Məhkəmə qərarları › İş №1(101)-279/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-279/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-279/2023 30.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1984-cü il yanvarın 28-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Dədə ləqəbli şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Dədə ləqəbli şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Dədə adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən külli miqdarda 3.965,089 qram olan narkotik vasitə heroini, külli miqdarda, ümumi təmiz çəkisi 6.020,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil edilən ümumi təsiredici miqdarı 18,4 qram olan 460 ədəd narkotik vasitə metadon tərkibli həbləri və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən 905 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə edib satışını həyata keçirmək məqsədi ilə göstərilən çəkidə narkotik vasitə heroinin 50,089 qramını bir ədəd sellofan bükümdə, narkotik vasitə qurudulmuş marixuananın isə 50,0 qramını bir ədəd sellofan bükümdə qablaşdırmaqla üzərində, narkotik vasitə heroinin qalan 3.915 qramını 970 qram, 1.000 qram, 970 qram və 975 qram çəkidə olan hissələrə bölərək dörd ədəd bükümdə, narkotik vasitə qurudulmuş marixuananın qalan 5.970 qramını 1.095 qram, 1.300 qram, 1.325 qram, 1.210 qram və 1.040 qram çəkidə olan hissələrə bölüb beş ədəd bükümdə, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini bir ədəd bükümdə qablaşdırıb eləcə də «Methadone 40» markalanma göstəricisi olan konvalyutda, ümumilikdə 460 ədəd, ümumi təsiredici miqdarı 18,4 qram olan üzərlərində «F/M40» yazısı həkk olunmuş narkotik vasitə metadon tərkibli həbləri yaşadığı ünvan 3 ünvanındakı 1980 nömrəli mənzilə daşımaqla orada saxlamış, daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2022-ci il iyunun 29-da keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:25-də ünvan 3 ünvanının yaxınlığında saxlanmaqla ünvan 4nvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılaraq üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 50,089 qram çəkidə narkotik vasitə olan heroin əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, 50,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əynindəki cins şalvarın arxa sol cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2022ci il iyunun 29-da saat 18:00-da Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşadığı 1980 nömrəli mənzilə özünün iştirakı ilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 3.915 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 970 qram, 1.000 qram, 970 qram və 975 qram olmaqla dörd ədəd sellofan bükümdə, külli miqdarda 5.970 çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrıayrılıqda 1.095 qram, 1.300 qram, 1.325 qram, 1.210 qram və 1.040 qram olmaqla beş sellofan bükümdə, külli miqdarda 905 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə, ümumi təsiredici miqdarı 18,4 qram, «F/M40» yazısı həkk olunmuş 460 ədəd üzərində «Methadone 40» markalanma göstəricisi konvalyutda narkotik vasitə metadon tərkibli həblər mənzilin yataq otağındakı çarpayının alt hissəsindən aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismind dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, heç vaxt satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı ilə məşğul olmamışdır. Belə ki, o, həmin maddələri sadəcə öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, 2022-ci il iyunun 29-da saat 12-13 radələrində ünvan 3 ünvanında yaşadığı 1980 nömrəli mənzildə yatan zaman qəfil oyanaraq otaqda mülki geyimli adamlar olduğunu görmüşdür, bir neçə şəxs onu və qeyri-rəsmi arvadı Şahid4 Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmaqla digərləri evdə qalmışlar. İdarədə polis işçiləri ona arvadını da cinayət məsuliyyətinə cəlb edib mənəvi təsir göstərdiklərindən şəxsi axtarış aparılan vaxt onun üzərindən qanunsuz heç bir predmet aşkarlanmasa da videogörüntüdə polislər tərəfindən şalvarının ciblərinə qoyulan narkotik vasitələr heroinin və qurudulmuş marixuananın özünə məxsus olaraq göstərilən kütlələri Dədə ləqəbli İran İslam Respublikasının vətəndaşından sonuncunun dediyi yerlərə qoymaqdan ötrü əldə etdiyini, qalanını isə yaşadığı mənzildə saxladığını bildirməklə sənədlərə qol çəkmişdir. Daha sonra onlar qeyd olunan ünvana qayıtdıqda qapını tanımadığı polis əməkdaşlarından biri açmış və o, evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Yaşadığı ünvanda, eləcə də ittihamda göstərildiyi kimi yataq otağındakı çarpayının altında narkotik vasitələr və ya qanunla qadağan edilən başqa əşya olmamışdır. Videoçəkilişlə mənzilə də axtarış keçirilən vaxt o, məcbur olub polislər tərəfindən əvvəlcədən qoyulan yataq otağındakı çarpayının alt hissəsindən narkotiklərlə dolu sellofan bükümləri çıxararaq sonunculara təqdim etmişdir. İttiham olunduğu predmetlər ona məxsus deyildir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il iyunun 29-da Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Yasamal rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 15:25-də onlar ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar şəxsin piyada hərəkət etdiyini görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş, göstərilən şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirdikdən sonra sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhələnildiyini nəzərinə çatdıraraq saxladıqları şəxsi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu könüllü şəkildə əynində olan şalvarın ciblərindən çıxarıb təqdim etməklə iki ədəd bükümdəki narkotik vasitələr heroini və qurudulmuş marixuananı İran İslam Respublikası vətəndaşı Dədə ləqəbli şəxsin vasitəsi ilə Bakı şəhəri Binəqədi rayonunun ərazisindən deyiləcək yerlərə çatdırmaq məqsədi ilə tutulmamışdan bir gün əvvəl əldə etdiyini, bunun müqabilində sonuncudan pul alacağını, yaşadığı mənzildə də narkotik vasitələr saxladığını bildirmişdir. Şəxsi axtarış vaxtı Təqsirləndirilən şəxs üzərindən bir ədəd mobil telefon, 20 manat və bir ədəd açar aşkar edildikdə pulla açar sonuncuya qaytarılmış, bükümlər və mobil telefon isə qablaşdırılıb götürülmüşdür, zərfin üzərini iştirakçılar imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs razılığı əsasında sonuncunun yaşadığı mənzilə videoçəkilişlə müdafiəçinin iştirakı ilə keçirilən baxışda Təqsirləndirilən şəxs arvadı X10 (Paşayeva) da iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzilin yataq otağındakı çarpayının alt hissəsindən könüllü surətdə on ədəd bükümü, 460 ədəd «Metadon» həbini və iki ədəd elektron tərəzini çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitələr heroini və qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini tutulmamışdan bir gün qabaq Dədə ləqəbli İran İslam Respublikası vətəndaşından sonuncunun tapşıracağı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, aşkar edilən kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu bildirmişdir. Bükümlər qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüş, tərtib olunan protokolların doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər, protokola heç bir əlavə və qeyd daxil olmamışdır. Baxışda iştirak edən X10 (Paşayeva) evdə psixotrop maddələrin və narkotik vasitələrin olmasından məlumatsız olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləmiş Şahid2 və polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləmiş Şahid3 Şahid1 ilə analoji ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi birlikdə yaşamışdır. Sonuncunun narkotik vasitə istifadə etməsini əvvəllər bilməmiş, bir müddət sonra şübhələnib Üzeyirdən bu barədə soruşanda sonuncu etiraf etmişdir. Üzeyir heç bir zaman evdə və ya onun yanında narkotik vasitə istifadə etməmişdir. Üzeyir tutulmamışdan 2-3 gün qabaq o, uşaqları ilə birlikdə Lökbatan qəsəbəsində yaşayan anasıgilə getmiş, 2022-ci il iyunun 29-da Üzeyir ilə birgə evə qayıtmışdır. Həmin gün axşam saatlarında Üzeyir evdə yatarkən qapı döyülmüş və o, qapını açanda bir neçə nəfər şəxs onu itələyib içəri daxil olmuşdur. Sonuncular onu və Üzeyiri Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqdan sonra ona mənəvi təsir göstərmiş və tutulmaq istəmirsə, polislərin dediklərini bildirməyi söyləmişlər. Daha sonra birlikdə evə qayıtmışlar və evə daxil olduqda o, mənzilin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Orada ona videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə evdə baxış keçiriləcəyini bildirmişlər və o da baxışda iştirak etmişdir. Lakin o, digər otaqda olduğundan polis əməkdaşlarının evin harasına baxdıqlarını görməmiş, danışılanları eşitməmiş və mənzildən nə aşkarlandığını bilməmişdir. O, qonşu otaqda olduğundan çarpayının altından guya narkotik aşkar olunanda görməmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan əməli etiraf edib tutulmamışdan bir həftə qabaq «İnstagram» sosial şəbəkəsində tanış olduğu Dədə ləqəbli İran İslam Respublikasının vətəndaşından bir-iki dəfə öz şəxsi istifadəsi üçün narkotik vasitə aldığını, söhbət zamanı sonuncunun göndərəcəyi narkotik vasitələri və psixotrop maddələri dediyi ünvana çatdırmaq lazım olduğunu və buna görə pul vermək təklifini qəbul etdiyini, 2022-ci il iyunun 28-də gecə saatlarında həmin şəxsin ona bildirdiyi Bakı şəhəri Binəqədi rayonunun ərazisindən içərisində narkotik vasitələr və psixotrop maddələr olan bağlamaları götürüb yaşadığı evə daşıdığını, narkotik vasitələr qurudulmuş marixuananın və heroinin hərəsindən bir büküm götürüb üzərində saxlamaqla qalanlarını mənzildəki çarpayının alt hissəsində gizlətdiyini, 2022-ci il iyunun 29-da saat 17-18 radələrində yaşadığı evin yaxınlığında küçədə olduğu zaman özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən bir neçə mülki geyimli şəxsin ona yaxınlaşıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu idarəyə dəvət etdiklərini, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd açarı və 20 manat pulu, sağ yan cibindən bir bükümdə heroini və arxa sol cibindən bir ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək həmin narkotikləri necə əldə etdiyini izah etdiyini və yaşadığı mənzildə də qeyd olunan maddələri saxladığını söylədiyini, açar və 20 manat pul ona qaytarılmaqla mobil telefonun götürüldüyünü, bükümlərin zərfə qablaşdırılmaqla möhürlənib üzərinin iştirakçılar tərəfindən imzalandığını, daha sonra onun razılığı ilə yaşadığı ünvana videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirildikdə birlikdə yaşadığı X6 iştirak etdiyini, onun yataq otağındakı çarpayının alt hissəsindən 10 ədəd bükümü, 460 ədəd metadon həbini və iki ədəd elektron tərəzini çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitələr qurudulmuş marixuananı və heroini, psixotrop maddə metamfetamini tutulmamışdan bir gün əvvəl Dədə ləqəbli İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə Bakı şəhəri Binəqədi rayonunun ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində ona narkotik vasitə və pul veriləcəyini bildirdiyini, üzərirində olan narkotik vasitələri isə öz istifadəsi üçün ayırıb götürdüyünü, lakin satışı ilə məşğul olmadığını, heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını, tərtib olunan protokolların düzgünlüyünün iştirakçıların imzaları ilə təsdiq edildiyini bildirmiş, 2022-ci il avqustun 24-də təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə ttihamda özünü təqsirli bilməsə də eyni ifadə vermiş, X6 evdə gizlətdiyi narkotik vasitələrdən və psixotrop maddələrdən xəbərsiz olduğunu bildirdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 39-40, 68-73, 88-93 və 200-204). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilən Şahid4 ibtidai istintaqda şahid qismində dindirilərkən evdə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs evdə narkotik vasitələr olduğunu etiraf edib yataq otağındakı çarpayının alt hissəsindən bir böyük polietilen torbanı, həbləri və iki ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etdiyini, bükümlərdə narkotik vasitə heroin və qurudulmuş marixuana, psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin maddələri başqa bir ünvana aparmaq üçün götürüb evə gətirdiyini dediyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir zor və ya təzyiq edilmədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 116-119). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2022-ci il 29 iyun tarixli raportlarından, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və əməliyyat qrupunun yaradılması haqqında Ə214-008-22 №-li əmrindən, habelə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2022-ci il 01 iyul tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, həmin şəxs 2022-ci il iyunun 29-da saat 15:25-də ünvan 3 ünvanının yaxınlığında saxlanmaqla idarəyə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 5-7, 10-11 və 128). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 29 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il iyunun 29-da saat 16:15-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 21). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 29 iyun tarixli protokoldan görünür ki, üzərində videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs könüllü şəkildə əynindəki cins şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan «Samsung» markalı mobil telefonu, 20 manat pulu, bir ədəd açarı, sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə və arxa sol cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri çıxarıb təqdim etməklə bükümlərdə narkotik vasitələr heroin və qurudulmuş marixuana olduğunu, həmin maddələri Dədə adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri Binəqədi rayonunun ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, əvəzində ona pul veriləcəyini, yaşadığı mənzildə də narkotik vasitə olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını bildirmiş, 20 manat pul və açar Təqsirləndirilən şəxs qaytarılaraq qalan aşkar olunanlar götürülmüş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, bir ədəd DVD-R diski cinayət işinə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 30-32). İş materiallarındakı 2022-ci il 29 iyun tarixli ərizədən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına videoçəkilişlə müdafiəçinin və X6 (Paşayevanın) iştirakı ilə baxış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs könüllü surətdə yataq otağındakı çarpayının alt hissəsindən 10 ədəd bükümü, 460 ədəd həbi və iki ədəd elektron tərəzini çıxarıb təqdim etməklə bükümlərin beşində narkotik vasitə qurudulmuş marixuana, dördündə narkotik vasitə heroin, birində psixotrop maddə metamfetmin, həblərin narkotik vasitə metadon olduğunu, həmin maddələri Dədə adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri Binəqədi rayonunun ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, əvəzində ona pul veriləcəyini, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını bildirmiş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, bir ədəd DVD-R diski cinayət işinə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 33 və 35-37). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 30 iyun tarixli 6/3610 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №7»-li dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs aşkar edilmiş maddə» yazısı və imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 50,089 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №7»-li dairəvi möhür əksi olan qara rəngli bağlamadakı dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 970 qram, 1.000 qram, 970 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi 3.915 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 905 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «Methadone 40» markalanma göstəricisi konvalyutda ümumi 460 ədəd, üzərlərində «F/M 40» yazısı həkk olunmuş həblər metadon tərkibli dərman preparatı olmaqla həblərdə metadon təsiredici maddəsinin ümumi miqdarı 18,4 qramdır (konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidir, narkotik vasitə heroinin, psixotrop maddə metamfetamin və metadon həblərinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 3.964,789 qram, 904,8 qram və 450 həb təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 46-48). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 30 iyun tarixli 7/708 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr...» yazısı olan bir ədəd şəffaf sellofanda təmiz çəkisi 50 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvan...» yazısı olan qırmızı rəngli polietilen bağlamada beş ədəd şəffaf yapışqan lentlə yapışdırılmış sellofanda ayrıayrılıqda təmiz çəkiləri 1.095 qram, 1.300 qram, 1.325 qram, 1.210 qram və 1.040 qram olmaqla ümumi təmiz çəkisi 5.970 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olub təqdim edilən qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir, iki ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur, narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı 6.019,7 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 88 manatdır (1-ci cild, iş vərəqi 52-54). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2022-ci il 30 iyun tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 74-75). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2022-ci il 30 iyun tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il iyunun 29dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 105- 110). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2022-ci il 01 iyul tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülən narkotik vasitə heroinin, narkotik vasitə qurudulmuş marixuananın, psixotrop maddə metamfetamin və narkotik vasitə metadon həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada ümumi miqdarı 3.964,789 qram, 6.019,7 qram, 904,8 qram çəkidə və 450 həb qalıqları, habelə iki ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 111-113). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 15 iyul tarixli 6399 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 130). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon MKTB-inin 32 saylı MKİS-inin tərtib etdiyi 2022-ci il 13 iyul tarixli 739 №-li arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi 1955-ci il təvəllüdlü anası X4, 1976-cı il təvəllüdlü qardaşı X1, 1979-cu il təvəllüdlü qardaşı X2 və 1994-cü il təvəllüdlü bacısı Zeynəb xanım Ağaməmməd qızı İsmayılovadan ibarətdir, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 135 «a»-135). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2022-ci il 26 iyul tarixli 008-7284-1222 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitələri və psixotrop maddələri ona göndərən Dədə adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini, narkotik vasitələri hansı şəraitdə əldə etmələrini, əvvəllər narkotik vasitə satışı ilə məşğul olub-olmamalarını, Təqsirləndirilən şəxs narkotik vasitə satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, onların digər cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 136). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tərtib etdiyi tərtib etdiyi 2022-ci il 30 iyul tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 25 iyul tarixli BKC/LGL-10633/22 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2022-ci il martın 01-də saat 02:12:38-də X6 adına olan ***-***-**-** saylı mobil nömrədən «Qardaş başıva dönərəm gor alınsa əgər şüşəni yarı eliyərik, alinmasa eybi yox bir dənə olsun ama yarı olsa yaxwi olardı da qaqaş», 2022-ci il martın 14-də saat 01:50:10-da «Qardaş başıva dönüm gör heç olmasa yarı patısı varsa yarıda patı versin» məzmunlu, 2022-ci il aprelin 03-də saat 06:21:40-da ***-***-**-** saylı mobil nömrədən «Üzeyir ata pulun məndədir iranlı atacağını atmayıb məndə sutkadı yatmışam birazçun qalxıram matını götürüm ya kola gətirəcəm 6 dənə ya da 100 manatı arxayın ol» məzmunlu, 2022-ci il aprelin 16-da saat 21:24:19-da ***-***-**-** saylı mobil nömrədən «Uzi tez gəl birdən bunda olmasa qalacayıq yaman günə saat uje gor neçədi mənə də kola gətir biraz», 2022-ci il aprelin 22də saat 17:15:27-də «Rafailin kolasın gətirəndə ordan da bura gel bizmkin gətir qoy evə səndə qalsa salamat qalan deyil» məzmunlu, 2022-ci il aprelin 24-də saat 23:52:17-də ***- ***-**-** saylı mobil nömrədən «Qardaş gör ağdan olsa yarı da onnan goturək, pulu ya karta vurum ya görüşəndə verərəm» məzmunlu, 2022-ci il aprelin 24-də saat 21:26:20-də ***-***-**-** saylı mobil nömrədən «Qaqaş səncanı xahiş edirəm gör duz vandısa bir dənə balaca daş qret elesin. Denən xahiw edir, mənim adimnan de yəni. Hər gün gələn adamdı denən» məzmunlu, 2022-ci il aprelin 16-da saat 23:00:14-də ***-***-**-** saylı mobil nömrədən «Onda qardaş 8 dənə de 4 dənə bir 4 dənə də bir», 2022-ci il mayın 01-də saat 19:26:01-də «8 kola olsa yarı da patı» məzmunlu, 2022-ci il mayın 02-də saat 19:40:54-də ***-***-**-** saylı mobil nömrədən«Qaqaş 40 manata 1,5 verər kola? 10 manatda p. olsun, ümumi 50 m» məzmunlu, 2022-ci il mayın 02-də saat 20:48:38-də ***-***-**-** saylı mobil nömrədən «Ona denənki lap 1 dənə şey verək. 1 bütöv ayrı k bir yari k ayrı ayrı qoysun. Birdə dünənki kimi p.» məzmunlu, 2022-ci il iyunun 12-də saat 20:35:17-də ***-***-**-** saylı mobil nömrədən «4 dənə patı olsa yarıda patı» məzmunlu, 2022-ci il iyunun 13-də saat 19:51:55-də ***-***-**-** saylı mobil nömrədən «1 həftədi bəlkə de çox hər gün mən 50 ya 100 manat kolaya bir də ürəyimiz nə istiyib ona pul xərclədim bu qədər borcumuz ola ola nə səni sigaretsiz qoydum» məzmunlu və 2022-ci il iyunun 13-də saat 21:52:03-də ***-***-**-** saylı mobil nömrədən «Salam qardaş, necəsən? Falqada zadda nəyinsə var? Tərlandı, Kəbleyi» məzmunlu mesajların göndərilməsi; Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 2022-ci il fevralın 02-də saat 14:44:18-də ***-***-**- ** saylı mobil nömrəyə «Qızdırmanın içindəyəm tərpənə bilmirəm bir dənə kola lazımdı gətir pulunu burda verək» məzmunlu, 2022-ci il fevralın 05-də saat 19:41:05-də İran İslam Respublikasına aid +**********59 saylı mobil nömrəyə «Qardaş bu gün ataceysən? Ağrıdayam insafın olsun, 300 çıxdın borca nə qədər qaldım sənə denən onu da göndərim?» məzmunlu, 2022-ci il martın 01-də ***-***-**-** saylı mobil nömrəyə «Qaqaş daş 1 dənə olduya. Yarı vermədi. 100+30=130 azn» məzmunlu, 2022-ci il martın 06-da ***-***-**-** saylı mobil nömrəyə «14 olmalıydı Kamran dedi 1. Sənin tərəzin düz çəkir? Belədəkİ 02 əskik gəlib» məzmunlu, 2022-ci il martın 14-də saat 01:59:21-də ***-***-**-** saylı mobil nömrəyə «Qaqaş patı da deyir götürərəm 35 dən ozundə deyil» məzmunlu mesajların göndərilməsi müəyyən edilmiş, həmin CD diski cinayət işininin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 137-145). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il avqustun 04-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 146- 147). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tərtib etdiyi tərtib etdiyi 2022-ci il 08 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (1ci cild, iş vərəqi 148). İş materiallarında olan 2022-ci il 05 avqust tarixli qəbzdən görünür ki, X11 Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefonu sonuncunun yaxın qohumlarına qaytarmaq üçün təhvil almışdır (1-ci cild, iş vərəqi 149). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 30 iyul tarixli 4177 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 159-160). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2022-ci il 23 avqust tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında, eyni tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında, habelə 2022-ci il 24 avqust tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş, maddi sübut kimi tanınan iki ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefonun sonuncunun yaxın qohumlarına qaytarılması üçün X8 təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülən narkotik vasitə heroinin, narkotik vasitə qurudulmuş marixuananın, psixotrop maddə metamfetamin və narkotik vasitə metadon həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 3.964,789 qram, 6.019,7 qram, 904,8 qram çəkidə və 450 həb qalıqlarının, habelə iki ədəd elektron tərəzinin saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.1.-ci və 234.4.2.-ci maddələri ilə, habelə sonuncunun əvvəllər narkotik vasitələr əldə edib istifadə etməsi xüsusiyyəti üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs aşkar edilərək götürülən külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə edilmə mənbəyinə görə və qrupun üzvü olan İran İslam Respublikasının vətəndaşı Dədə ləqəbli şəxs, eləcə də qrupun digər üzvləri barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış, cinayət işinin materiallarında X6 Şahid4 kimi oxunması qərara alınmışdır (1-ci cild, iş vərəqi 161-180, 183-185 və 188-190). Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il 08 oktyabr tarixli 17/387095 №-li məktubu ilə daxil olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin məhkumun 5718/2022 nömrəli tibbi kitabçasından çıxarışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkarlanmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə tövsif olunması düzgün olsa da həmin Məcəllənin 32.5., 206.3.2.-ci maddəsi ilə tövsif olunması yanlışdır. Bu əsasla, yəni Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə əhatə olunduğuna görə dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının 32.5., 206.3.2.-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs ittiham edildikləri maddələr külli miqdar təşkil etsə də sonuncunun şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Dədə ləqəbli şəxs və qeyriləri ilə razılaşmaqla cinayət əlaqəsinə girmələri kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmış, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif etsə də həmin Məcəllənin 32.5., 206.3.2.-ci maddəsi ilə yanlış tövsif etmişdir. Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülərkən qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən məhz hansının törədildiyi müəyyənləşdirilməmiş, alternativ hərəkətlər məcmusu halında qeyri-müəyyən ittiham formalaşdırılmışdır. Qaçaqmalçılıq cinayətinin nə vaxt və kim (kimlər) tərəfindən törədilməsi ilə bağlı isə ümumiyyətlə heç bir məlumat yoxdur. Şərh olunan hallar «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının izah və tövsiyələrində əks olunmuş hüquqi mövqe ilə də birbaşa ziddiyyət təşkil edir. Digər tərəfdən, həmin qərarda göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. İbtidai istintaq orqanının iştirakçılıqla bağlı mücərrəd mövqeyi də hər hansı sübuta əsaslanmamaqla Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etmələrinin hansı hərəkət və ya hərəkətsizliklə edilməsi barədə hər hansı dəlil mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5.-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən və naməlum vaxtda törədilmiş külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayətinin törədilməsində iştirak edərək sadalanan hərəkətlərdən hansı birini etməsi müəyyənləşdirilməmiş, ona Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci maddəsi ilə ittiham elan olunarkən bu əməli törətməsinə dair Azərbaycan Respublikasının CPM-nin 223-cü maddəsində nəzərdə tutulmuş zəruri elementlərin heç biri göstərilməmişdir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan hərəkətlərdən hər hansı birinin törədilməsi, yəni qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etmə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etmə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratma, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etmə və sair bu kimi hərəkətlər müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının həmin normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1.-ci maddəsinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Məhkəmə istintaqı vaxtı aparılmış hərtərəfli araşdırma nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad edib obyektiv və əsaslı hüquqi nəticəyə gəlsə də Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci maddəsi ilə ittiham irəli sürməkdə əsassız qənaətə gəlmişdir. Məhkəmə, yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Təqsirləndirilən şəxs ittiham edildiyi maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri əldə edib saxlamaqla daşımalarını göndərməsini təsdiq edir. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə iş üzrə Şahid4 Təqsirləndirilən şəxs yaxın adamı olduğundan ifadəsinə sonuncunun vəziyyətini yüngülləşdirmək məqsədi daşıması kimi qiymət verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülən narkotik vasitə heroinin, narkotik vasitə qurudulmuş marixuananın, psixotrop maddə metamfetamin və narkotik vasitə metadon həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 3.964,789 qram, 6.019,7 qram, 904,8 qram çəkidə və 450 həb qalıqları, habelə iki ədəd elektron tərəzi məhv edilməli, iki ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefonun sonuncunun yaxın qohumlarına qaytarılması üçün X8 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 202 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 20 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il iyunun 29-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il iyunun 29-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 202 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülən narkotik vasitə heroinin, narkotik vasitə qurudulmuş marixuananın, psixotrop maddə metamfetamin və narkotik vasitə metadon həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 3.964,789 qram, 6.019,7 qram, 904,8 qram çəkidə və 450 həb qalıqları, habelə iki ədəd elektron tərəzi məhv edilsin, iki ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefonun sonuncunun yaxın qohumlarına qaytarılması üçün X8 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar