Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-279/2025 09.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X8 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X4, X5, X1, müdafiəçilər - Sirius Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlərdir. İşin faktiki halları
2. Təqsirləndirilən şəxs1, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən ağır cinayət törətmişdir. O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən külli miqdarda 7050 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs2la birlikdə əldə edib saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 yanvar 2024-cü il tarixdə saat 22.35-də ünvan 6 ünvanın yaxınlığında saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub 30 yanvar 2024-cü il tarixdə saat 00.31-də üzərlərinə şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs1 sol əlində saxladığı bir ədəd polietilen bağlamada külli miqdarda 7050 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
3. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən külli miqdarda 7050 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə əldə edib saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 yanvar 2024-cü il tarixdə saat 22.35-də ünvan 6 ünvanın yaxınlığında saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub 30 yanvar 2024-cü il tarixdə saat 00.31-də üzərlərinə şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs1 sol əlində saxladığı bir ədəd polietilen bağlamada külli miqdarda 7050 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarilxi raportdan (cild 01, iş vərəqə 4) görünür ki, Əhməd və Cavid adlı şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satışı məqsədi ilə külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satışı məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr ələd edərək, saxlamaları və daşımaları bildirilmişdir.
4. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 29 yanvar 2024-cü il tarixdə, saat 23.40 dəqiqədə BMCMİ-nin inzibati binasında tutulmuşdur.
5. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 35) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 30 yanvar 2024-cü il tarixdə, saat 00.05 dəqiqədə BMCMİ-nin inzibati binasında tutulmuşdur.
6. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 44-47) görünür ki, 29 yanvar 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları bildirilmişdir. Daxil olmuş məlumat əsasında 29 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları yer müəyyən edilərək həmin gün saat 22:35-də ünvan 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi "Toyota Prius" markalı, **-TK-*** geydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmış, saxlanılarkən üstlərində şəxsi axtarış aparılmasına, eləcə də həmin şəxslərdən Təqsirləndirilən şəxs1 əlində saxladığı qara rəngli sellofan paketin içərisinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi "Toyota Prius" markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü onlar əməkdaşların müşayiəti altında saxlanıldıqları yerdən həmin avtomobillə birlikdə Baş İdarəyə gətirilmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barələrində şübhəli şəxs qismində tutma haqqında qərarlar qəbul edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan "Şəxsi axtarış və götürmə aparılması haqqında" qərarlara əsasən 30 yanvar 2024-cü il tarixdə saat 00:31-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstlərində şəxsi axtarış və götürmə aparılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqdan dərhal sonra Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsinə əsasən tutulmanın səbəbləri, şübhənin mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona aydın olan dildə, yəni Azərbaycan dilində bildirildi. Həmçinin Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı X9 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında, bədənində, həmçinin əlində saxladığı qara rəngli sellofan paketde olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş. yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlən könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üstündə, yəni əlində saxladığı qara rəngli sellofan paketdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, həmin paketi, eyni zamanda əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd "Samsung" markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən isə 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofan paketin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofan paket iştirakçıların şahidliyi ilə açıldıqda içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müşahidə olundu. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üstündən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar olunmuş kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən aşkar edildiyi qara rəngli sellofan paketdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü, 01 ədəd avtomobil açarı isə müvəqqəti olaraq Təqsirləndirilən şəxs1 özünə qaytarıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı X9 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs2 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Cavid qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd "Xiaomi" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üstündən digər əşya və predmetlər aşkar edilmədi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş "Xiaomi" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni "Səccad" adı ilə tanıdığı, digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, yəni, "Səccad"ın onun tanışı Təqsirləndirilən şəxs2la mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq 2.500 manat pulun müqabilində ona külli miqdarda narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini, həmin narkotik vasitəni götürüb onun deyəcəyi ünvana qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs2 "Səccad"ın təklifi qəbul etdikdən sonra bu işdə köməklik göstərməsi üçün əldə olunan gəlirin bərabər şəkildə aralarında bölünəcəyi şərti ilə narkotik vasitəni birlikdə götürməyi ona təklif etmiş və o, Cavidin təklifini qəbul edərək 29 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə özünün idarə etdiyi "Toyota Prius" markalı **-TK-*** qeydiyyat nişanlı avtomobillə "Səccad" adlı İran İslam Respublikasının vətəndaşının xəritə ilə yerini göndərdiyi ünvana gedərək, orada içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd qara rəngli sellofan paketi götürüb əlində saxlayaraq həmin yerdən uzaqlaşıb kənarda saxladığı avtomobilin yanına yaxınlaşdıqları zaman saat 22:35 radələrində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 dediklərini tasdiq edərək sosial şəbəkədə tanış olduğu "Səccad" adlı İran İslam Respublikasının vətəndaşının ona 2.500 manat pulun müqabilində xəritə üzərində dəqiq yerini göndərdiyi ünvana gedərək orada gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı götürüb, deyəcəyi ünvana yerləşdirməsi barədə təklifini qəbul etdiyini və bu işdə ona köməklik göstərməsi üçün əldə olunan gəliri bərabər şəkildə aralarında bölmək şəti ilə tanışı Təqsirləndirilən şəxs1 təklif etmiş, Təqsirləndirilən şəxs1 bu təklifi qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun idare etdiyi "Toyota Prius" markalı **-TK-*** qeydiyyat nişanlı avtomobillə "Səccad" adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyi ünvana gedərək, Təqsirləndirilən şəxs1 orada gizlədilən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd qara rəngli sellofan paketi götürüb əlində saxlayaraq həmin yerdən uzaqlaşıb kənarda saxladığı avtomobilin yanına yaxınlaşdıqları zaman həmin günü saat 22:35 radələrində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirdi. Şəxsi axtarış və götürmə axşam vaxtı, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə 30 yanvar 2024-cü il tarixdə saat 00:55-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı "SONY" markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi.
7. xx.xx.2024-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan (cild 01, iş vərəqə 54-56) görünür ki, 29 yanvar 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları bildirilmişdir. Daxil olmuş məlumat əsasında 29 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları yer müəyyən edilərək həmin günü saat 22:35-də ünvan 8 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi "Toyota Prius" markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmışlar. Saxlanılarkən üzərlərində şəxsi axtarış aparılmasına, eləcə də həmin şəxslərdən Təqsirləndirilən şəxs1 əlində saxladığı ağ rəngli sintetik kisənin içərisinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi "Toyota Prius" markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü onlar əməkdaşların müşayiəti altında saxlanıldıqları yerdən həmin avtomobillə birlikdə Baş İdarəyə gətirilmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barələrində şübhəli şəxs qismində tutma haqqında qərarlar qəbul edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan "Şəxsi axtarış və götürmə aparılması haqqında" qərarlara əsasən 30 yanvar 2024-cü il tarixdə saat 00.31-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 ve Təqsirləndirilən şəxs2 üstlərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əlində saxladığı qara rəngli soliofan paketə baxış zamanı paketin içərisində olan 01 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 idarə etdiyi "Toyota Prius" markalı, **-TK- *** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə onun özünün icazəsi və iştirakı ilə video çəkilişdən istifadə edilməklə 30 yanvar 2024-cü il tarixdə saat 01:38-də baxış keçirdim. Təqsirləndirilən şəxs1 tutulduqdan dərhal sonra Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsinə əsasən tutulmanın səbəbləri, şübhənin mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona aydın olan dildə, yəni Azərbaycan dilində bildirildi. Həmçinin Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruzqala bilməz. Baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 baxışın videoçəkiliş vasitəsi ilə baxış prosesində iştirak edən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru X10 tərəfindən aparılacağı barədə məlumat verildi, Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 təklif edildi ki idarə etdiyi avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər gizlədib saxlamadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi "Toyota Prius" markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Belə ki, qeyd olunan avtomobilin ilk öncə sol qabaq və arxa qapısı Təqsirləndirilən şəxs1 tərəfindən açıldı, lakin həmin hissələrdən iş üzrə əhəmiyyət kəsb edən əşya və predmetlər aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs1 avtomobilin baqaj, sağ arxa və sağön qapısını da açdı. Lakin bu hissələrdən də şübhəli əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs1 idarə etdiyi "Toyota Prius" markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobilə baxış gecə vaxtı, süni işıqlandırma şəraitində keçirildi.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli 7/164 nömrəli rəyindən (cild 01, iş vərəqə 70-73) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1....” sözləri yazılmış zərfdə bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkilsi 7050 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qalıq 7049,8 qram.
9. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 117-118) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 156/2024 saylı qərarından (cild 01, iş vərəqə 138-142) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həsb qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmışdır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 158/2024 saylı qərarından (cild 01, iş vərəqə 143-147) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həsb qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmışdır.
12. xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 160) görünür ki, cinayət işi üzrə aşkar olunub götürülmüş bir ədəd torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 7049,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır.
13. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan (cild 01, iş vərəqə 179-181) görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir.
14. DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin daxil olmuş tələbnamədən (cild 01, iş vərəqə 182) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.
15. DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin daxil olmuş tələbnamədən (cild 01, iş vərəqə 183-184) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddləri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 08 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir.
16. 02.02.2024-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)- 280/2024 saylı əməliyyat-axtarış tədbirlrinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair qərardan (cild 01, iş vərəqə 201) görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin Baş İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 29 yanvar 2024-cü il tarixli qərarın qanunauyğun hesab edilməsi qərar alınmışdır.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan (cild 01, iş vərəqə 213) görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə “Opoid və psixostimulyatorun qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə yuxarıda adı göstərilən mərkəzdə könüllü surətdə stansionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs1 yuxarda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur.
18. xx.xx.2024-cü il tarixli xasiyyətnamədən (cild 01, iş vərəqə 215) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Maştağa qəsəbəsində yaşadığı müddətdə qonşulardan və sakinlərdən hər hansı şikayət və məlumat daxil olmamışdır.
19. 17.02.2024-cü il tarixli qəbzdən (cild 01, iş vərəqə 224) görünür ki, 99TK803 DQN avtomobili X6 tərəfindən təhvil alınmışdır.
20. 19.02.2024-cü il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 227) görünür ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Qeyd olunan telefon nömrəsinin İran İslam Respublikasının mobil telefon operatoruna məxsus telefon nömrəsi ilə telefon danışıqların olması müəyyən edilməmişdir. Məlumatlara baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır.
21. 21.02.2024-cü il tarixli xasiyyətnamədən (cild 01, iş vərəqə 229) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ünvan 9 ünvanında yaşadığı müddətdə onun barəsində hər hansı şikayət və ərizə daxil olmamışdır.
22. 05.03.2024-cü il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 239) görünür ki, Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Qeyd olunan telefon nömrəsinin İran İslam Respublikasının mobil telefon operatoruna məxsus telefon nömrəsi ilə telefon danışıqların olması müəyyən edilməmişdir. Məlumatlara baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır.
23. 09.03.2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 241) görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus "Samsung" markalı mobil telefon cihazında iş üzrə sübut əhəmiyyətə malik ola biləcək məlumatlar aşkar edilməsə də, Təqsirləndirilən şəxs2 məxsus "Xiaomi" markalı mobil telefonun yaddaşının "Kişiler” adlanan hissədə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (902) ***-**-** nömrəsinin "Sajad" adı altında, +98 (937) ***-**-** nömrəsinin "Saber" adı altında, +98 (903) ***-**-** nömrəsinin "Ramin Aslanduz" adı altında, nömrəsinin "Sabir NN" adı altında, +98 (914) ***-**-** +98 (930) ***-**-** nömrəsinin "Mohsen" adı altında, +98 (905)959-43-84 nömrəsinin "Hosein" adı altında, +98 (901) ***-**-** nömrəsinin "Ferwad" adı altında və +98 (930) ***-**-** nömrəsinin "Araz Teze" adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Həmin telefonun "WA Business" proqramı vasitəsi ilə yanvar və fevral ayları ərzində “Ferwad", "Araz Teze", "Ramin Asladuz" adlı kontaktlarla və İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (903) ***-**-** nömrəsi ilə telefon danışıqları aparılmışdır. Bundan başqa həmin proqram vasitəsi ilə xx.xx.2024-cü il tarixdə gün ərzində "Sajad" adı altında qeyd olunan iran nömrəsi ilə çoxsaylı telefon danışıqları, foto və səsli mesajlar və yazışmalar olmuşdur. Həmin yazışmada "Sajad" adlı şəxs narkotik vasitənin yerini izah edir, Təqsirləndirilən şəxs2 isə narkotik vasitənin götürdüyünü təsdiqləyir. Həmin səs yazmalar aşağıdakı məzmundadır: (Sajad) Yanı qaqa, yanı mən milloin faiz o malı ora qoydurum ya yox, mənə dəqiq denən hə qoydur gedəcəm, ya da qoydurma getməyəcəm, az mal deyil 7 kiloqramdır. Hamarda qalar götür edən olar. (Sajad) Ora nə qədər yolun var mənə dəqiq de, adamıma deyim qoysun ora. (Sajad) Qaqa konumu atdım sənə, çatanda mənə de şəkili də atım, (Sajad) Qaqa, ejillə ilə üzbəüz dayan, sağa bax, görəssən, (Sejad) Tapdın? (Cavid) He, götürdüm dediyüvü, salamatçılıqdı gedirəm. (Sejad) He götür, götür. Bundan başqa mobil telefon cihazına baxış keçirilən zaman mobil telefon cihazlarında digər cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir. Odur ki, müvafiq protokol tərtib edildi.
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 məhkəməpsixiatrik ekspertizasının 11 mart 2024-cü il tarixli 678 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, törətdiyi əməl barəsində anlaqlı hesab olunur, onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur.
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 18 mart 2024-cü il tarixli 1815 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən (cild 01, iş vərəqə 249-250) görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Deməsinə görə arabir düşəndə narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edib.
26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 18 mart 2024-cü il tarixli 1818 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən (cild 01, iş vərəqə 251-253) görünür ki, Təqsirləndirilən şəxs1 Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Deməsinə görə narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edib.
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik şəxsin məhkəmə-tibbi ekspertizasının 24 fevral 2024-cü il tarixli 49/MEŞ nömrəli ekspert rəyindən (cild 01, iş vərəqə 253-255) görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Müayinə zamanı o, saxlanılan zaman ona xəsarət yetirilmədiyini bildirmişdir.
28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik şəxsin məhkəmə-tibbi ekspertizasının 24 fevral 2024-cü il tarixli 53/MEŞ nömrəli ekspert rəyindən (cild 01, iş vərəqə 257-258) görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Tutularkən xəsarət yetirilmədiyini bildirmişdir.
29. 01.04.2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan (cild 01, iş vərəqə 270-271) görünür ki, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitənin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılması və onun gələcək istiqaməti barədə təqsirləndirilən şəxs və onun müdafiəçisinin məlumatlandırılması, ********* nömrəli cinayət işinin materiallarından zəruri sənədlərin surəti çıxarılmaqla ayrılmış ********* nömrəli cinayət işinin materiallarına əlavə edilməsi, qərarın surətinin əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4/1269 saylı Məhkəmə xəttşünaslıq ekspertizasının nəticəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 17-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 18-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "şübhəli şəxsin tutulması haqqında" qərarda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 19-cu vərəqində olan xx.xx.2024-cü il tarixli "şübhəli şəxsin tutulması haqqinda protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 20 və 21-ci vərəqlərində olan "şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında" bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 23-cü vərəqində olan bildirişdə "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 24-cü vərəqində olan xx.xx.2024-cü il tarixli "etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 25-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "şübhəli şəxsə tutulması haqqında qərarın və protokolun surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 42-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında" qərarda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 44-47-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında" protokolun 1-ci vərəqin sonunda "...Prius..." sözünün alt hissəsindəki imza, 2-ci vərəqin sonunda "...olan 01..." sözünün alt hissəsindəki imza, 3-cü vərəqin sonunda "...zaman..." sözünün alt hissəsindəki imza, 4-cü vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza44-47-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış ve gotuma aparılması haqqında" protokolun 1-ci vərəqin sonunda "Prius..." sözünün alt hissəsindəki imza, 2-ci vərəqin sonunda "...olan 01..." sözünün alt hissəsindəki imza 3-cü vərəqin sonunda "...zaman..." sözünün alt hissəsindəki imza, 4-cu veracida "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 53-cü vərəqində olan xx.xx.2024-cü il tarixli "baxış və götürmə aparılması haqqında qərarda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 54-56-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli "baxış keçirilməsi və əşyalarn götürülməsi haqqında" protokolun 1-ci vərəqinin sonunda "...Şəxsi axtarış..." sözünün at hissəsindəki imza, 1-ci vərəqinin sonunda "...aşkar..." sözünün alt hissəsindəki imza, 3-cü vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 59-cu vərəqində olan xx.xx.2024-cü il tarixli "şübhəli səxsin ekspertiza tayin olunmasına dair qərarla tanış edilməsi haqqında" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 62-65-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli İzahatın 1-ci vərəqindəki 3 ədəd imza, 2-3-cü vərəqlərinin sonundakı imzalar, 4-cü vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 74-cü vərəqində olan xx.xx.2024-cü il tanxh şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında" protokolda "Şübhəli şəxsə Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 81-ci vərəqində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsə müstəntiqə və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqinda protokolda şübhəli şəxs:Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 82-ci vərəqində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dairqərarla tanış edilməsi haqqında' protokolda "şübhli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 83-cü vərəqində olan xx.xx.2024-cü il tarixli "şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 84-cü vərəqində olan xx.xx.2024-cü il tarixli "şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 86-87-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli "şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında" bildirişin 1-ci vərəqinin sonundakı imza və 2-ci vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 88-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "şübhəli şəxs qismində tutulmuş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsə hüquq vəzifələrinin izah edilməsi haqqında" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 89-93-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli "şübhəli şəxsin dindirilməsi haqqında" protokolun 1-ci vərəqində "İmza: Təqsirləndirilən şəxs1" qrafasındakı imza, 2-3-4-cü vərəqlərinin sonundakı imzalar və sonuncu vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 110-111-ci vereglerinde olan xx.xx.2024cü il tarixli "təqsirləndirilən şəxsin CPM-in 91-ci maddesinde nəzərdə tutulmuş hüquq və vəzifələri barədə bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində "Təqsirləndirilən şexs: Təqsirləndirilən şəxs1 grafasındakı imza; 112-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etme barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında" protokolda "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza; 113-cü vərəqində olan xx.xx.2024-cü il tarixli "müstəntiqə və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında" protokolda "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 crafasındakı imza; 114-116-cı vərəqlərində olan xx.xx.2024-cü il tarixli "təqsirləndirilən şəxsin Eindirilməsi" protokolun 1-ci vərəqində "İmza: Təqsirləndirilən şəxs1 qrafalarındakı imzalar, 2-ci vərəqin sonundakı imza və 3-cü vərəqində "Təqsirləndirilən şəxs: Babayev ahmed Sabir oğlu" qrafasındakı imza; 136-cı vərəqində "həbsə alma və həbsdə saxlanılmanın qanuni və əsaslı olduğunu sdiq etmək üçün məhkəməyə təqdim edilən materiallarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında" protokolda "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imza: 175-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "təqsirləndirilən şəxsin ekspertiza təyin lunmasına dair qərarla tanış edilməsi haqqında" protokolda "Təqsirləndirilən şəxs: anmed Babayev qrafasındakı imza; 179-181-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli "üzləşdirmə" protokolunun 1-ci ereqinin sonunda "1. Təqsirləndirilən şəxs1" qrafasındakı imza, 2-ci vərəqin yuxarı ssəsində "Təqsirləndirilən şəxs1" qrafasındakı imza və həmin vərəqdə Babayev anmad Sabir oğluna aid sütunun aşağı hissəsindəki imza, 3-cü vərəqində "X12" qrafasındakı imza; 324-cü vərəqində olan təqsirləndirilən şəxanadaiəçinin vəsatətlərinə dair 1-ci crafanın sonundakı imza və "Təqsirləndirilən sexs: ahmad Babayev" qrafasındakı imza -Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmusdur. Ekspertizaya təqdim edilmişcinayət işinin 1-ci cildinin 108-109-cu vərəqlərində "təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın sonunda "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1" qrafasındakı imzanın Təqsirləndirilən şəxs1 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün deyildir.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4/1903 saylı Məhkəmə xəttşünaslıq ekspertizasının nəticəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 26-cı vərəqində Təqsirləndirilən şəxs2 adından olan 29 yanvar 2024-cü il tarixli ərizədə "İmza:" qrafasındakı imza və "Salmanov" əlyazması; 28-ci vərəqində olan Şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında 29 yanvar 2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 34-cü vərəqində olan Şübhəli şəxsin tutulması haqqında 30 yanvar 2024-cü il tarixli qərarda "Şübhəli şəxs:" qrafasındakı imza; 35-ci vərəqində olan Şübhəli şəxsin tutulması haqqında 30 yanvar 2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 36-37ci vərəqlərində olan Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələn haqqında bildirişin 1-ci vərəqində aşağı hissədəki imza və 2-ci vərəqində "Şübhəli şəxs: qrafasındakı imza; 38-ci vərəqində olan Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında 30 yanvar 2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 39-cu vərəqində olan bildirişdə "Şübhəli şəxs:" qrafasındakı imza; 40-cı vərəqində olan Etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında 30 yanvar 2024-cü ol tarixli protokolda "Şübhəli şəxs: qrafasındakı imza; 41-ci vərəqində olan Şübhəli şəxsə tutulması haqqında qərarın və protokolun surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında 30 yanvar 2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza;43-cü vərəqində olan Şəxsi axtarış və götürmə aparılması haqqında qərarda "Şübhail şexs: qrafasındakı imza, 44-47-ci vərəqlərində olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1-3-cü vərəqlərində sağdan 1-ci imzalar, 4-cü vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs2 qrafasındakı imza, 60-cı vərəqində olan Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında 30 yanvar 2024-cü il tarixli protokolda "Şübhəli şəxs: qrafasındakı imza 66-68-ci vərəqlərində olan 30 yanvar 2024-cü il tarixli izahatının 1-2-ci vərəqlərində Təqsirləndirilən şəxs2 adından olan imzalar (04 ədəd), 3-cü vərəqində olan "İzahatı oxudum düzdür əlavəm yoxdu imzamla təsdiq edirəm" əlyazmalan və "Şübhəli şexs: qrafasındakı imza; 75-ci vərəqində olan Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında 30 yanvar 2024-cu il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza, 94-cü vərəqində olan Şübhəli şəxsə müstəntiqə və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında 30 yanvar 2024cü il tarixli protokolda "Şübhəli şəxs: qrafasındakı imza; 95-ci vərəqində olan Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi 30 yanvar 2024-cü il tarixli haqqında protokolda "Şübhəli şəxs: qrafasındakı imza; 96-cı vərəqində olan Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında 30 yanvar 2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 97-98-ci vərəqlərdə olan Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında 30 yanvar 2024-cü il tarixli 02 ədəd protokolda "Şübhəli şəxs: qrafalarındakı imzalar; 99-100-cü vərəqlərində olan Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında 30 yanvar 2024-cü il tarixli bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza, 2-ci vərəqində "Şübhəli şəxs:" qrafasındakı imza; 101-ci vərəqində olan Şübhəli şəxs qismində tutulmuş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında 30 yanvar 2024-cü tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 102-106-cı vərəqlərində olan 30 yanvar 2024-cü il tarixli Şübhəli şəxsin dindinimasi protokolunun 1-4-cü vərəqlərinin aşağı hissələrindəki imzalar, 5-ci vərəqində "İfadami oxudum doğrudur əlavəm yoxdur imzamla təsdiq edirəm." əlyazmaları və "Şübhəli şəxs" qrafasındakı imza; 117-118-ci vərəqlərində olan Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 31 yanvar 2024-cü il tarixli qırarın 2-ci vərəqində "Təqsirləndirilən şəxs:" qrafasındakı imza 120-121-ci vərəqlərində olan Təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə 31 yanvar 2024-cü il tarixli bildirişin 1-0 vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində "Təqsirləndirilən şəxs" qrafasındakı imza; 122-ci vərəqində olan Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında 31 yanvar 2024-cu il tarixli protokolda "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; imza 123-cü vərəqində olan Müstəntiq və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında 31 yanvar 2024-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs:" qrafasındakı 124-126-cı vərəqlərində olan 31 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxsin dindirilməsi protokolunda Təqsirləndirilən şəxs2 adından olan imzalar (04 eded);təsdiq etmək üçün məhkəməyə təqdi həbsdə saxlanılmanın ailenin 137-ci vərəqində olan Həbsə alma və saxlanılmanın qanuni və əsaslı tanış edilməsi haqqında 31 yanvar 2024-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 164-cü və 166-cı vərəqlərində olan Təqsirləndirilən şəxsin ekspertiza təyin olunması barədə qərarla tanış edilməsi haqqında 31 yanvar 2024-cü il tarixli protokollardada "Təqsirləndirilən şəxs:" qrafalarındakı imzalar; 174-cü vərəqində olan Təqsirləndirilən şəxsin ekspertiza təyin olunması barədə qərarla tanış edilməsi haqqında 31 yanvar 2024-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 179-181ci vərəqlərində olan 31 yanvar 2024-cü il tarixli üzləşdirmə protokolunda Təqsirləndirilən şəxs2 adından olan imzalar (04 ədəd) Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur.
32. Azərbaycan Respublikası Daxili İşlər Naziriyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubla cinayət işi üzrə maddi sübut hesab edilən bir ədəd “Xiaomi” və bir ədəd“Samsung” markalı mobil telefon cihazları məhkəməyə təqdim edilmişdir.
33. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən daxil olmuş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 DİN BMCMİ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müraciəti üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar İdarəsində aparılmış araşdırma ilə polis əməkdaşlarının işgəncələrə və qanunsuzluqlara yol vermələri müəyyən olunmadığı üçün toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs1 ilə bağlı isə Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsində halhazırda araşdırma aparıldığı bildirilmişdir.
34. Məhkəmə istintintaqı zamanı şahid qismində dindirilən Şahid2 xx.xx.2025-ci il tarixli ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar deyilən ünvana gedərək, hər iki şəxsi saxlamışlar. Onlar avtomobilə yaxınlaşan zaman, özlərini təqdim edərək, şübhəli şəxslərin əlində olan qara torbanın içərisində nə olduğunu soruşmuşlar. Bu zaman həmin şəxslər torbanın içərisində narkotik vasitənin olduğunu bildirmişlər. Onlar hər iki şəxsi Baş idarəyə aparmışlar. İdarədə şübhəli şəxslərin üzərində müvafiq istintaq hərəkətləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində narkotik vasitələri İran vətəndaşından əldə etdiyini, sonuncunun göstərişi ilə narkotiki bir yerdən başqa yerə aparmalı olduğunu və bu xidməti qarşılığında İran vətəndaşının həmin Təqsirləndirilən şəxs2 2500,00 Azərbaycan manatı verəcəyini vəd etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs2 vasitəsilə bu cinayətə cəlb olunmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupu 3 nəfərdən ibarət tərkibdə olmuşdur. Şübhəli şəxsləri Səttar Bəhlulzadə küçəsində, avtomobilin yaxınlığında saxlamışlar. Şübhəli şəxslər “Toyota Prius” markalı avtomobilin yaxınlığında dayanmışlar. Şübhəli şəxslərin üzərindən marixuana aşkar olunmuşdur. Bu qeyd edilən faktı şübhəli şəxslər ilkin ifadələrində bildirmişlər. Narkotik olan bağlama Təqsirləndirilən şəxs1 əlində olmuşdur. Hər iki şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Onlar yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 avtomobilin yanında dayanmışdır.
35. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 xx.xx.2025-ci il tarixli ifadəsindən görünür ki, 29 yanvar 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması məqsədilə ünvan 10 ünvanının qarşısına getmişlər. Şübhəli şəxslər həmin zaman “Toyota Prius” markalı avtomobilin yaxınlığında dayanmışlar. Onlar əvvəlcə özlərini təqdim edərək, şübhəli şəxslərə yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 əlində sellofan paket olmuşdur. Hər iki şəxs idarəyə dəvət olunmuşdur. İdarədə müdafiəçinin də iştirakı ilə hər iki şübhəli şəxsin üzərində şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmişdir. Bu zaman qara rəngli sellofan paketdən narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 ifadəsində narkotik vasitələri İran vətəndaşından əldə etdiyini, sonuncunun göstərişi ilə narkotiki bir yerdən başqa yerə aparmalı olduğunu və bu xidməti qarşılığında İran vətəndaşının Təqsirləndirilən şəxs2 2500,00 Azərbaycan manatı verəcəyini vəd etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs2 vasitəsilə bu cinayətə cəlb olunmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Əməliyyat qrupu 03 nəfərdən ibarət tərkibdə olmuşdur. Onlar əməliyyat tədbirinə 01 ədəd avtomobil ilə yollanmışlar. Hadisənin üzərindən kifayət qədər çox vaxt keçdiyi üçün avtomobildə kimin harada əyləşdiyini xatırlamamışdır. Şübhəli şəxslərin üzərindən marixuana aşkar olunmuşdur. Hadisə yerində videoçəkiliş keçirmək üçün lazımi şərait olmamışdır.
36. Məhkəmə istintintaqında şahid qismində dindirilən Şahid3 xx.xx.2025-ci il tarixli ifadəsindən görünür ki, 29 yanvar 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər, ünvan 10 ünvanının qarşısında, “Toyota Prius” markalı avtomobilin yaxınlığında, əllərində sellofan paket ilə birlikdə saxlanılaraq BMCMİ-yə gətirilmişlər. Baş idarədə müdafiəçi və təhqiqatçının da iştirakı ilə, videoçəkiliş vasitəsilə şübhəli şəxslərin üzərində şəxs axtarış və baxış istintaq hərəkətləri həyata keiçirilmişdir. Bu zaman şübhəli şəxslərə üzərilərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet varsa, təqdim etmələri təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 əlində olan torbada narkotik vasitə marixuana olduğunu bildirərək, baxış üçün təqdim etmişdir. Torbaya baxış keçirilən zaman, həqiqətən də içərisində spesifik qoxuya malik və marixuanaya bənzəyən narkotik vasitə aşkar olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs1 üzərindən sonuncuya məxsus mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, lakin sonuncunun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində narkotik vasitələri Səccad adlı İran vətəndaşından əldə etdiyini, sonuncunun göstərişi ilə narkotiki bir yerdən başqa yerə aparmalı olduğunu və bu xidməti qarşılığında İran vətəndaşının Təqsirləndirilən şəxs2 2500,00 Azərbaycan manatı verəcəyini vəd etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs2 vasitəsilə bu cinayətə cəlb olunmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Əməliyyat qrupu 04 nəfərdən ibarət tərkibdə olmuşdur. Onlar əməliyyat tədbirinə 01 ədəd avtomobil ilə yollanmışlar. Şübhəli şəxsləri Binəqədi rayonu ərazisində, Səttar Bəhlulzadə küçəsində, avtomobilin yaxınlığında saxlamışlar. Ümumi qayda olaraq, şübhəli şəxslərin yanında azı 02 nəfər polis əməkdaşı olmaqla, arxadan isə onların müşayiətləri altında, şübhəli şəxslər idarəyə gətirilmişlər. Lakin bu əməliyyat tədbirində kimin harada, hansı avtomobildə əyləşdiyini dəqiq xatırlamamışdır. Təqsirləndirilən şəxs1 məxsus “Toyota Prius” markalı avtomobili idarəyə apararkən kimin idarə etdiyini dəqiq xatırlamamışdır. Onlar Təqsirləndirilən şəxs2 avtomobilin qarşısında dayanarkən saxlamışlar. Hər iki şübhəli şəxs avtomobilin qarşısında dayanarkən saxlanılmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır
37. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Əhmədi saxlanıldıqları gün taksi sürücüsü kimi tanımışdır. Əhməd taksi sürücüsü kimi onu Binəqədi rayonu ərazisinə aparmışdır. O, Binəqədi rayonu ərazisinə narkotik vasitə əldə etmək məqsədi ilə getmişdir. Lakin narkotik vasitəni əldə edəcəyi şəxs ilə arasında anlaşmazlıq olduğundan danışıqları alınmamış və narkotik vasitəni götürmədən oradan qayıtmışlar. Qayıdan zaman polis əməkdaşları avtomobilin qarşısını kəsmiş və onları saxlamışlar. Daha sonra onları polis idarəsinə aparmışlar və döyərək məcburi şəkildə narkotiki onlara yükləmişlər. O həmin yerə şəxsi istifadəsi üçün narkotik götürməyə getmişdir. Sosial şəbəkə vasitəsilə 1 gün əvvəl tanıdığı şəxs ünvanı demiş, həmin şəxs ona həmin ünvandan narkotiki qutuya yerləşdirib qoyduğunu demişdir. O, 10 qram marixuana götürəcəkdi. Həmin narkotik vasitəni kiməsə çatdırmaq üçün yox, şəxsi istifadəsi üçün əldə etmək istəyirdi. Taksini sifariş etməmiş, yolda təsadüfən saxlamışdır. Yolda olan zaman ona zəng gəlmişdir. Həmin ünvana çatanda narkotiki satan şəxslə sözü düz gəlmədiyinə görə avtomobildən düşməmişdir çünki o geri qayıdacaqdı. Mobil telefona baxış keçirilməsi haqqında protokol ilə tanış deyil. Əhməd ilə onun arasında heç bir üzləşdirilmə aparılmayıb. Polis əməkdaşları onları saxlayan zaman üzərində heç bir torba olmamışdır. Əhmədin narkotik götürmək üçün Binəqədi rayonu ərazisinə getdiyindən xəbəri yox idi. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Binəqədi rayonu ərazisinə başqa məqsədlə getmişlər. Onlar İran vətəndaşından fərqli növdə və çəkidə narkotik maddə tələb etmişlər. İran vətəndaşı isə onlara başqa narkotik maddə təklif etmişdir. Belə olan halda, onlar İran vətəndaşının təklifindən imtina etmişlər. İran vətəndaşını hadisədən 2-3 gün əvvəl tanımışlar. ***-***-**-** sim nömrəsi və üzərində olan mobil telefon ona məxsusdur. Hadisəyə qədər Əhməd ilə birbirlərini tanımamışlar. Şəxsi axtarış zamanı üzərindən mobil telefon aşkar olunmuşdur. Təxminən son 3-4 il olmuşdur ki, narkotik maddə istifadəçisi olmuşdur. İstifadəsi üçün narkotiki İran vətəndaşından əldə etmişdir. Həmin İran vətəndaşını tanımırdı. Hazırki dövrdə sosial şəbəkələr vasitəsilə narkotik və narkotacir tapmaq çox asan bir məsələ olub. Narkotik əldə etdiyi İran İslam Respublikası vətəndaşlarını tanımır, nə adlarını, nə də digər anket məlumatlarını bilmir. Səccad adlı şəxsi tanımayıb. Polis əməkdaşları onu döymüşlər. Barələrində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olan məhkəmə iclasından sonra, prokurorluq əməkdaşları gələrək, şübhəli şəxs qismində saxlanıldıqları dövr ərzində döyülüb-döyülmədikləri barədə araşdırma aparmışlar. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 5-6 aya yaxındır ki, narkotik vasitə qurudulmuş marixuananı yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmiş, qəbul etdiyi narkotik vasitəni təsadüfi rastlaşdığı tanımadığı şəxlərdən almışdır. 28 yanvar 2024-cü il tarixdə axşam saatlarında ona “Whatsapp” proqramı vasitəsi iran nömrəsindən tanımadığı şəxs zəng edərək özünü İran İslam Respublikasının vətəndaşı Səccad adlı şəxs kimi təqdim etmişdir. Söhbət zamanı Səccad onun narkotik vasitələri qəbul etdiyini və maddi vəziyyətinin pis olduğunu bilib ona təklif etmişdir ki, o, narkotik vasitəni onun qoyulan yerdən götürüb digər onun dediyi yerlərə aparıb qoyduğu halda ona yüksək məbləğdə pul verə bilər. O, razılıq vermişdir. Səccad demişdir ki, növbəti gün ona zəng edib narkotik vasitənin yeri barədə məlumat verəcəkdir. Növbəti gün 29 yanvar 2024-cü il tarixdə saat 19 radələrində o, sosial şəbəkədə tanış olduğu tanışı Təqsirləndirilən şəxs1 ilə zəngləşib asudə vaxtını birlikdə keçirmək üçün onunla yaşadığı evin yaxınlığında görüşmüşdür. Əhməd icarə götürdüyü “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onunla birlikdə heç vaxt narkotik vasitə qəbul etməmiş, onun narkotik vasitə qəbul edib-etməməsini bilməmiş, özünün də narkotik vasitə aludəçisi olduğu barədə ona heç vaxt danışmamışdır. Belə ki, onun İranlı Səccadla söhbətləri barədə Əhmədə danışmaq fikiri olmasa da, onlar birlikdə olan zaman ona Səccad zəng edib narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşdirdiyini bildirmiş və demişdir ki, o, gedib həmin narkotiki götürüb, ona bu barədə bildirsin, bundan sonra ona deyəcək yerə aparıb qoysun. Demişdir ki, buna görə 2500 manat pul verəcəkdir. O, razılıq verib Səccadla telefonda vidalaşmışdır. Telefonunun dinamiki pis işlədiyi üçün o, selektorla danışmış və yanında olan Əhməd söhbəti eşitmişdir. Söhbəti bitirdikdən sonra Əhməd demişdir ki, onun da pula ehtiyacı var və xahiş etmişdir ki, onun maşını olduğundan və ona köməklik edə bildiyini üçün onu da özü ilə aparıb əldə olunmuş gəliri onunla birlikdə bölsün. O, razılaşmış və onlar birlikdə Səccadın dediyi yerə getmişlər. Həmin yerə çatdıqda onlar avtomaşından düşmüş, Əhməd narkotikin gizlədildiyi yerə yaxınlaşıb bir qara torbada olan narkotiki götürüb qayıtmışdır. Bu zaman yəni, 29 yanvar 2024-cü il tarixdə saat 22:35-də ünvan 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1lə birlikdə onun idarə etdiyi “Toyota Prius” markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onları polis idarəsinə dəvət etmişlər. Onlar yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, Əhmədin əlindəki qara rəngli sellofan paketin içərisində narkotik vasitə qurudulmuş marixuana vardır. Polis idarəsində video çəkilişdən istifadə edilməklə onun və Əhmədin üstünə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşların təklifinə əsasən Təqsirləndirilən şəxs1 üstündə, yəni əlində saxladığı qara rəngli sellofan paketdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, həmin paketi, eyni zamanda əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən isə 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Əhməd təqdim etdiyi qara rəngli sellofan paketin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin sellofan paket iştirakçıların şahidliyi ilə açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müşahidə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar olunmuş kütlələr polis tərəfindən aşkar edildiyi qara rəngli sellofan paketdə qablaşdırılıb möhürlənmişdir. Daha sonra o, üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd “Xiaomi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Əhməd və o, hamısını olduğu kimi etiraf etmişlər.
38. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Buzovna ərazisində 9 mərtəbə adlanan yerdə Cavid ona əl etmiş və o da taksi olaraq maşını saxlayıb onu götürmüşdür. Cavid avtomobilə əyləşdikdən sonra Binəqədi ərazisinə getmişlər, oraya çatdıqda Cavidi düşürtmək üçün avtomobili dayandırdıqda polis əməkdaşları onları saxlamışdır. Təxminən 14-15 polis əməkdaşı var idi. Daha sonra onları polis idarəsinə aparıb orada narkotiki qabaqlarına qoyub onu qəbul etmələrini tələb etmişlər. Bundan sonra çəkiliş aparmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavidi tanımırdı və daha əvvəldən tanışlıqları olmayıb. Cavidin telefon danışığı barədə məlumatı yoxdur. Polislər tərəfindən saxlanmağı barədə heç bir fikri yoxdur. Çəkiliş zamanı məcburiyyət qarşısında qalaraq narkotiki özü təqdim etmişdir. Onlar polis idarəsində Cavid ilə üzləşdirilməmişlər. Fiziki zorakılığa məruz qaldığı üçün onların dediyi hər şeyi qəbul etmişlər. Saxlandıqdan 1 həftə sonra ailəsi ilə əlaqə saxlamışdır. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Polislər avtomobili saxlayan kimi onları saxladılar. Narkotik torbasını ilk dəfə polis idarəsində görmüşlər. 29 yanvar saat 10 radələri saxlanmışlar. Nəqliyyat vasitəsində narkotik olmamışdır. Qətimkan tədbiri seçilərkən məhkəmədə ifadə verən zaman təqsirli olmadığını və taksi sürücüsü olduğunu bildirmişdir. Cavidlə İran vətəndaşı arasında olan heç bir telefon danışığını eşitməmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 29 yanvar 2024-cü il tarixində, axşam saat 21:00 radələrində Maştağa qəsəbəsində əvvəlcə bir nəfər müştərini ünvana çatdırmış, daha sonra Cavid maşına əyləşmiş və sonuncunu Binəqədi ərazisinə aparmağını ondan xahiş etmişdir. Bunun qarşılığında Cavid ona 20,00 Azərbaycan manatı verəcəyini vəd etmişdir. Cavid yolda ikən avtomobildən aşağı düşməmişdir. Onun mobil telefonu BMCMİ-də olmuşdur. Binəqədi rayonu ərazisində olarkən polis əməkdaşları 3-4 avtomobil ilə qarşılarını kəsmişlər. Polis əməkdaşları sayca 14-15 nəfər olmuşlar. Polislərin onları saxladıqları ərazi, çıxılmaz bir məhəllə olmuşdur. O, sükan arxasında olarkən, Cavidə zəng gəlmiş və danışıqlardan başa düşmüşdür ki, Cavid 10 qram narkotik maddə üçün Binəqədiyə gedir. O, Maştağa qəsəbəsi ərazisində yaşamışdır. Polis əməkdaşları onlara ağır işgəncələr vermişlər. Bu səbəbdən məcbur qalıb, polis əməkdaşlarının dedikləri ilə razılaşmışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 5-6 ilə yaxındır ki, fasilələrlə və son 5-6 aya yaxındır ki, mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuananı yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmiş, qəbul etdiyi narkotik vasitəni təsadüfi rastlaşdığı tanımadığı şəxslərdən almışdır. Təxminən 5-6 aydır ki, icarəyə göyürdüyü “Toyota Prius” markalı **-TK-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 29 yanvar 2024-cü il tarixdə saat 19 radələrində sosial şəbəkədə tanış olduğu Təqsirləndirilən şəxs2 ilə zəngləşib asudə vaxtını birlikdə keçirmək üçün onunla yaşadığı evin yaxınlığında görüşmüşlər. Birlikdə olan zaman Cavidə zəng gəlmiş və o, telefonunda selektoru qoşub həmin şəxslə danışmağa başlamışdır. Cavidin yanında olduğu üçün o, də telefon danışığını eşitmiş və məlumatlı olmuşdur. Cavidə zəng edən Səccad adlı şəxs narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşdirdiyini bildirib demişdir ki, Cavid gedib həmin narkotiki götürüb ona bu barədə bildirsin, bundan sonra Cavidə deyəcək başqa yerə aparıb qoysun. Demişdir ki, buna görə Cavidə 2500 manat pul verəcəkdir. Cavid razılıq vermişdir. Söhbəti bitirdikdən sonra o, Cavidə demişdir ki, onun da pula ehtiyacı olmuş və xahiş etmişdir ki, onun maşını olduğundan və ona köməklik edə bildiyi üçün onu də özü ilə aparsın və əldə olunmuş gəliri aralarında bərabər bölsünlər. Cavid razılaşmış və onlar birlikdə Səccadın dediyi yerə getmişlər. Həmin yerə çatdıqda onlar avtomaşından düşmüş və o, narkotikin gizlədildiyi yerə yaxınlaşıb bir ədəd qara torbada olan narkotiki götürüb qayıtmışdır. Bu zaman yəni, 29 yanvar 2024-cü il tarixdə saat 22:35-də ünvan 7 ünvanın yaxınlığında onun idarə etdiyi “Toyota Prius” markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə dəvət edilmişlər. Onlar yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək bildirmişlər ki, əlindəki qara rəngli sellofan paketin içərisində narkotik vasitə qurudulmuş marixuana vardır. Polis idarəsində polis əməkdaşlarının təklifdən sonra o, əlində saxladığı qara rəngli sellofan paketdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, həmin paketi, eyni zamanda əynindəki şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi qara rəngli sellofan paket iştirakçıların şahidliyi ilə açıldıqda içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müşahidə olunmuşdur. Şəxsi axtarış və götürmə davam edərkən polis əməkdaşların təklifinə cavab olaraq Cavid üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Xiaomi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Cavidin üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı o və Cavid hamısı olduğu kimi danışıb cinayət əməllərini etiraf etmişlər. Bundan sonra onun icazəsi və iştirakı ilə idarə etdiyi “Toyota Prius” markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet aşkar edilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
39. CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
40. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
41. Maddə 18.2.2. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə residivi təhlükəli sayılır.
42. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
43. Maddə 59.1.4. Cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardan biridir.
44. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
45. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
46. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
47. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
48. Maddə 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
49. Maddə 61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardan biridir.
50. Maddə 61.1.6. cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi cəzanı ağırlaşdırılan hallardan biridir.
51. Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
52. Maddə 71.5. Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
53. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
54. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
55. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
56. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
57. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
58. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
59. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
60. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu 61.“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş kannabis marixuana təmiz halda 5 qramdan artıq xeyli miqdar, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanun 62.Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
63. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
64. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
65. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı
66. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
67. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
68. 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ:
69. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Məhkəmənin hüquqi dəyərləndirməsi:
70. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs2 məxsus "Xiaomi" markalı mobil telefonun yaddaşının "Kisiler” adlanan hissədə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (902) ***-**-** nömrəsinin "Sajad" adı altında, +98 (937) ***-**-** nömrəsinin "Saber" adı altında, +98 (903) ***-**-** nömrəsinin "Ramin Aslanduz" adı altında, nömrəsinin "Sabir NN" adı altında, +98 (914) ***-**-** +98 (930) ***- **-** nömrəsinin "Mohsen" adı altında, +98 (905)959-43-84 nömrəsinin "Hosein" adı altında, +98 (901) ***-**-** nömrəsinin "Ferwad" adı altında və+98 (930) ***-**-** nömrəsinin "Araz Teze" adı altında qeydiyyata alındığı aşkar edilmişdir . Həmin telefonun "WA Business" proqramı vasitəsi ilə yanvar və fevral ayları ərzində “Ferwad", "Araz Teze", "Ramin Asladuz" adlı kontaktlarla və İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (903) ***-**-** nömrəsi ilə telefon danışıqları aparılmışdır. Bundan başqa həmin proqram vasitəsi ilə xx.xx.2024-cü il tarixdə gün ərzində "Sajad" adı altında qeyd olunan iran nömrəsi ilə çoxsaylı telefon danışıqları, foto və səsli mesajlar və yazışmalar olmuşdur. Həmin yazışmada "Sajad" adlı şəxs narkotik vasitənin yerini izah edir, Təqsirləndirilən şəxs2 isə narkotik vasitəni götürdüyünü təsdiqləyir. Həmin səs yazmalar aşağıdakı məzmundadir: (Sajad) Yanı qaqa, yanı mən milloin faiz o malı ora qoydurum ya yox, mənə dəqiq denən hə qoydur gedəcəm, ya da qoydurma getməyəcəm, az mal deyil 7 kiloqramdır. Hamarda qalar götür edən olar. (Sajad) Ora nə qədər yolun var mənə dəqiq de, adamıma deyim qoysun ora. (Sajad) Qaqa konumu atdım sənə, çatanda mənə de şəkili də atım, (Sajad) Qaqa, ejillə ilə üzbəüz dayan, sağa bax, görəssən, (Sejad) Tapdın? (Cavid)He, götürdüm dediyüvü, salamatçılıqdı gedirəm. (Sejad) He götür, götür. məzmunlu sms mətnləri aşkar edilmişdir. Həmin sms mətnlərinin narkotik vasitə dövriyyəsi ilə bağlı məzmunda olmasına əsaslı şübhələr vardır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxslərdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
71. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 İİR vətəndaşının yerləşdirdiyi narkotik vasitəni sonuncunun dediyi yerə qoyması müqabilində ona 1500 manat pul verəcəyi barədə təklif etmiş, Təqsirləndirilən şəxs1 bu əməkdaşlığa Təqsirləndirilən şəxs2 dediyi ünvandan götürüb Binəqədi rayonu ərazisinə aparmaqla qəbul etmiş, narkotik maddəni götürdükdən sonra Təqsirləndirilən şəxs2 İİR vətəndaşına bu barədə məlumat vermişdir. Həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 əvvəllər tanımadığını, onu taksi kimi yolda təsadüfən görüb saxlatdırmasını qeyd etsə də ona məxsus mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 məxsus mobil nömrəni Təqsirləndirilən şəxs2 qeydiyyata alması müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki təqsirləndirilən şəxsin ifadəsinə özünümüdafiə xarakterli ifadə kimi qiymət verir və hesab edir ki, onlar məhkəmə istintaqı zamanı məsuliyyətdən yayınmağa çalışmışlar.
72. Bundan başqa təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-156/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında çıxış edərək tanımadığı nömrədən zəng gələrək ona belə bir şey təklif edildiyini, Babayev soyadlı şəxs Əhməd və onunla birgə taksi sürücüsü kimi getməsini, ona zəng edən şəxsdən 10 qram narkotik vasitə istədiyini, həmin şəxsin daha çox narkotik vasitə göndərdiyini və Əhmədin həmin narkotik vasitəni geri qaytarmağa icazə vermədiyini və qalan hissəsini Əhmədin özünün götürəcəyini bildirmiş və əlavə olaraq, hər hansı narazılıqları, onlara qarşı polis əməkdaşları tərəfindən kobud rəftarı məruz qalmaları barədə məlumat verməmişdir.
73. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-158/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında çıxış edərək özünü təqsirli bilmədiyiini, sürücü işlədiyini, tanışı Cavid adlı şəxsin Binəqədi rayonu ərazisində qoyulmuş narkotik vasitəni götürmək üçün getməyi təklif etdiyini, bunun müqabilində ona 1500 manat pul verəcəyini bildirmiş, buna görə də onunla razılaşdığını bildirmişdir. Həmin ərazidə olan zaman polsi əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən heç bir şiddət və təzyiqə məruz qalmadığını qeyd etmişdir.
74. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında vermiş olduğu ifadəyə şübhəli yanaşaraq, onun ibtidai istintaq zamanı verdiyi ifadəni barəsində qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarında çıxışında qeyd etdikləri ilə, həmçinin cinayət işi materialları ilə müqayisəli şəkildə təhlil edir və belə qərara gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə özünümüdafiə xarakterli ifadədir. İfadəsində göstərdiyi hallar heç bir dəlilə əsaslanmır.
75. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 məxsus mobil telefon qurğusu vasitəsi ilə Təqsirləndirilən şəxs1 məxsus mobil nömrəyə zəng edilmiş və həmin nömrənin Təqsirləndirilən şəxs2 telefonunda kontaktlar bölməsində qeyd olunduğu müəyyən edilmişdir. Bu hal isə Cavid Salamnov və Təqsirləndirilən şəxs1 bir-birlərini tanımamaları ilə bağlı hissədə ifadələrində dediklərinin yalan olmasına əsaslı şübhə yaradır. Bütün bu qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hər iki təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan bir sıra istintaq hərəkəti protokollarında olan imzaların özlərinə aid olmadığını bildirsə də, obyektiv həqiqəti müəyyən etmək üçün cinayət işi üzrə təyin edilmiş xəttşünaslıq ekspertizasının müvafiq rəylərinə əsasən mübahisələndirilən imzaların təqsirləndirilən şəxslərin özləri tərəfindən icra edildiyi öz təsdiqini tapdığı müəyyən edilmişdir.
76. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadədə göstərdiyi polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmaması, yalnız narkotik vasitə istifadəçisi olması, həmçinin hər iki təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalmaları ilə bağlı dediklərinə şübhə ilə yanaşır. Belə ki, ilkin olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin barəsində ibtidai istintaq orqanı tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkmir. Həmçinin tibbi-ekspertizanın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs2 bədənində hər hansı xəsarət aşkar edilməmiş, müayinə zamanı da o, saxlanılan zaman ona xəsarət yetirilmədiyini bildirmişdir. Digər tərəfdən prokurorluq orqanı tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi faktı araşdırılmış və bu hal öz təsdiqini tapmamışdır.
77. Bütün bu qeyd edilən hallara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri bütünlüklə yalan və özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir.
78. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
79. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
80. Narkotik vasitənin təqsirləndirilən şəxslərdən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin özlərini verilmiş ittiham üzrə təqsirli bilməmələrinə dair verdiyi ifadələr işin hallarına uyğun olmayan, özünümüdafiə xarakterli, onların cinayət məsuliyyətindən yayınmasına kömək məqsədli ifadələr kimi qiymətləndirilməlidir.
81. Təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
82. Məhkəmə təqsirləndirilən şəxslərdə aşkar edilmiş narkotik maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, onlar, narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədilə əldə etmişdirlər.
83. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxslərin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 51-ci bəndi).
84. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
85. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 42,43,44,45 və 46-cı bəndləri).
86. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumatda görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2015-ci il təvəllüdlü Nihat Salmanov adlı və xx.xx.2014-ci il təvəllüdlü Nurlan Salmanov adlı iki azyaşlı uşağı vardır. Həmin halları, o cümlədən onun tərəfindən ilk dəfə cinayət törədilməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
87. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
88. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 237.2.1 və 237.2.3-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının qalan 01 il 04 ay 08 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilmədən və götürülmədən, yəni xx.xx.2024-cü il tarixdə yenidən qəsdən ağır cinayət əməli törətmişdir.
89. Belə ki, təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs1 09 iyun 2023-cü il tarixdə cəzasının qalan hissəsindən şərti olaraq azad edilməsinə baxmayaraq, həmin müddətdə yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 şərti məhkum edilməsi ləğv edilməli və çəkilməmiş 01 il 04 ay 08 gün müddət, hökmlərin məcmusu üzrə ona təyin olunacaq cəzaya qismən birləşdirilməlidir.
90. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilməmiş, lakin onun əməlində cinayətin təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir.
91. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
92. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi olduğundan cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 48-ci bəndi).
93. Təqsirləndirilən şəxs2 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 47-ci bəndi).
94. İşdə olan tutma protokollarından və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarları ilə barələrində xx.xx.2024-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxslər hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 57 və 58-ci bəndləri).
95. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
96. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
97. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
98. İş üzrə maddi sübut olan, DİN-nin BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 7049,8 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübut - şəxslərin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 59-cu bəndi)
99. İş üzrə maddi sübut olub cinayət işi materiallarına əlavə edilmiş “Xiaomi” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs2, “Samsung” markalı bir ədəd telefon Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. (qərarın 59-cu bəndi).
100. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin digər Təqsirləndirilən şəxs2 profilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
101. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 336 (üç yüz otuz altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 168 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 60-cı bəndi).
102. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs2 profilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunduğu 05 il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ona təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və həmin hökm üzrə çəkilməmiş 01 il 04 ay 08 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qaydasında qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub DİN-nin BMCMİnin Maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatından sonra 7049,8 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub cinayət işi materiallarına əlavə edilmiş “Xiaomi” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs2, “Samsung” markalı mobil telefon isə Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 336 (üç yüz otuz altı) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən müştərək qaydada 168 manat olmaqla tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov