Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-273/2024 09.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, X5, X1 və X10, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi –“Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, Lerik rayonu, Veri kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 yerləşən fərdi yaşayış evində yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 182.3.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 11:40-da açıq məhkəmədə baxaraq, müəyyənetdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edərək saxlamış, daşımış və üzərində gəzdirmiş, təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərməklə hədə-qorxu gələrək pul tələb etmiş, habelə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuraraq hədə-qorxu ilə pul tələb etmiş, silah qismində istifadə etdiyi ov tüfəngi ilə atəş açaraq, ümumi təhlükəli üsulla zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərvurma cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan “Qoca” adlı şəxsdən 01 ədəd nömrəsi silinmiş lüləsi, qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan, texniki cəhətdən saz, atəş üçün yararlı Türkiyə dövlətində zavod üsulu ilə Torun silah birliyində istehsal olunmuş “Maqnum Briliant” modelli sürgülü, hamar təklüləli, özü doldurulan ov tüfəngi olan odlu yivsiz silahı və 02 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 12x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş ov sursatı olan atəş üçün yararlı 02 ədəd patronu əldə edib saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsinə üzərində gəzdirməklə daşımış, Xəzər Rayon Polis İdarəsinin Cinayətaxtarış şöbəsinin əməkdaşları tərəfindən 14 noyabr 2022-ci il tarixdə saat 18:30-da Binə qəsəbəsində saxlanılarkən üzərində olan çantanın içərisinə baxış keçirilərkən üzərində daşıdığı, cinayətdə istifadə etdiyi lüləsi, qundağı kustar üsulu ilə kəsilmiş, hal hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan yivsiz ov tüfəngini və həmin silaha məxsus istifadə etdikdən sonra qalan 01 ədəd patron aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmasına baxmayaraq, islah olunmamış və yenidən cinayətkar əməllərinə davam edərək, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində özünü kriminal aləmə yaxın şəxs kimi tanıdaraq, azadlıqdan məhrum edilərək, cəza çəkmə müəssisələrində cəzaçəkən şəxslərə pul göndərmək üçün Binə qəsəbəsində müxtəlif şəxslərdən hədə-qorxu gəlməklə pul toplamış, bununla bağlı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda tanışı Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor göstərəcəyi hədəsi ilə pul tələb etmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 özünə məxsus 526163******57599 nömrəli “Rabitə bank” bankına aid plastik kartından onun verdiyi istintaqa məlum olmayan müxtəlif bank kartlarına hissə-hissə, ümumilikdə 5953 (beş min doqquz yüz əlli üç) manat pul köçürməsinə nail olaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxsin ümumilikdə 5953 (beş min doqquz yüz əlli üç) manat, yəni xeyli miqdarda pulunu hədə-qorxu ilə tələb etməklə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bir daha 2022-ci ilin oktyabr ayında gecə saat 02 radələrində əvvəllər dəfələrlə cəza çəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərmək adı ilə pul aldığı tanışı Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evə gedərək, Zərərçəkmiş şəxs2 Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən su kanalının yanına aparmış, orada Zərərçəkmiş şəxs2 əlindəki dəyənəyi nümayiş etdirib onun üzərinə getməklə nə üçün pulu vermədiyini soruşub yumruğu ilə onun qarın nahiyəsinin sol hissəsinə vuraraq, sonuncuya sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sol qabırğaaltı nahiyənin qançırı bədən xəsarəti yetirərək, Zərərçəkmiş şəxs2 zor tətbiq edərək, təkrarən hədəqorxu gəlməklə pul tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12, “İçəri şəhər” adlanan yaşayış sahəsində yerləşən tanışı Şahid3 Veaçeslav oğlunun kirayədə yaşadığı mənzilə gələrək, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla, gəzdirdiyi atəş üçün yararlı “Maqnum Briliant” modelli ov tüfəngini həmin vaxt orada olan tanışı Zərərçəkmiş şəxs1 üz nahiyəsinə dayayaraq, nə üçün tanışı Şahid3 Veaçeslav oğluna olan borcunu qaytarmadığını, onun telefon zənglərinə cavab vermədiyini, ondan qaçıb gizləndiyini aqressiv şəkildə soruşmuş və onun qanını yerə tökəcəyini deyərək, cəza çəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərmək üçün aylıq verməli olduğu pulu verməsini şəxsiyyəti üzərində zor göstərəcəyi ilə hədə-qorxu gəlməklə tələb etmiş, Zərərçəkmiş şəxs1 ona borcunun olmadığını bildirdikdə isə hiddətlənmiş və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu vuracağını bilib özünü qorumaq üçün əlləri ilə üzünü tutaraq otaqdakı divanın üzərinə uzanan zaman Təqsirləndirilən şəxs Şahid3 yanında odlu silah ilə ümumi təhlükəli üsulla qəsdən bir dəfə atəş açaraq Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsindən vurmaqla sonuncuya həyat üçün təhlükəli olan hemorragik və travmatik şok sağ bud sümüyünün yuxarı üçdə birinin açıq sınığı ilə nəticələnən, törədildiyi anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurma cinayəti törətmiş, Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edərək, onun sağlamlığına ağır zərər vurmaqla təkrarən hədə-qorxu ilə pul tələb etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadığı qəsəbənin sakini kimi tanımış, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. O, 2020-ci ildə barəsində olan cəzadan azad edildikdən sonra yaxın dostu ilə torpaq sahələrində ev tikib satmaq qərarına gəldiklərinə görə, dostu özünə məxsus olan “Kia Optima” markalı avtomobilini 8000 manat müqabilində, o da əlində olan əşyaları satıb ev tikmişlər. Evin satışı gecikdiyinə görə evin tikinti materiallarının, ustaların pullarının verilməsinə görə 6000-7000 manat borcu qaldığından, həmin vaxt Zərərçəkmiş şəxs2 də daxil olmaqla 3-4 dostundan borc almışdır. Zərərçəkmiş şəxs2 onun uşaqlıq dostu olmuş, o da çətin vəziyyətində hər zaman sonuncuya köməklik etmişdir. Aralarında olan münasibətə görə o, bəzən Zərərçəkmiş şəxs2 100-300 manat borc pul götürmüşdür. O, başqa rayonda olan vaxt atasına 500 manat pulu Zərərçəkmiş şəxs2 qaytarması üçün vermişdir. Bir müddət keçdikdən sonra onun Zərərçəkmiş şəxs2 yenidən borcu yığıldığından, ona məxsus “Sony Playstation” markalı cihazı Zərərçəkmiş şəxs2 göndərərək həmin cihazı təmir etdikdən sonra satıb borcundan silməsini sonuncuya demişdir. O, başqa şəxsə 800 manat borcu olduğuna görə Zərərçəkmiş şəxs2 köməklik kimi pul istəmiş, Zərərçəkmiş şəxs2 400 manat pulu həmin vaxt göndərəcəyini, 400 manat pulu isə 2-3 gün ərzində göndərəcəyini bildirmiş, 2-3 gün keçdikdən sonra təxminən Zərərçəkmiş şəxs2 340-360 manat göndərdiyindən, ümumilikdə təxminən 1500 manata yaxın məbləğdə Zərərçəkmiş şəxs2 borcu qalmışdır. Bu ərəfədə Zərərçəkmiş şəxs2 zəng edib onunla kobud danışdığından, o, Zərərçəkmiş şəxs2 görüşmək istədiyini demiş, görüşdükdə onunla nəyə görə kobud danışdığını soruşmuşdur. Zərərçəkmiş şəxs2 borcunun olduğunu, aparat düzəltdiyini, aparatın yandığını, lakin pulunu verə bilmədiyinə görə onu polisə verəcəyini demiş, o isə başqa şəxsin ona borcu olduğunu, həmin şəxs qaytardıqdan sonra pulu verə biləcəyini söyləmişdir. O, həmin vaxt borca görə şikayət edəcəyinə əsəbiləşib avtomobilin içərisində Zərərçəkmiş şəxs2 bir sillə zərbəsi vurmuşdur. O, özünə məxsus “Samsung A52” markalı mobil telefonunun nömrəsini çıxarıb atasına satması üçün vermişdir ki, satışdan sonra borc pulunu qaytarsın. Bundan başqa, Zərərçəkmiş şəxs2lə hər hansı problemi olmamışdır. Bundan başqa, o, vəfat etdiyi dostunun verdiyi silahı yaşadığı evin yaxınlığındakı torpaq sahəsinə basdırmış, həmin ərazinin satılacağını öyrəndikdən sonra silahı dostunun rayonda yerləşən evinin həyətinə basdıracağı qərarına gəlmişdir. 29 sentyabr 2022-ci il tarixdə günorta vaxtı dostu Şahid3 zəng vurub rayona getmək istədiyinə görə sürücülük vəsiqəsini götürərək onun yaşadığı evə gəlməsini xahiş etmiş, 1 saatdan artıq vaxt keçməsinə baxmayaraq gəlmədiyindən silahı da götürüb Şahid3 yaşadığı evə getmiş, Zərərçəkmiş şəxs1 də həmin vaxt sonuncunun evində olduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 həmin vaxt bərbər işləmişdir. Evdə oturarkən o, Şahid3 gətirdiyi silahı təmizləmək üçün parça istəmiş, həmin şəxslərin gözünün qarşısında silahı çıxarıb çantasının içərisinə qoyduqdan sonra silahı sökmüşdür. O, sol əli ilə silahı götürüb yuxarı qaldırdıqda qəfildən atəş açılmış və güllə Zərərçəkmiş şəxs1 dəydiyindən sonuncu yaralanmışdır. O, Şahid3 dərhal taksi çağırmasını demiş, həmin taksi ilə o, rayona getmişdir. Onun Zərərçəkmiş şəxs1lə aralarında heç bir problem olmamışdır. Həmin hadisədən 1 ay keçdikdən sonra qayıdıb polis bölməsinə gedərək təslim olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 182.1-ci maddəsi ilə təqsirli bilindiyindən 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, xx.xx.2020-ci il tarixdə Binəqədi Rayon Məhəkəməsinin qərarı ilə 08 ay 08 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Onun əsl adı Seyran olsa da, qəsəbə ərazisində, ümumiyyətlə demək olar ki hər kəs onu Seymur kimi tanımışdır. O, uzun müddətdir ki, qundağı kəsilmiş və lüləsi kəsilmiş silahı çiynində, yəni əynində olan paltarın altında gizlətməklə qəsəbə ərazisində gəzmiş, əsas məqsədi qəsəbədə narkotik satan şəxsləri cəzalandırmaq olmuşdur. O, yaşadığı Binə qəsəbəsi, X6 yaşamaqla narkotik vasitələrin satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 buna görə pul almalı olsa da, sonuncu ondan qaçıb gizlənmişdir. 29 sentyabr 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs1 dostu Şahid3la görüşüb sonuncunun qəsəbədə kirayədə yaşadığı evinə getdiklərini görmüş, o da bir neçə dəqiqə sonra, yəni həmin gün saat 16 radələrində həmişəki kimi çiynindəki silahla Şahid3 yaşadığı evə getmişdir. O, evə girən kimi Zərərçəkmiş şəxs1 ondan gizlənməyə çalışmış, o, Şahid3la görüşmüşdür. O, çiynindəki özünə məxsus lüləyi və qundağı kəsilmiş silahı çiynindən çıxarıb çəkərək Zərərçəkmiş şəxs1 üstünə tutub sonuncunun ünvanına nalayiq söyüşlər işlədərək “qanını tökəcəm yerə, məndən niyə qaçırsan” demiş və pul vermədiyi təqdirdə, orada öldürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 silahı kənara çəkməsini, pulu olan kimi verəcəyini deyib ona yalvarmış, o isə silahı yaxın məsafədən Zərərçəkmiş şəxs1 üz nahiyəsinə tutmuşdur. Zərərçəkmiş şəxs1 əlləri ilə üzünü tutub kənara çəkərək vurmamasını xahiş etsə də, o, atəş açmış, Zərərçəkmiş şəxs1 divana uzanıb başını yan tərəfə tutduğundan silahından açılan atəş Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsinə dəymişdir. Şahid3 qışqıraraq “neylədin Seyran?” demiş, o, bir-iki dəqiqə sonra silahı çiynindən asıb oradan çıxıb getmişdir. Bundan sonra, qəsəbədə “İçərişəhər” deyilən ərazidə yaşayan, yaxın münasibətdə olduğu Şahid2 yaşadığı evə gedib sonuncu ilə görüşərək sağollaşmış, amma Şahid2 Zərərçəkmiş şəxs1 güllə ilə vurmağı və hara getməyi barədə məlumat verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs Seymur kimi tanımış, 29 sentyabr 2022-ci il tarixdə, saat 15-16 radələrində Bakı şəhəri, Xəzər rayonu, X6 yerləşən Şahid3 evində sonuncu və Təqsirləndirilən şəxsla birgə əyləşmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlindəki silahı təmizləmiş, bir qədər söhbət etdikdən sonra o, durub getmək istədiyindən sağollaşan zaman Təqsirləndirilən şəxs əlindəki silahdan qəfildən atəş açılmış və güllə onun sağ ayağına dəymişdir. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 Şahid3 və Təqsirləndirilən şəxs dost olduqlarını, əvvəllər sonuncu ilə aralarında hər hansı ədavət və münaqişənin olmadığını, Təqsirləndirilən şəxs Şahid3 evinə silahla gəldiyini, hansı məqsədlə üzərində daşıdığını bilmədiyini, bunun səbəbini Təqsirləndirilən şəxs soruşmadığını, Təqsirləndirilən şəxs axtarışda olduğuna görə onun yanında xəstəxanaya gələ bilmədiyini, ibtidai istintaqda adından yazılmış ifadəni oxumadığını, Təqsirləndirilən şəxsla aralarında borc münasibətlərinin olmadığını, Təqsirləndirilən şəxs onun üzünə doğru silahı tuşlamadığını, Təqsirləndirilən şəxsla hadisə vaxtı aralarında 1-1,5 metr məsafənin olduğunu, Təqsirləndirilən şəxsla barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 330.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində tanışı Şahid3 bərbər işlədiyi yerə gələrək onu evinə çağırmış, Şahid3 onu evinə çağırmasının səbəbi sonuncuya olan borcla əlaqədar olmuşdur. Belə ki, o, Şahid3 olan təxminən 300 manat borc pulunun 200 manatını geri qaytarmışdır. Daha sonra Təqsirləndirilən şəxs ona zəng vurub Şahid3 olan borcunu qaytarmadığına görə ona tələb qoyduğunu bildirmişdir. O isə Təqsirləndirilən şəxs Şahid3 olan borcdan 200 manatı qaytardığını dedikdə, Təqsirləndirilən şəxs belə bir halın olmadığını söyləmiş, Şahid3 demişdir ki, o, hər hansı məbləğdə pul qaytarmamışdır. O, Şahid3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 yerləşən “İçərişəhər” adlanan ərazidə yerləşən evinə getmiş, həmin vaxt Şahid3 evdə tək olmuşdur. O, söhbət zamanı Şahid3 bu məsələnin Təqsirləndirilən şəxs aidiyyətinin olmadığını bildirmişdir. Təxminən 15 dəqiqə sonra Təqsirləndirilən şəxs çiynində idman çantası ilə Şahid3 yaşadığı evə gəlib içəri daxil olduqdan sonra ondan pulu Şahid3 verməməsinin səbəbini soruşmuş, o, borcu Şahid3 verdiyini dedikdən sonra Təqsirləndirilən şəxs əsəbiləşib çiynində olan çantadan qundağı və lüləyi kəsilmiş tüfəngi çıxarmışdır. Şahid3 silah çıxartdığını görüb qışqıraraq “Seyran, eləmə!” demiş, Təqsirləndirilən şəxs tüfəngi ona tərəf tutub telefonlarını nəyə görə açmadığını soruşmuş, o isə Təqsirləndirilən şəxs “sənə borcum yoxdur, borcum Malikədir” cavabını vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs silahı çəkmiş, patron silahın içindən çıxıb yerə düşmüş, daha sonra isə o, tüfəngi çəkən zaman üzünü tutub divana tərəf uzanmış, Təqsirləndirilən şəxs açdığı atəş onun ayağından dəymişdir. Təqsirləndirilən şəxs qəsdən onu vurduqdan 1 dəqiqə sonra silahı da götürərək evdən çıxıb getmişdir. Bundan sonra Şahid3 bayıra çıxıb Polad adlı şəxsi çağırmış, Poladla Malik taksi çağırdıqdan sonra onu taksiyə əyləşdirmiş, Malik isə evdə qalmışdır. Polad onu taksi ilə aparan zaman yolda atasına məlumat verəcəyini bəhanə gətirib taksidən düşüb getmişdir. O, Poladın gəlmədiyini görüb taksi sürücüsünün mobil telefonu ilə müdiri Aqşinə zəng vurmuş, daha sonra Aqşin gələrək tasiyə əyləşib onu Sabunçu rayon xəstəxanasına aparmışdır. Yolda gedərkən təcili tibbi yardım avtomobili ilə qarşılaşmış və onu həmin avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs bir neçə dəfə ondan borc və kömək üçün pul istəmiş, lakin ondan hədə-qorxu ilə pul tələb etməmişdir. Təqsirləndirilən şəxs ondan Şahid3 olan borcunu verməyi tələb etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs 20 ildən bəri tanımış, qardaşı Elnurla eyni sinifdə oxumuşdur. Bir müddət əvvəl, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs borc pul istədiyindən, o, bir ay müddətində müxtəlif vaxtlarda sonuncunun bank kartına öz istəyi ilə təxminən 5300 manatdan bir qədər çox pul göndərmişdir. Təqsirləndirilən şəxs həmin pulu ondan hədə-qorxu ilə almamış, o, hissə-hissə sonuncunun bank kartına köçürmüşdür. Təqsirləndirilən şəxs borc pulun bir hissəsini, yəni 500 manatı ona qaytarmışdır. Təqsirləndirilən şəxsla eyni məhəllədə yaşadığından, o, sonuncunun televizorunu, telefonunu düzəltdikdən sonra həmin əşyaları satmış, Təqsirləndirilən şəxs da satışdan bir qədər pulu ona təqdim etmişdir. O, Təqsirləndirilən şəxs öz istəyi ilə pulu hissə-hissə ödəməsi üçün borc vermiş, Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul almamış, pulu hissə-hissə Təqsirləndirilən şəxs bank kartına köçürmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğunu bildiyini, polis idarəsinə Təqsirləndirilən şəxs şikayət etdiyini, başqa şəxsdən pul alıb Təqsirləndirilən şəxs verdiyini, həmin şəxs də pulu tələb etdiyinə görə Təqsirləndirilən şəxsla aralarında mübahisə yarandığını, barışdıqdan sonra şikayətinin olmaması barədə teleqramla müraciət etdiyini, pulunun tam şəkildə qaytarıldığını, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 330.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, bir neçə müddət əvvəl Seymur adı ilə tanıdığı Təqsirləndirilən şəxs ona zəng edib maddi durumunun çətin olduğunu deyərək pul istədiyindən, o da sonuncunun bank kartına 50 manat pul göndərmiş, təxminən 2 gün sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edib 500 manat pul istədiyindən, həmin karta həmin məbləğdə pulu köçürmüşdür. Belə hallarla davamlı şəkildə Təqsirləndirilən şəxs ondan müxtəlif məbləğdə pul istəmiş və o, istədiyi məbləği göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona zəng edərək “SONY” markalı televizorun cərayan keçirici yerinin xarab olduğunu və təmir edə bilib-bilməyəcəyini ondan soruşduqda, razılaşdığından, o, həmin televizoru təmir etdikdən sonra televizorun ekranının çat olduğunu görmüş, buna görə də o, Təqsirləndirilən şəxsla görüntülü danışaraq televizorun ekranında çat olan hissəni göstərmiş, həmin televizorun onda qalmasını bildirərək televizorun əvəzində ondan 500 manat pul almışdır. Sonradan isə oyun aparatı (playstation) olduğunu və həmin aparatın əvəzində ondan 320 manat pul almışdır. Lakin, aparatı sonradan o, Südçülük Sovxozu ərazisində yerləşən “Azad” marketdən götürmüşdür. O, sonradan həmin oyun aparatını və televizoru tanımadığı şəxsə satmışdır. O isə növbəti gün bank kartından 300 manat pul çıxararaq Seymurun ona dediyi tanımadığı şəxsə vermişdir. Bir müddət əvvəl gecə saat 02:00 radələrində Rövşən adlı şəxs yaşadığı evin pəncərəsini döyərək onu arxa qapıya çağırmış, küçəyə çıxdıqda Təqsirləndirilən şəxs Rövşənlə birlikdə olduğunu görmüşdür. Orada həmin şəxslərin yanında adını bilmədiyi başqa şəxs də olmuşdur. Daha sonra onlar qırmızı rəngli “VAZ 2107” markalı avtomobilə əyləşərək X12 ərazisində yerləşən su kanalının yanına getmişlər. Orada maşından düşmüş, Təqsirləndirilən şəxs onun üzərinə gələrək borclu olduğu pulu nə üçün vermədiyini deyib yumruğu ilə qarnının sol hissəsinə vurmuş, Təqsirləndirilən şəxs onu vurmazdan əvvəl əlindəki dəyənəyi maşına tərəf atmışdır. Yanındakı şəxslər Təqsirləndirilən şəxs sakitləşdirmişlər. O, Təqsirləndirilən şəxs yaxın zamanlarda “Sony playstation” markalı oyun aparatına və televizora görə istədiyi pulu verəcəyinə söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dostu olmaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. 29 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edib onunla görüşmək istədiyini dediyindən, sonuncunun evinə doğru gedən zaman Zərərçəkmiş şəxs1 görmüşdür. Zərərçəkmiş şəxs1 ona bir neçə dəqiqədən sonra evinə gələcəyini dedikdə, o, Təqsirləndirilən şəxs evinə getdiyini söyləmişdir. Lakin o, sonradan evinə getmiş, Zərərçəkmiş şəxs1 və bir müddət sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 divanda əyləşmiş, o da Təqsirləndirilən şəxs yanında olmuşdur. Təqsirləndirilən şəxs əlindəki silahı təmizləyərkən birdən güllə səsi eşitmiş, həmin güllə Zərərçəkmiş şəxs1 ayağına dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs1 taksi ilə xəstəxanaya aparılmış, evin içərisinə qan yayılmış, o da evin içərisini təmizləmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun uşaqlıq dostları olduğunu, onun Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxsla aralarında borc münasibətlərinin olmadığını, Təqsirləndirilən şəxs silahı onun evinə gətirdiyi vaxt tüfəngi rayona aparmalı olduğunu söylədiyini, Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs aralarında borc münasibətlərinin olub-olmadığını bilmədiyini bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, şahidin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 29 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində qəsəbədə bərbər işləyən dostu Zərərçəkmiş şəxs1lə Binə qəsəbəsində görüşüb birlikdə onun evinə çay içməyə getmişlər. Evdə olan mətbəx otağında o, stulda, Zərərçəkmiş şəxs1 isə divanda oturub çay içmişlər. Təxminən 40 dəqiqə sonra Təqsirləndirilən şəxs onun evinə gəlmiş, həmin vaxt həmişəki kimi Təqsirləndirilən şəxs çiynində çantanın içərisində qundağı və lüləyi kəsilmiş beşaçılan silahı olmuşdur. Təqsirləndirilən şəxs həmin silahla gəzməklə yerindən asılı olmayaraq atəş açmışdır. Təqsirləndirilən şəxs evə daxil olarkən onunla görüşsə də, Zərərçəkmiş şəxs1lə görüşmədiyini görüb Seyranın Turalı axtardığını, Turalın isə qaçdığını başa düşmüşdür. Zərərçəkmiş şəxs1 onlara gəldiyini bildiyi üçün Təqsirləndirilən şəxs da dalınca onun evinə gəlmişdir. Belə ki, Seyran bir çoxlarından “lotu” kimi aylıq pulu istədiyindən Turaldan da istəmiş, lakin Tural pulu olmadığı üçün qaçmışdır. Təqsirləndirilən şəxs otağa girərkən çiynindəki silahı çıxarıb çəkmiş və silahı Zərərçəkmiş şəxs1 üzərinə tutaraq söyüşlə söyüb nəyə görə pulu vermədiyini soruşmuş, pulu vermədiyi təqdirdə, qanını yerə töküb orada öldürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs silahı kənara çəkməsini, pulunu verəcəyini deyib yalvarmış, Təqsirləndirilən şəxs yaxın məsafədən silahı Turalın üzünə tutmuşdur. Tural isə əli ilə üzünü tutub qolu ilə özünü kənarlaşdıraraq üzünü çevirib “vurma” demiş, elə həmin vaxt Təqsirləndirilən şəxs atəş açmış, Tural anidən divana uzanaraq başını yan tərəfə çəkdiyindən silahdan açılan atəş Turalın sağ bud nahiyəsinə dəymişdir. Ona qışqıraraq “Seyran nə etdin?” deməsindən təxminən 1-2 dəqiqə sonra Təqsirləndirilən şəxs oradan getmişdir. O da dərhal taksi axtararkən küçədə Polad adlı şəxsi görmüş və bildirmişdir ki, Polad taksi tapsın, Seyran Turalı güllə ilə vuraraq yaralayıb, həkimə aparsınlar. Həmin şəxslər oradan getdikdən sonra o, evi təmizləyib oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, 29 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 yerləşən kişi bərbərinin qarşısında dayanarkən, Zərərçəkmiş şəxs1 ona zəng edib yaxınlaşan avtomobilə əyləşməsini söylədiyindən, həmin avtomobilə əyləşdikdə, Zərərçəkmiş şəxs1 arxa oturacaqda uzanmış vəziyyətdə görmüş və o, təcili tibbi yardıma zəng vurub çağırmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs1 ona Seymur kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən atılmış silahla yaralandığını söylədiyini, lakin hadisənin necə baş verdiyini demədiyini, əvvəllər Təqsirləndirilən şəxs əlində silah görmədiyini, sonuncunu sakit bir şəxs kimi tanıdığını, əvvəllər Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmadığını bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, taksi sürücüsü olduğundan, Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. Təqsirləndirilən şəxs Binə qəsəbəsində ev tikdiyindən, sonuncunun sifarişi ilə dediyi ünvana tikinti ləvazimatı daşımışdır. Təxminən 2022-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı vaxtda saat 15-16 radələrində bir şəxs onu çağırıb Tural adlı şəxsin yaralandığını söyləmiş, o da Turalın yanına getdikdə sonuncu hadisənin anidən baş verdiyini demişdir. O, Turala yaxınlaşdıqda bud nahiyəsindən güllə yarasını aldığını gördükdən sonra “Jiquli-05” markalı **-RO-*** dövlət nişanlı avtomobilinə əyləşdirib Binə qəsəbəsi körpüsünün yanında təcili tibbi yardım avtomobilinə təhvil vermiş, Tural Sabunçu Rayon Xəstəxanasına aparılmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin iyul ayından tanımış və aralarında yaxın münasibət olmuşdur. 29 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Seyran onun yaşadığı evə gələrək onunla sağollaşmağa gəldiyini bildirmişdir. Onu da demişdir ki, «mən sizin qonşuluğunuzda olan Malik adlı şəxsin evində Tural adlı şəxsi güllə ilə vuraraq ona xəsarət yetrimişəm». 15-20 dəqiqə orada dayandıqdan sonra çıxıb getmişdir. Seyran həmişə üstündə gəzdirdiyi “VİNÇESTR” markalı silahı ilə gəlmişdir. Silah öz çexolunda çiynində olmuş, Seyranın nə səbəbə Turalı vurmasını və hara çıxıb getməsini o bilməmiş, çünki bu barədə Seyran ona heç nə deməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, 2402 nömrəli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 “Sağ budun yuxarı 1/3-nin güllə yarası” diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 “İçəri şəhər” adlanan ərazidə yerləşən X2 yaşadığı mənzildir. Mənzil darvazasının ön hissəsində palçıqlıq yerdə qırmızı rəngli qanabənzər ləkələr vardır. (Cild 1, iş vərəqə 7-10) xx.xx.2022-ci il tarixli “İttiham elan etmək üçün şəxsin tutulması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmişdir. (Cild 1, iş vərəqə 16) xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Seymur adlı şəxs Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində ona nəyə görə pul vermədiyini bildirib onu döyərək xəsarət yetirmişdir. (Cild 1, iş vərəqə 36) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Eksperiza və X8” X15 xx.xx.2022-ci il tarixli, 855 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət- sol qabırğaaltı nahiyənin qançırı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 4-5 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. (Cild 1, iş vərəqə 65-66) xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında həmin tarixdə hadisə yerinə baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 67-70) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Eksperiza və X8” X15 xx.xx.2022-ci il tarixli, 1365 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət- hemorragik və travmatik şok sağ bud sümüyünün yuxarı üçdə birinin açıq sınığı ilə nəticələnmiş sağ budun yuxarı üçdə birinin 1 ədəd odlu silah-kor qırma yarası patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində törənmiş, törənmə müddəti onun “X17” X16 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gələ bilər və yetirildiyi zamanda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. (Cild 1, iş vərəqə 74-76) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X15 xx.xx.2022-ci il tarixli, 9514 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 77) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinib 800 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.4, 326.3, 66.3 və 67.1-ci maddələri ilə 06 il azadlıqdan məhrumetmə cəzası və 800 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 07 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.4 və 177.2.4-cü maddələri xaric olunmuş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi həmin Məcəllənin 66.2-ci maddəsi əvəz edilərək 03 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. 03 iyun 2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 08 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir. (Cild 1, iş vərəqə 84) xx.xx.2022-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Binə qəsəbəsində saxlanılaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 91) xx.xx.2022-ci il tarixli “Odlu silahın təhvil verilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən əlində olan ağ rəngli üzərində “LAVİTA” yazısı olan sellofan paketin içərisində özünə məxsus lüləsi, qundağı kəsilmiş “Torun” firmasının istehsalı, üzərində “Magnum” və “Brilliant” yazıları olan “12GA.3 TS-870” modelli tək lüləli ov silahını, içərisində 01 ədəd həmin silaha aid olan üzərində “AZOT və RUSSİA” yazıları həkk edilmiş 12 kalibrli №5 gülləni təhvil vermişdir. (Cild 1, iş vərəqə 92) xx.xx.2022-ci il tarixli “Cinayət əməlinin tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 96) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 98) xx.xx.2022-ci il tarixli “Baxış keçirmə və götürmə barədə” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı ağ rəngli sellofan paketin içərisində lüləsi, qundağı kəsilmiş dəmir konstruksiyalı qara rəngli, lüləsinin aşağı hissəsi əl tutmaq üçün taxta konstruksiyalı, lüləyinin aşağı əlavə hissəsindən qundağına doğru çiyinə asmaq üçün rezin kəmər bərkidilmiş, “Torun” firmasının istehsalı olan, üzərində “Magnum”, “Brilliant” yazıları olan “12GA.3 TS-870” modelli tək lüləli silahdır. Həmin silaha aid üzərində “AZOT və RUSSİA” yazıları həkk edilmiş 12 kalibrli №5 güllə vardır. Həmin silah və 01 ədəd patron sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (Cild 1, iş vərəqə 114-116) xx.xx.2022-ci il tarixli “Cinayət əməlinin tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 138-139) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqə 142-143) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(003)-539/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 15 fevral 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 164-165) xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayət və tələbi yoxdur. (Cild 1, iş vərəqə 173) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Krimalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22/735R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah Türkiyə dövlətində zavod üsulu ilə Torun silah birliyində istehsal olunmuş 12 kalibrli “MAQNUM Briliant” modelli sürgülü, hamar tək lüləli, özü doldurulan ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyidir. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 12x70 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş ov sursatıdır və atəş üçün yararlıdır. (Cild 1, iş vərəqə 176-180) xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işinin aidiyyəti göndərilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1, 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələrinə tövsif edilmiş və cinayət işi aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir. (Cild 1, iş vərəqə 189-190) xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işinin aidiyyəti göndərilməsi barədə qərarın ləğv edilməsi və işin geri qaytarılması haqqında” qərardan görünür ki, müvafiq qərar ləğv olunmaqla cinayət işi istintaqın davam etdirilməsi məqsədilə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinə qaytarılmışdır. (Cild 1, iş vərəqə 191-192) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan, texniki cəhətdən saz, atəş üçün yararlı Türkiyə dövlətində zavod üsulu ilə Torun silah birliyində istehsal olunmuş, “Maqnum Briliant” modelli sürgülü, hamar tək lüləli, özü doldurulan ov tüfəngi olan odlu yivsiz silah və 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 12x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş ov sursatı kimi atəş üçün yararlı olan patronun gilizi maddi sübut kimi tanınmaqla saxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 194-195) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 196) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2023-cü il tarixli, 94 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs istintaqa düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxsnn barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqə 229-231) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X15 xx.xx.2022-ci il tarixli, 530-MTKŞ/2022 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvarın arxa səthinin yuxarı nahiyəsində bir ədəd toxuma defekti ilə müşayiət olunan dəlib-keçən zədə aşkar olundu. Bu zədə odlu silah zədələnməsinn giriş dəliyidir, qurğuşun tərkibi olan mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan açılmış bir atəş nəticəsində əmələ gələ bilər. Zərərçəkmiş şəxs1 məxsus şalvarın arxa səthinin sağ yuxarı nahiyəsində aşkar edilmiş odlu silah zədəsi onun sağ budun yuxarı 1/3-də olan eyni xarakterli xəsarətlə (kor qırma yarası) yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. (Cild 1, iş vərəqə 233-236) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X15 xx.xx.2022-ci il tarixli, 659/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu AB/İV, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu O/İ-dir. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus tamlığı pozulmuş cins şalvar və mayka üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,B,H antigenləri alındı. Beləliklə, bu qan ləkələri AB/H/İV qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 (əgər onun qanında müşayiətçi H antigeni varsa) məxsus ola bilər. Ləkələrdə O/İ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halda mümkündür. (əgər onda hadisə vaxtı qanaxma ilə müşayiət olunan xəsarət olubsa). (Cild 1, iş vərəqə 238-241) Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olan 01 ədəd cins şalvarı və 01 ədəd maykanı təhvil almışdır. (Cild 1, iş vərəqə 243) xx.xx.2023-cü il tarixli “Əməlin tövsif olunması və sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.1-ci maddələrinə tövsif edilmiş, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd cins şalvar və 01 ədəd maykanın maddi sübut kimi tanınmaqla sahibinə qaytarılması nəzərə alınmışdır. (Cild 2, iş vərəqə 2-14) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqə 17-19) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsdiq edilmədən işin əlavə ibtidai istintaq aparılmasından ötrü qaytarılması haqqında” qərardan görünür ki, həmin qərarla ititham aktı təsdiq edilməmiş və əlavə araşdırmanın aparılması üçün ibtidai istintaq orqanına cinayət işi qaytarılmışdır. (Cild 2, iş vərəqə 50-61) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-84/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 aprel 2023-cü il tarixədək uzadılmışdır. (Cild 2, iş vərəqə 66-70) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 73) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarının tövsif olunması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 182.3.3 və 228.1-ci maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqə 81- 94) xx.xx.2023-cü il tarixli “Təqsirlədirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 182.3.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 99-101) xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 126.2.4-cü maddəsinə əsasən, ümumi təhlükəli üsul ilə qəsdən törədilmiş əməl nəticəsində yuxarıda göstərilən nəticələr baş verdikdə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. Həmin Məcəllənin 182.3.3-cü maddəsinə görə həmin Məcəllənin 182.1 və ya 182.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin tərkib əlamətlərinin yaranması üçün hər hansı minimum məbləğ müəyyən edilməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli qərarından görünür ki, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli qərarına (xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli əlavə və dəyişikliklərlə) əsasən, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verdiyi halda, hədə-qorxu ilə tələb etmədə təqsirli şəxsin qəsdi tələb olunan əmlakın gələcəkdə əldə edilməsinə və yaxud quldurluqda və soyğunçuluqda olduğu kimi əmlakın ələ keçirilməsinə deyil, hədənin icra edildiyi vaxt və yaxud gələcəkdə əmlaka olan hüququn əldə edilməsinə və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsinə yönəlir. Hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci maddəsinə və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlanılması üzərində nəzarət haqqında” 1978-ci il 28 iyun tarixli Avropa Konvensiyasının müddəalarına əsasən odlu silaha avtomatik silah, yarımavtomatik mexanizmli, yenidən doldurma tələb edən mexanizmli və ya tək-tək atəş açan mexanizmli qısalüləli silah, yarımavtomatik mexanizmli və ya yenidən doldurulma tələb edən mexanizmli minimum biryivli lüləli mexanizmli uzunlüləli silah, yivli lüləsi birdən az olmayan təkatılan uzunlüləli silah, əl reaktiv qumbara atanlar, hücum və ya müdafiə odsaçanlar, yay tipli atıcı mexanizmli silah aiddir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfinin ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ibtidai istintaq orqanının ona qarşı olan qərəzi ilə əlaqələndirmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 182.3.3 və 228.1-ci maddələri ilə düzgün olaraq tövsif edilməmişdir. Belə ki, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsinin sanksiyası 5 ildən 10 ilədək, həmin Məcəllənin 182.3.3-cü maddəsi isə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutmaqla Cinayət Məcəlləsinin 182.3.3-cü maddəsi sağlamlığa qəsdən ağır zərər vurmanın, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi isə sağlamlığa az ağır zərər vurmanın istənilən ağırlaşdırıcı əlamətlərlə müşayiət olunan hallarını əhatə etdiyindən, sağlamlığa ağır və yaxud az ağır zərərin vurulması ilə nəticələnən hallarda əməlin cinayətlərin məcmusu kimi həm də Cinayət Məcəlləsinin 126 və yaxud 127-ci maddələri ilə tövsif edilməsinə zərurət yaranmır. Hədə-qorxu ilə tələb etmə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda əməl cinayətlərin məcmusu kimi Cinayət Məcəlləsinin 126.3 və 182.3.3-cü maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs eyni əmələ, yəni zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədilən hədə-qorxu ilə tələb etmə cinayətinə görə Cinayət Məcəlləsinin 2 fərqli maddəsi ilə, yəni həmin Məcəllənin 126.2.4 və 182.3.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Lakin müvafiq Plenum qərarına əsasən Cinayət Məcəlləsinin 182.3.3-cü maddəsi sağlamlığa qəsdən ağır zərər vurmanın istənilən ağırlaşdırıcı əlamətlərlə müşayiət olunan hallarını əhatə etdiyinə görə əməlin cinayətlərin məcmusu kimi həm də Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə tövsifinə zərurət yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxslərin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci qərarının 38-ci bəndinə əsasən, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli səhvən cinayət qanunun bir neçə maddəsi, yəni Cinayət Məcəlləsinin 126.2.4 və 182.3.3-cü maddələri ilə tövsif olunduğundan, Cinayət Məcəlləsinin 182.3.3-cü maddəsi sağlamlığa qəsdən ağır zərər vurmanın istənilən ağırlaşdırıcı əlamətlərlə müşayiət olunan hallarını əhatə etdiyinə görə, irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi çıxarılmalı, onun əməli Cinayət Məcəlləsinin 182.3.3 və 228.1-ci maddələrinə tövsif olunmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə pul tələb etməsinə görə 2 epizod üzrə ittiham irəli sürülmüşdür. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində sonuncunun "xxxx" ASC-yə məxsus plastik bank kartından ümumilikdə 5953 manat pul köçürməsinə nail olaraq, vahid niyyətlə əhatə edən hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi qeyd olunmuşdur. Habelə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pulu vermədiyini soruşub yumruğu ilə onun qarın nahiyəsinin sol hissəsinə vuraraq, sonuncuya sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sol qabırğaaltı nahiyənin qançırı bədən xəsarəti yetirərək, Zərərçəkmiş şəxs2 zor tətbiq edib, hədə-qorxu gəlməklə pul tələb etməsi barədə ibtidai istintaq orqanı tərəfindən ittiham irəli sürülmüşdür. Bununla bağlı məhkəmə araşdırması zamanı cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək Seymur adlı şəxsin Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində pul verməməsinin səbəbini soruşub onu dəyənəklə döyüb xəsarət yetirməsini polis orqanına bildirmişdir. Məhkəmə araşdırması zamanı Seymur adlı şəxsin Təqsirləndirilən şəxs olduğu həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxsin ifadələri əsasında müəyyən olunmuşdur. Bu, işin mübahisəsiz halıdır. Zərərçəkmiş şəxs2 həmin tarixli ərizəsi əsasında onun izahatı alınmış, müvafiq izahatında Seymur adlı şəxsin ona mobil telefonla zəng edib maddi durumun çətin olduğu üçün ondan pul istədiyini göstərmiş, Təqsirləndirilən şəxs bank vasitəsilə 50, 500 və 500 manat məbləğində pul göndərdiyini bildirmiş, daha sonra isə gecə saat 02:00 radələrində Rövşən adlı şəxsin onu evdən çağırdığını, Südçülük Sovxozu ərazisində yerləşən su kanalının yanında Seymurun, yəni Təqsirləndirilən şəxs ona borclu olduğu nə üçün vermədiyini deyib yumruğu ilə qarnının sol hissəsinə vurduğunu, Təqsirləndirilən şəxs əlində olan dəyənəyi vurmazdan əvvəl kənara atdığını demiş, ümumilikdə müxtəlif vaxtlarda 5500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs pula ehtiyacı olduğu üçün verdiyini izahatına əlavə etmişdir. Daha sonra cinayət işinin materiallarına "xxxx" ASC-nin 526163******57599 nömrəli plastik kartından çıxarış əlavə edilmiş və həmin çıxarışda göy rəngli diyircəkli qələmlə kənar şəxs tərəfindən plastik kartdan göndərilən məbləğlərə dair qeydlər aparılmışdır. Həmin qeydləri topladıqda ittihamda göstərilən 5953 manat etmir. Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinə teleqramla müraciət edib Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etmədiyini, borc kimi ondan pul aldığını, atasının həmin pulu tam şəkildə qaytardığını, şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə şahid qismində dindirilərkən yuxarıda qeyd edilən izahatına oxşar məzmunda ifadə vermiş, həmin ifadəsində də ümumilikdə 5500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs borc kimi verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində ifadə verərkən şahid qismində verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermiş, Təqsirləndirilən şəxs onu vurmasını aralarında olan anlaşılmazlıq və borcunun qaytarmaması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, ibtidai istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda göstərilən 5953 manat pul və ya "xxxx" ASC-nin bank hesabından çıxarışla bağlı Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs2lə hər hansı dəqiqləşdirmə aparılmamış, suallar verilməmiş, cavabları alınmamış, yalnız mülahizə əsasında müvafiq məbləğ müəyyən edilməklə təqsirləndirilən şəxsə ittiham irəli sürülmüşdür. Belə ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı özünün iştirakı ilə aparılan heç bir istintaq hərəkətində 5953 manat məbləğində pul vəsatinin Təqsirləndirilən şəxs tərəfindən hədə-qorxu ilə tələb edildiyini bildirməmiş, əksinə o, hər dəfəsində borc məqsədilə Təqsirləndirilən şəxs pul verdiyini vurğulamışdır. Habelə, məhkəmə baxışı zamanı da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 borc kimi pul aldığını bildirmiş, zərərçəkmiş Əliyev X9 Cahangirova borc məqsədilə pul verdiyini təsdiqləmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda göstərilən 5953 manat məbləğində pulun hədə-qorxu ilə tələb edilməsinə dair hər hansı sübut müəyyən olunmadığından, pulun əldə edilməsi dövrü müəyyən edilmədiyinə görə, bu hal ibtidai istintaq orqanı tərəfindən dəqiqləşdirilmədiyinə, mülahizələrə əsaslandığına görə, habelə Zərərçəkmiş şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi ifadəsində borc məqsədilə Təqsirləndirilən şəxs pul verdiyini söylədiyinə görə, məhkəmə araşdırması zamanı həmin xüsusat üzrə ittiham öz təsdiqini tapmamışdır. Bundan başqa, cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 11 iyul 2022-ci il tarixdə Seymur adlı şəxsin, yəni Təqsirləndirilən şəxs dəyənəklə onu döyüb xəsarət yetirməsi barədə polis orqanına müraciət etmişdir. Habelə, xx.xx.2022ci il tarixli, 855 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət- sol qabırğaaltı nahiyənin qançırı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 4-5 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs2 polis orqanına yuxarıda qeyd edilən izahatını da həmin tarixdə, yəni 12 iyul 2022-ci il tarixdə verdiyi müəyyən edilir. Göründüyü kimi, ərizə, izahat və müvafiq ekspert rəyindən hadisənin 11 iyul 2022-ci il tarixdə baş verməsi aşkardır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 yuxarıda göstərilən xəsarəti törədib pul tələb etməsi ilə bağlı düzgün olmayan ittiham irəli sürmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən 11 iyul 2022-ci il tarixdə baş vermiş hadisə və nəticəni 2022-ci ilin oktyabr ayında baş verildiyi kimi təsvir edilməsi absurd və yanlışdır. Belə ki, ittihamın mahiyyəti aydın olmalı, cinayətin törədildiyi yer, vaxt, tarix dəqiq müəyyən edilməlidir. Habelə, zərərçəkmiş Zərərçəkmiş şəxs2 11 iyul 2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs ona düzəltmək üçün verdiyi televizor və “playstation” aparatının əvəzində pul istədiyinə görə aralarında mübahisə yarandığını, Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etmədiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” müvafiq Plenum qərarına əsasən, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pul tələb etməsi ilə bağlı olan 2 epizod üzrə ittiham məhkəmə baxışı nəticəsində təsdiq edilmir və bu cinayətin tövsifinin dəyişməsinə səbəb olmur. Məhkəmə ittihamı həmin hissədə əsassız hesab edir və yekun ittihamın məzmunundan çıxarılmalı olması qənaətinə gəlir. Bundan başqa, Təqsirləndirilən şəxs irəli sürülmüş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə bağlı olan ittiham üzrə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Şahid3 məhkəməyə verdikləri ifadələrində ehtiyatsızlıq nəticəsində Təqsirləndirilən şəxs əlində silah açıldığından Zərərçəkmiş şəxs1 xəsarət aldığını desələr də, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Şahid3 Vyaçeslav oğlu ittihama uyğun məzmunda ifadə verərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə pul tələb edib silahdan atəş açaraq sonuncuya xəsarət yetirdiyini bildirmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Şahid3 Vyaçeslav oğlunun məhkəməyədək icraat zamanı verdiyi ifadələri əsas götürməli, Təqsirləndirilən şəxs mövqeyini özünümüdafiə xarakterli, Zərərçəkmiş şəxs1 və Şahid3 isə mövqelərini Təqsirləndirilən şəxs kömək etmək məqsədilə verilmiş ifadə kimi qəbul edir və qiymətləndirir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 “İçəri şəhər” adlanan yaşayış sahəsində yerləşən tanışı Şahid3 Veaçeslav oğlunun kirayədə yaşadığı mənzilə gələrək, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla, gəzdirdiyi atəş üçün yararlı «Maqnum Briliant» modelli ov tüfəngini həmin vaxt orada olan tanışı Zərərçəkmiş şəxs1 doğru tutub, nə üçün tanışı Şahid3 Veaçeslav oğluna olan borcunu qaytarmadığını, onun telefon zənglərinə cavab vermədiyini, ondan qaçıb gizləndiyni aqressiv şəkildə soruşmuş və onun qanını yerə tökəcəyini deyərək, cəza çəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərmək üçün aylıq verməli olduğu pulu verməsini şəxsiyyəti üzərində zor göstərəcəyi ilə hədə-qorxu gəlməklə tələb etmiş, Zərərçəkmiş şəxs1 ona borcunun olmadığını bildirdikdə isə hiddətlənmiş və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu vuracağını bilib özünü qorumaq üçün əlləri ilə üzünü tutaraq otaqdakı divanın üzərinə uzanan zaman Təqsirləndirilən şəxs Şahid3 yanında odlu silah ilə ümumi təhlükəli üsulla qəsdən bir dəfə atəş açaraq Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsindən vurmaqla sonuncuya həyat üçün təhlükəli olan hemorragik və travmatik şok sağ bud sümüyünün yuxarı üçdə birinin açıq sınığı ilə nəticələnən törədildiyi anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaqla hədə-qorxu ilə pul tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan «Qoca» adlı şəxsdən 01 ədəd nömrəsi silinmiş lüləsi, qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan, texniki cəhətdən saz, atəş üçün yararlı Türkiyə dövlətində zavod üsulu ilə Torun silah birliyində istehsal olunmuş “Maqnum Briliant” modelli sürgülü, hamar təklüləli, özü doldurulan ov tüfəngi olan odlu yivsiz silahı və 02 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 12x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş ov sursatı olan atəş üçün yararlı 02 ədəd patronu əldə edib saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsinə üzərində gəzdirməklə daşımış, Xəzər Rayon Polis İdarəsinin Cinayətaxtarış şöbəsinin əməkdaşları tərəfindən 14 noyabr 2022-ci il tarixdə saat 18:30-da Binə qəsəbəsində saxlanılarkən üzərində olan çantanın içərisinə baxış keçirilərkən üzərində daşıdığı, cinayətdə istifadə etdiyi lüləsi, qundağı kustar üsulu ilə kəsilmiş, hal hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan yivsiz ov tüfəngini və həmin silaha məxsus istifadə etdikdən sonra qalan 01 ədəd patron aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.3 və 228.1-ci maddələri ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusunun həcminin sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı, yəni xx.xx.2012-ci il təvəllüdlü uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 yetkinlik yaşına çatmayan, yəni xx.xx.2010-cu il təvəllüdlü uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1 və 67.1-ci maddələri ilə təqsirli bilinmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(001)-162/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan 08 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 182.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 83.3.3-cü bəndinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzadan vaxtından əvvəl azad edildiyi vaxtdan, iki ildən artıq müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə cinayət törətmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.3 və 228.1-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Cinayət Məcəlləsinin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmalı, yəni onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 182.3.3 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə həmin Məcəllənin 182.3.3-cü maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına, həmin Məcəllənin 228.1-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 14 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, maddi sübut kimi tanınmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan 01 ədəd nömrəsi silinmiş lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan, texniki cəhətdən saz, atəş üçün yararlı Türkiyə dövlətində zavod üsulu ilə Torun silah birliyində istehsal olunmuş “Maqnum Briliant” modelli sürgülü, hamar tək lüləli, özü doldurulan ov tüfəngi olan odlu yivsiz silah və 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 12x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş ov sursatı kimi atəş üçün yararlı olan patronun gilizi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinə təhvil verilməli, 01 ədəd cins şalvar və 1 ədəd maykanın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 182.3.3-cü maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 noyabr 2022-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan 01 ədəd nömrəsi silinmiş lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan, texniki cəhətdən saz, atəş üçün yararlı Türkiyə dövlətində zavod üsulu ilə Torun silah birliyində istehsal olunmuş Maqnum Briliant modelli sürgülü, hamar tək lüləli, özü doldurulan ov tüfəngi olan odlu yivsiz silah və 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 12x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş ov sursatı kimi atəş üçün yararlı olan patronun gilizi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinə təhvil verilsin, 01 ədəd cins şalvar və 1 ədəd maykanın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-273/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-273/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver