Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-275/2024 29.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim, oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 dekabr 2022-ci il tarixli qərarı həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 7,548 qram, 8,097 qram, 7,992 qram, 9,931 qram ümumi təmiz çəkisi 33,568 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Suraxanı rayonu Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 17:45-də ünvan 4 ünvanın qarşısında şübhəli olduğu üçün saxlanılaraq 31-ci Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtrarış və götürmə istintaq hərəkətlərini həyata keçirən zaman onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,548 qram, 8,097qram, 7,992 qram, 9,931 qram ümumi təmiz çəkisi 33,568 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 8 dekabr 2022-ci il tarixində saat 3 radələrində yatdığı yerdən oyadılaraq tutulmuşdur. Həmin vaxt evdə atası da olmuşdur. Onun tutulmasında İzzət, Anar, Səyavuş və Elnur adlı 4 nəfər polis əməkdaşı iştirak etmişdir. Polis əməkdaşlarından 3 nəfəri bilavasitə saxlanmasında iştirak etsə də digəri maşında gözləmişdir. Şahid2 onun tutulmasında iştirak etməmişdir. Polis bölməsinə aparılarkən onu Şahid3 adlı şəxs də görmüşdür. Qoluna qandal vurduqdan sonra bölməyə aparılmış, orada barəsində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmiş, üzərindən guya narkotik vasitə “heroin” aşkar edilmişdir. Heroin narkotik vasitəsindən istifadə etmir. 5-10 dəfə marixuana çəkmişdir. Polis əməkdaşları tərəfindən kiminsə ondan narkotik vasitə alması iddia etmələri barəsində psixoloji təzyiq göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə ittiham elan ediləcəyinə dair vəd verildiyi üçün şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinə və müvafiq heroin bükümlərini təqdim etməyə razı olmuşdur. Əslində həmin bükümlər ona məxsus olmamışdır. Həmin narkotik vasitə Anar adlı polis əməkdaşı tərəfindən ona verilmişdir. Barəsində qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə nəzarəti qaydasında baxılarkən ona münasibətdə təzyiqə yol verildiyini bildirmişdir. Bundan başqa barəsində videoçəkilişlə qeydə alınan şəxsi axtarış istintaq hərəkəti keçirilməzdən əvvəl ona müdafiəçi təqdim edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 09 dekabr və 10 dekabr 2022-ci il tarixli protokollar elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxsin elan edilərək tədqiq edilən 09 dekabr 2022-ci il tarixli şübhəli şəxs qismində dindirilmə protokolundan görünür ki, o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 16:45-də yaşadığı ünvan 5 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar. Orada şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunsuz əldə olunmuş əşya, maddə varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən dörd ədəd şəffaf selofana bülükmüş bükümləri təqdim edərək, bükümlərin içərilərində olan kütlələrin narkotik vasitə olan heroin olduğunu, narkotik vasitəni həmin günü online qaydada adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından 80 manata alıb, istifadə etmək üçün üzərində saxlayıb daşıdığım bildirmişdir. Bundan başqa əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sağ arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, özünə məxsus hərbi bileti və bir ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi içərilərində narkotik vasitəheroin olan 04 ədəd bükümlər onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, üzəri onun və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra, möhürlənərək götürülmüşdür. 10 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi zamanı qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Lakin iş materiallarından görünür ki, hər iki dindirmə protokolunu təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir. Məhkəmə baxışı zamanı elan olunan qismən etirafedici ifadələrinə münasibət bildirən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, əslində həmin ifadələri imza etməkdən imtina etməmiş, ümumiyyətlə ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirmişdir ki, Cəfər adlı şəxsin narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupunun digər üzvü Şahid2 ilə həmin şəxsin yaşadığı ünvana getmişlər. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Polis Bölməsinə dəvət edilmişdir. Orada təqsirləndirilən şəxs barəsində videoçəkilişlə qeydə alınan istintaq hərəkəti keçirilmiş, üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim edilməsi tələb edilmiş, sonuncu şalvarının cibindən 4 büküm narkotik vasitəni çıxararaq İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, 8 dekabr 2022-ci il tarixində daxil olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması məzmununda əməliyyat məlumatının yoxlanılması məqsədilə yaradılmış, ondan və Şahid2 ibarət əməliyyat qrupu Bülbülə qəsəbəsi Nizami küçəsində xarici əlamətlərinə əsasən Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini ona təqdim etdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması dəqiqləşdirilmiş və onu narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi üçün 13-cü polis bölməsinə dəvət etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 13-cü polis bölməsində onun hüquq və vəzifələri izah edilmiş və ona üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim edilməsi bildirilmişdir. O, göy şalvarının cibindən sellofana bükülmüş 4 bükümdə narkotik vasitə heroini təqdim edərək, həmin maddəni şəxsi istifadəsi üçün, saxlanıldığı gün İran vətəndaşından 100 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəflərindən günortadan sonra saat 5-6 radələrində saxlanılmış küçədə saxlanılmış, həmin vaxt Şahid1 başqa yanlarında heç kim olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, narkotik vasitə istifadəçisi deyildir, lakin hər ikisi Əmircan qəsəbəsində narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar saxlanılmışdır. Hadisə günündən bir gün öncə Cəfərin ad günü olmuş, bir gün sonra Cəfərə zəng etsə də sonuncu ilə əlaqə saxlaya bilməmiş, günorta saatlarında təxminən 2-3 aralığında bir nəfərdən Cəfəri görüb-görmədiyini soruşmuş, həmin şəxsin təklifi ilə Cəfərin yaşadığı həyətə getmiş, 5-10 dəqiqədən sonra polis əməkdaşları tərəfindən Cəfərin əynində bir kofta ilə çıxarıldığını görmüşdür. Onun da şəxsiyyətini müəyyən etdikdən sonra onlarla getməli olduğunu bildirmişdirlər. Cəfərlə o eyni avtomobilə mindirilərək Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadə verərək bildirmişdir ki, 08 dekabr 2022-ci il tarixdə, evdə səs küy eşitmiş, Cəfəri çağırdıqda, bir nəfər ona narahat olmamağını, polis əməkdaşları olduqlarını bildirmişdir. Hərəkət məhdudluğu olduğu üçün həmin otağa keçə bilməmişdir. Arvadı axşam saat 8-9 radələrin evə gəldikdə evin dağınıq vəziyyətdə olduğunu görmüş, Cəfərin harada olduğunu soruşmuşdur. Sonuncuya Cəfərin polis əməkdaşları tərəfindən aparıldığını demişdir. Həmin gün axşam radələrində kürəkəni 31-ci Polis Bölməsinə gedərək Cəfərin tutulma səbəbini aydınlaşdırarkən Cəfərin narkotik vasitə istifadəçisi olduğu üçün saxlanıldığı bildirilsə də növbəti gün ona Cəfərin “kuryer” kimi narkotik vasitə satışı ilə məşğul olduğu söylənilmişdir. Müdafiə tərəfinin vəsatəti üzrə cinayət işi materiallarına əlavə edilmiş bir sıra sənədlərdə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçinin imzalarının saxtalaşdırılması barədə məhkəmədə şahid qismində dindirilən X7 bildirmişdir ki, 08 dekabr 2022-ci il tarixli “Ünvana baxış və götürmə aparılmasına icazə verilməsinə” dair ərizədəki , 09 dekabr 2022-ci il tarixli “Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında”, eyni tarixli “Şübhəli şəxsin dindirilməsi haqqında”, “Hüquq və vəzifələri əks olunmuş yazılı bildirişin və təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərarın təqdim olunması haqqında”, “Təqsirləndirilən şəxsin dindirilməsi”, “Telefona baxış keçirilməsi haqqında” protokollardakı, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardakı, “Təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə”, “Şübhəli, təqsirləndirilən şəxsin İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında” bildirişlərdəki imzalar ona məxsus deyildir. Pürzə Əliyeva həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ifadə verməkdən imtina etmişdir. O, təqsirləndirilən şəxsin dindirmə protokolunda bəzi qeydlər vermişdir ki, lakin hal –hazırda həmin qeydlər müvafiq protokolda öz əksini tapmamışdır. İbtidai istintaqın sonuna kimi təqsirləndirilən şəxsin hüquqlarını o müdafiə etmədiyindən cinayət işi materialları ilə tanış olmamış və qeyd edilən xüsusatlar barəsində məlumatı olmamışdır. İş üzrə müstəntiq X3 cinayət işi materiallarına bəzi sənədlərin,yəni , telefona baxış keçirilməsi haqqında protokolun, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın sonradan əlavə edilməsi, bəzi sənədlərdə imzaların təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən Pürzə Əliyevaya aid olmaması, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi protokollarının sonradan dəyişdirilməsi barədə işin hallarına dair izahat verərkən belə halların yol verilmədiyini, təqsirləndirilən şəxsin dindirmə protokolunda texniki səhvə yol verildiyi, əslində həmin protokolda göstərildiyi kimi təqsirləndirilən şəxsin xidməti otağında deyil, saxlanıldığı Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində dindirildiyini göstərmişdir. 08 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən dörd ədəd şəffaf sellofan bükümlərini, sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sağ cibindən özünün adına olan şəxsiyyət vəsiqəsini, hərbi bileti, bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan kütlələrin narkotik vasitə heroin olduğunu, saxlandığı gün İran İslam vətəndaşından 80 manata öz istifadəsi üçün aldığını, üzərində saxlamaqla daşıdığını bildirmişdir (Cild 1, iş vərəqə 34-35). 09 dekabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxsin 08 dekabr 2022-ci il tarixli ərizəsinə əsasən 09 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsində yerləşən 16 nömrəli evə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (Cild 1, iş vərəqə 46-50). 10 dekabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilərkən üzərindən aşkar edilmiş “Nokia” və “Samsung” markalı mobil telefonlara baxış keçirilmiş iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir (Cild 1, iş vərəqə 73). 09 dekabr 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün № 195” daiəvi möhür əksi olan “saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,548 qram, 8,097 qram, 7,992 qram və 9,931 qram, ümumi təmiz çəkisi 33,568 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 33, 368 qram təşkil etmişdir(Cild 1, iş vərəqə 43-44). 10 fevral 2023-cü il tarixli məhkəmə narkoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (Cild 1, iş vərəqə 118-119). Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittihama daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı təqsirliliyi Cinayət-Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona bəraət verilməlidir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi Cinayət-Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və “X16 və Azadlıqları haqqında” Avropa Konvensiyasının konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən sadalanan Qanununların və Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, Təqsirləndirilən şəxs müdafiə hüquqları pozulmuş, o, qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları tərəfindən həm məhkəməyədək icraat mərhələsində, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı həqiqətlə uzlaşmayan ifadələr verilmişdir. Belə ki, cinayət işi üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 16:45-də ünvan 4 ünvanın qarşısında şübhəli olduğu üçün saxlanılaraq 31-ci Polis Bölməsinə gətirilməsi barədə raport, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” tərtib olunan 08 dekabr 2022-ci il tarixli qərar, barəsində qeyd edilən istintaq hərəkətinin müdafiəçisinin iştirakı olmadan keçirilməsinə etiraz etməməsi barədə ərizəsi, həmin istintaq hərəkətinin eyni tarixli protokolu, o cümlədən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilməsi zamanı verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları, Surxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları Şahid2 və Şahid1 həm ibtidai istintaq, həm məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasını bildirməsi barədə ifadələri reallığı əks etdirmir. Odur ki, qeyd olunan sübutlar mötəbər sübutlar kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə əvvəla qeyd edir ki, hazırki iş ürzə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham bir-biri ilə uzlaşmayan, biri digərini tamamlamayan sübutlarla əsaslandırılmışdır. Məhkəmə onu da qeyd edir ki, sübutetmə yükünün paylanmasına əsasən təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu olmadığından onun təqsirliliyinin sübuta yetirilməsi zamanı ittiham tərəfinin yol verdiyi boşluqlar özü tərəfindən qanunla yol verilən şərtlər çərçivəsində tamamlanmadığı təqdirdə həmin natamamlıqlar barədə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillərin təsdiq edilməsi müdafiə tərəfinin üzərinə düşməməklə ittiham tərəfinin mövqeyinə əsasən təkzib edilməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ifadə vermədiyini, evdən tutularaq aparıldığını, tutularkən müdafiəçi ilə təmin olunmadığını, psixi təzyiqə məruz qaldığını, narkoman olduğu, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan ediləcəyini düşündüyü üçün şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinə və narkotik vasitə təqdim etməyə razılaşdığını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə -xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verərək ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkilin imzalarının saxta olduğunun cinayət işi materialları ilə tanış olduqdan sonra ona aydın olduğunu, dindirmə protokollarının dəyişdirildiyini bildirmişdir. Belə ki, ona təqdim edilən cinayət işi materiallarının surətlərində şübhəli şəxsin dindirilməsi protokolu müdafiəçi tərəfindən imzalanmasa da məhkəməyə verilmiş cinayət işi materillarında həmin protokol saxtalaşdırılmış və müdafiəçi qrafası imzalanmışdır. Bundan başqa müdafiəçi bildirmişdir ki, tanış olmaq məqsədilə müdafiə tərəfinə təqdim edilən materiallarda həmin protokol 57ci səhifədə öz əksini tapsa da, məhkəmədə işlə tanış olarkən 57-ci səhifəyə “cinayət prosesi iştirakçılarına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokol”un əlavə edilməsini, “şübhəli şəxsin dindirilməsi” protokolunun isə 58-59-cu səhifələrə keçirilməsini müşahidə etmişdir. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməsi barədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələblərini rəhbər tutan məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə barəsində keçirilən şəxsi axtarış istintaq hərəkətinin nəticələrini iş üzrə toplanmış digər sübutlarla qarşılıqlı şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dindirilmə protokollarını, eləcə də təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş, cinayət prosesi iştitakçısına etiraz edilə bilən şəxslər barəsində məlumat verilməsi haqqında protokol və ibtidai istintaq dövründə ona təqdim edilən bütün sənədləri imzalamaqdan imtina etmişdir. Bundan başqa barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə Bakı şəhəri Suraxanı rayon məhkəməsində baxılarkən narkotik vasitə istifadəçisi olduğunu,satışı ilə məşğul olmadığını, yatmış vəziyyətdə tutulduğundan tutulma vaxtını xatırlamadığını bildirmişdir. Cinayət işi materialları ilə tanış olma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin protokola istintaq dövründə ifadə verməkdən imtina etdiyi, lakin cinayət işi materiallarına onun dindirmə protokllarını imza etməkdən imtina etməsi barədə saxta protokolların əlavə edildiyi barədə qeydlər vermişdir. Müdafiə tərəfindən məhkəməyə dəvət edilmiş vəkil Pürzə Əliyeva isə məhkəmə iclasında ifadə verərkən cinayət işinin 1 –ci cildinin 46-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli ünvana baxış və götürmə aparılmasına dair icazə ərizəsindəki “tanış oldu müdafiəçi”, 57-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli “Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” protokoldakı “Müdafiəçi”, 59-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokolda “Müdafiəçi”, 62-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardakı “Müdafiəçi”, 66-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” bildirişdə “Müdafiəçi”, 67-ci vərəqəsində olan xx.xx.2022-ci il “Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” protokoldakı “Müdafiəçi”, 68-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli “Şübhəli, təqsirləndirilən şəxsin İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında” bildirişlərdəki “ Müdafiəçi” , 71- ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” olan protokoldakı “Müdafiəçi”, 73-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldakı “Müdafiəçi”, 69-cu vərəqəsində olan “10 dekabr 2022-ci il tarixli hüquq və vəzifələri əks olunmuş yazılı bildirişin və təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərarın təqdim olunması haqqında” protokoldakı “Müdafiəçi”, 77-ci vərəqəsindəki 10 dekabr 2022ci il tarixli “ekspertiza təyin edilməsi haqqında qərarın təqsirləndirilən şəxsə elan edilməsi barədə” protokoldakı “Müdafiəçi”, 78-ci vərəqəsindəki 10 dekabr 2022-ci il tarixli “Ekspertiza təyin edilməsi haqqında qərarın təqsirləndirilən şəxsə elan edilməsi haqqında” protokoldakı “Müdafiəçi” qrafasındakı imzaların ona məxsus olmamasını bildirmişdir. Həmin halların müəyyən edilməsi məqsədilə təyin edilmiş 03 may 2024-cü il tarixli məhkəmə xəttşünaslıq ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, cinayət işinin 1-ci cildinin 46ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli ünvana baxış və götürmə aparılmasına dair icazə ərizəsindəki “tanış oldu müdafiəçi”, 57-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli “cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” protokoldakı “Müdafiəçi”, 58-59-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokolda “Müdafiəçi”, 73-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldakı “Müdafiəçi” qrafasındakı imzalar müdafiəçi Pürzə Əliyeva tərəfindən deyil başqa şəxs tərəfindən imza edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə saat 17:50 radələrində müdafiəçinin iştirakı ilə tutulmuş, üzərinə müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinə dair ərizəsinə əsasən həmin gün saat 18:00 radələrində barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkətinin protokolunun tərtib olunması eyni tarixdə saat 18:40-da başa çatmışdır. Hətta üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildikdən sonra Təqsirləndirilən şəxs tərəfindən izahat da verilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsində müdafiəçidən imtina etməsi barədə 08 dekabr 2022-ci il tarixli ərizənin üzərində əks olunmuş, həmin ərizənin Suraxanı rayonu Polis İdarəsinin 31-ci Polis Bölməsinə daxil olması tarixinə dair ştampda 09 dekabr 2022-ci il, evə baxış keçirilməsinə razılıq verilməsi haqqında ərizədə isə müvafiq bölmənin ştampında 08 dekabr 2022-ci il tarixi göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə xəttşünaslıq eskpertizasının 03 may 2024-cü il tarixli rəyinə əsasən isə evə baxış keçirilməsinə razılıq verməsi haqqında ərizədəki imzaların Pürzə Əliyevaya aid olmaması barədə nəticəyə gəlinməsi, həmin ərizənin 08 dekabr 2022ci il tarixdə, təqsirləndirilən şəxsin şəxsi axtarış istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsi barədə ərizənin isə Pürzə Əliyeva tərəfindən imzalanması mübahisələndirilməsə də növbəti gün, yəni 09 dekabr 2022-ci il tarixdə Polis Bölməsinə daxil olması ona dəlalət edir ki, sonuncu ərizə elə 09 dekabr 2022-ciil tarixdə imzalanmış, Təqsirləndirilən şəxs tutulduğu gün müdafiəçi orada olmamışdır. Bundan başqa vəkil X12 Bədəlovun tutulduğu gün orada olması xüsusatı yoxlanılarkən müdafiə tərəfinin Suraxanı rayon Polis İdarəsinin müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin qeydiyyat kitabının 8 dekabr 2022-ci il -10 dekabr 2022-ci il tarixə olan vərəqlərinin surətlərinin əldə edilməsi barədə vəsatəti ilə əlaqədar 05 iyul 2024cü il tarixli məktubla göndərilmiş Suraxanı rayon Polis İdarəsinin müvəqqəti saxlama yerlərində saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının qeydiyyat kitabından görünür ki, həmin qeydiyyat kitabının yalnız 9 dekabr 2022-ci il tarixə olan surəti göndərilmişdir. Həmin surətlə isə təqsirləndirilən şəxsin vəkil Pürzə Əliyeva ilə görüş üçün 9 dekabr 2022-ci il tarixdə saat 11:50-yə tanınma otağına aparılması müəyyən edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş müdafiəçi Pürzə Əliyevanın istifadəsində olan ********** nömrəli mobil telefon nömrəsinin anten məlumatlarına dair "xxxx" MMC tərəfindən əldə edilmiş CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Pürzə Əliyeva 08 dekabr 2022-ci il tarixdə saat 11:30 radələrindən axşam saat 17:59 radələrinədək ünvan 7 ünvanında, yəni fəaliyyət göstərdiyi ünvan 8 isə artıq Bakı şəhəri Sabunçu rayonunda ( digər ünvanda) olmuş, yəni Təqsirləndirilən şəxs tutulduğu, şübhəli şəxsi qismində hüquq və vəzifələrinin izah edildiyi, şəxsi axtarışa məruz qaldığı, izahat verdiyi saatlarda Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində olmamışdır. Bundan başqa iş materiallarından görünür ki, müdafəçisi tərəfindən imzalanmış, təqsirləndirilən şəxsin evinə baxış keçirilərkən yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməməsi barədə ərizəsində da həmin istintaq hərəkətlərinin keçirilməsində müdafiəçisinin iştirak etməməsinə dair hər hansı iradə ifadəsi öz əksini tapmasa da müvafiq istintaq hərəkətinin protokolundan görünür ki, qeyd olunan istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə qeyd edir ki, hal –hazırda həmin istintaq hərəkətinin keçirilməsi nəticəsində iş üzrə əhəmiyyət kəsb edən hər hansı sübut aşkar olunmasa da (halbuki keçirilən istintaq hərəkətinin nəticələrinin əvvəlcədən məlum olmaması səbəbindən təqsirləndirilən şəxs yaşadığı ünvanda iş üzrə əhəmiiyyət kəsb edən , sübutetmə predmetinə daxil olan əşyaların aşkar edilməsi istisna edilmirdi və gələcəkdə həmin sübutların da mötəbərliliyini sübhə altına ala bilərdi)təqsirləndirilən şəxsin etirazı olmadığı təqdirdə həmin istintaq hərəkətində hüquqlarını müdafiə edən vəkilin olmaması müdafiə hüququnun səmərələlliyinin qiymətləndirilməsinə təsir edən amil rolu oynayır. Həmçinin iş materiallarına əlavə edilmiş dindirmə protokolundan görünür ki, şübhəli şəxs X8 9 dekabr 2022-ci il tarixdə saat 17:30 radələrində Suraxanı rayonu Polis İdarəsində dindirilsə də həm müdafiəçinin istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatları, həm də Suraxanı rayon Polis İdarəsinin müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin qeydiyyat kitabının 9 dekabr 2022-ci il tarixə olan surətindən görünür ki, müdafiəçi 9 dekabr 2022-ci il tarixdə 11:15-12:00 radələrində Suraxanı rayonu Polis İdarəsinin yerləşdiyi ərazidə olmuşdur. 03 may 2024-cü il tarixli məhkəmə-xəttşünaslıq ekpertizası ilə müəyyən edilmiş rəydən də aydın olmuşdur ki, şübhəli şəxs qismində dindirmə protokolundakı imzalar Pürzə Əliyeva tərəfindən imzalanmamışdır. 10 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, təqsirləndirilən şəxs müdafiəçisi Pürzə Əliyevanın iştirakı ilə həmin gün saat 10:30-10:50 radələrində dindirilmişdir. Təyin edilmiş 3 may 2024-cü il tarixli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyində 10 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında”, “Şübhəli və təqsirləndirilən şəxsin insan hüquq və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında” bildirişlərdə, “hüquq və vəzifələrin əks edildiyi bildirişin və təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərarın təqdim olunması haqqında”, “təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında”, “ekspertiza təyin edilməsi haqqında qərarın təqsirləndirilən şəxsə elan edilməsi haqqında” protokollarda imzaların Pürzə Əliyeva tərəfindən icra edilməsi göstərilsə də sonuncunun istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, həmin tarixdə müdafiəçi 17:04-ə kimi ümumiyyətlə Suraxanı rayon Polis İdarəsinin yerləşdiyi ərazidə deyil, Bakı şəhəri Zabrat qəsəbəsində olmuş, yalnız saat 17:35 -18:19 radələrində fəaliyyət göstərdiyi büroda, daha sonra Suraxanı rayonu, Qarabağ stansiyası ətrafında , saat 18 :50 radələrindən sonra yenidən Bakı şəhəri Zabrat qəsəbəsində olmuşdur. Qeyd olunan məsələ isə məhkəmə iclasında aydınlaşdırılarkən, təqsirləndirilən şəxsin həmin gün saat 18 :00 dan sonra barəsində qətimkan tədbirinə dair məsələyə məhkəmə iclasında baxıldığını bildirməsi barədə ifadəsi yoxlanılarkən həmin ərazinin Bakı şəhəri Suraxanı rayon məhkəməsinin ərazisi olduğu müəyyən edilmişdir. Bu hallar isə təqsirləndirilən şəxsin müdafiəçini yalnız barəsində şəxsi axtarış və istintaq hərəkətinin keçirildiyi günün ertəsi günü görməsi, barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilərkən müdafiə hüququnun təmin olunmaması, yatdığı yerdən tutularaq aparılması, üzərində narkotik vasitə olmaması barədə ifadəsinin həqiqiliyinə dəlalət edir. Məhkəmə belə nəticəyə gələrkən həm də o halı əsas götürür ki, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər təqsirləndirilən şəxsin atası X6 və onunla həmin gün görüşməyə gələn dostu Şahid3 Təqsirləndirilən şəxs həm barəsində həbs qətimkan tədbiri seçilərkən, həm də hazırki işə baxılarkən məhkəmə iclasında cinayət işi materiallarında göstərildiyi kimi 8 dekabr 2022-ci il tarixdə saat 16:45-də yaşadığı ünvanın qarşısında deyil, yatdığı yerdən tutularaq aparılması barədə ifadəsində qeyd etdiyi xüsusatı təsdiq etmişlər. Həmin şəxslərin həqiqətən hadisənin şahidi olub-olmaması barədə xüsusat araşdırılarkən müdafiə tərəfinin vəsatəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 yanvar 2024 –cü il tarixli qərarı ilə əldə edilmiş, şahidlər X4 istifadəsində olan +**********30 mobil telefon nömrəsi, Şahid3 istifadəsində olan +**********15 mobil telefon nömrəsi, Təqsirləndirilən şəxs istifadəsində olan +********** mobil telefon nömrəsinin məlumatlarını əks etdirən "xxxx" MMC tərəfindən 22 yanvar 2024-cü il tarixli, "xxxx" MMC tərəfindən 23 yanvar 2024-cü il tarixli, "xxxx" MMC tərəfindən 29 yanvar 2024-cü il tarixli məktublara əlavə edilmiş CD disklərə baxış zamanı müəyyən edilmişdir ki, 08 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutulduğu saat radələrində hər iki şahid eyni ərazidə, yəni “ünvan 10n yaxınlığında” olmuşdur. Təqsirləndirilən şəxs isə həmin tarixdə 15:35 radələrinədək yuxarıda adı çəkilən digər iki şahidlə eyni ərazidə olsa da, qeyd olunan saatdan sonra onun harada olmasını müvafiq CD məlumatları ilə müəyyən etmək mümkün deyildir. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs atasının gün ərzində istifadəsində olan anten məlumatlarının ümumiyyətlə dəyişməməsini, habelə Təqsirləndirilən şəxs da əsasən(xüsusuilə gecə saatlarında) həmin ünvanda(“ünvan 10n yaxınlığında”) olmasını nəzərə alaraq qeyd olunan ünvanın onların yaşadığı ünvan olması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin onu tutan polis əməkdaşlarının arasında Şahid2 olmaması barədə ifadəsində göstərdiyi xüsusat da araşdırılmış, "xxxx" MMC-dən daxil olmuş məktubla müşaiyət edilən, həmin polis əməkdaşının istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatlarını əks etdirən CD diskə baxış zamanı Təqsirləndirilən şəxs tutulduğu saatlarda başqa ərazidə olması təsdiq edilməklə sonuncunun tutulmasında iştirak etməməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın əsasını təşkil edən maddi sübut-heroinin əldə edildiyi prosessual üsulun, yəni şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiə hüqunun pozulması ilə həyata keçirilməsi, habelə iş üzrə əksər sənədlərin saxtalaşdırılması Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən sübutların mötəbərliliyini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.1 maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, 125.2.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, 125.2.4-cü maddəsinə cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmaqla alınmış məlumatlar, sənədlər və əşyalar, 125.2.9-cu maddəsinə əsasən məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Habelə, məhkəmə qeyd edilməsini zəruri hesab edir ki,ekspertiza rəyinə əsasən cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin bir hissəsinin müdafiəçinin tərəfindən imzalanmaması, digər hissəsinin isə müdafiəçi tərəfindən imzalansa da həmin sənədlərin təsdiq etdiyi istintaq hərəkətlərinin keçirilməsi saatlarında müdafiəçinin orda olmamasının sübuta yetirilməsi əsası ilə sonradan imzalanması, habelə, həmin materiallarda olan sənədlərin xronoloji ardıcıllığının müdafiə tərəfinin cinayət işi materialları ilə tanış olduqdan sonra dəyişdirilməsi bütün icraat materiallarının mötəbərliliyini şübhə altına alır. Belə olan halda şəxsin təqsirinin müəyyən edilməsi zamanı məhkəmə toplanmış sübutların məcmu şəkildə qiymətləndirilməsi prinsipini müəyyən hissədə saxtalaşdırılmış sənədlərin olması hallarının müəyyən edilməsinin bütün cinayət işi materiallarının mötəbərliliyini şübhə altına almağa əsas verməsi qənaətinə gəlir. Qeyd edilməlidir ki, cinayət işi üzrə istintaq orqanın icraatında olan cinayət işi materiallarının toplanması zamanı düzgün olmayan sənədlərin tərtib edilməsi bir daha onu deməyə əsas verir ki, istintaq orqanı təqsirləndirilən şəxsə qərəzli olmuş və bu da bir başa şəxsin müdafiə hüqunun pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğuncəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 08 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 10 dekabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir.O dərhal məhkəmə iclas zalından azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülməsi iddia olunan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 33, 368 qram çəkidə heroin narkotik vasitəsi ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan miqdarda narkotik vasitə heroini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli; Təqsirləndirilən şəxs barəsində «şəxsi axtarış və götürmə» aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ ilə bağlı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən cinayət işi üzrə 09 dekabr 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 65 (altmış beş manat) manat Təqsirləndirilən şəxs aid edilməməlidir. Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, onun hüquqlarının müdafiəsi məhkəmənin hazırlıq iclası zamanı Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 5 (beş )iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin O, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülməsi iddia olunan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 33, 368 qram qram təşkil edən heroin narkotik vasitəsi ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan miqdarda narkotik vasitə heroini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; -Təqsirləndirilən şəxs barəsində «şəxsi axtarış və götürmə» aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən cinayət işi üzrə 09 dekabr 2022-ci il tarixli, məhkəməkimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs aid edilməsin. Məhkəmə mərhələsində göstərilmiş 5 (beş )iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi2 üçün 30 (otuz) manat məbləğində pul köçürülsün. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-275/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-275/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver