Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-280/2023 19.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İŞ №1(101)-280/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ «19» iyun 2023-cü il Bakı şəhərində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1992-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Türkman kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs cinayəti haqqında icraat ayrılmış başqa şəxslə birlikdə 24 may 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Montin qəsəbəsi ərazisində yol kənarında yerləşən ağacın dibində gizlədilmiş yerdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satmaq məqsədilə qanunsuz əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 24 may 2022-ci il tarixdə, saat 11:40-da ünvan 1 ünvanın qarşısında BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli torbada külli miqdarda olmaqla 2 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş bir bükümdə təmiz çəkisi 585 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər bükümdə təmiz çəkisi 200 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər də narkotik vasitələrin istifadəçisi olmuşdur. Belə ki, tutulmamışdan 2 ay əvvəl iranllıdan patı alıb istifadə etmişdir. O, “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə Səyid kimi özünü təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, sonuncu narkotik vasitələrin satıcısı olduğunu sosial şəbəkələrdə bildirdiyi üçün şəxsi istifadəsi üçün ondan patı, yəni metamfetamin istəmişdir. Sonuncu onunla razılaşaraq ödəniş etmək üçün bank kartının fotoşəklini onun telefonuna göndərmiş və o, həmin karta 100 manat köçürməklə Səyidin Binə qəsəbəsi ərazisində yolun kənarında bir maşın təkərinin şəklini telefonuna atmış, o da həmin yerə gedərək təkərin içindən ona göndərilmiş patı bükümünü götürüb istifadə etmişdir. Hazırkı işlə əlaqədar onu göstərir ki, 23 may 2022-ci il tarixdə Bakı şəhəri, Neftçilər metrostansiyasının yanında mağazaya getmək məqsədilə idarə etdiyi maşını saxlayan zaman bir nəfər eynəkli oğlan ona yaxınlaşıb maşını düz saxlamadığını bildirmiş, o, maşınının yanına qayıdarkən 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, ondan narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərini deyərək üzərində və idarə etdiyi maşında narkotik vasitə olub-olmadığını soruşmuş, o isə cavab olaraq nə üzərində, nə də maşınında heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra polislər Neftçilər metrostansiyasının qabağında maşının içərisində onun üzərinə və maşınına baxış keçirmiş, lakin qanunsuz heç bir əşya aşkar etməsələr də onu sərbəst buraxmamışlar. Əksinə, onu öz maşınının arxa oturacağına əyləşdirmişlər, maşının içində sağ tərəfində bir nəfər, solda isə 1 nəfər polis əməkdaşı oturmaqla sükan arxasına isə polis əməkdaşlarından bir nəfər oturaraq maşınını Neolit şadlıq sarayına tərəf sürmüş və onu öz maşınının içində şəhərdə sürdürmüşlər, sonra isə Azər adlı əməliyyatçının evinin qabağında maşını saxlatdırıb onu 2 gün həmin maşında nəzarətdə saxlatdırmışlar. Bu müddət ərzində onun mobil telefonu polis əməkdaşlarının ixtiyarında olmuşdur. 24 may 2022-ci il tarixdə Şahid1 bildirmişdir ki, onun telefonuna iranlı Səyiddən narkotik vasitənin gəlməsinə dair mesaj gəlmiş, həmin malı götürməyə gedirlər. Onun özünü isə həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ-nə aparıb təhqiqatçı Nəcəf Aburşuya təhvil vermişlər, sonuncu onun üçün müdafiəçi dəvət etmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirmişlər. Onun üzərindən qanunsuz heç bir şey aşkar edilməmişdir. Lakin polis əməkdaşları guya iranlı Səyidin göndərdiyi qara rəngli torbanı masanın üstünə qoyaraq içərisindən 2 büküm çıxarıb həmin bükümlərdə metamfetamin və heroinə bənzər maddələri aşkar etmişlər. Həmin maddələr ona məxsus deyil, lakin polisin təzyiqindən qorxaraq videoçəkilişlə aparılmış baxış zamanı bu maddələrin ona məxsus olmasını bildirmiş və tərtib olunmuş protokolu imzalamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadədən müəyyən olunur ki, 24 may 2022-ci il tarixdə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Səyid kimi tanıdığı şəxsə İran İslam Respublikasına aid mobil nömrəsinə yazaraq istifadə etmək üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Səyid də, ona heroin və metamfetamin verə biləcəyini, lakin bunun qarşılığında heroin və metamfetaminin qoyulduğu yerdən götürüb deyəcəyi başqa şəxslərə verməli olduğunu bildirmişdir. Təxminən 30 dəqiqə sonra həmin mobil nömrədən telefonuna heroinin və metamfetaminin qoyulduğu yerin, yəni Bakı şəhəri, Nərimanov rayonu, “Montin” adlanan ərazidə yol kənarında yerləşən ağacın şəkilini göndərmişdir. O da, qeyd edilən ünvana gedib, qara torbada olan metamfetamin və heroini götürmüşdür. Həmin gün, yəni 24 may 2022-ci il tarixdə, saat 11:40 radələrində ünvan 1 ünvanın qarşısında olarkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olmalarını bildirərək, özlərini təqdim etmişlər. Daha sonra həmin polis əməkdaşları ona barəsində olan əməliyyat-axtariş tədbirləri keçirilməsi haqqında olan qərarın olduğunu bildirirək polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişdir. İdarəyə gəldikdən sonra onu xidməti otaqların birinə dəvət etmişlər. Otaqda polis əməkdaşlarını və müdafiəçinin iştirakı ilə, ona hüquq və vəzifələri izah edilmişdir. Üzərində şəxsi axtarış aparılacağı bildirilməklə, şəxsi axtarış və götürmə prosessininin videoçəkilişi aparılacağı bildirilmişdir. Ondan narkotik vasitələrdən istifadə edib, etmədiyi soruşulduqda, o, təqribən 2 ay müddətində narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Sonra ondan üzərində hər hansı bir qanunsuz olaraq əldə edilmiş əşyanın, narkotikin olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi təklif edilmişdir. O da, sağ əlindəki qara rəngli torbanı masanın üstünə qoyaraq, içərisində metamfetamin və heroin olduğunu demişdir. Eləcə də, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusunu, 01 ədəd alışqanı, 28 manat nağd pulu, şalvarın sol yan cibindən 01 ədəd “Samsung”, “Redmi” və “İphone” markalı mobil telefonları və “Leobank”a məxsus bank kartını təqdim etmişdir. Bundan sonra təhqiqatçı onun masanın üzərinə qoyduğu 01 ədəd qara rəngli torbanı açdıqda içərisində olan metamfetamin və heroin görünmüşdür. Ondan həmin metamfetamini və heroini haradan, nə məqsədlə əldə etdiyi soruşulmuşdur. O da, necə olubsa elə də, bildirmişdir. Daha sonra BNMİ-nin TQ-un baş təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşu tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçisi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Bu ifadələri təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Növbəti məhkəmə iclasında X13 ifadə verərək göstərmişdir ki, məhkəmədə verdiyi ifadəsinə düzəliş etmək istəyir, düzəlişi isə ondan ibarətdir ki, o, 23 may 2022-ci il tarixdə saxlanılmış, saxlanılan gün Bakı şəhəri, Neftçilər metrostansiyasının yanında «Rozmari» gül mağazasının qarşısında idarə etdiyi maşını saxlayan zaman bir nəfər eynəkli oğlan ona yaxınlaşıb maşını düz saxlamadığını bildirmiş, o, maşınının yanına qayıdarkən 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq onu qara rəngli Azərə məxsus «Toyota Prius» markalı maşina əyləşdirmişlər. Qeyd etmək istəyir ki, bu şəxslər mülki şəxslər idi. Onlardan yalnız Azər adlı bir nəfərin polis əməkdaşı olmasını bilmişdir. Digərləri isə taksi sürücüləri idi. Onlar polisin paykavoylarıdırlar. Taksi sürücülərindən ikisi maşının arxa oturacağında onun sağ-solunda əyləşmiş, maşını idarə edən həmin eynəkli taksi sürücüsü olmuşdur. Onu həmin maşınla «zapravka»-nın yanına, oradan Azərin adaptoru iş yerində qaldığı üçün onu götürmək məqsədilə Azərin iş yerinə aparmışlar, Azər adaptoru götürüb gələndən sonra həmin maşınla Mehdiabada, oradan isə Yasamal rayonu ərazisinə getmişlər. Qeyd edilən maşında 2 gün Sulu-təpə qəsəbəsində Azərin yaşadığı evin qarşısında qalmışdır. İki gün o, həmin maşında qalmış, yalnız ayaqyoluna getmək üçün həmin maşından düşmüşdür. Taksi sürücüləri onun yanında olub ona nəzarət etmişlər. Orada Azər onun öz telefonu ilə tanışı iranlı Səyidə Vatçap proqramı vasitəsi ilə səs atmalı, iranlıya narkotik vasitə göndərməyi deməsini, hər şeyin yaxşı olacağını ona dedizdirmişdir. Azərin bir dəfə evindən çıxıb aptekə gedib-gəlməsini görmüşdür. Onun 3 ədəd telefonları olmuşdur. Lakin üzərində və maşınında heç bir qanunsuz əşya olmamışdır. Telefonlarını Azər ondan almışdır. Növbəti gün Azər əlində büküm onun olduğu maşına yaxınlaşaraq bildirmişdir ki, iranlı göndərdiyi malı götürmüşlər. Bundan sonra onu polis idarəsinə aparmışlar. Orada onun üzərinə baxış keçirmişlər və Azərin iranlıdan əldə etdiyi qara rəngli torbanı masanın üzərinə qoymaqla həmin torbanın guya ona məxsus olmasını bildirməsini demişlər. O da videoçəkilişlə aparılmış baxış zamanı Azərin dediklərini təkrarlamışdır. Həmçinin onun cibindən baxış zamanı götürülmüş 28 manatdan ona yalnız 8 manat pul qaytarmışlar, qalan pula isə siqaret və alışqan almışlar. Onun üzərində olan 3 telefondan 2-si ona, biri isə anasına məxsus olmuşdur. Ona məxsus olan telefon nömrələri ***-***-**-**, ***-***-**-**, anasına məxsus telefon nömrəsi ***-***-**-**-dir. Hər üç telefon işlək vəziyyətdə olmuşdur. Telefonları ondan saxlanıldığı zaman Azər əlindən almışdır. Azər onu öz telefonu ilə iranlı ilə danışdıran zaman telefonu öz əlində tutmuş, o isə telefonun diktafonuna səs göndərmişdir. İranlıdan narkotik istəyən zaman qramını deməmişdir. Azər iranlıya onun səsini 23 may 2022-ci il tarixdə atdırmış, növbəti gün isə, yəni iranlının göndərdiyi narkotiki Azər götürdükdən sonra Azərin təklifi ilə, iranlıya səs göndərərək tutulmasını bildirmişdir. Bundan sonra Azər özü iranlı ilə telefonla danışmış və iranlıdan onun buraxılması üçün 5.000 manat pul tələb etmişdir. Azər iranlıya onun telefonu vasitəsi ilə bank kartının şəklini atmış, həmin karta iranlıdan 1.000 manat pul atmasını istəmişdir. Bunu onun özü şəxsən eşitməmiş, lakin belə bir söhbətin olmasını ona evdən demişlər. Belə ki, o, tutulduqdan sonra həyat yoldaşı iranlı ilə danışmış, iranlı da bu məsələni ona açıqlamışdır. Polisdə olan zaman onu öz xahişi ilə əlaqədar 2 dəfə idarədə olan ayaqyoluna aparmışlar. Ayaqyoluna o tək girmiş, onu müşahidə edən polis isə bayırda onu gözləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 23 may 2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olur. Məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə həmin tarixdə qərar qəbul edilmiş, idarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvüləri isə polis mayorları Şahid3 və Şahid2 təyin edilmişlər. Məlumatdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanına gəlməlidir. Həmin məlumatın yoxlanılması məqsədi ilə o və həmkarları Şahid2 və Şahid3 24 may 2022-ci il tarixdə, saat 10:30-dan ünvan 1 ünvanın qarşısında müşahidə aparılmasına başlamışlar. Saat 11:40-da Təqsirləndirilən şəxs əlində qara rəngli torba ilə həmin ərazidə müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək BNMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs saxladıqları yerə o özünə məxsus BMV markalı maşınla, Bəylərlə Natiq isə Hunday markalı maşınla getmişlər. X21 markalı maşını olmamış, o və həmkarları hadisə yerinə belə bir maşınla getməmişlər. Həmçinin onlar Təqsirləndirilən şəxs Neftçilər metrostansiyası yanındakı «Rozmari» gül mağazasının qarşısında deyil, ünvan 1 ünvanın qarşısında saxlamışlar. Onun və yaxud həmkarları tərəfindən taksi sürücüləri əməliyyatın keçirilməsinə cəlb edilməmişlər. Özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onu birbaşa Bakı şəhəri Nərimanov RPİ-nə apararaq idarənin təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşuya təqdim etmişlər. Bu məqama qədər o və həmkarları Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmiş, ondan telefonlar almamış, həmin telefonlardan heç biri istifadə etməmiş, Təqsirləndirilən şəxs sonuncunun telefonu vasitəsi ilə səsli əlaqə yaratmaqla iran vətəndaşı və yaxud hər hansı bir başqa şəxslə danışdırmamış, heç kəsə hər hansı bir bank kartının şəklini göndərməmiş və həmin karta hər hansı bir məbləğdə pulun köçürülməsini tələb etməmişlər. Məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bütün telefon nömrələrində olan məlumatlar yoxlanılsın. O zaman hər şey dəqiq bilinəcək, Təqsirləndirilən şəxs yalan danışıqları da üzə çıxacaqdır. Məhkəməyə əməliyyat zamanı və hal-hazırda istifadəsində olan mobil telefonunun ***-***-**-** olan nömrəsini təqdim edir. Məhkəmədən xahiş edir ki, həmin nömrədə olan məlumatlar və anten dairələri yoxlanılsın. Bakı şəhəri, Nərimanov RPİdə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı ona təklif etmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əlində olan qara rəngli torbadakı 2 ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələri çıxarıb təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd alışqan, 28 manat pul, sol yan cibindən isə 1 ədəd “Samsung”, “Redmi” və “iPhone” markalı mobil telefonlar və “Leobank”a məxsus plastik kartını masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni 24 may 2022-ci il tarixdə, saat 11 radələrində "Səyid" adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri Nərimanov rayonu, Montin qəsəbəsi ərazisində yol kənarında yerləşən ağacın dibindən götürdüyünü və "Səyid" adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində isə həmin narkotik vasitədən şəxsi istifadəsi üçün bir qismini götürmək məqsədi ilə əldə etdiyini, bundan əvvəl 2 dəfə "Səyid" adlı şəxsin dediyi narkotik vasitələri müxtəlif yerlərə çatdırdığını bildirmişdir. Daha sonra BNMİ-nin TQ-un baş təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Müdafiəçinin suallarına cavab olaraq bildirir ki, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlər olmamış, o, heç bir yerdən 2 gün ərzində maşında saxlanılmamış, ona, ona məxsus olmayan narkotik vasitə və psixotrop maddə kənardan təqdim edilməmiş, həmin qanunsuz əşyalar Təqsirləndirilən şəxs məxsus olmaqla özü tərəfindən üzərinə şəxsi axtarış zamanı təqdim edilmişdir. Həmçinin RPİ-nə gətirildikdə Təqsirləndirilən şəxs öz xahişi ilə ayaqyoluna 2 dəfə aparmışlar. Ayaqyolunun içinə Aqamir tək keçmiş, qapı bir qədər aralı olmaqla çöldən polis əməkdaşı tərəfindən nəzarətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 23 may 2022-ci il tarixdə həmkarı Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna o və həmkarı Şahid3 da daxil olmuş, qrupun rəhbəri isə Şahid1 olmuşdur. Əməliyyat tədbiri Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. 24 may 2022-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs əlində qara rəngli torba olmuş, Şahid1 Təqsirləndirilən şəxs özlərini təqdim edərək BNMİ-nin əməkdaşları olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu piyada olmuş, onlar Təqsirləndirilən şəxs Neftçilər metrostansiyası yanındakı «Rozmari» gül mağazasının qarşısında deyil, ünvan 1 ünvanın qarşısında saxlamışlar. Özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onu birbaşa Bakı şəhəri Nərimanov RPİ-nə apararaq idarənin təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşuya təqdim etmişlər. Bu məqama qədər o, Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmiş, ondan telefonlar almamış, həmin telefonlardan heç biri istifadə etməmiş, Təqsirləndirilən şəxs sonuncunun telefonu vasitəsi ilə səsli əlaqə yaratmaqla iran vətəndaşı və yaxud hər hansı bir başqa şəxslə danışdırmamış, heç kəsə hər hansı bir bank kartının şəklini göndərməmiş və həmin karta hər hansı bir məbləğdə pulun köçürülməsini tələb etməmişdir. Həmçinin həmkarları Şahid1 və Şahid3 da belə hərəkətlər etməmişlər. Onların heç biri Təqsirləndirilən şəxs qarşı istər saxladıqları zaman, istərsə də polis idarəsində heç bir təzyiq və fiziki zor tətbiq etməmiş, onun üzərinə hər hansı bir qanunsuz əşya qoymamışlar. Təhqiqatçı müdafiəçi və onların iştirakı ilə videoçəkiliş aparmaqla sonuncunun üzərinə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan qara rəngli torbadakı 2 ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələri çıxarıb təqdim etmiş, həmçinin Təqsirləndirilən şəxs ciblərində olan az məbləğdə pulu və “Samsung”, “Redmi” və “iPhone” markalı mobil telefonları, xatırladığı qədər bir ədəd bank plastik kartını masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni bir iranlıdan «zakladka» vasitəsi ilə əldə etdiyini bildirmişdir. Yəni, iranlı narkotiki qoyduğu yerin koordinatlarını Aqamirə bildirmiş, sonuncu da həmin yerə gedərək bu torbanı götürmüşdür. Baxışla əlaqədar maddi sübut olan əşyalar isə zərfə qoyularaq möhürlənmiş və imzalanmış, tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs və baxışın digər iştirakçıları heç bir qeyd vermədən imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Ağamir İbişovu keçirilmiş əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, həmkarı Şahid1 daxil olmuş məlumatdan müəyyən edilmişdir ki, Ağamir İbişov Bakı şəhəri Nərimanov rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Məlumatla əlaqədar təşkil edilmiş qrupa o da daxil edilmiş, qrup rəhbəri Şahid1, digər üzvü isə Şahid2 olmuşdur. Məlumatla əlaqədar keçirilmiş əməliyyat tədbiri zamanı, yəni 24 may 2022-ci il tarixdə saat 12 radələrində Montində, daha dəqiq desə Mayakovski küçəsində İbişov Ağamiri müəyyən edib, ona yaxınlaşmışlar, bu zaman İbişov Ağamir əlində bir qara torba tutmuşdur. Şahid1 polis olmaqlarını, İbişov Ağamirin qanunsuz narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək sonuncuya onlarla birlikdə Nərimanov RPİ-nə getməyi təklif etmişdir. İbişov Ağamir heç bir etiraz etmədən onlarla birlikdə idarəyə getmiş və idarədə İbişov Ağamir əlindəki torba ilə birlikdə təhqiqatçı Nəcəf Aburşuya təhvil verilmişdir. Sonuncu isə vəkil dəvət edərək tələb olunan prosessual hərəkətlər edərək Ağamirim üzrinə baxış keçirmiş, həmin baxışda o və əməliyyat qrupunun digər üzvləri iştirak etmişlər. Təhqiqatçı Ağamirə üzərində olan əşyaları təqdim etməyi təklif etmiş və sonuncu könüllü olaraq əlində olan qara torbadan bir neçə büküm təqdim etmişdir. Xatırladığı qədər bükümlərdə heroin, həm də metamfetamin olmuşdur. Bunu təhqiqatçının suallarına cavab olaraq Ağamir özü bildirmişdir. Ağamir həmçinin təhqiqatçıya 2 və ya 3 mobil telefon və bank kartını təqdim etmiş və narkotik vasitə ilə psixotrop maddəni Səid adlı iranlı şəxsdən sosial şəbəkə vasitəsi ilə əldə etdiyini, yəni sonuncunun bildirdiyi yerdən götürdüyünü və iranlının göstərəcəyi yerlərə qoymalı olacağını bildirmişdir. Şəxsin üzərinə baxış videoçəkilişlə aparılmış, baxışın gedişatı orada öz əksini tapmışdır. Müdafiəçinin suallarına cavab olaraq bildirir ki, Ağamir İbişov saxlanılan kimi polis idarəsinə aparılmış, başqa heç bir yerdə, o cümlədən Şahid1 yaşadığı ünvanın qarşısında avtomaşında saxlanılmayıb, ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından və xx.xx.2022-ci il tarixli əmrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun yaradılmasına dair əmrdən müəyyən olunur ki, X7 ufşa olunması üçün BNMİ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ibarət qrup yaradılmış, həmin əmrdə bu şəxslərdən savayı digər şəxslərin, o cümlədən könüllü olaraq polisə kömək edən şəxslərin əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaları nəzərdə tutulmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün, xx.xx.2022-ci il tarixdə, saat 11:40 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Nərimanov RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Həmin protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ramiz Mirzəyev tərəfindən protokola əlavə və qeydlər daxil edilmədi, protokolun düzgünlüyünü imzaları ilə təsdiq etməklə tutmanın məhz xx.xx.2022-ci il tarixdə baş verdiyini təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, videoçəkiliş aparılmaqla Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirlmiş, baxış zamanı əlində olan qara rəngli torbanı təqdim etmiş, həmin torbadan 01 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 01 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olundu.Üzərinə baxış davam etdirilərək tünd göy rəngli şalvarının sağ yan cibindən, içində siqaretdənələri olan siqaret qutusu, 01 (bir) ədəd alışqan, 28 (iyirmi səkkiz) AZN pul sol yan cibindən 01 (bir) ədəd “Samsung” markalı, 01 (bir) ədəd “Redmi” markalı, 01(bir) ədəd “İphone” mobil telefonları və **********522945 nömrəli bank kartı aşkar olunmuşdur. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkildi, heroinə bənzər kütlə qablaşdırma ilə birlikdə çəkisi 604 (altı yüz dörd) qram, metamfetaminə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi isə 210 ( iki yüz on) qram olduğu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümləri Nərimanov rayonu ərazisində gizlədilən yerdən mobil telefonda tanış olduğu İran İslam Respublikası vətəndaşı “Səyid” adlı şəxsin vasitəsi ilə deyiləcək ünvanlara çatdırıb əvəzində şəxsi istifadəsi üçün narkotik götürmək məqsədi ilə əldə etdiyini, bundan əvvəl 2 dəfə “Səyid” adlı şəxsin göndərdiyi narkotikləri müxtəlif yerlərə çatdırdığını, 051 *** ** ** nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini, başqa hardasa narkotik saxlamadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 20 avqust 2022-ci il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə cinayət işi üzrə ibtidai araşdırmanı aparan müstəntiq, polis kapitanı X14 üzərinə baxış keçirilən 24 may 2022-ci il tarixdə götürülmüş 3 ədəd telefonlarda olan məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, “İphone” markalı mobil telefon və içərisində mobil nömrə yoxdur, “Samnsung” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməli, “Redmi” markalı mobil telefon ***-***-**-** nömrə kartı ilə X7 istifadəsindəndir. Həmin nömrədə olan sms-lərin kağız üzərində çap olunmaqla aşkar edilmişdir ki, ***-***-**-** saylı telefon nömrəsi olan abunəçi 24 may 2022-ci il tarixdə saat 06:06-da İbişov Ağamirin istifadəsində olan telefonuna “gelersen bize brat tek olacam anam aparır teli qapını doyersen”. X1 23 may 2022-ci il tarixdə tutulduğuna dair verdiyi ifadəsinin həqiqətə uyğun olmaması məlum olur, yəni 24 may 2022-ci il tarixdə saat 06:06-da onun “Redmi” markalı telefon nömrəsinə gələn sms bunu təkzib edir. Həmçinin həmin telefonda olan 27 may 2022-ci il tarixli digər SMS-dən müəyyən olunur ki, “Seyid” adlı şəxs İİR-na aid mobil telefon nömrədən (+**********76 saylı nömrə) saat 10:33-də X5 telefonunu açmağını, onun NZS-də yaşamasını bildiyini, tutulmasını bildiyini göstərməklə SMS göndərmişdir.Bu SMS-in məzmunu onu sübut edir ki, Seyid adlı İİR-nın vətəndaşı ilə əməliyyat tədbirini keçirən polis əməkdaşları arasında hər-hansı bir sövdələşmə olmamış, polis əməkdaşlarının “Seyid” adlı şəxsdən hər-hansı qanunsuz hərəkət etməsinə dair tələbləri olmamışdır. Həmin telefonda olan ********** saylı telfon nömrəsi olan abunəçinin digər, 20 may 2022-ci il tarixdə saat 20:10-a göndərdiyi sms-in məzmunu aşağıdakı kimi olmuşdur: “Bidene yarı gotur gel Sen Allah o hediyyeden elave o birin 05 elede duz et gedek bir yerde edek”. Bu mətndən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını tutulduğu 24 may 2022-ci il tarixdən dörd gün əvvəl həyata keçirmişdir. Məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş və CD diskdə əks olunmuş məlumatlardan müəyyən olunur ki, X9 məxsus ***-***-**-** saylı nömrəyə xx.xx.2022-ci il tarixdə World Telecom məxsus telefon nömrəsindən SMS daxil olmaqla Təqsirləndirilən şəxs həmin müəssisəyə kredit borcu olduğu, onun həmin borcu ödəmədiyi üçün World Telecom onu məhkəməyə verəcəyini bildirir. Bununla da X7 ibtidai istintaq zamanı verdiyi ifadələrində maddi sıxıntı keçiridiyi üçün narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatları öz təsdiqini tapmışdır. Həmin telefonda olan xx.xx.2022-ci il tarixli sms-dən məlum olur ki, X9 müraciət edən ********** saylı mobil telefon abunəçisi İbişov Ağamirin onu aldatdığı, onu arxayın edib istədiyini gətirmədiyini, “lomkadan” öləcəyini bildirir. Bu sms-də X7 tutulmamışdan əvvəl fəal şəkildə narkotik vasitələrin sifarişləri əsasında satışı ilə məşğul olmasını sübuta yetirir. Həmin telefonda olan xx.xx.2022-ci il tarixli digər SMS-dən məlum olur ki, ********** nömrədən Təqsirləndirilən şəxs ********** mobil nömrəsinə məlumat daxil olmuşdur ki, onun lombarda faiz borcu var, ödəmədiyi üçün lombarda girov qoyduğu malı satışa çıxarır. Bu sms-də Təqsirləndirilən şəxs ağır maddi durumda olmaqla, həmin maddi sıxıntı ucbatından narkotik vasitələrin satışı ilə məşğul olmasını dəlalət edir. Azercel MMC-nin təqdim etdiyi X7 istifadəsində olan ********** mobil telefon dairəsinə dair məlumatdan müəyyən olunur ki, onun axırıncı anten dairəsi olaraq xx.xx.2022-ci il tarixdə saat 06:06-da Bakı şəhəri “Delfin Otel” ərzasi göstərilmiş, bundan sonra heç bir məlumat mövcud deyildir. Məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin təqdim etdiyi DVD-R diskdə olan məlumatlardan müəyyən olunur ki, polis əməkdaşı olan Şahid2 istifadəsində olan ********** mobil telefon nömrəsinin anten dairlərinə dair məlumatdan görünür həmin nömrə xx.xx.2022-ci il tarixdə saat 11:18:32-dən başlayaraq Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəli küçəsi, saat 11:20-də Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi və bundan sonra 12:00-a qədər Bakə şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəli küçəsində olması müəyyən edilmişdir. Digər polis əməkdaşı Şahid1 ********** saylı nömrə üzrə Bakcell MMC anten dairəsini təqdim etməmişdir. Bakı şəhər xəritəsinə dair “maps.google.com” saytında olan görüntüdən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi ilə Əlicabbar Orucəli küçəsi parallel küçələr olmaqla eyni ərazidə yerləşir. Belə olan halda polis əməkdaşlarının A.Əİbişovu saxladıqları 24 may 2022-ci tarixdə saat 11-12 radələrində məhz Mayakovski küçəsini əhatə edən ərazidə olmaları öz təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26 may 2022-ci il tarixli qərarından müəyyən olunur ki, əməliyyat axtarış tədbirlərinin keçirilməsi qanuni və əsaslı hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixli ifadə protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs özünü CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilərək etiraf edici ifadələr vermiş, ittiham olunduğu əməli “Seyid” adlı şəxslə əlbir olaraq törətdiyini göstərmiş, ona qərar elan edildikdə və o dindirildikdə müdafiəçi iştirak etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarxili Bakı şəhər Nərimanov rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkantədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair qərarının məzmunundan müəyyən olunur ki, nə Təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi polis əməkdaşlarının hər-hansı qanunsuz hərəkətlərindən şikayət etməmiş, onun barəsində həbs qətimkan tədbirinin seçilməməsini xaiş etmişlər. Məhkəmədə elan edilib araşdırılmış “məhkəmə-kimyəvi” ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2937 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri olan bir ədəd zərfdə, bir ədəd bağlamada təmiz çəkisi 200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 585 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 585 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 584,95 qram. Metamfetaminin təmiz çəkisi – 200 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 199,95 qram. Məhkəmədə elan edilib araşdırılmış cinayət işi üzrə təyin edilmiş “ambulator məcburi-narkoloji” ekspertizasının xx.xx.2022-ci il tarixli, 3064 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “ambulator məhkəmə-psixiatrik” ekspertizasının xx.xx.2022-ci il tarixli, 1459 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və halhazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X17n 2464 saylı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixatriya Xətsxanası” X16 5245 saylı, xx.xx.2022ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 daxil olmuş xx/xx-8956 saylı xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamış, qeydiyyatda yoxdur. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Xocavənd rayon Xocavənd kənd sakini Təqsirləndirilən şəxs Bərdə rayonu Türkman kəndində anası ilə birgə yaşayır və həmin kəndin inzibati ərazi dairəsi üzrə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış X7 məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəl məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “İphone”, “Samsung” və “Redmi” markalı mobil telefonlar sonuncunun anası Zəminə Tahirovaya qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işindən “Səyid” adlı şəxs barəsində ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 585 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 200 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin heroin və metamfetaminin tədqiqatdan sonra qalıq qalmış hissəsi cinayət işinə əlavə edilmiş və saxlanılması üçün RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün əks olunduğu 01 (bir) ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satmaq məqsədilə “Səyid” adlı şəxslə aralarında olan razılaşmaya uyğun olaraq “Səyid”in dediyi ünvanlara çatdırıb əvəzində isə bunun müqabilində həmin narkotik vasitələrdən bir qismini öz şəxsi istifadəsi üçün götürürməsi aralarında olan telefon danışıqları və sms yazışmaları Təqsirləndirilən şəxs “Səyid” adlı şəxs arasında qabaqcadan əlbirlik olduğundan və onlar cinayətkar niyyətlərini həyata keçirmək üçün razılıq əldə etdiklərindən əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini sübut edir. Beləliklə, Təqsirləndirilən şəxs üzərinə baxış protokolu ilə, ona məxsus “Redmi” markalı mobil telefona baxış keçirilməsi barədə protokol ilə, mobil operatorların məhkəməyə təqdim etdiyi məlumatlarla, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi 24 may 2022-ci il və 26 may 2022-ci il tarixli ifadələrindən müəyyən olunur ki, o saxlanılan, üzərinə baxış keçirilən zaman ona qarşı heç bir zor tətbiq edilməmiş, həmin ifadələrində Təqsirləndirilən şəxs etdiyi əməllərini tam etiraf edərək üzərində aşkar edilmiş heroin və metamfetamini “Səyid” adlı şəxsin vasitəsi ilə deyiləcək ünvanlara çatdırıb əvəzində şəxsi istifadəsi üçün narkotik alacağını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində 24 may 2022-ci il tarixdə deyil 23 may 2022-ci il tarixdə mülki şəxslər olan taksi sürücüləri və Şahid1 tərəfindən tutulması barədə, iki gün Şahid1 yaşadığı evin qarşısında maşında saxlanıldğını, üzərində hər hansı qanunsuz əşyaların olmaması barədə ifadələrini həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Məhkəmə sübutların məcmusuna əsaslanaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini həqiqətə uyğun ifadələr kimi qiymətləndirir, onun məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşmaqla həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirlən şəxs X13 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.2022-ci il tarixdə videoçəkilişlə aparılmış Təqsirləndirilən şəxs barəsində keçirilmiş “şəxsi axtarış və götürülmə aparılması haqqında” protokolun həyata keçirilməsi ilə cinayət işinə əlavə edilmiş CD diskə baxış zamanı nə İbişov Ağamir, nə də ki onun müdafiəçisi Müdafiəçi həmin prosessual hərəkətlərin aparılması ilə bağlı irad və şikayətlərini bildirməmişlər. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, məhkəmənin sorğusu əsasında araşdırma aparılmış, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X17 Nərimanov rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1237 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində xx.xx.2022ci il tarixə aid xəsarət və xəsarət izi aşkar edilməmişdir.Toplanmış materiallarda Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda ona tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəza çəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertizadan sonra qalıq qalmış 584,95 qram narkotik vasitə olan narkotik maddə heroin və 199,95 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üstündən narkotik vasitə və psixotrop maddənin götürülməsini özündə əks etdirən 01 ədəd DVD-R disk, habelə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertizadan sonra qalıq qalmış 584,95 qram narkotik vasitə olan narkotik maddə heroin və 199,95 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-280/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-280/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver