Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-277/2021 22.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X6 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1991-ci il noyabrın 13-də Balakən rayonunun Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum edilməmiş, marketdə satıcı işləmiş, Balakən rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs digəri və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,744 qram narkotik vasitə heroini sonuncunun Sumqayıt Şəhər Qəbiristanlığının giriş hissəsindəki məlumat lövhəsinin altında qoyduğu yerdən əldə edib kirayədə yaşadığı ünvan 2 ünvanında ayrı-ayrılıqda bükülülərə bölməklə bir ədəd bükümü 50 manata Şahid1 satmış, iki ədəd bükümü isə sonuncuya istintaqa məlum olmayan şəxslərə satmaq üçün saxlamağa vermiş, 2020-ci il fevralın 18-də saat 2300-da Şahid1 idarə etdiyi «Khazar LX» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu zaman Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərindəki «Qurd Dərəsi» bağlar massivində sonuncu ilə birlikdə saxlanaraq bölməyə gətirilmiş, orada üzərlərində şəxsi axtarış aparılarkən Şahid1 əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən satış məqsədi ilə saxladığı üç ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda 0,934 qram, 0,907 qram və 0,903 qram, ümumilikdə 2,744 qram təmiz çəkidə tiryəkdən kustar üsulla hazırlanan külli miqdarda narkotik vasitə heroin, qeyd edilən avtomobilə baxış keçirilərkən salonundan «Pocket Scale» markalı elektron tərəzi aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, Şahid1la 2020-ci il fevral ayının əvvəllərində Abşeron rayonunun Novxanı kəndində tanış olmuşdur. 2020-ci il fevralın 18də sonuncu ilə telefon almağa getdiyi vaxt polis əməkdaşları yaxınlaşaraq onları Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət etmişlər. Vüsal nəsə oğurladığından tutulmuş, lakin şəxsi axtarış aparılarkən sonuncunun üzərində üç ədəd bükümdə narkotik vasitə heroin aşkarlanıb götürülmüşdür. Onun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet çıxmamış, o, heç bir zaman narkotik vasitə satmamışdır. Əvvəllər narkotik vasitə heroin istifadə etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2020-ci il fevralın 18də Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün 50 manata bir büküm narkotik vasitə heroin alsa da sonuncu ilə əlbir olmamış, ümumiyyətlə heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis kapitanıdır. 2020-ci ilin yanvar-fevral ayları ərzində Sumqayıt şəhərinin müxtəlif yerlərində nəqliyyat vasitələrindən akkumlyator oğurluq hadisələrinin baş verməsi faktları üzrə iş yoldaşları Şahid7, Şahid4 və Şahid5 ibarət qrupda gəzintilər təşkil edilmişdir. 2020-ci il fevralın 15- 16-da Sumqayıt şəhərindəki Novxanı bağlar massivində yaşayan Şahid1 göstərilən oğurluqları törətməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. 2020-ci il fevralın 18-də saat 2250 radələrində Sumqayıt şəhərindəki «Qurd Dərəsi» bağlar massivi istiqamətində hərəkətdə olduqları vaxt sonuncunun idarə etdiyi «Khazar LX» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamaqla Şahid1 bölməyə dəvət etmiş, həmin oğlan üzərində avtomaşının salonunda əyləşən qadınların birindən, Təqsirləndirilən şəxs aldığı narkotik vasitə heroin olduğunu bildirəndə sonuncunu və yanındakı Şahid2 bölməyə getməyi təklif edərək oğlana məxsus avtomobili aparıb bölmənin duracağına yerləşdirmişlər. Aidiyyəti raport yazdıqdan sonra təhqiqatçı Şahid6 tərəfindən araşdırılma başlanmaqla Şahid1 hüquqları və vəzifələri izah olunmuş, sonuncu videoçəkilişlə şəxsi axtarış aparılmasına etiraz etmədiyindən üstündə hər hansı bir qanunsuz əşya olubolmamasını, əgər varsa, təqdim etməsini təklif olunduqda Şahid1 əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən çıxardığı üç ədəd şəffaf sellofan bükümdə özünün istifadəsi üçün Təqsirləndirilən şəxs 50 manata aldığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Şahid1 məxsus avtomaşına baxış keçirilərkən salondakı bardaçokdan iki ədəd düyməli, açılıb-bağlanan boz və qara rəngli bıçaq, beş ədəd güllə patronu, bir ədəd üzərində «Car charger» sözləri yazılan qara rəngli qutudakı gümüşü rəngdə folqa hissələri, üç ədəd boru şəklində yumrulanan 1 manatlıq pul əskinası, bir ədəd göy rəngli alışqan, bir ədəd kiçik ölçülü lampa, üç ədəd vizit kartı, ön sağ sərnişin oturacağının arxa tərəfində olan cibdən bir ədəd qara və gümüşü rənglərdən ibarət üzərində «Pocket Scale» sözləri yazılan elektron tərəzi aşkar edilmişdir. Bundan başqa salondan bir ədəd qara papaq və bir ədəd daraq aşkarlanmışdır. Bıçaqlar, güllə patronları, folqa parçaları, üç ədəd 1 manatlıq pul əskinası və bir ədəd tərəzi maddi sübut əhəmiyyəti daşıdığından təhqiqatçı tərəfindən götürülmüş, digər əşyalar sahibi Şahid1 qaytarılaraq avtomobilə qoyulmuşdur. Sonuncu bıçaqlardan birinin özünə məxsus olduğunu, qeyrisinin hansısa müştəriyə aid olduğunu, güllə patronlarını arada ova getdiyi üçün avtomaşında saxladığını, 1 manatlıq əskinaslardan birinin özünə, qalan iksisinin, tərəzinin və folqa parçalarının isə Təqsirləndirilən şəxs adlı sərnişinə aid olduğunu bildirmişdir. Tərtib edilən protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılarkən hər hansı bir sübut əhəmiyyəti daşıyacaq fakt növü aşkar edilməmişdir. Sonuncu elektron tərəzinin özünə aid olduğunu deyib Şahid1 ilə bir yerdə narkotik vasitə heroini çəkməklə satdıqlarını, onun üzərindən çıxan üç ədəd bükümdəki narkotik vasitə heroini də Şahid1 50 manata o, satdığını bildirmişdir. Protokol tərtib edilərək iştirakçıların hamısı tərəfindən qol çəkilmişdir. Şahid1 və Təqsirləndirilən şəxs həmçinin özlərinə məxsus mobil telefonları təhqiqatçıya təqdim etmişlər. İş üzrə şahid qismində dindirilən Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Şahid6, bölmənin cinayət axtarış üzrə kiçik inspektoru polis serjantı Şahid7, məlumat portalı üzrə operatoru polis serjantı Şahid4 (Şahid1 aid hissədə) və hadisə zamanı polis serjantı rütbəsində olub Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin cinayət axtarış üzrə sürücüsü polis nəfəri vəzifəsində işləməklə hazırda polis leytenantı rütbəsində olaraq bölmənin sahə rəisi vəzifəsində işləyən Şahid5 (Şahid1 aid hissədə) Şahid3 ilə oxşar ifadələr verdilər. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma ərəfəsində verdiyi ilkin izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilib X8 adlı şəxslə qeyri-rəsmi nikahından 2012ci il təvəllüdlü X9 adlı övladı olduğunu, 2020-ci il fevral ayının əvvəllərində Nicatdan ayrıldıqdan sonra ailə kimi yaşadığı X2 narkotik vasitə daşıdığı üçün həbs edildiyini, qızı və Şahid2 adlı rəfiqəsi ilə Şəmşirin yanına gedərkən tanış olduğu, «Khazar LX» markalı avtomobili idarə edən taksi sürücüsü Şahid1 narkotik vasitə heroin qəbul etdiyini gördüyünü, Vüsalın, onun maddi vəziyyətinin pis olması barədə xəbər tutduğundan, «100- 150 manat tap, həmin pulla narkotik vasitə alaq-sataq» söylədiyini, Şəmşirin «İranlı» ləqəbli tanışı ilə danışmaqla sonuncunun bank hesabına göndərilən pul qarşılığında ona narkotik vasitə heroin verəcəyini, lakin onunla üzbəüz təmas etməyəcəyini, yalnız dediyi yerlərdən narkotik vasitəni götürəcəyini bildirdikdə razılaşdığını, 2020-ci il fevralın 11-də pul ödəndikdən sonra Bakı şəhərindəki «Qız Qalası» tarixi abidəsinin yaxınlığında gizlədilən səkkiz qram çəkidə narkotik vasitə heroini Vüsalla birlikdə götürərək sonuncunun həmin maddəni bir qramlara ayırırıb növbəti gün satdığını, 2020-ci il fevralın 13-də eyni qaydada narkotik vasitəni Abşeron rayonu Xırdalan şəhərinin mərkəzindəki «Topaz» mərc oyunları məntəqəsinin yanından, 2020-ci il fevralın 15-də Abşeron rayonunun Novxanı kəndindəki «Amore» istirahət mərkəzinin yaxınlığından, 2020-ci il fevralın 17-də Sumqayıt Şəhər Qəbiristanlığının giriş hissəsindəki məlumat lövhəsinin altından götürməklə Vüsalın qeyd edilən maddələri bükümlər şəklində satdığını, 2020-ci il fevralın 18-də Sumqayıt şəhərindəki «Qurd Dərəsi» bağlar massivi ərazisindən sonuncunun idarə etdiyi avtomaşınla keçərkən polis əməkdaşlarının yaxınlaşaraq onları Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət etdiklərini, orada onun üstündən hər hansı bir qanunsuz əşya və ya predmet çıxmadığını, Vüsalın üzərindən isə üç büküm narkotik vasitə heroin aşkar edildiyini göstərmişdir (1-ci cild, iş vərəqi 58-59, 71- 76 və123-129). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid1 ibtidai araşdırma ərəfəsində verdiyi ilkin izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilib 2015-ci ildən narkotik vasitə aludəçisi olmaqla Sumqayıt şəhərində taksi fəaliyyəti ilə məşğul olduğunu, 2020-ci il fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs Abşeron rayonunun Novxanı kəndində yerləşən «Duyğu» restoranından yaşadığı evə gətirərək növbəti gün Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbəsinə aparanda sonuncunun da narkoman ilə yanaşı narkotikin satıcısı olduğunu başa düşüb o, Ülkərdə narkotik vasitə olarsa, sata biləcəyini söylədiyini, 2020-ci il fevralın 17-də axşam saatlarında sonuncudan şəxsi istifadəsi üçün narkotik vasitə heroin istədikdə Ülkərin «malın hamısı satıldı, iranlı şəkil göndərməklə narkotiki Sumqayıt Şəhər Qəbiristanlığının yanına atdı, malı oradan götürmək lazımdır» dediyini, idarə etdiyi «Khazar LX» markalı avtomobillə sonuncunun birgə yaşadığı rəfiqəsi Şahid2 ilə birlikdə saat 23 radələrində Sumqayıt Şəhər Qəbiristanlığının yanına getdiklərini, sonuncunun məlumat lövhəsinin altına qoyulan şəffaf sellofan torbanı götürərək geri qayıtdığını, 2020ci il fevralın 18-də saat 17 radələrində onun Ülkərdən 50 manata bir bükümlük, yəni bir qram narkotik vasitə heroin aldığını, bundan sonra sonuncunu «Duyğu» restoranına apardığını, Ülkərdən aldığı bir büküm və sonuncunun xahişi ilə ona verdiyi iki büküm narkotik vasitə heroini avtomaşında saxlamaq üçün cəmi götürdüyü üç büküm narkotiki əynindəki göy rəngli cins şalvarın sağ yan balaca cibinə qoyduğunu, Sumqayıt şəhərindəki «Qurd Dərəsi» bağlar massivinin girişində polis əməkdaşları yaxınlaşıb onu saxlamaqla Sumqayıt şəhəri ərazisində oğurluq hadisələri törətməkdə və üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirərək onu Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət etdiklərini, orada üzərindən üç ədəd bükümdə narkotik vasitə heroinin aşkarlanıb götürüldüyünü, avtomobilinə baxış keçirilərkən salondan özünə məxsus iki ədəd cib bıçağı, beş ədəd ov üçün nəzərdə tutmaqla saxladığı güllə patronu, bir ədəd elektron tərəzi və alışqan çıxdığını, tərtib olunan protokolların onun və digər iştirakçılar tərəfindən imzalandığını göstərmişdir (1-ci cild, iş vərəqi 29, 78-81 və 96-100). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2 ibtidai araşdırma dövründə şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs adlı şəxsi Sumqayıt şəhərindəki 9-cu mikrorayon ərazisində yerləşən barda ofisiant işlədikləri vaxtdan tanıdığını, son zamanlar kirayələdikləri evdə bir yerdə yaşadıqlarını, rəfiqəsinin 2020-ci il fevral ayının əvvəllərində iranlı adlandırdığı şəxslə mütəmadi olaraq «WhatsApp» sosial şəbəkəsində görüntülü zənglə danışmağa başladığını, göstərilən ərəfədə sonuncunun dediyi yerdən Ülkərin Şahid1 adlı tanışının vasitəsi ilə narkotik vasitə heroin alıb satmağa başladığını, 2020-ci il fevralın 17-də axşam saatlarında rəfiqəsinin xahişi ilə Vüsalla sonuncunun idarə etdiyi «Khazar LX» markalı avtomaşınla getməklə Vüsalın Sumqayıt Şəhər Qəbiristanlığının yanındakı məlumat lövhəsinin altından sellofan bükümün içərisində qəhvəyi rəngli maddəni götürdüyünü, 2020-ci il fevralın 18-də saat 17 radələrində Vüsalın yaşadıqları evə gələrək dünənki narotiki Ülkərlə birlikdə elektron tərəzidə çəkib bir qram şəklində 14 bükümə yığdığını, dörd bükümü sonuncunun götürməklə satmaq üçün həyətə düşdüyünü, 10 bükümün isə Vüsalda qaldığını, Ülkər qayıtdıqdan və elektron tərəzini özü ilə götürdükdən sonra hamının evi tərk etdiyini, Vüsalın avtomobil sürərkən üç fərqli yerdə saxlayaraq narkotik vasitə heroin bükümlərini satmaq üçün çıxdığını, həmin tarixdə saat 23 radələrində iki nəfər mülki geyimli polis əməkdaşının yaxınlaşıb onları Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə apardıqlarını, orada şəxsi axtarış vaxtı Vüsalın əynindəki şalvarın cibindən üç büküm narkotik vasitə heroin aşkar edildiyini, daha sonra sonuncunu və Ülkəri görmədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 254-258). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin 2020-ci il 18 fevral tarixli raportundan görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində baş vermiş oğurluq hadisələrini törətməkdə, eləcə də narkotik vasitələrin saxlanması və istifadəsində şübhələnən Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 Sumqayıt şəhərindəki «Qurd Dərəsi» bağlar massivində saxlanıb bölməyə gətirilmişlər (1-ci cild, iş vərəqi 7). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 18 fevral tarixli protokoldan görünür ki, Şahid1 əynindəki göy rəngli cins şalvarın sağ kiçik yan cibindən üç ədəd şəffaf sellofan bükümü təqdim edərək heroin olduğunu, qeyd edilən maddəni Ülkər adlı tanışından 50 manata aldığını bildirmiş, fotoşəkillər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 21-23). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 19 fevral tarixli 4291 №-li rəyinin kserosurətindən görünür ki, üstündə «Vət. Şahid1 üzərinə…» sözləri və imzalar olan bir ədəd zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda 0,934 qram, 0,907 qram, 0,903 qram, cəmi 2,744 qram təmiz çəkidə maddələr tiryəkdən kustar üsulla hazırlanan narkotik vasitə heroin olmaqla xarici görünüşünə və kimyəvi tərkibinə görə eynidir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 37-39). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 19 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il fevralın 18-də saat 2300-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 46). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 19 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə aparılan şəxsi axtarış zamanı iş üçün əhəmiyyətli maddə, predmet və ya əşya aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 51). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 19 fevral tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs saz vəziyyətdəki bir ədəd «LG-K430dsY» markalı İmei 1-**********39386 və İmei 2- **********39384 kodlu mobil telefonu təqdim etmiş, fotocədvəlin kserosurəti protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 62-65). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 20 fevral tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs həmin Məcəllənin göstərilən maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 114-115). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 20 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 130-131). İş materiallarında olan AZ-T seriyalı 121820 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il 18 avqust təvəllüdlü X3 adlı övladı vardır (1-ci cild, iş vərəqi 151). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 08 mart tarixli protokoldan görünür ki, bir ədəd CD diskindəki birinci videoya baxış zamanı şəxsi axtarış keçirilməzdən Şahid1 üzərində hər hansı qeyri-qanuni vasitə varsa, təqdim etməsi təklif olunduqda sonuncunun əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən üç ədəd şəffaf sellofan büküm çıxarıb içərdəki narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün Ülkər adlı tanışından 50 manata aldığını deməsi, bükümlər açılarkən içərisində həqiqətən narkotik vasitə heroinə bənzər kütlələrin müşahidə edilməsi; ikinci videoya baxış vaxtı Şahid1 razılığı ilə baxış keçirilən «Khazar LX» markalı ** PD *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin salonundan bir ədəd gümüşü rəngli üzərində «Pocket Scale» sözləri yazılan işlək vəziyyətdəki elektron tərəzinin, bardaçokundan iki ədəd bıçağın, beş ədəd güllə patronunun, bir ədəd üzərində «Car charger» sözləri yazılan qara rəngli qutudakı gümüşü rəngdə folqa hissələrinin, üç ədəd bolu şəklində yumrulanmış 1 manatlıq pul əskinasının, bir ədəd göy rəngli alışqanın, bir ədəd kiçik ölçülü lampanın, üç ədəd vizit kartının aşkar edilərək götürülməsi, Şahid1 güllə patronları arada ova getdiyinə görə avtomaşında saxladığını, bıçaqlardan birinin özünə, digərinin isə hansısa müştəriyə, narkotik vasitənin çəkilməsi üçün istifadə edilən 1 manatlıq əskinaslardan birinin özünə, qalan ikisinin, habelə tərəzinin və folqa hissələrinin Təqsirləndirilən şəxs aid olduğunu bildirməsi; üçüncü videoya baxılarkən sonuncunun aşkarlanan narkotik vasitə heroinin ona məxsus olmaqla 50 manata Şahid1 satdığını, tərəzinin özünə aid olmasını, folqa hissələrinin isə onun olmadığını bildirməsi müəyyən olunmuş, Təqsirləndirilən şəxs razılığı ilə üzərində şəxsi axtarış aparılarkən sübut əhəmiyyətli hər hansı bir predmet aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 193-195). İş materiallarında olan Balakən Rayon Mərkəzi X7 Şəxsinin 2020-ci il 05 mart tarixli 35 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsində həkimpsixiatrın və həkim-narkoloqun qeydiyyatında yoxdur (1-ci cild, iş vərəqi 197). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 12 mart tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd İmei-1 **********12548/01 və İmei 2 -**********12545/01 kodlu «Samsung J2» markalı mobil telefona baxış zamanı sonuncu ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin alqısaqtısı ilə bağlı yazışma mətnləri və səsyazmaların olduğu müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 198-206). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 15 mart tarixli protokoldan görünür ki, üç ədəd bir manatlıq pul əskinasına, folqa parçalarına və bi ədəd elektron tərəziyə baxış vaxtı «Pocket Scale» markalı, Çin Xalq Respublikası istehsallı tərəzinin kitabça formasında, üz hissəsinin qara rəngli, açıldıqdan sonra bir hissəsinin qara, tərəzi hissəsinin isə gümüşü rəngli; dörd ədəd gümüşü rəngli folqa hissələrinin 10x5,5 sm, 10x1,5 sm, 7x4.5 sm, 7x5 sm ölçülərdə olması, yumrulanaraq boru şəklinə gətirilən, G48376555, G60696896, F12999792 nömrəli 1 manatlıq pul əskinasının içərisində qara və qəhvəyi rəngli his ləkələrinin mövcud olması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 207-208). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2020-ci il 18 mart tarixli 20/4420 nömrəli tədqiqat haqqında arayışın surətindən görünür ki, Şahid1 götürülməklə «yanaq epiteli qaşıntısı» nümunələrindən əldə edilən DNT profili idarədəki DNT məlumat bankında olan profillərlə eynilik təşkil etmir (1-ci cild, iş vərəqi 213-214). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 17 aprel tarixli qərarından görünür ki, Şahid1 üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 2,654 qram qalığı maddi sübut kimi tanınmaqla Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 231). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 13 mart tarixli 4456/4457 №-li rəyinin kserosurətindən görünür ki, beş ədəd zavod üsulu ilə hazırlanan patron 16 kalibrli olub hamar-yivsiz lüləli ov tüfəngində istifadə edilmək üçün döyüş sursatı hesab edilməklə istifadəyə yararlıdır, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik bir ədəd bıçaq xüsusi təyinatlı (köməkçi məqsədlər üçün nəzərdə tutulmuş) ov bıçağı və bir ədəd turist bıçağı soyuq silah hesab edilmir, ekspertiza tədqiqatının dəyəri 64 manatdır (1-ci cild, iş vərəqi 278-280). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 16 may tarixli sübutların qiymətləndirilməsi haqqında, eləcə də 2020-ci il 22 may tarixli qərarlarının kserosurətlərindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilərək ona yenidən ittiham elan olunmuş, Şahid1 əməlində Azərbaycan Respublikasının CM-nin 228.1.-ci, 228.4.-cü, 234.4.2.-ci və 236.1.-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusiyyətlər üzrə barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2.-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinə göndərilməsi qərara alınmış, Şahid1 üzərindən narkotik vasitə heroinin aşkar olunmasını əks etdirən bir ədəd CD diski maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş, sonuncunun könüllü təqdim etdiyi İmei 1-**********12548/01 və İmei 2-**********12545/01 kodlu bir ədəd «Samsung J2» markalı mobil telefon, «Khazar LX» markalı avtomobildən aşkarlanan üç ədəd 1 manatlıq pul əskinası, folqa parçaları, bir ədəd elektron tərəzi, beş ədəd patron, iki ədəd bıçaq, Şahid1 götürülən 2,744 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2,654 qram qalığı maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlancına təhvil verilmiş, X10, X5 və Şahid2 barəsində Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, cinayət işindən Təqsirləndirilən şəxs və istintaqa «iranlı» kimi məlum olan şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır (2-ci cild, iş vərəqi 1-28 və 37). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 23 may tarixli protokoldan görünür ki, 2020-ci il mayın 09-dan axtarışda olan Təqsirləndirilən şəxs 2020-ci il mayın 23-də saat 1545-də saxlanaraq bölməyə gətirilmişdir (2-ci cild, iş vərəqi 40). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 17 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 43-44). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 23 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (2-ci cild, iş vərəqi 59-60). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 05 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli, «LG-K430dsY» markalı, İmei-1 **********39386 və İmei-2 **********39384 kodlu mobil telefona baxış zamanı iş üçün əhəmiyyətli fakt aşkar edilməmişdir (2-ci cild, iş vərəqi 68). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 2020-ci il 04 iyun tarixli 1503 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild, iş vərəqi 69-70). İş materiallarındakı Balakən Rayonu İcra Hakimiyyəti başçısının Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 24 avqust tarixli 1080 nömrəli arayışın və 2020-ci il 04 avqust tarixli 78 nömrəli xasiyyətnamənin surətlərindən görünür ki, Balakən rayonunun Poştbinə kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhərində övladı X3 ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 74-75). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 14 avqust tarixli sübutların qiymətləndirilməsi haqqında, eləcə də 2020-ci il 17 avqust tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, sonuncunun əməlində Azərbaycan Respublikasının CMnin 234.4.2.-ci və 236.1.-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusiyyətlər üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid1 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışların, «Khazar LX» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın görüntülərini əks etdirən bir ədəd CD diskinin maddi sübut kimi tanınıb cinayət işinə əlavə olunması, Şahid1 könüllü təqdim etdiyi İmei 1-**********12548/01 kodlu və İmei 2-**********12545/01 kodlu bir ədəd «Samsung J2» markalı mobil telefonun, «Khazar LX» markalı avtomobildən aşkarlanan üç ədəd 1 manatlıq pul əskinasının, folqa parçalarının, bir ədəd elektron tərəzinin, beş ədəd patronun, iki ədəd bıçağın, Şahid1 götürülən 2,744 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2,654 qram qalığının maddi sübut kimi tanınmaqla saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlancına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs məxsus bir ədəd «LG» markalı mobil telefon sübut əhəmiyyətli olmadığından sahibinə geri qaytarılmışdır (2-ci cild, iş vərəqi 232-255 və 258-259). İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs bir ədəd «LG» markalı mobil telefonu təhvil almışdır (2-ci cild, iş vərəqi 257). Məhkəməyə təqdim olunan Balakən Rayonu İcra Hakimiyyəti başçısının Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 07 noyabr tarixli 1359 nömrəli arayışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonunun Gərəkli kəndində övladı ilə tənha yaşayır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs elan edilən ittihamda özünü qismən təqsirli bilməsini və Şahid1 ifadəsini, yəni birincisinin narkotik vasitələrin sadəcə aludəçisi olmaqla satışı ilə heç vaxt məşğul olmaması, sonuncunun isə öz şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin alsa da Təqsirləndirilən şəxs ilə əlbir olmaması, heç bir zaman narkotiklərin satışı ilə məşğul olmaması haqqında dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə bu ifadələri özünümüdafiə xarakteri daşımaqla barələrində aparılan cinayət işi üzrə cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş özünün və Şahid1 tam etirafedici ilkin izahatları şübhəli və təqsirləndirilən şəxslər qismində verdikləri ifadələr, şahid ifadəsi, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, habelə iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddələri əsasında Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını nəzərə almaqla ilk məhkumluğunu, qadınlığını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 79.1.-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzası sonuncunun 2012-ci il 18 avqust təvəllüdlü övladı X3 14 yaşına çatanadək, yəni 2026-cı il avqustun 18-dək təxirə salınmalıdır. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan Şahid1 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışların, «Khazar LX» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın görüntülərini əks etdirən bir ədəd CD diskinin cinayət işinə əlavə olunması, Şahid1 təqdim etdiyi İmei 1-**********12548/01 və İmei 2-**********12545/01 kodlu bir ədəd «Samsung J2» markalı mobil telefonun, «Khazar LX» markalı avtomobildən aşkarlanan üç ədəd 1 manatlıq pul əskinasının, folqa parçalarının, bir ədəd elektron tərəzinin, beş ədəd patronun, iki ədəd bıçağın, Şahid1 götürülən 2,744 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2,654 qram qalığının saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlancına təhvil verilməsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd «LG» markalı mobil telefon sübut əhəmiyyətli olmadığından sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şahid1 üzərindən aşkarlanan narkotik vasitə heroin ilə bağlı ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğin yarısı, yəni 32,5 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, qalan hissəsinin, habelə «Khazar LX» markalı avtomobilindən aşkar edilən beş ədəd patron və iki ədəd bıçaq ilə bağlı ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 manatın isə Şahid1 aid olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 35 iş saatı, məhkəmə istintaqında isə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 32 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 210 manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 192 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hazırki cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin sonuncunun 2012-ci il 18 avqust təvəllüdlü övladı X1 14 yaşına çatanadək təxirə salınacağını nəzərə alaraq hesab edir ki, cəzaçəkmənin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməsi himayəsindəki 2012-ci il 18 avqust təvəllüdlü övladı X3 14 yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs övladı X3 14 yaşına çatanadək davranışına nəzarət Sumqayıt Şəhər İcra Şöbəsinə tapşırılsın. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Şahid1 üzərindən aşkarlanan narkotik vasitə heroin ilə bağlı ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğin yarısı, yəni 32,5 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin, habelə qalan hissəsinin, «Khazar LX» markalı avtomobilindən aşkar edilən beş ədəd patron və iki ədəd bıçaq ilə bağlı ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 manatın isə Şahid1 aid olması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 210 manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 192 manat köçürülsün. Maddi sübut kimi tanınan Şahid1 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışların, «Khazar LX» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın görüntülərini əks etdirən bir ədəd CD diskinin cinayət işinə əlavə olunması, Şahid1 təqdim etdiyi İmei 1- **********12548/01 və İmei 2-**********12545/01 kodlu bir ədəd «Samsung J2» markalı mobil telefonun, «Khazar LX» markalı avtomobildən aşkarlanan üç ədəd 1 manatlıq pul əskinasının, folqa parçalarının, bir ədəd elektron tərəzinin, beş ədəd patronun, iki ədəd bıçağın, Şahid1 götürülən 2,744 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2,654 qram qalığının saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlancına təhvil verilməsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd «LG» markalı mobil telefon sübut əhəmiyyətli olmadığından sahibinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-277/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-277/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver