Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-275/2020 16.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, X1 və Anar Hüseynağa oğlu Həsənovun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs ƏhmədovCəfərXudaverdioğlunun iştirakı ilə xx xxxxxxx 1992-ciildə Bakı şəhərində doğulmuş, AzərbaycanRespublikasınınvətəndaşı, ortatəhsilli, subay, işləməyən, məhkumolunmamış, Bakı şəhəriSabunçurayonu, Ramanaqəsəbəsi, Haqverdiyevküçəsi, döngə 2, ev 4-də qeydiyyatdaolmaqlayaşamış, Bakı İstintaqTəcridxanasındahəbsdə saxlanılanƏliyevSeyranElçinoğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyatzadə küçəsi, nömrəsiz evdə tanışı Şahid ilə sözlə mübahisə edən zaman sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs evə gəlmiş, evdə Təqsirləndirilən şəxs görüb onun üzərinə gedərək yumruqla bədən nahiyyəsinə iki dəfə zərbə endirdikdən sonra Təqsirləndirilən şəxs onu itələyərək evin qarşısında olan pilləkənlərdən aşağı salaraq masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən üç dəfə vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid mədənin, mədəaltı vəzin kapsullarının və yoğun bağırsaq müsariqəsinin zədələnmələrinə səbəb olan qarnın ön divarının daxilə nüfuz edən 1 ədəd, sol bel nahiyyəsinin qarın boşluğuna nüfuz edən 1 ədəd və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə il əvvəl Bakıxanov qəsəbəsində Şahid ilə tanış olmuşdur. Aralarında münasibət yaranmış və bir neçə dəfə cinsi əlaqədə olmuşlar. Fidan əri və uşaqları ilə birlikdə atasının yaşadığı Sabunçu rayonunun Ramana qəsəbəsində yaşamışdır. Hadisədən iki ay qabaq Fidan həyat yoldaşı və uşaqları ilə birlikdə onun yaşadığı Ramana qəsəbəsindəki evlərinin yaxınlığına köçmüşlər. Bundan sonra Fidanın həyat yoldaşı Zərərçəkmiş şəxs evdən çıxıb işə getdikdən sonra Fidanın yaşadığı evə gedib, onunla bir neçə dəfə görüşmüş və cinsi əlaqədə olmuşdur. xx xxxxxxxx 2019-cu ildə Fidanla əlaqə saxlayıb, səhər onun yaşadığı evə gəlmək istədiyini bildirmiş və sonuncu etiraz etməmişdir. Səhəri gün yəni, xx xxxxxxxx 2019-cu ildə səhər saat 7 radələrində Fidanın yaşadığı evin yaxınlığına getmiş, orada bir müddət Cəfərin işə getməsini gözləmişdir. Sonuncu evdən çıxıb getdikdən sonra bir qədər də gözləmiş, Cəfərin qayıtmayacağına əmin olduqdan sonra Fidanın yaşadığı evə daxil olmuşdur. Fidanla təxminən 30 dəqiqə içəridə söhbət etmişdir. Bir qədər sonra qapı döyülmüşdür. O, evin pəncərəsindən baxıb qapını döyənin Cəfər olduğunu görmüşdür. Ev bir otaqlı olduğundan gizlənməyə yer tapmamış və dəhlizdə gözləmişdir. Fidan qapını açmış, içəri gələn Cəfər onu evində görüb duruxmuş və üzərinə gəlib, onu yumruqlamağa başlamışdır. Bunu görən Fidan çölə çıxıb kömək üçün qışqırmağa başlamış, lakin köiəyə gələn olmamışdır. Cəfərin onu buraxmayacağını başa düşüb, sonuncuya bıçaqla xəsarət yetirib qaçmaq qərarına gəlmişdir. Əvvəlcə Cəfəri itələmiş, sonuncu evin pilləkənlərindən yerə yıxılmışdır. Dərhal masanın üzərindən bıçağı götürmüş, Cəfərin ayağa qalxmağına imkan verməyib, sonuncuya 3 dəfə bıçaqla zərbə endirmişdir. Həmin vaxt Fidan evdə olmamışdır. Bundan sonra bıçağı yerə atıb qaçıb getmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər arvadı Fidan və uşaqları ilə birlikdə qayınatasının evində yaşamışdır. Təxminən 6 ay əvvəl Sabunçu rayonu Ramana qəsəbəsi, Haqverdiyev küçəsində kirayə mənzil tutub ora köçmüşdür. O, hər gün səhər saatlarında yaşadığı evdən çıxıb Sabunçu rayonu Şuşa şəhərciyinə gedib, günəmuzd fəhlə işləmişdir. Bəzi vaxtlarda isə iş tapmayıb evinə qayıtmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə saat 8 radələrində evdən çıxıb Şuşa şəhərciyinə getmişdir. Orada İşin olmadığını görüb, taksi ilə evə qayıtmışdır. Evə çatıb qapını döymüş, qapının açıq yerindən içəri baxdıqda Təqsirləndirilən şəxs arvadı Fidanla sözləşdiyini görmüşdür. Bundan əsəbləşmiş, Fidan qapını açan kimi Seyranın üzərinə atılıb, onu yumruqlamağa başlamışdır. Bu vaxt Fidan evdən çölə çıxıb, qonşulardan kömək istəmişdir. Bundan sonra Seyran onu itələmiş, o, arxa-arxaya gedərək evin pilləkənlərinə ilişib yerə yıxılmışdır. Ayağa durmağa macal tapmamış Seyran onun üstünə gəlib, əlindəki bıçaqla ona 3 dəfə zərbə endirmişdir. Bundan sonra Seyran bıçağı yerə atıb qaçmağa başlamışdır. Daha sonra Fidan evə qayıtmış, səhər saatları olduğundan heç kimi köməyə çağıra bilməmişdir. Odur ki, tanımadığı taksiyə əyləşib xəstəxanaya getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2015-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nigahdan iki övladı dünyaya gəlmişdir. Təxminən iki il əvvəl Bakıxanov qəsəbəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında münasibət yaranmışdır. Bir neçə dəfə müxtəlif yerlərdə görüşüb, cinsi əlaqədə olmuşlar. Hadisədən iki ay əvvəl həyat yoldaşı ilə Sabunçu rayonu Ramana qəsəbəsində kirayə ev tutub ora köçmüşlər. Həmin evdə Seyranla bir neçə dəfə görüşüb, cinsi əlaqədə olmuşlar. Belə ki, əri Cəfər işə getdikdən sonra Seyran yaşadığı evə gəlmişdir. xx xxxxxxxx 2019-cu ildə axşam saatlarında Seyran ona zəng edib, səhər saatlarında görüşmək istədiyini bildirmişdir. O, Seyrandan onun yaşadığı evə gəlməməyini xahiş etmişdir. xx xxxxxxxx 2019-cu ildə səhər saatlarında Cəfər evdən çıxıb işə getmişdir. Təxminən 20 dəqiqədən sonra Seyran onlara gəlmişdir. O, sonuncu ilə mübahisə edib, ayrılmaq istədiyini bildirmiş, Seyran isə ayrılmaq istəmədiyini demişdir. Təxminən yarım saatdan sonra qapı döyülmüşdür. Pəncərədən baxıb, əri Cəfərin gəldiyini görmüşdür. Ev bir otaqlı olduğundan Seyran gizlənməyə yer tapmamış, dəhlizdə dayanıb gözləmişdir. O, qapını açmış, Cəfər içəri girib Seyran görən kimi onun üzərinə atılmışdır. Cəfər Seyranı iki dəfə yumruqla vurmuş, o, mübahisənin böyüyəcəyindən qorxub qonşulardan kömək istəmək üçün qışqıraraq çölə qaçmışdır. Səhər saatları olduğundan heç kimi tapa bilməyib, geri qayıtmışdır. Bu vaxt Cəfərin sinəsindən qan axdığını görüb, Seyran tərəfindən bıçaqlandığını başa düşmüşdür. Cəfərin yarasını sarımış və sonuncu taksi ilə xəstəxanaya getmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 1400 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs mədənin, mədəaltı vəzin kapsulasının və yoğun bağırsaq müsariqəsinin zədələnmələrinə səbəb olan qarnın ön divarının daxilə nüfuz edən 1 ədəd və sol bel nahiyyəsinin qarın boşluğuna nüfuz edən 1 ədəd, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 ədəd (ümumilikdə 3 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərada göstərilən xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə mədənin, mədəaltı vəzin kapsullarının və yoğun bağırsaq müsariqəsinin zədələnmələrinə səbəb olan qarnın ön divarının daxilə nüfuz edən 1 ədəd və sol bel nahiyyəsinin qarın boşluğuna nüftız edən 1 ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları ümumilikdə və ayrıayrılıqda həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 ədəd kəsilmiş-deşilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 1887 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafda ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri aşkar olunmur. Şəxsi keyfiyyətlərində və emosionaliradi sfeasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, eqosentrizm, mübahisə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətdə həyəcan, gərginlik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsin törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə-ballistik ekspertizasının xx xxxxxxxx 2019-ci il tarixli 23778 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İşin 102-109-cu vərəqələrindəki «Sübutların qiymətləndirilməsi barədə» qərardan görünür ki, İş üzrə aşkar edilərək götürülmüş bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. İşin 88-89-cu vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 21-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki Zərərçəkmiş şəxs təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İşdəki Azərbaycan Respublikasının ƏƏSMN yanında Dövlət X2 Sabunçu rayon şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinməli və ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cümaddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cəza təyini zamanı həmçinin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsilk dəfə cinayət törətməsinivə 3-cü qrup əlil olmasını dacəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər.Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları müstəsna hal kimi nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla, ona ittiham olunduğu CM-nin 126.1-ci maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə barəsində CMnin 62-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2ci maddəsinə əsasən o, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarınatəhvil verilmişTəqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 40 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona həmin maddə ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarınatəhvil verilmişTəqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 40 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan edildiyi (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə BakıApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-275/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-275/2020
16.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver