Məhkəmə qərarları › İş №1(101)-274/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-274/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-274/2024 12.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Nümayəndə1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 Mənzil Tikinti Kooperativinin nümayəndələri Nümayəndə2 və Nümayəndə3, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1981-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, Xətai Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 12 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan , Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən eidi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü mebel istehsalı sahəsində işgüzar şəxs kimi təqdim edib inam və etibarını qazanaraq, komendant vəzifəsində işlədiyi “Şaiq" Mənzil Tikinti Kooperativinin rəhbəri Nümayəndə1 ünvan 4 ünvanında mebel sexi açmağı təklif edərək oranın fəaliyyətinə nəzarəti həyata keçirib qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq əvvəlcədən külli miqdarda pul vəsaitini ələ keçirmək niyyətində olub həmin sexin fəaliyyət göstərməsi üçün təmir-tikinti avadanlıqlarının alınması adı ilə hazırda ləğv edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hüquqi varisi Zərərçəkmiş şəxs2 Mənzil Tikinti Kooperativi) ünvan 5 ünvanında yerləşən ofisində hər dəfə qeydiyyat kitabında imza etməklə kassadan hissə-hissə 03 dekabr 2018-ci il tarixdə 25.000 manat, 13 dekabr 2018ci il tarixdə 20.000 manat, 17 dekabr 2018-ci il tarixdə 15.000 manat, 26 dekabr 2018-ci il tarixdə 25.000 manat, 08 yanvar 2019-cu il tarixdə 7.000 manat, 14 yanvar 2019-cu il tarixdə 3.500 manat, 14 yanvar 2019-cu il tarixdə 3.110 manat, 29 yanvar 2019-cu il tarixdə 23.800 manat, 04 fevral 2019-cu il tarixdə 2.569 manat, 16 avqust 2019-cu il tarixdə 23.100 manat və 12 noyabr 2019-cu i! tarixdə 32.000 manat olmaqla cəmi 180.079 manat pul alaraq cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə Nümayəndə1 nəzərində “etibarlı tərəfdaş” təəssüratı yaradaraq həmin ərəfədə ələ keçirdiyi növbəti fürsətdən öz cinayətkar maraqları naminə sui-istifadə edib öz əməllərini davamlı surətdə həyata keçirmək üçün həmin puldan 35.000 manatını mebel sexinin fəaliyyət göstərməsi üçün zəruri olan avadanlıqların alınmasına sərf edib pulun qalan 145.079 manatını vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs "Şərur” Mənzil Tikinti Kooperativinə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü mebel istehsalı sahəsində işgüzar şəxs kimi təqdim edib inam və etibarını qazanaraq komendant vəzifəsində işlədiyi "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbəri Nümayəndə1 ünvan 4 ünvanında mebel sexi açmağı təklif edərək oranın fəaliyyətinə nəzarəti həyata keçirib qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq əvvəlcədən külli miqdarda pul vəsaitini ələ keçirmək niyyətində olub Nümayəndə1 tapşırığı ilə əlaqədar ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsini tam olaraq təmir etdirməklə təhvil verəcəyi adı ilə hazırda ləğv edilmiş "Qlobal-Azeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (hüquqi varisi Zərərçəkmiş şəxs2 Mənzil Tikinti Kooperativi) ünvan 5 ünvanında yerləşən ofisində hər dəfəsində qeydiyyat kitabında imza etməklə kassadan hissə-hissə olmaqla 01 avqust 2019-cu İl tarixdə 15.000 manat, 14 sentyabr 2019-cu ii tarixdə 20.000 manat, 18 oktyabr 2019-cu il tarixdə 20.000 manat, 04 noyabr 2019-cu il tarixdə 15.000 manat, 06 dekabr 2019-cu il tarixdə 10.000 manat, 23 dekabr 2019-cu il tarixdə 35.000 manat və 21 yanvar 2020-ci il tarixdə 20.000 manat pul olmaqla cəmi 135.000 manat pul alaraq əldə etdiyi ümumilikdə 135.000 manat puldan 41.076 manatını tikinti-təmir işlərinə sərf edib pulun qalan 93.924 manatını vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 Mənzil Tikinti Kooperativinə külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü mebel istehsalı sahəsində işgüzar şəxs kimi təqdim edib inam və etibarını qazanaraq komendant vəzifəsində işlədiyi "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbəri Nümayəndə1 ünvan 4 ünvanında mebel sexi açmağı təklif edərək oranın fəaliyyətinə nəzarəti həyata keçirib qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq əvvəlcədən külli miqdarda pul vəsaitini ələ keçirmək niyyətində olub Nümayəndə1 tapşırığı ilə əlaqədar ünvan 7 ünvanında yerləşən “Hollywood” uşaq bağçası üçün uşaq çarpayılarının düzəldilməsi adı ilə hazırda ləğv edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hüquqi varisi Zərərçəkmiş şəxs2 Mənzil Tikinti Kooperativi) ünvan 5 ünvanında yerləşən ofisində hər dəfəsində qeydiyyat kitabında imza etməklə kassadan hissə-hissə olmaqla 20 fevral 2019-cu il tarixdə 5.000 manat, 12 mart 2019-cu il tarixdə 4.000 manat, 30 mart 2019-cu il tarxdə 10.000 manat, 08 may 2019-cu il tarixdə 10.000 manat, 11 iyun 2019-cu ii tarixdə 18.120 manat, 10 iyul 2019-cu il tarixdə 15.000 manat, 04 avqust 2020-ci il tarixdə 17.195 manat pulu, həmçinin eyni ünvanda Nümayəndə1 özündən 22 iyul 2019-cu il tarixdə 20.000 manat, 18 oktyabr 2019-cu il tarixdə 10.000 manat, 25 dekabr 2019-cu il tarixdə 8.000 manat və 22 fevral 2020-ci il tarixdə 45.000 manat pul olmaqla cəmi 162.315 manat pul alaraq cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə Nümayəndə1 nəzərində “etibarlı tərəfdaş" təəssüratı yaradaraq həmin ərəfədə ələ keçirdiyi növbəti fürsətdən öz cinayətkar maraqları naminə sui-istifadə edib öz əməllərini davamlı surətdə həyata keçirmək üçün həmin puldan 23.150 manatını uşaq çarpayılarının istehsalı üçün tikinti materiallarının alınmasına sərf edərək pulun qalan 139.165 manatını vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 Mənzil Tikinti Kooperativi və zərərçəkmiş şəxs Nümayəndə1 küllü miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakın: ələ keçirmək məqsədilə özünü mebel istehsalı sahəsində İşgüzar şəxs kimi təqdim edib inam və etibarını qazanaraq komendant vəzifəsində işlədiyi "Şaiq” Mənzil Tikinti Kooperativinin rəhbəri Nümayəndə1 ünvan 4 ünvanında mebel sexi açmağı təklif edərək oranın fəaliyyətinə nəzarəti həyata keçirib qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq əvvəlcədən külli miqdarda pul vəsaitini ələ keçirmək niyyətində olub Nümayəndə1 tapşırığı ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanında inşa edilən yaşayış binası üçün mətbəx mebelinin düzəldilməsi adı ilə hazırda ləğv edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hüquqi varisi Zərərçəkmiş şəxs2 Mənzil Tikinti Kooperativi) ünvan 5 ünvanında yerləşən ofisində hər dəfəsində qeydiyyat kitabında imza etməklə kassadan hissə-hissə olmaqla 01 fevral 2019-cu il tarixdə 12.000 manat, 11 iyun 2019-cu il tarixdə 10.000 manat, 15 iyun 2019-cu il tarixdə 10.000 manat, 10 iyul 2019-cu il tarixdə 15.000 manat, 01 avqust 2019-cu il tarixdə 5.000 manat,16 avqust 2019-cu il tarixdə 12,000 manat,04 sentyabr 2019-cu iltarixdə 12.000 manat, 14 sentyabr 2019-cu il tarixdə 15.000 manat, 18 oktyabr 2019-cu il tarixdə 20.000 manat, 12 noyabr 2019-cu il tarixdə 25.000 manat, 06 dekabr 2019-cu il tarixdə 15.000 manat, 23 dekabr 2019-cu il tarixdə 30.000 manat, 21 yanvar 2020-ci il tarixdə 29.000 manat, 03 fevral 2020-ci il tarixdə 25.000 manat, 16 mart 2020-ci il tarixdə 10.000 manat, 03 aprel 2020-ci il tarixdə 38.000 manat və 04 may 2020-ci il tarixdə 10.000 manat pul olmaqla cəmi 293.000 manat pul alaraq cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə Nümayəndə1 nəzərində “etibarlı tərəfdaş” təəssüratı yaradaraq həmin ərəfədə ələ keçirdiyi növbəti fürsətdən öz cinayətkar maraqlan naminə sui-istifadə edib öz əməllərini davamlı surətdə həyata keçirmək üçün həmin puldan 95.970 manatını yaşayış binası üçün mətbəx mebelinin istehsalı və quraşdırılmasına sərf edərək pulun qalan 197.030 manatını vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs “Şərur" Mənzil Tikinti Kooperativinə külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ifadələrində ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs2 Mənzil Tikinti Kooperativin direktoru Nümayəndə1la həyat yoldaşının nənəsi vasitəsilə tanış olmuşdur və işə girmişdir. O, Nümayəndə1 əvvəllər məhkum olunmağı ilə bağlı heç nə deməmişdir. Təmir işləri ilə məşğul olduğundan material əldə etmək üçün ona şirkətin kassasından müəyyən miqdarda pul verilmiş, o da imza edib müvafiq miqdarda pulu götürmüşdür. Həmin pulları götürdükdən sonra qaimələri xəzinədar Vüsalə xanıma təqdim etmişdir. Vüsalə xanımın dəftərində kassadan aldığı məbləğ qeyd edilməli idi. O, aldığı məbləğ qarşılığında çoxlu mebel təmir etmiş, lakin müəyyən miqdarını özünə götürmüşdür. O, Zərərçəkmiş şəxs2 Mənzil Tikinti Kooperativinin direktoru Nümayəndə1 480.000 manat yox, ümumilikdə 200.000 manata yaxın ziyan vurmuşdur. 200.000 manata yaxın pulu Nümayəndə1 borcludur. Onun Zərərçəkmiş şəxs2 Mənzil Tikinti Kooperativində işlədiyi dövrdə işçilərə verdiyi əməkhaqları və qaytardığı pulların heç biri 593.000 manat məbləğdən çıxarılmayıb. Əmək haqqının verilməsinə dair məlumatı xəzinədar bilmirdi. İşlədiyi altı il ərzində ona verilmiş ümumi məbləğ 593.000 manat olmuşdur. Cinayət işi materiallarında olan qəbzlərdə göstərilən məbləğlər yanlışdır. İbtidai istintaq dövründə də məhkəmədə verdiyi məzmunda ifadə vermişdir. Həmin ifadələrini də təsdiq edir. O, Nümayəndə1 şirkətindən hissə-hissə götürdüyü məbləği israf etmişdir. O, Nümayəndə1 götürdüyü məbləğdən heç nə qaytarmamışdır. Törətdiyi əməlidən peşmandır. Etiraf etdiyi məbləğdə ziyanı ödəmək niyyəti var, ancaq imkanı yoxdur. İfadələrinə də başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi İlə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 2016-cı ilin aprel ayında Bakı şəhərinə gəlmişdir ki, iş tapıb işləsin. Həmin ilin oktyabr ayının sonlarında arvadının nənəsi Rəfiqə ilə birlikdə Nümayəndə1 yanına, Azadlıq metrostansiyasının yaxınlığındakı ofisinə getmişdirlər ki, Rəfiqə xala onu işə qəbul etməsini Nümayəndə1 xahiş etsin, belə ki, İsfəndiyar müəllim ilə uzaq qohum idilər. Nümayəndə1la onun ilk tanışlığı da məhz həmin vaxt, ofisində, Rəfiqə xalanın iştirakı ilə baş tutmuşdur. Rəfiqə xala Nümayəndə1 onu işlə təmin etməsini xahiş etmiş, Nümayəndə1 da razılaşaraq xx.xx.2016-cı il tarixdən etibarən onu özünə məxsus olan "xxxx" MTK-nə komendant kimi işə götürmüşdür. Həmin MTK ünvan 8 ünvanında yerləşirdi. Onun aylıq əmək haqqı 500 manat təşkil edirdi. Nümayəndə1la sonrakı görüşlərində hər dəfə sonuncu ondan gəlirli iş tapmağını istəmiş, bununla bağlı sərmayə qoyacağını, qazancın 70 faizi özünün, 30 faizi isə onun olacağını demişdir. O daimi Nümayəndə1 bu təklifi üzərində düşünmüşdür. 2011-2013-cü illərdə Naxçıvan şəhərində mebel yığılması işi ilə məşğul olurmuş, belə ki, həm sınmış, zədəli mebellərin təmiri, həmdə ki, hazır detalları Türkiyədən gətirilən hissələrin yığılması hesabına mebel istehsal etmişdir. Komendant işlədiyi müddətdə bilmişdir ki, Nümayəndə1 inşa etdirdiyi bina və müxtəlif obyektlərə mebel sifariş edib alır. Buna görə Nümayəndə1 mebel sexi açaraq zəruri avadanlıqlarla oranı təmin etməsini, onun da bu işi bacardığı üçün mebel istehsal edib sataraq qazancın 30 faizi ona qalmaqla yan bölməkləri barədə təklif etməyi qərara almışdır. Bu təklifi etmək üçün həmin ərəfədə, yəni 2018-ci ilin sentyabr-oktyabr aylarında Nümayəndə1 ofisinə, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrostansiyasının yaxınlığında, «Hollywood» şadlıq sarayının yerləşdiyi binada olan ofisinə getmiş və Nümayəndə1la görüşüb mebel sexi açmağını, zəruri avadanlıqla təmin etməyini, satışından bütün xərclər, yəni fəhlə və usta əmək haqları, xammal pulu, işıq pulu, su pulu və sair bütün xərclər çıxıldıqdan sonra qazanc olaraq qalan pulun təklif etdiyi kimi 70 faizi özünə, 30 faizi isə ona qalmaqla bölməklərini təklif etmiş və Nümayəndə1 bununla razılaşmışdır. Həmin vaxt o bilmişdir ki, mebel sexinə nəzarəti həyata keçirəcəyi təqdirdə İsfəndiyar tərəfindən ona çox sayda sifarişlər veriləcək və sifarişlərin icrası ilə bağlı pullar götürməli olacaqdır. Həm nəzarətçi kimi pul qazana biləcəyini , həm də sifarişlərin icrası üçün götürəcəyi pul vəsaitlərinin bir hissəsini ələ keçirməklə gəlir əldə edə biləcəyini başa düşmüşdür. Həmin görüş zamanı İsfəndiyara bildirmişdir ki, bir halda ki, o "xxxx" MTK-nin yerləşdiyi binanın komendantı işlədiyindən həmin MTK-nın yerləşdiyi binanın qeyri-yaşayış hissəsinin boş yerində sex açıb fəaliyyət göstərsinlər. Nümayəndə1 bu təklifi iiə razılaşmış və mebel sexi üçün "xxxx" MTK- nın yerləşdiyi binanın qeyriyaşayış hissəsindən təxminən 800 kvadrat metrdən bir qədər artıq ölçüdə yer ayırıb vermişdir. Həmin yerin təmiri üçün də İsfəndiyar müəllim ona təxminən 40.000 manat civarında pul vermişdir. O, Nümayəndə1 tam olaraq etibarını qazanmaq istəmişdir ki, gələcəkdə sonuncu tərəfindən ona çox sayda sifarişlərin icrası tapşırılsın və bununia da hər sifarişdən verilən puiun bir hissəsini ələ keçirə bilsin. Buna görə təxminən 2-3 ay ərzində həmin yerdə təmir getmiş, təmir üçün zəruri materialların alınmasına, fəhlə və ustaların işinə görə əmək haqların ödənilməsinə aldığı həmin pulu son qəpiyinə kimi xərcləmişdir. Sexin təmirini o, 2018-ci ilin dekabr ayında başa çatdırmışdır. Sonra həmin sexə mebel istehsalı üçün zəruri avadanlıqlar alınıb yerləşdirilməli idi, buna görə də sonrakı 4-6 ay ərzində hissə-hissə olmaqla avadanlıqların alınması üçün Nümayəndə1 göstərişi ilə şirkətdən ümumilikdə hissə-hissə təxminən 180.000 manat pul götürmüş və həmin pulun 150.000 manatına zəruri avadanlıqlar alaraq sexə yerləşdirmişdir. Hər dəfəsində şirkətdən pul götürərkən əvvəlcədən həmin pulun bir hissəsini ələ keçirmək niyyətində olmuşdur. Belə ki fikirləşmişdir ki, həmin pulun bir hissəsini həqiqətəndə işlərə xərclədikdən sonra onun pulu ələ keçirməyi üzə çıxmaz. Buna görə də 180.000 manatdan təxminən 30.000 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir. 2019-cu ilin yanvar ayından sex fəaliyyətə başlamış, təxminən 12-13 nəfər usta və köməkçiləri olmaqla işçiləri qeyrirəsmi işə qəbul etmiş, qardaşı Pərvini isə sexdə nəzarətçi kimi işə götürmüşdür. Hər ay işçilərə 11.000-13.000 manat arası əmək haqqı pul ödənilmiş, bundan başqa hər ay komunal xərclər 300-500 manat (su və işıq üçün), nəqliyyat xərci isə hər ay ***-**** manat təşkil etmişdir. 2019-cu ilin yanvar ayından sex fəaliyyətə başlamışdır. Bundan sonra artıq şirkətin sifarişləri ilə məşğui olmağa başlamışdır. Belə ki, Nümayəndə1 ilk olaraq özünə məxsus olan "xxxx" MMC-nin (sonradan Zərərçəkmiş şəxs2 MTK-nə çevrilmişdir) Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanında inşa etdiyi çox bloklu yaşayış binası üçün mətbəx mebelləri İstehsal edib quraşdırılmasını təmin etməsini və 13-cü blokdan başlamağı ona tapşırmışdır. Bu iş onun Nümayəndə1la razılaşdırdığı kimi gəlirdən bölgü ilə bağlı olmadığından, yəni sonuncunun binası üçün həmin mebelləri istehsal etməli olduğu üçün və işçisi olduğundan gəlir əldə edə bilmədiyi üçün razılaşmışdırlar ki, bina və obyektləri üçün istehsal etməli olduğu mebellərin hər bir paqon metri üçün ona 105 manat pul veriləcək. Həmin 105 manat pulun içində həm xammal, həm usta və fəhlə pulu, həm nəqliyyat pulu, bir sözlə bütün xərclər olmuşdur. Həmin vaxt o, maddi cəhətdən bəzi çətinliklər yaşamış, buna görə də əvvəlcədən fikirləşdiyi kimi “Qlobal- Azeri" MMC-dən və Nümayəndə1 özündən söylədiyi bir neçə sifarişlərin icrası ilə bağlı hissə-hissə olmaqla götürəcəyi pul vəsaitinin bir hissəsini aldadaraq ələ keçirib xərcləmək fikrində idi. Götürdüyü pulların əvəzində çox sayda iş görüb zənn etmişdir ki pulların bir hissəsini ələ keçirməyi bilinməz. Bununla da "xxxx" MMC-nin inşa etdiyi və Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanında yerləşən çox bloklu yaşayış binası üçün mətbəx mebellərinin istehsalı üçün Nümayəndə1 hansı məbləğdə pul götürdüyünü dəqiq xatırlamır, lakin 151 və ya 155 mənzildə onun quraşdırdığı fərqli ölçüdə mətbəx mebelləri üçün onun xərclədiyi ümumi məbləğ təxminən 130.000-135.000 manat olmuşdur. Sifarişlə əlaqədar qalan pulları da o, hissə-hissə götürüb xərcləmişdir. Bundan başqa, ünvan 10 ünvanında Nümayəndə1 tikdirdiyi hündür mərtəbəli yaşayış binasının birinci mərtəbəsində təxminən 600-800 kvadrat metr ölçüdə qeyri-yaşayış sahəsində restoran olmalı idi, ora təmir olunmuşdur, lakin mebellə təchiz edilməli idi, bu işi də Nümayəndə1 ona tapşırmışdır. Həmin restoranın mebellə təchiz edilməsi üçün hansı məbləğdə pul aldığını hazırda xatırlamır, lakin həmin restorana təxminən 40 ədəd divan və kreslo, 15-20 ədəd uzun stollar, 20-25 ədəd jurnal masaları istehsal edib quraşdırmış, bundan başqa bütün divarları taxta ilə dekor etdirmiş, divarlarda televizor stendləri düzəltdirib quraşdırmış, beləliklə də, oranın mebellərlə təchiz edilməsinə 65.000-70.000 manat pul xərcləmişdir. Qalan götürdüyü pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu, «Hollywood» ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən uşaq bağçası və körpələr evi üçün ümumilikdə 100 ədəd hər biri 2 mərtəbəli olmaqla çarpayı istehsal etməli idi. Həmin işi görməyi də əvvəlki işlər kimi ona Nümayəndə1 şəxsən tapşırmış və işçisi olduğu üçün razılıq vermişdir. Bu iş üçün hansı məbləğdə pul aldığını hazırda xatırlamır, lakin aldığı pul vəsaitinə o, '100 ədəd çarpayının istehsalı üçün material alıb hissələrini tam şəkildə İstehsal etdirmiş, yalnız boya vurulub hissələr birləşdirilməli və çarpayı halına gətirilməli idi, eləcə də hər bir çarpayı üçün matras alınmalı idi. Hissələrin boyanması və matras alınması İşi görülməmiş, hissələrin boyanması üçün təiəb olunan həcmdə boya isə onun tərəfindən alınaraq çarpayı detalları və aksessuarları ilə birlikdə sexdə qalmışdır. Bu iş üçün, yəni cəmi 100 ədəd çarpayının karkasının istehsalı, boyanın alınması və aksessuarların alınması (şurup, petlya, rolik, tutacaq və sair) üçün o, təxmini olaraq 55.000-60.000 manat pul xərcləmişdir. Qalan pulları isə şəxsi ehtiyaclarına görə xərcləmişdir. Şirkətdən imza edib götürdüyü pulların məbləği ilə bağlı etirazı yoxdur, oradakı imzalar özünə məxsusdur və həqitətən də orada qeyd edilən məbləğlər də pul vəsaitini götürmüşdür. Lakin Nümayəndə1 tərəfindən görülən işlərlə bağlı işçilərin əmək haqqı, nəqliyyat xərclərini, həmçinin uşaq çarpayılarının düzəldilməsi üçün alınmış xam materialların üzərində aparılan işləri və digər xırda işləri nəzərə alınmamışdır. Bundan əlavə o, şirkətin vəsaiti hesabına təxminən 45.000 manat məbləğində xam materiallar alaraq sexdə saxlamışdır ki, onları uşaq çarpayılarının düzəldilməsi və digər sifarişlərin icrası üçün istifadə etsin, lakin Nümayəndə1 göstərişi İlə əlaqədar onlardan istifadə edə bilməmiş və nəticədə onlar elə sexdə qalmışdır. Həmçinin 2020-ci ildə pandemiya zamanı Nümayəndə1 göstərişi ilə "xxxx" MTK-da yaşayan sakinlərin maddi vəziyyəti yaxşı olmadığı üçün sifarişlərin icrası üçün ayrılan ümumilikdə təxminən 57.000 manat məbləğində pul vəsaiti tərəfindən 4 ay ərzində ancaq sakinlərin kommunal xərclərinin ödənilməsinə xərclənmişdir. Bütün bunları nəzərə alaraq qeyd etdiyi 45.000 və 57.000 manat pul vəsaiti çıxıldıqdan sonra ümumilikdə təxminən 200.000 manat pul vəsaitini ələ keçirdiyi müəyyən edilir. Nümayəndə1 aldığı ümumilikdə pul vəsaitinin təxminən 200.000 manat hissəsini ələ keçirmişdir. Ələ keçirdiyi pulların çox hissəsini idman mərc oyunlarında uduzmuş, qalan hissəsini bir neçə il ərzində xərcləmişdir. Hətta Nümayəndə1 sexdə yoxlama apardıqdan, çatışmazlıq aşkar edildikdən sonra onu dəvət edib çatışmayan məbləğlə bağlı sorğu aparanda İsfəndiyara da etiraf etmişdir ki iş gördüyü müddətdə, yəni mebel sexinin fəaliyyəti ilə bağlı təxminən 200.000 manat pulu özünə xərcləmiş, sonuncu isə səmimi olduğuna görə onu bağışladığını demiş, bir sıra aktlara imza edib çıxıb getməyini istəmişdir. O və qardaşı Pərvin də həmin aktlarda imza etmişdirlər. Ələ keçirdiyi pul məbləğinə başqa kimin isə aidiyyəti yoxdur, eləcə də qardaşı Pərvinin bu işə heç bir aidiyyəti yoxdur, pullan şəxsən götürmüş və hər dəfə pul götürəndə kassa məxaric orderi tərtib edilmiş, orada mühasib və müavin imza etmiş, sonra həmin kassa məxaric qəbzi ilə o kassaya yaxınlaşmış və kassir həmin qəbzə uyğun ona pul vəsaiti ödəyərərək o və kassir həmin qəbzdə imza etmişdirlər. Nümayəndə1 tərəfindən yalnız materialın alınıb mebel istehsal edilməsi üçün sərf edilmiş məbləğ nəzərə alınmış, hərçənd ki, fəhlə və ustalara aylıq əmək haqlarının ödənilməsi, komunal xərclər, nəqliyyat xərclərindən heç biri hesablama zamanı nəzərə alınmamışdır. Bu xərclər nəzərə alındığı halda isə onun ələ keçirdiyi məbləğ hazırki ifadəsində göstərdiyi kimi təxminən 200.000 manat edir, bu məbləği qəbul edir, lakin ödəməyə maddi imkanı yoxdur. Zərərçəkmiş şəxs Nümayəndə1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs qayınatası ilə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs onunla tanış edən Rəşadın həyat yoldaşının nənəsi Rəfiqə xanım olmuşdur. Rəfiqə xanım ondan Rəşadı işə götürməyini xahiş etmiş, o da öz növbəsində Rəşadı işə qəbul etmişdir. Üç-dörd gün sonra Təqsirləndirilən şəxs onun yanına gələrək uzun illər ərzində mebel işi ilə məşğul olduğunu bildirmiş, buna görə tikintisini həyata keçirdiyi və gələcəkdə həyata keçirəcəyi bina və sair obyektlərin mebel istehsalının özünə həvalə edilməsini ona təklif etmişdir. Bunun üçün yer ayrılmasını, zəruri avadanlıq və tikinti materialları İlə təmin edilməsini xahiş edib, yüksək keyfiyyətli mebel istehsal edib mebelin dəyərinin şirkətə daha ucuz qiymətə başa gələcəyini bildirdi. O da Rəşadın bu sözlərinə inanmışdır. O, Təqsirləndirilən şəxsı işə götürəndə onun əvvəllər məhkum olunması ilə bağlı hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona əvvəllər qızıl ticarəti ilə məşğul olduğunu, lakin işlərin yaxşı nəticə vermədiyini demişdi. Rəşadın onun yanına nə vaxt gəldiyini dəqiqliyi ilə xatırlamır. Təqsirləndirilən şəxs pulları xəzinədar vasitəsilə kassadan götürmüşdür. Təqsirləndirilən şəxs dəymiş zərərin yarısını ödəsə belə, onu qane edərdi, lakin o, ödəmədi. Təqsirləndirilən şəxs ona ümumilikdə 500.000 manatdan çox zərər vurmuşdur. Təqsirləndirilən şəxs dəymiş zərərlə bağlı ona heç nə ödəməmişdir. Dəymiş zərərin ödənilməsini və mülki iddianın təmin edilməsini tələb edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadlərində zərərçəkmiş şəxs Nümayəndə1 göstərmişdir ki, xatırladığı qədər Təqsirləndirilən şəxs ilə 2017-ci ilin sonunda tanış olmuşdur. 2017-ci ilin dekabr ayının sonlarında həmkəndlisi Rəfiqə adlı qadın adı yadında olmayan qızı və qızının yeznəsi Təqsirləndirilən şəxsla onun iş yerinə yəni Binəqədi rayonu, S.S.Axundov küçəsi 3123-cü məhəllə 200 E ünvanında yerləşən ofisinə gəlib yanına gətirdiyi qızının yeznəsi Rəşadı tərifləyib 700 balla ali təhsil müəssisəsinə qəbul oldunduğunu deyərək Rəşadı işə götürməyini ondan xahiş etmişdir. Həmin görüş zamanı və bundan sonra Rəşadın talama cinayətlərinə görə məhkum olunması barədə heç bir məlumatı yox idi. Rəfiqə xanımı yaxşı tanıdığı üçün xahişini yerə salmamış və Rəşadı işə götürəcəyinə söz vermişdir. Təxminən 10 gün ərzində əmək müqaviləsi bağlanmış və o Rəşadı təsisçisi və direktoru olduğu Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində "xxxx" MTK-nın komendantı vəzifəsinə işə qəbul etmişdir. Sonradan isə Rəfiqə xanım vəfat etmişdir Rəşad xx.xx.2018ci il tarixdən işə başlamışdır. Təxminən 3- 4 ay sonra Təqsirləndirilən şəxs onun yanına gələrək uzun illər ərzində mebel işi ilə məşğul olduğunu bildirmiş, buna görə tikintisini həyata keçirdiyi və gələcəkdə həyata keçirəcəyi bina və sair obyektlərin mebel istehsalının həvalə edilməsini təklif etmişdir. Bunun üçün yer ayrılmasını, zəruri avadanlıq və tikinti materialları İlə təmin edilməsini xahiş etmiş, yüksək keyfiyyətli mebel istehsal edib mebelin dəyərinin ona daha ucuz qiymətə başa gələcəyini izah etmişdir. O Rəşadın dediklərini dinləyib İnanmışdır. Buna görə "xxxx" MTK- nın binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin geniş bir hissəsini ayırmış, zəruri avadanlıqlar alınmış və oraya yerləşdirilmişdir. Bundan başqa oğlu Allahverdi Axundovun təsisçisi olduğu “Qız Qalası" MTK və “Hollywood” adlı bağçası olmuşdur ki, məhz həmin obyektlərin mebel təminatı Rəşada həvalə edilmişdir. Rəşadla razılaşması belə olmuşdu ki, “Qlobal-Azeri" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanında inşa etdiyi 18 mərtəbəli 20 bloklu yaşayış binasının bütün mətbəx mebelinin istehsalını həyata keçirəcəkdir. Rəşadla bununla bağlı ayrıca xidmət müqaviləsi bağlanmamış, çünki sonuncu onun rəsmi işçisi olmuşdur. "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanında inşa etdiyi 20 bloklu yaşayış binasının mətbəx mebelinin istehsalı üçün Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ofisinin yerləşdiyi ünvan 11 ünvanından kassadan hər dəfəsində imza etməklə MMC-nin vəsaitindən xx.xx.2019-cu i! tarixdə 12.000 manat. 11.06 2019-cu il tarixdə 10.000 manat, xx.xx.2019-cu il tarixdə 10.000 manat, xx.xx.2019cu il tarixdə 15.000 manat, xx.xx.2019-cu il tarixdə 5.000 manat, xx.xx.2019-cu il tarixdə 12.000 manat, xx.xx.2019-cu il tarixdə 12.000 manat, xx.xx.2019-cu il tarixdə 15.000 manat, xx.xx.2019-cu il tarixdə 20.000 manat, xx.xx.2019- cu il tarixdə 25.000 manat, xx.xx.2019-cu il tarixdə 15.000 manat, xx.xx.2019-cu il tarixdə 30.000 manat, xx.xx.2020ci il tarixdə 29.000 manat, xx.xx.2020-ci il tarixdə 25.000 manat, xx.xx.2020-ci il tarixdə 10.000 manat, xx.xx.2020-ci il tarixdə 38.000 manat və xx.xx.2020-ci tarixdə 10.000 manat olmaqla ümumilikdə 293.000 manat pul təhvil almış, sonrakı dövrdə audit aktına əsasən ünvanını qeyd etdiyi yaşayış kompleksinin 151 mənzilində cəmi 95.970 manat dəyərində mətbəx mebeli istehsal etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ünvan 12 ünvanında yerləşən “Hollywood" uşaq bağçasının 100 nəfərli uşaq çarpayılarının istehsalı üçün "xxxx" MMC-nin ofisinin yerləşdiyi ünvan 11 ünvanından kassadan hər dəfəsində imza etməklə həmin MMC-nin vəsaitindən xx.xx.2019-cu il tarixdə 5.000 manat, xx.xx.2019-cu il tarixdə 4.000 manat, xx.xx.2019-cu il tarixdə 10.000 manat, xx.xx.2019-cu il tarixdə 10.000 manat, xx.xx.2019-cu il tarixdə 18.120 manat, xx.xx.2019-cu il tarixdə 15.000 manat, xx.xx.2020- ci il tarixdə 17.195 manat, onun özündən isə yəni öz pul vəsaitindən eyni ünvanda yerləşən ofisdə xx.xx.2019-cu il tarixdə 20.000 manat, xx.xx.2019-cu il tarixdə 10.000 manat, xx.xx.2019-cu il tarixdə 8.000 manat və xx.xx.2020-ci il tarixdə 45.000 manat olmaqla ümumilikdə 162.315 manat pul təhvil almış, sonrakı dövrdə audit aktına əsasən cəmi 43.500 manat dəyərində tikinti materialı alıb sexdə saxlamış, bir ədəd belə olsun mebel istehsal etməmişdir. Bundan başqa Rəşad ünvan 13 ünvanında yerləşən "xxxx" MTK-nın binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərəcək restoranın mebel təminatı üçün mebel istehsalı adı ilə “Qlobal Azeri" MMC-nin ofisinin yerləşdiyi ünvan 11 ünvanından kassadan hər dəfəsində imza etməklə yenə də "xxxx" MMC-nin vəsaitindən xx.xx.2019-cu il tarixdə 15.000 manat, xx.xx.2019-cu il tarixdə 20.000 manat, xx.xx.2019-cu il tarixdə 20.000 manat, xx.xx.2019-cu il tarixdə 15.000 manat, xx.xx.2019- cu il tarixdə 10.000 manat, xx.xx.2019-cu il tarixdə 35.000 manat və xx.xx.2020-ci il tarixdə 20.000 manat olmaqla ümumilikdə 135.000 manata pul təhvil almış, sonrakı dövrdə audit aktına əsasən cəmi 44.851 manat dəyərində mebel istehsal etmiş, qalan məbləği isə ələ keçirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bir neçə dəfə hissəhissə olmaqla sifarişlərin icra olunması üçün mebel sexinə yeni avadanlıqların alınaraq yerləşdirilməsi üçün ümumilikdə 180.079 manat məbləğində pul vəsaitini şirkətin kassasından götürmüşdür. Belə ki, o xx.xx.2018-ci il tarixdə 25.000 manat, xx.xx.2018-ci il tarixdə 20.000 manat, xx.xx.2018-ci il tarixdə 15.000 manat, xx.xx.2018-ci il tarixdə 25.000 manat, 08.01,2019-cu il tarixdə 7.000 manat, 14.01,2019-cu il tarixdə 3.500 manat xx.xx.2019-cu il tarixdə 3.110 manat, xx.xx.2019-cu il tarixdə 23.800 rnanat, xx.xx.2019cu il tarixdə 2.569 manat, xx.xx.2019-cu il tarixdə 23.100 manat, xx.xx.2019-cu il tarixdə 32.000 manat pul vəsaitini şirkətin ofisində kassadan kitabçaya imza etməklə götürmüşdür. Sonradan isə o özü sexə baxıb qeyd olunan məbləğdə materialların alınmadığını görmüşdür. Rəşad özü onun ilə söhbət edərkən cəmi təxminən 80.000 manatlıq avadanlıq aldığını etiraf etmişdir. Bununla da külli miqdarda pul vəsaiti ələ keçirilmişdir. Təqsirləndirilən şəxs fəaliyyətini yoxlamaq məqsədilə audit yoxlaması aparılmış və audit aktlarında Təqsirləndirilən şəxs tərəfindən pulların ələ keçirilməsi rəsmi olaraq öz əksini tapmışdır. Rəşad mebel istehsalı işini qardaşı Şahid1la birlikdə həyata keçirirdi. Fikrincə həmin şəxslər əlbir olub ona qarşı dələduzluq etmişdirlər. Rəşad və Pərvin qardaşları özləri də audit aktlarına imza etmişdirlər. O, Rəşad və Pərvini bununla bağlı ofisinə dəvət etdikdə Rəşad səmimi olaraq təxminən 150.000-200.000 manat məbləğində pul vəsaitini ələ keçirdiyini və həmin pulu qızıl alverinə sərf etdiyini bildirmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun qardaşıdır. Onunla ədavəti yoxdur. Hadisə 2020-ci ilin yay aylarında baş verib. Rəşad özü necə danışırsa, onu təsdiq edir. Zərərçəkmiş tərəflə barışmaq üçün hələ cəhd etməmişlər. Sexi bir ay olar ki, əllərindən alıblar. Onlar Zərərçəkmiş şəxs2 MTK-nın işlərini görürdülər. Hazırladıqları materialları ondan təhvil almadılar. İbtidai istintaq dövründə o, şahid qismində ifadə vermişdir. Sex şirkətə, yəni “Şərur" MTK-ya məxsus idi. İfadələrinə başqa əlavəsi yoxdur Məhkəmədə elan olunub araşdırılmış ifadlərində şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə göstərmişdir ki, 2017-ci ilin sonu 2018-ci ilin əvvəllərində qardaşı Rəşad Nümayəndə1 məxsus "xxxx" MMC-də işə düzəlmişdir. Sonradan həmin MMC yenidən təsis edilərək hazırki dövrədək “Şərur" MTK kimi fəaliyyətini davam etdirir. 2018-ci İlin sonlarında qardaşı Rəşad müdiri Nümayəndə1 mebel istehsalı üçün yer verib həmin yerdə mebel istehsalı üçün lazım olan avadanlıqlar quraşdırılaraq Zərərçəkmiş şəxs2 MTK-nin obyektləri və binaları üçün lazım olan mebellərin istehsal ediləcəyini bildirmişdir. Onun əvvəllər bu sahədə təcrübəsi olduğu üçün qardaşı orada işə düzəlməyi təklif etmişdir. Buna görə də o, “Şərur" MTK-nə işə düzəlmişdir. Bildiyi qədər Rəşad özü İsfəndiyar müəllim ilə danışıb razılıq əldə etmişdir. O, mebel sexinə nəzarətçi kimi işə düzəlmiş, aylıq 500 manat məbləğində əmək haqqı almalı idi. xx.xx.2019-cu il tarixdə onunla əmək müqaviləsi bağlanmış, hər ay 250 manat maaş kartına köçürülməli idi, əlavə 250 manat isə qardaşı Rəşad tərəfindən nağd şəkildə ona verilməli idi. Əmək müqaviləsi Telnov küçəsində yerləşən sexin yanında ofisdə qardaşı Rəşadın iştirakı ilə bağlanmışdır. Nəzarətçi olduğu mebel sexi Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində "xxxx" MTK-nin yerləşdiyi hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşirdi. 2019-cu ilin yanvar ayının sonlarından orada işə başlamışdır. İşə başladıqda orada mebel istehsalı üçün lazım olan əksər avadanlıqlar artıq var idi, orada işlədikdən sonra əlavə olaraq bir ədəd “CNC” avadanlığı gətirilərək quraşdırılmışdır. Sexdə qardaşı Rəşad tərəfindən dəvət olunmuş təxminən 10-11 nəfər işçi işləyirdi. Onun işi həmin ustaların gündəlik fəaliyyətinə nəzarət etmək, sifarişlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək olmuşdur. Sexdə o, 2020-cİ ilin iyul ayınadək nəzarətçi olmuş və işlədiyi müddətdə ona müdiriyyət tərəfindən mebel istehsalı ilə bağlı pul verilməmişdir. Bütün maliyyə işlərini qardaşı Rəşad həyata keçirirdi, onun işi qardaşı tərəfindən deyilən müxtəlif mebelin istehsal edilib quraşdırılmasından ibarət olmuşdur. 2020-ci ilin iyul ayının əvvəllərində Rəşad müdiriyyət tərəfindən sexdə yoxlamaların aparılacağını bildirmiş bu səbəbdən işçilərə işə gəlməməyi tapşırmışdır. Buna görə o işə çıxmamış, Rəşaddan xəbər gəlməsini gözləmişdir. Təxminən 7 gün sonra Rəşad ona bildirmişdir ki, müdiriyyət sexin açarını alıb, təxminən 1-2 ay yoxlama gedəcəkdir, buna görə işçilərə bu barədə məlumat verməyini xahiş etmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində o və Rəşad Zərərçəkmiş şəxs2 MTK-nin ofisinə dəvət edilmişlər, İsfəndiyar onları qəbul etmişdir. Orada o ilk dəfə İsfəndiyar müəllimi görmüşdür. Görüş zamanı İsfəndiyar şirkətin kassasından 580.000 manatın götürülməsi, lakin yoxlama nəticəsində cəmi 100.000 manat dəyərində mebelin istehsal edildiyini bildirmişdir. Bu barədə o, qardaşı Rəşaddan soruşanda sonuncu pulun götürülməsinə dair imza etdiyi siyahının təqdim edilməsini istəmişdir. İsfəndiyar müəllimin tapşırığı ilə işçilərindən kimsə siyahını Rəşada təqdim etmişdir. Rəşad siyahı ilə tanış olaraq ətraflı izah verəcəyini bildirmişdir. Daha sonra onlar oradan çıxdıqdan sonra o, nəyin baş verdiyini Rəşaddan soruşduqda sonuncu ona aid bir şeyin olmadığını, özünün bütün məsələləri həll edəcəyini söyləmişdir. Həmçinin qardaşı imza edərək kassadan puiiar götürdüyünü və bu məsələyə qarışmamağını xahiş etmişdir. 2020-ci ilin avqust ayında isə o, yenidən şirkətə çağırılmış və orada ondan tərtib edilmiş aktlara imza etməyi istənilmiş, aktların tərtib edilməsində iştirak edən hüquqşünas Şahbaz müəllim bu məsələ ilə bağlı onun təqsirinin olmadığını, sadəcə sexin nəzarətçisi olduğu üçün aktlara imza etməli olduğunu bildirmişdir. Qardaşı Rəşadın hansı məbləğdə pulları şirkətdən aldığını bilmir. Sonuncu bu barədə ona heç nə söyləməmişdir. Sonradan bildiyi qədər Rəşad İsfəndiyarla olan söhbətlərdə pulları qızıllara xərclədiyini bildirmişdir. Həmçinin Rəşad özü ona İmkan verməmişdir ki bu işə qarışsın. 2021-ci ilin noyabr ayında isə Rəşad həbs edilmiş və hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. "Şərur” MTK-də işlədiyi dövrdə oradan bir manat da olsun maaşdan əlavə pul almamış, yalnız qanuni əmək haqqını almışdır. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs birlikdə işlədiklərinə görə tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Özü Zərərçəkmiş şəxs2 MTK-da xəzinədar vəzifəsini icra edir. O, xəzinədar vəzifəsini icra edərkən mədaxil və məxaric işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs ləvazimatlarla bağlı maliyyə baxımından pul ilə təmin etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisindəki binalara komendant təyin olunmuşdu. Sonra Təqsirləndirilən şəxs sex açmağa qərar verdi. Təqsirləndirilən şəxs 2019-cu il fevral ayından etibarən bina tikintisi ilə, həmçinin mənzillərə mebel hazırlanması və quraşdırılması ilə məşğul olurdu. Rəşad düzəltdiyi mebellər üçün kassadan ayrı-ayrılıqda pullar götürürdü. Rəşada kassadan pullar onun tərəfindən, lakin Nümayəndə1 adından verilirdi. Rəşada Yasamal rayonundakı binalar üçün 293.000 manat, Gənclikdəki binalar üçün 73.500, bağça üçün 62.120, İsfəndiyar müəllimin özündən 83.000 , ümumilikdə 590.315 manat pul götürmüşdür. O, xəzinədar olduğuna görə pullar onun tərəfindən verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən götürülən pulların qaytarılması ilə bağlı məlumatı yoxdur. Pulları Rəşad əlbəəl imza çəkərək götürürdü. O, Rəşad tərəfindən götürülən pullarla bağlı hərşeyi dəqiqliyi ilə yalnız qeydlər apardığı dəftərinə baxaraq deyə bilər. Bu barədə istintaq zamanı ifadələr verib, həmin ifadələrini də təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadlərində şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə göstərmişdir ki, 2007-ci ildən Zərərçəkmiş şəxs2 MTK-da satış üzrə menecer vəzifəsində işləyir. Həmin MTK-nın təsisçisi və rəhbəri Nümayəndə1dur. Təqsirləndirilən şəxs adlı şəxs əvvəllər Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən "xxxx" MTK-nın çoxmənzilli yaşayış evində nəzarətçi işləyirdi. Həmin ünvanda Təqsirləndirilən şəxs mebel istehsalı ilə məşğul olurdu. 2018-ci ilin dekabr ayının 3~də Nümayəndə1 ona zəng edərək Təqsirləndirilən şəxs şirkətin xəzinəsindən avadanlıq üçün 25.000 manat pul verməyini istəmişdir. O, kassadan həmin məbləğdə pulu götürüb Rəşada vermişdir. Həmin vaxt şirkətin kassasından çıxarılan pulun qeydiyyatını aparmaqdan ötrü xüsusi kitabçası var idi. Təqsirləndirilən şəxs pulu götürərkən kitabçaya imza atmışdır. 13 dekabr 2018-ci il tarixdə isə yuxarıda qeyd edilən üsulla 20.000 manat, 17 dekabr 2018-ci il tarixdə 15.000 manat, 26 dekabr 2018-ci il tarixdə 25.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs təhvil vermişdir. Təqsirləndirilən şəxs aldığı pullar İsfəndiyar müəllimin deməsinə görə açdığı mebel sexi üçün avadanlıqların alınmasına görə götürülmüşdür. 2019-cu ilin yanvar ayının 8-də 7.000 manat, 14 yanvar 2019-cu il tarixdə 3.500 manat, 29 yanvar 2019-cu il tarixdə 23.800 manat, 16 avqust 2019-cu il tarixdə 23.1000 manat, 12 noyabr 2019-cu il tarixdə 32.000 manat, 2019-cu ilin yanvar ayının 14-də isə 3.110 manat müəssisənin təmir olunması üçün Təqsirləndirilən şəxs verilmişdir. 2019-cu ilin fevral ayının 1-dən isə Rəşad Zərərçəkmiş şəxs2 MTK-ya məxsus hüquqi şəxslər üçün müəssisədə istehsal olunacaq mebellərin sifarişi İlə əlaqədar pul məbləğləri götürməyə başlamışdır. Belə ki "xxxx" MMC təmir tikinti işi ilə məşğul olur və tikdiyi çoxmənzilli yaşayış binalarında yerləşən mənzilləri təmir etmək üçün etdiyi mebei sifarişi əsasında 01 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs “Qlobal-Azeri" MMC-nin hesabından 12.000 manat, 11 iyun 2019-cu il tarixdə 10.000 manat, 15 iyun 2019-cu il tarixdə 10.000 manat, 10 iyul 2019-cu il tarixdə 15.000 manat, 01 avqust 2019-cu iltarixdə 5.000 manat, 16 avqust 2019-cu il tarixdə 12.000 manat, 04 sentyabr 2019-cu il tarixdə12.000 manat, 14 sentyabr 2019-cu il tarixdə 15.000 manat, 18 oktyabr 2019-cu il tarixdə 20.000 manat, 12 noyabr 2019-cu il tarixdə 25.000 manat, 06 dekabr 2019-cu il tarixdə 15.000 manat, 23 dekabr 2019-cu il tarixdə 30.000 manat, 21 yanvar 2020-ci tarixdə 29.000 manat, 03 fevral 2020-ci il tarixdə 25.000 manat, iö mart 20202-ci il tarixdə 10.000 manat, 03 aprel 2020-ci il tarixdə 38.000 manat, 04 may 2020-ci il tarixdə 10.000 manat nağd formada kassadan pul vəsaiti verilmişdir. Həmçinin "xxxx" MTK-ya məxsus restoran üçün nəzərdə tutulmuş mebellərin sifariş edilməsi üçün xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs İsfəndiyar müəllimin göstərişi ilə 15.000 manat, eyni məqsədlə 14 sentyabr 2019-cu il tarixdə 20.000 manat, 18 oktyabr 2020-ci il tarixdə 20.000 manat, 04 noyabr 2019-cu il tarixdə 15.000 manat, 06 dekabr 2019-cu il tarixdə 10.000 manat, 23 dekabr 20219-cu il tarixdə 35.000 manat və 21 yanvar 2020-ci il tarixdə 20.000 manat pul vəsaiti kassadan nağd formada Rəşada verilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 MTK-ya məxsus "Hollywood” restoranın birinci mərtəbəsində uşaq baxçası açılması üçün nəzərdə tutulmuşdur. Həmin baxçanın uşaq mebelləri ilə təmin edilməsi Təqsirləndirilən şəxs tapşırılmışdır. Sonuncu uşaq baxçasının mebellərlə təmin etmək üçün “Şərur" MTK-nın kassasından kitaba imza etməklə 20 fevral 2019-cu il tarixdə 5.000 manat, 12 mart 2019-cu il tarixdə 4.000 manat, 30 mart 2019-cu il tarixdə 10.000 manat, 08 may 2019-cu il tarixdə 10.000 manat, 11 iyun 2019-cu il tarixdə isə 18.120 manat, 10 iyul 2019-u il tarixdə isə 15.000 manat nağd formada pul vəsaiti götürmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs2 MTK-nın təsisçisi Nümayəndə1 ona 22 iyul 2019-cu il tarixdə kassadan Təqsirləndirilən şəxs borc olaraq 20.000 manat, 18 oktyabr 2019-cu il tarixdə 10.000 manat, 25 dekabr 2019-cu il tarixdə 8.000 manat, 22 fevral 2020-ci il tarixdə 45.000 manat pul vəsaiti verməyini istəmişdir. O həmin göstərişə əsasən söylənilən pul vəsaitini Rəşada vermişdir. Həmin pul vəsaitlərinin isə hansı məqsədlə Təqsirləndirilən şəxs verilməsindən məlumatsızdır. Həmin pulları da Təqsirləndirilən şəxs kitabçaya imza etdirməklə vermişdir. 04 avqust 2020-ci il tarixdə isə Nümayəndə1 ona göstəriş vermişdir ki, Rəşada Həsənova 17.195 manat pul versin. O, kassadan həmin məbləği götürüb Rəşada təqdim etmişdir. Rəşad pulun götürülməsinə dair kitabçaya imza etmiş, lakin hansı məqsədlə pulu götürməsini orada qeyd etməyərək sonradan yazacağını bildirmişdir. Təqsirləndirilən şəxs götürdüyü pul vəsaitinin müqabilində öhdəliyi yerinə yetirib yetirməməsi barədə məlumatı yoxdur. Sonuncu kassadan götürdüyü pulları geri qaytarmamışdır Ümumilikdə Təqsirləndirilən şəxs tərəfindən 590.315 manat pul vəsaiti götürülmüşdür. Şahid4 göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs işi ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Əvvəllər "Hollywood" restoranında inzibatçı kimi işləmiş, 2020-ci ilin payız aylarından etibarən "ünvan 14 ünvanında yerləşən mebel sexində nəzarətçi kimi işləmişdir. Hal-hazırda o, Rəşadın əvvəlki vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mebel quraşdırılması ilə məşğul olmuşdur. O, Rəşadı audit yoxlaması zamanı və sonrakı dövrdə görməmişdir. O, audit yoxlaması sənədlərinə imza çəkmiş, audit yoxlaması aparılan zaman şahid kimi iştirak etmişdir. Rəşad tərəfindən düzəldilən mebellər natamam düzəldilmişdir. Audit yoxlamasının tarixini dəqiqliyi ilə xatırlamır, təxminən 2022-2023-cü illər arasında baş verib. Rəşadın işi ilə bağı həm 2022-ci, həm də 2023-cü il tarixində audit yoxlaması həyata keçirilmişdir. O, audit yoxlamasına Rəşadın təmirini başa çatdırdığı bütün təmir işlərini demişdir. On iki ədəd natamam quraşdırılan jurnal masası və sexdə istifadə edilməyən MDF və yarımçıq düzəldilmiş çarpayı qalmışdır. Audit yoxlaması natamam formada qalmış hər işi saymışdır. Kompressorlar sənədlərdə qeyd olumamışdır. Xırda detallar çox idi, onu tək adam hesablaya bilməzdi. Divanların natamam düzəldilməsi dedikdə, divanların hissələrinin yığılmaması nəzərdə tutulmuşdur. Auditi Baş Polis İdarəsi çağırmışdır. Rəşad mebel sexində müdir idi, sadəcə ustaları işə götürürdü. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadlərində şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə ifadələrində göstərmişdir ki, təxminən 2014-cü ildən etibarən Zərərçəkmiş şəxs2 MTK-nın nəznində işləməyə başlamışdır. … 2020-ci ilin payız aylarından etibarən Zərərçəkmiş şəxs2 MTK-nin Xətai rayonu, Telnov küçəsi 5 ünvanında yerləşən mebel sexində nəzarətçi kimi işə başlamışdır. Təxminən 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 MTKnə məxsus Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən tikilməkdə olan qeyriyaşayış sahəsində nəzarətçi işlədiyi zaman tanış olmuşdur. Belə ki, həmin vaxt orada işlədiyi zaman qeyri-yaşayış sahəsində təmir işlərinin aparılması Rəşada həvalə edilmişdir. Rəşad və onun işçiləri tərəfindən oraya müxtəlif mebel və materiallar alınıb gətirilmişdir. 2020-ci ilin avqust ayında isə Təqsirləndirilən şəxs tərəfindən obyektdə görülən işlərlə bağlı audit yoxlaması aparılmışdır. Həmin yoxlamada o, iştirak etmiş və bununla bağlı tərtib edilmiş audit aktına imza etmişdir. O, təsdiq edir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyri- yaşayış sahəsində təxminən 180 metr uzunluğunda obşivka, təxminən 350 metr uzunluğunda plintus, 01 ədəd arxa hissəsi tam düzəldilməyən bar, 12 ədəd tam düzəldilməyən jurnal masaları, 4 ədəd kollektor qapaqları, 22 ədəd tam olaraq düzəldilməyən divanlar, 13 ədəd tam düzəldilməyən kreslolar, 19 ədəd tam düzəldilməyən masalar quraşdırılmışdır. Qeyri-yaşayış sahəsinə mətbəx mebeli, paltar şkafları və ofisiant tumbaları ümumiyyətlə gətirilməmişdir. Audit aktında göstərilənlər düzgün tərtib olunduğu üçün imza etmişdir. Təqsirləndirilən şəxs işdən çıxarıldıqdan sonra o mebel sexində nəzarətçi kimi işləməyə başlamış və C. Hacıbəyli küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzrə təmir tikinti işlərini yekunlaşdırmışdır. 2022-ci ildə həmin qeyri-yaşayış sahəsi istifadəyə verilmiş və hazırda “Hermes” adı altında restoran kimi fəaliyyət göstərir. Audit aktında qeyd edilən jurnal masaları tərəfindən rənglənmiş, divanların və kresloların üzləri dəyişdirilmiş, adi masaların da ölçülərində dəyişikliklər edilərək hazırda restoranda istifadə edilir. Bundan başqa da o, mebel sexində işə başladığı zaman orada Təqsirləndirilən şəxs vaxtından qalan 01 ədəd “Ayzamizran” markalı yatar aparatı, 01 ədəd “Ayzaband 4” markalı PVC aparatı, 01 ədəd CNC aparatı, və 01 ədəd lent-mişar aparatı var idi. Həmçinin sexdə ayrıca bir otaqda istifadə edilməyən vəziyyətdə Təqsirləndirilən şəxs tərəfindən alınaraq oraya yerləşdirilmiş çox sayda MDF tipli materiallar və yarımçıq düzəldilmiş bir ədəd uşaq çarpayısı var idi. Həmin materiallar uşaq çarpayılarının düzəldilməsi üçün istifadə edilməli idi, lakin istifadə edilmədən sexdə saxlanılmışdır. Şahid6 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onunla yaxınlığı və ədavəti yoxdur. O, Təqsirləndirilən şəxs ilə ünvan 15 ünvanında yerləşən binanın 13-cü girişində birlikdə işləmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 MTK-da komendant vəzifəsində işləyirdi, eyni zamanda mebel quraşdırılması ilə məşğul idi. Özü Zərərçəkmiş şəxs2 MTK-da tikinti mühəndisi vəzifəsində işləyir. O, aparılan tikintidə görülən işlərin həcmini çıxartmaqla məşğul olur. Rəşada verilən pullarla bağlı məlumatı yoxdur və bununla əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs Nümayəndə1la aparılan danışığa əsasən mebel quraşdırmalı idi, lakin verilən məbləğlə görülən işlər arasında uyğunsuzluq, kəskin fərq yaranmışdır. Hadisənin üzərindən uzun müddət keçib deyə mebellərin ölçüsü və miqdarını dəqiqliyi ilə xatırlamır. Səhv etmirsə, Rəşadın quraşdırdığı bir paqonmetr mebelin qiyməti 125-130 manat arası idi. O, audit yoxlaması zamanı iştirak etməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadlərində şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə ifadələrində göstərmişdir ki, təxminən 2011-ci ilin sentyabr ayından etibarən Zərərçəkmiş şəxs2 MTK-da iş icraçısı vəzifəsində işləyir. Rəsmi olaraq əmək müqaviləsi əsasında oranın işçisi sayılır və hazırda da qeyd edilən işdə işləyir. Təxminən 2018-ci ildə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Rəşad şirkətin mebel işlərinə baxırdı və Xətai rayonunda yerləşən MTK-nə məxsus binanın komendantı idi. Təxminən 2020-ci ilin may-iyun aylarında Zərərçəkmiş şəxs2 MTK-nin rəhbərliyi tərəfindən ona və bir neçə nəfər digər işçilərə Təqsirləndirilən şəxs mütəmadi olaraq şirkətin xəzinəsindən pul götürməsi və bunun müqabilində hər hansı iş görməməsi barədə məlumat verilmişdir. Bunun üçün ona və bir neçə digər işçilərə Təqsirləndirilən şəxs və sonuncu birlikdə işləyən qardaşı Şahid1 tərəfindən görülən işlərin yoxlamasını aparmaq tapşırılmışdır. Bununla bağlı həmin vaxtdan etibarən o və bir neçə digər işçilər tərəfindən Təqsirləndirilən şəxs tərəfindən görülən bütün işlərin yoxlanışına başlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanında yerləşən binanın 13-cü girişində yerləşən 151 ədə mənzildə ümumi dəyəri 95.970 manat təşkil edən mətbəx mebeli quraşdırmışdır. Orada onun və təchizat şöbəsinin müdiri Şahid5 tərəfindən yoxlama aparılmışdır. Həmin bina 21 mərtəbədən İbarət idi və Təqsirləndirilən şəxs tərəfindən 13-cü girişin hər mərtəbəsində yerləşən ümumilikdə 220 ədəd mənzil üçün mətbəx mebeli quraşdırılmalı idi. Lakin Rəşad tərəfindən orada yalnız 151 mənzil üçün mebel quraşdırılmışdır. Hər bir mənzilə gedilərək görülən İşlərin ölçüləri və həcmi müəyyən edilmiş və bunun əsasında həmin vaxta görə bazar qiymətinə uyğun olaraq ümumilikdə 95.970 manat məbləğində işin görülməsi müəyyən edilmişdir. Halbuki Rəşad tərəfindən bu işə görə 293.000 manat məbləğində pul götürülmüşdür. Qalan pulun hara istifadə edilməsi barədə hesabat təqdim edilməmişdir. Bununla bağlı 2020-ci ilin avqust ayında Rəşad və Pərvinin iştirakları ilə akt tərtib edilmiş və sonuncular həmin akta imza etmişdirlər. Qalan 69 mənzil üçün mətbəx mebeli ümumiyyətlə quraşdırılmamışdır. Rəşad artıq işdən çıxdıqdan bir müddət sonra orada olan qalan işlər digər bir şəxs tərəfindən tamamlanaraq təhvil verilmişdir. Həmin bina təxminən 2021-ci ilin sonlarında təhvil verilmişdir. Hazırda həmin binada vətəndaşlar yaşayır və tam olaraq istifadəyə verilmişdir. Həmçinin Rəşad tərəfindən Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən qeyriyaşayış obyektində görülən tikinti işləri, “Hollywood” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən uşaq bağçası üçün nəzərdə tutulmuş uşaq çarpayılarının düzəldilməsi işləri və Xətai rayonu, Telnov küçəsində yerləşən nəzarət etdiyi mebel sexi üçün təmir aparatlarının quraşdırılması işləri tərəfindən yoxlanılmışdır. C.Hacıbəyli küçəsində yerləşən obyektə baxış etdikdə orada natamam şəkildə təmir tikinti işlərinin aparılması, Rəşad tərəfindən götürülən 135.000 manata uyğun olmayan şəkildə işlərin aparılması müəyyən edilmişdir. Bununla da bağlı audit aktı tərtib edilmiş və görülən işlərin həcmi və dəyəri dəqiqliyi ilə orada göstərilmişdir. Həmçinin uşaq çarpayılarının düzəldilməsi işi ilə bağlı Rəşad tərəfindən ümumiyyətlə iş aparılmamış, belə ki, bunun üçün yalnız müxtəlif tipli taxta materiallar alınaraq istifadə edilmədən mebel sexində saxlanılmışdır. Alınan materialların həcmi və dəyəri təxmini olaraq ölçülüb və bununla bağlı audit aktında qeydiyyat aparılmışdır. O cümlədən sexdə quraşdırılan təmir avadanlıqlarına baxdıqda orada cəmi təxminən ümumilikdə 80.000 manat dəyərində aparatların quraşdırıldığı müəyyən edilmişdir. Bu yoxlamalardan sonra Rəşad işdən çıxarılmışdır. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs eyni şirkətdə işlədiklərinə görə tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. O, beş ildir ki, Zərərçəkmiş şəxs2 MTK-da təchizat şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs nə vaxtdan Zərərçəkmiş şəxs2 MTK-da işlədiyini dəqiqliyi ilə bilmir, lakin o, işləməyə başlayanda Rəşad artıq Zərərçəkmiş şəxs2 MTK-da işləyirdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şirkətdə yayılan məlumata əsasən bilir ki, Təqsirləndirilən şəxs işi ilə bağlı komissiya yaradılıb. Təqsirləndirilən şəxs mebel quraşdırılması ilə məşğul olduğu üçün kassadan 60.000 manat götürməli olduğu halda, 200.000 manatdan çox miqdarda pulu götürmüşdür. Hadisə ilə bağlı qeyd olunan məbləğlər dəqiqliyi ilə yadında deyil, ona görə yanıla bilər. Təqsirləndirilən şəxs binalar, restoran və bağça üçün mebel quraşdırmalı idi, lakin tam təhvil verməmişdi. Təqsirləndirilən şəxs kassadan götürdüyü pul ilə gördüyü iş arasında kəskin fərq var idi. Təqsirləndirilən şəxs Nümayəndə1 özündən də müəyyən miqdarda pul götürüb, lakin geri qaytarmamışdır. O, Rəşada götürdüyü pullardan müəyyən məbləği ödəyə biləcəyi halda rəhbərliklə danışıq aparmağı təklif etmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadlərində şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə ifadələrində göstərmişdir ki, təxminən 2019-cu ilin avqust ayından etibarən Zərərçəkmiş şəxs2 MTK-da təchizat şöbəsinin müdiri vəzifəsində işləyir. Rəsmi olaraq əmək müqaviləsi əsasında oranın işçisi sayılır və hazırda da qeyd edilən işdə işləyir. Şirkətdə işə başladığı ərəfələrdə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Rəşad şirkətin mebel işlərinə baxırdı və Xətai rayonunda yerləşən MTK-nə məxsus binanın komendantı idi. Təxminən 2020-ci ilin may-iyun aylarında Zərərçəkmiş şəxs2 MTK-nin rəhbərliyi tərəfindən ona və bir neçə nəfər digər işçilərə Təqsirləndirilən şəxs mütəmadi olaraq şirkətin xəzinəsindən pul götürməsi və bunun müqabilində hər hansı iş görməməsi barədə məlumat verilmişdir. Bunun üçün ona və bir neçə digər işçilərə Təqsirləndirilən şəxs və sonuncu ilə birlikdə işləyən qardaşı Şahid1 tərəfindən görülən işlərin yoxlamasını aparmaq tapşırılmışdır. Bununla bağlı həmin vaxtdan etibarən o və bir neçə digər işçilər tərəfindən Təqsirləndirilən şəxs tərəfindən görülən bütün işlərin yoxlanışına başlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanında yerləşən binanın 13-cü girişində yerləşən 151 ədəd mənzildə ümumi dəyəri 95.970 manat təşkil edən mətbəx mebeli quraşdırmışdır. Orada onun və iş icraçısı Şahid6 tərəfindən yoxlama aparılmışdır. Həmin bina 21 mərtəbədən ibarət idi və Təqsirləndirilən şəxs tərəfindən 13-cü girişin hər mərtəbəsində yerləşən ümumilikdə 220 ədəd mənzil üçün mətbəx mebeli quraşdırılmalı idi. Lakin Rəşad tərəfindən orada yalnız 151 mənzil üçün mebel quraşdırılmışdır. Hər bir mənzilə gedilərək görülən işlərin ölçüləri və həcmi müəyyən edilmiş və bunun əsasında həmin vaxta görə bazar qiymətinə uyğun olaraq ümumilikdə 95.970 manat məbləğində işin görülməsi müəyyən edilmişdir. Halbuki Rəşad tərəfindən bu işə görə 293.000 manat məbləğində pul götürülmüşdür. Qalan pulun hara istifadə edilməsi barədə hesabat təqdim edilməmişdir. Bununla bağlı 2020-ci ilin avqust ayında Rəşad və Pərvinin iştirakları ilə akt tərtib edilmiş və qardaşlar həmin akta imza etmişdirlər. Həmçinin Rəşad tərəfindən Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən qeyri-yaşayış obyektində görülən tikinti işləri, “Hollywood” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən uşaq bağçası üçün nəzərdə tutulmuş uşaq çarpayılarının düzəldilməsi işləri və Xətai rayonu, Telnov küçəsində yerləşən nəzarət etdiyi mebel sexi üçün təmir aparatlarının quraşdırılması işləri yoxlanılmışdır. C.Hacıbəyli küçəsində yerləşən obyektə baxış etdikdə orada natamam şəkildə təmir tikinti işlərinin aparılması, Rəşad tərəfindən götürülən 135.000 manata uyğun olmayan şəkildə işlərin aparılması müəyyən edilmişdir. Bununla da bağlı audit aktı tərtib edilmiş və görülən işlərin həcmi və dəyəri dəqiqliyi ilə orada göstərilmişdir. Həmçinin uşaq çarpayılarının düzəldilməsi işi ilə bağlı Rəşad tərəfindən ümumiyyətlə iş aparılmamış, belə ki, bunun üçün yalnız müxtəlif tipli taxta materiallar alınaraq istifadə edilmədən mebel sexində saxlanılmışdır. O cümlədən sexdə quraşdırılan təmir avadanlıqlarına baxdıqda orada cəmi təxminən ümumilikdə 80.000 manat dəyərində aparatların quraşdırıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs artıq böyük məbləğdə pulu ələ keçirməsi barədə məlumatın alındığını başa düşüb həmin ərəfələrdə “Hollywood” ticarət mərkəzinə gəlmiş və o sonuncu ilə orada görüşmüşdür. Orada Rəşada götürdüyü pulları hissə-hissə qaytarmaq lazım olduğunu İzah etmişdir. Rəşad isə götürdüyü pulların çox hissəsini, təxminən 150.000 manatı qızıl İşinə sərf etdiyini söyləyib həmin pula qazanc əldə edə bilmədiyini və boşuna sərf edildiyini bildirmişdir. O Rəşaddan bəs 150.000 manatdan əlavə qalan pulu nə etdiyini soruşduqda Rəşad söylədiyi məbləğdən əlavə pul ələ keçirmədiyini söyləmişdir. Həmçinin Rəşad vaxt verilməsini və hisə-hissə pulu geri qaytaracağını bildirmişdir. Həmin görüşdən sonra Rəşadı bir daha görməmişdir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs işi ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. O, mebel sexdə usta kimi fəaliyyət göstərmişdir. Onun Təqsirləndirilən şəxs ilə müdir ilə işçi kimi münasibətlləri olmuşdur. O, maaşı Təqsirləndirilən şəxs almışdır. İşlədiyi mebel sexi sonralar problem yarandığı üçün bağlanmışdır. Problemin nə olduğunu bilmir. Əsas müdir Təqsirləndirilən şəxs idi, lakin qardaşı Şahid1 də bəzən işlərə nəzarət edirdi. Sexdə usta qismində dörd-beş nəfər işləyirrdi. Ümumilikdə sexdə iyirmi iki-iyirmi üç nəfər işləyirdi. Məhkəmədə elan olunub araşdırılmış ifadlərində şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə ifadələrində göstərmişdir ki, təxminən 2019-cu İlin yay aylarında o, Xətai rayonu, Telnov küçəsində, “Leyla” şadlıq sarayının yaxınlığında icarəyə götürülən sexdə mebel ustası kimi işləyirdi. Həmin vaxt internet resurslarında mebel sifarişi ilə əlaqədar elan qoymuş və öz mobil nömrəsini yerləşdirmişdir. Bir müddət sonra bir nəfər Rəşad adlı şəxs ona zəng edərək mobil telefonunu elandan tapdığını bildirmişdir. Rəşad ondan mebel ustası olub-olmadığını soruşmuş, daha sonra işlətdiyi sex üçün usta lazım olduğunu bildirmişdir. Rəşadla biraz danışdıqdan sonra sonuncu onun işlədiyi sexə gəlmişdir. Orada Rəşad sexə baxaraq oranın pis vəziyyətdə olduğunu bildirmiş və bunun əvəzində digər yeni bir sexdə işləməyini təklif etmişdir. O təklifini rədd etmiş çünki həmin vaxt artıq iş yeri var idi və oradan çıxmağı düzgün olmazdı, lakin bir müddət sonra onun ilə işləyən tanışı Samir Rəşadın təklifi ilə razılaşmış və sonuncunun işlətdiyi sexə keçmişdir. Rəşadın dediyi sex yaxınlıqda, Telnov küçəsində yerləşirdi. O həmişə Samir ilə əlaqə saxlamış və iş barədə soruşmuşdur. Bir gün Samir onu yeni işlədiyi sexə dəvət etmişdir ki bəzi işlərdə köməklik göstərsin. O, oraya gedərək bəzi materialların kəsilməsində kömək etmiş və onun işini bəyənən Rəşad yenə də sexinə keçib işləməyini təklif etmişdir. Həmin vaxt onun sifarişləri az idi və bir müddət fikirləşdikdən sonra Rəşad ilə razılaşmışdır. Ondan başqa sexdə təxminən 10-15 nəfər işləyirdi. Onlara nəzarəti Rəşadın qardaşı Şahid1 həyata keçirirdi. Pərvin hansı məhsulların nə vaxt hazır olub sifarişçilərə çatdırılmalı olduğunu söyləyirdi, onlar ilə bərabər işlər görürdü və işlərə ümumi nəzarəti həyata keçirirdi. Rəşad isə sexin müdiri və sexin yerləşdiyi binanın komendantı idi. Onlar üçün ən əsas Rəşadın sözü idi. Rəşad tapşırıqlarını Pərvinin vasitəsi ilə onlara çatdırırdı. Sexin özü iş adamı olan Nümayəndə1 məxsus idi, sexin işlərinə nəzarəti isə Təqsirləndirilən şəxs həvalə edilmişdir. Sexin fəaliyyəti ilə bağlı demək olar ki heç bir problem yaşanmırdı, sifarişlər vaxtında icra edilərək təhvil verilirdi. Onun ilə rəsmi olaraq əmək müqaviləsi bağlandıqdan sonra işə qəbul olunmuşdur. Müqavilə sexin yerləşdiyi binada olan Rəşadın ofisində bağlanmışdır. Aylıq 1.200 manat əmək haqqı alırdı. Həmin puldan təxminən 250 manat bank kartına köçürülürdü, qalan pul isə əlbə əl Rəşad tərəfindən verilirdi. O, sexdə işlədiyi zaman orada 01 ədəd CNC aparatı, 01 ədəd PVC aparatı, 01 ədəd yatar aparatı, 01 ədəd böyük kompressor var idi. Həmçinin sexdə tez-tez xırda avadanlıqlar xarab olduğu üçün onlar dəyişilirdi. Təxminən 2020-ci ilin yay aylarında dəqiq tarixini xatırlamadığı gündə o işə gəldikdə Pərvin demişdir ki sexi bağlayırlar. Bir müddət sonra Rəşad sexə gələrək oranın açarını təhvil verməklərini istəmişdir. O, açarı Rəşada vermiş və sonuncu harasa getmişdir. Artıq axşam saatlarında Rəşad onlara sexin bağlanacağını söyləmiş və artıq yeni iş yeri tapmağımızı təklif etmişdir. Onlar oradan əşyalarını götürüb gedərək bir daha qayıtmamışdırlar. Həmin vaxtdan etibarən o bir neçə dəfə Rəşad və Pərvin ilə hal əhval tutmaq üçün əlaqə saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadlərində şahid qismində dindirilmiş Nümayəndə2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə ifadələrində göstərmişdir ki, o, hazırda Nümayəndə1 direktoru olduğu "Şərur” Mənzil Tikinti Kooperativinin hüquqşünası vəzifəsində işləyir. İşlədiyi dövrdə şirkətə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən mebel sexində işləyən Təqsirləndirilən şəxs müxtəlif sifarişlərin icra edilməsi ilə bağlı külli miqdarda pul vəsaitini qəbul etdiyini, lakin bunun müqabilində sifarişləri İcra etmədiyi müəyyən edilmişdir. Bununla bağlı görülən İşlərlə əlaqədar audit yoxlaması aparılmışdır. Müəyyən edilmişdir ki, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmiri üçün Rəşad tərəfindən ümumilikdə 135.000 manat məbləğində pul vəsaiti götürülmüş və bunun qarşılığında orada təxminən 180 metr obşivka, 350 metr plintus, 1 ədəd arxası düzəldilməyən bar, 12 ədəd natamam jurnal masası, 4 ədəd kollektor qapağı, 22 ədəd natamam divan, 13 ədəd natamam kreslo, 19 ədəd natamam masa quraşdırılmaqla cəmi 44.851 manat məbləğində pul vəsaiti xərclənmişdir. Həmçinin Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanında yerləşən binanın 13-cü girişindəki mənzillər üçün mətbəx mebelinin quraşdırılmasına görə götürülən ümumilikdə 293.000 manat məbləğində pul vəsaitinin qarşılığında 151 mənzildə cəmi 95.970 manat məbləğində mebellər quraşdırılmışdır. “Hollywood” uşaq bağçası üçün uşaq çarpayılarının düzəldilməsinə görə Rəşad tərəfindən ümumilikdə 162.315 manat məbləğində pul vəsaiti götürülmüş və bunun qarşılığında cəmi 43.500 manat dəyərində tikinti materialları alınaraq mebel sexində saxlanılmışdı. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mebel sexinə zəruri olan avadanlıqların alınaraq quraşdırılması üçün hissə-hissə ümumilikdə 180.079 manat məbləğində pul vəsaitini təhvil almış və bunun müqabilində təxminən 80.000 manat dəyərində avadanlıqlar alaraq quraşdırmışdır. Qeyd edilənlərlə bağlı aparılmış yoxlamalara əsasən audit aktları tərtib edilmiş, Rəşad və Pərvin qardaşları özləri həmin aktlara imza edərək göstərilənləri təsdiq etmişdirlər. Audit aktlarının imzalanmasında özü də iştirak etmiş və Pərvinə mebel sexinin nəzarətçisi vəzifəsində işlədiyi üçün aktlara imza etməli olduğunu izah etmişdir. Lakin Pərvinə sonuncunun bu işlə əlaqəli olmaması və yaxud narahatçılıq üçün heç bir səbəbin olmaması barədə heçnə söyləməmiş, çünki Pərvinin Rəşad ilə əlbir olub pullan ələ keçirib-keçirmədiyini dəqiq bilməmişdir. Rəşad isə heç bir etiraz etmədən aktları oxuyub sərbəst şəkildə onlara imza atmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, bu iş üzrə zərərçəkmiş şəxs Nümayəndə1 Təqsirləndirilən şəxs ilə arasında keçirilən üzləşdirmə zamanı ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işi materiallarına əlavə edilmiş 04 avqust 2020-ci il tarixli audit aktına əsasən ünvan 6 ünvanında yerləşən “Qız-Qalası" MTK tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsində 180 metrdən 25 natamam obşivka, 350 metr plintus, 1 ədəd arxa hissəsi düzəldilməyən bar, 12 ədəd natamam jurnal masası, 4 ədəd kollektor qapağı, 22 ədəd divan, 13 ədəd natamam kreslo, 19 ədəd natamam masa quraşdırılmış və 44.851 manat məbləğində pul vəsaiti qeyd edilən işlərə sərf edilmişdir. Digər audit aktına əsasən “Hollywood” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən ayrılmış uşaq bağçası və körpələr evinə 100 nəfərlik çarpayı düzəldilməsi üçün ümumilikdə 43.500 manat dəyərində mal-material alınıb Xətai rayonu ərazisindəki sexdə saxlanılmışdır. Daha bir audit aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 13-cü girişində yerləşən 151 mənzildə ümumi dəyəri 95.970 manat məbləğində mətbəx mebeli quraşdırılmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş ünvan 6 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinə və ünvan 4 ünvanında yerləşən mebel sexinə tərəfimdən baxış keçirilməsi protokoldan görünür ki, görülmüş tikinti işlərinin həcmi, mebellərin sayının və sair məlumatlar audit aktlarında qeyd edilənlərə uyğun olması müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış bu iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 mart 2023-cü il tarixli 9/9373 saylı rəyindən görünür ki, istifadədə olmuş “Ayza Mizrak” markalı, “Ayzaband 4” model, 2018-ci İl istehsalı yataq aparatının dəyəri 11.500 manat, istifadədə olmuş “Ayza Mizrak" markalı, “Classik-3800” model, 2018-ci il istehsalı yataq aparatının dəyəri 9.500 manat, istifadədə olmuş “Eker” markalı 1990-cı İl istehsalı lent mişarın dəyəri 4.000 manat, istifadədə olmuş üzərində “MOES-CNC 21/28” yazıları olan OES CNC aparatının dəyəri 10.000 manat, natamam hazırlanmış uşaq kravatının dəyəri 100 manat, 60 list Xam MDF (18 mm, ölçü: 280x207 sm) dəyəri 6.600 manat, 40 list Xam MDF (12 mm, ölçü 280x207 sm) dəyəri 3.000 manat, 33 list Xam MDF (6 mm, ölçü 280 x 207 sm) dəyəri 1.320 manat, detallar üzərində CNC işinə görə işçilik xərcinin 2.960 manat, detallar üzərində boya və astar işlərinə görə xərcin 4.250 manat, kommunal və amortizasiya xərcinin 470 manat, boya materialının 3.300 manat, yol xərcinin 250 manat, işçilərin əmək haqqısının 900 manat təşkil etməsi müəyyən edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş malların 2018-2020-ci il tarixlərdə olan orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 46.020 manat, digər xərclərin təxminən 12.130 manat olması müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış bu iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 mart 2023-cü il tarixli 9/591 saylı rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış birinin qiyməti 110 manat olmaqla 22 list Xam MDF (daxildir divar üzlənmələr, ümumi eni 107 m, hündürlük 69 sm həmçinin VİP-11 saylı otaqda ağ rəngli divar üzləməsinin ümumi eni 1386 sm hündürlüyü 57 sm) (18 mm-lik xam MDF olan ölçüləri: 280x207 sm) (22 listx110man) dəyəri 2.420 manat; 4 ədəd ümumi eni 240 sm, hündürlüyü 50 sm olan kollektor qapağının dəyəri 110 manat; 19 ədəd birinin qiyməti 380 manat olmaqla, 105x280 hündürlükdə 76 sm ölçüsündə stollar 7.220 manat; eni 635 sm, hündürlüyü 220 sm, ümumi paqon metrəsi 220 manat olan barın dəyəri 1.397 manat; 1 metri 2,20 manat olmaqla uzunluğu 404 metr hündürlüyü 9 sm olan plintus 888,8 manat; detallar üzərində CNC İşinə görə işçilik xərci 1.008 manat; detallar üzərində boya və astar işlərinə görə xərc 3.150 manat; kommunal və amortizasiya xərci 210 manat; boya materialı 1.980 manat; yol xərci 260 manat, işçilərin əmək haqqı 1.050 manat; 12 ədəd jurnal masasının 1 ədədinin ölçüsü 1,37x1x0,60 m, 1 ədədinin qiyməti 110 manat olmaqla, ümumilikdə 1.320 manat; 22 ədəd divanın 1 ədədinin ölçüsü 2x0,93x0,85 m və divan yastığının ölçüsü 0,80x0,60 m, yastıqları ilə birlikdə qiyməti 522 manat olmaqla, ümumilikdə 11.484 manat; 13 ədəd kreslonun 1 ədədinin ölçüsü 0,93x0,97x0,90 m və kreslo yastıqları 0,60x0,55 m yastıqları ilə birlikdə qiyməti 273 manat olmaqla, ümumilikdə 3.549 manat; işçi haqqı haqqı 4.210 manat (daxildir üzləmə, karkas yığımı və ümumi yığım); yol xərci 310; kommunal və amartizasiya xərci 430 manat təşkil etməsi müəyyən edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş görülmüş işlərin həcmi, sərf olunmuş materialların həcmi və dəyəri, işçilərin əmək haqqı, nəqliyyat və əlavə xərclər daxil olmaqla ümumilikdə sərf olunmuş vəsaitin məbləği təxminən 41.076 manat olması müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində dələduzluq yolu ümumilikdə təxminən 200.000 manat məbləğində pul vəsaitini ələ keçirməsini göstərdi, lakin onun bu iddiaları iş üzrə zərərçəkmiş şəxs Nümayəndə1 və şahidlərin ifadələri, iş üzrə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxsin ifadələrində göstərdikləri halları təqsirləndirilən şəxsin yanında təsdiq etməsini özündə əks etdirən üzləşdirmə protkolları ilə, məhkəmədə araşdırılmış baxış protokolu, audit aktı, ekspertiza rəyləri, digər sübutlarla və işin faktiki halları ilə təkzib olundu. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ifadələrini natamam və obyektiv həqiqətə uyğun olmayan, ehtimal etdiyi ona təyin edilə biləcək cəzadan yayınmaq üçün göstərdiyi uğursuz cəhdi kimi qiymətləndirir. Çünki onun bu iddalarını təsdiq edən sübut müəyyən olunmadı. O özü də müdafiəsi üçün səsləndirdiyi iddalarını təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X7rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun hərəkətlərini təsvir edən sübutların və işin faktiki halları fonunda yaranmış obyektiv təsəvvür baxımından onun əməllərinin ittiham olunduğu cinayət qanunun müvafiq maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi və sübuta yetirildiyi qənaətinə gəlir və onun əməllərinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi tövsif olunmasını əsaslı sayır. Məhkəmədə, zərərçəkmiş şəxs Nümayəndə1 Təqsirləndirilən şəxs qarşı 575198 (beş yüz yetmiş beş min yüz doxsan səkkiz) manat dəyərində mülki iddia verib, bunun üçün 451 ( dörd yüz əlli bir ) manat dövlət rüsumu ödədiyini bilidrib, həmin məbləğlərin Təqsirləndirilən şəxs alınıb ona verilməsini xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın sübuta yetirildiyi, bu əməl nəticəsində Nümayəndə1 Təqsirləndirilən şəxs tərəfindən 575.198 (beş yüz yetmiş beş min yüz doxsan səkkiz ) manat zərər yetirildiyi qənaətinə gəldiyindən mülki iddianın təmin olunmasını əsaslı sayır və təmin edir. İş üzrə maddi sübut yoxdur və qanunvericilikdə nəzərdə tutulan qaydada müsadirə olunması tələb olunan əmlak müəyyən olunmadı. Məhkəmədə ibtidai istintaq zamanı bu iş üzrə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə 140 (yüz qırx) manat xərclənməsi, müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli olması qənaətinə gəldiyindən həmin məbləğin ondan tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Çünki onu həmin ödəmədən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 107 (yüz yeddi) saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Bu səbəbdən də məhkəmə dövlət büdcəsi hesabına Müdafiəçi ödənilməsi üçün 642 (altı yüz qırx iki) manat pulun Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilməsini və Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Həsənov X8 Muxtar Respublikası Ağır cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 320.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə hökmü dəyişdirilib 5 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2016-cı il tarixdə Kəngərli Rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 78.2-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 02 il 13 gün hissəsindən azad olunmuşdur. Xətai Rayon Məhkəməsindən alınmış xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin məlumatlar əsasında məhkəmə onun əməllərində cinayətlərin residivinin olması qənaətinə gəlir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi cinayət əməlinin törədilməsi hallarını, şəraitini, kəmiyyət göstəricilərini, davamlılığını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna və onun əməllərində cinayətlərin resdivi olduğu üçün əsaslanıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onun barəsində Xətai Rayon Məhkəməsinin 18 noyabr 2021-ci ii tarixli hökmü ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınıb barəsində qətimkan tədbiri seçilməməsi müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətinin başlanğıcını müəyyən edərkən həmin halı nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi onun əməllərində cinayətlərin residivi olması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqların olması, qismən etirafedici ifadələr verməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbsin həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 1(011)-337/2021 nömrəli hökmü ilə qəti olaraq təyin olunmuş 2 (iki) il 9 (doqquz) ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 2 ( iki) ay 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 8 (səkkiz ) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 18 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs Nümayəndə1 Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə Nümayəndə1 vurduğu ziyanın əvəzi olaraq 575198 (beş yüz yetmiş beş min yüz doxsan səkkiz) manat və mülki iddia vermək üçün ödənilən 451 ( dörd yüz əlli bir ) manat dövlət rüsumu olmaqla ümumilikdə 575649 (beş yüz yetmiş beş min altı yüz qırx doqquz) manat alınıb zərərçəkmiş şəxs Nümayəndə1 verilsin. Məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 140 (yüz qırx) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 642 (altı yüz qırx iki) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasını Hüqüqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim olunduğup andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar