Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-278/2023 03.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi- Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İdris oğlunun iştirakları ilə xx.xx.1963-cü ildə Naxçıvan MR-nın Babək rayonunun Cəhri kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Naxçıvan MR-nın Babək rayonunun Cəhri kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,627 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Sabunçu rayonu. Ramana qəsəbəsi, Şuşa şəhərciyində saxlanılaraq şöbəyə gətirilmiş, şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində 9 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 0.017 qram, 0.062 qram, 0.088 qram, 0,109 qram, 0.066 qram, 0.078 qram, 0, 074 qram, 0.073 qram, 0.080 qram olmaqla ümumi təmiz çəkisi 0.647 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 05 may 2022-ci il saat 01 radələrində Xəzər RPİnin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitə əldə edib üstündə saxlamaqla şübhəli şəxs kimi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Rasim İmanov küçəsi Qəbələ restoranının yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş, orada onun üzərinə aparılmış şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən əldə edib əynində olan şalvarın sol yan cibində olan kibrit qutusunun içərisində 10 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 9.568 qrram, 0.777 qram, 0.740 qram, 0.083 qram, 0.077 qram, 0.094 qram, 0.085 qram, 0.09 qram, 0.094 qram, 0.092 qram olmaqla ümumi çəkisi 11.70 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 8 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0.106 qram, 0.09 qram, 0.084 qram, 0.118 qram, 0.113 qram, 0.08 qram, 0.094 qram, 0.108 qram olmaqla, ümumi çəkisi 0.793 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. Belə ki, ağrıları olduğundan narkotikanın istifadəsini tərgidə bilməmişdir. Məlum hadisə baş verən gün narkoman dostlarından biri onu evinə qonaq çağırmışdır. Həmin şəxslə birgə dəfələrlə narkotik vasitə istifadə etmişlər. Onlardan hansında narkotik vasitə olurdusa paylaşıb istifadə etmişlər. 05 may 2022-ci il tarixdə saat 01 radələrində həmin qonaq çağırıldığı evdə olarkən mülki geyimli şəxslər mənzilə daxil olaraq onun narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğumu bildirərək Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparmışlar. Orada videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirilmişdir. Bu zaman üzərində olan yarım çet heroini onlara təqdim etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsi məhkəmə iclasında elan olunarkən müəyyən olunmuşdur ki, o, Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində Rasim İmanov küçəsində yerləşən Qəbələ restoranının yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini ona təqdim edərək Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğunu və onlarla birlikdə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, da polis əməkdaşlarına heç bir etiraz etmədən onlara birlikdə Polis Şöbəsinə getmişdir. Orada xidməti otaqların birində ona dövlət hesabına təyin edilmiş vəkili Sərxan Məmmədovun iştirakı ilə video çəkilişlə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Baxış zamanı üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmamadığı soruşulmuşdur. O, da könüllü olaraq üzərində gəzdirdiyi narkotik vasitələri saxladığı kibrit qutusunu şalvarının sol yan cibindən çıxardaraq təqdim etmişdir. Baxış zamanı təqdim etdiyi kibrit qutusundan 01 ədəd şəffaf sellofanın içərisində kakos kimi tanıdığı heroin, 01 ədəd ağ salfetkaya bükülmüş bükülü, içərisində 02 ədəd şəfaf sellofana bükülmüş heroin, 01 ədəd ağ salfetkaya bükülmüş içərisində 07 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində psixotrop maddə olan metamfetamin, 01 ədəd siqaretin gümüşü kağızma bükülmüş, içərisində 07 ədəd olan heroin və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində metamfetamin olan kütləni təqdim etmişdir. Üzərində aşkar edilmiş narkotik vasitəni tanımadığı şəxsdən 300 manat müqabilində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən xx.xx.2022-ci il tarixdə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Həmin qərarın icrası Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və ona həvalə edilmişdir. 05 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu. Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, Qəbələ restoranın yaxınlığında Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğundan ona yaxınlaşıb özlərini təqdim etmişlər və birgə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və bölməyə gətirilmişdir. Bundan sonra Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində təhqiqatçı Arzuman İsmayılov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və üzərinə baxış keçirilmişdir. Bu zaman Marif əynindəki şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarmış və onun içərisində heroin və metamfetamin olduğunu, onları şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, həmin məlumat rəhbərliyə raportla məruzı edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra iş yoldaşı əməliyyat müvəkkili Şahid1 və ondan ibarət qrup yaradılmış və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, Qəbələ restoranın yaxınlığında Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğundan ona yaxınlaşıb özlərini təqdim etmişlər və birgə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gəlmişlər. Orada üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 Oktay oğlu Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş «baxış keçirilməsi və götürmə barədə» Xəzər rayon Polis İdarəsində 05 may 2022-ci il tarixdə tərtib edilmiş protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi «Qəbələ» restoranının yaxınlığında saxlanılmış və onun üzərinə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında, xidməti otaqların birində baxış keçirilərkən əynində olan zolağlı göy rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunun içərisində “01 ” ədəd şəfaf sellofanın içərisində “Heroin"ə bənzər maddə, 01 ədəd ağ salfetkaya bükülü, içərisində 02 şəfaf sellofana bükülmüş, “Heroin”ə bənzər maddə, 01 ədəd ağ salfetkaya bükülmüş, içərisində 07 ədəd siqaretin gümüşü kağızına bükülmüş, içərisində psixotrop maddə olan, Melamfetamin"ə bənzər maddə, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş, içərisində 07 ədəd “Heroin"ə bənzər maddə, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içində “Metamfetamin"ə bənzər maddələri təqdim edərək bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə olan “Heroin"ə bənzər və psixotrop maddə olan “Metamfetamin»ə bənzər maddələri Sabunçu rayon ərazisində Zabrat qəsəbəsindən tanımadığı şəxsdən 300 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Şəxsi axtarış və götürmə protokollarına əlavə edilmiş və şəxsi axtarışı əks etdirən videogörüntülər 01 ədəd «CD» diskə köçürülmüş və həmin «CD» diskə baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 6/2589 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "...Saxlanılan şəxs 3) imza M.Eərəcov"yazı və imzalar olan zərfdə 10 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 9.568qr, 0.777qr, 0.740qr. 0.083qr, 0.077qr, 0.094qr, 0.085qr, 0.09qr, 0.094qr, 0.092 qram olmaqla, ümumi çəkiləri 11,70 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 8 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0.106qr, 0.09qr, 0.084qr, 0.118qr, 0.113qr, 0.08qr, 0.094qr, 0.108qr olmaqla, ümumi çəkiləri 0.793 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri,'-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 6/1978 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 09 ədəd bükümdə ayrı - ayrılıqda təmiz çəkiləri 0.017 qram; 0.062 qraım 0.088 qram; 0.109qram, 0,066 qram: 0.078qram; 0.074qram; 0.073 qram; 0.080 qram: ümumi təmiz çəkiləri 0.647qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 09 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ)daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3747 saylı rəyi ilə müəyyən edilmişdir ki, Eərəcov Marif M.Bağır oğlunda opiodlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 10 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkiləri 9.568 qram, 0.777 qram, 0.740 qram, 0.083 qram, 0.077 qram, 0. 094 qram, 0.085 qram. 0.09 qram, 0.094 qram, 0,092 qram olmaqla ümumi çəkiləri 11.70 qram olan heroin və 8 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0.106 qram, 0.09 qram, 0.084 qram, 0.118 qram, 0.113 qram, 0.08 qram, 0.094 qram, 0.108 qram psixotrop maddə metamfetamin cinayətin predmeti olduğundan istintaq dövründə cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 11,50 heroin və 0.633 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Xəzər rayon Bol is İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 9 ədəd bükümdə 0.647 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata 0.09 qram sərf edildikdən sonra qalıq çəkisi 0.557 qram təşkil edən narkotik vasitə heroin saxlanılmasından ötrü Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Odur ki, Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vsitələri əldə edib xırda bükümlərə ayıraraq həmin maddələri satış məqsədi ilə əldə etməsini bir daha sübut etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli ifadə verərək onun üzərində yarım çet narkotik vasitə olduğunu, o heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmadığını bidirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 09 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı şəhər Probasiya idarəsindən daxil olmuş məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə təyin olumuş azadlığın məhdudladırılması cəzasını çəkmək üçün Bakı şəhər Probasiya şöbəsində elektron nəzarət vasitələri tətbiq edilərək qeydiyyata alınmış, barəsində hazırkı cinayət işi üzrə 05 may 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə də Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 09 ay 28 gün müddətə azalığın məhdudlaşdırılması cəzasının 13 gününü çəkmiş, üzərində çəkilməmiş 02 il 09 ay 15 gün çəkilməmiş azadlığın mədudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən çəkilməmiş 02 il 09 ay 15 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrumetmə cəzasının 01 gününə bərabər tutularaq 01 il 04 ay 22 gün azadlıqdan məhrumetmə cəzası hesabı ilə besablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən cəzaların məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş 02 il 09 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə hesablanmaqla 01 il 04 ay 22 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cinayətlərə görə məhkumluq nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində onun cəzanı ağırlaşdıran hal (hallar) müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində işin bütün halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələrində göstərilən cinayət, cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin eləcə də əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza çəkmiş şəxslərin əməlində cinayətlərin residivi nəzərə alınmadığı hallarda cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ailə vəziyyətinin ağır olması, ürək xəstəliyindən əziyyət çəkməsi onun cəzasını yünğülləşdirən haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış və 07 may 2022-ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs oğlna təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı 05 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11.50 qram heroin və 0,633 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. - Təqsirləndirilən şəxs üzərindən götürülmüş 9 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,557 qram təşkil edən narkotik vasitə heroin saxlanılmasından ötrü Xəzər rayon Polis İdarəsində saxlanılması nəzərə alınmalıdır. - Şəxsi axtarış və maddi sübutların videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Ekspertiza xərcləri 198 (bir yüz doxsan səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İdris oğluna 360 (üç yüz altmış) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il (iki) 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş 02 (iki) il 09 (doquz) ay 15 (on beş) gününün iki günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutularaq 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə qəti olaraq Təqsirləndirilən şəxs 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin və o dərhal məhkəmə iclas zalından həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İdris oğluna 360 (üç yüz altmış) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11.50 qram heroin və 0,633 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. - Təqsirləndirilən şəxs üzərindən götürülmüş 9 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,557 qram təşkil edən narkotik vasitə heroin saxlanılmasından ötrü Xəzər rayon Polis İdarəsində saxlanılması nəzərə alınsın. - Şəxsi axtarış və maddi sübutların videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza xərcləri 198 (bir yüz doxsan səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-278/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-278/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver