Məhkəmə qərarları › İş №1(101)-279/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-279/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-279/2020 05.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Xankişiyev Mirzə Asdan oğlunun sədrliyi, hakimlər Mahmudov İlham Ağa oğlu və x4 ibarət tərkibdə, Əliyev Habil Fətulla oğlunun katibliyi, dövlət ittihamçısı x6, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Nümayəndə, müdafiəçi x2 oğlunun iştirakı ilə 21.10.1986-cı ildə Ağdam rayonun Baş Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Bakixanov qəsəbəsi, Sülh küçəsi, ev 8 -də qeydiyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi barədə tanışları Şahid1, Şahid3, Şahid2, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Milad adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satışından əldə edilən pulun şəxsiyyəti istintaqla araşdırılan Milad adlı şəxsə çatdırılanadək Şahid3 İran İslam Respublikası ərazisində girov qalması barədə əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq Şahid3 24 sentyabr 2018-ci il tarixdə Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikası ərazisində qrupun digər üzvü Milad adlı şəxslə görüşüb əldə olunacaq narkotik vasitənin dəyərinin ilkin ödənişi ‘kimi sonuncuya 500 manat məbləğində pul vəsaiti verməklə orada girov qaldıqdan sonra, 25 sentyabr 2018-ci il tarixdə tiryəkdən kustar üsulla hazırlanmış 251,218 qram, külli miqdarda narkotik vasitə olan heroini qrup üzvü Şahid2 həmin gün saat 22 radələrində Biləsuvar rayonu ərazisində, sərhəd keçid məntəqəsinin yaxınlığında qrupun digər üzvlərindən qəbul edərək, həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə,qalan hissəsini cinayətkar qrupun digər üzvləri,yəni onun və Şahid1 arasında bölmüş, İran İslam Respublikasının ərazisində girov qalan Şahid3 itkin düşməsi barədə sonuncunun anası Şahid8 Bakı şəhəri, Nizami RPİ- nin 24-cü polis şöbəsinə müraciəti ilə əlaqədar həmin şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 28 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində ünvan 1 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmış və orada onun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə heroinin külli miqdarda, 38,181 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 10:40-da keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qrup üzvü Şahid2 ünvan 3 ünvanında saxlanılaraq Bakı şəhəri, Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilməklə, orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda 42,248 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, elə həmin gün saat 14 radələrində qrup üzvü Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, İ.Aslanov küçəsi, 7 saylı evin, 31 saylı mənzilinə baxış keçirilən zaman evin yataq otağındakı dolabın yanında divara söykənilmiş xalçanın arasından bir ədəd qırmızı rəngli selofanın içərisində qeyd edilən narkotik vasitə - heroinin qalan 170,789 qram çəkidə külli miqdarda olan hissəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi x3 ifadəsində göstərdi ki, İxdiyar onun həyat yoldaşıdır, İxdiyar 10 yaşından psixi cəhətdən əziyyət çəkir və ikinci qrup əlildir. Hadisə ilə bağlı onu deyə bilərəm ki, İxdiyarın narkotik maddələrin işlə məşqul olması ilə bağlı onda heç bir məlumat olmayıb. Ümumiyyətlə İxdiyar belə işlərlə məşqul olmayıb. Sadəcə olaraq İxdiyarın psixi vəziyyətindən istifadə edib onun vasitəsi ilə belə bir hərəkət ediblər. İxdiyar tutulan günü o, evdə olmamış, polis əməkdaşları İxdiyarı evdən tutub, guya evdə olan çarpayının altından da narkotik vasitə aşkar edib götürüblər. Lakin, sonra məhkəmədə Qabil gəlib hər şeyi etiraf edərək bildirmişdir ki, həmin narkotik vasitə ona məxsusdur, İxdiyarın bu işdən heç bir məlumatı olmamışdır. İxdiyarın sadəcə olaraq xəstəliyindən istifadə etmişlər, İxdiyar hal hazırda da öz hərəkətlərini idarə edə bilmir, onun mədəsində şiş var başının bir hissəsi demək olar ki, yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Şahid3 onun oğludur. Təqsirləndirilən şəxs və Şahid1 tanımır. Şahid2 isə Habil deyə tanıyır. Belə ki, Qabil oğlu Anarın tanışıdır. İxdiyar isə Qabilin tanışıdır. 22 sentyabr 2018-ci il tarixdə həyat yoldaşı Gülşən zəng edərək evə gəlməyini bildirmiş, o, evə çatdıqda həyat yoldaşı demişdir ki, oğlu Anar evdən çıxıb bildirib ki, tanışları Qabil və İxdiyarla birlikdə Gürcüstan Respublikasına gedəcəklər və 24 sentyabr 2018-ci il tarixdə qayıdıb gələcəklər. Həyat yoldaşına zəng gəlib, zəng edən şəxs özünü təqdim etməyərək Anarın vəziyyətinin pis olduğunu bildirib mobil telefonu Anara vermişdir. Anar da ağalaya-ağlaya mobil telefonda deyib ki, “mama məni gətirib atıblar bura 5000 manat pul tələb edirlər, həmin pulu gətirdikdən sonra məni buraxacaqlar”. Sonra həmin şəxs telefonu Anardan alıb ona deyib ki, “oğlunu girov götürmüşəm, pulu gətirməsən oğlunu öldürəcəm”. Həmin günü gecəyə qədər həmin şəxs ona zəng edərək pulu çatdırmadığı halda oğlu Anarı öldürəcəyini bildirmişdir. O, məcbur olub bu barədə polisə məlumat vermək qərarına gəlmişdir. Ona görədə həmin gün birlikdə Nizami RPİ-nin 24-cü polis şöbəsinə getmişlər. Polis şöbəsində həyat yoldaşı ərizə ilə müraciət etmişdir. Yaşadığı mənzildə olarkən həmin şəxs yenidən zəng etmiş, həmin şəxs mobil telefonda ona demişdir ki, “sənə nömrə verəcəm, həmin nömyə zəng edib danışıb pulu həmin şəxsə çatdır”. Sonra ona nömrə vermiş, bundan sonra o, həmin nömrə ilə əlaqə saxlayıb danışmışdır. Həmin şəxs özünü Bünyad kimi təqdim etmiş və görüşməyi təklif etmişdir. Həmin şəxslə Bakı şəhəri, Nizami rayonu ərazisində 8-ci km bazarının yaxınlığında olan “OBA” marketin qarşısında görüşməyə razılaşmışlar. Həmin yerdə Bünyad ilə görüşəndə, Bünyad demişdir ki, Anar və İran İslam Respublikası vətəndaşı ona zəng edib, pulu ona verməlidir. Səhər saat 09 radələrində eşitmişdir ki, Bünyadı polis əməkdaşları saxlayıb, sonra oğlu Anarı girov saxlayan şəxs zəng edərək demişdir ki, pul taparaq oğlu Anarı buraxdırmaq lazımdır. Oda həmin şəxsə demişdir ki, pulu göndərmişdir. Həmin şəxs ona verdiyi nömrəyə zəng etdiyini, lakin ona zəng çatmadığını bildirmişdir. Təxminən bir neçə gün müddətində o, həmin şəxslə mobil telefonla danışmış, həmin şəxs ona yalnız pulu çatdırmağı demişdir. O da həmin şəxsi aldadıb 3500 manat pul verdiyini demişdir. Bir qədər danışdıqdan sonra həmin şəxslə oğlu Anarı buraxması üçün 2000 manata razılaşmışlar. 01 oktyabr 2018-ci il tarixdə həmin şəxs zəng edərək səhəri gün saat 12 radələrində pulu hazır etməyi üçün vaxt qoymuşdur. Sonra isə qoyduğu vaxtda pulu hazır olmasa oğlu Anarı öldürəcəyi ilə onu hədələmişdir. 02 oktyabr 2018-ci il tarixdə qohumlarından borc pul alaraq 2000 manat düzəltmişdir. Həmin şəxsin ona qoyduğu vaxtda, yəni 02 oktyabr 2018-ci ildə saat 12-də zəng etmişdir. Mobil telefonda demişdir ki, pul hazırdır və hara gəlsin. O, da bir qədər gözləməyini və zəng edib xəbər verəcəyini bildirib telefonu söndürmüşdür. Bir qədər sonra həmin şəxs ona zəng edib Biləsuvar rayonuna gəlməyini və ora çatıdqda zəng edib xəbər verməyini tələb etmişdir. Bundan sonra o, taksi avtomobili ilə Bakı şəhərindən Biləsuvar rayonu sərhəd keçid məntəqəsinə getmişdir. Ora çatanda həmin şəxsə zəng edib məlumat vermişdir. Həmin şəxs ona demişdir ki, “Kapital bankın yanına getsin”. Bundan sonra onun dediyi yerə getmiş, təxminən 2 saata yaxın “Kapital” bankın yanında gözlədikdən sonra həmin şəxs zəng edərək demişdir ki, “haradasan, nəyin yanında dayanmısan, telefonu söndürmə mən hara desəm ora gəl”. Onun deməsi əsasında “Kapital” bankın arxa tərəfində olan ərzaq mağazasının içərisinə girmiş, sonra onun deməsi əsasında mobil telefonunu orada olan iki nəfər şəxsin birinə vermişdir. Həmin şəxs telefonu verdiyi şəxslə danışdıqdan sonra o, 2000 manat pulu həmin şəxsə vermişdir. Həmin şəxs pulu aldıqdan sonra telefonda oğlunu girov saxlayan şəxsə bildirmişdir ki, “narahat olma pulu almışam, adamı göndər gəlsin.” Bundan sonra həmin şəxs mobil telefonu ona qaytarmış və oradan çölə çıxıb gözləməyə başlamışdır. Təxminən iki saat keçdikdən sonra oğlu Anar taksi avtomobili ilə gəlmiş və Anarı gətirən taksiyə iki manat pul vermişdir. Bundan sonra oğlu Anarla birlikdə Bakı şəhərinə qayıtmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 28 sentyabr 2018-ci il tarixdə saat təxminən 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu İ.Aslanov küçəsi 7 saylı binanın yaxınlığında bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini Nizami rayon Polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşı kimi təqdim edib onu Bakı şəhəri, Sabunçu rayonu İ.Aslanov küçəsi 7 saylı ev 31-ci mənzilə dəvət edib həmin mənzildə dövriyyəsi qadağan edilmiş əşya və ya predmetin olmasına şübhə edildiyini, həmin mənzilə keçiriləcək baxışda onun hal şahidi kimi iştirak etməsini təklif etmişlər, o, razılaşmışdır. Bundan sonra polis əməkdaşları ilə mənzilə daxil olmuş, əvvəllər tanımadığı başqa bir adam da onun kimi hal şahidi qismində dəvət olunmuşdur. Təqsirləndirilən şəxs da iştirakı ilə mənzilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs mənzilin yataq otağında dolabın yanında söykənilmiş xalçanın arasından qırmızı rəngli torbaya bükülmüş maddəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid14 Şahid15 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Nizami RPİ-nin 24-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 sentyabr 2018-ci il tarixində keçirilən əməliyyat nəticəsində o da əməliyyat qrupunun üzvü olmuş və Şahid1 üzərinə baxış keçirmişdir. Baxış zamanı Bünyadın üzərindən 1 ədəd qırmızı sellofana bükülü aşikar edilmişdir. Qırmızı sellofan bükülü açılarkən içində tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddə olduğu müəyyən olunmuşdur. Həmin vaxt Bünyada narkotik vasitə olan heroinin ona məxsus olmasını və həmin maddəni 26 sentyabr 2018-ci il tarixdə satış məqsədilə tanışı Şahid2 aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, iş üzrə istintaq zamanı şahid qismində dindirilmiş Şahid13 və Şahid12 Şahid11 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid2 və Təqsirləndirilən şəxs tanıyır, onlarla Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında tanış olmuşdur. O, İxdiyar və Qabil, Bakı metropoliteninin “Neftçilər” stansiyası yaxınlığında görüşmüşlər. Söhbət zamanı İxtiyarla Qabil ona demişlər ki, bir nəfər şəxs onlara İran İslam Respublikasından narkotik vasitə göndərəcək, amma bunun qarşılığında bir nəfər şəxs 500 manat pulla birlikdə İran İslam Respublikasına getməlidir. Həmin vaxt Qabillə İxdiyar ona 500 manat pulla birlikdə İran İslam Respublikasına getməsini təklif etmişlər. Sonra onlar, razılaşmışlar ki, o, 500 manat pulu götürüb İrana gedəcək, orada bir nəfər şəxs onu qarşılayacaq, həmin şəxslə görüşdükdən sonra oradan narkotik göndəriləcək, Qabillə İxdiyar da satıb narkotikin maya pulunu göndərdikdən sonra isə yerdə qalan pulu öz aralarında böləcəklər. Onu qab-qacaq adıyla aldadaraq İrana göndərmişlər. İranda onu Milad adlı bir şəxs saxlamış, onu İrana çatanda döymüşlər, sonra bir evə gətirərək yemək və su vermişlər, atasıgil girov pulunu verdikdən sonra onu azad etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid3 və Şahid2 təxminən hadisələrin gedişatından 15 gün əvvəl tanımış, Anar və Qabili 8-ci km bazarında çayxanada görüb tanış olmuşdur. Şahid3 və Şahid2 tanıdıqdan sonra onlarla münasibəti yaranmışdır. Bundan sonra onlarla mütamadi olaraq 8-ci km bazarında olan çayxanada görüşüb çay içmişlər. 24 avqust 2018-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində, 8-ci km bazarında olan çayxanaya daxil olduqda, Qabilin tək masa arxasında əyləşərək çay içdiyini görmüş, Qabilin əyləşdiyi masaya yaxınlaşmayaraq tək başqa masa arxasında əyləşmişdir. Təxminən 5-10 dəqiqə keçdikdən sonra o, əyləşdiyi masadan qalxaraq Qabilin yanına getmişdir. Qabillə bir qədər söhbət edib Anarın harada olmasını soruşmuşdur. Qabil də ona demişdir ki, Anar Sumqayıt şəhərindədir. 27 sentyabr 2018-ci il tarixdə 8-ci km bazarında olan zaman, saat təxminən 11 radələrində Qabilin nömrəsindən Anar ona zəng etmişdir. Anar ağlaya-ağlaya demişdir ki, Qabil lazımdır, o da Anara demişdir ki, «Qabil deyil, səninlə danışan Bünyaddır». Sonra mobil telefonu tanımadığı adam götürüb demişdir ki, Qabil ona pul borcludur, ona görədə Anarı “zaloq” saxlayıb və həmin günü saat 21 radələrində pul çatdırılmadığı halda Anarı öldürəcək. O isə həmin şəxsə onu və Anarı tanımadığını demişdir. Saat təxminən 23 radələrində Anar yenidən zəng edib demişdir ki, 1500 manat aşağı düşüblər, 4500 manat pul müqabilində Anarı buraxmağa razılaşıb, evləri ilə danışıb, hazırda evlərində 2000 manat pul var, həmin pulu Anargilin evindən götürüb Qabilə çatdırıb, qalan pulu isə Qabil özü düzəldib çatdıracaq. Təxminən 10 dəqiqə keçdikdən sonra zəng gəlmiş, zəng edən şəxs Anarın atası olmuşdur, onlara gəlməyini xahiş etmişdir. O, da heç bir etiraz etməyərək onunla razılaşmışdır. Bundan sonra o, Anarın yaşadığı mənzilə getmişdir. Təxminən 20-25 dəqiqə keçdikdən sonra, 8-ci km bazarının yaxınlığında yerləşən “Oba” adlanan mağazanın yaxınlığına çatmışdır. Həmin vaxt tanımadığı bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib onu saxlamışlar. Sonra o, polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 24-cü polis şöbəsinə gəlmişdir. O, Təqsirləndirilən şəxs 24-cü PŞ-də görmüş, əvvəllər İxdiyarı heç yerdə görməmiş, onu tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid3 2017-ci il tarixdən tanıyır və Anarla onun dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs isə uşaqlıq illərindən tanıyır. O, İxdiyarla söhbət edən zaman birlikdə İran İslam Respublikasına həkimə getmək qərarına gəlmişlər. İxdiyarın səhhətində problemləri olduğu üçün onun müalicə olunumasından ötrü İrana getmək istəmişdir. İxdiyarla birlikdə Bakı şəhərindən taksi avtomobili ilə Biləsvuar rayonuna getmişlər. Biləsuvar rayon sərhəd keçid məntəqəsindən İrana keçmişlər. Orada tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib onları Təbriz şəhərinə aparmasını xahiş etmişlər. Yolla gedərkən taksi sürücüsünin adının Milad olmasını öyrənmişdir. Milad onlara demişdir ki, İrandan Azərbaycana narkotik vasitə göndərir. Sonra ondan və İxdiyardan narkotik vasitə istifadə edib-etmədiklərini soruşmuşdur. Onlar isə həmin şəxsə narkotik vasitə istifadə etmədiklərini demişlər. Bundan sonra Milad demişdir ki, Azərbaycan Respublikasında narkotik vasitə bir qədər bahalıdır, İran İslam Respublikasında isə ucuzdur. O, Miladdan maraq üçün narkotik vasitə təşkil edə bilib-bilməməsini soruşmuş, Milad isə maraqlanıb xəbər edəcəyini demişdir. Bundan sonra x10 şəhərində həkim müayinəsindən keçdikdən sonra Bakı şəhərinə qayıtmışlar. Təxminən 2-3 gün keçdikdən sonra Bakı şəhəri, 8-ci km bazarında İxdiyarla görüşmüşlər. Həmin vaxt İxdiyarın mobil telefonuna Milad zəng etmişdir. O və İxdiyar mobil telefonla Miladla danışmışlar. Milad demişdir ki, bir nəfər şəxs var, həmin şəxsdə, narkotik vasitə var, istəyirlərsə Bakı şəhərinə göndərə bilər. O, Milada narkotik vasitəni almaq üçün pullarının olmadığını demiş, narkotik vasitəni göndərdikdən sonra pulunu ödəyəcəyinə söz vermişdir. O, Milada demişdir ki, onun 500 manatdan artıq pulu yoxdur. Bundan sonra Milad demişdir ki, narkotik vasitəni satan şəxslə danışıb xəbər verəcək. Onlar, Anarı 500 manat pulla İrana göndərmişlər. Sonrasından onun xəbəri olmamışdır. İş üzrə istintaq zamanı şahid qismində Şahid4 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis şöbəsinin yaxınlığından keçdiyi zaman tanımadığı bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları kimi təqdim edərək şöbədə olan bir nəfər şəxsin üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olduğuna şübhə edilməsini və həmin şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməsini təklif etdikdə o, polis əməkdaşlarına etiraz etməyərək razılaşmışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə şöbənin inzibati binasına daxil olmuş, xidməti otaqların birində tanımadığı bir nəfər şəxs də hal şahidi kimi iştirak etmək üçün gəlmişdir. Baxışda keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri izah edilmiş, bundan sonra əvvəllər tanımadığı, adını sonradan bildiyi Şahid1 üzərinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı polis əməkdaşları Şahid1 üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olub-olmamasını soruşaraq olduğu halda onu könüllü təqdim etməsi təklif olunduqda Şahid1 üzərində qanunla dövriyyəsi qadağan olmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Şahid1 üzərinə baxış keçirilməyə başlanılmış, həmin vaxt sonuncunun əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd qırmızı sellofana bükülmüş maddə aşkar edilərək masanın üzərinə qoyulmuş, sellofan açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddə aşkar olunmuşdur. Şahid1 üzərindən aşkar edilmiş maddənin heroin kimi tanıdığı narkotik vasitə olmaqla ona məxsus olmasını, həmin maddəni 26 avqust 2018-ci il tarixdə satış məqsədilə tanışı Şahid2 almasım bildirmişdir. Bununla əlaqədar protokol tərtib olunaraq tərəflərindən imzalanmış, lakin, Şahid1 imza etməkdən imtina etmişdir. Bundan sonra o, polis şöbəsindən çıxıb getmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 oxşar məzmunlu ifadə verərək Şahid4 göstərdikləri xüsusatları təsdiq etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 28.09.2018-ci il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis şöbəsinin yaxınlığından keçdiyi zaman tanımadığı bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları kimi təqdim edərək şöbədə olan bir nəfər şəxsin üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olduğuna şübhə edilməsini və həmin şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməsini təklif etdikdə o, polis əməkdaşlarına etiraz etməyərək razılaşmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə şöbənin inzibati binasına daxil olmuş, xidməti otaqların birində tanımadığı bir nəfər şəxs də hal şahidi kimi iştirak etmək üçün gəlmişdir. Baxışda keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri izah edilmiş, bundan sonra əvvəllər tanımadığı, adını sonradan bildiyi Şahid2 üzərinə baxış keçirilməyə başlanılmışdır. Şahid2 hüquq və vəzifələri izah edildikdən sonra üzərində qadağan olunmuş əşya və ya maddənin olduğu təqdirdə təqdim etməsi təklif olunduqda Şahid2 etiraz etmədən könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan paketin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddəni təqdim edərək həmin maddənin «heroin» kimi tanıdığı narkotik vasitə olmasını, onu satmaq üçün üzərində daşıdığını, həmin narkotik vasitəni 25 sentyabr 2018-ci il tarixdə Biləsuvar rayonunda adını və əlaqə nömrəsini bilmədiyi şəxsdən satmaq üçün almasını bildirmişdir. Şahid2 üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, şöbənin 164 saylı möhürü ilə möhürlənmiş, zərf, iştirakçılar, saxlanılan şəxs Şahid2, onun və digər hal şahidi tərəfindən imzalanaraq tərkibinin məhkəmə-kimyəvi ekspertizası vasitəsilə müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə göndəriləcəyi bildirilmişdir. Bununla əlaqədar müvafiq protokol tərtib olunmuş və protokol imzalanmışdır. Bundan sonra o, polis şöbəsindən çıxıb getmiş və sonra daha nə olmasından xəbəri olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid9 oxşar məzmunlu ifadə verərək Şahid10 göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 18 saylı 21 fevral 2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan respublikası CM-nin 21.1 -ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs hal-hazırdat öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini və əzab çəkdiyi somatik xəstəliklə əlaqədar mütəmadi olaraq ambulator qaydada 5 saylı KX-da müvafiq müayinə və müalicələrdən keçməsini nəzərə alaraq ona qarşı AR CM-nin 95.0.1 -ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür.Təqsirləndirilən şəxs şəxsiyyət dəyişikliyi müəyyən edilir. Aqressivlik, impulsivlik, sosial normalara qarşı laqeyidlik, tez özündən çıxmaq, qıcığa qarşı tez reaksiya vermək və s. Kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs intellektin və yaddaşın enməsi aşkar edildi. Təqsirləndirilən şəxs aşkar olunan intellektin və yaddaşın enməsi ilə əlaqədar hadisə zamanı etmiş olduğu hərəkətləri adekvat 9 olaraq qavramaq, onların mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs aşkar olunan intellektin və yaddaşın enməsi ilə əlaqədar öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar komisyon stasionar məhkəmə psixiarik ekspertizasının 13 iyul 2019-cu il tarixli, 80 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “İfadəli üzvi şəxsiyyət pozuntusu” formasında psixi patalogiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs təsdiqləndirildiyi cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları ölçüb biçmək və idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinin qənaətbəxş səviyyədə olmaması və bununla bir vaxtda somatik xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar olaraq mütəmadi şəkildə ambulator qaydada kliniki xəstəxanada müvafiq müayinə və müalicələrdən keçməsinə zərurət yarandığı nəzərə alınmalıdır. Bununla bərabər Təqsirləndirilən şəxs özünə və ətrafdakılara təhlükə yetirməsi ehtimalının olmadığı, ciddi davranış pozuntularının təzahür etmədiyi (davranışında hər hansı antisosial meyl seçilmədiyi) və stasionar şəraitdə saxlanmasına zərurət olmadığı müəyyənləşir. Hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs psixiatr müşahidəsi altında olmaqla ambulator şəraitdə məcburi müalicə edilməsinə ehtiyyacı vardır. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və pxisiatr müalicəsi şəkilində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Beləliklə Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsi tam sübut olunmuş, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməli, barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilməlidir. İş üzrə maddi sübut baxış zamanı çəkiliş aparılmış 1 ədəd DVD diski, 1 ədəd «xxxxxxxx» MMC-dən və «xxxxxxx» MMC-dən daxil olmuş SD diski iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Nizami rayon polis idarəsində saxlanılan qalıq çəkisi 170,689 qram olan narkotik vasitə heroin (istintaq nömrəsi 180080370) digər cinayət işinin məhkəmə istintaqının nəticəsindən asılı olaraq Nizami rayon polis idarəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 91 manat 76 qəpik x1 qanuni nümayəndəsi Nümayəndə alınıb dövlət nəfinə ödənilməlidir. Məhkəməistintaqı zamanı “İnsan hüquqlarını vəəsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən MəhərrəmovİxtiyarƏlif oğluna müdafiəçisi qismindəibtidaiistintaq zamanıişə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakışəhəri 05 saylı vəkil bürosunun vəkiliAbılovaRadmilaAbulqızına, yardım göstərdiyiüçün dövlət büdcəsinin hesabından Bakışəhər 05 saylı vəkil bürosunun hesabına 150 (yüzəlli) manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CPM-nin 477.3-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətdiyi anda anlaqsız vəziyyətdə olduğundan, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəkilində tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş qohumlarının nəzarəti altına vermə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut baxış zamanı çəkiliş aparılmış 1 ədəd DVD diski, 1 ədəd «xxxxxxxx» MMC-dən və «xxxxxxx» MMC-dən daxil olmuş SD diski iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Nizami rayon polis idarəsində saxlanılan qalıq çəkisi 170,689 qram olan narkotik vasitə heroin (istintaq nömrəsi 180080370) digər cinayət işinin məhkəmə istintaqının nəticəsindən asılı olaraq Nizami rayon polis idarəsində saxlanılsın. İş üzrə ekspertiza xərci 91 manat 76 qəpik x1 qanuni nümayəndəsi Nümayəndə alınıb dövlət nəfinə ödənilsin. Bakışəhəri 05 saylı vəkil bürosunun vəkili x5 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı vəkil bürosunun hesabına 150 (yüzəlli) manat pul ödənilsin. Qərardan 20 gün müddətinə Bakı Ağır Cinayətlər məhkəməsinin vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar