Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-277/2022 17.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 24 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Tərcüməçi – X3 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30.08.2021-ci il tarixdə saat 01:00 radələrində tanışı Şahid3 yaşadığı ünvan 3 ünvanında yerləşən evdə Şahid3 və digər tanışı Zərərçəkmiş şəxs ilə birlikdə tibbi spirt və spirtli içki qəbul etdikdən sonra sonuncunun alkoqol sərxoşluğun təsiri altında onu təhqir etməsini özü üçün qəbul olunmaz hal hesab edib, cüzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə alkoqol sərxoşluğu halında həmin evin həyətyanı sahəsində əvvəlcə yumruqla sonuncunun həyat və sağlamlığı üçün əhəmiyyətli olan baş nahiyyəsindən bir neçə dəfə zərbə vurub yerə yıxdıqdan sonra, Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdırmaq üçün ayaqla baş və bədənin müxtəlif nahiyyələrinə dəfələrlə zərbələr vurmaqla hər iki göz orbitası ətrafında, sol yanaq, sol təpə nahiyələrində, ənsə nahiyəsinin sol yarısında, döş qəfəsinin sol yarısının ön-yan səthində, sol bazunun yuxarı 1/3- nin bayır səthində, sağ diz oynağı nahiyəsinin ön səthində qançırlar, eləcə də alın, sol təpə, sol çiyinüstü, sol kürək, hər iki qaş, burunüstü nahiyələrdə, alt dodağın selikli qişasının sağ yarısında, sol baldırın orta 1/3-nin ön səthində sıyrıqlar kompleksi fonunda baş beyin toxumasına, onun mədəciklərinə və qişalaraltma qansızmalarla müşayiət olunan soldan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı kimi dərəcəsinə görə ölümə səbəb olan, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qəsdən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 avqust 2021-ci il tarixdə və 29 avqust 2021 -ci il tarixdə axşam saatlarında Eldar və Maratla birlikdə sonuncunun evində oturub yeyib içmişlər. Həmin günlərdə üç nəfərə təxminən 10 litr spirt və araq içmişlər. 29 avqust 2021-ci il tarixdə axşam saatlarında yeyib içən zaman Eldarın adını xatırlamadığı dostu da evə gəlmişdir. Həmin şəxs onlarla bir az içib çıxıb getmişdir. Həmin vaxt o, çox içdiyindən həm hava almaq üçün, həm də Eldarın tanışını yola salmaq üçün sonuncu ilə birlikdə evdən çıxmışdır. Eldarın tanışını 20-ci sahədə yerləşən parka ötürüb ayrılmışdır. Daha sonra əlavə olaraq mağazadan 250 qramlıq araq alıb gecə yəni, 30 avqust 2021-cİ il tarixə keçən gecə saat təxminən 24-01 radələrində yenidən evə qayıtmışdır. Evə gələrkən çox içkili olduğundan özünü idarə edə bilməmiş, evin darvazasından həyətə daxil olduqda həyətdə xatırlamadığı səbəbdən Eldara qarşı nalayiq ifadələr işlətmiş və onu təhqir etmişdir. Eldar da onu eyni qaydada təhqir etmişdir. Eldarın onu söyməsindən əsəbiləşib üzərinə hücum etmiş və təxminən 3-4 dəfə yumruqla Eldarın baş nahiyyəsinə, sifətinə vurmağa başlamışdır. Həmin vaxt Marat onları ayırmağa çalışmış, buna baxmayaraq o, Eldarı yumruqla baş nahiyyəsinə vurmağa davam etmişdir. Eldar onun zərbələrindən sonra yerə yıxılmışdır. Yerə yıxılan zaman Eldarın başı bərk yerə dəymişdir. Bundan sonra təpiklə Eldarın başından bir neçə dəfə zərbə endirmişdir. Həmin vaxt Eldarın özünü itirdiyini, nəfəsinin kəsildiyini görmüşdür. Belə ki, əvvəllər Eldarda özündən getmə halları olduğundan bu dəfə də fikirləşmişdir ki, özündən gedib ayılacaqdır. Lakin, bir neçə dəqiqə keçəndən sonra başa düşmüşdür ki, Eldar ölmüşdür. Eldarın öldüyünü biləndə hər iki əlindən tutub sürüyərək hamam otağına aparıb uzatmışdır. Hamamda Eldarın əynində olan qara maykanı çıxarmış və üzərinə su tökmüşdür. Lakiıı Eldar yenə də ayılmamışdır. Bundan sonra hamamın qapısını bağlayıb çölə çıxmışdır. Artıq gecə saat 01-02 radələri olmuş, həmin vaxt Marat da şokda olmuş, onu söyərək nəyə görə belə etdiyini soruşmuşdur. Marata demişdir ki, səhər saatlarına kimi ona icazə versin, Eldarı hamamdan çıxaracaqdır. Marat da çarəsiz qalaraq onunla razılaşmışdır. Bundan sonra o, yataq otağında yatmağa getmişdir. 30 avqust 2021-ci il tarixdə günorta saat 14-15 radələrində yuxudan oyanmışdır. Yuxudan oyanan kimi gedib hamam otağına açıb baxmışdır ki, bəlkə Eldar ayılar, lakin Eldar artıq ölmüşdür. Bundan sonra evin ətrafında kənar şəxslərin olub-olmadığını bilmək üçün evdən çıxmış, bir neçə saat küçədə gəzib yenidən evə qayıtmışdır. Küçədə insanlar çox olmuş, evə qayıdanda Marata bu barədə demiş və xahiş etmişdir ki, Eldarın meyitini axşama kimi saxlayıb, gecə saatlarında çıxaracaqdır. Marat onunla razılaşmışdır. Həmin axşam yenidən evdə tək spirt içməyə davam etmişdir. Marat artıq ona qoşulmamışdır. 31.08.2021-ci il tarixə keçən gecə saat 04 radələrində artıq küçədə heç kimin olmadığını görüb Eldarın meyitini hamam otağından çıxardıb sürüyərək darvazadan çölə gətirmişdir. Daha sonra qollarından tutub təxminən evdən 200 metr aralıya sürüyərək aparmışdır. Xatırlamadığı yerdə Eldarın meyitini yolun qırağına atmışdır. Daha sonra yenidən evə qayıtmış və yatmışdır. Səhər saat 09 radələrində yuxudan oyanıb evdən çıxmışdır. 31.08.2021 -ci il tarixdə axşam saatlarında Badamdaır qəsəbəsində yerləşən parkda polis əməkdaşları onu saxlamaslar. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Hadisə içkili olduğu üçün baş vermişdir. Əməlindən peşmandır. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun ortancıl qardaşı olmuşdur. O, Eldara böyük qardaşı olaraq hər zaman diqqət, qayğı göstərmişdir. Münasibətləri hər zaman yaxşı olmuşdur. Eldar subay olmuş, heç bir zaman ailə həyatı qurmamışdır. Eldar Badamdar qəsəbəsində müxtəlif yerlərdə fəhləçilik edib özünü dolandırmışdır. Hərdən gəlib onun yaşadığı evdə qalmışdır. Eldar son ildə səfil həyat tərzi yaşamağa başlamışdır. Bildiyi qədər bir neçə tüfeyli həyat yaşayan dostları olmuş, Eldar da həmin şəxslərə qoşulmuş, birlikdə tez tez spirtli içkilər içib küçədə yaşamışlar. 27 avqust 2021 -ci il tarixdə günorta saatlarında Eldar həmin şəxslərlə Badamdar qəsəbəsində yerləşən parkda oturmuşlar. O, da təsadüfən oradan keçəndə Eldarla görüşmüşdür. Eldar ona bir neçə gün dostu Maratgildə qalacağını demişdir. Daha sonra Eldarla sağollaşmışdır. Bundan sonra Eldarla danışmamış və görüşməmişdir. 31 avqust 2021 -ci il tarixdə səhər saatlarında polis əməkdaşları ona qardaşı Zərərçəkmiş şəxs öldürülməsi barədə məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31.08.2021 -ci il tarixdə səhər saat 07 radələrində yuxudan oyanıb hava almaq üçün evin eyvanına çıxmışdır. Onun yaşadığı ev Elçin Əzizov küçəsi ilə Salyan şossesinin kəsişməsində yerləşmişdir. Evin eyvanı Salyan şossesi ilə üzbəüzdür. Həmin tarixdə eyvanda dayanarkən kəsişmədə yolun sağ tərəfində yerdə kişi cinsli şəxsin uzandığını görmüş, ilk əvvəl həmin şəxsin sağ olduğunu düşünmüşdür. Daha sonra həyətə düşüb yaxınlaşanda həmin şəxsin artıq öldüyünü görmüşdür. Meyitin baş nahiyyəsi qana bulaşmış vəziyyətdə olmuş, əynində yalnız göy rəngli şalvarı olmuşdur. Şalvar da aşağı çəkilmiş halda olmuşdur. O, meyitin kimə məxsus olduğunu bilməmişdir. Bundan sonra meyitin yanına ətrafda yaşayan qonşular yığışmışlar. Həmin vaxt adını bilmədiyi qonşu hüquq mühafizə orqanlarına zəng edərək meyitin aşkar olunması barədə məlumat vermişlər. Bir neçə dəqiqə sonra polis və prokurorluq əməkdaşları meyitin aşkar olunduğu yerə gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 onun qonşusudur. Marat onun evi ilə üzbəüz Elçin Əzizov küçəsi 30a ünvanında yaşamışdır. Marat səfil həyat tərzi keçirmişdir. Hər gün içkili halda tüfeyli həyat yaşamışdır. Bıı səbəbdən Marat ailəsindən bir neçə il bundan əvvəl ayrılmışdır. Marat əvvələr həmin ünvanda tək yaşamışdır. Lakin son zamanlarda evə 2-3 nəfərin də gəlib getdiyini görmüşdür. O, həmin şəxsləri tanımamış, adlarını da bilməmişdir. Sadəcə görünüşlərindən həmin şəxslərin də tüfeyli həyat yaşayan olduqları bilinmişdir. Həmin şəxslər son zamanlar tez- tez Maratın evinə gəlmiş, orada spirtli içkilər qəbul etmişlər. Maratın evinin həyətindən gələn səslərdən başa düşmüşdür ki, Marat həmin şəxslərlə birlikdə hər gün içib sərxoş vəziyyətdə bir birləri ilə mübahisə edirlər. Aralarında olan mübahisələr yalnız Maratın evinin həyətində olmuş, küçədə və yaxud qonşuların gözünün qarşısında dava-dalaş saldıqlarını görməmişdir. 29 avqust 2021 -ci il tarixdən 30 avqust 2021-ci il tarixə keçən gecə saat 02-03 radələrində evdə yatmağa hazırlaşan zaman Maratın yaşadığı evin həyətindən yüksək səslər gəlmişdir. Səslərdən bir birilərini rus dilində təhqir etdiklərini eşitmişdir. O, hər zaman olduğu kimi Maratın və yanında olan tanışlarının yenə də spirtli içki içdiklərini, sərxoş olduqlarını, buna görə evdə dava dalaş saldıqlarını başa düşmüşdür. Lakin konkret olaraq Maratın evində nə baş verdiyini bilməmişdir. Bundan sonra artıq gec olduğu üçün yatmışdır. Səhər ayılanda artıq sakitlik olmuşdur. Həmin gün axşam saatlarında Maratın evindən səs eşitməmişdir. 31 avqust 2021 -ci il tarixdə hüquq mühafizə orqanlarının əməkdaşlarının Maratm evinə gəldiklərini görmüş, həmin vaxt öyrənmişdir ki, qonşusu Şahid3 evində yaşayan şəxslərdən biri digərini yumruq və təpiklə vuraraq öldürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Şahid3 onun qonşusudur. Onların evləri yanbayan yerləşir.Şahid3 Elçin Əzizov küçəsi 30a ünvanında yaşamış, səfil həyat tərzi keçirən, hər gün içkili halda tüfeyli həyat yaşayan şəxs olmuşdur. Bildiyi qədər bu səbəbdən Maratın ailə üzvləri də bir neçə il bundan əvvəl Maratdan ayrılıb başqa evdə yaşamışlar. Marat əvvələr həmin ünvanda tək yaşamış, lakin son zaman onun evinə 2-3 nəfər tanışlarının da gəlib-getdiyini görmüşdür. O, həmin şəxsləri tanıımamış, adlarını da bilməmişdir. Sadəcə görünüşlərindən həmin şəxslərin də “bomj” olduqları bilinmişdir. Həmin şəxslər son zamanlarda tez-tez Maratın evinə gəlmiş, orada spirtli içkilər qəbul etmişlər. Onlar küçəyə çıxanda tez tez Maratın evinin həyətindən qışqırıq səsləri gəlmişdir. Marat həmin şəxslərlə birlikdə hər gün içib sərxoş vəziyyətdə bir-birləri ilə mübahisə etmişlər. Onların aralarında olan mübahisələr yalnız Maratın evinin həyətində olmuş, küçədə və yaxud qonşuların gözünün qarşısında onların dava dalaş saldıqlarını görməmişdir. Yalnız evdən küçəyə çıxanda həmin şəxslərlə qarşılaşdıqda içkili olduqlarını görmüşdür. 31 avqust 2021-ci il tarixdə polis əməkdaşlarının Maratın evinə gəldiklərini görmüş, həmin vaxt Şahid3 evində yaşayan şəxslərdən biri digərini yumuruq və təpiklə vuraraq oldürdüyünü bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 bildirmişdir ki, o, 1994-cü ildə Raya adlı şəxslə ailə həyatı qurmuş, birgə nigahlarından bir oğlu vardır. Evləndiyi ərəfədə bir müddət zavodda işləyib ailəsini dolandırmışdır. Təxminən 2014-2015-ci illərə kimi müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. Lakin həmin vaxtdan sonra səfil həyat tərzi yaşamağa başlamışdır. Demək olar ki, hər gün içki içmiş, tüfeyli həyat yaşamışdır. Bu səbəbdən arvadı və oğlu ondan ayrılıb ayrı evə köçmüşlər. Bundan sonra ona heç bir qohumu ilə əlaqəsi olmamışdır. Təxminən 6-7 il olar Eldar və Ruslanı tanımışdır. Hər ikisi də küçədə “bomj” həyatı yaşayanlar olmuşlar. O, Eldar və Ruslanla tanış olduqdan sonra mütəmadi olaraq birlikdə görüşüb yeyib içmişlər. Eldar və Ruslan arada onun yaşadığı evə də gəlmiş, birlikdə içki içmişlər. İçkiləri çox hallarda Ruslan alıb gətirmişdir. Hərdən Eldar da dilənçilik edərək pul əldə edən kimi spirt və ya araq alıb gətirmişdir. Birlikdə mütəmadi içmələrinə baxmayaraq heç bir zaman davadalaşları olmamışdır, hər zaman mehriban olmuşlar. Sonuncu dəfə 28 avqust 2021-ci il tarixdə və 29 avqust 2021-ci il tarixdə də axşam saatlarında Ruslan və Eldarla birlikdə ona məxsus evdə oturub yeyib içmişlər. Həmin günlərdə üç nəfərə təxminən 7-8 litr spirt və araq içmişlər. 29 avqust 2021-ci il tarixdə axşam saatlarında yeyib içən zaman Eldarın adını xatırlamadığı dostu da evə gəlmişdir. Onlar birlikdə evin həyətyanı sahəsində oturub içmişlər. Eldarın tanışı bir neçə saat oturduqdan sonra çıxıb getmişdir. 30 avqust 2021-ci il tarixə keçən gecə saat təxminən 24-01 radələıində evin içərisində olan zaman evin həyətyanı sahəsindən səsküy gəldiyini, Eldarla Ruslanın bir birini yüksək səslə söydüklərini eşitmişdir. Evin qapısını aralayıb həyətə çıxarkən Ruslanın Eldarın baş nahiyyəsindən yumruq və təpiklə vurduğunu görmüşdür. Ruslanın yumruq zərbələrindən sonra Eldar yerə yıxılmışdır. Eldar yerə yıxılan zaman başı bərk yerə dəymişdir. Bundan sonra Ruslan təpiklə Eldarın başından bir neçə dəfə zərbə endirmişdir. O, dərhal Eldarla Ruslanı ayırmağa başlamış, sonuncunu əli ilə itələyib kənar çəkmişdir. O, həmin vaxt çox içkili olduğundan nə baş verdiyini tam anlamamışdır. O, Eldar və Ruslanı ayırdıqdan sonra, Eldarın huşunu itirib yerdə uzandığını, artıq nəfəsinin kəsildiyini görmüşdür. Həmin vaxt Eldarın öldüyünü başa düşmüşdür. Bundan sonra Ruslana qışqıraraq nə etdiyini, niyə bu hadisəni törətdiyini soruşmuşdur. Ruslan ona narahat olmamağmı, hər şeyi öz üzərinə götürəcəyini demişdir. O, artıq şokda olmuş, nə edəcəyini bilməmişdir. Bundan sonra Ruslan Eldarın hər iki əlindən tutub sürüyərək hamam otağına aparıb uzatmışdır. Ruslan hamamda Eldarın üzərinə su tökmüş, lakin Eldar yenə də ayılmamışdır. Bundan sonra Ruslan hamamın qapısını bağlayıb çölə çıxmış, artıq gecə saat 01- 02 radələrində Ruslan ondan səhər saatlarına kimi Eldarı hamamda saxlamağa icazə verməyini xahiş etmişdir. O, bir az tərəddüd etsə də, Ruslan dostu olduğu üçün çarəsiz qalaraq razılaşmışdır. Bundan sonra onlar yataq otağında yatmağa getmişlər. 30 avqust 2021 -ci il tarixdə günorta saat 14-15 radələrində yuxudan oyanmışdır. Yuxudan oyanan kimi Ruslana demişdir ki, Eldarın meyitini evdən çıxarsın və hara istəyir aparsın. Bundan sonra Ruslan evin ətrafına baxmağa getmiş, ətrafda adamlar olduğu üçün ondan xahiş etmişdir ki, Eldarın meyitini axşama kimi saxlasın, gecə saatlarında çıxarar. O, da məcbur qalıb Ruslanla razılaşmışdır. Həmin axşam Ruslan yenidən spirt alıb evə gəlmiş və tək içməyə başlamışdır. O, artıq Ruslana qoşulmamış və sonuncuya demişdir ki, Eldarın meyitini hamamdan çıxartsın. Ruslan 31.08.2021 -ci il tarixə keçən gecə saat 04 radələrində artıq küçədə heç kimin olmadığı üçün Eldarın meyitini hamam otağından çıxardıb sürüyərək darvazadan çölə çıxartmışdır. Bir neçə dəqiqə sonra Ruslan yenidən evə qayıtmışdır. Ruslandan Eldarın meyitini nə etdiyini soruşduqda, evdən kənarda yolun kənarına atdığını demişdir. Bundan başqa Ruslandan heç nə soruşmamışdır. Ruslan səhərə kimi evdə oturub 09 radələrində çıxıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid5 bildirmişdir ki, Şahid3 Seyfıılla oğlu onun qonşusudur. Şahid3 Elçin Əzizov küçəsi 30a ünvanında səfil həyat tərzi keçirən, hər gün içkili halda tüfeyli həyat yaşayan şəxs olmuşdur. Bildiyi qədər bu səbəbdən Maratın ailə üzvləri də bir neçə il bundan əvvəl Maratdan ayrılıb başqa evdə yaşamışlar. Marat əvvələr həmin ünvanda tək yaşamış, lakin son zamanlarda o, evə 2-3 nəfər tanışlarının da gəlib-getdiyini görmüşdür. O, həmin şəxsləri tanımımamış, adlarını da bilməmişdir. Sadəcə görünüşlərindən həmin şəxslərin də “bomj” olduqları bilinmişdir. Həmin şəxslər son zamanlar tez-tez Maratın evinə gəlmiş, orada spirtli içkilər qəbul etmişlər. Onlar küçəyə çıxanda tez tez Maratın evinin həyətindən qışqırıq səsləri gəlmişdir. Marat həmin şəxslərlə birlikdə hər gün içib sərxoş vəziyyətdə birbirləri ilə mübahisə etmişlər. Onların aralarında olan mübahisələr yalnız Maratın evinin həyətində olmuş, küçədə və yaxud qonşuların gözünün qarşısında onların dava-dalaş saldıqlarını görməmişdir. Yalnız evdən küçəyə çıxıb həmin şəxslərlə qarşılaşdıqda içkili olduqlarını görmüşdür. Həmin şəxslərin səs- küyündən belə başa düşmüşdür ki, sonuncular spirtli içki içərək sərxoş halda spirtli içki almaq üstündə bir birilərini təhqir etmişlər. 31 avqust 2021-ci il tarixdə hüquq mühafizə orqanlarının əməkdaşlarının Maratın evinə gəldiklərini görmüş, həmin vaxt öyrənmişdir ki, Şahid3 evində yaşayan şəxslərdən biri digərini yumruq və qəpiklə vuraraq öldürmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid6 və Şahid7 ifadələrində Şahid5 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə-tibbi ekspertizasının 09.09.2021-ci il tarixli 51 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edildi - baş beyin toxumasına, onun mədəciklərinə və qişalaraltına qansızmalarla müşayiət olunan soldan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, hər iki göz orbitası ətrafında, sol yanaq, sol təpə nahiyələrində, ənsə nahiyəsinin sol yarısında, döş qəfəsinin sol yarısının ön-yan səthində , sol bazunun yuxarı 1/3-nin bayır səthində, sağ diz oynağı nahiyəsinin ön səthində qançırlar, eləcə də alın, sol təpə, sol çiyinüstü, sol kürək, hər iki qaş, burunüstü nahiyələrdə, alt dodağın selikli qişasının sağ yarısında, sol baldırın orta 1/3-nin ön səthində sıyrıqlaır. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşya təsirindən törənmişlər, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcələrinə görə ümumilikdə ağır zərərvurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş-bevin toxumasına, onun mədəciklərinə və qişalaraltına qansızmalarla müşayiət olunan soldan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı olmuşdur. İlkin və gecikmiş meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki. ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 24-36 saat əvvəl baş vermişdir. Mərhıım Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,3% (promilli) etil spirti aşkar edilmişdir. Bu miqdarda və qatılıqda etil spirti rəsmi cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyəti kimi qiymətləndirilir. Narkotik maddələr aşkar edilmədi. Məhkəməyədək icraat zamanı keçirilmiş və cinayət işinə əlavə edilmiş liftli materiallar üzrə məhkəmə-kriminalistik ekspertizasının 21.09.2021-ci il tarixli 6/3936 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərində aşkar edilmiş açıq göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və cinayət işinə əlavə edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 05.10.2021-ci il tarixli 666/2021-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 03 ədəd çubuqlu pambıq, Zərərçəkmiş şəxs məxsus şalvar və Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə insan qam aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda yalnız A antiqeni alındı. Həimin qan ləkələri A beta (İİ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəməyədək icraat zamanı keçirilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 01.10.2021-ci il tarixli 2286 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir. Məhkəmə psixiatrik ekspertizası üzrə: -X7 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə: -X8 emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində oyanıqlıq yaranmış, həmin halın yaranması adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçiriliməsi barədə 31.08.2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə 31.08.2021-ci il tarixdə saat 06:30-da Səbail rayonu Elçin Əzizov küçəsi ilə Salyan şossesinin kəsişməsində baş nahiyyəsində zorakılıq əlamətlərinə uyğun kişi cinsli meyitin aşkar edilməsi barədə Səbail RPİ-nin 8-ci PB-dən ravon prokurorluğuna daxil olmuş məlumat əsasında hal şahidlərinin iştirakı ilə meyitin aşkar olunduğu yerə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən qan nümunələri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş ünvana baxış keçiriliməsi barədə 31.08.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanın həyətyanı sahəsindən qanabənzər ləkələr aşkar edilərək müvafiq qaydada götürülmüş, təyin edilmiş tibbi bioloji ekspertizanın rəyi ilə həmin qan nümunələrinin Zərərçəkmiş şəxs məxsus olması təsdiqlənmiş, bu da hadisənin həmin ünvanda törədilməsinə dəlalət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 sentyabr 2021 -ci il tarixdə şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq etmiş, Zərərçəkmiş şəxs 29 avqust 2021-ci il tarixdən 30 avqust 2021 -ci il tarixə keçən gecə saat təxminən 01 radələrində Şahid3 məxsus evin həyətində yumruq və təpiklə vuraraq öldürdüyünü, daha sonra Eldarın meyitini hamam otağına necə aparıb qoyduğunu, meyiti orada bir gün saxladıqdan sonra 31.08.2021-ci il tarixə keçən gecə saat 04 radələrində hamam otağından çıxardıb sürüyərək Səbail rayonu Elçin Əzizov küçəsi ilə Salyan şossesinin kəsişməsində yolun kənarına atdığını əyani şəkildə göstərmiş, ifadənin yerində yoxlanması zamanı foto çəkiliş aparılmış və protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 sentyabr 2021-ci il tarixdə Şahid3 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid3 ifadəsində göstərdiklərini təsdiq etmiş, 29 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində yaşadığı evin həyətində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq və təpiklə vuraraq öldürdüyünü, daha sonra Ruslanın Eldarın meyitini hamam otağına aparıb qoyduğunu, meyiti orada bir gün saxladıqdan sonra 31.08.2021-ci il tarixə keçən gecə saat 04 radələrində hamam otağından sürüyərək çıxardıb apardığını əyani şəkildə göstərmiş, ifadənin yerində yoxlanması zamanı foto çəkiliş aparılmış və protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlunun əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və əməlindən peşman olmasınıonun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6cıbəndində qeyd olunmuşdur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Bundan başqa həmin qərarın 21-ci bəndində qeyd olunmuşdur ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunacaq cəzasının təqsirləndirilən şəxsin islah ounmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 31 avqust 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməl, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Səbail rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər nümunələr, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı götürülmüş əynində olan paltarlar və Təqsirləndirilən şəxs hadisə baş verdiyi zaman əynində olmuş paltarlar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 154,16 (yüz əlli dörd manat on altı qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Səbail rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər nümunələr, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı götürülmüş əynində olan paltarlar və Təqsirləndirilən şəxs hadisə baş verdiyi zaman əynində olmuş paltarlar məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 154,16 (yüz əlli dörd manat on altı qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-277/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-277/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver