Məhkəmə qərarları › İş №1(101)-273/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-273/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-273/2025 29.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Baki şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 226 ünvanında yerləşən “SAV” oteldə müvəqqəti yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, qurudulmuş marixuananı, metadon həblərini və psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs tamah niyyəti ilə narkotik vasitələrin və psixotrop maddələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı “Davud” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup halında birləşərək “Davud” adlı şəxsin narkotik vasitələri və psixotrop maddələri ona çatdırmaq və onun vasitəsi ilə narkotik vasitələri və psixotrop maddələri alıcılara satmaq və bunun müqabilində sonuncunun onun istifadəsində olmuş “Leo Bank” kart hesabına hər kiloqram narkotik vasitə və psixotrop maddəyə görə 500 manat, hər kiloqram qurudulmuş marixuanaya görə 300 manat və “Metadon-40” dərman həbinin hər 100 ədədinə görə 100 manat pul köçürəcəyi barədə razılıq əldə edib rolları aralarında bölüşərək razılaşdıqdan sonra, xx.xx.2023-cü il tarixdə “Davud” adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, “X1” olan ərazidə yerləşdirdiyi ümumi 731,226 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi 176,194 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşdirdiyi təsiredici maddəsinin ümumi miqdarı 103,2 qram olan üzərində “Methadone 40” əmtəə göstəricisi həkk olunmuş ümumilikdə 2580 ədəd külli miqdarda narkotik vasitə metadon dərman həblərini və ümumi 1124,27 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edib daşıyaraq müvəqqəti yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 226 ünvanında yerləşən “SAV” otelindəki 205 saylı otağına daşıyaraq orada saxlamış, həmin külli miqdarda narkotik vasitələri, psixotrop maddə metamfetamini elektron tərəzidən istifadə etməklə hissələrə bölüb və külli miqdarda “Metadon-40” dərman həblərini oteldəki otaqda hissələrə ayırdıqdan sonra bir hissəsini üzərində, qalan hissəsini oteldəki otaqda saxlamış, Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 dekabr 2023cü il tarixdə 08:15-də Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ilə Mirqasımov küçəsinin kəsişməsində saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əlində olan qızılı rəngli çantasının içərisindən 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 49,543 qram, 9,402 qram, 9097 qram, 10,047 qram, 4,150 qram, 9,204 qram, 1,496 qram, 2,125 qram, 1,130 qram ümumi təmiz çəkisi 96,194 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,011 qram, 8,142 qram, 9,075 qram, 4,174 qram, 3,117 qram, 2,065 qram, 2,153 qram, ümumi təmiz çəkisi 37,737 qram, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 48,511 qram, 49,069 qram, 66,922 qram, 39,536 qram, 24,451 qram, ümumi təmiz çəkisi 228,489 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Metadone-40” göstəricisi olan 9 ədəd konvalyutda ümumilikdə 90 ədəd qəhvəyi rəngli metadonun təsir dairəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 3,6 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edən metadon həbləri, 5 ədəd selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 27,55 qram, 15,35 qram, 28,75 qram, 28,84 qram, 3,78 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyataxtarış tədbirinin davamı olaraq onun müvəqqəti yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 226 ünvanında yerləşən “SAV” Hotelinin 2-ci mərtəbəsində olan 205 saylı otağına baxış keçirilən zaman oradan bir ədəd yaşıl rəngli torbada təmiz çəkisi 1020 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 320,0 qram, 145,0 qram ümumi 465,0 qram çəkidə açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 80,0 qram çəkidə ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Metadone- 40” göstəricisi olan 249 ədəd konvalyutda, ümumi 2490 ədəd m etadonun təsir dairəsinin ümum i m iqdarı üzərindəki göstəriciyə əsasən 99,6 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edən qəhvəyi rəngli metadon həbləri və üzərində narkotik vasitə olan heroinin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” və “baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 dekabr 2023-cü il tarixdə 08:15-də Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ilə Mirqasımov küçəsinin kəsişməsində saxlanılaraq 22-ci PŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əlində olan qızılı rəngli çantasının içərisindən 17 (on yeddi) ədəd bükümlərin içərisində olan həmin bükümlərin içərisində 10 (on ) büküm içərisində ağ kristal maddə metamfetami, 12 (on iki) büküm içərisində qəhvəyi rəngdə spesifik iyə malik olan narkotik vasitə heroi, 5 (beş) büküm narkotik vasitə qurudulmuş marixuana və 9 (doqquz) konvalyut içərisində 90 (doxsan) ədəd üzərində “Metadon 40” yazısı olan həblər aşkar olunaraq götürülmüşdür. Davam edən əməliyyat tədbirinin nəticəsi olaraq Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 226 ünvanında yerləşən “SAV” Hotelinin 2-ci mərtəbəsində olan 205 saylı otağa baxış keçirilərkən otaqda olan böyük qara sellofan bükülüdə içərisində narkotik vasitə qurudulmuş marixuana, iki ədəd şəffaf sellofana bükülüdə olan narkotik vasitə heroin, bir ədəd şəffaf sellofana bükülüdə psixotrop maddə metamfetamin, 249 (iki yüz qırx doqquz) konvalyutun içərisində ümumilikdə 2489 ədəd üzərində “Metadon 40” yazısı olan həblər və iki ədəd gümüşü rəngdə elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 48- 50, 56-58).

4. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/01 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİNnin Zərflər üçün №190” dairəvi möhür əksi olan 8 ədəd zərfdə olan; 1 №-li zərfdə 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,011 qram, 8,142 qram, 9,075 qram, 4,174 qram, 3,117 qram, 2,065 qram, 2,153 qram ümumi təmiz çəkisi 37,737 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 2 №-li zərfdə 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 49,543 qram, 9,402 qram, 9097 qram, 10,047 qram, 4,150 qram, 9,204 qram, 1,496 qram, 2,125 qram, 1,130 qram ümumi təmiz çəkisi 96,194 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 3 №-li zərfi açdıqda içərisindən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 48,511 qram, 49,069 qram, 66,922 qram, 39,536 qram, 24,451 qram tünd qəhvəyi rəngli ümumi təmiz çəkisi 228,489 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 4 №-li zərfdə üzərində “Metadone-40” göstəricisi olan 9 ədəd konvalyutda ümumilikdə 90 ədəd qəhvəyi rəngli həbdə metadonun təsir dairəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 3,6 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. 5 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 80,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 6 №-li zərfdə iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 320,0 qram, 145,0 qram ümumi təmiz çəkisi 465,0 qram açıvq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 7 №-li zərfdə üzərində “Metadone-40” göstəricisi olan 249 ədəd konvalyutda ümumi 2490 ədəd qəhvəyi rəngli həbdə metadonun təsir dairəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 99,6 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. 8 №-li hərfdə olan iki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisi müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqdim edilmiş 34 ədəd bükümdə ayürı-ayrılıqda təmiz çəkisi 66,922 qram, 39,536 qram, 24,451 qram heroinlər ilə 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,011 qram, 8,142 qram, 9,075 qram, 4,174 qram, 3,117 qram, 2,065 qram, 2,153 qram, 48,511 qram, 49,069 qram, 320,0 qram, 145,0 qram heroinlər xarici görünüş əlamətlərinə və kimyavi komponent tərkibinə eyni fərqlidirlər. Təqdim edilmiş metamfetaminlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyasıhına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyasıhına daxildir. Matedon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyasıhına daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 68-74).

5. Məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/03 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Əliyeva...” yazılar və imzalar olan kağız zərfdəki 5 ədəd selofon bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 27,55 qram, 15,35 qram, 28,75 qram, 28,84 qram, 3,78 qram və üzərində “...Əliyeva..” yazılar və imzalar olan kağız paketdəki 1 ədəd yaşıl rəngli selofon bağlamada təmiz çəkisi 1.020 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkib əlamətlərinə görə eynidirlər. Təqdim edilmiş üzərində “...Əliyeva..” yazıları və imzaloar olan kağız paketdəki 2 ədəd elektron tərəzinin üzərində çətənə kannabis bitkisinin hissəcikləri yoxdur, buna görə də təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 75-79).

6. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Məlumat əsasında onun narkotik vasitəni qoyduğu yerlərdən birini aşkar edib, özünü də narkotik vasitəni aşkar etdiyimiz yerin yaxınlığında saxlayıb bölməyə dəvət etmişlər. Polis bölməsində onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən ayrı-ayrı növlərdə narkotik vasitələr və psixotrop maddələr aşkar olunmuşdur. Onun Bakıda qaldığı “SAV” otelinə də baxış keçirilmiş və oradan da narkotik vasitələr və psixotrop maddələr aşkar olunmuşdur. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə onun qaldığı oteldə qalmamışıq. “SAV” otel Nərimanov ərazisindədir. Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində saxlamışlar. “SAV” otelə baxış gedən vaxt Nərimanov RPİ-nin əməkdaşlarına xəbər verməmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Onun telefonunun anten dairəsi 30-31 dekabr 2023-cü illər tarixlərində “SAV” otelinin ətrafından çıxa bilər. O, əməliyyat məlumatı ilə bağlı 31 dekabr 2023-cü il tarixdə idarə rəhbərliyinə raportla məruzə etmişdir.

7. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Nəsimi RPİnin 22-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid4 və YYÇ-la PİTB-nin inspektoru Şahid5 ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər (cild 1, iş vərəqi 157-168).

8. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə günü işlətdiyi otelə polis əməkdaşları yaxınlaşmış və Təqsirləndirilən şəxs adlı şəxsin harada olduğunu ondan soruşmuşlar. O, Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığını onlara bildirmişdir. Ancaq sistem üzərindən onun adını axtarışa verəndə həmin şəxsin həqiqətəndə işlətdiyi oteldə qaldığı ona məlum olmuşdur. Təqsirləndirilən şəxs hadisədən 4 gün əvvəl otelin bir otağını tutmuşdur. Polis əməkdaşları həmin şəxsin axtarışda olduğunu bildirmiş və o, polislərə həmin şəxsin tapılmasında köməklik göstərmişdir. Şahid X4 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, hadisədən əvvəl polis əməkdaşları işlətdiyi otelə gəlməmişlər. Polis əməkdaşları otelə gələn zaman Təqsirləndirilən şəxs adlı şəxs otaqda olmamışdır. Onlar Təqsirləndirilən şəxs otelə gələrək tutduğu otağa daxil olmasını gözləmiş və sonradan yenidən həmin otağa daxil olaraq şəxsi saxlamışlar. Səhv etmirsə təxminən 24-26 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs işlətdiyi oteldə bir otaq tutmuşdur. Təqsirləndirilən şəxs işlətdiyi oteldə təxminən 5 gün qalmışdır. Təqsirləndirilən şəxs tutduğu otaqda ondan başqa hər hansı bir şəxsin qalmasını tam olaraq xatırlamır. Təqsirləndirilən şəxs ər-arvad münasibətləri olması barədə məlumatı yoxdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs oteldə qaldığı müddətdə olan bütün videogörüntüləri onlardan təhvil almışlar. Hadisə günü polis əməkdaşları Təqsirləndirilən şəxs adlı şəxsi saxladıqdan sonra ona bir gün ərzində həmin otağa heç kimin girməməsini bildirmiş və həmçinin həmin otağın qapısının kartını götürmüşlər. Bir gün sonra polis əməkdaşları otelə qayıdaraq həmin otağı hazır vəziyyətdə ona təhvil vermişlər. Hadisə günü qeydiyyatda hansı işçinin olduğunu xatırlamır. Oteldə 7 nəfər işçi işləyir. Hal-hazırda oteldə 3 nəfər qeydiyyatda və 2 nəfər xadimə işləyir. İşçilər arasında növbə hər 8 saatdan bir təhvil alınır. Otağın tutulmasına görə verilən pulu hər gün alır. Təqsirləndirilən şəxs otelə nə vaxt daxil olduğunu xatırlamır. Axırıncı dəfə Təqsirləndirilən şəxs nə vaxt pul aldığını xatırlamır. 30 dekabr 2023-cü il tarixdə, axşam saat 20:00-21:00 radələrində otelə 2-3 nəfər polis əməkdaşı daxil olmuşdur. Polis əməkdaşları otelə daxil olub şəxslərin hansı şəkildə qeydiyyata alındıqlarını soruşduqda o, otelə daxil olan şəxslərin şəxsiyyət vəsiqəsi ilə qeydiyyata alındıqlarını bildirmişdir. Sonra polis əməkdaşları oteldə olan videogörüntülər üzərindən araşdırma aparmışlar. Hadisə günü ilk başda otelə Nəsimi RPİ-nin əməkdaşları yaxınlaşmış, sonra o, hadisə barədə Nərimanov RPİ-nə məlumat vermişdir. Artıq ikinci dəfə otelə Nərimanov RPİ-nin əməkdaşları daxil olmuşlar. O, hadisə barədə otelin yerləşdiyi sahə üzrə müvəkkilə məlumat vermişdir. Polis əməkdaşları otelə gələndən təxminən 30-40 dəqiqə sonra Təqsirləndirilən şəxs da gəlmişdir. Polis əməkdaşları oteldə nə qədər qaldıqlarını tam olaraq xatırlamır. Ehtiyac varsa sistem üzərindən baxaraq həmin ərəfədə qeydiyyatda olan işçilər barədə məlumat verə bilər. Nəsimi RPİ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs nəyə görə Nərimanov rayon polis əməkdaşlarına təhvil vermədiklərinin səbəbini bilmir. Hadisə zamanı istifadəsində olan telefon nömrəsi ***-***-**-** olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs adlı şəxsin qaldığı otağa daxil olan zaman o, polislərlə birlikdə otağa daxil olmamışdır. Təqsirləndirilən şəxs adlı şəxsin hansı səbəbdən axtarışda olduğu ona məlum olmamışdır.

9. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hadisədən təxminən 3-4 ay əvvəl narkotik vasitə hesab olunan el arasında “patı” kimi tanınan metamfetamindən istifadə etmişdir. Mütəmadi olaraq narkotik vasitə və ya psixotrop maddədən istifadə etmir. Əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, son 3-4 ayda onların satışı ilə məşğul olur. Belə ki, rəsmi olaraq evli olsa da, bir neçə ildir ki, ərindən ayrı yaşayır. Nigahdan 2 övladı var, onlar 19 yaşında oğlan və 15 yaşında qız övladlarıdır. Uşaqları çox vaxt anası ilə birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmdəli qəsəbəsində yerləşən evdə qalırlar. O, isə ərindən ona qalmış ünvan 1 ünvanında yaşamış, mütəmadi olaraq uşaqları ilə görüşmüşdür. Özü tibi bacısı kimi fəaliyyət göstərmişdir. Rəsmi olaraq heç bir yerdə işləməsə də, tanıdığı şəxslərin çağırışı əsasında gedib xəstələyə iynə vurmuş və yaxud da sistem köçürmüş, belə bir formada ailəsini dolandırmışdır. Ərindən ayrıldıqdan sonra uzaq qohumu olan İzmir adlı şəxslə qeyri-rəsmi yaşamış, onunla ər-arvad kimi yaxın münasibətləri olmuşdur. Hətta İzmir Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində kirayə ev tutmuş və xeyli müddətdə həmin evdə yaşamışlar. Evdə olan müddətdə bilmişdir ki, İzmir adlı yaşadığı şəxs külli miqdarda narkotik vasitə hesab olunan marixuana, heroin, həmçinin psixotrop maddələr hesab olunan matamfetamin, “Metadon 40” həblərinin satışı ilə məşğul olmuşdur. Belə ki, həmin vaxtı da İzmir onu İran İslam Respublikası vətəndaşı və adını “Davud” kimi təqdim edən şəxslə onu qiyabi olaraq tanış etmişdir. X8 Respublikası vətəndaşı və adını “Davud” kimi təqdim edən şəxs Bakı şəhərinin müəyyən yerlərinə narkotik vasitələri və ya psixotrop maddələri qoydurmuş, sonra da həmin yerin konumunu İzmirə göndərmişdir, İzmirdə qeyd etdiyi maddələri qoyulmuş yerdən götürüb evə gətirmiş, İzmirin sonrakı fəaliyyəti isə Davudun ona dediyi çəkiləri evdə olan tərəzi vasitəsi ilə çəkərək Davudun ona göndərdiyi yerə qoyub yenidən həmin yerin şəkilini çəkərək Davuda atmışdır, buna görə də Davud İzmirə müəyyən məbləğlərdə pul vermişdir. 2023-cü ilin noyabr ayında qeyri-rəsmi yaşadığı İzmir Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxs tərəfindən bıçaqlanaraq öldürülmüş, bununla bağlı cinayəti törətmiş şəxs tutulmuşdur. O, bununla bağlı İzmirin Gəncə şəhərində yerləşən evinə getmiş və hüzr mərasimində iştirak etmişdir. Hüzrdə iştirak edən zaman Davud onunla mobil telefonun “Whatsapp” proqramı vasitəsi ilə ələqa saxlarayaraq demişdir ki, ona məxsus narkotik vasitələrin və ya psixotrop maddələrin bir qismi İzmirdə qalıb, həmin maddələri dediyi yerə atsın. İzmir öldürülən ərəfədə onunla birlikdə hazırda adını xatırlaya bilmədiyi Bakı şəhəri ərazisində yerləşən otellərin birində yaşamış, İzmirin öldürüldüyünü eşitdikdə həmin otelin onlar qaldığı oteldə “Davud” adlı İran İslam Respublikası vətəndaşının İzmirə satmaq üçün göndərdiyi narkotik vasitə və ya psixotrop maddələrin bir qismi qalmış, o, tez həmin maddələri otelin otağından götürərək xatırlamadığı Bakı şəhər ərazisində gizlətmişdir. İran İslam Respublikası vətəndaşı Davud adlı şəxs tərəfindən ona edilən təkliflə əvvəlcə razılaşmasa da, sonradan razılaşmış, düşünmüşdür ki, bu yolla ailəsini dolandıra bilər. O, İran İslam Respublikası vətəndaşı Davud adlı şəxsin təklifi ilə razılaşmış, Gəncə şəhərindən Bakı şəhərinə gələrək gizlətdiyi madələri götürüb hissə-hissə olmaqla İran İslam Respublikası vətəndaşı Davud adlı şəxsin dediyi yerlərə qoymuş, elə bundan sonra İran İslam Respublikası vətəndaşı Davud adlı şəxslə işləməyə başlamışdır. İran İslam Respublikası vətəndaşı Davud adlı şəxsin üzünü görməmiş, onunla yalnız özünə məxsus olan mobil telefonun “Whatsapp” proqramı vasitəsi ilə danışıb, yazışmışdır. İran İslam Respublikası vətəndaşı Davud adlı şəxslə təxminən 2023-cü ilin noyabr ayından etibarən işlədikdən sonra o, Bakı şəhərinin müxtəlif ərazilərinə narkotik vasitələr və ya psixotrop maddələr qoydurmuş, həmin yerin konumunu mobil telefonun “Whatsapp” proqramı vasitəsi ilə ona göndərmişdir. O, taksi sifariş verib həmin yerə çatan zaman yenidən Davuda bu barədə bildirmiş, sonuncu isə artıq narkotik vasitələr və ya psixotrop maddələrin konkret olaraq qoyulduğu yerin şəkilini atmış, o da həmin yerdən narkotik vasitələri götürərək yaşadığı yerə gətirmişdir. Lakin narkotik vasitələr və ya psixotrop maddələrin kim tərəfindən Davudun göstərdiyi yerə qoyulması barədə nə vaxtsa məlumatı olmamışdır. Daha sonra Davudun ona dediyi formada özündə olan tərəzilərlə narkotik vasitələri və ya psixotrop maddələri çəkib, Davudun dediyi qrama uyğun olaraq paketləmiş, taksi vasitəsi ilə Davudun dediyi yerə gedib maddələri həmin ərazidə bir yerə qoymuş, öz növbəsində oranın konumunu və qoyduğu yerin şəkilini çəkərək Davuda atmışdır. Davudla arasında olan razılığa əsasən ona göndərdiyi müxtəlif çəkilərdə və müxtəlif sayda olan narkotik vasitələr və ya psixotrop maddələrin satışına görə ona belə bir formada pul vermişdir. Məsələn psixotrop maddə hesab olunan “Metadon 40” adlı həblərinin 100 ədədinə görə 100 manat, narkotik vasitə hesab olunan heroinin və psixotrop maddə hesab olunan metamfetaminin 1 kilqoramına görə 500 manat, narkotik vasitə hesab olunan marixuananın 1 kilosuna görə isə 300 manat ona pul verilmişdir. Həmin pulları Davud adlı İran İslam Respublikası vətəndaşı ona istifadəsində olan LEO Bank plastik kart hesabına atmış, həmin kartı tutulmamışdan 1 gün əvvəl itirmişdir. Saxlanılmamışdan 3-4 gün əvvəl ünvan 2 ünvanda yerləşən “SAV” otelinə gəlmiş və otelin 2-ci mərtəbəsində olan 205 saylı otaqda məskunlaşmışdır. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini elə otelə yerləşən günü Davudun ona konum atdığı Bakı şəhəri, Binəqədi rayonu, “Avtovağzal” ərazisindən, narkotik vasitə marixuananı və psixotrop maddə “Metadon 40” adlı psixotrop maddəni tutulmamışdan 2 gün əvvəl Davudun ona konum atdığı, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan ərazidən götürüb otelə gətirmiş və orda saxlamışdır. Daha sonra da İran İslam Respublikası vətəndaşı Davudun göstərişi ilə oteldə saxladığı tərəzilər vasitəsi ilə onları çəkib Davudun göstərdiyi əraziyə atmışdır. 31 dekabr 2023-cü il tarixdə o, Davudun ona göstəriş verdiyi çəkilərdə marixuananı və metamfetamini tərəzi vasitəsi ilə çəkərək büküm halında qablaşdırmış, həmçinin Davudun göstərişi əsasında 9 (doqquz) konvalyut, hər birinin içərisində 10 (on) ədəd olmaqla ümumilikdə 90 (doxsan) ədəd psixotrop maddə “Metadon 40” həblərini qızılı rəngli çantaya yığaraq üzərində götürmüşdür. 31 dekabr 2023-cü il tarixdə saat 8 radələrində oteli tərk etmişdir ki, onları Davudun ona dediyi yerə qoysun. Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə Mirqasımov küçəsinin kəsişməsində piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, ona narkotik vasitələrin və ya psixotrop maddələrin satışında şübhəli olduğunu bildirib Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə dəvət etmiş, o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 22-ci PŞ-yə getmişdir. Xidməti otaqda olarkən dövlət hesabına vəkillə təmin edildikdən sonra hüquqları izah edilmişdir. Tutulmağı ilə bağlı ailə üzvlərinə məlumat verilmiş, sonra videoçəkilişdən istifadə edilməklə üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əlində olan qızılı rəngli çantanın içərisinə yerləşdirdiyi 17 (on yeddi) ədəd bükümlər olan həmin bükümlərin içərisində 10 (on) büküm içərisində ağ kristal maddə “metamfetamin” deyilən psixotrop maddəni, 12 (on iki) bükümdə narkotik vasitə heroini, 5 (beş) ədəd bükümdə narkotik vasitə marixuananı, 9 (doqquz) konvalyut, hər birinin içərisində 10 (on) ədəd olmaqla ümumilikdə 90 (doxsan) ədəd psixotrop maddə “Metadon 40” həblərini polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin üzərində olan özünə məxsus 1 ədədi “Redmi” markalı, 1 ədədi “Poco” markalı mobil telefonları da polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olması sual edilmiş, o, üzərində heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanmış, lakin üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Narkotik vasitələr və psixotrop maddələr, həmçinin 2 ədəd ona məxsus olan mobil telefonlar polis əməkdaşı tərəfindən qablaşdırılmış, daha sonra çəkilişdə polis əməkdaşlarına bildirmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin çox hissəsi yaşadığı ünvan 3 ünvanda yerləşən “SAV” otelinin 2-ci mərətəbəsində yerləşən 205 saylı otaqdadır. O, həmin otelin yaşadığı 205-ci otağına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz və tələbinin olmaması barədə ərizə yazaraq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra müdafiəçisi, polis əməkdaşları ilə birlikdə ünvan 4 ünvanda yerləşən “SAV” otelinə getmişlər. Həmin yerə çatdıqda otelin 2-ci mərtəbəsində yerləşən yaşadığı 205 saylı otağa daxil olmuşlar. Otağa keçirilən baxış zamanı İran İslam Respublikası vətəndaşı Davudun ona göndərdiyi və orada saxladığı böyük qara sellofan bükülünün içərisində olan narkotik vasitə marixuana, iki ədəd şəffaf sellofana bükülüdə saxladığı narkotik vasitə heroin, bir ədəd şəffaf sellofana bükülüdə saxladığı psixotrop maddə metamfetamin, 249 (iki yüz qırx doqquz) konvalyut, hər bir konvalyutun içərisində 10 ədəd olmaqla ümumilikdə 2489 ədəd psixotrop maddə hesab olunan “Metadon 40” və onları bükülülərə yerləşdirən zaman istifadə etdiyi iki ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olur. Belə ki, İran İslam Respublikasının vətəndaşı olan Davud tərəfindən ona göndərilmiş, sonuncunun dediyi formada onları tərəzi vasitəsi ilə çəkərək Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoyub həmin yerin şəklini çəkib Davuda göndərmişdir. Həmin narkotik vasitələrin və psixotrop maddələrin qoyduğu yerdən kimin götürməsini bilmir. İran İslam Respublikası vətəndaşı Davudla heç vaxt görüşməmiş, onu görməmiş, yalnız sosial şəbəkədə “Whatsapp” mobil tətbiqi ilə həmin şəxslə yazışıb narkotik vasitəni həmin şəxsin dediyi yerdən götürmüşdür. Davudun soyadı, adı, atasının adı, yaşadığı ünvan, istifadəsində olan mobil telefon nömrəsi barədə heç bir məlumatı yoxdur. Narkotik vasitələrin hansı ölkədən qaçaqmalçılıq yolu ilə gətirilməsindən məlumatı olmamışdır. Onun məqsədi İran İslam Respublikası vətəndaşı Davud adlı şəxs tərəfindən göndərilən narkotik vasitələri və ya psixotrop maddələri onun tərəfindən dediyi yerə qoyub qazanc əldə etmək olmuşdur. Belə ki, ifadəsində də göstərdiyi kimi Davud adlı şəxs bunun müqabilində ona müəyyən məbləğlərdə pullar vermişdir (cild 1, iş vərəqi 103-107).

10. Məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2023-cü il tarixli əməliyyat raportundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif rayonları, eyni zamanda Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, özündə saxlamaqla istifadə etməsi, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 3).

11. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 9).

12. Məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsinə dair tərtib olunmuş protokollardan görünür ki, xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü 1 ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlindəki qızılı rəngli çantanın içərisində 17 (on yeddi) ədəd bükümlərin içərisində olan həmin bükümlərin içərisində 10 (on ) büküm içərisində ağ kristal maddə metamfetaminin, 12 (on iki) büküm içərisində qəhvəyi rəngdə spesifik iyə malik olan narkotik vasitə heroin, 5 (beş) büküm narkotik vasitə qurudulmuş marixuana və 9 (doqquz) konvalyut içərisində 90 (doxsan) ədəd üzərində “Metadon 40” yazısı olan həblərin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 226 ünvanında yerləşən “SAV” Hotelinin 2-ci mərtəbəsində olan 205 saylı otağa baxış keçirilərkən otaqda olan böyük qara sellofan bükülüdə içərisində narkotik vasitə qurudulmuş marixuana, iki ədəd şəffaf sellofana bükülüdə olan narkotik vasitə heroin, bir ədəd şəffaf sellofana bükülüdə psixotrop maddə metamfetamin, 249 (iki yüz qırx doqquz) konvalyutun içərisində ümumilikdə 2490 ədəd üzərində “Metadon 40” yazısı olan həblər və iki ədəd gümüşü rəngdə elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 174-175).

13. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 204 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 192-194).

14. Ambulator məcburi-narkoloji tibi yoxlamanın xx.xx.2024-cü il tarixli 361 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 190-191).

15. Sübutların qiymətləndirilməsi haqqında 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən, Təqsirləndirilən şəxs üzərindən və müvəqqəti yaşadığı oteldəki otağından aşkar edilərək götürülmüş 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,011 qram, 8,142 qram, 9,075 qram, 4,174 qram, 3,117 qram, 2,065 qram, 2,153 qram ümumi təmiz çəkisi 37,737 qram olan açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 49,543 qram, 9,402 qram, 9097 qram, 10,047 qram, 4,150 qram, 9,204 qram, 1,496 qram, 2,125 qram, 1,130 qram ümumi təmiz çəkisi 96,194 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 48,511 qram, 49,069 qram, 66,922 qram , 39,536 qram , 24,451 qram tünd qəhvəyi rəngli ümumi təmiz çəkisi 228,489 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Metadone-40” göstəricisi olan 9 ədəd konvalyutda ümumilikdə 90 ədəd qəhvəyi rəngli təsir dairəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 3,6 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edən metadonun həbləri, bir ədəd bükümdə təmiz çəkisi 80,0 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 320,0 qram, 145,0 qram ümumi təmiz çəkisi 465,0 qram açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Metadone-40” göstəricisi olan 249 ədəd konvalyutda ümumi 2490 ədəd təsir dairəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 99,6 qram (1 ədəd həbdə 0,04 qram) təşkil qəhvəyi rəngli metadon həbləri, iki ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və müvəqqəti yaşadığı oteldəki otağına baxış keçirilməsi prosesinin köçürüldüyü 2 ədəd DVD diski, Baksell MMC-dən xx.xx.2024-cü il tarixli, BKC/LGL 5555/24 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları əks etdirən 1 ədəd DVD-R diski və bir ədəd Redmi markalı mobil telefon sübut əhəmiyyətli olduğundan maddi sübüt kimi tanınmış, tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq qalmış ümumi 730,666 qram heroin, 175,794 qram metamfetamin, 1123 qram qurudulmuş marixuana, 2530 ədəd metadon həbləri və 2 ədəd elektron tərəzi saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilmiş, 2 ədəd DVD diski, Baksell MMC-dən xx.xx.2024-cü il tarixli, BKC/LGL 5555/24 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları əks etdirən 1 ədəd DVD-R diski və 1 ədəd “Redmi” markalı mobil telefon iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 231-247).

16. Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamin, qurudulmuş marixuananı və metadon həblərini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün onun qabaqcadan əlbir olduğu və külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetami, qurudulmuş marixuananı və metadon həblərini əldə etdiyi tanışı şəxsiyyəti istintaqa məlum olmayan “Davud” adlı şəxsin müəyyən edilməsi məqsədilə icraatımda olan cinayət işinin istintaq materiallarından materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 269-270).

17. Mobil telefona baxış keçirilməsi barədə 22 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, qeyd olunan mobil telefon xüsusi koddan açılmış, mobil telefon işlək vəziyyətə gətirilərkən saz vəziyyətdə olduğu müəyyən edilmiş, telefonun yaddaşına nəzər saldıqda orada mobil telefona giriş-çıxış nömrələrin yaddaş hissəsi, SMS hissəsi, “Whatsapp” hissəsi olduğu müəyyən edilmişdir. Mobil telefonun yaddaş hissəsinə baxış keçirdikdə orada “Devid” adı ilə yaddaşa yazılmış “+**********56” saylı GSM mobil nömrə sahibi olduğu müəyyən edildi. Həmin nömrənin “Whatsapp” yazışmasına baxdıqda xx.xx.2023-cü il tarixdə “Devid” adlı abonentin nömrəsindən 3 ədəd fotoşəkil gönədirliyi, göndərilmiş 2 fotoşəkildə ərazidə xüsusi yerin işarələndiyi, digər 3-cü fotoşəkildə ərazinin bütöv fotoşəklinin təsvir olduğu, 4-cü fotoşəkildə qara rəngli selofonun açıq vəziyyətdə elektron tərəzinin üzərinə qoyulduğu və onun üzərindəki ağ kristallik maddənin çəkilərək 8,68 qram olduğu, xx.xx.2023-cii il tarixdə göndərildiyi qeyd edilən fotoşəkildə dəmir jalüzlü darvazanın qarşısında qara rəngli selofon meşoklarm yığıldığı və meşoklar yığılmış yerin üzərində ox işarəsi ilə qeydiyyat aparıldığı, həmin tarixli digər fotoşəkildə ağ rəngli selofonun elektron tərəzinin üzərinə qoyulduğu və onun içərisində ağ kristallik maddənin çəkilərək 20,171 qram olduğu müəyyən edildi (cild 1, iş vərəqi 140-147)

18. Rabitə kanalından alınmış məlumatlara baxış keçirilməsi haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakcell MMC-dən xx.xx.2024-cü il tarixli, BKC/LGL 5555/24 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları əks etdirən 1 ədəd DVD-R diskə baxış keçirilmiş, mobil nömrədə olan SMS-lərin mətnlərinə baxış zamanı ***-***-**-** saylı GSM mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 00:09:24 dəqiqədən 02:17:21 dəqiqəyədək olan müddət ərzində **********56 nömrəli GSM mobil nömrədən SMS-lərin daxil olduğu və SMS-lərdə “Zeinə sənə qurban harda qaldın”, “Harda qaldın sənə qurban”, “nə xəbər sənə qurban”, “Sənə qurban mən dai infakt etdim mənə bir cavab ver” sözləri yazıldığı öz əksini tapmışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə saat 00:44:58 dəqiqədən 01:11:02 dəqiqəyədək olan müddət ərzində **********56 nömrəli GSM mobil nömrədən eyni mətnli SMS-lərin daxil olduğu və SMS-lərdə “Sənə qurban olum bir cavab ver problem nədi” sözləri yazıldığı öz əksini tapmışdır (cild 1, iş vərəqi 183-185).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

19. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, həyat yoldaşı öldürülmüşdür. Gəncədə 40 mərasimini verdikdən sonra 29 sentyabr 2023-cü il tarixdə Bakıya gəlmişdir. Əslində Bakıya gec gəlməli idi, ancaq yoldaşının qətlinə görə izahat vermək üçün tez gəlməli olmuşdur. Bakıya gəldikdən sonra Binəqədi rayon prokurorluğunda izahat verdikdən sonra “SAV” otelində otaq tutmuşdur. Onun Rusiyadan qonağı gəlməli idi. O, həmin gecəni oteldə qalmışdır. Otel otağını 2 gecəlik bron etmişdir. Səhəri gün günortadan sonra yemək almaq üçün oteldən çıxıb marketə getmək istəyən zaman 4 nəfər polis əməkdaşı onu saxlamışdır. Polislərdən biri də oteldə idi. Onu otelə geri aparmışlar. Polislər ondna narkotik vasitənin harada olduğunu soruşmuşlar. O, özündə narkotik vasitə olmadığını bildirmişdir. Onun rəhmətə gedən yoldaşı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmuş, bunu Binəqədi rayon prokurorluğunda izahat verən zaman müstəntiq ona demişdir. Yoldaşı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün həmin polislər onun izinə düşmüşdülər. Otelə geri qayıtdıqdan sonra polislər onun narkotik vasitənin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O isə özündə narkotik vasitə olmadığını deyən zaman, polislər sərbəst buraxılmağı üçün ondan pul istəmişlər. O, pulunun olmadığını bildirmişdir. Bundan sonra otelin müdiri gəlmiş, polislərə baş verənləri soruşduqda polislər onu narkotik vasitəyə görə tutduqlarını bildirmişlər. Otel müdiri onu oteldən aparmaqlarını istəmiş və onlar arasında mübahisə yaranmışdır. Bundan sonra ərazi üzrə Nərimanov RPİ-nin əməkdaşları gəlmişlər. Nərimanov RPİ-nin əməkdaşları onu polislərdən istəyəndə həmin polislər onu aparmağa icazə verməmişlər. Həmin gecəni 5 polis ilə oteldə qalmışdır. Polislər ona məxsus olan bank kartını, telefonlarını və şəxsiyyət vəsiqəsini almışlar. Səhər açıldıqda polislər onların dediklərini etsə, ona daha yüngül maddə ilə cinayət işi açılacağını və onu buraxacaqlarını bildirmişlər. O, polislərin dedikləri ilə razılaşmışdır. Bundan sonra polislər bir dəfə istifadə üçün nəzərdə tutulmuş çay paketini onun kosmetika çantasına qoymuşlar, ona oteldən çıxanda üzü Nəsimi rayonu istiqamətində getməyini və yenidən onu tutacaqlarını bildirmişlər. O, polislərin dediklərini etmiş və onu yenidən tutmuşdular. Tutduqdan sonra onu maşına mindirib polis bölməsinə aparmışlar. Orada vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilmiş və polislərin dediklərini şəxsi axtarış zamanı etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, İzmir onun uzaq qohumu olmuşdur. Sonuncu ilə qeyri-rəsmi olaraq ailə həyatı yaşamışdır. Davud adlı şəxsi tanımır. İzmir narkotik vasitənin dövriyyəsi ilə məşğul olmasını ondan gizlətmişdir. Oteldən və üzərindən aşkar olunmuş narkotik vasitələr ona məxsus deyil. Otelə baxış onun iştirakı ilə həyata keçirilmişdir. Polislər ona psixi təsir göstərmişlər. Narkotik vasitə ilə bağlı heç kəslə telefonla ünsiyyət saxlamamışdır. Polislər onu saxladıqları gün axşamdan səhərə kimi onunla birlikdə oteldə qalmışlar. Otelin müdiri onu saxlayan polislərdən Nərimanov RPİ-yə şikayət etmişdir. Nərimanov RPİ-dən gələn polisləri görmüşdür. Onu saxlayan polislər onu Nərimanov RPİ-dən gələn polislərə vermədilər. Üzərinə şəxsi axtarış Nəsimi RPİ-nin 22-ci polis bölməsində keçirilmişdir. Onu Nəsimi RPİ-nin 22-ci polis bölməsinin əməkdaşları saxlamışdır. Sənədləşmə 31 dekabr 2023-cü il tarixdə olmuşdur. O, “SAV” otelində qalmışdır. Onu 30 dekabr 2023-cü il tarixdə axşam vaxtları saxlamışlar. Sənədləşmə Nəsimi RPİ-nin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirmişdir. Əvvəllər də “SAV” otelində qalmışdır. Həmin otel Nərimanov rayonu ərazisində idi. Nərimanov RPİ-yə otel müdiri şikayət etmişdir. Nərimanov RPİ-dən gələn polislərin ad soyadlarını bilmir. Onunla qalan polislər şahid qismində cinayət işində göstərilmişdir. Narkotik vasitələrdən istifadə etməmişdir. İzmir ilə axırıncı dəfə Əhmədlidə kirayədə qalmışdır. Tutulmazdan əvvəl yoldaşının dəfni ilə bağlı Gəncədə qalmışdır. Müstəntiqə ifadə vermiş, həmin ifadəni oxumamışdır. Polislərin ona qarşı fiziki təzyiq göstərəcəklərindən qorxub onların dediklərini etmişdir. Telefonunda narkotik vasitənin qoyulması ilə bağlı məkan olmamışdır. İbtidai istintaq zamanı adından yazılan ifadəni oxumadan imzalamışdır. Seyfəddin Kərimov adlı polis əməkdaşı onun saxlanılmağında iştirak etmiş və onu təhqir etmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

20. CM-nin 234.4.1. və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

21. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

22. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

23. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

24. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

25. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

26. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

27. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

28. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

29. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

30. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

31. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

32. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

33. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

34. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

35. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarına əsasən 731,226 qram narkotik vasitə heroin, 130,2 qram narkotik vasitə metadon, 1124,27 qram narkotik vasitə qurudulmuş marixuana (İ siyahı) və 176,194 qram psixotrop maddə metamfetamin külli miqdar (İİ siyahı) hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

36. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

37. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

38. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

39. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

40. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

41. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

42. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

43. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin presedent hüququ:

44. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

45. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşı ilə apardığı telefon danışıqlarının mövcudluğu və sms yazışmaları, həmin yazışmaların mətni təsdiq edir ki, tərəflər narkotik vasitələrin əldə edilməsi və reailzəsi ilə bağlı əvvəlcədən razılığa gəlmiş və birgə fəaliyyət göstərmişlər. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halında olması, üzərindən həmçinin elektron tərəzinin aşkar olunması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

46. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 28-ci bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

47. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 36-39-cu bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

48. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa bir şəxslə qabaqcadan əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs özünə məxsus “Redmi” markalı mobil telefonun “Whatsapp” tətbiqi ilə İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxslə sonuncuya məxsus “+**********56” mobil telefon nöməsi vasitəsilə narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsi və realizə olunması ilə bağlı yazışmalar aparmışdır.

49. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddə aşkar edilmədiyini, mərhum həyat yoldaşının narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu və bu səbəbdən polislərin onun izinə düşdüklərini, narkotik vasitələrin və psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı psixi təsir göstərildiyini, polis əməkdaşlarının üzərinə qoyduqları narkotik vasitələr və psixotrop maddəni özünə məxsus olmasını bildirərsə, onun barəsində daha yüngül maddə ilə cinayət işi başlanılacağını və onu buraxacaqlarını bildirdiyini, “SAV” otelində saxlanıldığını, yəni tutulma şəraitinin sənədləşmələrə uyğun olmadığını bildirərək özünü təqsirli bilməmişdir.

50. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixi təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

51. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə psixi zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 30, 40-43-cü bəndlərindəki normativ aktlara əsasən).

52. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onları əldə etdikdən sonra bir qismini xırda bükümlərə yerləşdirib çantasına gəzdirməklə satışa hazır vəziyyətə gətirməsini, həmçinin elektron tərəzinin aşkar olunmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.

53. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 27-ci bəndi).

54. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

55. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 20-24-cü bəndləri).

56. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

57. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 229-230).

58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

59. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 25-ci bəndi).

60. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 yanvar 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, 124-129).

61. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 26, 31 və 32-ci bəndləri).

62. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 31 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

63. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

64. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və müvəqqəti yaşadığı oteldəki otağından aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq qalmış cəmi 730,666 qram narkotik vasitə heroin, 175,794 qram psixotrop maddə metamfetamin, 1123,82 qram narkotik vasitə qurudulmuş marixuana, 2530 ədəd narkotik vasitə metadon həbləri və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD diski, Bakcell MMC-dən xx.xx.2024-cü il tarixli, BKC/LGL 5555/24 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları əks etdirən 1 ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd Redmi markalı mobil telefon isə onun qohumlarına qaytarılmalıdır (qərarın 33-cü bəndi).

65. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

66. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 143 (yüz qırx üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 34-cü bəndi).

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 31 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 143 (yüz qırx üç) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və müvəqqəti yaşadığı oteldəki otağından aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq qalmış cəmi 730,666 qram narkotik vasitə heroin, 175,794 qram psixotrop maddə metamfetamin, 1123,82 qram narkotik vasitə qurudulmuş marixuana, 2530 ədəd narkotik vasitə metadon həbləri və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd DVD diski, Bakcell MMC-dən xx.xx.2024-cü il tarixli, BKC/LGL 5555/24 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın, -1 ədəd “Redmi” markalı mobil telefon onun qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar