Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-275/2025 30.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – “Prospekt” Vəkil Bürosunun vəkili X9, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Qubadlı rayonunda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar olaraq hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. İşin faktiki halları
2. İttiham aktına görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə İran İslam Respublikasının vətəndaşı “Səyyad” adlı şəxsdən külli miqdarda olmaqla 6,911 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4,347 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini ölkə ərazisində dövriyyəsini həyata keçirmək üçün qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, 18 yanvar 2024-cü il tarixdə saat 16:30da ünvan 2 ünvanı yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq, ünvan 3 ünvanında yerləşən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət olunaraq orada üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən əynindəki gödəkçəsinin sol yan cibindən dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,675 qram, 0,944 qram, 0,884 qram və 0,408 qram olmaqla, ümumilikdə 6,911 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 4,347 qram külli miqdarda narkotik vasitə heroin və əynindəki gödəkçəsinin sağ yan cibindən üzərində heroinə bənzər izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3-13-6/Ə36/24 nömrəli əmrə əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Anar” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin şəxsin xx.xx.1988-ci il tarixdə Qubadlı şəhərində doğulmuş, Qubadlı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, X10, X11 və X2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqi 4; 5-6; 7-8; 9)
4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” və xx.xx.2024-cü il tarixli “DVD diskinə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Nərimanov rayonu, A.Salamzadə küçəsi 52 ünvanının yaxınlığında yanında olan tanışı Şahid2 ilə birlikdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi sonuncuya təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 04 (dörd) ədəd ağ rəngli və 01 (bir) ədəd qara rəngli sellofan bükümü, gödəkçənin sağ yan cibindən elektron tərəzini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra Şahid2 üzərinə baxış keçirilmiş, ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. Baxış zamanı Şahid2 üzərində hər hansı əşya aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 28-30; 208-209)
5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/340 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfdə 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,675 qram, 0,944 qram, 0,884 qram, 0,408 qram, ümumi təmiz çəkisi 6,911 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 4,347 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 6,911 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 6,711 qram qalıq qalmışdır. Heroinin təmiz çəkisi 4,347 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 4,297 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. (Cild 1, iş vərəqi 44-45)
6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 65-66)
7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,297 qram narkotik vasitə heroin və 6,711 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 89-90)
8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 557 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Hal-hazırda da, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqi 185-186).
9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 xx.xx.2024-cü il tarixli, 23/MEŞ saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 188-189)
10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3/2-1092 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddənin hansı mənbədən, eləcə də İİR-nın vətəndaşı “Səyyad” adlı şəxsdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqi 196)
11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə” qərar qanuna uyğun hesab edilmişdir. (Cild 1, iş vərəqi 198-200)
12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 xx.xx.2024-cü il tarixli, 2322 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 1, iş vərəqi 213- 214)
13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video kamera vasitəsilə şəxsi-axtarış və götürülmə keçirilməsinə dair görüntülərin köçürüldüyü 01 ədəd disk maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkarlanmış ümumi təmiz çəkisi 6,911 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 4,347 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 4,297 qram narkotik vasitə heroin və 6,711 qram psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan tərəzi Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs qismən etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri iş üzrə sübut növü kimi tanınmışdır. (Cild 1, iş vərəqi 216-231)
14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 233-234)
15. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 18 yanvar 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Salamzadə küçəsi kimi tanınan ərazidə saat 16:30 radələrində Təqsirləndirilən şəxs saxlanılmasına əsas olan qərarla tanış etdikdən sonra Təqsirləndirilən şəxs yanında olan İradə adlı şəxslə saxlayaraq Baş İdarəyə aparmışlar. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman 05 ədəd bükümdə narkotik tərkibli maddə, elektron tərəzi və mobil telefon aşkar olunmuşdur. Aşkar olunmuş bükümlərdən dördü metamfetamin, biri isə heroin olmuş, Təqsirləndirilən şəxs söylədiklərinə əsasən həmin narkotik tərkibli maddələri sonuncu şəxsi istifadəsi məqsədilə əldə etmişdir. Aşkar olunmuş narkotik tərkibli maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 həmçinin bildirmişdir ki, polis əməkdaşları “Nine” adlı otelin içərisinə daxil olmamış, təqsirləndirilən şəxsin söylədikləri yalan olmuş, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli maddələrin özünə məxsus olduğunu və şəxsi istifadəsi məqsədilə həmin narkotik tərkibli maddələri əldə etdiyini bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxs yanında İradə adlı şəxs də olmuş, əməliyyat tədbirində təxminən 4 nəfər polis əməkdaşı iştirak etmişdir. O, Təqsirləndirilən şəxs əyləşdiyi avtomobili idarə etmiş və sonuncunun yanında Həsən adlı digər polis əməkdaşı əyləşmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman sonuncunun qoluna qandal vurulmamış, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs xidməti otaqların birinə aparılmış, təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilmiş, idarəyə gətirildikdən nə qədər müddət sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyini xatırlamamış, İradə Bəxşəliyeva özü səmimi şəkildə polis əməkdaşlarına üzərində heç nə olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərində mobil telefon olmuş, Təqsirləndirilən şəxs saat 16:30 radələrində saxlanılmışdır. Həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılarkən küçədə olmuş, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləmiş, həmin ifadədəki imzalar ona məxsus olmuşdur.
16. Şahid1 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 söylədikləri yalandır. Polis əməkdaşları onu “Nine” adlı otelin içərisindəki otaqdan çıxarıb saxlamışlar. O, qapını açan zaman təxminən 10 nəfərə yaxın polis əməkdaşı içəri daxil olmuş, o, könüllü şəkildə polis idarəsinə getməmiş, onu zorla həmin idarəyə aparmışlar. Polis əməkdaşları hansı səbəbdən saxlanıldığını ona deməmişlər.
17. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 18 yanvar 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Salamzadə küçəsi adlanan ərazidə saat 16 radələrində Təqsirləndirilən şəxs o, əməliyyat müvəkkilləri Şahid1, Hüseyn Həsənov və Əli Kazımovdan ibarət əməliyyat qrupu tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs saxlanılmasına əsas olan qərarla tanış edilərək yanında olan İradə adlı şəxslə Baş İdarəyə aparılmışdır. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman narkotik tərkibli maddələr, mobil telefon və elektron tərəzi aşkar olunmuş, aşkarlanmış həmin bükümlərdən dördü metamfetamin, biri isə heroin olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik tərkibli maddələri şəxsi istifadəsi məqsədilə 300-400 manata İran İslam Respublikasının vətəndaşından əldə etməsini bildirmiş, aşkar olunmuş narkotik tərkibli maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid X11 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs kimin müşahidəsi altında polis idarəsinə gətirildiyini xatırlamamış, saxlanılmasından uzun müddət keçmədən Təqsirləndirilən şəxs Baş İdarəyə aparılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Salamzadə küçəsi ərazisində olması əməliyyat məlumatı əsasında müəyyən olunmuş, o, həmin vaxt üzərində mobil telefon olub-olmamasını xatırlamamışdır. Təqsirləndirilən şəxs söylədikləri yalandır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq göstərilməmiş, Təqsirləndirilən şəxs qollarına “qandal” vurulmamışdır.
18. Şahid X11 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, şahid Əmrə Şıxıyevin söylədikləri yalandır. Polis əməkdaşları onu “Nine” adlı otelin içərisindəki otaqdan çıxarıb saxlamışlar. O, qapını açarkən təxminən 10 nəfərə yaxın polis əməkdaşı içəri daxil olmuş, o, könüllü şəkildə polis idarəsinə getməmiş, polis əməkdaşları onu zorla polis idarəsinə aparmışlar. Əmrə Şıxıyevin onu saxlayan polis əməkdaşlarından olub-olmadığını xatırlamır. O, təxminən saat 14 radələrində “Nine” adlı otelə gəldikdən təxminən 30 dəqiqə sonra polis əməkdaşları otağa daxil olmuşlar. Üzərində olan mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, üzərindən aşkar olunan narkotik tərkibli maddələr isə polis əməkdaşları tərəfindən üzərinə videoçəkiliş vasitəsilə axtarış keçirilməmişdən 2-3 dəqiqə əvvəl onun cibinə qoyulmuşdur. İradəni də narkotik tərkibli maddə ilə rəsmiləşdirəcəklərini dediklərindən o, polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır.
19. Şahidlər X4 və X10 məhkəmədə verdikləri ifadələrində digər şahidlər Şahid1 və X6 məhkəmədə verdikləri ifadələrinə oxşar məzmunda ifadə vermişlər.
20. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Hadisə günü qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxsla birlikdə “Nine” otelə getmişlər. Təqsirləndirilən şəxs sonuncunun dostunun müəyyən məbləğdə borcu olmuş, Anarın tələbi ilə dostu həmin pulu “Nine” otelə gətirəcəkmiş. Həmin şəxsi gözləyərkən otelə gəlmələrindən 10-15 dəqiqə keçdikdən sonra içəri təqribən 10-15 nəfər polis əməkdaşı daxil olub o və Təqsirləndirilən şəxs ayrı-ayrı avtomobillə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apararaq fərqli otaqlarda saxlamışlar. O və Anara polis əməkdaşları tərəfindən psixi təsir göstərilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs şiddətli şəkildə döymüş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra otağa daxil olaraq ondan nə deyilirsə həmin məzmunda ifadə verməsini tələb etmişlər. O, məcbur qalıb videoçəkilişdə ondan istənilən məzmunda ifadə vermişdir. Polis əməkdaşları onları günahsız yerə saxlamış, onların müdafiə hüquqları pozulmuşdur. Şahid2 həmçinin bildirmişdir ki, o, hadisə ilə bağlı hansısa hüquq-mühafizə orqanına müraciət etməmiş, o, videoçəkilişdə iştirak etmiş, videoçəkiliş zamanı məcburi şəkildə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən sonuncuya verilən narkotik tərkibli maddəni təqdim etmişdir. “Nine” otelə evdən Təqsirləndirilən şəxsla birlikdə taksi ilə getmiş, həmin otelə 40 manat pulu kart vasitəsilə o ödəmiş, Anara sonuncunun dostu Təhmasibin borcu olmuşdur. Anar heç vaxt narkotik tərkibli maddə istifadə etməmiş, narkotik tərkibli maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmamışdan öncə 1 ay əvvəl Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə saxlanılmış, lakin o, günahsız olduğundan buraxılmışdır. Yəni, Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işinə xitam verilmişdir. İbtidai istintaqda olan ifadəsindəki imzalar ona məxsus olsa da, o, həmin yazılara imza çəkməmiş, polis əməkdaşları ona boş vərəqə imza çəkdirmişdir. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən buraxıldıqdan sonra bir daha həmin idarəyə getməmiş, onun çantası həmin idarədə qalsa da, qorxusundan gedib götürməmişdir.
21. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq dövründə şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 18 yanvar 2024-cü il tarixdə saat 16:30- da ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxsin yaxınlaşdığını, özlərini DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşduqlarını demiş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi şəkildə etiraf edərək hazırda üzərində narkotik vasitələr olduğunu dedikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət etmiş, onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş, ardınca video çəkilişdən istifadə edilərək Anarın üzərinə şəxsi-axtarış, onun üzərinə isə baxış keçirilməsinə başlanılmışdır. İlk öncə Anara paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaların və ya sənədlərin könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Anar üzərində narkotik vastələr olduğunu demiş, əynində olan gödəkçəsinin sol yan cibindən 05 ədəd sellofan bükümü va sağ yan cibindan 01 ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlər açılarkən, bükümlərdə narkotik vasitələr aşkar edildikdən sonra sözügedən bükümlər və elektron tərəzi, qablaşdırılaraq möhürlə möhürlənmiş və imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, daha sonra sonuncuya üzərində qanunsuz əşya varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya olmadığını demiş, şifahi sorğu zamanı sonuncu üzərindən aşkar edilmiş narkotik vasitələri anket məlumatlarını bilmədiyi “Səyyad” adlı İran İslam Respublikasının vətəndaşından 280 manat ödəməklə onlayn qaydada aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitədən məlumatının olmadığını bildirmişdir. O, isə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxsla qeyri-rəsmi münasibətdə yaşadığını, Anarın üzərində aşkar edilən maddələrdən məlumatının olmadığını söyləmişdir.
22. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, təxminən bir ildən bəri narkotik vasitə heroini və psixotrop maddə metamfetamini çəkmək yolu ilə qəbul etmişdir. O, narkotik vasitəni və psixotrop maddəni tanımadığı müxtəlif şəxslərdən əldə etmiş, təxminən bir ay əvvəl sosial şəbəkələr vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı “Səyyad” adlı şəxs kimi təqdim edən şəxslə tanış olmuş, həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu, onlayn qaydada pulunu ödəmək şərti ilə narkotik tərkibli maddələr satdığını öyrənmişdir. 18 yanvar 2024-cü il tarixdə o, “Səyyad” adlı şəxslə mobil telefonun “Whatsapp” mobil tətbiqi ilə əlaqə saxlayıb sonuncudan 280 manat məbləğində narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin istədiyini bildirmişdir. “Səyyad” adlı şəxs razı olduqdan sonra o, həmin şəxsin ona göndərdiyi bank kartına 280 manat pulu Nərimanov rayonu ərazisində xatırlamadığı yerdə “E-manat” ödəmə sistemi vasitəsi ilə ödədikdən sonra həmin şəxs ona Bakı şəhəri, Nərimanov rayon ərazisində göstərdiyi, xatırlamadığı yerə 04 ədəd büküm psixotrop maddə metamfetamin və 01 ədəd büküm narkotik vasitə heroinin qoyulduğunu demişdir. O, da həmin gün təxminən saat 11-12 radələrində qeyd olunan yerə gedib, ağacın dibindən sellofan kəsiyinə bükülmüş 04 ədəd bükümdə metamfetamini və 01 ədəd bükümdə olan heroini oradan götürüb şəxsi istifadəsi məqsədi ilə əynindəki gödəkcəsinin sol yan cibinə qoyaraq saxlamışdır. 18 yanvar 2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Nərimanov rayonu, A.Salamzadə küçəsi 52 ünvanın yaxınlığında sevgili münasibətində olduğu Şahid2 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etdikdən sonra onlardan anket məlumatlarını soruşmuşlar. Onlara özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu deyib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, səmimi olaraq etiraf edib üzərində heroin və psixotrop maddə metamfetamin olduğunu demiş, bundan sonra polis əməkdaşları onu və Şahid2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulmuş, ona qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə dair qərarla tanış olmuşdur. Şahid2 üzərinə isə baxış keçiriləcəyi deyilmiş, bundan sonra müdafiəçinin iştirakı ilə ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaların və ya sənədlərin könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, könüllü surətdə üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 04 ədəd ağ rəngli və 01 ədəd qara rəngli sellofan bükümü, gödəkçəsinin sağ yan cibindən isə elektron tərəzini çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam edən zaman əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd “Redmi” markalı mobil telefonun aşkar edilmiş, üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli sellofan bükümə baxış keçirilərkən 01 ədəd qara rəngli sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, digər 04 ədəd ağ rəngli sellofan bükümə baxış zamanı 03 ədəd ağ rəngli sellofan bükümün içərisində psixotrop maddə metamfetamin və 01 ədəd ağ rəngli sellofan bükümün içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 04 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi 01 ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən yoxlanılması ilə bağlı götürülmüş, daha sonra Şahid2 üzərinə baxış keçirilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi “Səyyad” adlı İran islam Respublikasının vətəndaşından 280 manat ödəyərək onlayn qaydada aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitədən tanışı Şahid2 məlumatının olmadığını demişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə aparılarkən ona qarşı heç bir təzyiq, zor və fiziki qüvvə tətbiq edilməmiş, üzərindən aşkar edilib götürülmüş elektron tərəzi özünə məxsus olmuş, heroin və yaxud metamfetamin istifadə edərkən tərəzidə çəkib sonra qəbul etmişdir. Narkotik tərkibli maddələsi şəxsi istifadəsi məqsədilə üzərində saxlamış, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, Şahid2 onun narkotik vasitə qəbul etməsindən məlumatsız olmuşdur. Sonuncuya bu barədə heç bir söz deməmişdir. O, “Səyyad” adlı şəxsi internet vasitəsi ilə tanımış, sonuncudan cəmi 1 dəfə narkotik vasitə almış, həmin şəxsin mobil telefon nömrəsini və bank hesab kart nömrəsini xatırlamamışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:
23. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 18 yanvar 2024-cü il tarixdə “Gənclik” ərazisində “Nine” adlı oteldə qeyri-rəsmi münasibətdə olduğu İradə adlı şəxslə bir yerdə olmuşdur. Təhmasib adlı bir şəxslə arasında borc məsələsi olduğundan, o, elə həmin gün Təhmasibə zəng edərək gəlib pulu götürməsini istəmişdir. Təhmasib ona gələcəyini demiş, daha sonra Təhmasib ona zəng edərək otelin həyətində olduğunu dediyindən, o, həyətə düşmək məqsədilə qapını açan zaman 7-8 nəfər polis əməkdaşı içəri daxil olaraq onu tutmuşlar. Polis əməkdaşları özlərini ona təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyərək İradəni və onu həmin Baş İdarəyə aparmışlar. Baş İdarədə polis əməkdaşları onu təhqir edərək təqdim edilən sənədlərə imza çəkməli olduğunu bildirmişlər. O, dəfələrlə polis əməkdaşlarına narkotiklə heç bir əlaqəsinin olmadığını bildirmiş, lakin polis əməkdaşları onu dinləməyərək dediklərini etməzsə, İradəni də onunla əlbir olan şəxs kimi rəsmiləşdirəcəklərini demişlər. Bu səbəbdən, o da sırf İradəyə görə razılaşmalı olmuşdur ki, İradə sərbəst buraxılsın. Polis əməkdaşları ona məhkəmədən azad ediləcəyini demiş, o razılaşıb sənədlərə imza çəkdikdən sonra polis əməkdaşları onu Baş İdarənin zirzəmisində 2 gün saxlamış, ardınca onu Nərimanov Rayon Məhkəməsinə aparmışlar. Həmin məhkəmədə məcbur qalaraq özünü qismən təqsirli bildiyini söyləmişdir. Onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, ittiham aktında Salamzadə küçəsində saxlanıldığı qeyd edilsə də, o, Kral küçəsi ərazisində yerləşən “Nine” adlı oteldə saxlanılmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, əvvəllər polis əməkdaşları tərəfindən dava-dalaş səbəbindən saxlanılmış, heç vaxt məhkum olunmamışdır. Polis əməkdaşlarının onunla heç bir qərəzi olmamış, o, Təhmasiblə əlaqədə olduğundan polis əməkdaşları onu saxlamışlar. Təhmasibin narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlı olmamış, o, heç vaxt narkotik tərkibli maddə qəbul etməmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq olmasa da, psixi zorakılıq edilmişdir. Polis əməkdaşları güclü psixi təsir göstərərək, qeyrirəsmi münasibətdə olduğu İradə adlı şəxsi narkotik tərkibli maddələrlə rəsmiləşdirəcəkləri barədə hədələdiklərindən o razılaşmış, polis əməkdaşları ona özünü qismən təqsirli biləcəyi təqdirdə onu Nərimanov Rayon Məhkəməsində azad edəcəklərini söyləmişdir. O, otaqdan çıxan kimi polis əməkdaşları onu saxladıqlarından Təhmasibi görə bilməmişdir. Onun Təhmasibə borcu olmuş, təxminən saat 13-15 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, İradəni ayrı avtomobildə, onu isə digər avtomobillə idarəyə aparmışlar. İdarəyə aparıldıqdan təxminən 4-5 saat sonra üzərinə videoçəkiliş vasitəsilə baxış həyata keçirilmiş, polis əməkdaşları əynindəki gödəkçənin yan cibinə narkotik tərkibli maddələri və tərəzini qoymuşlar. Mobil telefonu hadisə zamanı üzərində olmuş, o, Salamzadə küçəsində yox, Kral küçəsində saxlanılmış, “Nine” adlı otel Kral küçəsində yerləşmişdir. İbtidai istintaqda verdiyi ifadədə olan imzalara ona məxsus olsa da, həmin ifadəni psixi təsir altında vermişdir.
24. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli, 8221 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.
25. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AA ******* və AZE 18247866 seriya nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il və xx.xx.2016-cı il təvəllüdlü olmaqla 02 azyaşlı uşağı vardır.
26. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “NİNE HOTEL”-in xx.xx.2025ci il tarixli məktubundan görünür ki, hadisənin üzərindən uzun müddət keçdiyindən qeyd edilən məlumatların təqdim olunması mümkün olmamışdır.
27. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx"MMC-nin xx.xx.2025-ci il tarixli, AZF/LGL-3251/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair məlumatlar ələ keçirilmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
28. CM-in 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
29. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
30. Maddə 7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
31. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
32. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
33. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
34. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
35. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
36. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
37. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
38. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
39. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
40. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
41. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
42. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
43. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
44. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
45. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
46. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
47. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
48. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
49. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.
50. Maddə 329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.
51. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
52. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
53. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
54. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
55. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən psixotrop maddə metamfetaminin təmiz halda 2 qramdan 400 qramadək miqdarı külli miqdar, narkotik vasitə heroinin təmiz halda 2 qramdan 800 qramadək miqdarı külli miqdar hesab olunur.
56. Maddə 1.0.1. Narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).
57. Maddə 1.0.2. Psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.
58. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
59. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
60. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
61. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
62. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
63. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
64. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
65. Qərarın 26-cı bəndi. CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
66. Qərarın 37-ci bəndi. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Avropa Məhkəməsinin president hüququ:
67. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi:
68. Məhkəmə müdafiə tərəfinin mövqeyini araşdırmışdır.
69. Belə ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin daha çox şəxs tərəfindən, yəni 7-8 nəfər polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdiyindən, məhkəmə həmin xüsusatı araşdırarkən müəyyən etmişdir ki, cinayət işinin materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-6/736/24 nömrəli əmrinə əsasən, həmin əməliyyat-axtarış tədbirində sözügedən Baş İdarənin 4 əməkdaşı, yəni Şahid1, X10, X11 və X7 iştirak etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və şahidlər dindirilmiş, cinayət işinin materialları və digər sənədlərlə həmin əməliyyat tədbirində kənar şəxsin iştirak etməsi, təqsirləndirilən şəxsin başqa şəxslər tərəfindən saxlanılması müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin iddiasını əsassız, hər hansı dəlilə söykənməyən iddia hesab etmişdir.
70. Bundan başqa, müdafiə tərəfi təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığı yeri mübahisələndirməklə, onun Bakı şəhəri, Nərimanov rayonu, A.Salamzadə küçəsində yox, “Kral Hüseyn” küçəsində yerləşən “Nine” otelin inzibati binasının içərisində saxlanıldığını iddia etmişlər. Bununla bağlı, dindirilmiş Şahid2 da məhkəmədə oxşar məzmunda ifadə vermişdir. Bundan başqa, müdafiə tərəfi xx.xx.2024-cü il tarixli bəyannamə (invoys) sənədi, ödəniş qəbzi təqdim edib həmin tarixdə saat 14:01-də Şahid2 “Nine otelin hesabına 40 manat pulu ödədiyini bildirmişlər. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyini araşdırmaq üçün “Nine” otelə “xx.xx.2024-cü il tarixdə Şahid2 və Təqsirləndirilən şəxs “Nine” oteldə hər hansısa otağın təqdim edilib-edilməməsi, müsbət halda həmin otağın nə vaxt təqdim edilməsi, eləcə də həmin vaxt oteldə qeydiyyatçı kimi işləyən və müvafiq otağa xidmət edən şəxslərin kim olması barədə məlumatların” istənilməsi ilə bağlı müraciət etmiş, həmin müəssisədən daxil olmuş xx.xx.2025-ci il tarixli 01 nömrəli məktubdan görünür ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün qeyd edilən məlumatların təqdim edilməsi mümkün olmamışdır.
71. Həmin xüsusatla bağlı dindirilərkən şahidlərə dəqiqləşdirici suallar verilmiş, polis əməkdaşları olan şahidlər isə təqsirləndirilən şəxsin Bakı şəhəri, Nərimanov rayonu, A.Salamzadə küçəsində saxlanıldığını, “təqsirləndirilən şəxs və Şahid2 “Kral Hüseyn” küçəsində yerləşən “Nine” otelin inzibati binasının içərisinə daxil olub oradan aparıldıqları ilə bağlı dediklərinin” həqiqəti əks etdirmədiyini bildirmişlər.
72. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi həmin sənədləri təhlil edib xx.xx.2024cü il tarixdə Şahid2 40 manat pul vəsaitini ödəməsini inkar etmir, lakin qeyd edir ki, həmin sənədlərdə Təqsirləndirilən şəxs adı qeyd olunmamışdır. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən verilmiş sorğuya cavab da nəzərə alınmaqla, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “Nine” oteldə olması, habelə təqsirləndirilən şəxsin orada olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması müəyyən edilməmişdir.
73. Bundan əlavə, müdafiə tərəfi təqsirləndirilən şəxsin saxlanıldığı vaxtı mübahisələndirib onun xx.xx.2024-cü il tarixdə saat 13-15 radələrində saxlanıldığını bildirmişdir. Məhkəmə həmin xüsusatı da araşdırmaq məqsədilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə dair məlumatlar müvafiq mobil operatordan ələ keçirilmişdir.
74. "xxxx"MMC-nin xx.xx.2025-ci il tarixli, AZF/LGL-3251/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları xx.xx.2024-cü il tarixdə saat 14:09:15-dən həmin tarixdə saat 16:27:34-dək Bakı şəhəri, Nərimanov rayonu, A.Salamzadə küçəsi 52 ünvanında olmuşdur. Sonrakı məlumat isə xx.xx.2024-cü il tarixdə saat 17:34:51-də ünvan 5 ünvanına aiddir.
75. Cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Nərimanov rayonu, A.Salamzadə küçəsi 52 ünvanında saxlanılmışdır.
76. Göründüyü kimi, müdafiə tərəfinin həmin dəlili əsassız olmuş, təqsirləndirilən şəxs saxlanıldığı vaxtadək, yəni xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrinədək Bakı şəhəri, Nərimanov rayonu, A.Salamzadə küçəsi 52 ünvanında olmuşdur. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin iddiasını əsassız, hər hansı dəlilə, sübuta söykənməyən iddia kimi qəbul edir.
77. Bundan savayı, Təqsirləndirilən şəxs saxlanılması ərəfəsində Təhmasib adlı tanışı ilə əlaqə saxladığını, sonuncunun zənginə görə “Nine” otelə məxsus otağın qapısını açdıqda polis əməkdaşları tərəfindən saxlanıldığını söyləsə də, müdafiə tərəfi həmin şəxsə dair hər hansı məlumatı məhkəməyə təqdim etməmiş, yalnız öz mülahizələrini bildirməklə kifayətlənmiş, eləcə də məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin saxlanılmasının hər hansı digər şəxslə əlaqəsi müəyyən edilməmişdir.
78. Bundan başqa müdafiə tərəfi təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə saat 13-15 radələrində saxlanıldığını, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin saxlanılma vaxtının 16:30 kimi qeyd olunduğunu, buna baxmayaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılması istintaq hərəkəti protokolunun həmin tarixdə saat 18:32-də tərtib olunmasının pozuntu kimi qiymətləndirilməsini xahiş etmişdir.
79. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-13-6/2-483/24 nömrəli raportdan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Nərimanov rayonu, A.Salamzadə küçəsi 52 ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb saxlanılarkən yerində üstünə şəxsi axtarış aparılmasına şərait olmadığı əsası ilə polis əməkdaşlarının müşayiəti altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Həmin polis idarəsi ünvan 6 ünvanında yerləşir. İş materiallarından görünür ki, şəxs barəsində “Müdafiəçinin təyin edilməsi barədə” qərar qəbul edilmiş, həmin qərar icra olunması üçün göndərilmişdir. Təbii ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərkən yolda itirilən vaxt, müdafiəçinin təyin edilməsi üçün qərarın qəbul olunması, qərarın qeydiyyatdan keçirildikdən sonra icra edilməsi üçün müvafiq vəkil qurumuna göndərilməsi, həmin qurumdan növbətçi vəkilin ayrılması, vəkilin polis idarəsinə yol qət edib gəlməsi müəyyən vaxt tələb edir. Həmçinin şəxsi axtarış, baxış və götürmə aparılması haqqında sözügedən protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə saat 18:05-də aparılmış, müvafiq protokolun tərtibinə isə həmin tarixdə saat 18:32-də başlanılmışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin saxlanıldığı Bakı şəhəri, Nərimanov rayonu, A.Salamzadə küçəsi 52 ünvanı yaxınlığında şəxsi axtarış aparılmasına şərait olmaması, həmçinin, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol tərtib edildiyi vaxtadək keçən müddət ağlabatandır, hər hansı qanun pozuntusu müəyyən olunmur.
80. Bundan əlavə müdafiə tərəfi təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan gödəkcəsinin altında yalnız “mayka” olmasını xx.xx.2024-cü il tarixdə olan hava şəraitinə uyğun olmamaqla ağlabatan olmadığını bildirmiş, bununla da təqsirləndirilən şəxsin ittihamda qeyd olunan ünvanda yox, məhz “Kral Hüseyn” küçəsində yerləşən “Nine” otelin inzibati binasının içərisində saxlanıldığını iddia etmişdir.
81. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin saxlanılma yeri barədə müdafiə tərəfinin iddiasına məhkəmə tərəfindən münasibət bildirilmiş, təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə əynində olan gödəkcəsinin altında yalnız “mayka” olması onun məhz “Kral Hüseyn” küçəsində yerləşən “Nine” otelin inzibati binasının içərisində saxlanıldığını sübut edən hal olmamışdır. Müdafiə tərəfindən təqsirləndirilən şəxsin Bakı şəhəri, Nərimanov rayonu, A.Salamzadə küçəsi 52 ünvanın yaxınlığında saxlanılmasını təkzib edən hər hansı sübut irəli sürülmədiyindən məhkəmə həmin xüsusatı mötəbər olmayan sübut kimi qiymətləndirir.
82. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, narkotik vasitənin və psixotrop maddənin, elektron tərəzinin təqsirləndirilən şəxsin əynindəki gödəkçəsinin sol yan cibindən aşkar edilməsi, qablaşdırılması, həmin maddələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlərdən sübut kimi yol verilməz olanı yoxdur. İş materiallarında olan sübutlar yol veriləndir.
83. Bundan başqa məhkəmə şahid qismində dindirilmiş Şahid2 məhkəmə verdiyi ifadəsinə tənqidi yanaşmaqla onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürmüş, Şahid2 məhkəmədə verdiyi ifadəsinin təqsirləndirilən şəxslə yaxın münasibəti olması səbəbindən sonuncunun cinayət məsuliyyətindən yaxa qurtarması və ya onun məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olduğu qənaətinə gəlir.
84. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin və narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarları qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (hökmün 55-ci bəndi)
85. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini psixi təsir altında verdiyini bildirsə də, bu iddia hər hansı sübutla möhkəmlənməmişdir.
86. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil.
87. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq edilmədiyini, psixi zorakılıq edildiyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
88. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
89. Belə ki, məhkəmə baxışında şəxsi axtarış və götürmə istintaqı hərəkəti zamanı videoçəkilişə baxdıqda görünür ki, videoyazı fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmiş, təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 04 (dörd) ədəd ağ rəngli və 01 (bir) ədəd qara rəngli sellofan bükümü, gödəkçənin sağ yan cibindən elektron tərəzini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, həmin narkotik tərkibli maddələr təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmet ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur.
90. Habelə, cinayət işinin materialları, şahidlərin ifadələri və məhkəmə araşdırmasına əsasən, təqsirləndirilən şəxsin 18 yanvar 2024-cü il tarixdə ünvan 7 ünvanında yerləşən “Nine” otelin içərisində, olduğu otaqda saxlanılması, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmış psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ona qarşı psixoloji təsirin göstərilməsi müəyyən edilməmişdir.
91. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə heroinin 4,347 qram yəni, külli miqdarından yəni şəxsi istehlak miqdarından təxminən 28,98 dəfədən, külli miqdarından isə təxminən 2,18 dəfədən artıq olması, psixotrop madə metamfetamin 6,911 qram, yəni şəxsi istehlak miqdarından təxminən 46,07 dəfədən, külli miqdarından isə təxminən 3,45 dəfədən artıq olmasını, həmin narkotik tərkibli maddələrin bir neçə bükümdən ibarət olmasını, metamfetaminin isə çəkilib xırda bağlamalara, yəni bükümlərindən bir qisminin bərabər çəkilərdə bükülməsini, onların hazırlanması üçün avadanlığın, yəni elektron tərəzinin mövcudluğunu, həmin tərəzinin üzərindən narkotik vasitə heroinin izlərinin aşkarlanmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni və narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.
92. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
93. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
94. Məhkəmə həmçinin qeyd edir ki, istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “tamah niyyəti ilə İran islam Respublikasının vətəndaşı “Səyyad” adlı şəxsdən” və “ölkə ərazisində dövriyyəsini həyata keçirmək üçün” sözləri ittihamçı tərəfindən məzmun olaraq sübuta yetirilməmişdir.
95. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “tamah niyyəti ilə İran islam Respublikasının vətəndaşı “Səyyad” adlı şəxsdən” və “ölkə ərazisində dövriyyəsini həyata keçirmək üçün” sözlərini göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, “Səyyad” adlı şəxsin harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.
96. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
97. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
98. Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamdan məzmun olaraq “tamah niyyəti ilə İran islam Respublikasının vətəndaşı “Səyyad” adlı şəxsdən” və “ölkə ərazisində dövriyyəsini həyata keçirmək üçün” sözləri irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
99. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda olmaqla 6,911 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4,347 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, 18 yanvar 2024-cü tarixdə saat 16:30-da ünvan 2 ünvanı yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət olunaraq orada üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən əynindəki gödəkçəsinin sol yan cibindən dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,675 qram, 0,944 qram, 0,884 qram və 0,408 qram olmaqla, ümumilikdə 6,911 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 4,347 qram külli miqdarda narkotik vasitə heroin və əynindəki gödəkçəsinin sağ yan cibindən üzərində heroinə bənzər izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
100. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
101. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (hökmün 32-ci bəndi)
102. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. (hökmün 31; 33; 34 və 36-cı bəndləri)
103. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 169)
104. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
105. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
106. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
107. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 35-ci bəndi)
108. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 4(005)-68/2024 nömrəli qərarı ilə həmin tarixdə barəsində əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 18, 84-88). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. (hökmün 37-ci bəndi)
109. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 18 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
110. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
111. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 6,711 qram psixotrop maddə metamfetamin, 4,297 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 43-cü bəndi)
112. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (hökmün 12-ci bəndi)
113. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 48-ci bəndi)
114. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 6,711 qram psixotrop maddə metamfetamin, 4,297 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. Digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova