Məhkəmə qərarları › İş №1(101)-275/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-275/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-275/2023 15.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X9-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1, nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Vəkillər bürosunun vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Vəkillər bürosunun vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, psixoloq–müəllim X1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, natamam orta təhsilli, məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 4 saylı evin, 21 saylı mənzilində qeydiyyatda olub həmin ünvanda da yaşayan, barəsində başqa yerə getməmək növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə saat 21:00 radələrində ünvan 1 ünvanında yerləşən Vaqif Mirzəyev adına 281 saylı tam orta məktəbin qarşısında nənəsi X6 gecə saatları olmasına görə vaxtında evə gəlməsi ilə bağlı çağırışı zamanı, nənəsi ilə davranışda, əxlaq və mənəviyyat normalarına hörmətsizlik edib, özündən yaşlı və qayğıkeş nənəsinə kobud cavab qaytarmasına görə qonşusu Zərərçəkmiş şəxs tərəfindən ona özündən yaşlı nənəsi ilə qeyd edilən tərzdə danışığın düzgün olmaması barədə tutulmuş haqlı irada görə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi kəsici-deşici əşya ilə sonuncunu vurub ona döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edərək sağ ağciyərin zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin cızığı, sol bazu oynağı nahiyəsinin deşilmiş kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadələrində göstərdi ki, 14 aprel 2022-ci il tarixdə saat 21:00 radələrində Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 49 saylı ünvanındakı məktəbin qarşısında yaxın tanışları Şahid1, Şahid3 və Şahid2 görüb onların yanına getmişdir. Az sonra digər tanışı Zərərçəkmiş şəxs da ora gəldi. Onlar orada paralel qollarda idman hərəkətləri etməyə başlamışlar. Bu zaman nənəsi Ruqiyə ora gələrək ona irad tutmuşdur ki, hardasan, evə niyə gəlmirsən. O da nənəsinə qışqıraraq get evə deyib, əlini yumruq formasına salaraq nənəsinə onun beynini xarab eləməməsini deyib ona irad tutmuşdur. Bundan sonra nənəsi getmişdir. Özü isə nənəsi ilə uşaqların yanında etdiyi mübahisəyə görə əsəbləşərək aqressivləşmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs kənardan adamların ona baxdığını, gərək nənəsi ilə mübahisə zamanı kobudluq etməməydin dedi. O da Zərərçəkmiş şəxs onun işinə qarışmamağı və başını xarab etməməyi deyib hər iki əli ilə Zərərçəkmiş şəxs sinəsindən yumruqla vurmuşdur. Bundan sonra onun Zərərçəkmiş şəxs ilə arasında mübahisə yaranmışdır. Həmin vaxtı o, Zərərçəkmiş şəxs yaxasından hər iki əli ilə yapışaraq kənara çəkib qəfildən üzərində olan, yaşadığı evdən götürdüyü mətbəx bıçağını cibindən çıxararaq Zərərçəkmiş şəxs üç-dörd dəfə bıçaqla vuraraq ona bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs əynində ağ rəngli kofta var idi. Ani vaxtda o, qana bulandı. O, Şahid1, Şahid3 və Şahid2 yaxınlaşaraq bir səhv etdiyini deyib onlardan Hüseynə kömək etməyi xahiş etmişdir. Uşaqlar da ona ona heç bir köməklik edə bilməyəcəklərini və onun düz hərəkət etmədiyini dedilər. O da bundan sonra hadisə yerindən qaçıb getmişdir. Şahid1, Şahid3 və Şahid2 bilrikdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında olan mənzilinə apardılar. Hazırda Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, o, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 3 A saylı evin, 56 saylı mənzilində yaşayır. 14 aprel 2022-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evin qarşısındakı məhlədə Şahid1, onun Ramiz adlı tanışı ilə görüşmüşdür. Elvin dedi ki, Tural və Nihad adlı uşaqlar da onların yanına gələləcklər. Təxminən bir neçə dəqiqədən sonra Tural və Nihad onların olduğu yerə gəldilər. Onlar ordan-burdan söhbət etmişlər. Bir neçə dəqiqədən sonra Tural evə getdi və təxminən on dəqiqə sonra Tural geri qayıdıb gəldi. Bundan sonra onlar söhbət edə-edə Hövsan qəsəbəsində olan məhlələri gəzib bilrikdə Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 3 A saylı evin qarşısında olan məhləyə qayıtmışlar. Daha sonra onlar Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 49 saylı ünvanda, yəni Vaqif Mirzəyev adına 281 saylı tam orta məktəbin qarşısında olan paralel qolların yanına gələrək söhbət etmişlər. Bir qədər sonra Turalın nənəsi Ruqiyyə xanım onların olduğu yerə gəldi və salam verib, necəsiz deyib Turala bildirdi ki, gecdir, hava qaralıb gəl evə. Tural isə nənəsi ilə xoşa gələn formada danışmadı. Ona açıqlı cavab verdi. Turalın nənəsi çıxıb getdi. Turalın bu hərəkətləri onun da xoşuna gəlməmişdir. Turalın nənəsi gedəndən sonra o, Turala bildirmişdir ki, adam öz nənəsi ilə bu tonda danışmaz, ayıbdır, yaşlı adamdır. Tural isə nənə onundur, özü bilər, bunun ona heç bir aidiyyəti yoxdur deyib onun üzərinə gəlmişdir. O da Turalı özündən kənara itələyib onun sifətinə bir yumruq vurmuşdur. Bu vaxt onun yanında olan Elvin onların arasına girmiş, Nihad isə onu kənara itələyən zaman Tural ani vəziyyətdə onu bıçaqla vurub kənara çəkildi və ona yenidən bıçaq atmaq istəyən zaman o, arxaya çəklimiş və ikinci dəfə bıçaq ona dəyməmişdir. Buna baxmayaraq Tural ona bir neçə dəfə bıçaqla vuraraq xəsarət yetrmişdir. Şahid1 da onu yaşadığı mənzilə aparmışdır. Xalası Şahid5 da Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edərək hadisə barəsində məlumat verdi. Özü isə təcili yardım stansiyasının həkimləri ilə bilrikdə 3 saylı Şəhər Kiliniki xəstəxanasına getmiş və həmin xəstəxanada əməliyyat olunmuşdur. Hazırda səhhətinin yaxşıdır. Təqsirləndirilən şəxslə barışmamışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid X12 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. 14 aprel 2022-ci il tarixdə saat 20:30 radələrində o, yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 4 saylı evin, 21 saylı mənzilindən çıxaraq çörək almağa getmişdir. Həmin vaxt o, nəvəsi Təqsirləndirilən şəxs ünvan 1 ünvanda, yəni Vaqif Mirzəyev adına 281 saylı tam orta məktəbin qarşısında görmüşdür. Bundan sonra o, Turala yaxınlaşaraq artıq havanın qaranlıq olduğunu deyib evə çağırmışdır. Tural isə ona irad tutub hələ evə gəlməyəcəyini dedi. Sonradan ona məlum olmuşdur ki, 14 aprel 2022-ci il tarixdə saat 21:00 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ünvan 1 ünvanda, yəni Vaqif Mirzəyev adına 281 saylı tam orta məktəbin qarşısında Turalla mübahisəsi yaranmış və mübahisə zamanı Tural Pərvizi bıçaqla vuraraq bədən xəsarəti yetirmişdir.Təcili yardım həkimləri Pərvizi 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. Özü Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 3 A saylı evin, 56 saylı mənzildə yaşayır. 14 aprel 2022-ci il tarixdə saat 22:00 bacısı oğlu Zərərçəkmiş şəxs qan içində onlara gəlmişdi. O da Pərvizə ilkin yardım edib və mobil telefonla Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edərək Zərərçəkmiş şəxs bıçaqlanması barədə məlumat vermişdir. Daha sonra təcili yardımın həkimləri gələrək Zərərçəkmiş şəxs 3 saylı şəhər kliniki xəstəxanasına apardı. Daha sonra ona məlum olmuşdur ki, 14 aprel 2022-ci il tarixdə saat 21:00 radələrində bacısı oğlu Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən Vaqif Mirzəyev adına 281 saylı tam orta məktəbin qarşısında qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə mübahisəsi yaranmış və mübahisə zamanı Tural Pərvizi bir neçə dəfə bıçaqla vuraraq ona bədən xəsarəti yetirmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda olan Vaqif Mrzəyev adına 281 saylı tam orta məktəbin qarşısında yaxın tanışları Şahid3, Şahid2 və Zərərçəkmiş şəxs ilə görüşmüşdür.Həmin zaman Şahid3, Şahid2 və o ünvan 2 ünvanda olan Vaqif Mrzəyev adına 281 saylı tam orta məktəbin qarşısında olan parkda birlikdə paralel qol etmişdir.Daha sonra yaxınlıqda olan futbol meydanşasında tanışı Zərərçəkmiş şəxs onlar ilə birlikdə ünvan 3 ünvanda olan Vaqif Mrzəyev adına 281 saylı tam orta məktəbin qarşısında olan parkda paralel qol etmişdir.Bir qədər sonra digər tanışı Təqsirləndirilən şəxs gələrək onlar ilə birlikdə paralel qol etmişdir.Daha sonra Təqsirləndirilən şəxs nənəsi gələrək Turala irad bildirmişdir ki, hardasan evə niyə gəlmirsən. Həmin zaman Tural nənəsinə qışqıraraq get evə, hətta əlini yumruq formasına salaraq bildirmişdir ki, beynimi xarab eləmə vuraram səni.Bundan sonra Turalın nənəsi çıxıb getmişdir.Həmin zaman Tural nənəsi ilə etdiyi mübahisəyə görə bir balaca aqressivləşmişdir.Həmin vaxt Zərərçəkmiş şəxs Turala bildirmişdir ki, kənardan vətəndaşların baxmasını, gərək nənən ilə mübahisə kobudluq etməməyi qeyd etmişdir.Həmin vaxt Tural, Zərərçəkmiş şəxs bildirmişdir ki, sən qarışma və başımı xarab eləmə.Həmin vaxt Tural hər iki əlləri ilə Zərərçəkmiş şəxs sinəsindən yumruqla vurmuşdur.Bundan sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır.Həmin vaxtı Tural, Zərərçəkmiş şəxs yaxasından hər iki əlləri ilə yapışaraq paralel qol olan hissədən kənara çəkmiş və qəfil olaraq üzərində olan bıçaqla Zərərçəkmiş şəxs 3-4 dəfə qəsdən bıçaqla vuraraq bədən xəsarətləri yetirmişdir.Həmin zaman onlar görmüşdür ki, Zərərçəkmiş şəxs əynində olan ağ rəngli kofta ani vəziyyətə qan içində olmuşdur.Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq bildirmişdir ki, ona köməklik edin bir səhvdir etmişdir, lakin uşaqlar ona bildirmişdir ki, ona heç bir köməklik edə bilməyəcəklərini və düz hərəkət etmədiyi barədə irad bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb getmişdir.Beləliklə də o, Şahid3 və Şahid2 ilə bilrikdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında olan mənzilinə aparmışdılar.Daha sonra o, Şahid3 və Şahid2 bilrikdə bir qədər parkda gəzərək özlərinə gəldikdən sonra yaşadığları evə getməsini göstərmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, 14 aprel 2022-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda olan Vaqif Mrzəyev adına 281 saylı tam orta məktəbin qarşısında yaxın tanışları Şahid1, Şahid3 və Zərərçəkmiş şəxs ilə görüşmüşdür.Həmin zaman Şahid1, Şahid3 və o ünvan 2 ünvanda olan Vaqif Mirzəyev adına 281 saylı tam orta məktəbin qarşısında olan parkda birlikdə paralel qol etmişdir.Daha sonra yaxınlıqda olan futbol meydanşasında tanışı Zərərçəkmiş şəxs gələrək onlar ilə birlikdə ünvan 3 ünvanda olan Vaqif Mrzəyev adına 281 saylı tam orta məktəbin qarşısında olan parkda paralel qol etməyə başlamışdır.Bir qədər sonra digər tanışı Təqsirləndirilən şəxs gələrək onlar ilə birlikdə paralel qol etməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs nənəsi gələrək Turala irad bildirmişdir ki, hardasan evə niyə gəlmirsən.Həmin zaman Təqsirləndirilən şəxs nənəsinə qışqıraraq get evə hətta əlini yumruq formasına salaraq nənəsinə bildirmişdir ki, beynini xarab eləmə səni vurmağı ilə bağlı bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs nənəsi çıxıb getmişdir.Həmin zaman Təqsirləndirilən şəxs nənəsi ilə etdiyi mübahisəyə görə əsəbləşərək aqressivləşmişdir.Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, kənardan vətəndaşların ona baxmasını, gərək nənən ilə mübahisə kobudluq etmədiyini demişdir.Həmin vaxt Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs bildirmişdir ki, sən qarışma və başını xarab eləmə. Həmin vaxt Təqsirləndirilən şəxs hər iki əlləri ilə Zərərçəkmiş şəxs sinəsindən qəsdən yumruqla vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Elmməddin oğlu ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır.Həmin vaxtı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs yaxasından hər iki əlləri ilə yapışaraq paralel qol olan hissədən kənara çəkmiş və qəfil olaraq üzərində olan bıçaqı çıxararaq Zərərçəkmiş şəxs 3-4 dəfə qəsdən bıçaqla vuraraq bədən xəsarəti yetirmişdir.Həmin zaman onlar görmüşdür ki, Zərərçəkmiş şəxs əynində olan ağ rəngli kofta ani vəziyyətə qan içində olmuşdur.Həmin vaxt Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq bildirmişdir ki, ona köməklik edin bir səhvdir etmişdir, lakin o, ona bildirmişdir ki, ona heç bir köməklik edə bilmədiyini və düz hərəkət etməməyi barədə irad bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb getmişdir.Beləliklə də o, Şahid1 və Şahid3 ilə bilrikdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında olan mənzilinə aparmışdır.Daha sonra o, Şahid1 və Şahid3 bilrikdə bir qədər parkda gəzərək özlərinə gəldikdən sonra yaşadığı evə getməsini göstərmişdir. Şahid3 ifadəsində göstərmişdir ki, 14 aprel 2022-ci il tarixdə saat 21:00 radələrində ünvan 1 ünvanda olan Vaqif Mrzəyev adına 281 saylı tam orta məktəbin qarşısında yaxın tanışları Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs ilə görüşmüşdür.Həmin zaman Şahid1, Şahid2 və o ünvan 2 ünvanda olan Vaqif Mirzəyev adına 281 saylı tam orta məktəbin qarşısında olan parkda birlikdə paralel qol etmişdir.Daha sonra yaxınlıqda olan futbol meydançasında tanışı Zərərçəkmiş şəxs gələrək onlar ilə birlikdə ünvan 3 ünvanda olan Vaqif Mrzəyev adına 281 saylı tam orta məktəbin qarşısında olan parkda paralel qol etməyə başlamışdır.Bir qədər sonra digər tanışı Təqsirləndirilən şəxs gələrək onlar ilə birlikdə paralel qol etməyə başlamışdır.Daha sonra Təqsirləndirilən şəxs nənəsi gələrək Turala irad bildirmişdir ki, hardasan evə niyə gəlmirsən.Həmin zaman Təqsirləndirilən şəxs nənəsinə qışqıraraq getməsini, evə hətta əlini yumruq formasına salaraq nənəsinə bildirmişdir ki, beynini xarab eləmə səni vuraram.Bundan sonra Təqsirləndirilən şəxs nənəsi çıxıb getmişdir.Həmin zaman Təqsirləndirilən şəxs nənəsi ilə etdiyi mübahisəyə görə əsəbləşərək aqressivləşmişdir.Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, kənardan vətəndaşlar sənə baxır, gərək nənən ilə mübahisə kobudluq etməməyi barədə irad bildirmişdir.Həmin vaxt Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs bildirmişdir ki, sən qarışma və başını xarab eləmə.Həmin vaxt Təqsirləndirilən şəxs hər iki əlləri ilə Zərərçəkmiş şəxs sinəsindən qəsdən yumruqla vurmuşdur.Bundan sonra Təqsirləndirilən şəxs Elmməddin oğlu ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır.Həmin vaxtı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs yaxasından hər iki əlləri ilə yapışaraq paralel qol olan hissədən kənara çəkmiş və qəfil olaraq üzərində olan bıçağı çıxararaq Zərərçəkmiş şəxs 3-4 dəfə qəsdən bıçaqla vuraraq bədən xəsarəti yetirmişdir.Həmin zaman onlar görmüşdür ki, Zərərçəkmiş şəxs əynində olan ağ rəngli kofta ani vəziyyətə qan içində olmuşdur.Həmin vaxt Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq bildirmişdir ki, ona köməklik edin bir səfdi etmiş, lakin o onlara bildirmişdir ki, ona heç bir köməklik edə bilmədiyini və o düz hərəkət etməmişdir.Bundan sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb getmişdir.Beləliklə də o, Şahid1 və Şahid2 ilə bilrikdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında olan mənzilinə aparmışdır.Daha sonra o, Şahid1 və Şahid2 bilrikdə bir qədər parkda gəzərək özlərinə gəldikdən sonra yaşadığı evə getməsini göstərmişdir. Şahid X8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacı oğludur. Belə ki, o ailə üzvüləri ilə bilrikdə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 3 A saylı evin, 56 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır.Belə ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 3 A saylı evin, 56 saylı mənzilində olan zaman yaşadığı mənzilin giriş qapısı döyülmüş və bacısı Şahid5 dərhal qapını açan zaman görmüşdür ki, bacısı oğlu Zərərçəkmiş şəxs qan içində olmuşdur.Bu vaxt Şahid5 qız, Zərərçəkmiş şəxs yardım edib və mənzildə olan ümumi istifadələrində olan ***-***-**-** saylı mobil telefonla şəxsən anası X5 məxsus mobil telefonla Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edərək Zərərçəkmiş şəxs bıçaqlanması barədə məlumat vermişdir.Daha sonra onlara məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində bacısı oğlu Zərərçəkmiş şəxs ünvan 1 ünvanda, yəni Vaqif Mirzəyev adına 281 saylı tam orta məktəbin qarşısında qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə sözlə mübahisəsi yaranmış və mübahisə nəticəsində Təqsirləndirilən şəxs bacısı oğlu Zərərçəkmiş şəxs qəsdən bıçaqla vuraraq bədən xəsarəti yetirmişdir.Daha sonra təcili yardımın həkimləri gələrək onun ilə bilrikdə Zərərçəkmiş şəxs yaxınlıqda olan 3 saylı şəhər kliniki xəstəxanasına aparmışdır.Hazırda Zərərçəkmiş şəxs səhhəti yaxşıdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 22 aprel 2022-ci il tarixli 411 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edərək sağ ağciyərin zədələnməsi ilə müşaiyət olunmuş deşilmişkəsilmiş yarası, qarın nahiyəsinin boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin cızığı, sol bazu oynağı nahiyəsinin deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət) təsirindən, döş qəfəsinin cızığı isə iti uclu əşya (alət), ola bilsin deşici-kəsici əşya (alət) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 14 aprel 2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər.Vət.Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lkalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin onun özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmədə elan edilib araşdırılmış Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının 14 may 2022-ci il tarixli 1209 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən zaman hər hansı psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcbur müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-Psixoloji ekspertizası üzrə aparılan müayinə zamanı Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs törətdiyi hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlni anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsini və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 30 apel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi müəyyən olundu. Məhkəmədə Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışmadığını bildirdilər. Məhkmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi yetkinlik yaşına çatmayan şəxs olması, ətraflı ifadələr verib, törətdiyi əməldən peşman olması və cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünkü məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmənin bu qənaəti onun ittiham olunduğu əməli törədilməsini təsvir edən halları, onun həmin əməli törətməmişdən əvvəl, əməlin törədilməsi zamanı və əməli törətdikdən sonrakı davranışı əsasında gəlir. O, yetkinlik yaşına çatmamış olmasına baxmayaraq icazəsiz olaraq axşam vaxtı evdən çıxmış, üzərində kesici-deşici alət gəzdirmiş, vaxtsız evdən çəxdığına görə onu evə çağıran nənəsinə qarşı və həmin vaxtda ətrafda olan şəxslərə qarşı qeyri etik davranış nümayiş etdirib ona ” beynimi xarab etmə” deyib “yumruq” göstərib nənəsinə qarşı dözülməməzilik göstərmişdir. Bundan sonra belə davraanış nümayiş etdirdiyinə görə ona irad bildirmiş bu iş üzrə Zərərçəkmiş şəxs qarşı xüsusi dözülməməzlik nümayiş etdirib ona həyatı üçün təhlükəli olan bədən xəsarəti yetirmişdir. Onun belə davranışları Təqsirləndirilən şəxs qanuna münasibətdə riskli olduğunu göstərir. Məhkəmə, göstərilənlərlə bərabər qeyd edir ki, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Təqsirləndirilən şəxs ilə barışmadıqlarını göstərdilər. Məhkəmə bu halı tərəfələr arasında mübahisənin sona çatmamasını göstərən əlamət kimi qiymətələndirir. Məhkəmə göstərən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan əmhrum etmə ilə bağlı olmayan cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Əks halda təyin edilmiş cəza Təqsirləndirilən şəxs islah olunmasına və cəmiyyətə reinteqrasiyasına deyil, onun tərəfəindən yeni huquqa zidd hərəkətlər etməsinə səbəb olardı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını, onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın onun tərəfəindən Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən ümumi rejimli tərbiyə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlu barəsində qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirinin ləqv edilməsini və onun barəsində qətimkan tədbiri qismində həbsə alma seçilməsini və bu qətimkan tədbirini hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 ( üç ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 30 aprel 2022-ci il tarixə qədər həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında iltizam ləğv edilsin, onun barəsində qətimkan tədbiri qismində həbsə alma seçilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 15 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar