Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-277/2024 05.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, Nəsimi rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,840 qram çəkidə narkotik vasitə heroini və 2,951 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 12:20- də ünvan 4 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli şalvarın sağ yan cibindən ümumilikdə 02 ədəd bükümdə olmaqla 01 ədəd bükümdə təmiz çəkisi 2,840 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi 2,951 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrin istifadəsindən əziyyət çəkir. İlk dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulduqda Nəsimi rayon məhkəməsinin 06 mart 2023-cü il hökmü ilə ona bəraət verilmiş və həbsdən azad edilmişdir. Azadlığa buraxıldıqdan sonra narkotik vasitələrin istifadəsini tərgitmək istəmiş və evdə müalicə almağa başlamışdır. Bunun üçün sakitləşdirici dərmanlar istifadə etməyə başlamışdır, bu iş üzrə saxlanılan zaman da narkotik vasitə istifadə etməmiş, üzərində narkotik vasitə olmamışdır; xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində evdən çıxıb siqaret çəkəçəkə «Təzə bazar» adlanan bazardan elektrik materialları almağa gedərkən, evinin qarşısında post patrul xidməti əməkdaşlarının olduğu polis maşını ona yaxınlaşmışdır. Üzərində qeyri-qanuni heç nə olmamışdır, əgər nəsə olsaydı PPX maşınını görərkən kənara atar və ya özü oradan qaçardı. Ona polis əməkdaşları - avtomobilinin sürücüsü Şahid1 və Şahid2 ona yaxınlaşıb salamlaşmış və əlində olan çantanın içərisində nə olduğunu soruşmuş, o isə şəxsi əşyalarının olduğunu bildirmişdir. Çantasını açıb göstərmək istəyərkən polislər çantasını götürmüş, onu PPX maşını ilə 22-ci polis şöbəsinə aparmışlar, bölmədə 4-5 nəfər polis əməkdaşı olmuş, onun əvvəlki cinayət işi üzrə iştirak edən əməliyyat işçiləri də orada olmuşlar, polis əməkdaşları ona əsasən psixoloji təsir göstərmişlər, ona fiziki təsir göstərilmiş, lakin onların izləri qalmamışdır. Polis əməkdaşları narkotik vasitə olan bükümləri qabağına qoyub boynuna almasını tələb etmiş, əks təqdirdə başqa qanunsuz premdetlər də qoyacaqlarını bildirmişlər. O da məcbur qalaraq bununla razılaşmışdır. Dövlət hesabına dəvət olunmuş vəkilə etibar etməmiş, polislərin tanıdığı vəkil olacağını düşünmüş və istintaq hərəkətləri zamanı müdafiəçinin iştirakından imtina etmişdir. Etirafedici sənədlərə imza edərkən oxumamışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ilkin ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş, uzun müddətdir ki, ağrıları olduğu üçün narkotik vasitə istifadə etmiş, istifadə etdiyi narkotik vasitələri mütəmadi olaraq müxtəlif yerlərdən almış, sonuncu dəfə, təxminən bir ay əvvəl, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerini tam xatırlamadığı yerdə tanımadığı bir nəfər İran İslam Respublikası vətəndaşından 70 manata narkotik vasitə olan “metanfetamin” və “opium” almış, xx.xx.2022-ci il tarixdə saat 12:20 radələrində ünvan 5 ünvanının qarşısında olduğu zaman 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib onu Polis Şöbəsinə dəvət etmiş, şöbədə olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuş, bu zaman həmin prosses mütəxəssis tərəfindən videokamera ilə qeydə alınmış, o da həmin suala cavab olaraq üzərində narkotik maddə hesab olunan “metanfetamin” və “opium” olmasını bildirmiş, daha sonra masaya yaxınlaşaraq əynində olan ağ rəngli şalvarının sağ yan cibindəki iki ədəd şəffaf sellofan bükümü təqdim etmiş, həmin bükümlərin biri qara rəngli sapla bağlanmış şəffaf rəngli sellofanın içərisində tünd qəhvəyi rəngli kristallik formada olan bərk maddə, digər büküm isə sellofanın üzəri qəhvəyi rəngli kağız skotçla bağlanmış, şəffaf sellofan paketin içərisində ağ rəngli toz halında maddə olmuş, həmin maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib ekspertizaya göndərilmiş, bu proses videokamera vasitəsi ilə qeydə alınmış, daha sonra həmin videogörüntüyə baxılmış, protokol tərtib olunmuş, onlar tərəfindən imzalanılmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə saxlanılan vaxt görmüşdür, işlər çox olduğu üçün Anarı saxladıqları ayın tarixini dəqiq xatırlamır, Anarı təxminən günorta saatlarından sonra saxlamışlar, saxladıqları vaxt hava işıqlı olmuşdur; Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə rəisi Şahid1la birlikdə digər hadisə ilə bağlı əməliyyat qrupunda olmuş, geri qayıdarkən, 28 Mall ticarət mərkəzinin yaxınlığında, polis şöbəsinin inzibati ərazisində, sahə rəisi Şahid1 Təqsirləndirilən şəxs yolda görərək, sonuncunun narkotik vasitənin qanunsuz istifadəsində şübhəli olduğunu bildirmiş, onlar birlikdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı ilə birlikdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən 5-6 ədəd büküm narkotik vasitə aşkar olunmuşdur. Anarın barəsində məlumat olub-olmamasını, əməliyyat axtarış tədbirləri keçirilib-keçirilməməsini dəqiq xatırlamır, Anarın tutulması saatını da dəqiqliklə xatırlamır, ibtidai istintaq zamanı verdiyi ifadəsində bu barədə dəqiqliklə bildirmişdir. Anarı təxminən günovrta saatlarından sonra saxlamışlar. hava işıqlı olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinin xidməti maşını olan Fiat markalı Doblo modelli maşınla polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs 22-ci polis şöbəsinə gətirilərkən ilk olaraq qeydiyyat şöbəsində qeydiyyata alınmış, sonra isə təhqiqatçıya təqdim edilmişdir. Şöbəyə gətirildikdən 15-20 dəqiqə sonra videoçəkilişlə şəxsi axtarış və götürülmə aparılmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında elan olunaraq tədqiq edilmiş ifadəsində 08 sentyabr 2022-ci il tarixdə «Anar» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əvvəlcədən Nəsimi RPİ-nin 22-ci PŞ-yə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi RPİ-nin rəhbərliyi adına raportla müraciət olunduğunu, Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə rəisi polis kapitanı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradıldığını və “Anar” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edildiyini, daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Anar” adlı şəxsin gələ biləcəyi ünvan müəyyən edildiyini, daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 08 sentyabr 2022-ci il tarixdə, ünvan 4 ünvanın qarşısında Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə rəisi polis kapitanı Şahid1 ilə birlikdə yollandığını və birlikdə 08 sentyabr 2022-ci il tarixdə saat 12:00 radələrində həmin ünvanın qarşısına gəlib bir müddət burada gözlədikdən təxminən 20 dəqiqə sonra, yəni saat 12:20-da, “Anar” adlı şəxs həmin ünvana gəldiyi zaman ona yaxınlaşıb özlərini ona təqdim etdiklərini, daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi və narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 22-ci PŞ-yə dəvət etdiklərini, şəxsiyyəti sonradan onlara məlum olan, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 7 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı Ramil Sadıqov tərəfindən dövlət hesabına müdafiəçi təyin edildiyini, onun, Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə rəisi polis kapitanı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlandığını, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini, Təqsirləndirilən şəxs ayağa qalxaraq əynindəki ağ rəngli cins şalvarının sağ yan cibində narkotik vasitə və psixotrop maddə olduğunu və könüllü olaraq həmin narkotik vasitə və psixotrop maddəni təhqiqata təqdim etmək istədiyini bildirdiyini, bundan sonra o masaya yaxınlaşıb əynindəki ağ rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyduğunu, həmin bükümlərin biri qara rəngli sapla bağlanmış şəffaf rəngli sellofanın içərisində tünd qəhvəyi rəngli kristallik formada olan bərk maddə, digər büküm isə sellofanın üzəri qəhvəyi rəngli kağız skoçla bağlanmış, şəffaf rəngli sellofan paketin içərisində ağ rəngli toz halında maddəni çıxararaq təqdim etdiyini və təqdim etdiyi bükümün içərisindəki maddə “metamfetamin” və “opium” olduğunu, həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə təxminən bir ay əvvəl Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində xatırlamadığı yerdə tanımadığı İran İslam Respublikası vətəndaşından 70 manata almasını söylədiyini, daha sonra Təqsirləndirilən şəxs əyninda olan paltarlara baxış keçirildiyini, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmadığını, bundan sonra içərisində qara rəngli sapla bağlanmış şəffaf rəngli sellofanın içərisində tünd qəhvəyi rəngli kristallik formada olan bərk maddə və sellofanın üzəri qəhvəyi rəngli kağız skoçla bağlanmış, şəffaf rəngli sellofan paketin içərisində ağ rəngli toz halında maddə olan bükümlər boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq, qablaşdırıldığını və DİNin 190 saylı möhürü ilə möhürləndiyini və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandığını və bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldığını bildirmişdir (cild 1, iş vərəqi 164-167). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı olmuş, iki polis əməkdaşından ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs Süleyman Rüstəm və ya Şəmsi Bədəlbəyli küçəsi - 100A ünvanında qrupun digər üzvü Abbas Məmmədli ilə birlikdə narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs qismində saxlayıb polis şöbəsinə gətirmiş, təhqiqatçıya təhvil vermişlər, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən 2 növ narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 29-30). xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 77) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 102-105). 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3- cü maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqi 175-176). Məhkəmə-kimyəvi ekspertizası üzrə 09 sentyabr 2022-ci il tarixli 6/4926 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Cahnagir oğlundan aşkar olunaraq götürülmüş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,840 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,951 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir ( cild 1, iş vərəqi 65-69). Məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 5470 nömrəli eskpert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 1, iş vərəqi 178-179). xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan (051) ***-**-** mobil nömrə ilə sorğu edilən tarixlərdə çox saylı telefon danışıqları aparılmış və SMS mətnləri daxil olmuşdur; SMS mətnlərinə baxış zamanı orada Ələkpərbəyovun istifadəsində olan telefona “brat poluçautsaya xot 10 manati çet?”, “5 manatlıq krist lazımdı” yazılan SMS-lər daxil olmuş, Təqsirləndirilən şəxs isə cavab olaraq “Murik səbr elə ya was sdelayu i tebe pozvonu pridew.prosto u mena kanitel doma klanus, Ya v tualet kak zaydu srazu gelib qapini doyuller, acmasam, acarnan” mətnli cavab vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona “Kuda otpravit dengi qaqash? İ esho na 5 kris. Nujen”, “Şas karti c maşinı zaberu qlanu balans naberu ckaşi bratik” və sair məzmunlu SMS-lə daxil olmuş, Təqsirləndirilən şəxs mobil telefonundan isə “Feyyar ti zachem ee tak delayew,babki vzal i uwol, ne otvechayew na zvonki.ya na lomax i mena ludi jdut! Gagaw da deyir gecdi uje alinmiyacaq” , “Rac ti cho a….l chtoli? Zachem takie vewi delayew? İzza tvoyey etoy vixodki 3 cheloveka na lomkax ostalis, ti v kurse? Otvet na zvonok ala, yeke oglansan!” və sair məzmunlu SMS mətnləri göndərilmişdir, “bratka pobratski ya znayu ti ne iz tex kto etim torguyet prosta mne obratilsa znakomiy pered nim nexocetsa vigledit kak pasan” SMS mətininə isə cavab verilmədiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 138-154). 08 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli şalvarının sağ yan cibindən ümumilikdə 02 ədəd bükümdə olmaqla,01 ədəd bükümdə təmiz çəkisi 2,840 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi 2,951 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetanıin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 54-59). Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(009)-16/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyindən bəraət verilmiş, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə isə təqsirli bilinmiş və 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarındaqn görünür ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs 3 nəfər polis əməkdaşı tərəfindən evinin qarşısında saxlanılması, saxlanılan zaman onun üzərində narkotik vasitə olmaması, əvvəllər narkotik vasitə istifadəçisi olsa da tərgitməsi, heç vaxt narkotik vasitələrin satışını həyata keçirməməsi, polis şöbəsinə 4-5 nəfər polis əməkdaşı tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması, polis əməkdaşları tərəfindən döyülməsi, polis əməkdaşlarının təqdim etdikləri narkotik vasitəni qəbul etməyəcəyi təqdirdə əlavə olaraq qanunsuz əşya və predmetlərin guya ona məxsus olması barədə daha ağır ittiham veriləcəyi, bu kimi psixiki və fiziki təzyiqlərə tab gətirməyərək narkotik vasitənin özünə məxus olmasını etiraf etməsi barədə göstərdikləri məhkəmə zamanı təsdiqini tapmamış, bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən ifadələrinə tənqidi yanaşır və onları işin faktiki hallarına uyğun hesab etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən üzərinə baxış və götürmə aparılarkən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını etiraf etmiş, tərtib olunmuş protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən bükümləri polis əməkdaşlarına könüllü təqdim etməsi öz əksini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında, üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş polis əməkdaşları məhkəmədə şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə ünvan 4 ünvanın qarşısında saxladıqlarını, sonuncuya qarşı polis əməkdaşları tərəfindən istər saxlanılan zaman, istərsə də polis şöbəsində heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin hökmü ilə bəraət aldıqdan sonra bir daha narkotik vasitələrdən istifadə etməməsi, evdə müalicə olunması, narkotik vasitələrdən uzaq olması barədə göstərdikləri işin faktiki hallarına uyğun deyildir və onun hadəsələrin yanlış yadda saxlaması ya da cinayət məsuliyyətindən qaçmaq məqsədi ilə bilirəkdən təhrif edilməsindən irəli gəlir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin deyil, Səbail Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü ilə məhkum edilmiş, həmin hökmə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilidiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsə də, həmin Məcəllənin 177.1-ci maddəsi ilə barəsində 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təiyn edilmiş, Nəsimi Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə 10 sentyabr 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, yəni faktiki olaraq Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin hökmü elan edildikdən sonra həbsdən azad edilməmiş, azadlığa buraxılmamış, evinə getməmiş, Bakı İstintaq Təcridxanasında saxlanıldığından məhkəmədə verdiyi ifadəsində göstərdiyinə əks olaraq narkomaniyadan müalicə kursu keçməmişdir. Bundan əlavə Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs tutulmasında iştirak etməməsi barədə göstərdikləri cinayət işinə əlavə edilmiş 08 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun məzmunu ilə uyğun gəlmir. Qeyd edilən tutulma protokolunun yekun hissəsində «Tutma protokolunu oxudum. Düzgün yazılmışdır, protokolun məzmununa dair etirazım yoxdur, şübhəli şəxsin hüquqları barədə yazılı bildirişi və tutulmağım haqqında protokolun surətini aldım» sözləri yazılmış, şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Həmin protkolda həmçinin göstərilmişdir ki, Təqsirləndirilən şəxs uzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddələri satmaq məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etməsini bildirmişdir. Nə şübhəli şəxs, nə də ki onun müdafiəçisi Müdafiəçi protokolda yazılanlarla razı olmamaları barədə yazılı qeydlər aparmamışlar. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından, o cümlədən Müdafiəçi istifadəsində olan mobil telefon nömrəsinin 08 sentyabr 2022-ci il tarixə olan anten dairəsi barədə «Azercell MMC»-dən alınmış məlumatlardan görünür ki. 08 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun tərtib olunma saatları Müdafiəçi istifadəsində olan mobil telefon nömrəsinin anten dairəsində qeydə alınmış saatlarla uyğun glmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması, ona müdafiəçi təyin edilməsi, vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçi qismində təqdim olunması, videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılması real və danılmaz olduğunu nəzərə alaraq həmin prosessual hərəkətlərin aparılma vaxtlarını (saat və dəqiqələrini) "xxxx" MMC-dən alınmış anten dairələri, saatlar və diqəqələr barədə məlumatlarla uyğun olmaması həmin vaxtların (saat və dəqiqələrin) Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin təhqiqatçısı Ramil Sadıqov tərəfindən düzgün göstərilməməsi nəticəsində yaranmışdır. Bundan əlavə Müdafiəçi iş üzrə şahid - Nəsimi RPi-nin 22-ci Polis Şöbəsinin sahə rəisi Şahid1 şəxsi axtarış keçirilən zaman, yəni 08 sentyabr 2022-ci il tarixdə saat 14:20dən saat 15:30-dək müxtəlif lokasiyalarda olması və dəfələrlə telefon vasitəsi ilə danışıqlar aparması, telefonla danışmasının videoçəkilişdə görsənməməsi barədə göstərdiklərinə qiymət verərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin təhqiqatçısı Ramil Sadıqov tərəfindən şəxsi axatarış keçirilməsi və götürmə haqqında protokolun da tərtib olunma vaxtı düzgün göstərilməmişdir. Belə ki, məhkəmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axatrış aparılması və maddi sübutun götürülməsinə dair prosessual hərəkətin videoyazısı proses iştirakçılarına nümayiş etdirilmiş, həmin videoçəkilişin tədqiqi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarışı həyata keçirən Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin təhqiqatçısı Ramil Sadıqov prosessual hərəkətin bütün iştirakçılarını təqdim etsə də, hərəkətin keçirilidyi yeri və tarixi (müvafiq olaraq 22-ci polis şöbəsi və 08 sentyabr 2022-ci il) göstərsə də, şəxsi axtarışı başlama və bitirmə saatlarını bildirməmişdir. Qeyd edilənlərdən görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin təhqiqatçısı Ramil Sadıqov tərəfindən şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokol tərtib edilərkən həmin posessual hərəkətin real keçirilmə saatı deyil, işin faktiki hallarına uyğun olmayan saatlar göstərilmişdir. Bundan əlavə şübhəli şəxsin tutulmasından sonra təhqiqatçı Ramil Sadıqov tərəfindən tərtib olunmuş və Müdafiəçi təqdim edilmiş 08 sentyabr 2022-ci il tarixli «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə», “şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi barədə tərtib edilmiş protkolla və videogöruntu ilə tanış olma haqqında», «ekspertiza təyin edilməsi haqqında qərarın şübhəli şəxsə elan etmə haqqında», «ekspertiza rəyini şübhəli şəxsə elan edilməsi haqqında», 09 sentyabr 2022-ci il tarixli «müstəntiqə və prokurora etiraz etmək hüqununun izah edilməsi haqqında» və «şübhəli şəxsin dindirilməsi haqqında» protokollarda Müdafiəçi şübhəli şəxsin tutulmasında iştirak etməməsi, tutma hərəkətinin aparılması zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması barədə Müdafiəçi qeydlər aparmamış, hüquqularını müdafiə etdiyi Təqsirləndirilən şəxs tutulması zamanı müdafiə hüququnun pozulması barədə ilk vəsatət və şikayətlərini 22 noyabr 2022-ci il tarixdən, yəni şübhəli şəxsin tutulmasından 2 ay 14 gün sonra verməyə başlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.3-cü maddəsinə əsasən cinayət prosesində müdafiəçi, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi qismində iştirakı ilə əlaqədar həmin cinayət işinə dair məlumatları bilən şəxslər müdafiə etdikləri və ya hüquqlarını təmsil edən şəxsin razılığı ilə onun xeyrinə ifadə verə bilərlər. Bu fakt həmin şəxslərin bundan sonra cinayət prosesində iştirakını istisna edir. Təqsirləndirilən şəxs məhkəmə zamanı ifadə verərək qanuni mənafeyini müdafiə edən müdafiəçisi Müdafiəçila mövqelərini razılaşdırmaqda qeyd edilənlərlə bağlı sonuncunun şahid qismində dindirilməsinə etiraz etmişdir. Müdafiə tərəfinin (Təqsirləndirilən şəxs və onun qanuni mənafeyini müdafiə edən Müdafiəçi) mövqeyinə əsasən müdaifəçi Müdafiəçi məhkəmə zamanı şahid qismində dinidirilməsi qanunvericiliyin tələblərinə görə onun məhkəmə prosesində müdafiəçi qismində iştirak etməsini istisna edər; Müdafiəçi fəaliyyətinə xitam verildiyi halda isə, təqsirləndirilən şəxsin müdafiə hüququnun məhdudlaşdırılmasına və zəifləməsinə gətirib çıxardar və müdafiəçinin şahid qismində göstərə biləcəyi halların müdafiə mövqeyindən çıxış edərək bildirilməsi təqsirləndirilən şəxsin qanuni mənafeyinə daha uyğundur. Müdafiə tərəfinin yuxarıda qeyd edilən mövqeyi məhkəmə tərəfindən məhkəmə baxışı zamanı nəzərə alınmış, bu səbəbdən Müdafiəçi şahid qismində didirilməmiş və sonuncunun fəaliyyətinə iş üzrə xitam verilməmişdir. Beləkilə, məhkəmə cinayət işinin materiallarını müqayisəli qaydada analiz edərkən, xx.xx.2022-ci il tarixdə videoçəkilişlə aparıılan şəxsi axatrış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 2,840 qram olan narkotik vasitə olan heroinİn və 01 ədəd bükümdə təmiz çəkisi 2,951 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsini və həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsini işin faktiki hallarına və elan edilmiş ittihama uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 2,840 qram olan narkotik vasitə olan heroinİ və təmiz çəkisi 2,951 qram olan psixotrop maddə metamfetaminİ əldə etməsi, saxlaması və daşıması işin materialları ilə sübut olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 (iki) qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi 2,840 qram, psixotrop maddə metamfetaminin ümumilikdə təmiz çəkisi isə 2,951qram olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirlən hal kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 08 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 9 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqan məhrum etmə cəzasının bir gününə bərabər tutmaqla 4 ay 15 gün azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla qəti cəza təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 08 sentyabr 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 09 sentyabr 2022-ci il tarixli 6/4926 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,840 qram narkotik vasitə heroin və 2,951 qram psixotrop maddə metamfetamin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Nəsimi RPİ-nin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,790 qram narkotik vasitə heroin və 2,901 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə aparılması hərəkətinin video görüntüsünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı kobud prosessual qanun pozuntularına yol verdiyinə görə Bakı şəhəri Nəsimi RPİ-nin 22-cı Polis Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X2 barəsində xüsusi qərar çıxarılmalı, xüsusi qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 9 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqan məhrum etmə cəzasının bir gününə bərabər tutmaqla 4 ay 15 gün azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 3 (üç) ay il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Nəsimi RPİ-nin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,790 qram narkotik vasitə heroin və 2,901 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə aparılması hərəkətinin video görüntüsünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. İbtidai araşdırma zamanı kobud prosessual qanun pozuntularına yol verdiyinə görə Bakı şəhəri Nəsimi RPİ-nin 22-cı Polis Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X2 barəsində xüsusi qərar çıxarılsın, xüsusi qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-277/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-277/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver