Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-280/2025 18.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 31 avqust 1991-ci ildə İmişli rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 02 (iki) nəfər az yaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qismində qətimkan tədbiri seçilməklə halhazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs və 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki şəxs Şahid3 ilə birlikdə sonuncunun adından sahibkarlıq fəaliyyəti göstərmələri nəticəsində yaranmış külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaları faktı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin 1-ci şöbəsində Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verdirəcəyini vəd edib, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəyəcəyi adı ilə Zərərçəkmiş şəxs 2022-ci ilin may ayında istintaqla müəyyən edilməmiş vaxtda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» bazarda vahid niyyətlə iki dəfəyə həmin dövrün məzənnəsi ilə 170000 manat təşkil edən 100000 ABŞ dolları məbləğində nağd şəkildə pul alıb ələ keçirməklə öz şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs 170000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 159000 (bir yüz əlli doqquz min) manat məbləğində pul vəsaitinin vurulmuş zərər kimi və ödənilmiş 449 (dörd yüz qırx doqquz) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o 170 000 manat pul almışdır. Bu pulun ödənməsi ilə bağlı onu DİN-dən çağırmışlar. Həmin puldan 68 000 manat pulu qaytarmış və orada ərizə yazaraq pulun geri qalanını aprel ayının sonuna kimi ödəyəcəyini bildirmişdir. Onu 2024-cü ilin mart ayının 6-da saxlamışlar və bu səbəbdən də pulun geri qalanını ödəyə bilməmişdir. O Ukrayna və İrana da meyvətərəvəz satışı ilə məşğul olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o 170 000 manatı Zərərçəkmiş şəxs “Meyvəli” adlanan ərazidə iki dəfəyə almışdır. Onların yanlarında heç kim olmamışdır. Pulu Zərərçəkmiş şəxs 70 000 dollar və 30 000 dollar olmaqla iki dəfəyə almışdır. Pul almağının səbəbi Zərərçəkmiş şəxs vergi ilə bağlı işinin olması olmuşdur. O, Zərərçəkmiş şəxsla şərik deyil, Niyazın malının satılmasında rol oynamışdır. Zərərçəkmiş şəxs vergi borcu olmuşdur. Onun vergidə Ramin adlı bir tanışı olmuşdur. Ramin vergidə işləmir. Zərərçəkmiş şəxs 2 milyon 200 min manat vergi borcu olmuşdur. Həmin borcdan heç bir ödəniş etməmişdir. 100 000 dolları almaqda məqsədi Zərərçəkmiş şəxs vergi məsələsini həll etmək olmuşdur. Zərərçəkmiş şəxs vergi borcu ilə bağlı sonradan cinayət işi açılmışdır. Raminə vergi işinin həll olması üçün 200 000 manat pul lazım olduğunu demişlər. O, 2014-cü ildən alverlə məşğuldur. Bu işi həll etmək istəməsinin səbəbi Zərərçəkmiş şəxsla yaxşı münasibətlərinin olması olmuşdur. Vergi borcu ilə bağlı sonradan Zərərçəkmiş şəxs tək olmadığı ortaya çıxdığı üçün iş həll olunmamışdır. Vergi borcu Şahid3 adına çıxırmış, sonradan Şahid3 bu işdə tək yox, Zərərçəkmiş şəxsla birlikdə olduğunu demişdir. İş həll olmadıqda Zərərçəkmiş şəxs pulun onda olduğunu demiş, daha sonra limon alveri ilə bağlı pulu xərcləmişdir. Limon işi ilə bağlı ziyan olmuş, bu səbəbdən 102 000 manatı geri qaytara bilməmişdir. O, dövlət orqanlarında iş həll etmək üzrə səlahiyyətli şəxs deyil. Hadisə 2022-ci ildə baş vermişdir. O pulu 2024-cü ilin aprel ayının sonuna kimi qaytaracaqmış. Həmin vaxta kimi pulu qaytarmamasının səbəbi işləməməsi olmuşdur. O 2023-cü ilin dekabrından işləməyə başlamışdır. Vergi ilə bağlı onu da işə cəlb etmişlər. Vergi orqanı onu şübhəli şəxs qismində saxlamışdır. Ümumilikdə borcdan 330 000 manat rəsmi qaydada bank hesabına ödənilmişdir. O da pulu rəsmi qaydada ödəmək məqsədilə almışdır. O, pulu Zərərçəkmiş şəxs aldıqda sonuncunu aldatmaq niyyəti olmamış, pulu götürməyinin səbəbi vergi işinin həll olması üçün rüşvət qismində vermək olmuşdur. O, pulu rəsmi qaydada dövlət rüsumu olaraq ödəməli imiş. O əvvəlcə pulu başqa bir şəxsə vermiş, lakin sonradan pulu ona geri qaytarmışlar. Pulu ona qaytardıqdan sonra Zərərçəkmiş şəxs məlumat verməmişdir. Zərərçəkmiş şəxsla münasibətləri yaxşı olmuşdur. Həmin dövrdə onun Zərərçəkmiş şəxs başqa borcu olmamışdır. O 170 000 manatı Zərərçəkmiş şəxs almışdır. Pulu ona geri qaytarandan sonra Zərərçəkmiş şəxs məlumat verməməsinin səbəbi işin həll olması üçün ona başqa məbləğ deməklərini gözləməyi olmuşdur. Vergi borcu 200 000 manat olmuşdur. Onun vergi borcu olmamışdır. O 170 000 manatdan 68 000 manatını ödəmişdir. 68 000 manatı Zərərçəkmiş şəxs, 50 000 manatı isə Şahid2 vermişdir. 20 000 manatın Şahid5 olmasını deməmişdir. O, Zərərçəkmiş şəxs pulu götürməyə tək getmişdir. Pulu Zərərçəkmiş şəxs anbarının qarşısında, bir dəfə də Zərərçəkmiş şəxs avtomobilində almışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2012-ci il tarixdən 2019-cu il tarixədək Veysəloğlu MMC-də satınalma şöbəsində meyvətərəvəz kateqoriyasının müdiri işləmiş, 2019-cu il tarixdən öz xahişi ilə işdən çıxaraq həmin tarixdən xırda ticarətlə məşğul olmağa başlamışdır. 2019-cu il tarixdən Meyvəli bazarına kartof-soğan məhsullarının satışı ilə məşğul olmağa başlamışdır. Belə ki, xarici ölkələrdən Respublikaya kartof-soğan məhsulları gətirib Meyvəli bazarında satışını həyata keçirmişdir. Zərərçəkmiş şəxs Veysəloğlu MMC-də işlədiyi vaxtları tanımışdır. Belə ki, Niyaz həmin vaxtları Meyvəli bazarında kartof məhsullarının alışı və satışı ilə məşğul olmuş, o, da xarici ölkələrdən kartof məhsulları gətirib Meyvəli bazarında Niyaza satmış, həmin vaxtdan da Niyazi tanımışdır. Şahid3 da Meyvəli bazarında Niyazın vasitəsi ilə tanımış, sonradan 2022-ci il tarixdə Zərərçəkmiş şəxs, Şahid3 və onun Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsində vergidən yayınma ilə bağlı problemləri baş vermişdir. Belə ki, 2020-ci il tarixdən, 2022-ci il tarixədək Araz Marketə kartof- soğan məhsulları satmışlar və bununla bağlı Vergidən külli miqdarda yayınma ilə bağlı istintaqa çağırılmışlar. Həmin vaxtları Taleh adlı müstəntiq demişdir ki, 150000-200000 manat gətirib dövlət hesabına ödəsinlər. Niyaza demişdir ki, ona 100000 ABŞ dolları versin, aparıb həmin məbləği Vergidə dövlət hesabına ödəsin. Niyaz da Meyvəli Bazarında öz idarə etdiyi avtomobildə birinci dəfə 2022-ci ilin təxminən yay aylarında ona 80000 ABŞ dolları pul vermiş, bundan 2-3 gün sonra Niyaz Meyvəli bazarında 2-ci dəfə 20000 ABŞ dolları pul da vermişdir. Beləliklə də 2 dəfəyə Niyazdan ümumilikdə 100000 ABŞ dolları pul alıb həmin pulları yaşadığı evində saxlamışdır. Həmin pulları Niyazdan alıb demişdir ki, pulu aparıb Vergilərin Baş İdarəsində Vergi borclarını ödəyəcək. Lakin həmin məbləği özündə saxlamışdır. Sonra müstəntiq Taleh müəllimlə iş yerində görüşərək demişdir ki, 100000 ABŞ dolları dövlət hesabına köçürsə barələrində başlanılmış cinayət işinin icraatına xitam veriləcəkmiş. Müstəntiq Taleh demişdir ki, xeyr cinayət işi xitam olunmayacaq, pulu hesaba köçürsünlər ki, sistemdə görünsün ki, ödəniş edirlər. Sonradan Niyazdan 2 dəfəyə aldığı 100000 ABŞ dolları pulu Niyazin xəbəri ola-ola 2022-ci ilin yay aylarında Türkiyə Respublikasından 160 ton çəkidə limon gəldiyi üçün həmin 100000 ABŞ dollarını Gömrük Rüsumu ödəyib limonu ölkə ərazisinə keçirmiş, ancaq Türkiyədən gətirdiyi limonda ziyanlıq etdiyi üçün Niyazdan aldığı 100000 ABŞ dollarından 2023-cü ilin qış aylarında 68000 manat hissəsini Niyaz və Zahidə bir hissəsini Meyvəli bazarında, bir hissəsini isə Sulutəpə qəsəbəsində vermişdir. X11 Niyazdan aldığı puldan 68000 manatını qaytarsa da bu vaxta kimi qalan 102000 manatını qaytara bilməmişdir. Ancaq Niyazdan aldığı pulun qalan hissəsini yəni 102000 manatını yaxın müddətdə ödəyəcək. Niyaz, Rəhim və onun Vergi Cinayətləri İbtidai Araşdırması Baş İdarəsində istintaq olunan cinayət işi üzrə Vergiyə olan borcun ödənilməsi və cinayət işinin xitam olunması ilə bağlı bəzi çətinlikləri olduğu üçün Niyaz demişdir ki, cinayət işinin istintaqını aparan müstəntiq Taleh əslən İmişli rayonundan olduğu üçün ona yaxın bir şəxs tapıb danışsınlar ki, həmin iş orada həll olunsun. O, da əmisi oğlu Zaminin vasitəsi ilə Taleh müəllimə müraciət edib onunla görüşərək işlə bağlı söhbətlər etmişlər. Bu adla Niyazdan 2 dəfəyə ümumilikdə 100000 ABŞ dolları pul almış, lakin ifadəsində qeyd etdiyi səbəblərə görə Niyazdan aldığı pulu Vergi borcunu ödəyə bilməmiş və öz ehtiyaclarına xərcləmişdir. Sonradan isə Niyazla o, Vergiyə olan borclarını ödəmişlər və barələrində olan cinayət işinin icraatına xitam verilmişdir. Belə ki, Niyaz, Rəhim və onun adına ümumilikdə 330000 manat vergi borcu olmuşdur. Həmin puldan 68000 manatını sonradan özü Niyazin tanışı olan Zahidə vermiş, Zahid isə Niyazla birlikdə həmin 330000 manat pulu vergiyə ödəmişlər. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində aparılan cinayət işi üzrə Rəhim, Niyaz və o, 1 gün X1 saxlanılmış, Vergiyə olan borc Zahid tərəfindən ödənildikdən sonra da sərbəst buraxılmışlar. Zaminin bu işdə heç bir marağı olmayıb. Sadəcə ona görə müstəntiq Talehə danışmaq üçün müraciət etmişdir. 100000 ABŞ dolları pulu da Niyazdan tək özü almış, pulu alan zaman Niyaza məxsus avtomobildə almış və orada heç kim olmayıb, Niyazla tək özü olmuşdur. Həmin 100000 ABŞ dolları pulu Vergiyə ödəyə bilməsə də bu barədə Niyaz və Zahidə demişdir ki, Niyazdan aldığı pul ondadır, bir müddətdən sonra verəcək. Lakin həmin vaxt maddi imkanı olmadığına görə Niyazdan aldığı 100000 ABŞ dollarını qaytara bilməmişdir. Buna baxmayaraq 2022-ci ilin sentyabr ayında 68000 manat pulu şəxsən Niyaz və Zahidə Meyvəli bazarında vermişdir. Niyazdan aldığı 100000 ABŞ dollarından ona 11000 manat deyil, 68000 manatını qaytarmış, qalan 102000 manatını isə yaxın vaxtlarda qaytarmağa söz verir. Belə ki, bir neçə şəxslərdən alacaqları var. Zamin onları müstəntiq Talehlə tanış etmiş, Niyazdan pulları alan zaman Zamin orada olmamış, eyni zamanda Zaminə heç bir məbləğdə pul verməmiş, bütün pulları Niyazdan şəxsən özü almışdır. Zaminin bu işdə heç bir iştirakı olmamış və heç bir məbləğdə pul ələ keçirməmişdir. Zərərçəkmiş şəxsə vurduğu maddi ziyam ödəmək üçün pul axtarsada tapa bilməmiş, lakin söz verir ki, yaxın günlərdə zərərçəkmiş şəxs Niyazm pulunu ödəyəcək. Türkiyə Respublikasından ölkə ərazisinə gətirdiyi limonu istintaqda adını unutduğu üçün demək istəmədiyi şəxsin adma ölkə ərazisinə qanunu şəkildə gətirmiş və Gömrük Rüsumunu da həmin şəxsin adına ödəyib limonları ölkə ərazisinə keçirmişdir. Niyazdan aldığı 100000 ABŞ dolları puldan 2023-cü ilin qış aylarında 68000 manatını Niyaz və Zahidə bir hissəsini Meyvəli bazarda, bir hissəsini isə Sulutəpə qəsəbəsində qaytarmışdır. Hazırda həbsdə olduğu üçün Niyazin pulunu ödəyə bilmir, imkanı olan kimi Niyazin pulunu ödəyəcək. (cild 1, iş vərəqə 251-253) Məhkəmə zərərçəkmiş şəxsin və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində tanınmış şəxsə qarşı dələduzluq cinayətini törətməməsi, sonuncunun pullarını qanunsuz şəkildə ələ keçirməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, o, pulu 80 000 dollar və 20 000 dollar olmaqla hissə-hissə iki dəfəyə vermişdir. Pulu verməyinin səbəbi Ümüdün onun vergi borcunu bağlayacağı olmuşdur. Daha sonra vergi borcuna görə bir neçə dəfə onları vergi orqanından çağırmışlar. Onlar üçüncü dəfə getdikdə onları həbs etmişlər. Bundan sonra məlum olmuşdur ki, vergi borcundan heç bir ödəniş olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o Təqsirləndirilən şəxs 2017-2018-ci ildən tanıyır. O vaxt Təqsirləndirilən şəxs “Veysəloğlu” şirkəti ilə alqı-satqı edirmiş və münasibətləri də oradan yaranmışdır. Onlar vergi borcunun yaranmasından xəbərsiz olmuşlar. Onlar əvvəllər qeyri-rəsmi işləmişlər. O özü kartof əkini və satışı ilə məşğuldur. Bu barədə rəsmi VÖEN-i var. O “Araz” və “Oba” şirkətlərinə satış edir. Təqsirləndirilən şəxslə birlikdə iş görürmüşlər. Təqsirləndirilən şəxs soğan satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs soğanı ona göndərirmiş, o da “Araz” və “Oba” şirkətlərinə satış edirmiş. Vergi borcu şəriki Şahid3 adına yaranmışdır. Malı verən zaman vəsiqə istəmişlər. Həmin vaxt Şahid3 şəxsiyyət vəsiqəsi üstündə olduğu üçün Rəhimin vəsiqəsini vermişlər, onlar bunun nəticəsində vergi hesablanacağından xəbərsiz olmuşlar. Təqsirləndirilən şəxs vergi borclarının olduğunu öyrəndikdən sonra əmisi oğlu Şahid5lə yanlarına gələrək vergi orqanında tanışları olduğunu və 100 000 dollara onlara kömək edə biləcəklərini demişlər. Vergi borcları 1 600 000 manat olmuşdur. 2022-ci ilin aprel-may aylarında Təqsirləndirilən şəxs və Şahid5lə söhbət etdikdən sonra Meyvəli bazarında 80 000 dollar vermişdir. Pulu verdikdən sonra işi həll olunmamışdır. Vergi orqanı onu, Şahid3 və Təqsirləndirilən şəxs tutmuşlar və bir gün saxlamışlar. Daha sonra 100 000 manat ödəməli olduqlarını bildirmişlər. O 100 000 manat ödədikdən sonra onları buraxmışlar. O, əlavə olaraq 330 000 manat vergi borcu da ödəmişdir. O, Təqsirləndirilən şəxs pulunu geri istədikdə birinci səhvlik olduğunu, əslində pulun ödənmiş olduğunu bildirmişdir. Təxminən 1 ay sonra Təqsirləndirilən şəxs təkrar pulunu istəmişlər. Verdiyi puldan 30 000 manatla kimisə işə düzəltdiyini, 50 000 ilə faizlərini ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun işi ilə əlaqədar nə qədər xərcləməsi ilə bağlı söhbətləri olmamışdır. Onun Təqsirləndirilən şəxs limon biznesinə pul qoyduğundan məlumatı yoxdur. Təqsirləndirilən şəxs də vergi borcu yaranmışdır. O Təqsirləndirilən şəxs yerinə vergi borcunu ödəmək üçün almış, amma öz adına 50 000 manat ödəmişdir. Ümüdün adı da sistemdə olduğu üçün adına vergi borcu yaranmışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Respublika ərazisində kartof əkini və satışı ilə məşğul olur. Belə ki, əsasən rayonlarda əkin sahələri icarəyə götürüb kartof əkir və respublika ərazisində satışını həyata keçirir. 2019-cu il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Meyvəli Bazarında anbar icarəyə götürüb orada kartof satışını həyata keçirir. 2020-ci ilin təxminən yay aylarında əslən İmişli rayonundan olan Təqsirləndirilən şəxs tanımış, tanışlıq zamanı Ümüd özünü imkanlı sahibkar kimi təqdim etmiş, həmin ildə Ümüd görmüşdür ki, Meyvəli bazarında kartof-soğan satışını həyata keçirir və demişdir ki, bir yerdə iş qurub işləsinlər. Ümüdə inanıb onunla razılaşmışdır. Şahid3 2020-ci il tarixdən tanımış, bir müddətdən sonra X8 Bazarından kartof və soğan məhsulları satıb pulunu hissə-hissə almış, Araz Marketə məhsulları satan zaman Şahid3 adına olan VÖİN-lə məhsulları satmışlar. 2022-ci ilin may ayında məlum olmuşdur ki, Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində Rəhimin adına külli miqdarda Vergi borcu ilə əlaqədar araşdırma aparılır və onu da həmin idarəyə çağırmışlar. Həmin vaxt Ümüd, əmisi oğlu kimi təqdim etdiyi Şahid5 adlı şəxslə Meyvəli bazarına gəlib demişlər ki, onların vəzifədə işləyən tanışları var, həmin tanışları vasitəsi ilə Vergidə olan borcun silinməsi üçün pul lazımdır ki, həmin məbləğə Vergidəki borcu sildirəcəklər. Onlar hər ikisi ondan Vergidə olan borcun silinməsi adı ilə 100000 ABŞ dolları pul istəmişlər. Belə ki, həmin vaxt Vergidə külli miqdarda borc yarandığından onu da Vergiyə çağırmışlar. Ümüd və əmisi oğlu Zaminə inanıb onlarla razılaşmış və 2022-ci ilin may ayında birinci dəfə 80000 ABŞ dolları pulu Meyvəli Bazarının içərisində Elçin adlı şəxsin anbarında Ümüdə vermişdir. Ümüd və əmisi oğlu Zamin pulu sayıb düz olduğunu təsdiq etdikdən sonra çıxıb getmişlər.Ümüd və Zamin 80000 ABŞ dolları pulu alan zaman orada Elçin, Zahid və İbrahim adlı şəxslər olmuşdur. Bundan 2 gün sonra Ümüd və əmisi oğlu Zamin gəlib demişlər ki, qalan 20000 ABŞ dolları da istəyirlər vermək lazımdır. Yenə də həmin anbarda 20000 ABŞ dolları pulu sayıb Ümüd və əmisi oğlu Zaminə vermiş, onlar hər ikisi demişlər ki, Vergi Cinayətlərinin İbtidai Araşdırması İdarəsində onların barəsində olan araşdırma ilə bağlı Vergiyə olan borclarını ödəyəcəklər və bir daha onları Vergiyə çağırmayacaqlar. Lakin bir neçə gündən sonra onu, Rəhimi və Ümüdü istintaqa çağırmışlar, orada məlum olmuşdur ki, Ümüd əmisi oğlu Zaminlə onu aldadıb aldıqları 100000 ABŞ dollarını Vergi borcuna ödəməyiblər və bununla bağlı heç bir iş görməyiblər. Bunu bilən kimi Ümüd və əmisi oğlu Zaminə öz iradını bildirmişdir ki, nə üçün onu aldadırlar, ondan aldıqları 100000 ABŞ dollarını Vergi borcunu ödəməyiblər. Ümüd və əmisi oğlu demişlər ki, ondan aldıqları 100000 ABŞ dolları pulu guya ki, hansısa bir nəfər şəxsə veriblər, həmin şəxs Bakı şəhərində olmadığından bu iş uzanır. Daha sonra istintaq zamanı vergidə borcun çox hesablanması ilə bağlı etirazını bildirmiş və əlavə mütəxəssis dəvət edilmişdir. Əlavə hesablama zamanı borcun 330000 manat olması müəyyən edlimiş və istintaq orqanı ona Bank Hesabının nömrəsini verib demişdir ki, həmin məbləği bu hesaba ödəsin. 330000 manat məbləği şəxsən özü 2 ay müddətində hissə-hissə olmaqla Bank Hesabına ödəyib qəbzləri istintaqa təqdim etmişdir. Bundan sonra başlanmış cinayət işinin icraatına xitam verilmiş, görmüşdür ki, Ümüd əmisi oğlu Zaminlə biryerdə ondan aldıqları 100000 ABŞ dollarını Vergiyə olan borcu ödəməyiblər və onu aldadıblar, onların hər ikisindən pulunu tələb etməyə başlamışdır. Ümüd və Zamin demişdir ki, 2023-cü ilin iyun ayına kimi olan müddət ərzində onun 100000 ABŞ dolları pulunu qaytaracaqlar. Lakin həmin vaxta kimi onlar onu aldatmış və pulunu qaytarmamışlar. Daha sonra hər ikisi mobil telefon nömrələrini söndürüb ondan gizlənməyə başlamışlar. Hazırda onları tapa bilmir ki, pulunu alsın, dəfələrlə Ümüdün atası Firudinə zəng edib oğlu Ümüdün onu aldatdığını demiş, Ümüdün atası demişdir ki, pulunu ödəyəcəklər. Ancaq Ümüdün atası da onu aldadıb. Bildiyinə görə Umüd Xırdalan şəhərində yaşayır. Ancaq ünvanını dəqiq bilmir. Zaminin hansı ünvanda yaşamasını bilmir. Hər iki şəxsin barəsində tədbir görüb pulunun qaytarılmasında köməklik olunmasını xahiş edir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində bildirmişdir ki, ərizədə göstərilən Şahid3 onunla bir yerdə işlədiyi şəxsdir. Əslində Vergidə olan VÖİN Rəhimin adma olduğu üçün Vergi borcu da Rəhimin adına yazılmış, lakin ərizədə texniki səhv olaraq Rəhimin adı yazılmışdır. Şikayəti Təqsirləndirilən şəxs və Ümüdün əmisi oğlu Şahid5dır. Ümüd və Zamin onu aldadıb etibarından sui-istifadə edib 100000 ABŞ dolları pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. Ümüd və əmisi oğlu Zamin dələduzluq yolu ilə 2 dəfəyə aldıqları 100000 ABŞ dollarından 2023-cü ilin yanvar ayında Ümüd ona cəmi 11000 manat pul qaytarmışdır. Qalan 159000 manat pulu bu vaxta kimi qaytarmamışlar. Ona görə də ərizədə 159000 manat yazımışdır. Təqsirləndirilən şəxs əmisi oğlu Şahid5lə qabaqcadan əlbir olub bir qrup şəxs halında onu aldadıb Vergi Cinayətləri İbtidai Araşdırma Departamentində Vergiyə olan borcun araşdırılması işi ilə bağlı yaranmış borcun ödəniləcəyi və cinayət işinin xitam ediləcəyi adı ilə aldadıb 2022-ci ilin may-iyun aylarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Meyvəli Bazarında yerləşən anbarda ondan 100000 ABŞ dolları pul almışlar, lakin heç bir Vergi borcunu ödəməmiş, nəticədə onu aldadıb külli miqdarda ziyan vurmuşlar. Həmin puldan bu vaxta kimi cəmi 11000 manat pul qaytarmışlar. Qalan 159000 manat pulu bu vaxta kimi qaytarmırlar. Ümüd yanına gəlib əmisi oğlu Zamini təqdim edib demişdir ki, Zamin Vergi işlərini yaxşı bilir, orada tanışları var, bu məsələni ikisi həll edəcəklər, onlara 170000 manat pul versin, hər ikisi həmin pulu Vergi borcuna görə ödəniş edib qalan məbləği sildirib Vergidə başlanılmış cinayət işini xitam etdirəcəklər. Həmin vaxt Zamin də onu inandırıb demişdir ki, narahat olmasın, 170000 manat pulu versin, onu heç kim, heç yerə çağırmayacaq. Ümüd və əmisi oğlu Zaminə inanıb 2 dəfəyə onlara 100000 ABŞ dolları pul vermiş, lakin sonradan məlum olmuşdur ki, onlar hər ikisi onu aldadıb pulunu ələ keçirmişlər, heç bir Vergi borcunu ödəməyiblər və heç kimlə bu barədə danışıq aparmamışlar. Rəhimin maddi imkanı yoxdur, kasıb adamdır. Ümüd isə demişdir ki, Vergi borcunun hamısını ödəsin, sonradan hesablaşarlar. Özü də istəməmişdir ki, problem yaşasın və buna görə yaşadığı kənddə qohum əqrəbasından borca pul alıb Vergiyə olan borcu özü ödəmişdir. Ödədiyi qəbzləri Vergidə başlanılmış cinayət işi materiallarına əlavə etmiş, Ümüd və əmisi oğlu Zamin dələduzluq yolu ilə ondan aldıqları 100000 ABŞ dolları puldan 11000 manatını çox böyük çətinliklə alsa da qalan 159000 manatı bu vaxta kimi ala bilmir, pulu istəyən zaman hər ikisi müxtəlif bəhanələr gətirir, vaxtı uzadır və pulunu vermirlər. Şahid5 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub dələduzluq yolu ilə Vergi Cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə dövlətə dəymiş maddi ziyanın ödənilməsi və cinayət işinin icraatına xitam verilməsi adı ilə onu aldadıb iki dəfəyə ondan ümumilikdə 100000 ABŞ dolları pul alıb verdikləri vədə əməl etməyərək onu aldadıb külli miqdarda ziyan vurmuş, həmin puldan Ümüd cəmi 11000 manat pul qaytarsa da qalan 159000 manat pulu bu vaxta kimi qaytarmamışdır. Zamin və Ümüddən tələb edir ki, dələduzluq yolu ilə aldıqları 159000 manat pulu ona qaytarsınlar və hər ikisi cinayət məsuliyyətinə cəlb olunsun. Şahid5 və Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Vergi Cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə dövlətə dəymiş maddi ziyanın ödənilməsi və cinayət işinin icraatına xitam verilməsi adı ilə aldadıb iki dəfəyə ondan ümumilikdə 100000 ABŞ dolları pul alıb verdikləri vədə əməl etməyərək ona külli miqdarda ziyan vurmuş, həmin puldan Ümüd cəmi 11000 manat pul qaytarsa da qalan 159000 manat pulu bu vaxta kimi qaytarmamışdır. Onlar hər ikisi ondan 100000 ABŞ dolları pul almışlar ki, Vergidə olan dövlətə dəymiş ziyanı ödəyib cinayət işini xitam etdirəcəklər. Lakin Zamin və Ümüd ondan 100000 ABŞ dollarını alıb öz şəxsi ehtiyaclarına sərf edib heç bir iş görməmişlər. Bundan sonra o, Rəhim və Ümüd Vergidə olan cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşlar və görmüşdür ki, Ümüd əmisi oğlu Zaminlə onu aldadıb aldıqları 100000 ABŞ dolları puldan Vergiyə heç bir dövlət ödənişi etməmişlər. Məcbur olub qohum əqrəbadan pul toplayıb Vergiyə 330000 manat pul ödəmiş, həmin 330000 manat puldan 53000 manatı Ümüdün hesabına düşdüyündən 330000 manat puldan 53000 manatını Ümüd Vergiyə olan borcu ödəmiş, ondan aldığı 100000 ABŞ dollarının Vergidə ödənilmiş pula heç bir aidiyyəti yoxdur. Belə ki, Umüd İsayevin payına düşən 53000 manat pulu ona təqdim etmiş, o, da həmin pulu özündə olan pulla birlikdə hissə-hissə Vergiyə olan borcu dövlət büdcəsinə ödəmişdir. Yəni Təqsirləndirilən şəxs və əmisi oğlu Şahid5 ondan aldıqları 100000 ABŞ dollarını almışlar ki, Vergidə olan borcu dövlət büdcəsinə ödəyib məsələni həll edəcəklər. Lakin aldıqları 100000 ABŞ dollarından vergiyə heç bir dövlət büdcəsinə ödəniş etməmiş, pulu öz şəxsi ehtiyaclarına sərf etmişlər. Ümüd və Zamin ondan aldıqları 100000 ABŞ dollarından cəmi 11000 manatını Ümüd qaytarmış, qalan 159000 manatını isə bu vaxta kimi qaytarmamışlar. Ümüd və Zaminin hər ikisindən də şikayətçidir. Çünki onlar hər ikisi dələduzluüq yolu ilə onun külli miqdarda pulunu ələ keçirmişlər. Zamin və Ümüd hər ikisi ona vəd vermişdilər ki, onlara 100000 ABŞ dolları pul versin, onlar Vergidə olan məsələni həll edib cinayət işinin icraatına xitam verilməsinə köməklik edəcəklər. Lakin onlar hər ikisi onu aldadıb 100000 ABŞ dolları pulunu ələ keçirib ona külli miqdarda ziyan vurmuşlar və vergidə olan heç bir işi görməmişlər, nəticədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə o, Rəhim və Ümüd şübhəli şəxs qismində tutulduqdan sonra görmüşdür ki, Ümüd və Zamin onu aladıb, bu barədə Ümüd və Zaminə demişdir ki, onu aldadıb külli miqdarda pulunu ələ keçirib Vergidə heç bir iş görməmişlər, dövlət büdcəsinə heç bir ödəniş etməmişlər, pulunu qaytarsınlar. Belə olan halda Ümüd yalvararaq demişdir ki, aldıqları 100000 ABŞ dolları pulu öz şəxsi ehtiyaclarına sərf edib, vaxt versin, ondan aldıqları pulu yaxın vaxtlarda qaytaracaq. Ümüd onu da yalandan demişdir ki, guya ki, aldıqları 100000 ABŞ dolları pulu kiməsə veriblər, həmin şəxs məsələni həll edəcəkdir. Lakin sonradan məlum olmuşdur ki, Ümüd aldığı 100000 ABŞ dolları pulu heç kimə verməmiş, dövlət büdcəsinə ödəniş etməmiş, nəticədə pulu dələduzluq yolu ilə ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmişdir. Ümüd və Zamin dələduzluq yolu ilə aldıqları 100000 ABŞ dollarından cəmi 11000 manat pul qaytarmış, qalan 159000 manat pulu hələ də qaytarmamışlar. Ümüdün göstərdiyi 68000 manat deyil, vergidə olan borcun ödənilməsi üçün öz payına düşən 53000 manatını ona vermiş, o, da həmin pulun üstünü düzəldib vergiyə olan 330000 manat pulu dövlət büdcəsinə ödəmiş, bundan sonra cinayət işinin icraatına xitam verilmişdir. Ümüd dövlət büdcəsinə ödənilməsi üçün verdiyi 53000 manatın 100000 ABŞ dollarına aidiyyəti yoxdur. Ümüd və əmisi oğlu Zamin bu barədə onu da demişdilər ki, həmin məsələni guya ki, Vergi Cinayətləri İbtidai Araşdırma Departamentində işləyən hansısa vəzifəli şəxsin vasitəsi ilə həll edəcəklər. (cild 1, iş vərəqə 68-77) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs verdiyi 170 000 manatdan 11 000 manat ödənilmiş, 53 000 manatı Təqsirləndirilən şəxs vergi borcunu ödəməyi üçün vermişdir. Vergi borcuna görə tutulandan sonra Təqsirləndirilən şəxs 50 000 manatı özünün ödəyəcəyini demişdir. Təqsirləndirilən şəxs ona 53 000 manat vermişdir. Yaranmış vergi borcu hər üçünün adına yaranmışdır. Təqsirləndirilən şəxs verdiyi 53 000 manatın onun verdiyi 170 000 manatla əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs onun verdiyi pulları atasını vəzifəyə düzəltdiyini, borcunun faizlərini ödədiyini, hansısa qurumun Ümüdü tutmaq istədiyi üçün bir hissəsini də ora verdiyini demişdir. O, Təqsirləndirilən şəxs pul verən zaman Şahid5 aşağıda maşında olmuşdur. O, 80 000 dolları verəndə Şahid5 də aşağıda maşında olmuşdur. Onlar 100 000 manat ödəniş edib həbsdən çıxdıqdan sonra o Şahid5 pullarının harada olduğunu soruşmuş, Şahid5 Təqsirləndirilən şəxs verilən puldan 20 000 dolların onda (Şahid5) olduğunu bildirmişdir. Onun Təqsirləndirilən şəxs pul verdiyi yerlə Şahid5 olduğu yer arasında 10 metr məsafə olarmış. Onların vergi borcunu ödəmək barədə söhbətləri anbarın içində olan otaqda olmuş, pulu isə otaqdan çöldə vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs notarial təsdiqli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir iddia, şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan başqa zərərçəkmş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxsə vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, mülki iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs kimdən pul aldığını görməmişdir. Sadəcə işə düzgün baxılması üçün xahiş etmişdir. Daha sonra Zahid ona zəng vuraraq nə üçün aldıqları pulu qaytarmadıqlarını soruşmuşdur. O isə cavabında heç bir pul almadığını, sadəcə onların işinə görə bir şəxsdən xahiş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra Ümüdün pul almasından xəbəri olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, o Təqsirləndirilən şəxs işinə görə İmişlidən olan Taleh adlı müstəntiqdən bu qədər çox qazanmadıqlarını bildirib işə düzgün baxılmasını xahiş etmişdir. Taleh müəllim də işin təkrar araşdırılacağını bildirib, yekunda müəyyən edilən vergi borcunun kassaya ödənilməli olduğunu demişdir. Bildiyinə görə verginin məbləği 2.400 000 manat olmuşdur. Müstəntiq ona dövlətin vergisinin ödənilməli olduğunu demişdir. Taleh müəllim ona dəqiq nə qədər ödənilməli olduğunu deməmiş, rəhbərlik hansı qərarı versə, həmin məbləğin ödənilməli olduğunu bildirmişdir. O Təqsirləndirilən şəxs xətrinə xahiş etmək üçün getmişdir. Təqsirləndirilən şəxslə bərabər borcu olan digər şəxslər Elçin və Zahid olmuşdur. Təqsirləndirilən şəxs işlərinin İmişlidən olan müstəntiqdə olduğunu və polisdə onun tanışının olub-olmadığını soruşmuş. O isə başqa bir tanışının müstəntiq Taleh müəllimin həmkəndlisi olduğunu və onların işi üçün Taleh müəllimlə əlaqə saxlamaq üçün yol axtaracağını bildirmişdir. Təqsirləndirilən şəxs ondan işi ilə bağlı tanış tapmağını xahiş edəndə Zərərçəkmiş şəxs və Zahid müəllim də yanlarında olmuşdur. Taleh müəllim 100 000 manat ödəməyi deməmişdir. Sadəcə borcdan müəyyən qədər ödənməli olduğunu bildirmişdir ki, rəhbərliyin yanına qalxanda borcdan müəyyən ödəniş edildiyini deyə bilsin. Təqsirləndirilən şəxs və digərləri ödəniş etməmişlər, daha sonuncuların həbs edildiyini öyrənmişdir. O, Təqsirləndirilən şəxs atası ilə danışanda onun həbs edildiyini öyrənmişdir. Səbəbini soruşanda vergiyə görə olduğunu bildirmiş, o isə əvvəldən Ümüdgilə vergi üçün ödənişlər etməyi dediyini bildirmişdir. Səhv etmirsə Zahid müəllim ona Təqsirləndirilən şəxs vergi borcunu ödəmək üçün pul aldığını, lakin sonradan ödəmədiyini demişdir. Zahid müəllim və Zərərçəkmiş şəxs o Təqsirləndirilən şəxs sayəsində tanımışdır. Şahid3 kim olduğunu bilmir. Bildiyinə görə Təqsirləndirilən şəxs gördükləri işin VÖEN-i Şahid3 adınadır. Sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs həqiqətən də 170 000 manat pul almış, lakin həmin puldan 68 000 manatını qaytarmışdır. Zahid müəllim ona pulu Təqsirləndirilən şəxs vergi borcunu ödəmək üçün verdiklərini demişdir. O, pulun alınıbverilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs ona bu puldan xeyir verməmişdir. Onun Təqsirləndirilən şəxslə heç bir əlbirliyi olmamışdır. Onun məqsədi Təqsirləndirilən şəxs kömək etmək olmuşdur. Zərərçəkmiş şəxs işləri həll olarsa, ona özünün Range Rover maşınını verəcəyini bildirmişdir. O isə nəyinsə xətrinə kömək etmədiyini, sadəcə bir xahiş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs işi həll etməyi özü ondan xahiş etmişdir. Zərərçəkmiş şəxs orda tanış olan adam olub-olmadığını soruşmuşdur. Ondan işi həll etmək üçün tanış tapmağını Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Zahid müəllim hər üçü xahiş etmişdir. O, müstəntiq Taleh müəllimlə 3 dəfə görüşmüş, Təqsirləndirilən şəxs Taleh müəllimlə təklikdə görüşüb-görüşmədiyindən xəbəri yoxdur. Şahid3 adına VÖEN açıldığından xəbəri olmadığını bildirmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əmisi oğludur və Ümüdü uşaqlıqdan tanıyır. Ümüd uzun müddətdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli bazarında kartof-soğan alışı və satışı ilə məşğul olur. 2022ci ilin təxminən may ayında Ümüdlə Meyvəli bazarına getmiş, orada Ümüdün tanışı Zərərçəkmiş şəxs, yanında olan Zahid adlı şəxs və digər bir nəfərlə söhbət zamanı məlum olmuşdur ki, Ümüdün tanışı Niyazin Vergilər İdarəsində Vergi ödəməsi ilə bağlı problemləri var, Vergi Cinayətlərinin İbtidai Araşdırma Baş İdarəsinin Taleh adlı müstəntiqi İmişli rayonundan olduğu üçün ona müraciət etməsi üçün əlaqə axtarırlar. İnsanlıq xətrinə öz tanışlarının vasitəsi ilə müstəntiq Taleh müəllimlə əlaqə saxlayıb onun iş yerinə gedərək onunla söhbət zamanı demişdir ki, Ümüd əmisi oğlu Firudinin oğludur, Niyaz da Ümüdün tanışıdır, onların barəsində icraatında cinayət işi var, onlara nə kimi kömək edə bilər. Müstəntiq Taleh demişdir ki, Şahid3 adma VÖİN olduğuna görə iki milyona yaxın Vergi borcu var, araşdırma gedəcək ola bilsin ki, araşdırma zamanı 150000-200000 manat Vergi borcları olacaq, bəlkə 400000 manat oldu, həmin pulu dövlət büdcəsinə ödədildikdən sonra bu barədə onlara qəbz veriləcəkdir. Bu barədə Ümüdə demişdir ki, müstəntiq belə deyir, 170000 manat pul düzəldib hesaba ödəyərək qəbz alsınlar. Sonradan eşitmişdir ki, Niyaz və Rəhim Vergiyə heç bir məbləğdə pul ödəməyiblər, nəticədə hər üçü şübhəli şəxs qismində saxlanılmışdır. Bir müddətdən sonra məlum olmuşdur ki, Niyazin tanışı Zahid adlı şəxs onların üçünün yerinə dövlətə Vergi pulunu ödəyib onları buraxdırmışdır. Bir müddətdən sonra Zahid adlı şəxs zəng edib demişdir ki, əmisi oğlu Ümüdə 170000 manat pul verib ki, pulu ona çatdırsın, vergiyə olan borcu ödəsin. Zahidə demişdir ki, ona heç bir məbləğdə pul çatmayıb. Zahid demişdir ki, əmisi oğlu Ümüdlə birlikdə onu aldadıblar, ondan aldıqları pulunu qaytarsınlar. Zahidə demişdir ki, ona pul verib ki, ondan pulunu tələb edir, Zahid demişdir ki, 170000 manat pulu Ümüdə vermişdir Ümüd də ona çatdırsın və Vergi işi həll olunsun. Zahidə demişdir ki, kimdir ki, bu işdə pul alsın, onların xahişlərini gedib müstəntiq Talehə çatdırıb ondan bu işin düzəldilməsini xahiş etmişdir. Zahidə demişdir ki, Ümüdə 170000 manat pul verib-verməməsini bilmir, Ümüd pul alanda o, orada olmamış, onun pul alıb-almadığını bilmir. Sonradan Zahid və Niyaz demişlər ki, Ümüdə 170000 manat pul vermişlər ki, Ümüd ona çatdırsın, Vergidə olan məsələləri bağlansın. Bir daha Zahid və Niyaza demişdir ki, kimdir ki, bu işdə pul alıb iş bağlatdırır. Ümüdün Zahid və Niyazdan pul alıb-almadığını bilmir. X6 şəhərində görüşüb ondan soruşmuşdur ki, bu nə məsələdir, Zahid deyir ki, onlara 170000 manat pul verib, ancaq onları aldadırlar. Ümüd demişdir ki, onluq burda bir şey yoxdur, Zahid, Niyaz bilər o, bilər, onlarla haqq hesabı var, özləri bilər. Sonradan eşitmişdir ki, Ümüd atası Firudinlə birlikdə gedib Zahidlə görüşmüş, öz aralarında razılaşmışlar, lakin hansı yolla razılaşmalarını bilmir. Ümüdün Zahid və Niyazdan pul almalarını görməmiş, eyni zamanda özü heç kimdən pul almamış və bu işdə heç bir məbləğdə pul ələ keçirməmişdir. Ola bilər ki, Ümüd özü Niyazin Vergidə olan Vergi borcunun bağlanılması adı ilə Zahid və Niyazdan hansısa məbləğlə pul alıb, lakin bundan xəbəri yoxdur. Həmin vaxtdan bu günə kimi Zahid ona zəng etməmişdir. Daha sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Ümüd və ondan şikayət etmişdir. Heç kimdən pul almamış, Umüdün Zahid və Niyazdan pul alıb almalarını bilmir. Ola bilər ki, Ümüd Vergidə olan borcun silinməsi və digər adla onun adı ilə Zahid və Niyazdan 170000 manat pul almış olsun, bunu deyə bilmir. Zahid və Niyazdan heç bir məbləğdə pul almamış, lakin bununla bağlı Vergidə işləyən müstəntiq Talehlə bu barədə söhbət etmiş, müstəntiqdən xahiş etmişdir ki, onlara kömək etsin, müstəntiq demişdir ki, bu işi düzgün araşdıracaq. (cild 1, iş vərəqə 222-223) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid5 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Müstəntiq Taleh müəllim onların yerlisidir. O Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul almasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs verilmiş puldan 20 000 manatın onda olması düzgün deyil. O Təqsirləndirilən şəxs işinə görə İmişlidən olan Taleh adlı müstəntiqdən bu qədər çox qazanmadıqlarını bildirib işə düzgün baxılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zahid, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Ümüdlə gələn qohumu vergiyə pul ödənilməsi barədə onun yanında pul almışdır. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs və digər şəxslər arasında bir neçə dəfə görüş olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, görüşlər onun anbarında olurmuş. O da həmin görüşlərə şahidlik edirmiş. Təqsirləndirilən şəxs və Şahid5 Zərərçəkmiş şəxs vergi borcunu ödəmək vədi verərək pul almışlar. Pulun məbləği 100.000 dollar olmuşdur. 80.000 dollar onun otağında verilmişdir. Zərərçəkmiş şəxs pulu Təqsirləndirilən şəxs verib, Şahid5 də buna şahidlik edirmiş. Sonradan Təqsirləndirilən şəxs vergini ödəmədiyi üçün iş bu yerə gəlib çıxmışdır. Pulun bir hissəsinin Şahid5 verilməsindən məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid2 Meyvəli bazarından tanıyır. Pulun vergi borcunun ödənilməsi üçün verildiyini bilmişdir. Zərərçəkmiş şəxs sonradan vergi borcunun ödənilmədiyini demişdir. Təqsirləndirilən şəxs 80.000 dollar pulu aldıqdan sonra onu bir neçə dəfə görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul qaytarması barədə heç bir şey eşitməmişdir. Şahid2 Meyvəli bazarında menecer işləyirmiş. Vergi borcu Şahid3 adına yaranmışdır. Şahid3 kartof satışı ilə məşğul olmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, əvvəllər Nəsimi bazarında kartofun topdansatışı ilə məşğul olsa da təxminən 12 il olar ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Meyvəli bazarında kartof topdan satışı ilə məşğul olur. Eyni zamanda Cəlilabad rayonu ərazisində kartof əkini ilə də məşğul olur. Meyvəli bazarında ticarətlə məşğul olduğu vaxtdan əslən Cəlilabad rayonundan olan Zərərçəkmiş şəxs tanımış, Niyaz özü də Meyvəli bazarında kartof-soğan satışı ilə məşğul olur. Təxminən 6-7 il olar ki, Meyvəli bazarından əslən İmişli rayonundan olan Təqsirləndirilən şəxs tanımış, Ümüdü tanıdığı vaxtları bilmişdir ki, Ümüd özü Oba marketdə işləyir. Ümüd Oba marketdə işlədiyi vaxtları Veysəloğlu şirkətinin adından Meyvəli bazarında ondan və digər şəxslərdən kartof-soğan almış, Ümüdü də həmin vaxtları tanımışdır. 2019-cu il tarixdə Ümüd Oba marketdən işdən çıxaraq özü sərbəst alverlə məşğul olmağa başlamış, Ümüdü tez-tez Meyvəli Bazarında görmüş və Ümüd hərdən bir ona məxsus Meyvəli bazarında yerləşən anbarına gəlmişdir. 2021-ci ilin axırlarında məlum olmuşdur ki, Ümüd, Niyaz və Rəhim adlı şəxslərin Vergi ilə bağlı hansısa problemləri var, onların üçünü də Vergi Cinayətləri İbtidai Araşdırılması İdarəsinə çağırırlar və onların hər üçü həmin idarəyə gedib gəlirlər. 2022-ci il tarixdə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Şahid5 Akif oğlu, o, Şahid2 ona məxsus anbarda olan zaman Ümüd və əmisi oğlu Zamin Niyaza demişlər ki, onların işini aparan Vergi Cinayətləri İbtidai Araşdırılması İdarəsinin Taleh adlı müstəntiqi əslən İmişli rayonundandır, həmin müstəntiqlə danışıb Vergidə olan problemi həll edəcəklər. Zamin və Təqsirləndirilən şəxslər, Zərərçəkmiş şəxs həmin işin həll olunması üçün ümumilikdə 100000 ABŞ dolları pul istəyərək demişlər ki, həmin 100000 ABŞ dolları onlara verilsə Vergidə olan məsələ həll olunacaqdır. Sonradan 2022-ci il tarixdə ona məxsus anbarda olan zaman Şahid5 əmisi oğlu Təqsirləndirilən şəxslə biryerdə birinci dəfə Zərərçəkmiş şəxs 80000 ABŞ dolları pul alıb demişlər ki, həmin pulu Vergidə olan məsələ ilə bağlı dövlət büdcəsinə ödəyib başlanmış cinayət işinin icraatına xitam verdirəcəklər. Niyaz 80000 ABŞ dolları pulu qara rəngli sellofan paketdə gətirib Zamin və Ümüdə vermiş, həmin məbləği Ümüd götürərək sayıb əmisi oğlu Zaminlə çıxıb gedən zaman demişlər ki, Vergidə olan işlə məşğul olacaqlar. Bundan bir neçə gün sonra Zamin və Ümüd Niyaza demişdir ki, əlavə 20000 ABŞ dolları pulu onlara verməlidir ki, həmin 20000 ABŞ dollarını da Vergidə olan məsələ ilə bağlı dövlət büdcəsinə ödəyib cinayət işini bağlatdıracaqlar. İkinci dəfə yenə də Zamin Ümüdlə birlikdə ona məxsus anbara gəlib 20000 ABŞ dolları pulu Zahid, Niyaz və onun iştirakı ilə Niyazdan götürmüşlər. Niyaz 20000 ABŞ dolları pulu Ümüdə verən zaman Ümüd həmin məbləği sayıb götürərək demişdir ki, yaxın günlərdə Niyazdan aldığı ümumilikdə 100000 ABŞ dolları pulu Vergidə olan məsələ ilə bağlı dövlət büdcəsinə ödəyib başlanmış cinayət işinin xitam olunmasını həll edəcəklər. Lakin sonradan məlum olmuşdur ki, Zamin və Ümüd Niyazi aldadıblar və ondan aldıqları 100000 ABŞ dolları pulu heç Vergiyə görə dövlət büdcəsinə ödəməyiblər, pulları öz ehtiyaclarına sərf etmişlər. Belə olan halda Niyazı Ümüdü və Rəhim adlı şəxsləri Vergidən çağırıb onları şübhəli şəxs qismində saxlamışlar. Niyaz məcbur olub dövlət büdcəsinə öz pulu ilə ödəniş etdikdən sonra onların üçünü sərbəst buraxıb başlanmış cinayət işinin icraatına xitam vermişlər. Daha sonra Zərərçəkmiş şəxs, Ümüd və onun əmisi oğlu Zaminə demişdir ki, onlara verdiyi 100000 ABŞ dolları pulu qaytarsınlar, onu aldadıb heç bir iş görməmişlər və pulunu ələ keçiriblər. Zamin və Ümüd Niyaza yalvarmağa başlamılar ki, ondan aldıqları 100000 ABŞ dolları pulu hansısa öz ehtiyaclarına sərf ediblər və Niyazdan vaxt istəmişlər ki, Niyazin pulunu qaytaracaqlar. Ancaq bu vaxta kimi Zamin və Ümüd Niyazdan dələduzluq yolu ilə aldıqları 100000 ABŞ dolları pulu qaytarmamışlar. Niyaz onlardan pulu tələb edən vaxtı Zamin və Ümüd hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzadır və Niyazin pulunu qaytarmırlar. Niyaz Zamin və Ümüdə deyib ki, onun 100000 ABŞ dolları pulunu qaytarmasalar onların hər ikisindən şikayət edəcəkdir. Lakin Zamin və Ümüd Niyazi aldadır və onun pulunu qaytarmır. Niyaz da məcbur olub onların hərəkətlərindən şikayət etmişdir. (cild 1, iş vərəqə 82-83) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, 80.000 dollar pul onun yanında verilmiş, sonradan da 20.000 dollar pulun verildiyini bilir. Ancaq həmin pulun harada verildiyini bilmir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs vergi ilə bağlı problemi olmuşdur. Təqsirləndirilən şəxs də söhbət zamanı işi aparan müstəntiqin dostu olduğunu və əgər 100.000 dollar verilsə, problemi həll edə biləcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs hissə-hissə 80.000 və 20.000 dollar pul almışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, o Meyvəli bazarında menecer işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 5-6 il olar ki, tanıyır. Yaranmış vergi borcu Zərərçəkmiş şəxs kartof biznesi ilə bağlı olmuşdur. Vergi borcu ilə Təqsirləndirilən şəxs heç bir əlaqəsi olmamışdır. Şahid3 bu işlə necə əlaqəsi olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs 100 000 dollara Zərərçəkmiş şəxs işini həll edə biləcəyini demişdir. Birinci dəfə 80 000 dollar verilmiş, ikinci dəfə 20 000 dollar verəndə o, Zərərçəkmiş şəxs pulu verməməsini, çünki qarşılığında pulu verməsi ilə bağlı heç bir sənəd verilmədiyini demişdir. Pul Təqsirləndirilən şəxs polisdə olan vergi işini həll etməsi üçün verilmişdir. 80 000 dollar Təqsirləndirilən şəxs veriləndə o da həmin yerdə olmuşdur. Zərərçəkmiş şəxs pulu Təqsirləndirilən şəxs Şahid1 anbarında vermişdir. Pul verilən zaman onlardan başqa Təqsirləndirilən şəxs qohumu Şahid5 də yanlarında olmuşdur. O, Təqsirləndirilən şəxs bu işlərdə səriştəsinin olmadığını bilirmiş və bu işi qohumu Şahid5 həll edəcəyini demişdir. Təqsirləndirilən şəxs pulu verdikdən bir müddət sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tutmuşlar. Bundan sonra o Şahid5 çağıraraq onun da iştirakı ilə məsələnin həll edilməsi üçün pul verildiyini və işin nəyə görə həll edilmədiyini soruşmuş, Şahid5 də həll olacağını bildirmişdir. 20 000 dollar verilən zaman o iştirak etməmişdir. Şahid5 pulu aparıb kiməsə verdiyini demişdir. Nəticədə pulun haraya xərclənməsi bəlli olmamışdır. Təqsirləndirilən şəxs hissə-hissə Zərərçəkmiş şəxs pul qaytarırmış, lakin bu qaytarılan pular Təqsirləndirilən şəxs başqa borcları ilə bağlı olmuşdur. Vergi borcunun nə qədər olmasından məlumatı yoxdur. Vergi borcu barədə ən çox Zərərçəkmiş şəxs çağırılıb sorğu-sual olunurmuş. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə qədər qaytarmasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun vasitəsi ilə pul qaytarmasını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid5 Zərərçəkmiş şəxs pul almasının şahidi olmuşdur. Sonradan isə pulun qaytarılmasından məlumatı olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, o Zərərçəkmiş şəxs işçisi olmuş, kartofun topdan satışını həyata keçirirmiş. O iş yerindən danışılanlardan vergi borcunun olması barədə məlumatlı olmuşdur. O çox vaxt depoda olurmuş və Təqsirləndirilən şəxs də depoya gedib-gəlirmiş. O Təqsirləndirilən şəxs pul verilməsi barədə Zərərçəkmiş şəxs eşitmişdir. Təqsirləndirilən şəxs və Şahid5 pul depoda ofisin qarşısında verilmişdir. Zərərçəkmiş şəxs 100 000 dollar pulu təhvil verdiyini yüksək səslə demişdir. O, 2-3 ildir ki, Zərərçəkmiş şəxs yanında qeyri-rəsmi qaydada işləyir. O gündəlik olaraq müxtəlif məbləğdə əmək haqqı alır. O, Təqsirləndirilən şəxs 2017-ci ildən bəri tanıyır. O Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verməsinin şahidi olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında başqa pul alış-verişinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında alqı-satqı münasibətləri olmuşdur. Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsindən görünür ki, 2016-cı il tarixdən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Meyvəli bazarında kartof satışı ilə məşğul olur. Kartofu Respublikanın müxtəlif rayonlarından Bakı şəhərinə gətirib Meyvəli bazarda satışını həyata keçirir. Meyvəli bazarda kartof satışı ilə məşğul olduğu vaxtdan əslən Cəlilabad rayonundan olan Zərərçəkmiş şəxs tanımış, Niyaz Meyvəli bazarında kartof-soğan satışı ilə məşğul olur. Təxminən 6-7 il olar ki, Meyvəli bazarından əslən İmişli rayonundan olan Təqsirləndirilən şəxs tanımış, Ümüdü tanıdığı vaxtları bilmişdir ki, Ümüd özü Oba marketdə işləyir. Ümüd Oba marketdə işlədiyi vaxtları Veysəloğlu şirkətinin adından Meyvəli bazarında işləyən Elçin və digər şəxslərdən kartof-soğan alıb satmışdır. Ümüdü də həmin vaxtları tanımış. 2019-cu il tarixdə Ümüd Oba marketdən işdən çıxaraq onunla və Niyazla kartof-soğan satmağa başlamış, sonradan Araz Marketin işçiləri demişlər ki, üçündən biri şəxsiyyət vəsiqəsini versin ki, müdiriyyətə göstərib onlardan aldıqları malları sənədləşdirsinlər. Həmin vaxtda şəxsiyyət vəsiqəsi üstündə olduğundan şəxsiyyət vəsiqəsini Araz marketin işçiləri götürüb 2 gündən sonra özünə qaytarmışlar. Beləliklə də o, Ümüd və Niyaz Araz marketə kartof-soğan satmağa başlamışlar. Belə ki, üçü də rayonlardan kartof-soğanı kəndçilərdən alıb Meyvəli bazara gətirib Araz Marketə satmışlar. 2020-ci il tarixdə Şəmkir rayonunda yerləşən 14 saylı Vergilər İdarəsindən yaşadığı evə xəbərdarlıq məktubu gəlmişdir ki, onun Vergi borcu var, ödəniş etsin. Vergidən gələn məktubu götürüb 14 saylı Vergilər İdarəsinə getmiş, orada demişlər ki, onun 11000000 manat alver dövriyəsi olub, həmin məbləğin təxminən ******* manatını dövlət büdcəsinə ödəməlidir. Bunu bilən kimi Bakı şəhərinə gələrək Ümüd və Niyazla görüşüb məsələni onlara danışaraq demişdir ki, Vergidə belə bir problem yaranıb. Üçü də məsləhətləşmişdir ki, adına gələn Vergi borcu çoxdur, çünki onlar yerli məhsul satmışlar, xaricdən mal gətirib Respublikada satmamışlar. Daha sonra 14 saylı Vergilər İdarəsindən barəsində olan sənədləri Bakı şəhərində yerləşən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərmişlər və həmin idarənin müstəntiqi Taleh çağıraraq bir neçə dəfə həmin müstəntiqin yanına gedib ifadə yazmışdır. Sonradan görmüşdür ki, Vergilər İdarəsində onu həbs etmək istəyirlər, müstəntiqə demişdir ki, bu işdə tək deyil, Ümüd və Niyazla bir yerdə kartof-soğan satmışlar. Sonradan ifadəsi əsasında Ümüd və Niyazi da Vergilər İdarəsinə çağırmışlar və hər ikisi dediklərini təsdiq etmişlər ki, üçü də kartof-soğan satışını həyata keçirmişlər. 2022-ci ilin təxminən oktyabr ayında Ümüd və əmisi oğlu Zamin gəlib Niyaz və ona demişlər ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqi Taleh Mənsimova xahiş etməyə adamları var, müstəntiq Taleh İmişli rayonundandır, həmyerlidirlər, həmin dövlətə ödəniləcək vergi borcunu ödəyib başlanmış cinayət işini xitam etdirəcəklər. Sonradan eşitmişdir ki, Ümüd əmisi oğlu Zaminlə birlikdə Meyvəli bazarda Niyazdan iki dəfəyə ümumilikdə 100000 ABŞ dolları pul almışdır ki, həmin məbləği dövlət büdcəsinə ödəyib barələrində başlanmış cinayət işinin icraatına xitam verdirəcək, lakin Ümüd, Niyaz və onu Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində şübhəli şəxs qismində saxlamışlar və həmin vaxt görmüşdür ki, Niyaz Ümüdə deyir ki, ondan 100000 ABŞ dolları pul alıb ki, həmin məbləği dövlət büdcəsinə ödəyib başlanmış cinayət işini xitam etdirəcək, nə üçün ondan aldığı pulu dövlət büdcəsinə ödəməmişdir. Ümüd də etiraf edərək demişdir ki, Niyazdan aldığı 100000 ABŞ dollarını öz şəxsi ehtiyaclarına xərcləyib, pulu olanda Niyazdan aldığı 100000 ABŞ dolları pulu qaytaracaqdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində barələrində başlanmış cinayət işi üzrə hər üçünün barəsində həbs qətimkan tədbiri seçiləcək. Niyazdan xahiş etmişdir ki, Vergiyə olan 330000 manat Vergi borcu ödəsin, sərbəst buraxılsınlar və cinayət işi xitam olunsun. Niyaz da Yasamal Rayon Polis İdarəsində şübhəli şəxs qismində tutulduqları vaxt qohum əqrəbasına xahiş etmişdir ki, pul düzəldib Vergi borcunun bir hissəsini ödəsinlər. Ümüd və Niyaz Müvəqqəti saxlama yerində saxlanıldıqları vaxt Niyazin qohumları Vergi borcunun bir hissəsini ödədikdən sonra üçü də sərbəst buraxılmış və demişlər ki, qalan Vergi borcunun hamısını 10 gün müddətinə ödəsinlər. Daha sonra Niyaz Vergiyə olan borcun hamısını özü tək öz pulu ilə ödəmiş, barələrində olan cinayət işinin icraatına xitam verilmiş, Niyaz Vergi borcunu ödədikdən sonra Ümüdə demişdir ki, onu aldadıb 100000 ABŞ dolları pulunu almışdır ki, Vergiyə ödəyəcək və başlanmış cinayət işini xitam etdirəcək. Ancaq aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləyib, heç bir iş görməyib, pulunu qaytarsın. Ümüd də Niyazdan 100000 ABŞ dolları pul almağını etiraf edərək Niyaza demişdir ki, yaxın vaxtlarda onun pulunu qaytaracaqdır. Lakin bilir ki, Ümüd Niyazdan dələduzluq yolu ilə aldığı 100000 ABŞ dolları puldan bu vaxta kimi 11000 manatını qaytarsa da, qalan 159000 manatını qaytarmayıb. Niyaz Təqsirləndirilən şəxs pulunu tələb etsə də Ümüd hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmır və onu aldadır. Niyaz Zamin və Ümüdə deyib ki, onun 100000 ABŞ dolları pulunu qaytarmasalar onların hər ikisindən şikayət edəcəkdir. Lakin Zamin və Ümüd Niyazi aldadır və onun pulunu qaytarmır. Niyaz da məcbur olub onların hərəkətlərindən şikayət etmişdir. Niyaz, Ümüd və onun Vergi Cinayətləri İbtidai Araşdırılması İdarəsində Vergidən yayınma ilə bağlı Vergi problemləri olduğuna görə Zamin və Ümüd Niyazdan 100000 ABŞ dolları pul almışlar ki, həmin məbləği dövlət büdcəsinə ödəyəcəklər və Vergi Cinayətləri İbtidai Araşdırılması İdarəsində barəmizdə başlanmış cinayət işinin icraatına xitam verdirəcəklər. Zamin və Ümüd bu adla Zərərçəkmiş şəxs aldadıb onun 100000 ABŞ dolları pulunu ələ keçirmiş, lakin verdikləri vədə əməl etməyərək həmin məbləği dələduzluq yolu ilə ələ keçirmişlər və bu vaxta kimi Niyazdan aldıqları həmin məbləği qaytarmamışlar. Zamin və Təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs 2 dəfəyə ümumilikdə 100000 ABŞ dolları pulu Elçinin icarəyə götürdüyü anbarda alan zaman orada iştira etməsə də lakin sonradan bilmişdir ki, Ümüd və əmisi oğlu Zamin pulu alan zaman orada Zərərçəkmiş şəxs, Şahid1, Şahid5 Akif oğlu və Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı puldan 68000 manatını qaytarması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər-hansı bir məbləğdə pul qaytarmış olsaydı bundan məlumatı olardı. Ümüd Niyazdan dələduzluq yolu ilə aldığı 100000 ABŞ dolları puldan bu vaxta kimi cəmi 11000 manatını qaytarmış, qalan 159000 manatını isə qaytarmır, hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzadır və Niyazin telefon zənglərinə cavab vermir. (cild 1, iş vərəqə 93-96) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) Zərərçəkmiş şəxs tərəfindən DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 iş görmək adı ilə onu aldadıb 159000 manat pulunu alıb geri qaytarmaması ilə bağlı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs və Şahid5 barəsində tədbir görülməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 6) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 43) Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış, hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 69) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 verdiyi xx.xx.2024-cü il tarixli, 19/51-751 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (cild 1, iş vərəqə 140) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 verdiyi xx.xx.2024-cü il tarixli, 899 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 143) Şəxsin barəsində axtarış elan edilməsi və tutulması barədə 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild 1, iş vərəqə 150) Cinayət işi üzrə icraatın dayandırılması haqqında 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələbləri əsasında icraat dayandırılmşdır. (cild 1, iş vərəqə 151) xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarxdə tutulmuşdur. (cild 1, iş vərəqə 168) Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 06 mart 2024-cü il tgarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 1788.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (cild 1, iş vərəqə 166) 07 mart 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxsla şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 182-186) Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 187- 188) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 14 (on dörd) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmışdır. (cild 1,iş vərəqə 206-210) AZ-İİ№259218 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İsayev X4 Nuridə Azər qızı ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmişlər. (cild 1, iş vərəqə 218) AZ-İV№251273 saylı doğum haqqında şəhadətnamə və AA2632045 saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü Aysu adlı uşağın atası Təqsirləndirilən şəxsdur. (cild 1, iş vərəqə 217, 220) AZ-İV№670123 saylı doğum haqqında şəhadətnamə və AA3228067 saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Aylin adlı uşağın atası Təqsirləndirilən şəxsdur. (cild 1, iş vərəqə 216, 221) 16 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Şahid5 arasında bir-biri ilə üzləşdirilmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birinin üzünə qarış təsdiq etmişlər. (cild 1, iş vərəqə 224-228) Sübutların qiymətləndirilməsi haqqında 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yeni məzmuda təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilməklə barəsində "həbs" qismində qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsinin əlamətləri olmadığından cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4. 311 və 312-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməməsi əsası ilə barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid5 əməlində Azərbaycan Respublikası CM-in 32, 32.4, 33, 34, 35, 178.2.1, 311 və 312-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməməsi əsası ilə barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir. (cild 1, iş vərəqə 230-243) Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 245-246) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 aprel 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən zərərçəkmiş şəxsə, şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən Konstitusiya Məhkəməsinin şərhini və Ali Məhkəmənin Plenumunun qeyd edilən tövsiyələrini nəzərə alır. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs və 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki şəxs Şahid3 ilə birlikdə sonuncunun adından sahibkarlıq fəaliyyəti göstərmələri nəticəsində yaranmış külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaları faktı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin 1-ci şöbəsində Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verdirəcəyini vəd edib, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəyəcəyi adı ilə Zərərçəkmiş şəxs 2022-ci ilin may ayında istintaqla müəyyən edilməmiş vaxtda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» bazarda vahid niyyətlə iki dəfəyə həmin dövrün məzənnəsi ilə 170000 manat təşkil edən 100000 ABŞ dolları məbləğində nağd şəkildə pul alıb ələ keçirməklə öz şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs 170000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə protokolları və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tövsif edir və belə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli külli miqdarda özgənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs notarial təsdiqli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir iddia, şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunmuş, evlidir, himayəsində xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2020-ci il təvəllüdlü Aylin adlı azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin onunla barışaraq ona qarşı heç bir şikayət və tələbinin olmamasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən iş üzrə onun cəzasını ağırlaşdıran hallar olmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən hallar kimi himayəsində iki nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin onunla barışaraq heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair nəticəyə gələrkən, onun cəzasını yüngülləşdirən halları, eləcə də cinayət əməlinin törədildiyi dövrdən hal-hazıra qədər keçən vaxt ərzində təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzaları şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü ildə tutulmuş, 07 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 07 mart 2024-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazıradək həbsdədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə istintaqı zamanı ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxsə vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, mülki iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işi üzrə xüsusi müsadirə edilməli olan əmlak, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia baxılmamış saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə edilməli olan əmlakın, ekspertiza xərcinin və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-280/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-280/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver