Məhkəmə qərarları › İş №1(101)-273/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-273/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-273/2023 13.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi- X7, zərərçəkmiş şəxsin hüquqi varisi X14, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs edilənədək yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2022-ci ilin aprel ayı istintaqla müəyyən edilməyən günündə ünvan 2 ünvanında yaşayan, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş Zərərçəkmiş şəxs ilə tanış olaraq, sonuncunun yaşadığı mənzili satmaq fikrində olması ilə əlaqədar mənzili satmazdan öncə təmizlik işlərinin görülməsində köməklik göstərməsini xahiş etdiyi və mənzilini satdığı zaman ona pul verəcəyini vəd etdiyi üçün Zərərçəkmiş şəxs mənzilinə gəlib otaqları təmizlədikdən sonra, sonuncunun onu şəxsi istehlakı məqsədilə pulsuz narkotik vasitələrlə, xüsusilə sintetik tərkibli metamfetaminlə müntəzəm təmin etdiyinə görə mənzili tərk etməyib orada 23 aprel 2022-ci il tarixədək könüllü surətdə Zərərçəkmiş şəxslə birlikdə qaldığı bir neçə gün ərzində mənzilin təmizlik işlərini həyata keçirməklə, Zərərçəkmiş şəxs göstərişləri əsasında və onun verdiyi pullarla mağazalardan bazarlıq edərək ərzaq məhsulları, siqaret və sair mallar almış, Zərərçəkmiş şəxs və evə gələn dostlarına yemək bişirmiş, çay hazırlamış, qabları yumuş, lakin bir müddət sonra Zərərçəkmiş şəxs ona qulluqçu kimi yanaşmasından, mənzilə gələn tanışlarının yanında onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsindən, başına və bədəninə əl və yumruq zərbələri ilə vuraraq döyməsindən, paltarlarını yuduzdurmasından bezərək 23 aprel 2022-ci il tarixdə gecə saat 02:00 radələrində mənzildən xəbərsiz çıxıb getmək istədikdə, Zərərçəkmiş şəxs qapının qıfılının açılmasını eşidərək icazəsiz evi tərk etdiyinə görə onu söyüb fiziki zor tətbiq etmək üçün arxası ilə dəhlizdən mətbəxə gəldikdə, aralarında baş verən mübahisə zamanı şəxsi münasibətlərinin pozulması zəmnində yaranmış nifrət səbəbindən Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə yuxarıda qeyd edilən ünvanda yerləşən həmin mənzilin mətbəxində olan masanın üzərindən götürdüyü 1 ədəd bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə 6 ədəd zərbə yetirərək sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və ölümünə səbəb olan kəskin qanitirmə və sol yuxu arteriyasının kəsilməsi ilə müşayiət olunan boyunun sol bayır səthinin 1 ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətlərinə aid sol körpücükaltı nahiyənin 1 ədəd, çənə cismi nahiyəsinin 1 ədəd, alın nahiyəsinin 2 ədəd, sol budun 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, əvvəllər hərbçi olmuş, xəstəliklə əlaqədar olaraq hərbi xidmətdən təxris olunmuşdur. Ali təhsillidir, təhsilini Ukraynada almışdır və Azərbaycan Respublikası Fövəladə Hallar Nazirliyində çalışmışdır. Zərərçəkmiş şəxs ilə “Ceyhun” adlı məhlə uşağı vasitəsilə tanış olmuşdur. O, Zərərçəkmiş şəxslə tanış olan zaman “Şamil” ona Nərimanov rayonu, Atatürk prospektində evi olduğunu və həmin evi satmaq istədiyini, satmazdan öncə isə evi təmizləmək lazım olduğunu bildirmişdir. Şamil evi təmizləmək təklifini əvvəlcə Ceyhuna bildirmiş, o imtina etdikdən sonra isə Emil razılaşmışdır. Evdə təmizlik işləri görülməsi təklifini qəbul edəcəyi təqdirdə ev satılan zaman “hörmət” edəcəyini bildirmişdir. Həmin təklif edilən zaman “Ceyhun” adlı məhlə uşağı da orada olmuşdur. Ceyhunun təklifi qəbul etməməsinin səbəbini bilməmiş, ona kömək etmə barədə təklifini qəbul etdiyini bildirmişdir. Birbaşa olaraq yaşadığı məhlədən Şamillə birlikdə onun evinə yollanmışlar. O, evə daxil olan zaman evin zibillə dolu olduğunu və mənzilin 1 otaqdan ibarət olduğunu görmüş, mənzildə təmizlik işləri apardığı ilk günlərdə ona pis münasibət göstərilməmişdir. “Şamil”lə bir həftə eyni evdə qalmış. İlk 3-4 gün ərzində “Şamil”in evində rahat işləmiş, lakin Şamil daha sonra ona təzyiq etməyə başlamışdır. “Şamil”in evinə gəldikdən 3 gün sonra səbəbini də bilmədən sonuncunun ona münasibəti dəyişmiş, onu döyməyə başlamış, həmişə üstündə “kobra” bıçaq olduğu üçün Şamildən qorxaraq qarşılıq verməmişdir. Bir neçə gün keçdikdən sonra onu “qulluqçu”, “əlaltı” kimi işlətdiyini hiss etmişdir. Belə ki, Emildən köynəklərini yumasını, dostları evə gələndə çay hazırlamasını tələb etmiş, eləcə də dostlarının yanında olmağını istəməmiş, bir süfrəyə oturtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərkən həmçinin “Şamil”in hansı səbəbdən ona münasibətin korlanmasını bilmədiyini, sonradan “Şamil”in “metadon” dərmanı qəbul etdiyindən xəbədar olduğunu bildirmişdir. O, evində təmizlik işləri görsə də, Şamil öz işlərini həll etmək üçün mütəmadi evdən çıxmış və mənzilin qapısını çöldən bağlamışdır. Emil Şamilə bu evə “qulluqçu” kimi yox, sadəcə kömək etmək məqsədilə gəldiyini və öz evinə getmək istədiyini bildirəndə həmişə üzərində gəzdirdiyi bıçağın arxası ilə başına vuraraq, ona evi təmizləməmiş heç bir yerə getməyəcəyini söyləmişdir. Yanında qaldığı müddətdə ona qarşı dəfələrlə nalayiq ifadələr işlətmiş, döymüş, hətta onun anasını, babasını öldürəcəyi ilə hədələmiş, ona görə evdən qaçmağı və polisə şikayət etməyi fikirləşməmişdir. Həm də Şamilin mənzili 5-ci mərtəbədə yerləşdiyindən pəncərədən qaça bilməmişdir. Şamillə aralarında seksual xarakterli hərəkətlər olmamışdır. Şamil hər dəfə evdən gedəndə Emili evdə saxlayıb qapını çöldən qıfıllayıb getmişdir. Hadisənin baş verdiyi saatı xatırlamadığını lakin axşam saatları olduğunu bildirmişdir. Hadisə baş verən günü “Şamil”in dostu gəlmişdir. Həmin vaxtı onlar birlikdə narkotik vasitə qəbul etmişdirlər. Şamilin dostları getdikdən sonra axşam evdən qaçmağı planlaşdırmış, qapının cəftəsini açmaq istədikdə qapı bağlı olduğu üçün aça bilməmiş, Şamil qapının səsini eşidərək onun üstünə gəlməyə başlamışdır. Şamilin üzərində həmişə bıçaq olması, üstünə gələrək ona “yortaram səni” deməsi səbəblərindən düşünərək, zənn etmişdir ki, sonuncunun üzərində bıçaq vardır və ona bıçaqla xəsarət yetirəcək. Bu zaman “mətbəx”ə doğru qaçmış, mətbəxdən “balkona” yəni eyvana keçib oradan da zala qaçmaq istəmişdir. Həmin zaman onun üzərinə bıçaq olmadığını bilməmişdir. Şamil üstünə gələndə əynində yalnız alt paltarı olsa da düşünmüşdür ki, bıçağı alt paltarına “smenka” etmiş, yəni alt paltarına keçirtmişdir. Mətbəxə daxil olanda isə onu döyəcəyini bildiyinə görə özünü müdafiə məqsədilə bıçağı götürmüşdür. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, hadisə baş verməmişdən qabaq da Şamilin üzərində bıçaq olmuş və onu bıçaqla hədələmişdir. “Şamil”-ə neçə zərbə endirdiyini hal-hazırda xatırlamamış, həmin zaman barmağı da kəsilmişdir. Hadisə zamanı “Şamil” əlini arxaya atan zaman üzərində bıçaq olduğunu düşünmüş, yalnız Şamilin yerə yıxılmasından sonra üzərində bıçaq olmadığını görmüş, əslində niyyəti onu öldümək olmamışdır. “Şamil” sağ əlində evin açarlarını saxlamış, “Şamil” yerə yıxıldıqdan sonra açarları götürdükdən sonra isə arxasınca düşməməsi üçün qapını bağlamışdır. Evdən çıxmamışdan əvvəl özünə məxsus bəzi əşyaları, papağını, telefonunu götürmüş, lakin televizoru və işığı söndürməmişdir. Təqsirləndirilən şəxs ibtidai istitaq döründə də eyni məzmunlu ifadələr verərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs öldürmək istəməmişdir. Zərərçəkmiş şəxs ilə təxminən 2022-ci ilin aprel ayının orta günlərində öz yaşadığı məhlədə Ceyhun adlı məhlə uşağı vasitəsi ilə tanış olmuşdur. Belə ki, həmin vaxt Ceyhun Şamili öz dostu kimi təqdim etmiş və tanış etmişdir, tanış olduqdan sonra Ceyhun öz yaşadığı 26 saylı binada yerləşən mənzilinə getməyi təklif etmiş və onlar birlikdə Ceyhunun evinə gedib çay içib asudə vaxt keçirtmişlər. Biraz onlarla oturub çay içdikdən sonra Ceyhunun evindən çıxıb öz evinə tərəf getmiş, biraz evdə oturduqdan sonra isə yenidən küçəyə çıxmışdır. Küçəyə çıxdıqda Ceyhun ilə Şamili gördükdə təkrarən onlara yaxınlaşdıqda Şamil ona demişdir ki, şəhərdə olan evini satmaq istəyir, satmaqdan öncə isə evdə təmizlik işlərini görmək lazımdır, Ceyhundan ona evdə təmizlik etməkdə köməklik istəsə də, Ceyhun kömək etmək istəməmiş, buna görə də, Şamil evdə səliqə-sahman yaratmağa köməklik etməsini ondan xahiş etmiş və evi satdığı vaxt ona pul verəcəyini vəd etmişdir. Həmin vaxt işi- gücü və pulu olmadığından Şamilə köməklik etmək qərarına gəlmişdir. Buna görə də, elə həmin vaxt Şamil ilə Ceyhunun sifariş verdiyi taksi ilə Şamilin yaşadığı Nərimanov rayonu, Atatürk prospekti, ev 4B, mənzil 13 ünvanına gəlmişdir. Qeyd etmişdir ki, Şamil özü mobil telefon istifadə etmədiyi üçün taksini Ceyhunun telefonu ilə sifariş vermişdir. Şamilin mənzili binanın ən üst mərtəbəsində solda yerləşirdi. Şamil qapını özündə olan tək açar ilə açdıqda mənzilə girmişlər, mənzilin 01 otaqlı olmasını görmüşdür. Mənzilə girdikdə içərinin zibil ilə dolu olmasını, əşyaların səliqəsiz hara gəldi tullandığını görmüşdür. Bundan sonra Şamil ilə köməkləşib evdə təmizlik işləri görməyə başlamışlar. Həmin günün gecəsi də elə Şamilin mənzilində qalmış, birgə çörək yemişlər. Ertəsi günü isə Şamil ondan istifadə etdiyi 01 ədəd “Katel” markalı üstündə ***-***-**-** mobil nömrəsi olan mobil telefonu ona verməsini xahiş etmiş, bir müddət istifadə edib qaytaracağını söyləmişdir. Həmin gün isə Şamil ona X25 gedəcəyini deyib evi təmizləməsini tapşırmışdır. Onun istəyini pis fikirlə qəbul etməyib Şamilin mənzilində qalmış və evdə səliqə-sahman yaratmaqda davam etmişdir. Lakin sonraki günlər ərzində hiss etmişdir ki, Şamil ona sanki nökər və qulluqçu gözü ilə baxır, özü işlərinin arxasınca gedib ona ev işlərini tapşırırdı. Bunu hiss etdiyi vaxt Şamilə narazıçılıq etmək istədikdə sonuncu belində gəzdirdiyi 01 ədəd tiyəsi kəsik və dəstəyinə qara ip keçirilmiş bıçağı çıxardıb ona nümayiş etdirdi, həmçinin bıçağın dəstəyini sağ əlinin ovuc hissəsində tutub dəstəyi ilə başına vurdu və dedi ki, evdə onun dedikləri icra olunmalıdı, əks halda onu bıçaqlıyacaq. Bundan sonra Şamilə qarşı qorxu hiss yaranmış, çünki Şamilin onu vurmaq ehtimalı yüksək idi. Şamilin deməsinə görə, əvvəllər məhkumluğu olmuşdur. Şamilə öz evi-eşiyinin olmasını, evə getmək istəməsini dedikdə Şamil demişdir ki, evi nə vaxt təmizləyib bitirsə onda gedə bilər. Əlavə etmişdir ki, Şamil evdən çıxıb getdiyi vaxtlarda isə qapını çöldən bağlayırdı, açarı isə özü ilə götürürdü. Fikir vermişdir ki, Şamil həmişə özü ilə 03 ədəd açarı və bıçağı götürürdü, yəni ki, evdə qapını açmaq üçün açar qoymurdu. Özü isə Şamilin bu hərəkətlərini yola verib münasib vaxtda çıxıb gedə biləciyini düşünürdü. Evdə olduqları vaxtlarda ara-sıra Şamil özü ilə gətirdiyi “patı” və “kakos”-dan istifadə edirdi, bəzi hallarda isə ona da verirdi. Orada təxminən 1 həftə qaldığı müddət ərzində demək olar ki, hər gün Şamil onunla söyüşnən danışırdı, bıçaqla təhdid edirdi, sifətindən və bədənindən əl və ayaq zərbələri vururdu. Səbəb kimi isə güya ki, evi təmizləməməsi olurdu. Bir-iki dəfə isə Şamil ona əynində olan alt paltarının əynindən düşməsi üstündə əsəbləşmiş, bunun üstündə onu döymüşdür. Mobil telefonu isə artıq daima Şamilin istifadəsində idi. Anasına dostunun yanında qalmasını desə də, hansı dostunun və harda qalması barədə bir xəbər verməmişdir. Şamilin evində qaldığı müddət ərzində onun evinə tanımadığı şəxslərin qonaq gəlib-getdiyini görmüşdür. Şamilin tapşırığı ilə onlara yemək hazırlayıb, çay vermişdir. Qeyd etmişdir ki, həmin şəxslərin yanında da Şamil onu döyməkdə, təhqir etməkdə və bıçaqla təhdid etməkdə davam edirdi. Elə vaxt olurdu ki, Şamil evə tanışı ilə gəldikdə alt paltarında yatırdı, Şamil onu yatan vəziyyətdə və tumanda gördükdə əsəbləşib onu döyürdü. Özü isə Şamilə cavab vermirdi, çünki Şamilin əlindən və yanından gəzdirdiyi bıçaq əskik olmazdı, bıçağı daima əlinin altında saxlayardı. Şamil evin qapısını çöldən bağlamaqda davam edirdi, həmçinin mobil telefonunu üzərində gəzdirirdi. 22 aprel 2022-ci il tarixdə günorta saatlarında Şamil evdən öz işlərinin arxasınca çıxıb getmiş, qapını yenədə çöldən bağlamışdır, evdən hər hansı bir açar saxlamamışdır. Özüdə həmin vaxt evdə olub yemək yemiş və yatmışdır. Təxminən saat 18 radələrində Şamil və yanında adının sonradan Əliheydər olduğunu bildiyi şəxs ilə evə gəlmişlər. Şamil onlara çay verməsini tapşırdığı üçün onlara çay vermişdir. Həmin vaxt Şamil yenə də onu söyüb tumanının əynindən düşdüyü üçün şillə və şapalaqla üzündən və bədənindən vurmuşdur. Şamil yenə də əlində bıçağı saxlamışdı. Buna görə də, əynini geyinib dediklərini etmişdir. Şamil Əliheydər ilə əyləşdikləri vaxt “patı” istifadə etdi, lakin özü istifadə etmədi. Bundan sonra Şamil öz paltarlarından bir neçəsini və 01 ədəd tozsoranı Əliheydərə vermiş, ancaq bunun səbəbini bilməmiş, çünki onlar bu barədə söhbət edərkən özü mətbəxdə işlə məşğul idi. Biraz oturduqdan sonra Şamil təklif etdi ki, birlikdə “Kubinka”-ya getsinlər və “patı” alıb geri qayıtsınlar. Buna görə də, birlikdə evdən çıxıb Əliheydərin sifariş verdiyi taksi ilə “8 Noyabr” metrostansiyası yaxınlığına gəlmişlər. Evdən çıxarkən isə Şamil ona demişdir ki, Əliheydərin götürdüyü paketləri özü daşısın və kömək etsin. Elə başa düşmüşdür ki, işləri alınmasa Əliheydər birbaşa öz evinə gedəcəkdi. Burada Şamil ilə gözlədiyi vaxt ərzində Əliheydər onlardan kənarlaşmışdır. Təxminən 20-30 dəqiqə sonra Əliheydərin gəlmədiyini görən Şamil Əliheydərə zəng edib dedi ki, qarnı ağrıdığı üçün özü evə gedir, ona isə Əliheydəri gözləyib onunla birgə gəlməsini tapşırmışdır. Bundan sonra Şamil taksi sifariş verib evə getmişdir. Özü isə təxminən 5-10 dəqiqə Əliheydəri gözlədikdən sonra onun gəldiyini görüb birlikdə Şamilin evinə gəlmişlər. Təxminən saat 23 radələrində Əliheydər ilə Şamilin yaşadığı binanın önünə çatmışlar və birlikdə yuxarı qalxmışlar. Şamil qapını bağladığı üçün qapını döydükdə Şamil qapını açmış, Şamilin əynində evdə geyindiyi şortik və qısaqol kofta var idi. Təxminən 30 dəqiqə ərzində Şamil ilə Əliheydərə çay verdikdən sonra Əliheydər getmək üçün hazırlaşmışdır. Qeyd etmişdir ki, onlar birgə Əliheydərin aldığı “patı”-dan gümüşü rəngdə falqaya doldurub çəkmişlər və tüstüsünü udmuşlar. Bu zaman Şamil ona 2 manat pul verib tapşırdı ki, aşağıdan 01 qutu “Argo” markalı siqaret alsın, Əliheydəri də yola salsın. Bundan sonra Əliheydərin 02 ədəd paketlərini götürüb birlikdə aşağı enmişlər. Evdən çıxdıqda Şamil qapını içəridən bağlamışdır. Təxminən 5-10 dəqiqə ərzində Əliheydər sifariş verdiyi taksi ilə çıxıb getmiş, özü isə 01 qutu “Argo” markalı siqaret alıb yenidən Şamilin evinə qayıtmışdır. Qapını döydükdən sonra Şamil qapını açmışdır. Bu səfər Şamilin əynində yalnızca 01 ədəd rəngini xatırlamadığı trusik var idi. İçəri keçən kimi Şamil ona əmr verdi ki, evi təmizləsin, buna görə də, ortalığı süpürməyə başlamışdır. Həmin vaxt Şamil onun başından vurub dedi ki, köynəklərini də yusun. Hiss edirdi ki, Şamil narkotik çəkdiyi üçün daha da aqresiv olub. Mətbəxdə olduğu vaxt isə Şamil otaqda əyləşib televizora baxırdı. Bir anda artıq cana yığıldığından və Şamilin ona qarşı etdiyi hərəkətlərdən bezdiyindən qərara gəlmişdir ki, sakitcə Şamil eşitmədən evdən çıxsın, heç telefonunu da Şamildən götürməsin. Ona görə də, asta addımlarla mənzilin qapısına doğru gəlib qapının bağlı olan cəftəsini açmış, lakin qapı açarla bağlı olduğundan qapını özünə tərəf itələdikdə qapı açılmamışdır, qapının üzərində isə açar olmamışdır. Qapıdan səs yarandığından otaqda olan Şamil içəridən “Hara qaçırsan ə” deyə-deyə dəhlizə gəlmək istədiyini hiss etdikdə mətbəxə qaçmaq istəmişdir. Həmin an arxadan Şamilin gəldiyini hiss etdiyi üçün Şamilin onu artıq bıçaqla vuracağından qorxmuş, buna görə də, özünü qorumaq üçün mətbəxdən masa üstündə olan 01 ədəd dəstəyi qara rəngli olan mətbəx bıçağını götürüb dəhlizin orta hissəsində Şamil ilə üzbəüz gəlib onun ilk öncə sinə nahiyəsinə, ardınca isə baş və boyun nahiyələrinə bıçaq zərbələrini vurmuşdur. Şamil ilə tutuşduğu üçün bıçaqla əsasən baş və boyun nahiyələrinə vurmuş, dəqiq xatırlamasa da, ən az 5-6 dəfə bıçaqla xəsarət yetirmişdir. Bir anda görmüşdür ki, Şamil arxaya gedib arxası üstə yerə yıxıldı. Şamil ilə tutuşanda sonuncunun əlində bıçaq olmamasını görmüşdür. Şamilin əynində isə yenə də yalnızca 01 ədəd trusik var idi. Şamil yerə yıxıldığı anda o, xatırladığı qədər sağ əli ilə sinə nahiyəsini tutmuşdur. Şamildən heç bir qışqırıq səsi gəlmirdi. Onun hərəkət etmədiyini görüb tez hamam otağına keçib əllərini yumuş və dəhlizə çıxmışdır. Dəhlizdə Şamilin sağ əli olan tərəfdə döşəmə üzərində 01 ədəd açar görmüş, bilmişdir ki, həmin açar evin qapısının açarıdır. Belə ki, qapının açarını tanıyırdı. İlk öncə həmin açarı götürüb, ardınca isə yaşayış otağına keçib masa üzərində özünə məxsus olan 01 ədəd “Katel” markalı telefonu, yerdən özünə məxsus gödəkçəni və qara kepkasını götürüb dəhlizə keçmiş, dəhlizdə isə ayaqqabılarını geyinib sakitcə evin qapısını götürdüyü açarla açıb çölə çıxmış və özündə olan açarla qapını bağlamışdır. Evdən çıxarkən Şamili vurmaq üçün istifadə etdiyi mətbəx bıçağını da gödəkçəsini cibinə qoymuşdur. Qeyd etmişdir ki, evdən çıxdığı vaxt həm televizor, həm də ki, işıqlar açıq idi. Mənzildən çıxdıqdan sonra həyətə enmiş və bıçağı tullamaqdan ötrü məhlənin zibil yeşikləri olan tərəfinə getmişdir. Əlavə etmişdir ki, evdən çıxarkən qeyd etdiyi əşyalardan başqa heçnə götürməmişdir. Orada olan zibil yeşiklərinin birinə Şamili vurmaq üçün istifadə etdiyi bıçağı atmış, ardınca isə öz evinə getmək qərarına gəldiyi üçün ara küçələrlə Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi tərəfə çıxmışdır. Orada yolu keçdikdən sonra yolda gördüyü təsadüfi taksi avtomobilini saxlatdırmışdır. Həmin taksi sürücüsündən onu “Nargilə”nin dairəsi tərəfə apara biləciyi ilə maraqlanmış və ona 5 manat verəcəyini söyləmişdir. Həmin şəxs dediyi məbləğ ilə razılaşdıqda avtomobilin ön sərnişin oturacağına əyləşmiş və hərəkətə başlamışlar Şamilin evinin qapısının açarını isə elə avtomobildə yolda olarkən dəqiq xatırlamadığı tərəfdə sürücü görmədən və xəbəri olmadan avtomobilin pəncərəsindən küçəyə atmışdır. Təxminən 15-20 dəqiqə sonra taksi onu yaşadığı evin yaxınlığında yerləşən nömrəsini dəqiq xatırlamadığı poliklinikanın qarşısında endirmişdir. Həmin vaxt təxminən saat 03 radələri idi. Evə çatıb yaşadığı mənzilin qapısını döymüş, qapını anası açmışdır. İçəri girdikdə anası ondan haradan gəlməsini soruşduqda sonuncuya dostunun evindən gəldiyini demişdir. Həmin vaxt həyəcanlı olduğu üçün anası ondan həyəcanının səbəbi ilə maraqlanmış, özü isə ona qısaca olaraq bir adamla dalaşdığını, həmin adamı bıçaqla vurduğunu, lakin həmin şəxsin ölübölməməsini bilmədiyini söyləmişdir. Anası ona polisə getməsini bildirsə də, polisdən qorxduğunu deyib polisə təslim olmaq istəmədəyini söyləmişdir. Anası özü polisə məlumat vermək istəsə də, ondan xahiş etmişdir ki, bunu etməsin. Bundan sonra hamam otağına keçib paltarlarını soyunub çimmiş, çimdikdən sonra təzə paltarlarını geyinmişdir. Hadisə vaxt üstündə olan 01 ədəd göy rəngli cins şalvarı, 01 ədəd qara rəngli uzunqol koftanı, 01 ədəd kepkanı, 01 ədəd qara rəngli gödəkçəni və 01 ədəd boz rəngli idman ayaqqabılarını paketə qoyub həyətə çıxmış, elə gecə ilə məhlədə yerləşən zibil yeşiklərinin birinə tullamış və yenidən öz evinə qayıtmışdır. Hadisə zamanı əynində yalnız koftası ilə şalvarının qana bulaşdığını düşünsə də, paltarlarının hamısını atmaq istəmişdir. Belə ki, fikirləşmişdir ki, Şamilin evindən çıxarkən əynində olan paltarlarla hər hansı bir videomüşahidə kamerasına düşə bilər, bu yol ilə öz izini itirmək istəmişdir. Özünə məxsus olmaqla müvəqqəti olaraq isə Şamilin istifadə etdiyi mobil telefonunu söndürmüş və evdə saxlamışdır. Sonraki günlərdə ölkədən xaricə çıxmaq qərarına gəldiyi üçün etibarlıq müddəti keçmiş xarici pasportunu dəyişmək niyyətində olmuşdur. Bunun üçün ilk öncə təxminən 24 aprel 2022-ci il tarixdə anası ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə yaxınlaşmış, oradan ona 2 gün ərzində müvəqqəti hərbi bilet əvəzedicisi sənədi təqdim edilmişdir. Bundan sonra həmin sənədlə birbaşa Xətai rayonunda yerləşən 2 saylı “Asan Xidmət” Mərkəzinə getmiş, qeyd etmişdir ki, həm komissarlığa, həmdə ki, “Asan Xidmət” mərkəzinə anası ilə birgə getmişdir. Həmin mərkəzdə yeni vəsiqə almaq üçün müraciət etmiş və vəsiqəni 1 gün ərzində almaq üçün 90 manat pul ödəniş etmişdir. Belə ki, köhnə şəxsiyyət vəsiqəsini 2021-ci ildə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən törətdiyi oğurluq cinayət hadisəsi ilə əlaqədar saxlanıldığı vaxt itirmişdir. “Asan Xidmət” mərkəzindən yeni vəsiqəni alan gün həm anası, həm özü xarici pasport üçün müraciət etmişlər, lakin orada ona “Stop”- u olduğu deyildiyi üçün təzə xarici pasport ala bilməmişdir. Köhnə xarici pasportu isə həmin mərkəzdən götürülmüşdür. Bundan sonra ona “stop” qoyulmasının səbəbi ilə maraqlanmaqdan ötrü Dövlət Sərhət Xidmətinin “Sahil” metrostansiyasmm yaxınlığında yerləşən idarəsinə yaxınlaşmışlar, oradan isə həmin məsələ ilə bağlı H.Əliyev adma X12 yerləşən idarələrinə getmələri deyilmişdir. Bundan sonra anasına məxsus “Cherry Tigo” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birbaşa hava limanına yollanmışlar, hava limanın ərazisinə girdikdə şlaqbaumda dayanan şəxslər Dövlət Sərhəd Xidmətinin müvafiq idarəsinin şlaqbaumdan çöldə olduğunu dedikləri üçün yenidən şlaqbaumdan çölə çıxmışlar və Dövlət Sərhəd Xidmətinin hava limanı idarəsinə yaxınlaşmışlar. Orada qapıda dayanan şəxslərdən “stop” barədə maraqlanmışlar, həmin şəxslər isə “Stop bizlik deyil” deyib getmələrini məsləhət bilmişlər. Həmin vaxt anasının avtomobilini özü idarə etmişdir. Belə ki, anası uzun yol sürməklə arası yoxdur. Bundan sonra isə öz evlərinə qayıtmışlar. Sonraki bir neçə gün ərzində isə elə evdə olub, heç bir yerə çıxmamışlar. Təxminən 01 may 2022-ci il tarixdə gizlənmək üçün rayona getmək fikrinə gəlmişdir. Həmin vaxt ağlına Respublika Narkoloji Mərkəzdə tanış olduğu və evlərinin yaxınlığında yaşayan Məmməd yadma düşmüş, fikirləşmişdir ki, onunla istədiyi halda rayonların birinə gedib qala bilərlər. Ona görə də, həmin gün evdən çıxarkən özü ilə paltarlarını götürüb idman çantasına yığıb hazır etmiş və Məmmədə zəng etmişdir. Eyni zamanda, köhnə telefonunu və nömrəsini evin yaxınlığında zibilliyə atmış, evdən anasına məxsus 01 ədəd sensor ekranlı “Katel” markalı mobil telefonu və ***-***-**-** mobil nömrəsini götürmüşdür. Həmin mobil telefon və nömrə anasına məxsus idi, sadəcə çoxdandır ki, istifadə edilmirdi. Eyni zamanda anasından rayona getmək üçün 400 manat pul götürmüşdür. Anasına isə rayona gedəcəyini demiş, lakin hansı rayon barədə bir söz deməmişdir. Məmmədə də elə təzə nömrəsindən zəng edib evdə olmasını dəqiqləşdirdikdə sonuncunun evinə gəlmişdir. Məmməd ondan harda itib batdığını soruşduqda, sonuncuya bir nəfərlə dalaşdığını, onu bıçaqla vurduğunu demiş, Məmməd isə dediklərinə zarafatla yanaşmışdır. Ona birlikdə rayona getməyi təklif edib hansısa rayonda dost-tanışının olub-olmaması ilə maraqlanmış, Məmməd isə rayonda heç bir tanışının olmaması cavabını verdikdə Məmmədə təklif etmişdir ki, birlikdə “28 may” metrostansiyası tərəfdə yerləşən məkanların birində pul müqabilində görüşən 02 qadın tapıb otelə getsinlər və istirahət etsinlər. Hazırda xatırlamadığı nömrəyə zəng edib “28 may” metrostansiyası tərəfdə yerləşən evə getmişlər, orada iki qadın gəldikdə onlarla birlikdə “Günəşli”-də yerləşən “Araz” otelinə gəlib 40 manata 02 yataq otağlı otaq götürmüşlər və orada səhərədək istirahət edib qadınlarla cinsi əlaqədə olduqdan sonra qadınlara 80 manat pul verib taksi ilə yola salmışlar. Səhər açıldıqda isə, yəni ki, 02 may 2022-ci il tarixdə Məmmədlə yaşadığı evə gəlmişlər və 2-3 gün onun evində qalmışlar. Lakin onun evində qaldığı müddət ərzində nə ona, nədə ki, digər ailə üzvlərinə törətdiyi cinayət hadisəsi barədə məlumat verməmişdir. 04 may 2022-ci il tarixdə isə evə getmək istədiyindən anasına zəng edib gəlib onu Məmmədin evindən götürməsini xahiş etmişdir. Belə ki, verdiyi 400 manatı da xərcləmişdi. Evə qayıtdıqdan sonra təxminən 2-3 gün anası və babası ilə birgə qalmış, əlavə etmişdir ki, babasının ümumiyyətlə hadisə barədə məlumatı olmamışdır. Nə özü, nə də ki, anası ona bu barədə bir söz deməmişlər. Təxminən 07 may 2022-ci il tarixdə yenidən gizlənmək məqsədi ilə rayona getmək fikrinə gəlmişdir. Bunun üçün İmişli rayonunda yaşayan köhnə tanışı Rəşada zəng edib şəhərdən bezdiyini deyib İmişliyə gəlmək istədiyini demişdir. Ondan İmişlidə qalması üçün kirayə ev təşkil etməsini xahiş etmiş, Rəşad da ona İmişlidən olan makler ilə əlaqə yaradıb münasib ev tapmışdır. Kirayə qiyməti isə aylıq 130 manat idi. Qeyd etmişdir ki, anasından əlavə olaraq 350 manat pul götürmüş, İmişli rayonunda isə mərkəzi hissədə “Bazarstore” supermarketinin yaxınlığında kirayə verilən evdə tək yaşamışdır. Ara-sıra isə Rəşadla görüşüb söhbətləşirdi, lakin ona hadisə barədə heç bir məlumat verməmişdir. Həmin evdə 16 may 2022-ci il tarixədək yaşamışdır. 16 may 2022-ci il tarixdə isə axşam saatlarında polis əməkdaşları gələrək onu evin yaxınlığında saxlayaraq Nərimanov rayon prokurorluğuna gətirmişlər. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, 23 aprel 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi zaman mənzildə olduğu üçün əynində 01 ədəd göy rəngli cins şalvarı və 01 ədəd qara rəngli uzunqol kofta var idi. Hadisədən sonra mənzildən çıxarkən həmin paltarlar əynində olmuşdur. Əlavə olaraq isə evdən çıxarkən ayağına 01 cüt boz rəngli idman ayaqqabısı, 01 ədəd kepka və 01 ədəd qara rəngli gödəkçəsini geyinmişdir.Hadisə zamanı əynində yalnız koftası və şalvarı qana bulaşdığını düşünsə də, paltarlarının hamısını atmaq istəmiş, qeyd etmişdir ki, paltarların qara rəngli olduğundan qanlı olub-olmamasını görməmiş, yalnızca ətrafda qan çox olduğundan paltarların qanlı olmasını düşünmüşdür. Həmin paltarların hamısını isə 23 aprel 2022-ci il tarixdə gecə saatlarında öz evinə gəldikdən sonra paketə qoyub elə gecə ilə məhlədə yerləşən zibil yeşiklərinin birinə tullamış və yenidən öz evinə qayıtmışdır. Fikirləşmişdir ki, Şamilin evindən çıxarkən əynində olan paltarlarla hər hansı bir videomüşahidə kamerasına düşə bilər, paltarlarını tullamaqla öz izini itirmək istəmişdir. Paltarları qara rəngli olduğundan üzərinə qan bulaşıb- bulaşmamasını dəqiq görməmiş, yalnız Şamilin qanı ətrafa çoxlu axdığından güman edir ki, həmin paltarlarda qan olsun, lakin paltarları atdığı üçün paltarları istintaqa təqdim edə bilmir. Hadisə baş verən zaman Şamilin əynində yalnızca 01 ədəd rəngini dəqiq xatırlamadığı trusik olmuşdur. Onun əynində başqa geyim əşyası olmamışdır. Belə ki, Şamil evdə olanda əsasən yalnızca trusikdə olurdu. Hadisə zamanı Şamil ona yumruq atmaq istəsə də, habelə onunla tutaşsa da, ona xəsarət yetirə bilməmiş, hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə baş verən vaxt mənzildə Şamil ilə özündən başqa heç kəs olmamışdır. Şamilə bıçaqla xəsarət yetirdiyi vaxt Şamil onun üstünə cumaraq bıçağı əlindən almaq istəyirdi, həmçinin onunla tutuşmuş, lakin bıçaq zərbələrindən sonra Şamil qüvvətdən düşüb yerə yıxılmışdır. Hadisə zamanı 01 ədəd sadə “Katel” markalı telefonu və üzərində ***-***- **-** mobil nömrəsini istifadə edirdi, həmin telefonu isə Şamil özü sanki özünə aid kimi istifadə edirdi. Hadisədən sonra isə istintaqdan qaçıb gizləndiyi müddət ərzində 01 ədəd sensor ekranlı “Katel” markalı mobil telefonu və üzərində ***-***-**-** mobil nömrəsini istifadə etmişdir. Şamilin isə nə evdə, nə də ki, üzərində heç bir mobil telefon olmamışdır. Heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş və çəkmir. Ara-sıra “patı” və “kakos” adlı narkotik vasitələrdən istifadə etdiyi üçün bir neçə dəfə Respublika Narkoloji Mərkəzində müalicədə olmuş, həmçinin orada rəsmi olaraq qeydiyyatdadır. Zərərçəkmiş şəxs vurmaq üçün istifadə etdiyi bıçağ dəstəyi qara rəngli adi mətbəx bıçaq idi. Həmin bıçaq evdə daima istifadə olunmuşdur. Hadisə zamanı bıçağı sağ əlinlə tutmuş, bıçağı sağ əlində tutmaqla dəstəyi əlinin içində, tiyəsi isə çölə çıxmış vəziyyət idi. Zərərçəkmiş şəxs vurmaq üçün istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra özü ilə götürüb cibinə qoymuş, həyətə endikdən sonra isə məhlənin kənarında yerləşən zibil yeşiklərinin birinə atmışdır. Belə ki, bıçağın üzərində olmasını istəmirdi. Ona görə də, bıçağı istintaqa təqdim edə bilmir. Hadisə Zərərçəkmiş şəxs mənzilində baş verdiyi üçün heçkəsin hadisə barədə məlumatı olmamışdır. Mənzildə yalnız özü və Şamil olmuşlar. Anası Evelina və tanışı Məmmədə adam vurduğunu, yalnız həmin şəxsin sağ qalıb-qalmadığını bilmədiyini demişdir. Onlar heç biri Zərərçəkmiş şəxs tanımamışlar, görməmişlər. Məmməd isə ümumiyyətlə dediklərini ciddiyə almamış, zarafatla yanaşmışdır. Anası isə hadisəni öyrənən kimi, polisə getməsini bildirmiş, lakin polisdən və tutulmaqdan qorxduğu üçün polisə getməyəcəyini demiş, anasına heçkəsə hadisə barədə məlumat verməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurduğu anda onun üzərində bıçaq olmasını zənn etsə də, onunla tutuşduğu an əlində bıçaq olmadığını görmüşdür. Habelə Şamil yerə yıxıldıqdan sonra da ətrafda yalnız evin qapısının açarı var idi, bıçaq yox idi. Yaşayış otağından telefonunu və geyim əşyalarını götürən an Şamilin həmişə üzərində gəzdirdiyi və ona hədə gəldiyi bıçağın masa üzərində olmasını görmüşdür. Şamildən bərk qorxduğu, habelə onun həmişə üzərində bıçaq saxladığını, həmin bıçaqla onu hədələdiyi üçün onun arxasınca gəldiyi vaxt elə bilmişdir ki, əlində bıçaqla üzərinə gəlir. Yalnızca bıçağı götürüb ona vurduğu vaxt əlində heç bir bıçağın olmamasını görmüş, Şamilə vurduğu birinci bıçaq zərbəsindən sonra geri çəkilmədiyini görüb əlavə olaraq ona bıçaqla xəsarətlər yetirmiş, bir anda isə Şamil sanki gücdən düşüb yerə yıxıldıqda, artıq ona bıçaqla vurmamışdır. Xatırladığı qədər, Zərərçəkmiş şəxs bıçaqla vurmağa başladığı andan əllərini yuyub evdən çıxdığı anadək ən uzağı 5-6 dəqiqə keçmişdir. Hadisə təxminən 23 aprel 2022-ci il tarixdə saat 02 radələrində baş vermişdir. Dəqiq olaraq saatı xatırlamır, hadisə vaxtı heç bir spirtli içki qəbul etməmiş, həmçinin bihuşedici vasitələrin təsiri altında olmamış, narkotik istifadə etməmişdir. Azərbaycan Respublikasından başqa ölkənin vətəndaşlığı yoxdur. Yalnızca 2019-cu ildə Ukraynada olarkən orada 1 il müddətinə müvəqqəti yaşamaq üçün vəsiqə əldə etmişdir. 2021-ci ilin təxminən may ayında Suraxanı RPİ-nin əməkdaşları tərəfindən mobil telefon oğurlaması ilə əlaqədar saxlanılmış, həmin idarənin İstintaq Şöbəsində barəsində cinayət işi istintaq olunmuş, lakin həmin cinayət işinin nəticəsini bilmir, bilməsinə görə, həmin cinayət işi məhkəməyə göndərilməmişdir. Bundan başqa heç bir cinayət əməli olmamışdır, məhkumluğu yoxdur. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, Şamilin isə onun yanında narkotik satdığını görməmiş, bu barədə heç kəsdən məlumat eşitməmişdir. Zərərçəkmiş şəxs evində özünə məxsus heç bir əşya olmamışdır. Onun evinə gəldiyi ilk gündə əynində hansı paltarlarla gəlmişdisə hadisə vaxtı da həmin paltarlar üzərində olmuşdur, evdən çıxdıqdan sonra isə paltarlar yenə də üzərində olmuşdur. Əliheydər adlı şəxs 22 aprel 2022-ci il tarixdə axşam saatlarında çıxıb getmişdir. Onu özü şəxsən yola salmışdır. Zərərçəkmiş şəxs mənzilinin açarları yalnız onun özündə olmuşdur. Şamil ona öz mənzilinin açarlarını verməmişdir. Evdən harasa getdiyi zamanlarda isə ona evdə işlər tapşırırdı, qapını isə çöldən bağlayırdı. Sanki Şamil onu öz nökəri kimi görürdü. Yalnızca Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra onun bədəninin yanında evin açarını gördükdə həmin açarı götürüb evin qapısını açmış və mənzildən çıxmış, mənzili isə eyni açarla çöldən bağlayıb açarı özü ilə aparmışdır. Açarı taksi ilə evə gedən zaman taksi sürücüsü görmədən yolda ola-ola avtomobildən yola atmışdır. Zərərçəkmiş şəxs ilk zərbəni sinə nahiyəsinə vurmuş, digərlərini isə əsasən səhv etmirsə baş və boyun nahiyələrinə vurmuşdur. Hadisə zamanı ən azı 5-6 dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs mənzilində heç bir dəyərli əşya və ya pul götürməmiş, onun ümumiyyətlə evində dəyərli əşya və ya pulu olmazdı. Hadisə zamanı elə bilmişdir ki, Şamil onun üzərinə bıçaqla gəlir və onu vurmaq istəyir. Ona görə də, özünü qorumaq niyyəti ilə mətbəx bıçağını götürüb üzərinə gəldiyini gördüyü Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirmişdir. Elə bilirdi ki, Şamil bıçaqla onu vurmaq istəyir.Evdən çıxan vaxt Şamildən hər hansı bir səs gəlməsə də, onun ölüb-ölməməsini bilməmişdir. Xatırladığı qədər, dəhlizin və yaşayış otağının işıqları açıq olmuş, eyni zamanda televizor da işlək olmuşdur. Tələsik evdən çıxdığından heç nəyə əl vurmamış, işığı və televizoru söndürməmişdir. Zərərçəkmiş şəxs mənzilinə hər hansı bir qohumlarından kiminsə gəlib- getməsini bilmir. Saxlandığı İmişli rayonunda kirayə götürdüyü mənzildə tək qalmışdır. 23 aprel 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi və mənzildən çıxdığı vaxt qonşulardan heç kəs onu görməmişdir. Özü də Ak.H.Əliyev küçəsinə çıxıb taksiyə minən vaxtadək qarşısına heç kəs çıxmamışdır. Belə ki, evdən çıxdığı vaxt artıq saat 03-ə qalırdı, yəni ki, gecə vaxtları idi. Azərbaycan Respublikasında “Covid- 19” pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimininin tələbləri yumşaldılaraq 01 may 2022-ci il tarixdən etibarən qapalı və açıq məkanlarda maska rejimi ləğv edilsə də, qoruyucu maska taxmaqda məqsədi üzünü gizlətmək idi ki, heçkəs onu tanımasın və şəxsiyyətini dəqiqləşdirə bilməsin, çünki bilirdi ki, Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri yetirməsi hadisəsinin üstü açılacaq, polis əməkdaşları onu axtaracaq. 01 may 2022-ci il tarixdən sonraki müddət ərzində qoruyucu maska taxmaqda məqsədi də qeyd etdiyi kimi, üzünü gizlətmək idi ki, onu tanıya bilməsinlər və tutmasınlar. Zərərçəkmiş şəxs ya “Argo”, ya da ki, “Vinçester” markalı siqaret çəkərdi. Özü də elə eyni siqaretlərdən çəkirdi. Hadisə günü də evdə elə bu siqaretlərdən çəkmişlər, hətta Əliheydəri yola salıb marketə girdikdə oradan 01 qutu “Argo” markalı siqaret alıb Şamilə vermişdir. Zərərçəkmiş şəxs ilə aralarında heç bir seksual əlaqə olmamış, sonuncu ona qarşı seksual maraq göstərməmişdir. İş üzrə Təqsirləndirilən şəxs əlavə olaraq dindirildikdə əvvəlki ifadəsini təsdiq etməklə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmiş və 22 aprel 2022-ci il tarixdə hadisə yeri olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 4B saylı binanın həyətini qeydə alan videokameradan götürülmüş videogörüntülər olan 01 ədəd “USB” yaddaş kartında olan videogörüntülərə baxış keçirib bildirmişdir ki, 22 aprel 2022-ci il tarixdə saat 21:33-də qeydə alınmış görüntülərdə binanın blokundan həyətə çıxan 03 nəfər şəxslərdən biri Şahid2, ikincisi Zərərçəkmiş şəxs, üçüncüsü isə özüdür. Öndə gedən şəxs Əliheydərdir, onun ardınca isə sol əlində paketlə gedən özü, onların da arxasınca gələn Şamildir. Əvvəlki ifadəsində qeyd etdiyi kimi, onlarla birgə Şamilin istəyi üzrə “patı” almaqdan ötrü gedirdi. Əlində olan paketdə isə Şamilin Əliheydərə hədiyyə etdiyi əşyalardır. Həmin gün saat 23:08-də qeydə alınmış görüntülərdə isə Şamilin yaşadığı mənzilin bloku istiqamətdə öndə gedən Əliheydərdir, onun arxasınca isə sağ əlində paketlə gələn özüdür. Həmin zaman Şamilin evinə qayıdırdılar, Şamilin özü isə onlardan əvvəl artıq evinə gəlmişdi. Həmin gün saat 23:44-də dair qeydə alınmış görüntülərdə isə eyni qayda ilə öndə gedən Əliheydər, onun arxasınca gələn isə özüdür. Həmin vaxt Əliheydər evə gedirdi, Özü isə evdə onu gözləyən Şamilin istəyi üzrə Əliheydəri yola salmaqdan və marketdən siqaret almaqdan ötrü Əliheydər ilə birgə həyətə enmişdir. Bir neçə dəqiqə sonra isə əvvəlki ifadəsində qeyd etdiyi kimi, Əliheydəri yola saldıqdan və marketdən siqaret aldıqdan sonra isə yenidən Şamil ilə birgə qaldığı mənzilə qayıtmışdır. 23 aprel 2022-ci il tarixdə saat 02:44-də qeydə alınmış görüntülərdə blokdan çıxıb düz, yəni ki, H.Əliyev küçəsi istiqamətində qaranlıqda hərəkət edən şəxs özüdür. Həmin vaxt Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra onun evindən çıxmışdır, öz ailəsinin yaşadığı evə getmək üçün H.Əliyev küçəsinə tərəf gedirdi. Məhlə ilə hərəkət edən zaman isə Zərərçəkmiş şəxs vurmaq üçün istifadə etdiyi bıçağı qarşısına çıxan zibil yeşiklərinin birinə atmışdır. Qeyd etmişdir ki, həmin vaxt qaranlıq və gecə saatları olduğu üçün məhlədə heçkəs yox idi, onu görən şəxs olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, ailə üzvləri mərhum atası X11, mərhum anası X8 və mərhum qardaşı Zərərçəkmiş şəxs ibarət olmuşdur. X34 hələ uşaq yaşlarında olarkən həbsə düşmüşdür, həbsə düşdükdən sonra isə onlardan ayrılmışdır. Anası Nailə 17 iyun 2005-ci il tarixdə beyninə qansızmadan vəfat etmişdir. Anası vəfat etdikdən sonra ona və Şamilə onlarla əvvəldən yaşayan nənələri X4 baxmışdır, nənəsi Şəfiqə də təxminən 2 il öncə vəfat etmişdir. Ailəlikcə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamışlar, həmin ərazidə böyümüşlər. Təxminən 2011-ci ildə isə köhnə yaşayış evləri söküldüyündən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 4B, mənzil 13 ünvanına köçürülmüşlər və orada yaşamışlar. Özü isə təxminən 3-4 ildir ki, arvadı və 2 azyaşlı övladı ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Mərhum Zərərçəkmiş şəxs doğma qardaşı olsa da, onunla münasibəti olmamışdır. O öz ailəsi ilə Zərərçəkmiş şəxs kənarda yaşamış, araları soyuq olmuş, Şamilin narkotik vasitələr istifadə etmə səbəbindən münasibətləri pozulmuşdur. Hadisə günü işdə olan zaman qonşular ona zəng edib bildiriblər ki, Şamili öldürüblər, meyiti də 15 gün evdə qalmışdır. Deyilənlərə görə təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə qardaşını öldürmüşdür. O, bir-iki il olardı ki, Zərərçəkmiş şəxslə əlaqəsi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi olaraq təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxsin hüquq varisi X24 ibtidai istintaq dövründə də eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 nın ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşamışdır. Hadisə baş verən zaman ölkə xaricində konfransda olmuşdur. May ayında konfransdan qayıtdıqdan sonra yaşadığı binanın blokundan üfunət iyisinin gəldiyini hiss etmiş, ilk öncə blokda hər hansısa bir heyvan öldüyünü zənn etmişdir. Təqribən iki-üç gün müddət keçdikdən sonra blokdan pis qoxu gəlməsi səbəbindən bloka girmək mümkün olmamışdır. Ona görə polisə zəng edərək blokdan ağır dərəcədə pis qoxu gəldiyini və buna bir çarə tapılmasını xahiş etmişdir. Zəng etdikdən 15 dəqiqə sonra polis əməkdaşları artıq yaşadığı bloka gəlmişlər. Onun ağlına belə gəlməzdi ki, bloku bürüyən pis qoxu Şamilin cansız bədənin iysidir. O, təqsirləndirilən şəxsi ilk dəfə burada görmüş, əvvəllər bu şəxsi görməmişdir. Şamilin ailəsini isə uzun müddətdir tanımışdır. Şamilin onların ailəsinə qarşı heç bir zərəri olmamış və aralarında normal qonşu kimi xətir-hörmət olmuşdur. Şamilin ailəsi ilə də qonşu kimi normal münasibətləri olmuşdur.Şamilin anası Nailəni və qardaşı Muradı tanıyır. Nailə uzun müddət öncə vəfat etdikdən sonra Şamil və Murada nənələri baxmışdır. Şamil vaxtikən həbsdə olmuş, o, həbsdə olduğu müddət ərzində mənzillərində Murad öz ailəsi və nənəsi ilə birgə yaşamışdır Şamil həbsdən çıxdıqdan sonra Murad öz ailəsini götürüb başqa əraziyə getmişdir. Şamil bir neçə il idi ki, həbsdən çıxmışdır. Şamillə ailələri arasında heç bir ədavət olmamışdır. Şamilin yaşadığı evə çox vaxt gecələr kiminsə girdiyini görmüş, lakin kimlər olduğunu bilməmişdir. Həmin şəxslərən savayı Şamilin xalası Şamilin yaşadığı evə gəlirdi. Şamilin xalası onun yaşadığı evi yığışdırırdı, ona yemək gətirirdi. Şahid1 ibtidai istintaq dövründə də eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, Respublika Narkoloji Dispanserdə qeydiyyatlı xəstə olduğu üçün həkim resepti əsasında hər gün X21 “metadon” qəbul edir. Həmçinin diabetli şəkər xəstəsidir. X9rşısında “Şamil”lə tanış olmuşdur. “Şamil” ona evi və həmin evdə olan əşyaları satmaq istədiyini bildirmişdir. Evinə “şifoner” lazım olduğunu bildirdikdə Şamil öz evində olan şifoneri ona sata biləcəyini söyləmişdir. Həmin şifonerin şəklini çəkib “xanıma” yəni həyat yoldaşına göstərdikdən sonra həmin əşyanı almaq barədə razılaşmışlar. Şamil ona sadəcə tozsoran pay vermişdir, iki ədəd şalvarın dəyərini isə ödəyib götürmüşdür. Daha sonra onunla birlikdə onun yaşadığı evə getməyə qərar vermiş, yaşadığı evə gedərkən onun mənzilində bir nəfər oğlan olduğunu görmüş, Şamilin həmin oğlanın ona “kiçiklik” etdiyini bildirən zaman təəcüblü şəkildə bir oğlanı necə evdə saxlaya biləcəyini soruşmuş, Emilin ona “kiçiklik” etdiyini başa düşməmişdir. Evdən gedəndə isə həmin “kiçiklik” edən şəxsin evdə olaola qapını qıfıllayıb getdiyini görmüşdür. Həmçinin evdə olan zaman “Şamil” təqsirləndirilən şəxslə çox aqressiv danışdığını, təqsirləndirilən şəxsi söydüyünü, vurduğunu və bıçaqla hədələdiyini də müşahidə etmişdir. Təqsirləndirilən şəxs Şamilin evində “sən o bıçağı Şamilin əlindən al, mən onunla söhbət eləyim” demişdir, o isə Emilə “ondan bıçağı alsam sənin əlindən onu kim alacaq” demişdir. Şamilin evindən çıxdıqda Şamil təqsirləndirilən şəxsi çörək almağa göndərmiş, Emillə birlikdə evdən çıxdıqdan sonra həyətdə təqsirləndirilən şəxsə “çıx get də, xoşuva gəlir belə yaşamaq?” desə də Emil cavabında “əgər getsəm başıma oyun açacaq” söyləmişdir. Emilə dəfələrlə məhkum olduğunu, 5 nəfər problemli məsələləri həll edən şəxslə birlikdə bu məsələni də həll edə biləcəyini bildirsə də Emil öz məsələsini özünün həll edəcəyini söyləmişdir. Oradan çıxıb evinə gəlmiş, səhəri gün “Şamil”ə zəng edəndə “Şamil” telefona cavab verməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid2 oğlnun ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, arvadı X10 ilə birlikdə yaşayır. Aygün Səfərova ilə 2001-ci ildə rəsmi nigahla ailə həyatı qurmuş, birgə nigahlarından övladları yoxdur. Bu evlilik onun ikinci evliliyidir, Aygünün isə birinci evliliyidir. Birinci həyat yoldaşı Sədaqət ilə 1993-cü ildə ayrılmış, onunla evliliyindən 1995-ci il təvəllüdlü qızları Fatimə Səfərova dünyaya gəlmişdir, onlar birlikdə bildiyi qədər, Nəsimi rayonunda “Papanin” adlanan ərazidə yaşayırlar, onların heç biri ilə münasibəti yoxdur. 2002-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə törətdiyi quldurluq cinayəti üstündə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2017-ci ildə isə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra ünvan 6 ünvanında qeydiyyata alınmışdır. Təxminən 8-9 aydır ki, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Ziya Bünyadov yaşayış massivində yerləşən nömrəsiz evdə kirayədə yaşayır. Heç bir yerdə rəsmi olaraq işləmir, zibilliklərdə tapdığı satmaq üçün yararlı əşyaları tapıb satır və pul əldə edir, eyni zamanda dəmir yığıb satır. Arvadı Aygün isə evlərinin yaxınlığında yerləşən sexdə dərzi işləyir. Cavan yaşlarından hazırki vaxtadək müxtəlif narkotik vasitələrdən istifadə edir. 2017-ci ildən isə Respublika Narkoloji Dispanserdə qeydiyyatdadır, qeydiyyatda xəstə olduğu üçün həkim resepti əsasında hər gün X21 “metadon” qəbul edir. Həmçinin diabetli şəkər, qaraciyər serrozu, böyrək çatışmazlığı, revmatizma, ürəyin işemik xəstəlikləri vardır, lakin imkanı olmadığı üçün müalicə olunmur. Zərərçəkmiş şəxs ilə 22 aprel 2022-ci il tarixdə saat 15-16 radələrində Nəsimi rayonunda yerləşən X23 “metadon” aldığı inzibati binanın həyətində tanış olmuşdur. Şamil ona və orada dayanan digər şəxslərə “Kimdə metadon var?” deyə sual vermiş, lakin orada olan şəxslər heç birində “metadon” olmamasını demişlər. Elə başa düşmüşdür ki, Şamil qeydiyyatda olmadığı üçün “metadon” ala bilmir və orada olan şəxslərdən “metadon” almaq istəyir. Bundan sonra Şamil orada olan şəxslərə Nardaran qəsəbəsindən olduğunu, özünə məxsus Nərimanov rayonunda yerləşən mənzili satmaq niyyətində olduğunu, maraqlanan adamın olub-olmamasını soruşmuş, heçkəs buna reaksiya verməmiş, yalnız özü Şamilə evi satmaqda köməklik edə biləcəyi dediyi üçün onunla ünsiyyətləri yaranmışdır. Fikirləşmişdir ki, Şamilin evinin satılmasında köməkliyi olsa şirinlik kimi ondan pul ala bilər. Şamil ilə bir neçə dəqiqə söhbət etdikdən sonra Şamil “Papanin” adlanan əraziyə gedib, tanış olan adamdan “patı” alıb çəkib, daha sonra isə birlikdə gedib evinə baxmalarını bildirmişdir. Şamilə “patı”-dan az-az istifadə etdiyini demiş, birlikdə gedə biləcəyini söyləmiş, həmdə ki, evə baxmaq istəmişdir. Şamil ilə birlikdə piyada olaraq “8 Noyabr” metrostansiyası yaxınlığına getmişlər, yolboyu isə Şamil kiminləsə mobil telefonla danışdığını eşitmişdir. Həmin metrostansiyasmm yaxınlığına çatdıqda Şamil ona gözləməsini demiş, özü isə uzaqdan gələn bir nəfər şəxsə yaxınlaşıb bir neçə dəqiqə həmin şəxslə söhbət etdikdən sonra geri qayıtmışdır. Şamil ona heçnə ala bilmədiyini, həmin şəxsdə narkotikin olmadığını demişdir. Həmin vaxt taksiyə əyləşmişlər, Şamil gedəcəkləri ünvanı taksi sürücüsünə dedikdə hərəkətə başlamışlar. Təxminən 10 dəqiqə sonra Şamilin sürücüyə çatdıqları deyib avtomobili saxlatdırmış və onlar yerə enmişlər. Yolda olarkən Şamil evdə Emil adlı şəxs ilə birlikdə qalmasını demişdir. Şamil qarşısında dayandıqları binanı işarə edib orada həyətə girən arkadan içəri getmiş, özü də onun yanında getmişdir. Daha sonra onunla binanın ən üst 5-ci mərtəbəsinə qalxmışlar və Şamil pilləkəndən qalxan kimi solda yerləşən qapıya yaxınlaşıb, cibindən topa vəziyyətdə olan açarları çıxardıb onlardan biri ilə qapının kilidini açmışdır. Qapını içəri açdıqdan sonra Şamil mənzilə daxil olmuş, özü də onun arxasınca içəri girmişdir. İçəri girib ayaqqabları çıxardıb zala keçmişlər. Zala daxil olduqda içəridə döşəmə üzərində sərilmiş çarpayıda bir nəfər oğlanın yatmasını görmüşdür. Həmin şəxs içəri girəndə səsdən oyanmadığı üçün Şamil bir neçə dəfə ona “Emil, Emil, dur, qonağımız var” dedikdə həmin şəxs yuxudan oyanmış və yerində oturmuşdur. Bilmişdir ki, onun adı Emildir. Həmin otaqda olan masa arxasında əyləşdikdə Şamil Emilə çay gətirməsini demiş, Emil gedib mətbəxdən çay hazırlayıb gətirmişdir. Emil çay gətirdikdən sonra onlarla birlikdə əyləşmiş, evin satılması barədə söhbətlər etmişlər, Şamil evi satdıqdan sonra Nardaranda torpaq alıb ev tikəcəyi barədə planlarının olmasını demişdir. Şamilin Emil ilə danışığından elə başa düşmüşdür ki, Emil Şamilə qulluqçuluq edir. Belə ki, Emil kənarda olduqda Şamil ona Emilin onun üçün nökərçilik etdiyini, “şustrak” olmasını demişdir. Şamil tez-tez Emilə söyüş söyürdü, təhqir edirdi, əynini normal geyinməsini deyirdi, ara-sıra isə Emilə yumruq və təpik atırdı, sanki Emili alçaltmaq istəyirdi. Bir anda isə görmüşdür ki, Şamilin əlində 01 ədəd düymə ilə açılıb-bağlanan-qatlanan bıçaq var. Şamil bıçağı Emilə göstərib hədə gəlirdi və çaşmamasmı deyirdi. Fikir vermişdir ki, Emil Şamildən daha iri idi, istəsəydi Şamilə cavabını qaytarıb döyərdi. Şamilin əlində bıçaq saxlamasını gördüyü üçün elə bilirdi ki, Şamil Emilin ona cavab qaytarmaması üçün ona bıçağı nümayiş edir, hədə gəlir. Hətta Emil bir neçə dəfə Şamildən kənarda olduqda ondan Şamilin əlindən bıçağı almasını xahiş etsə də, Emilə bu barədə heçnə də bilməcəyini deyirdi. Qeyd etmişdir ki, Emilin orada hansı müddətdə qalmasını bilməmişdir. Emil isə cavabında Şamilə yalnızca “Bəsdidə, evdə qonaq var, nə istəyirsən e məndən” deyərdi, lakin Şamilə əl-qol atmaz, vurmazdı. Görürdü ki, Emil Şamilin hərəkətlərindən bezmişdir. Emil ilə söhbət edən zaman onun anası ilə birgə yaşadığını bildikdə, ona hansı səbəbdən Şamil ilə birgə qalmasını soruşmuş, lakin Emil buna cava verə bilməmişdir. X29 asılı idi. Orada olduqları vaxt ərzində Şamilin hardansa “patı” çıxarıb evdə olan falqaya qoyub çəkmiş, Emil isə ondan “patı” çəkməyi istəsə də, Şamil ona “Sənə düşmür patı çəkmək, götünü çölə qoymusan” demişdir. Belə ki, Emil durub hərəkət edəndə əynində olan şalvarı düşürdü və arxası görünürdü, Şamil isə buna əsəbləşərdi və Emili söyərdi. Şamil Emilə evi silib-süpürməsini tapşırdığı üçün Emil evdə təmizlik işləri görərdi. Fikir vermişdir ki, onların evində yemək belə yox idi, ancaq evdə çoxlu paltarlar var idi. Evdə hər hansı bir dəyərli əşyanın olmasını görməmişdir. Söhbət zamanı Şamilin 055- ***-**-** mobil nömrəsini öz “Samsung A10” markalı mobil telefonunda qeyd etmiş, Şamil isə onun ***-***-**-** mobil nömrəsini özünün istifadəsində olan balaca knopkalı “Nokia”-ya oxşar telefonunda qeyd etmişdir. Emildə öz növbəsində onun nömrəsini kağız parçasında qeyd etmişdir. Emilin mobil telefon istifadə etməsini görməmişdir. Söhbət zamanı Şamil Emilə evdə olan paltarları gedib bazarda satmasını demişdir. Həmin vaxt Şamil ona demişdir ki, ürəyi nəsə istəyirsə götürə bilər. Şamil demişdir ki, ürəyindən keçirsə ona istifadə etmədiyi paltarları və əşyaları istifadə etməsi üçün verə bilər. Buna sevinib etiraz etməmiş, Şamil də şkafından ona geyinməsi üçün 02 ədəd şalvar, 01 ədəd kurtka, 01 cüt ayaqqabı verdi, bundan başqa Şamil ona bir ədəd istifadə etmədiyi əl tozsoranını pay vermiş, tozsoranı aparıb sata biləcəyini demişdir. Buna sevinib əşyaları evində olan 02 ədəd paketə yığmış, paketlərin birinə tozsoranı və ayaqqabıları qoymuş, ikincisinə isə şalvarları və kurtkanı qoymuşdur. Bir müddət orada əyləşib söhbətləşdikdən sonra Şamil təklif etmişdir ki, birlikdə yenidən “Papanin” tərəfə getsinlər və orada “patı” alsınlar. Bu səfər “patı”-dan istifadə etmək istədiyi üçün buna etiraz etməmişdir. Bundan sonra Şamil və Emil paltarlarını dəyişmişlər, evdən çıxmağa hazırlaşmışlar. Özü isə Şamilin ona verdiyi əşyaları özü ilə götürmüşdür ki, birdən “patı” tapılsa elə “Papanin”-dən çıxıb öz evinə getsin. Paketlər ağır olduğundan, özünün isə revmatizm səbəbindən ombasında problem olduğundan və axsadığından həmin paketləri Emil götürmüşdür. Küçəyə çıxdıqdan sonra öz nömrəsi ilə “2111” taksi xidmətinə zəng edib Şamilin hazırda dəqiq xatırlamadığı dediyi ünvana taksi sifariş vermiş və təyinat nöqtəsi kimi “8 Noyabr” metrostansiyasını söyləmişdir. Şamil və Emilin isə konturları yox idi. Taksi ilə qeyd etdiyi ünvana çatdıqda Emil ilə özü stansiyanın yaxınlığında gözləmişlər, Şamil isə onlardan aralanıb üzü məhlələrin arasına tərəf getmiş, təxminən 20-30 dəqiqə sonra onların yanına qayıdıb “patı” götürdüyünü demişdir. Qeyd etmişdir ki, evdən çıxarkən Şamil özündə olan bıçağı qatlayıb cibinə qoymuşdu. Bundan sonra özü təkrarən taksi çağırmış və onlar birlikdə yenidən Şamilin binasının önünə qayıtmışlar. Şamil qarnının ağrıdığını deyib onlardan daha tez hərəkət etmiş və arkadan içəri girmişdir. Özü isə axsadığından və yavaş hərəkət etdiyindən, Emil isə onun paketlərini gətirdiyindən biraz asta addımlarla getmişlər. Onların yaşadığı mənzilə qaxlmaq isə ondan daha çox vaxt apardı. Belə ki, mənzilin qapısının qarşısına çatdıqda qapının açıq görmüşlər, içəri girmişlər. Qeyd etmişdir ki, onların evinə çatdıqda saat 22-23 radələri idi, hava qaranlıq idi. İçəri girdikdə Şamilin artıq zalda ev geyimində əyləşməsini görmüşlər. Onun əynində şortik və qısaqol ağ mayka var idi. İçəri daxil olduqdan sonra Emil də əynini dəyişdi, əyninə şortik geyindi və ağ qısaqol maykası var idi. Emil mətbəxə keçib çay hazırlamış və çayıb otağa gətirib qarşılarına qoymuşdur. Şamil isə evdə olan falqanın içərisinə “patı”-nı qoyub hazır hala gətirdi və alışqan ilə yandırıb çəkməyə başladı. Biraz çəkdikdən sonra “patı”-nı ona verdi, Emilə isə “Sənə düşmür, pox yeyərsən çəkərsən, sikərəm varyoxunu əgər çəksən, göt kimi şeysən” demişdir. Birinci dəfə Şamilin əlində gördüyü bıçaq hələ də Şamilin əlində idi, yenə də, Emili söyüb, qapazlıyırdı, bıçağı göstərib hədəliyirdi. Lakin Emilin gün ərzində hər hansı bir səhv hərəkətini görməmiş, hətta Şamilin söyüşlərinə belə Emil səssiz qalırdı, yalnızca Şamilə “Bəsdir” deyərdi. Özü “patı”-nı çəkdikdən sonra Emilə uzatmış, lakin Emil ya Şamildən qorxduğundan, ya da ki, küsdüyündən çəkmək istəməmişdir. Bunu görən Şamil ona Emilə heçnə verməməsini söyləmiş, Emilə isə “çəksən səni minəcəm” demişdir. Orada olan müddət ərzində Şamil yenə də Emili qapazlamaqda davam edirdi. Təxminən 30-40 dəqiqə sonra isə “patı” qurtardıqdan sonra evə yollanmaq üçün hazırlaşmışdır. Həmin vaxt Şamil Emilə tapşırdı ki, düşüb həyətdən çörək alsın. Ona görə də, Şamil ilə sağollaşıb ayaqqabılarını geyinmiş və evdən çölə çıxmış, Emil isə əynini dəyişib onunla birlikdə evdən çıxmış, yenə də 02 ədəd paketini götürüb onu yola salmışdır. Emilin evdən çıxdıqda qapını açarla bağlayıb-bağlamamasıa fikir vermişdir. Aşağı enib taksiyə zəng edib taksini gözləmiş, Emil isə onu yola salmışdır. Emil ilə söhbət edən zamanı sonuncu Şamilin onu bezdirdiyini, canına boğazına yığdığını, bir tikə çörək versə də ağzından gələni deməsini, söyməsini deyib narazıçılıq etmişdir. Emilə səbrli olmasını, Şamili yola verməsini, özünə iş tapmasını məsləhət etmişdir. Bir neçə dəqiqə sonra isə küçəyə gələn markasını və nömrəsini dəqiq xatırlamadığı taksi ilə öz yaşadığı evinə getmişdir. Emil isə paketləri taksiyə qoyduqdan sonra çıxıb getmiş, lakin onun hara getməsini görməmişdir. Bundan sonraki müddət ərzində heç birindən xəbəri olmamışdır. Yalnızca ertəsi günü, yəni ki, 23 aprel 2022-ci il tarixdə saat 10-11 radələrində Şamilin nömrəsinə zəng etmişdir ki, X25 gəlib-gəlməyəcəyini soruşsun, lakin o, zəngə cavab verməmiş, gün ərzində təkrar yığmamışdır. Şahid2 verilən suallara cavab olaraq göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs mənzilində olarkən Emil ilə Şamilin arasında qarşılıqlı dava- dalaş olmamışdır. Yalnızca Şamil daima Emili söyürdü, təhqir edirdi, alçaldırdı, müxtəlif işləri tapşırırdı. Həmçinin Şamil əlində olan bıçağı Emilə nümayiş edib qorxudurdu. Fikirləşirdi ki, Emil qorxusundan Şamilə qarşı gələ bilmir və qarşı gəlmək istəmir. Belə ki, Emilin Şamildən daha iri olmasını düşünürdü. Onların arasında əlbəyaxa halı olmamışdır. Emil adlı şəxs ilə Zərərçəkmiş şəxs arasında hər hansı bir kişibazlıq münasibətlərinin olmasının şahidi olmamış,onların hərəkətlərindən və ya danışıqlarından belə bir şeyi hiss etmək olmamışdır. Zərərçəkmiş şəxs Emil adlı şəxsə bıçaq göstərdiyi zaman Emil Şamilə ümumiyyətlə söz cavab verə bilmirdi, söz qaytarmazdı. Emilin əlində isə bıçaq görməmişdir. Zərərçəkmiş şəxs ilə Emil adlı şəxsin hansı şəraitdə tanış olmaları barədə məlumatı olmamışdır, onlar bu barədə bir söz deməmişlər. 22 aprel 2022-ci il tarixdə Şamil və Emil ilə Şamilin evindən “patı” almaqdan ötrü çıxmağa hazırlaşarkən X18 açarın harda olduğunu soruşmuş, Emil isə açarının evin içərisindən qaldığını dediyi üçün Şamil qapını öz açarı ilə bağlamışdır. Onda bilmişdir ki, həm Emildə, həm də ki Şamildə evin açarları vardır. Şamilin istifadəsində 01 ədəd düyməli balaca “Nokia”-ya bənzər telefon var idi. Onun gün ərzində başqa telefon istifadə etməsini görməmişdir. Evdə də başqa telefon gözünə dəyməmiş, həm də ki, heç Emilin də mobil telefondan istifadə etməsini görməmişdir. Emilin yalnız adını bilir. Özünün deməsindən bilirdi ki, anası ilə birlikdə yaşayırdı. Onun barəsində başqa məlumatı yoxdur, nömrəsini, dəqiq yaşayış yerini, anket məlumatlarını, qohumlarını bilmir. “Starex” çatdırılma şirkətindən götürülmüş və hazırda istintaq olunan cinayət işinin materiallarına əlavə edilmiş 22 aprel 2022-ci il tarixdə qeydə alınmış 01 ədəd videoyazıda olan görüntülərə baxış keçirib bildirdi ki, videoyazıda görünən iki nəfər şəxslərdən öndə gedən və papaqda olan şəxs özüdür. Onun arxasıda gələn şəxs isə Emildir. Emilin əlində ona məxsus paketlərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, onun oğlu çox saf və intizamlı birisi olmuşdur. Oğlunun belə bir əməl törədəcəyinə inanmaq çətindir. Oğlu uzun müddət Fövqəladə Hallar Nazirliyində zabit kimi xidmət etmiş, xidməti vəzifəsi ilə əlaqədar dəfələrlə insanların həyatını xilas etmişdir. Çox sülhsevər və qayğıkeş, mübahisədən uzaq bir insandır. Fövqəladə Hallar Nazirliyində isə xidmətdəki nöqsanlara görə yox, artıq çəkidən əziyyət çəkdiyi üçün işdən azad edilmişdir. Emil heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, o heç spritli içki belə qəbul etməmişdir. Polis əməkdaşları Emili heç bir zaman oğurluq hadisəsinə görə axtarmamışdır. Zərərçəkmiş şəxs tanımamış, bu hadisədən sonra adını eşitmişdir. Emil tutulduqdan sonra prokurorluqda cinayət hadisəsinin baş verdiyini bilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 istintaq dövründə verdiyi ifadələrdən görünür ki, ünvan 8 ünvanında hazırda atası Şahid4 Aliyeviç ilə birlikdə yaşayır. Qeydiyyatda olmaqla yaşadığı ünvan 8 ünvanı özünə məxsusdur, həmin evdə təxminən 30 ildir ki, yaşayırlar. Həmin mənzil əvvəllər mərhum anası X1 məxsus olmuş, anası vəfat etdikdən sonra mənzili öz adına sənədləşdirmişlər. 1988-ci ildə X19 ilə rəsmi nigahla ailə həyatı qurmuş, həmin nigahdan xx xxxx 1989-cu il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs dünyaya gəlmişdir. Emilin 1-2 yaşı olarkən Emilin atası Tofiq ilə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Tofiq onlara baxmazdı, işləməzdi, çoxlu spirtli içkilər içirdi. Onunla nigahları isə rəsmi olaraq 2-3 ildən sonra məhkəmə tərəfindən pozulmuşdur. Onunla ayrıldıqdan sonra hazırda yaşadığı ünvanda 1941-ci il təvəllüdlü atası Şahid4 Aliyeviç, anası 1947-ci il təvəllüdlü X2 və oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışlar. Atam Feliks 20 ildir ki, heç biryerdə işləmir, təqaüdçüdür. Mərhum anası Lyubov isə ümumiyyətlə işləməmiş, evdar qadın olmuşdur, 06 may 2021-ci il tarixdə isə koronavirus xəstəliyindən vəfat etmişdir. Özü isə Bakı 1 saylı Tibb Kollecində 1989-cu ildə “feldşer” ixtisasını bitirmiş, həmin ixtisasa yiyələndikdən sonra müxtəlif xəstəxanalarda tibb bacısı işləmiş, son 9 il ərzində isə yaşadığı evin yaxınlığında yerləşən “Sokrat Medical” tibb mərkəzində tibb bacısı işləyir. Oğlu Təqsirləndirilən şəxs xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildən 2007-ci ildən Xətai rayonu 63 saylı orta məktəbdə rus sektorunda təhsil almışdır. 2007-ci ildə Bakı Yanğın-Texniki Məktəbinə daxil olmuş və 2010-cu ildə həmin təhsil müəssisəsini “Yanğın təhlükəsizliki texniki” ixtisası ilə bitirmişdir. O, həmin məktəbdə təhsil almış, həm yaşamış, həm də ki işləmişdir. 2010-cu ildə isə o, FHN-nin Hovsan qəsəbəsində yerləşən Akademiyasında həqiqi hərbi xidmətə götürülməklə poliqon üzrə konsultant vəzifəsinə qəbul edilmişdir və leytenant rütbəsi almışdır. Həmin ildə onu ali təhsil alması üçün Ukrayna Respublikası Xarkov şəhərində yerləşən Ukrayna Zalejni Universitetinə göndərmişlər, Emil həmin universiteti “yanğın təhlükəsizliyi texnikası” ixtisası ilə 2012-ci ildə bitirmişdir. Emil universitetdə qiyabi oxuduğu üçün Xarkov şəhərinə gedib-gəlmişdir. 2018-ci ildə isə Emil FHN-dən şəkərli diabet, asma və artıq çəkidən əziyyət çəkdiyi üçün işdən azad etmişlər. İşdən ayrıldıqdan sonra Emil 2019-cu ildən 2020-ci ilədək Ukrayna Respublikasının Xarkov şəhərinə getmiş, orada qalmışdır. Bu barədə isə Emil ona oradan zəng edib məlumat vermişdir. 2020-ci ildə Emil ölkəyə qayıtdıqdan sonra bir müddət işsiz qalmış, həmin ilin dekabr ayında isə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində mülki müdafiəsi sahəsi üzrə işə götürülmüş, lakin maaş az olduğu üçün 3 ay sonra Emil həmin işdən ayrılmışdır. Emil işdən ayrıldıqdan sonra rəsmi olaraq heç bir yerdə işləməmişdir. Emilin ərazidə alüminium yığaraq satmasını eşitmiş, ara-sıra isə elə bilir ki, atasına məxsus “Niva” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin maşın təxminən 30 ildir ki, atasındadır və özü idarə etmir. Emilə isə etibarnamə verdiyi üçün Emil həmin avtomobili idarə edərdi. Təxminən 4-5 aydır ki, avtomobil xarab olduğundan idarə edilmir və həyətlərində dayanır. Əlavə etmişdir ki, özü də Emilə ara-sıra siqaret alması və digər ehtiyaclarını qarşılaması üçün az-az pul verərdi. Emil 2020-ci ildə Ukraynadan qayıtdıqdan sonra onun hərəkətlərindən narkotik vasitələrdən istifadə etməsini hiss etmişdir. Belə ki, onu görən zaman hərəkətlərindən, danışığından, gözlərindən bunu görmək olurdu. Bu barədə Emili sorğu-sual etmiş, ilk əvvəllər Emil etiraf etməsə də, sonradan Emil ona marixuana çəkdiyini etiraf etmişdir. Bu səbəbdən Emili Respublika Narkoloji Mərkəzində bir neçə dəfə müalicə üçün qoymuşdur. Emilə bunu təklif etdikdə Emil özü də müalicə olunmaq istəməsini söyləmişdir. Dəqiq xatırlamasa da, təxminən 3 dəfə Emil həmin xəstəxanada 21 gün ərzində qalıb müalicə olunmuşdur. Sonuncu dəfə Emil müalicədən çıxdıqdan sonra onun hərəkətlərində narkotik vasitələrdən istifadə etmə hallarını müşahidə etməmiş, elə bilirdi ki, müalicənin nəticəsi yaxşı olmuş və Emil sağalmışdır. Emil xasiyyətcə sakit təbiətli, heçnəyə əsəbləşməyən, sözə qulaq asan yumşaq xarakterli biridir. Emil ilə aralarında sonuncunun işləməməsi və ailə həyatı qurmaq istəməməsi səbəbindən mübahisələri olurdu, lakin Emil evlənmək istəmədiyini, iş tapa bilmədiyini deyərdi, ancaq Emil ona söz qaytarmazdı, küsüb evdən gedərdi. Elə vaxt olurdu ki, mübahisə etdikdən sonra onu əsəbdən evdən qovurdu və çıxıb getməsini deyərdi. Emil isə elə olurdu ki, ya günlərlə, ya da ki, aylarla evə gəlmirdi, onları axtarmırdı. Emil evə qayıtdığı zaman isə o, hara getdiyini, harda və kiminlə qalması barədə bir söz deməzdi. Deyərdi ki, əgər onu qovmuşdursa harda olması barədə məlumatı olmalı deyil. Sonuncu dəfə təxminən 1 ay öncə Emil ilə yenə də evlənməməsi və işləməməsi səbəbindən mübahisə etmişlər, Emilə əsəbləşmiş, söymüş və onu evdən qovmuşdur. Emil təxminən 4-5 gün evə gəlməmiş, evə qayıtdıqdan sonra isə hər gün evə gəlib- gedərdi, axşamlar evdə gecələyərdi. Emilin özünün də evlərinin açarı olduğu üçün sərbəst evə girib-çıxardı. Münasibətləri yaxşı olduğu zamanlar isə onunla birgə Bakıda gəzişərdilər, Özünə məxsus “Cherry Tigo” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhəri gəzişərdilər. Həmin maşın 2011-ci ildə öz adına təzə almışdır. Belə ki, atası ona öz “Niva”-sında maşın sürməyi öyrətmişdi. Qeyd etmişdir ki, Emilə maşını sürməsi üçün 2-3 il öncə etibarnamə vermişdir. Özü olmadan Emil maşını nadir hallarda idarə edərdi. Ümumiyyətlə mərhum anası da maşınla Bakıda gəzişməyi xoşlayardı. Əlavə etmişdir ki, təxminən 1 ay öncə Emil ona tanışının mühafizəçi kimi iş təklif etməsini xəbərini vermişdir. Bu xəbərə sevinmiş, həmin vaxt yadına düşmüşdür ki, Emil öz şəxsiyyət vəsiqəsini bir neçə il öncə itirmişdir. Ona görə də, Emilə demişdir ki, vaxt edib birgə “Asan Xidmət” mərkəzinə getsinlər və onun üçün yeni şəxsiyyət vəsiqəsi alsınlar. Qeyd etmişdir ki, Emil özü də bir müddət idi ki, pulu olduğu halda ona yeni şəxsiyyət vəsiqəsi alınmasını xahiş etmişdir. Özü isə uzun müddət ərzində ürəyində “Paraksizmal taxikardiya” xəstəliyindən əziyyət çəkir, bunun üçün vaxtı və pulu olduğu halda bu ilin yay və ya payız aylarında Türkiyəyə müalicə getmək istəyirdi, xarici pasportunun etibarlılıq müddəti isə bitmişdi. Fikirləşmişdir ki, Emil üçün şəxsiyyət vəsiqə alanda öz xarici pasportunu yeniləsin, sonra isə Emil də şəxsiyyət vəsiqəsi aldıqda onun xarici pasportunu da dəyişsinlər. Təxminən aprel ayının ikinci hissəsində Emil ilə özünə məxsus avtomobildə Xətai rayonunda “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzinə gedib orada Emil üçün yeni 2 gün ərzində şəxsiyyət vəsiqəsi almasından ötrü müraciət etmişlər, xatırladığı qədər 70 manat ödəniş etmişlər. Pulu az qaldığından xarici pasport üçün müraciət edə bilməmişdir. Təxminən 2 gün sonra Emilin şəxsiyyət vəsiqəsi hazır olduqda yenə də maşını ilə həmin “Asan” xidmətə getmişlər, Emil həmin mərkəzdə şəxsiyyət vəsiqəsini almışdır. Həmin vaxt xarici pasportları da üstündə olduğundan mərkəzdə xarici pasportlarını yeniləmək üçün müraciət etmişlər. Öz müraciəti qəbul edilsə də, Emilin müraciəti qəbul edilməmiş, belə ki, ona “Stop”-u olduğu üçün müraciətinin qəbul edilməyəciyini demişlər. Xarici pasportunun vaxtı bitdiyi üçün isə onlar Emilin xarici pasportunu geri qaytarmadılar. Təxminən 10 gün sonra isə öz xarici pasportu hazır olmalı idi. “Asan Xidmət” mərkəzindən çıxdıqdan sonra Emildən “Stop” qoyulmasının səbəbi ilə maraqlanmış, Emil bunun səbəbini bilmədiyini, bunu yalnız Dövlət Sərhəd Xidmətinə gedib öyrənə biləcəklərini demişdir. Buna görə də, qərara gəlmişlər ki, Emil ilə birgə “Sahil” metrostansiyasmın yaxınlığında yerləşən Dövlət Sərhəd Xidmətinin binasına getsinlər. Həmin idarədə onlara bu məsələ ilə məşğul olmadıqlarını, H.Əliyev adma Hava Limanına gedib orada fəaliyyət göstərən DSX-nin müvafiq idarəsinə yaxınlaşmaları məsləhət edilmişdir. Buna görə də, Emil ilə birlikdə avtomobili ilə hava limanına yollanıb DSX-nin idarəsinə yaxınlaşmışlar, qeyd etmişdir ki, avtomobili Emil idarə edirdi. Hava limanında olan DSX-nin əməkdaşları isə onlara “Stop” məsələsi ilə məşğul olmadıqlarını demişlər, ona görə də, belə olan halda DSX- nin “Sahil”-də olan əməkdaşlarının hansı səbəbdən onları bura göndərdiklərinə dair gileylənlənmişlər, DSX-nin əməkdaşları isə bu barədə bir cavab verməmişlər. Emil ilə bundan yorulub evə getmək qərarına gəlmişlər, Emil onsuzda bugünlərdə heç bir yerə getməyəcəklərini və “Stop” məsələsi ilə bir müddət sonra maraqlanacağını demişdir. Sonuncu dəfə Emili 06 may 2022-ci il tarixdə yaşadıqları evdə görmüşdür. Həmin gün ərzində Emil bir neçə dəfə öz işlərinin arxasınca evdən çıxıb, bir iki saat sonra isə geri qayıtmışdır. İşləri dedikdə isə Emil əsasən məhlədə olub, bir müddət vaxt keçirib geri qayıtmışdır. Həmin gün anasının vəfatından 1 il keçirdi. Həmin gün axşamı isə Emil ilə yenidən mübahisə yaşamışlar, Emilə əsəbləşib onu söymüş, avara-avara gəzməsindən bezdiyini deyib evdən qovmuşdur. Buna görə də, Emil yenə ondan küsüb sakitcə hara getdiyini demədən çıxıb getmişdir. Həmin vaxt saat 22-23 radələri, ola bilsin ki, biraz da gec olmuşdur. O vaxtdan Emildən xəbəri yoxdur, Emil evə gəlməmiş, onunla əlaqə saxlamamışdır. Şahid3 verilən suallara cavab olaraq göstərmişdir ki, təxminən 1 il öncə Suraxanı RPİ-nin polis əməkdaşları zəng edərək Emilin həmin rayonda telefon oğurlamasını, bununla əlaqədar saxlanıldığını dedilər. Emili 3 ay həbsdə saxlaqlarını bilir. Belə ki, 3 aydan sonra onu evə buraxmışlar. Emildən telefonu kimdən, harda, necə və niyə oğurlaması ilə maraqlansa da, Emil onu yola vermişdir. Bundan başqa onun qanunsuz hərəkətləri olmamışdır, olsaydı yaxın ailə üzvü kimi xəbəri olardı. Təqsirləndirilən şəxs son müddət ərzində cinayət törətməsi barədə ona bir söz deməmişdir. Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə sonuncu dəfə evdən çıxdıqda əyninə uzunqol qara rəngli kofta, qara rəngli gödəkçə, tünd göy rəngli cins şalvar, göy- qara rəngli idman ayaqqabıları geyinmişdir. Təxminən 2 aydır ki, Emilin mobil telefon istifadə etməsini görməmişdir. Emil özü 2 ay öncə ona mobil telefonunu itirdiyini demişdir. Evdə olduğu zamanlar onun kiminləsə gizlicə danışdığını görməmişdir. Ola bilsin ki, Emilin mobil telefonu olsun, ancaq ona deməsin. Bunun şahidi olmamışdır. İstifadə etdiyi sonuncu nömrəsini isə xatırlamır. Həmdə ki, Emil telefonu və nömrəsini itirdiyi üçün mobil telefonunda onun nömrəsini silmişdir. Hazırda isə dəqiq xatırlamır. Belə ki, Emil bir neçə dəfə mobil telefonlarını və içərilərində olan nömrələri itirmiş, tez- tez mobil telefonlarını dəyişərdi. Yeni aldığı mobil telefonlar isə köhnə olub 10-15 manat qiymətə olardı. Təqsirləndirilən şəxs spirtli içki xoşlamadığı üçün spirtli içki içmir. Emil əvvəllər narkotik vasitə istifadə etdiyini demişdir ki, “marixuana” çəkir. Bununla əlaqədar o, bir neçə dəfə Respublika Narkoloji Mərkəzdə müalicə olunmuşdur. Son müddət ərzində onun hərəkətlərində narkotik qəbul etməsini hiss etməmişdir. Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə harda olmasını dəqiq xatırlamır. Həmin ərəfələrdə Emil ilə küsülü olmasını xatırlayır, ancaq ola bilsin ki, Emil həmin vax evdə olmuşdur. Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu şəxslər elə bilir ki, yoxdur. Belə ki, Emil ona kiminləsə dostluq etdiyini deməmişdir. Yalnız Emilin ara- sıra məhləyə çıxdıqda məhlədə yaşayan şəxslərlə ünsiyyət saxladığını bilirdi. Təqsirləndirilən şəxs həyatında münasibətdə olduğu qadın olub-olmaması barədə məlumatı yoxdur. Emilin ümumiyyətlə hər hansı bir qadınla münasibətlərinin olmasını görməmişdir. Özündən soruşduqda isə “Əlbəttə ki, var ana, mən ki, kişiyəm. Qadınsız necə ola bilər ki” cavabını vermişdir. Həmin münasibətlərin isə qeyriciddi olmasını təxmin edir, ciddi olsaydı Emil ona bunu deyərdi. Emildə intihara cəhd halları olmamışdır. Təqsirləndirilən şəxs kişilərə qarşı heç bir seksual marağı yoxdur. Belə ki, Emilin dəfələrlə yanları ilə gözəl qadın keçdiyi vaxtlarda hansı maraqla qadına baxdığını görmüşdür. Yaxın qohumları olmasa da, uzaq qohumları var, lakin heç biri ilə ünsiyyəti yoxdur. Özü də evin tək övladıdır, Emildə evin tək övladıdır. Emildə heç vaxt ailəli olmamış, subaydır, övladı yoxdur. 08 may 2022-ci il tarixdə yaşadıqları mənzildə keçirilən axtarış zamanı mənzildə edilmiş 03 ədəd bıçaqlardan iri və qabda olanı atası Feliksə aiddir, atası həmin bıçağı bəlkə də özü dünyaya gəlməmişdən öncə almışdır, atası ovçular birliyinin üzvü olmuşdur. İkinci və düymə ilə açılıbbağlanan bıçaq isə uzun illərdir ki, evdə olmuşdur, həmişə eyvanda təmir alətlərinin yanında görmüşdür. Nə zaman və kim tərəfindən alınmasını xatırlamır. Üçüncü və əl ilə açılıb- bağlanan bıçaq da uzun illərdir ki, evdə olmuşdur, həmişə şkafda qalmışdır. Nə zaman və kim tərəfindən dəqiq olaraq alınmasını xatırlamır. Bıçağı köhnə əşyaların arasında olduğundan özü onu şəffaf fayla qoymuşdur. Qeyd etmişdir ki, evləri köhnə əşyalarla doludur, belə ki, atası Feliks yaşı ilə əlaqədar çöldə tapdığı əşyaları evə gətirib evdə saxlayırdı. Hətta köhnə şrup tapsa da onu evə gətirib qoyur ki, nə vaxtsa lazım olar. Emilin həmin bıçaqları götürməsini, ümumiyyətlə üzərində başqa bir bıçaq gəzdirməsini görməmişdir. ünvan 9 ünvanda yaşayan Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və xarici pasportu ilə tanış olub bildirmişdir ki, həmin şəxsi tanımır, əvvəllər görməmişdir. Emil ona Zərərçəkmiş şəxs barəsində bir söz deməmişdir. Emil heçvaxt ona evdə olmadığı vaxtlarda harda qalmasını deməzdi. Onun Ukraynaya getməsini belə Emil orada olduqdan sonra zəngləşdikdə öyrənmişdir. Emilin xasiyyəti bu cür idi. “Starex” çatdırılma şirkətindən götürülmüş və hazırda istintaq olunan cinayət işinin materiallarına əlavə edilmiş 22 aprel 2022-ci il tarixdə qeydə alınmış 01 ədəd videoyazı ilə tanış olub videogörüntüdə olan iki nəfər şəxslərin kim olması barədə videogörüntülərin keyfiyyətinin pis olması ilə əlaqədar bir söz deyə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istntaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, təqsirləndirilən şəxsi yalnız bir dəfə Zərərçəkmiş şəxs yaşadığı evdə görmüşdür. Zərərçəkmiş şəxs elə ölməli insan olmuşdur. Belə ki, o çox nanəcim, “naqlı”, yəni tanımadığı şəxslərə öz cüssəsinə güvənərək sataşan bir şəxs kimi tanınmışdır. Gücü çatdığı hər kəsə sataşmış, loru dildə desə “kimə dişi keçmişdirsə, ona diş atmışdır”. O Şamili həbsdən azad olunduqdan sonra bir neçə il idi ki, tanıyırdı. Onunla bir mübahisəsi olmamışdır. Şamil kinli insan olduğu üçün kin saxlamasın deyə dəfələrlə məcburiyyətdən onun evinə qonaq qismində getmiş, birgə spirtli içki qəbul etmişdir. 14 ildir ki, müalicə aldığından narkotik vasitələrdən istifadə etmir. Şamil isə narkotik vasitə istifadəçisi olmuşdur. Emili Şamilin yaşadığı evdə görmüşdü, Şamilin evinə qonaq gedən zaman Şamil Emili söyürdü, qışqırırdı. Bir növ Şamil Emili “şustryak” kimi evdə saxlayırdı. Əvvəllər narkotik vasitə istifadə etməsini bilməmiş, lakin həmin zaman Şamil Emilə narkotik vasitə versiyini görmüşdür. Təqsirləndirilən şəxsi Şamilin evində görən zaman Şamildən şəxsin kim olduğunu soruşmuş, o isə cavabında evdə təmizlik işlərini gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxsi yanında dəfələrlə təhqir etmişdir. Şahid7 istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 2021-ci ilin təxminən avqustsentyabr aylarında üzərində marixuana narkotik vasitəsi aşkar edilməsi ilə bağlı Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, həmin idarədə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və sonradan baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi rayon Məhkəməsinn 11 mart 2022-ci il tarixli hökmü ilə 2 il 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə prosesləri zamanı iclasların ilkində iştirak etmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilmişdir, yəni ki, məhkəmə istintaqı dövründə Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. 11 mart 2022-ci il tarixdə isə hökm verildikdən sonra azadlığa çıxmışdır. Hazırda heçbir yerdə işləmir. Təxminən 12 ildir ki, narkotik istifadə etməyi ilə əlaqədar Respublika Narkoloji Mərkəzində rəsmi qeydiyyatdadır, ara-sıra müalicə olunur. Həmçinin “Hepatit C” xəstəsidir. Əlavə etmişdir ki, tanışları onu “Natiq” adı ilə çağırırlar. Mərhum Zərərçəkmiş şəxs ilə təxminən 2 il öncə Nərimanov rayonunda yerləşən “Atatürk” parkında ortaq tanışlar vasitəsi ilə tanış olmuşdur. Onunla normal münasibətləri olmuşdur, ədavəti və ya düşmənçiliyi yoxdur, aralarında dostluq olmuşdur. Şamil ilə ayda 1-2 dəfə görüşüb birgə çay içib söhbət etmişlər, eyni zamanda mobil telefon ilə tez-tez əlaqə saxlayıb haləhval tutmuşlar. Bir-iki dəfə isə Şamilin evində qonaq olmuşdur. Şamil ünvan 9 ünvanda tək yaşamışdır. Şamilin narkotik vasitə istifadəçisi olduğunu bilir, əvvəllər məhkumluq həyatı yaşamışdır. Ailə üzvlərindən Püstə xalasını görmüş və tanımışdır. Şamilin deməsindən bilmişdir ki, valideynləri vəfat etmişdir, ona görə də, evdə tək qalır, xalası isə ara-sıra onlara gedib-gəlib evi təmizləyir, yemək bişirir və köməklik edir. Həbsdən çıxdıqdan sonra Şamil ilə təxminən 2022-ci ilin aprel ayının ortalarında məhlədə rastlaşmış və görüşmüşdür. Həmin vaxt onunla söhbət edə-edə Şamilin yaşadığı tərəfə gəldikdə Şamil dedi ki, marketdən sosiska-yumurta alıb yaşadığı evə qalxsınlar, yeməyi bişirtdirib yesinlər. Alışveriş etdikdən sonra Şamilin yaşadığı ən üst mərtəbədə yerləşən mənzilinə qalxmışlar və Şamil özündə olan açarla qapını açdıqda mənzilə daxil olmuşlar. Mənzilə girdikdə içəridə Şamilin Emil adlı tanışının olmasını görmüşdür. Emil rus dilində danışardı, fikir vermişdir ki, biraz da rusa oxşayır, Şamildən azca boyu hündür idi və kök idi. Şamil aldığı yeməkləri Emilə verib tapşırdı ki, sosiska-kolbasa bişirsin, özləri isə yaşayış otağında Şamil ilə əyləşib Emilin hazırladığı çaydan içmişlər. Şamilin Emil ilə hərəkətlərindən və davranışından elə başa düşmüşdür ki, Emil Şamil üçün sanki “şustrak”-dır və “stress çarxı”-dır. Belə ki, Şamil Emilə evdə iş görməsini, ya yemək bişirməsini, ya evi təmizlənməsini və digər tapşırıqları vermiş, Emil isə Şamilin bir dediyini iki etməmişdir. Yeməyi də onlara elə Emil bişirmişdir. Həm də ki, Şamil teztez yarı-ciddi, yarı-zarafatnan Emilin hansısa səhv hərəkət etdiyini gördükdə Emilin başından şillə vurardı, Emil isə Şamilə heçnə deməzdi. Şamil demişdi ki, Emil onun tanışıdır, onunla birlikdə qalır, ancaq onların hansı şəraitdə tanış olmaları barədə bir söz deməmişdir. Həmin vaxt hətta fikir vermişdir ki, Şamil Emilə məxsus xatırladığı qədər “Katel” markalı mobil telefon istifadə edirdi. Emilin həmin vaxt kefsiz olduğunu görən Şamil ondan nə olduğunu soruşduqda, Emil “Lomkadayam” cavabını verdikdə Şamil cibindən xatırladığı qədər “şüşə” və “kokos” narkotiklərini çıxardıb Emilə verib dedi ki, “Keyfin yoxdusa, ala bunları, keç mətbəxə keyfini düzəlt”. Emil isə buna sevinib narkotikləri götürüb mətbəxə keçmişdir. Başa düşmüşdür ki, Emil də Şamil kimi narkotik vasitə istifadəçisidir. Emilin sadəcə “Əhmədli” qəsəbəsində qaldığını demişdir. Bir müddət orada oturub söhbət etdikdən sonra evdən çıxmışlar, evdən çıxan vaxt Emil onları yola salmışdır. Sağollaşanda isə Emil ***-***-**-** nömrəsini vermiş və onunla bu nömrə ilə əlaqə saxlamasını söyləmişdir. Bundan sonraki müddət ərzində Şamil ilə ara-sıra telefonla əlaqə saxlamışlar, yalnız bir dəfə birinci görüşlərindən 1-2 həftə sonra X23 “Metadon” verilən məntəqəsinin qarşısında rastlaşmış, qısa hal-əhval tutmuşlar. Sonuncu dəfə Şamil 23 aprel 2022-ci il tarixdə saat 01:20 radələrində qeyd etdiyi 055- ***-**-** mobil nömrəsi ilə özünün istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etmiş və ağrılarının olduğu üçün ona X17 “Metadon” təşkil etməsini xahiş etmiş, cavabında Şamilə səhəri gün X25 gedəndə birlikdə getməyi təklif etmişdir ki, mümkün olsa X17 “metadon” ala bilsin və Şamilə səhəri günü ona zəng etməsini tapşırmışdır. Şamilin asta-asta danışdığını eşitdiyi üçün bilmişdir ki, Şamil narkotik istifadə edib və “kayf” halındadır. Başqa bir hal müəyyən etməmişdir. Ertəsi günü isə Şamil zəng etmədiyi üçün heç özü də onunla əlaqə saxlamamışdır. Bundan sonra Şamildən xəbəri olmamışdır. Təxminən 2-3 gün öncə isə Şamilin evdə ölü tapıldığını xəbərini eşitmişdir. Şahid7 verilən suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs mənzilində olarkən Emil ilə dava-dalaş və ya mübahisə etmələrini görməmiş, onların arasında heç bir mübahisə olmamışdır. X35 cavab belə qaytara bilməzdi. Emil adlı şəxs ilə Zərərçəkmiş şəxs arasında hər hansı bir kişibazlıq münasibətlərinin olmasının şahidi olmamışdır, onların hərəkətlərindən və ya danışıqlarından belə bir şeyi hiss etmək olmurdu. Zərərçəkmiş şəxs ilə Emil adlı şəxsin hansı şəraitdə tanış olmaları barədə məlumatı olmamışdır, onlar bu barədə bir söz deməmişlər. Şamilin istifadəsində yalnızca 01 ədəd xatırladığı qədər “Katel” markalı mobil telefon var idi, Şamil ilə Emilin danışıqlarından elə başa düşmüşdür ki, həmin mobil telefon Emilə məxsus idi. “Starex” çatdırılma şirkətindən götürülmüş və hazırda istintaq olunan cinayət işinin materiallarına əlavə edilmiş 22 aprel 2022-ci il tarixdə qeydə alınmış 01 ədəd videoyazı ilə tanış olub videogörüntülərdə olan iki nəfər şəxsdən öndə getməklə papaqda olan şəxsi tanımadığını, arxada gedən ikinci şəxsin isə Şamilin evində gördüyü Emil olmasını bildirmişdir. Şamili son dəfə görəndə onun üzərində 01 ədəd bıçağı görmüş, həmin bıçağı Şamil belində gəzdirdiyini görmüşdür. Emildə isə bıçaq görməmişdir. Şamil özü narkotik istifadəçisi olsa da, heç vaxt narkotik vasitə satan biri olmamışdır. Bilməsinə görə, Şamil özü heç bir yerdə işləməmişdir, maddi cəhətdən isə ona xalası və ya digər dost-tanışları kömək edərdilər. Zərərçəkmiş şəxs düşmənçilik münasibətlərində olduğu şəxsin olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, təqsirləndirilən şəxsi 23 aprel 2022-ci il tarixdə saat 03 radələrində Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən “Beynəlxalq Bank”-ın qarşısında görmüşdür. Önündən keçib sağ hissəyə çatdıqda ona avtomobili saxlamağı üçün işarə etmiş, avtomobili yolun sağ kənarında saxladıqda həmin şəxs qapını açmış və onu Xətai rayonunda “Nargilə”-nin dairəsinə neçəyə apara biləcəyini soruşmuş, aralarında qiymət müəyyən edildikdən sonra sonra adını sonradan bildiyi Emil adlı şəxs avtomobilin ön sərnişin oturacağında əyləşmiş üzü “Nargilə”-nin dairəsinə tərəf getmişlər. Yol boyunca təqsirləndirilən şəxs danışmamışdır. “Nargilə”-nin dairəsinə çatdıqda Emil adlı şəxs “Əhmədli” istiqamətini götürməsini, işıqforu keçən kimi isə ara məhləyə girməsini söyləmişdir. Ara məhləyə girdikdə isə onu 32 saylı poliklinikanın yaxınlığında düşürtmüş, təqsirləndirilən şəxsdə heç bir təlaş və ya həyəcan hissi müşaiyət etməmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, özü təxminən 1 ilə yaxındır ki, özünə məxsus və öz adına qeydiyyata olan “Mercedes C klass” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. “Bolt” mobil tətbiqi ilə sifarişlər qəbul edir, müştəriləri qeyd etdikləri ünvanlara çatdırır, eyni zamanda yolunun üstündə də müştəri olsa onu da münasib qiymətə dediyi ünvana çatdırır. Şahid6 verilən suallara cavab olaraq göstərmişdir ki, “Starex” çatdırılma şirkətindən götürülmüş və hazırda istintaq olunan cinayət işinin materiallarına əlavə edilmiş 22 aprel 2022-ci il tarixdə qeydə alınmış 01 ədəd videoyazı ilə tanış olub videogörüntülərdə olan iki nəfər şəxsdən öndə getməklə papaqda olan şəxsi tanımamışdır. Onun arxasında gələn və sağ əlində paket olan şəxsi isə 23 aprel 2022-ci il tarixdə saat 03 radələrində Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən “Beynəlxalq Bank”-ın qarşısında görmüşdür. Belə ki, həmin vaxt Nərimanov rayonu, Atatürk prospekti 2 ünvanında müştəri düşürdüb öz evinə getmək fikrində olmuşdur. Həmin prospektdən Ak.H.Əliyev küçəsinə dönüb yolun sağında yerləşən “Beynəlxalq Bank”- nı filialı istiqamətində hərəkətdə olmuşdur. Görüntüdə gördüyü şəxs isə yolu soldan sağa keçmiş, önündən keçib sağ hissəyə çatdıqda ona avtomobili saxlaması üçün əl etmişdir. Özü də avtomobili yolun sağ kənarında saxladıqda həmin şəxs qapını açdı və onu Xətai rayonunda “Nargilə”-nin dairəsinə neçəyə apara biləcəyini soruşmuşdur. Həmin şəxsə 5 manat verməsini dedikdə həmin şəxs razılaşıb avtomobilin ön sərnişin oturacağında əyləşmiş, bundan sonra hərəkətə başlayıb Ak.H.Əliyev küçəsindən K.Rəhimov küçəsinə, sonuncu küçədən Babək prospektinə, Babək prospektindən isə “Ağ Şəhər”-in içərisi ilə “8 Noyabr” prospektini çıxıb üzü “Nargilə”-nin dairəsinə tərəf getmişlər. Yolda olarkən həmin şəxslə aralarında hər hansı bir mövzuda söhbət olmamış, ümumiyyətlə onunla heçnə danışmamışlar. “Nargilə”-nin dairəsinə çatdıqda həmin şəxs ona “Əhmədli” istiqamətini götürməsini, işıqforu keçən kimi isə ara məhləyə girməsini söyləmişdir. Ara məhləyə girdikdə isə onu 32 saylı poliklinikanın yaxınlığında düşürtmüşdü. Həmin şəxs avtomobildən endikdə 5 manat ödəniş etmişdir. Bundan sonra əsas yola çıxıb öz evinə yollanmışdır. Həmin şəxsin hansı istiqamətdə getməsini bilmədi. Əlavə etmişdir ki, gecə saatları olduğundan yollar boş idi, həmin şəxsi təxminən 15-20 dəqiqə ərzində dediyi ünvana çatdırmışdır. Həmin şəxsi tanımır, əvvəllər də görməmişdir. Onu birinci dəfə idi ki, görürdü. Onunla yolboyu ümumiyyətlə danışmamışlar, həmin şəxsin əynində hansı paltarlar olmasını dəqiq xatırlamır. Həmin şəxsin üzündə və ya bədən səthində xəsarət və ya xəsarət izinin olubolmamasma fikir verməmiş, heç onunla göz-gözə belə demək olar ki, gəlməmişlər. Yalnızca sifətinin sarıyanız olmasını görmüş, milliyətcə rusa oxşamışdır. Qeyd etdiyi kimi, ona ətraflı fikir vermədiyi və fikri yolda olduğu üçün həmin şəxsin üzərində qan izlərinin olub-olmamasına fikir verməmişdir. Yalnızca deyə bilər ki, həmin şəxsdən üfunət iyi gəlmiş, sanki o, uzun müddət idi ki, çimməmişdir, ondan tüfeyli həyat tərzi keçirən, yəni ki, “bomj”-dan gələn qoxusu gəlmişdir. Hətta həmin şəxsin iyi onu narahat etdiyi üçün avtomobilin sürücü qapısının pəncərəsini açıq halda idarə etmiş, həmin şəxsi avtomobildən endirdikdən sonra isə avtomobildə havanın dəyişməsi üçün avtomobilin bütün pəncərələri bir müddətlik açmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yaşayan Zərərçəkmiş şəxs adlı şəxsi tanımır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 06 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanına baxış keçirilmişdir. Baxış zamanı mənzildə Zərərçəkmiş şəxs kürəyi üstə döşəmə üzərində, ayaqları sağ divara, başı isə dəhlizin davamı tərəfə istiqamətdə olan meyiti aşkar edilmişdir. (cild 1, iş vərəqə 4-14). 17 may 2022-ci il şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokola və ona əlavə edilmiş CD disklərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərməklə ifadəsi yerində yoxlanılmışdır. Həmin istintaq hərəkəti zamanı videogörüntülər qeydə alınaraq müvafiq protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 10-16). Məhkəmə-tibbi ekspertizasının 03 iyun 2022-ci il tarixli 56 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdaki xəsarətlər aşkar olunmuşdur : kəskin qanitirmə və sol yuxu arteriyasının kəsilməsi ilə müşayiət olunan boyunun sol bayır səthinin 01 ədəd, sol körpücükaltı nahiyənin 01 ədəd, çənə cismi nahiyəsinin 01 ədəd, alın nahiyəsinin 02 ədəd, sol budun 01 ədəd deşilmiş-kəsilmiş yaraları ölümündən az əvvəl deşicikəsici alətin (alətlərin) təsirindən törənmişdir, xəsarətlər qısa bir zaman ərzində törədildiklərindən onların yetirilmə ardıcıllığını təyin etmək mümkün deyildir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin deşici-kəsici təsirindən törənmişdir, qərarda göstərilən şəraitə uyğundur, dərəcələrinə görə kəskin qanitirmə və sol yuxu arteriyasının kəsilməsi ilə müşayiət olunan boyunun sol bayır səthinin 01 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın, sol körpücükaltı nahiyənin 01 ədəd, çənə cismi nahiyəsinin 01 ədəd, alın nahiyəsinin 02 ədəd, sol budun 01 ədəd deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətlərinin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb çürümə dəyişikliyi fonunda sol yuxu arteriyasının kəsilməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 12-15 gün əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs bədən xəsarətləri aldığı zaman bədənin ön səthi xəsarət yetirən şəxsə tərəf olmaqla müxtəlif vəziyyətlərdə ( qarşı-qarşıya, ayaqüstə, yarım oturaq, uzanıqlı və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri aldıqdan sonra qısa müddətə məqsədyönlü hərəkət etmək iqtidarında olmuşdur. Xəsarətlərin qarşılıqlı mübarizə və özünü müdafiə xarakterli olub-olmamasının məhkəmə-tibbi morfoloji xüsusiyyətləri yoxdur. Mərhum Zərərçəkmiş şəxs meyitində çürümə dəyişiklikləri fonunda arxa keçəcək (anus dəliyi) ətrafında qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətlərinə aid hər hansı bir dəyişiklik və xəsarət aşkar edilməmişdir.Mərhum Zərərçəkmiş şəxs meyitinin bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinnə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. Mərhum Zərərçəkmiş şəxs götürülmüş əzələdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqlar və ona oxşar digər bıçaqların təsirindən törənə bilərdi.(Cild 2, iş vərəqə 112-119) Məhkəmə-tibbi ekspertizasının 20 may 2022-ci il tarixli tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilməmişdir (Cild 2, iş vərəqə 110-111). Məhkəmə-tibbi bioloji ekspertizasının üzrə 16 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs yaşadığı ünvandan götürülmüş qısaqol köynək, köynək, qısaqol idman maykası, idman şalvarı, bir cüt kişi yay başmağı, yorğan üzlüyü, uşaq üçün yorğan üzlüyü, oturacaq hissəsi olmayan stul, həmin ünvandan götürülmüş bir ədəd qara rəngli nahamar səthli mətbəx bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş 05 ədəd plastik çubuğun bir ucuna sarınmış pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanm qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qrupu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs və Şahid2 qanlarının olması ABO sistemi üzrə inkar olunur. Təqdim edilən Təqsirləndirilən şəxs evindən götürülmüş uzunqol idman koftası üzərindəki ləkələrdə, həmin ünvandan götürülmüş bir cüt uzunboğaz çəkmə, Şahid2 yaşadığı evdən götürülmüş bir cüt qəhvəyi rəngli ayaqqabı, digər 04 ədəd bıçaq, tozsoran, onun ağızlığı və borusu üzərində qan, Şahid2 yaşadığı evdən götürülmüş Zərərçəkmiş şəxs evindən götürdüyü və onun özünə məxsus iki ədəd şalvar, dəri gödəkçə, Şahid2 məxsus yaşadığı evdən götürülmüş dəri gödəkçə, vodolazka, belində kəmər olan vilvet şalvar, günlüklü palaq, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvandan götürülmüş qolsuz gödəkçə, şalvar, iki ədəd açıq bozumtul-qəhvəyimtil rəngli gödəkçə, iki ədəd idman gödəkçəsi, idman şalvar, Fövqaladə Hallar Nazirliyinə məxsus xidməti geyim forması-pencək, tünd göy rəngli gödəkçə, uzunqol idman koftası, qısaqol köynək üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır(Cild 1, iş vərəqə 122-129). Məhkəmə-trasoloji ekspertizasının 06 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş 10 “a”, “b”, 12 və 16 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.Təqdim edilmiş 10 “a” saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından, 16 saylı daktilolentin səthindəki əl- barmaq izi isə onun sol əlinin şəhadət barmağından qalmışdır (Cild 2, iş vərəqə 200-207). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 iyul 2022-ci il tarixli, 1734 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət hadisəsinin törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22- ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin hərəkətləri idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə cinayət işi üzrə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Hazırki psixiemosional vəziyyətində hər hansı dəyişiklik müəyyən edilmir.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, həyəcan yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs affekt vəziyyəti (fizioloji və ya kumulyativ) yaranmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (Cild 2, iş vərəqə 211-214). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 6 bıçaq zərbəsi, həmin bıçaq zərbələrdən biri həyat üçün mühüm olan boynun sol bayır səthinə yetirilmiş, Zərərçəkmiş şəxs ölümünə səbəb sol yuxu arteriyasının kəsilməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Bundan başqa ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs xəsarətləri aldıqdan sonra yalnız qısa müddətə məqsədyönlü hərəkət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında təsdiq etdiyi ittiham dövründə verdiyi ifadədən görünür ki, Zərərçəkmiş şəxs zərbələr vurduqdan sonra o yerə yıxılmış, səsi çıxmadığını görüb, hamama keçərək əlllərini yumuş, özünə məxsus olan 01 ədəd “Katel” markalı telefonu, gödəkçəni və qara kepkasını götürüb dəhlizə keçmiş, dəhlizdə isə ayaqqabılarını geyinib sakitcə evin qapısını götürdüyü açarla açıb çölə çıxmış və açarla qapını bağlamışdır. Evdən çıxarkən Şamili vurmaq üçün istifadə etdiyi mətbəx bıçağını da gödəkçəsini cibinə qoymuşdur. Evdən çıxdığı vaxt həm televizor, həmdə ki, işıqlar açıq olmuşdur. Mənzildən çıxdığı vaxt artıq saat 03-ə qalmış, yəni ki, gecə vaxtları olmasına, Azərbaycan Respublikasında “Covid-19” pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimininin tələbləri yumşaldılaraq 01 may 2022-ci il tarixdən etibarən qapalı və açıq məkanlarda maska rejimi ləğv edilməsinə baxmayaraq üzünü gizlətmək məqsədi ilə maska taxaraq həyətə enmiş və bıçağı tullamaqdan ötrü məhlənin zibil yeşikləri olan tərəfinə getmişdir. Əlavə etmişdir ki, evdən çıxarkən orada olan zibil yeşiklərinin birinə Şamili vurmaq üçün istifadə etdiyi bıçağı atmış, evə gəldikdən sonra çimmiş, yalnız koftası və şalvarı qana bulaşsa da videokameraya düşə biləcəyini ehtiyat edib izini itirmək məqsədilə hadisə zamanı üzərində olan bütün paltarları zibilə atmış, sonrakı günlərdə isə ölkə xaricindən kənara getmək üçün xarici passportunu dəyişmək üçün müracitə etsə də “stop”-u olduğu deyildiyi üçün mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs xəsarətləri aldıqdan sonra yalnız qısa müddətə məqsədyönlü hərəkət etmək iqtidarında olması barədə ekspert rəyi olsa da hadisənin şahidləri yalnız zərərçəkmiş və təqsirləndirilən şəxslər olduğundan onun baş verməsinin dəqiq vaxtı və hadisə baş verməsindən hansı müddət ərzində Təqsirləndirilən şəxs hadisə yerini tərk etməsi müəyyən edilə bilməsə də, Təqsirləndirilən şəxs yetirdiyi xəsarətlərin sayı və lokalizasiyası, hadisədən sonrakı, yəni cinayətin izlərinin itirilməsi və özünün məsuliyyətdən yayınmaq məqsədilə yol verdiyi hərəkətlərinin, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə kənar şəxslərin 2-3 gündən bir gəlməsi barədə ifadələri, şahid Əliheydər Səftərovun “çıx get də, xoşuva gəlir belə yaşamaq?” sualına, Təqsirləndirilən şəxs cavabında “əgər qaçsam başıma oyun açacaq” deməsi, Təqsirləndirilən şəxs dəfələrlə məhkum olduğunu, 5 nəfər problemli məsələləri həll edən şəxslə birlikdə bu məsələni də həll edə biləcəyini söyləməsinə baxmayaraq, sonuncunun öz məsələsini özünün həll edəcəyini bildirməsi barədə ifadələrinin təhlili belə qənaətə gəlməyə imkan verir ki, təqsirləndirilən şəxsin həyəcanlı olduğuna görə vurduğu bıçaq xəsarətlərinin sayını xatırlamaması, evdən tələsik çıxdığı üçün işıq və televizoru yanılı qoyması, mərhum Zərərçəkmiş şəxs onun dalınca gəlməsin deyə qapını açarla bağlaması, evdən çıxarkən onun ölüb-ölməməsini bilməməsi barədə ifadələri işin yuxarıda göstərilən halları ilə uyğunluq təşkil etmir və təqsirləndirilən şəxsin qəsdi Zərərçəkmiş şəxs həyatdan məhrum edilməsinə yönəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qaçma imkanı olmuşdur, lakin o, o, Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərindən xilas olmağın yolunu qaçmaqda yox, ondan birdəfəlik canını qurtarmaqda görmüş, Zərərçəkmiş şəxs evinə 2-3 gündən bir “gəlibgedəninin” olmasını bildiyinə baxmayaraq zərərçəkmiş şəxsi onun həyat üçün təhlükəli olan boyun nahiyəsinə və digər müxəlif dərəcələrlə müşaiyət olunan xəsarətlərlə “baş-başa” qoyaraq evdən çıxıb getmişdir. Bundan başqa həm ekspertiza rəyində göstərildiyi kimi xəsarətləri aldıqdan sonra Zərərçəkmiş şəxs yalnız qısa müddətə məqsədyönlü hərəkət etmək iqtidarında olması halı, həm də Təqsirləndirilən şəxs Şamilin yerə yıxılmasını, ondan heç bir qışqırıq səsi gəlməməsini, onun hərəkət etməməsini görüb tez hamam otağına keçib əllərini yuması, özünə məxsus olan əşyaları götürüb getməsi barədə ifadəsi ona dəlalət edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dalınca gəlmək imkanı olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona münasibətdə yol verdiyi qanunsuz hərəkətləri, mütəmadi olaraq onu döyməsi, başqalarının yanında şərəf və ləyaqətini alçaltması, evdən çıxıb gedəcəyi təqdirdə anasını və babasını öldürməkdə hədələməsi kimi qanunsuz hərəkətlərinin təsiri altında Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, ona bıçaqla zərbələr yetirdikdən sonra əlinin qanını yumuş, özünə məxsus əşyaları götürərək məqsədli şəkildə evdə işığı və televizoru açıq saxlamış, qapını açarla bağlayıb gedərək sonuncunun aşkar edilməsi imkanını da aradan qaldırmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Cinayət işi üzrə məhkəmə iclasında ifadə verən şahidlərin əksəriyyəti zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı pis rəftar etdiyini, ona qulluqçu kimi davrandığını, şərəf və ləyaqətini mütəmadi olaraq alçaltdığını, vurduğunu bildirmiş, zərərçəkmiş şəxsin mənfi xüsusiyyətlərə malik ollmasını, əvvəllər dəfələrlə məhkum olunmasını, özündən zəiflərə sataşmasını vurğulamışlar. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Zərərçəkmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 181.2.2, 181.2.5-ci, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1, 66.5, 93.1.4-ci, Nərimanov rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən təqsirli bilinərək müxtəlif dövrlərdə məhkum edilmişdir. Cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş verməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, zərərçəkkmiş şəxsin yaxın qohumu olan hüquq varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(Cild 2, iş vərəqə 105). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 230-231, cild 2 iş vərəqə 49- 51). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(Cild 2, iş vərəqə 217-218). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Nərimanov rayon prokurorluğuna saxlanılması üçün verilmiş hadisə yerinə baxış zamanı mənzildə aşkar edilmiş 01 ədəd oturacaq hissəsi olmayan və üzərində qanabənzər ləkələr olan stul, 02 ədəd üzərində qnabənzər ləkələr olan ağ rəngli mələfələ, 01 ədəd etiketində “Ravelli” yazısı və üzərində qanabənzər ləkələr olan göy rəngli xətli düyməli köynək, 01 ədəd etiketində “Million” yazısı və üzərində qanabənzər ləkələr olan ağ rəngli uzunqol düyməli köynək, 01 ədəd etiketində 11 rəqəmi və üzərində qanabənzər ləkələr qısaqol kofta, 01 ədəd etiketində “Nike” yazısı və üzərində qanabənzər ləkələr olan qara rəngli idman şalvarı, 01 cüt üzərində qanabənzər ləkələr olan üstü kəmərli yarımaçıq başmaq, həmçinin meyitin aşkar olunduğu hissədə divarda, meyitin aşkar olunduğu yerin döşəməsində, hamam otağının qapısının üzərində, hamam otağının işığını yandırmaq üçün düymənin və yerdə aşkar edilmiş şüşə qabın üzərində olan qanabənzər ləkələrdən tampon vasitəsi ilə 05 ədəd nümunə məhv edilməli, cinayət hadisəsinin baş verdiyi mənzildə keçirilən baxış zamanı müqayisəli tədqiqat aparılması məqsədilə yapışqan lent vasitəsi ilə götürülmüş 17 ədəd əl-barmaq izləri nümunələri və “Starex” çatdırılma şirkətinin videomüşahidə kameralarında qeydə alınmış görüntülər olan 01 ədəd “USB” yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 167 (bir yüz altmış yeddi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 2, iş vərəqə 286). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Hadisə yerinə baxış zamanı mənzildə aşkar edilmiş 01 ədəd oturacaq hissəsi olmayan və üzərində qanabənzər ləkələr olan stul, 02 ədəd üzərində qanabənzər ləkələr olan ağ rəngli mələfələ, 01 ədəd etiketində “Ravelli” yazısı və üzərində qanabənzər ləkələr olan göy rəngli xətli düyməli köynək, 01 ədəd etiketində “Million” yazısı və üzərində qanabənzər ləkələr olan ağ rəngli uzunqol düyməli köynək, 01 ədəd etiketində 11 rəqəmi və üzərində qanabənzər ləkələr qısaqol kofta, 01 ədəd etiketində “Nike” yazısı və üzərində qanabənzər ləkələr olan qara rəngli idman şalvarı, 01 cüt üzərində qanabənzər ləkələr olan üstü kəmərli yarımaçıq başmaq, həmçinin meyitin aşkar olunduğu hissədə divarda, meyitin aşkar olunduğu yerin döşəməsində, hamam otağının qapısının üzərində, hamam otağının işığını yandırmaq üçün düymənin və yerdə aşkar edilmiş şüşə qabın üzərində olan qanabənzər ləkələrdən tampon vasitəsi ilə 05 ədəd nümunə məhv edilsin; -Cinayət hadisəsinin baş verdiyi mənzildə keçirilən baxış zamanı müqayisəli tədqiqat aparılması məqsədilə yapışqan lent vasitəsi ilə götürülmüş 17 ədəd əl-barmaq izləri nümunələri və “Starex” çatdırılma şirkətinin videomüşahidə kameralarında qeydə alınmış görüntülər olan 01 ədəd “USB” yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 167 (bir yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar