Məhkəmə qərarları › İş №1(101)-275/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-275/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-275/2021 11.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 3, ev 3-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təeridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edərək daşımaqla saxlamışdır: Belə ki, o, istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda tanışı X11 təklifi ilə sonuncuya məxsus psixotrop maddə olan 2,76 qram çəkidə 12 ədəd MDMA (ekstazi) həblərinin bir ədədini 20 manat olmaqla cəmi 240 manata qanunsuz satışını təmin etməyi, yəni MDMA həblərini satmaq üçün alıcılar tapmaq və alıcılara birbaşa satdıqdan sonra pulunu Rəşad Əliyevə çatdırmağı öhdəsinə götürməklə Rəşad Əliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 29 yanvar 2020-ci il tarixdə saat 15 radələrində Rəşad Əliyevin yaşadığı ünvan 3 ünvanında sonuncudan 2,76 qram çəkidə 12 ədəd psixotrop maddə olan MDMA həblərini almış, həmin həbləri satmağı əvvəlcədən vəd etdiyi üçün cinayət əməlinin ifşa olunmaması məqsədilə istifadəsində olan (070) ***-**-** mobil nömrəsi ilə zəng vurmaqla və MDMA həblərinin onda olması barədə pərdələnmiş sözlərdən ibarət SMS-lər yazmaqla həmin şəxslərə MDMA həblərini Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Bakı metropoliteninin 28 may stansiyasının yaxınlığında, satmağı planlaşdırmış, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olmuş əməliyyat məlumatının realizəsi ilə bağlı Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:50-də Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, 79 saylı binanın qarşısında saxlanılaraq idarəyə gətirilmiş, polis idarəsində üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli paltonun sol yan cibindən Rəşad Əliyevdən aldığı həmin 2,76 qram çəkidə 12 ədəd psixotrop maddə olan MDMA həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı Musiqi Akademiyasını 2015-ci ildə bitirmişdir. Rəsmi iş yeri olmasa da hərdənbir toy məclislərində və dövlət tədbirlərində "Violaalt" musiqi alətində ifa emişdir, 2016-ci ildən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, 2019cu ilin avqust ayından isə hərdənbir "MDMA" adlı həblərdən istifadə etmişdir, Rəşad Əliyev onun musiqiçi olduğunu bildiyi üçün tanışlığı yaranmışdır, həmin ərəfələrdə Rəşad ünvan 4 ünvanında yerləşən "Şato” karaoke klubuna tez-tez gəlib-getmişdir, belə ki, həmin kluba bir neçə dəfə gecə saat 02:00-03:00 radələrində gedəndə Rəşadı orada görmüş, sonuncu orada dijeylik etmişdir, Facebookda Rəşada yazaraq ona dijeyliyi öyrətməyi xahiş etmişdir, Rəşad onu "Şato" klubuna dəvət etmiş, o da hərdənbir həmin kluba getmişdir, Rəşad Əliyev yaşadığı mənzildə ona dijeylik öyrətməsini təklif etmişdir. 2-3 dəfə Rəşadın yaşadığı Səbail rayonu, Zərgərpalan küçəsi, 5 saylı binaya getmişdir. Bundan başqa Rəşadla heç bir münasibəti olmamış, Rəşad ona nə istifadə etmək üçün, nə də ki, satmaq üçün narkotik vasitə verməmişdir. 29 yanvar 2020-ci il tarixdə 12 ədəd ekstazi həbi almaq qərarına gəlmiş və bu məqsədlə internet vasitəsilə sosial şəbəkələrdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə əlaqə saxlamış, onlayn yolla 200 manat müqabilində 12 ədəd «MDMA» həbi sifariş vermiş və «28 Mall» ticarət mərkəzinin yaxınlığında həbləri gətirmiş şəxslə görüşərək 200 manat pulu verib öz istifadəsi üçün 12 ədəd «MDMA» həbini əldə etmiş, bir neçə dəqiqədən sonra «28 Mall» ticarət mərkəzinin yaxınlığında, Nəsimi rayonunun Füzuli küçəsində, olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və Nəsimi rayon polis idarəsinə aparılmışdır: orada üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, ona üzərində qanunla qadağan olunan əşya və ya predmeti təqdim etməsi təklif olunmuş, o da könüllü olaraq qara paltosunun sol yan cibində saxladığı 12 ədəd "MDMA" həbini təqdim etmişdir, həmin həblər zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş, protokolu və zərfi imzalamış, həmin vaxt polis əməkdaşlarının təsiri və təzyiqi ilə üzərində aşkar olunan həbləri Rəşad Əliyevdən satın aldığını bildirmiş, əslində isə həmin həbləri ona Rəşad Əliyev verməmiş, ümumiyyətlər əvvəllər də heç vaxt Rəşaddan narkotik vasitə və psixotrop maddələr almamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Bakı Musiqi Akademiyasını 2015-ci ildə bitirmişdir. Rəsmi iş yeri olmasa da hərdənbir toy məclislərində və dövlət tədbirlərində "Violaalt" musiqi alətində ifa emişdir. 2016-ci ildən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2019-cu ilin avqust ayından isə hərdənbir "MDMA" adlı həblərdən istifadə edir. Mütamadi həmin həblərdən qəbul etək olmur. Çünki, beyinə böyük zərər vurur. Yaddaş pozğunluğuna gətirib çıxara bilir. Cəmi həmin həblərdən tutulana kimi, yəni cinayət əməli ifşa olunadək 3 dəfə əldə etmişdir. Hər üç dəfə də həmin həbləri təxminən 2019-cu ilin yanvar ayından tanıdığı Bakı şəhəri, Səbail rayonunda "MUM" univermağının yaxınlığında yaşasan X1 almışdır. Belə ki, Rəşadla Bakı şəhəri 3-cü mikrorayonda fəaliyyət göstərən gecə klubunda tanış olmuşdur. Rəşad onun musiqiçi olduğunu bildiyi üçün tanışlığı yaranmışdır. Lakin ilk əvvəllər tanışlığı yaransa da birbirilərində mobil nömrələri olmamış və bir biri ilə əlaqə saxlamamışlar. 2019-cu ilin təxminən iyun-iyul aylarında Rəşadla "Facebook" sosial şəbəkəsində danışmağa başlamışdır. Həmin ərəfələrdə Rəşad Səbail rayonu, M.Muxtarov küçəsi 3 ünvanında yerləşən "Şato” karoeke klubuna tez-tez gəlib-getmişdir. Çünki, həmin kluba bir neçə dəfə gecə saat 02-03 radələrində gedəndə Rəşadı orada görmüş, sonuncu orada dijeylik etmişdir. “Facebook"-da Rəşada yazaraq ona dijeyliyi öyrətməyi bildirmişdir. Rəşad onu "Şato" klubuna dəvət etmiş, o da hərdənbir həmin kluba getmişdir. Rəşad Əliyev yaşadığı mənzildə ona dijeylik öyrətməsini təklif etmişdir. 2-3 dəfə Rəşadın yaşadığı Səbail rayonu, Zərgərpalan küçəsi 5 saylı binaya getmişdir. Mənzilin nömrəsini xatırlamır, lakin Rəşadın mənzili 3-cü mərtəbədə yerləşirmişdir. Sonuncunun mənzilində heç kəs qalmamış, qonaq otağında onu öyrətmişdir. Kluba gecə vaxtı gedən şəxslərin əksəriyyəti narkotik vasitələr və ya psixotrop maddələr qəbul emiş ki, şən olsun və əylənsinlər. Rəşad onun narkotik vasitə qəbul etdiyini bildiyi üçün ona demişdir ki, nəsə lazım olsa ona deyə bilər. 2019-cu ilin avqust ayında "MDMA" adlanan həbin adama enerji verdiyini və emosiyalarını yaxşı mənada qabartdığını, bir sözlə insanı şənləndirdiyini eşitmişdir. Həmin ərəfələrdə dəqiq xatırlamır - ya "Facebook", ya da klubda Rəşaddan "MDMA", məişətdə "ekstazi" adlanan həblərdən almaq istədiyini demiş və bu həbləri necə əldə edə biləcəyini soruşmuşdur. Rəşad ona satlıq "ekstazi“ və başqa psixotrop maddələr olduğunu demişdir. Həmin ərəfələrdə gecə saatlarında "Şato“ klubunda Rəşaddan xatırlamadığı sayda ekstazi həblərini bir ədədi 20 manat olmaqla satın almışdır. Rəşad həbləri ona satanda yanında heç kəs olmamışdır. O, istifadəsində və adına olan 077-740- 22-21 saylı mobil nömrə ilə Rəşadın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, Rəşaddan aldığı həbləri 2-3 həftə ərzində qəbul etmişdir. Bundan sonra 2019-cü ilin dekabr ayında Rəşaddan bir neçə ədəd həmin həblərdən "Şato" klubunun yaxınlığında almışdır. Həmin ərəfədə Rəşadla istifadəsində və adına olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Digər nömrəni isə hərdənbir istifadə edirmişdir. Telefonla Rəşadla qısa və lakonik danışırmışlar. 29 yanvar 2020-ci il tarixdə Rəşada WhatsAppda 12 ədəd ekstazi həbi almaq istədiyini yazmışdır. Rəşad onu yaşadığı mənzilə dəvət etmiş, saat təxminən 14-15 radələrində Rəşad Əliyevin yaşadığı Səbail rayonu, Zərgərpalan küçəsi 5 saylı binanın qarşısına getmişdir. Rəşad ona üçüncü mərtəbəyə qalxmasını demişdir. Üçüncü mərtəbəyə qalxmış, Rəşad mənzilinin qapısını açıb onu qarşılamışdır. Rəşada cəmi 200 manat pulu olduğunu, lakin 12 ədəd həb almaq istədiyini demişdir. Rəşad ona 10 ədədi 200 manat müqabilində vermiş və əlavə olaraq 2 ədəd həbi də, hörmət əlaməti olaraq vermişdir. Həmin vaxt yanında heç kəs olmamışdır. Əvvəlki ifadələrində Rəşadın ona psixotrop maddəni "Səadət" şadlıq evinin qarşısında səhər saatlarında satdığını demişdir. Bu cür ifadə verməyinə səbəb əvvəl də Rəşaddan psixotrop maddəni şadlıq evinin yaxınlığında almış, lakin fikirləşmişdir ki, əgər mənzildə psixotrop maddəni aldığını göstərsə polis əməkdaşları onun mənzilində axtarış aparar və ailə üzvləri narahat olar. Rəşad onun mənzilində bir neçə dəfə olmuş və onu yaxşı qarşılamışdır. Aldığı həbləri əynindəki paltonun sol yan cibində salafan paketə qoymuşdur. Oradan piyada yaşadığı limana tərəf gəlməyə başlamışdır. 28 Mall ticarət mərkəzinin yaxınlığında, Nəsimi rayonu, Füzuli küçəsində olanda polis əməkdaşları tərəfindən saxlanılmış və Nəsimi rayon polis idarəsinə gətirilmişdir. Orada təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına və öz seçdiyi müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əynində qara palto, göy rəngli cins şalvar və açıqsarı rəngli, dabanı ağ rəngli idman ayaqqabısı olmuşdur. İlk öncə ona üzərində qanunla qadağan olunan əşya və ya predmeti təqdim etməsi təklif olunmuş, o da könüllü olaraq qara paltonun sol yan cibində saxladığı 12 ədəd "MDMA" həbini təqdim etmişdir. Həmin həblər zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş, protokolu və zərfi imzalamışdır. Müdafiəçisi izahatının alınmasında və digər prosessual hərəkətlərdə iştirak etsə də, üzərinə şəxsi axtarış keçirilən zaman iştirak etmək istəməmiş o da buna etiraz etməmişdir. Çünki, üzərində saxladığı həbləri könüllü təqdim etmək istəmişdir. Üzərində aşkar olunan həbləri Rəşad Əliyevdən satın aldığını bildirmişdir. O, ekstazi həblərini şəxsi istifadəsi üçün əldə etmiş, saxlanılarkən, Nəsimi RPİ-nə gətirilərkən, üzərində şəxsi axtarış keçirilərkən və izahatı alınarkən ona polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq olunmamışdır (1-ci cild iş vərəqi 169-172). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 29 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, 28 Mall ticarət mərkəzinin yaxınlığında yaşayan İlqar adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilmişdir. Əməliyyat məlumatının realizəsi ilə bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 15 radələrində İlqar adlı şəxsin ola biləcəyi yerlər əməliyyat nəzarətinə götürülmüşdür. Saat təxminən 15:50 radələrində əməliyyat məlumatında göstərilən əlamətlərdə cavan bir oğlanın 28 Mall ticarət mərkəzinin yaxınlığında piyada hərəkət etdiyini görmüşlər. Ona qəfildən yaxınlaşaraq özlərini ona polis əməkdaşları kimi təqdim etmiş və onlarla idarəyə getməsini bildirmişlər. İlqar idarəyə gətiriİmiş, təhqiqatçı Tariyel Mahmudov tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda vəkil şahidə çeviriləcəyini əsas gətirərək iştirakdan imtina etmişdir. Şəxsi axtarış zamanı İlqara təklif olunmuşdur ki, üzərində narkotik vasitə, qadağan olunmuş maddə və ya predmet varsa təqdim etsin. İlqar da, əynindəki qara rəngli paltonun sol yan cibindən 12 ədəd psixotrop maddə olan "MDMA'' adlı ekstazi həblərini könüllü sürətdə təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi həblər psixotrop maddə olan ekstazi, yəni "MDMA" həbləridir, şəxsi istifadəsi üçün tanışı Rəşad Əliyev adlı şəxsdən alıb. Rəşad Əliyevin narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. X18 əksər vaxtlarda ünvan 5 ünvanda yerləşən "Şato" klubunda olduğunu demişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, 12 ədəd psixotrop həblərdən savayı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 12 ədəd həb zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Protokolu Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər imzalamışlar. Məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həblərin psixotrop maddə olan "MDMA" olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin, Rəşad Əliyevin isə istifadəsində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Rəşad Əliyevin olduğu yeri müəyyən etmək üçün onların təklifi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Rəşad Əliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub yalandan psixotrop maddə istədiyini bildirmişdir. Rəşad evdə olduğunu bildirərək gəlməsini demişdir. Bundan sonra Rəşad Əliyevin cinayət əməlini ifşa etmək üçün əməliyyat qrupu yaradılmışdır. Növbəti dəfə İlqar Rəşada zəng vuranda Rəşad mənzildən çıxdığını, "Şato“ klubuna getdiyini bildirib İlqarı kluba dəvət etmişdir. Bundan sonra əməliyyat qrupu idarədən çıxmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Əliyev "Şato" klubunda saxlanılaraq idarəyə gətirilmişdir. Klubda saxlanılarkən Rəşad Əliyevin oturduğu masanın üzərində narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Bundan savayı Rəşad Əliyevin yaşadığı mənzildən narkotk vasitə və psixotrop maddə aşkar edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 yanvar 2020-ci il tarixdə “İlqar" adlı şəxsin psixotrop maddə əldə edib, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatı yoxlamaq məqsədilə əməliyyat qrupu yaradılmışdır. 29 yanvar 2020-ci il tarixdə saat 15:40 radələrində yaradılmış əməliyyat qrupunun üzvləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 79 saylı binanın qarşısına gəlmişlər. Həmin küçədə gözlədikdən təxminən 10 dəqiqə sonra qeyd edilən vaxtda daxil olmuş əməliyyat məlumatına uyğun əlamətlərə malik olan bir nəfər şəxs qeyd edilən ünvana gəlmişdir. Bundan sonra həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və həmin şəxsin narkotik vasitə saxlaması ilə bağlı məlumata malik olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyanın olub-olmamasını, olduğu təqdirdə isə könüllü surətdə təqdim etməsini bildirdikdə sonuncu üzərində hər hansı bir qeyri-qanuni əşya olmadığını demişdir. Daha sonra həmin şəxs Nəsimi RPİ-nin CAŞ-yə dəvət edilmiş, Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla idarəyə gəlmişdir. İdarədə müəyyən olunmuşdur ki, həmin şəxs Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan ev 3-də yaşayan Təqsirləndirilən şəxsdur. Saxlanılan şəxsin idarədə xidməti otaqların birində dövlət hesabına təyin edilmiş müdafiəçi Səfər Hüseynovun iştirakı ilə hüquqları izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman əynində olan qara paltonun sol yan cibindən 12 ədəd psixotrop maddə olan həbləri təqdim etmişdir. Həmin maddə barədə sorğu sual edilərkən Təqsirləndirilən şəxs maddənin psixotrop maddə “MDMA”, ekstazi kimi tanınan maddə, olduğunu və həmin həbləri 29 yanvar 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Səbail rayonunun ərazisində, "Səadət" nigah sarayının qarşısında, Rəşad Əliyev adlı şəxsdən aldığını, habelə həmin şəxsi əvvəllər tanıdığını və Rəşad Əliyevin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu deyərək, hazırda ünvan 6 ünvanda olan “Şato” klubda oturduğunu bildirmişdir. Daha sonra həmin həblərin həqiqətən psixotrop maddə olmasının müəyyənləşdirilməsi üçün təhqiqalçı tərəfindən qablaşdırılaraq Ədliyyə Nazirliyinin MEM-yə göndərilmiş və müvafiq rəy alındıqdan sonra məlum olmuşdur ki, həmin maddə Təqsirləndirilən şəxs qeyd etdiyi kimi psixotrop maddə olan, ekstazi kimi tanınan “MDMA” adlı maddədir və həmin maddəni Rəşad Əliyevdən almışdır. Məhkəmə istintaqı zamanı Şahid3, Şahid1 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərəq tədqiq edilmiş Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid4 göstərmişdir ki, 29 yanvar 2020-ci il tarixdə Nəsimi rayonu, 28 Mall ticarət mərkəzinin yaxınlığında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edilməsi və onun cinayət əməlini ifşa etmək məqsədilə həmin tarixdə saat 15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin ərazidə saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 12 ədəd psixotrop maddə olan "MDMA" həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş "MDMA" həblərini ünvan 7 ünvanında “Səadət" Nikah sarayı ilə üzbəüz kafedə Rəşad Əliyev adlı şəxsdən satın aldığını demişdir. Rəşad Əliyev adlı şəxsin "Şato" adlı klubda qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olmuşdur. Lakin, Rəşad Əliyevin şəxsiyyəti müəyyən edilmədiyinə və əməliyyat məlumatı kifayət etmədiyinə görə onun ətrafında əməliyyat tədbiri keçirilməsi baş tutmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə aldığı Rəşad Əliyevin cinayət əməlini ifşa etmək üçün RPİ-nin 22-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Tariyel Mahmudovun 29.02.2020-ci il tarixli əməliyyat tapşırığı əsasında Rəşad Əliyevin ətrafında əməliyyataxtarış tədbirinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin, Rəşad Əliyevin istifadəsində isə ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Rəşad Əliyevin olduğu yerini müəyyən etmək üçün Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Rəşad Əliyevin istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng vuraraq psixotrop maddə istədiyini bildirmişdir. Rəşad evdə olduğunu və evə gəlməsini Təqsirləndirilən şəxs yazmışdır. Daha sonra Rəşad mənzildən çıxıb "Şato" klubuna getdiyini bildirmiş və İlqarı ora dəvət etmişdir. Saat təxminən 17:45 radələrində Rəşad Əliyevin olduğu ehtimal olunan ünvan 8 ünvanda "Səadət" Nikah sarayı ilə üzbəüz "Şato" klubuna daxil olmuşlar. Kluba daxil olarkən klubda masa arxasında oturmuş tanımadığı şəxs masadan duraraq qaçmağa cəhd etmişdir. Həmin şəxsin Rəşad Əliyev olması onlarda əminlik yaratdığından həmin şəxs qaçmağa cəhd edərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. Həmin vaxt Rəşad Əliyevin oturduğu masanın üzərində içərisində narkotik vasitə və psixotrop maddə olması ehtimal edilən üzərində "Off White" sözləri yazılmış qara rəngli və sarı rəngli zolaqlı karton qutu götürülmüşdür. Kardon qutunun içərisində 15 ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana, 17 ədəd bükümdə psixotrop maddə olması ehtimal edilən kütlə və 49 ədəd üzərində "Tesla" yazısı həkk olunmuş psixotrop maddə olması ehtimal edilən həblər olmuşdur. Rəşad Əliyev avtomobilə əyləşən zaman cibindən mənzilin açarı yerə düşmüşdür. Rəşad ünvan 3-də yaşadığını demişdir. Rəşada şəxsiyyət vəsiqəsini təqdim etməsini təklif edilmiş, sonuncu isə şəxsiyyət vəsiqəsinin evdə olduğunu bildirmişdir. Rəşad Əliyevin saxlanıldığı yer yaşadığı ünvanın yaxınlığında olduğu üçün Rəşad Əliyevin yaşadığı ünvana getmişlər. Rəşad Əliyev mənzilinə daxil olmaq istəmədiyini və yalnız ona vəkil verildikdən sonra mənzilə polis əməkdaşları ilə daxil olacağını bildirmişdir. Ona görə də mənzilə daxil olmamışlar və oradan birbaşa Nəsimi RPİ-nə gəlmişlər. "Şato" klubundan Rəşad Əliyevə məxsus götürülmüş narkotik vasitə, psixotrop maddələr və mənzilinin açarı raportla təhqiqatçıya təqdim edilmişdir. Hüquqlarının müdafiə edilməsi üçün idarəyə vəkil dəvət olunmuşdur. Rəşad Əliyev şübhəli şəxs qismində tutulmuşdur. Ona şübhəli şəxs kimi hüquq və vəzifələri vəkilin iştirakı ilə izah olunmuşdur. Müdafiəçi şəxsi axtarışda iştirakdan imtina etmiş, bundan sonra videokamera çəkilişi ilə Rəşad Əliyevin üzərinə şəxsi axtarış keçirilmişdir. X19 üzərində heç nə aşkar olunmamışdır. Klubdan götürülmüş 15 ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana, 17 ədəd bükümdə psixotrop maddə olması ehtimal edilən kütlə və 49 ədəd psixotrop maddə olan həblərə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə protokolu tərtib olunmuş, Rəşad Əliyev şəxsi axtarış və digər protokolları imzalamamışdır. 30 yanvar 2020-ci il tarixdə saat 20 radələrində məhkəmə qərarı əsasında axtarış aparılmasından ötrü müstəntiq Əli İmanovun rəhbərliyi ilə Rəşad Əliyevin yaşadığı Zərgərpalan küçəsi, ev 5, mənzil 70 ünvanına getmişlər. Axtarışın aparılmasına Rəşad Əliyevin atası Əhməd Əliyev də dəvət olunmuşdur. Rəşad Əliyev yaşadığı ünvana gətirilsə də, axtarışda iştirakdan imtina etmişdir. Müdafiəçi də Rəşad Əliyev iştirak etmədiyinə görə iştirakdan imtina etmişdir. Axtarışa Elşad və Aqşin adlı şəxslər hal şahidi qismində dəvət olunmuşlar. Axtarış aparılmazdan əvvəl hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müstəntiq mənzilin giriş qapısını Əhməd Əliyev və onların iştirakları ilə açmış və mənzilə daxil olmuşlar. Mənzildə elektrik olmamış, elektrikin olmadığının səbəbini bilməmişlər. Mənzildə axtarış zamanı mətbəxdən və yataq otağından 3 ədəd sellofanda qurudulmuş marixuana, 1 ədəd bağlamada psixotrop maddə olan metamfetamin və iki ədəd elektron tərəzi aşkar edilmişdir. Axtarış zamanı yataq otağında dolabda üzərində "OİT White" sözü yazılmış karton qutu aşkar edilmişdir. Həmin qutudan eynisini Rəşad Əliyev "Şato" klubunda masanın üzərində qoymuşdur və tərəflərindən içərisində narkotik vasitələr və psixotrop maddələr olan həmin qutu götürülmüşdür. Mənzilə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokolu Əhməd Əliyevdən savayı axtarışda iştirak edən şəxslər imzalamışdır. Əhməd Əliyev iddia etmişdir ki, guya narkotik vasitəni polis əməkdaşları Rəşadın mənzilinə qoyub. "Şato" klubunda Rəşadın üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Əhməd əvvəllər Bakı şəhəri, Qaradağ və Xəzər rayon Polis İdarələrinin rəisi vəzifələrində uzun müddət işləyib. Rəşad da, əvvəllər polisdə müstəntiq və əməliyyat müvəkkili işləyib. Narkotik vasitələr qəbul etdiyinə görə DİO-dan xaric edilmişdir. Rəşad və atası Əhməd hüquqşünas olduqlarına görə məsuliyyətdən necə boyun qaçırmaq üsullarını yaxşı bilirlər. Ona görə də, Rəşad Əliyev bu cür yalanlar uydurmaqla və etiraf etməməklə məsuliyyətdən boyun qaçıracağını düşünmüşdür (2-ci cild iş vərəqi 84-86). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, həmin narkotik vasitəni əvvəllər Yasamal rayonu Sovetski adlanan yerdə yaşayan və narkotik vasitələrin satışı ilə məşğul olan Saşa Qorbunov adlı şəxsdən əldə etmiş, Təqsirləndirilən şəxs onunla 2019-cu ilin sentyabr-oktyabr aylarında iş yoldaşı Elvin Əzimzadə tanış etmiş, İlqar da narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, Elvin də Saşadan narkotik vasitə almış, bir müddət sonra Elvinin Saşa ilə münasibəti pisləşdiyindən artıq Saşaya narkotik vasitə üçün bir başa müraciət edə bilməmiş, Elvin ondan xahiş etmişdir ki,Saşadan İlqar üçün narkotik vasitə qurudulmuş mariuxana alsın, İlqarla görüşərkən İlqar ona hər dəfə 50-100 manat pul vermiş və o, İlqar üçün Saşadan verilən pulun dəyərində qurudulmuş marixuana almış, İlqar üçün aldığı narkotik vasitəni İlqara verərkən, İlqar həmin narkotik vasitədən istifadə etmək üçün ona da vermiş, İlqarla göryşdüyü vaxt İlqar ona lazım olsa onun üçün «ekstazi» adlanan psixotrop maddə və digər narkotik vasitələrdən Rəşad adlı şəxsdən götürməklə təşkil edə biləcəyini, həmin narkotik vasitələrin satışından əldə olunan pulu Rəşad adlı şəxsə çatdırmalı olduğunu bildirmiş, İlqara Saşa adlı şəxsdən aldığı narkotik vasitə qurudulmuş mariuxananı verərkən İlqar ona 2 ədəd «ekstazi» həbi hədiyyə etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 göstərmişdir ki, aptekdə kuryer işləmiş, (055) ***-**-** və (070) ***-**-** mobil nömrələr ona məxsus olmaqla öz adınadır və 5-6 il olar ki həmin nömrələri istifadə edir. Ona təqdim olunan telefon danışıqlarında (077) ***-**-** və (070) ***-**-** mobil nömrələrin istifadəçisini tanıyır. Həmin mobil nömrələrin istifadəçisi tanıdığı Təqsirləndirilən şəxsdir. İlqar Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” restoranı ilə üzbəüz çoxmərtəbəli yeni tikili binada yaşayır. Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr-oktyabr aylarından tanıyır və onu İlqarla iş yoldaşı Elvin Əzimzadə tanış etmişdir. 2-3 ilə yaxındır ki, qurudulmuş marixuanadan qəbul edir və tanışı Yasamal rayonu Sovetski deyilən yerdə yaşayan Saşa Qorbunov narkotik vasitə qurudulmuş marixuana satmışdır. Tanıdığı şəxslər qurdulmuş marixuana istəyəndə onlardan pul alıb Saşadan marixuana almış və pul aldığı şəxslərə verməklə vasitəçilik etmişdir. Saşadan marixuananı kibrit qutusunda götürürmüş və Saşanın mobil nömrəsi ***-***-**-** olmuşdur. Onun qazancı yalnız vasitəçilik etdiyinə görə bir-iki büküm marixuana olmuş və qəbul etmişdir. Elvin də Saşadan qurudulmuş marixuana alıb satmış və İlqar da mariuxananı Elvindən almışdır. 2019-cu ilin təxminən sentyabr-oktyabr ayında Elvinlə Saşanın münasibətləri pisləşdiyi üçün Elvin ondan xahiş etmişdir ki, İlqar üçün Saşadan qurudulmuş marixuana götürsün. İlqar ona marixuana gətirməsi üçün pul verirmişdir. Saşadan hər dəfə bir kibrit qutusu qurudulmuş marixuana alıb İlqara verirmişdir. İlqar onun üçün qurudulmuş marixuana gətirməsi üçün 2-3 gündən bir ona 50 və ya 100 manat pul verirmişdir. O da Saşadan alıb İlqara verirmiş, İlqara marixuananı verəndə vasitəçilik etdiyinə görə bir-iki bükümdə (baş) qəbul etmək üçün götürürmüşdür. İlqar marixuananı həm qəbul edirmiş və həm də satmışdır. İlqar ona həm WhatsAppla, həm də, SMS-lə yazmışdır. Ona söz verdiyi müştərilər olduğunu, həmin müştərilərə marixuana vermək istədiyini, onun üçün marixuana təşkil etməsinin, eyni zamanda ona əgər ekstazi həblərindən, heroin və başqa narkotik vasitələrdən və psixotrop maddələrdən qəbul etmək istəsə və ya satmaq istəsə, təşkil edə biləcəyini demişdir. Hətta qurudulmuş mariuxuana verəndə İlqar ona 2 dəfə ekstazi həbini dadına baxması üçün pulsuz vermişdir. O, həmin həblərdən qəbul etmiş və xoşuna gəlmiş, lakin öyrəşmək istəmədiyi üçün İlqardan özü üçün almamışdır. Saşanın mobil nömrəsi İlqarda olmuş, belə ki X20 mobil nömrəsini vermişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində İlqar ondan xahiş etmişdir ki, onun üçün marixuana gətirsin, həmişəki kimi əvvəlcədən ona 50 manat vermişdir. O, Saşadan sonuncunun yaşadığı həyət evinin yaxınlığında 50 manatlıq bir kibrit qutusunda qurudulmuş mariuxuana alımş və İlqara zəng vurub demişdir ki, mariuxuana ondadır. İlqar bildirmişdir ki, tanışı Rəşad adlı şəxsin klubunda təmir işlərini görür və onu Səbail rayonu, M.Muxtarov küçəsində yerləşən “Şato*' adlı kluba dəvət etmişdir. Saat təxminən 16-17 radələrində həmin kluba getmiş, klubda təmir işləri getdiyini görmüş və marixuananı orada İlqara vermişdir. Söhbət zamanı İlqar ona demişdir ki, satmaq üçün ekstazini və başqa narkotik vasitələri birbaşa Rəşaddan alır. Rəşadın həmin narkotik vasitələri hardan əldə eldiyini deməmişdir. X16 dost münasibətdə olduğunu bilmişdir. Həmin vaxt anlamışdır ki, İlqar Rəşada məxsus narkotik və psixotrop maddələrin satışını təşkil edir. Əksər vaxtı İlqarla əlaqə saxlayanda Bakı metropoliteninin «İçəri şəhər» stansiyasının yaxınlığında olduğunu deymişdir. 29 yanvar 2020-ci il tarixdə günorta saatlarında İlqarla telefonla danışanda İlqar ona demişdir ki, onunla görüşmək istəyir, marixuana almaq üçün ona pul verəcək, İlqar bildirmişdir ki, üstündə Rəşaddan satmaq üçün aldığı ekstazi həbləri var, istəsə ona da, verə bilər, istəyən varsa calaşdırsın, çünki həbləri satıb pulunu Rəşada çatdırmalıdır. O, demişdir: "Mən istəmirəm, lakin ekstazi həbinin yarısının dadına baxaram". İlqar onu 28 may metrostansiyasının yaxınlığındakı 28 Mall ticarət mərkəzinin qarşısına çağırmışdır. Saat təxminən 15-16 radələrində İlqarı 28 Mall ticarət mərkəzinin qarşısında gözləyərkən, İlqarın uzaqdan gəldiyini görmüşdür. İlqarla aralarında 5-6 metr məsafə qalmış, mülki geyimlə şəxslər İlqarı tutub saxlamışlar. Bu vaxt o, qorxusundan diqqət cəlb etmədən qaçmışdır. İlqar ona həm azərbaycan həm də rus dilində SMS göndərmiş, eləcə də o İlqara rus və azərbaycan dillərində SMS yazmışdır. İlqar yazdığı SMSlərdə ekstazi həbini konfet, bir ədəd kibrit qutusunda qurudulmuş mariuxuananı boks, başqa narkotik tərkibli dərmanlan fen adlandırırmışdır. İlqarın Rəşaddan aldığı narkotik vasitə və psixotrop maddələri kim və ya kimlərə saldığını bilmir. Lakin İlqar klublarda partilərdə iştirak etdiyinə görə ekstazi və marixuananı klublarda satdığını demişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, Təqsirləndirilən şəxs birinci dəfə 40 manat pul verməklə qurudulmuş marixuana almış, ikinci dəfə Təqsirləndirilən şəxs 30 manat verməklə sonuncudan yenə də narkotik vasitə qurudulmuş mariuxana almış, 2019-cu ilin dekabr ayında İlqardan ona 100 manatlıq qurudulmuş marixuana gətirməsini xahiş etmiş, İlqar ona tapa bilsə gətirəcəyini bildirmiş, DİN-in inzibati binasının yaxınlığında İlqarla görüşərkən sonuncuya 100 manat pul vermiş, İlqar isə həmin pulun müqabilində ona 4 ədəd ekstazi həbbi vermiş, sonucu dəfə 2020-ci ilin yanvar ayında, deyəsən «Köhnə yeni il» bayramını qeyd edilən gün, yəni 13 yanvar tariixində, 189 nömrəli məktəbin yaxınlığına İlqarla görüşmüş, İlqar ona 80 manata 2 ədəd ekstazi həbbi, bir az qurudulmuş marixuana və bir bükümdə amfetamin satmış, İlqar heç vax ona narkotik vasitələri və psixotrop maddələri konkret olaraq kimdən əldə edib ona satdığını deməmişdir, o cümlədən, İlqar adlı şəxsdən narkotik vasitə aldığını deməmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 göstərmişdir ki, X3 simli musiqi alətləri fakültəsini bitirmiş, hazırda Bakı Musiqi Akademiyasında ixtisas müəllimi işləyir. Orta məktəbi rus dilində bitirmiş, buna baxmayaraq ana dilini, yəni azərbaycan dilində sərbəst danışıb yazıb oxuya bilir. Hazırda istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ona məxsusdur, anasının adınadır. Telefon danışıqlarında ona təqdim olunan ***-***-**-** və ***-***-**-** mobil nömrələrin istifadəçisini tanıyır. Həmin nömrələrə rus dilində və azərbaycan dilində smslər yazmışdır. Həmin şəxs tanıdığı Təqsirləndirilən şəxsdir. İlqar viola ifaçısıdır. İlqarı uşaqlıq illərindən tanıyır. İlqarla Bülbül adına musiqi məktəbində oxumuşdur. Musiqi tədbirlərdə İlqarla tez-tez iştirak edirmişdir. Hərdənbir narkotik vasitə olan qurudulmuş marixuana qəbul edirmişdir. 2019-cu ilin dekabr ayında İlqar birinci dəfə ona qəbul etmək üçün qurudulmuş marixuana satmışdır. Həmin ərəfələrdə depressiyada olmuş, çünki musiqi fəaliyyətində uğur qazana bilməmişdir. İlqar da, həmin ərəfələrdə ona təklif etmişdir ki, ekstazi həbi qəbul etsə, özünü yaxşı hiss edər. Birinci dəfə İlqar ona 1 ədəd ekstazi həbini 25 manata satmışdır. Ekstazi həbini qəbul edəndə bir az özünü yaxşı hiss etmişdir. Ona görə də, İlqardan ekstazi həbi istəmişdir. İlqar da, 2019-cu ilin dekabr ayında Daxili İşlər Nazirliyinin yaxınlığındakı 189 nömrəli məktəbin qarşısında ona dörd ədəd ekstazi həbini və bir ədəd sellofanda qurudulmuş marixuana satmışdır. Ekstazi həbini birini 25 manat olmaqla, 100 manata, bir bükümdə mariuxuananı isə 40 manata ona satmışdır. İlqardan aldığı narkotik vasitəni və psixotrop maddəni yalnız özü qəbul etmişvə heç kəsə verməmişdir. İlqar Wotsap yazışmalarında və sms yazışmalarında bir ədəd kibrit qutusunda marixuananı boks, ekstazi həblərini konfet və amtetamini isə fen kimi şərti işarələrlə adlandırmışdır. 2020-ci ilin yanvar ayında İlqar ona sms yazıb bildirmişdir ki, onda satlıq amfetamin və ekstazi həbləri var, istəsə ona sata bilər. Həmin vaxta qədər amfetamin qəbul etməmiş, İlqar onu 189 nömrəli məktəbin yaxınlığına çağırmışdır. Orada ona 2 ədəd ekstazi həbi, bir az qurudulmuş marixuana və bir bükümdə amfetamini ümumilikdə 80 manata satmışdır. O, da həmin norkotik vasitələri bir neçə gün ərzində özü qəbul etmiş, aldığı narkotik vasitə və psixotrop maddələrdən heç kəsə verməmişdir. İlqarın narkotik vasitə və psixotrop maddələri hardan və kimdən əldə etdiyini bilməmişdir. İlqar özü də, mariuxuana qəbul edirmiş, İlqar həmin ərəfədə Səbail rayonunda yerləşən "Şato” klubunda işləmişdir. Bir dəfə İlqar onu həmin kluba dəvət etmiş, orada pivə içmişdir. Klubu kimin işlətdiyini bilməmiş, İlqar ona bir neçə dəfə yanvar ayında ekstazi və qurudulmuş mariuxuana satmışdır. Bundan başqa İlqar ona təklif emiş ki, tanışlarından və dostlarından ekstazi həbləri, mariuxana və amfetamin istəyən olsa onun vasitəsilə sata bilər. O, isə heç kəs üçün bu maddələrdən almamış, ancaq özü üçün almışdır. Sonuncu dəfə yanvar ayının ortalarında mübahisə yarandığı üçün İlqardan narkotik vasitə istəməmiş və onunla görüşməmişdir. İlqarın ondan başqa daha kimlərə narkotik vasitə satdığını bilmir. 2020-ci ilin fevral ayınının əvvəllərində İlqarın üzərində ekstazi həbləri gəzdirdiyinə görə tutulduğunu eşitmişdir. Məhkəmə zamanı şahid qismində dinirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, «Mərkəzi Univermaq»ın yaxınığındakı Sabir kitabxanasının yerləşdiyi binanın birinci mərtəbəsində "Le chateao" caz klubu işlətmiş, Təqsirləndirilən şəxs da həmin klubda viola musiqi alətində ifadə etdiyindən sonuncunu tanımış, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almamış, İlqar ona narkotik vasitə satmamış və təklif etməmiş, yalnız bir dəfə ümumi dostları ilə keçirilən yığıncaqda İlqarla birlikdə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişlər, Təqsirləndirilən şəxs ondan 400 manat pul borc almış, Təqsirləndirilən şəxs mütamadi zəng edib, SMS-lər yazaraq həmin borcu qaytarmasını tələb etmiş, “Facebook» sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs «ekstazi» psixotrop maddəsi və başqa hər hansı narkotik vasitə sifariş etməmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 göstərmişdir ki, ***-***-**-** şaxlı mobil nömrəni 2017-ci ildən istifadə edir. Telefon danışıqlarında ona təqdim olunan 077-740- 22-21 mobil nömrənin istifadəçisini tanıyır. Həmin şəxs viola ifaçısı olan İlqardır və sonuncunu 2015-ci ildən tanıyır. Həmin illərdə Mərkəzi univermağının yaxınlığında Sabir kitabxanasının yerləşdiyi binanın birinci mərtəbəsində "Le chateao" caz klubu işlətmiş, İlqar da orada viola ifa etmişdir. 2019-cu ilin yay axlarında Xaçmaz rayonu Nabran qəsəbəsində istirahət mərkəzində festivalda olarkən içkili vəziyyətdə olmuş, xatırlamadığı tanışlarından biri ona ekstazi həbini qəbul etmək üçün vermiş və o qəbul etmişdir. İlqar da, festivalda olmuş və təxmin etmişdir ki, İlqar onun üçün göndərmişdir. Həmin ərəfələrdə İlqar ondan 400 manat borc almışdır. Lakin vaxtında borcunu qaytarmadığı və kirayə yaşadıüçün mütamadi olaraq zəng vurub borcunu istəmiş, 2019-cu ilin oktyabr ayında borcunu qaytarmışdır. 2019-cu ilin dekabr ayında kirayədə yaşadığı evdə İlqara facebookda yazıb ondan 4 ədəd ekstazi həbi və 2 bükümdə təminən 1 qram çəkidə qurudulmuş marixuana tapa biləcəyini soruşmuşdur. Ekstazi həblərinin sosial şəbəkələrdə yazışmalarda və smslərdə konfet adlandırıldığını, marixuananın kibrit qutusunda boks, kağız bükümündə çay və ya Lz adlandırıldığını bilmişdir. Ona görə İlqara facebookda yazanda ekstazini konfet, marixuananı isə Lz adlandırmışdır. İlqar soruşub deyəcəyini bildirmiş və bir neçə dəqiqədən sonra İlqarın mobil telefonunda internet olmadığı üçün ona 4 ədəd konfet və 2 Lz hazır olduğunu və onun üçün gətirdiyi barədə sms yazmışdır. İlqara yaşadığı ünvanı başa salmış və blokda görüşmüşdür. İlqar ona 4 ədəd ekstazi həbi və 2 bükümdə qurudulmuş marixuana satmış, ona kart kodu vermiş və pulu həmin karta yükləməsini bildirmişdir. O, da, həmin karta aldığı narkotik vasitə və psixotrop maddənin pulunu yükləmişdir. İlqar başqasının narkotik vasitə və psixotrop maddələrini satmış və bir növ kuryerlik etmişdir. Lakin kimin narkotik vasitə və psixotrop maddələrini satdığını bilməmişdir. İlqardan aldığı 4 ədəd ekstazi həblərini və 2 bükümdə qurudulmuş marixuananı dostları ilə birlikdə qəbul etmiş, lakin İlqardan aldığını dostlarına deməmişdir. Yalnız bir dəfə İlqardan ekstazi həbləri və marixuana almış, həmin vaxtdan sonra İlqarla görüşməmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində üzərində narkotik vasitə saxladığına görə polis əməkdaşlarının İlqarı tutub sonra buraxdıqlarını eşitmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki il əvvəl tanıdığı və dostlaşdığı Rəşad Əliyev adlı müsiqiçi dostunun evində olarkən görüb tanımış, Rəşad evinin yaxınlığındakı «Şato» klubunu işlətmiş, İlqar da həmin klubda viola musiqi alətində ifa etmiş, nə Rəşad Əliyev, nə də ki Təqsirləndirilən şəxs ona narkotik vasitə və psixotrop maddələr satmamışlar və təklif etməmişlər, bir dəfə ümumi dostlarının yığıncağında İlqarla birlikdə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişlər, Təqsirləndirilən şəxs ona göndərdiyi SMSlərin məzmunundakı «maska» sözü məhz maska barədə olmuş, İlqar ondan bir müddət əvvəl İlqara verdiyi karnaval maskalarını qaytarmasını xahiş etmişdir və həmin SMS-lərdə «maska» sözü altında narkotik vasitələri ehtiva etməmiş və nəzərdə tutmamışdır; ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 göstərmişdir k, o, zərb alətlərində ifa edir. Toylarda və müxtəlif şənliklərdə çıxış edir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsusdur və onun adınadır. ***-***-**-** saylı mobil nömrədən 5-6 il, ***-***-**-** saylı mobil nömrədən isə 2 ilə yaxındır istifadə edir. Ona təqdim olunan telefon danışıqları haqqında məlumatlarda ***-***-**-** saylı mobil nömrənin istifadəçisini tanıyır. Onun istifadəçisi Rəşad Əliyev adlı şəxsdir. Rəşadı bir il yarımdır ki, tanıyır. Belə ki, Rəşadla 28 may prospektində yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığındakı "Sintetik" klubunda tanış olmuşdur. Rəşad orada dijeylik etmişdir. Həmin klubu dostu Həzi işlətmişdir. Rəşadla orada ünsiyyətdə olmuş və sonuncu ilə münasibəti yarandığı üçün onun Daxili İşlər Nazirliyinin yaxınlığında yerləşən mənzilində dəfələrlə olmuşdur. Rəşadın musiqi alətləri olduğuna görə həmin alətləri icarəyə götürürmüşdür. Viola ifaçısı olan Təqsirləndirilən şəxs də tanıyır. İlqarı Rəşadın mənzilində görmüşdür. Rəşadın mənzilində olanda Rəşadın qurudulmuş marixuana qəbul etdiyinin şahidi olmuşdur. O, da arabir qurudulmuş marixuanadan siqaretə doldurub çəkdiyi üçün Rəşad ona 2019-cu ilin noyabr ya da dekabr aylarında qəbul etmək üçün qurudulmuş mariuxanan öz mənzilində vermişdir. Belə ki, həmin ərəfələrdə Rəşad evinin yaxınlığında yerləşən “Şato” klubunu icarəyə götürüb təmir edirmiş və ondan klubda səsləndirmə və işıq effektlərinin qurulmasında kömək istəmişdir. O, Rəşada razılıq vermiş və razılığa görə klubda həm "Art" direktor, həm də security (Facecontrol) işləməli olmuş və maaşı isə ***-**** manat arası olmalı imiş. Rəşad klubu dostu Səid Bayramovla işlətməyi planlaşdırmış və ona görə də həmin ərəfələrdə Rəşadın mənzilinə tez-tez gəlib-getmişdir. Klubun açılışı 26 yanvar 2020-ci il tarixdə olmuşdur. Rəşad birinci dəfə ona marixuananı pulsuz vermişdir. Sonradan həm "Şato" klubunda, həm də mənzilində olanda bir baş, yəni bir kağız bükümdə qurudulmuş marixuananı ona 10 manata satmışdır. Rəşad ona narkotik vasitəni satanda yanında heç kəs olmamışdır. Rəşadın klubda və mənzilində narkotik vasitə satdığını bilmişdir. Lakin onun gözü qarşısında heç kəsə satdığını görməmişdir. Dəfələrlə Rəşadın mənzilində tanımadığı qızların Rəşadla birlikdə marixuana çəkdiklərini görmüşdür. 27 yanvar 2020-ci il tarixə keçən gecə "Şato" klubunda Rəşad bir bükümdə marixuananı kürəyindən asdığı çantasından çıxarıb ona 10 manata satmışdır. Orada müştərilər çox olmuş, lakin narkotik vasitəni ona elə vermişdir ki, heç kəs görməmişdir. 26 yanvar 2020-ci il tarixdə gecə saatlarında klubun açılışı olmuş, xeyli müştəri olmuşdur. O, müştəriləri klubun qapısında yoxlayıb kluba buraxmışdır. O, qapıda durduğu üçün Rəşadın kim və ya kimlərə narkotik vasitə satdığını görməmişdir. 29 yanvar 2020-ci il tarixdə saat təxminən 18-19 radələrində Səid Bayramov ona zəng vurub Rəşadı polislərin klubda tulub apardıqlarını demişdir. Bundan başqa Rəşadın tanışı İlqarı Rzayevin də tutulduğunu eşitmişdir. İlqarın narkotik vasitə istifadəçisi olduğunu və Rəşadın İlqara narkotik vasitə satdığını bilmişdir. Çünki, İlqarı mütamadi olaraq klubda və Rəşadın mənzilində birlikdə kefli və hallı görürmüşdür. Klubdan ekstazi həblərinin çıxdığını və polis əməkdaşlarının Rəşadın mənzilindən narkotik vasitə aşkar etdiklərini də eşitmişdir. Rəşad tutulduqdan sonra 2 aya yaxın klub fəaliyyət göstərmiş və o, klubda işləmişdir. Gündəlik 10-15 manat qazanmış, lakin karantin rejimi olduğuna görə klubun fəaliyyəti dayandırılmışdır. Rəşad ona instagramda yazıb azadlığa çıxdığını və atasının mənzilində olduğunu bildirmiş və ondan keyfiyyətli qulaqcıq istəmişdir. O, da qulaqcığı götürüb Rəşadın atası Əhmədin yaşadığı Yasamal rayonu, Qutqaşenlı küçəsində yerləşən mənzilinə getmişdir. Rəşaddan evdən və klubdan aşkar olunmuş narkotik vasitələrin ona məxsus olub-olmamasını soruşmuşdur. Rəşad mənzilindən aşkar olunmuş qurudulmuş marixuananın onun olduğunu, lakin klubda aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığın, İlqarın onu polisə satdığını demişdir. Ona təqdim olunan telefon danışıqlarında ***-***-**-** mobil nömrəsinin sahibini tanıyır. Həmin şəxs Təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. İlqar viola ifaçısıdır. İlqarla tədbirlərdə bir neçə dəfə olmuşdur. “Barel", "sintetik" və "Luna park" klublarda dijeylik edəndə İlqar rəfiqəsi ilə kluba gəlmişdir. Ona təqdim olunan sms-lərdə mobil nömrəsindən çıxan sms-ləri o yazmışdır. İlqar da ona smslər yazmışdır. 2019-cu ilin noyabr ayının əvvəllərində İlqar ona rus dilində yazdığı sms-də maskaları ona qaytarmasını və onun üçün hədiyyəsi olduğunu qeyd etmişdir. İlqar hədiyyə deyəndə qurudulmuş marixuananı nəzərdə tutmuşdur. O, arabir qurudulmuş marixuana qəbul etdiyinə görə ona "Can balaşka" sözünü yazmışdır. Lakin həmin ərəfədə klubda işlədiyi üçün və vaxtı olmadığı üçün İlqarla görüşə bilməmiş və ondan marixuana ala bilməmişdir. İlqarın marixuananı kimdən və hardan əldə etdiyini bilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, X12 musiqiçi kimi tanımış, 2019-cu ilin noyabr və dekabr aylarında dəniz sahilində keçirilən partilərdə Təqsirləndirilən şəxs iki dəfə ona istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana vermiş və orada birlikdə narkotik vasitəni istifadə etmişlər, İlqar ona narkotik vasitə satmamış, hər iki dəfə ona verdiyi qurudulmuş marixuanaya görə Təqsirləndirilən şəxs pul verməmiş və İlqar da ondan marixuanaya görə pul istəməmişdir; ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 göstərmişdir ki, hazırda istifadə etdiyi ***-***-**-** mobil nömrəni 8 ilə yaxındır ki, istifadə edir. Mobil nömrə vaxt ilə Müdafiə Nazirliyinin hərbi orkestrində birlikdə işlədiyi iş yoldaşı Marat Xəlilovun adma almışdır. Telefon danışıqlarında ona təqdim olunan ***-***-**-** və ***-***-**-** mobil nömrələrin istifadəçisini tanıyır. Həmin şəxs Təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs 10 ildən artıqdır ki. tanıyır. İlqar Viola musiqi alətində ifa edir. Telefon danışıqlarında narkotikləıiə bağlı smslərin bir hissəsini o, İlqara yazmış, eləcə də. İlqar da. ona yazıb. O. hərdənbir qurudulmuş mariuxuana qəbul edir. İlqar da. 2019-cu ilin yay ax larında onun qurudulmuş marixuana qəbul etdiyini bildiyi üçün bir neçə dəfə ona qəbul etmək üçün marixuana vermişdir. Bundan başqa bir neçə dəfə İlqarla birlikdə amfetamin qəbul etmişdir. İlqar ona amfetamin vermişdir. İlqar ona amfetamini pulsuz vermişdir. İlqarın narkotik vasitəni kimdən və hardan aldığını bilmirmiş, İlqar smslərdə amfetamini fen. marixuananı sp ya da maşa adlandırırmış. İlqar 2019-cu ilin noyabr və dekabr aylarında dəniz sahilində keçirilən partilərdə bir neçə dəfə ona marixuana vermişdir. Amfetamindən cəmi 2-3 dəfə qəbul etmişdir. Onun istifadəçisi deyildir. Ekstazi həblərindən qəbul etmir. 2020-ci ilin yanvar ayının əvvəllərində narkotik vasitələrdən qəbul etməyi dayandırdığı üçün İlqarla münasibəti kəsmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində xəbər saytında oxumuşdur ki. İlqarın üzərindən ekstazi həbləri aşkar olunduğuna görə tutublar. İlqar tanıdığı dijey Rəşaddan ekstazi həblərini aldığı üçün Rəşadı da, tutublar. İlqarı 6 aya yaxındır ki. görmür. Sms mətnlərində İlqar ona təklif edir ki. amfetamin qəbul etsinlər. Bundan əvvəl İlqar ona amfetamin vermişdir, o, da. qəbul etmişdir. Lakin həmin tarixdə ona təklif edəndə o, qəbul etməmişdir. İlqar ona deyir ki. ondan çoxlu amfetamin xar. ancaq ona demir ki. onun üçün müştəri tapsın. Ondan sms də. şey istəməkdə məqsədi, marixuana istəmək olmuşdur. Lakin o, İlqardan 10 qram marixuana istəməmişdir. Ola bilsin ki. yanında olan xatırlamadığı yoldaşlarından biri İlqardan 10 qram marixuana istəyib. İlqarın Rəşadla münasibəti olduğunu bilirmiş. Rəşadın narkotik vasitələrin satışı ilə məşğul olduğunu həmin vaxtlar bilmirmiş. İlqarın amfetamini və marixuananı hardan və kimdən əldə etdiyini bilmir. İlqarın Rəşada məxsus narkotik vasitə və psixotrop maddələri satdığını bilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X14 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki tanımış, Təqsirləndirilən şəxs onun işlətdiyi «Şato» caz klubunda viola musiqi alətində ifa etmiş, o, DJ fəaliyyəti ilə məşğul olduğundan İlqar da həmin sənətə yiyələnmək üçün dəfələrlə DİN-in inzibati binasının yaxınlığındakı ona məxsus mənzilə gəlmiş və o, Təqsirləndirilən şəxs DJ-lik dərsləri keçmişdir; sonuncu dəfə Təqsirləndirilən şəxs 24 yanvar 2020-ci il tarixdə yenə də öz mənzilində görmüş, bundan sonra İlqarla əlaqəsi olmamış, o, heç vaxt Təqsirləndirilən şəxs naroktik vasitə verməmiş, İlqara narkotik vasitələr və psixotrop maddələr satmamış, İlqar da onun üçün, yəni onun tapşırığı və xahişi ilə, yaxud onunla birlikdə başqa şəxslərə narkotik vasitələr və psixotrop maddələr satmamışdır; Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən məlumatı olmamış, polis əməkdaşları tərəfindən tutulduğu vaxt Təqsirləndirilən şəxs ondan narkotik vasitə alması barədə ifadə verməsini bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MHM-nin 30 yanvar 2020-ci il tarixli 2451 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...saxlanılan şəxs: Təqsirləndirilən şəxs " yazısı olan zərfdəki, üzərində "TESEA" yazısı həkk olunmuş 12 (on iki) ədəd uçbucaq formalı sarı rəngli həblər kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir ("Ekstazi"). 12 ədəd həbdən ibarət təsiredici maddəsi MDMA-ın ümumi miqdarı 2,76 qram təşkil edir (bir ədəd həbdə 0,23 qram, MDMA olmaqla) MDMA "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir (1-ci cild iş vərəqi 109-112). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi ekspertizasının 19 fevral 2020-ci il tarixli 431 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan amfetamin və MDMA qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır (1-ci cild iş vərəqi 41-42). İşdə olan "xxxx" MMC və "xxxx" MMC-dən alınmış məmatlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi psixotrop maddənin satış məqsədi ilə əldə edib-etməməsini, Rəşad Əliyevlə psixotrop maddələrin və narkotik vasitələrin satışında əlbir hərəkət edib-etməməsini müəyyən etmək baxımından Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, X10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrlə 01 noyabr 2019-cu il tarixdən 01 may 2020-ci il tarixədək aranan və arayan nömrələrin siyahısının və abonentlərin şəxsiyyətləri barədə məlumatın, sms-lərin məntlərini, qeyd olunan mobil nömrələrlə ilə aparılan danışıqların qeydə alındığı inzibati ərazi vahidləri qeyd olunmaqla məlumatların "xxxx" MMC və "xxxx" MMC-don ələ keçirilməsi barədə Xətai rayon Məhkəməsi qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş, istifadəsində olmuş "xxxx" MMC-nin ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zənglər, sms və anten məlumatları Xətai Rayon Məhkəməsinin «05» may 2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən 08.05.2020-ci il tarixli ***-**** saylı məktubla götürülmüş ümumilikdə 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə 01 noyabr 2019-cu il tarixdən 29 yanvar 2020-ci il tarixədək olan müddət ərzində təqsirləndirilən şəxs X11 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 33 dəfə telefon əlaqəsi saxlanmışdır. Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə 1284 dəfə, Asim adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsi İlə 171 dəfə, X4 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 206 dəfə, Şahid9 Kamil oğlunun istifadəsində ***-***-**-** mobil nömrəsi ilə 675 dəfə, Şahid8 adına rəsmiləşdirilmiş və istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 12 dəfə, X5 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 48 dəfə, X8 istifadəsində olan 051-850- 80-88 mobil nömrəsi ilə 189 dəfə, Elvin adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 111 dəfə, Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 36 dəfə, X10 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 542 dəfə, Şahid6 istifadəsində olan ***-***- **-** mobil nömrəsi İlə 197 dəfə telefon əlaqəsi olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə 01 noyabr 2019-cu il tarixdən 29 yanvar 2020-ci il tarixədək olan müddət ərzində X4 istifadəsində olan ***-***- **-** mobil nömrəsi arasında 251 dəfə. X11 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 28 dəfə, Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə 384 dəfə, Asim adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 12 dəfə, Şahid9 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 738 dəfə, Şahid8 adma rəsmiləşdirilmiş və istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 16 dəfə, X5 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 52 dəfə, X8 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 204 dəfə, Elvin adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 156 dəfə, Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 10 dəfə, X10 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 136 dəfə, Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 108 dəfə sms yazışmaları olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***- ***-**-** mobil nömrələrlə yuxanda göstərilən şəxslərdən bir neçəsi ilə smslə yazışmalarda bir ədəd kibrit qutusunda qurudulmuş marixuanaya əksər hallarda şərti olaraq "boks", "spişki" və "Lz", psixotrop maddə amfetaminə isə "fen", psixotrop maddə ekstazini isə "konfet“ adlandırmışlar. Həmin yazışmaların mətinləri cinayət işinin materiallarına əlavə edilmişdir (2-ci cild iş vərəqi 287-288 və 3-cü cild iş vərəqi 34-40). İşdə olan DİN-nin X6 Xidmətindən daxil olmuş “Təhlükəsiz şəhər” kameralarından götürülmüş 3 ədəd DVD diskində videogörüntülərə baxış keçirilməsi haqqında protokolndan görünür ki, 189 və 190 saylı məktəblərlə üzbəüz yerləşən X11 yaşadığı ünvan 9 ünvanın qarşısında "Təhlükəsiz şəhər“ kamerası vardır. Götürülmüş görüntülərdən görünür ki, 29 yanvar 2020-ci il tarixdə Rəşad Əliyevin yaşadığı binanın fəsadı təmir olunur. TS-171.1. TS1-171.2 və TS1-171.3 nömrəli görüntülər saat 15:18:00dan başlayır. 15:19:59-da qurtarır. Təqsirləndirilən şəxs saat 15:19:03-də Rəşad Əliyevin yaşadığı blokdan çıxaraq Daxili İşlər Nazirliyinə tərəf getdiyi müəyyən edilir. Belə ki, əks istiqamətdə, yəni Nigar Rəfıbəyli küçəsi istiqamətində çəkən kameranın görüntüsündən görünür ki, Təqsirləndirilən şəxs binanın qarşısından təsadüfən keçmir, məhz Rəşad Əliyevin yaşadığı blokdan çıxır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Rəşad Əliyevin dəvəti ilə yaşadığı binanın üçüncü mərtəbəsinə qalxır və sonuncudan 12 ədəd psixotrop maddə olan "MDMA" həblərini alır və binadan çıxaraq DİN-nin inzibati binasına tərəf getməklə yaşadığı ünvana gedir. Onun görüntüsünün küçənin yuxarı tərəfini çəkən kamera tərəfindən qeydə alınmamasının səbəbi onun məhz Rəşad Əliyevin yaşadığı blokdan çıxmasıdır, sadəcə olaraq binanın fəsadını təmir etmək üçün binanın birinci mərtəbəsinin üstündə dəmir konstruksiya quraşdırıldığından blokdan çıxanları görmək olmur. Bundan başqa Rəşad Əliyevin idarə etdiyi "Audi“ markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil binanın qarşısındadır. Təqsirləndirilən şəxs şəxsi axtarış videoçəkilişindən görünür ki, əynində qara rəngli palto və ayağında idman ayaqqabısı, ayaqqabının dabanı ağ rənglidir. Eynilə "TŞ" tərəfindən qeyd alınmış görüntüdən də, görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli palto və ayağında dabanı ağ rəngli olan idman ayaqqabısı vardır. TS-171.1 (2) və 171.2 (2) saylı görüntülər saat 17:07:59-da başlayır. 17:09:59-də bitir. Görüntülərdən görünür ki, Rəşad Əliyev yaşadığı blokdan kürəyinə idman çantası asılmış vəziyyətdə və siqaret çəkə-çəkə çıxır və binanın qarşısında saxladığı “Audi" markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşir. TS 1-171.1 (3), TS1-171.2 (3) və TS1-171.3 (3) saylı videogörüntülər saat 18:02:00-da başlayır, 18:05:59-da bitir. Həmin görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, polis əməkdaşları Rəşad Əliyevlə birlikdə sonuncunun yaşadığı binanın qarşısına gəlirlər (2-ci cild iş vərəqi 99-100). İşdə olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 31 yanvar 2020-ci il tarixli əməliyyat- axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında qərarından görünür ki, Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 29 yanvar 2020-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir (2-ci cild iş vərəqi 218-219). İşdə olan Nəsimi rayon prokurorluğunun 16 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 -ci maddəsi ilə ittiham elan olunarkən ifadəsində və ondan əvvəl Bakı şəhər prokurorluğuna ünvanladığı ərizəsində istintaqa verdiyi əvvəlki ifadələri təkzib edərək üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını, psixotrop maddənin Nəsimi Rayon Polis idarəsinin əməkdaşları tərəfindən cibinə qoyulduğunu və polis idarəsində ona cinayəti etiraf etməyə görə işgəncələr verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanması rədd olunmuşdur (1-ci cild iş vərəqi 145-146). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 106). İşdə olan 05 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 2 .76 qram çəkidə psixotrop maddə olan 10 ədəd MDMA həbləri 1 ədəd möhürlənmiş paketdə 17 iyun 2020-ci il tarixli maddi sübut qismində tanıma qərarı ilə maddi sübut qismində tanınmış və Bakı Şəhər Baş Polis İdarəsinin Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılır. "Azercell" BM-dən daxil olmuş telefon danışıqları haqqında məlumatları daşıyan 2 ədəd CD diski. Təhlükəsiz Şəhər kameralarından götürülmüş görüntülərə dair 3 ədəd DVD diski. "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diski, şəxsi axtarış və baxış, mənzildə axtarışın aparılmasına dair 3 ədəd DVD diski maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir (3-cü cild iş vərəqi 201-236) İşdə olan 29 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 24-27). İşdə olan 31 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 189). İşdə olan Xətai Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı 22 iyun 2020-ci il tarixdən hesablanmışdır (3-cü cild iş vərəqi 161- 164). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxshalında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etməsi, daşıqmaqla saxlaması tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (2-ci siyahı, psixotrop maddələr)» əsasən psixotrop maddə olan MDMA-nın külli miqdarının aşağı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı 12 ədəd psixotrop maddə olan MDMA həblərinin ümumi çəkisi 2,76 qram olduğundan külli miqdar təşkil etmir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlər Şahid5, Şahid7, Şahid8, Şahid9 və X11 ibtidai istintaq zamanı verdikləri ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edərək daşımaqla saxlaması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və həmçinin məhkəmə iş üzrə şahidlər Şahid5, Şahid7, Şahid8, Şahid9 və X11 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələrin Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə verilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 29 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək həbsdə olduğu 2 gün azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi 22 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 29 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək həbsdə olduğu 2 gün azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmaqla cəza çəkməsinin başlanğıcının 22 iyun 2020-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator X2 dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 19 fevral 2020-ci il tarixli 431 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan amfetamin və MDMA qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd möhürlənmiş paketdə 17 iyun 2020-ci il tarixli qərarla maddi sübut qismində tanınmış və Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 2,76 qram çəkidə psixotrop maddə olan 10 ədəd MDMA həbləri məhv edilməli, "Azercell" BM-dən daxil olmuş telefon danışıqları haqqında məlumatları daşıyan 2 ədəd CD disk, Təhlükəsiz Şəhər kameralarından götürülmüş görüntülərə dair 3 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, şəxsi axtarış və baxış, mənzildə axtarışın aparılmasına dair 3 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2.1 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd möhürlənmiş paketdə Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 2,76 qram çəkidə psixotrop maddə olan 10 ədəd MDMA həbləri məhv edilsin. İş üzrə maddi sübutlar - "Azercell" BM-dən daxil olmuş telefon danışıqları haqqında məlumatları daşıyan 2 ədəd CD disk, Təhlükəsiz Şəhər kameralarından götürülmüş görüntülərə dair 3 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, şəxsi axtarış və baxış, mənzildə axtarışın aparılmasına dair 3 ədəd DVD diski cinayət işində saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bak Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar