Məhkəmə qərarları › İş №1(101)-280/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-280/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-280/2024 25.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:15-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, X9 və X45 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, “X13 Kömək” İctimai Birliyinin sədri, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmiş, hüquq verən saxta rəsmi sənədləri, habelə saxta möhürü qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi qənaətə əsasən, o, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs hər hansı hüquqmüəyyənedici sənədi olmayan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 23 B ünvanında yerləşən 0,04 ha ölçüdə torpaq sahəsinin Zərərçəkmiş şəxs adına sənədləşdirilməsinə köməklik göstərməsinə dair sonuncunun qardaşı cinayətdən xəbərsiz Şahid1 və tanışı Şahid3 vasitəsilə özünə müraciəti ilə əlaqədar 2020-ci ilin iyun ayında “X13 Kömək” İctimai Birliyinə aid ünvan 4 ünvanında yerləşən ofisdə görüşləri zamanı Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə qeyd edilən torpaq sahəsini Zərərçəkmiş şəxs adına rəsmiləşdirmək imkanına malik olduğunu cinayətdən xəbərsiz Şahid1 və tanışı Şahid3 vasitəsilə yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün qeyd olunan qurumların rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla cinayətdən xəbərsiz Şahid3 və Şahid1 vasitəsilə maddi nemət olan 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs qardaşı Şahid1 27.000 manat məbləğində pul vəsaitinin verilməsinə dair razılığını almaqla sonuncularla sövdələşdikdən sonra, həmin adla 2020-ci ilin iyun ayında “X13 Kömək” İctimai Birliyinə aid ünvan 4 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs məxsus 25.000 (iyirmi beş min) manat, 2020-ci ilin iyun ayında və həmin ünvanda 2.000 (iki min) manat olmaqla, ümumilikdə 27.000 manat pul vəsaitini cinayətdən xəbərsiz Şahid1 Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs aldıqdan sonra, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, aldığı pul müqabilində verdiyi vədin icrası görüntüsü yaratmaq məqsədilə 2020-ci ilin iyun ayından həmin ilin sentyabr ayınadək olan müddət ərzində Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə bilə-bilə qanunsuz olaraq istifadə etmək üçün saxtalaşdıraraq hazırladığı hüquq verən rəsmi sənəd olan – bir ədəd vərəqə, yuxarı hissədə “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısı” sözlərini, həmin yazıdan sol tərəfdə Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirini, bir qədər aşağıda sağda kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Xətai Rayon İcra Hakimiyyətinin başçısı G.Cəlilov cənablarına”, orta hissədə “Hörmətli Gündüz müəllim” sözlərini, məktubun 3 abzasdan ibarət mətninə kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23-B saylı binanın arxasında vət. Şahid3 yuxarıda göstərilən ünvanda şəxsi vəsaiti hesabına tullantılardan təmizləyərək, istifadəyə yararlı hala gətirdiyi 400 kv m torpaq sahəsində fərdi-yaşayış evinin tikintisi məqsədi ilə təqdim etdiyi eskiz layihəsinin razılaşdırılmasını xahiş etmişdir. Araşdırma zamanı Gəncə prospekti, 23-B saylı binanın arxasında vət. Şahid3 istifadəyə yararlı hala gətirdiyi torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədəuyğun hesab edilsin. Yuxarıda qeyd olunanlara əsasən, vət. Şahid3 ərizəsini digər sənədlərlə sizə göndərməklə Gəncə prospekti, 23-B saylı binanın arxasında fərdi-yaşayış evinin tikintisi məqsədi ilə müvafiq qaydada sənədləşdirilməsinə köməklik göstərməyinizi sizdən xahiş edirəm” sözlərini, məktubun imza hissəsinə kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “R.Allahverdiyev” inisialını, inisialın qarşısına isə sonuncunun imza əksini daxil edərək hüquq verən rəsmi sənəd olan məktubu qanunsuz saxtalaşdırmaqla hazırladıqdan sonra həmin sənədinin saxtalığının gələcəkdə müəyyən edilməməsindən ötrü guya həmin sənədin özündə yalnız surətinin olmasına istinad etmək məqsədilə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının Aparatı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri yazılan dairəvi möhürlə həmin sənədin surətini təsdiq etməklə, habelə həmin möhür əksinin üzərinə şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı X7 imzasına oxşatmaqla imza edilməsinə nail olmaqla, bundan başqa çap üsulu ilə “Əsli ilə düzdür:” yazısını həmin müddətdə istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq hazırlamış olduğu Bakı şəhər İcra Hakimiyyəti başçısı X1 20 yanvar 1999-cu il tarixli, E-24 nömrəli məktubunun surətinin məzmununa daxil edərək, eyni niyyətlə həmin müddətdə Bakı şəhəri ərasizində istintaqa məlum olmayan şəraitdə bir ədəd vərəqə, yuxarı sol hissədə “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq` və Şəhərsalma Baş İdarəsi” sözlərini, yuxarı orta hissədə Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirini, yuxarı sağ hissədə həmin idarənin adının rus dilində tərcüməsini, bir qədər aşağıda məktubun tarixi hissəsində “04.03.99”, nömrə hissəsində “18/03-8/1713” rəqəmlərini, bir qədər aşağıda sağda kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Xətai Rayon İcra Hakimiyyətinin başçısı G.Cəlilov cənablarına” sözlərini, məktubun məzmun hissəsində kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Sizin xx.xx.1998-ci il tarixli, 31 saylı məktubunuza cavab olaraq bildiririk ki, vət.Şahid3 barədə qaldırdığınız məsələnin qanun çərçivəsində baxılmasına etiraz etmirik” sözlərini, məktubun imza hissəsinə kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi” sözlərini və “E.Qasımzadə” inisialını, inisialın qarşısına isə sonuncunun imza əksini həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə daxil edərək hüquq verən rəsmi sənəd olan məktubu qanunsuz saxtalaşdırmaqla hazırladıqdan sonra həmin sənədinin saxtalığının gələcəkdə müəyyən edilməməsindən ötrü guya həmin sənədin özündə yalnız surətinin olmasına istinad etmək məqsədilə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində “Bakı şəhərinin İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi 370651, Bak-SXP İstiqlaliyyət küçəsi” söz və rəqəmləri yazılan düzbucaqlı formalı ştampı sənədin surətinin yuxarı sol və aşağı sağ hissələrində əks etdirməklə, habelə üzərində “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Ümumi şöbə” sözləri yazılan dairəvi möhürlə həmin sənədi təsdiq etməklə, bundan başqa həmin möhür əksinin üzərinə şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən “Əsli ilə düzdür” sözlərinin həmin müddətdə istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq hazırlamış olduğu Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi X10 xx.xx.1999-cu il tarixli, 18/03-8/1713 nömrəli məktubunun surətinin məzmununa daxil edilməsinə nail olaraq, eyni niyyətlə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə bir ədəd vərəqə, yuxarı sağ hissədə kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “X25 Sərxan Yaqub oğlu” sözlərini, məktubun məzmun hissəsinə “Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş 18/03-8/1713 saylı, 04.03.99-cu il tarixli məktubda Xətai rayonu, Gəncə prospekti, 23-B saylı binanın arxasında, vət. Şahid3 istifadəsinə ayrılmış 400 kv m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə etiraz edilməməsi, həmin məktub əsasında göstərilən ünvanda Şahid3 istifadəsində olan 400 kv m torpaq sahəsində fərdiyaşayış evinin tikintisinə etiraz edilmədiyi bildirilir. Bakı şəhər XDS İK-nin 19/338 saylı, xx.xx.1987-ci il tarixli qərarına istinad edərək, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1713 saylı, 04.03.99-cu il tarixli razılıq məktubunu nəzərə alaraq vət Şahid3 yuxarıda göstərilən ünvanda istifadəsində olan 400 kv m torpaq sahəsində fərdiyaşayış evinin tikintisi məqsədi ilə təqdim olunmuş eskiz layihəsi rayon İcra Hakimiyyətinin memarlıq şöbəsində razılaşdırılmışdır. Ayrılmış torpaq sahəsində təyinatına görə istifadə edilməsinə, ətraf sahələrin sanitar vəziyyətinə nəzarət etmək, ərazinin müntəzəm sanitar təmizliyinin təmin edilməsi üçün Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlanması vət. Şahid3 tapşırılsın” sözlərini, məktubun imza hissəsinə kiril əlifbasının hərfləri ilə “Xətai Rayon İcra Hakimiyyətinin Başçısı” sözlərini və “G.Cəlilov” inisialını daxil etməklə, habelə həmin inisialın qarşısına şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Gündüz Cəlilovun imzasına oxşatmaqla imza edilməsinə nail olmaqla, həmçinin həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində “Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti” sözləri yazılan kvadrat formalı ştampı sənədin yuxarı sol küncünə əks etdirib, şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən həmin ştamp əksinin üzərindəki nömrə hissəsinə “г-31/2-023”, tarix hissəsinə “09 aprel 99” hərf və rəqəmlərinin həmin müddətdə istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq hazırlamış olduğu Xətai rayon İcra Hakimiyyəti başçısı X8 г-31/2-023 nömrəli, 09 aprel 1999-cu il tarixli məktubunun məzmununa daxil edilməsinə nail olaraq, eyni niyyətlə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə bir ədəd vərəqə, yuxarı hissədə “ Vət. Şahid3, Tərtər ray., Elman Səfərov küç., ev1 Arxiv surəti” sözlərini, bir qədər aşağıda orta hissədə “Xətai Rayon İcra Hakimiyyətinin Başçısı Sərəncam №174” söz və rəqəmlərini, tarix hissəsində “04 iyun 1999 il” rəqəm və hərflərini, sol hissədə “ Əlillərin maddi rifahının yaxşılaşdırılması haqqında” sözlərini, sərəncamın məzmun hissəsində “Xətai rayon İcra Hakimiyyətinə Tərtər rayonu, Elman Səfərov 1-də yaşayan Şahid3 müraciət edərək, ailəsinin maddi rifah halını yaxşılaşdırmaq məqsədilə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Vət. Şahid3 İİ əlil olduğunu, texniki imkanın olduğunu, Əlillərin Sosial Müdafiəsi haqqında xx.xx.1992-ci il tarixli qanunu nəzərə alaraq, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində Dövlət Hakimiyyət və İdarəetmə orqanları haqqında Əsasnamənin 13-cü mad “1” Qərara Alıram: 1.Tərtər rayonu, Elman Səfərov 1-də yaşayan Şahid3 Xətai rayonu, Gəncə prospekti, 23B saylı binanın arxasında, cizgidə göstərilən sahədə torpaq sahəsi ayrılsın və fərdi yaşayış evinin tikintisinə icazə verilsin. 2. Ayrılmış sahənin layihə sənədinin tərtib edilməsi, rayon Layihə-Smeta Bürosuna həvalə olunsun və rayonun Baş Memarı ilə razılaşdırılsın. 3. Sərəncamın surət rayon polis idarəsinə, rayon MKTB-yə, rayon vergi müfəttişliyinə, rayon KEM-nə, Şahid3 göndərilsin. 4.Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə həvalə olunsun” sözlərini, məzmun hissədən aşağıda “imza G.Cəlilov, möhür G.Məmmədov” söz və inisiallarını, habelə bir qədər aşağıda “Qeyd: Sərəncama cizgi əlavə edilməmişdir, ƏSAS: Fond-130, siy-1, iş- 315, vər 1” rəqəm və hərflərini, sərəncamın arxiv çıxarışının imza hisəssində “Az Res.DA Bakı Dilialının direktoru” sözlərini və “Ş.A.Şükürov” inisialını daxil etməklə, həmin inisialın qarşısına şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının direktoru vəzifəsində işləmiş X2 imzasına oxşatmaqla imza edilməsinə nail olub, həmçinin sonuncunun vəzifə və imzasından aşağı hissədə “arxivçi” sözləri və “Ə.M.Novruzova” inisialını daxil etməklə, həmin inisialın qarşısına şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında arxivçi vəzifəsində işləmiş X3 imzasına oxşatmaqla imza edilməsinə nail olub, həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində “Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı” sözləri yazılan dairəvi formalı möhürlə arxiv çıxarışını təsdiq edərək, əlavə olaraq həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində “Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı” sözləri yazılan künc ştampını sənədin yuxarı sol küncünə əks etdirməklə, şəxsiyyəti istintaq müəyyən edilməmiş cinayətdən xəbərsiz şəxs tərəfindən ştampdakı nömrə hissəsinə “1035”, tarix hissəsinə “21 .04.2010” rəqəmlərinin həmin müddətdə istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq hazırlamış olduğu Xətai rayon İcra Hakimiyyəti başçısı X8 04 iyun 1999-cu il tarixli 174 nömrəli sərəncamından 21 aprel 2010-cu il tarixli 1035 nömrəli arxiv çıxarışının məzmununa daxil edilməsinə nail olaraq, eyni niyyətlə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə bir ədəd vərəqə, yuxarı hissədə Azərbaycan Respublikası dövlət gerbinin təsvirini, “Azərbaycan Respublikası, Xətai Rayonu İcra Hakimiyyəti Başçısı” sözlərini, bir qədər aşağıda “Sərəncamdan Çıxarış” sözlərini, nömrə hissəsində “347”, tarix hissəsində “25.10.13” rəqəmlərini, bir qədər aşağı sağ hissədə “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23B saylı binanın arxasında yerləşən fərdiyaşayış evinin tikintisinə icazə verilməsi haqqında” sözlərini, sərəncamdan çıxarışın məzmun hissəsinə “Bakı şəhər, Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş 18/03-8/1713 saylı, xx.xx.1999-cu il tarixli məktubda vətəndaş Şahid3 oöluna fərdi-yaşayış evinin tikintisinə etiraz etmədiyi bildirilir. Bakı şəhər, Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş 18/03-8/1713 saylı, xx.xx.1999-cu il tarixli razılıq məktubu və yuxarıda qeyd olunanları nəzərə alaraq: 1.Vətəndaş Şahid3 məxsus Xətai rayonu Gəncə prospekti, 23B saylı binanın arxasında ona ayrılmış 400 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilsin. 2. Ətraf ərazinin abadlığına və sanitariya qaydalarına riayət edilməsi vətəndaşa həvalə edilsin. 3.Sərəncamın surətləri Rayon Polis İdarəsinə, GEM-nə, Yanğından Mühafizə İdarəsinə, Rayon İcra Hakimiyyətinin Memarına və vətəndaşa göndərilsin. 4.Sərəncamın İcrasına nəzarət rayon İcra Hakimiyyətinin Memarına həvalə olunsun” sözlərini, bir qədər aşağıda “R.Məmmədov” inisialını, həmin inisialdan aşağıda “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri” yazısı və həmin yazının qarşısında “N.Nəsirov” inisialını, habelə həmin inisialın qarşısına şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən Xətai rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləmiş X16 imzasına oxşatmaqla imza edilməsinə nail olmaqla, həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində “Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti sözləri” yazılan, orta hissəsində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan dairəvi möhürlə Xətai rayon İcra Hakimiyyətinin başçısı X23 25 oktyabr 2013-cü il tarixli 347 nömrəli sərəncamından çıxarışı təsdiq etməklə, hüquq verən rəsmi sənədlər olan Bakı şəhər İcra Hakimiyyəti başçısı X1 20 yanvar 1999-cu il tarixli, E-24 nömrəli məktubunun təsdiq edilmiş surətini, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi X10 xx.xx.1999-cu il tarixli, 18/03-8/1713 nömrəli məktubunun təsdiq edilmiş surətinin, Xətai rayon İcra Hakimiyyəti başçısı X8 г-31/2-023 nömrəli, 09 aprel 1999-cu il tarixli məktubunun əslini, Xətai rayon İcra Hakimiyyəti başçısı X8 04 iyun 1999cu il tarixli 174 nömrəli sərəncamından 21 aprel 2010-cu il tarixli 1035 nömrəli arxiv çıxarışının əslini, Xətai rayon İcra Hakimiyyətinin başçısı X23 25 oktyabr 2013-cü il tarixli 347 nömrəli sərəncamının əslini qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlamış, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 27.000 (iyirmi yeddi min) manat pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin müstəntiqi Hikmət Mahmudovun onun barəsində qaldırdığı ilkin fakt üzrə qərəzli cinayət işinin araşdırılması səbəbindən Prezident Administrasiyasına və digər hüquq mühafizə orqanlarına müraciət etmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində aparılan qərəzli cinayət işi şər, böhtan xarakterli olmuşdur. Əvvəlki iki fakt üzrə cinayət işi əvvəlcə hakim Məhəmməd Əkbərovun icraatında olsa da sonradan hakim Vüqar Quliyevin icraatına verilmiş və halhazırda məhkəmə iclası aparılmaqdadır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin müstəntiqi Hikmət Mahmudov onun barəsində qaldırdığı cinayət işi ilə əlaqədar 20 may 2021-ci il tarixində Əmlak Məsələri üzrə Dövlət Xidmətinə kömək məqsədilə 3000-dən çox qazi və şəhid ailələrindən ibarət üzvü olan X13 X40nə Dərnəgül 1 və Z.Bünyadov prospektinin kəsişməsində yerləşən tikinti materiallarının satışı üçün 600 kvadrat metr torpaq sahəsini hər ay dövlət rüsumu 1100 manat olmaqla, icarəyə vermişdir. Sonradan həmin torpaq sahəsi ilə əlaqədar "xxxx" açıq tipli səhmdar cəmiyyəti adlı bir təşkilat tərəfindən birliyə 350.000 manat pul təklif olunmuşdur ki, həmin torpaq sahəsini onlara satsınlar. Lakin birliyin idarə heyəti bu təkliflə razılaşmamış, sonradan birliyə məxsus olan 600 kvadrat metr torpaq sahəsi Magistral ekspress ASC tərəfindən qanunsuz olaraq zəbt edilərək qeyri-qanuni olaraq başqa şəxslərə icarəyə verilmişdir. Bununla bağlı dəfələrlə mübahisə olmuş, Nərimanov rayon Məhkəməsi və Kommersiya Məhkəməsində onların leyhinə qərar çıxarılmışdır. Bu səbəbdən "xxxx" açıq tipli səhmdar cəmiyyəti inzibati xətalar məcəlləsinə əsasən Nərimanov rayon Məhkəməsi tərəfindən 1200 manat cərimə edilmişdir. Həmin cəmiyyətin rəhbərliyi öz yaxın adamlarının yanında birliyin qazilərinə məlumat çatdıraraq bildirmişlər ki, cəmiyyətin rəhbərliyi 200.000 manat pul müqabilində hüquq mühafizə orqanları ilə onun həbsi ilə bağlı danışıqlar aparmışdır. Onlar əvvələr dələduzluğa görə həbs olunduğunu və tezliklə yenidən həbs olunacağını bildirmişlər. Onlar birliyin adına olan əmlak çıxarışını da tezliklə Əmlak məsələri üzrə dövlət xidmətində ləğv edilərək həmin cəmiyyətin öhdəsinə veriləcəyini bildirmişlər. Sonradan "xxxx" ASC əvvələr onun barəsində dələduzluqla bağlı qaldırılmış cinayət işini sosial şəbəkələrdə yaymışlar. Onların torpağa heç bir mülkiyyət hüququ olmadığı halda hüquq mühafizə orqanlarına əsassız müraciətlər göndərməyə başlamışlar. Bu hadisədən bir müddət sonra o, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılmış və idarənin müstəntiqi Hikmət Mahmudov cəmiyyətin heç bir əsası olmayan müraciəti əsasında onun barəsində cinayət işi açmışdır. X26 20 may 2021-ci il tarixində əmlak məsələri dövlət xidmətində çıxarışı ləğv etdirərək həmin torpaq sahəsini əvvəlcədən danışdıqları kimi "xxxx" açıq tipli səhmdar cəmiyyətin öhdəliyinə verməklə onların maraqlarına xidmət etmiş, ona isə saxta sənəd hazırlamaq maddəsi ilə cinayət işi başlamışdır. İctimai birliklə "xxxx" açıq tipli səhmdar cəmiyyətin arasında gələcəkdə məhkəmə mübahisələri olmasın deyə saxta sənəd faktı üzrə aparılan cinayət işi dəyişdirilmiş, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yenidən onunla bağlı rüşvət maddəsi ilə əməliyyat tədbiri həyata keçirmişdir. Məhkəmədə şahid qismində iştirak edən şəxslər bu işin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin müstəntiqi Hikmət Mahmudov tərəfindən hazırlanmış bir oyun olduğunu bilmişlər. Eyni zamanda şahid qismində iştirak edən Samir Adıgözəlov X26un yazıb doldurduğu izahat və ifadələrə, idarənin qapısından içəri daxil olduqda sol tərəfdə yerləşən mühafizə polisinin yanında 4-5 vərəqi imzaladığını və bu işin cəmi 3-5 dəqiqə çəkdiyini bildirmişdir. Bu işdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq edən və guya mənə 5000 manat pul vəsaiti verən Vəfa adlı qadın isə indiyə kimi məhkəməyə gəlməmişdir. 2 fakt üzrə aparılan cinbayət işi üzrə bir şikayət belə aşkarlanmamışdır. O, birliyin sədri olmaqla yanaşı dizaynerlik fəaliyyəti ilə də məşğul olur. Hal-hazırkı fakt üzrə isə xeyli vaxtdır tanıdığı Qarabağ qazisi Sərxan adlı şəxs 2020-ci ilin iyun ayının ortalarında ona bildirmişdir ki, onun tanıdığı Anar və Tural adlı şəxslər Xətai rayonu Gəncə prospektində 400 kvadrat torpaq sahəsini 5000 manat müqabilində alıb onun adına rəsmiləşdirərək orada ev tikmək istəyirlər. Sonradan Tural, Anar və Sərxan onunla həmin torpaq sahəsində görüşərək bələdiyyədən ödəniş qəbzi olduğunu bildirərək, bağ sahəsini ikinci qrup Qarabağ qazisi olan Sərxanın adına rəsmiləşdirərək hüquqi sənəd olan çıxarışın alınmasında onlara kömək etməyini xahiş etmişlər. Onlar çıxarış aldıqdan sonra çıxarışı Turalın bacısının adına rəsmiləşdirəcəklərini və orada fərdi yaşayış evi tikəcəklərini bildirmişlər. O da bu işlə əlaqədar əmlak işi ilə məşğul olan tanışı Aygün Nağıyeva ilə danışmışdır. O da bununla bağlı tanışları ilə danışıqlar apardıqdan sonra bu işin 25.000 manat vəsait hesabına alınacağını demişdir. O da bu barədə tanışı Şahid3 məlumat vermişdir. İyul ayının ortalarında Şahid3 ona zəng edərək Tural və Anardan 25.000 manat pul vəsaiti aldığını, onunla görüşmək istədiyini bildirmişdir. O isə ona Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “X13 X40”nin ofisinə gəlməli olduğunu bildirmişdir. O, Aygün Nağıyeva ilə telefonda əlaqə saxlayaraq onun da ofisə gəlməli olduğunu bildirmişdir. Sərxan ofisə gələrək 25.000 manat pul vəsaitini ona vermiş və sonradan isə o, Sərxanın şəxsiyyət vəsiqəsini, şəhid ailəsinə məxsus olan bağ sahəsinin qəbzinin surətini və 25.000 manat pul vəsaitini müqavilə bağlayaraq Aygün Nağıyevaya vermişdir. Bu iş başa çatdıqdan sonra isə Aygün Nağıyeva ona pulun beş faizini, yəni 1250 manat verəcəyini bildirmişdir. Bir neçə ay sonra Aygün Nağıyeva tanışı İbrahim adlı şəxsin vasitəsilə Sərxanın adına bəzi sənədləri həll etsə də, hüquqi sənəd olan çıxarışı əldə edə bilməmişdir. Aygün Nağıyeva ona Sərxanın adına verilmiş ilkin sənədlərə görə Xətai rayon kommunal təsərrüfat birliyinin işçisi olan Elxan adlı şəxsin vasitəsi ilə İbrahim adlı şəxsə 5000 manat pul vəsaiti verdiyini bildirmişdir. Aygün Nağıyeva istintaqda verdiyi izahatda ilkin sənədlərlə bağlı 5000 manat pul vəsaiti alan İbrahim adlı şəxsin istintaqa dəvət olunmasının vacib olduğunu bildirsə də, İbrahim adlı şəxs istintaqa çağırılmamışdır. Sonradan sənədlər Şahid3 adına olduğundan bu işlə bağlı Əmlak məsələri dövlət xidmətindən maraqlanmalı olduğunu bildirmişdir. O da bu işlə bağlı maraqlandıqdan sonra bu işin çətin olacağını bildirmişdir. Tural və dostu Anarla bu məsələ haqda onun ofisində görüşmüşdür və onları əmlak məsələri üzrə dövlət xidmətinin 1 saylı ərazi dairəsinə göndərmişdir. Onlar da 1 saylı dairə rəisi Mustafa adlı şəxs ilə görüşmüşlər, o isə bu işin mümkün olmadığını demişdir. Sonradan Anar, Sərxan və Tural ofisə gələrək verdikləri 25.000 manat pul vəsaitini Turalın bacısının faizlə götürdüyünü və ona 27.000 manat pul vəsaiti qaytarılacağını, 400 kvadrat metr torpaq sahəsinə görə şəhər dairəsinə verilmiş 5000 manat pulun qaytarılmalı olduğunu bildirmişlər. O da Aygün Nağıyevaya işin alınmadığını və Turala 25.000 manatın qaytarılmalı olduğunu bildirmişdir. X32 aldığı 25.000 manat pul vəsaitini 2021-ci ilin yanvar ayından aprel ayına kimi müqavilə əsasında ona gətirib qaytarmışdır. O isə birliyin üzvləri Ceyhun Paşayevin, Kamil Məmmədovun, Şahid3 vasitəsilə 25.000 manat pul vəsaitini Tural və Anara qaytarmışdır. Turalın və Anarın dedikləri kimi 25.000 manat pul vəsaiti faizlə olduğu üçün Aygün Nağıyevadan alınan 25.000 manatdan əlavə olaraq özü də 2000 manat pul vəsaiti vermişdir. Onların əvvəlcə 5000 manat şəhid ailəsinə verdikləri pulun halallıq pulunu da özü Tural və Anarla birlikdə gedərək evdən götürüb onlara vermişdir ki, Tural və onun bacısının gələcəkdə torpaqla bağlı heç bir iddiaları olmasın. Sonradan Sərxan və Turalın dostu Anar ona bildirmişlər ki, Anar bu işlə əlaqədar Əmlak məsələri üzrə dövlət komitəsində çıxarışın alınması ilə bağlı danışır və 25.000 manat olsa torpağın çıxarış məsələsini yenidən həll etməyin mümkün olduğunu demişdir. Bildirmişlər ki, çıxarış həll olunduqdan sonra torpağın sotu 20.000- 25.000 manata satılacaq və hər kəs öz xeyrini götürəcəkdir. Sonradan bu məsələ ilə bağlı o, Aygün Nağıyeva ilə danışmışdır. Ona həmin bağ sahəsinin sənədləri ilə əlaqədar İbrahim adlı şəxsin Şahid3 adına ilkin sənədlərin hazırlanmasına verdiyi 5000 manat pul vəsaitinin batmaması üçün əlavə 25.000 manat verilməli olduğunu və sonda ona 10.000 manatın veriləcəyini, ümumilikdə 40.000 manat veriləcəyini bildirmişdir. Aygün Nağıyeva isə qazi Şahid3 etibar etmədiyindən ona daha yaxın olan Ceyhun Paşayevin adına etibarnamə verilərsə 25.000 manat pul tapıb verəcəyini demişdir. O da bu barədə Şahid3 bildirmişdir ki, Ceyhun Paşayevin adına etibarnamə versin. Sərxan da Ceyhun Paşayevə etibarnamə verdikdən sonra Turalın dostu X28 yanında telefon vasitəsi ilə danışmış və ona demişdir ki, “əgər sənə 25.000 manat pul verilərsə çıxarış nə zaman hazır ola bilər?” Anar da ona bildirmişdir ki, “ay yarıma çıxarış hazır olacaqd”. Sonradan o, Anara zəng edərək Aygün Nağıyevanın “KİA” markalı avtomobiliylə Nərimanov rayon YPİnin qarşısında Anarla görüşərək 20.000 manat pul vəsaitini Aygün Nağıyevanın yanında ona vermişdir. Sonradan Şahid1 25.000 manat pul vəsaitini hissə-hissə Aygündən alaraq vermişdir. O, Tural və Anara dəfələrlə zəng edərək çıxarış barəsində maraqlanmışdır. Onlar da ona qısa müddət ərzində məsələnin həll olunacağını demişlər. Bir neçə müddət sonra Anar işi uzatmağa başlamışdır. X35 tez-tez danışsa da sonradan Anara və Turala verilən 25.000 manat pul vəsaitini tələb etməyə başlamışdır. Bir müddətdən sonra isə Anar və Turalın telefonlarına zəng çatmamışdır. Aygün ona etibarnamə verdiyi Ceyhuna və Sərxana tez-tez zəng edərək Anar və Turalı tapmaq lazım olduğunu bildirmişdir. Aygün Ceyhuna zəng edərək ona etibarnamə verdiyini və bu işdə ona köməklik edilməli olduğunu bildirmişdir. 2022-ci ilin iyul ayında Aygün Nağıyevanın təkidi ilə Ceyhuna bu işlə bağlı verilmiş etibarnamə əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. O, 25.000 manat pul vəsaitini ərizəsində öz vəsaiti kimi göstərmiş, lakin bu iş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində uzadıldığından X41 İşlər Nazirliyinə Şahid1 və Şahid2 şikayət ərizəsi yazmışdır. Daxili İşlər Nazirliyindən isə 18-ci bölməsində baxılacağı bildirilmişdir. 18-ci polis bölməsində Aygündən, ondan və Sərxandan izahatlar alınmışdır. Tural və Anarla bağlı məcburi gətirmə qərarı verilmişdir. X36 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki şikayət ərizəsi əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi də bu işdə onun da adı hallandığından Tural və Anar 18-ci polis bölməsi tərəfindən deyil, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2022-ci ilin dekabrında saxlanılmışlar. X26 bu faktla bağlı Tural və Anarın aldıqları pulu onlardan alıb qaytarmaq əvəzinə şər, böhtan xarakteri ilə onun barəsində yenidən qərəzli cinayət işi başlamışdır. O, birliyin sədri olaraq qeyd etdiyi vəzifəli şəxslərdən başqa adamlarla görüşməmişdir. Onun tərəfindən alınan pullar geri qaytarılmışdır. O, Aygünlə bağladığı müqavilənin surətlərini, Aygünün Anara verdiyi pulları necə istəməsinə dair səs yazılarına qulaq asdırsa da müstəntiq ona saxta sənəd, rüşvət və dələduzluq maddələri ilə cinayət işi başlamışdır. O, cəmiyyətin göstərişi ilə bu hərəkətləri etdiyini demişdir. Onun heç kimə borcu yoxdur. O, Anardan və Turaldan şikayətçi olduğu halda özünün barəsində cinayət işi başlanmışdır. 21 fevral 2022-ci il tarixində o, Ziya Əliyev tərəfindən Nizami Rayon baş polis idarəsində çağırılmışdır. Ziya Əliyev onunla bir şəhid ailəsi ilə bağlı mübahisə etmiş və üzərindən guya 1 kibrit qutusu marixuana çıxdığını bildirmişdir. Heç bir əsas olmadan barəsində cinayət işi açılmışdır. Nizami rayon məhkəməsi tərəfindən ona cəza verilsə də apellyasiya məhkəməsi tərəfindən bəraət verilmişdir. Ona böhtan atıb ictimai nüfuzuna zərər vurmuşlar. Bütün bunlar Magistral Ekspress açıq tipli səhmdar cəmiyyətinin rəhbərliyinin sifarişi əsasında baş vermişdir. Barəsində olan cinayət işi üzrə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirdi ki, o, zərəçəkmiş şəxsi tanımır. Qardaşını tanıyırmış və qardaşının onlara borcu olduğu üçün onu polisə şikayət etmişlər. Aygün dövlət qurumlarında münasibətləri olduğunu deyib, sənədləşmə işlərini həyata keçirməyi öhdəsinə götürmüşdür. 25.000 manatdan Aygünün özünə hansı miqdarda pul götürəcəyini bilməmişdir. O, pulu Sərxandan alıb Aygünə vermişdir. Sərxanın o pulu kimdən aldığını bilməmişdir. Sənədləşmə işi alınmamış, Sərxan gəlib 25.000 manatı faizə götürdüyünü və əlavə olaraq 2000 manat da verməli olduğunu demişdir. O, Aygündən 25.000 manat almış, söz-söhbət yaranmaması üçün 2000 manatı da düzəldib, Sərxana ümumilikdə 27.000 manat pul vermişdir. Sərxan, qardaşı və onların dostu onun üzərinə gəlmişdir. İcra hakimiyyətinin məktubunun nə ilə əlaqəli olduğunu bilmir, dəqiq məlumatları Aygün bilmişdir. Əmlak komitəsindən bu iş alınan məsələ olmadığı bildirilmişdir. Ümumilikdə 25.000 manatdan əlavə o, Sərxana 7.000 manat pul vermişdir. O, sənədlərin saxta olduğunu ibtidai istintaq zamanı bilmişdir. Aygünün tanışı sənədləri tərtib etmişdir. Sərxan sonradan gəlib, məsələni özlərinin həll edə biləcəyini demiş, onlardan pulu tələb etmişlər. Onlar Sərxangilin pulunu qaytarmışlar. Əlavə olaraq 7.000 manat da vermişlər. Sənədləşmə işlərinin baş tutmama səbəbini bilməmişdir. Heç bir görüşdə iştirak etməmişdir. Ona 70.000 manat pul verilməmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin əvvəllərində o, fərdi yaşayış evi inşa etmək məqsədilə torpaq almaq qərarına gəlmiş və bu barədə qardaşıyla məsləhətləşmişdir. Qardaşı Şahid1 torpaq sahəsi alınması məqsədilə 97.000 manat məbləğində pul vermiş, qardaşı da həmin pulu Təqsirləndirilən şəxs vermişdir. O, Təqsirləndirilən şəxs tanımırmış, ötən məhkəmə iclasında görmüşdür. Təqsirləndirilən şəxs 97.000 manat pulun 52.000 manatını hissə-hissə olmaqla 2 dəfəyə qaytarmışdır. Hazırda 45.000 manat pul qaytarılmalıdır. Təqsirləndirilən şəxs pulu torpaq sahəsi almaq üçün pul vermişdir. Torpaq sahəsi Sərxan adlı şəxsin adına olmuşdur. Təqsirləndirilən şəxs hansı statusda iştirak etdiyini bilməmişdir. Ona verilən sənədlər Sərxan adlı şəxsin adına olmuşdur. Torpaq sahəsinə uzaqdan baxmışdır. O, qardaşı, Sərxan adlı şəxs iştirak etmişdir. Sərxan adlı şəxs pulun Təqsirləndirilən şəxs verilməsini demişdir. Ona verilən sənəddə həmin torpaq sahəsinin Sərxan adlı şəxsin adına olduğu qeyd edilmişdir. Amma verilən sənəd saxta olmuşdur. Pulu 2 il olar ki, vermişdir. Hadisə barədə ətraflı məlumatı yoxdur. O, sadəcə 97.000 manat pulu qardaşı vasitəsilə torpaq almaq üçün vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Onun avtomobilinə bir xanım müştəri qismində əyləşmişdir. Yolda olarkən həmin xanım kiminləsə mobil telefonla danışırmış, danışığın məzmunundan belə başa düşmüşdür ki, haradasa torpaq sahəsi bəyənib almaq istəsə də torpağın sənədi olmadığından həmin torpaq sahəsini ala bilməmişdir. Hətta telefon danışığı zamanı həmin xanım bir qədər kövrəlmişdir. Belə olan halda o, telefon danışığını bitirəndən sonra xanımdan torpaqla bağlı probleminin nə olmasını soruşmuş və ona məlum olmuşdur ki, xanım Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sahəsinin sahibi ilə danışıb torpağı almaqla bağlı razılaşsa da torpağın sənədi olmadığından həmin alqı-satqı baş tutmamışdır. O, xanıma Sərxan adlı qohumumun olduğunu, bu kimi məsələlərdə kömək edə bildiyini, bir müddət öncə Sabunçu rayonu ərazisində ona məxsus torpaq sahəsində Sərxanın köməkliyi ilə ona tikinti üçün icazə verildiyini demişdir. Həmin xanım sifariş vaxtı qeyd edilən mobil nömrəmi qardaşına verməyə icazə istəmiş, o da icazə vermiş və Zərərçəkmiş şəxs bildirmişdir ki, qardaşı onunla əlaqə saxlayacaqdır. Növbəti gün istifadəsində olan mobil nömrəyə tanımadığı nömrədən zəng edən şəxs özünü Şahid1 kimi təqdim edib avtomobilinə minmiş xanımın qardaşı olduğunu bildirmiş, torpaq sənədləşməsi ilə bağlı zəng etməsini deyərək, həmin Sərxan adlı şəxslə onları görüşdürməyini xahiş etmişdir. Bundan sonra Sərxanın mobil nömrəsinə zəng edib qeyd edilən məsələ ilə bağlı məlumat vermiş, sonuncu da torpaq sənədləşməsi ilə bağlı kömək edə biləcəyini bildirib görüşə razılıq vermişdir. Həmin gün axşam 17 radələrində Bakıxanov qəsəbəsi ərazisində yerləşən çayxanalardan birində Sərxan, o, Şahid1 və sonuncunun Anar adlı dostu görüşmüşlər. Bir neçə dəqiqə sonra ona taksidə işlədiyi üçün sifariş gəlməsi ilə bağlı stoldan durmuşdur. Bundan sonra danışılanlardan məlumatı olmamışdır. Sərxanın konkret olaraq nə işlə məşğul olmasını bilməsə də, onun 1-ci dərəcəli Qarabağ əlili olmasını bilmişdir. Sərxan Qarabağ qazisi olduğu üçün dövlət orqanlarında onun sözü keçmişdir. Onun yanında torpağın sənədləşməsi ilə əlaqədar pul söhbəti aparılmamışdır. Təqsirləndirilən şəxs adlı şəxs barəsində ibtidai istintaq zamanı Korrupsiyaya qarşı Mübarizə İdarəsində eşitmiş Sərxan torpağın sənədləşməsini Təqsirləndirilən şəxs vasitəsilə həyata keçirəcəyi ona məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2-ci qrup əlil olmaqla müharibə veteranıdır. O, Təqsirləndirilən şəxs sədrlik etdiyi X13 yardım ictimai birliyinin üzvüdür. Təqsirləndirilən şəxs daimi olaraq cəmiyyətdə görürmüş. Onun Şahid4 adlı taksidə işləyən əmisi oğlu bir tanışının torpaq sahəsinin sənədləşmə işində kömək etmək lazım olduğunu demişdir. X37 əlili olduqları üçün dövlət orqanları hər zaman onlara qarşı xüsusi qayğı ilə yanaşırlar. O, həmin torpaq sahəsi barədə Təqsirləndirilən şəxs xahiş etdikdə, Təqsirləndirilən şəxs müəyyən dövlət qurumları ilə danışıb köməklik edəcəyini demişdir. Təqsirləndirilən şəxs ona işin həlli üçün lazım olan məbləği dedikdən sonra o, Şahid1 25 min manat pulu alaraq gətirib Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs yanında Aygün adlı xanım da olmuşdur. Aygün adlı xanım hər zaman Təqsirləndirilən şəxs yanında sənədləşmə işlərini görürmüş. Lakin, sənədləşmə işi gecikmişdir. Tural və Anar onun yanına gələrək, onu tanıdıqlarını bildirərək, pullarını tələb etməyə başlamışlar. Təqsirləndirilən şəxs bir müddət vaxt aldıqdan sonra 25 min manat pulu ona vermiş və o da həmin pulu Şahid1 qaytarmışdır. Eyni zamanda, Turalgil pulu hardansa faizə götürdüklərini və ziyana düşdüklərini dedikləri üçün Təqsirləndirilən şəxs əlavə 2.000 manat da ödəmişdir. İşin alınacağı halda Tural və Anar ona əlavə olaraq 5 min manat “şirinlik” verəcəklərini demişdirlər. 25 min manatın müqabilində torpaq sahəsi üçün çıxarış sənədi veriləcəkmiş. Həmin torpaq Şahid1 bacısının adına rəsmiləşdirilməli olmuşdur. 25 min manatı o, Tural və Anardan alaraq, gətirib Təqsirləndirilən şəxs vermişdir. Torpaq sənədi 2 ay ərzində həll edilməli olmuşdur. O, pulun hansı vəzifəli şəxsə və ya səlahiyyətli quruma veriləcəyini bilməmişdir. O, torpaq üçün çıxarış alınmasının prosedurlarını, rüsumların məbləğindən məlumatsızdır. Lakin, ərazidən asılı olaraq qiymətlərin fərqli olmasını bilmişdir. 3 ay keçdikdən sonra bilmişdir ki, torpaq sahəsinin sənədləşməsi ilə bağlı Dövlət Əmlak Komitəsindən imtina məktubu verilmişdir. 25 min manat pulun qaytarılmasından sonra digər məsələlərdən xəbəri olmamışdır. Xətai rayon İcra Hakimiyyətinin torpaqla əlaqədar sənədini bir neçə sənədlə birlikdə ona Təqsirləndirilən şəxs qovluqda vermişdir. Qovluqda sənəd çox olduğu üçün o, sənədlərə baxmadan aparıb Dövlət Əmlak Komitəsinə vermişdir. Təqsirləndirilən şəxs ilkin hüquq müəyyənedici sənədlərin əlil olduğundan, dövlət orqanlarında həssas yanaşılıb sənədləşmənin tez başa çatdırılması üçün onun adına rəsmiləşdirilməsini məsləhət görmüşdür. Qurbanla sonradan münasibətləri müəyyən qədər soyuduğu üçün onun həmin torpağa olan hüquqlardan Ceyhunun xeyrinə imtina etməyini bildirmişdir. O da notariusa gedərək, həmin torpağa olan hüquqlardan imtina etmişdir. O, Təqsirləndirilən şəxs torpağın sənədləşməsi ilə əlaqədar Xətai RİH-nə və ya Əmlak Məsələləri Dövlət Xidmətinə getdiyinə şahidlik etməmişdir. X12 əlavə olaraq 25 min manat pul adıqlarını eşitmişdir. Lakin, onun yanında pul verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Şahid1la birlikdə torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı görüşlərin hamısında iştirak etmişdir. Ona ilk dəfə Tural zəng edərək, Sərxan adlı şəxslə torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı görüşəcəyini bildirmişdir. Şahid1la birlikdə Xətai rayonu, Gəncə prospektində yerləşən torpaq sahəsinə gedib baxmışlar. O, həmin torpaq sahəsinin çox yaxşı ərazidə yerləşdiyini bildirmişdir. O, Turalla birlikdə Sərxan adlı şəxslə görüşməyə getmişdir. Sərxan onlara X27 Cəmiyyətinin sədri Təqsirləndirilən şəxsla danışdıqdan sonra onları Bakıxanov qəsəbəsinə dəvət edəcəyini bildirmişdir. Onlar Sərxan adlı şəxslə görüşmüşlər, Sərxan ilk öncə sənədləşmə üçün 30 min manat lazım olduğunu demişdir. O, məbləği bir qədər aşağı endirməsini xahiş etdikdən sonra Sərxan 5-10 dəqiqə vaxt istəyərək Təqsirləndirilən şəxsla danışıb xəbər edəcəyini demişdir. Bir neçə dəqiqə sonra Sərxan və Tural 27 min manata razılaşmışlar. Lakin, iş tam həll olunduqdan sonra 3 min manat pul da Sərxanın özünə verilməli olmuşdur. O, Sərxanın yanından ayrıldıqdan sonra Şahid1 bu işdən gözünün su içmədiyini, ağlabatan məsələyə oxşamadığını demişdir. Lakin, Tural bacısının həmin torpaq sahəsini bəyəndiyini, mütləq həmin ərazini almaq lazım olduğunu demişdir. Sərxan, Tural və o görüşmüşlər, o, şəxsən özü Turalın pulunu sayaraq, Sərxana vermişdir. Məsələ uzandığı üçün Sərxanla aralarında narazılıq yaranmışdır. Sərxan onları Bakıxanov qəsəbəsinə dəvət edərək, Təqsirləndirilən şəxsla görüşdürmüşdür. Təqsirləndirilən şəxs sənədləşmə işləri ilə məşğul olduqlarını, rayon İcra Hakimiyyətinin də razılıq verəcəyi halda sənədləşmənin başa çatacağını, Əmlak Məsələləri Dövlət Xidmətində problem yaranmayacağını demişdir. 6-7 ay keçdikdən sonra Təqsirləndirilən şəxs bir adamı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərdiyini bildirmişdir. Onlar da həmin şəxslə birlikdə Nərimanov rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə getmişlər. Qapıda polislər onları ilk öncə qəbul etməsələr də, həmin “Mamed” adlı şəxsi inzibati binaya buraxmışlar. “Mamed” adlı şəxs xidmət rəisinin qəbuluna girmişdir. Bu zaman rəisin köməkçisi onlara həmin şəxsin düzgün adam olmadığını bildirərək, əgər onlardan hər hansı pul alıblarsa pulu geri tələb etmələrini məsləhət görmüşdür. Bir neçə dəqiqədən sonra “Mamed” adlı şəxs rəisin qəbulundan çıxaraq, 10 gün müddətində sənədləşmə işlərinin tamamlanacağını demişdir. 10 gün sonra onlar yenə də “Mamed” adlı şəxslə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə getmişlər. Bu zaman rəisin köməkçisi ona bildirmişdir ki, bu şəxs səs-küy salaraq əlindəki saxta sənəd əsasında sənədləşmə işini aparmaq istəyir. Bu zaman o, “Mamed” adlı şəxsdən pulu geri verməsini tələb etmişdir. “Mamed” adlı şəxs ona hər hansı məbləğdə pul verilmədiyini deyərək, ofisə getmələrini təklif etmişdir. O, Sərxana da zəng edərək oraya gəlməsini xahiş etmişdir. Sərxan, o və Tural birlikdə Təqsirləndirilən şəxs yanına gəlmişlər. Təqsirləndirilən şəxs işin alınmayacağı halda 20 gün müddətində pulu qaytaracağını demişdir. O, Aygün adlı xanımı ilk dəfə Qurbanın ofisində Təqsirləndirilən şəxs oğlu ilə dalaşan zaman görmüşdür. Təqsirləndirilən şəxs qanuni ailəsindən ayrılaraq Aygün adlı qadınla birgə yaşamışdır. Aygün adlı qadın onlara hər hansı məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs Şahid1 təklikdə çağıraraq, həmin torpağın 300 min manat dəyəri olduğunu, sənədləşmə üçün çox pul tələb edildiyini bildirərək, köməkləşib həmin torpağı sənədləşdirməyi təklif etmişdir. Tural ona zəng edərək, Təqsirləndirilən şəxs sənədləşmə üçün 70 min manat dəyərində pul verəcəyini bildirmişdir. Həmin 70 min manat dəyərində olan “avro” ilə olan pulu Turalın bacısı Zərərçəkmiş şəxs vermişdir. O, həmin torpaqla bağlı məlumat topladığını, qeyd edilən torpaq sahəsinin Dövlət tərəfindən park sahəsinin yaradılması üçün plana salındığını bildirərək, torpağın sənədləşdirilməsinin mümkün olmayacağını, Təqsirləndirilən şəxs inanmamasını Turala bildirmişdir. Turalın atasının xahişi ilə Turalla birlikdə getmişdir. Həmin 70 min manat dəyərində pulu Şahid1 onun yanında sayaraq Təqsirləndirilən şəxs vermişdir. Bu zaman Təqsirləndirilən şəxs yanında onun qardaşı və qardaşının vəkili də olmuşdur. Lakin, Korrupsiyaya qarşı Mübarizə İdarəsində ibtidai istintaqı aparan müstəntiq həmin epizodun sübuta yetirilmədiyini qeyd edərək, ittihama əlavə etməmişdir. O, Aygün adlı qadının sənədləşmə işlərində iştirakını görməmişdir. Təqsirləndirilən şəxs dövlət orqanlarında yaxşı əlaqələrinin olmasını demişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 25 min manat pulu İcra başçısına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinə verəcəkdir. Təqsirləndirilən şəxs torpaq sahəsinin Sərxana məxsus olmasına dair köhnə tarixə aid sənəd düzəltdirmişdir. Sərxan əlil olduğu üçün ilkin sənədləşmə onun adına aparılmalı olmuşdur. O, torpaq sahəsinin yerləşdiyi ərazidə olan torpaq alqı-satqısı ilə məşğul olan şəxslərdən həmin torpağın "xxxx" QSC-yə məxsus olmasını öyrənmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 97 min manat məbləğində pul verilmiş, həmin puldan 52 min manatı geri qaytarılmışdır. Sənədləşmə işi ilə əlaqədar Təqsirləndirilən şəxs birbaşa olaraq hər hansı dövlət idarəsində iştirak etməsə də, “Mamed” adlı şəxsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərmişdir. Bundan başqa onun yanında telefonu götürərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Mətin müəllimlə danışdığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onu Aqil adlı şəxs Sərxanla tanış edərək, torpaq sənədləşməsi ilə bağlı məsələləri həll edə biləcəyini demişdir. Sərxan ilk öncə 30 min manat pul tələb olunduğunu bildirmişdir. Sərxanla razılaşaraq, 27 min manat pul vermişdir. Şahid3 sənədləşmə işlərini Təqsirləndirilən şəxs həll edəcəyini bildirmişdir. O özü də 1-2 dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə getmişdir. Həmin xidmətdə Seymur müəllim adlı əməkdaş ona sənədin saxta olmasını bildirərək, dəfələrlə imtina olunduğunu demişdir. Bir ildən çox vaxt keçməsinə baxmayaraq, heç bir işin həll edilmədiyini görmüşdür. Dəfələrlə Sərxanın və dostu Anarın iştirakı ilə Təqsirləndirilən şəxsla görüşmüş, aralarında xeyli mübahisələr olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Sərxana artıq güvənmədiyini deyərək, sənədləşmənin onun etibarlı adamı olan Ceyhunun adına keçirilməsini təklif etmişdir. Təqsirləndirilən şəxs 70 min manat pul verməyini bildirərək, heç kimin xəbəri olmamasını tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs verdikləri ümumilikdə 97 min manat puldan 52 min manatını ondan geri ala bilmişlər, hazırda 45 min manat ödənilməmiş qalır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid X29 ifadəsində göstərdi ki, o, torpaq, ev, həmçinin, qızıl alqı-satqısı ilə məşğul olur. O, eyni zamanda tikintilərin layihə-smetalarını hazırlayır. Təqsirləndirilən şəxs layihə-smeta işləri olduqda ona deməsini xahiş etmişdir. 2020-ci ildə bir gün Təqsirləndirilən şəxs ona Sərxan adlı Qarabağ əlilinin Gəncə prospektində olan 400 kv.m torpaq sahəsinə çıxarış lazım olduğunu demişdir. O, müəyyən adamlardan maraqlandıqdan sonra Təqsirləndirilən şəxs bu işin öhdəsindən gələ biləcəyimi məlumat vermişdir. Təxminən 5 gün sonra o, torpaq sahəsi üçün lazım olan ilkin sənədləri əldə edərək, Təqsirləndirilən şəxs vermişdir. Sənədləşmə işinin 20 min manata başa gələcəyi ona bildirildiyi üçün o, bu işin müqabilində 25 min manat pul lazım olduğunu bildirərək, 5 min manat gəlir əldə etməyi planlaşdırmışdır. Ona sənədləşmə işlərinin bir ay və ya bir ay yarıma başa çatacağı bildirilsə də, sənədləşmə prosesi bir qədər uzanmışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Anar və Tural onu tələsdirərək pullarını geri istəyirlər. O, İbrahim müəllimə ilkin sənədləşmə işləri üçün artıq 5 min manat pul vermişdir. O, məcbur qalaraq, Tural və Anarın 25 min manatını onlara geri qaytarmışdır. 5 min manat öz pulunu isə artıq ilkin sənədləşmə ilə əlaqədar ödəmişdir. Anar isə millət vəkili bir dostunun torpaq sahəsinin sənədlərini düzəldəcəyini, həmin torpaq sahəsinə müştəri də tapdığını, 120 min manata torpaq sahəsini sata biləcəklərini deyərək, ona 10 min manat pul vermişdir. Beləliklə, o, ilkin sənədləşməyə xərclədiyi 5 min manatdan əlavə 5 min manat da əldə etmiş olmuşdur. O, bundan sonra yenidən həmin torpaq sahəsinin sənədləşməsi üçün 25 min manat pul gətirərək, Anara vermişdir. Bununla əlaqədar onda səs yazıları da mövcuddur. Bir neçə ay keçsə də, torpağın sənədləri düzəlməmişdir. Onun Şahid3lə yaxın münasibəti olmadığı üçün torpaq sahəsinin Ceyhunun adına rəsmiləşdirilməsini xahiş etmişdir. O, sənədləşmə işlərinin uzun müddət ərzində həll edilmdəyini görmüşdür. Bir neçə müddət sonra Anar və Tural telefonlara cavab verməmişlər. O, Anar və Turalı tapmasını Ceyhuna tapşırmışdır. O, eyni zamanda Tural və Anar səs yazı ataraq, onlara dələduz olduqlarını demiş və onlar da ona nalayiq sözlərlə cavab vermişlər. O, Anar və X42 Nazirliyinə şikayət etmişdir. Onun şikayəti 18-ci Polis Bölməsinə yönəldilmişdir. O, 18-ci Polis Bölməsinə gedərək, şikayətini ətraflı izah etmişdir. Daha sonra iş Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilmişdir. O, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi Hikmət Mahmudovun yanına getmişdir. Korrupsiyaya qarşı Mübarizə İdarəsində hazırki ifadəsini danışmışdır. O, Təqsirləndirilən şəxsla müqavilə bağlayaraq, 25 min manatı almış, daha sonra həmin 25 min manatı geri qaytarmışdır. İbrahim müəllim adı ilə təqdi etdiyi şəxsin hansı vəzifədə işləməsini bilmir. 25 min manat pulu müqavilə əsasında ona Təqsirləndirilən şəxs verərkən Anar onların yanında olmamışdır. Həmin 25 min manatın müqabilində İbrahim müəllimdən aldığı ilkin sənədləri Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin sənədlərin saxta olmasına dair ona heç bir söz deməmişdir. Həmin sənədlər saxta olmamışdır. Anara 25 min manat pulu torpağın sənədləşməsi üçün vermişdir. Onun 25 min manatı Anara verməkdə məqsədi pul qazanmaq olmuşdur. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli, 5/69-4/69 nömrəli kompleks sənədlərin məhkəmə-texniki və məhkəmə-xətşünaslıq ekspertizasının rəyinin sənədlərin texniki ekspertizasına dair nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri Xətai icra hakimiyyətinin Şahid3 adına ünvanlandığı 09 aprel 1999-cu il tarixli г- 31/2-023 nömrəli məktubda, torpaq sahəsinin planında, Bakı şəhəri İcra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli E-24 nömrəli məktubunun surətində, Dövlət Arxivinin Bakı filialının xx.xx.2010-cu il tarixli 1035 nömrəli qeydiyyat nömrəsi olan Xətai rayon icra hakimiyyəti başçısının 04 iyun 1999-cu il tarixli 174 nömrəli sərəncamında, Memarlıq və şəhərsalma Baş idarəsinin xx.xx.1999-cu il tarixli 18/03-8/1713 nömrəli məktubun surətində, Xətai rayon icra hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 347 nömrəli sərəncamndan çıxarışında olan ştamp və möhür əksləri relyef klişe vasitasilə sənədin üzərinə birbasa vurulmusdur. 2. Tədqiqata təqdim edilmiş torpaq sahəsinin planında olan ştamp əksi ekspertizaya təqdim edilmiş Xətai rayon icra hakimiyyətinin Layihə-smeta bürosunun stampının eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. 3. Tədqiqata təqdim edilmiş Bakı şəhəri İcra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli E-24 nömrəli məktubunun surətində olan möhür əksi ekspertizaya təqdim edilmiş Bakı şəhəri İcra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. 4. Tədqiqata təqdim edilmiş Dövlət Arxivinin Bakı filialının xx.xx.2010-cu il tarixli 1035 nömrəli qeydiyyat nömrəsi olan Xətai rayon icra hakimiyyəti başçısının 04 iyun 1999-cu il tarixli 174 nömrəli sərəncamında olan möhür əksi Dövlət Arxivinin Bakı filialının möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. 5. Tədqiqata təqdim edilmiş Dövlət Arxivinin Bakı filialının xx.xx.2010-cu il tarixli 1035 nömrəli qeydiyyat nömrəsi olan Xətai rayon icra hakimiyyəti başçısının 04 iyun 1999cu il tarixli 174 nömrəli sərəncamında olan ştamp əksi ekspertizaya təqdim edilmiş Dövlət Arxivinin Bakı filialının ştampın sərbəst əks nümunəsi ilə eynilik təşkil etmir. 6.Tədqiqata təqdim edilmiş Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1999-cu il tarixli 18/03- 8/1713 nömrəli məktubunun surətində olan möhür əksi ekspertizaya təqdim edilmiş Bakı şəhəri icra hakimiyyətinin Memarlıq və şəhərsalma Baş idarəsinin Ümumi şöbəsinin möhürünün sərbəst əks nümunəsi ilə eynilik təşkil etmir. 7.Tədqiqata təqdim edilmiş Bakı şəhəri Xətai rayon icra hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 347 nömrəli sərəncamından çıxarışında olan möhür əksi ekspertizaya təqdim edilmiş Bakı şəhəri Xətai rayon İcra hakimiyyətinin möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etmir. Həmin rəyin məhkəmə-xəttşünaslıq ekspertizası üzrə nəticə hissəsindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi "E.Qasımzadə”nin adından Xətai Rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış 18/03- 8/1713 nömrəli xx.xx.1999-cu il tarixli məktubun kserosurətində “E.Qasımzadə"qrafasında əks olunmuş imza ilə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi “E.Qasımzadə”nin adından Bakı ŞİHB-nın müavini M.Seyidova ünvanlanmış 18/03-r 8/161 nömrəli xx.xx.1999-cu il tarixli məktubda “E.Qasımzadə” qrafasındakı imza-EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 2.1.Ekspertizaya təqdim edilmiş, 09 aprel 1999-cu il tarixli r-31/2-023 nömrəli məktubda “К.Ҹəлилов” soyadından əvvəl yerləşən imza - X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, xx.xx.1999-cu il tarixli E-24 nömrəli məktubun kserosurətində “Əsli ilə düzdür” qrafasındakı imza - X18 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.3. Ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından xx.xx.2010-cu il tarixdə 1035 qeydiyyat nömrəsi ilə verilmiş Xətai RİHB-nın xx.xx.1999-cu il tarixli 174 nömrəli sərəncamının sol yuxarı küncündə yerləşən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ştamp əksi üzərindəki “1035, xx.xx.2010" rəqəmləri - X5 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.4. Ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Baki ilialindan xx.xx.2010-cu il tarixde 1035 qeydiyyat nömrəsi ilə verilmis Xətai RİHB-nin xx.xx.1999-cu il tarixli 174 nömrəli sərəncamda “Ş.A.Şükürov” qrafasındakı imza - X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.5. Ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikası Dövlət X22 xx.xx.2010-cu il tarixdə 1035 qeydiyyat nömrəsi ilə verilmiş Xətai RİHB-nin xx.xx.1999-cu il tarixli 174 nömrəli sərəncamda “Ə.M.Novruzova” qrafasındakı imza -X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.6. Ekspertizaya təqdim edilmiş, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi “E.Qasımzadə"nin adından Xətai Rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmıs 18/03- 8/1713 nömrəli xx.xx.1999-cu il tarixli məktubun kserosurətinin nömrə hissəsində “18/03- 8/1713”, tarix hissəsində “04.03.99”rəqəmləri, məktubun orta hissəsində “Əsli ilə düzdür" yazıları - Təqsirləndirilən şəxs tərəfindən yox, X4 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.7. Ekspertizaya təqdim edilmiş, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi “E.Qasımzadə"nin Xətai Rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış 18/03-8/1713 nömrəli xx.xx.1999-cu il tarixli məktubunun kserosurətinin sağ aşağı küncündə “Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi 370651 Bakı SXP lstiqlaliyyət küçəsi”sözləri yazılmış ştamp əksi üzərindəki imza - X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.8. Ekspertizaya təqdim edilmiş, Xətai RİHB-nın xx.xx.2013-cü il tarixli, 347 nömrəli sərəncamından çıxarışda “N.Nəsirov” qrafasındaki imza - X30 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.9. Ekspertizaya təqdim edilmiş Xətai RiHB-nin xx.xx.2013-cü il tarixli, 347 nömrəli sərəncamından çıxarışın tarix hissəsində “25.10.13”, nömrə hissədə “347” rəqəmləri-X30 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3.1. Ekspertizaya təqdim edilmiş, 09 aprel 1999-cu il tarixli г-31/2-023 nömrəli məktubda “К.Ҹəлилов”soyadından əvvəl yerləşən imzanın; xx.xx.1999-cu il tarixli E-24 nömrəli məktubun kserosurətində “Əsli ilə düzdür” qrafasındaki imzanın; Azərbaycan Respublikasl Dövlət X22 xx.xx.2010-cu il tarixdə 1035 qeydiyyat nömrəsi ilə verilmiş Xətai RİHB-nın xx.xx.1999-cu il tarixli 174 nömrəli sərəncamından çıxarışda “Ş.A.Şükürov” və “Ə.M.Novruzova" qrafalarındakı imzaların; Xətai RİHB-nin xx.xx.2013-cü il tarixli,347 nömrəli sərəncamından çıxarışda “N.Nəsirov” qrafasındakı imzanın-Təqsirləndirilən şəxs tərəfindən, X4 tərəfindən və ya başqa səxslər tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 3.2. Ekspertizaya təqdim edilmiş, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi “E.Qasımzadə"nin Xətai Rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış 18/03-8/1713 nömrəli xx.xx.1999-cu il tarixli məktubunun kserosurətinin sağ aşağı küncündə “Azərbaycan Respublikasi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi 370651 Bakı SXP İstiqlaliyyət küçəsi” sözləri yazılmış ştamp əksi üzərindəki imzanın-Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olumamasını tədqiqat prosesinin təsviri hissəsinin 3cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. (cild 03, i.v. 76-85) İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində keçirilmiş ambulator məhkəmə-psixiatriya ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 1591 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “Üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu” F 07.0 müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq müəyyən edilmir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu” o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməlləri törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməlləri törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan edildiyi halda o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidadındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yəni Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə bu iş üzrə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. (cild 02, i.v. 30-33) İş materiallarında olan AR Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası PHŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 9249 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, habelə xx.xx.2017ci il tarixdən xx.xx.2017-ci il tarixədək, sonuncu dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin PHŞ-nin Gündüz stasionarı şöbəsində ambulator müalicədə olmuşdur. Ona həmin xəstəxanada “Mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, nəzərəçarpan davranış pozuntuları ilə affektiv pozuntularla” diaqnozu qoyulmuşdur. (cild 02, i.v. 98-99) İş materiallarında olan AR Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞdən daxil olmuş xx.xx.2022-ci il tarixli xx/xx-13307 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. (cild 01, i.v. 94-95) İş materiallarında olan Şahid1la Təqsirləndirilən şəxs arasında 25 fevral 2023-cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deməklə təsdiq etmişdir. (cild 03, i.v. 253-260) İş materiallarında olan Şahid3lə Təqsirləndirilən şəxs arasında 25 fevral 2023-cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deməklə ifadəsində göstərdiklərini təsdiq etmişdir. (cild 03, i.v. 246-252) İş materiallarında olan Şahid2lə Təqsirləndirilən şəxs arasında 23 fevral 2023-cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deməklə ifadəsində göstərdiklərini təsdiq etmişdir. (cild 03, i.v. 213-220) İş materiallarında olan "xxxx" MMC-dən daxil olan telefon danışıqları barədə məlumatlar olan diskə baxış keçirilməsi haqqında 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olmuş **********, ********** mobil telefon nömrələri arasında 2020- 2021-ci illər ərzində mütəmadi telefon danışıqlarının aparılması müəyyən edilmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələri ilə X19 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında hər hansı danışığın aparılmadığı müəyyən edilmişdir. Bundan başqa Şahid3 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında 2020-ci ilin mart-dekabr ayları ərzində ümumilikdə 78 telefon danışığının aparılması müəyyən edildi ki, həmin danışıqlardan 13-ü həmin ilin iyun ayarında qeyd edilən nömrələr arasında aparılmışdır. Bundan başqa Şahid3 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək cəmi 150 telefon danışığının aparılması, habelə həmin mobil nömrələr arasında 2021-ci il ərzində 08 yanvar tarixindən 23 mart tarixinədək 64 telefon danışığının aparılması müəyyən edilmişdir. Bundan başqa Şahid3 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında ilk dəfə xx.xx.2020-ci il tarixdə, sonradan 07 və xx.xx.2020-ci il tarixlərdə 2 dəfə olmaqla cəmi 2020-ci il ərzində 3 telefon danışığının aparılması, habelə həmin mobil nömrələr arasında 2021-ci il ərzində 20 yanvar tarixindən 15 mart tarixinədək 22 telefon danışığının aparılması müəyyən edilmişdir. Baxış zamanı Şahid1 istifadəsində olan ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsi arasında 2020-ci ilin sonlarında 2 telefon danışığının aparılması, habelə həmin mobil nömrələr arasında 2021-ci il ərzində 22 yanvar tarixindən 25 mart tarixinədək 24 telefon danışığının aparılması müəyyən edilmişdir. Baxış zamanı Şahid1 istifadəsində olan ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə xx.xx.2020-ci il tarixdə, saat 13:48-də “Turaldı dunen yanınızda olduq dediniz mamed emlaka girir Mustafanın yanına size xeber edecem dunendende cavab vermirsiz zenglerime”, xx.xx.2021-ci il tarixdə saat 20:19-da “Salam qurban mellim bu deyqe televiziyanı cagırıram qalanın sen fikirles”, xx.xx.2021-ci il tarixdə saat 19:48-də “Qurban allah canini sağ elesin açma telefonumu en geci 1ci güne kimi yıgacaqsan seninle razılawan qeyretsizdi deyirsen kellelewek hazır ol”, xx.xx.2021-ci il tarixdə, saat 12:39-da “Aç telefonu”, 13:51-də “Qurban deyesen senin kisilikden xeberin yoxdu”, 14:00-da “Qurban arvadı eteyinin altından cıx cıxmasan gelip cıxadacaqlar seni” məzmunlu mesajların göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı Şahid2 istifadəsində olan ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə, saat 12:39-da “Aç telefonu” məzmunlu mesaj göndərilməsi müəyyən edilmişdir. (cild 03, i.v. 142-144) İş materiallarında olan "xxxx" MMC-dən daxil olan telefon danışıqları barədə məlumatlar olan diskə baxış keçirilməsi haqqında 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan ********** mobil nömrəsi ilə Şahid4 istifadəsində olan ********** mobil nömrəsi arasında ilk dəfə xx.xx.2021-ci il tarixdə 1 telefon danışığının aparılması, bundan sonra həmin ilin iyun ayı ərzində qeyd edilən mobil nömrələr arasında ümumilikdə 12 telefon danışığının aparılması müəyyən edilmişdir. Baxış zamanı Şahid1 istifadəsində olan ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsi arasında 2021-ci ilin yanvar-mart ayları ərzində mütəmadi telefon danışıqlarının aparılması müəyyən edilmişdir. Baxış zamanı Şahid2 istifadəsində olan ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsi arasında 2021-ci ilin mart ayı ərzində bir neçə dəfə danışıqlar aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olmuş **********, ********** mobil telefon nömrələri arasında mütəmadi telefon danışıqlarının aparılması müəyyən edilmişdir. Baxış zamanı Şahid1 istifadəsində olan ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 12:14-də “Turaldı xayis edirem telefona cavap ver”, həmin gün saat 15:25-da “Qurban melim uje bu oyun oldu gelirem cemiyete”, xx.xx.2021ci il tarixdə, saat 20:20-də “Salam qurban mellim bu deyqe televiziyanı cagırıram qalanın sen fikirles”, xx.xx.2021-ci il tarixdə, saat 11:44-də “ Qurban hormetsizliy eleme telefona cevap ver”, həmin gün saat 13:42-də “Cavab ver hardasan yeri de gelirem”, saat 14:31-də “Goresen arvadı yanınan cıxadacaqlar seni”, saat 14:32-də “Qurban arvadı eteyinin altından cıx cıxmasan gelip cıxadacaqlar seni”, saat 14:32-də “Qurban deyesen senin kisikiyden xeverin yoxdu”, xx.xx.2021-ci il tarixdə, saat 15:00-da “Qurban mene cevap ver hormetzlik eleme yarasmır sene ayıpdı” məzmunlu mesajların göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı Şahid2 istifadəsində olan ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə, saat 14:01-də “Qurban gel aç yaxwi olmayacaq oyun oynama sabah yalvaracaqsan”, həmin gün saat 14:07-də “Menim yanimda camaata yigrsan menim telefonumu acmirsan senin kiwiliyin budu” məzmunlu mesajlar göndərilməsi müəyyən edilmişdir. (cild 03, i.v. 145-147) İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti başçısı X8 г-31/2-023 nömrəli, 09 aprel 1999-cu il tarixli məktubunun əslinin məzmunundan görünür ki, bir ədəd vərəq üzərində, yuxarı sağ hissədə kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “X25 Sərxan Yaqub oğlu” sözləri, məktubun məzmun hissəsində “Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş 18/03-8/1713 saylı, 04.03.99-cu il tarixli məktubda Xətai rayonu, Gəncə prospekti, 23-B saylı binanın arxasında, vət. Şahid3 istifadəsinə ayrılmış 400 m² torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə etiraz edilməməsi, həmin məktub əsasında göstərilən ünvanda Şahid3 istifadəsində olan 400 m² torpaq sahəsində fərdiyaşayış evinin tikintisinə etiraz edilmədiyi bildirilir. Bakı şəhər XDS İK-nin 19/338 saylı, xx.xx.1987-ci il tarixli qərarına istinad edərək, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1713 saylı, 04.03.99-cu il tarixli razılıq məktubunu nəzərə alaraq vət Şahid3 yuxarıda göstərilən ünvanda istifadəsində olan 400 m² torpaq sahəsində fərdiyaşayış evinin tikintisi məqsədi ilə təqdim olunmuş eskiz layihəsi rayon İcra Hakimiyyətinin memarlıq şöbəsində razılaşdırılmışdır. Ayrılmış torpaq sahəsində təyinatına görə istifadə edilməsinə, ətraf sahələrin sanitar vəziyyətinə nəzarət etmək, ərazinin müntəzəm sanitar təmizliyinin təmin edilməsi üçün Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlanması vət. Şahid3 tapşırılsın” sözləri, məktubun imza hissəsində kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Xətai Rayon İcra Hakimiyyətinin Başçısı” sözləri və “G.Cəlilov” inisialı, habelə həmin inisialın qarşısında imza nümunəsi, sənədin sol yuxarı küncündə üzərində “Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti” sözləri yazılan kvadrat formalı ştampın əksi, həmin ştamp əksinin üzərindəki nömrə hissəsində əlyazma üsulu ilə sənədə daxil edilmiş “г-31/2-023”, tarix hissəsində “09 aprel 99” hərf və rəqəmləri, vardır. (cild 03, i.v. 86) İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı X1 20 yanvar 1999-cu il tarixli, E-24 nömrəli məktubunun təsdiq edilmiş surətindən görünür ki, bir ədəd vərəq üzərində yuxarı hissədə “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısı” sözləri, həmin yazıdan sol tərəfdə Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, bir qədər aşağıda sağda kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Xətai Rayon İcra Hakimiyyətinin başçısı G.Cəlilov cənablarına”, orta hissədə “Hörmətli Gündüz müəllim” sözləri, məktubun 3 abzasdan ibarət mətninə kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23-B saylı binanın arxasında vət. Şahid3 yuxarıda göstərilən ünvanda şəxsi vəsaiti hesabına tullantılardan təmizləyərək, istifadəyə yararlı hala gətirdiyi 400 m² torpaq sahəsində fərdi-yaşayış evinin tikintisi məqsədi ilə təqdim etdiyi eskiz layihəsinin razılaşdırılmasını xahiş etmişdir. Araşdırma zamanı Gəncə prospekti, 23-B saylı binanın arxasında vət. Şahid3 istifadəyə yararlı hala gətirdiyi torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədəuyğun hesab edilsin. Yuxarıda qeyd olunanlara əsasən, vət. Şahid3 ərizəsini digər sənədlərlə sizə göndərməklə Gəncə prospekti, 23-B saylı binanın arxasında fərdi-yaşayış evinin tikintisi məqsədi ilə müvafiq qaydada sənədləşdirilməsinə köməklik göstərməyinizi sizdən xahiş edirəm” sözləri, məktubun imza hissəsinə kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “R.Allahverdiyev” inisialı, inisialın qarşısına isə sonuncunun imza əksi, bir qədər aşağı hissədə üzərində “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının Aparatı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri yazılan dairəvi möhür əksi, habelə həmin möhür əksinin üzərində bir ədəd imza nümunəsi, habelə çap üsulu ilə “Əsli ilə düzdür:” yazısı vardır. (cild 03, i.v. 87) İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi X10 xx.xx.1999-cu il tarixli, 18/03-8/1713 nömrəli məktubunun təsdiq edilmiş surətindən görünür ki, bir ədəd vərəq üzərində yuxarı sol hissədə “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi” sözləri, yuxarı orta hissədə Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, yuxarı sağ hissədə həmin idarənin adının rus dilində tərcüməsi, bir qədər aşağıda məktubun tarixi hissəsində “04.03.99”, nömrə hissəsində “18/03-8/1713” rəqəmləri, bir qədər aşağıda sağda kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Xətai Rayon İcra Hakimiyyətinin başçısı G.Cəlilov cənablarına” sözləri, məktubun məzmun hissəsində kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Sizin xx.xx.1998-ci il tarixli, 31 saylı məktubunuza cavab olaraq bildiririk ki, vət.Şahid3 barədə qaldırdığınız məsələnin qanun çərçivəsində baxılmasına etiraz etmirik” sözləri, məktubun imza hissəsinə kiril qrafikalı azərbaycan əlifbasının hərfləri ilə “Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi” sözləri və “E.Qasımzadə” inisialı, inisialın qarşısında isə imza nümunəsi, bundan başqa sənədin surətinin yuxarı sol və aşağı sağ hissələrində üzərində “Bakı şəhərinin İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi 370651, Bak-SXP İstiqlaliyyət küçəsi” söz və rəqəmləri yazılan düzbucaqlı formalı ştampın əksləri, sənədin aşağı orta hissəsində üzərində “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Ümumi şöbə” sözləri yazılan dairəvi möhür əksi, eləcə də əlyazma üsulu ilə daxil edilmiş “Əsli ilə düzdür” sözləri vardır. (cild 03, i.v. 88) İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti başçısı X8 04 iyun 1999-cu il tarixli 174 nömrəli sərəncamından 21 aprel 2010-cu il tarixli 1035 nömrəli arxiv çıxarışının əslindən görünür ki, bir ədəd vərəq üzərində, yuxarı hissədə “Vət. Şahid3, Tərtər ray., Elman Səfərov küç., ev1 Arxiv surəti” sözləri, bir qədər aşağıda orta hissədə “Xətai Rayon İcra Hakimiyyətinin Başçısı Sərəncam №174” söz və rəqəmləri, tarix hissəsində “04 iyun 1999 il” rəqəm və hərfləri, sol hissədə “Əlillərin maddi rifahının yaxşılaşdırılması haqqında” sözləri, sərəncamın məzmun hissəsində “Xətai rayon İcra Hakimiyyətinə Tərtər rayonu, Elman Səfərov 1-də yaşayan Şahid3 müraciət edərək, ailəsinin maddi rifah halını yaxşılaşdırmaq məqsədilə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Vət. Şahid3 İİ əlil olduğunu, texniki imkanın olduğunu, Əlillərin Sosial Müdafiəsi haqqında xx.xx.1992-ci il tarixli qanunu nəzərə alaraq, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində Dövlət Hakimiyyət və İdarəetmə orqanları haqqında Əsasnamənin 13-cü mad “1” Qərara Alıram: 1.Tərtər rayonu, Elman Səfərov 1-də yaşayan Şahid3 Xətai rayonu, Gəncə prospekti, 23B saylı binanın arxasında, cizgidə göstərilən sahədə torpaq sahəsi ayrılsın və fərdi yaşayış evinin tikintisinə icazə verilsin. 2. Ayrılmış sahənin layihə sənədinin tərtib edilməsi, rayon Layihə-Smeta Bürosuna həvalə olunsun və rayonun Baş Memarı ilə razılaşdırılsın. 3. Sərəncamın surəti rayon polis idarəsinə, rayon MKTB-yə, rayon vergi müfəttişliyinə, rayon KEM-nə, Şahid3 göndərilsin. 4.Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə həvalə olunsun” sözləri, məzmun hissədən aşağıda “imza G.Cəlilov, möhür G.Məmmədov” söz və inisialları, habelə bir qədər aşağıda “Qeyd: Sərəncama cizgi əlavə edilməmişdir, ƏSAS: Fond-130, siy-1, iş-315, vər 1” rəqəm və hərfləri, sərəncamın arxiv çıxarışının imza hisəssində “Az Res.DA Bakı Dilialının direktoru” sözləri və “Ş.A.Şükürov” inisialı, həmin inisialın qarşısında imza nümunəsi, bir qədər aşağı hissədə “arxivçi” sözləri və “Ə.M.Novruzova” inisialı, həmin inisialın qarşısında imza nümunəsi, imzalar olan hissədə üzərində “Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı” sözləri yazılan dairəvi formalı möhür əksi, sənədin sol yuxarı künc hissəsində, üzərində “Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı” sözləri yazılan künc ştampının əksi, əlyazma üsulu ilə sənədə daxil edilmiş ştampdakı nömrə hissəsində “1035”, tarix hissəsində “21 .04.2010” rəqəmləri vardır. (cild 03, i.v. 89) İş materiallarında olan Xətai rayon İcra Hakimiyyətinin başçısı X23 25 oktyabr 2013cü il tarixli 347 nömrəli sərəncamından çıxarışın əslindən görünür ki, bir ədəd vərəq üzərində, yuxarı hissədə AR dövlət gerbinin təsviri, “Azərbaycan Respublikası, Xətai Rayonu İcra Hakimiyyəti Başçısı” sözləri, bir qədər aşağıda “Sərəncamdan Çıxarış” sözləri, nömrə hissəsində “347”, tarix hissəsində “25.10.13” rəqəmləri, bir qədər aşağı sağ hissədə “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23B saylı binanın arxasında yerləşən fərdi-yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” sözləri, sərəncamdan çıxarışın məzmun hissəsində “Bakı şəhər, Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş 18/03-8/1713 saylı, xx.xx.1999-cu il tarixli məktubda vətəndaş Şahid3 fərdi-yaşayış evinin tikintisinə etiraz etmədiyi bildirilir. Bakı şəhər, Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş 18/03-8/1713 saylı, xx.xx.1999-cu il tarixli razılıq məktubu və yuxarıda qeyd olunanları nəzərə alaraq: 1.Vətəndaş Şahid3 məxsus Xətai rayonu Gəncə prospekti, 23B saylı binanın arxasında ona ayrılmış 400 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilsin. 2. Ətraf ərazinin abadlığına və sanitariya qaydalarına riayət edilməsi vətəndaşa həvalə edilsin. 3.Sərəncamın surətləri Rayon Polis İdarəsinə, GEMnə, Yanğından Mühafizə İdarəsinə, Rayon İcra Hakimiyyətinin memarına və vətəndaşa göndərilsin. 4.Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyətinin memarına həvalə olunsun” sözləri, bir qədər aşağıda “R.Məmmədov” inisialı, həmin inisialdan aşağıda “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri” yazısı və həmin yazının qarşısında “N.Nəsirov” inisialı, habelə həmin inisialın qarşısında imza nümunəsi vardır. (cild 03, i.v. 90) İş materiallarında olan həmin torpaq sahəsinin Xətai RİH ilə razılaşdırılmış eskiz planının əslindən görünür ki, sənəd üzərində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23 B saylı binanın arxasında yerləşən 0,04 ha torpaq sahəsinin planı, yuxarı sağ hissədə “Razılaşdırıldı Xətai RİHB-nın müavini” sözləri, “Ə.Baloğlanov” inisialı, inisialın qarşısında imza nümunəsi, həmin hissədə üzərində “Azərbaycan Respublikası Bakı şəhər Xətai rayonu İcra Hakimiyyəti Sənədlər üçün” sözləri yazılan dairəvi möhür əksi, aşağı sağ küncdə “Xətai RİHB-nın memarı” sözləri, “E.Bağırov” inisialı, inisialın qarşısında imza nümunəsi, həmin hissədə üzərində “Azərbaycan Respublikası Bakı şəhər Xətai rayonu İcra Hakimiyyəti 1 Paketlər üçün” sözləri və rəqəmi yazılan dairəvi möhür əksi, aşağı sol küncdə “Memar” sözü, “Y.Bağırov” inisialı, inisialın qarşısında imza nümunəsi, həmin hissədə üzərində “Xətai rayonu İcra Hakimiyyəti Təsərrüfat hesablı Layihə-Smeta Bürosu” sözləri yazılan düzbucaqlı formalı ştamp əksi vardır. (cild 03, i.v. 91) İş materiallarında olan Şahid1 götürülmüş qəbzin məzmunundan görünür ki, həmin qəbz xx.xx.2020-ci il tarixdə ƏMDK-nin DƏDRX-yə 80 manat dövlət rüsumunun ödənilməsi barədədir. (cild 02, i.v. 155) İş materiallarında olan Xətai RİH başçısının müavininin Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli, 758 nömrəli məktubunun məzmunundan görünür ki, 29 iyul 2020-ci il tarixli 143 saylı məktubla Təqsirləndirilən şəxs “X13 Kömək” İctimai Birliyinin sədri kimi Xətai RİH-ə müraciət edərək Şahid3 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23 B saylı binanın arxasında fərdi yaşayış evinin tikilməsinə icazə verilməsini xahiş etmiş, ona cavab olaraq fərdi yaşayış evinin xüsusi mülkiyyətdə olan torpaq sahəsində aparılmalı olması barədə qanunvericiliyin tələbləri izah edilmişdir. (cild 02, i.v. 156) İş materiallarında olan “X13 Kömək” İctimai Birliyinin sədri kimi Təqsirləndirilən şəxs DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli 131 nömrəli məktubun əslindən görünür ki, Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsinə dair Şahid3 çıxarış verilməsini xahiş etmişdir. (cild 02, i.v. 161) İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətindən daxil olan, 7-6344/17 nömrəli, 28 dekabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1999-cu il tarixli E- 24 nömrəli məktub Bakı ŞİH-də aşkar olunmamışdır. Eyni zamanda sorğuya əlavə edilmiş məktubun kserosurətində “əsli ilə düzdür” yazısının qarşısındakı imzanın arxiv işi üzrə məsləhətçi M.Həmidovanın imzasına oxşarlığı ehtimal oluna bilər. “Milli arxiv fondu” haqqında AR Qanununa əsasən xüsusi dəyəri olan olan arxiv sənədləri istisna olmaqla sənədlərin müvəqqəti mühafizə müddəti beş ildir. (cild 03, i.v. 4-5) İş materiallarında olan Xətai Rayon İcra Hakimiyyətindən daxil olan, 5-11,2-35,2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Xətai RİH tərəfindən verilmiş sərəncam və müvafiq sənədlər verilmə tarixindən 5 il müddət keçdikdən sonra AR Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilir. (cild 03, i.v. 65-66) İş materiallarında olan Milli Arxiv İdarəsindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli, 1/2604 nömrəli məktubdan görünür ki, Baş İdarədən daxil olmuş sorğuda qeyd edilən sənədlərdən bir qismi Dövlət Arxivinin Bakı filialında aşkar edilmişdir. Aşkar edilməyən sənədlər isə “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”na əsasən daimi dövlət mühafizəsinə təhvil verilməyən məktublar (qurumlararası yazışmalar), həmçinin sözügedən normativ aktın 661-ci maddəsinə uyğun olaraq saxlama müddəti bitmiş sənədlərdir. (cild 02, i.v. 247-248) İş materiallarında olan Milli Arxiv İdarəsindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli, 2604 nömrəli məktuba əlavə edilmiş arayışdan görünür ki, AR Milli Arxiv İdarəsinin Bakı filialının sabiq direktoru X6 9 dekabr 2004-cü il tarixdə həmin vəzifəyə təyin edilməklə 15 may 2012-ci il tarixədək həmin vəzifədə işləmişdir. Bundan başqa AR Milli Arxiv İdarəsinin Bakı filialının sabiq arxivçisi X5 7 fevral 2000-ci il tarixdə həmin vəzifəyə təyin edilməklə 3 dekabr 2012-ci il tarixədək həmin vəzifədə işləmişdir. (cild 02, i.v 249) İş materiallarında olan Milli Arxiv İdarəsindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli, 2604 nömrəli məktuba əlavə edilmiş AR Milli Arxiv İdarəsinin Bakı filialının direktorunun Milli Arxiv İdarəsinə ünvanlamış olduğu 26 dekabr 2022-ci il tarixli, BA-08473-2022 nömrəli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən Xətai rayon İcra Hakimiyyətinə göndərilmiş xx.xx.1999-cu il tarixli, 18/03- 8/1713 saylı məktub Dövlət Arxivinin Bakı filialında aşkar olunmamışdır. Xətai rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləmiş Gündüz Cəlilovun 1999-cu ilə dair sərəncamda imzası mövcuddur. Lakin həmin dövrdə qeyd edilən icra hakimiyyəti başçısının müavini vəzifəsində işləmiş “Ə.Baloğlanov” inisiallı şəxsin hər hansı bir sənədi imzalaması barədə heç bir məlumat yoxdur. Qeyd olunan sorğuya əlavə edilmiş vərəqdə surətləri olan Xətai RİH-in gerbli möhürünün, habelə, “paketlər üçün” olan dairəvi möhürlərinin nümunələri mövcuddur və təqdim olunur. Üzərində “Sənədlər üçün” sözləri yazılan dairəvi möhürün, “Təsərrüfat hesablı layihə-smeta bürosu” sözləri olan düzbucaqlı formalı ştampın və “Xətai rayon İcra Hakimiyyəti” sözləri yazılan künc ştampının nümunələri Dövlət Arxivinin Bakı filialında aşkar olunmamışdır. Bakı ŞİH tərəfindən Xətai RİH-ə göndərilmiş xx.xx.1999-cu il tarixli, E-24 saylı məktub barəsində Dövlət Arxivinin Bakı filialında hər hansı bir məlumat yoxdur. Bakı ŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi “E.Qasımzadə"nin Xətai rayon icra Hakimiyyəti Başçısına ünvanlanmış 18/03-8/1713 nömrəli, xx.xx.1999-cu il tarixli məktubu Dövlət Arxivinin Bakı filialında aşkar olunmamışdır. Bakı ŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində işləmiş “E.Qasımzadə” inisiallı şəxs tərəfindən imzalanmış sənəd Dövlət Arxivinin Bakı filialında aşkar edilmişdir və məlumat üçün təsdiq edilmiş ksero surəti 1(bir) vərəqdən ibarət təqdim olunur. Xətai RİH-in 2013-cü il tarixli, 347 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında xx.xx.2013-cü il tarixli deyil, xx.xx.2013-cü il tarixli olmaqla mövcuddur və həmin sərəncamın təsdiq edilmiş kserosurəti 1(bir) vərəqdən ibarət təqdim edilir. Xətai RİH başçısının xx.xx.1999-cu il tarixli, 174 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur və onun təsdiq edilmiş kserosurəti 5(beş) vərəqdən ibarət təqdim olunur. xx.xx.2010-cu il tarixdə,1035 qeydiyyat nömrəsi ilə vət. B.Ə.Seyidova sorğu əsasında təqdim olunmuş arxiv arayışı Dövlət Arxivinin Bakı filialında mövcud deyildir. Lakin həmin sənədlərin verilməsi barədə qeydlər 2010-cu ilin sənədlərinin çıxış nömrələri olan qeydiyyatı kitabında mövcuddur və kitabın səhifəsinin təsdiq edilmiş kserosurəti 1(bir)vərəqdən ibarət təqdim olunur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında direktor vəzifəsində işləmiş “Ş.A.Şükürov” inisiallı eləcə də, arxivçi vəzifəsində işləmiş “Ə.M.Novruzova” inisiallı şəxslər tərəfindən imzalanmış, eləcə də möhürlə təsdiq edilmiş, Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş Nərimanov RİH-in xx.xx.1994-cü il tarixli, 07 saylı sərəncamının təsdiq edilmiş ksero surəti mövcuddur və 2(iki) vərəqdən ibarət təqdim olunur. Məlumat üçün bildiririk ki, təqdim olunmuş sərəncamda Dövlət Arxivinin Bakı fililalının künc ştampı və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı fililalının gerbli möhürü yuxarıda qeyd olunan sənədlərdə əks olunmuşdur. (cild 02, i.v. 250) İş materiallarında olan Milli Arxiv İdarəsindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli, 2604 nömrəli məktuba əlavə edilmiş Xətai RİH başçısı Razim Məmmədovun 28 oktyabr 2013-cü il tarixli 347 nömrəli sərəncamının surətindən görünür ki, həmin sərəncam Bakı şəhəri, Aşıq Ələsgər küçəsində göstərilən ərazidə X31 tərəfindən tikilmiş, ümumi torpaq sahəsi 400 m², ümumi yaşayış sahəsi 603,3 m², yaşayış sahəsi 162,4 m², köməkçi sahəsi 440,9 m² etrdən ibarət olan fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi barədədir. (cild 02, i.v. 252) İş materiallarında olan Milli Arxiv İdarəsindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli, 2604 nömrəli məktuba əlavə edilmiş Xətai RİH başçısı Gündüz Cəlilovun 04 iyun 1999-cu il tarixli 174 nömrəli sərəncamının surətindən görünür ki, həmin sərəncam vətəndaşların mənzilə olan ehtiyacının nəzərə alınaraq, qəsəbədaxili ərazilərdə, 53 ayrı-ayrı ünvanda 53 ayrı-ayrı şəxslərə fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi barədə olub həmin siyahıda Şahid3 Bakı şəhəri, Xətai rayonu, ünvan 13 ünvanda fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə hər hansı müddəa əksini tapmamışdır. (cild 02, i.v. 253- 257) İş materiallarında olan Bundan başqa Milli Arxiv İdarəsindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli, 2604 nömrəli məktuba əlavə edilmiş Milli Arxiv İdarəsinin Bakı filialından 2010-cu ilə aid xaric olan sənədlərin qeydiyyatı jurnalının müvafiq vərəqinin kserosurətindən görünür ki, həmin vərəqdə 1035 xaricolma nömrəsi ilə qeyd edilmiş arxiv arayışı “Seyidov B.Ə” inisiallı vətəndaşa verilməklə, arxiv arayışında bəhs edilən məsələ Sabunçu rayonu ilə bağlı olmuşdur. (cild 02, i.v. 258) İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş 28 dekabr 2022-ci il tarixli, MİHO/2.1.1-2-2022-5342 nömrəli məktubdan görünür ki, dairəvi möhürün və imzanın, “E.Qasımzadə” inisialı qarşısındakı imza nümunəsi olan sənədlərin əsilləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə təqdim edilmişdir. Həmçinin bildiririk ki, Azərbaycan Respublikasi Dövlət Səhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində sorğuda qeyd edilən digər məsələlərlə bağlı heç bir məlumat mövcud deyildir. (cild 02, i.v. 244-245) İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı ərazi idarəsindən daxil olan **********32 nömrəli, 07 dekabr 2022-ci il tarixli məktubda qeyd edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23B saylı binanın arxasında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Şahid3 tərəfindən ********** nömrəli xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edilmişdir. Sözügedən müraciətə torpaq icarəsi müqaviləsi, yerquruluşu sxemindən çıxarış, eskiz layihə, ödəniş qəbzi, məlumatlandırma ərizəsi və poçt qəbzi əlavə edilmiş, lakin **********56 nömrəli xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş” ilə yuxarıda sadalanan sənədlər Şahid3 geri qaytarılmışdır. Nəzərinizə catdırırıq ki, yuxarıda qeyd olunan müraciət zamanı vətəndaş tərəfindən ərizəyə əlavə edilmiş sənədlərin elektron nüsxəsi idarədə aşkar edilmədiyindən sözügedən sənədlərin surətinin təqdim edilməsi mümkün olmamışdır. Həmçinin bildiririk ki, sorğuda qeyd olunan digər fiziki şəxslərin həmin torpaq sahəsi ilə bağlı müraciətlərinin olması barədə məlumat mövcud deyildir. Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23B saylı binanın arxasında yerləşən 0.04 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Sorğuya uyğun olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. (cild 02, i.v. 200-202) İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı ərazi idarəsindən daxil olan **********32 nömrəli, 07 dekabr 2022-ci il tarixli məktubuna əlavə edilmiş **********56 nömrəli xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”in məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23B saylı binanın arxasında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, ayrılmış torpaq sahəsinin icarəyə verilməsinə dair qərar və buna münasibət bildirilməsi ilə bağlı Memarlıq Şəhərsalma Baş İdarəsinin rəyi təqdim edilməmişdir. Həmçinin, təqdim edilmiş layihədə göstərilən fərdi yaşayış evi faktiki olaraq inşa edilməmişdir. Eyni zamanda, qeyd olunan torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Azarbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançalanı, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-salqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. (cild 02, i.v. 203-204) İş materiallarında olan 04 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, Şahid3 həmin tarixdə ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü müraciət etməklə, ərizəsinə torpaq icarəsi müqaviləsi, yerquruluşu sxemindən çıxarış, məktub, eskiz layihəsi, ərizə, qəbz, şəxsiyyət vəsiqəsinin surəti və ödəniş qəbzini əlavə etmişdir. (cild 02, i.v. 205) İş materiallarında olan Əmlak Məsələləri Dövlət Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23B ünvanında yerləşən 0,4 ha. torpaq sahəsi ilə bağlı 2020-ci ilin iyun-avqust ayları ərzində Şahid3 və ya hər hansı şəxsin müraciəti ilə bağlı məlumat aşkar edilməmişdir. (cild 04, i.v 139) Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, dələduzluq və hüquq verən saxta rəsmi sənədləri, habelə saxta möhürü qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlama cinayət əməllərini törətməməsi, onun barəsində irəli sürülmüş ittihamın böhtan xarakteri daşıması ilə bağlı ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun ifadəsi həqiqəti əks etdirməməklə, özünü məsuliyyətdən yayındırmaq məqsədi daşıyaraq, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, 31 yanvar 2023-cü il tarixli, 5/69-4/69 nömrəli kompleks sənədlərin məhkəmə-texniki və məhkəməxətşünaslıq ekspertizasının rəyi, Şahid1la Təqsirləndirilən şəxs arasında 25 fevral 2023-cü il tarixli üzləşdirmə, Şahid3lə Təqsirləndirilən şəxs arasında 25 fevral 2023-cü il tarixli üzləşdirmə, Şahid2lə Təqsirləndirilən şəxs arasında 23 fevral 2023-cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolları, "xxxx" MMC-dən daxil olan telefon danışıqları barədə məlumatlar olan diskə baxış keçirilməsi haqqında 17 fevral 2023-cü il tarixli protokol, "xxxx" MMC-dən daxil olan telefon danışıqları barədə məlumatlar olan diskə baxış keçirilməsi haqqında 17 fevral 2023-cü il tarixli protokol, Xətai rayon İcra Hakimiyyəti başçısı X8 г-31/2-023 nömrəli, 09 aprel 1999-cu il tarixli məktubu, Bakı şəhər İcra Hakimiyyəti başçısı X1 20 yanvar 1999-cu il tarixli, E-24 nömrəli məktubunun təsdiq edilmiş surəti, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi X10 xx.xx.1999-cu il tarixli, 18/03-8/1713 nömrəli məktubunun təsdiq edilmiş surəti, Xətai rayon İcra Hakimiyyəti başçısı X8 04 iyun 1999-cu il tarixli 174 nömrəli sərəncamından 21 aprel 2010-cu il tarixli 1035 nömrəli arxiv çıxarışı, Xətai rayon İcra Hakimiyyətinin başçısı X23 25 oktyabr 2013-cü il tarixli 347 nömrəli sərəncamından çıxarışın əsli, Xətai RİH ilə razılaşdırılmış eskiz planının əsli, Şahid1 götürülmüş qəbz, Xətai RİH başçısının müavininin Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli, 758 nömrəli məktubu, “X13 Kömək” İctimai Birliyinin sədri kimi Təqsirləndirilən şəxs DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli 131 nömrəli məktub, Xətai Rayon İcra Hakimiyyətindən daxil olan, 5-11,2-35,2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli məktub, Milli Arxiv İdarəsindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli, 1/2604 nömrəli məktub, Milli Arxiv İdarəsindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli, 2604 nömrəli məktuba əlavə edilmiş arayış, Milli Arxiv İdarəsindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli, 2604 nömrəli məktuba əlavə edilmiş AR Milli Arxiv İdarəsinin Bakı filialının direktorunun Milli Arxiv İdarəsinə ünvanlamış olduğu 26 dekabr 2022-ci il tarixli, BA-08473-2022 nömrəli məktubu, Milli Arxiv İdarəsindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli, 2604 nömrəli məktuba əlavə edilmiş Xətai RİH başçısı Razim Məmmədovun 28 oktyabr 2013-cü il tarixli 347 nömrəli sərəncamının surəti, Milli Arxiv İdarəsindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli, 2604 nömrəli məktuba əlavə edilmiş Xətai RİH başçısı Gündüz Cəlilovun 04 iyun 1999-cu il tarixli 174 nömrəli sərəncamının surəti, Milli Arxiv İdarəsindən daxil olmuş 26 dekabr 2022ci il tarixli, 2604 nömrəli məktuba əlavə edilmiş Xətai RİH başçısı Gündüz Cəlilovun 04 iyun 1999-cu il tarixli 174 nömrəli sərəncamının surəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş 28 dekabr 2022-ci il tarixli, MİHO/2.1.1-2-2022-5342 nömrəli məktub, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı ərazi idarəsindən daxil olan **********32 nömrəli, 07 dekabr 2022-ci il tarixli məktub, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı ərazi idarəsindən daxil olan **********32 nömrəli, 07 dekabr 2022-ci il tarixli məktubuna əlavə edilmiş **********56 nömrəli xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”, 04 sentyabr 2020-ci il tarixli ərizə, Əmlak Məsələləri Dövlət Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubu və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə irəli sürülmüş ittihamdan CM-nin 32.4, 312.2-ci maddəsinin çıxarılmasını, Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddəsi ilə verilmiş ittihamın isə müdafiə olunaraq həmin hissədə qanunvericiliyin tələblərinə uyğun qərarın qəbul edilməsi məhkəməyə təklif etmişdir. Dövlət ittihamçısı təklifini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs X11 27.000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs verilmiş ittiham ilə bağlı əldə edilən pul vəsaitləri üzrə onun bu və ya digər qərar qəbul etdirmək üçün real imkan və səlahiyyətləri, eləcə də zərərçəkmiş şəxslərə köməklik göstərmək niyyəti olmamış, təqsirləndirilən şəxs rüşvət vermədə yalançı vasitəçilik etməklə əməlləri korrupsiya cinayətinin obyektinə - dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində də təsbit edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Nəzərə alınmalıdır ki, bir sıra hallarda dələduzluq cinayəti özgə əmlakını ələ keçirmək niyyətində olan təqsirkar tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi, yəni rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə, lakin həmin niyyətdə olmayıb pul və ya sair nemətləri ondan alıb ələ keçirilməsində ifadə olunan aldatma üsulu ilə həyata keçirilir və həmin hal cinayətin üsulu kimi çıxış etdiyinə görə təqsirkarın əməlinin əlavə olaraq CM-nin 32.4, 312-ci maddəsi ilə tövsif edilməsi cinayət məsuliyyətinin prinsipi kimi ədalətlilik prinsipinin tələbləri ilə uzlaşmır. Belə ki, CM-nin 8.2-ci maddəsinin tələbləri baxımından heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. CM-nin 178 və 312-ci maddələrində nəzərdə tutulan cinayətlərin qəsd etdiyi ictimai münasibətlərin xarakteri baxımından xüsusilə vurğulanmalıdır ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri, rüşvət vermə cinayətinin obyekti qismində ilə dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər çıxış edir. Cinayətin obyekti cinayətlərin tövsifi üçün sistem yaradan meyar rolunu oynadığından, cinayətlərin fərqləndirilməsinin əsaslarından biri sayıldığından vədinə əməl etmək niyyətində olmayan şəxs tərəfindən rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə pul və ya sair nemətləri ələ keçirən şəxsin əməli ilə yalnız mülkiyyət münasibətlərinə qəsd edilir ki, həmin halda əməl ilə əlavə olaraq qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərə ziyan yetirilmir. Qanunverici tərəfindən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə CM-nin 178-ci maddəsində xüsusi olaraq nəzərdə tutulduğu halda, vədinə əməl etmək niyyətində olmayan şəxs tərəfindən rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə pul və ya sair nemətləri ələ keçirən şəxsin əməlinin həm də həmin Məcəllənin 32.4, 312-ci maddəsi ilə rüşvət verməyə təhrik etmə kimi tövsif edilməsi CM-nin 17.4-cü maddəsinin tələbi ilə uzlaşmır. CM-nin 17.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Bu müddəanın tələblərinin yerinə yetirilməsi, CM-nin 8.1-ci maddəsində ifadə olunan ümumhüquq ədalət prinsipinin təmin edilməsinin vacib bir zəmanətidir. Eyni zamanda nəzərə alınmalıdır ki, CM-nin 17.4-cü maddəsində müəyyən edilmiş qayda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsindən irəli qəlir. Həmin normaya əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Yekun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin qeyd edilən qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq, Təqsirləndirilən şəxs əməli yalnız bitmiş dələduzluq kimi qiymətləndirilməli və ona verilmiş ittihamdan CMnin 32.4, 312.2-ci maddəsinin çıxarılması məhkəməyə təklif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət təqibinə xitam verilməsi qaydasından bəhs edən 41-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır (CPM-nin 43.1, 43.1.1-ci maddələri). Cinayət-Prosessual Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 41-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilməsi göstərilməlidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, dövlət ittihamçısının mövqeyini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü və 314.2-cü maddələrinin tələblərinə uyğun hesab edir və bu səbəbdən də belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə cinayət işinə həmin hissədə ayrıca qərarla xitam verilməlidir. Cinayət işi üzrə ittihamdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən saxta rəsmi sənədləri, habelə saxta möhürü qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırma cinayətini 2020-ci ilin iyun ayından həmin ilin sentyabr ayınadək olan müddət ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 320.1-ci maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində göstərilir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət təqibini istisna edən hal (cinayət məsuliyyətinə cəlb etmə müddəti axımının dayandırılması halları istisna olmaqla, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi) mövcuddursa və məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsin cinayətdə təqsiri sübuta yetirilmişdirsə, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs AR CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinməklə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməsi səbəbindən ona cəza təyin edilməməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olan 12 yanvar 2022-ci il tarixli 1(101)-550/2011 nömrəli və Bakı şəhər Sabunçu rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinib 05 il 11 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddəti ilə şərti hesab edilmiş, habelə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib 3.500 manat cərimə cəzasına məhkum edilmiş, 11 oktyabr 2018-ci il tarixdə təyin edilmiş cərimə cəzasını tam ödəmişdir. (cild 02, i.v. 90; cild 01, i.v. 14-31; cild 02, i.v. 39-66) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1 və 83.3.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3 və 29, 178.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 1(101)-74/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyinin 147 saylı Mənzil kommunal istismar sahəsindən daxil olan 20 iyun 2022-ci il tarixli, 020 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmuşdur. (cild 02, i.v. 36) Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü X24 olmaqla bir yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş hazırki cinayət işi üzrə vurulmuş ziyanın tam məbləğini təşkil edən 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs ödənilmişdir. (cild 03, i.v. 150) Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci hissəsinə əsasən, Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs AR CM-in 59.1.13-cü maddəsinə əsasən ona qarşı irəli sürülmüş ittiham üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə ona münasibətdə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Sərəncamın 10-cu bəndində qeyd olunmuşdur ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 39-cu bəndinə əsasən, Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, xüsusən cinayət nəticəsində vurulmuş ziyanın tamamilə ödənilməsini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən, birinci hökm çıxarılanadək şəxsə başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-in 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə tamamilə toplanılmalı, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 5.000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası AR Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 04, i.v 171- 173) Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, 08 dekabr 2022-ci il tarixdə Şahid1 götürülmüş Bakı şəhər İcra Hakimiyyəti başçısı Rafael Allahverdiyevin 20 yanvar 1999-cu il tarixli, E-24 nömrəli məktubunun təsdiq edilmiş surəti, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisinin xx.xx.1999-cu il tarixli, 18/03-8/1713 nömrəli məktubunun təsdiq edilmiş surəti, Xətai rayon İcra Hakimiyyəti başçısının г-31/2-023 nömrəli, 09 aprel 1999-cu il tarixli məktubunun əsli, Xətai rayon İcra Hakimiyyəti başçısının 04 iyun 1999-cu il tarixli 174 nömrəli sərəncamından 21 aprel 2010-cu il tarixli 1035 nömrəli arxiv çıxarışının əsli, Xətai rayon İcra Hakimiyyəti başçısının 25 oktyabr 2013-cü il tarixli 347 nömrəli sərəncamının əsli, bundan başqa həmin torpaq sahəsinin Xətai RİH ilə razılaşdırılmış eskiz planının əsli, bundan əlavə sənədlərin ƏMDX-yə təqdim edilməsi barədə qəbzin əsli, Xətai RİH başçısının müavininin Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli, 758 nömrəli məktubunun əsli, Şahid3 əlillik və şəxsiyyət vəsiqələrinin surətləri, fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi barədə Şahid3 Xətai RİH-ə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsinin surəti, həmin ərizənin göndərilməsi barədə poçt qəbzinin əsli, qeyd edilən torpaq sahəsinə çıxarış verilməsi barədə Təqsirləndirilən şəxs İB-nin sədri kimi DƏDRXnin 1 saylı Bakı ərazi idarəsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli 131 nömrəli məktubunun əsli, "xxxx" MMC-dən daxil olan 16 yanvar 2023-cü il tarixli, 836 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, AZF/LGL-2073/23 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 5.000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə tamamilə toplanılsın, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 5.000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə cinayət işinə həmin hissədə ayrıca qərarla xitam verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - 08 dekabr 2022-ci il tarixdə Şahid1 götürülmüş Bakı şəhər İcra Hakimiyyəti başçısı Rafael Allahverdiyevin 20 yanvar 1999-cu il tarixli, E-24 nömrəli məktubunun təsdiq edilmiş surəti, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisinin xx.xx.1999-cu il tarixli, 18/03-8/1713 nömrəli məktubunun təsdiq edilmiş surəti, Xətai rayon İcra Hakimiyyəti başçısının г-31/2-023 nömrəli, 09 aprel 1999cu il tarixli məktubunun əsli, Xətai rayon İcra Hakimiyyəti başçısının 04 iyun 1999-cu il tarixli 174 nömrəli sərəncamından 21 aprel 2010-cu il tarixli 1035 nömrəli arxiv çıxarışının əsli, Xətai rayon İcra Hakimiyyəti başçısının 25 oktyabr 2013-cü il tarixli 347 nömrəli sərəncamının əsli, bundan başqa həmin torpaq sahəsinin Xətai RİH ilə razılaşdırılmış eskiz planının əsli, bundan əlavə sənədlərin ƏMDX-yə təqdim edilməsi barədə qəbzin əsli, Xətai RİH başçısının müavininin Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli, 758 nömrəli məktubunun əsli, Şahid3 əlillik və şəxsiyyət vəsiqələrinin surətləri, fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi barədə Şahid3 Xətai RİH-ə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsinin surəti, həmin ərizənin göndərilməsi barədə poçt qəbzinin əsli, qeyd edilən torpaq sahəsinə çıxarış verilməsi barədə Təqsirləndirilən şəxs İB-nin sədri kimi DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli 131 nömrəli məktubunun əsli, "xxxx" MMC-dən daxil olan 16 yanvar 2023-cü il tarixli, 836 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, AZF/LGL-2073/23 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əhməd Quliyev Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar