Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-279/2021 04.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx xxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xətai rayon Xalq Məhkəməsinin xx xxxxx 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 3 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum olunmuş, məhkumluğu ödənilmiş, Rusiya Federasiyası, Samara vilayəti, Toylati şəhəri, Revolyusiya küçəsi, ev 2, mənzil 17 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi, ev 27 A ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri, xx xxxx 1961-ci ildə Port-İliç (Lənkəran rayonunun Liman şəhəri) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, ev 10A ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri, xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.3, 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzası 2 il 6 ay sınaq müddəti ilə şərti hesab olunmuş, məhkumluğu ödənilmiş, ünvan 4 ünvanda qeydiyyatda olan, faktiki ünvan 54 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və göndərmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, göndərmə barədə tanışı Təqsirləndirilən şəxs2, qohumu Təqsirləndirilən şəxs3, habelə qeyrisi ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan qeyrisindən naməlum tarixdə, vaxtda və şəraitdə əldə etdiyi ümumilikdə külli miqdarda 142,646 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 101,501 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 39,855 qram təmiz çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlamış, həmin narkotik vasitə heroinin külli miqdarda 13,141 qram çəkidə olan hissəsini digər şəxslərə satışını həyata keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 saxlaması üçün göndərərək, sonuncuya bu məqsədlə əlavə olaraq təxminən 20 qram çəkidə narkotik vasitə heroin verəcəyini də vəd etmiş, Təqsirləndirilən şəxs2 bu qanunsuz əməli barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə saat 23:01-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, ev 10 A ünvanın qarşısında saxlanıldıqdan dərhal sonra həmin ünvanda yerləşən öz fərdi yaşayış evinin həyətanı sahəsində üzərinə baxış keçirildikdə onun tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı həmin külli miqdarda narkotik vasitə heroinin 13,141 qram təmiz çəkidə olan hissəsi polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli gödəkcəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd ağ rəngli plastmas qabın içərisindəki bir ədəd şəffaf polietilen bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra, saxlanılan şəxs Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 qanunsuz əməllərinin ifşa olunması məqsədi ilə keçiriləcək əməliyyat-axtarış tədbirində polis əməkdaşlarına köməklik göstərmək üçün iştirak etməyə könüllü razılıq verdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 əməkdaşları tərəfindən davam etdirilməklə həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə saat 09:30 radələrində əməliyyat-axtarış tədbirinin planına və polis əməkdaşlarının təlimatına uyğun şəkildə onların nəzarəti və müşahidəsi altında mobil telefonla tanışı Təqsirləndirilən şəxs1 zəng edərək satış məqsədi ilə sonuncunun əvvəldən ona vəd etdiyi əlavə təxminən 20 qram çəkidə narkotik vasitə heroini guya əldə etmək istəməsi barədə məlumat verdikdən sonra aralarındakı telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 həmin çəkidə narkotik vasitə heroini öz qohumu Təqsirləndirilən şəxs3 vasitəsi ilə Təqsirləndirilən şəxs2 çatdırılması üçün sonuncunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, ev 10 A ünvanına göndərəcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 satış məqsədi ilə çatdırmaq niyyəti ilə külli miqdarda narkotik vasitə heroinin 21,699 qram çəkidə olan hissəsini həmin tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsində yerləşən “Çinar” adlı marketin yaxınlığında qohumu Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyarkən xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, ev 10 A ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və üzərinə baxış keçirildikdə Təqsirləndirilən şəxs3 qohumu Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı həmin külli miqdarda narkotik vasitə heroinin 21,699 qram təmiz çəkidə olan hissəsi polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs3 əynindəki mavi rəngli idman gödəkcəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra, cinayətkar qrupun üzvü olan Təqsirləndirilən şəxs1 qanunsuz əməllərinin ifşa olunması məqsədi ilə həmin əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 həmin gün saat 12:00-da Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsində yerləşən “Çinar” adlı marketin qarşısında saxlanılıb üzərinə baxış keçirildikdə Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs3, tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyətləri istintaqa məlum olmayan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı həmin külli miqdarda narkotik vasitə heroinin qalan 107,806 qram təmiz çəkidə olan hissəsi bir ədəd şəffaf sellofan bükümdə, habelə 101,501 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd qara rəngli sellofan bükümdə, külli miqdarda 39,855 qram təmiz çəkidə psixotrop maddə metamfetamin bir ədəd şəffaf sellofan bükümdə olmaqla üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi ilə birlikdə Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli dəri gödəkçəsinin altında gizlətdiyi və polis əməkdaşlarının təklifinə əsasən çıxarıb təqdim etdiyi üzərində “Sultan” sözləri yazılmış bir ədəd parça torbanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, qaçaqmalçılıqla bağlı niyə ona ittiham verilməsindən məlumatsızdır, amma onda narkotik vasitə aşkar olunmasını qəbul edir və yalnız buna görə özünü təqsirli bilir. Tutulana qədər oğlunun və qızının ailəsi ilə birlikdə yaşamışdır. Oğlu hazırda həbsdədir, cəza çəkir. Qızı isə ailəsi ilə birgə onun yanında qalır. Onun da iki övladı var. X17 xx xxxxx 2018-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Özü heç bir yerdə işləmir, arabir sifariş əsasında evlərdə təmizlik işləri görür, təqaüdçüdür. O, heç vaxt narkotik vasitədən istifadə etməmiş, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı isə ümumiyyətlə təsəvvürü yoxdur. Təqsirləndirilən şəxs1 və sonuncunun anasını qonşu kimi tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamış, həmişə mehriban münasibətlər saxlamışlar. Şövqigil market işlətmiş, o da bəzi hallarda həmin marketdən nisyə alver etmişdir. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarına yaxın Təqsirləndirilən şəxs1 öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onun evinə tərəf gəldiyini, onunla işi olduğunu bildirmişdir. O, həmin vaxt evdə olmuşdur. Təxminən saat 15 radələrində Şövqi ona zəng edərək evinə çatdığını bildirmiş və ondan həyətə çıxmasını xahiş etmişdir. Şövqigilə borcu olduğu üçün həmin vaxt evdən 500 manat pul da götürmüşdür ki, borcunu qaytarsın. Belə ki, 2018-ci ildə vəfat etmiş ərinin qırx mərasiminə görə Şövqinin anasından 1000 manat borc pul almış, sonradan 500 manatını qaytarsa da 500 manat borcu qalmışdır. Həmin vaxt Şövqi əlində olan şəffaf qabı ona təqdim edərək qabın içərisində olan bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş və ondan həmin narkotiki bir-iki saatlıq özündə saxlamasını xahiş edərək özünün gəlib götürəcəyini demişdir. O, razılaşaraq qabı götürmüş, lakin Şövqi söz verdiyi kimi ikiüç saata gəlib çıxmamış, onun telefonuna zəng çatmamışdır. Təxminən saat 23 radələrində evinin qarşısında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. O, həmin polis əməkdaşlarından evin həyətinə keçib orada söhbət etmələrini xahiş etmiş, onlar da razılaşaraq onun dəvəti ilə evin həyətinə keçmişlər. Orada özünü təqdim etdikdən sonra polis əməkdaşları onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər və onun mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə olan heroin əldə edib üzərində gəzdirməkdə, satışı ilə məşğul olmaqda və yaşadığı evdə həmin maddəni saxlamaqda şübhəli olduğunu izah etmişlər. Bundan sonra ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, o da əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən çıxartdığı Şövqinin ona verdiyi bir ədəd ağ rəngli plastmas qabı və sağ əlində saxladığı iki ədəd açarı təqdim etmişdir. Həmin ağ rəngli plastmas qabın içərisindən iki ədəd iç-içə şəffaf bükümlər, bükümlərin içərisindən isə tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroin aşkar olunmuşdur. Şövqi ona həmin qabın içərisində narkotik vasitə heroin olduğunu bildirdiyi üçün o, aşkar olunmuş həmin kütlənin heroin olduğunu bilmişdir. Aşkar olunmuş həmin narkotik vasitə olduğu qabı ilə birlikdə qablaşdırılaraq möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra videoçəkilişdən istifadə edilməklə onun evinə də baxış keçirilmiş, lakin baxış zamanı evdən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Özü həmin çəkiliş altında sorğu zamanı üzərindən aşkar olunan heroini metronun “Əhmədli” stansiyasının yaxınlığında yaşayan, ***-***-**-** mobil telefon nömrəsini istifadə edən Şövqi adlı şəxsin xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 15 radələrində onun yaşadığı ünvana gətirib verdiyini bildirmişdir. İstintaq vaxtı yanlış olaraq həmin heroinin əvəzində guya 500 manat pul verdiyini bildirmişdir. Amma həmin vaxt həyəcandan özündə olmamış və dəqiq cavab verməmişdir. Həqiqətən də Şövqinin ona saxlamaq üçün heroin verdiyini etiraf edir, lakin o, 500 manatı Şövqiyə heroinə görə verməmiş, sadəcə ona olan borcunu qaytarmışdır. Bundan sonra o, Baş X5 dəvət olunmuşdur. Ora getdikdən sonra ona vəkil təqdim olunmuş və keçirilən baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş, onlar da protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Səhər saatlarında, yəni xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşlarına Şövqi adlı şəxsin ifşa olunması üçün köməklik göstərə biləcəyini, həmin tədbirdə iştirak etmək üçün hazır olduğunu, hətta həmin tədbirdə vəkili olmadan da iştirak etməyə razı olduğunu bildirmiş və bu barədə ondan ərizə də alınmışdır. Sonra polis əməkdaşları Şövqi barədə qərar qəbul etmişlər. Beləliklə o, xx xxxxxx 2019-cu il tarixdə saat 09:30 radələrində polis əməkdaşlarının nəzarəti altında Şövqiyə zəng vurub “göndərirsən?” deyə soruşmuş, Şövqi də dərhal söhbətin narkotik vasitədən getdiyini başa düşərək səhər saat 5 radələrində evinə gəldiyini, lakin evdə heç kəs olmadığı üçün getdiyini bildirmişdir. Şövqi telefonda ona 20 qram heroin də göndərdiyini, lakin özü gələ bilməyəcəyini, heroini bacısı oğlu Nicat vasitəsilə göndərəcəyini demişdir. Bundan sonra o, polis əməkdaşlarının nəzarəti altında yaşadığı evə getmişdir. Ora çatanda Şövqi ona zəng edərək bacısı oğlu Nicatın artıq ora çatdığını bildirmişdir. Saat 11:00 radələrində onun yaşadığı evin yanına çatmışlar. Həmin vaxt polis əməkdaşları xəlvət yerdə durub müşahidəyə başlamışlar və onun evinə tərəf yaxınlaşan bir nəfər şəxsi saxlamışlar. Həmin şəxsə özlərini təqdim edərək onu sorğu etmişlər, həmin şəxs də özünü Nicat kimi təqdim etmişdir. Nicata külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli olduğu izah olunmuş və üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Nicat üzərində 01 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmiş və əynində olan mavi rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxararaq tədbir iştirakçılarına təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindən heroinə oxşar maddə aşkar olunmuşdur. Həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Tədbir iştirakçıları kimi Nicat da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra Nicatın üzərinə baxış keçirilmiş, lakin onun üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Nicat təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümdə heroini saxlandığı vaxtdan təxminən 20 dəqiqə əvvəl Köhnə Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsində yaşayan dayısı Şövqinin tapşırığına əsasən gətirib ona verməli olduğunu bildirmişdir. Nicatdan dayısı Şövqinin harada olduğu soruşulduqda sonuncu dayısının 3-cü Əhmədli küçəsində ola biləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onları da götürüb həmin ünvana yollanmışlar. Ora çatanda polislər tərəfindən xəlvət yer seçib dayanmışlar. Şövqi saat 12:00 radələrində 3-cü Əhmədli küçəsində yerləşən “Çinar” marketin qarşısında müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Özünü təqdim etdikdən sonra Şövqi qərarla tanış edilmiş və onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu izah edilmişdir. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Şövqiyə üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Şövqidən hazırda xatırlamadığı çəkidə heroin, metamfetamin, marixuana, elektron tərəzi, mobil telefon və 21 manat pul aşkar edilmişdir. Hamısı qablaşdırılaraq möhürlənmişdir. Bütün tədbir iştirakçıları kimi o da həmin zərfin üzərinə imza etmişdir. Şövqinin təqdim etdiyi 21 manat pul onun özünə qaytarılmışdır. Bundan sonra Şövqinin üzərinə baxış keçirilmiş, lakin üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Şövqi həmin narkotikləri tanımadığı şəxsdən aldığını bildirmişdir. İbtidai istintaq zamanı onun adından ifadələrində, habelə başqa sənədlərdə Şövqinin narkotikləri guya hansısa iranladan alması ilə bağlı sözlər yazılıb. Bunların heç birisi həqiqət deyildir. O, heç vaxt heç kimdən, o cümlədən Şövqidən hansısa iranlı barədə heç bir söz eşitməmişdir. Həmin an üçün tərtib edilən sənədlər ona imzalatdırılmışdır ki, belə olan halda bu işin sonu daha yaxşı olacaqdır. Buraxılacağı ümidi ilə ona göstərilən yerlərdən imzalayıb. Bundan sonra onlar Baş X5 aparılmış, onlara vəkillər təqdim olunmuş və ardınca protokol tərtib edilərək imzalatdırılmışdır. Təqsirləndirilən şəxs1 və onun bacısı oğlu Təqsirləndirilən şəxs3 aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddələrə onun heç bir aidiyyəti yoxdur. Üstündən aşkar olunmuş narkotik vasitəni tutulduğu vaxtdan bir neçə saat qabaq Təqsirləndirilən şəxs1 sadəcə müvəqqəti saxlaması üçün ona vermişdir. O, həmin narkotik vasitəyə görə Şövqiyə pul verməmiş, narkotik vasitəni kiməsə satmaq və ya vermək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni kimdən, hansı şəraitdə, nə vaxt əldə etməsi, eləcə də kimə verməli, yaxud satmalı olması barədə məlumatı olmamışdır. Murtuz adlı İran İslam Respublikasının vətəndaşı olan şəxs barədə heç vaxt eşitməyib və tanımayıb. Şövqinin də hansısa iranlı tanışı olmasında məlumatsızdır, bu barədə Şövqi ilə heç bir söhbəti olmamışdır. Nicat da ağır şəkildə xəstə olan bir narkomandır. Bir qarın çörək üçün məhəllədə fəhləlik edən bir bədbəxt adamdır. Şövqinin də hansısa iranlı tanışının olmasından məlumatsızdır. Polis əməkdaşları tərəfindən tutulandan sonra Şövqinin tutulması üçün polis əməkdaşlarına köməklik göstərmişdir. Özü uzun müddət koronavirus xəstəliyindən əziyyət çəkmiş, məhkəmə araşdırmasının gedişində uzun müddət xəstəxanada müalicə olunmuşdur. Çoxsaylı xəstəliklərdən əziyyət çəkir, həbsdə qaldığı müddətdə səhhəti daha da ağırlaşıb, hər an həyatını itirə bilər. Ağır maddi vəziyyətdə qalan ailəsi daha da acınacaqlı vəziyyətə düşmüşdür, bir çox şeylərə ehtiyacı olsa da yanına ərzaq bağlaması gətirə biləcək qohumu da yoxdur. Bütün bu halların, övladının həbsdə olmasının, yaşının, qadın olmasının nəzərə alınıb onun barəsində ən humanist qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilərək göstərdi ki, o, əvvəllər süd məhsullarının istahsalını həyata keçirən şirkətdə işləmiş, 2018-ci ildə həmin şirkətdən çıxdıqdan sonra heç yerdə işləməmişdir. Təxminən üç il narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmiş, onları tanımadığı şəxslərdən almışdır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və ya qaçaqmalçılığı ilə məşğul olmamışdır. Ona hansı səbəbdən belə ittihamlar verilməsini bilmir. Maddi vəziyyəti ağırdır, narkoman olduğu üçün onun-bunun həyətində ən cüzi məbləğdə pula işləyir, yaxşı halda bir qəbul üçün narkotik vasitə almaqdan ötrü pulu böyük çətinliklə düzəldir. Dayısı Şövqi X7 vətəndaşı olsa da əksər vaxtlarda Azərbaycanda olmuşdur. Şövqinin də narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Dayısının narkotik vasitələri kimdən aldığını bilməmiş, özü heç vaxt dayısının işinə qarışmamış, ondan öz istifadəsi üçün narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs2 qonşu məhəllədən tanımış, onun oğlu Vüsalla yaxından tanış olmuşdur. Vüsal narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar həbs edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. O, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Köhnə Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsində yerləşən “Çinar” marketin yaxınlığında olarkən orada olan dayısı Şövqi onu yanına çağırmış və əlində olan bir bükümü ona təqdim edərək həmin bükümü Vüsalın anası Solmaza çatdırmasını xahiş etmişdir. Dayısı bunun qarşılığında Solmazın nə verəcəyi barədə ona heç nə bildirməmiş, sadəcə həmin bükümü onun yaşadığı evə aparıb Solmazın özünə təhvil vermək lazım olduğunu demişdir. O, dayısının dediyi kimi həmin bükümü ondan götürüb Təqsirləndirilən şəxs2 çatdırmaq üçün onun yaşadığı 5-ci Əhmədli küçəsi, ev 10A ünvanına yola düşmüşdür. Solmazın evinə çatdıqdan az sonra bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onu sorğu-sual etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, üzərində bir ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu etiraf edərək əynində olan mavi rəngli idman gödəkcəsinin sağ yan cibindən dayısı Şövqinin Solmaza çatdırılması üçün verdiyi bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Hamı kimi o da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı o, bükümdə olan heroini təxminən 20 dəqiqə əvvəl Köhnə Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsində yaşayan dayısı Şövqinin tapşırığına əsasən Təqsirləndirilən şəxs2 gətirib verməli olduğunu bildirmişdir. Ondan dayısı Şövqinin yeri soruşulduqda onun 3-cü Əhmədli küçəsində ola biləcəyini demişdir. Bundan sonra polis əməkdaşları onları da götürüb həmin ünvana yollanmışlar. Ora çatanda polislər tərəfindən əməliyyat mövqeyi seçilmişdir. Dayısı Şövqi saat 12:00 radələrində 3-cü Əhmədli küçəsində yerləşən “Çinar” marketin qarşısında müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hal şahidlərinin iştirakı ilə Şövqiyə üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Dayısı Şövqi də nələrisə təqdim etmiş, telefon və pulu da götürülmüşdür. Götürülmüş bükümlər və bir ədəd tərəzi qablaşdırılaraq möhürlənmişdir. Bütün iştirakçılar kimi o da həmin zərfin üzərini imzalamışdır. Dayısı Şövqinin təqdim etdiyi 21 manat pul özünə qaytarılmışdır. Bundan sonra dayısının üzərinə baxış keçirilmiş, lakin başqa qanunsuz əşya aşkar olunmamışdır. Sorğu zamanı dayısı Şövqi onun vasitəsi ilə Təqsirləndirilən şəxs2 20 qram heroin göndərdiyini və bu barədə həmin qadına telefon danışığı zamanı məlumat verdiyini bildirmiş, o da daysının sözlərini təsdiq etmişdir. Bundan sonra onlar Baş X5 aparılmışlar. Orada onlara vəkillər təqdim edilmiş, protokol tərtib edilərək imza etdirilmişdir. Heç bir sənədi oxumamış, elə təqdim edilən şəkildə də ona göstərilən yerlərdən imzalamışdır. Dayısı Şövqinin verdiyi bükülünü Solmaza çatdırmaqda özünün başqa bir məqsədi olmamış, sadəcə dayısı ondan xahiş etdiyi üçün onun tapşırığını icra etmişdir. Əvvəllər belə bir hal olmamış, dayısının bu cür tapşırığını ilk dəfə icra etmişdir. Özü narkomaniyadan əziyyət çəkir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onların qaçaqmalçılığı barədə isə ümumiyyətlə təsəvvürü yoxdur. Dayısının aşkar olunmuş narkotik vasitələri kimdən əldə etməsini bilmir, hansısa iranlı barədə isə heç vaxt eşitməmişdir. Dayısının barəsində narkotik vasitələri əldə etməsi halları ilə bağlı ibtidai istintaq vaxtı imzaladığı ifadələrdə əks olunmuş fikirləri o, heç vaxt səsləndirməmiş, sadəcə tərtib edilmiş sənədləri imzalamışdır. Onun ağır şəkildə narkoman olmasını qohumları ilə bərabər ətrafındakı onu tanıyan hər kəs bilir və belə də qəbul edir. Belə vəziyyətdə olan adama kiminsə, o cümlədən dayısının narkotik vasitələrin satışı ilə məşğul olması, onları konkret kimdən və neçəyə alması barədə fikirləri açıb danışması adi halda belə heç kimə inandırıcı görünə bilməz. Ailə vəziyyətinin, ağır narkomaniya xəstəsi olmasının, etdiyi hərəkətin yalnız bükümü dayısından götürüb apararaq Solmaza çatdırmaqdan ibarət olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən – yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələri ilə təqsirli bilərək göstərdi ki, o, Rusiya Federasiyasının vətəndaşı olsa da milliyyətcə azərbaycanlıdır, hər iki valideyni Azərbaycan vətəndaşıdır, özü Bakı şəhərində doğulub, Rusiya Federasiyasına ilk dəfə 1994-cü ildə getmişdir. Rusiyada Samara vilayətinə gedib-gəlmiş, 1996-cı ildən daimi orada yaşamağa başlamış, 1997-ci ildə isə Rusiya vətəndaşlığını qəbul etmişdir. X9 vilayəti, Toylati şəhəri, Revolyusiya küçəsi, ev 2, mənzil 17 ünvanında qeydiyyatdadır. Rusiya vətəndaşlığını qəbul etsə də mütəmadi Azərbaycana gəlib getmişdir. Belə ki, həm Rusiyada, həm də Azərbaycanda ailəsi var. Rusiyada olan evliliyindən bir qız övladı var, Azərbaycandakı evliliyindən isə uşağı yoxdur. Azərbaycandakı ailəsi ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi, ev 27 A ünvanında yaşamışdır. Rusiyada mağaza işlədərək ərzaq məhsullarının satışı ilə məşğul olmuş, Azərbaycanda isə heç yerdə işləməmişdir. Son təxminən 6 il ərzində demək olar ki daimi olaraq Bakıda yaşayır. O, gənc yaşlarından başlayaraq müxtəlif növ narkotik vasitələrdən, yəni marixuanadan, heroindən, metamfetamindən istifadə etmişdir. Narkotik vasitələri müxtəlif şəxslərdən öz istifadəsi üçün almışdır. Qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 adlı qadını və onun oğlu Vüsalı uzun müddətdir ki, tanımışdır. Vüsal narkotik vasitələrin satışı ilə məşğul olduğundan tutulmuşdur. Məlum hadisə vaxtı ayın 19 günü gecə Solmaz xanım ona zəng edib kömək etməsini, yəni oğlu üçün narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Narkotiki ona bacısı oğlu Nicatla göndərəcəyini deməmişdir. Nicatı çağırıb bükümdə narkotik vasitəni qutuya qoyub vermiş, Nicat nə apardığından, həmin qutunun içində nə olduğundan xəbərsiz olmuşdur. Nicat özü də xəstədir, narkotik vasitə alüdəçidir. Həmin vaxt əməliyyatçılar da Solmazın həyətində imiş. Daha sonra isə əməliyyatçılar həyətə gəlmiş, dükanın içində alıcıların yanında üstünə baxış keçirmişlər, amma heç nə çıxmamışdır. Daha sonra onu maşına oturtmuş, bir qədər sonra yaşlı adam olan böyük qardaşını da gətirib onun yanında otuzdurmuşlar. Bir qədər sonra əməliyyatçılardan biri əlində sumka ilə çıxmış və həmin sumkada olan nakotik vasitələri onun evinin zirzəmisindən tapdıqlarını deyib ona məxsus olub-olmadığını soruşmuşlar. O, həmin narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. Həm də qardaşını nə üçün maşına oturtduqlarını soruşmuşdur. Əvvəlcə həmin narkotik vasitələrin özünə məxsus olduğunu boynuna almamış, qardaşını buraxacaqları halda boynuna alacağını bildirmişdir. Daha sonra çəkiliş edilmişdir. Kakos dediyi heroini özü xəstə olduğuna görə istifadə etmişdir. Uzun müddətdir ki, istifadəçidir. Ona aid olan 40 qram heroin, 12 qram şüşə - metamfetamin, 25-30 qram marixuana olmuşdur. O bunları dərhal etiraf etmişdir. Sonra qardaşını buraxmışlar. Polislər onun özünü isə rəisin evə buraxa biləcəyini bildirmişlər. Ona polislər tərəfindən buraxılması üçün başqa-başqa şərtlər irəli sürülmüş, o isə razılaşmamışdır. Belə olan halda ona təklif edilmişdir ki, narkotik vasitəni iranlıdan aldığını desin, belə olan halda naməlum iranlı da tapılmayacaq və onun da işi bağlanacaq. Məcbur qalıb razılaşmış və həm də inanaraq ona verilən bütün sənədləri imzalamışdır. Hətta idarədə polislər onunla birlikdə oturub çay içib, pirojna da yemişlər. İstintaq zamanı ona müstəntiq guya o öz telefonu ilə hansısa iranlıya səs atdığını bildirmişdir. Amma əslində heç vaxt belə bir hərəkət olmamışdır. Axı, həmin səsin atıldığı vaxtda o artıq polis tərəfindən saxlanmışdı və telefonu da əlindən alınmışdır. Onun iranlıya səs atması əməliyyatçıların diqtəsi və nəzarəti altında – özü də artıq idarədə saxlandığı vaxtda edilmişdir. Həmin vaxti idarədə olarkən onun sərbəst buraxılması üçün aparılan danışıqlar zamanı polis əməkdaşları ona “Whatsapp” proqramı vasitəsilə iranlıya onların dediyi məzmunda səsli mesaj göndərməsini təklif etmiş, bunun müqabilində işinin daha da asanlaşacağını, iranlı ilə bağlı ətraflı məlumatlar toplamaqla onu sərbəst buraxacaqlarını bildirmişlər. İranlı söhbəti də işdə məhz buradan ortaya çıxmışdır. Amma ona heç bir kömək edilmədikdən sonra həm də işin sonunda ona məlum olmuşdur ki, əslində özlərinin nəzarəti altında iranlıya səs atdırmaqla ona həm də qaçaqmalçılıq cinayəti üçün sübut tapmaq istəmişlər. Sonradan ona həm də məlum olmuşdur ki, sənədləşmələrdə onun üstünə faktiki tapılan 40 qram deyil, 140 qram mal yazılıb. Onda cəmi 40 qram mal olub və sonunadək bunu səmimi şəkildə etiraf edir və həmişə də bu sözündən qaçmayacaq. Qalan 100 qram mal isə onun deyil, metamfetaminin də çəkisi artırılmışdır. Onun özünə də maraqlıdır ki, axı bunu niyə artıq yazıblar, buna nə ehtiyac var ki. Onsuz da əməli külli miqdar kimi qiymətləndirilir. Amma hər şeyin düzgün olmasını, ancaq etdiyinə görə məsuliyyət daşımasını istəyir. Polislər onu idarədə saxladığı vaxtda qohumları da həmin vaxt işi həll etmək üçün xidmətlərini təklif etmiş, o isə buna gərək olmadığını və artıq işi özünün polislərlə danışdığımı bildirmişdir. Amma sonradan bütün fikirlər dəyişilmişdir. Daha sonra onu aparıb Solmaz xanımla üzləşdirmişlər. Üzləşdirmə protokolu ilə də tanış etmədən tələsik hər ikisinə imzalatdırılmışdır. İşin yekununda sənədlərlə tanış olarkən həmin üzləşdirməyə də iranlı barədə cümlələr salındığını görmüşdür. Halbuki, həmin vaxt orada bu barədə heç bir söhbət olmamışdır. Yazıq Nicatı da bəlaya salıb. Onu polislər saat 12 radələrində tutduqları halda mesajı saat 3-5 arasında, yəni tutulandan sonra göndərilib. Bu necə ola bilərdi?! Solmaz xanımı da aldadıblar. Habelə Nicatın mesajlarını oxuyub hər kəs görə bilər ki, bu insan ağır vəziyyətdə olan narkomandır. Elə vaxt olub ki, Nicat ona ağrıdığını deyib istifadəsi üçün mal istəmiş, amma o, verməmişdir. Araşdırma müddətində bütün müstəntiqlərlə səmimi olmuş, düzü nədirsə onu da danışmışdır. Amma sonda hər şeyi onun ziyanına rəsmiləşdirib işi bağlamışlar. Məhkəmənin onlara münasibətdə ədalətli olacağına şübhə etmir. O, heç vaxt heç bir iranlıdan narkotik vasitə almamışdır. Aşkar olunan narkotik vasitələri «Sədərək» yarmarkasında tanımadığım yerli adamdan 3000 manata almışdır. Tutulmamışdan təxminən bir ay öncə Sədərəkdən 100 qrama yaxın heroin almış, 15 qram metamfetamin və 50 qram marixuananı isə ona adını demək istəmədiyi şəxslər hədiyyə kimi pulsuz vermişlər. Solmazın oğlu da həqiqətən ondan 20 qram heroin istəmişdir. Yəni, Solmaza verilən narkotik vasitə sonuncunun oğlu üçün nəzərdə tutulmuşdur. Heç vaxt heç bir iranlı ilə narkotik vasitə ilə bağlı danışmamış, sifariş etməmiş və almamışdır. O, heç vaxt İranda olmayıb. Hətta istintaq vaxtı da bu məsələ yoxlanıb və həqiqətən onun heç vaxt Azərbaycan Respublikasının dövlət sərhədindən İran İslam Respublikası istiqamətində, yaxud əks istiqamətdə girişi və çıxışının qeydə alınmadığı müəyyən edilib. Bu vaxtadək həmişə narkotik vasitələri Bakı şəhərində müxtəlif şəxslərdən əldə etmişdir. Bütün bu halları nəzərə alaraq əməlinə görə məsuliyyətə cəlb olunmasını, onun özündə əslində polis əməkdaşlarının yazdıqları kimi 142,646 qram deyil, cəmi 40 qram heroin olmasının, qaçaqmalçılıq əməlinə heç bir aidiyyətinin olmamasının, heç bir şəkildə hansısa iranlıdan narkotik vasitə almadığının və ya sifariş etmədiyinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlləri ilə bağlı faktiki olaraq tam və qismən etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə işlədiyi Baş İdarəyə Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsinin sakini Təqsirləndirilən şəxs2 Xətai rayonu ərazisində mütəmadi olaraq narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə edib saxlaması, satması, yaşadığı 5-ci Əhmədli küçəsi, ev 10 A ünvanında heroin saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Baş İdarənin baş əməliyyat müvəkkili Şahid2 bu barədə rəhbərliyə raportla məruzə etdikdən sonra Təqsirləndirilən şəxs2 qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Onun da daxil olduğu həmin əməliyyat qrupuna Şahid2 rəhbərlik etmişdir. Əməliyyat qrupunun üzvləri elə həmin gün, yəni xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, ev 10 A ünvanının yaxınlığına gedərək əməliyyat-müşahidə mövqeyi seçmişlər. Təxminən saat 23:00 radələrində qeyd edilən ünvanının qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs2 oxşar qadın müəyyən edilərək dərhal saxlanılmışdır. Əməliyyat tədbirini videoçəkilişlə həyata keçirmişlər. Videoçəkiliş aparılmaqla həmin qadına yaxınlaşıb özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş X4 əməkdaşları olduqlarını bildirmişlər. Qadın polis əməkdaşları tərəfindən saxlanıldığını qonşularının görməsini istəmədiyi üçün onlardan öz evinin həyətinə keçib orada danışmalarını xahiş etmiş, onlar da etiraz etməyərək razılaşmışlar. Bundan sonra qadın öz evinin darvazasını açıb onları həyətə dəvət etmişdir. Onların təklifinə əsasən həmin qadın öz anket məlumatlarını söyləyərək əməliyyat məlumatında göstərildiyi kimi Təqsirləndirilən şəxs2 olduğunu və həmin evdə yaşadığını təsdiqləmişdir. Onlar Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edərək saxlanılmasının səbəbini izah etmişlər və üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən çıxartdığı bir ədəd ağ rəngli plastmas qabı və sağ əlində saxladığı iki ədəd açarı onlara təqdim etmişdir. Onlar həmin ağ rəngli platmas qabın içinə baxdıqda orada bir ədəd şəffaf polietilen bükümün içərisində olan digər şəffaf polietilen bükümdə tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə aşkar etmişlər. Həmin maddə aşkar olunmuş vəziyyətdə zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə onun yaşadığı evə, həmçinin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd “Nokia” markalı mobil telefon da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddənin nə olduğu soruşulduqda, sonuncu həmin maddənin narkotik vasitə heroin olduğunu, heroini metronun “Əhmədli” stansiyasının yaxınlığında yaşayan Şövqi adlı tanışının həmin gün günorta saatlarında gətirib ona 500 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Şövqi adlı şəxsin mobil telefon nömrəsininin ***-***-**-** olduğunu demiş, həmçinin səmimi şəkildə maddi cəhətdən bir qədər çətinliyi olduğu üçün həmin heroini satıb bir qədər pul qazanmaq istədiyini bildirmişdir. Bütün bu prosesləri videoçəkilişlə həyata keçirdikdən sonra sənədləşmə işi ilə əlaqədar Təqsirləndirilən şəxs2 özləri ilə Baş X5 dəvət etmişlər. Baş İdarəyə gələndən sonra Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra əməliyyat qrupunun rəhbəri Şahid2 tərəfindən əməliyat-axtarış tədbirində aşkar olunanlarla bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, həmin protokol əməliyyat qrupunun üzvləri, həmçinin Təqsirləndirilən şəxs2 və müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, üzərinə və mənzilinə baxış keçirilərkən, həmçinin Baş X5 dəvət edilib aparılarkən ona qarşı heç bir təzyiq, zorakılıq göstərilməmiş, belə hallara yol verilməmişdir. İlk öncə əməliyyat məlumatı Təqsirləndirilən şəxs2 özü barəsində olsa da, sonradan onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, satışının həyata keçirilməsində adını çəkdiyi Şövqi adlı şəxslə və sonuncunun yaxın adamları ilə birgə əlbir olmasına dair kifayət qədər təsdiqedici əməliyyat məlumatları əldə etmişlər. Həmin əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs2 Əhmədli qəsəbəsində narkotik və psixotrop maddələrdən asılılığı olan şəxslər arasında “bibi”, yaxud “bibi Solmaz” adı ilə çox tanındığı, onun bu kimi maddələrin satışını həyata keçirdiyi bildirilir. Təqsirləndirilən şəxs2 adını çəkdiyi Şövqi adlı şəxsin ifşa olunması və saxlanılması istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 iştirakı ilə əməliyyat-axtarış tədbiri də keçirilmiş, lakin o həmin tədbirdə iştirak etməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və onun bacısı oğlu Təqsirləndirilən şəxs3 saxlanılmış, onlardan külli miqdarda narkotik və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Qeyd olunan şəxslərin narkotik vasitələri və psixotrop maddələri xaricdən qaçaqmalçılıq yolu ilə keçirib gətirmələri barədə dəlillər əldə edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Baş İdarənin əməkdaşları ilə birlikdə 19 noyabr və xx xxxxxx 2019-cu il tarixlərdə Bakı şəhəri, Xətai rayonu ərazisində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 saxlanılması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmiş, həmin əməliyyat tədbiri ilə bağlı yaradılmış əməliyyat qrupunun rəhbəri olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Baş İdarəyə Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 Xətai rayonu ərazisində mütəmadi olaraq narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni əldə edib saxlaması, satışı ilə məşğul olması, yaşadığı 5-ci Əhmədli küçəsi, ev 10 A ünvanında heroin saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş bu məlumat barədə raportla Baş İdarənin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 qanunsuz əməlinin ifşa olunması üçün əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra o və əməliyyat qrupunun digər üzvləri xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, ev 10A ünvanının yaxınlığına gedərək əməliyyat mövqeyi seçmişlər və müşahidələr aparmağa başlamışlar. Həmin gün təxminən saat 23:00 radələrində qeyd edilən ünvanının qarşısında xarici görünüşünə görə Təqsirləndirilən şəxs2 oxşar qadın müəyyən edilərək tərəflərindən saxlanılmışdır. Onlar videoçəkilişdən istifadə edərək həmin qadına yaxınlaşıb özlərini təqdim etmişlər və xidməti vəsiqələrini göstərmişlər. Həmin qadın onların Daxili İşlər Nazirliyinin Baş X4 əməkdaşları olduqlarını bildikdən sonra onun polis tərəfindən saxlanıldığını qonşuların görməməsi üçün evinin həyətinə keçərək orada danışmaları xahiş etmiş və evinin darvazasını açıb onları həyətə dəvət etmişdir. Onlar həmin qadına özünü təqdim etməsini təklif etdikdə sonuncu Təqsirləndirilən şəxs2 olduğunu və həmin evdə yaşadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş əməliyyat məlumatı üzrə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər və onun saxlanılmasının səbəbini izah edərək üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən çıxartdığı bir ədəd ağ rəngli plastmas qabı və sağ əlində saxladığı iki ədəd açarı təqdim etmişdir. Təqdim olunan həmin platmas qab açılıb baxıldıqda onun içərisində olan bir ədəd şəffaf polietilen bükümün içərisində olan digər şəffaf polietilen bükümdə tünd qəhvəyi rəngli, iyi kəskin olan, narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd “Nokia” markalı mobil telefon aparatı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin oduğunu, heroini metronun “Əhmədli” stansiyasının yaxınlığında yaşayan Şövqi adlı tanışının həmin gün günorta saatlarında gətirib 500 manata satdığını bildirmişdir. Solmaz Şövqinin mobil telefon nömrəsinin ***-***-**-** olduğunu bildirmiş və maddi vəziyəti pis olduğu üçün Şövqidən aldığı narkotik vasitəni satıb qazanc əldə etmək istədiyini etiraf etmişdir. Bundan sonra sənədləşmə işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs2 Baş X5 dəvət edib gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs2 vəkilə etiraz etməmiş və baş verənləri özü də səmimi şəkildə vəkilə danışmışdır. Bundan sonra o, əməliyat-axtarış tədbirinin nəticələrinə dair protokol tərtib edərək ucadan oxumuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulandan sonra aparılan ilkin araşdırma zamanı səmimi şəkildə tanışı Şövqi adlı şəxsin hazırda da müxtəlif narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, ona əlavə olaraq narkotik vasitə olan heroin vəd etdiyini deyərək həmin şəxsin bu kimi qanunsuz əməllərinin ifşa olunması üçün polis əməkdaşlarına könüllü şəkildə köməklik göstərməyə hazır olduğunu bildirmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Şövqi adlı şəxslə bağlı həmin məlumat barədə Baş İdarənin rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra Şövqi barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış və həmin qrupu rəhbərlik ona həvalə olunmuşdur. Təqsirləndirilən şəxs2 keçiriləcək əməliyyat-axtarş tədbirində iştirak etmək istəyi ilə bağlı könüllü şəkildə ərizə yazıb təqdim etmişdir. Bundan sonra Baş İdarəyə iki nəfər hal şahidi dəvət olunmuş, onlar tədbirin mahiyyəti barədə məlumatlandırılmış, həmçinin hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 09:30 radələrində Təqsirləndirilən şəxs2 onların nəzarəti altında öz mobil nömrəsindən tanışı Şövqinin mobil nömrəsinə zəng etmiş və ondan əvvəlcədən söz verdiyi 20 qram çəkidə narkotik vasitə heroini verməsini istəmişdir. Şövqi adlı şəxs telefon danışığı zamanı özünün başqa yerdə olduğunu, bir qədər işinin olduğunu deyərək 20 qram heroini bacısı oğlu Nicat vasitəsilə Solmazın yaşadığı evə göndərəcəyini bildirmişdir. Bundan sonra əməliyyat tədbirinin planına uyğun olaraq hal şahidləri və Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun yaşadığı evin yaxınlığına gələrək özlərinə əməliyyat mövqeyi seçmişlər. Həmin gün saat 11:00 radələrində xarici görünüşcə Nicat adlı şəxsə oxşayan və özünü şübhəli aparan bir nəfər cavan oğlan həmin evə yaxınlaşmışdır. Onlar dərhal həmin oğlana yaxınlaşaraq onu saxlamışlar və hal şahidlərini də həmin yerə dəvət etmişlər. Xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etdikdən sonra saxladıqları oğlana da özünü təqdim etməsini təklif etmişlər, o da özünü Təqsirləndirilən şəxs3 kimi təqdim etmişdir. Nicata saxlanılmasının səbəbini izah edərək onun külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üzərində qanunsuz saxladığı hər hansı əşya, predmet varsa təqdim etməsini təklif etmişlər. Həmin vaxt Nicat özü səmimi şəkildə üzərində bir ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin olmasını etiraf etmiş və əynindəki mavi rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb hal şahidlərinin iştirakı ilə onlara təqdim etmişdir. Həmin büküm açılıb içərisinə baxış keçirildikdə orada kəskin iyli, tünd qəhvəyi rəngli, narkotik maddə heroinə oxşar maddə aşkar olunmuşdur. Həmin büküm götürülərək qablaşdırılmışdır. Nicatın üzərinə də baxş keçirilmiş, lakin üstündən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Nicat üzərindən aşkar olunan heroini bir neçə dəqiqə əvvəl dayısı Şövqinin ona verdiyini və Solmaza çatdırmasını tapşırdığını bildirmişdir. Onlar Şövqinin harada olduğunu soruşduqda, Nicat onun 3-cü Əhmədli küçəsi ərazisində olduğunu bildirmişdir. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq Solmaz, Nicat və hal şahidləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsinə gəlmişlər və orada əməliyyat mövqeyi seçərək müşahidə aparmağa başlamışlar. Bir neçə dəqiqə sonra, təxminən saat 12 radələrində həmin küçədəki “Çinar” marketin qarşısında xarici əlamətlərinə görə Şövqi adlı şəxsə oxşar şəxs müəyyən edilərək saxlanılmışdır. Onlar hal şahidlərinin iştirakı ilə özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Onlar Şövqiyə saxlanılmasının səbəbini izah edərək onu barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər və üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. Şövqi üzərində parça torbanın içərisində bir ədəd şəffaf polietilen bükümdə təxminən 100 qram narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen bükümdə təxminən 40 qram “şüşə”, yəni psixotrop maddə metamfetamin, bir ədəd qara rəngli polietilen bükümdə təxminən 100 qram narkotik vasitə marixuana, bir ədəd elektron tərəzi, həmçinin iki ədəd mobil telefon və 21 manat pul olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli dəri gödəkçəsinin altında gizlətdiyi üstünə “Sultan” sözləri yazılmış parça torbanı, həmçinin gödəkçəsinin sağ yan cibindən bir ədəd “Huawei” və bir ədəd “Samsung” markalı mobil telefonları, əynindəki göy rəngli idman şalvarının sol yan cibindən 21 manat pulu çıxarıb təqdim etmişdir. “Sultan” sözləri yazılmış parça torbanı açıb baxış keçirdikdə onun içərisindən bir ədəd şəffaf polietilen bükümdə narkotik maddə heroinə bənzər, kəskin iyli, tünd qəhvəyi rəngli maddə, bir ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli, kristal halında olan maddə, bir ədəd qara rəngli polietilen bükümdə narkotik vasitə marixuanaya oxşar quru bitki kütləsi və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddələrin olduğu bükümlər və elektron tərəzi aşkar olunduğu şəkildə götürülərək qablaşdırılmış, şəxsi pulu Şövqinin özünə qaytarılmış, iki ədəd mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şövqinin üzərinə də baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edən heç bir predmet aşkar olunmamışdır. Sorğu zamanı Şövqi tanışı Solmaz adlı qadına öz bacısı oğlu Nicat vasitəsi ilə 20 qram çəkidə narkotik vasitə heroini özünün göndərdiyini, əvvəlcədən vəd etdiyi həmin heroini aparıb Solmaza çatdırmağı Nicata özünün tapşırdığını, bu barədə Solmazla telefon danışığının da olduğunu bildirmişdir. Nicat da həmin vaxt bir daha Şövqinin dediklərini təsdiq etmişdir. Şövqi həmçinin bildirmişdir ki, həm özündəki torbadan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri, həm də Nicat vasitəsi ilə Solmaza çatdırmaq üçün göndərdiyi narkotik vasitə heroini özü təxminən bir ay əvvəl İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim etmiş Murtuz adlı şəxslə mobil telefonda “WhatsApp” proqramı ilə danışaraq Murtuzun adamı vasitəsilə Bakıda olan tanımadığı bir şəxsdən Bakı şəhəri, Yasamal rayonu ərazisində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin binasının qarşısında görüşüb 3000 manata almışdır. Şövqi həmin Murtuz adlı şəxsi heç vaxt üzdən görmədiyini, tanımadığını, İrana getmədiyini, İrandan narkotik vasitə gətirmədiyini bildirmişdir. Murtuz adlı şəxsin İran mobil nömrəsini də onlar mobil telefonlara baxmaqla özləri müəyyən etmişlər. Bundan sonra saxlanılan şəxsləri və hal şahidlərini Baş X5 dəvət edərək özləri ilə birlikdə gətirmişlər. Orada Nicatın və Şövqinin hüquqlarının müdafiəsi üçün vəkillər dəvət olunaraq onlara təqdim olunmuşdur. Daha sonra o, əməliyyat-axtarış tədbirinin nəticələri ilə bağlı protokol yazaraq tərtib etmiş, protokol iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Əməliyyat məlumatı əvvəlcə Təqsirləndirilən şəxs2 özü haqqında daxil olmuş, sonradan isə Solmazın narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və satışının həyata keçirilməsində Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs3lə əlbir olmasına dair kifayət qədər təsdiqedici əməliyyat məlumatları əldə edilmişdir. Həmin əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs2 Bakı şəhəri Əhmədli qəsəbəsində narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər arasında “bibi”, “bibi Solmaz” adı ilə tanındığı, bu maddələrin satışı ilə məşğul olduğu bildirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 iştirakı ilə keçirdikləri əməliyyat-axtarış tədbiri də onun Təqsirləndirilən şəxs1 növbəti dəfə əldə etməli olduğu narkotik vasitə heroini qanunsuz dövriyyədən çıxartmaq və onların birgə əməllərini ifşa etmək məqsədi daşımışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, üzərilərinə baxış keçirilərkən və Baş X5 dəvət edilib aparılarkən onlara qarşı heç bir təzyiq və zorakılıq göstərilməmiş, hər hansı qanunsuz təkliflər edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 həmin əməliyyat-axtarış tədbirində iştirak etmiş digər əməkdaşları Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 da şahidlər Şahid1 və Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onların göstərdikləri halları təsdiq etmişlər (cild 2, iş vərəqə 46- 50). Məhkəmədə şahid qismində dindirilmiş, keçirilən əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmiş Şahid5 göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi qaydada fəhləlik etməklə məşğul olur. O, xx xxxxxx 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş X4 əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi kimi iştirak etmişdir. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Baş X4 inzibati binasının qarşısından piyada keçərkən mülki geyimli iki nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək həmin idarənin polis əməkdaşları olduğunu bildirmişdir. Həmin polis əməkdaşları bir nəfər qadının külli miqdarda narkotik vasitə heroinin satışı ilə məşğul olduğu üçün şübhəli şəxs qismində tutulduğunu, hazırda həmin qadına narkotik vasitə verən, onun narkotik vasitələrin satışı ilə məşğul olan digər tanışının da tutulması üçün əməliyyat-axtarış tədbirinin keçiriləcəyini deyərək ona həmin tədbirdə hal şahidi kimi iştirak etməsini təklif etmişlər, o da razılaşmışdır. Polis əməkdaşları ondan başqa daha bir nəfəri də hal şahidi kimi dəvət etmişlər. Baş X4 binasına daxil olduqdan sonra ona məlum olmuşdur ki, narkotik vasitələrin satışı ilə məşğul olan qadın Bakı şəhəri, Əhmədli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2dır. O, həmin qadını əvvəllər tanımamış, onu ilk dəfə həmin vaxt polis idarəsində görmüşdür. Polis əməkdaşları ona və digər hal şahidinə əməliyyat tədbirinin mahiyyəti barədə məlumat verərək hüquq və vəzifələrini izah etmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olan tanışının, yəni Şövqi adlı şəxsin qanunsuz əməlinin ifşa olunması üçün özü könüllü olaraq polis əməkdaşlarına kömək etmək istəyir. Həmin qadın polis əməkdaşlarına tanışı Şövqinin ona əlavə olaraq narkotik maddə heroin verməli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin gün saat təxminən 09:30 radələrində polis əməkdaşlarının nəzarəti altında özünün mobil nömrəsindən tanışı Şövqi adlı şəxsin mobil nömrəsinə zəng edərək ondan söz verdiyi 20 qram heroin istəmiş, Şövqi adlı şəxs isə telefon danışığı zamanı başqa yerdə olduğundan gələ bilmədiyini, lakin bacısı oğlu Nicat vasitəsi ilə həmin heroini onun evinə göndərəcəyini bildirmişdir. Bundan sonra tədbir planına uyğun olaraq onlar polis əməkdaşları ilə birlikdə Solmazın yaşadığı evin, yəni Bakı şəhəri, Xətai rayonu Köhnə Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsində yerləşən evin yaxınlığına gəlmişlər. Orada polis əməkdaşları özlərinə müşahidə mövqeyi seçmişlər, o və digər hal şahidi də onların yanında dayanmışlar. Həmin gün saat təxminən 11 radələrində qeyd edilən ünvanın yaxınlığına bir nəfər cavan oğlan yaxınlaşdıqda polis əməkdaşları dərhal həmin oğlana yaxınlaşıb onu saxlamışlar. Həmin vaxt polis əməkdaşları onu və digər hal şahidini də həmin yerə yaxınlaşmağa dəvət etmişlər, onlar da yaxınlaşmışlar. Polis əməkdaşları xidməti vəsiqələri göstərməklə özlərini həmin oğlana təqdim etmişlər və ona da özünü təqdim etməsini təklif etmişlər. Həmin oğlan özünü Təqsirləndirilən şəxs3 kimi təqdim etmişdir. Polis əməkdaşları Nicat adlı şəxsə külli miqdarda narkotik vasitə olan heroinin satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər və üzərində qanunsuz hər hansı əşya varsa təqdim etməsini xahiş etmişlər. Nicat üzərində bir ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş və əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb polislərə təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açdıqda içində kəskin iyli, tünd qəhvəyi rəngli, narkotik maddə heroinə oxşar maddə olduğunu görmüşlər. Həmin büküm polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Bundan sonra Nicatın üzərinə də baxış keçirilmiş, lakin başqa qanunsuz əşya aşkar olunmamışdır. Sorğu zamanı Nicat həmin heroini bir neçə dəqiqə əvvəl dayısı Şövqinin ona verərək aparıb Solmaza çatdırmasını xahiş etdiyin bildirmişdir. Polis əməkdaşları Nicatdan Şövqinin yerini soruşduqda o, Şövqinin 3-cü Əhmədli küçəsində olduğunu demişdir. Bundan sonra onlar polis əməkdaşlarının təklifi ilə Köhnə Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsinə getmişlər və polislər orada müşahidə mövqeyi seçmişlər. Bir neçə dəqiqə sonra, təxminən saat 12 radələrində polis əməkdaşları oradakı marketin qarşısında olan orta yaşlı bir kişiyə yaxınlaşıb onu saxlamışlar və hal şahidlərini də həmin yerə yaxınlaşmağa dəvət etmişlər. Polis əməkdaşları özlərini saxlanılan şəxsə təqdim etmişlər, ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu demişdir. O, həmin şəxsi əvvəllər tanımamış, onu ilk dəfə həmin vaxt görmüşdür. Polis əməkdaşları Şövqi adlı şəxsi əməliyyat tədbiri barədə qərarla tanış edərək üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. Şövqi üzərində olan parça torbanın içərisində bir polietilen bükümdə təxminən 100 qram heroin, bir polietilen bükümdə təxminən 40 qram metamfetamin, bir qara polietilen bükümdə təxminən 100 qram narkotik vasitə marixuana və bir ədəd elektron tərəzi olduğunu səmimi şəkildə etiraf etmiş, həmçinin üzərində özünə məxsus iki ədəd mobil telefon və şəxsi pul olduğunu bildirmişdir. Polis əməkdaşlarının təklifinə əsasən Şövqi hər kəsin gözü qarşısında əynində olan qara dəri gödəkçəsinin altından bir parça torbanı, gödəkçəsinin sağ yan cibindən iki ədəd mobil telefonu, göy rəngli idman şalvarının sol yan cibindən isə 21 manat pul çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin parça torba polis əməkdaşları tərəfindən açıldıqdan sonra birlikdə baxış keçirdikdə onun içərisindən bir ədəd şəffaf polietilen bükümdə kəskin iyli, qəhvəyi rəngli maddə, bir ədəd şəffaf polietilen bükümdə ağ kristal halında olan maddə, bir ədəd qara rəngli polietilen bükümdə quru bitki və bir ədəd də elektron tərəzi aşkar olunmuşdur. Polis əməkdaşları həmin maddələr olan bükümləri və elektron tərəzini qablaşdırmış, pulu Şövqinin özünə qaytarmış, mobil telefonları isə götürmüşlər. Şövqinin üzərinə də baxış keçirilmiş, lakin başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşlarının suallarına cavab olaraq Şövqi Solmaz adlı qadını tanıdığını, həqiqətən Solmaza öz bacısı oğlu Nicat vasitəsi ilə 20 qram narkotik vasitə heroin göndərdiyini, heroini Nicata verərək aparıb Solmaza çatdırmasını tapşırdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları saxlanılan şəxsləri və hal şahidlərini Baş X5 dəvət edib gətirmişlər. İdarədə Nicata və Şövqiyə müdafiəçilər təqdim edilmişdir. Sonra polis əməkdaşları tərəfindən protokol yazılaraq onlara ucadan oxunmuş, o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Əməliyyat-axtarış tədbiri zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq, zorakılıq edilməmiş, o, bu kimi halların şahidi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 Şahid5 ifadəsi ilə orxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 2, iş vərəqə 139-143). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş əməliyyat-axtarış tədbirinə dair videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 mütəmadi olaraq Bakı şəhəri Xətai rayonu ərazisində narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlaması, satışı ilə məşğul olması, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, ev 10 A ünvanında qanunsuz saxlaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə saat 23:01-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, ev 10 A ünvanın qarşısında saxlanıldıqdan dərhal sonra həmin ünvanda yerləşən öz fərdi yaşayış evinin həyətyanı sahəsində onun üzərinə baxış keçirilərkən onun əynindəki boz rəngli gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi və tanışı “Şövqi” adlı şəxsdən əldə etməsini bildirdiyi bir ədəd ağ rəngli plastmas qabın içərisindəki bir ədəd şəffaf polietilen bükümdə olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 19-22). Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2019-cu il tarixli digər protokoldan görünür ki, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq “Şövqi” adlı şəxsin qanunsuz əməllərinin ifşa olunması istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 əməkdaşlarının Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxxx 2019-cu il tarixdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 əlavə olaraq vəd etdiyi narkotik vasitə heroini ona çatdırılması üçün vasitəsi ilə göndərdiyi Təqsirləndirilən şəxs3 xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, ev 10 A ünvanının yaxınlığında saxlanılmış və üzərinə baxış keçirildikdə Təqsirləndirilən şəxs3 əynindəki mavi rəngli idman gödəkcəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Eləcə də, bundan sonra həmin idarənin əməkdaşları tərəfindən davam etdirilmiş əməliyyat-axtarış təlbirləri zamanı Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 12:00-da Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsində yerləşən “Çinar” marketin qarşısında saxlanılıb üzərinə baxış keçirildikdə onun əynindəki qara rəngli dəri gödəkçəsinin altında gizlətdiyi və polis əməkdaşlarının təklifinə əsasən çıxarıb təqdim etdiyi üzərində “Sultan” sözləri yazılmış bir ədəd parça torbanın içərisindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, həmçinin bir ədəd elektron tərəzi aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 60-63). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər. Həmin üzləşmə zamanı Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılarkən özündən aşkar edilmiş narkotik vasitə heroinin ona Şövqi tərəfindən verildiyini təsdiq etmişdir (cild 1, iş vərəqə 188-194). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 28749 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş…” əl yazıları, imzalar və AR DİN “Zərflər üçün №7” möhür əksi olan zərfdəki 01 ədəd ağ rəngli plastmas qaba yerləşdirilmiş 01 ədəd bükümdə təmiz çəkisi 13,141 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 13,091 qram təşkil etmişdir (cild 1, iş vərəqə 34-37). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 28900/01 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş …” sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükülüdə təmiz çəkisi 21,699 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən …” sözlər və imzalar olan bir ədəd zərfdəki torbanın içərisindəki 01 ədəd bükülüdə təmiz çəkisi 107,806 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükülüdə təmiz çəkisi 39,855 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir, 01 ədəd bükülüdə təmiz çəkisi 101,501 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş iki ədəd zərfdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Bir ədəd üzərində izlər olan elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş zərflərdəki heroinlərlə müqayisəli tədqiqat aparmaq (eynilik) mümkün deyildir. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına (siyahı İ) daxildir. Həmin ekspert rəyinə əsasən 21,699 qram təmiz çəkidə heroinin 0,05 qramı tədqiqata sərf edildikdən sonra 21,649 qram çəkidə heroin, 107,806 qram təmiz çəkidə heroinin 0,05 qramı tədqiqata sərf edildikdən sonra 107,756 qram çəkidə heroin, 39,855 qram təmiz çəkidə metamfetaminin 0,05 qramı tədqiqata sərf edildikdən sonra 39,805 qram çəkidə metamfetamin, 101,501 qram çəkidə qurudulmuş marixuananın 0,02 qramı tədqiqata sərf edildikdən sonra 101,481 qram çəkidə qurudulmuş marixuana qalmışdır (cild 1, iş vərəqə 87-92). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 28998 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2...”, “...Təqsirləndirilən şəxs3...” və “...Təqsirləndirilən şəxs1...” sözləri və imzalar olan 3 ədəd zərfdəki ümumi sayı 3 (üç) ədəd bükümlərdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Həmin ekspert rəyinə əsasən 13,091 qram çəkidə heroinin 0,05 qramı tədqiqata sərf edildikdən sonra 13,041 qram çəkidə heroin, 21,649 qram çəkidə heroinin 0,05 qramı tədqiqata sərf edildikdən sonra 21,599 qram çəkidə heroin, 107,756 qram çəkidə heroinin 0,05 qramı tədqiqata sərf edildikdən sonra 107,706 qram heroin qalmışdır (cild 1, iş vərəqə 120-123). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1158 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur (cild 2, iş vərəqə 75-76). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1169 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur (cild 2, iş vərəqə 77-78). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1232 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 79-80). “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2020-ci il tarixli BKC/LGL- 10971/20 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı telefon danışıqlarının qeydə alındığı, SMS mübadiləsinin qeydə alınmadığı, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı telefon danışıqlarının qeydə alındığı, SMS mübadiləsinin qeydə alınmadığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə xx.xx.2018-ci il tarixdə saat 17:25-də “Qaqaw gelirem 10m da tap qoy cibive gelib 4 baw verecem sene 1 bawi 7 neferliyden cekeceysen got olacaqsan atomdu 10 m qoy cibive gelem 4 baw verecem sene” məzmunlu, istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə xx.xx.2018-ci il tarixdə saat 17:51-də “Qaqaw 10 m da tap qiy cibive hemen 7 nefere dudiyim neweden duzub qowmusam 3 baw onnan verecem dobru birinde cekeciy men catana kimi tap 10m gor nece sevindirecem seni danq dunq du ged gel sohbeti yoxdu 3 baw verecem birinde qoyaciq” məzmunlu, həmin tarixdə saat 17:56-da qeyd edilən nömrəyə “Ala sen hazir ele men gelene kimi 10 goturub sennen dediyimide yerinde verecem. Ged bunun birini lap 8 nefere yoxla pis olsa ureyin isdiyennen artiqi da olmasa verdiyin pulu qaytarmiyani ozun soyuw soyersen bu temaya basimnan atvicatam” məzmunlu, xx.xx.2018-ci il tarixdə saat 19:13-də istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə “Anar menem Nicat cvb verersen tele metide bir saatdi ehmedlide di. Gelib getitibde ama biyad bidene qardasivin iwini awirtmadun olurdum 10 M var gelim nagd ver hec olmasa” məzmunlu, xx.xx.2018-ci il tarixdə saat 22:49-da istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə “Qaqaw var bisey goruwmey isdiyirdim 10azn. Bidene cvb denen bilim daniwa bilmirsense” məzmunlu, xx.xx.2018-ci il tarixdə saat 01:40-da istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə “Danq dunq varsa verim 12m ged gele halim yoxdu olurem olmuyacaq vuracam wuweni neyniyim day hecne ayqa” məzmunlu, xx.xx.2018-ci il tarixdə saat 01:51-də istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə “Yaxsi emim oglu .yatmiram gozduyurem. Daha dogrusu qardasima gore isdiyirdim ki o da zirlansin. Ele bilir mala vermiwem pulu. Qaqa gozduyurem 1 saat da. Ama day men sene yigmiyim ozun bir azdan yigarsan ki gel flan yerden gotur weyi. icmiwem draznit olmuwam bekliyirem 1 saat da qaqa yigarsan.opuldun” məzmunlu, xx.xx.2018-ci il tarixdə saat 06:12-də istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə “Vasif o nedi ala gece …… bawi boyda qoymusan elivi mala batirib yaxmisan kagiza men beyem turalin 10 lugu bilmirem ne boyda olur. o qeder gozdedmey unnaz deyil hele usdeliy dirnag boyda cet verirsen. sen mennen bele daniwmamiwdun dedin 10luq cet verecem narmalni. ama …… bawi boyda mal qoymusan” məzmunlu, xx.xx.2018-ci il tarixdə saat 01:43-də istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə “Qaqaw menem Nicat gor ne deyirem verirsen mene bir baw.? Sendeki usdumdedi” məzmunlu, xx.xx.2018-ci il tarixdə saat 10:00-da istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə “emi oglu sen bir cet pati al men de 10luq men de 2 dene 10luq atim koko menem Nicat” məzmunlu, xx.xx.2019-cu il tarixdə saat 14:41-də istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə “san hem de patiynan bir eliyey ama senin hereketive bax menin pulumu qaytarirsan ki buna deyim duzeldsin ele baxadan goturerdunde. Neiseye qaqaw” məzmunlu, həmin tarixdə saat 15:02-də qeyd edilən nömrəyə “Qaqaw yeke oglansan ala bir soz denende gotur osduraq alinmir denen alinmirda men patinin ewkine gotururem ki eliyey bir cvb ver he yox de bilimde yagsda qaldm” məzmunlu, xx.xx.2019-cu il tarixdə saat 22:07-də istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə “Cindirliq eleme de men de cekmey isdiyirem malin usdunnen ki day vurmuyum da saxliyim sabaha birinde efqana verecem 2 denedi. Sen isdemirsen cekmey qirib saxliyarsan oz payivi sabah cekersen 2 defeye elnur dobru verir bir basi yarsini 2 defeye ceke bilersen polnu qirib saxliyarsan oz payivi sabah cekersen. Sen mamanin cani mezelenme qalxiram coreyi verim gedim tez goturum gelim sorada eve gedecem” məzmunlu, xx.xx.2019-cu il tarixdə saat 15:00-da istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə “Ala manam Nicatdi cavab ver telfona .emanet varaa 2nende patida koko da. Ozu de dobru cetder. Heresinnen 4 dene qalib. isdiyirsense biraz celd ol qalmiyacaq yoxsa, Ala yarim saatdan sonra mene zeng catmayacaq aa. fursetdi senincun pul lazimdi mene vajni. bomba kimi cetder vurmuwam lazimdisa babekdeyem” məzmunlu, xx.xx.2019cu il tarixdə saat 19:36-da istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə “Qaqqw zeng eleme aaca bilmirem yanimdadi wovgi turalgilin mehlesinde ol 10 deq pilekenlerin yaninda olacam 2 dene de 10luq hazir et pati” məzmunlu, xx.xx.2019-cu il tarixdə saat 23:22-də istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrəyə “Qardasim seni de draznit eledim sahib goturub geldi allaha and olsun ama mene demiwdi gelim 5 verecem goturub gedersen ozuncun cekersen. ama bele oldu 7 m 2 de gucnen sahibden aldim tezden.7 var neyniye bilerem senincun Temennasiz” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı, ***-***-**-** mobil nömrədən yuxarıda qeyd edilən, istifadəçiləri istintaqa məlum olmayan mobil nömrələrə narkotik vasitələrin və psixotrop maddələrin marixuana, heroin, tiryək, metamfetamin və digər növlərinə “baş”, “nəşə”, “danq dunq”, “şüşə”, “mal”, “şey”, “çet”, “pati”, “koko” adı altında işarə edilməklə göstərilən məzmunda SMS mətnlərinin göndərilməsinin Təqsirləndirilən şəxs3 ötən dövr ərzində narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması, qəbul edilməsi, daşınması, göndərilməsi və satılması fəaliyyəti ilə məşğul olduğuna dəlalət etdiyi müəyyən edilmişdir (cild 2, iş vərəqə 104-126). “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2020-ci il tarixli AZF/LGL- 7364/20 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2019-cu il tarixdə saat 20:15-dən etibarən 21 saniyə, xx.xx.2019-cu il tarixdə saat 22:45-dən etibarən 27 saniyə, xx.xx.2019-cu il tarixdə saat 20:14-dən etibarən 39 saniyə, xx.xx.2019-cu il tarixdə saat 22:37-dən etibarən 2 saniyə, xx.xx.2019-cu il tarixdə saat 19:04-dən etibarən 10 saniyə, xx.xx.2019-cu il tarixdə saat 21:11-dən etibarən 26 saniyə, xx.xx.2019-cu il tarixdə saat 21:37-dən etibarən 34 saniyə, xx.xx.2019-cu il tarixdə saat 13:51-dən etibarən 69 saniyə, xx.xx.2019-cu il tarixdə saat 12:22-dən etibarən 27 saniyə, xx.xx.2019-cu il tarixdə saat 15:46-dən etibarən 7 saniyə, xx.xx.2019-cu il tarixdə saat 18:00-dan etibarən 13 saniyə, xx.xx.2019-cu il tarixdə saat 17:57-dən etibarən 15 saniyə, xx.xx.2019-cu il tarixdə saat 23:02-dən etibarən 61 saniyə, xx.xx.2019-cu il tarixdə saat 06:45-dən etibarən 54 saniyə və sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat 07:48-dən etibarən 32 saniyə ərzində telefon danışıqlarının aparılması faktlarının qeydə alındığı, SMS mübadiləsinin qeydə alınmadığı, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2019-cu il tarixdə saat 21:15-dən etibarən xx.xx.2019-cu il tarixdə saat 20:34-dək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı telefon danışıqlarının aparılması faktlarının qeydə alındığı, SMS mübadiləsinin qeydə alınmadığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2018-ci il tarixdə saat 17:52-dən etibarən sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat 18:05-də olmaqla həmin dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı telefon danışıqlarının aparılması faktlarının qeydə alındığı, SMS mübadiləsinin qeydə alınmadığı, ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2019-cu il tarixdə saat 20:15-dən etibarən 20 saniyə, xx.xx.2019-cu il tarixdə saat 22:45-dən etibarən 27 saniyə, xx.xx.2019-cu il tarixdə saat 20:14-dən etibarən 39 saniyə, xx.xx.2019-cu il tarixdə saat 22:37-dən etibarən 2 saniyə, xx.xx.2019cu il tarixdə saat 19:04-dən etibarən 10 saniyə, xx.xx.2019-cu il tarixdə saat 21:11-dən etibarən 26 saniyə, xx.xx.2019-cu il tarixdə saat 21:37-dən etibarən 34 saniyə, xx.xx.2019cu il tarixdə saat 13:51-dən etibarən 69 saniyə, xx.xx.2019-cu il tarixdə saat 12:22-dən etibarən 27 saniyə, xx.xx.2019-cu il tarixdə saat 15:46-dən etibarən 7 saniyə, xx.xx.2019cu il tarixdə saat 18:00-dan etibarən 13 saniyə, xx.xx.2019-cu il tarixdə saat 17:57-dən etibarən 15 saniyə, xx.xx.2019-cu il tarixdə saat 23:02-dən etibarən 61 saniyə, xx.xx.2019cu il tarixdə saat 06:45-dən etibarən 54 saniyə və sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat 07:48-dən etibarən 32 saniyə müddət ərzində telefon danışıqlarının aparılması faktlarının qeydə alındığı, SMS mübadiləsinin qeydə alınmadığı, ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2019-cu il tarixdə saat 11:34-dən etibarən 202 saniyə, xx.xx.2019-cu il tarixdə saat 17:22-dən etibarən 190 saniyə, xx.xx.2019-cu il tarixdə saat 19:38-dən etibarən 20 saniyə, xx.xx.2019-cu il tarixdə saat 19:28-dən etibarən 62 saniyə, xx.xx.2019-cu il tarixdə saat 21:17-dən etibarən 33 saniyə, xx.xx.2019-cu il tarixdə saat 12:15-dən etibarən 1 saniyə ərzində telefon danışıqlarının aparılması faktlarının qeydə alındığı, SMS mübadiləsinin qeydə alınmadığı, ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2019-cu il tarixdə saat 21:15-dən etibarən xx.xx.2019-cu il tarixdə saat 20:34-dək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı telefon danışıqlarının aparılması faktlarının qeydə alındığı, SMS mübadiləsinin qeydə alınmadığı müəyyən edilmişdir. Eləcə də, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrədən xx.xx.2019-cu il tarixdə saat 11:46-da “Dayi salam necesen dunen dimey isdiyirdim uzum gelmedi. sehere kimi yata bilmemiwem agridan. qurban olaram sene umudum senedi bawka kime disem atkaz edecey pulum yoxdusa. dayi eger varsa palciqdan bir tike mene vezyetden cixmaga vere bilersen bawuva donum, heyetde de ne iw varsa zibil atmaq, padval tortokuntudusü, temizliyerem hamisin senincun, uzume uz bagliyib diyirem dayi sene, eger imkan varsa” məzmunlu, həmin mobil nömrədən xx.xx.2019-cu il tarixdə saat 15:18-də “Dayi sene qurban olum vezyetim pisdi olurem imkan varsa axmede denen 1 dene cet versin mene nisye cixim vezyetden and olsun allaha axsam catdiracam sildim smsi” məzmunlu, istifadəçisi məlum olmayan ***-***-**-** mobil nömrədən xx.xx.2019-cu il tarixdə saat 21:26-da “Dayi didim telesirsen geden yerin varsa hec gozdemede meni sora hirslenirsen ki geden yerim var seni gozduyurem. Direm vererdin 3qr rewada. 30m borcumu birde didiyimin pulunu hamisini 1 yerde verib goturub gederdim” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** mobil nömrəyə yuxarıda qeyd edilən mobil nömrələrdən daxil olmuş SMS mətnlərinin məzmunlarının, həmin mətnlərdə narkotik vasitələrin heroin növünə “palçıq” adı altında işarə edilməklə şərti adlarla “çet”, “qram”, “vəziyyətdən çıxma” kimi ifadələrin işlədilməsinin SMS mətnlərini göndərmiş naməlum şəxs tərəfindən pul müqabilində qanunsuz olaraq narkotik vasitə əldə edilmə istəyi ilə bağlı Təqsirləndirilən şəxs1 müraciət olunduğuna dəlalət etdiyi müəyyən edilmişdir (cild 2, iş vərəqə 157-190). Daxili İşlər Nazirliyinin Baş X4 əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən Təqsirləndirilən şəxs1 götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Huawei” markalı, ***-***-**-** mobil nömrəli mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış zamanı ***-***-**-** mobil nömrəli həmin mobil telefon aparatının yaddaşındakı zənglər bölməsində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 06:19-da, saat 06:20-də, saat 06:21-də, saat 06:22-də, saat 06:23-də, saat 06:44-də, saat 08:55-də zənglər edilməsi faktının, həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən xx.xx.2019-cu il tarixdə saat 09:24-də zəng daxil olmaqla danışıq aparılması faktının qeydə alındığı müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı “Huawei” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +**********03 mobil nömrə istifadəçisinin “Murtuz İran” adı altında qeydə alındığı və xx.xx.2019-cu il tarixdə +**********03 mobil nömrənin istifadəçisinə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 tərəfindən “Murtaza, salam aleykum qardaş, nə var, nə yox, necəsən?, qardaş dünən sənə səs atdım, cavab verməmisən, girmisən bura, neynirsən? məndə bir az şeydi e, bu gün axşama yəqin ki bir az lazım olacaq, qurtarıb, uje lap az qalıb, hə, bir az da pul toplamışam, elə axırıncı kərəm necə elədik, elə eləmək olar? İmkan olsa “şüşə” ni yüz dənə eliyərsən, ola bilsin min manat, iki min manat çatmasın, həmişəki kimi də, sonra göndərəcəm, ya da ki elə çalışacam hamısını çatdırım, yarım elə, yarım” məzmunlu səs mesajının göndərilməsi faktının qeydə alındığı, həmin mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətinin mobil operatoruna məxsus +**********38 mobil nömrə istifadəçisinin “Murtuz İran” adı altında qeydə alındığı, İran İslam Respublikasının mobil operatoruna aid +**********51 mobil nömrə istifadəçisinin “Murtuz 3” adı altında qeydə alındığı və xx.xx.2019-cu il tarixdə +**********51 mobil nömrənin istifadəçisinə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 tərəfindən “Hə qardaş, salam aleykum, necəsən?, nə var, nə yox?, o biri nömrəvə səs atmışam, girmirsən də, bunları atıram ki, girən kimi cavab verərsən də, o biri nömrə İran yazılıb məndə, İran nömrəsi idi, ona bir qulaq as mənə cavab ver qaqaş, görək neynirik” məzmunlu səs mesajının göndərilməsi faktının qeydə alındığı, eləcə də “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətinin mobil operatoruna məxsus +**********90 mobil nömrə istifadəçisinin “Murtaza” adı altında qeydə alındığı və xx.xx.2019-cu il tarixdə +**********90 mobil nömrənin istifadəçisinə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 tərəfindən “Salam aleykum qardaş, bir çıx sivyaza mənə də, o biri nömrəvə səs atmışam, bir cavab ver” məzmunlu səs mesajının göndərilməsi faktının qeydə alındığı müəyyən edilmişdir (cild 2, iş vərəqə 127-133). İstintaq zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Avtomatlaşdırılmış məlumat-axtarış sistemində qeydə alınmış sərhədkeçməsinə dair məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının dövlət sərhədindən Biləsuvar sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində xx.xx.2015-ci il tarixdə saat 11:02-də çıxışına və xx.xx.2015-ci il tarixdə saat 14:43-də əks istiqamətdə girişinə, xx.xx.2015-ci il tarixdə saat 10:08-də İran İslam Respublikası istiqamətində çıxışına və xx.xx.2015-ci il tarixdə saat 15:39-da əks istiqamətdə girişinə, xx.xx.2017-ci il tarixdə saat 16:17-də İran İslam Respublikası istiqamətində çıxışına və xx.xx.2017-ci il tarixdə saat 14:07-də əks istiqamətdə girişinə, xx.xx.2018-ci il tarixdə saat 15:37-də İran İslam Respublikası istiqamətində çıxışına və xx.xx.2018-ci il tarixdə saat 11:37-də əks istiqamətdə girişinə, sonuncu dəfə isə xx.xx.2018-ci il tarixdə saat 13:26-da İran İslam Respublikası istiqamətində çıxışına və xx.xx.2018-ci il tarixdə saat 18:54-də əks istiqamətdə girişinə dair məlumatların, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının dövlət sərhədindən müxtəlif sərhəd nəzarət məntəqələrindən yalnız Rusiya Federasiyası istiqamətində xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə müxtəlif tarixlərdə və vaxtlarda girişinə və çıxışına dair məlumatların, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat 10:27-də Samur sərhəd nəzarət məntəqəsindən Rusiya Federasiyasından əks istiqamətdə girişinə dair məlumatın qeydə alındığı, Azərbaycan Respublikasının dövlət sərhədindən İran İslam Respublikası istiqamətində, yaxud əks istiqamətdə girişinə və çıxışına dair məlumatların qeydə alınmadığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının dövlət sərhədindən hər hansı istiqamətində, yaxud əks istiqamətdə girişinə və çıxışına dair məlumatların qeydə alınmadığı müəyyən edilmişdir (cild 2, iş vərəqə 152-155). Yaşayış yerləri üzrə verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunurlar (cild 2, iş vərəqə 245-247). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatlardan görünür ki: - Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 331-332) - Təqsirləndirilən şəxs1 Xətai rayon Xalq Məhkəməsinin xx xxxxx 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 3 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum olunmuşdur (cild 1, iş vərəqə 329-330; cild 2, iş vərəqə 2-5). - Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.3, 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzası 2 il 6 ay sınaq müddəti ilə şərti hesab olunmuşdur (cild 1, iş vərəqə 333-334, 361-369). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluqları ödənilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülərək göstərilmişdir ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmişlər. Lakin məhkəmə istintaqı aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmələri, belə bir əməlin törədilməsində iştirakları və belə iştiraka yönəlmiş hər hansı qəsdləri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən qeyd olunan hərəkətlərdən hər hansı birinin törədilməsi, yəni qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etmə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etmə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratma, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etmə və sair bu kimi hərəkətlər müəyyən olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 verilmiş əməliyyat tapşırığına verilmiş xx.xx.2020-ci il tarixli 008-3330-1220 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddəni əlbəəl təqdim etmiş şəxsin şəxsiyyətini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadıqları və qeydiyyatda olduqları ərazilərdə yaşayan, eləcə də münasibət saxladıqları yaxın ətraflarının, tanışlarının, dostlarının, həmçinin əvvəllər məhkum olunmuş və hazırda azadlıqda olan şəxslərin dairəsini, Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddəni ifadəsində göstərdiyi kimi həqiqətən də İran İslam Respublikasının vətəndaşı “Murtuz” adlı şəxsdən onun naməlum yaxın adamı vasitəsi ilə, yaxud digər şəxslərdən əldə etməsini, “Murtuz” adlı şəxsin şəxsiyyətini, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1lə birgə, yaxud müstəqil şəkildə İran İslam Respublikasının vətəndaşı “Murtuz” adlı şəxslə, yaxud qeyriləri ilə narkotik vasitələri və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə birgə qanunsuz ticarət dövriyyəsində əlaqələrinin mövcud olub-olmamasını müəyyən etmək məqsədi ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmamışdır. Verilən tapşırıqla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə bildiriləcəkdir (cild 2, iş vərəqə 137). Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. X1rşı işində X13 Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X13 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X15rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin xaric edilməsini qanuni və əsaslı hesab edir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi xaric edilməli, onlar məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətmələri təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd olunan maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.2.1-ci, 52.2.3-cü və 52.2.4-cü maddələrinə əsaslanmaqla bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin olunmamalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilərək səmimi peşman olmalarını, yaşayış yeri üzrə müsbət xasiyyətlənmələrini, məhkumluqlarının olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarına əlavə edilmiş tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx xxxxxx 2019-cui il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, lakin Təqsirləndirilən şəxs2 azadlığı faktiki xx xxxxxx 2019-cu il tarixdən, saat 23:01-dən məhdudlaşdırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 23-24, 64-65, 71-72, 148-150, 208-210, 211- 213) Göstərilənlərə əsasən, həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzasının çəkilməsi müddətinin başlanğıcı isə xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.5-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkiləri 13,041 qram, 21,599 qram və 107,706 qram təşkil edən heroin, qalıq çəkisi 39,805 qram təşkil edən metamfetamin, qalıq çəkisi 101,481 qram təşkil edən marixuana və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Huawei” markalı mobil telefon aparatı üzərindəki ***-***-**-** saylı mobil nömrə ilə birlikdə onun ailə üzvlərinə qaytarılmalı, xx xxxxxx 2019cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirinə dair videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertizalar üzrə məhkəmə məsrəfi 239 manat 90 qəpik təşkil etmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 139 manat 90 qəpik, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 50 manat olmaqla - cəmi 239 manat 90 qəpik məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X10 tərəfindən həyata keçirilmişdir. Bundan başqa, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 tərəfindən, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 göstərilmiş 90 iş saatı həcmində hüquqi yardımla bağlı X8 vəkil işlədiyi Bakı şəhəri 6 saylı vəkil bürosunun hesabına 540 manat, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs3 göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 330 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 330 manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkiləri 13,041 qram, 21,599 qram və 107,706 qram təşkil edən heroin, qalıq çəkisi 39,805 qram təşkil edən metamfetamin, qalıq çəkisi 101,481 qram təşkil edən marixuana və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Huawei” markalı mobil telefon aparatı üzərindəki ***-***-**-** saylı mobil nömrə ilə birlikdə onun ailə üzvlərinə qaytarılsın; - xx xxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirinə dair videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 139 (bir yüz otuz doqquz) manat 90 (doxsan) qəpik, Təqsirləndirilən şəxs2 50 (əlli) manat və Təqsirləndirilən şəxs3 50 (əlli) manat olmaqla cəmi 239 (iki yüz otuz doqquz) manat 90 (doxsan) qəpik məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına vəkil X14 üçün 540 (beş yüz qırx) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına vəkil Müdafiəçi3 üçün 330 (üç yüz otuz) manat, vəkil Müdafiəçi1 üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-279/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-279/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver