şəxs1 onların söhbətindən xəbərdar olmuşdur. Əfqan onun bu işi görəcək heç bir tanışının olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs1 ona maraqlanacağını, mümkün olarsa bu barədə məlumat verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlamış və 15000 manat məbləğində pulun düzəldilməsinin mümkün olacağını demişdir. O, Ədalətə bu işə görə cəmi 7000 manat pul verə biləcəyini və mümkündürsə görüşmələrini bildirmişdir. Ədalət kiminləsə danışıb ona məlumat verəcəyini demişdir. Bir neçə gündən sonra Ədalət ona işi görəcək şəxsin həmin məbləğə razı olduğunu demişdir. Bundan sonra o, “Şuşa” restoranının yanında Ədalətlə görüşmüş və Ədalətə 7000 manat məbləğində pul vermişdir. Ədalət ona 2-3 ay müddətinə həmin işin düzələcəyinə vəd vermiş, həmin işin kim tərəfindən görüləcəyini ona bildirməmişdir. Bundan 3 ay keçmiş o, Ədalətlə əlaqə saxlamış, Ədalət ona işi görəcək şəxsin onu Naxçıvan Muxtar Respublikası Şərur rayon polis şöbəsinə sıravi polis nəfəri kimi düzəldə biləcəyini, bir müddət sonra onu zabit kimi həmin şöbəyə düzəldib, bundan bir müddət sonra isə Bakı şəhərdəki polis bölmələrinin birinə dəyişdirdirəcəyini demişdir. O, buna qəti etiraz etmiş və Ədalətdən pulun geri qaytarılmasını tələb etmişdir. Təxminən sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 7000 manat pulu işi görəcək şəxsdən ala bilmədiyini söyləmiş və bir neçə gün sonra öz vəsaiti hesabına həmin pulu ona qaytarmışdır. Onun Zərərçəkmiş şəxs1 qarşı heç bir iddiası və şikayəti yoxdur. Onun Ədalətə verdiyi pul tam şəkildə qaytarılmışdır. Ona görə də ona heç bir maddi ziyan dəyməmişdir. Zərərçəkmiş şəxs1 həmin işi kimlərlə görəcəyini ona bildirmədiiyinə görə həmin şəxsi tanımır. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, 2020-ci ilin iyun ayında tanışı Şahid5 rəsmi olaraq heç yerdə işləmədiyini və polis orqanlarına zabit kimi işə qəbul olunmaq istədiyini bildirmişdir. Lakin, pulu olmadığını bildirərək bu məsələdə ona köməklik göstərməsini xahiş etmiş və iş üçün verəcəyi pulu iş düzələndən sonra qaytaracağını bildirmişdir. Şahid5 onun xahişini qəbul etmiş, tanışları ilə bu barədə maraqlanacağını və nəticəsini ona bildirəcəyini söyləmişdir. Şahid5 bir neçə gündən sonra ona həmin işə görə 7000 manat pul verilməsinin lazım olduğunu demiş, o da bununla razılaşmışdır. Təqribən 3 ay sonra Şahid5 ona zəng edərək Naxçıvan Muxtar Respublikası Şərur rayon polis şöbəsinə sıravi polis nəfəri kimi işə qəbul olunmasının mümkünlüyünü və bir müddət sonra zabit olaraq Bakı şəhərində polis bölmələrinin birinə dəyişdiriləcəyini bildirmişdir. O, bu məsələnin uzun vaxt tələb edəcəyini, yaşayış yerindən uzaq olduğunu düşünərək Şahid5 təşəkkürünü bildirmiş və bu məsələnin dayandırılmasını demişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Şahid4 ifadəsində göstərmişdir ki, bacanağı Zərərçəkmiş şəxs2 2020-ci ilin təxminən avqust ayında ona, xalası oğlu Qənbərin Azərbaycan Ali Hərbi məktəbinin 1-ci kurs tələbəsi olduğunu, aviasiya mühənlislik ixtisası üzrə ixtisas seçimi etməli olduğunu bildirmiş, bununla əlaqədar o, qardaşı Eldənizin vasitəsi ilə Əkbər adlı şəxsin tanışı Vüsal adlı şəxsi tapmış və Vüsal onun qohumunun ixtisas seçimini etməyə söz vermişdir. Vüsal həmin işi görmək ücün 5000 manat pul istəmiş və həmin pulu Vüsala vermək ücün Natiq birlikdə görüşə getməyi xahiş etmişdir. O, razılaşmış və Natiqlə birlikdə 2020-ci ilin avqust ayında Bakıxanov qəsəbəsində yerləşən “Stimul” hospitalın yaxınlığına getmiş və orada Vüsal adlı şəxslə görüşmüşdür. Vüsal yanında kiminləsə telefonla danışmış, ona general ilə danışdığını, general onların məsələsini həll edəcəyini, gözləmək lazım olduğunu bildirmişdir. Natiq 5000 manat pul çıxarıb Vüsala onun yanında vermişdir. Vüsal, Natiqin qohumu ücün ixtisas seçimi edəcəyini, narahat olmamalarını bildirmiş və onlar ayrılmışlar. Bundan sonra o, Respublikadan getmiş və sentyabr ayında qayıdarkən Natiq ona 5000 manat verdiyi Vüsalın, qohumu ücün heç bir ixtisas seçimi etmədiyi, artıq ixtisas seçiminin qurtardığını bildirmişdir. O, Vüsaldan verdiyi pulu tələb etsə də, Vüsal pulu qaytarmamış, Natiq onun yanında dəfələrlə Vüsal adlı şəxsə zəng edib pulunun qaytarılmasını tələb etmiş, lakin Vüsal pulu qaytaracağına söz versə də, hazırkı vaxta kimi onun pulunu qaytarmamışır. O, Respublikaya qayıdandan sonra Natiq ona həmçinin, Vüsalın xahişi ilə əlavə olaraq 400 manat verdiyini bildirmişdir. Lakin, Vüsal həmin pulu da ona qaytarmamışdır. Vüsal generalın adını və kimin vasitəsi ilə bu işi düzəldəcəyini deməmişdir. (cild 2, iş vərəqi 33-35). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ünvan 17 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığına gələrək 2020-ci ilin fevral ayında X16 alınmış 8500 manat pulu, Zərərçəkmiş şəxs3 Nürəddin oğlundan 2020-ci ilin mart ayında almış olduğu 1N manat, sonra isə 7000 manat pulu Təqsirləndirilən şəxs2 verdiyini, Əkbər Rəhimovun xidməti yerini dəyişdirmək üçün N manat pulu, Şahid1 almış olduğu 5000 manat pulu Zərərçəkmiş şəxs7 Nofel oğlunun özü tərəfindən Təqsirləndirilən şəxs2 həmin yerdə 4000 manat, qalan hissəsini isə “ünvan 18 ünvanında gəldiyini və orada Zərərçəkmiş şəxs7 500 manatını, Şahid5 aldığı 7000 manat pulu, Cəfərli Turqaydan aldığı 5000 manat pulu həmin yerdə Təqsirləndirilən şəxs2 verdiyini bildirdikdən sonra onunla birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “Neftçilər” parkına gələrək orada onu Suraxanı rayonu İcra başçısının müavini təyin edirməsi üçün Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayında 120000 ABŞ dolları məbləğində pul verdiyini bildirmişdir (cild 1, iş vərəqi 42-49). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin qarşısında Zərərçəkmiş şəxs1 iş düzəltmək üçün 2020-ci ildə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə, ünvan 6 ünvanında yerləşən “Şuşa” restoranın həyətində və yaxınlığında bir neçə dəfə pul almasını, aldıqları pulu Təqsirləndirilən şəxs1 çatdırmasını, bundan başqa Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs1 iştirakı ilə həmin yerlərdə iki dəfəyə cəmi 5400 manat pul almasını bildirmişdir. O, həmin pulları aldıqdan sonra Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir (cild 1, iş vərəqi 56-59). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Səbail rayonu, Bibiheybət qəsəbəsi, Bibiheybət məscidinin qarşısıdır. Zərərçəkmiş şəxs2 bildirdiyinə görə, qohumu Mehdiyev Qənbərin oxuduğu Naxçıvanski adına hərbi liseydə ixtisas dəyişməsi üçün Vüsal adlı şəxsə 2 ay əvvəl 5000 manat pulu Bakıxanov qəsəbəsində, axrıncı 400 manat pulu isə Bibiheybət məscidinin qarşısında vermişdir (cild 1, iş vərəqi 222-223). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 Bakı metrosunun Qara Qarayev stansiyasının yaxınlığında yeri göstərərək həmin yerdə ilk dəfə 2020-ci ilin mart ayında gizir rütbəsi almaq üçün Zərərçəkmiş şəxs1 1N manat, ikinci dəfə isə həmin yerdə 7000 manat məbləğində pul verdiyini bildirmişdir (cild 2, iş vərəqi 158- 160). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Rəhimov X23 rayonu Mehdiabad qəsəbəsində yerləşən çayxanada Zərərçəkmiş şəxs1la görüşdüyünü, 2020-ci ilin aprel ayında Nurəddindən N manat, İlyasdan 5000 manat pul aldığını və həmin pulun müqabilində Əkbər Rəhimovun oğlunun Kürdəmirdən Bakı şəhərinə “N” saylı hərbi hissəyə köçürülməsinə görə, İlyasın oğlunu Ali Hərbi Məktəbin fakültə dəyişmək üçün üçün verildiyini bildirmişdir (cild 2, iş vərəqi 176-178). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs6 dostu Məhərrəmin arvadının Xarici İşlər Nazirliyinin Mətbuat şöbəsində işə düzəltmək üçün Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Qəbələ- Görüş” restoranında 14000 manat pulu Zərərçəkmiş şəxs1 verdiyini bildirmişdir (cild 2, iş vərəqi 204-206). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs Mərdanov X27 rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” şadlıq sarayının yaxınlığında yerləşən dönərxananın qarşısında 4000 manat pulu Zərərçəkmiş şəxs1 iştirakı ilə Təqsirləndirilən şəxs2 verdiyini, sonuncunun həmin pulun müqabilində onun xidmətdə qalmasına vəd verildiyini, bir neçə gündən sonra isə Nərimanov rayonu, Təbriz küçəsi 35 ünvanında 500 manat məbləğində pul verməsini bildirmişdir (cild 2, iş vərəqi 215-217). İşdə olan zərəçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 31). İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə mülki iddiaçı qismində tanınmışdır (cild 3, iş vərəqi 11-12). İşdə olan zərəçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 257). İşdə olan zərəçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 144). İşdə olan zərəçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 151). İşdə olan zərəçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 181). İşdə olan zərəçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 189). İşdə olan zərəçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 197). İşdə olan zərəçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 208). İşdə olan cinayət işinin istintaq aiddiyyəti üzrə göndərilməsi haqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (cild 2, iş vərəqi 71-77). İşdə olan cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* saylı cinayət işinə birləşdirilmiş və həmin nömrə altında istintaqı davam etdirilmişdir (cild 1, iş vərəqi 205-206). İşdə olan və məhkəmədə tədqiq edilmiş təqdim etmə və baxış keçirmə barədə xx.xx.2021-ci il tarixli protokoldan və əlavəsindən görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 41 vərəqdən ibarət mobil telefonla aparılmış yazışmalara dair çıxarışa və 2 ədəd CD diskə baxış keçirilmiş, baxış nəticəsində 02 oktyabr 2020-ci il tarixdən 25 yanvar 2021-ci il tarixədək olan müddət ərzində ***-***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs2 ilə yazılı yazışmaların olduğu müəyyən edilmişdir. Həmin yazışmaların mətinindən görünür ki, Təqsirləndirilən şəxs2 gördüyü işlərə görə iradlar, təhqiqamiz sözlər, şərəfsiz hərəkətləri barədə fikirlər, fırıldaq hərəkətləri, yalan danışmaları və sair qeyd olunmuşdur (cild 01, iş vərəqi 93-134). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD diskinə köçürülmüş telefon danışıqlarını özündə əks etdirən səs yazılarını dinləmə barədə xx.xx.2021-ci il tarixli protokoldan və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 və digər şəxslər arasında aşağıdakı danışıqlar qeydə alınmışdır: Niyazi: Bacı oğlu zəng edə bildin? Vüsal: Bəli, indi sənə zəng edəcəklər, mesaj yazmışam. Niyazi: Alo, salam. Vüsal: Salam sabahın xeyr, telefondan mesaj getmədi sənə 5 dəqiqə səbr et, stolda adam var, söhbət edirəm, indi yığacam. Niyazi:Yaxşı. Vüsal: Alo,adam var idi dedim ki, indi yığacam, ayın 1-nə kimi düzəldib verəcəyəm. Niyazi: Sonra nə edəcəksən? Vüsal: Narahat olma ayın 1-nə kimi verəcəm. 29dur, ayın 1-nə kimi verəcəm. Niyazi: 3 gün qalır. Bəs Nazim hardadır. Vüsal:Nazimə zəng çatmır, Boş şeydir, başını burax. Artıq hamı yorulub. Niyazi: Boş-boş şeylər nədir. Görə bilmədilər işi aşıra bilmədilər. Vüsal:Yox ey yox uzanırda uzanır, səndə deyirsən ki, təklif gəlib. Niyazi: Əlbətdəki lazım olan yerdən. Vüsal: Sənin çörəyinə niyə bais olur ki, bundan da güclü adam tapmısan. Bundan da yaxşı iş tapmısan gedirsən. Necə desin ki, getmə gözlə. Niyazi: Nazim niyə belə edir, telefonu söndürüb, niyə mənimlə danışmır, düşmənçiliyi var onun. Vüsal:Yox, səninlə nə düşmənçiliyi olacaq. Niyazi: Mən il yarım, iki il gözlədim, onlar mənimlə danışa bilmirlər ki, vəziyyəti mənə anlatsınlar. Vüsal: Niyə danımırlar ki, deyərəm danşarlar. Niyazi: Bir danışaq onunda məsləhətini alım. Məqsədli şəkildə edim. Sən deyirsən, pulu o, verəcək yoxsa sən verəcəksən. Vüsal:Pulu mən verəcəm, Ədalətgilin pulunu alanda götürüb qaytaracam. Niyazi:İndi mən başa düşürəm, axrıncı dəfə mən Nazimlə axrıncı dəfə danışım, yada ki, mən əlim yandıda olanı aparım verim, işim əlimdən çıxmasın.İndi dediyi Toğrul məsələsini onun qaynatası hansı general idi. Vüsal: Yox-yox o, icra hakimiyyətində işləyir. O pula görə deyirsənsə mən ayın biri həll edəcəyəm. Niyazi: Yox gecdi, mən ayın biri onların yanına getməliyəm. Vüsal: Bildim başa düşdüm, mən sabah Ədalətə pul verməliyəm, orada vəziyyət krminaldır. Niyazi: Krminal olsa da mənim işim əldən çıxsa səni bağışlamaram. Mən onlara demişəm ki, bir az gözləyin, mən hazır vəziyyətdə onların yanına gedim. Hazırlığlı gedim onların yanına, bir dəfə gedim danışığa, bir dəfə gedim filan şeyə, elə olmaz axı, hazır vəziyyətdə gedim ora. Vüsal: Bildim başa düşdüm hirslənib səsini atıb başına, şikayət edəcəm. Niyazi: Sən vəsaiti, mənim pulumu onlara vermisən. Qoy telefonu açsın mənimlə danışsın, danışaq dəqiqləşdirək, mən deyərəm hara gedirəm, o nə deyər, məsləhətli şəkildə yoluna qoyaq. Vüsal:Yaxşı-yaxşı. Niyazi: Zəng etsin, mənimlə danışsın vəziyyəti bilim. Vüsal: Alo, salam, bəli, sağol evdəyəm. Niyazi: Bəs nə oldu pul gəlmədi. Vüsal:Gəlirəmgəlirəm narahat olma. Tolkuçkanın yanındayam adam var onunla görüşüb gəlirəm, kartında cibimdədir. Pulu yükləyib gətirərəm. Niyazi: Qulaq as, bu hərbi komissarlıqda Suraxanıda kim var dedin. Vüsal: Kimi istiyirsən. Niyazi: Dedin keçən dəfə kimsə var, Əlinin qohumudur, yoxsa kimin qohumudur. Vüsal: Yox orada tanış-qohum var. Niyazi: Tanış, yoxsa qohumdur. Arayış götürmək lazımdır. Vüsal: Hə arayış lazımdır. Etibarlı adamdır. Niyazi: Kimin yanına getmək lazımdır. Vüsal: Deyərəm, Asif müəllimdən xahiş edərəm, Elsevər müəllim var nə arayış lazımdırsa təşkil edərlər. Niyazi: Qohumdur, yoxsa əminin qardaşıdır, yoxsa kimdir orada. Vüsal: Asifdir, əvvəllər orada işləyib, problem yoxdur, nə isə lazımdırsa deyərsən köməklik edərlər. Niyazi: İndi hardasan. Vüsal:Razinə gedirəm. Niyazi: Piyada. Vüsal: Piyada yox, taksi ilə gedirəm, maşınım o kişidədir. Niyazi:Hə, düzünü de gələcəksən yoxsa məni aldadırsan. Vüsal: Yox-yox dəqiq gələcəm. Niyazi: Raminlə danışanda son mənə dedin e telefonda, bilmirəm o doğrudur, yoxsa yalandır. Ədalətdir nə isə deyiblər sənin anana, doğrudur. Vüsal: Yox, mənim anam sənin haqqında heç nə deməyib. Niyazi: Nə sual-cavab olub. Vüsal: Anam deyib ki, mənim qapıma niyə gəlirsən, get polisə ver, verəcək də. Camaat orada vuruşur müharibədə, o, boyda generala ayıb olsun ki, düşüb 10 minin dalına onu göndərir bunu göndərir. Anamda deyir ki, hər kameradır, şikayət edərəm prezidentə, verəcəkdə onun nə günahı var. Gətirib verəcəkdir. Sənin pulunu yeməyəcəkdir. Niyazi: Nə günah var deyəndə. Vüsal: Deyib ki evi kim göstərib, deyiblər ki, Niyazi evi niyə göstərsin ki, bizim qapını tanımır. Sən göstərib uzaqlaşmısan. Niyazi: Sən həqiqətən deyirsənki, elə söz deyib. Vüsal: Sənin var yoxunu söyən adamdır. Səndən onun nəyini gizlədəcəm ki. Ayıb olsun sən niyə var-yox söyürsən. Müəllim-müəllim, nə müəllim, müəllimin də o birisi, bibrisi, ona ayıb olsun ki, sən heç kimə hörmət qoymadın, camaatın günahı olmayaolmaya söyüş söyürsən. Niyazi: Səndən bir söz soruşum tutaq ki, sənin onunla aparıb yanında ona dediyin sözləri deyə bilərsən. Vüsal: Lazım deyil, onun səsləri var, qulaq asdıraram sənə qorxuram ki, ürəyin götürməz. Niyazi: Mənim ürəyim götürməz? Vüsal: Hə, sənin ürəyin götürməz, aranızda mübahisə düşər ya sən onu öldürərsən ya da o səni. İkinizdən birinə nə isa olar. Mən ona dedim general adamsan, heç kimə hörmət qoymursan, onun bunun var yoxunu söyürsən. Mən də acıqca dedim ki, bir gün sonra verəcəm onun pulunu. Sən niyə ona evini göstərmisən. Mən bilirəm ki, dostumun qancığı var o, göstərib, 100 faiz o göstərib, ya da ki, o qızdan istifadə edir ki, mənə nə isə etsin. Özü mənə heç nə edə bilməz. İndi keçib bu variantlara, güya mən onun adından istifadə edib pul almışam. Keçib bu axrıncı varianta, cındır variantlara. Güya ki Adilin adından istifadə etmişəm, generalın adından pul almışam. Mənə heç nə edə bilməz, Adil üzümə dura bilməz, özünü də, oğlunu da işdən qovarlar. Ona deməyəcəklər ki, 5 üstəgəl. Niyazi: Sən Allah elə deyib ki, evi Niyazi göstərib. Vüsal: Hə elə də deyiblər, mənim sənə yalan borcum var. Lazım olsa onun səslərini də sənə eşidirərəm. Niyazi: Nə cür insanlar var imiş, mən kimlərlə etibar etmişəm. Vüsal: Sən heç kimə etibar edə bilməzsən. Nə olsun ki, mənə də deyirlər ki, sən məni axtarırsan, belə gəzirsən, belə axtarırsan. O, eliyən olsa mənə iki il ərzində eləyər. Eləsə kişi kimi edərdi. Cindır kimi etməz. Niyazi: Bəli-bəli, Deyiblər ki, səni axtarır. Mənə sözü varsa üzümə deyər. Niyazi: Bəs Ədalətdi, nədi deyib. Vüsal: Evdən deyiblər ki, Niyazi səni tanış edib. Niyazi: Anan nə deyib. Vüsal: Anam nə deyib ki, nə deyə bilər, azar bezara salmısan, onun qapısına getsinlər. Nə deyə bilər anam. Mənim tərəfimdən heç kim ona heç nə deyə bilməz. Heç kim ikiüzlülük edə bilməz. Mənim acığıma gəlir ki, mənə inanmırsan, oğraş-moğraşa inanırsan. Əgər elə bir hərəkət olsa qan su yerinə axar. Allaha and olsun. Mən sənə nə etmişəm ki, sənə pisdiyim dəyib, puldu qaytarıb sənin özünə verəcəyəm. Amma ki, elədi belədi mən sənə Raminin tərəfini saxlayacam, Raminə mən 50 min dəfə dedim ki, söyüş söymə. Nə müəllim, müəllimində var-yoxu belə belə edim. Səninlə məni tanış elədiyi yerdə, söyüş söyür hər bir yerdə. Mən indi onun otağında aparıb səni üzdəşdirsəm, sən ya onu öldürməlisən ya da kimsə ölməlidir o sözdən sonra. Üçümüzdən biri ölməlidir. Ona görə də sizi üzləşdirə bilmərəm. Qan düşər, mən düzünü deyirəm. Niyazi: Bilirəm düzünü deyirsən. Vüsal: Durmadan sənin var-yoxunu söyür. Mən də ona demişəm ki, günahsız adamı söymək olmaz. Mən oğraşlıq etmişəm, onun günahı nədir. Onun .... butulka soxduracam. Səni deməli kurasiya edən, öyrənən odu. Sizin ikinizində ... butulka soxduracam. Onu eləyəcəm ki, bütün kəndlə biabır olacaq. Qardaşına da deyəcəm o, oğraşdı, belə bir işlərlə məşğuldur. Dedin ... çatır eləyərsən. Nə deyim sənə, məndə başqa-başqa adamlardan eşidirəm ki, gəlirlər məni sıxırlar. Sən getmisən ora onların yanına, mənim də acığıma gəlir, niyə məndən öyrənmirsən. O məndən öyrənmək istəsə mən ona düzünü deyərəm. Kimsə mənim ayağımın altını qazmaq istəyirsə mən lox deyiləm ki, özümü güdaza verim, onun da məndə səs yazıları var, işə düzəltdiyi qızlardan artıqlaması ilə pul almışdır. Düzəltmək lazımdır. Onların əmanətləri məndədir. Xeyr ola sən də mənim bir tayımsan. Sənin də var- yoxun söyüləsidir. Kiminsə sən də var-yoxunu uşağını söyürsənsə bu kişilik deyil. sonrada deyirsən ki, gəl birləşək belə-belə edək. Mən bilirəm ki, o nə demək istəyir. Güya ki mən onun adından istifadə etmişəm. O, istəyir ki, bir şey etsin, məni tutdursun. Niyazi: Mütləq şəkildə onun pulunu qaytar. Yenə də deyirəm hər bir şey bir tərəfə, mən də özümü günahkar hesab edirəm. Mən səni tanımaya-tanımaya bu hərəkəti bilməyə-bilməyə səninlə tanış etmişəm, yəni o yeri gələndə mən arsız adam deyiləm. Kişi oğluyam, kişi nəslindənəm, mənə yaraşmaz, baş düşürsənmi. Vüsal: Mən səni başa düşürəm, səndən qaçmıram. Ədalətlə bir yerdəyəm yoluna qoymaq istəyirəm. Yoluna qoyulacaq. Gedirəm-gəlirəm. Niyazi: Bəs onda sən niyə məni inandırdın, etibarımdan sui istifadə etdin, niyə bu vəziyyətə saldın. Vüsal: Bunlar olmasaydı, Ramin olmasaydı yaxşı olardı. Bunların hamısını yoluna qoyacağıq. 140 min pul verməyib ki, 10 pul verib, on minin acı deyil ki. Mən həyatda bir şeyi bağışlamaram, bilsəm ki, sən onunla yanbayansan, səni bağışlamaram. Niyazi: Ömür böyü elə şey ola bilməz. Yox, mənim qulağıma gəlib çatdı ona görə deyirəm. Mən sadəcə olaraq hər şeyi aydınlaşdırmaq istəyirəm. Vüsal: Aydınlaşdırmaq istəyirsənsə mənim özümdən soruş. Niyazi: Elə şey var ki, onu iki tərəfli, üç tərəfli aydınlaşdırmaq lazımdır. Hər şeyin həqiqətini bilmək lazımdır. Vüsal: Ədaləti qoydum qabağıma 100 oğlanın içində sənin pulunu yemişəm. Heç kimə də heç nə verməmişəm. Bağışla qardaş pulun etibarlı yerdədir. Gətirib artıqlaması ilə qaytaracam. Sən hər şeyi məndən soruş, gedib hansısa neqodyaydan soruşursan. Niyazi: Hər şeyi aydınlaşdımaq istiyirəm. Özüm kim-kimdi, elə şeylər var ki, dara düşəndə onun iç üzü ortaya çıxır. Vüsal: Əgər sən fikirləşirsənsə mən səninlə Raminin arasını vurmaq istəyirəm, onda sən məni zərrə qədər də tanımırsan. Özündə bilirsən ki, mən elə şeylərə əl atmaram. Ozün də bilirsən ki, kimsə sənin ardınca danışanda mən onun ağzından vurmuşam. Əgər mən onun tayı olsaydım, deyərdim ki, hə Ramin müəllim sən düz deyirsən. Onun səs yazısı məndə var bilsələr onu baş leytenant edərlər. Niyazi: Mən söyüş söyməyin həmişə əleyhinə olmuşam. Məni tanıyanlar tanıyırlar. Onlar belə hesab edirlər ki, yeyirəm, içirəm, kiminsə xətrinə dəyirmi, mən belə şeyləri başa düşə bilmirəm. Aciz adamlar belə edirlər, mən heç kimi qınamıram səni qınıyıram. Mən hər şeydə səni günahkar bilirəm. Çünki bunların hamısının günahkarı sənsən, onların da etibarından istifadə etdin. Axı o insanlar məni tanıyırdılar. Sən onları birbaşa mənə vurursan. (danışığın müddəti 09 dəqiqə); Təkrar zəng: Niyazi: Ə Məmmədov, hardasan neçə gündü. Vüsal: Hə eşidirəm. Danışdım ancaq bazar günü verə bilərəm. Silib süpürdüyüb verə bilərəm. Niyazi: Onda de ki mənimlə danışsın. Bə nə vaxt zəng edəcək, səhərdən gözləyirəm, zəng eləsin. Vüsal: Gözlə əlində işi var, zəng edəcəkdir. Niyazi: De ki, 5 dəqiqəyə zəng etsin. Bəlkə başqa şeylər fikirləşəcəyik. Vüsal: Yaxşı eləyirsən. Niyazi: Sən haralardasan, seyidin pulunu aparıb verməli idin. Nə oldu. Vüsal: Aparacam verəcəm, bir balaca işlərim var, onları həll edinm, aparıb verəcəm. Niyazi: Bəs dünən dedin Razindəyəm, gəlməli idin gəlib çıxmadın. Vüsal: Şəhərdəyəm. Pul səhər vurulur. Sabah ayın 30-dur, Kartın da məndədir, kartı da verməliyəm. Niyazi: Pul dəqiq nə vaxt oturacaqdır. Vüsal: 30-31 vurulmalıdır. Niyazi: Oturmasa necə olacaq. Vüsal: Yox olacaq. Niyazi: İndənədək elə olmayıb, nə pul gəlir, nə pul oturur. Sən neçə gündür məni firladırsan. Vüsal: 6-cı gün gəlsin. Niyazi: Sən tövbələtmə edirsən ya yox. Bu şeylərə moşennik hərəkətlərə, sən yolunu azmısan, belə etmə, sənin neçə yaşın var, 30 yaşın var, səni qabaqda parlaq gələcək gözləyir. Gələcəkdə yaxşı işlər gözləyir. Sənin potensialın var, başın işləyir. Başını yaxşı şeylərə istifadə et. Nazim mənə deyir ki, bunun nəyi çatışmır. Ayda ona iki min manat pul vermişəm. Maşın vermişik, xidməti ev vermişik. Sən niyə belə hərəkət edirsən, sənin papan o, DİN müavini var idi onun yanında işləyirdi,onun adı nə idi. Vüsal: Əsgər müəllim. Atam onun yanında sürücü işləyib. Niyazi: Bizim Toğrul da hərdən-birdən sözə baxmır. Sən bu yoldan qayıt, nə qədər gec deyil qayıt düz yola və sair, nəsiyyətli sözlər. Dannaq və iradlı sözlər, sən polis işçisindən pul alıb Raminə vermisən. Vüsal: Yox. Mənə öz oğluna görə istəyirdi ki, daxili qoşnlardan polisə perovod eləmək istəyirdi. Raminin heç nəyə dəxli yoxdur. Niyazi: Hə. Vüsal: Onun işi çerez-çerez iş görən işi. Niyazi: Səni onunla kim tanış edib. Vüsal: Çerez çerez. Niyazi: Düzünü de, de ki, Allaha and olsun. Vüsal: Yox Ramin belə bir söz deməyib. Həmin şəxs maşınımı da alıb, Raminlə məni santaj edir. Ramin axı iş görmür. Niyazi: Mən indi bilirəm ki, sən 2 ildir başımın altına yastıq qoyursunuz, bunun bu qədər pulunu almısınız, işsizəm, fikirləşmirsən bunları, bunun ailəsi var, külfəti var. Gətir mənə bir az pul ver, sonra maaş olanda gətirərsən. Gəlmə pulu -100 manatı mənim kartıma vur. Əlaqə saxlasın Nazim, yaxışı. Vüsal: Bilirəm, karta vuraram. Yaxışı yaxşı. (Danışıq müddəti 26 dəqiqə) Vüsalın anası: Ədaləti də götürüb gələcəm. Niyazi və arvadı: Ədalət niyə. Vüsalın anası: Ədalət kimdi. Niyazi: Demirəm bizim kəndçi. Alçaq boy oğlandı.papaq qoyur. Vüsalın atası: O da voennidir. Niyazi: Hə o qabaqdan voenni idi. Ədalətin əmisi oğlu mənim qardaşımın kürəkənidir. Vüsal heç nəyi düz danışmır. Pərvanə xanım bunun hər dərinliyini. Niyazinin arvadı: Mən başa düşəndən sonra bildim ki, Vüsal moşennikdir. Qoy ayın biri gəlsin aparıb qoyaq polisin qabağına. Siz da başa salın. Pərvanə başa salmaqdan keçib. Qoy desin ki, kimə verib. Vüsalın atası: Bu tək deyil, polisdə deyəcək. Niyazi: Siz soruşdunuz ki, Nazim kimdır. Atası: Nazim da gələcək. Nazimin telefonu var. 64-60 idi. Yox. Niyazi: ***-**-** idi. Həmin telefonda bir qadının adına çıxır. Nazimlə Vüsal əlbirdir. Atası: Oğlum Mudafiə Nazirliyində işləyirdi, ordan çıxıb, Kontakt homda işləyirdi gömrüyə işə düzəlmək üçün Vüsala 12.000 manat pul vermişdir. Başını burax., Müdafiə Nazirliyinə düzəlmək istiyirdi. Pərvanə: Maxe kimi. Niyazi: yox. Vüsalın atası: Getsin mühafizədə işləsin bir gündən bir işə çıxacaq. Yeməyini verirlər, paltarını verirlər. Ali təhsili var. Niyazinin hə, koperasiyanı qurtarıb. Niyazi: Mən Alma-atada DTX-da işləmişəm. Vüsalın atası: Mənim qardaşım Cambulda serjant olub və sair ailə-məişət söhbətləri. Çalış ki, sən öz kartını onun əlindən al. Kartın içində 30000 manat pul var. Niyazi: O, bilirmi ki pulu dekabrda çıxaracaq. Maşını da ona qonşu ataş alıb. Vüsalın cibində çoxlu pul olub. Niyazi Kartın rəngi nə idi. Vüsalın anası: Ondan pul isəyəndə deyirdi ki, pulum yoxdur. Niyazi: Mən adam tanıyan idim, fikirləşirəm ki, mən tora necə düşmüşəm. Nazimi üzə çıxartsın. Nazimi görməmişəm, amma dəfələrlə mənimlə danışıb. Onlar mənim işimi görürdülər. Vüsalın anası: Bu iş polisə düşməsə mümkün deyildir. Niyazi: Axı siz valideyinsiniz. Vüsalın anası: O, mənə dağ çəkib. Vüsal Ədalətə iş düzəldir. Niyazinin arvadı: İşi düzəldən Ramindir. Niyazi: bəli bəli. Ədaləti Vüsal mənə görə tanıyıb, kəçimizdir, mənim hesabıma tanıyıb. Vüsalın atası: O, sizin işinizi düzəltməmişdi, Ədaləti Vüsala niyə vermişdiniz. Deyidilər ki, Niyazinin adamdır, iş düzəldəndir. Mən də heyran qalmışdım. Niyazi: Vüsal bizim ürəyimizə girdi. Bundan sonra Vüsal evə zəng edir. Niyazi de ona ki. 100 manat gətirə bilərmi, Vüsal deyir ki, Ədaləti də götürüb gəlirəm. Niyazinin arvadı: Niyaziyə iş təklifi gəlib pulu gətirsin. Vusal: Ədalətlə mənim nə problemim ola bilər. Onların hamısı söhbətdir, mən də qalmışam pis vəziyyətdəyəm. Niyazi: Bunun günahı kimdədir, niyə qalmısan. Səni pis vəziyyətdə qoyan kimdi axı. Vüsal: Məni heç kim pis vəziyyətə qoyub eləməyib. Niyazi: Sən demisən ki, qayıdacaq. Pulu qaytarmaq lazımdır. Sən çıx ortaya camaatın pulunu qaytar, sonuncu lotereya pulu 500 manat götür xərclə. Nazim kimdi, əgər sənlikdirsə mən bilim. Mən gəlmişəm ki, sənin valideyinlərinə bildirim ki, camaatın pulları geri qayıtsın. Vüsal: Mən bunları bilirəm. mən özümdə pis vəziyyətdə qalmışam. Niyazi: Səni kim pis vəziyyətdə qoyub. Camahatın pulunu qaytarmaq lazımdır, mən gəlmişəm ki, qarğış yiyəsi olmayım, mən istəyirəm ki, sən düz yola gələsən. Sən düz danışmırsan, mən sənin iç üzünü açdım. 1 il bundan qabaq 50 min pul vermişəm. Hanı pul. Olmək lazımdır. Bunun axrı yaxşı qurtarmayacaqdır. Pisliklə qurtarmasın. Vüsalın atası- Gedin polisə. Gedək birlikdə. Vüsalın atası: Yox. Yox özün get. 70 min Ədalət ona pul verib. Niyazi: Yox azdır o, qədər deyil. Video dislərdəki danışıqlar bitdikdən sonra Təqsirləndirilən şəxs2 bildirdi ki, diskə yazılmış səslər onun, Niyazinin, onun arvadı, onun anası və atasının danışıq səsləridir. Həqiqətən, o, Təqsirləndirilən şəxs1lə, onun arvadı, özünün anası və atası ilə mobil telefonla danışdığını bildirdi (cild 3, iş vərəqi 123-130). İşdə olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi barədə telefon məlumatlarına xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya idarəsindən daxil olmuş bir ədəd CD diskində qeydə alınmış ***-***-**-**, ***-***-**-** və ***-**-** GSM mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərinə dair məlumatlarına baxış keçirilmiş və baxış zamanı ***-***-**-** GSM mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs2 adına olduğu müəyyən olsa da, həmin mobil telefon Təqsirləndirilən şəxs1 istifadəsində olmuş və həmin mobil telefon nömrəsi ilə 2020-ci ilin fevral ayından oktyabr ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə çoxsaylı zənglər edildiyi müəyyən edilmişdir (cild 3, iş vərəqi 41-43). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş təqdim etmə və baxış keçirmə barədə xx.xx.2021-ci il tarixli protokoldan və çıxarışdan görünür ki, X21 təqdim etdiyi yazışmaya dair çıxarışa baxış keçirilmiş və 08, 09 və 11 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə X35 arasında mobil telefon vasitəsi ilə yazışma olduğu müəyyən edilmişdir. Həmin yazışmanın mətnindən görünür ki, Rahib Rəhimov tərəfindən Təqsirləndirilən şəxs1 “salam Niyazi, necəsən? Rahibdi, sənə zəng vurdum telefonu açmadın, danışmax lazımdı. 09 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən göndərilmiş məlumatda - şəxsiyyət vəsiqəsi surəti, diplom, ailə tərkibi haqqında arayış tərcümeyi hal, tez hazırla, yer tutula bilər” sözləri qeyd olunmuşdur. Həmin mobil telefonla yazışmaya dair çıxarış iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 141-142). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş təqdim etmə və baxış keçirmə barədə xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş 55 vərəqədən ibarət “Forecs” oynuna dair “Kapital Bank”dan ödəniş kartı üzrə çıxarışlara və istifadəsində olmuş nəqliyyat vasitəsinə dair məlumat vərəqlərinə baxış keçirilmiş, baxış zamanı həmin çıxarışlarda 2019-cu ilin may ayının 13 tarixdən 2020-ci ilin noyabr ayının 12-si tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 tərəfindən “Forecs” oynu ilə bağlı müxtəlif ünvanlara “Kapital Bank” vasitəsi ilə pul vəsaiti yatırması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin çıxarışlarda göstərilən pul vəsaitlərini özünə və Təqsirləndirilən şəxs1 aid olduğunu bildirmişdir. Eyni zamanda təqdim edilmiş ekran rəsmini əks etdirən fotocədvəldən görünür ki, **-CB-*** dövlət qeydiyyat nişanlı “Nissan Maxima” markalı avtomobil etibarnamə ilə Təqsirləndirilən şəxs2 verilmişdir (cild 3, iş vərəqi 64-122). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 bir neçə şəxsin işə düzəlilməsi üçün Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs1 müxtəlif məbləğlərdə pul verdiyini, bundan əlavə Təqsirləndirilən şəxs1 tərəfindən onun Suraxanı rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin etdirəcəyinə vəd verdiyini və ondan bu məqsədlə 120000 ABŞ dolları məbləğində pul aldığını, verdiyi vədlərə əməl etmədiyini, onu aldatdığını və pulu ələ keçirərək qaytarmadığını Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir (cild 1, iş vərəqi 138-147). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 onu Naxçıvan MR-da rayonlara icra başçısı vəzifəsinə adam düzəldə biləcəyini, X57 onun yaxın qohumu olduğunu bildirməsini, Təqsirləndirilən şəxs2 Əİiyev Niyazi vasitəsi ilə tanımasını, Vüsalın banka N manata işə düzəldə biləcəyini, N manat ASAN xidmətə, 4000 manat da bir nəfər qızı Müdafiə Nazirliyinə işə düzəldə biləcəyini, gizir rütbəsi alması üçün Vüsalın 23000 manat istəməsini, 2020-ci il mart ayında Zərərçəkmiş şəxs3 hərbi polisdə gizir rütbəsi ala bilməsi üçün özünü kapitan kimi təqdim edən Təqsirləndirilən şəxs2 ilk dəfə 1N manat pulu Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən “Ağ saray” şadlıq sarayının qarşısında, 7000 manatı isə iki dəfəyə həmin yerdə Vüsala verdiyini, Vüsalın görəcəyi iş üçün Niyazinin ona zamin durmasını, Firudinin qohumunun Bakıya hərbi hissələrin birinə yerdəyişmə edilməsi üçün 2020-ci ilin may ayında 11000 manat pulu Biləcəri qəsəbəsində Vüsala verməsini, Qusarda hərbi hissədə qulluq edın Tuqayın Bakı şəhərinə yerdəyişməsi üçün 5000 manat pulu Biləcəri qəsəbəsində Vüsala verməsini, Şahid5 Naxçıvan MR-dan Bakı şəhərinə polisə iş yerini dəyişmək üçün aldığı 7000 manat pulu “Şuşa” restoranının yanında Vüsala verməsini, 2020-ci ilin iyun ayında Ozalın hərbi polisə MAXE düzəlməsi üçün 5000 manatı aldıqdan sonra Vüsala verməsini, Zərərçəkmiş şəxs7 hərbi polisdən təxris olmaması üçün Elvinin 4500 manatı Vüsala şəxsən əlbəəl “Şuşa” restoranının yanında verməsini, Suraxanı rayon İcra Başçısının müavini vəzifəsinə düzəltmək üçün 2020-ci il iyun aylarında Cavidlə birikdə Qaraçuxur qəsəbəsi ərazisindəki “Neftçilər” parkında Zərərçəkmiş şəxs6 müşayiəti ilə 120000 ABŞ dolları aparıb təklikdə Niyaziyə verməsini, Vüsalın 75000 manatdan 7000 manatını özünə götürməsini, Niyazi və Vüsalın ondan aldıqarı bütün pulları “Forecs” oyunuya qoyduğunu, ayda 7000 manat qazandıqlarını, onun Vüsala verdiyi 75000 manatdan Niyazinin xəbəri olmaqla bərabər ona da pul çatmasını, Şahid3 N manatı geri qaytarmasını Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir (cild 1, iş vərəqi 138-147) İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 onun tanışlarının hərbiyə düzəlməsi üçün Niyazi ilə telefon əlaqəsi yaradarkən Niyazinin yaxşı tanıdığı Vüsal adlı şəxsin insanları hərbi və digər orqanlara işə düzəltmək imkanının olmasını, Vüsalın özünü ona N nömrəli hərbi hissədə kapitan rütbəsində zabit və eyni zamanda Nəciməddin Sadıqovun sürücüsü Əlixanın qohumu olmasını deməsini, Zərərçəkmiş şəxs3 və Ozalın işlərinin həll edilməsi ilə bağlı Niyaziyə bildirən zaman Niyazinin ona kapitanla, yəni Vüsalla danışıb ona xəbər verəcəyini, 2020-ci ilin mart ayının əvvəlində onun yenidən Cavidlə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yanında görüşüb ondan götürdüyü 1N manat pulu Niyazi ilə danışdıqdan sonra Vüsala verdiyini, qalan 7000 manat pulu “Ağ saray”ın yanında Vüsala verməsini, Firudin adlı şəxsdən aldığı 6000 və 5000 manat pulları onun yanında Vüsala verməsini, Elnara adlı xanımın yaxın rəfiqəsinin işə düzəlməsi üçün ondan aldığı N manat pulu və iş üçün sənədlərin surətini Vüsala verməsini, 2020-ci ilin may ayının ortalarında Şahid2 aldığı 5000 manat pulu Vüsala verməsini, Şahid5 tanışının polisə işə düzləməsi üçün ondan aldığı 7000 manat pul vəsaitini ondan aldıqdan sonra Vüsala verməsini, 2020ci ilin fevral və mart aylarında Ozalın işə düzəlməsi üçün ondan aldığı 8500 manat pulu Vüsala verməsini, Məmmədov Elvinin xidmətdən tərxis olunmaması üçün ondan aldığı 4000 və 500 manat pulu əlbəəl Vüsala verməsini, Zərərçəkmiş şəxs6 qohumunun XİN-nin mətbuat xidmətinə işə düzəlməsi üçün ondan aldığı 14000 manat pulu Cavidin yanında Vüsala verməsini Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir (cild 3, iş vərəqi 142-157). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs8 ilə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs8 Rusiya Federasiyasında yaşayan bacısı X20 adına Suraxanı rayonu ərazisində torpaq sahəsi almaq üçün Təqsirləndirilən şəxs1 ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Şam İşığı” massivində 17B ünvanında yerləşən “Qavurma” restoranında görüşmələri, Təqsirləndirilən şəxs2 da iştirak etdiyi həmin restoranda 15000 manat pulu Təqsirləndirilən şəxs1 şəxsən verməsini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir (cild 3, iş vərəqi 176-178). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, şahid Zərərçəkmiş şəxs6 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs1 Vüsal və Niyazi ilə geniş əlaqələrinin olduğunu bildikdən sonra dostu Məhərrəmin arvadının Xarici İşlər Nazirliyinin Mətbuat şöbəsinə Vüsal vasitəsi ilə düzəlməsi üçün Ədalətə 14000 manat verməsini, Ədalətin ondan Niyazi adlı şəxsə verməsi üçün 15000 ABŞ dollar pul almasını, **-UZ-*** nömrəli avtomobillə Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkına gedərkən Ədalətin Niyazinin onu Naxçıvanın rayonlarının birinə icra hakimiyyəti başçısının müavini vəzifəsinə işə düzlədəcəyinə vəd verərək ondan 120000 ABŞ pulu Niyaziyə çatdırmaq istəməsini deməsini, Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkında Ədalətin əlində olan tünd rəngli sellofana bükülü pulu ondan bir qədər kənarda Niyaziyə verməsini bildirərək Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir (cild 1, iş vərəqi 159-162). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1, eləcə də özü bir neçə şəxsin Təqsirləndirilən şəxs1 vasitəsi ilə işə düzəlilməsi üçün müxtəlif məbləğlərdə pul aldığını və həmin pulları Təqsirləndirilən şəxs1 verdiyini, bundan əlavə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 Suraxanı rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin etdirəcəyinə vəd verdiyini və sonuncudan bu məqsədlə 120000 ABŞ dolları məbləğində pul aldığını, verdiyi vədlərə əməl etmədiyini, aldatmasını və pulu ələ keçirərək qaytarmadığını Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir (cild 1, iş vərəqi 148-154). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 qohumu X11 hərbi liseydə ixtisas seçimi ilə bağlı Təqsirləndirilən şəxs2 ona vəd verdiyini və buna görə 5400 manat məbləğində pul almasını, vədinə əməl etmədiyini, onu aldatmasını Təqsirləndirilən şəxs2 üzünə qarşı söyləmişdir (cild 2, iş vərəqi 29-32). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X59 İdarəsinin 16- 61805-1221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (cild 2, iş vərəqi 162). İşdə olan Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 951 nömrəli, xx.xx.2021ci il tarixli məkubundan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 21 ünvanda qeydiyyatdadır və nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmamışdır. Himayəsində xx.xx.2016-cı il təvəllüdlü X40 və X36 adlarında azyaşlı uşaqları vardır (cild 3, iş vərəqi 41-42). İşdə olan www.cbar.az saytından xx.xx.2021-ci ildə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankınının məlumatına görə 1 ABŞ dollarının xx.xx.2020-xx.xx.2020-ci il müddəti ərzində məzənnəsi 1,70 manat olmuşdur (cild 3, iş vərəqi 43-44). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 02 oktyabr 2020-ci il tarixdən 25 yanvar 2021-ci il tarixədək olan müddət ərzində ***-***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs2 ilə yazılı yazışmalarına dair çıxarışlar, X35 təqdim etdiyi mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə aparılmış bir ədəd vərəqdən ibarət yazışmaya dair çıxarış, Təqsirləndirilən şəxs2 Niyazi oğlunun təqdim etdiyi 55 vərəqədən ibarət "Forecs" oynuna dair "Kapital Bank"dan ödəniş kartı üzrə çıxarışlar, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış və telefon danışıqları köçürülmüş 3 ədəd "CD" disk üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (cild 3, iş vərəqi 179-227) . İşdə olan DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqi 74, 76). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 ittiham edildiyi cinayətlərin onun tərəfindən deyil, Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi, sonuncu ilə hər hansı cinayət əlaqəsinə girməməsi, özünün də Təqsirləndirilən şəxs2 əməllərinin “qurbanı” olması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzadan yayınmaq məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6 verdikləri birbaşa ifadələri və iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ona isnad edilən cinayətlərin törədilməsində təqsiri tam sübut olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq cinayətini törətməsi, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, onlar təqsirlidirlər, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, maddi ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əməlləri 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əməlləri 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməl ağır cinayət kimi, Təqsirləndirilən şəxs2 törətdiyi əməl az ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 27 aprel 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində 29 aprel 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmış və hökm çıxana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 88,194-197, 199-203; cild 2, iş vərəqi 251- 253). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 27 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan şübhəli şəxsin tutulması üçün axtarış elan edilməsi haqqında qərardan, axtarışda olan şəxin yaxlanması barədə protokoldan, tutma protokolundan və qətimkan tədbiri seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 tutulması üçün barəsində 05 aprel 2021-ci il tarixdə axtarış elan edilmiş və o, 13 aprel 2021-ci il tarixdə ünvan 22 ünvanının qarşısında saat 11:00 radələrində yaxalanaraq Bakı şəhəri Səbail RPİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilməsinə dair prokuror tərəfindən qərar qəbul edilmiş, o, 15 aprel 2021-ci il tarixdə həbsdən azad edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 266, cild 2, iş vərəqi 4-5, 16-17, 56-59). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs1 02 oktyabr 2020-ci il tarixdən 25 yanvar 2021-ci il tarixədək olan müddət ərzində ***-***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs2 ilə yazılı yazışmalarına dair çıxarışlar, X35 təqdim etdiyi mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə aparılmış bir ədəd vərəqdən ibarət yazışmaya dair çıxarış, Təqsirləndirilən şəxs2 Niyazi oğlunun təqdim etdiyi 55 vərəqədən ibarət "Forecs" oynuna dair "Kapital Bank"dan ödəniş kartı üzrə çıxarışlar, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 Ramiq oğlu arasında aparılmış və telefon danışıqları köçürülmüş 3 ədəd "CD" disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Məhkəmədək icraat zamanı Zərərçəkmiş şəxs1 23 avqust 2021-ci il tarixdə ibtidai istintaq orqanına ərizə təqdim edərək onun mülki iddiaçı qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmiş və 28 avqust 2021-ci il tarixdə müstəntiqin qərarı ilə həmin zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə Zərərçəkmiş şəxs1 23 avqust 2021-ci il tarixli ərizəsini nəzərdən keçirərək müəyyən edir ki, həmin ərizədə ərizəçinin tələbinin nədən ibarət olduğu konkret olaraq göstərilməmişdir. Bundan başqa dövlət rüsumunun ödənilməsi barədə qəbzin ərizəyə əlavə olunduğu qeyd edilsə də həmin qəbz cinayət işinin materiallarında yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd mülki iddia ərizəsinə əlavə edilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia ərizəsi mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyinə, habelə dövlət rüsumunun ödənilməsi barədə qəbz ərizəyə əlavə edilmədiyinə görə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Ona görə də, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 vermiş olduğu mülki iddia tələbi baxılmamış saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında sonradan mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs1 02 oktyabr 2020-ci il tarixdən 25 yanvar 2021-ci il tarixədək olan müddət ərzində ***-***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs2 ilə yazılı yazışmalarına dair çıxarışlar, X35 təqdim etdiyi mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə aparılmış bir ədəd vərəqdən ibarət yazışmaya dair çıxarış, Təqsirləndirilən şəxs2 Niyazi oğlunun təqdim etdiyi 55 vərəqədən ibarət "Forecs" oynuna dair "Kapital Bank"dan ödəniş kartı üzrə çıxarışlar, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 Ramiq oğlu arasında aparılmış və telefon danışıqları köçürülmüş 3 ədəd "CD" disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar