Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-275/2022 21.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1994-cü il aprelin 08-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs 2021-ci il iyunun 28-də saat 23 radələrində tanışı Zərərçəkmiş şəxs ilə restoranda yeyibiçdikdən sonra hesabı ödəməyə görə pul götürüb qayıdacağını bildirərək yaşadığı evə getmiş və geri qayıtmamış, sonuncu onun geri qayıtmamasını aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evin qarşısına gəlmiş, orada sonuncu mübahisə yaratmaqla özünün şəxsiyyətini Zərərçəkmiş şəxs fövqündə üstün tutub haqsız olaraq başladığı mübahisədən cüzi səbəb kimi istifadə etmiş və heç bir əsaslı səbəb olmadan öz davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıqaydın etinasızlıq göstərməklə evdən götürdüyü bıçaqla bir dəfə sonuncunun bel nahiyəsindən vurub Zərərçəkmiş şəxs sol bel nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığa yüngül, bir dəfə isə qarnından vuraraq qarnın ön divarının sağ yarısının boşluğa nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, köndələn çənbər bağırsağın və böyük piyliyin zədələnməsi, daxili qanaxma ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, üç aydan artıq müddətdir birlikdə işlədiyi Zərərçəkmiş şəxslə münasibətləri normal olmuşdur. 2021-ci il iyunun 28-də səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində olarkən Nadircan, sonuncunun qayınları Samir və Şahidlər ilə bərabər dənizə gedərək saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədliyə gəlmişdir. Orada Samir onlardan ayrılmışdır və qalanlar kafelərdən birində pivə içmək barədə razılışmışlar. O, puldan narahat olmamağı söyləməklə üçünün getdiyi, Bakı metropoliteninin «Əhmədli» stansiyası yaxınlığında yerləşən «Dost» kafesində yeyib-içdikdən sonra hesab çox olmasına görə Nadircanla Zamirə qardaşından pul götürüb qayıdacağını demiş, lakin qardaşı evdə olmadığından və içkili olduğundan yatmış, saat 23 radələrində döyülən giriş qapısını açdıqda Nadircanı görmüş, sonuncu hesabı ödəmədiyi üçün iradını bildirərək aralarında mübahisə yaratmış, onu nalayiq söyüşlərlə təhqir etdiyinə görə o, mətbəxdən götürdüyü qırmızı dəstəkli meyvə bıçağı ilə iki dəfə Nadircanın qarın nahiyəsinə doğru zərbə vurmuş, ikinci zərbədən sonra bıçağın tiyəsi sınmış və sonuncu yerə yıxılmışdır. Həmin vaxt səsə çöldə gözləyən Zamir Nadircana yaxınlaşmaqla sonuncunu qaldırıb aparmışdır. Hərəkətindən çox peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Özünü Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə uyğun ifadə verib əlavə olaraq göstərdi ki, sonuncunu bir yerdə tikintidə fəhlə işləyərkən tanıyır. 2021-ci il iyunun 28-də o, qayınları Samir və Şahidlər və Kamran ilə Bakı şəhərinin Xətai rayonundakı «Dost» kafesində yemək yemeklə spirtli içki qəbul etdikdən sonra sonuncu hesabı ödəməkdən ötrü pulun dalınca evə gedib qayıtmamış, məcburiyyət qarşısında qalaraq Zamir zəng etməklə dostundan 23 manat borc pul istəmişdir. Hesabı ödəyib Kamranın yaşadığı ünvan 1 ünvanında yerləşən evinin yanına gəldikdə Zamir maşında oturmuş, onun döydüyü qapını açan Kamrana irad bildirərək aralarında mübahisə yaranmış, o, sonuncunu söydüyündən Kamran onu bıçaqla vurmuş, münaqişə onun tərəfindən başlandığı və təqsirləndirilən şəxs sonradan ona vurduğu zərəri tamamilə ödədiyi üçün sonuncu ilə barışmışdır, Kamrana qarşı heç bir iddiası və tələbi yoxdur. İstintaq zamanı hirsli olduğundan sonuncunu söymədiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilən Şahid zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə analoji ifadə verməklə yanaşı göstərdi ki, hadisə vaxtı o, avtomobildə oturub telefonla oynamış, bir qədər keçdikdən sonra Nadircanın yerə yıxıldığını, salondan aşağı düşərək sonuncuya yaxınlaşdıqda Nadircanın qarın hissəsindən qan axdığını görmüş, dərhal sonuncunu maşına əyləşdirməklə xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismində ibtidai araşdırmada dindirildiyi zaman Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə tövsif edilən ittiham üzrə özünü təqsirli bilmişdir (iş vərəqi 9, 30-11, 59-60 və 133-135). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 02 iyul tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən evin qarşısına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən predmet və ya əşya aşkarlanmamış, fotoşəkillərin kserosurətləri protokola əlavə edilmişdir (iş vərəqi 11-15). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 02 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 24). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 02 iyul tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan iş üzrə şahid Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən evi göstərib ifadəsini təsdiq etmiş, fotoşəkillər protokola əlavə olunmuşdur (iş vərəqi 32-34). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 02 iyul tarixli protokoldan görünür ki, 3 saylı Şəhər Klinik Xəstəxanasından götürülən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynəyə baxış zamanı köynəyin ön hissəsinin aşağı tərəfində bir ədəd deşilmiş-kəsilmiş, arxa hissəsinin sol aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə olması müəyyənləşdirilmişdir (iş vərəqi 36-37). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 03 iyul tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilib ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 49-50). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2021-ci il 03 iyul tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il iyulun 02-dən hesablanaraq həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 67-71). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyulun 29-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 75-76). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 15 iyul tarixli 646 nömrəli ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – qarnın ön divarının sağ yarısının boşluğa nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, köndələn çənbər bağırsağın və böyük piyliyin zədələnməsi, daxili qanaxma, sol bel nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənməklə müddəti 2021-ci il iyunun 28-nə uyğundur, qarnın ön divarının deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır, sol bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (iş vərəqi 85-86). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2021ci il 08 sentyabr tarixli 433/2021-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ-orta nahiyəsində bir ədəd və köynəyin arxa hissəsinin sol-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilməklə həmin zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir, köynəyin ön hissəsinin sağ-orta nahiyəsində aşkar edilən bir ədəd deşilmiş-kəsilmiş zədə sonuncunun qarnının ön divarının sağ yarısında, köynəyin arxa hissəsinin sol-aşağı nahiyəsində aşkarlanan bir ədəd deşilmişkəsilmiş zədə isə onun bədəninin sol bel nahiyəsində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər (iş vərəqi 88-89). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2021ci il 13 sentyabr tarixli 602/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək üzərində qan ləkəsi aşkarlanmamışdır (iş vərəqi 91-94). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 08 oktyabr tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə qismən razılaşıb Zərərçəkmiş şəxs nalayiq söyüşləri nəticəsində əsəbiləşib sonuncunu bıçaqla iki dəfə vurduğunu bildirmişdir (iş vərəqi 107- 109). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 08 oktyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsindən həmin Məcəllənin 126.2.4.-cü maddəsinə tövsif olunaraq ona yenidən ittiham elan olunmuş, barəsində Azərbaycan Respublikasının CM-nin 221.3.-cü, 228-ci və 29,120.1.-ci maddələri, Şahid barəsində Azərbaycan Respublikasının CM-nin 126-cı və 221-ci maddələri ilə cinayət təqibinə xitam verilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün sahibinə qaytarılmışdır (iş vərəqi 110-119 və 121-122). Məhkəməyə 2021-ci il noyabrın 29-da təqdim olunan ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, sonuncuya yüngül cəza verilməsini xahiş edir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının tərtib etdiyi 2021-ci il 27 noyabr tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təcridxanada saxlandığı müddətdə daxili rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmiş, birlikdə saxlandığı şəxslərə qarşı rəftarı qənaətbəxş olmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs bıçaqla qəsdən sağlamlığa ağır zərər vurması, yəni Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə tövsif olunması yanlışdır. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsində nəzərdə tutulan ittihamı elan edərkən onu əsas götürmüşdür ki, o, xuliqanlıq niyyəti ilə öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs bıçaqla iki dəfə qəsdən vurmuşdur, Təqsirləndirilən şəxs sonuncunun sağlamlığına qəsdən zərər vurması cinayətini xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmış, xuliqanlıq niyyətinin nədə ifadə olunduğunu açıqlamayaraq Təqsirləndirilən şəxs törətmiş olduğu qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı cinayət əməlini Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən zərər vurması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı zərər çəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndinə əsasən, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı mübahisə şəxsi münasibətlər zəminində baş verdiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici, zərər çəkmiş şəxsin və şahidin ifadələri, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutun mövcudluğu, ekspertiza rəyləri, eləcə də cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən peşman olmasını, saxlandığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynəyin maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il iyulun 02-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il iyulun 02-dən hesablansın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynəyin maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-275/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-275/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver