Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-274/2022 14.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı4, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1973-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Aran qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 25 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 iyun 2021ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə qabaqcadan əlbir olan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan qeyriləri (ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə məhkumlar Şahid7 və Şahid6 ilə) ilə cinayət əlaqəsinə girərək Şahid6 onun bank kartına köçürdüyü pul vəsaitini nəğdləşdirərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ayrı ayrılıqda iki ədəd bükümlərdə, ümumi təmiz çəkisi 5,885 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək, Şahid7 göndərəcəyi sovqatın içinə yerləşdirib saxlamaqla, 25 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 gətirib daşıyaraq orada gizli şəkildə sonuncuya çatdırılması üçün müəssisənin X5 (bundan sonra: NBM) təqdim edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 (bundan sonra: PX-nin İMM-nin) əməkdaşları tərəfindən 25 iyun 2021-ci il tarixdə, saat 12 radələrində həmin sovqata baxış keçirilən zaman, sovqatın içərisindəki üzərində “Fobbi” yazısı olan şampun qabının içərisində qara rəngli sellofan bükülüdə 02 ədəd ayrı-ayrılıqda çəkiləri 2,841 qram və 3,044 qram, ümumi təmiz çəkisi 5,885 qram olmaqla külli miqdarada, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldüyündən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək cinayət törətməyə cəhd etmişdir, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini həm də tamah niyyəti ilə törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tək yaşamış, Şahid7 tanımış, Şahid7 Yevlax rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdir. Şahid7 cəzasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında çəkmiş və “ağciyər vərəmi” diyaqnozu ilə 14 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində olan PX-in müalicə müəsisəsinə köçürülmüş və cəzasını orada çəkməkdə davam etmişdir. O, 2021-ci ilin fevral ayından Malikin yanına sovqat aparmış və orada onunla görüşmüşdür. Belə ki, o, Şahid7la mobil telefonla danışarkən sonuncu ona sovqat aparmaq lazım olduğunu bildirmiş və o da hazırda cəza çəkdiyi müalicə müəsisəsinə aparıb sovqatı ona vermişdir. 20 iyun 2021-ci il tarixdə Şahid7 onun istifadəsində olan ***-***-**-** nömrəsinə müalicə müəssisəsindən zəng edib adını bildirmədiyi bir şəxs tərəfindən onun şəxsi kartına pul köçürüləcəyini söyləmiş, həmin pulu çıxardıb bir şəxsə verməli olduğunu, pulu verəcəyi şəxsin həmin pula narkotik vasitə alıb qaba yerləşdirib ona qaytaracağını demiş və onun həmin qabı özünün saxlanıldığı müalicə müəssisəsinə sovqat şəkilində aparıb ona çatdırmasını tapşırmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 21 iyun 2021-ci il tarixdə mualicə müəssisəindən özünü Qalib kim təqdim etmiş şəxs ona zəng edib Malikin məhkum yoldaşı olduğunu bildirərək onun kartına 215 manat pulu köçürtdüyünü demiş, həmin pulu ona zəng edəcək şəxsə sonuncunun narkotik vasitə alması üçün verməsini tapşırmışdır. O da Qaliblə razılaşmış və 23 iyun 2021-ci il tarixdə bir nəfər adını bildirməyən şəxs ona zəng edib Qalibin ona göndərdiyi pulu istəmişdir. O, həmin şəxsi özünün yaşadığı Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yaşadığı ünvana çağırmış, həmin tarixdə, saat 18 radəsində həmin şəxslə həyətlərində görüşüb kartının hesabında olan 215 manat pulu ona vermişdir. Həmin şəxs pulu alaraq ayrıldıqdan 2 saat sonra onunla həyətdə yenidən görüşmüş, ona bir ədəd üzərində “Fobbi” yazısı olan şampun, siqaret, çay və qənd verib, həmin sovqatları Malik və Qalibə çatdırmağı demiş, Qalib və Malikə çatası narkotik vasitə heroini verdiyi sovqatın içərisinə yerləşdirdiyini bildirmişdir. Lakin hansı sovqatın içərisinə yerləşdirdiyini konkret olaraq bildirməmişdir. O, sovqatları evə aparmış, 25 iyun 2021-ci il tarixdə, səhər saatlarında Malikə başqa sovqatlar da alıb, verilən sovqatlarla birlikdə Malikə verməsi üçün 25 iyun 2021-ci il tarixdə, saat 12 radəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən PX-nin İMM-nə gedib sovqatların qəbulu məntəqəsinə daxil olmuş, orada ona təqdim edilən, içəri buraxılması qadağan olmuş əşyaların siyahısı ilə tanış olaraq imzalayıb sonra isə gətirdiyi sovqatları X5 yığmışdır. Həmin sovqatlara müalicə müəsisəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən üzərində “Fobbi” yazısı olan şampundan əvvəlcədən məlumatı olan narkotik vasitə heroin aşkar edilərək hal şahidlərinin iştirakları ilə götrülüb sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması, daşıması və həmin narkotik vasitəni qanunsuz olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin İMM-nə ötürməyə cəhd etməsi, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin İMM-nin əməliyyat şöbəsinin böyük inspektoru Şahid1 ifadəsində göstərdi ki, 25 iyun 2021-ci il tarixdə, saat 12:00 radələrində xidmətdə olan zaman müəssisədə 2 saylı İstintaq Təcridxanasından gəlmiş məhkum Şahid7 yanına özünü sonuncunun qohumu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs sovqat gətirmiş, həmin sovqat onun və müəssisənin əməkdaşları Rantik Qələndərov, eləcə də Şahid3 tərəfindən yoxlanılan zaman sovqatın içindəki üzərində “Fobby” yazısı olan şampun qabının içərisindən 02 ədəd büküm aşkar edilmişdir. Həmin sovqatdan aşkar edilmiş bükümə onların, eləcə də dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirildikdə Təqsirləndirilən şəxs üzərinə axtarış və baxış keçirilərkən onun üzərindən qanuna zidd əşya və ya predmet aşkar edilməmişdir. Sovqatdan aşkar edilmiş iki ədəd bükmdə olan maddə spesifik iyə malik olduğundan qablaşdırılaraq tərkibi müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin MEM-nə göndərilmiş və müəssisədə saxlanılan Şahid7 Təqsirləndirilən şəxs tərəfindən gətirilən sovqatdakı maddənin narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin İMM-nin əməkdaşları Şahid2 və Şahid3 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin İMM-də mülki qaydada işləmişdir. 25 iyun 2021-ci il tarixdə, saat 12:00 radəsində işdə olan zaman müəssisəsinin əməkdaşları onu NBM-nə dəvət olunmuş və 2 saylı İstintaq Təcridxanasından gəlmiş məhkum Şahid7 yanına qohumu kimi təqdim edilən Təqsirləndirilən şəxs gətirdiyi sovqatda qanunla qadağan olmuş əşyanın olub-olmadığını yoxlamaq üçün həmin şəxsin və gətirdiyi sovqatlara keçiriləcək baxışda hal şahidi kimi etməyə dəvət olunmuşdur. Bundan sonra həmin yerə başqa bir nəfərdə mülki işçi də hal şahidi kimi dəvət edilərək, əvvəlcə onlara hüquq və vəzifələri izah olunmuş, sonra isə sovqatın içindəki üzərində “Fobby” yazısı olan şampun qabının içərisindən 02 ədəd büküm aşkar edilmişdir. Aşkar edilmiş iki ədəd bükümdə olan maddə spesifik iyə malik olduğundan müəssisənin əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 məhkəmədə şahid kimi dindirilmiş Şahid4 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 3 dəfə məhkum edilmiş, hazırda Abşeron rayon Məhkəməsinin hökmünə əsasən 4 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş və cəzasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin X1 çəkir. Şahid7 onunla birlikdə həmin müəssisədə cəza çəkir. 05 iyun 2021-ci il tarixdə Şahid7 ondan 5-10 günə qaytarcağını vəd etməklə 100 manat pul istəmiş və Malikdən pulu nə məqsədlə istədiyini soruşduqda Malik bildirmişdir ki, özünün İran İslam Respublikasının vətəndaşı olan və Salyan rayonunda yaşayan tanışından 1500 manat alacağı var, 100 manat alıb arvadına yol pul vermək istəyir ki, arvadı Salyan rayonuna gedib həmin adamdan pulu alsın. O da, Malikə kömək etmək məqsədi ilə 60 manat pul verə biləcəyini dedikdə, Malik ona arvadının plastik bank kartının nömrəsini vermiş, o, tanışlarına zəng edərək həmin kartın hesabına 60 manat pul köçürtdürmüşdür. Bundan bir gün sonra Malik ona özünün telefonla danışmasına qadağ qoyulduğunu deyib, arvadı Albinaya məxus ***-***-**-** mobil nömrəsini zəng edib pulun kart hesabına yerləşdirildiyini öyrənməsini xahiş etmişdir. O, Albinanın mobil nömrəsinə zəng edib Şahid7 məhkum yoldaşı olduğunu bildirmiş və kart hesabına pul köçürülüb köçürülmədiyini soruşduqda, Albina kartının hesabına köçürülmüş 60 manat pulu çıxartdığını və rayona gedib pulu götürərək 2-3 gün ərzində Malikin yanına gələcəyini bildirmişdir. Bundan təxminən 4-5 gün keçdikdən sonra Malik ona yenidən Albinaya zəng edib nə vaxt gələcəyini öyrənməsini xahiş etmiş, lakin mobil telefonla danışmaq üçün kartı olmadığına görə, şəhər telefonu ilə ***-***-**-** nömrəsi ilə anası X6 ilə danışarkən sonuncuya Albinanın nömrəsini verib onunla əlaqə saxlayıb Malikin onu gözlədiyni çatdırmasını xahiş etmişdir. Bu zaman anası mobil telefonu ilə Albinaya zəng edib Malik onu gözlədiyini demiş, Albina ona hələ rayonda olduğunu pulu ala bilmədiyini bir gün sonra Bakıya gəlib oradan da, Malikin yanına gələcəyini bildirmişdir. Həmin günün axşamı Albina onun anasına zəng edib rayondan Malik üçün gətirdiyi qənd, çay və digər sovqatı Malikə çatdırmasını xahiş etmiş, anası müəssisəyə gedə bilmədiyni deyərək imtina etmişdir. Bundan sonra o, Maliklə müəssisədə görüşərkən Albinanın dediklərini ona çatdırmış, Malikdən Albinanın kart hesabına köçürtdüyü 60 manat pulu qaytarmasını tələb etmiş, Malik isə bunun üçün 3 gün vaxt istəmişdir. O da, razılıq vermiş, bundan bir iki gün sonra Malik ondan iyun ayının 18-nə kimi vaxt istəmişdir. Sonra isə Malik ondan narkotik vasitə istifadə edən olub-olmadığını soruşmuş və o narkotik vasitə olsa qəbul edəcəyini söylədikdə, Malik 60 manat qaytaranda ona həm də narkotik vasitə verəcəyini bildirmişdir. Lakin sonradan o, Malikin ona narkotik vasitə verəcəyini vəd etməsi barədə müəssisənin əməliyyatçısı Şahid1 məlumat vermişdir. Belə ki, 25 iyun 2021-ci il tarixdə cəza çəkdiyi müəssisədə olan zaman ona məlum olmuşdur ki, Şahid7 yanına sovqat gətirən arvadı Albinanın gətirdiyi sovqatdan narkotik vasitə aşkar edilmişdir. Bununla bağlı müəssisənin rəhbərliyi onu qəbul etmiş və məlumat vermişlər ki, Albina adlı qadın bildirmişdir ki, saxlanılan zaman narkotik vasitə çıxan şampun qabını onun anası Rəna Dəmirovadan almış və Rəna Dəmirovanın bu sovqatı ona çadırmasını xahiş etmişdir. Bu zaman o, müəssisənin rəhbərliyinə bildirmişdir ki, bunların hamısı yalandır, narkotik vasitəni Şahid7 hansısa yolla arvadı Albinaya gətizdirib. Çünki, bundan əvvəl Şahid7 ona narkotik vasitə verəcəyini söz vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 6-7 ilə yaxındır ki, tanımış, yaxın münasibətləri olmuşdur. O, əvvəllər cəza çəkmiş, amnistiya aktı ilə bu yaxınlarda azadlığa buraxılmışdır. Vərəm dispanserində müalicə alarkən orada Şahid6la tanış olmuşdur. Qalib atasının xəstə olmasını bildirmiş, yanına kiminsə gəlmək imkanı olmadığını qeyd etmiş və ondan yanına gələ biləcək kimsəsi varsa onlarda onun üçün (Qalib üçün) hazırlanmış sumkanı da gətirməsini xahiş etmişdir. O, nə olduğunu soruşduqda Malik hazırlanmış sumkada qənd, çay, siqaret və bu kimi istifadəsi üçün qanuni olan ərzaqlar olduğunu bildirmişdir. Albina həmin vaxt onun yanından təzə getmişdir. O, Qalibə yanına gələn olduğunu, lakin təzəlikcə gəlib getdiyini demişdir. Həmçinin narahat olmamasını, həmin şəxsin imkanı yaxşılaşan kimi bir aya yenə gələcəyini, Malikə aid sovqatı da gətirməsini tapşıracağını bildirmişdir. Qalib isə “əgər imkan yoxdursa, pul da göndərərəm bazarlıq edib gədər” demişdir. Bundan sonra, o, Albinadan Qalibin sovqatını da gətirməsini xahiş etmişdir. Albina Qalibin sovqatını gətirəndə yoxlama zamanı həmin sumkada olan şampunun içərisindən narkotik aşkar olunmuşdur. Albina sumkada narkotik olduğunu bilsə gətirməzmiş. Belə ki, narkotiki ya Qalibin anası, ya da dayısı oğlu Albinaya vermiş, lakin Albinanın bundan xəbəri olmamışdır. Qalibin dayısı oğlu sumkanı düzəldib, sonuncunun anasına verəcəkmiş. Qalibin də anası sumkanı gətirməsi üçün Albinaya verəcəkmiş. Şahid7 ifadəsinin davamında göstərdi ki, Albina yanından təzə getdiyi üçün yenidən gəlməyə imkanı olmamış, Qalib də buna görə Albinaya bazarlıq edib gətirməsi üçün pul göndərə biləcəyini demişdir. Bazarlıq dedikdə narkotikin alınması nəzərdə tutulmamışdır. Qapalı şəraitdə olduğundan Albina ilə danışa bilməmiş, Qalib onun xəbəri olmadan Albina ilə danışmışdır. Karsdan çıxdıqda Qalib Albina ilə danışdığını, sonuncunun səhər gələcəyini ona demişdir. Səhəri gün tezdən təxminən saat 10-da o, Albina ilə görüşəndə sonuncunun sumkasından narkotik aşkar edilmişdir. Müalicə müəssisəsində ondan alınmış izahatda Şahid6 ondan sumka gətirilməsini xahiş etdiyini, o da Albinadan Qalibin sumkasını götürüb gətirməsini xahiş etdiyini yazmış, sonra ondan narkotikdən məlumatının olub olmaması soruşulmuş, o da məsuliyyəti öz üzərinə götürmək üçün xəbəri olduğunu demişdir. Şahid7 ifadəsinin davamında göstərdi ki, Albina onun yanına 1 ay, 1 ay yarımdan bir gəlmiş, gələndə yaxını olduğunu deyib görüşmüşdür. O, dəfələrcə Albinaya özü narkotik gətirməsini təklif etmiş, lakin Albina həmişə etiraz etmiş, müalicə aldığını deyib sağalmasını istəmişdir. Qaliblə aralarında ümumilikdə narkotik barədə söhbətlər olmuş, lakin Albinanın gətirəcəyi sumkada narkotik olmasını Qalib deməmişdir. Əksinə sumkada narkotik olmayacağını demişdir. Qaliblə sumka məsələsini məsləhətləşərkən sonuncu narkotik gətirməli olduqlarını, lakin qorxduqlarını, Albinanın gətirməsini istədiyini deməmişdir. Onun Qalibə borcu olmamış, Qalibin onun barəsində verdiyi ifadələr yalan olmuşdur. O, Albinaya Yevlaxda sumkalar olması və həmin sumkaları götürüb gətirməsi ilə bağlı heç nə deməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «axtarış-baxış keçirilmə» barədə 25 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 müalicə alan məhkum Şahid7 sovqat gətirən qohumu Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs üstünə və əşyalarına alınmış əməliyyat məlumatına əsasən baxış keçirilmişdir. Keçirilən baxış zamanı onun gətirdiyi sovqatın içində “Fobby” şampun qabının içərisində qara rəngli salafana bükülü vəziyyətdə 02 (iki) ədəd bükülü vəziyyətdə təmiz çəkisi 5,885 qram olan tozşəkilli maddə kustar usulla hazırlanmış narkotik vasitə “Heroin” aşkar edilərək götürülmüşdür (iş vərəqə: səh. 04). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, 25 iyun 2021-ci il tarixli, 6/2586 nömrəli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar və PX-nin X3 məxsu «zərflər üçün» möhür əksi olan zərfdəki iki ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 2,841 qram; 3,044 qram; ümumi təmiz çəkiləri 5,885 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 5,885 qram, tədqiqata sərf edildi: 0,085qram, qalıq: 5,805 qram (iş vərəqə: səh. 13-17). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 3652 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar və PX X3 məxsus «zərflər üçün» möhür əksi olan zərfdəki iki ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 2,801 qram; 3,004 qram; ümumi təmiz çəkiləri 5,805 qram olan qəhvəyi rəngli maddə kustar usulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi: 5,805qram, cəmi tədqiqata sərf edildi.: 0,08qr, qalıq: 5,725 qram (iş vərəqə: səh. 139-142). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 3546 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 143-144). Cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə götürülmüş, Təqsirləndirilən şəxs Şahid7 gətirdiyi sovqatın içində olan “Fobby” şampun qabının içərisindən aşkar edilmiş götürülmüş ayrı-ayrılıqda çəkiləri 3,044 qram və 2,841 qram, ümumi təmiz çəkisi 5,885 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 5,725 qram narkotik vasitə heroin saxlanması üçün Xəzər RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (iş vərəqə: səh. 151-159). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Şahid7 gətirdiyi sovqatın içində olan “Fobby” şampun qabının içərisindən aşkar edilmiş götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması, daşıması və həmin narkotik vasitəni qanunsuz olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin İMM-nə otürməyə cəhd etməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməklə, saxlamaqla, daşımaqla və həmin narkotik vasitəni qanunsuz olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin İMM-nə ötürməyə cəhd etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 91). Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin ittihamın mətnində təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə əldə etməsini qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ehtiva olunduğundan "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna və başa çatmayan cinayətə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 25 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 25 iyun 2021-ci il tarixdə tutulmuş, məhkəmənin 26 iyun 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 iyun 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 25 iyun 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Şahid7 gətirdiyi sovqatın içində olan “Fobby” şampun qabının içərisindən aşkar edilmiş götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə Şahid7 və Şahid6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 317-1.1-ci maddələri ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: səh. 151-159). Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-in Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 keçirməyə çalışdığı sovqatın içərisindəki üzərində “Fobbi” yazısı olan şampun qabının içərisindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,725 qram narkotik vasitə heroin külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 317-1.1-ci maddələri ilə ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılana qədər Azərbaycan Respublikası DİN-in Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 129.4-cü maddəsinə əsasən maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. İş üzrə məhkəmə məsrəfləri – 174,09 (bir yüz yetmiş dörd manat 09 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 25 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası DİN-in Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 keçirməyə çalışdığı sovqatın içərisindəki üzərində “Fobbi” yazısı olan şampun qabının içərisindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,725 qram narkotik vasitə heroin külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 317-1.1-ci maddələri ilə ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılana qədər Azərbaycan Respublikası DİN-in Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 174,09 (bir yüz yetmiş dörd manat 09 qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-274/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-274/2022
14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver