Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-278/2021 16.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 03-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və ƏN-nin PX-nin 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir qrup şəxs halında silah tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etməklə quldurluq etmişdir. Belə ki, o, 02 mart 2017-ci il tarixdə saat 20 radələrində tanışı X3 ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Bakı metropolitenin “Qara Qarayev” metrostansiyası yaxınlığından Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətində hərəkət edən «Daewoo» markalı, **-XS-*** dövlət nömrə nişanlı 113 saylı marşrut avtobusunun son dayanacağında, yəni ünvan 3 ünvanın qarşısında saxlanılmış avtobusun içərisində sürücü Zərərçəkmiş şəxs qarşı özündə olan bıçağı silah qismində istifadə etməklə, ona xəsarət yetirəcəyi ilə hədələyərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək sonuncunun baş və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq sonuncuya sağ almacıq nahiyəsinin şişkinliyi və qançırı, sağ gicgahçənə oynağı nahiyəsinin qançırı, sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra avtobusun ön hissəsində olan 80 manat pul vəsaitini ələ keçirməklə quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və X1 tanıyır, həmin şəxslərin heç biri ilə yaxından münasibəti, qohumluğu, ədavəti, narazılığı və düşmənçiliyi yoxdur. Həmin şəxsləri yalnız ötəri kənd sakini kimi tanıyır. Zərərçəkmiş şəxs 113 saylı marşrut avtobusunu idarə edir. Həmin avtobusun hərəkət xətti Bakı Metropolitenin “Qara Qarayev” metrostansiyası yaxınlığından Əmircan qəsəbəsi ərazisində olan qəbiristanlığın yanıdır. 2017-ci ilin fevral ayının ortalarında Şalhar Ağayevlə sözlə mübahisə etmiş, belə ki, Zərərçəkmiş şəxs idarə etdiyi marşrut avtobusunun içərisində xoşagəlməz hərəkətlərlə məşğul olmuşdur. Bir neçə dəfə Şahları avtobusun içərisində tanımadığı qadın ilə görmüşdür. Zərərçəkmiş şəxs bu barədə dəfələrlə irad bildirmiş, belə kİ, Şahlara demişdir ki, “ayıbdır kəndin içindən keçirsən insanlar yaşayır, belə hərəkətlər etmək olmaz”. Lakin Zərərçəkmiş şəxs dediklərinə əhəmiyyət verməmişdir. Bu səbəbdəndə onların arasında sözlə mübahisə olmuş, lakin heç bir dava-dalaş baş verməmişdir. 02 mart 2017-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxaraq 113 saylı marşrut avtobusunun sonuncu dayanacağına getməyə başlamışdır. Yaşadığı evdən bir qədər aralaşdıqdan sonra Bülbülə qəsəbəsi ərazisində Şahların idarə etdiyi 113 saylı marşrut avtobusunun gəlməsini görmüşdür. Əl edib Şahlara işarə etmişdir ki, marşurutu saxlasın. Şahlar avtobusu saxladıqda avtobusa daxil olmuş və əyləşmişdir. Həmin vaxt avtobusda tanımadığı bir neçə nəfər şəxslər, Şahlar və sonuncunun yanında bir nəfər tanımadığı qadın olmuşdur. Avtobus Suraxanı bazarına çatdıqda Şahlar yanında olan qadına düşməsini və qayıdıb gəlib götürəcəyini bildirmişdir. Bundan sonra həmin qadın avtobusdan düşmüş, qadın avtobusdan düşən zaman Şahlar ona irad bildirdiyi hərəkətləri etməyə başlamışdır. Belə ki, qadının əlindən tutmuş və digər hərəkətlər etmişdir. Qadın düşdükdən sonra Şahlar avtobusu idarə etmiş, avtobus Əmircan qəsəbəsində sonuncu dayanacağa çatdıqda içəridə olan sərnişinlərin hamısı düşmüş və Şahlara yaxınlaşıb demişdir ki, “sənə demişdim axı kəndin içidir, belə hərəkətlər etmək olmaz”. Bu zaman onların arasında sözlə mübahisə yaranmışdır. Həmin vaxt üzərində bir ədəd bıçaq olmuş, həmin bıçağı evdən çıxarkən üzərində götürmüşdür. Şahlarla sözlə mübahisə edən zaman üzərində olan bıçağı çıxarıb ona göstərmişdir ki, qorxsun. Lakin Şahların onu vurmaq istəməsini görmüş və ondan cəld hərəkət edib bir dəfə Şahların sinəsindən yumruqla vurmuşdur. Şahlar içərisində pullar olan qaba dəymiş və qəpik pulların hamısı avtobusun içərisinə yerə tökülmüşdür. Həmin pulların yerdən götürüb cibinə qoymuşdur. Bundan sonra Ehtiram və tanımadığı bir neçə nəfər şəxs avtobusun içərisinə daxil olmuşdur. Həmin şəxslər onları aralayıb çıxıb getmişlər. Avtobusdan düşüb yaşadığı evə gəlmişdir. Sonradan məlıım olmuşdur ki, Şahlar bu barədə polisə şikayət etmiş və Ehtiram da həbs olunmuşdur. Baş vermiş həmin hadisəni özü tək törətmiş, həmin hadisəni törətməyə heç kim kömək və məcbur etməmişdir. Özü könüllü olaraq həmin cinayət hadisəsini törətmişdir. Həmin hadisəni törətdikdən sonra bu barədə heç kimə məlumat verməmişdir. Törətmiş olduğu cinayət hadisəsindən əvvəl və ya sonra heç bir cinayət hadisəsi törətməmiş və hər hansı bir cinayətində iştirakçısı olmamışdır. Şahların avtobusunun içərisindən yalnız pul götürmüş, pulları götürdükdən sonra isə saydıqda məlum olmuşdur ki, 35 manatdır. Bundan başqa avtobusdan və Şahların üzərindən pul götürməmişdir. Hadisə zamanı üzərində olan bıçağı yaşadığı evdən götürmüşdür. Bıçaq açılıb-bağlanan, təxminən 10 sm uzunluğunda, dəstəyi dəmirdən, qızılı rəngli olmuşdur. Bıçağı hadisəni törətdikdən sonra tanımadığı yerdə zibil qabına atmışdır. Əvvəllər üzərində bıçaq gəzdirməmiş, ilk dəfədir ki, üzərində bıçaq gəzdirir. Şahlarla görüşdükdə onun tək olmayacağını fikirləşib bıçaq götürmüşdür. Belə ki, evdən çıxmışdır ki, Şahları tapıb onunla söhbət etsin. Zərərçəkmiş şəxs hədə-qorxu gəlməmiş, həmçinin bıçaq çıxarıb ondan pul və yaxud hər hansı bir əşya tələb etməmişdir. Bıçaq çıxarsa da bıçaqla Şahları vurmamış, sonuncunu yalnız bir dəfə yumruqla vurmuş, sonra isə yerə tökülən pulları götürmüşdür. Həmin hadisə zamanı Şahlar onu vurmamış və ona xəsarət də yetirməmişdir. Həmin mübahisdə yalnız onunla Şahların arasında olmuşdur. Orada olan şəxslərin arasında heç bir dava-dalaş olmamış və Şahları yalnız o, vurmuşdur. Həmin hadisə zamanı Ehtiram orada olmamış, Ehtiramın Şahları vurmasını, ona bıçaq çıxarmasını, pul tələb etməsini və pulunu götürməsini görməmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstəridkləri ilə razı deyil, belə ki, sonuncu yalan danışır. Cinayət işinin materiallarında olan məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs yerini müəyyən etmək mümkün olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Avropa Məhkəməsinin “Matisinanın Rusiyaya qarşı iş” üzrə 27.03.2014-cu il tarixli və “Əfəndiyevin Azərbaycana qarşı iş” üzrə 18.12.2014-cü il tarxili qərarları da eyni məsələyə həsr olunmuşdur. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilmiş, məhkəmə istintaqında isə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadələrində göstərmişdir ki, 2017-ci ilin yanvar ayından 113 saylı marşurut avtobusunu idarə edir, iş fəaliyyəti ondan ibarətdir ki, hər gün qrafıkə uyğun olaraq günün müxtəlif saatlarında 113 nömrəli avtobusu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olan qarajdan təhvil götürüb xətt üzrə hərəkət edir. Həmin avtomobilin hərəkət xətti Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsindən Bakı Metropolitenin Bakı şəhəri, Nizami rayonu ərazisində olan “Qara Qarayev” metrostansiyasıdır. Avtobusu təhvil almamışdan əvvəl həkim müayinəsindən keçir və avtobusu idarə etmək üçün yol vərəqəsi verilir. Yol vərəqəsinin müddəti bir aydır. 02 mart 2017-ci il tarixdə “Daewo” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı 113 saylı avtobus Bakı Metropolitenin “Qara Qarayev” metrostansiyası yaxınlığından idarə edib Əmircan qəsəbəsinə gəlmiş, orada olan zaman tanıdığı Elnur və sonuncunun tanışı Ehtiram adlı şəxslər avtobusa əyləşmiş, bu zaman sinif yoldaşı və qohumu Şahməddin adlı şəxs də avtobusda olmuş, belə ki, sonuncu həmin vaxt deməsi əsasında avtobusda sərnişinlərdən yol haqqını almışdır. Bundan 113 saylı avtobuu marşurut xətti üzrə hərəkət edib Əmircan qəbristanlığına son dayanacağa çatmışdır. Son dayanacaqda Elnur və Ehtiramdan başqa avtobusda sərnişinlərin hamısı düşmüş, yenidən Bakı Metropolitenin “Qara Qarayev” stansiyasına getmək üçün avtobusu fırlamış, bu zaman Ehtiram və Elnur ona yaxınlaşmışdır. Elnur yaxasından tutaraq dartıb avtobusdan düşürmək istəmiş, sonuncuya müqavimət göstərmiş və bildirmişdir ki, “nə sözün var de, mən iş başındayam, avtobusu sürməliyəm”. Elnur yeyib-içmək üçün pul istəmiş, Elnura pulunun olmadığını bildirmiş və avtobusu işə salıb idarə etmək istəyərkən Elnur açarla avtobusun mühərrikini söndürmüşdür. Elnur açarı götürmək istəmiş, lakin sonuncuya mane olmuş, bu zaman Elnur təpiklə şiyin, sonra isə yumruqla sifətinə vurmuşdur. Bu zaman sifətini tutmuş, lakin Elnur başından vurmağa başlamış, həmin vaxt orada olan Ehtiram isə cibindən bıçaq çıxarıb boğazına dirəmiş və tərpənməyə qoymamışdır. Ehtiram avtobusda olan Şahlar da bıçaqla hədələyib məcbur avtobusdan düşürmüş və qapılan bağlamışdır. Yenidən hər ikisi üstünə hücum çəkib yumruq və təpiklə vurub döyməyə başlamışlar. Sonra Elnur avtobusun ön hissəsinə yığdığı 80 manat pulu götürmüş və qapını açıb çıxmışdır. Ehtiram yenidən qapıları bağlamış, bu zaman 113 saylı avtobusda sürücü işləyən digər sürücü Vüqar Ehtiram tərəfindən döyülməyini görmüş və avtobusa yaxınlaşmış, lakin qapı bağlı olduğundan içəri girə bilməmişdir. Güclə imkan edib avtobusun qapılarını açmış, Vüqar içəri daxil olmuş və Ehtiramdan nə üçün onıı döymımələrini soruşmuşdur. Ehtiram isə qarışmamağı və kənara çəkilməsini bildirmişdir. Bundan sonra Ehtiram avtobusdan düşüb uzaqlaşmış və 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bu barədə Suraxanı RPİ-nin 31-ci bölməsinə gedərək ərizə ilə müraciət etmiş, hadisə barədə izahat yazmışdır. Elnur və Ehtiram tərəfindən döyülərkən onlar pul verməyini tələb etmiş, Ehtiram boğazına bıçaq dirəyək Elnura mane olmamağı üçün müqavimətini qırmş və qorxuya düşmüşdür. Elnura mane ola bilməmiş və sonuncu avtobusdakı ön hissədə olan 80 manat pulu götürərək çıxıb getmişdir. Həmin hadisəni qohumu Şahməddin və sonradan oraya gələn Vüqar adlı sürücü görmüşdür. Ehtiram başının üstündə durub sol əli ilə çiynindən basıb, sağ əli ilə bıçağı boğazına dirəyərək nə qədər pulu varsa çıxarıb verməyi tələb etmişdir. Əks halda bıçağı boğazına soxacağı ilə hədələmişdir. Qorxuya düşmüş və artıq müqavimət göstərə bilməmişdir. Elnur elə həmin vaxt avtobusun ön hissəsindən 80 manat pulu götürüb avtobusdan düşmüşdür. Ehtiram adlı şəxsin hadisə zamanı əlində olan bıçaq qatlanan, metal rəngli, təxminən 10- 15 sm uzunluqda olmuşdur. Ehtiram adlı şəxs həmin bıçaqla ona xəsarət yetirilməmişdir, lakin Ehtiram bıçağı ona soxacağı ilə hədələmişdir. 02 mart 2017-ci İl tarixdə “Daewo” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı 113 saylı avtobus Bakı Metropolitenin “Qara Qarayev” stansiyası yaxınlığından idarə edib Əmircan qəsəbəsinə gəlmiş, orada olan zaman tanıdığı Elnur və sonuncunun tanışı Ehtiram adlı şəxslər avtobusa əyləşmişdir. Bu zaman sinif yoldaşı və qohumu Şahməddin adlı şəxs də avtobusda olmuş, belə ki, sonuncu həmin vaxt deməyi əsasında avtobusda sərnişinlərdən yol haqqını toplamışdır. Sonra 113 saylı avtobuu marşurut xətti üzrə hərəkət edib Əmircan qəbristanlığma son dayanacağa çatmışdır. Son dayanacaqda Elnur və Ehtiramdan başqa avtobusda sərnişinlərin hamısı düşmüş və yenidən Bakı Metropolitenin “Qara Qarayev” stansiyasına getmək üçün avtobusu fırlamışdır. Ehtiram və Elnur yaxınlaşmış, Elnur paltarının sinə hissəsindən tutaraq dartıb avtobusdan düşürmək istəmişdir. Sonuncuya müqavimət göstərməmiş və bildirmişdir ki, “nə sözün var de, mən iş başındayam, avtobusu sürməliyəm”. Elnur yeyib-içmək üçün pul istəmiş, Elnura pulunun olmadığını demiş və avtobusu işə salıb idarə etmək istəyərkən Elnur açarla avtobusun mühərrikini söndürmüşdür. Elnur açarı götürmək istəmiş, lakin ona mane olmuş, həmin vaxt Elnur təpiklə çiyin, sonra isə yumruqla sifətinə vurmuşdur. Sifətini tutmuş, lakin Elnur başından vurmağa başlamışdır. Həmin vaxt orada olan Ehtiram isə cibindən bıçaq çıxarıb boğazına dirəmiş və tərpənməyə qoymamışdır. Ehtiram avtobusda olan Şahları da bıçaqla hədələyib məcbur avtobusdan düşürmüş və qapıları bağlamışdır. Yenidən hər ikisi üstünə hücum çəkib yumuruq və təpiklə vurub döyməyə başlamışlar. Elnur avtobusun ön hissəsinə qoyduğu 80 manat pulu götürmüş və qapını açıb avtobusdan çölə çıxmışdır. Ehtiram yenidən qapıları bağlamış, bu zaman 113 saylı avtobusda sürücü işləyən digər sürücü Vüqar Ehtiram tərəfindən döyülməyimi görmüş və avtobusa yaxınlaşmış, lakin qapı bağlı olduğundan içəri girə bilməmişdir. Güclə imkan edib avtobusun qapılarını açmış və Vüqar içəri daxil olaraq Ehtiramdan nə üçün məni döymımələrini soruşmuşdur. Ehtiram isə qarışmamağı və kənara çəkilməyini bildirmişdir. Bundan sonra Ehtiram avtobusdan düşüb uzaqlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs Arif oğlu onu döyərək pul tələb etmiş, lakin Elnurun əlində bıçaq olmamış, bıçaq Ehtiramın əlində olmuş, Ehtiram bıçağı ona dirəmiş, Elnur da başından vuraraq pul tələb etməkdə davam etmişdir. Elnur və Ehtirama pul vermədikdə xəsarət yetirəcəklərini demişlər. Ehtiram bıçağı boğazına dirəyib Elnura müqavimət göstərməyinin qarşısını almışdır. Ehtiram başının üstündə durub sol əli ilə çiynindən basıb, sağ əli ilə bıçağı boğazına dirəyərək nə qədər pulu varsa çıxarıb verməyi tələb etmiş və əks halda bıçağı boğazına soxacağı ilə hədələmişdir. Bundan sonra qorxuya düşmüş və artıq müqavimət göstərə bilməmişdir. Elnur elə həmin vaxt avtobusun ön hissəsindən 80 manat pulu götürüb avtobusdan düşmüşdür. Ehtiram adlı şəxsin hadisə zamanı əlində olan bıçaq qatlanan, metal rəngli, təxminən 10-15 sm uzunluqda olmuşdur. Ehtiram adlı şəxs həmin bıçaqla ona xəsarət yetirməmiş, lakin Ehtiram bıçağı ona soxacağı ilə hədələmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 02 mart 2017-ci il tarixdə saat 19 radələrində Əmircan qəsəbəsində yaşadığı məhlədə olan zaman Ehtiramla bildirmişdir ki, “gəl gedək avtobusların sonuncu dayanacağına”. Ehtiramla razılaşmış və həmin yerə getmişlər. Həmin yerə getdikdə 113 saylı marşurut avtobusu gəlmiş və avtobusu Şahlar adlı şəxs idarə etmişdir. Ehtiramla birlikdə həmin avtobusa daxil olmuş, avtobusda sərnişinlər az olmuş, avtobus sonuncu dayanacağa çatdıqda sərnişinlər düşmüş, avtobusda Şahların 4 nəfər tanışı, Ehtiram, Elnur və sonuncunun iki nəfər tanışı olmuşdur. Sonuncu dayanacaq Şahlar avtobusu saxlamış, bu zaman Elnur ayağa qalxıb Şahlara yaxınlaşmış və sonuncuya irad tutub bildirmişdir ki, “sənə demişik bura kənddir, avtobusa qız mindirib yanında gəzdirmə, hamının anası-bacısı var”. Şahlar da Elnura bir qədər əsəbi halda cavab vermiş və dediyi hərəkəti etməyini demişdir. Bu zaman Elnur Şahlara söyərək dizi ilə sonuncunun sifətindən vurmuşdur. Həmin vaxt bir nəfər şəxs Ehtiramın sifətindən vurmuş, sonuncu da onu vuran şəxsi vurmuşdur. Bu zaman Şahlar avtobusu idarə etməyə başlamış və təxminən 30 metr getdikdən sonra saxlamışdır. Avtobusun şitində oturan arıq bədən qruluşlu şəxs şəxs və digərləri avtobusdan düşmüşdür. Avtobusda Elnur, Şahlar və Ehtiram qalmışdır. O, avtobusda olan zaman hər hansı bir şəxs Şahlardan pu 1 tələb etməmiş, Ehtiramın Şahlara bıçaq çıxarmasını görməmişdir. Avtobusdan düşdükdən sonra çıxıb evinə getmiş və dava-dalaşın nə yerdə qalmasını bilməmişdir. Sonradan eşitmişdir ki, Şahlar 31-ci polis bölməsinə şikayət etmişdir. Belə ki. Ehtiram və Elnur Şahlara hücum etmiş, sonuncunu Ehtiram bıçaqla hədələmiş və Elnur 80 manat pulunu götürmüşdür. Həmin hadisənin şahidi olmamış, həmin hadisə zamanı heç kimi vurmamış və xəsarət yetirməmiş, eyni zaman da onu da vuran olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 6 ilə yaxındır ki, avtobus idarə etməklə məşğul olur, 2017-ci il tarixdən isə Trans MMC-də sürücü işləyir. Avtomobili idarə etmək üçün BCD kateqoriyalı sürücülük vəsiqəsi vardır. Daewoo markalı **-XS-*** dövlət qeydiyyat nişanlı 113 saylı marşurut avtobusunu idarə edir, iş fəaliyyəti ondan ibarətdir ki, hər gün qrafikə uyğun olaraq günün müxtəlif saatlarında 113 nömrəli Daewoo markalı 99-XS-84 dövlət qeydiyyat nişanlı avtobusu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olan qarajdan təhvil götürüb xətt üzrə hərəkət edir. Həmin avtomobilin hərəkət xətti Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsindən Bakı Metropolitenin Nizami rayonu ərazisində olan “Qara Qarayev” stansiyasıdır. Avtobusu təhvil almamışdan əvvəl həkim müayinəsindən keçmiş və avtobusu idarə etmək üçün yol vərəqəsi verilmişdir. Yol vərəqəsinin müddəti bir aydır. Həmin avtobusu özündən başqa heç kim idarə etmir. Avtobusda başqa heç kim işləmir. Belə ki, sərnişinlərin pulunu da özü yığır. Zərərçəkmiş şəxs tanıyır, belə ki, sonuncu da başqa 113 nömrəli avtobusu idarə edir. Zərərçəkmiş şəxs tanıyır, sonuncu da başqa 113 nömrəli avtobusu idarə edir. X1 ötəri tanıyır, belə ki, həmin şəxsi idarə etdiyi avtobusa sərnişin kimi əyləşmişdir. Sonradan eşitmişdir ki, Ehtiram və Elnur adlı şəxslər Şahların avtobusda üzərinə bıçaq çəkərək pulu tələb etmişlər, onu döymüşlər və pulunu ələ keçirib getmişlər. Həmin hadisə zamanı orada olmamış və hadisənin şahidi olmamışdır. Cinayət işinin 131-ci vərəqind olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması zamanı o, 02 mart 2017-ci İl tarixdə saat 20 radələrində ünvan 4 ünvanın qarşısında 113 saylı avtobusun içərisində Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini və həmin vaxt sonuncuya məxsus pulları götürdüyünü deyərək hadisə yerini göstərmiş, bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin 222-225-ci vərəqlərində olan istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmiş, 02 mart 2017-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində 113 saylı marşurut avtobusunun sonuncu dayanacağında Elnur və Ehtiram tərəfindən döyülməsini, onların pul tələb etməsini, Ehtiramın boğazına bıçaq dirəyək Elnura mane olmamağı üçün müqavimətini qırmasını, sonra Ehtiram başının üstündə durub sol əli ilə çiynindən basıb, sağ əli ilə bıçağı boğazına dirəyərək nə qədər pulu varsa çıxarıb verməyi tələb etməsini, əks halda bıçağı boğazına soxacağı ilə hədələməsini, Elnur adlı şəxsin avtomobilin ön hissədə olan 80 manat pulu götürərək çıxıb getməsini, göstərmiş, bununla da istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 82-83-cü vərəqlərində olan məhkəmə tibbi ekspertizasının Suraxanı rayon MTE və PA ETT birliyinin 03 mart 2017-ci il tarixli 153 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ almacıq nahiyəsinin şişkinliyi və qançırı, sağ gicgah-çənə oynağı nahiyəsinin qançırı, sağ gözün ağlı qişasının qansızması bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1 (bir) günə qədər əvvəl yaranmışdırırlar, qərarda göstərilən 02.03.2017-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin 180-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər narkoloji dispanserdən daxil olmuş 14 mart 2020-ci il tarixli 1175 nömrəli məktubla müəyyən edilir ki, Xətai rayonu, İnzibati bina, Elçin Əliyev küçəsi 4 ünvanında qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs BŞND-də qeydiyyatda yoxdur. Cinayət işinin 181-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 16.03.2020-ci il tarixli 2201 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxanda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 226-227-ci vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının 10 aprel 2020-ci il tarixli 956 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 228-230-cu vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 aprel 2020- ci il tarixli 739 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansıbt psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 218-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs özünü müdafiə üçün Zərərçəkmiş şəxs üzərinə bıçaq çıxarıb pul tələb etmədiyini, zor tətbiq etməməsini, hədə-qorxu gəlməməsini və onun maşrutundan 35 manat pul götürməsini dəlil gətirməsi iş üzrə toplanmış digər sübutlarla tam təkzib olunduğundan cinayət məsuliyyətindən yayınmaq səbəbindən deməsi kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 142, 173-174-cü vərəqində olan protokol və qərardan görünür ki Təqsirləndirilən şəxs 25.02.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirici hallar, CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 25 fevral 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlak və maddi sübut yoxdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 234 AZN ( iki yüz otuz dörd manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz»Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 25 fevral 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 234 AZN ( iki yüz otuz dörd manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov