Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-277/2025 06.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X7 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Yusifbəyli və Patnyoları” Vəkil Bürosunun vəkili - Müdafiəçi1 və Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1991-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi xx.xx.1989-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan “Kərbəlayi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gələcəkdə “Kərbəlayi” adlı şəxsin dediyi ünvanlara və ya ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Cəlilabad rayonu ərazisində gizlədilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan xüsusilə külli miqdarda 2029,56 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 10795 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan xüsusilə külli miqdarda 700 qram çəkidə psixotrop maddə metamfetamini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”-in İİ siyahısına daxil olan təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 26,8 qram olan 670 ədəd narkotik vasitə metadon həbini satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib üzərlərində qanunsuz daşımaqla yaşadıqları ünvan 2 ünvanında saxlamış, qeyd edilən narkotik vasitə heroinin 12,493 qram çəkidə olan hissəsini ayırıb satış məqsədi ilə Təqsirləndirilən şəxs2 və 17,067 qram çəkidə olan hissəsini isə ayırıb satış məqsədi ilə Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 201 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 19 yanvar 2024-cü il tarixdə, saat 22:47 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 201 ünvanının qarşısında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişlər və orada 19 yanvar 2024-cü il tarixdə saat 00:40-dan üzərlərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda 5,199 qram və 7,294 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12,493 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 17,067 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 19 yanvar 2024-cü il tarixdə saat 02:00-dan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 razılığı və iştirakları ilə yaşadıqları ünvan 2 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağında olan 02 ədəd karton qutuda satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladıqları 12 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram, 960 qram, 1030 qram, 530 qram, 945 qram, 1000 qram, 990 qram, 990 qram, 980 qram, 35 qram, 775 qram və 1555 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 10795 qram olan narkotik vasitə qurudulmuş marixuana, 07 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 515,0 qram, 465,0 qram, 500,0 qram, 320,0 qram, 110,0 qram, 75,0 qram və 15,0 qram olmaqla ümumi təmiz çəkisi xüsusilə külli miqdarda 2000 qram olan narkotik vasitə heroin, 01 ədəd sellofan bağlamada xüsusilə külli miqdarda 700 qram çəkidə psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 26,8 qram olan 670 ədəd narkotik vasitə metadon həbini və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan “Kərbəlayi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gələcəkdə “Kərbəlayi” adlı şəxsin dediyi ünvanlara və ya ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Cəlilabad rayonu ərazisində gizlədilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in İ siyahısına daxil olan xüsusilə külli miqdarda 2029,56 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 10795 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan xüsusilə külli miqdarda 700 qram çəkidə psixotrop maddə metamfetamini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”-in İİ siyahısına daxil olan təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 26,8 qram olan 670 ədəd narkotik vasitə metadon həbini satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib üzərlərində qanunsuz daşımaqla yaşadıqları ünvan 2 ünvanında saxlamış, qeyd edilən narkotik vasitə heroinin 12,493 qram çəkidə olan hissəsini ayırıb satış məqsədi ilə Təqsirləndirilən şəxs2 və 17,067 qram çəkidə olan hissəsini isə ayırıb satış məqsədi ilə Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 201 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 19 yanvar 2024-cü il tarixdə, saat 22:47 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 201 ünvanının qarşısında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişlər və orada 19 yanvar 2024-cü il tarixdə saat 00:40-dan üzərlərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda 5,199 qram və 7,294 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12,493 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 17,067 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 19 yanvar 2024-cü il tarixdə saat 02:00-dan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 razılığı və iştirakları ilə yaşadıqları ünvan 2 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağında olan 02 ədəd karton qutuda satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladıqları 12 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram, 960 qram, 1030 qram, 530 qram, 945 qram, 1000 qram, 990 qram, 990 qram, 980 qram, 35 qram, 775 qram və 1555 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 10795 qram olan narkotik vasitə qurudulmuş marixuana, 07 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 515,0 qram, 465,0 qram, 500,0 qram, 320,0 qram, 110,0 qram, 75,0 qram və 15,0 qram olmaqla ümumi təmiz çəkisi xüsusilə külli miqdarda 2000 qram olan narkotik vasitə heroin, 01 ədəd sellofan bağlamada xüsusilə külli miqdarda 700 qram çəkidə psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 26,8 qram olan 670 ədəd narkotik vasitə metadon həbini və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Cəlilabad rayonunda, Cəlilabad şəhəri, Əhməd Cavad küçəsində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Digər təqsirləndirilən şəxs dostu, eyni zamanda həmkəndlisidir. Sonuncu ilə birlikdə yaşamamışdır. Onlar ayrı-ayrılıqda kirayə yaşamışlar. 19 yanvarda Cəlilabaddan Bakıya gedərkən gecə saatlarında Qaradağ postunda saxlamışlar. Polis əməkdaşları onun avtomobilini idarə edərək BNMİ-ə aparmış, özü isə başqa maşına aparılmışdır. İdarədə onun üzərindən heç bir narkotik aşkar olunmamışdır. Onu saxlayan şəxslər orada ondan pul istəmiş, pulunun olmadığını bildirmişdir. Polis əməkdaşlarında biri ona yeni mayor rütbəsi aldığını, bunun üçün 100000 manat “şirinlik” istəmişdir. O, həmin məbləğdə pulunun olmadığını bildirdikdən sonra, ondan təkrarən 20000 manat “şirinlik” istəmişdir. O, təkrar o qədər pulunun olmadığını bildirmişdir. Polis əməkdaşları onun yaşadığı evə də baxış keçirmək qərarına gəlmişlər. Yaşadığı evə ağ rəngli “Santafe” markalı avtomobillə getmişlər. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, oradan da heç bir narkotik aşkar olunmamışdır. Yenidən baş idarəyə qaytarılmış, idarədə üzərinə 17-19 qram narkotik vasitə qoyulmuşdur. Bundan sonra yenidən polis əməkdaşları onun yaşadığı evə baxış keçirmişlər. Bu dəfə artıq evdə başqa bir şəxsin və narkotik vasitənin olduğunu görmüşdür. Polislər ona həmin narkotik vasitəni üzərinə götürməli olduğunu, əks halda anası və qardaşının oraya gətiriləcəyini demişdir. Bu təzyiqlərdən sonra məcbur qalıb sənədləri imza etmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmir. Müstəntiq həmin ifadəni özündən yazmışdır. Müstəntiq onu məcbur edərək narkotik vasitəni iranlıdan aldığını və sonuncunun dediyi ünvana qoyaraq 500 manat pul aldığını deməsini bildirmişdir. Bunu deməyəcəyi halda anasını və qardaşını tutacaqlarını demişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşayır. Əvvəllər həmin ünvanda anası ilə birlikdə yaşamış və sonra anası rayona getdiyi üçün Tofiqlə birlikdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs2 onun həmyerlisidir və Cəlilabad şəhərində qonşu ünvanlarda yaşamışlar. Tofiq Bakı şəhərində tikintilərdə usta kimi işləymişdir. Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin qəbul etdiyini, qəbul etdiyi psixotrop maddələri Bakı şəhərində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, 3-4 ilə yaxın müddətdir tanıdığı “Kərbəlayi” adlı İran İslam Respublikasının vətəndaşı tutulmamışdan təxminən 3 ay əvvəl “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb təklif etmişdir ki, ona külli miqdarda narkotik vasitələr göndərsin, o, da həmin maddələri götürüb özündə saxlasın, sonra həmin narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib “Kərbəlayi” adlı şəxsə göndərsin və bunun müqabilində ona pul versin. O, həmin dövrdə “Kərbəlayi” adlı şəxsin birlikdə narkotik vasitələrin və psixortop maddələrin satışı ilə məşğul olmaq barədə təklifini rədd etmiş və bu işin təhlükəli olduğunu bildirmişdir. O, “Kərbəlayi” adlı İran İslam Respublikasının vətəndaşını təxminən 3-4 ilə yaxın müddətdir tanıdığını və həmin şəxslə hərdən bir sosial şəbəkədə danışdıqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 tutulmamışdan təxminən 2 ay əvvəl “Kərbəlayi” adlı şəxs onunla təkrar əlaqə saxlayıb təklif etmişdir ki, o, həmin şəxsin göndərdiyi narkotik vasitələrin satışından əldə edilən pulları toplasın və həmin şəxsə göndərsin. Belə ki, pullar Bakı və Sumqayıt şəhərləri ərazilərində müəyyən ünvanlara qoyulduqdan sonra “Kərbəlayi” adlı həmin yerlərin şəkilləri ona göndərsin və o, da gedib həmin ünvanlardan pulları götürüb özündə saxlasın və müəyyən məbləğdə pul toplandıqdan sonra həmin pulları “Kərbəlayi” adlı şəxsin dediyi ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib “Kərbəlayi” adlı şəxsə göndərsin və ya həmin şəxsin verdiyi bank hesabına köçürsün. Bunun müqabilində “Kərbəlayi” adlı şəxs ona pul versin. O, “Kərbəlayi” adlı şəxsin Azərbaycanda satdırdığı narkotik vasitələrin pullarını sonradan yığıb ona göndərmək barədə təklifi ilə razılaşmışdır. Fikirləşmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmaqdansa narkotik vasitələrin satışından əldə olunan pulları yığmaq daha az təhlükəli olar. Bundan sonra “Kərbəlayi” adlı şəxs 2-3 gündən bir onunla telefon əlaqəsi saxlayıb ona Bakı və Sumqayıt şəhərləri ərazilərində pulların gizlədildiyi müxtəlif ünvanların şəkillərini və konumlar göndərmiş, o, da həmin yerlərə gedib qeyd edilən ünvanlarda gizlədilmiş pulları götürüb özündə saxlamış, müəyyən məbləğdə pul yığdıqdan sonra isə həmin pulu əsasən aparıb Salyan rayonu ərazisində magistral yolun kənarında gizlədib, həmin yerin şəkilini və konumunu “Kərbəlayi” adlı şəxsə göndərmişdir. Bundan əlavə 2-3 dəfə isə yığdığı pulu “Kərbəlayi” adlı şəxsin dediyi bank hesabına köçürmüşdür. O, təxminən iki ay ərzində “Kərbəlayi” adlı şəxsin təxminən 20.000-30.000 manat pulunu toplayıb qeyd etdiyi yollarla həmin şəxsə göndərmişdir. Həmin şəxs isə gördüyü işin müqabilində ona ümumilikdə 2.000-3.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “Kərbəlayi” adlı şəxs təxminən 2024-cü ilin yanvar ayının əvvəllərində onunla əlaqə saxlayıb 4 kiloqram çəkidə narkotik vasitən heroini Cəlilabad rayonu ərazisindən götürüb Bakı şəhərinə gətirməsini və sonra isə dediyi ünvanlara qoyub həmin yerin şəkilini çəkib sonuncuya göndərməsini təklif etmişdir. Bunun müqabilində “Kərbəlayi” adlı şəxs ona 1.500 manat pul verəcəyini vəd etmişdir. Heç bir yerdə işləmədiyi üçün və maddi cəhətdən çətinlik çəkdiyinə görə məcbur olub “Kərbəlayi” adlı şəxsin bu təklifi ilə razılaşmışdır. O, tək gedib narkotik vasitəni götürməyə ehtiyat etdiyi üçün bu barədə tanışı Tofiqə məlumat vermişdir. Fikirləşdişdir ki, narkotik vasitəni götürmək üçün rayona gedən zaman yolda xoşagəlməz bir hadisə baş versə Tofiq ona köməklik edər. “Kərbəlayi” adlı şəxs ona bu işi görməyim müqabilində 1.500 manat pul verməli imiş, o, isə həmin pulun 500 manatını Tofiqə verəcəyini bildirmişdir. Tofiq də onunla birlikdə Cəlilabad rayonuna gedib “Kərbəlayi” adlı şəxsin göndərdiyi narkotik vasitəni götürüb Bakı şəhərinə gətirməyə razılıq vermişdir. Bundan sonra “Kərbəlayi” adlı şəxs ona təkrar zəng edib Cəlilabad rayonuna yola düşməsini və narkotik vasitələrin bir neçə saata rayon ərazisinə qoyulacağını bildirmişdir. Bundan sonra həmin dövrdə, yəni 2024-cü ilin yanvar ayının əvvəllərində o, Tofiqlə birlikdə idarə etdiyi “Mercedes Benz” markalı, **-MH-*** nömrəli avtomobillə Bakı şəhərindən çıxıb Cəlilabad rayonuna getmiş, rayona çatdıqdan sonra “Kərbəlayi” adlı şəxslə əlaqə saxlamış və sonuncu narkotik vasitələrin Cəlilabad rayonunda magistral yolun kənarında gizlədildiyini bildirib, həmin yerin şəkillərini və konumunu onun mobil telefonuna göndərmişdir. Onlar da göndərilən konum üzrə hərəkət edib Cəlilabad rayonu ərazisində magistrala yolun kənarında gizlədilmiş narkotik vasitə heroini tapıb Bakı şəhərinə gətirmişlər. Həmin narkotik vasitələrin 1 gün yaşadıqları ünvan 2 ünvanında saxladıqdan sonra “Kərbəlayi” adlı şəxs onunla əlaqə saxlayıb narkotik vasitələri aparıb Lökbatan qəsəbəsi ərazisinə qoymasını bildirmişdir. Bundan sonra o, Tofiqlə birlikdə narkotik vasitəni götürüb idarə etdiyi “Mercedes Benz” markalı, **-MH-*** nömrəli avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə aparmış və narkotik vasitələrin yolun kənarında gizlədib, həmin yerin şəkilini və konumunu “Kərbəlayi” adlı şəxsə göndərmişdir. Bunun müqabilində həmin şəxs ona 1500 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, bir neçə gün əvvəl “Kərbəlayi” adlı şəxsin Bakı şəhərində dediyi ünvana gedib pul götürmüş olduğu üçün sonuncu həmin puldan manatını özünə götürməsini bildirmişdir. O, da həmin 1.500 manat pulunun 500 manatını Tofiqə vermişdir. Bundan sonra “Kərbəlayi” adlı şəxs ikinci dəfə ona 16 yanvar 2024-cü il tarixdə axşam vaxtı zəng edib Cəlilabad rayonu ərazisinə külli miqdarda narkotik vasitə və psixotrop maddə qoyulacağını, gedib həmin narkotik vasitəni və psixotrop maddəni götürüb Bakı şəhərinə gətirib özündə saxlamasını bildirmişdir. “Kərbəlayi” adlı şəxs götürəcəyi narkotik vasitənin hər kiloqramına görə ona 500 manat pul verəcəyini və narkotik vasitənin isə 10-15 kiloqram arasında olacağını qeyd etmişdir. O, bu barədə Tofiqə məlumat vermiş və sonuncuda onunla birlikdə narkotik vasitələri götürmək üçün Cəlilabad rayonuna getməyə razılıq vermişdir. Onlar birlikdə 17 yanvar 2024-cü il tarixdə gecə vaxtı saat 01 radələrində onun idarə etdiyi “Mercedes Benz” markalı, **-MH- *** nömrəli avtomobillə Cəlilabad rayonuna yola düşmüşlər və Cəlilabad rayonuna çatdıqdan sonra “Kərbəlayi” adlı şəxs ona məlumat vermişdir ki, narkotik vasitələr Cəlilabad rayonu, Hasıllı kəndi ərazisinə qoyulacaqdır. Onlar da həmin əraziyə gedib orada gözləməyə başlamışlar. Narkotik vasitələr həmin gecə səhərə yaxın Hasıllı kəndi ərazisinə qoyulmalıymış, lakin narkotik vasitələrin qoyulması gecikmişdir. Onlar da həmin günü Cəlilabad rayonu Hasıllı kəndində qalıb gözləməli olmuşlar və “Kərbəlayi” adlı şəxs narkotik vasitələrin qoyulduğu yer barədə ona 17 yanvar 2024-cü il tarixdə saat 18 radələrində məlumat vermişdir, həmin yerin şəkillərini və konumunu ona göndərmişdir. Bundan sonra o, da Tofiqlə birlikdə Cəlilabad rayonu Hasıllı kəndi ərazisində narkotik vasitələrin qoyulduğu yerdən götürüb idarə etdiyi avtomobillə Bakı şəhərinə gətirmişlər. Narkotik vasitələri 02 ədəd karton qutuya yığıb yaşadıqları ünvan 2 ünvanında gizlədib saxlamışlar. Bu barədə “Kərbəlayi” adlı şəxsə məlumat vermişlər. Həmin şəxs isə ondan xəbər gözləməsini və onun dediyi vaxtı və dediyi çəkilərdə narkotik vasitələrin Bakı şəhərində müxtəlif ünvanlara qoyulacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, gətirdikləri narkotik vasitə və psixotrop maddələrin içərisində külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və narkotik tərkibli metadon adlı dərman həbləri olmuşdur. “Kərbəlayi” adlı şəxs ona bildirmişdi ki, özünə elektron tərəzi alsın və həmin narkotik vasitələri çəkməkdə istifadə etsin. Buna görə də o, da bir ədəd elektron tərəzi almış və yaşadığı ünvanda saxlamışdır. Bundan sonra 19 yanvar 2024-cü il tarixdə saat 22 radələrində “Kərbəlayi” adlı şəxs onunla əlaqə saxlayıb göndərdiyi narkotik vasitələrin içərisində olan iki ədəd kiçik ölçülü bükümləri götürüb Bakı şəhərində deyəcəyi ünvanlara qoyacağını bildirmişdir. O, da “Kərbəlayi” adlı şəxs tərəfindən göndərilən narkotik vasitələrin içərisində olan 02 ədəd kiçik ölçülü sellofan bükümləri götürüb həmin bükümlərdən birini Tofiqə vermiş və digərini isə öz cibinə qoymuş və Tofiqlə birlikdə yaşadıqları mənzildən çıxmışlar. “Kərbəlayi” adlı şəxs narkotik vasitələrin qoyulacağı ünvanları bir azdan ona deyəcəyini bildirmişdir. Tofiqlə birlikdə narkotik vasitələri götürüb yaşadıqları evin həyətinə düşdükdən sonra, həmin günü, yəni 19 yanvar 2024-cü il tarixdə saat 22:50 radələrində yaşadıqları evin həyətində olduqları zaman onlara 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, onlarda anket məlumatlarını soruşmuşlar. O və Təqsirləndirilən şəxs2 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. O və Təqsirləndirilən şəxs2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdik ki, hazırda üzərlərində narkotik vasitələr vardır. Bundan sonra polis əməkdaşları onu və Təqsirləndirilən şəxs2 DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər və onlarda buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişlər. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, onlar isə buna etiraz etmədiklərini qeyd etmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sol yan cibindən üzəri yapışqan lentlə bağlanmış 01 ədəd sellofan bükümü və şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda içərisindən 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, sonra qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü, gödəkcəsinin sağ yan cibində olan “Samsung” markalı mobil telefonu və “Nokia" markalı mobil telefonu, şalvarının sol yan cibində olan 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı və 01 ədəd yaşadığı mənzilin açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra onun üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, sonra qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Onun üstündən aşkar edilmiş 01 ədəd mənzil açarı, siqaret qutusu və alışqan onun özünə qaytarılmış, aşkar edilmiş “Samsung” və “Nokia” markalı mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş narkotik vasitəni Kərbəlayi adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərildiyini və həmin narkotik vasitəni bir gün əvvəl onunla birlikdə gedib Cəlilabad rayonu ərazisindən götürdüklərini və Bakı şəhərinə gətirdiklərini, hazırda üzərlərindən aşkar edilmiş narkotik vasitədən əlavə yaşadıqları ünvanda külli miqdarda narkotik vasitələr olduğunu, yaşadıqları ünvana gedildiyi təqdirdə həmin narkotik vasitələri də təqdim edə biləcəyini, həmin narkotik vasitələri sonradan “Kərbəlayi” adlı şəxsin deyəcəyi ünvanlara qoyacaqlarını, bunun müqabilində həmin şəxsin onlara pul verəcəyini bildirmişdir. Sonra o, da sorğu zamanı Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edib üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş narkotik vasitəni “Kərbəlayi” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və həmin narkotik vasitəni bir gün əvvəl Təqsirləndirilən şəxs2la birlikdə gedib Cəlilabad rayonu ərazisindən götürərək Bakı şəhərinə gətirdiklərini, narkotik vasitələri sonradan “Kərbəlayi” adlı şəxsin deyəcəyi ünvanlara qoyacaqlarını, bunun müqabilində həmin şəxsin onlara pul verəcəyini, hazırda üzərlərindən aşkar edilmiş narkotik vasitədən əlavə yaşadıqları ünvanda külli miqdarda narkotik vasitələr olduğunu, yaşadıqları ünvana gedildiyi təqdirdə həmin narkotik vasitələri də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, protokol }düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən 20 yanvar 2024-cü il tarixdən gecə saat 02 radələrində onların yaşadıqları ünvan 2 ünvanına onun və Təqsirləndirilən şəxs2 iştirakı və icazələri ilə baxış keçirilmişdir. Baxış zamanı vəkillərin iştirakı təmin edilmiş və baxışın keçirilməsində videoçəkilişdən istifadə edilmişdir. Baxış zamanı onlara təklif olunmuşdur ki, yaşadıqları ünvanda qanunla qadağan edilmiş əşyalar və maddələr varsa təqdim etsinlər. Bu təklifdən sonra o və Təqsirləndirilən şəxs2 yaşadıqları mənzilin qonaq otağında 02 ədəd karton qutunun içərisində olan narkotik maddə heroin və qurudulmuş marixuananı, psixotrop maddə metamfetamin, narkotik tərkibli dərman həblərini və elektron tərəzini götürüb polis əməkdaşlarına təqdim etmişlər. Həmin karton qutulara baxış zamanı qutuların içərisində ümumilikdə 19 ədəd sellofan bağlama və 01 ədəd sellofan torba, narkotik tərkibli metadon həbləri və elektron tərəzi aşkar edilmişdir. O və Təqsirləndirilən şəxs2 həmin sellofan bağlamaların və sellofan torbanın içərisində narkotik vasitə və psixtrop maddə olduğunu bildirmişlər. Aşkar edilmiş sellofan bağlamalara baxış zaman 07 ədəd sellofan bağlamanın içərisindən narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bağlamanın içərisindən psixotrop maddə metamfetamin, 11 ədəd sellofan bağlamanın və 01 ədəd sellofan torbanın . içərisindən isə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra aşkar edilmiş metadon adlı dərman həbləri sayılmış və hər birində 10 ədəd olmaqla 67 list metadon həbi aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr və psixortop maddə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra isə həmin maddələr, kütlə, dərman həbləri və elektron tərəzi aşkar olunduqları karton qutulara yığılaraq qablaşdırılmış, qablaşmaların üzərində qeydiyyat aparılmış və sonra qablaşmaların üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o və eyni zamanda Təqsirləndirilən şəxs2 yaşadıqları mənzildən aşkar olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və dərman həblərinin “Kərbəlayi” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən onlara göndərildiyini, həmin narkotik vasitələri və psixtrop maddəni bir gün əvvəl birlikdə gedib Cəlilabad rayonu ərazisindən götürərək Bakı şəhərinə gətirdiklərini, sonradan “Kərbəlayi” adlı şəxsin deyəcəyi ünvanlara qoyacaqlarını, bunun müqabilində həmin şəxsin onlara pul verəcəyini bildirmişlər. Bundan sonra baxış da iştirak edən iştirakçılar yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişlər və orada yaşadıqları mənzilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib olunduğu üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, törətdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadələrində üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin “Kərbəlayi” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri və psixotrop maddələri tanışı Təqsirləndirilən şəxs2la birlikdə Cəlilabad rayonu ərazisində gizlədildiyi yerdən gedib götürdüklərini, narkotik vasitələrin və psixotrop maddənin Cəlilabad rayonunda onların götürdükləri yerə kimlər tərəfindən qoyulduğunu və eləcə də həmin narkotik vasitələri və psixotrop maddənin sonradan qoyacağı ünvanlardan kimlərin gəlib götürməsi barəsində heç bir məlumatının olmadığını, o, yalnız narkotik vasitələri və psixotrop maddənin qoyacağı ünvanın fotoşəkillərini çəkib və konumunu mobil telefon vasitəsi ilə “Kərbəlayi” adlı şəxsə göndərəcəyini, sonradan həmin maddələrin kimlər tərəfindən götürüləcəyini bilmədiyini, birlikdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün “Kərbəlayi” adlı şəxsin ona narkotik vasitənin hər kiloqramı üçün 500 manat pul verəcəyini, birlikdə Cəlilabad rayonuna gedib narkotik vasitələri götürməkdə ona köməklik etdiyi üçün tanışı Təqsirləndirilən şəxs2 pul verəcəyini, yaşadıqları ünvandan aşkar edilmiş elektron tərəzi ilə narkotik vasitələri çəkdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünündə polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə DYP əməkdaşları tərəfindən saxlanılmışlar. Sonuncu ilə dost, eyni zamanda həmkəndlidirlər. Polis əməkdaşları onun üzərini axtarmış, üzərindən heç bir narkotik vasitə olmamışdır. Daha sonra BNMİ-ə aparılmışdır. Nəbi ilə birlikdə yaşamamışlar. Onlar ayrı-ayrılıqda kirayə yaşamışlar. Özü Bakıda fəhlə istəmiş və Neftçilərdə kirayə yaşamışdır. Saxlanıldıqları gün Nəbinin Cəlilabaddan Bakıya getdiyini görüb, sonuncu ilə Bakıya getmişdir. Yolda olarkən Qaradağ postunda saxlanılmışlar. Həmin vaxt avotmoildə o və Nəbi olmuşdur. Polis idarəsində üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Daha sonra onun yaşadığı evə getmişlər. Oradan da heç bir narkotik vasitə çıxmamışdır. Sonra yenidən BNMİ-ə qaytarılmışdır. İdarədə üzərinə narkotik vasitə qoyulduqdan sonra yenidən yaşadığı evə getmişlər. Evə çatdıqda narkotik vasitələr artıq evdə olmuşdur. Videoçəkiliş zamanı polis əməkdaşarl ona nə demişdirsə hamısını təkrar etmişdir. Videoçəkilişdən əvvələ evinə 2 çanta narkotik vasitə qoyulmuşdur. Həmin narkotik vasaitənin çəksini bilməmişdir. Müstəntiqə yazılı ifadə verməmişdir. Müstəntiq ifadələri kompüterdə yazmış, o, oxumadan imza etmişdir. Ailəsi ilə təhdid edildiyi üçün polislərin dedikləri ilə razılaşmışdır. Özündən böyük qardaşının da onunla həbs olunacağından qorxmuşdur. Videoçəkiliş zamanı tanımadığı polis əməkdaşları və vəkillər olmuşdur. Onları üzdən tanıyır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, heç bir ruhi- əsəb xəstəliyi yoxdur. O, orta məktəbi Cəlilabad şəhəri 6 saylı peşə məktəbində Azərbaycan dilində oxumuşdur. Ailəlidir və 2 azyaşlı övladı vardır. Bakı şəhərində tikintilərdə usta kimi işləmiş və tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs1 onun həmyerlisidir və onlar Cəlilabad şəhərində qonşu ünvanlarda yaşamışlar. Təqsirləndirilən şəxs2 təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə heroin qəbul etdiyini və qəbul etdiyi narkotik vasitələri Bakı şəhəri ərazisində üzdən tanıdığı və anket məlumatlarını bilmədiyi şəxslərdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, “Kərbəlayi” adlı İran İslam Respublikasının vətəndaşı ilə bir neçə ildir tanışlığı vardır, həmin şəxs ona narkotik vasitələr göndərəcək və gedib həmin narkotik vasitələri Cəlilabad rayonu ərazisindən götürüb Bakı şəhərinə gətirəcək və sonra isə “Kərbəlayi” adlı şəxsin dediyi ünvana qoyub həmin yerin şəkilini çəkib sonuncuya göndərəcəkdir. Nəbi gördüyü qeyd olunan işin müqabilində “Kərbəlayi” adlı şəxsin ona pul verəcəyini, həmin narkotik vasitələri gedib Cəlilabad rayonundan götürüb Bakı şəhərinə gətirməkdə köməklik edəcəyi təqdirdə həmin pulun 500 manatını ona verəcəyini bildirmişdir. Onun pula ehtiyacı olduğu üçün məcburiyyət qarşında qalıb Nəbinin təklifi ilə razılaşmışdır. Həmin günü “Kərbəlayi” adlı şəxs Nəbi ilə əlaqə saxlayıb Cəlilabad rayonuna getməsini və narkotik vasitələrin bir neçə saata rayon ərazisinə qoyulacağını bildirmişdir. Bundan sonra həmin günü, yəni 2024-cü ilin yanvar ayının əvvəllərində onlar birlikdə Nəbinin idarə etdiyi “Mercedes Benz” markalı, **-MH-*** nömrəli avtomobillə Bakı şəhərindən çıxıb Cəlilabad rayonuna getmişlər və rayona çatdıqdan sonra Nəbi “Kərbəlayi” adlı şəxslə əlaqə saxlamış və sonuncu narkotik vasitələrin Cəlilabad rayonunda magistral yolun kənarında gizlədildiyini bildirmiş, həmin yerin şəkillərini və konumunu Nəbinin mobil telefonuna göndərmişdir. Onlar göndərilən konum üzrə hərəkət edib Cəlilabad rayonu ərazisində magistrala yolun kənarında gizlədilmiş narkotik vasitə heroini tapıb Bakı şəhərinə gətirmişlər. Həmin narkotik vasitələri bir gün yaşadıqları ünvan 2 ünvanında saxladıqdan sonra “Kərbəlayi” adlı şəxs Nəbi ilə əlaqə saxlayıb narkotik vasitələrin Lökbatan qəsəbəsi ərazisinə qoymasını bildirmişdir. Bundan sonra o və Nəbi birlikdə narkotik vasitəni götürüb sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı, **-MH-*** nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə aparıb, narkotik vasitələri yolun kənarında gizlətmişlər, Nəbi həmin yerin şəkilini və konumunu “Kərbəlayi” adlı şəxsə göndərmişdir. Bunun müqabilində Nəbi ona 500 manat pul vermişdir. Onların arasında heç bir narazılıq olmamışdır. Bundan sonra ikinci dəfə 16 yanvar 2024-cü il tarixdə axşam vaxtı Nəbi ona məlumat vermişdir ki, “Kərbəlayi” adlı şəxs yenidən əlaqə saxlamış və Cəlilabad rayonu ərazisinə külli miqdarda narkotik vasitə və psixotrop maddə qoyulacağını, gedib həmin narkotik vasitəni götürməsini təklif etmişdir. Nəbi qeyd etmişdir ki, bu dəfə “Kərbəlayi” adlı şəxs ona daha çox çəkidə narkotik vasitə göndərəcəkdir və buna görə də bu dəfə gedib narkotik vasitəni rayondan götürüb Bakı şəhərinə gətirsələr qazancları daha çox olacaqdır. Belə ki, İranlı şəxs göndərdiyi narkotik vasitənin hər kiloqramına görə 500 manat pul verəcəkdir. Həmin vaxtı Nəbi ona konkret olaraq hansı məbləğdə pul verəcəyini bildirməsə də, o, bilirmiş ki, bu işdə Nəbiyə köməklik etsə sonuncu ona lazimi qədər pul verəcəkdir. Onun da pula ehtiyacı olduğu üçün Nəbinin təklifi ilə razılaşmışdır. Onlar birlikdə 17 yanvar 2024-cü il tarixdə gecə saat 01 radələrində Nəbinin idarə etdiyi “Mercedes Benz” markalı, **-MH-*** nömrəli avtomobillə Cəlilabad rayonuna yola düşmüşlər, Cəlilabad rayonuna çatdıqdan sonra “Kərbəlayi” adlı şəxs Nəbiyə məlumat vermişdir ki, narkotik vasitələr Cəlilabad rayonu, Hasıllı kəndi ərazisinə qoyulacaqdır. Onlar da həmin əraziyə gedib orada gözləməyə başlamışlar. Narkotik vasitələr həmin günü səhərə yaxın Hasıllı kəndi ərazisinə qoyulmalıymış, lakin narkotik vasitələrin qoyulması gecikmişdir. Onlar da həmin günü Cəlilabad rayonu Hasıllı kəndində qalıb gözləməli olmuşlar və “Kərbəlayi” adlı şəxs narkotik vasitələrin qoyulduğu yer barədə Nəbiyə 17 yanvar 2024-cü il tarixdə saat 18 radələrində məlumat vermiş, həmin yerin şəkillərini və konumunu Nəbinin mobil telefonuna göndərmişdir. Bundan sonra onlar birlikdə Cəlilabad rayonu Hasıllı kəndi ərazisində narkotik vasitələri qoyulduğu yerdən götürüb, Nəbinin idarə etdiyi avtomobillə Bakı şəhərinə gətirmişlər. Narkotik vasitələri 02 ədəd karton qutuya yığıb yaşadıqları ünvan 2 ünvanında gizlədib saxlamışlar. Nəbi bu barədə “Kərbəlayi” adlı şəxsə məlumat vermişdir. Həmin şəxs isə ondan xəbər gözləməsini və dediyi vaxtı və dediyi çəkilərdə narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlara qoyulacağını bildirmişdir. Nəbi də onunla razılaşmışdır. Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, gətirdikləri narkotik vasitə və psixotrop maddələrin içərisində külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və narkotik tərkibli metadon adlı dərman həbləri olmuşdur. Həmin narkotik vasitələrin çəkmək üçün “Kərbəlayi” adlı şəxsin tapşırığı ilə Nəbi bir ədəd elektron tərəzi alıb evə gətirmişdi. Bundan sonra 19 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Nəbi ilə birlikdə yaşadıqları evdə olan zaman “Kərbəlayi” adlı şəxs Nəbi ilə əlaqə saxlayıb göndərdiyi narkotik vasitələrin içərisində olan 02 ədəd kiçik ölçülü bükümləri götürüb Bakı şəhərində onun dediyi ünvanlara qoyacağını bildirmiş, Nəbi isə gətirdikləri narkotik vasitələrin içərisində olan 02 ədəd kiçik ölçülü sellofan bükümləri götürüb həmin bükümlərdən birini ona vermiş və digərini isə öz cibinə qoymuş və onlar birlikdə evdə çıxmışlar, “Kərbəlayi” adlı şəxs narkotik vasitələrin qoyulacağı ünvanları bir azdan Nəbiyə deyəcəyini bildirmişdir. Onlar birlikdə narkotik vasitələri götürüb yaşadıqları evin həyətinə düşmüşlər. Həmin günü, yəni 19 yanvar 2024-cü il tarixdə saat 22:50 radələrində yaşadıqları evin həyətində olduqları zaman onlara 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. O və Təqsirləndirilən şəxs1 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Onlar yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərlərində narkotik vasitələr vardır. Bundan sonra polis əməkdaşları onu və Təqsirləndirilən şəxs1 DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişlər. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə onun və Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, onlar da buna etiraz etmədiklərini qeyd etmişlər. Əvvəlcə onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, əynində olan qara rəngli şalvarının sol yan cibində olan üzəri yapışqan lentlə bağlanmış 01 ədəd sellofan bükümü və şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda içərisindən 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra onun üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, sonra qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Onun üstündən aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan qara rəngli şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü, gödəkcəsinin sağ yan cibində olan "Samsung” markalı mobil telefonu və “Nokia” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı və 01 ədəd mənzil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, sonra qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 01 ədəd mənzil açarı, siqaret qutusu və alışqan onun özünə qaytarılmış, aşkar edilmiş “Samsung” və “Nokia” markalı mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş narkotik vasitənin “Kərbəlayi” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərildiyini və həmin narkotik vasitəni bir gün əvvəl Təqsirləndirilən şəxs1lə birlikdə gedib Cəlilabad rayonu ərazisindən götürüb Bakı şəhərinə gətirdiklərini, hazırda üzərlərdən aşkar edilmiş narkotik vasitədən əlavə yaşadıqları ünvanda külli miqdarda narkotik vasitələr olduğunu, yaşadıqları ünvana gedildiyi təqdirdə həmin narkotik vasitələri də təqdim edə biləcəyini, həmin narkotik vasitələri sonradan “Kərbəlayi” adlı şəxsin )deyəcəyi ünvanlara qoyacaqlarını, bunun müqabilində həmin şəxsin onlara pul verəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 də sorğu zamanı onun dediklərini təsdiq edib üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, aşkar olunmuş narkotik vasitəni “Kərbəlayi” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və həmin narkotik vasitəni bir gün əvvəl onunla birlikdə gedib Cəlilabad rayonu ərazisindən götürərək Bakı şəhərinə gətirdiklərini, narkotik vasitələri sonradan “Kərbəlayi” adlı şəxsin deyəcəyi ünvanlara qoyacaqlarını, bunun müqabilində həmin şəxsin onlara pul verəcəyini, hazırda üzərinizdən aşkar edilmiş narkotik vasitədən əlavə yaşadıqları ünvanda külli miqdarda narkotik vasitələr olduğunu, yaşadıqları ünvana gedildiyi təqdirdə həmin narkotik vasitələri də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən 20 yanvar 2024-cü il tarixdən gecə saat 02 radələrində onların yaşadıqları ünvan 2 ünvanına onun və Nəbi Aağayevin iştirakı və icazələri ilə baxış keçirilmişdir. Baxış zamanı vəkillərin iştirakı təmin edilmiş və baxışın keçirilməsində videoçəkilişdən istifadə edilmişdir. Baxış zamanı onlara təklif olunmuşdur ki, , yaşadıqları ünvanda qanunla qadağan edilmiş əşyalar və maddələr varsa təqdim etsinlər. Bu təklifdən sonra o və Nəbi Aağayev yaşadıqları mənzilin qonaq otağında 02 ədəd karton qutunun içərisində olan narkotik maddə heroin və qurudulmuş marixuananı, psixotrop maddə metamfetamin, . narkotik tərkibli dərman həblərini və elektron tərəzini götürüb polis əməkdaşlarına təqdim etmişlər. Həmin karton qutulara baxış zamanı qutuların içərisində ümumilikdə 19 ədəd sellofan bağlama və 01 ədəd sellofan torba, narkotik tərkibli metadon həbləri və elektron tərəzi aşkar edilmişdir. O və Nəbi Aağayev həmin sellofan bağlamaların və sellofan torbanın içərisində narkotik vasitə və psixtrop maddə olduğunu bildirmişlər. Aşkar edilmiş sellofan bağlamalara baxış zaman 07 ədəd sellofan bağlamanın içərisindən narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bağlamanın içərisindən psixotrop maddə metamfetamin, 11 ədəd sellofan bağlamanın və 01 ədəd sellofan torbanın içərisindən isə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra aşkar edilmiş metadon adlı dərman həbləri sayılmış və hər birində 10 ədəd olmaqla 67 list metadon həbi aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr və psixortop maddə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra isə həmin maddələr, kütlə, dərman həbləri və elektron tərəzi aşkar olunduqları karton qutulara yığılaraq qablaşdırılmış, qablaşmaların üzərində qeydiyyat aparılmış və sonra qablaşmaların üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o və eyni zamanda Təqsirləndirilən şəxs1 yaşadıqları mənzildən aşkar olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və dərman həblərinin “Kərbəlayi” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən onlara göndərildiyini, həmin narkotik vasitələri və psixtrop maddəni bir gün əvvəl birlikdə gedib Cəlilabad rayonu ərazisindən götürərək Bakı şəhərinə gətirdiklərini, sonradan “Kərbəlayi” adlı şəxsin deyəcəyi ünvanlara qoyacaqlarını, bunun müqabilində həmin şəxsin onlara pul verəcəyini bildirmişlər. Bundan sonra baxış da iştirak edən iştirakçılar yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişlər və orada yaşadıqları mənzilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib olunduğu üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, törətdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadələrində üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin “Kərbəlayi” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən onlara göndərildiyini, həmin narkotik vasitələri və psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs1lə birlikdə Cəlilabad rayonu ərazisində gizlədildiyi yerdən gedib götürdüklərini, narkotik vasitələrin və psixotrop maddənin Cəlilabad rayonunda onların götürdükləri yerə kimlər tərəfindən qoyulduğunu və eləcə də həmin narkotik vasitələri və psixotrop maddənin sonradan qoyacaqları ünvanlardan kimlərin gəlib götürməsi barəsində heç bir məlumatının olmadığını, onlar yalnız narkotik vasitələri və psixotrop maddəni qoyacaqları ünvanın fotoşəkillərini çəkib və konumunu mobil telefon vasitəsi ilə “Kərbəlayi” adlı şəxsə göndərəcəklərini, sonradan həmin maddələrin kimlər tərəfindən götürüləcəyini bilmədiyini, birlikdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün “Kərbəlayi” adlı şəxsin Təqsirləndirilən şəxs1 narkotik vasitənin hər kiloqramı üçün 500 manat pul verəcəyini, birlikdə Cəlilabad rayonuna gedib narkotik vasitələri götürməkdə Təqsirləndirilən şəxs1 köməklik etdiyi üçün sonuncunun da həmin puldan ona verəcəyini, yaşadıqları ünvandan aşkar edilmiş elektron tərəzi ilə narkotik vasitələri çəkdiklərini, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünündə polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətmələri özlərinin ifadələrindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, mənzilə baxış keçirilməsi haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər haqqında narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə bağlı məlumat daxil olmuşdur. Əməliyyat təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə olmuşdur. Əməliyyət məlumatıında narkotik vasitələrin dəqiq miqdarı göstərilməmişdir. Tərəflərindən 19 yanvar 2024-cü il tarixində keçirilən tədbirlər nəticəsində Nəbi və Tofiqi Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində saat 22:45 radələrində ərazisində piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışlar. Əməliyyat tədbiri videoçəkilişlə keçirilmişdir. Onların üzərlərinə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı hər ikisinin üzərindən bir büküm heroin aşkar olunmuşdur. Sonradan narkotik vasitələrin qalan hissəsinin də Nizami rayonunda yaşadıqları mənzildə olduğunu bildirmişlər. Həmin mənzilə vəkilin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Nəbi və Tofiq otaqda olan 2 ədəd kağız qutunu təqdim etmişlər. Həmin qutuların içərisinə baxış keçirilmiş, orada 12 büküm narkotik vasitə aşkar edilmişdir. Ümumi çəkisi 11 kq-dan artıq marixuana, 2 kq heroin, 1 kq-a yaxın metamfetamin, 68 list, yəni 680 ədəd 3 həb methodon və M40 həbləri aşkar olunmuşdur. Həmin narkotik vasitələri İran vətəndaşı kimi tanıdıqları mobil telefonlarında nömrələri olan “Kərbalayi” ləqəbli şəxsdən 1 gün əvvəl Cəlilabad rayonu ərazisindən götürdüklərini, sonuncunun dediyi yerə qoyacaqları və bunun əvəzində pul alacağını bildirmişlər. Təqsirləndirilən şəxslərin aparıldığı idarə Badamdarda yerləşir. İdarədə Nizami rayonundan axşam saatlarında 30-40 dəqiqəlik məsafədədir. Təqsirləndirilən şəxsləri Qaradağda saxlamamışlar. Həmin gün Qaradağda olmamışdır. Nəbi və Tofiqin hansı rəngdə palatr geyinmələri yadında deyil. Qara rəngdə geyinmələrini xatırlayır. Təqsirləndirilən şəxslərə qarşı fiziki və psixi zorakılıq tətbiq etməmişlər. İbtidai istintaq zamanı vemiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər 19 yanvar 2024-cü il tarixdə gecə saatlarında Nizami rayonu ərazisində saxlanılaraq DİN-in BNMİ-ə aparılmışlar. Daha sonra üzərlərinə baxış keçirilmiş və bir büküm heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin bükümlər ayrıayrılıqda 15-20 qram çəkidə, ağ rəngli bükümdə və torpağabənzər şəkildə olmuşdur. Baxış, eləcə də, şəxsi axtarış istintaq hərəkətlərində iştirak etmişdir. Daha sonra şəxslər qeyd olunan narkotik vasitələri İİR vətəndaşı “Kəbleyi” təxəllüsü ilə tanınan şəxsdən əldə etdiklərini bildirmişlər. Daha sonra yaşadıqları ünvanda da narkotik vasitələr və onların qalıqlarının olduqlarını bildrmişlər. Ünvana baxış keçriirlən zaman oradan da təxminən 12 kq qurudulmuş marixuana, 2 kq heroinə bənzər, 1 kq-ya yaxın metamfetaminə bənzər və bir qədər də methodon M40 həbləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslərə qarşı fiziki və psixi zorakılıq tətbiq etməmişlər. İbtidai istintaq zamanı vemiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Сəbiyev Fuad Fərid oğlu ifadəsində göstərdi ki, polis əməkdaşı Şahid1 Nəbi və Tofiq adlı şəxslərin narkotik vasitələrin qanunsuz satışı, daşınması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 19 Yanvar 2024-cü il tarixində saat 11 radələrində X8 rayonu, Elşən Süleymanov küçəsində görmüş və onlara yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Dəvət etdikdən sonra müdafiəçilər dəvət olunmuş və videoçəkilişlə üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirən zaman özləri könüllü olaraq hərəsi 1 ədəd büküm heroinə bənzər kütləni təqdim etmişlər. Həmin bükümlər təxminən 20 qram çəkidə olmuşdur. Daha sonra onlar yaşadıqları evdə də narkotik vasitə saxladıqlarını bildirmişlər. Müdafiəçilər ilə evə daxil olmuş və evdən 12 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın heroin, 1 kiloqrama yaxın metamfetamin və metadon həbləri aşkar edilmişdir. Bütün maddələr tərəzidə çəkilmişdir. Həmin gün Qaradağ postunda olmamışdır. Narkotik vasitəni əldə etdikləri şəxs “Kəbleyi” təxəllüslü şəxs İİR vətəndaşıdır və orada yaşayır. Həmin şəxsi tanımır. Həm şəxsi axtarış, həm də mənzilə baxışda iştirak etmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. 19 yanvar 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1991-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs1 və 15 yanvar 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 17 ünvanında qeydiyyatda olmaqla ünvan 18 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində üzərində gəzdirməsi, alqı-satqısı ilə məşğul olması bildirilir. (Cild 1 i.v. 5) 19 yanvar 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 23:40-da (faktiki saxlanılma saat 22:47-də) Təqsirləndirilən şəxs2 şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 21) 20 yanvar 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 00:10-da (faktiki saxlanılma 19 yanvar 2024-cü il, saat 22:47-də) Təqsirləndirilən şəxs1 şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 107) 20 yanvar 2024-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında çıxış edərək üzərindən aşkar edilən nakotik vasitələri İİR vətəndaşından əldə etdiyini və qeyd edilən ünvana 200 manat müqabilində qoyacağını qeyd etmiş, həmçinin uzun müddətdir narkotik vasitə istifadə etdiyini və polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. (Cild 1 i.v. 187-192) 20 yanvar 2024-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 nakotik vasitələri İİR vətəndaşından əldə etdiyini, 1500 manat müqabilində deyilən yerlərə qoyduğunu, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. (Cild 1 i.v. 193-198) 20 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 yanvar 2024-cü il tarixdə saat 22:47 radələrində ünvan 19 ünvanının qarşısında saxlanılaraq birlikdə DİNin BNMİ-nin inzibati binasına gətirilmişlər və orada 20 yanvar 2024-cü il tarixdə saat 00:40dan etibarən üzərlərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs2 əynindəki şalvarının sol yan cibindən üzəri yapışqan lentlə bağlanmış 01 ədəd sellofan büküm və şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu aşkar edilərək götürülmüş, həmin 01 ədəd sellofan büküm açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddə olan 02 ədəd sellofan büküm aşkar olunmuşdur. Aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar maddələr olan 02 ədəd sellofan büküm və Təqsirləndirilən şəxs2 məxsus olan “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən onun əynindəki şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm, gödəkcəsinin sağ yan cibindən “Samsung” və “Nokia” markalı mobil telefonlar, şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd mənzil açarı aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm, “Samsung” və “Nokia” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş, mənzil açarı, siqaret qutusu və alışqan Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə prosesi 20 yanvar 2024-cü il tarixdə saat 00:56-da başa çatmışdır. (Cild 1 i.v. 48-50) 20 yanvar 2024-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və götürmə prosesi başa çatdırıldıqdan sonra 20 yanvar 2024-cü il tarixdə saat 02:00-dan etibarən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları ünvan 2 ünvanına onları iştirakı və razılıqları əsasında baxış keçirilmiş və baxış zamanı mənzilin qonaq otağında olan 02 ədəd karton qutudan içərisində narkotik vasitə heroinə oxşar maddə olan 07 ədəd sellofan bağlama, içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan bağlama, içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 12 ədəd sellofan bağlama, hər birində 10 ədəd olmaqla 67 ədəd konvalyutda metadon həbi, 01 ədəd elektron tərəzi və 01 ədəd qırmızı rəngli kitabça aşkar edilərək polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Evə baxış və götürmə prosesi 20 yanvar 2024-cü il tarixdə saat 02:33-də başa çatmışdır. 23 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı baxış keçirilmiş baxış zamanı həmin mobil telefonun “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində İran İslam Respublikasına məxsus olan +98 939 *** **** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, +98 939 *** **** nömrədən 17 yanvar 2024-cü il tarixdə saat 23:27-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəyə daxil olmuş cavabsız video zəng vardır. 18 yanvar 2024-cü il tarixdə saat 18:40-da +98 939 *** **** nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəyə daxil olmuş cavabsız səsli zəng vardır. 18 yanvar 2024-cü il tarixdə saat 20:54-də +98 939 *** **** nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəyə səsli ismarıc göndərərək “hansı istiqamətdi qardaş bu” sözlərini bildirir. 18 yanvar 2024-cü il tarixdə saat 22:47-də +98 939 *** **** nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəyə daxil olmuş cavabsız video zəng vardır. 18 yanvar 2024-cü il tarixdə saat 22:54-də +98 939 *** **** nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəyə səsli ismarıc göndərərək “qardaş evdəsən, ya kənardasan” sözlərini bildirir. 18 yanvar 2024-cü il tarixdə saat 23:06-da +98 939 *** **** nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəyə daxil olmuş cavabsız video zəng vardır. 19 2024-cü il tarixdə saat 22:33-də +98 939 *** **** nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəyə daxil olmuş cavabsız səsli zəng vardır. Bundan başqa baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı mobil telefonun “Whatsapp” proqram təminatının “Zənglər” bölməsində İran İslam Respublikasına məxsus olan +98 939 *** **** nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə arasında 09 yanvar 2024-cü il tarixdə saat 16:44-də, 16:54-də, 17:05-də, 22:58-də, 10 yanvar 2024-cü il tarixdə saat 11:27-də, 11:35-də, 17:46dä, 20:44-də, 21:31-də, 21:32-də, 21:56-da, 23:21-də, 11 yanvar 2024-cü il tarixdə saat 18:34-də, 20:15-də, 21:38-də, 22:25-də, 22:34-də, 12 yanvar 2024-cü il tarixdə saat 19:59-da, 20:58-də, 20:47-də, 15 yanvar 2024-cü il tarixdə saat 00:41-də, 00:43-də, 19:10-da, 16 yanvar 2024-cü il tarixdə saat 21:19-da, 17 yanvar 2024-cü il tarixdə saat 20:33-də, 21:53-də, 22:19-da, 18 yanvar 2024-cü il tarixdə 18:44-də, 20:55-də, 23:03-də, 23:08-də, 23:20-də, 19 yanvar 2024-cü il tarixdə saat 22:33-də danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs1 götürülmüş ***-***-**-** saylı mobil nömrə ilə istifadə edilən “Nokia” markalı mobil telefona baxış keçirilən zaman müəyyən edildi ki, telefon qara rəngli olmaqla işlənmiş vəziyyətdədir, plasmas gövdəli, düyməli və daxili antenalıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmədi. Bundan başqa, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanına baxış keçirən zaman aşkar edilmiş dəftərçədə müxtəlif hesablamala barədə aparılmış qeydlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, o, “Kərbəlayi” adlı İİR vətəndaşından Bakı və Sumqayıt şəərlərində qanunsuz olaraq satılan narkotik vasitələrin pulunu toplamış və həmin şəxsə göndərmiş, topladığı pulun məbləğini və pulla bağlı yaddaş xarakterli qeydlərini isə yaşadığı ünvandan aşkar edilmiş qırmızı üzlüklü dəftərçədə aparmışdır. (Cild 1 i.v. 213-214) 22 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 17,017 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 12,393 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları mənzildən aşkar edilmiş qalıq çəkisi 10793,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 1999,65 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 699,95 qram olan psixotrop maddə metamfetamin, qalıq sayı 646 ədəd olan metadon həbləri və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1 i.v. 201-204) Məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2024-cü il tarixli tarixli, 3-16-16/2-6/380 saylı rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7" dairəvi möhür əksi olan iki ədəd zərfdə və bir ədəd karton qutuda olan: - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 17,067 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,199 qram və 7,294 qram ümumi təmiz çəkisi 12,493 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. - üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd karton qutuda yeddi ədəd bağlamada ayrıayrılıqda təmiz çəkisi 515,0 qram qəhvəyi rəngli, 465,0 qram, 500,0 qram, 320,1 qram, 110,0 qram, 75,0 qram, 15,0 qram tünd qəhvəyi rəngli ümumi təmiz çəkisi 2000,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. - Digər bir ədəd bağlamada təmiz çəkisi 700,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - Üzərində “Methadone-40" göstəricisi olan 67 ədəd konvalyutda ümumilikdə 670 ədəd qəhvəyi rəngli, dairəvi formalı həb metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 26,8 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. - Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. - Təqdim edilmiş 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 17,067 qram, 5,199 qram, 7.294 qram, 515,0 qram qəhvəyi rəngli heroinlər bir-biri ilə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqdim edilmiş 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 465,0 qram, 500,0 qram, 320.0 qram, 110,0 qram, 75,0 qram, 15,0 qram heroinlər bir-biri ilə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. - Təqdim edilmiş 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 17,067 qram, 5,199 qram, 7.294 qram, 515,0 qram heroinlər ilə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 465,0 qram, 500.0 qram, 320,0 qram, 110,0 qram, 75,0 qram, 15,0 qram heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. (Cild 1 i.v. 71-76) Məhkəmə-bioloji ekspertizasının 20 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/104 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş ağ kağız üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evdən...” yazısı və imzalar olan karton qutudakı 10 (on) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1005 qram, 960 qram, 1030 qram, 530 qram, 945 qram, 1000 qram, 990 qram, 990 qram, 980 qram, 35 qram və ağ kağız üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evdən...” yazısı və imzalar olan karton qutudakı 02 (iki) ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri: 775 qram və 1555 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 10795 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. -Həmin karton qutudakı 01 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur, buna görə də təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. (Cild 1 i.v. 77-81) Ambulator məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli 1104 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2 i.v 32-33) Ambulator məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli 1107 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2 i.v 34-35) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı İstintqa Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədənində qarın sağ yan divarında köhnə sapıq toxuması xəsarəti aşkar edilmiş, Təqsirləndirilən şəxs1 xəsarət almadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 qarın sağ saidin ön səthində köhnə çapıqlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həbs olunmamışdan əvvəl zədə almadığını bildirmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 29 sentyabr 2021-ci il təvəllüdlü X4 adında bir azyaşlı övladı vardır. Bakcell MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrin anten məlumatları məhkəməyə göndərilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əynindəki şalvarının sol yan cibindən üzəri yapışqan lentlə bağlanmış 01 ədəd sellofan büküm və şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu aşkar edilərək götürülmüş, həmin 01 ədəd sellofan büküm açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddə olan 02 ədəd sellofan büküm aşkar olunmuşdur. Aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar maddələr olan 02 ədəd sellofan büküm və Təqsirləndirilən şəxs2 məxsus olan “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən onun əynindəki şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm, gödəkcəsinin sağ yan cibindən “Samsung” və “Nokia” markalı mobil telefonlar, şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd mənzil açarı aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm, “Samsung” və “Nokia” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş, mənzil açarı, siqaret qutusu və alışqan Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhqiqatçının suallarına cavab olaraq tutulmamışdan əvvəl üzərlərinə axtarış keçirilmədiyini, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmadıqlarını bildirmişlər. Məhkəmə baxışı zamanı mənzilə baxış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, baxış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları ünvan 2 ünvanına keçirilmiş və baxış zamanı mənzilin qonaq otağında olan 02 ədəd karton qutudan içərisində narkotik vasitə heroinə oxşar maddə olan 07 ədəd sellofan bağlama, içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan bağlama, içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 12 ədəd sellofan bağlama, hər birində 10 ədəd olmaqla 67 ədəd konvalyutda metadon həbi, 01 ədəd elektron tərəzi və 01 ədəd qırmızı rəngli kitabça aşkar edilərək polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 83-cü bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin külli miqdar, 800 (səkkiz yüz) qramdan artıq çəkidə heroin xüsusilə külli miqdar, 109.1-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək çəkidə qurudulmuş marixuana külli miqdar, 2-ci Siyahısının 118-ci bəndinə əsasən - 400 (dörd yüz) qramdan artıq psixotrop maddə metamfetamin xüsusilə külli miqdar, 1,6 (bir tam onda altı) qramdan 160 (yüz altmış) qramadək çəkidə metadon külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın və baxışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə, eləcə də, baxış zamanı CPM-nin 236-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış və baxış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 videoçəkilişlə üzərlərindən və yaşadıqları mənzildən aşkar edilən narkotik vasitə və psixotrop maddələri könüllü təqdim etmişdir. Məhkəmə baxışı zamanı hər iki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı onlara qarşı irəli sürülmüş itthamı bütövlükdə mübahisələndirməklə polis əməkdaşları təəfindən saxlanılmazdan əvvəl üzərlərindən və yaşadıqları evdən aşkar edilən narkotik vasitə və psixotrop maddələrin onlara aid olmadığını, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra məruz qaldıqlar fiziki və psixoloji təzyiqlərdən sonra həmin narkotik vasitə və psixotrop maddələrin onlara məxsus olduqlarını bildirmişlər. Onlar həmçinin saxlanılma vaxtını və yerini də mübahisələndirməklə 19 yanvar 2024-cü il tarixdə Cəlilabaddan Bakıya gedərkən gecə saatlarında Qaradağ postunda saxlanıldıqlarını, həmin gün saat 20 radələrində polis idarəsinə aparıldıqlarını bildirmişlər. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin ittiham aktında qeyd edilən tarixdə və yerdə saxlanılıb-saxlanılmamalarını, narkotik vasitə və psixotrop maddənin onlara məxsus olub-olmamasını, həmçinin satış məqsədilə əldə edib-etməmələrini araşdırmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin saxlanılma vaxtı və yeri ilə bağlı onu qeyd edir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrin anten məlumatlarının əks olunduğu 01 ədəd disk məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 22:44-də “LBBK3063O1/LBBK3063 8km//Nizami/ (40.407xx/xx.96048)” antenasının əhatə dairəsində oması müəyyən edilir. Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsi istifadə olunmadığına görə həmin vaxta anten dairəsi aşkar edilmir. Bu da onu təsdiq edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 22:44də Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 201 ünvanının qarşısında olmuş, tutulma vaxtı və yeri ittihama uyğundur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə eyni vaxtda tutlması münahisəsiz olduğundan hər ikisinin xx.xx.2024-cü il tarixdə saat 22:47-də Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 201 ünvanının qarşısında olması realdır. Bundan başqa məhkəmə tutulma vaxtı və yeri ilə bağlı onu qeyd edir ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 yanvar 2024-cü il tarixdə, saat 22:47 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 201 ünvanının qarşısında saxlanılması təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təzyiqlərə məruz qalmalarını bildirmələri ilə bağlı məhkəmə qeyd edir ki, hər iki təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən üzərlərində yeni hər hansı xəsarət olmamış, tutlarkən xəsarət almalarını inkar etmişlər. Bundan başqa, təqsirləndirilən şəxslərin təzyiqə məruz qalmaları məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşlarının ifadələri, eləcə də müdafiəçilərin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı hər hansı təzyiqə məruz qalmadıqlarını bildirmələri ilə də inkar edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri ilə bağlı qeyd edir ki, hər iki təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xüsusilə külli miqdarda, eləcə də, qurudulmuş marixuananı külli miqdarda əldə etmişlər. Həmin narkotik vasitə və psixotrop maddənin çəkisi şəxsi istehlak miqdarından bir neçə dəfə artıq olması onların həm narkotik vasitəni, həm də metamfetamini satış məqsədilə əldə etməsinə dəlalət edir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 4 (dörd) fərqli növdə narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi barədə protokolda müəyyən edilmiş SMS-lərdən də aydın olur ki, onlar narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etmişdir. Belə ki, onun mobil telefonunun “Whatsapp” tətbiqində onun +**********80 saylı mobil nömrə ilə dəfələrlə əlaqə saxladığı, narkotik vasitələrin əldə edilməsi bağlı mesajlar yazılmışdır. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus dəftərçənin surəti tədqiq edilərkən də müəyyən edilmişdir ki, dəftərçədə müxtəlif riyazi hesablamalar aparılmışdır. Təqsirləndirilən şəxs1 20 yanvar 2024-cü il tarixdə vermiş olduğu ifadəsi ilə də müəyyən olunur ki, o, təxminən iki ay ərzində “Kərbəlayi” adlı şəxsin təxminən 20.000-30.000 manat pul göndərmişdir. Bu da öz növbəsində ona dəlalət edir ki, həmin dəftərçədə əks olunmuş hesablamalar Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışından əldə etdiyi pul vəsaitlərinin məbləğlərini özündə əks etdirir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri daha mötəbər və inandırıcıdır. Belə ki, onların üzərindən və yaşadıqları evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadələri digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış və evə baxış protokolları, telefonuna daxil olan və çıxan məlumatlar, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış və evə baxış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özləri könüllü şəkildə narkotik vasitə və psixotrop maddələri təqdim etmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi ilə bağlı onu qeyd edir ki, Təqsirləndirilən şəxs1 ifadəsində, ifadəsində “Kərbəlayi” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, sonuncunun narkotik vasitələri qeyd etdiyi yerə qoyacağı halda narkotik vasitələrin hər kiloqramına görə 500 manat alacağını, bunu tək etməkdən qorxduğu üçün bu barədə Tofiqə məlumat vermiş, sonuncu onunla razılaşmış və hər ikisi narkotik vasitələri Cəlilabad rayonu, Hasıllı kəndindən götürərək ünvan 2 ünvanın aparaq gizlətdiklərini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 da ifadəsində Nəbinin təklifi ilə razılaşdığını göstərərək sonuncunun yuxarıda göstərdiyi narkotik vasitələrin əldə edilməsi və daşınması ilə bağlı hallar təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefona baxış keçirilən zaman telefonun “Whatsapp” tətbiqində onun +**********80 saylı mobil nömrə ilə bir neçə dəfə audio və video vasitəsilə zənglər edildiyi, narkotik vasitələrin əldə edilməsi bağlı mütəmadi danışıqlar apararaq narkotik vasitə və psixotrop maddələr əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncunun dediyi yerdən götürməklə faktiki olaraq narkotik vasitə, psixotrop maddəninin əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişdir. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onların faktiki tutulduğu vaxtdan, yəni 19 yanvar 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 17,017 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 12,393 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları mənzildən aşkar edilmiş qalıq çəkisi 10793,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 1999,65 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 699,95 qram olan psixotrop maddə metamfetamin, qalıq sayı 646 ədəd olan metadon həbləri və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarında olan 5 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs1, razılığı olduğu halda yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilən 78 (yetmiş səkkiz) manat və məhkəmə fiziki-kimyəvi ekspertizasına sərf edilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müvafiq olaraq Bakı şəhəri «Yusifbəyli və Patnyoları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi «Yusifbəyli və Patnyoları” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. Hökm qanuni qüvvəyə mindikdən sonra DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 17,017 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 12,393 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları mənzildən aşkar edilmiş qalıq çəkisi 10793,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 1999,65 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 699,95 qram olan psixotrop maddə metamfetamin, qalıq sayı 646 ədəd olan metadon həbləri və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarında olan 05 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs1, razılığı olduğu halda yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilən 78 (yetmiş səkkiz) manat və məhkəmə fiziki-kimyəvi ekspertizasına sərf edilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına "Yusifbəyli və Patnyoları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-277/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-277/2025
06.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver