Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-278/2022 15.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Kaspian” vəkil bürosunun vəkili X6, zərər çəkmiş şəxsin hüquqi varisi: X7; tərcüməçi: X9 iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, dul, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyata olan və ünvan 2ş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, şəxsi münasibətlər zəminində qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə rəfiqələri Şahid15, Şahid16 və sonuncunun əri Şahid17 ilə danışıb razılaşaraq növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə sonuncular və ünvan 3 ünvanında birlikdə yaşadığı əri Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən restoranlardan birinə gedəcəklərini planlaşdırmalarına baxmayaraq, əri Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində dostluq münasibətində olduğu Şahid13 ilə görüşüb Bakı şəhəri, Xəqani küçəsində yerləşən “Sultan” restoranında spirtli içki qəbul edib tam sərxoş vəziyyətdə həmin gün saat 17 radələrində yaşadığı mənzilə qayıtmasından və buna görə də tanışları ilə qabaqcadan razılaşdırdığı tədbirin pozulmasından əsəbləşib, bundan başqa son dövrlər əri ilə aralarında yaranmış ailədaxili mübahisələrin daha da kəskinləşməsi zəminində mənzilin giriş dəhlizində, təqribən saat 17:50 radələrində qarşıladığı Zərərçəkmiş şəxsla mübahisə edib əli ilə sonuncunun sağ əlinin bilək nahiyəsindən tutub sıxmaqla, eləcə də zor tətbiq edib itələməklə dəhlizdəki divara çırpıb və həmin hissədə yerdə olan ayaqqabı yığmaq üçün istifadə olunan taxta predmetin üstünə yerə yıxmaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinin həmin predmetlərə dəyməsi nəticəsində ona qəsdən alın nahiyəsinin sağ yarısında, bilavasitə sağ qaş qövsünün bayır qurtaracağı üstündə 4,7x3,5 sm ölçüdə qeyri-müəyyən formalı qançır, sağ qaş qövsünün iç qurtaracağı üzərində 0,8x0,2 sm ölçüdə xətti formalı, ətraf dibi sağlam dəridən aşağı səviyyəli sıyrıq, boyunun ön səthinin orta-aşağı 1/3 mərkəzindən, qıtlaq qığırdaqlarının aşağı yarısı proyeksiyasından 1,5 sm sağa və cüzi aşağıda 0,6x0,3 sm və sonuncudan 2,3 sm sağa və cüzi aşağıda 1,0x0,2 sm ölçüdə azacıq qövsvari formada dəri epidermisi sağdan sola istiqamətində qopmuş və büzülmüş sıyrıqlar, döş qəfəsinin ön səthinin sağ yarısında, sağ körpücük sümüyünün iç yarısı proyeksiyasında, bilavasitə körpücükaltı nahiyədə 2,8x1,0 sm ölçüdə, düzgün olmayan “4” rəqəminə bənzər formada, sonuncunun sağ kənarından 7,0 sm sağa, ön qoltuq xətti üzrə sağ bazu oynağının ön səthi üzərində 1,2x0,7 sm ölçüdə ovalvari formada eyni xarakterli sıyrıqlar, döş qəfəsinin arxa səthinin sağ yarısında, arxa qoltuq xətti ilə orta qoltuq xətti arasında, Vİİİ-İX qabırğalararası sahədə 2,5x0,4 sm ölçüdə, uzunluğu çəp-köndələn istiqamətdə yerləşmiş 1 ədəd və sağ onurğayanı xətlə kürək xətti arasında, təxminən X qabırğa səviyyəsində 1,5x0,3 sm ölçüdə uzunluğu köndələn istiqamətdə yerləşmiş 1 ədəd analoji xarakterdə zolaqvari sıyrıqlar, qeyd edilən sıyrıqlara muvafiq olan qansızmalar, sağ saidin arxa səthində, eyni bir düz xətt üzərində, yuxarıdan-aşağıya biri digərindən 3,5 sm, 2,5 sm və 4,2 sm aralı yerləşmiş, ölçüləri 1,5x1,0 sm, 1,8x1,2 sm 1,3x1,0 sm və 1,7x1,2 sm olan ovalvari formada qançırlardan ibarət bədən xəsarətləri yetirmiş, daha sonra ərinin ona hörmət etməməsini, rəfiqələrinini yanında nüfuzdan salmasını düşünərək bu əməllərinə görə döşəmənin üstünə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs özünəməxsus tərzdə cəzalandırmaqla qisas alıb qəsdən öldürmək məqsədi ilə sonuncunun mütəmadi olaraq boynunda gəzdirdiyi və həmin vaxt sonuncunun boynunda olan 60x1x0,3 sm ölçüdə gümüş boyunbağıdan tutub aşğıdan yuxarıdoğru şaquli istiqamətdə dartmaqla ona qəsdən boyunun ön səthinin orta-aşağı 1/3 mərkəzində, qıtlaq qığırdaqlarının aşağı yarısı proyeksiyasında 5,0x2,2 sm ölçüdə qeyri-müəyyən formalı, boğaz nahiyəsinin dərisini soyub enli sıyrıq şəklində, İV və V boyun fəqərələrinin ön və yan səthlərinin yumşaq toxumalarına qansızmalarla müşayiət olunan bədən xəsarətləri yetirməklə boyunbağından istifadə edib həmin üsulla boyun üzvlərini sıxmaqla boğaraq mexaniki asfiksiya nəticəsində Zərərçəkmiş şəxs qəsdən öldürmüş və sonuncunun meyitini yaşadığı mənzilin dəhlizində qoyaraq mənzili tərk edib rəfiqələri Şahid15, Şahid16 və sonuncunun əri Şahid17la görüşərək saat 18:40 radələrində Bakı şəhəri, Fizuli küçəsində, “Beşmərtəbə” adlanan ərazidə yerləşən “Təndir” restoranına gedib həmin şəxslərlə birlikdə yemək yeyib spirtli içkilər qəbul etdikdən sonra saat 21:30 radələrində yaşadığı mənzilə qayıdıb törətdiyi cinayətin izlərini itirmək məqsədilə Zərərçəkmiş şəxs meyiti üzərindən boyunbağını çıxararaq istintaqla müəyyən edilməmiş şəkildə gizlətmiş, həmin boyunbağının dartılmasından meyitin boğaz nahiyəsində yaranan bədən xəsarətinin aşkarlanmaması üçün Zərərçəkmiş şəxs köynəyinin heç vaxt bağlamadığı yuxarı düymələrini bağlamış, törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq, ərinin guya öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə keçmiş əri Şahid4 zəng edib köməyə çağırmış, sonuncu gəldikdə ona guya Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evdə qoyub getdiyini, qayıtdıqda dəhlizdə yarı uzanmış vəziyyətdə aşkar etdiyini bildirib Şahid4la birlikdə meyiti çarpayıya uzadaraq saat 21:40 radələrində təcili tibbi yardım çağırmaqla törətdiyi qəsdən adam öldürmə cinayətinin izlərini itirməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X4 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, onunla 2009-cu ildən tanış olmuşlar və 2010-cu ildən birlikdə yaşamağa başlamışlar. Onların çox gözəl münasibətləri olmuşdur. xx.xx.2021-ci il tarixdə Rəşid onu saat 11:00 radələrində oyatmış və birazdan gələcəyini demişdir. O, Rəşiddən hara getdiyini soruşanda, saat 14:00-15:00 arası dostları ilə Novxanıya getmək üçün razılaşdıqlarını deyəndə o xatırladığını, birazdan gələcəyini, narahat olmamağını bildirmişdir. Təxminən yarım saat, bir saat sonra Rəşid zəng edərək dostunun süfrə açdığını və onu belə qoyub gəlməyin yaxşı olmadığını bildirmişdir. O, narazılığını bildirmiş, sonra ona yenidən zəng edib qərarında qətidirsə onunla razılaşmadığını, lakin mübahisə etmək istəmədiyi üçün orda qalmasını və içki içməməsini, içki içəcəyi halda yemək yeməsini demişdir. Rəşid cavabında onunla razılaşaraq narahat olmamağı bildirmişdir. Sonra o, Şahid15 zəng edərək evdə qalacağını və getmək barədə qərarı onların öhdəsinə buraxdığını bildirmişdir. Aidə də cavabında qərar verib ona zəng edəcəklərini bildirmişdir. Başqa bir işi olmadığı üçün evləri təmizləmək qərarına gəlmiş və evləri təmizləmişdir. Dostları zəng edib “Təndir” restoranına axşam yeməyinə gedəcəklərini, sonrasında lato oynayacaqlarını bildirmişlər və o da razılaşmışdır. Hər bir saatdan bir o, Rəşidin mobil telefonuna zəng edirmiş, Rəşid də narahat olmamağı, hər şeyin yaxşı olduğunu bildirirmiş. Təxminən saat 18 radələrində o, evdən çıxmağa hazırlaşanda qapı döyülmüşdür. O, təəccüblənmiş, çünki Rəşid gedəndə özü qapını bağlamış və o, Rəşidin arxasıyca qapını kilitləməmişdi. Qapını açıb Rəşidi görən kimi açarının harada olduğunu soruşmuş, o da cavabında haradasa qoyduğunu demişdir. O, mənzilin giriş dəhlizindən içəri getmiş və Rəşid gəlmədiyini görüb, geri qayıdıb niyə evə daxil olmadığını soruşmuş, Rəşidin ayaqqabısının sol tayını çıxartmış, lakin Rəşid digər tayını özü çıxaracağını bildirmişdir. Yenidən içəri keçib çantasını götürmüş, dəhlizin giriş hissəsinə qayıtmış, gödəkcəsini götürmüş və Rəşidə onu yatızdırmağı təklif etmişdir. O da cavabında “mən özüm” deyərək, ondan hara getməsini soruşmuş, o da dostları ilə görüşməyi planladığını, buna görə nahar hazırlamadığını və axşam yeməyinə gedəcəyini bildirmişdir. Rəşid cavabında “cəhənnəmə get” demişdir. O, qapını bağlamış və getmişdir. “Bravo” marketin yanında Şahid15 ilə görüşmüş, sonra Oktay və Natalya ilə görüşmüşlər. Yolüstü “Bravo” marketdən şərab, şirniyyat almışlar. O, yenidən Rəşidə zəng etsə də, Rəşid telefona cavab verməmişdir. Şahid15 ilə görüşəndə ondan niyə tək olduğunu soruşduqda, Rəşidin öz payını içdiyini və yatacağını bildirmişdir. Evə qayıdanda liftlə mənzilə qalxmış, qapını açmış və həmin andaca Rəşidin yerdə yatdığını görmüşdür. Onu taxta predmetin yanında qucaqlayıb qaldırmış və qışqırmağa başlamışdır. O, elə qışqırırmış ki, bütün qonşular eşidə bilərdilər. Sonra çantadan telefonunu çıxartmış və Raufa zəng edib Rəşidə bir şeylər olduğunu ona demişdir. O da cavabında 2 dəqiqəyə gələcəyini bildirmişdir. Rauf gəldikdən sonra təcili yardıma zəng etməyi demiş, o isə Rəşidə ya süni tənəffüslə, ya masajla kömək etməyə çalışmışdır. Təcili yardımdan zəngə cavab veriləndə, o, danışa bilmədiyinə görə Rauf telefonu onun əlindən alıb danışmışdır. Təcili yardım əməkdaşları gəlib Rəşidin öldüyünü deyəndən sonra, o, dəhlizə çıxmış və qışqırmağa başlamışdır. Sonra əməkdaşlar ona yaxınlaşsalar da, o, danışa bilmədiyini və onu rahat buraxmaqlarını onlara bildirmişdir. Təqsirləndirilən şəxs İnessa İsmayılova verilən suallara cavab olaraq göstərdi ki, hadisə baş verən günü Rəşid evə gələndə onun boynunda boyunbağı olmasını görməmişdir, çünki onun gödəkcəsinin yaxası sona qədər bağlı olmuşdur. Rəşid aprel ayında, may ayında köynəklərinin düymələrini sona qədər bağlamaya bilərdi, lakin gödəkcəsini bağlayırdı. Həmçinin sözü gedən gün Rəşid maska taxmışdı. Rəşid hadisə günü evə gələndə içkili olmuşdur, lakin pis vəziyyətdə olmamış və yıxılmamışdır. O, Rəşidin onunla “Təndir” restoranına gəlməsi üçün təkid etməmiş, Rəşid ümumiyyətlə onun “Təndir” restoranına gedəcəyini öncədən bilmirmiş, ona bu barədə qapıdan çıxanda demişdir. Hadisə baş verən gün Rəşid mənzilə daxil olduqdan sonra davranışları normal idi. O, Rəşidi qoyub gedəndə o, gülümsəyirdi. Hadisə günü evə qayıdanda o, qapını özü açmışdır. O, evə qayıdanda Rəşidi dəhlizdə, taxta predmetin yanında uzanıqlı vəziyyətdə görmüşdür. Həmin an Rəşidin geyindiyi gödəkcənin yaxası axıra qədər açıq vəziyyətdə olmuşdur. Onun yaxasında heç nə görməmişdir. Çünki o, elə vəziyyətdə olmuşdur ki, ancaq Rəşidə baxırmış və onu özünə tərəf qucaqlamışdır. Həmin anda o, Rəşidin boyunbağısı olub-olmadığına baxmamışdır. O, kiməsə zəng etmək üçün telefonu açanda zənglər siyhahısında Raufun adını gördüyündən, həmin an ağlına Raufu çağırmaq gəlmişdir, fikirləşmişdir ki, lazım olsa gəlib o təcili yardımı çağırar. Rəşidin hər hansı bir xəsarət alması haqqında onunla Rauf arasında heç bir danışıq olmamışdır. O, ümumiyyətlə heç bir xəsarət görməmişdir. Rəşidi çarpayıya uzatmağı ona Rauf demişdir, çünki o, artıq həmin anda özündə olmamışdır. Rəşidin köynəyinin yaxasını o, bağlamamışdır. O, ümumiyyətlə Rəşidin köynəyinə toxunmamışdır. Rəşidin boyunbağısının harada olması ilə o, maraqlanmamışdır. O, ümumiyyətlə Rəşidin ölümünün bir cinayət hadisəsi olduğunu heç fikirləşməmişdir. O, Rəşidin necə öldüyünü bilmir, lakin bunun bir cinayət olması ehtimalını heç düşünməmişdir. Rəşidin almış olduğu xəsarətlərin necə yarandığını o, bilmir. O, Rəşidə barmağı ilə belə toxunmamışdır. O, Rəşidin ölüm səbəbini bilmir. Təqsirləndirilən şəxs İnessa İsmayılovanın məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dindirilərkən ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxsla 2010-2011-ci illərdə internet vasitəsilə tanış olmuş, görüşüb bir müddət münasibət saxladıqdan sonra qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamış, 2017-ci ildə birinci əri Şahid4la rəsmi boşandıqdan sonra rəsmi nigah bağlamışlar. Zərərçəkmiş şəxs şahmat həvəskarı olmuş, tez-tez evin yaxınlığında olan kitab mağazasına gedib orada işləyən şəxslərlə şahmat oynamışdır. İki il əvvəl qızı Fəridənin toyunda Zərərçəkmiş şəxs onun birinci əri, ona məxsus 28 May küçəsində yerləşən mənzildə anası Albina İlyina və qızı Ləman İsmayılova ilə birlikdə yaşayan Şahid4la tanış olmuşdur. Şahid4 Zərərçəkmiş şəxsla küçədə şahmat oynayarkən görüşmüş, təxminən son 5-6 ay ərzində Şahid4 onların yaşadığı mənzilə Zərərçəkmiş şəxsla şahmat oynamaq üçün gəlib-getməyə başlamışdır. Adətən istirahət günlərində Novxanı kəndində yerləşən restoranlara qutab yeməyə getmiş, xx.xx.2021-ci il tarixdə də belə planları olmuşdur. Lakin həmin gün saat 10-11 radələrində sonuncunun Oqtay adlı tanışı zəng edib “Sultan” restoranına dəvət etmişdir. Rəşid tez qayıdacağını deyib evdən çıxarkən Novxanıya getmək barədə planlaşdırdıqlarını sonuncuya xatırlatmışdır. Zərərçəkmiş şəxs getdikdən təxminən 15-20 dəqiqə sonra zəng edib Oqtaynan yeyib-içmək təşkil etdiyini, belə qoyub getməyin ayıb olduğunu deyərək bir az ləngiyəcəyini bildirmişdir. Adətən Rəşid az miqdarda spirtli içki qəbul etsə də, Oqtayla görüşəndə həmişə çox içdiyindən o, Rəşidə çox içəməməsi barədə xəbərdarlıq etmiş, sonuncu isə “Narahat olma” deyib sağollaşmışdır. O, Rəşidin gəlməyəcəyini anlayaraq rəfiqələri Aidə və Nataliyaya zəng edib Novxanı kəndinə getməyin həmin gün alınmadığını və Rəşidin dostu ilə yeyib-içdiyini demiş, rəfiqələri “9 May” bayramı münasibəti ilə özləri bir şey fikirləşməyi təklif etmişdir. Həmin vaxt o, saçını rənglətmək qərarına gələrək Həlimə adlı saç ustasına mesaj yazıb saat 16 radələrində evdə görüşmək barədə razılaşmışdır. Həmin gün, saat 16 radələrinə kimi rəfiqələri ona zəng etmiş, o, rəfiqələri ilə “Beşmərtəbə” deyilən yerdə olan “Təndir” restoranına getmək üçün Xəqani küçəsində yerləşən “Bravo” supermarketinin qarşısında görüşmək barədə razılaşmışdır. Həmin gün, saat 16:15-də saç ustası Həlimə gəlib saat 16.37-də getmişdir. Həmin gün, təxminən saat 18 radələrində evdən çıxmağa hazırlaşarkən Rəşid qapını döymüş, o, qapını açdıqda sonuncunun çox spirtli içki qəbul etdiyini hiss etmişdir. O, Rəşiddən qapını açarla açmamasının səbəbini soruşduqda sonuncu açarın qaldığını demiş, lakin harada qaldığını bildirməmişdir. Rəşid ayaqqabısını ayağından çıxarmaq istəyəndə sonuncuya kömək etməyi təklif edərək ayaqqabısının bir tayını ayağından çıxarıb ikincini çıxarmaq istəyəndə sonuncu “Özüm” deyib çıxarmağa imkan verməmişdir. Həmin vaxt o, Rəşidə “Sən bizə atdın, biz Aidə ilə görüşməliyik, yəqin ki, bir yerdə gedib oturacağıq” deyərkən sonuncu heç bir söz deməmişdir. Bundan sonra o, gödəkcəsini götürüb Rəşidə “Gəl köməklik edim, aparım uzan” bildirərkən sonuncu yenə də imkan verməyib “Özüm” deyərək cavab vermişdir. Bundan sonra, həmin gün saat 18:10 radələrində o, əl çantasını və evin açarını götürüb mənzildən çıxaraq qapını seyf açarla bağlayıb liftə getmiş, liftdən düşüb piyada binanın həyəti ilə Xəqani küçəsində olan “Bravo” supermarketinə tərəf getmiş, supermarketin qarşısında Aidə ilə görüşüb Nataliyə ilə görüşəcəkləri yerə, “28 Moll”a tərəf piyada getmişlər. Natalya və onun əri Oqtayla həmin yerdə görüşüb birlikdə piyada Basin (Füzüli) küçəsi ilə “Beşmərtəbə” adlanan əraziyə tərəf gedərək saat 19 radələrində “Təndir” restoranına çatmışlar. Restoranda toyuq tabakası, kartof və kabab sifariş vermiş, yemək zamanı bir qədər su qatılmış şərab içmiş, həmin gün, saat 21 radələrində restorandan çıxıb piyada “Qış parkı” ilə Bülbül prospektinə, oradan Nizami kinoteatrının yanı ilə “Sahil” bağına kimi gedərək “Xəqani” küçəsinə çıxıb həmin küçə ilə “Azadlıq” prospektinə kimi bir yerdə getmişlər. Orada Oqtay və Natalya Aidə ilə birlikdə sonuncunun evinə, o isə binaların həyətləri ilə mənzilinə getmişdir. Həmin gün, saat 21:30 radələrində yaşadığı binaya çatarkən binanın blokunun qapısı açıq olmuşdur. O, liftlə yaşadığı 6-cı mərtəbəyə qalxmış, mənzildən çıxan zaman bağladığı qapının qıfılını üzərindəki açarla açıb evə daxil olmuşdur. O, mənzildən çıxarkən qapının aşağı “Vaz” qıfılının açarını götürmədiyindən, yuxarıda olan seyf qıfılı bağlayıb evdən çıxmışdır. O, mənzilini dəhlizinə daxil olanda işıq yanılı vəziyyətdə olmuş, Rəşidi dəhlizdə giriş qapısından təxminən 1 metr məsafədə, yarım oturaq vəziyyətdə, başının sağ tərəfi divara söykənmiş, dodaqları göyərmiş vəziyyətdə görmüşdür. O, qışqırıb və sonuncunun çiyinlərindən tutub silkələyərək “Rəşid Rəşid” deyə səsləmiş, lakin nə baş verməsindən məlumatı olmamışdır. Qonşuların onun səsini eşidibeşitmədiyini bilməmiş, eləcə də ora gələn olmamışdır. Həmin binanın 6-cı mərtəbəsində, qonşuluqda onların yaşadığı mənzilin sahibi Emin adlı şəxs də yaşayır, digər qonşuları tanımır. Emini hadisə yerinə çağırmadığının səbəbini bilməmişdir. Həmin vaxt məlumat vermək üçün ağlından ilk keçən şəxs keçmiş əri Şahid4 olmuşdur. O, istifadəsində olan 055 451-30-03 mobil telefon nömrəsi ilə Raufun istifadəsində olan 055 235-05-00 mobil telefon nömrəsinə zəng edib Rəşidin pis vəziyyətdə olduğunu, nə etmək lazım olduğunu bilmədiyini deyib köməyə çağırmışdır. Təxminən 2-3 dəqiqə sonra Rauf qaçıb ora gəlmiş və sonuncunun təklifi ilə Rəşidi olduğu yerdən götürüb çarpayının üzərinə uzatdıqdan sonra Rauf Rəşidin sinəsini iki əli ilə sıxıb onun ürəyini masaj etməyə başlamışdır. Həmin vaxt o, təcili tibbi yardıma zəng edib telefonu danışmaq üçün Raufa vermiş, Rauf telefonla danışan zaman o, Rəşidin ürəyini masaj etməyə başlamışdır. Rəşidin özünə gəlmədiyini görüb Rauf ondan iynə istədikdə o, dəhlizdəki şkafın rəfini özünə tərəf çəkib iynəni götürmək istəyərkən rəfdə olan əşyalar yerə tökülmüş, gözü zəif gördüyü üçün Raufa gəl özün tap demişdir. Bu vaxt təcili tibbi yardım avtomobili gəlmiş və Rəşidi müayinə edib artıq öldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ifadələrində əlavə olaraq bildirmişdir ki, mənzilə gəlib Rəşidi qeyd etdiyi vəziyyətdə görəndə özünü itirmiş, sonuncunu ayıltmaq üçün silkələyəndə və özünə tərəf çəkəndə xəsarətlər yetirməsini ehtimal etmişdir. O, mənzilə daxil olarkən Rəşidin boyun nahiyəsində hər hansı bir xəsarət olmasını görüb-görməməsini xatırlamır. Mənzilin sahibi Emin adlı şəxs onlara 2 komplekt açar vermiş, həmin açarlardan bir komplekti onda, digəri komplekti isə Rəşiddə olmuş, sonuncunun evdən çıxan zaman “VAZ” açarı ilə qapını bağlayıb getmiş və seyf açarı isə evdə qalmışdır. O, mənzildən gedərkən qapının üstündə, yuxarıda olan seyf qıfılı bağlamış, geri qayıdanda isə qapı bağlı olduğu üçün həmin qıfılı açaraq mənzilə daxil olmuşdur. O, seyf qapının qıfılını çöldən bağladıqdan sonra içəridən açmaq mümkün olmamış, qapını bağlayıb getdikdən sonra evə gələn və evdən çıxan şəxs olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şahid qismində verdiyi ifadəsində əlavə olaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində evdən çıxarkən qapını seyf açarı ilə bağlamasının heç bir səbəbi və məqsədi olmamış, evdən çıxarkan tumbuçkanın üzərində seyf açarını görüb götürərək çöldən qapını bağlamışdır. Həmin gün, saat 21 radələrində evə qayıdıb Rəşidin meyitini yerdə uzanmış vəziyyətdə aşkar edərkən, eləcə də saat 18 radələrində sonuncu evə gələrkən əynində eyni paltarlar olmuşdur. Zərərçəkmiş şəxs meyitini evdə aşkar edən zaman həyəcanlı, stresli olduğu üçün sonuncunun bədənində hər hansı bir xəsarətin olmasına fikir verməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şahid qismində əlavə dindirilərkən göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, axşam saatlarında “Təndir” restoranından geri qayıdan zaman Zərərçəkmiş şəxs mənzilin dəhlizində yarı oturaq vəziyyətdə aşkar etdikdən sonra köməklik məqsədi ilə sonuncunun başını bir qədər qaldırıb bir neçə dəfə adla çağırmış, Rəşid cavab vermədikdə telefonla təcili tibbi yardım xidmətinə zəng vurmağa çalışmış, lakin “103” telefon nömrəsini yığa bilməmiş və sonuncunu yerə uzatmışdır. Şahid4 hadisə yerinə gəldikdə Rəşidin meyitini uzanıqlı vəziyyətdə görmüşdür. Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş bədən xəsarətlərinin olub-olmamasını görməmiş, sonuncunu belə vəziyyətdə aşkar etdiyindən, stress vəziyyətinə düşüb köynəyinin düymələrinin bağlı olub-olmamasına fikir verməmiş, Zərərçəkmiş şəxs həmişə istifadə etdiyi köynəyin düymələrini bağlamışdır. Bundan başqa, o, təcili tibbi yardım xidmətinin feldşeri Şahid3 ifadəsində Zərərçəkmiş şəxs meyitinin əynində olan köynəyin yuxarı düymələrini açıldıqda sonuncunun boğaz nahiyəsində xəsarətin olmasını aşkar etməsi barədə göstərdiyi xüsusat, eləcə də Zərərçəkmiş şəxs köynəyinin yuxarı düymələrinin heç vaxt bağlı olmadığı halda, həmin gün sonuncunun meyitinin əynindəki köynəyin düymələrinin onun və ya Şahid4 tərəfindən bağlanılmasının məqsədi barədə suallara cavab olaraq o, yanlış ifadə verdiyini, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs köynəyinin yuxarı düyməsinin açıq olduğunu, nə o, nə də Şahid4 tərəfindən Zərərçəkmiş şəxs köynəyinin düymələrinin bağlanılmadığını, Zərərçəkmiş şəxs köynəyinin düymələrinin bağlanılmasının sonuncunun bədəni üzərində olan xəsarətin gizlədilməsi məqsədi daşıması barədə istintaqın gəldiyi nəticə ilə razı olmadığını, Zərərçəkmiş şəxs meyiti üzərində olan hər hansı bədən xəsarətinin gizlədilməsi haqqında nə onun, nə də Şahid4 fikirləşmədiyini, mənəvi vəziyyəti ağır olduğu üçün təcili tibbi yardım xidmətinin həkiminin suallarına cavab verə bilmədiyini göstərmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs tərəfindən enli və ya nisbətən ensiz, uzun ölçülü, gümüş materialdan hazırlanmış boyunbağlarından istifadə etməsini təsdiq etməklə, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs meyiti üzərində boyunbağının olub-olmamasını xatırlamadığını, Zərərçəkmiş şəxs meyiti üzərində və ya hadisə yerində boyunbağının aşkar edilməməsinin səbəbi barədə suala cavab verməkdə çətinlik çəkdiyni, qaldığı mənzildə tapdığı ensiz boyunbağını Zərərçəkmiş şəxs oğlu Şahid6 qaytardığını, enli, uzun gümüş boyunbağının aşkar edilməməsinin səbəbini bilmədiyini, xx.xx.2021-ci il tarixdə axşam saatlarında evdən gedərkən mənzili açarla bağladığını, hər hansı kənar şəxsin bloka daxil olmasının videomüşahidə kameralarına düşmədiyini, Zərərçəkmiş şəxs canlı vəziyyətdə sonuncu dəfə ondan başqasının görmədiyini, saat 21:55-də ora gələn təcili tibbi yardım həkimi Zərərçəkmiş şəxs ölümünün bir neçə saat əvvəl baş verməsini dediyini, Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş bədən xəsarətlərini nəzərə alaraq sonuncunun qəsdən öldürülməsi barədə heç bir şey göstərə bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şahid qismində əlavə dindirilərkən ona istintaq zamanı müəyyən edilmiş hallar barədə, yəni xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs içkili vəziyyətdə evə qayıdarkən boğazında boyunbağının olması, lakin sonuncunun meyiti onun tərəfindən aşkar edilərkən, meyitin üzərində, həmçinin hadisə yerinə baxış zamanı hər hansı boyunbağının aşkar edilməməsinin səbəbi, həmin gün, saat 18 radələrində Zərərçəkmiş şəxs içkili vəziyyətdə evə qayıtdıqdan sonra sonuncunun boğularaq öldürülməsi, Zərərçəkmiş şəxs meyitinin olduğu yer dəyişilmədiyi halda meyitin üzərində olan boyunbağının yoxa çıxmasının nə ilə izah edilməsi, həmin mənzilə kənar şəxsin daxil olmasının istisna edilməsi, sonuncu mənzilə daxil olduqdan sonra qısa müddət ərzində öldürülməsi və bu cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını istisna edilməsi barədə suallara cavab verə bilməmişdir. İş materiallarından Zərərçəkmiş şəxs ölüm vaxtının xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində baş verdiyi və sonuncunun meyiti üzərində ölümə xarakterik əlamətlər olduğu aşkar göründüyü halda, saat 21:35-də evə qayıdan zaman onun bunu görməməsi və faktiki olaraq ölmüş şəxsə hər hansı formada tibbi kömək göstərməsini bildirməsi ilə bağlı olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 21.35-də evə qayıdan zamanı Zərərçəkmiş şəxs öldüyünü bilməmiş, sonuncuya xilasedici tibbi tədbirlərin Şahid4 tərəfindən yerinə yetirilmiş, Zərərçəkmiş şəxs üzərində ölümün ilkin əlamətlərini olmasına fikir verməmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Rəşid 2018-ci ildə təqaüdə çıxandan sonra ilk olaraq 1500 manat, son zamanlarda isə təxminən 2300 manat pensiya almışdır. Rəşidin ilk arvadına və uşaqlarına qarşı münasibətləri yaxşı olmuşdur. 2008-ci ildə arvadı Firəngiz vəfat etdikdən sonra Rəşid 2009-2010-cu illərdə Zenfira adlı qadınla qeyri rəsmi olaraq birlikdə yaşamış, lakin həmin qadınla yola getmədiyi üçün ayrılmışdır. Təxminən 2011-ci ildə Rəşid Təqsirləndirilən şəxs ilə internet vasitəsilə tanış olub, qeyri rəsmi ər-arvad kimi yaşasa da, 2018-ci ildə sonuncu ilə rəsmi nigaha daxil olmuşdur. O, təxminən 5 il müddətdir ki, İnnesa ilə birlikdə ünvan 5 ünvanında yaşamışdır. xx.xx.2021-ci il tarixdə o, günorta saatlarında böyük qardaşı Rəşidlə telefon vasitəsilə danışmışdır. xx.xx.2021-ci il tarixdə axşam saat 22:00 radələrində Təqsirləndirilən şəxs keçmiş əri Rauf ona zəng edərək qardaşı Rəşidin ölməsini bildirmişdir. O, dərhal Zərərçəkmiş şəxs yaşadığı evə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs digər otaqda olduğu üçün görməmişdir. Evə daxil olan zaman polis əməkdaşları və prokurorluq əməkdaşları da orada olmuşlar. O, oğlu Azər gəldikdən sonra onunla birlikdə qardaşının cansız bədəninə baxış keçirmişlər. Daha sonra, Rəşidin qızı Şahid7 və bacıları Afət və Leyla da gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun əmisidir. xx.xx.2021-ci il axşam saatlarında ona mobil telefon vasitəsilə zəng edərək əmisi Zərərçəkmiş şəxs rəhmətə getdiyini bildirmişlər. O, əmisi yaşadığı evə getmişdir. O, çox təəccüb etmişdir ki, əmisinin xəstəliyi olmadığı halda, necə birdən-birə vəfat etmişdir. Əmisinin yaşadığı binanın qarşısında atası ilə görüşüb birlikdə əmisinin İnnesa İsmayılovna ilə birlikdə yaşadığı mənzilə daxil olmuşlar. Bu zaman mənzildə polis və prokurorluq əməkdaşlarından başqa, İnnesa xanımın iki rəfiqəsi və daha sonra İnnesanın ilk həyat yoldaşı olduğunu öyrəndiyi Rauf adlı şəxs olmuşdur. İnnesa xanım mənzildə olsa da, digər otaqda olduğu üçün onu görməmiş, ancaq səsini eşitmişdir. Mənzildə olan İnnesanın ilk həyat yoldaşı Rauf adlı şəxsdən hadisənin necə baş verdiyi soruşulanda, o bildirdi ki, içkili halda evə gəlib yıxılıb, Rauf guya əmisinə bu qədər içməməli olması barədə dəfələrlə iradını bildirdiyini demişdir. O, mənzildə olan zaman əmisinin əşyalarını çıxarmışdır, o, əmisinin köynəyini açıb boğaz-boyun nahiyəsinə baxdıqda boğazında ağ xətt görmüş, boğazının ortasında düzbucaqlı formasında iz olmuş və əlavə olaraq əmisinin sinəsində üç-dörd ədəd göyərmiş-qızarmış yara izləri aydın görünürmüş. Bütün bunlar onu göstərirdi ki, əmisi öz əcəli ilə vəfat etməyib. Əmisinin yas mərasimlərini yola verdikdən sonra əmisinin əşyalarını İnnesa xanım ilə kirayə yaşadıqları mənzildən götürməyi lazım bildirdilər. Bu zaman o, əmisi oğlu Tariyelle birlikdə əşyaları götürmək üçün həmin mənzilə getmişlər. O, yol boyu Tariyeldən dəfələrlə xahiş etmişdir ki, mənzildə olan zaman İnnesa ilə mübahisə etməsin. Mənzildə olan zaman əmisi oğlu İnnesaya baş vermiş hadisənin necə baş verdiyini soruşanda, İnnesa İsmayılovna ondan heç nə soruşmamağı bildirmişdir. Həmin evdən əmisinin paltarlarını, gün eynəyini, saatını, kofe hazırlamaq üçün istifadə edilən aparatı və suvenirləri götürmüşlər. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs üzərindəki əşyaları o, çıxartmışdır. Əmisi yaxası tam bağlı düz vəziyyətdə uzanmışdır. Onun üzərində olan saatı və qolbağı mənzildə çıxartmış, lakin üzüyü morqda çıxarda bilmişlər. Əmisinin köynəyinin yaxası bağlı idi və o, əmisinin boyunbağısını görməmişdir. Üzərində bunlardan başqa 4 AZN pul vəsaiti olmuş, əmisi siqaret çəkməsinə baxmayaraq, üzərində siqaret olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 21:45-də feldşer Şahid3 ilə növbədə olarkan “103” xidmətinə ünvan 6 ünvanında bir nəfərin halının pis olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o, Yediyar həkimlə birlikdə həmin ünvana getmiş, mənzildə bir nəfər qadın və bir nəfər kişinin olduğunu görmüşlər. Zərərçəkmiş şəxs adlı kişi yataq otağında çarpayının üzərində yarıuzanıqlı, yəni kürəyi çarpayıda, ayaqları yerdə olan vəziyyətdə görmüş, onları mənzilə gətirən kişi ilə söhbət əsnasında həmin şəxs evdə olan qadının birinci əri olduğunu və qadının zəngindən sonra köməyə gəldiyini, Zərərçəkmiş şəxs yerdə yıxılı vəziyyətdə görüb qucağına alaraq çarpayıya uzatdığını, daha sonra masaj etdiyini öyrənmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs arvadı suallara cavab verməkdən çəkindiyi üçün digər otağa keçərək oradan qışqıraraq “Onu dirildin” deyə səslənmişdir. O, ilk olaraq çarpayıda uzamış Zərərçəkmiş şəxs magistral yuxu arteriyasına baxanda nəbz əllənmədiyini, gözü işığa reaksiya vermədiyini və nəfəsi olmadığını görmüş, bununla da onun vəfat etdiyini bilmişdir. Həmçinin Zərərçəkmiş şəxs meyitinin üzərində meyit qıcıması yaranmış, boynunun yuxarı hissəsində meyit ləkələri əmələ gəlmişdir. Feldşer Yediyar meyitin köynəyinin yuxarıdan ikinci düyməsini açıb meyitin boyun nahiyəsində xəsarət aşkar etmiş və onun baxmağını demişdir. O, həmin xəsarəti görmüş, həmin vaxt meyitin bədəni soyuq olmuşdur. Bundan sonra onlar köməkləşib meyiti çarpayıya uzatmışlar. O, “102” xidmətinə hadisə barədə məlumat vermişdir. Polis və prokurorluq orqanlarının əməkdaşları gəldikdən sonra çıxıb getmişlər. Mənzildə olarkən həmin şəxslər onların yanında heç bir söhbət danışmamış, telefonlarına gələn zənglərə cavab verib Rəşidin ölməsi barədə məlumat vermiş, qadın telefonda kiminləsə danışarkən rus dilində “Mənə lazım idi, belə zibilə düşmək?” kimi sözlər dediyini eşitmiş, feldşer Yediyar Zərərçəkmiş şəxs köynəyinin yuxarıdan ikinci düyməsini açdıqda sonuncunun boyun və sinə nahiyəsində gözlə görünən xəsarətlərin olduğunu görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş təcili tibbi yardım briqadasının feldşeri Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, İnnesa Vladimirovna ilə 1989-cu ildə ailə həyatı quraraq rəsmi nikaha girmişdir. 2000-ci ildən İnnesa xanımla faktiki ayrılsa da, o, İnnesa ilə rəsmi olaraq 2014-cu ildə ayrılmışdır. 2019-cu ildə qızının toyunda İnnesa xanımın həyat yoldaşı Zərərçəkmiş şəxsla tanış olmuşdur. O, həmin zaman başqa xanımla birlikdə faktiki nikahda idi. Zərərçəkmiş şəxs çox sakit təbiətli, normal xasiyyətli bir insan idi. Onlar qarşılıqlı olaraq bir-birlərini evlərinə qonaq çağırırmışlar. Ya o, xanımı ilə birlikdə İnnesagilə qonaq gedirmiş, ya da İnnesa Rəşidlə birlikdə onlara qonaq gəlirmiş. Karantin rejimi tətbiq edilən zaman hər yer bağlı olduğu üçün, Rəşidlə birlikdə yeyib-içib, daha sonra şahmat oynayırmışlar. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Rəşidin Oqtay adlı dostu ilə spritli içki qəbul edib sərxoş olduğunu öyrənmişdir. Daha sonra Rəşidin həmin gün Oqtayla birlikdə bir litr iki yüz qram spritli içki qəbul etdiyini öyrənmişdir. xx.xx.2021-ci il tarixdə Qələbə bayramı münasibəti ilə spirtli içki qəbul etmişdir, axşam saatlarında İnnesa xanım zəng edərək evlərinə gəlməyini bildirmişdir. İnnesa xanımın yaşadığı evlə onun yaşadığı evin arası 200-300 metr olardı. O, Rəşidgilin evinə girəndə görmüşdür ki, Zərərçəkmiş şəxs yerdədir, İnnesa bildirmişdir ki, onu ayılda bilmir. O, Rəşidin ürəyini masaj eləməyə başlamış və İnnesaya bildirmişdir ki, TTYS-na zəng vursun. O zəng edən zaman telefonla danışa bilməmişdir. Ona demişdir ki, “gəl sən masaj eləməyə davam et”, o, özü TTYS-na zəng vursun. Bir neçə dəqiqə sonra yenidən zəng edib TTYS-nın əməkdaşlarına tələsmələrini bildirmişdir. Üçüncü dəfə onlar zəng edib, mənzili tapa bilmədiklərini bildirmişlər. O, həyətə düşüb onları mənzilə gətirmişdir. Mənzilin açarı qapının üstündə idi. Daha sonra həmin həkimlər polisə zəng vurmuşlar. O, mərhum ilə İnnesanın arasında mübahisənin olmasının şahidi olmamışdır. İnnesa ona zəng edəndə demişdir ki, Rəşid özündən gedib ayılda bilmir. Hadisə günü Rəşidin boynunda boyunbağı olduğunu görməmişdir. Həkimlər ona Rəşidin boğazında zədə olduğunu demişlər, onun boğazının ətrafında “hematoma” olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 1999-cu ildən ünvan 7 ünvanında komendant vəzifəsində işləyir. İşi binalarda liftlərə baxmaq, giriş-çıxışa nəzarət etmək və s. ibarətdir. Binanın 6-cı mərtəbəsində yerləşən 54 nömrəli mənzildə Zərərçəkmiş şəxs və arvadı Təqsirləndirilən şəxs kirayədə yaşamış, həmin mənzili qonşuluqda yaşayan Emin Abbasbəyli kirayəyə vermişdir. Rəşidi sakit insan kimi tanımış, sonuncu spirtli içki qəbul edən şəxs olsa da, heç bir zaman binada narahatçılıq yaratmamış və hər hansı qonşu ilə söz-söhbəti olmamışdır. Rəşidin arvadı İnnesanı yaxından tanımamışdır. Rəşid həmçinin şahmat oynamağı xoşlamış, həyətin yaxınlığında yerləşən kitab mağazasında tez-tez kitabçı ilə oturub şahmat oynamışdır. xx.xx.2021-ci il tarixdə, saat 10 radələrindən etibarən işdə olmuş, həmin gün, saat 18 radələrində binanın blokuna daxil olanda, sol tərəfdə yerləşən öz otağında oturmuşdur. Həmin otağın qarşısında liftlər yerləşir. Həmin gün, saat 18 radələrində otaqda olarkən pəncərədən Rəşidin içkili vəziyyətdə bloka yaxınlaşdığını, sərxoş olduğundan ayaq üstə dayanmaqda çətinlik çəkdiyini, yellənə yellənə blokun qarşısına gəlib içəri daxil olduğunu, sərxoş olduğundan hətta liftin düyməsini tapa bilmədiyini, düyməni vurduqdan sonra liftə daxil olub mənzillərinə qalxdığını görmüşdür. Rəşid yuxarı qalxdıqdan təxminən 25-30 dəqiqə keçmiş Rəşidin arvadı İnnesa liftlə aşağı düşmüş, liftdən çıxıb sərbəst şəkildə hərəkət edərək blokdan çıxmışdır. O, oruc tutduğu üçün saat 19:15 radələrində iş yerindən çıxıb evinə getmiş, həmin vaxtadək İnnesanın geri qayıtmasını, eləcə də Rəşidin evdən çıxıb getməsini görməmişdir. O, evə getdikdən sonra həmin gün, axşam saatlarında işə qayıtmamış, saat 22 radələrində evdə olarkən polis əməkdaşları onu çağırmışdır. O, iş yerinə gələndə Rəşidin yaşadığı evdə öldüyünü öyrənmişdir. O, hadisə günü Rəşidi ağ idman geyimində yaxası açıq şəkildə görmüşdür. Rəşid Məhərrəmov evlərinə getdikdən sonra kənar şəxsin bloka daxil olduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, anası 2009-cu ildə vəfat etmişdir. Bu səbədən atası Rəşid bir xanımla birlikdə yaşamaq istədiyini bildirmişdir. Atası Zərərçəkmiş şəxs İnnesa Vladimirovna ilə 2011-ci ildə internet vasitəsilə “Facebook” sosial şəbəkəsində tanış olmuşdur. Təxminən 2017-ci ildən İnnesa ilə birlikdə ünvan 8 ünvanında yerləşən kirayə mənzildə yaşayıblar. Atası Rəşid və İnnesa arasında münasibətlər soyuq olmuş, hətta sonuncunun müxtəlif bəhanələri nəticəsində aralarında baş vermiş mübahisələrin şahidi də olmuşdur. Onun atası ilə münasibəti hər zaman çox yaxşı olmuşdur, həmçinin bacıları Lalə və Nərgiz də atası ilə xoş münasibətdə olmuşlar, amma aralarında son zamanlar İnnesa İsmayılovna səbəbilə soyuqluq yaranmışdır. Atası Rəşid ziyalı, sakit təbiətli, İnnesa isə əsəbi, kobud və özündən razı qadın idi. Vaxt keçdikcə İnnesa atası Rəşidi tam ələ almışdır. 2019-cu ildə atası Rəşid pensiyaya çıxdıqdan sonra maddi vəziyyəti müəyyən qədər pisləşdiyindən, İnnesanın münasibəti ona qarşı kəskin dəyişmişdir. Ümumiyyətlə İnnesa atası Rəşid ilə həmişə qışqıraqışqıra danışmış, atası Rəşidin hər bir hərəkətindən qəti olaraq kobud şəkildə narazılığını bildirmişdir. Atası Rəşidgildə olduğu zaman orada İnnesanın birinci əri Raufu da həmin mənzildə görən zaman təəccüblənmişdir. İnnesa və Rauf atası ilə birlikdə dəfələrlə yeyib-içmişdirlər. İnnesa atası Zərərçəkmiş şəxs maddi aslılığı səbəbindən münasibətlərini davam etdirmişdir. Həmçinin atası Rəşidin pensiya kartı daimi İnnesada olmuşdur. Bacıları İnnesanın keçmiş əri Raufun yaşadıqları evə gəlib-getməsini xoş qarşılamamış, bu səbəbdən son zamanlar aralarında soyuqluq yaranmışdır. İnnesa Rəşidin hesabına həm Şahid4, həm də narkoman qızı Ləmanı saxlamışdır. Atası Rəşid köynəyinin yuxarı düymələri həmişə açıq olmuş, atası Rəşidin köynəyinin həmişə açıq olmasının səbəbi daimi zəncir tipli boyunbağıdan istifadə etməsi olmuşdur. Atasının boynuna taxdığı boyunbağıdan onda da var, lakin həmin boyunbağıların arasında fərq ondan ibarət idi ki, onda olan boyunbağı uzun, nazik atasında isə qalın və qısa idi. Hadisə baş verən günü o, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində işi ilə əlaqədar “Günəşli” yatağının 9 saylı platformasına çatmağı ilə bağlı atası Rəşidə zəng edib məlumat verərkən onun kefi yaxşı olmuşdur. Daha sonra saat 22:00 radələrində İnnesa ona telefonla zəng edərək rus dilində atasının infakt keçirtdiyini demişdir. Bu zaman işdən icazə alıb atasının yaşadığı evə gəlmişdir. İlk olaraq həmin evə əmisi oğlu getmişdir. İnnesa atasının evə sərxoş gəldiyini və guya onun köməkliyi ilə çarpayıya uzandırdığını bildirmişdir. -Güman edir ki, atasını İnnesa Vladimirovna öldürmüşdür. Hadisə yerində atasının boynunda boyunbağı olmaması şübhələrini daha da artırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, mərhum atası Zərərçəkmiş şəxs İnnesa İsmayılovna ilə 2011-ci ildə tanış olmuş, 2017-ci ildə rəsmi nikaha daxil olmuşlar. Münasibətlərinin ilk illərində atası İnnesa İsmayılovna ilə hər şeyin çox gözəl olduğunu qeyd etmiş, aralarında mübahisələrin belə olmadığını bildirmişdir. Atası Zərərçəkmiş şəxs uzun müddət “Socar” şirkətində neftçi işləmişdir. İnnesa İsmayılovna ilə tanış olduğu zamanlar atası həm işlədiyi şirkətdən məvacib alırmış, həm də dövlət tərəfindən yaşa görə pensiya da alırmış. Atası çox sakit, mehriban, səmimi və gülərüz insan olmuşdur. İnnesa İsmayılovna ilə birlikdə Azərbaycan Respublikasının müxtəlif rayonlarına və müxtəlif xarici ölkələrə dəfələrlə səyahət etmişlər. İnnesa İsmayılovnanın atası Zərərçəkmiş şəxs işdən çıxdıqdan sonra çox kobud və aqressiv münasibəti olmuşdur. Münasibətləri olan zaman bir neçə yerdə kirayə yaşayıblar. Axırıncı yaşayış yerləri Səbail rayonu ərazisi, hadisə baş verən ünvan olub. X11 spirtli içkilərə aludəçiliyinin yarandığnı bildirmişdir. O və bacısı atası ilə İnnesa İsmayılovnanı dəfələrlə qonaq çağırmışlar. İnnesa İsmayılovna spirtli içki içməsə deyib-gülmür, onlara və atasına qarşı çox kobud münasibət göstərirdi. Atası pensiyaya çıxdıqdan sonra İnnesa İsmayılovna qayğı göstərmirmiş. Atası bacısı Nərgizin adına öz avtomobilini idarə etməsi barədə etibarnamə verən zaman İnnesa İsmayılovna bu barədə öz narazılığını bildirmişdir. Atası bu məsələ barədə İnnesa İsmayılovnaya fikir verməməyi xahiş etmişdir. Zərərçəkmiş şəxs həm Təqsirləndirilən şəxs, həm də İnnesanın keçmiş həyat yoldaşına da baxırmış. İnnesanın keçmiş həyat yoldaşı atası lə İnnesa İsmayılovnanın yaşadığı evə dəfələrlə gəlmişdir. İnnesa İsmayılovna atasının vəfatından sonra onlara başsağlığı verməmiş və onlarla əlaqə saxlamamışdır. Hadisə zamanı atası öz dostu ilə yeyib-içməyə getmələri barədə razılaşıblar, həmçinin İnnesa da öz rəfiqələri ilə görüşünü planlaşdırıbmış. Lakin hər ikisinin planları baş tutmayıb. İnnesa İsmayılovna spritli içki qəbul etmədiyi zaman çox aqressiv olurmuş. O, hadisəni öz gözü ilə görməsə də, X2 atasını qətlə yetirdiyinə əmindir. Onun atası həmişə boyunbağı taxmağı çox sevirmiş və son zamanlar gümüş boyunbağıdan istifadə edirmiş. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 və Şahid10 Arif oğlu Şahid7 ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, 7 il müddət ərzində Zərərçəkmiş şəxs qızı Nərgizin ailəsində daimi işləyərək autizm xəstəliyindən əziyyət çəkən sonuncunun oğlu Fəridə xidmət etmişdir. Nərgiz xanımın həm evində, həm də bağ evində daimi işlədiyindən bu ailədə baş verən bir çox hadisənin şahid olmuşdur. Nərgiz xanımın evində işlədiyi zaman Nərgizin atası, mərhum Zərərçəkmiş şəxsla tanış olmuş, sonuncu Nərgizin həm evinə, həm də bağ evinə tez-tez gəlib-getmişdir. Zərərçəkmiş şəxs arvadı Təqsirləndirilən şəxs həmin vaxtlardan tanımışdır. Təqsirləndirilən şəxs Rəşidlə mübahisələrinə gözü ilə şahid olmasa da, bir neçə dəfə mübahisələrinin olduğunu eşitmişdir. X1 İnnesa ilə atasının geyiminin və gigiyenasının normal olmaması, lazımi qulluq göstərilməməsi səbəbindən mübahisə edirdilər. Ona görə də Nərgiz xanım çox əsəbiləşmiş, bir neçə dəfə atası Rəşiddən İnnesa ilə münasibətə son qoymasını istəmişdir. İnnesa spirtli içkiyə meyilli insan olmuşdur. Rəşid Məhərrəmov çox sakit insan olmuş və mədəniyyəti ilə seçilmişdir. Rəşid müəllim zövqlə geyinən, öz imici olan bir şəxs idi. Onun boynunda qalın gümüş boyunbağı olduğunu görmüşdür. Hətta Nərgiz xanımın bağ evlərində öz nəvəsi ilə hovuza daxil olan zaman, o, boyunbağının qaralmaması üçün çıxartmağı təklif etsə də, Rəşid müəllim boyunbağının əsil gümüş olduğunu və boyunbağın da heç bir dəyişiklik olmaycağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, onun mərhum əri Arif Bağbanlı ilə mərhum Zərərçəkmiş şəxs bir yerdə Dövlət Neft Şirkətində işlədiyi vaxtdan tanımışdır. Təxminən 2010-ci ildə Rəşidin Təqsirləndirilən şəxs adlı xanımla tanış olması haqqında məlumat aldıqdan sonra, sonuncu ilə ilk olaraq o, tanış olmuşdur. 2012-ci ildə əri Arif Bağbanlı vəfat getdikdən sonra Rəşid tez-tez ona zəng vurmaqla vəziyyəti ilə maraqlanmışdır. 2012-ci ildən sonra həm Rəşidlə, həm də İnnesa ilə bir neçə dəfə əlaqə saxlamış, bir dəfə Rəşidin təklifi ilə sonuncularla birlikdə Gürcüstan Respublikasına getmişdir. Həmin səfərdə İnnesa Rəşidə qarşı çox pis davandığı üçün növbəti dəfə sonuncuların istirahət üçün getmək barədə təkliflərindən imtina etmişdir. İnnesa Rəşidə qarşı kobud, yüksək səslə danışmışdır. Rəşid İnnesanın sözlərinə qarşı hər hansı başqa fikir və ya söz bildirdikdə, aralarında həmişə mübahisə olmuşdur. Gürcüstan Respublikasında olduqları zaman İnnesa səhər saatlarında iki litr şərab içmiş, ona da bir neçə dəfə bunu təklif etmişdir. İnnesanın hərəkətləri onun xoşuna gəlmədiyi üçün, Gürcüstan Respublikasında olduğu müddətdə Rəşidə İnnesadan uzaq olmağı məsləhət görmüş, lakin sonuncu “artıq gecdir” sözlərini demişdir. Zərərçəkmiş şəxs daimi boyunbağıdan istifadə etmiş, köynəyinin ön hissəsi həmişə açıq olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində işə gəlmişdir. Saat 12 radələrində əvvəllər tanıdığı, onun işlədiyi restoranın daimi müştərisi olan Şahid13 sonradan adının Rəşid olduğunu bildiyi şəxslə birlikdə restorana gəlmişdir. Şahid13 əvvəllər dəfələrlə restorana tək gəlib yeyib-içib getsə də, son 3-4 dəfə, təxminən həftədə bir dəfə Rəşidlə birlikdə restorana gəlmişdir. Həmin gün Rəşid və Oqtaya qulluq etmiş və müxtəlif çeşidli yeməkləri masalarına gətirmişdir. Oqtay restorana gələndə özü ilə gətirdiyi 700 ml həcmli arağı Rəşidlə birlikdə içib qurtardıqdan sonra, Oqtay ona 50 manat verərək yaxınlıqda yerləşən “Azza” şirniyyat evindən 500 ml həcmli “Volodinka” etiketli araq almağını xahiş etmişdir. O, Oqtayın xahişin yerə salmayaraq arağı alıb gətirmişdir. Oqtay və Rəşidin əyləşdikləri stol həmin gün, saat 18:00 üçün rezerv edildiyi barədə Oqtaya məlumat vermiş, saat 17:50 radələrində Oqtay və Rəşid restoranı tərk edib getmişdir. O, bir neçə dəfə Rəşidi gördüyü zaman sonuncunun geyiminin səliqəli olmasına fikir vermişdir. Rəşidin paltarının sinəsi açıq olmuş və boynunda boyunbağı olduğunu görmüşdür. Həmin boyunbağı el arasında “tros” deyilən, yəni qalın boyunbağı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, İnessa və o, birbirlərinin evinə qonaq gedib-gəlmişlər, İnessa yaxşı, dəyərli qadın kimi həyat yoldaşının qayğısına qalırdı, onu sevirdi, hər şey edirdi. Onlar qonşuluqda yaşamışlar. 09 may tarixində saat 18:12- 18:15 radələrində İnnesa ilə “Bravo” marketinin yanında görüşmüşdür. “Beş mərtəbə” kafesinə getmişlər. Rəşid isə səhər vaxtlarından dostları ilə görüşməyə getmişdir. O, İnnesa ilə kafedən saat 21:30-da çıxmışlar. “Sahil” parkı və evə qədər piyada getmişlər. İnessa öz evlərinə getmişdir. Təxminən yarım saat, 40 dəqiqə sonra İnessa onlara oturmağa, çay içməyə gəlməli idi. İnessanın gəlmədiyini görüb ona zəng etmişdir. O, İnessadan niyə gəlmədiyini soruşduqda, İnnesa cavab vermişdir ki, bəs Rəşid rəhmətə gedib. Onlara gedəndə, artıq təcili tibbi yardım orada olmuşdur. Yerdə Rəşidin saatını görmüşdür. Saatı götürmüş və stolun üstünə qoymuşdur. Lakin o, Rəşidin hansı səbəbdən öldüyünü bilməmişdir. Rəşid təbiətcə normal insan idi. İnessa onu sevirdi, o da öz növbəsində İnessanı sevirdi. Onlar her yerə birlikdə gedirdilər. Hər şeyi birlikdə edirdilər. Hadisə olan gün o, İnnesa ilə görüşəndə İnnesanın dediklərindən bilmişdir ki, Rəşid səhər saatlarında dostları ilə görüşmüş və evə sərxoş vəziyyətdə saat 18:00-da gəlmişdir. Saat 18:00-da İnnesa evdən çıxmış, qapını İnessa çöl tərəfdən bağlayıb ki, Rəşid yenə harasa çıxmasın. Lakin o, Rəşidin evdə nə ilə məşğul olduğunu ona deməmişdir. Demişdir ki, o, qapıdan çıxanda Rəşidlə rastlaşıblar, İnessa çıxıb və Rəşid evə daxil olub. O, Rəşidin ölüm səbəbi barədə təcili yardım əməkdaşından soruşmuşdur, çünki İnessa danışacaq vəziyyətdə deyildi. Onlar da cavab verdilər ki, boğulma yoluyla ölümə bənzəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, o, “Nyu İmic” gözəllik salonunda saç ustası işləyir və Təqsirləndirilən şəxs bir müştəri kimi tanımışdır. Bir qayda olaraq həmin xanımın yanına ay ərzində 3-4 dəfə gedib xidmət göstərmişdir. İnnesanın yaşadığı evdə olduğu zaman cəmi 1 dəfə sonuncunun əri Zərərçəkmiş şəxs görmüş, həmin şəxslə hər hansı münasibəti olmamışdır. xx.xx.2021-ci il tarixdə İnnesanın evinə saat 16 radələrində getmiş və saçına rəng qoymuşdur. O, xidmət göstərdikdən sonra oradan çıxıb iş yerinə qayıtmışdır. Həmin gün, yəni xidmət göstərdiyi vaxt, İnnesanın kefi normal olmuş, hərəkətlərində qeyri-adı heç bir şey olmamışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2016-ci ilin oktyabr ayından 2017-ci ilin iyun ayına kimi 160 nömrəli orta məktəbdə 11-ci sinifdə oxuduğu zaman babası Zərərçəkmiş şəxs yanında, yəni Fikrət Əmirov küçəsi, ev 1, mənzil 54 ünvanda yaşamışdır. Təxminən 7-8 ay müddət ərzində babasıgildə qaldığı zaman qəbul imtahanlarına hazırlaşdığı üçün daimi dərslərlə məşğul olmuş və babasının Təqsirləndirilən şəxs ilə olan münasibətlərinə o qədər fikir verməmişdir. Göstərilən müddət ərzində İnnesanı hər gün gördüyündən, həmin şəxs haqqında müəyyən fikir formalışmışdır. Təqsirləndirilən şəxs babası Zərərçəkmiş şəxs hesabına yaşamış, onların ailəsində olan bütün maliyyə problemləri Zərərçəkmiş şəxs pulu ilə İnnesa tərəfindən həll olunmuşdur. Buna baxmayaraq, İnnesanın Rəşidə qarşı münasibəti demək olar ki soyuq olmuş, aralarında səmimi münasibət olmamışdır. İnnesanın psixoloji vəziyyəti qeyri-stabil olmuş, bir neçə dəfə hansısa məişət səbəbinə görə babası Rəşidin üzərinə qışqırmışdır. İnnesa spirtli içkiyə meyilli insan olmuş və hər gün spirtli içki qəbul emişdir. İnnesa spirtli içki qəbul etməmişdən əvvəl aqressiv olmuş, spirtli içki qəbul etdikdən sonra mülayim olmuşdur. İnnesa ilə hər hansı münasibəti olmamış, orada babasının razılığı ilə qalmış, İnnesa isə babasının arvadı kimi ona qarşı hər hansı müsbət münasibət göstərməmişdir. Əvvəllər babası Rəşidgillə birlikdə İnnesanın qızı, hazırda xaricdə yaşayan Fəridə İsmayılova da yaşamış, lakin onun Fəridə ilə hər hansı münasibəti olmamışdır. Həmçinin orada yaşadığı vaxt ərzində İnnesanın yanına tez-tez sonuncunun kiçik qızı Ləman gəlib-getmişdir. İnnesa tərəfindən babası Rəşidə qarşı hər hansı aqressiv hərəkətlərin olmasının şahidi olmamış, aralarında xırda mübahisələr olsa da, həmin mübahisələrin səbəbləri məişətdə xarakterli olmuşdur. Babası Rəşid sakit təbiətli şəxs olmuş, hər hansı mübahisə baş verdiyi zaman İnnesanı sakitləşdirməyə çalışmışdır. Bildiyinə görə 2018-ci ildə babası Rəşid təqaüdə çıxdıqdan sonra İnnesa ilə rəsmi nigah bağlamışdır. Babası Rəşid əvvəllər 15 gün dənizdə olmuş, təqaüdə çıxdıqdan sonra isə bütün gün evdə olduğundan ona qarşı İnnesanın münasibəti qeyri-müsbət olmuşdur. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisədən təxminən 04 ay əvvəl Səbail rayonunun inzibati ərazisində yerləşən Fikrət Əmirov adına parkın yaxınlığındakı kitab mağazasından kitab alarkən Zərərçəkmiş şəxsla tanış olmuş, sonradan aralarında dostluq münasibətləri yaranmışdır. Ayda bir neçə dəfə qeyd edilən kitab mağazasında görüşüb birlikdə çay içmiş, nahar etmək üçün bir dəfə Xəqani küçəsində yerləşən “Sultan” restoranına gedərkən Rəşidlə rastlaşmışdır. Rəşidlə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə görüşmüşdür. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində o, Rəşidə zəng edərək xx.xx.2021-ci il tarixdə saat 12 radələrində “Sultan” restoranında görüşməyi təklif etmiş, xx.xx.2021-ci il tarixdə evdən çıxarkən Rəşidə zəng edərək evdən çıxdığını və “Sultan” restoranına getdiyini xəbər etmiş, həmin restoranın yaxınlığında yerləşən “Azza” şirniyyat evindən 20 manat dəyərində 700 ml “Valodinka” arağı alıb restorana daxil olmuşdur. Bir qədər müddətdən sonra Rəşid də oraya gəlmiş, stolun üzərində onun aldığı arağı gördükdə “Məni üzrlü say, mən birazdan evdəkilərlə Dəvəçi, Xaçmaz istiqamətində yola düşəcəm” bildirmişdir. O, etiraz etməyib həmin arağı tək içəcəyini bildirmişdir. Həmin vaxt Rəşidin mobil telefonuna zəng gəldiyi üçün sonuncu zəngə cavab verib çölə çıxmış, bir qədər müddətdən sonra geri qayıdıb səfərinin təxirə salındığını və oturub bayramı qeyd edə biləcəklərini demişdir. Onlar 700 ml həcmdə olan arağı içib qurtardıqda, Rəşid “Araq azdır, gəl bir dənədə içdiyimiz arağın 500 ml-dən içək” bildirmişdir. O, narazılıq etmədən həmin restoranın ofisiantı Əbdülü çağırıb yaxınlıqda yerləşən “Azza” şirniyyat mağazasından 500 ml həcmli “Valodinka” etiketli araqdan almasını xahiş etmişdir. Həmin gün, təxminən saat 17:30-dək restoranda yemək yeyib spirtli içki qəbul etdikdən sonra Rəşidlə sağollaşarkən sonuncu evə getdiyini bildirmişdir. O isə Dəmiryolu vağzalının yaxınlığında yerləşən, həmişə getdiyi bərbərxanaya getmiş, oradan da çıxıb piyada “Təzə” bazarın yaxınlığında “Balıq dünyası” adlanan balıq mağazasından balıq alıb evə getmişdir. xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları baş vermiş hadisə ilə bağlı ona məlumat verib bölməyə dəvət etmişlər. Bildiyi qədər Rəşidin səhəti ilə bağlı heç bir problemi olmamışdır. O, Rəşidlə birlikdə olarkən sonuncunun bədən nahiyəsində hər hansı bir xəsarət və ya xəsarət izləri olmamışdır. Bundan başqa, Şahid13 əlavə olaraq ifadəsində Zərərçəkmiş şəxsla cəmi 4 dəfə “Sultan” restoranında oturub çörək yediklərini, əvvəllər Rəşidlə görüşdüyü zamanı restoranın hesabının onun tərəfindən ödənildiyini, sonuncu tərəfindən bahalı spirtli içki gətirildiyinə görə o, Rəşiddən hər hansı qonaqlıq verməsinə ehtiyac olmamasını bildirdiyini, xx.xx.2021-ci il tarixdə Rəşidlə oturub çörək yeyərkən normadan çox araq içdiklərini, Rəşidin vəziyyətinin tam normal olduğunu, restoranda olarkən Rəşidin bir dəfə arvadına zəng etdiyini, daha sonra arvadının Rəşidə zəng etdiyini, Rəşidlə həmin gün axşam saatlarında hər hansı telefon danışığı etmədiyini, saat 21:45-də Rəşidin telefon nömrəsindən zəng daxil olduğunu, həmin vaxt yatdığı üçün telefonunun sönülü olduğunu, xx.xx.2021-ci il tarixdə saat 01 radələrində yuxudan oyananda Rəşidin mobil telefon nömrəsindən bir neçə dəfə zəng daxil olmasının qeydə alındığını göstərmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2020-ci il sentyabr ayında, əri Oqtay ilə birlikdə rəfiqəsi Aidənin evində qonaq olarkən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla orada tanış olmuş, aralarında ailəvi dostluq münasibətləri yaranmışdır. xx.xx.2021-ci il tarixdə saat 17-18 radələrində ev telefonu ilə İnnesa ilə danışaraq xx.xx.2021-ci il tarixdə “9 May” qələbə gününü qeyd etmək üçün saat 15:00 radələrində Oqtay, İnnesa, Rəşid və Aidə birlikdə Novxanıya balıq və qutab yeməyə getməyi planlaşdırmışdır. Onlar birlikdə hər həftənin bazar günləri Novxanıda yerləşən kafelərdə balıq və qutab yeməyə getmişlər. Yalnız Rəşidin avtomobili olduğu üçün həmişə onları sonuncu aparmışdır. xx.xx.2021-ci il tarixdə, saat 13 radələrində ev telefonundan İnnesanın ev nömrəsinə zəng edib necə və harada görüşəcəkləri barədə soruşduqda, İnnesa ona narahat halda Rəşidin həmin gün, saat 11 radələrində bayramı qeyd etmək üçün dostu ilə görüşməyə getdiyini, kafedə oturub yeyib-içdiyini bildirmiş, daha sonra Rəşidə zəng edib dəqiqləşdirəcəyini, əgər gəlməyəcəyi halda, özləri bir yerdə oturub bayramı qeyd edəcəklərini demiş, o da İnnesanın fikiri ilə razılaşmışdır. Təxminən bir neçə dəqiqə sonra İnnesa ev telefonuna zəng edib Rəşidlə telefonla danışdığını, sonuncuya mane olmamağı demişdir. İnnesanın deməsinə görə, bir neçə dəfə Rəşidə zəng etmiş, sonuncu da sərxoş halda “Hara istəyirsiz gedin, mənə mane olmayın” deyə cavab vermişdir. Onlar şəhər içi, “5 mərtəbə” adlanan ərazidə “Təndir” kafesində oturmağı qərarlaşdırmış, saat 17:45 radələrində “*0404” taksi şirkətindən sifariş etdikləri taksi ilə “28 Mall” ticarət mərkəzinin yaxınlığına gəlmiş, saat 18:00 radələrində oraya çatmış, orada əri Oqtayla birlikdə 10-15 dəqiqə gözlədikdən sonra İnnesa və Aidə gəlmiş, onlar birlikdə oradan “Qış parkı”nın yanı ilə hərəkət edərək saat 18:40 radələrində “5 mərtəbə” adlanan ərazidə yerləşən “Təndir” adlı kafeyə çatmış, həmin kafenin 2-ci mərtəbəsində əyləşib şam yeməyi yemişlər. İnnesa Rəşiddən nigaran qaldığını bildirib onlara Rəşidin evə çox sərxoş halda gəldiyini demişdir. Bildiyinə görə Rəşidin ürəyində problemlər olmuş, buna görə İnnesa Rəşidə çox içməyə icazə verməmişdir. O, Aidə ilə birlikdə “Çinar” adlı qırmızı şərab, əri Oqtay və İnessa isə “Likör” içmişlər. Kafedə olduqları müddətdə İnnesa Rəşidi bir neçə dəfə telefon vasitəsi ilə yığmış, lakin sonuncunun zənginə Rəşid cavab verməmiş, həmin vaxt İnnesanın narahat olması hiss olunmuşdur. Həmin gün, saat 20:30 radələrində İnnesa “Siz gedin Aidagilə, mən də evə gedib Rəşidə baxım, əgər özünə gəlibsə onu da götürüb Aidəgilə gələrik” demişdir. Bundan sonra onlar “Təndir” kafesindən çıxıb saat 21:00 radələrində Aidənin yaşadığı binaya çatmışlar. O, Oqtay və Aidə ilə birlikdə sonuncunun yaşadığı mənzilə, İnnesa isə öz mənzilinə tərəf getmişdir. Aidəgilə çatdıqdan təxminən 30 dəqiqə sonra sonuncu narahat olub İnnesa və Rəşidin gəlmədiklərinin səbəbini öyrənmək üçün ev telefonundan İnnesanın ev telefonuna zəng etmiş, təxminən saat 22:00 radələrində Aidə İnessa ilə danışdıqdan sonra panika halında İnnesa Rəşidin öldüyünü deməsini bildirmişdir. O, Oqtay və Aidə ilə birlikdə dərhal İnnesanın yaşadığı mənzilə getmiş və orada təcili tibbi yardım həkimlərini görmüşlər. O, evə daxil olarkan evin giriş dəhlizində əşyalar dağınıq vəziyyətdə olmuş, İnnesanın evində ayaqqabı rəfi hər zaman səliqəli halda olduğu halda, həmin gün ayaqqabı rəfi yerə aşmış, paltar asılqanının qarşısında yerdə gümüşü rəngdə böyük qol saatı olmuşdur. O, heç nəyə toxunmadan çanta və gödəkçəni paltar üçün olan rəfin üzərinə qoyub qonaq otağına keçmişdir. Təcili tibbi yardım həkimləri Rəşidi müayinə edib artıq öldüyünü bildirmişlər. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid16 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış protokoluna və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, evin giriş dəhlizindən başqa digər otaqlarda əşyaların hər hansı formada dağınıq və səliqəsiz olmasına rast gəlinməmiş, Zərərçəkmiş şəxs meyiti yataq otağında çarpayının üzərində uzanıqlı vəziyyətdə olmuşdur. Yataq otağındakı çarpayının üzərinə uzadılmış Zərərçəkmiş şəxs meyitinin üzərinə sərilmiş qırmızı-qara rəngli naxışları olan odyal götürüldükdə meyitin əynində olmuş köynəyin yuxarı ön hissəsində yerləşən 3 ədəd düymənin açıq olduğu və meyitin boğaz nahiyəsində gözlə görünən xəsarətin olduğu məlum olmuşdur. İstintaqda dindirilmiş təcili tibbi yardım briqadasının həkimləri Zərərçəkmiş şəxs meyitinin əynində olmuş köynəyin ön düymələrinin onlar tərəfindən açıldığını və xəsarətin aşkara çıxarıldığı bildirmişlər. Hadisə yerinə baxış zamanı mənzilin giriş dəhlizində yerə düşmüş vəziyyətdə olan 1 ədəd qol saatı, 1 cüt idman ayaqqabısı, 1 cüt hündür daban ayaqqabı, 1 cüt çəkələk, 1 ədəd maska, 3 ədəd bank kartı, 4 ədəd siqaret kötüyü və Rəşidə məxsus “İphone” markalı mobil telefon maddi sübut qismində götürülmüşdür. Cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı onun meyiti üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Alın nahiyəsinin sağ yarısında, bilavasitə sağ qaş qövsünün bayır qurtaracağı üstündə 4,7x3,5 sm ölçüdə solğun qırmızımtılbənövşəyi rəngdə qeyri-müəyyən formalı qançır müəyyən edilmişdir. Sağ qaş qövsünün iç qurtaracağı üzərində 0,8x0,2 sm ölçüdə xətti formalı, dib ətrafı sağlam dəridən aşağı səviyyəli açıq qırmızı rəngdə, səthi nəm sıyrıq müəyyən edilmişdir. Boyunun ön səthinin orta-aşağı 1/3-nin mərkəzində, qıtlaq qığırdaqlarının aşağı yarısı proyeksiyasında 5,0x2,2 sm ölçüdə qeyri-müəyyən formalı eyni xarakterli sıyrıq müəyyən edilmişdir. Qeyd olunan sıyrığın aşağı sağ kənarından 1,5 sm sağa və cüzi aşağıda 0,6x0,3 sm və sonuncudan 2,3 sm sağa və cüzi aşağıda 1,0x0,2 sm ölçüdə azacıq qövsvari formada, dibləri ətraf sağlam dəridən aşağı səviyyəli açıq qırmızı rəngdə, səthləri nəm sıyrıqlar müəyyən edilmiş, sonuncu sıyrığın üzərində dəri epidermisi sağdan-sola istiqamətdə qopmuş və büzüşmüşdür. Döş qəfəsinin ön səthinin sağ yarısında, sağ körpücük sümüyünün iç yarısı proyeksiyasında, bilavasitə körpücükaltı nahiyədə 2,8x1,0 sm ölçüdə, düzgün olmayan “4 rəqəminə”bənzər formada, sonuncunun sağ kənarından 7,0 sm sağa, ön roltuq xətti üzrə sağ bazu oynağının ön səthi üzərində 1,2x0,7 sm ölçüdə ovalvari formada eyni xarakterli sıyrıqlar müəyyən edilmişdir. Döş qəfəsinin arxa səthinin sağ yarısında, arxa qoltuq xətti ilə orta qoltuq xətti arasında, Vİİİ-İX qabırğalararası sahədə 2,5x0,4 sm ölçüdə uzunluğu çəp-köndələn istiqamətdə yerləşmiş 1 (bir) ədəd və sağ onurğayanı xətlə kürək xətti arasında, təxminən X qabırğa səviyyəsində 1,5x0,3 sm ölçüdə uzunluğu köndələn istiqamətdə yerrləşən 1 (bir) ədəd anoloji xarakterdə zolaqvari sıyrıqlar vardır. Sağ saidin arxa səthində- eyni bir düz xətt üzərində, yuxarıdan-aşağıya biri-digərindən 3,5 sm, 2,5 sm və 4,2 sm aralı yerləşmiş, ölçüləri 1,5x1,0 sm, 1,8x1,2 sm, 1,3x1,0 sm və 1,7x1,2 sm olan solğun göyümtül-bənövşəyi rəngdə ovalvari formada qançırlar müəyyən edilmişdir. Meyitin əynində olmuş paltarlar- qara fonda ön səthində ağ rəngli zolaqları olan “Adidas" markalı idman köynəyi və eyni materialdan qara rəngdə, bel nahiyəsindən kəndirlə bağlanan idman şalvarı, boz kül rəngli, ön səthində “Norm” sözü yazılmış qısaqol köynək, boz rəngdə üzərində naxışları olan kişi alt tumanı və bir cüt bozumtul mavi rəngdə corab maddi sübut qismində götürülmüşdür. Cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdə hadisə yerinə əlavə baxış zamanı müəyyən edilmişdir ki, ünvan 10 ünvanının yerləşdiyi binaya giriş ağ rəngli, metal materialdan hazırlanmış, iki hissədən ibarət qapıdır. Qapının eni 2 metr, hündürlüyü 2.20 sm-dir. Qapı iki hissədən ibarətdir. Soldan sağa doğru 60 sm olmaqla dayanıqlı hissə və həmin hissədən sağa doğru 1.40 sm olan açılıb bağlanması üçün nəzərdə tutulmuş, istifadə olunan hissə, qapının istifadə olunan hissəsində qapının açılıb bağlanması üçün nəzərdə tutulmuş şifrə və ağ rəngli, metal materialdan tutacaq vardır. Baxışda iştirak edən komendant Şahid5 bildirmişdir ki, hər gün saat 10 radələrində işə gəlib, axşam saat 19:20 radələrində evə getmişdir. İşdə olduğu müddətdə, yəni gün ərzində blokun qapısı daima açıq vəziyyətdə olmuşdur. O, xx.xx.2021 -ci il tarixdə saat 18 radələrində xidməti otağında oturarkən mərhum Zərərçəkmiş şəxs sərxoş halda bloka daxil olmasını və sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş liftlə evlərinə yəni, 6-cı mərtəbəyə qalxmasını görmüşdür. Rəşid yuxarı qalxdıqdan sonra təxminən 25 dəqiqə sonra arvadı Təqsirləndirilən şəxs həmin liftlə aşağı düşmüş və blokdan çıxaraq getmişdir. Binanın 6-cı mərtəbəsində yerləşən mərhum Zərərçəkmiş şəxs yaşamış olduğu 54 nömrəli mənzilin giriş qapısına baxış keçirilərkən müəyyən eidlmişdir ki, mənzilə giriş qapısı ağ rəngli, metal materialdan ibarətdir. Qapının eni 1.30 sm, hündürlüyü 2.80 sm-dir. Qapının.üzərində bir ədəd gözlük, iki ədəd seyf açarı üçün nəzərdə tutulmuş kilid, həmin kilidlərin ortasında tutacaq və onun içərisində bir ədəd “Vaz” açarı üçün nəzərdə tutulmuş kilid vardır. Qapının yanında divar hissədə qapı zəngi vardır. Qapının iç tərəfi taxtadan ibarətdir. İç tərəfində qapının tutacağı və yalnız içəridən bağlanan ayrılıqda iki ədəd qapı kilidi vardır. Qapının kilidlər yoxlandıqda çöl tərəfindən aşağı seyf kilidinin işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Qapının çöl tərəfdən yuxarı seyf kilidi və “Vaz” açarı ilə açılan kilid, içəri tərəfdən isə yuxarıda və aşağıda olan kilidlər işlək vəziyyətdədir. Baxış zamanı qapının seyf açarı ilə çöl tərəfdən bağlanan zaman içəridən açılmadığı, yalnız “Vaz” açarı ilə bağlayan zaman açıla bilməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qapının iki ədəd seyf açarının və iki ədəd “Vaz” açarının olmasını, həmin açarlardan bir ədəd seyf və bir ədəd “Vaz” açarının onun özündə, digər cütünün isə Zərərçəkmiş şəxs istifadəsində olmasını bildirmişdir. Təqsirləndirilən şəxs özünün istifadəsində olan bir ədəd seyf, bir ədəd vaz açarını və əri Zərərçəkmiş şəxs istifadəsində olan və hadisə günü evdə olmuş seyf açarını təqdim etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan “Vaz” açarı sonuncuya məxsus avtomobilin açarı ilə birlikdə hadisə günü polis əməkdaşları tərəfindən sonuncunun qohumlarına verilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobilin evdə olan ikinci açarını, yəni ehtiyat açarını təqdim etmişdir. Zərərçəkmiş şəxs istifadəsində olan seyf açarı və avtomobilin ehtiyat açarı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, binanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs məxsus ağ rəngli **-NL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobilə baxış keçirilmiş, avtomobilin saxlanc yerindən bir ədəd “flashcard” müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Mənzilin qapısına baxış zamanı müəyyən edilmişdir ki, mənzilin qapısı seyf açarla çöldən bağladığı halda, içəridən açılması mümkün deyildir. Cinayət işi üzrə müşahidə kameralarının videoyazılarına baxış protokolundan görünür ki, bütün videoyazılarda Zərərçəkmiş şəxs əynində döş və qarın nahiyələri ağ, qolları və kürəyi qara rəngli olan zərcirbəndli idman gödəkçəsi, gödəkçənin altında boz rəngli köynək, qara rəngli idman şalvarı olmuşdur. Zərərçəkmiş şəxs “ch05_**********1839” faylında iri planda əks olunduğu videoda, onun əynində olan idman gödəkçəsinin döş nahiyəsində “Adidas” şirkətinin emblemi və altında yazı olması aydın görünür. Bununla belə, videogörüntülərdə onun əynində olmuş köynəyin ön düymələrinin açıq olması müşahidə edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 259 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 26 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs alın nahiyyəsinin sağ yarısında, bilavasitə sağ qaş qövsünün bayır qurtaracağı üstündə 4,7x3,5 sm ölçüdə qeyri-müəyyən formalı qançır vardır. Sağ qaş qövsünün iç qurtaracağı üzərində 0,8x0,2 sm ölçüdə xətti formalı, dibi ətraf sağlam dəridən aşağı səviyyəli açıq qırmızı rəngdə, səthi nəm sıyrıq vardır. Boyunun ön səthinin orta-aşağı 1/3 mərkəzində, qıtlaq qığırdaqlarının aşağı yarısı proyeksiyasında 5,0x2,2 sm ölçüdə qeyri-müəyyən formalı eyni xarakterli sıyrıq müəyyən edilmişdir. Qeyd olunan sıyrığın aşağı sağ kənarından 1,5 sm sağa və cüzi aşağıda 0,6x0,3 sm və sonuncudan 2,3 sm sağa və cüzi aşağıda 1,0x0,2 sm ölçüdə azacıq qövsvari formada, dibləri ətraf sağlam dəridən aşağı səviyyəli, səthləri nəm sıyrıqlar vardır, sonuncu sıyrığın üzərində dəri epidermisi sağdan sola istiqamətdə qopmuş və büzülmüşdür. İV və V boyun fərəqələrinin ön və yan səthlərinin yumşaq toxumalarına qansızmalar vardır. Döş qəfəsinin ön səthinin sağ yarısında, sağ körpücük sümüyünün iç yarısı proyeksiyasında, bilavasitə körpücükaltı nahiyədə 2,8x1,0 sm ölçüdə, düzgün olmayan “4-rəqəminə” bənzər formada, sonuncunun sağ kənarından 7,0 sm sağa, ön qoltuq xətti üzrə sağ bazu oynağının ön səthi üzərində 1,2x0,7 sm ölçüdə ovalvari formada eyni xarakterli sıyrıqlar müəyyən edilmişdir. Döş qəfəsinin arxa səthinin sağ yarısında, arxa qoltuq xətti ilə orta qoltuq xətti arasında, Vİİİ-İX qabırğalararası sahədə 2,5x0,4 sm ölçüdə, uzunluğu çəpköndələn istiqamətdə yerləşmiş 1 ədəd və sağ onurğayanı xətlə kürək xətti arasında, təxminən X qabırğa səviyyəsində 1,5x0,3 sm ölçüdə uzunluğu köndələn istiqamətdə yerləşmiş 1 ədəd analoji xarakterdə zolaqvari sıyrıqlar vardır. Qeyd edilən sıyrıqlara muvafiq olan qansızmalar vardır. Sağ saidin arxa səthində, eyni bir düz xətt üzərində, yuxarıdan-aşağıya biri digərindən 3,5 sm, 2,5 sm və 4,2 sm aralı yerləşmiş, ölçüləri 1,5x1,0 sm, 1,8x1,2 sm 1,3x1,0 sm və 1,7x1,2 sm olan ovalvari formada qançırlar vardır. Qeyd edilən qançır, qansızma və sıyrıqlar ölümündən az əvvəl və ya ölüm anında yetirilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ölümünə səbəb boyun orqanlarının mexaniki sıxılması nəticəsində inkişaf etmiş mexaniki asfiksiya olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən meyitxanada müayinəsindən 6-7 saat əvvəl (yəni xx.xx.2021-ci il tarixi saat 18 radələrində) baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində 0,92% (promilli) qatılığında etil spirti aşkar edilmişdir. Bu miqdar və qatılıqda etil spirti rəsmi cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, T159/2021 nömrəli iş materialları üzrə məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən mərhum Zərərçəkmiş şəxs alın nahiyəsində sağda qançır, sağ qaş qövsünün iç qurtaracaq ucunda sıyrıq, boynun ön səthində mərkəzdə və sağ yarısında sıyrıq, boynun ön səthində mərkəzdə və qırtlaq qığırdağından aşağıda solda, İV-V boyun fərəqəsinin ön və yan səthlərində yumşaq toxumalara qansızma, sağ körpücükaltı, döş qəfəsinin arxa səthində sağda, sağbazu oynağının ön səthində sıyrıqlar, sağ saidin arxa səthində qansızmalar olmuşdur. Qeyd edilən xəsarətlər həyatıdırlar, ölümdən qısa müddət əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, canlı şəxslərdə boynun ön səthində mərkəzdə və sağ yarısının, sağ körpücükaltı nahiyənin sıyrıqları, boynun yumşaq toxumalarına yayılmış qansızmalar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Alın nahiyəsində sağda bilavasitə sağ qaş gövsünün bayır qurtaracaq hissəsindəki qançır bədənin qabarıq hissəsində yerləşdiyindən o, istər məhdud səthə malik küt əşya ilə yetirilən bilavasitə zərbə, istərsə də mərhumun surətlənmiş yıxılma zamanı eyni xüsusiyyətli bərk küt əşyaya zərblə çırpılması zamanı yarana bilərdi. Qeyd edilən xəsarət yaranarkən həmlə edənlə zərərçəkmişin qarşılıqlı duruş vəziyyəti müxtəlif ola bilərdi. Sağ qaş gövsünün iç qurtaracaq ucunda aşkar edilən sıyrıq dərinin epidermis qatının zədələnməsi hesabına yaranmış və bu çox güman ki, əl dırnağının təsirindən baş vermişdir. bu xəsarətə əsasən qarşılıqlı duruş vəziyyətini təyini mümkün deyildir. Boynun ön səthində orta-aşağı 1/3-də mərkəzdə, qırtlaq qığırdağından aşağı sıyrıq, sıyrıqdan cüzi aşağıda nisbi aypara formalı sıyrıqlar və bunlara müvafiq yumşaq toxumalara qansızma küt yaranma mexanizminə malik olmaqla geniş sıyrıq, yumşaq toxumalara qansızma çox güman ki, təqdim edilmiş boyunbağının təsirindən, aypara formalı sıyrıqlar isə əl dırnaqlarının təsiri nəticəsində yaranmışdır. Qeyd edilən xəsarətlərin xarakteri və xüsusiyyətlərinə əsasən onların yaranması zamanı həmlə edənlə zərərçəkmişin qarşılıqlı duruş vəziyyəti müxtəlif ola bilərdi. İV-V boyun fərəqələrinin ön və yan səthlərində yumşaq toxumaya ocaqlı qansızmalar boyun üzvlərinin öndən arxaya doğru kifayət qədər sərtliyi olan uzunsov alətlə sıxılması zamanı yaranmasına uyğun gəlir. Boyunda dəridə aşkar edilən xəsarətlərə uyğun yumşaq toxumalarda qansızmalar eyni proyeksiyaya malikdirlər. Qeyd edilən xəsarətlər təqdim edilmiş boyunbağı ilə mexaniki asfiksiya yarandığı zamanı soldan sağa və öndən arxaya dartılma və sıxılma zamanı, döş qəfəsinin ön səthində sağda, sağ körpücükaltı sümüyünün iç ucunda və bilavasitə körpücükaltı nahiyyədə “4” rəqəminə oxşar formalı sıyrıq və ondan sağda yerləşən digər sıyrıq boyun üzvlərinin sıxılması zamanı çox güman ki, asfiksiyanın son terminal fazasında mərhum qeyri-iradi hərəkətlər edən zaman boyunbağının hərəkət edərək sürüşməsindən yaranmışdır. Döş qəfəsinin arxa səthində sağda Vİİİ-İX və X qabırğa səviyyəsindəki sıyrıqlar və bunlara uyğun yumşaq toxumalara qansızma küt yaranma mexanizminə malik olmaqla həmlə edən tərəfindən itələnərkən kiçik qabarıq səthlərə dəymə zamanı yarana bilərdilər. Sıyrıqların xarakteri və yerləşdiyi nahiyələr onlar yetirilərkən zərərçəkmişlə həmlə edən çox güman ki, vertikal və ya buna yaxın vəziyyətdə üzbə-üz olmasına uyğun gəlir. Sağ saidin arxa səthində aşkar edilən qançırlar məhdud səthə malik küt əşyanın təsirindən yaranmış və bir-birinə qarşı yerləşməsini nəzərə alaraq, böyük ehtimalla əl barmaqları ilə sıxılma nəticəsində yaranmışdır. Qeyd edilən qançırların yaranması zamanı həmlə edənlə zərərçəkmişin qarşılıqlı duruş vəziyyətini dəqiq təyin etmək mümkün deyildir. Lakin həmlə edən zərərçəkmişin arxasında ola bilməsi də istisna edilmir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 3/900 saylı məhkəmə-trasoloji ekspertizasının rəyinə əsasən təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs ...” yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin, köynəyin, şalvarın, üzərində “Təqsirləndirilən şəxs ...” yazıları olan bağlamadan aşkar edilmiş köynəyin, şalvarın səthində trasoloji zədə yoxdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 3/1306 saylı məhkəmə-trasoloji ekspertizasının rəyinə əsasən tədqiqata təqdim edilmiş qıfılın səthində, açar yuvasının kənarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə qıfılın ştat açarı və ya ştat açarına uyğunlaşdırılmış açarla iz qoymadan açılması mümkündür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 331 /2021-MTBŞ nömrəli iş materialları üzrə maddi sübutların ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən), Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta(İ), Şahid4 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyətini təsdiq edən sənədlər üzrə vərəqəsinin kserosürətinə əsasən), Ekspertizaya təqdim edilmiş Şahid4 dırnaq kəsiklərində zəif intensivlikdə qan alınmış, bu ləkələrdən hazırlanmış məhlullarda zülal aşkar olunmadığı ücün, qanın növünü təyin etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs dırnaq nümunələrində və bir ədəd maskada - qan ləkələri, İnnesa Vladimirovnaya məxsus bir ədəd şalvar, köynək, 04 ədəd siqaret kötüklərində və 03 cüt qadın ayaqqabılarında isə qana şübhəli ləkələr aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlarda və 03 cüt ayaqqabılarda ağız suyuna, tərə şübhəli ləkələr və tükəbənzər obyektlər aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş 04 ədəd siqaret kötüklərinin üzərində ağız suyu aşkar olundu. Bu ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Belə olan halda bu ağız suyu Abeta /H/(İİ) qruplu şəxsə, o cümlədən də Şahid4 məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antigeni varsa) Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 1835 saylı kompleks ambulator məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalarının rəyinə əsasən psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Belə ki, məhkəmə-psixioloji ekspertizası üzrə- Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (yaddaş, diqqət, qavrama, təsəvvür, təxəyyül, təfəkkür, dərk etmə) normaya uyğun olmaqla psixoloji vəziyyətində hər hansı patoloji dəyişiklik aşkar olunmamış, eqosentrizm, özünə qarşı həddən artıq hörmət tələb etmək, inadkarlıq, öz maraqlarını üstün tutmaq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz üstünlüyünü nümayiş etdirmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. İstinaq materiallarına əsasən belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən aqressiv reaksiya keçirmişdir. Həmin halın yaranması (xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə, Bakı şəhəri, Novxanı kəndi ərazisində yerləşən restoranlardan birinə istirahət etmək məqsədilə getməyi planlaşdırmalarına baxmayaraq, Zərərçəkmiş şəxs dost münasibətində olduğu Şahid13 ilə birlikdə “Sultan” restoranında görüşüb saat 17:28-dək orada yemək yeyib, 1,2 litr spirtli içki qəbul etməklə sərxoş vəziyyətə düşməsi, saat 17.50 radələrində yaşadıqları mənzilə qayıtması, onun evə sərxoş vəziyyətdə qayıtması ilə əlaqədar mübahisələrinin yaranması, Zərərçəkmiş şəxs hərəkətlərini və bununla əlaqədar rəfiqələrinin yanında məyus qalmasını özünə qarşı hörmətsizlik kimi qəbul etməsi, qabaqcadan planlaşdırdığı ziyafətin pozulması) kimi amillər səbəb ola bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi-həyəcan vəziyyəti) halında olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halı Zərərçəkmiş şəxs etdiyi hərəkətlər nəticəsində deyil, özünün fərdi-psixoloji xüsusiyyətləri ilə əlaqədar yarandığı qənaətinə gəlinir. Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa patoloji meyillilik əlamətləri müşahidə olunmamış, lakin özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Məhkəmə-psixiatrik ekspertizası üzrə- Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizası üzrə- Təqsirləndirilən şəxs hal-hazırda narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 3/1533 nömrəli məhkəmə trasoloji ekspertizasının rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd qol saatı və həmin saatın qolbaq hisəsində deformasiya əlamətləri aşkar edilməmişdir. Təqdim edilmiş qol saatının səthində və saatın qolbaq hisəsində hündürlükdən yıxılma, yaxud hər hansı dartılma -burma və sair yüklənmə nəticəsndə yaranmağa xarakterik iz və zədələr aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş qol saatının bir son kənarını digər son kənarına birləşdirən hissəsində, onları saxlamaq üçün nəzərdə tutulmuş yaylı metal mil yerində müşahidə edilmədi. Cinayət işi üzrə tibbi ərazi bölmələrinin idarəetmə birliyinin “Baki şəhər Təcili və X12 Stansiyasi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 269 nömrəli məktuba əsasən 09.05.202l-ci il tarixdə, saat 21:45-də “103” xidmətinə Səbail rayonu, F.Əmirov küçəsi, ev 1, mənzil 54 ünvanından Zərərçəkmiş şəxs adına “Halı pis” səbəbi ilə daxil olmuş çağırışı 2 saylı bölmənin həkimi Şahid2 icra edərək, ünvanda Zərərçəkmiş şəxs (69 yaş) məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoyulmuş və meyit 39-cu hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli, 2/5910 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş halında olmuşdur. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmədiyini, sonuncunun boğaz nahiyəsində olan boyunbağını götürüb gizlətmədiyini, cinayət hadisəsini gizlətmək məqsədi ilə onun əynindəki köynəyin düymələrini bağlamadığını, Zərərçəkmiş şəxsla arasında hər hansı formada mübahisə olmadığını, sonuncunu öldürmədiyini göstərmişdir. Məhkəmə tərəfindən onun ifadəsində göstərdiyi həmin xüsusatlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada tam, hərtərəfli və obyektiv yoxlanılmaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tez-tez spirtli içki qəbul etmiş, spirtli içki qəbul etmədiyi halda davranışında aqressivlik və əsəbilik meylləri baş qaldırmış, Zərərçəkmiş şəxs qarşı münasibəti son illər ərzində kəskin pisləşmiş, ona münasibətdə kobud və tələbkar rəftarı yaranmışdır. Bu hal belə xarakterdə olan şəxsin ona vəd verilən işin əri tərəfindən icra edilməməsi, ona verdiyi vədin əvəzinə öz tanışı ilə çox həcmdə spirtli içki içib evə qayıtması, rəfiqələrinə verdiyi vədi yerinə yetirə bilməməsi və ona görə də onların qarşısında “hörmətsiz duruma” düşməsindən ərinə qarşı aqressiyasının yaranmasına, sərxoş vəziyyətdə qarşısına çıxmış ərini cəzalandırmaq üçün onun qolundan tutub sıxmaqla daha sonra boğazında olan boyunbağıdan tutub dartmaqla sərxoş vəziyyətdə olan zorla müvazinətini saxlamaq imkanına malik şəxsi cəzalandıraraq əsəbini soyutmağa çalışmaq istəməsini təsdiq edir. Bundan başqa, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qalın və enli boyunbağı həvəskarı olduğundan həmişə boynunda belə boyunbağı gəzdirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisədən əvvəlki tarixə və mərhum Zərərçəkmiş şəxs məxsus fotoşəkillərdən də göründüyü kimi, sonuncunun boynunda hadisə zamanı gümüşü rəngli metal boyunbağı olmuşdur. Bu xüsusat belə bir qəti mövqedən çıxış etməyə əsas verir ki, cinayətin törədilməsində istifadə edilən boyunbağı istər hadisədən əvvəl, istərsə də hadisə vaxtı, o cümlədən xx.xx.2021-ci il tarixdə saat 18 radələrinədək “Sultan” restoranından çıxıb evə qayıdarkən həmin boyunbağı Zərərçəkmiş şəxs üzərində olsa da, cinayət hadisəsi baş verdikdən sonra həmin predmet Təqsirləndirilən şəxs tərəfindən cinayətin izinin itirilməsi məqsədi ilə naməlum şəraitdə gizlədilmiş, buna görə də hadisə yerinə baxış zamanı meyitin üzərində, eləcə də evdə qeyd olunan boyunbağı aşkar edilməmişdir. Cinayət işi üzrə toplanmış sübutlarla, o cümlədən məhkəmə tibbi ekspertizasının rəyi ilə müəyyən edildiyi kimi, mərhum Zərərçəkmiş şəxs meyitinin boyun nahiyəsinin ön səthində olan bədən xəsarəti (qabaq hissəsində dərinin zədələnməsi) həmin boyunbağından istifadə edilməsi nəticəsində yetirilmişdir. Məhz ekspertiza rəyi ilə müəyyən olunur ki, təqdim edilmiş boyunbağı ilə mexaniki asfiksiya yarandığı zamanı soldan sağa və öndən arxaya dartılma və sıxılma zamanı, döş qəfəsinin ön səthində sağda, sağ körpücükaltı sümüyünün iç ucunda və bilavasitə körpücükaltı nahiyyədə “4” rəqəminə oxşar formalı sıyrıq və ondan sağda yerləşən digər sıyrıq boyun üzvlərinin sıxılması zamanı çox güman ki, asfiksiyanın son terminal fazasında mərhum qeyri-iradi hərəkətlər edən zaman boyunbağının hərəkət edərək sürüşməsindən yaranmışdır. İş üzrə müəyyən edilmişdir ki, yaz-yay aylarında hava isti olduğundan Zərərçəkmiş şəxs tərəfindən heç vaxt əynində olan köynəyin yuxarı boğaz nahiyəsinə yaxın olan düymələri bağlı olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş hadisədən əvvəlki tarixə və mərhum Zərərçəkmiş şəxs məxsus fotoşəkillərdən də görünür ki, sonuncunun əynində olmuş köynəyin düymələri həmişə açıq olmaqla, onun boğazının ön nahiyəsi, eləcə də boynunda olan gümüşü rəngli boyunbağı aşkar görünmüşdür. Zərərçəkmiş şəxs tərəfindən heç vaxt köynəklərinin düymələri bağlanmadığı halda, xx.xx.2021-ci il tarixdə axşam saatlarında təcili tibbi yardım xidmətinin əməkdaşlarına sonuncunun meyiti təqdim edilərkən əynində olan köynəyinin yuxarı boğaz nahiyəsinə yaxın olan 2 düyməsi bağlı vəziyyətdə olmuş, qeyd olunan bədən xəsarətinin mövcudluğu yalnız təcili tibbi yardım briqadasının həkimləri tərəfindən köynəyin 2-ci düyməsi açıldıqdan sonra aşkar edilmiş, bu hal ilə də cinayət hadisəsi baş verdikdən sonra Təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayətin gizlədilməsi məqsədi ilə qəsdən Zərərçəkmiş şəxs əynində olan köynəyin yuxarı boğaz nahiyəsinə yaxın olan düymələrinin bağlandığı, gələn tibb işçilərinə sonuncunun təbii ölməsi görüntüsü yaratmaq və cinayət məsuliyyətindən yayınmaq üçün etdiyi öz təsdiqini tapmışdır. Bundan başqa Rəşid İsmayılovun həm restoranda, həm də oradan çıxıb qısa müddət ərzində küçə ilə hərəkətdə olan zaman evə nisbətən daha sərin havanın mövcud olduğu yerdə əynində olmuş 3 düymə köynəyin yaxasını açıq saxlaması daha isti məkana daxil olduqdan sonra isə hər hansı səbəb olmadan yaxasını bağlaması məntiqli və inandırıcı hesab edilmir və ona görə də məhkəmə tərkibi bu qənaətə gəlir ki, İnessa İsmayılova evə çağırdığı təcili tibbi yardım briqadasını bu üsulla zorakı ölüm faktının olmamasına inandırmaq məqsədilə və gələcəkdə cinayət məsuliyyətindən azad olunmasına zəmin yaratmaq üçün bu addımı atmış, ərinin köynəyini düymələmişdir. Bundan başqa, hadisənin baş verdiyi mənzilin dəhlizindən başqa heç bir otağında oğurluq və digər hüquqazidd əməllərin törədilməsinə dəlalət edə biləcək dağıntı, səliqə-səhmanın pozulması kimi əlamətlərinin olmaması, həmçinin qapının bağlı olmuş kilidində hər hansı kənar alətlə müdaxilə izlərinin aşkar olunmaması, hadisənin baş verdiyi mənzilin binanın 6-cı mərtəbəsində yerləşməsinə görə kənar şəxslərin digər yolla mənzilə daxil olmasının və cinayəti törətməsinin mümkünlüyünü istisna edir. Cinayət hadisəsinin baş verdiyi Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin 54-cü mənzilinin dəhlizində dağıntıların, xüsusilə də cinayətə xarakterik izlərin və mərhum Zərərçəkmiş şəxs meyiti üzərində müxtəlif bədən xəsarətlərinin olması kimi təkzibedilməz xüsusatlar isə cinayətin həmin mənzilin dəhlizində baş verməsinə, Zərərçəkmiş şəxs həyatdan məhrum edilənədək cinayəti törətmiş şəxslə həmin yerdə əlbəyaxa olmaqla mübahisə etməsinə birbaşa dəlalət edir. Cinayət işi üzrə məhkəmətibbi ekspertizasının rəyinə əsasən ölüm faktının Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 6-7 saat əvvəl baş verməsi nəzərə alındıqda, cinayət hadisəsinin xx.xx.2021-ci il tarixdə saat 18 radələrində baş verdiyi müəyyən edilməklə, həmin vaxtın Təqsirləndirilən şəxs rəfiqələri ilə görüşmək üçün evdən getdiyi vaxt ilə üst-üstə düşdüyü məlum olmuşdur. Zərərçəkmiş şəxs meyiti Meyitxanada xx.xx.2021-ci il tarixdə, saat 01:20-dən saat 03:20-dək olan müddətdə müayinə edilərkən müəyyən edilmişdir ki, sonuncunun ölümü meyitin meyitxanada müayinəsindən 6-7 saat əvvəl baş vermişdir. Bu hal onu təsdiq edir ki, ölüm faktı baş verən ərəfədə mərhum Rəşid İsmayılovun yanında yalnız arvadı İnessa İsmayılova olmuş, həmin cinayət əməlinin törədilmə müddəti mübahisənin başladığı andan dəqiqələrlə ölçülən müddət ərzində baş vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özünün ifadəsinə əsasən ölməsini bilmədiyi ərini yıxılmış vəziyyətdə aşkar etdiyi halda daha tez köməyə gələ biləcək qonşulara deyil müəyyən məsafədə yaşayan keçmiş ərinə zəng edib köməyə çağırması İnessa İsmayılovanın ifşa olunmaqdan qorxması və bu məqsədlə özünə yaxın bildiyi şəxsi hadisə yerinə çağırması kimi qiymətləndirilir. Beləliklə də, yuxarıda sadalanan obyektiv sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə cinayət hadisəsinin baş verdiyi ünvan 6 ünvanına heç bir kənar şəxs hər hansı niyyətlə daxil olmamış, həmin gün saat 18 radələrində mərhum Zərərçəkmiş şəxs mənzilə qayıtdığı vaxtdan qısa müddət ərzində, mənzilin giriş qapısının yanında, yəni dəhlizində boynundakı metal boyunbağı kənar şəxs tərəfindən dartılıb sıxılmaqla boğularaq qətlə yetirilmişdir. Həmin müddət ərzində mənzildə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs meyitinin giriş qapısının yanında aşkar olunması, onun mənzilə daxil olduqdan sonra otağa keçmədən öldürülməsinə dəlalət edir. Həmin vaxt evin giriş qapısını Təqsirləndirilən şəxs açmış və onu qarşılamış, rəfiqələrinə isə Zərərçəkmiş şəxs içkili vəziyyətdə olduğundan çarpayıya uzandırıb onlarla görüşə gəlməyi barədə yanlış məlumat vermişdir. Zərərçəkmiş şəxs ölümündən əvvəl görən son şəxs Təqsirləndirilən şəxs olmuşdur. Binanın komendantı Şahid5 ifadəsində göstərdiyi kimi, xx.xx.2021-ci il tarixdə saat 19:15-dək iş yerində olmuş və Zərərçəkmiş şəxs yaşadığı mənzilin yerləşdiyi bloka kənar şəxslər daxil olmamışdır. Bundan başqa, toplanmış sübutların məcmusuna əsasən belə yeganə doğru və məntiqi qənaət hasil olur ki, Təqsirləndirilən şəxs son vaxtlar Zərərçəkmiş şəxs qarşı münasibəti kəskin pisləşmiş, hadisə baş verən gün sonuncu dostu ilə restoranda oturub yeyib-içdiyi üçün onun rəfiqələri ilə istirahət etməsi barədə planı pozulmuş, spirtli içki qəbul etmədiyindən xasiyyətində aqressivlik meylləri daha da güclənmiş, nəticədə Zərərçəkmiş şəxs mənzilə daxil olan kimi sonuncu ilə mübahisə etməyə başlamışdır. Adətən sakit təbiətli, mübahisəyə meylli olmayan Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun iradlarına rədd cavabı verməsindən sonra İnessa İsmayılovada kin və qisasçılıq meylləri daha da güclənərək artmış, sərxoş olduğundan özünü müdafiə etmək iqtidarında olmayan Zərərçəkmiş şəxsla əlbəyaxa olaraq ona bədən xəsarətləri yetirmiş, boynunda olan qalın metal boyunbağından tutub dartaraq Zərərçəkmiş şəxs boyun nahiyəsinin sıxılması ilə yaratdığı mexaniki asfiksiya nəticəsində sonuncunu boğub qəsdən öldürmüşdür. Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı sıyrıqlardan ibarət bədən xəsarətlərinin ekspert rəyində göstərildiyi kimi, müəyyən uzunluqda olan əl dırnaqlarının təsirindən yaranmağa xarakterik olması da nəzərə alındıqda, bu xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi özünün tam təsdiqini tapmış olur. Təqsirləndirilən şəxs əl barmaq dırnaqlarından götürülmüş nümunələrdə heç bir izin aşkar olunmamasının səbəbi isə cinayətin törədilməsindən kifayət qədər zamanın keçməsi, bu müddət ərzində sonuncunun dəfələrlə əllərini yuması nəticəsində dırnaqların altında olan izlərin və hissəciklərin silinməsi ilə izah edilir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini xüsusilə ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlbəyaxa olmaqla çoxsaylı bədən xəsarətləri yetirməsi və sonuncunun boynunda olan qalın boyunbağıdan dartaraq boyun nahiyəsini sıxıb mexaniki asfiksiya nəticəsində boğub qəsdən öldürməsi cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə kifayət qədər və tamamilə təkzibedilməz qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun həbs olunduğu xx.xx.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanılan otağında saxlanılan Zərərçəkmiş şəxs 1 ədəd “İPhone” markalı mobil telefon cihazı, 1 ədəd eynəyi, 3 ədəd qol saatları, 3 ədəd bank kartları, 1 ədəd fleşkartı, iki ədəd qapı açarları, ünvan 11 ünvanda yerləşən 54 saylı mənzilin qapısından götürülmüş seyf qıfılı Zərərçəkmiş şəxs hüquqi varisinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanılan otağında saxlanılan müşahidə kameralarının videoyazılarının əks olunduğu 4 ədəd disklər, istintaq eksperimentinin videoyazının əks olunduğu 1 ədəd disk saxlanılmalı, digər maddi sübutlar olan hadisə yerinə baxış zamanı aşkar olunaraq götürülmüş siqaret kötükləri 1 ədəd zərfdə, Zərərçəkmiş şəxs qan nümunələri - 1 ədəd zərfdə, hadisə yerinə baxış zamanı rəfin üzərində aşkar olunmuş qana bənzər ləkəli taxta qırıntıları, taxta parçaları - 2 ədəd zərfdə, 1 cüt idman ayaqqabısı, 1 cüt hündür daban ayaqqabı, 1 cüt çəkələk, 1 ədəd maska, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş qara fonda ön səthində ağ rəngli zolaqları olan “Adidas" markalı idman köynəyi, eyni materialdan qara rəngdə, bel nahiyəsindən kəndirlə bağlanan idman şalvarı, boz kül rəngli, ön səthində “Norm” sözü yazılmış qısaqol köynək, boz rəngdə üzərində naxışları olan kişi alt tumanı və bir cüt bozumtul mavi rəngdə corab, Təqsirləndirilən şəxs məxsus qara rəngli, daban hissəsində “Baldi” sözləri yazılmış bir cüt ayaqqabı, qara rəngli boğaz və qol hissələri qara tüldən ibarət, boğaz nahiyyəsinin iç hissəsində “Selection” sözləri yazılmış pambıq materialdan olan uzunqol köynək, qara rəngli iç hissəsində “Selection” sözlər yazılmış qadın şalvarı məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanılan otağında saxlanılan Zərərçəkmiş şəxs 1 ədəd “İPhone” markalı mobil telefon cihazı, 1 ədəd eynəyi, 3 ədəd qol saatları, 3 ədəd bank kartları, 1 ədəd fleşkartı, iki ədəd qapı açarları, ünvan 11 ünvanda yerləşən 54 saylı mənzilin qapısından götürülmüş seyf qıfılı Zərərçəkmiş şəxs hüquqi varisinə qaytarılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanılan otağında saxlanılan müşahidə kameralarının videoyazılarının əks olunduğu 4 ədəd disklər, istintaq eksperimentinin videoyazının əks olunduğu 1 ədəd disk saxlanılsın, digər maddi sübutlar olan hadisə yerinə baxış zamanı aşkar olunaraq götürülmüş siqaret kötükləri 1 ədəd zərfdə, Zərərçəkmiş şəxs qan nümunələri - 1 ədəd zərfdə, hadisə yerinə baxış zamanı rəfin üzərində aşkar olunmuş qana bənzər ləkəli taxta qırıntıları, taxta parçaları - 2 ədəd zərfdə, 1 cüt idman ayaqqabısı, 1 cüt hündür daban ayaqqabı, 1 cüt çəkələk, 1 ədəd maska, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş qara fonda ön səthində ağ rəngli zolaqları olan “Adidas" markalı idman köynəyi, eyni materialdan qara rəngdə, bel nahiyəsindən kəndirlə bağlanan idman şalvarı, boz kül rəngli, ön səthində “Norm” sözü yazılmış qısaqol köynək, boz rəngdə üzərində naxışları olan kişi alt tumanı və bir cüt bozumtul mavi rəngdə corab, Təqsirləndirilən şəxs məxsus qara rəngli, daban hissəsində “Baldi” sözləri yazılmış bir cüt ayaqqabı, qara rəngli boğaz və qol hissələri qara tüldən ibarət, boğaz nahiyyəsinin iç hissəsində “Selection” sözləri yazılmış pambıq materialdan olan uzunqol köynək, qara rəngli iç hissəsində “Selection” sözlər yazılmış qadın şalvarı məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-278/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-278/2022
15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver